Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-698/2020 24.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X9 və prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Nəsimi rayon Xalq Məhkəməsinin xx xxxxxx 1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-1 maddəsinin 1-ci hissəsi ilə 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Nəsimi rayon Xalq Məhkəməsinin xx xxxxxx 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 226-1 maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə sonuncu hökmlə təyin edilmiş cəzasının çəkilməmiş qalan 5 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - təmiz çəkisi 6,697 qram olan külli miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx xxxxxx 2019-cu il tarixdə, saat 10:50 radələrində yaşadığı ünvan 2 ünvanın qarşısında saxlanılmış və baş idarəyə gətirilib həmin tarixdə saat 13.00-da üzərinə şəxsi axtarış aparılan zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumilikdə 6,697 qram çəkidə narkotik maddə heroin əynindəki “Adidas” markalı idman şalvarının sol yan cibindən bir ədəd “Kent 8” markalı siqaret qutusunun içərisində 5 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,280 qram, 1,376 qram, 1,381 qram, 1,248 qram və 1,412 qram olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə aludəçisi olmaqla narkomaniya xəstəliyindən əziyyət çəkir. Uzun illərdir ki, bu xəstəlik onun bütün həyatını alt-üst edib və həmin xəstəliyinə görə bu günədək ailə həyatı da qura bilməyib. Əksinə, ahıl yaşında anasına və xəstə bacısına həmişə yük olub, əzab-əziyyət verib. Müntəzəm narkotik vasitələrdən istifadə etdiyinə görə əvvəllər dörd dəfə tutulub və hər dəfə də istifadəyə görə məhkum olunub. Sonuncu dəfə 2016-cı ildə yenə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub və xx xxxxxx 2017-ci ildə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilib. Azadlığa çıxdıqdan sonra yenə növbəti dəfə bu zərərli vərdişini tərgizməyə çox çalışsa da, qısa müddətdən sonra yenə narkotik vasitələrdən – əsasən heroindən istifadə etməyə davam etmiş, günə təxminən 0,5 qram heroini inyeksiya yolu ilə qəbul etmişdir. Narkotik vasitələrin istifadəçisi kimi dəfələrlə cəza çəksə də, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində satmaq məqsədilə narkotik vasitə gəzdirməmişdir. Özünə narkotik vasitə almaq üçün pul tapmaqda da həmişə çətinliyi olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saat 10-11 radələrində çörək almaq üçün həyətə çıxmış və həmin vaxt bir qrup şəxs tərəfindən saxlanılaraq fiziki təsir göstərilməklə avtomobilə mindirilib Baş X2 İdarəsinə gətirilmişdir. Polis İdarəsində ona fiziki təsir göstərilmiş, döyülərək işgəncəyə məruz qalmış, onda külli miqdarda narkotik vasitə olduğu deyilmişdir. Üstə-başı yoxlanmış, heç nə tapılmamışdır. İdarədəki saxlama yerinə salınmış, tutulması barədə iki gün ailəsinə məlumat verilməmişdir. Nəhayət, onun narkotik vasitə ilə tutulacağı bildirilmiş, vəziyyəti belə görüb xəstəliyinin nəzərə alınaraq heç olmazsa istifadəçi kimi rəsmiləşdirilməsini xahiş etmişdir. Amma onun üstünə bükümlər qoyulmuş, edilən təzyiqlərə dözməyərək onların dediyi qaydada ifadə verərək göstərmişdir ki, guya siqaret qutusunda narkotik vasitələri bir neçə gün əvvəl yerdən tapmışdır. Bundan sonra onun tutulması rəsmiləşdirilərək göstərilmişdir ki, guya o, xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Əslində isə o bir gün əvvəldən saxlanmış, amma bu heç yerdə rəsmiləşdirilməmişdir. O, heç bir cinayət əməli törətməmişdir və üstündən çıxması rəsmiləşdirilmiş narkotik vasitələrin ona heç bir aidiyyatı yoxdur. Onun birdən-birə bu çəkidə narkotik vasitə almağa da heç vaxt maddi imkanı olmamışdır. Tutulmazdan yarım saat əvvəl təxminən 0,2-0,3 qram heroini inyeksiya yolu ilə qəbul etmişdir, amma evinin yanında tutulub polisə aparılan zaman üzərində zərrə qədər də narkotik vasitə olmamışdır. Polis əməkdaşlarının təzyiqi ilə narkotik vasitələrin özünə məxsus olduğunu bildirərək bu barədə sənədlərə imza etmişdir. Narkomaniya xəstəsi olduğunu, bu əməli də özünü və ailəsini ağır duruma saldığını başa düşür və etiraf edir. Amma o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. Özü də son 4 ildə ağır vərəm xəstəliyindən əziyyət çəkir, müntəzəm ciddi müalicəyə ehtiyacı vardır. Dəfələrlə narkoloji dispanserdə müalicə olunmuşdur. Amma həmin dispanserin müalicələri yaxşı nəticə vermədiyindən özü 1 saylı psixiatriya xəstəxanasına müraciət edərək təkidlə orada müalicə olunmasını xahiş etmişdir. Amma onu psixiatriya xəstəxanasında bir neçə gün müalicə etdikdən sonra həmin xəstəxanaya aid birisi olmadığı, yalnız narkomaniyadan müalicə olunmalı olduğu bildirilərək xəstəxanadan evə yazılmışdır. Ona görə də məhkəmədən bu məsələlərin diqqətə alınmasını və işinə obyektiv baxılaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, əvvəllər 4 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olumuş, sonuncu dəfə 2016-cı il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 05 ay müddətində həbs olunmuş, xx xxxx 2017-ci il tarixdə vaxtından əvvəl şərti olaraq həbsdən azad olunmuşdur. Həbsdən azad olunduqdan təxminən 5-10 gün sonra yenidən narkotik vasitə heroin qəbul etmək qərarına gəlmiş, heroini müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdən tanımadığı şəxslərdən alıb şəxsi istifadəsi üçün qəbul etmişdir. Narkotik vasitələri iynə ilə bədəninə vurmaq yolu ilə qəbul etmiş, narkotik vasitə olanda onu hər gün və ya günaşırı istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə iş axtarmaq məqsədi ilə bir neçə yerə getməyinə baxmayaraq iş tapa bilməmiş və həmin gün yaşadığı evə qayıtmaq qərarına gəlmişdir. Evə çatan zaman yerdə bir ədəd “Kent 8” markalı siqaret qutusunun olduğunu görmüş və onun içərisini açıb baxanda içərisində bir neçə gilə siqaretin və 5 ədəd bükümün olduğunun şahidi olmuşdur. Həmin bükümlərə baxanda içərisində narkotik vasitə heroin olduğunu bilmiş və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamaq qərarına gəlmişdir. Həmin gün evə getmiş və özündə olan heroini hazırlayaraq bədəninə vurmuşdur. Qalan narkotik vasitələri isə qutusu ilə birlikdə gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Evdə ondan başqa şəxs yaşamadığı üçün onu rahat üzərində saxlamışdır. Həmin günün səhərisi yenidən iş axtarmaq məqsədi ilə təxminən saat 11 radələrində evdən çıxan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin satışı ilə məşğul olmağı barədə onlarda məlumat olduğunu deyərək onu Baş X2 İdarəsinə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və ifşa olduğunu bilib Baş X2 İdarəsinə gəlmişdir. Xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə “Mərkəz” Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim edilmişdir. O, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demişdir. Bundan sonra təhqiqatçı vəkil Kərim Bağırovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olub-olmadığını soruşmuş, o da etirazının olmadığını bildirmişdir. Daha sonra ona hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, o da buna etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq üzərində olan əşyaları təqdim etməsini xahiş etmişdir. O, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində siqaret gilələri və narkotik vasitə heroin bükümləri olan “Kent 8” markalı siqaret qutusunu, əynindəki şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı, özünə məxsus olan “Nokia” markalı mobil telefonu və 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər ağ rəngli zərfə qoyularaq bağlanıb möhürlənmiş, özünə məxsus olan mobil telefon götürülmüş, 10 manat pul, alışqan və içərisində siqaret gilələri olan “Kent 8” markalı siqaret qutusu onun özünə geri qaytarılmışdır. Bundan sonra videoçəkiliş dayandırılmış və onunla bərabər digər iştirakçılara nümayiş etdirildikdən sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Protokol düz yazıldığı üçün digər iştirakçılarla birlikdə o da həmin protokola imza etmişdir (cild 1, iş vərəqə 57-60, 70-72). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin Banditizm və digər təhlükəli cinayətkarlıqla mübarizə şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, həmin şöbənin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışdır. Təqsirləndirilən şəxs ünvan 1 ünvanda olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra onu yaxalamaq məqsədi ilə qeyd olunan yerə getmişlər. Həmin yerdə olduqları vaxt saat 10:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında görmüş və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlara məlumat daxil olduğunu deyərək onlarla Baş X2 İdarəsinə getməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə həmin idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması ehtimal edildiyindən onun üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə raportla məruzə etmişdir. Həmin raportun icrası baş təhqiqatçı Yusif Yusifova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Yusif Yusifovun xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən vəkil tərəfindən onun hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim olunaraq həmin vəkilə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək videoçəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış aparılacağı bildirilmiş, sonuncu da buna etiraz etməmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sol cibindən bir ədəd “Kent 8” markalı siqaret qutusunu, şalvarının sağ yan cibindən 10 manat pulu, bir ədəd “Nokia” markalı mobil telefonu və bir ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Kent 8” markalı siqaret qutusunun içərisində ümumilikdə 5 ədəd büküm aşkar edilmiş və həmin bükümləri açmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğu soruşulduqda sonuncu həmin bükümləri tapdığını, onların içərisində narkotik vasitə “kakos” olduğunu, onları özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul, alışqan və siqaret qutusu onun özünə geri qaytarılmış, lakin mobil telefon götürülmüşdür. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir əlavə və şikayət daxil olmamış, protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təsir, həmçinin zorakı hərəkətlər edilməmişdir. Təqsirləndirilən şəxs məhz xx xxxxxx 2019-cu il tarixdə saxlanmış, həmin gün də müvafiq rəsmiləşdirmələr aparılmışdır. Təqsirləndirilən şəxs guya əslində bir gün əvvəldən saxlanması ilə bağlı bildirdikləri həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi, satışla bağlı kiminləsə sövdələşməsi, onun mümkün cinayət əlaqələri barədə heç bir məlumat əldə edilməmişdir. Ümumilikdə keçirilmiş bütün tədbirlərin yekununda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid2, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş əməliyyat müvəkkili Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 1, iş vərəqə 121-123). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və həmin istintaq hərəkətinə dair videoçəkilişdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki idman şalvarının sol cibindən bir ədəd “Kent 8” siqaret qutusunun içərisindən 5 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkəti zamanı videoçəkilişdən istifadə edilmiş və müvafiq disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 28-30). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 191-196). Məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27913 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №6” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 5 bükümdə...” əl yazıları olan zərfdəki 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,280 qram, 1,376 qram, 1,381 qram, 1,248 qram və 1,412 qram, ümumi təmiz çəkisi 6,697 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 05 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin “Azərbaycan Respublikasılının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 6,547 qram təşkil etmişdir (cild 1, iş vərəqə 44-47). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin x xxxxxx 2019-cu il tarixli xx/xx-11638 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2011-ci ildən xx xxx 2011-ci ilədək, xx xxxx 2012-ci ildən xx xxxxx 2012-ci ilədək, xx xxxxx 2014-cü ildən xx xxxxx 2014-cü ilədək, xx xxx 2016-cı ildən xx xxx 2016-cı ilədək “Opioidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları” (asılılıq sindromu) diaqnozu ilə stasionar müalicə almışdır (cild 1, iş vərəqə 125). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının xx xxxxxx 2019-cu il tarixli 8530 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğu xx xxxxx 2011-ci il tarixdən xx xxxxx 2011-ci il tarixədək həmin xəstəxanada müalicə olunmuşdur (cild 1, iş vərəqə 124). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxxxx 2019-cu il tarixli 2928 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 130-131). Bakı Baş Səhiyyə idarəsi 4 №-li X10 tərəfindən verilmiş 471 №-li xəstəlik tarixindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs sol ağ ciyərin vərəmi diaqnozu qoyulmuşdur. Bakı Baş Səhiyyə idarəsi 4 №-li X6 xx.xx.2019-cu il tarixli 406 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 4 №-li X8 sol ağ ciyərin fibroz kavernoz vərəmi infiltrasiya mərhələsi BK (-) mənfi diaqnozu ilə stasionar müalicə almışdır. Ambulator məhkəmə-psixatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 77 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işinin materiallarından və psixatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 181-183). İbtidai istintaq orqanının xx xxx 2020-ci il tarixli qərarı ilə külli miqdarda 6,697 qram çəkidə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 206-207). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild 1, iş vərəqə 141). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 məlumatından, müvafiq hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin istifadəsi ilə bağlı dörd dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 5 ay 27 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (cild 1, iş vərəqə 99- 101, 111-113, 126-129). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan heç bir sübuta istinad etməmiş, məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərində aşkar edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən müvafiq qərarda, “…Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürümüş narkotik vasitə heronin külli miqdarda olması və həmin narkotik vasitələrin 5 ədəd ayrı-ayrı bükümlərdə olması, digər mötəbər istintaq materialları bir daha ona dəlalət edir ki, təqsirləndirlən şəxs Salah Əsədovun narkotik vasitələri əldə etməklə niyyəti həmin narkotik maddələrin satışını həyata keçirmək olmuşdur...” kimi əsassız qənaətə gəlmişdir. Burada israr olunan və narkotik vasitənin satış məqsədilə əldə olunduğunun təsdiqi kimi vurğulanan “digər mötəbər istintaq materialları” isə faktiki mövcud deyildir. Məhkəmə ibtidai istintaq orqanının bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üstündə aşkar edilmiş narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından artıq - külli miqdarda olması, həmçinin onun ayrıayrı bükümlərdə olması digər mötəbər subutların olmadığı bir halda əməlin satış məqsədilə əldə edilmə kimi qiymətləndirilməsi üçün əsas vermir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması, müsbət halda narkotik vasitələr satması hallarının müəyyən edilməsi, onun narkotik vasitələrin qanunsuz satışı və ya istifadəsi ilə məşğul olmasını görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, narkotik vasitələrin satışı və qəbulunda şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması, külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi tapşırılmışdır. Həmin əməliyyat tapşırığına verilən cavab məktubunda isə Təqsirləndirilən şəxs analoji cinayət əməllərinin, əlbir olduğu şəxslərin, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən olunması istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirildiyini, müsbət nəticə olunarsa istintaq orqanına əlavə məlumat veriləcəyi göstərilmişdir. Lakin ötən müddət ərzində qeyd olunan hallarla bağlı hər hansı müsbət nəticə əldə olunmasına dair cinayət işinin materiallarında məlumat yoxdur (cild 1, iş vərəqə 92-93, 114). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən əlavə mötəbər sübutların ədə edilməsi məqsədilə onun istifadəsində olmuş ***-***-**-** telefon nömrəsindən xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyadan ötürülməsi barədə antenn məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxın zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatların “xxxxxxx” MMC-dən götürülməsi barədə vəsatətlə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə vəsatət təmin edilmişdir. “xxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə yuxarıda qeyd olunan məlumatlar “CD” disk şəklində təqdim edilmişdir. Həmin diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı cinayət işi üzrə əhəmiyyətli hallar və narkotik vasitələrin satışı barədə danışıqların aparılması müəyyən edilməmişdir (cild 1, iş vərəqə 87-91, 96-98, 156-158). Məhkəmə şəxsi axtarış və götürmə protokolunu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Lakin həmin sübutlar, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etiraf ifadəsi iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilirki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki “Adidas” markalı idman şalvarının sol yan cibindən bir ədəd “Kent 8” markalı siqaret qutusunun içərisində 5 ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1,280 qram, 1,376 qram, 1,381 qram, 1,248 qram və 1,412 qram olmaqla ümumilikdə 6,697 qram olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması onun özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadələri, şəxsi axtarış və götürmə barədə protokol, əməliyyatı keçirmiş polis əməkdaşlarının ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tam sübuta yetirilir. Onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamış və faktiki olaraq bu istiqamətdə hər hansı istintaq hərəkəti yerinə yetirilməmişdir. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs narkotik vasitələrə aidiyyəti barədə məlumatı əldə etmiş və narkotik vasitənin aşkar edilib götürülməsi üçün müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlandıqdan sonrakı vaxtlarda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun narkotik vasitələrin satışı ilə məşğul olması, o cümlədən üstündən tapılmış narkotik vasitəni satış məqsədilə əldə etməsi barədə heç bir məlumat əldə edilməmişdir. Ümumilikdə keçirilmiş bütün tədbirlərin yekununda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edə biləcək hər hansı dəlil müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin yalnız külli miqdarda olması və onun bükümlərə ayrılması şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan heroinin yalnız külli miqdarda – 6,697 qram olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir istintaq orqanının mülahizəsidir ki, o da ittihamın əsasına qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. X1rşı işində X12 Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. X12 Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərar, X13rşı iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona heç bir aidiyyatının olmamasına, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən onun üstünə qoyulması, ibtidai istintaq zamanı polis əməkdaşlarının təzyiqi altında etirafedici ifadələr verməsinə dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Belə ki, onun Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə ifadəsi toplanmış materiallarla təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqə 177-180). Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsinə dair ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarına əlavə edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan əlavə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 15-18, 61-62, 82-84). Göstərilənlərə əsasən, həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır . Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, ekspert tədqiqatından sonrakı təmiz qalıq çəkisi 6,547 qram təşkil edən heroin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair videoçəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd olunan məsələni müzakirə edərək bu qənaətə gəlir ki, iş üzrə 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə ödənilməlidir (cild 1, iş vərəqə 21). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 tərəfindən tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 65 iş saatı həcmində hüquqi yardımla bağlı X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 220). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, ekspert tədqiqatından sonrakı qalıq çəkisi 6,547 qram təşkil edən heroin məhv edilsin. Təqsirləndirilən şəxs 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına X11 üçün 390 (üç yüz doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-698/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-698/2020
24.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver