Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-698/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər məhkəməsinin 28.11.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 204.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il 816 VQD saylı qanunun tətbiq olunması ilə əlaqədar onun əməli həmin məcəllənin 204.1-ci maddəsinə tövsüf edilməklə cəzası 6 il 8 ayay endirilmiş və həmin cəza çəkildiyindən cəzadan azad edilmiş, məhkumluğu olmayan, Cəlilabad əhəri, Ə.Cavad küçəsi, ev 9-da qeydiyyatda olmaqla, ünvan 1 də yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti İstintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı “Möhsün” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Möhsün” adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə “Möhsün” adlı şəxs və qeyrilərinİn naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil edilən 8490 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 2990 qram çəkidə narkotik vasitə hero ini və külli miqdarda 3440 qram çəkidə narkotik vasitə tiryəki istintaqa məlum olmayan yerdə yerləşdirib bu barədə Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə məlumat verdikdən sonra sonuncu həmin kütlələri istintaqa məlum olmayan vaxtda, yerdə və şəraitdə əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə psixotrop maddə metamfetamini 2155 qram, 2230 qram, 2085 qram və 2020 qram çəkidə olan hissələrə bölüb dörd ədəd bükümdə, qeyd edilən çəkidə heroini bir bükümdə qablaşdırıb qara rəngli sellofan torbanın içərisində olmaqla üzərində, qeyd edilən çəkidə narkotik vasitə tiryəki isə 1765 qram və 1675 qram olmaqla iki ədəd bükümdə qablaşdırıb yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 00:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 240 nömrəli məktəbin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 8490 qram çəkidə psixotrop maddə metamfetamin 2155 qram, 2230 qram, 2085 qram və 2020 qram olmaqla dörd ədəd bükümdə, külli miqdarda 2990 qram çəkidə narkotik vasitə heroin bir ədəd bükümdə olmaqla Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 19 oktyabr 2021-ci il tarixdə saat 04:00-da Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına öz razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı külli miqdarda 3440 qram çəkidə narkotik vasitə tiryək ayrı-ayrılıqda təmiz çəkiləri 1765 qram və 1675 qram olmaqla iki ədəd bağlamada, həmçinin üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi bir ədəd sellofan torbada olmaqla mənzilin girişdən sol tərəfdə yerləşən otağındakı yataq dəstinin altından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, özü qanuni yollla 7-8 dəfə İran İslam Respublikasına getmişdir. Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsində çalışan, çoxdan tanıdığı “Zaur” adlı əməkdaşla mütəmadi olaraq görüşmüş və o, hər zaman “Vasif” kimi tanıdığı, lakin, adının sonradan İndar olduğunu bildiyi şəxslə gəlmişdir. Onlar ona təklif etmişdir ki, 50 kq. çəkidə mal var və o, onu İrana keçirəcəyi təqdirdə anasının müalicəsi üçün lazım olan 2500 manat məbləği ona verəcəklər. Buna görə də 10 gün ondan əl çəkməmişlər ki, İrandan olan tanışı ilə onları tanış etsin və həmin malı keçirtməyə kömək etsin. Daha sonra Zaur ona zəng edərək 9-cu mikrorayon ərazisinə gəlməsini istəmiş və onunla görüşəndə narahat olmamağını bildirmişdir. O da razılaşmışdır. 18 yanvar 2021-ci il tarixdə ona zəng edərək İranlıya hər şeyin hazır olduğunu bildirməsini demişdir. Bundan sonra əvvəl onu Şamaxinkaya çağırmışlar, daha sonra isə 3-cü mikrorayon dairəsinə taksi ilə getmişdir. Oraya çatanda iranlının nömrəsindən ona zəng gəlmişdir. Göndərilən «məkan» olan yerə gedəndə polis əməkdaşları üstünə tökülmüşlər. Onu polis idarəsinə aparmışlar. Onu orada döymüşlər. Evinə 2 maşın ilə gəlmişlər, belə ki, gecə ilə yaşadığı mənzilin blokundakı kameraları bağlamışlar, əvvəllcə mənzilindəki soyuducunun içinə narkotik vasitə qoymaq istəmişlər, daha sonra isə yataq otağında balışın altına 03 kq. narkotik vasitə qoymuşlar. Bu zaman dövlət hesabına təyin edilmiş müdafiəçi də iştirak etmişdir. İdarədə sellofanı məcburi olaraq əlinə vermişlər. Müstəntiq demişdir ki, BNMİ-nin əməkdaşlarından çoxsaylı şikayətlər gəlir, belə ki, evə girib qızıl-zinət əşyaları götürmüşlər. Onun narkotik vasitə ilə heç bir əlaqəsi yoxdur. Artıq o, həyatdan bezmiş, intihar etmək həddindədir. O heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamış, onu şərləyib tutublar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 18 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Bakı şəhəri, Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri tərəfindən sonuncu 19 oktyabr 2021-ci il tarixdə, saat 00:45-də Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində yerləşən 240 nömrəli məktəbin yaxınlığında sağ əlində sellofan torba ilə piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən l ədəd torbada narkotik vasitə heroinə bənzər, 3 ədəd şəffaf sellofan torbalarda, psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 8 kq 585 qram olmuşdur. Sonra heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 40 qram olmuşdur. Sonra həmin kütlələr qablaşdırılmış, şübhəli şəxs, müdafiəçi, tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Möhsün” adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 240 saylı məktəbin yaxınlığında yol kənarında gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri “Möhsün” adlı şəxsin deyəcəyi ünvanlara çatdırdığını bildirmişdir. Sonra Səxavət Bakı şəhəri, Suraxanı rayonunda yerləşən yaşadığı mənzilə baxış keçirilmiş, baxış zamanı mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs girişdən sol tərəfdə olan mətbəx kimi İstifadə olunan otaqdaki yataq dəstinin altında gizlətdiyi l ədəd sellofan torbanı təqdim etmişdir. Həmin torbanın içindən 2 bükümdə, qəhvəyi rəngli, narkotik vasitə tiryəkə bənzər kütlələr və l ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra tiryəkə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3 kq 544 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər qablaşdırılmış və üzərində müvafiq qeydlər aparılmaqla möhürlənib götürülmüşdür. Ardınca mənzilin digər otağlarına və hissələrinə baxış keçirilmiş və əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya predmet maddə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 oktyabr 2021-ci il tarixli 6/4647 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış 1 №-li kağız bağlamadakı iki ədəd bükümdə təmiz çəkisi 1765 qram, 1675 qram, ümumi təmiz çəkisi 3440 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-tiryəkdir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığmdan bu barədə qoyulmuş sual cavablandırılmadı. Üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri olan 2№-li bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 2990 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 2155 qram, 2230 qram, 2085 qram, 2020 qram, ümumi təmiz çəkisi 8490 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 15 dekabr 2021-ci il tarixli 5114 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefona aparatına baxış keçirilmiş, baxış zamanı mobil telefonun «WhatsApp» proqramında adı qeyd edilməmiş, yalnız İran İslam Respublikasına aid mobil operatora məxsus +98 912 *** **** nömrəsindən özünü İran Azərbaycanlısı kimi təqdim edən naməlum şəxs göndərdiyi səs yazılarında narkotik vasitə və psixotrop maddələri göndərdiyini deməklə, eyni zamanda narkotiklərin gizlədildiyi yerin işarələnmiş şəklini və yerləşdiyi ərazinin lokasiyasmı Təqsirləndirilən şəxs göndərmişdir. Fotoşəkillərdə narkotik maddələrin elektron tərəzi üzərində çəkiləri də qeyd edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmaqla Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03.04.2019-cu il tarixdən 05.02.2020-ci il tarixədək olan müddət ərzində Astara və Biləsuvar sərhədkeçmə məntəqələrindən İran İslam Respublikası istiqamətində yeddi dəfə, 16.10.2019-cu il tarixdə isə Şıxlı sərhədkeçmə məntəqəsindən Gürcüstan dövləti istiqamətində Azərbaycan Respublikasının hüdudlarım tərk edərək geri qayıtmışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 8490 qram çəkidə psixotrop maddə metamfetamin, 2990 qram çəkidə narkotik vasitə heroin, 3440 qram çəkidə narkotik vasitə olan tiryək və üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi 19 oktyabr 2021-ci il tarixli qərara əsasən maddi sübut hesab edilməklə tədqiqatdan sonra qalıq qalan və bir ədəd parça torbada qablaşdırılan 2989,9 qram çəkidə narkotik vasitə heroin, 8489,92 qram çəkidə psixotrop maddə olan metamfetamin, 3439,9 qram çəkidə narkotik vasitə tiryək və 01 ədəd elektron tərəzi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, ibtidai istintaq zamanı tam etirafedici ifadə verərək həmin narkotik vasitəni İran vətəndaşı olan Möhsüm adlı şəxslə əlaqəyə girib onun tapşırığı ilə narkotik vasitələri satış məqsədi əldə etməsinini göstərərək ittiham olunduğu əməli tam etiraf etmiş, lakin məhkəmədə fərqli ifadə verərək həmin cinayət hadisəsinin törədilməsində onun heç bir iştirakı olmadığını bildirməkdə yalnız məsuliyyədən yaxa qutarmaq məqsədi güdmüşdür. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, telefon SMS danışıqları, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin 28.11.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 204.3.2-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai rayon məhkəməsinin 16.03.2018-ci il tarixli qərarı ilə 20.10.2017-ci il 816 VQD saylı qanunun tətbiq olunması ilə əlaqədar onun əməli həmin məcəllənin 204.1-ci maddəsinə tövsüf edilməklə cəzası 6 il 8 aya endirilmiş və həmin cəza çəkildiyindən cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 204.1-ci maddəsi az ağır cinayətlər ktiqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündün iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi təmiz çəkisi 3439,9 qram narkotik vasitə-tiryək, 2989.9 qram narkotik vasitə-heroin, ümumi təmiz çəkisi 8489,92 qram psixotrop maddə-metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi 144 (yüz qırx dörd) manat pul ödənilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi təmiz çəkisi 3439,9 qram narkotik vasitə-tiryək, 2989.9 qram narkotik vasitə-heroin, ümumi təmiz çəkisi 8489,92 qram psixotrop maddə-metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatı yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza xərcləri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-698/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-698/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver