Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-699/2023 03.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Əkbərovun sədrliyi, X6 Qəniyevin və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5-Hüseynlinin katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxslərin nümayəndəsi və vəkili fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Gəncə şəhərində anandan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında kirayədə yaşamış və Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 243.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməkdə, eləcə də, şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edərək iki və daha çox şəxs barəsində insan alveri cinayətini törətməkdə təqsirləndirilmişdir. İttiham aktında qeyd edilir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin noyabr ayından 2020ci ilin dekabr ayınadək keçən müddət ərzində ünvan 4 ünvanında Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək keçən müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, “Qələbə” dairəsi yaxınlığında ünvanı İstintaqa məlum olmayan mənzildə yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2m tamah niyyəti ilə təkrarən fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, 2021-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nərimanov rayonu ərazisində ünvanı istintaqa məlum olmayan ünvanda yerləşən restoranda olan Zərərçəkmiş şəxs3 ilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 11 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Hava Limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, həmin şəhərin Taksim adlanan ərazisində kirayə yaşadığı mənzildə yerləşdirməklə 2021-ci il yanvar ayının sonlarından fevral ayının ortalarınadək olan müddətdə həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Daha sonra qeyd edilir ki, Təqsirləndirilən şəxs təkrarən 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 7 ünvanında kirayədə yaşayan Zərərçəkmiş şəxs2 və ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsilə danışaraq Türkiyə Respublikasının İstanbul şəhərində ona iş təşkil edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılığını bildirdikdən sonra onu özü ilə birlikdə 09 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Hava Limanında yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə İstanbul şəhərinə aparmış, həmin şəhərin Taksim ərazisində kirayə yaşadığı mənzildə yerləşdirməklə 10 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırılmış, iş üzrə zərərçəkmiş şəxslər və şahidlərin ifadələri dinlənilmiş və bu zaman ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamdan insan alveri cinayəti törətməsinə münasibətdə öz təsdiqini tapmadığı müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ilə işlətdiyi paltar mağazasında tanış olub. Belə ki, Zərərçəkmiş şəxs1 müştəri olaraq onun işlətdiyi mağazaya müxtəlif vaxtlarda gəlmiş və ondan paltar almışdır. Ayelinin vasitəsilə də o, Zərərçəkmiş şəxs2 tanımışdır. Ayelin həmin zamanlarda ona gözəllik salonunda saş ustası olaraq işlədiyini bildirmişdir. Ayelinin onun türk vətəndaşı ilə nişanlı olduğunu bilirdi. Hətta həm Ayelin, həm də onun ailə üzvləri onun nişanlı olduğu barədə məlumatlı olublar. O, Turkiyəyə nişanlısının yanına gedərkən dəfələrlə oradan mal gətirib satmışdır. Həmçinin Ayelinə bir neçə dəfə bijuteriya vermişdir ki, o da salona gələn xanımlara satsın. Ayelin ona bildirmişdir ki, onunla bir yerdə Türkiyəyə getmək istəyir. O isə Ayelinin nisbətən yüngül təbiətli qadın olduğunu düşünərək onunla yola çıxmaq istəməmişdir. Bundan başqa həmin vaxtlar Ayelin Zəhrəbova ilə bağlı sosial şəbəkələrdə Günel Həsənli ilə video görüntüləri yayılmışdı. Ona görə də o, Ayelin ilə bir yerdə Türkiyəyə getmək istəmədiyini bildirmişdir. Daha sonra Ayelinin atası Yasamalda Bravo marketin qarşısında maşında oturub onunla görüşmüşdür. Həmin zaman Ayelinin atası ona bildirişdir ki, onun Tükiyədən mal gətirdiyindən, burada satdığınından xəbəri var və onun Türkiyədə tanıdığı, bildiyi olduğunu düşünür, istəyir ki, qızı Ayelin də Türkiyəyə gedib orada onun dəstəyi ilə gözəllik salonu açsın. Bundan başqa bildirmişdir ki, onun Şamaxıda bağ evi var, onu da 100-150 min manata satıb qızına verəcək ki, orada salon açanda istifadə etsin. Daha sonra eyni məsələ ilə bağlı Ayelin onun yanında anası zəng edərək onunla danışmaq istədiyini bildirmiş, o da Ayelinin anası ilə telefonda danışmışdır. Ayelinin anası ona bildirmişdir ki, maddi vəziyyətləri yaxşı olmadığından, Türkiyədə də gözəllik salonlarından yaxşı pul gəldiyini bildiyindən Ayelinin onunla Türkiyəyə getməsini xahiş etmişdir. Bundan sonra o, Ayelinin də onunla birlikdə Türkiyə Respublikasına getməsinə razı olmuşdur. Həmin zamanlar Ayelinin rəfiqəsi olan, onun da mağazadan tanıdığı Zərərçəkmiş şəxs2 sevgilisindən ayrılmış, psixoloji cəhətdən depressiyaya düşmüşdür. Bu səbəbdən onların Türkiyə Respublikasına gedəcəyini eşitdikdə onləra bildirmişdir ki, o da fikri dağılması üçün, başı açılması üçün onlarla bir yerdə 10 günlüyünə istirahətə etmək istəyir. Bütün bunlardan sonra o, Ayşən və Ayelingillə birlikdə Türkiyəyə getməyə razılıq vermişdir. Onlar Ayşən və Ayelinlə birlikdə 09 noyabr 2021-ci il tarixdə Türkiyənin İstanbul şəhərinə getmişlər. O, həmişə İstanbula gedəndə rəfiqəsi olan Gülüstan xanımın evində qalmışdır. Bu dəfə də gedəndə əvvəlki kimi Gülüstanın qaldığı ünvanda qalmış və Ayşənlə Ayelini də oraya aparmışdır. Gülüstanın evi İstanbulda Taksim adlanan yerdə yerləşir. Gülistan xanım evində ata vıə anası ilə bior yerdə yaşamışdır. Onlar onun nişanlısı ilə eyni kənddərdirlər, Diyarbəkirlidirlər. O, hələ Bakıda olarkən Ayelin və Ayşənə bildirmişdir, o İstanbulda özü də qonaq qalır, ona görə də qonaq getdiyi evdə onları üç-dörd gün saxlaya bilər, bundan sonra gərək həmin evdən çıxsınlar, çünki Gülüstanın ana atası yaşlıdırlar, narahat ola bilərlər. Ayşən və Ayelin onun bu sözləri ilə razılaşmışdılar. Lakin artıq İstanbulda olarkən onlar söz verdikləri kimi həmin evdən çıxmadılar, təxminən bir həftə idi ki həmin ünvanda onunla bir yerdə qalmışlar. Onlar orada qalarkən çox açıq saçıq geyinmiş, səs-küylü danışmış, gecə saatlarında evdən çıxmış, gec saatlarda evə qayıtmışlar. Bu səbəbdən Gülüstanın anası ona bununla bağlı etiraz etmişdir. O da Ayelin və Ayşənə bildirmişdir ki, ev sahibləri onların hərəkətlərindən narahatdırlar, buna görə də evdən çıxmalıdırlar. Sonradan istintaq zamanı bilmişdir ki, onlar Gülüstanın evindən çıxdıqdan sonra İstanbulda müxtəlif otellerdə qalmış, sonradan Bakıya qayıtmışlar. Zəhra Talışxanovnı təxminən üç il əvvəl restoranda tanımış, həmin vaxt xatırlamadığı qonaqlıqda Zəhra da qonaq kimi gəlmiş, aralarında münasibət yaranmışdır. O, Zəhra ilə tanış olduğu müddətdə Yasamal rayonu ərazisində ünvanını dəqiq bilmədiyi mənzildə kirayədə qalmış, Zəhra da həmin mənzilə gəlib-getmiş, gəlməkdə məqsədləri sadəcə yaxın münasibətlərin olması olmuş, yəni oturub çay içib söhbət etmiş, başqa hər hansı iş görməmişlər. Sonuncu dəfə Zəhragil onun evinə gələndə evdə olan qab-qacağı yığışdırmış, ondan nə baş verdiyini soruşduqda o Zəhragilə demişdir ki, evi təhvil verməlidir, çünki Türkiyəyə ticarətlə məşğul olmaq, həmçinin həmin vaxt Mert Arı ilə tanış olmuş və aktyorluğa seçimlərdə iştirak etmək üçün gedir. Zəhra bunu eşidən kimi ona demişdir ki, ona da Türkiyədən təkliflər gəlmişdir, o da getməlidir. Zəhra təklif etmişdir ki, onunla birlikdə Türkiyəyə getsin, birlikdə hotel nömrəsi tutsunlar və pulunu da yarıbayarı ödəsinlər. X10 Arının adını eşidən kimi xahiş etmişdir ki, Mertlə danışsın və onun üçün də restoranlarda şou proqramlarda yer ayırsın. O da bu barədə Mertlə özünün danışmalı olduğunu qeyd etmiş, beləliklə, razılaşmışlar ki, birlikdə Türkiyəyə getsinlər. Zəhranın bileti Türkiyədən alınmışdı, o isə öz təyyarə biletini aerokassadan almış, birlikdə Türkiyənin İstanbul şəhərinə getmiş və İstanbul şəhəri, Beyoğlu rayonu, Çukur mahalle, Çukur sokak 7 ünvanında yerləşən “Cemalim Suit” hotelində ikisi də birlikdə nömrə sifariş vermiş və orada qalmağa başlamışlar. Orada təxminən bir aya yaxın Zəhra ilə qalmış, Zəhra gün ərzində rəqs paltarlarını götürüb ona məlum olmayan yerə getmişdir. Zəhranıjn hara getdiyi onun üçün maraqsız olmuş, həm də Zəhra heç bir zaman onu getdiyi yerə aparmamış, o cəhətdən Zəhra çox xəsis olmuş, o da Mert Arının müsabiqəsində iştirak etmək üçün gedib-gəlmişdir. Mert Arı ilə görüşmək üçün gedərkən Zəhra da onunla getmək istədiyini bildirmiş və Zəhra ilə Mert Arı beləcə tanış olmuşlar. Mert Arı ona və Zəhraya bildirmişdi ki, Azərbaycanda gözəllik müsabiqəsi keçirtmək istəyir, lakin əlaqə qurmağa şəxs tapa bilmir. Zəhra həmin vaxt Mertə köməklik edəcəyini bildirmiş, sonradan Mertlə Zəhranın münasibətləri yaxınlaşmış, əvvəlki ifadəsində adını qeyd etdiyi Gülüstanla və nişanlısı İshaqla məhz “Cemalim Suit” hotelində qalarkən tanış olmuş, belə ki, Gülüstan həmin hoteldə xadimə işləmiş, İshaqın dayısı isə həmin hotelin sahibi olmuşdur. Zəhra ilə hoteldə hər iksi qeydiyyatdan keçmiş, pasportlarını ayrı-ayrılıqda təqdim etmişlər. Sonradan otaqda isitmə sobasına görə Zəhra ilə arasında sözlə mübahisə olmuş, belə ki, hotelin sahibi istilik sobasını az işlətmələrini bildirmiş, Zəhra da hotelin işçilərinə sobanı onun işlətdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə düşmüş, bir ay İstanbulda qaldıqdan sonra o, Azərbaycana qayıtmış, Zəhra isə hoteldə qalmışdır. Bundan sonra Zəhra ilə əlaqəsi olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar Türkiyədə olarkən bir yerdə Taksimdə yerləşən “Hafiz Mustafa” adlı restorana gedib orada oturub yeyib içmişlər. Zərərçəkmiş şəxs2 İstanbulda Gülüstanın evindən çıxarkən ona hirsli şəkildə bildirmişdir ki, “Bakıda görüşərik”. O, hesab edir ki, bəlkə də onlar elə səhvən düşünmüşlər ki, o, həmin xanımları evdən qəsdən qovur, ona görə Bakıya qayıdarkən ondan şikayət etmişlər. İstintaq zamanı üzləşmə olarkən müstəntiq Zərərçəkmiş şəxs2 şikayət etməsinin səbəbini soruşduqda Zərərçəkmiş şəxs2 şikayətinin olmadığını, tutulub gətirilən zaman polis əməkdaşlarının özlərinin şikayət ərizəsi yazaraq ona qol çəkdirdiklərini, nəyə görə elə yazdıqlarını bilmədiyini bildirmişdir. Onunla bir yerdə Türkiyəyə getməmişdən əvvəl Zərərçəkmiş şəxs1 Türkiyəyə gedib-getməməsini bilmir. Lakin əvvəllər danışanda həmişə demişdir ki, o Dubaya gedib. O, heç vaxt “Melissa Park” yaşayış kompleksində və Yasamal rayonu ərazisində “Qələbə” dairəsinin yaxınlığındakı evlərdə qalmamışlar. Həmin ünvanlarda Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yaşamışlar. Həmin evlərdə pul qarşılığında qəbul etmələri üçün o, heç bir müştəri təklif etməmişdir. Onlar özləri həmin evlərdə kişi qəbul edirdilər. O ümiyyətlə heç vaxt Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 pul qarşılığında görüşmələri üçün müştəri təklif etməmişdir. O, Türkiyədən satmaq üçün paltar gətirməklə məşğul olmuş, həmçinin də türk vətəndaşı ilə nişanlı olduğu üçün ora tez-tez gedib gəlmişdir. O, Türkiyəyə gedən zaman Ayilindən 150 manat, Ayşəndən 450 manat borc pul almışdır. Ayşən və Ayelindən aldığı borcu İstanbula getdikdən sonra nişanlısından alıb qaytarmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınan Zərərçəkmiş şəxs3 sevgilisi Aynur ilə bir yerdə kafe işlətmişdir. Kafe Aynurun olub. Zəhra da onun işlədilməsi üçün ona köməklik göstərmişdir. Aynur polis əməkdaşı olub. Zəhra xanımın biletini Həyati bəy almışdır. İstanbulda olarkən Gülüstan, Ayşən, Ayilin və o, Taksimdə yerləşən “Hafiz Mustafa” adlı restoran yeməyə getmişlər, orada Ayşən və Ayelin restoranın ayaq yolunda ərəb müştəri ilə söhbət edib ərəbə nömrələrini verərkən restoranın işçiləri bunu bilmiş və buna görə də onları restorandan qovmuşlar. Həmin borcu İstanbula getdikdən iki gün sorna onlara qaytarmışdır. Son olaraq bildirmişdir ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsləri Türkiyə Respublikasına məcburi aparmayıb, onları nə Türkiyə Respublikasında, nə də ki, Bakı şəhərində hər hansı şəxslərlə görüşdürməmişdir. Məhkəmədən xahiş edir ki, onu barəsində bəraət hökmü verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən tanıyır. Onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən işlədiyi gözəllik salonunda müştəri kimi tanış olmuşdur. O, Təqsirləndirilən şəxs işlədiyi gözəlik salonunda müxtəlif salon xidmətləri göstərmişdir. 2017-ci ildə o, Təqsirləndirilən şəxs ilə təzə tanış olduğu zamanlarda Təqsirləndirilən şəxs ona kişilərlə görüşdən yaxşı pul qaldığını bildirərək istəsə, ona müştəri tapa biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razı olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs onu Bakı şəhərinin ayrı-ayrı yerlərində kişilərə təklif etmişdir. O, həmin zaman müştəri ilə görüşə könüllü şəkildə gedib. Təqsirləndirilən şəxs və ya hər hansısa başqa şəxs onu kişilərlə görüşməyə məcbur etməmişdir. Müştərilərlə görüşdükdən sonra pulu ona Təqsirləndirilən şəxs vermişdir. Artıq 2021-ci ildə Təqsirləndirilən şəxs ilə söhbət əsnasında bilmişdir ki, Aygün Türkiyə Respublikasına gedib gəlir. Təqsirləndirilən şəxs ona Türkiyədə işi olduğunu, oradan mal gətirib Bakıda satdığını, alverlə əlaqədar olaraq oraya gedib gəldiyini bildirmişdir. O, həmçinin digər Zərərçəkmiş şəxs2 ilə də salonda tanış olmuşdur. Bir dəfə də salonda olarkən Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun özü söhbət edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, yaxınlarda yenə Türkiyə Rüspublikasına gedəcək. Təqsirləndirilən şəxs onlara təklif etmişdir ki, İstanbulda salon açsalar daha çox pul qazana bilərlər. Həmin zaman Bakıda salonda işlər zəif olduğundan onlar qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs ilə bir yerdə onlar da Türkiyə Respublikasına getsinlər, orada salon açmaqda Təqsirləndirilən şəxs onlara köməklik göstərsin. O, Türkiyəyə getmək üçün bileti özü almışdır. İstanbulda onlar Təqsirləndirilən şəxs rəfiqəsinin evində Taksim ərazisində qalmışlar. Bir neçə gün qaldıqdan sonra Aygün onlara bildirmişdir ki, salon işi alınmır. O, məcbur qalıb Təqsirləndirilən şəxs təklif etdiyi müştərilərlə görüşmüşdür. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, O, Zərərçəkmiş şəxs2 ilə Türkiyəyə salon işlətmək üçün getmişlər. İsyanbulda 14 gün qalmışdır. Orada olarkən Təqsirləndirilən şəxs təklifi ilə 3-4 müştəri ilə görüşüb. Hər müştəridən ona 150 manat vermişdir. Aygünün özünə nə qədər pul qaldığı, ümumiyyətlə Aygünə pul qalıb-qalmaması barədə onun məlumatı yoxdur. O, Bakıda olarkən Aygünün onu fahişəliyə cəlb etdiyini, onu kişilərlə görüşdürdüyünü bildiyi halda İstanbula gedərkən Aygünün salon açmaq fikrinə aldanmağının səbəbi Təqsirləndirilən şəxs inanmağıdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsində qeyd etmişdir ki, təxminən 2017-ci ildə Bakı şəhəri, Yasamal rayonu ərazisində rəfiqəsi Zərərçəkmiş şəxs1 işlədiyi gözəllik salonunda olarkən Ayelinlə münasibəti olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Aygün Ayelinin müştərisi kimi tanımışdır. O vaxtdan o da Aygünlə münasibəti yaranmışdır. 2017- 2018-ci illər ərzində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, kişilərlə görüşdən yaxı pul qzanmaq olur, istəsə, ona da mütəri tapa bilmir. O, əvvəl razı olmasa da, sora maddi sıxıntı yaşadığından razılıq vermişdir. Beləliklə Təqsirləndirilən şəxs evində 3-4 müştəri ilə görüşmüşdür. Həmi mütərilərlə onun özü pul danışmamışdır. Aygün Abasova pul danışın müştəridən alıb oa vermişdir. O, bir müddət belə görüşdükdən sonra Təqsirləndirilən şəxs artıq görüşmək istəmədiyini bildirmişdir, artıq Təqsirləndirilən şəxs ilə münasibətləri kəsmişdir. O daha sonra ailə qurmuş, lakin bir müddət sonra boşanmışdır. Artıq 2020-ci ildə Təqsirləndirilən şəxs özü ona zəng etmiş, onların əlaqəsi yenidən yaranmışdır. Aygün sonra yenə Ayelinin işlədiyi salona gedib gəlmişdir. Təqsirləndirilən şəxs ilə söhbət əsnasında bilmişdir ki, Aygün Türkiyə Respublikasına gedib gəlir. Təqsirləndirilən şəxs ona Türkiyədə işi olduğunu, oradan mal gətirib Bakıda satdığını, alverlə əlaqədar olaraq oraya gedib gəldiyini bildirmişdir. Bir dəfə də Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun özü söhbət edərkən Ayün Abbaova bildirmişdir ki, yaxınlarda yenə Türkiyə Rüspublikasına gedəcək. Həmin zaman Bakıda salonda işlər zəif olduğundan onlar qərara gəlmişlər ki, Təqsirləndirilən şəxs ilə bir yerdə onlar da Türkiyə Respublikasına getsinlər, orada Aygünün koməkliyi ilə salon açıb işlətsinlər. O, Türkiyəyə getmək üçün bileti özü almışdır. Türkiyəyə gedəndə onlar Aygünün rəfiqəsinin evində İstanbulun Taksim adlanan ərazisində qalmışlar. Lakin salon açmaq üçün Aygün onlara verdiyi sözə əməl etməmişdir. Onların pulu olmadığından qaldıqları evdə heş bir ödəniş edə bilməmişlər, işıq, qaz, su pulu ödənilməsinə də kömək edə bilməmişlər. Aygün onlara bildirmişdir ki, salon işi alınmır. Onlara təklif etmişdir ki, kilşilərlə görüşsünlər. O, bu təkliflə məcbur qalaraq razılaşmışdır. Aygün müştəri taparaq onu görüşdürmüşdür. Əvəzində isə ona pul vermişdir. Daha onra o, Aygünə bildirmişdir ki, müştərilərlə görüşmək istəmir, ona verməli olduğu 300 manat pulu versin. Aygün isə ona 150 manat pul vermişdir. O, Ayelinlə bir yerdə Taksimdə otel tutaraq 3 gün qalıb, bilet aldıqdan sonra Bakıya qayıtmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, bAkıda olarkən Təqsirləndirilən şəxs onu fahişəliyə cəlb etmişdir, buu bilə-bilə Təqsirləndirilən şəxs İstanbulda salon açmaq təklifinə inanmasının səbəbini indi izah edə bilmir. O, İstanbulda olarkən mobil telefonu, eləcə də sənədləri onun özündə olub. O, İstanbulda heç yeri tanımadığına görə şikayət etməmişdir. Son olaraq bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxudr. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, rəqqasədir, ərəb rəqsləri ilə məşğuldur. Təqsirləndirilən şəxs təxminən 5-6 ildir ki, tanıyır. O, Aygünlə məclislərin birinə rəqs etmək üçün getdikdə tanış olmuş, daha sonra Aygünlə arasında münasibət yaranmış, lakin sıx münasibətləri olmamışdır, yalnız “salam-sağ ol” olaraq münasibətləri davam etmişdir. Ölkə ərazisində karantin rejimi başlayan ərəfələrdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Xəmsə restoranını işlətməyə başlamışdır. Təqsirləndirilən şəxsin adını çəkdiyi Aynur xanım həmin restorana gəlib-getmişdir. O, polis əməkdaşı olduğundan, vaxtı çox olmadığından həmin restorana az hallarda gəlib gedirdi. Aynur xanım onun şəriki olmamışdır. Karantin zamanı olduğu üçün restoranda iş yaxşı getmirdi. Təqsirləndirilən şəxs da həmin restorana gəlib getmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində restoranda olan zaman Aygün də həmin restorana gəlmiş, onlar əyləşib bir qədər söhbət etdikdə o maddi sıxıntılarının olmasını restoranın qazanc gətirmədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona bildirmişdir ki, burada maddi sıxıntı çəkib, borc içində qalmaqdansa Türkiyə Türkiyə Respublikasına gedib orada yenə rəqasə kimi işinə davam edib qazanc əldə edə bilər. O, Aygündən Türkiyə Respublikasında karantin rejiminin hansı vəziyyətdə olması barədə soruşduqda Aygün hər yerin açıq olmasını, orada həmişə pul olduğunu bildirmişdir. O da Türkiyə Respublikasına getməyə razılaşmışdır. Onlar Təqsirləndirilən şəxs ilə bir yerdə Türkiyə Respublikasına getmək üçün bilet almışlar. 11 yanvar 2022-ci il tarixdə Aygünlə birlikdə Bakı Beynəlxalq Hava Limanından təyyarə vasitəsilə türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, daha sonra İstanbul şəhərinin Taksim adlanan ərazisində kirayə ev tutmuşlar və birlikdə yaşamağa başlamışlar. Türkiyə Respublikasına getdikdə onun pulu olmadığına görə Aygün xanım ona pul vermişdir. Onun Türkiyə Respublikasında illərlə tanıdığı Həyati bəy adlı şəxs var. Həmin şəxs onunla illər əvvəl evlənmək istəmişdir. Lakin həmin zaman o, Həyati bəydən pul istəməyə utanmışdır, buna görə Həyati bəydən heç bir məbləğdə pul istəməmişdir. Artıq orada Aygünün iç üzünü görmüşdür, Aygün onun yediyi yeməyə, içdiyi çaya belə qarışmış, işıq pulu, qaz pulu, su pulunu tək verdiyinə görə etirazlarını bildirmişdir. Aygün bildirdi ki, o, foto modellik edərək pul qazanacaq, buna görə də işləyəcəyi ajansın müdiri Mert bey tək olaraq axşam onlara gələcək. Həmin axşam Mərt bəy öz qardaşı ilə oraya gəmişdir. Onlar gəldikdən sonra dördü oyutub söhbət etmişlər. Orada söhbət həqiqətən də foto modellikdən gedirdi. O, isə bildirmişdi ki, nəsə kömək lazım olsa, o da kömək etməyə hazırdır. Daha sonra onlar getmişlər. Onlar həmin vaxt Aygünlə artıq danışmamışlar. Həmin evdə 15 gün qaldıqdan sonra Aygün ona bildirmişdir ki, ondan pulunu, eləcə də ev pulunu tələb etdikdə o pulunun olmadığını bildirmişdir. Aygün ona kişilərlə pul müqabilində görüşə biləcəyini və qazanc əldə edə biləcəyini bildirmişdir, o əvvəlcə etiraz etmişdir. Daha sonra məcbur qalıb Aygünün bu təklifi ilə razılaşmışdır, çünki ona pul lazımdır. O, iki nəfərlə görüşərək, birində 100 dollar, digərində 50 dollar almışdır. Daha sonra artıq dözə bilmədiyini bildirmiş, orada olan sevgilisi Heyati bəyə zəng vuraraq ona ev tutmasını xahiş etmişdir. Aygündən evi ayırmışlar. Həyati bəy ona ev tutmuşdur, o, bir müddət Türkiyə Respublikasında qaldıqdan sonra Bakıya qayıtmışdır. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun Həyati bəydən əvvəlcədən ona ev tutmasını xahiş etməməsinin səbəbi odur ki, Aygün demişdir ki, ikisi gəliblər, ikisi də pul qazanıb yaşasalar, daha yaxşı olar. İstanbula çatanda aygün onun özünə pul vermişdir, sonra qaytarar. Ev pulunun ödənilməsi üçün də pulu onun özünə vermişdi. Ev pulunu hərəsi ayrı-ayrı vermişlər. Ödənişi otaq üzrə vermişlər. Onun Aygünə pul vermə halı olmayıb. O, evə görə Aygünə pul verməyib. O, hələ Bakıda olarkən Həyati bəylə münasibətləri olmasına baxmayaraq ondan karantinlə bağlı İstanbulda əyləncə yerlərinin işləyib-işləmədiyini soruşmamışdır. Təqsirləndirilən şəxs inanaraq oraya getmişdir. O, müştərilərlə görüşəndə pulu Aygen Abbasova almışdır. Bakıya gələndə ona bileti Həyati bəy almışdır. O, Aygün Abasova ilə İstanbula getməmişdən əvvəllər də Türkiyəyə bir neçə dəfə getmişdir. Ona Türkiyəyə getmək üçün bileti Həyati bəy almışdır. Həyati bəy onun həmin vaxtda İstanbula niyə getdiyini soruşmamışdır. O, Təqsirləndirilən şəxs ilə 1 aya qədər bir yerdə qalmışdır. Türkiyəyə yanvar ayında getmişdir, may ayında qayıtmışdır. Aygünlə evlərini ayırdıqdan sonra 4 ay orada qalmasının səbəbi Təqsirləndirilən şəxs bir yerdə qayıdarlar sözü olub. X8 bəy qarşılamışdır. Otelə də Həyati bəy aparmışdır. İstanbulda Aygünlə oteldə qalan zaman oteldən sərbəst şəkildə, istədiyi zaman girib-çıxa bilmişdir. Təqsirləndirilən şəxs tanış etdiyi iki müştəri ilə ayrı-ayrı günlərdə görüşmüşdür. Aygün ona həmin şəxslərlə görüşmək üçün hər-hansısa şəkildə təsir göstərməmişdir. Yalnız təklif etmişdir. O, həmin şəxslərlə görüşüb Aygünə olan borcunu qaytardıqdan sonra artıq Həyati bəyə zəng vuraraq onu aparmağı xahiş etmişdir. O, Bakıya 2021-ci ilin may ayında qayıtmışdır. O, Azərbaycana qayıdan kimi Aygün Abbasovdan şikayət etməməsinin səbəbini indi izah edə bilmir. O, Azərbaycana qayıtdıqdan bir neçə ay sonra ona İnsan Alveri ilə Mübarizə İdarəsindən zəng gəlmiş, onu həmin İdarəyə dəvət etmişlər. Orada şikayət ərizəsi yazmışdır. Son olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayəti, tələbi yoxdur. Ona cəza təyin edilməsini məhkəmənin səlahiyyətinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il üç- dörd aydır ki tanıyır. Aygün həmin vaxt piy əritmə əməliyyatı ilə bağlı məsləhət almaq üçün onun işlədiyi klinikaya gəldikdə müştəri kimi Aygünün mobil telefon nömrəsini öz telefonuna qeyd etmiş, Aygünlə danışarkən Aygün təklif etmişdir ki, tanışı Ayelini onunla pul müqabilində cinsi əlaqədə olmaq üçün təşkil edə bilər. O da razılıq vermiş, bundan sonra Aygündən Ayelinin mobil telefon nömrəsini almış və Ayelinə fikrini izah etdikdən sonra Ayelin onunla görüşməyə razılıq vermişdir. Ayelinlə metronun “İnşaatçılar” stansiyasının yaxınlığında mənzildə görüşmüş və 100 manat pul müqabilində Ayelinlə cinsi əlaqədə olmuşdur. Pulu Ayelinin özünə vermiş, bundan sonra Ayelin onunla plastik əməliyyatla bağlı danışsa da aralarında cinsi əlaqədə olmaqla bağlı söhbət olmamışdır. Məhkəmədə ifadəsi elan edilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, Şahid2 istintaqa verdiyi ifadəsində bildirmişdir ki, təxminən bir il yarım əvvəl Göyçay şəhərində xatırlamadığı hoteldə olarkən hotelin yaxınlığında dayanmış bir şəxslə söhbətləri alınmış və bir qədər söhbət etmişlər. Söhbət əsnasında həmin şəxsə bildirmişdir ki, fahişəliklə məşğul olan qadınla görüşüb cinsi əlaqədə olmaq istəyir, tanıdığı bir adam varsa mobil nömrəsini ona versin. Həmin şəxs ona Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsini vermiş, o da Aygünlə əlaqə saxlamış və Aygünə bildirmişdir ki, Göyçay şəhərindədir, istirahət etmək və görüşüb cinsi əlaqədə olmaq istəyir. Telefonda Aygün ona bildirmişdir ki, Kürdəmir rayonu tərəfdədirlər, rayona gedirlər, onun olduğu yerə gələ bilərlər. Bundan sonra o Aygünə olduğu yeri izah etmişlər. Bir neçə saat sonra Aygün yanında Zərərçəkmiş şəxs2 ilə ora gəlmiş, Aygün bildirmişdir ki, yanında olan Ayşən onunla cinsi əlaqədə ola bilər. Pul barəsində danışdıqda xatırladığı qədəri ilə Ayşənlə 100 manat pul müqabilində razılaşmış və həmin gün Ayşənlə cinsi əlaqədə olmuşdur. Növbəti gün yuxudan durduqda Ayşən və Aygün getmişlər. Bundan sonra Aygünlə bu mövzuda söhbətləri olmamışdır. Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. (cild 1, iş vərəq 1) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Resublikası CM-in 144-1.1-ci maddəsinə törətməkdə şübhəli şəxs qismində tutlumuşdur. (cild 1, iş vərəq 135-136) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 144-1.1-ci maddəsindən həmin məcəllənin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 -ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəq 159-160) Cinayət işinin materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 20 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1 -ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild1 , iş vərəq 161-163) Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəq 180-189) Cinayət işinin materiallarında olan 18 may 2022-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən icraaat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 07 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi” haqqında qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan 10 sentyabr 2022-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CPMin 53.1.1-ci maddəsinə əsasən icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 20 sentyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi” haqqında qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan 20 sentyabr 2022-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CPMin 53.1.1-ci maddəsinə əsasən icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan 12 oktyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi” haqqında qərardan görünür ki, iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamış və cinayət məsuliyyətinə cəlb edilməmişdir. (cild 1, iş vərəq 253-254) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Gəncə rayon Mənzil İstismar hissəsi 1 №-li Mənzil-İstismar sahəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 9 ünvanında qeydiyyatdadır, lakin uzun müddət qeydiyyatda olduğun ünvanda yaşamadığı üçün onun barəsində rəy bildirməmişlər, lakin 1 nömrəli Mənzil İstismar Sahəsinə Təqsirləndirilən şəxs barəsində qonşular, təşkilatlar tərəfindən şikayət daxil olmamışdır. (cild 1, iş vərəq 283,284) Cinayət işinin materiallarında olan 3083 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X3 xasiyyətin isterik cizgiləri müəyyən edilmişdir, onda hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. (cild 1, iş vərəq 292-295) Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 xx.xx.2021 -ci il tarixdə saat 10:25 dəqiqədə «P4993262» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 11:33 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs1 qızı xx.xx.2021-ci il tarixdəsaat 07:39 dəqiqədə «C00120288» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021 -ci il tarixdə saat 11:11 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 qızı xx.xx.2021-ci il tarixdə saat 07:38 dəqiqədə «C03720238» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 11:12 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10:23 dəqiqədə «P5218801» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021-ci il tarixdə saat 12:01 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuş, həmin pasportdan istifadə etməklə xx.xx.2021-ci il tarixdə saat 07:39 dəqiqədə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətində tərk etmiş, xx.xx.2021 -ci il tarixdə saat 11:29 dəqiqədə həmin sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Bakı Beynəlxalq Hava Limanından keçməklə Türkiyə Respublikası istiqamətindən ölkəyə daxil olmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri, şahidi dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması o, özünü həmin maddə ilə təqsirli bilməməsinə baxmayaraq, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi ilə, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə təsdiq olunmuşdur. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar yalnız zərərçəkmiş şəxslərin ifadələrisi əsasında verilmişdir, işdə ona elan edilmiş ittihamı təsdiq edən digər mötəbər sübutlar müəyyən edilməmişdir. Bununla belə, məhkəmə iclasında zərərçəkmiş şəxslərin verdikləri ifadələrindən görünür ki, onların heç biri məcburi qaydada Azərbaycan Respublikası hüdudlarından kənara getməyiblər, özləri könüllü şəkildə Təqsirləndirilən şəxs ilə birlikdə Türkiyə Respublikasına getmişlər. Həmçinin Təqsirləndirilən şəxs Türkiyə Respublikası ərazisində onlara pul müqabilində kişilərlə cinsi münasibətdə olmalarını təklif etdikdə onlar pula ehtiyacları olduqlarına görə təklifi qəbul etdiklərini bildirmişlər. Belə ki, zərəçəkmiş şəxslərin verdikləri ifadələrindən məlum olur ki, onlar Türkiyə Respublikasında olduqları müddətdə mobil telefonları və sənədləri onların üzərində olub. Cinayət işinin hallarından, həmçinin alınmış ifadələrdən məlum olur ki, zərərçəkmiş şəxslər əvvələr də fahişəliklə məşğul olmuş hətta Təqsirləndirilən şəxs ilə birlikdə Azərbaycan Respublikası Bakı şəhərində müxtəlif vaxtlarda müxtəlif ünvanlarda fahişəlik etmişlər. Bu isə onu deməyə əsas verir ki, onlar Təqsirləndirilən şəxs onları fahişəliklə məşğul olmağa sövq etməsini əvvəllər də bilirdilər və buna könüllü razılıqları olmuşdur. Yəni, onlar Türkiyə Respublikasına Təqsirləndirilən şəxs ilə gedərkən hansı işlə məşğul ola biləcəklərini bilirdilər və Təqsirləndirilən şəxs niyyəti ilə (fahişəliklə məşğul olma) öz niyyətləri eynilik təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birmənalı olaraq bu hal Təqsirləndirilən şəxs əməlində insan alveri cinayətinin tərkib əlamətinin yaratmır və ona həmin maddələr üzrə elan edilmiş ittiham əsassız və qanunsuzdur. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə işin mübahisəsiz hissəsidir və bütün mötəbər sübutlar, ifadələr bu fakti birbaşa olaraq təsdiq edir. Zərərçəkmiş şəxs1 iş üzrə verdiyi ifadəsində Təqsirləndirilən şəxs ilə eyni şərtlərlə işlədiyini, onlara qarşı heç bir zorakılıq halları tətbiq edilmədiyini, həm özü, həm də digər zərərçəkmi şəxsin Zərərçəkmiş şəxs2 öz maddi ehtiyacları üçün çalışdıqlarını, istədikləri vaxt Təqsirləndirilən şəxs ilə birgə qaldıqları evdən çıxıb getmə imkanlarının olduğunu bildirmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə isə zərərçəkmiş şəxslər könüllü razılığı olmadan cinsi ististmara məruz qalmış onlar Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasına aldadılaraq aparılmış və təqsirləndirilən şəxs tərəfindən fahişəliyə cəllb etməklə qazanc əldə edilməsi müəyyən edilmişdir. Lakin məhkəmə istintaqının gedişi zamanı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri iş üzrə mötəbər sübutlarla əlaqəli şəkildə tədqiq edilərkən bu məhkəməyə belə nəticəyə gəlməyə əsas vermişdir ki, zərərçəkmiş şəxslər gündüz və ya gecələr istədiyi vaxt Təqsirləndirilən şəxs yanından çıxıb getmək imkanına malik olmuşdur və onlar məcburiyyət olmadan və ya azadlıqları məhdudlaşdırılmaqla saxlanılmamışdır. Qeyd etmək lazımdır ki, daha sonra zərərçəkmiş şəxslər özləri heç kimin köməkliyi olmadan Təqsirləndirilən şəxs yanından çıxıb getmişlər. Bu hal isə bir daha onu təsdiq edir ki, zərərçəkmiş şəxslər həmin yerdə məcburi qaydada saxlanılmamış və cinsi istismara cəlb edilməmişlər. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmədə verdiyi ifadəsində ona elan olunmuş ittihamlarda özünü təqsirli bilməmişdir. Burada həm də nəzərə alınmalıdır ki, izahatı alınmış Təqsirləndirilən şəxs cinayət işi başlandıqdan sonra şahid qismində verdiyi ilkin ifadələrində hər hansı etirafedici ifadə verməmiş, ilkin ifadələrində, həm də sonradan istintaq zamanı verdiyi bütün ifadələrində heç bir cinayət törətmədiyini, zərərçəkmiş şəxslər ilə normal münasibətdə olduğunu, onları aldadaraq hər hansı vəd verməklə cinsi istismara məruz qoymadığını və özünü hər hansı cinayətin törədilməsində təqsirli bilmədiyini göstərmişdir. Analoji ifadələri təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı da vermişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən olundu ki, təqsirləndirilən şəxsə insan alveri cinayəti törədilməsinə münasibətdə elan edilmiş ittiham aydın deyildir. Belə ki, cinayət qanunvericiliyinə əsasən insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi deməkdir. Yuxarıda qeyd olunan sübutlarla və məhkəmə baxışında müəyyən olnumuşdur ki, təqsirləndirilən şəxs zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla zərərçəkmiş şəxsləri cinsi istismara məruz qoymamışdır, əksinə zərərçəkmiş şəxslər maddi imkanları aşağı olduğundan, başqa qazanc mənbələri olmadığından könüllü şəkildə, Təqsirləndirilən şəxs ilə birlikdə fahişəliklə məşğul olmağa razılıq vermişlər. İttihamlarda həmçinin təqsirləndirilən şəxsə zərərçəkmiş şəxsin qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa azadlığını məhdudlaşdırmaqla cinsi istismara cəlb edilməsi göstərilsə də, onların azadlığının məhdudlaşdırılmasının hansı hərəkətlərdə ehtiva olunması, ümumiyyətlə azadlığın məhdudlaşdırılmasının nədən ibarət olması ittihamda öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, zərərçəkmiş şəxslər Azərbaycan Respublikası ərazisindən heç bir məcburiyyət və köməklik olmadan özləri sadəcə olaraq Təqsirləndirilən şəxs qoşularaq getmiş, orada, həmçinin sərbəst və könüllü şəkildə, heç bir xüsusi nəzarət vasitələri olmadan fahişəliklə məşğul olmuşlar. Bununla əlaqədar həmçinin qeyd edilməlidir ki, zərərçəkmiş şəxslər həm Azərbaycan Respublikasında olarkən həm Türkiyə Respublikasında müxtəlif vaxtlarda könüllü şəkildə ayrı-ayrı şəxslərlə pul müqabilində görüşərək cinsi əlaqədə olmuşlar. Cinayət işində olan və istintaq orqanının gəldiyi nəticəyə görə, iş üzrə sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə üzləşdirilmələrinə dair protokollarla və şahidin dindirilməsi barədə protokolla əlaqədar məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadələr verdiyindən və məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən qeyd olunan protokollar mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə münasibətdə də təqsirli bilməyərək, zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməməsi onları gəlir və ya digər fayda əldə etmək məqsədi ilə müxtəlif şəxslərlə görüşdürmədiyi kimi xüsusatlar bildirərək öz müdafiəsi üçün dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddələri ilə insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi ilə bağlı ittiham verilsə də məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin fahişəliyə cəlb etmə əməli düzgün olaraq müəyyən edilsə də, onun tərəfindən insan alveri cinayətinin törədilməsi sübuta yetirilməmişdir. İşin faktiki hallarına baxmayaraq, ibtidai istintaq orqanı əlavə hər hansı mötəbər sübut əldə etmədən Təqsirləndirilən şəxs sadəcə olaraq zərərçəkmiş şəxslərlə birgə Azərbaycan Respublikası hüdudlarından Türkiyə Respublikasına getməsi və orda fahişəliklə məşğul olmaları əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsi ilə ittiham vermişdir. Lakin istintaq orqanı burada zərərçəkmiş şəxslərin könüllü razılığının olmasına dəlalət edəcək halları nəzərə almamış və əsassız ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin onu fahişəliyə cəlb etmiş bir şəxs tərəfindən eyni məqsədlə yenidən fahişəliyə cəlb etmək üçün zərərçəkmiş şəxsin öznün razılğı ilə könüllü surətdə xarici ölkələrə aparılması və orada öz arzusu ilə maddi ehtiyaclarını qarşılamaq üçün fahişəliyə cəlb edilməsi insan alveri cinayətinin tərkibini yaratmamalıdır. Həmçinin bu xarakterli cinayətlərin istintaqı zamanı xarici ölkələrdə həmin şəxslərin yaşadıqları daha doğrusu onların fəaliyyət göstərdikləri ünvanların və onların cinsi əlaqədə olduqları şəxslərin əhatəsinin müəyyən edilməməsi və sair hallar iş üzrə təqsirlənrilən şəxsin barəsində kifayət qədər sübut bazasının azlığına gətirib çıxarır. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə şəxsin ağır cinayət törətməkdə ittiham edilməsi və onun əməlinin insan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yetkinlik yaşına çatmış şəxsin cəlb edilməsi CM-nin 144-1-ci maddəsi ilə o halda cinayət məsuliyyətinə səbəb olan əməl kimi tövsif edilməlidir ki, həmin şəxsin onun barəsində insan alveri cinayətinin tərkibini yaradan əməllərin törədilməsinə könüllü razılığı olmasın. Bu cinayət insan alveri cinayətindən zərərçəkmiş şəxsin sadalanan məqsədlər üçün cəlb edildiyi andan başa çatmış hesab edilir. Şəxsin alqı-satqısı və ona sahibliklə əlaqədar digər əqdlərin bağlanması, yaxud onun istismar edilməsi məqsədilə o, Azərbaycan Respubikasının dövlət sərhədindən keçirilərsə, yaxud eyni məqsədlə digər şəxslərə verilərsə, bu halın Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsi ilə tövsüfünə təsiri yoxdur. Əgər cəlb edilən zərərçəkmiş şəxs Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz keçirilərsə, təqsirkarn əməli cinayətlərin məcmusu qaydasında – Cinayət Məcəlləsiknin 144-1-ci və 318-ci maddələri ilə tövsüf edilməlidir. Şəxs hətta Azərbaycan Respublikasının sərhəddindən keçirilərsə, yaxud eyni məqsədlə digər şəxslərə verilərsə bu halın CM-nin 144-1.1-ci maddəsi ilə tövsifinə təsiri yoxdur. 144-1-ci maddədə nəzərdə tutulan cinayət formal tərkiblidir. Cinayət maddənin dispozisiyasında sadalanan əməllərin törədildiyi andan başa çatmış hesab edilir. Bu cinayət birbaşa qəsdlə törədilir. Motivi: tamah, intiqam və sairə. Cinayətin tövsifedici əlamətləri: 1) 2 və ya daha çox şəxs barəsində törədilməsi, 2) təkrar törədilməsi, 3) yetkinlik yaşına çatmayan şəxs barəsində törədilməsi, 4) təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətdə olan qadın barəsində törədilməsi, 5) qabaqdan əlbir olan bir qrup şəxs, mütəşəkilli dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilməsi, 6) qulluq mövqeyindən istifadə etməklə törədilməsi, 7) zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədilməsi, 8)işgəncə verməklə və ya onunla qəddar, qeyri insani yaxud onun ləyaqətini alçaldan rəftar etməklə törədilməsi, 9) zərərşəkmişin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədilməsi. Zərərçəkmiş şəxslər həm yetkinlik yaşına çatmış həm də çatmamış şəxslər ola bilər. Cinayətin 2 və ya daha çox şəxs barəsində törədilməsi davam edən cinayətdir. Bu əlamətin yəni cinayətin mövcud olması üçün təqsirkarın CM-nin 144-1.1-ci maddəsində göstərilən hərəkətlərin törədilməsinə qədər 2 və ya daha çox şəxs barəsində belə hərəkətləri törətmək niyyəti olmalıdır (vahid niyyət). Əgər təqsirkar 1 şəxs barəsində insan alveri cinayətini törətdikdən sonra başqa şəxs barəsində də həmin cinayəti törədərsə (davam edən cinayətin əlamətləri olduqda), 1-ci cinayətə görə cinayətin hüquqi nəticələri aradan qalxmamışdırsa,onun əməli CM-nin 144-1.2.1-ci maddəsi ilə tövsif edilməlidir. İnsan alveri cinayətinin 2 və ya daha çox şəxs barəsində törədilməsi həm eyni vaxtda,həm də müxtəlif vaxtlarda törədilə bilər.Əhəmiyyətlisi odur ki,təqsirkarda insan alveri cinayətinin 2 və ya daha çox şəxs barəsində törədilməsi niyyəti birinci insan alveri cinayətini törətməzdən əvvəl yaranmış olsun. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1ci maddəsi ilə ittiham irəli sürərkən zərərçəkmiş şəxslərin fahişəliyə cəlb edilməsinə əsaslanmış, onların Təqsirləndirilən şəxs tərəfindən cinsi istismara məruz qoyulmasını qeyd etmiş, zərərçəkmiş şəxslərin könüllü razılığının olub-olmaması məsələsinə obyektiv yanaşmamış və hüquqi qiymət verməyərək, həqiqiliyi təsdiq olunmayan şübhəyəmülahizəyə istinad etmişdir. Halbuki iş materialları ilə təqsirləndirilən şəxsin əməlində insan alveri cinayətinin tərkib əlamətləri müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini tövsif edərkən insan alveri cinayəti törətməsinə dair hər hansı birbaşa və ya yanakı sübut əldə edə bilməmiş, məhkəmədə də bu hal öz təsdiqini tapmamışdır. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsi ilə ittiham verilmişdir. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı isə mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 144-cü maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə, öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 351.2-ci və 351.3.4-cü maddəsilərə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nin müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunan mötəbər və təkzibedilməz sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsi ilə verilmiş ittiham məhkəmə iclasında öz təsdiqini tapmadığından, lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsinin cinayət tərkibi olduğundan, əməl Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsindən həmin Məcəllənin 243.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən, Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb oluduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətinin, tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ictimai işlər növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə tutulmuş və bu günədək həbsdə olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq dövründə və məhkəmədə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə 03 (üç) ay 16 (on altı) gün müddətində həbsdə saxlanıldığından həmin müddət hazırkı hökmlə ona təyin olunmuş ictimai işlər növündə cəzaya azadlıqdan məhrumetmənin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulmaqla hesablanmalı və ona təyin edilmiş 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasını çəkmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı azadlığı faktiki məhudlaşdırılmaqla şübhəli şəxs qismində tutulduğu andan, yəni 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 112 (yüz on iki) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 112 (yüz on iki)manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az. MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384-385.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs, ibtidai istintaq dövründə və məhkəmədə barəsində həbs növündə qətimkan tədbiri seçilməklə 03 (üç) ay 16 (on altı) gün müddətində həbsdə saxlanıldığından həmin müddət hazırki hökmlə ona təyin olunmuş ictimai işlər növündə cəzaya azadlıqdan məhrumetmənin bir gününə ictimai işlər növündə cəzanın səkkiz saatı bərabər tutulmaqla hesablansın və ona təyin edilmiş 480 (dörd yüz səksən) saat müddətinə ictimai işlər cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 112 (yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************4 SWİT BİK CTREAZ 22) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-699/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-699/2023
03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver