Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-699/2024 09.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Tərcüməçi: X8 və X2 Müdafiəçi:Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1981-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı övladı olan, ali təhsilli, AR-METİZ zavodunda inzibatçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan zaman, müştəri kimi avtomobilinə əyləşmiş Rusiya Federasiyası vətəndaşı X3 sonuncunun istəyi ilə avtomobillərə baxması üçün Bakı şəhəri Tbilisi prospektində yerləşən “İST Petrol” yanacaqdoldurma məntəqəsinə apardıqdan sonra Elvira Akhmedovanın orada satış üçün qoyulmuş “X13” markalı avtomobili bəyənib 1000 manat beh ödəməsindən istifadə edib özgənin əmlakını ələ keçirmək məqsədilə, həmin gündən etibarən Elvira Akhmedovaya müxtəlif vaxtlarda zəng vuraraq guya avtomobilin pulunun ödənilmədiyi halda beh kimi verdiyi pulun batacağı bəhanəsi ilə sonuncunun etibarından sui-istifadə edib aldadaraq, 11 sentyabr 2019-cu il tarixdə Elvira Akhmedovaya məxsus 47300 avro dəyərində “Cartier” markalı briliant qaşlı qızıl qadın üzüyünü ünvan 3 ünvanda yerləşən Şahid2 işlətdiyi lombardda öz adına sənədləşdirməklə, girovda saxlayıb 12000 manat pul götürdükdən sonra, 10000 manatını Elvira Akhmedovaya qaytarıb guya lombardın işçisinə “komissiya” kimi ödəyəcəyi adı ilə həmin pulun 2000 manatını, vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 3 ünvanda yerləşən lombardda girovda saxlamaqla, 25 oktyabr 2019-cu il tarixdə lombarddan götürərək, satdığı zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə həmin günün məzənnəsi ilə 89534 manat 17 qəpik təşkil edən 47300 avro dəyərində “Cartier” markalı üzüyü 12 noyabr 2019-cu il tarixdə Elvira Akhmedovanın şəxsiyyəti istintaqla müəyyən edilməyən tanışı “Daniel” adlı şəxs tərəfindən lombarda ödənilməsi məqsədilə onun AZ81UBAZ**********1010AZN001 nömrəli bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 2783 manat 53 qəpik təşkil edən 1484 avro, 16 noyabr 2019-cu il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 2745 manat 99 qəpik təşkil edən 1465 avro, 25 dekabr 2019-cu il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 265 manat 72 qəpik təşkil edən 141 avro, 06 fevral 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1368 manat 32 qəpik təşkil edən 732 avro, 02 mart 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1386 manat 25 qəpik təşkil edən 738 avro, 03 mart 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1359 manat 91 qəpik təşkil edən 738 avro, 04 may 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1372 manat 31 qəpik təşkil edən 738 avro, 03 iyun 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1405 manat 44 qəpik təşkil edən 738 avro, 03 iyul 2020-ci il tarixdə “Daniel” adlı şəxs tərəfindən “lombard”a ödənilməsi məqsədilə eyni bank kartının hesabına göndərilmiş Elvira Akhmedovaya məxsus həmin günün məzənnəsi ilə 1408 manat 84 qəpik təşkil edən 738 avro pulları istintaqa məlum olmayan vaxtda və yerdə nağdfaşdırmaqla ələ keçirib Elmira Akhmedovaya ümumilikdə külli miqdarda 105630 manat 48 qəpik məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olan zaman xanımla tanış olmuşdur. Xanım tanışlıq zamanı bildirdi ki maşın almaq istəyir. Avtosalona getdilər. Maşının qiyməti 57.000 manat idi. 1000 manat beh ödədi. Dedi ki, qalanına gücü çatmır. Üstündən bir neçə gün keçəndən sonra xanım dedi ki, xaricdən ona göndərilməli olan pul gəlmədi. Ona maşın satılan yerdən Azər adlı şəxs dedi ki, pulu ödəməsə beh batacaq. Xanım da, ona üzüyü olduğunu dedi və o üzüyü satıb əvəzində maşının pulunu ödəyər. O xanımla yaxınlıq etməmiş, o özü köməklik istəyib, o da ona yardım etmişdir. Azər rus dili bilmədiyi üçün zərərçəkmişlə yox onunla əlaqə saxlayırdı. Üzüyün qiymətini 18.000 manat qiymətləndirdilər. Moskva ünivermağında daha aşağı qiymətə qiymətləndirdilər. Bildirdilər ki, üzüyü ancaq satandan sonra pulunu ödəyə bilərlər. O da xanımla razılaşdı ki, bu üzüyü 10.000 manat almaq istəyir, xanımda razılıq verdi. Sonradan maşının pulunu istədilər. Ancaq xanım o pulu maşına vermədi. O xanıma kömək üçün o üzüyü aparıb lombarda qoymuşdur. Lombard sahibinin indiyədək nə qədər pul ödədiyini dəqiq xatırlamır. Üzüklə bağlı məsələ 1 həftə ərzində oldu, ancaq maşınla bağlı məsələ 1 ay çəkdi. Xanım sadəcə ondan kömək istəyirdi, onunla başqa əlaqəri olmayıb. Ona lombartdan 12.000 manat pul verdilər, o da o pulu xanıma qaytardı. Əlavə olaraq da 10.000 manat da xanıma pul ödəmişdi, ümumilikdə isə 22.000 manat pul ödəmişdir, pul hissə-hissə qaytarılmağa başlandı. 2019-cu ilin sonu xanım ondan üzüyü qaytarılmasını istədikdə, o xanıma üzüyün artıq ortıq onun olduğunu bildirdi. Üzüyü alıcı tapdıqdan sonra lombarddan götürüb 23.000 manata başqa şəxsə satmışdır. Xanımla dost deyildilər, onunla cəmi 2-3 dəfə avtosalona getmişdilər. O xanımın bütün yaşayış xərclərini ödəmiş, ona ümumilikdə 3000 manatdan çox pul ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o uşağı ilə Bakı şəhərinə gəlmişdir. Lüksemburqu tərk etmək qərarına gəldiyi üçün bura üz tutmuşdur. Onun Lüksemburqda bir qədər problemləri var imiş. Keçmiş həyat yoldaşı ilə rəsmi olaraq ayrılmışlar. Uşağının atası ilə ailə quracaqmış. Həmin Cartier markalı üzüyü uşağının atası ona bağışlamışdır. Uşağını Bakıda məktəbə yazdırdıqları üçün maşın almaq istəmişdir. Onlar Avropanı tərk etmişlər. Rusiya Federasiyasına getməyə biraz çəkinmişlər, 3 il imiş ki, orada olmamışdır, çünki Lüksemburqda ailəli olmuşdur. Rusiya Federasiyası böyük ölkədir, həm də orada sakitçilik deyilmiş, bu səbəbdən Bakı şəhərində yaşamağa cəhd etmişlər. Onun atası azərbaycanlıdır. Azərbaycanın iqlimi yaxşıdır. Taksi sifariş verdikdə Ramil ilə tanış olmuşdur. Ramilin maşını ağ rəngdə olmuş, lakin hansı marka olduğunu xatırlamır. Taksi sifarişini tətbiq vasitəsilə etmişdir. Taksi sürücüsünə bir neçə avtosalonları qeyd etmişdir ki, gedib JEEP markalı maşınlara baxacaqmış. Taksi şoferinə Bakı şəhərini tanımadığını demiş, bu səbəbdən yalnız ünvanları ona bildirmişdir. Söhbət əsnasında Ramil onun maşın almaq fikrində olduğunu bilmiş və ona kömək edəcəyini, hətta maşının sayğacını söndürəcəyini bildirmişdir. Ramil çox tərbiyəli danışırmış, rus dilini də yaxşı bilirmiş. Hətta oğlu ilə ingilis dilində də danışırmış. Ona heç nə deməmiş, Ramil özü maşın barədə danışmışdır. Ramil maşını idarə edərək avtomobil satan hansısa şəxsə də özü zəng etmişdir, həmin şəxs maşını özü satırmış, salon deyilmiş. Bir neçə salona baxmışlar. Sonunda o bir salondan “Grand Cherokee” markalı maşını və həmin Ramil danışdığı şəxsin özünün satdığı digər markalı avtomobilləri seçib bəyənmişdir. Sonra Ramil ondan hansı maşını seçdiyini soruşmuşdur. O salondan almağa üstünlük verdiyini demişdir, çünki salon avtomobilə qarantiya verirmiş. Digər şəxsi isə tanımırmış, sonra maşında nəsə problem olsa həmin şəxsi tapa bilməzmiş. Salonda müqavilə bağlanılarkən, o pulu hesaba yerləşdirməyini bildirdikdə onlar yalnız nəğd şəkildə ödənişi qəbul edəcəklərini demişlər. Onda isə nəğd pul olmamışdır. O Ramilə maşını məhz həmin gün alacağını və ya nəğd pulunun olduğunu deməmişdir. Ramil onları evə düşürdəndə elə bil biraz tələsdirirmiş və maşını seçib-seçmədiyini soruşurmuş. Daha sonra Bakıda maşını seçdikdə rezerv etmək lazım olduğunu bildirmişdir. O isə 2 maşın arasında seçim edəcəyini və çox gümanki, rəsmi müqavilə ilə salondan alacağını demişdir. Ramil ona “yaxşı, rezerv etmək lazımdır. Sizdə pul var?” sualını vermişdir. O pulunun olmadığını, evdə yəqinki, təxminən 1000 manat nəğd pulun olduğunu demişdir. O uşağı ilə Bakı şəhərində kirayə qalırmışlar, hətta indi də kirayədə yaşayırlar. Onlar Bakı şəhərinə gəldikdə uşağının atası səhərisi gün buraya gələrək, onlara kirayə ev tutub uşağın məktəbə getməsini təşkil etmişdir. Uşaq Lüksemburq ölkəsində 2012-ci ildə anadan olduqda ona “Porsce Cayenne” markalı avtomobilini hədiyyə etmişdir, bütün sənədlər də adına olmuşdur. Bura köçdükdə həmin maşını Bakı şəhərinə gətirmək baha imiş. Ramil evdə olan həmin 1000 manatı ona verməyini, özü aparıb avtomobili rezerv etmək üçün verəcəyini, narahat olmamağını demişdir. Ramil onun uşaqla tək olduğunu, köməklik edəcəyini, özünün də 3 uşağının və özünün keçmiş polis isçisi olduğunu demişdir. Ramilin tərbiyəli, ailəcanlı, 3 uşaq atası olduğunu gördüyü, keçmiş polis isçisi olduğunu dediyi, həm də savadlı danışdığını görüb ona inanmışdır. O evdən 1000 manat pulu götürüb ona vermişdir. Salonda heçkim onunla rus dilində danışmırmış, Ramil ona tərcümə edirmiş. Bu hadisə 2019-cu ildə olmuşdur. O salonda maşını bəyəndikdə Ramil salonun bütün əlaqə nömrələrini götürmüşdür. O pulu Ramilə verdikdə ikisi birlikdə və ya Ramilin tək getdiyini dəqiq xatırlamır, lakin ona 1000 manat verdiyini dəqiq bilir. Ramil vasitəçi olduğu üçün hər gün necə olduqlarını, uşağın atasının maşının pulunu göndəribgöndərmədiyini soruşurmuş. O Ramilə “Porche” maşının satılacağını demişdir. Sonra həmin “Porche” markalı maşınını 30000 avroya satmışlar. Maşını alan avtosalon həmin pulu uşağının atasının hesabına köçürtməli imiş. Ramil maşın üçün pul istədiklərini deyirmiş. Xatırladığı qədərilə həmin 1000 manatı Ramil ilə birlikdə avtosalona gedərək vermiş, Ramilə verməmişdir, dəqiq xatırlayır. Avtosalonun əlaqə nömrələri onda yox imiş. Həmin gün hava da isti olmuşdur, maşını servisdə yoxlamaq üçün getmişlər. Onlar avtosalonun bir əməkdaşı ilə həmin maşınla servisə getmişlər. Uşağı da yanında olmuşdur. O uşağı ilə Azərbaycan ərazisindən çıxmalıdır, çünki Miqrasiya Xidməti onları cərimələyir, otellərdə qalırlar. Uşağının nənə-babası Bakı şəhərində yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs üzüyü satdığı gündən bir neçə gün əvvəl kağızı gətirdi. Üstündən biraz keçdi dedi ki, pulu lanbartdadı o pulu götürməlidir. O sənədin doğruluğunu yoxladı. Lanbarda girdi, pulu da ona verdi. O üzüyü ordan götürüb ona verdi. Üzüyü 25.500 manat aldı, 26.500 manata satdı. Üzüyün satışının çeki yoxdur. Şahid3 o dövrdə müdirləri idi, lisenziyaları var idi, VÖEN Şahid3 adınadır. O da onun işçisi olmuş, onunla əmək müqaviləsi bağlamışdır. Əli adlı şəxs yox, malı təhvil alan özü olmuşdur, məxaric orderini Əli adlı şəxs hərhalda özü tqdim edə biləcək, o satışı keçirəndə obyektin lisenziyası var idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və zərərçəkmişi tanımır, o ÇUM-da qızıl alveri ilə məşğul olurdu, indi ora bağlanıb. Mahir adlı şəxs də işçisi olub. İndi isə Moskva univermağında işləyir. Onu hadisədən sonra Nəsimi RPİ-ə çağırdılar, qızılda aktlaşma olmur, ümumi vergi ödəyirlər və alış-veriş bitir. O üzüyün lanbard sahibinin kim olduğunu bilmirdi, Mahir də deməmişdi, lambarda qoyulduğunu bilmirdi. Alış qiyməti məlum idi, neçəyə satıldİğını isə bilmir. Satışı aktlaşdırmırlar, qızıl qiymətini Mahir bilirdi. Mahir ona alverlə bağlı heç nə demirdi. İşçi ilə əmək müqaviləsi bağlayıb və onun işi orada oturub malı alıb-satmaq olur. Malı piştaxtanın arxasında alıb-satır, işçinin maaşı yadında deyil. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan **********01138 nömrəli fakturadan və 01 mart 2013-cü il tarixli X4 GİA brilyant qiymətləndirmə nəticəsindən görünür ki, Cartier markalı üzük 1.72 karat olmaqla dəyəri 47.300 avro təşkil edir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nəimi rayonu, M.Cəfərov 42 ünvanında yerləşən lombarddır. Şahid2 bildirmişdir ki, 01 ədəd Cartier markalı üzüyü həmin lombarda qoyaraq 12.000 manat pul götürmüşlər. Təqsirləndirilən şəxs 1 ay sonra kredit pulunu tam ödəyib üzüyü lombarddan götürmüşür. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında ” protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 08 ədəd sənədin kserosurətlərinə baxış keçirilmiş, həmin sənədlərin 5 ədədi Təqsirləndirilən şəxs pulların göndərilməsi barədə qəbzlərdən ibarətdir. Digər 02 ədəd sənədin surəti Təqsirləndirilən şəxs ilə Elvira Axmeovna arasında olan Whatsapp mesajlardan ibarətdir. Digər 01 vərəqədə sənədin surəti Zərərçəkmiş şəxs məxsus X14 markalı ** RG *** nömrəli avtomobilin qeydiyyat şəhadətnaməsindən ibarətdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi haqqında ” protokoldan görünür ki, Şahid1 təqdim etdiyi alış aktının kserosurətinə baxış keçirilmişdir. Alış aktı 1 səhifədən ibarətdir, aktda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs özünə məxsus zinyət əşyasını Şahid1 oluna satır, üzüyün markası Cartier, əyarı 950, qramı 8,9, brilyantın karatı 1,72 qram, qiyməti 25500 manat qeyd edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmişdir. Üzləşmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək ifadəsində göstədiklərini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X11 adlı üç yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli arayışdan və arayışa əlavə olunmuş qəbzlərin surətindən görünür ki, Əliyev X6 Axmedovaya vurduğu ziyana görə ümumilikdə 1100 manat pul ödəmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə tədqiq olunan sübutları tam, hərtərəfli və obyektiv təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cü maddəsi ilə tövsif edilib. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan hesablanmaqla, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 09 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-699/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-699/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver