Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-698/2024 28.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət məhkəmə kollegiyası məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxsin hüquqi varisi X3 və müdafiəçi - “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx xxxx 1968-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan X5 məxsus AUDİ A6 minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Buzovna- Şüvəlan yolu ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin yolun “Dilavərin avtoyuma məntəqəsi” adlanan obyektin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib həmin istiqamətdə yolun sağ kənarında dayanmış vəziyyətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs1 ehtiyyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurmuş və nəticədə Aqil həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölməsinə, həmçinin Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına və almış olduğu bədən xəsarətlərindən 04 may 2023-cü il tarixdə “Avrasiya” hospitalında ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 10 ilə yaxındır ki, sürücülüklə məşğul olur, 30 aprel 2023-cü il tarixdə saat 14:30 radələrində idarə etdiyi AUDİ A6 minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna- Şüvəlan yolu ilə Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olarkən ani olaraq beynində tutulma olmuş, huşunu itirmiş və qarşısında olan Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. İdarə etdiyi avtomobilin şarları açılmış, birtəhər avtomobili saxlamışdır. Hadisə nəticəsində Wolkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobillə yanaşı, bir nəfər də cavan oğlanı vurmuşdur. Həmin yerdə olan şəxslər təcili yardım çağırmış, bir qədər sonra təcili yardım maşını gəlmişdir. Təcili yardım avtomobili gələnə kimi piyada ölmüş, Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü isə sağ qalmış və onu təcili yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Hadisənin baş verməsinin səbəbi beynində tutulma olması, yəni avtomobili idarə edərkən ani olaraq gözü açıq olsa da huşu getməsi olmuşdur. Qulağında və gözlərində təxminən 4 ay əvvəl zəiflik başlamış, hadisə vaxtı da zəiflik olmuşdur. Əvvəllər səhhətində ürəkgetmə ilə bağlı heç nə olmamış, birinci dəfə idi ki, huşunu itirmişdir. Maşın hərəkətdə olarkən bir anlıq ürəyi bulanmış, qusmaq istəmiş, o zaman maşını saxlamaq istəmiş, lakin sonra heç bir şey hiss etməmişdir. Spirtli içki qəbul etməmiş və həmin vaxt da ayıq olmuşdur. Hazırda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı əməlindən peşmandır. Zərərçəkmiş şəxslərin hüquqi varislərinə dəymiş ziyanı ödəmişdir, barışmışlar. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 onun oğludur. Hadisədən sonra təqsirləndirilən şəxs qohumları ilə birlikdə dəfndə iştirak etmiş, bütün dəfn xərclərini ödəmişlər, hesab edir ki, hadisə bilərəkdən olmamış, hamının başına gələ biləcək hadisədir. Hadisənin necə baş verdiyini görməmiş, başı dəfnə qarışdığı üçün hadisənin necə baş verdiyi barədə ancaq başqalarından eşitmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, Təqsirləndirilən şəxsla barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, şərti və ya cərimə cəzası verilməsinin xahiş edir. Məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun atasıdır, 6 may 2023-cü il tarixdə evdə olarkən atası ilə bağlı baş vermiş yol nəqliyyat hadisəsi barədə xəbər tutmuş, Sabunçu xəstəxanasına getdikdə, öncə həkimlər xəstənin vəziyyətinin ağır olmasını bildirmiş, sonra atasını özəl Avrasiya klinkasına aparmış, lazim olan köməklik göstərilməsinə baxmayaraq atası vəfat etmişdir, xəstəxanaya o və 2 dostu birlikdə getmişlər, təqsirləndirilən şəxs xəstəxanada olmamış, xəstəxanada təqsirləndirilən şəxsin oğlu, anası və daha iki nəfər olmuş, onlarla həmin gün danışmamış, səhərisi gün xəstəxanada təqsirləndirilən şəxsin oğlu və iki əmisi ilə söhöət etmiş, Hadisə barədə soruşduqda təqsirləndirilən şəxsin sükan arxasında huşunu itirməsi, bu səbəbdən hadisənin baş verdiyini bildirmişlər. Hadisə Buzovna-Mərdəkan yolunda polis akademiyasına gedən istiqamətdə baş vermişdir. Atasının idarə etdiyi maşın “Wolkswagen Golf” markalı avtomobil olmuşdur. Atası idarə etdiyi maşını yol kənarında saxlamış, təxminən 30 saniyə və ya 1 dəqiqə sonra arxadan gələn nəqliyyat vasitəsinin atasının olduğu maşınla toqquşması nəticəsində kəllə beyin tramvası almış, təcili tibbi yardım gələrək köməklik göstərmişdir. Hadisədən sonra bütün maddi və mənəvi ziyanların hamısı təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs2 və ailəsilə birlikdə ünvan 2 ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə ona xəbər vermişlər ki, əri Zərərçəkmiş şəxs2 idarə etdiyi Volkswagen markalı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Şüvəlan yolunda AUDİ A6 markalı avtomobilin sürücüsü ehtiyyatsızlıqdan idarə etdiyi avtomobillə vurmuş və əri ağır dərəcəli xəsarət aldığından təcili tibbi yardım avtomobili ilə Sabunçu tibb mərkəzinə aparılmışdır. Sabunçu rayon xəstəxanasında ərinə ilkin tibbi yardım göstərildikdən sonra həmin gün onu “Avrasiya” hospitalına köçürmüşlər, 04 may 2023-cü il tarixdə əri “Avrasiya” hospitalında dünyasını dəyişmişdir. Bildirmişdir ki, yol-nəqliyyat hadisəsi törətmiş sürücü Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ilk gündən etibarən onlarla maraqlanmış, ərinin sağ qalmasından ötrü hər cür maddi və mənəvi dəstək olmuş ərinin “Avrasiya” hospitalında müalicəsi üçün hospitala 6000 manat pul köçürmüş, lakin həkimlərin səylərinə baxmayaraq əri dünyasını dəyişmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dəfn xərcləri ilə bağlı 1900 manat, yas mərasimləri ilə bağlı 4000 manat, ərinin adında olan ipoteka borcu ilə əlaqədar həmin borcun tam bağlanmasından ötrü 25000 manat, avtomobilə dəymiş ziyanla bağlı isə 7000 manat olmaqla ümumilikdə onlara 43900 manat pul ödəmişdir. Azad Rəhimov hadisəni ehtiyatsızlıqdan törətməklə hadisənin qarşısını almağa texniki imkanı olmamış, əks halda bu hadisə baş verməzdi. Buna baxmayaraq Azad Rəhimov onlara həm mənəvi, həm də maddi cəhətdən dəstək olmuş, onlara dəymiş zərər Azad Rəhimov tərəfindən tam olaraq ödənilmişdir. Buna görə də onun baş vermiş hadisə ilə əlaqədar sürücü Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də onun barəsində heç bir şikayət və tələbi olmayacaq, onunla barışmış və onu bağışlamışdır. Ərizəsini nəzərə alıb Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edərək cinayət işinin icraatına xitam verilməsini xahiş edir (cild 1, iş vərəqi 65-67). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 26 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 113-115, 128-131). Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Şüvəlan yolunda Şüvəlan qəsəbəsi istiqamətində “Dilavərin avtoyuma məntəqəsi” adlanan obyektin qarşısında baş vermişdir. Hadisə yerinə baxış yolun Şüvəlan qəsəbəsinə gedən tərəfinə dayandıqda aparılır. Həmin yol asfalt örtüklü, hamar və quru, düz olmaqla nəqliyyat vasitələrinin hərəkəti üçün maneəsizdir. Hadisə baş verən yerdə hərəkət iki istiqamətli olmaqla yolun tən ortasında əks istiqamətli yolları ayıran beton səki vardır. Hər iki istiqamətdə iki zolaqlı yol mövcuddur. İki zolaqlı yolun bir istiqamətdə ümumi eni 8 metrdir, hər bir zolağın eni 4 metrdir. Hadisə yerində tormoz izi yoxdur. Audi A6 minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yolun sağ kənarında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs1 vurmuşdur. Hadisədən sonra Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobil vurulduğu yerdən 20 metr məsafədə asfalt yolun sol kənarında əks istiqamətə çevrilmiş vəziyyətdədir, piyada zərbənin təsirindən vurulduğu yerdən 5 metr məsafədə yolun sağ kənarına düşmüşdür, Audi A6 minik markalı ** VL *** dövlət qeydiyyat nişanlı avtomobil isə piyadanın cəsədi ilə Volkswagen Golf minik markalı ** ZT *** dövlət qeydiyyat nişanlı avtomobilin arasında toqquşma yerindən 14 metr məsafədə yolun sağ kənarında qarşı tərəfi Şüvəlan qəsəbəsi istiqamətində dayanmış vəziyyətdədir. Asfalt üzərində şüşə qırıntıları və avtomobilin ehtiyyat hissələrinin qırıntıları mövcuddur. Hadisə nəqliyyat vasitələrinin maksimal sürətinin 60km/saat məhdudlaşdırıldığı yol nişanının təsiri zonasında baş vermişdir (cild 1, iş vərəqi 3-16). AF 040964 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmuşdur (cild 1, iş vərəqi 21). Azərbaycan Respublikası DİN-in BDYPİ-nin İmtahan Qeydiyyat və Texniki Baxış İdarəsindən daxil olmuş məktubdan görünür ki, xx.xx.1968-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək etibarlı olan) AF 040964 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (cild 1, iş vərəqi 96- 97). Sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı 30 aprel 2023-cü il tarixli, 1/2337 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır (cild 1, iş vərəqi 32). Məhkəmə tibbi ekspertizası üzrə 15 may 2023-cü il tarixli 59 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş xəsarətlər – ənsə nahiyyəsinin, alt dodağın, sağ əlin İİ barmaq əsasının arxa səthinin, sağ və sol budun, sağ baldırın geniş ölçülü əzilmiş-cırılmış yaraları; ağır travmatik və hemorragik şokla müşayiət olunan baş beyinə nöqtəşəkilli qansızma; ənsə sümüyünün yerdəyişməyən sınığı; sol qalça sümüyünün qapalı sınığı; sol bud sümüyünün açıq, qəlpəli sınığı; sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları; sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları; daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdirlər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.; mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu yuxarıda göstərilən travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur; meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs1 meyitinin meyitxanada müayinəsindən 2- 4 saat əvvəl baş vermişdir; mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 1580/K, xx.xx.2023) (cild 1, iş vərəqi 79- 85). Məhkəmə tibbi ekspertizasının 15 may 2023-cü il tarixli 61 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 meyitində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyyəsinin qançırı; sol dirsək nahiyyəsinin sıyrığı; komatoz vəziyyət, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; baş beynin ağır dərəcəli əzilməsi; subaraxnoidal qansızma; sol alın-təpə sümüyünün xətti sınığı; sol göz yuvasının bayır və orta divarlarında yerdəyişməmiş sınınğı; X döş fəqərəsinin cisminin sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər; mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur; mərhum Zərərçəkmiş şəxs2 ölümü xx.xx.2023-cü ildə saat 13:20də “Avrasiya” Hospitalında baş vermişdir. (“Avrasiya” Hospitalında tərtib olunmuş ******* saylı xəstəlik tarixinə əsasən) (cild 1, iş vərəqi 86-91). Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə 05 iyul 2023-cü il tarixli 8/1629 saylı ekspert rəyindən görünür ki, AUDİ A6 minik markalı 10VL800 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 1, iş vərəqi 92-95). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki¸ Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 111-112). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 №-li 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz; törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır; Həmin Qərarın 23-cü maddəsinə əsasən məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-in ) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-in 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən zərəçəkmiş şəxsin hüquqi varislərinə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə təqsirini etiraf etməklə səmimi peşmanlığı cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Təqsirləndirilən şəxs törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 10 il müddətə azadlıqdan məhrum etmə cəzasının dörddə üçündən - 7 (yeddi) il 6 (altı) aydan artıq ola bilməz. Məhkəmə Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin hüquqi varislərinə dəymiş ziyanın tam ödənilməsi və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsi, həmçinin zərərçəkmiş şəxsin hüquqi varislərinin ondan şikayət və tələbinin olmaması, təqsirini etiraf etməsi və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, təyin olunacaq cəzanın onun islah olunmasına, o cümlədən ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 263..3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla), həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən cəzanı məntəqə tipli rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxsə təyin edilmiş sürücülük hüququndan məhrum etmə növündə əlavə cəza icra edilməsi üçün Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərilməsi cəzaçəkmə müəssisəsinin müdiriyyətinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-avtonəqliyyat ekspertizası üzrə tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-avtonəqliyyat ekspertizası üzrə tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut, mülki iddia və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-698/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-698/2024
28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver