Məhkəmə qərarları › İş №1(101)-70/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-70/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-70/2022 27.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri Hüseynova Dürdanə Mahir qızı, X1 və Əliyev Habil Fətulla oğlu, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Azadəliyev Seyhun Cəbrayıl oğlu, Malışov Rauf Tahir oğlu və Mehrəliyev Vüsal Bəhram oğlu, müdafiəçi Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Vəliyev Eynulla Hüseyn oğlu və zərərçəkmiş şəxs Əliyev Səbuhi Bayram oğlunun iştirakları ilə xx.xx.1968-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmuş, Bakı şəhəri Nizami rayonu, Özbəkistan küçəsi, yataqxana 21-də pasport qeydiyyatında olan, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 39 ünavnında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Rəhimov Rahib Qətil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Rəhimov Rahib Qətil oğlu qabaqcadan əlbir olduğu bir qrup şəxslə-yəni Cavadov Azər Arif oğlu, Qarayev Həbib İsmayıl oğlu və Mollayev Tahir Hamlet oğlu ilə xx.xx.2013cü il tarixdə saat 22 radələrində istintaqla müəyyən edilməyən İlkin adlı şəxsin vasitəsi ilə görüşə dəvət edilmiş Əliyev Səbuhi Bayram oğlu ilə sonuncunun qeyd edilən şəxslərə mövcud olan ümumilikdə milli manata məzənnəsi ilə 53.054 (əlli üç min əlli dörd) manat pul borcu ilə əlaqədar danışıqların aparılması məqsədi ilə Səbuhi Əliyev ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi Gəncə prospekti 54 saylı binanın qarşısında görüşərək sonuncuya zor tətbiq etməklə iradəsinə zidd oğurlayıb Azər Cavadov tərəfindən idarə edildiyi “Tofaş” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobilə mindirilərək onu, Azər Cavadovla Bayramov Elnur İlham oğlunun əvvəlcədən razılığına görə sonuncunun icraçı direktor işlədiyi Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsi S.Bəhlulzadə küçəsində yerləşən "xxxx"-nə məxsus yarıtikili binanın gözətçi otağına aparmalı olduqlarından Tahir Mollayev Elnur Bayramovla Nərimanov rayonu “erməni qəbirsanlığı” adlanan ərazinin yaxınlığında görüşərək sonuncunun idarə etdiyi “Nissan Sunny” markalı, ** RC *** dövlət nömrə nişanlı avtomaşına oturmuş və Səbuhi Əliyevin olduğu “Tofaş” markalı avtomaşını təqib edərək birlikdə yuxarıda göstərilən ünvana gəlmişlər. Orada Tahir Mollayev, Azər Cavadov, Həbib Qarayev və Rahib Rəhimov Əliyev Səbuhi Bayram oğluna qarşı zor tətbiq edərək bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə zərbələr endirməklə sonuncunu döymüş. Daha sonra Həbib Qarayev və T.Mollayev S.Əliyevin qollarından tutaraq zorla, iradəsinə zidd olaraq Azər Cavadova məxsus, “Hundai-Azera” markalı, **- BK-*** dövlət nömrə nişanlı avtomaşına mindirib əvvəlcədən kirayə götürdükləri Bakı şəhəri Səbail rayonu B.Sərdarov küç. 12 saylı binanın qarşısına gətirmiş, orada isə onları gözləyən İlqar Musayev və Həbib Qarayev onun qollarından tutaraq həmin binanın 4-cü mərtəbəsində yerləşən 44 saylı mənzilə gətirərək xx.xx.2013-cü il tarixədək qanunsuz saxlamışlar və həmin mənzildə saxlanılan müddət ərzində Tahir Mollayev, Həbib Qarayev, Rahib Rəhimov və Ramil Vəliyev Səbuhi Əliyevi döyüb sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək sonuncuya sol qaşüstü nahiyyənin gicgah hissəyə keçən səthində hematoma, sol əlin İV-V barmaqlarının İ falanqaları nahiyyələri və əl-darağı sümüklü nahiyyələri qançırları, onurğa sütunu boyunca sol bel nahiyyəsində qançır ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaqla işgəncə vermişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Rəhimov Rahib Qətil oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2012-ci il tarixdə özünü türk kimi təqdim edən Əmrə adlı, sonradan əsl adının Səbuhi olduğunu bildiyi şəxslə çayxanada tanış olmuşdur. Ona bildirmişlər ki, onlar səhm qoyaraq Sumqayıtdan borular alıb, kanalizasiya boruları çəkəcəklər, belə ki, bu işlə məşğul olurlar. O da Səbuhiyə 2012-ci ilin payız aylarında 12000 manat məbləğdə pul vermişdir. Sonradan Səbuhinin onu aldatdığını görüb ondan pullarını geri istəsə də Səbuhi hər dəfə pulu verəcəyini demişdir. 27 may 2013-cü il tarixdə o, “Göy” məsciddə günorta namazı qılan zaman tanışı Məşədi onu çağırmış və onlar Zabitlər bağında oturmuşlar. Ona, bildirmişlər ki, Səbuhi ona da pul borcludur və onu Banditizmə aparıb təhvil verəcəklər. O, onlara bildirmişdir ki, Səbuhidən şikayəti yoxdur və öz məsələlərini özləri həll etsin, onu qarışdırmasınar. O, daha sonra ölkədən kənarda olmuş və bu barədə teleqram göndərmişdir, iş materiallarında bu, öz əksini tapmışdır. Səbuhinin də ondan şikayəti olmadığını o, özü yazıb, həmin ərizə də, iş materiallarında öz əksini tapmışdır. O Səbuhiyə qarşı hər hansı bir zorakı hərəkətlər etməmiş, onu oğurlayıb işgəncələr verməmişdir. Təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Əliyev Səbuhi Bayram oğlu ifadəsində göstərmişdir ki, Rahiblə aralarında həmişə böyük hörmət olub. Sadəcə olaraq onun bizneslə məşğul olmağı və bəzi şəxslərlə sövdələşməsi Rahibin o insanlar arasında ona qarşı olan mövqeyini dəyişməyinə səbəb olmuşdur. Onun məsələsindən sonra həmin şəxslər də təqsirləndirilən şəxs qismində cəlb edilmişdirlər. Belə ki, onlarla alış-veriş zamanı aralarında borc yaranmışdır. Birinə 10.000 manat, digərinə isə 30.000 manat məbləğində borcu olmuşdur. Belə ki, iş gecikirdi deyə onların pulunu qaytara bilməmişdir. Məlum hadisə baş verən gün dost bildiyi şəxs ona zəng vuraraq çay içməyə dəvət etmişdir. O, yaşadığı evdən çıxmış, belə ki, səki ilə gedərkən “Tofaş” markalı avtomobili sürətlə üstünə gəlmişdir. Maşında Rahib, Həbib və hal-hazırda adını xatırlamadığı digər şəxs yumruqla vuraraq onu avtomobilə otuzdurmuşlar. Erməni qəbirsanlığı deyilən yerə çataraq digər maşınla “Xutor” ərazisində yeni tikilən binanın zirzəmisinə getmişlər. Gecə saat 3-4 radələrində onu “İçərişəhər”də yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsinə gətirmişlər, 2 gün orada təzyiq altında, əli-qolu bağlı şəkildə saxlamışlar. Belə ki, bazar ertəsi ona pul verəcək oğlanla Şıxovda görüşəcəkmiş. Həmin vaxt Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə barəsində istintaq edilən cinayət işi olmuş və o, müstəntiq Nazim müəllimin yanına getməli olmuşdur. Səhər tezdən saat 7-8 radələrində ayaqyoluna getmək bəhanəsi ilə “102” çağrı mərkəzinə zəng vurmuşdur. Onun mobil telefonu da açıq olmuşdur. Zənglər gəlmiş və onlar icazə vermişlər ki, danışsın ki, başqaları oğurlandığından şübhələnməsin. Belə ki, kağızlara “Mənə kömək edin, məni oğurlayıblar” yazmışdır. Polis əməkdaşları gələrək onu qurtarmışlar. Daha sonra o, Rahibi görməmişdir. Həmin şəxslər tərəfindən ona və ailəsinə çox təhqilər olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, əvvəlcə Rahibi bağışlamış, lakin Rahibin verdiyi yalan vədlər üzündən o bu gün həbs həyatı yaşayır, bu səbəbdən də onu bağışlamayacaq. O, Rahib Rəhimdan şikayətçidir, cəzalandırılmasını tələb edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Mollayev Tahir Hamlet oğlu ifadəsində göstərmişdir ki, o, kabel, avtomat ayırıcı, elektrik işıqlandırıcılarına aid olan elektrik mallarının topdan satışı ilə məşğul olub. Əliyev Səbuhi Bayram oğlu ilə 20 aprel 2013-cü ildə Bakı şəhəri, Çapayev küçəsində yerləşən «Batabat» çay evində Elşad adlı şəxsin vasitəsi ilə tanış olmuş, Elşad Səbuhi Əliyevi ona Əmrə Ünlu kimi təqdim edərək, onun milliyətcə türk iş adamı olduğunu və milyonluq iş gördüyünü, Səbuhinin Azərsu şirkəti ilə müqavilə bağlayıb “Antinari” şirkəti adınla onlar iş görərək “STP” şirkətindən plasmas boruları alıb Azərsu şirkətinə satdığını, onların “Antinari” şirkətində 800.000 manatlıq plasmas boruları olduğunu bildirmişdir. Söhbət zamanı o, Elşad adlı şəxsə onun plasmas su borusundan xəbəri olmadığını, imkanları varsa elektrik kabelinə görə onlara siyahı vermək istədiyini bildirmişdir. O, siyahını Elşada verərkən elektrik kabellərinin metrlərini də, həmin siyahıda göstərmişdir. Onlar ona “STP” şirkətinin qiyməti ilə 25 faiz endirimlə satacaqlarına razılaşmışlar. Söhbət əsnasında o, özünə məxsus olan (070) *** ** ** saylı mobil telefon nömrəsini Elşada, Elşad isə özünə məxsus (070) *** ** ** saylı nömrəsini ona vermişdir. Bundan təxminən 2 gün keçdikdən sonra Elşad ona mobil telefonla zəng edərək, onlardan almaq istədiyi elektrik mallarının qiyməti 800.000 manatdan çox təşkil etdiyini bildirmişdir. O, əvvəllər "xxxx" ASC şirkətində təchizatçı işlədiyinə görə elektrik mallarının qiymətindən xəbərdər olduğundan, Elşada telefonda onlardan 800.000 manat deyərində elektrik kabelləri almaq üçün maddi cəhətdən imkanı olmadığını bildirmişdir. O, onlardan 150.000 dəyərində elektrik kabellərini almağa 10000 manat nəğd pul vermək şərti ilə razılaşdığını bildirmişdir. Girov kimi isə atası Mollayev Hamlet Paşa oğluna məxsus BMV markalı 528 modelli **-RX-*** qeydiyyat nişanlı avtomobilini onlara verəcəyini bildirmişdir. Elşad onun təklifi ilə razılaşmış və bundan təxminən 2-3 gün keçdikdən sonra Elşad ona mobil telefonla zəng edərək 60000 manatlıq ona malı, malın pulundan 20000 manat pulu qabaqcadan verməsi şərti ilə razılaşacağını, ona 20000 manat pulu verdikdən bir gün sonra 60000 manat dəyərində elektrik kabelini ona verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, 20000 manat pulu düzəldib Bakı şəhəri, Çapayev küçəsində yerləşən «Batabat» çay evində Elşad və Səbuhi Əliyevlə görüşmüş və Elşadın yanında Səbuhi Əliyevə 20000 manat pul vermişdir. Səbuhi Əliyev ona Elşadın yanında bir gün sonra 60000 manatlıq elektrik kabelləri göndərəcəyinə söz vermişdir. O, həmin 20000 manat pulu Səbuhi Əliyevə verərkən Elşada görə ona inandığından aralarında heç bir sənədləşmə aparılmamışdır. Bundan bir gün sonra Elşad ona mobil telefonla zəng edərək, Səbuhi Əliyevin telefonu götürmədiyini bildirmişdir. O, Elşad ilə birlikdə Səbuhi Əliyevi xeyli axtarsalar da, tapa bilməmişlər və Elşad ona Səbuhi Əliyevin Hacı Vurğun adında vəkili olduğunu, onun yanına gedib, onun vasitəsi ilə Səbuhi Əliyevi tapa biləcəklərini bildirmişdir. Bundan sonra Elşadla birlikdə vəkil Hacı Vurğunun işlədiyi Yasamal rayonu, 158 saylı orta məktəbin arxasında yerləşən ofisinə getmişlər və orada vəkil Hacı Vurğun Səbuhi Əliyevlə telefon əlaqəsinə girib onunla AZTV-nin yaxınlığında yerləşən “Panarama” adlanan çayxanada görüş təyin etmişdir. Həmin günü onlar 15 radələrində AZTV-nin yaxınlığında yerləşən “Panarama” adlanan çayxanaya getmiş və Səbuhi Əliyevlə görüşmüşlər. Söhbət zamanı o, vəkil Hacı Vurğunun yanında Səbuhi Əliyevdən onu nə üçün aldatdığını, vəd etdiyi 60000 manat dəyərində elektrik kabellerini nə üçün vermədiyini soruşmuşdur. Səbuhi Əliyev ona Kənan adlı şəxsə 120000 manat dəyərində boru turba verdiyini, bu səbəbdən ona 60000 manat dəyərində elektrik kabelini verə bilməyəcəyini və ondan aldığı 20000 manat pulu təxminən iki gündən sonra qaytaracağını, bələ ki, Kənan ondan aldığı malın pulunu təxminən iki gündən sonra 20000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, Hacı Vurğun və Səbuhi Əliyevlə sağollaşıb oradan getmişdir. İki gün keçdikdən sonra o, Hacı Vurğunun işlədiyi ofisə gəlib ondan Səbuhi Əliyevin ona 20000 manat pulunu qaytarmalı olduğunu və qaytarıbqıytarmadığını soruşmuşdur. Hacı isə Səbuhinin yoxa çıxdığını bildirmişdir. O, orada Anar adlı şəxslə tanış olmuş, Anar ona söhbət zamanı bildirmişdir ki, o, Azər adlı şəxsdən 30000 manat pul alıb boru turba almasından ötrü Səbuhi Əliyevə vermişdir. Bundan sonra o, Anar, Elşad və Azər Səbuhi Əliyevi axtarmağa başlamışlar. Bundan bir neçə gün sonra Səbuhi Əliyev ona (070) *** ** ** saylı nömrədən zəng edib onu BMCQMİ-nə Azərin işi ilə bağlı çağırdıqlarını bildirmiş və bundan sonra o, dostu Orxanla birlikdə BMCQMİ-nin yaxınlığında yerləşən “Məxməri” restoranının qarşısına getmiş və Anarla Səbuhi Əliyevin işiqforun yaxınlığında dayandığını görmüşdür. Həmin vaxt Səbuhi Əliyevə yaxınlaşanda, Səbuhinin ağlaya-ağlaya ona «Azər, Anarla məni BMCQMİ-nə şikayət ediblər, 2 saatdır ki, mən Anarla birlikdə BMCQMİ-də sorğu sual edib buraxdılar» demişdir. Bundan sonra birlikdə “Batabat” çayxanasına getmişlər və orada birlikdə yemək yedikləri zaman Səbuhi Əliyev ona evdən qovulduğunu, qalmağa-yatmağa yeri olmadığını bildirmiş, o da, dostu Orxandan Səbuhi Əliyevə bir günlük qalmağa ev tapmasını xahiş etmişdir. Orxan da, onun xahişi ilə kiməsə zəng etmiş və Keşlə bazarının yaxınlığında ev tapdığını bildirmişdir. Onlar birlikdə çayxanadan çıxıb Anarın yaşadığı Xırdalan şəhərində yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən evinə getmiş, Səbuhi Əliyev orada Anarın anası ilə görüşmüş və söhbətdən sonra Anar evində qalmışdır. O, Orxan və Səbuhi Əliyevlə birlikdə idarə etdiyi atası Mollayev Hamlet Paşa oğluna məxsus BMV markalı 528 modelli **-RX- *** qeydiyyat nişanlı avtomobili idarə edərək Saray qəsəbəsində yerləşən DYP-nin postuna çatmamış yolun sağ tərəfində yerləşən çayxananın qarşısında Hacı Vurğunla Səbuhi Əliyev görüşüb söhbət etmişlər. O isə avtomaşında oturmuş, Hacı Vurğun ona «sabah Səbuhi Əliyev Korrupsiya idarəsində» olmalı olduğunu və özünün də Səbuhi ilə birlikdə orada olmalı olduğunu bildirmişdir. Bundan sonra o, öz avtomobili ilə Səbuhi və Orxanla birlikdə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr. N. Nərimanov küçəsi ev 23 a saylı evin qarşısına gəlmiş və Orxan və Səbuhi Əliyev oradan taksi ilə Orxanın turduğu evə getmişlər. Səhərisi günü Orxanın ona bildirmişdir ki, o, Səbuhini gecə kirayə tutduqları evdə tək qoyub getmiş, səhər isə həmin evə gəldiyində Səbuhinin evdə olmadığını görmüşdür. O, Səbuhinin «Korrupsiya İdarəsinə» getdiyini düşünmüş, buna görə də, o, həmin idarəyə gedib Səbuhini axtarsa da, lakin tapa bilməmişdir. Bundan sonra Azər onu Məşədi Rahiblə onun işlədiyi Bakı şəhəri, H.Əliyev küçəsində yerləşən ofisində tanış etmiş və ona S.Əliyevin Məşədi Rahibi də aldadaraq ondan 12000 manat pul aldığını bildirmişdir. Bununla bağlı onlar aralarında hamısı birlikdə Səbuhi Əliyevi axtarıb tapmağa razılaşmışlar. Bundan sonra qohumu İlqar Musayev Gürcüstan Respublikasından Bakı şəhərinə gəlib onunla əlaqə saxlayıb, qalmağa yeri olmadığı üçün ona mənzil tapmasını xahiş etmişdir. O, tanışı Rəna xanıma məxsus 050 323 02 04 saylı mobil telefonuna zəng edib ondan kirayəyə bir otaqlı mənzil tapmasını xahiş etmiş və Rəna ona İçəri şəhər metrosunun yaxınlığında yerləşən 3 otaqlı evi təklif etmiş və o, İlqar Musayevi həmin evdə yerləşdirmişdir. Bir neçə gün sonra Azərin ofisinin qarşısında o, Məşədi Rahib və onun tanışı Həbiblə birlikdə oturduğu zaman telefonla internetə girib S.Əliyevin saytına girəndə S.Əliyevin internetdə İlkin adlı şəxslə əlaqəyə girib onunla 2 ay bundan qabaq görüş təyin etdiklərini müəyyən etmişdir. Bununla bağlı o, İlkinlə əlaqəyə girib sayta öz mobil nömrəsini yazıb İlkindən ona zəng etməsini xahiş etmişdir. Bundan 10-15 dəqiqə sonra İlkin 050 235 85 45 saylı nömrəsindən ona zəng etmiş və o, İlkindən S.Əliyevlə görüş təyin etməsini xahiş etmişdir ki, onlar həmin görüş vaxtı onu tua bilsinlər. Axşam İlkinə zəng edərək, Qara Qarayev metrosunun yaxınlığında görüşməyi təklif etmiş və İlkin də razılaşıb, xalası oğlu ilə birlikdə gəlmiş və o da, Məşədi Rahib, Həbib və Azər ilə birlikdə İlkinlə çayxanada oturub söhbət etmişlər. Söhbət zamanı onlar İlkinə S.Əliyevi onlarla görüşdürməsini demişlər, İlkin də həmin vaxt Səbuhi Əliyevə zəng vurub onunla Zığ qəsəbəsində yerləşən Naxçıvanski hərbi məktəbin yaxınlığında görüşməyi bildirmişdir. Bundan sonra o, İlkin və onun xalası oğlu ilə birlikdə taksiyə əyləşib Azərin idarə etdiyi avtomaşında əyləşən Məşədi Rahib və Həbibin arxasınca Zığ qəsəbəsində yerləşən Naxçıvanski hərbi məktəbin yaxınlığında getmişlər. Oraya çatana yaxın Azər idarə etdiyi Tofaş markalı qeydiyyat nömrəsini bilmədiyi avtomaşınla onlardan xeyli aralandıqdan sonra 055 555 24 24 saylı nömrədən ona məxsus olan 070 235 85 45 nömrəyə zəng edərək artıq Səbuhi Əliyevi tutduqlarını, İlkin və onun xalası oğlunu yola salmasını və Nəriman Nərimanov metrosunun arxasında yerləşən «Şəki» restoranına gəlməsini bildirmişdir. O da, yanındakı şəxsləri yola salıb taksiyə əyləşib Şəki restoranının qarşısına gəlmiş və oraya çatanda Azərin kirvəsi Elnurun da orada öz idarə etdiyi markasını və qeydiyyat nömrəsini bilmədiyi avtomobillə dayandığını görmüşdür. Həmin vaxt Azər ona zəng vuraraq S.Əliyevi Xutora apardıqlarını, onun da Elunrla birlikdə oraya gəlməsini bildirdiyindən, o da Elnurun maşınına minib Xutor qəsəbəsində yerləşən yeni tikilən yüksək mərtəbəli binanın qarşısına gəlmişlər. O, Elnur, Azər Məşədi Rahib və Həbiblə birlikdə Səbuhi Əliyevi Azərin maşınından düşürtdükdən sonra, S.Əliyevi yeni tikilən yüksək mərtəbəli binanın birinci mərtəbəsində yerləşən gözətçi otağına salmışlar. O, həmin vaxt S.Əliyevdən ona vermiş olduğu 20000 manat pulun hansı səbəbdən hazırki vaxta kimi qaytarmamamısı soruşmuş, S.Əliyev isə ondan, Azərdən, Həbibdən və Məşədi Rahibdən aldığı pulları Kənan adlı şəxsə verdiyini bildirmiş və həmin zaman Məşədi Rahib Səbuhi Əliyevdən Kənanın hazırda yadında qalmayan nömrəsini alıb zəng vurmuş və Kənandan pulların onda olub olmamasını soruşduqda, Kənan selektor danışığında telefonda S.Əliyevin ona satılması üçün hər hansı tikinti materialı və pul vermədiyini, bununla bağlı bir daha ona narahat etməmələrini bildirmişdir. O, bu telefon danışığından bərk hirslənib Səbuhi Əliyevi sifət nahiyyəsindən şillə vurmuş və çölə çıxmışdır. Təxminən 5 dəqiqə keçdikdən sonra Azərlə Meşədi Rahib çölə çıxmış, Həbiblə Elnur Səbuhi Əliyevin yanında qalmışlar. Aralarında olan razılaşmaya əsasən qərara gəlmişlər ki, S.Əliyev orada qalsa qaça bilər, ona görə də, o, təklif etmişdir ki, onlar S.Əliyevi onun qohumu İlqarın kirayədə yaşadığı İçəri şəhər metrostansiyasının yaxınlığında yerləşən mənzilə apsınlar. Orada Səbuhini bir neçə gün saxlayıb ona vermiş olduqları pulların harada olduğunu öyrənib pullarını geri qaytardıqdan sonra Səbuhini azad buraxsınlar. Bu zaman o, İlqara zəng edib onun hazırda harada olmasını soruşmuş və İlqardan 3-cü mkr. dairəsi yaxınlığında olmasını öyrəndikdən sonra, onunla «20 yanvar» metrostansiyasının yaxınlığında görüşməyi bildirmişdir. Bundan sonra onlar Səbuhi Əliyevi Azərin idarə etdiyi avtomaşına otuzdurub onunla birlikdə «20 yanvar» metrostansiyasının yaxınlığına gəlmişlər və İlqarla orada görüşdükdə, o, İlqara bildirmişdir ki, əgər razıdırsa S.Əliyev bir günlük onun mənzilində qalsın. O da razılaşdıqdan sonra o, oradan evə getmiş və İlqar Azərin avtomaşınına əyləşib Həbib və Meşədi Rahiblə birlikdə kirəyədə yaşadığı evə getmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra o, qohumu İlqarın telefonuna zəng edib ona, S.Əliyevin ona 20000 manat pul atdığını və Səbuhinin qçmaması üçün göz qulağda olmasını bildirmişdir. Sonra o, İlqara telefonla mesac göndərib S.Əliyevi döyüb, hədə qorxu gəlməklə ondan pulun yerini öyrənməsini xahiş etmişdir. Sabahsı gün o, Məşədi Rahiblə birlikdə İlqarın kirayədə yaşadığı evə getmiş və Səbuhi Əliyevdən ona vermiş olduğu pulların harada olmasını soruşmuşdur. Səbuhi ona pulların konkret olaraq kimdə olmasını deməmiş, o, bundan əsəbləşib yumruqla Səbuhi Əliyevin qarın nahiyəsindən vurub balkona çıxmışdır. Həmin vaxt Məşədi Rahib Səbuhi ilə otaqda qalmış və Rahibin Səbuhi ilə nə barədə söhbət etdiyindən xəbəri olmamışdır. Məşədi Rahiblə birlikdə evdən çıxıb getdikdən sonra yolda, Məşədi Rahibə sabah 28 may, bayram günü olmasını və Səbuhini nə edəcəklərini soruşmuşdur. Məşədi Rahib ona 29 may 2013-cü ildə Kənanla görüşəndə Səbuhini də özləri ilə birlikdə aparmalarını təklif edərək, Səbuhinin bir gündə İlqarın evində qalmasını bildirmişdir. 29 may 2013-cü il tarixdə səhər 10 radələrində Səbuhini saxladığı evə gəlmiş, lakin Səbuhi orada olmamışdır. Həmin vaxt mənzildə olan polis əməkdaşları onu tutub Səbail RPİ-nə gətirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Qarayev Həbib İsmayıl oğlu ifadəsində bildirmişdir ki, 2013-cü ilin təxminən mart ayında tanışı Məşədi Rahib onun yanına gələrək hansısa iş görəcəyini və ona buna görə 5000 manat pul lazım olduğunu bildirib, ondan həmin pulu istəmiş və həmçinin əgər, pulu versə onun da qazancı olacağını bildirmişdir. O da, razılaşmış və Rahibə 5000 manat pul vermişdir. Bundan sonra Rahib onun ofisinə özünü Türk vətəndaşı, Əmrə Ünlü kimi təqdim edən adının sonradan Səbuhi Əliyev olduğu ona məlum olan şəxsi gətirərək onunla tanış etmişdir. Bundan sonra 2013-cü ilin may ayında ona pul lazım olduğundan, o, Məşədi Rahibə müraciət edərək ona verdiyi 5000 manat pulu geri istəmiş, lakin həmin vaxt Rahib həmin pulu iş görməsi üçün Səbuhi Əliyevə verdiyini və Səbuhini hazırda tapa bilmədiyini, buna görə də, həmin vaxt pulu ona qaytara bilmədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Səbuhi Azər, Tahir adlı şəxslərdən də külli miqdarda iş qurmaq adı ilə pul alaraq qaytarmamışdır. 27 may 2013-cü il tarixdə saat təxminən 22 radələrində o, Tahir və Məşədi Rahiblə birlikdə İnqilab küçəsində çay içərkən Tahir Səbuhinin adını bilmədiyi tanışı vasitəsi ilə internet vasitəsi ilə Səbuhi ilə əlaqə saxladığını və Səbuhi ilə görüş təşkil edəcəyini bildirmiş, buna görə Tahir birlikdə gedib Səbuhi ilə görüşüb, söhbət edərək pullarını istəməyi təklif etmişdir. Onlar da, etiraz etməmiş və Tahir həmçinin bu barədə Azərə də zəng vuraraq, birlikdə görüşmələrini bilddirmişdir. Bundan sonra onlar birlikdə Əhmədli qəsəbəsinə getmiş və orada Səbuhinin həmin adını bilmədiyi tanışı və Azərlə görüşüb, Səbuhi ilə görüşməsi üçün getmişlər. Səbuhi ilə Əhmədli qəsəbəsində yolun kənarında görüşmüşlər və Səbuhidən avtomaşınlarına minməsini dedikdə sonuncu qaçmağa cəhd göstərmiş və o da əli ilə Səbuhinin bədəninə zərbə endirib onun maşına oturmasını təmin etmişdir. Bundan sonra o Tahir və Rahib Azərin idarə etdiyi avtomaşınla hərəkətə başlamış və onlar razılaşmışlar ki, Səbuhi ilə birlikdə oturub onun etdiyi hərəkətə qiymət versinlər. Sonra onlar Azərin tanışı olan Elnurun işlədiyi Xutor adlanan yerdə yerləşən yenitikilmiş binanın həyətinə gəlmişlər. Orada avtomobillərdən düşüb birlikdə tikintidəki gözətçi otağına daxil olmmuş və həmin vaxt Tahir Səbuhidən pullarını nə vaxt qaytaracağını soruşduqda, Səbuhi Tahirdən, Məşədi Rahibdən, eləcə də, Azərdən aldığı pulları Kənan adlı şəxsə mal alaraq verdiyini və mallar satıldıqdan sonra pulları qaytaracağını bildirmişdir. Həmin vaxt Rahib Səbuhidən Kənanla əlaqə saxlamasını bildirib, Kənana zəng etmişlər və Kənandan pulların onda olub-olmamasını soruşduqda, Kənan selektor danışığında telefonda S.Əliyevin ona satılması üçün hər hansı tikinti materialı və pul vermədiyini, bir də onu narahat etməməyi bildirmişdir. Həmin vaxt Tahir və Məşədi Rahib bu telefon danışığından bərk hirslənib Səbuhi Əliyevi sifət nahiyyəsindən şillə ilə vurmuşlar. Bundan sonra Səbuhi ilə normal şəkildə söhbətlərini davam edərkən, Səbuhi ona 2 gün müddət verilməsini və pulları qaytaracağını bildirmişdir. Həmin vaxt Səbuhiyə neçə vaxtdır pulları qaytarmadığını, 2 gün sonra qaytara bilməsinə inanmadıqlarını bildirmişlər, lakin, Səbuhi onlarla çox səmimi və inandırıcı danışaraq aldığı pulların dövriyyədə olduğunu, 2 gün sonra Kənanla görüşüb pulları geri alacağını hətta üstündə qazancda olacağını bildirmişdir. Həmçinin Səbuhi ona inanmadıqları üçün həmin 2 gün müddəti onlarla birlikdə qala biləcəyini bildirdiyindən, onlar da, Səbuhi ilə razılaşmış və Səbuhinin qala bilməsi üçün Tahir Səbuhinin Tahirin qohumu İlqarın Bakı şəhərində kirayə tutduğu evdə qalmasını təklif etmişdir. Bundan sonra onlar Səbuhi ilə birlikdə əvvəlcə İlqarla görüşmək üçün 20 Yanvar metrostansiyasının yanına getmiş və orada İlqarla görüşdükdən sonra, Tahir avtomobildən düşmüş və Səbuhinin İlqarla qalması barədə İlqara məlumat verdikdən sonra, öz yerini İlqara vermiş və özü çıxıb getmişdir. Bundan sonra İlqar avtomobilə əyləşmiş və onlar birlikdə İlqarın kirayə qaldığı Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi ev 12-də yerləşən 44 saylı mənzilə gəlmişlər. Bundan sonra Səbuhi ilə İlqarı həmin mənzildə qoyub, özləri çıxıb getmişlər. Bir daha o, həmin mənzilə 28 may 2013-cü il tarixdə gəlmiş və orada Səbuhidən bir daha pulları nə vaxt qaytaracağını soruşmuş və Səbuhi 29 may 2013-cü il tarixdə Kənanla görüşdükdən sonra onlardan aldığı bütün pulları qaytaracağını bildirmişdir. Bundan sonra o, həmin mənzildən çıxıb getmiş və bir daha həmin mənzilə getməmişdir. O, Səbuhi ilə görüşərkən, sonradan Elnura məxsus tikintidəki gözətçi otağında və ya İlqarın kirayə yaşadığı mənzildə olarkən Səbuhiyə qarşı heç bir zor tətbiq etməmiş, onu zor tətbiq etməklə hədələməmişdir. Həmçinin İlqarın mənzilində olarkən Səbuhi tam sərbəst halda olmuş, onun əl-qolu bağlanmamış, mənzildə Səbuhi öz istəyi ilə pulları qaytarana kimi qonaq kimi qalmış, ona heç bir məhdudiyyət qoyulmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Vəliyev Ramil Əhliman oğlu ifadəsində bildirmişdir ki, təxminən 10 gündür ki, Bakı şəhərinə Vəkil adlı tanışı ilə birlikdə gəlmiş və gəlməkdə məqsədi Bakı şəhərində müalicə alan Gülşən xalanı görmək olmuşdur. O, Azərbaycan Respublikasının gömrük nəzarət keçid məntəqəsində təxminən bir il tanıdığı İlqar adlı şəxslə təsadüfən görüşmüş və birlikdə Bakı şəhərinə gəlmişlər. Yolda o, İlqarla söhbət edən zaman onun sözlərindən İlqarın Bakı şəhərində mənzili olması və həmin mənzili satıb Gürcüstan Respublikasında mal qara alacağı məlum olmuşdur. Onlar Bakı şəhərinə gecə radələrində çatdıqlarından İlqar ona Bakıda gecələməyə yeri olmadığını bildirmiş və o, İlqara onunla birlikdə xalası qızı Tünzalənin evində gecələməsini təklif etmişdir. İlqar onunla razılaşmış və İlqar təxminən təxminən iki gün onunla həmin evdə qalmışdır, həmin dövrdə İlqar müxtəlif yerlərə zəng edərək evini satmaq istədiyini demişdir. İlqarın Bakı şəhərində onunla birlikdə xalası qızının evində yaşamasına səbəb isə onun evində qardaşının ailəsi ilə yaşaması olmuşdur. Bunu o, İlqarın sözlərindən bilmişdir. Beləliklə də, İlqar onunla qeyd etdiyi mənzildə iki gün qaldıqdan sonra qohumlarının evində qalmağa getmişdir. Təxminən 5-6 gün əvvəl İlqarla birlikdə «Xalqlar dostluğu» metrostansiyası yaxınlığında çayxanada görüşmüşlər və onunla söhbət zamanı ona İlqarın Bakı şəhərində kirayə ev götürməsi məlum olmuş və İlqar ona həmin evin yerini göstərmişdir. O, Bakı şəhərini tam yaxşı tanımadığından İlqar ona həmin evə necə gələ biləcəyini və evin yerini göstərmişdir. O, İlqarla həmin evə gedən zaman İlqar özündə olan açarla evin qapısını açmış və birlikdə mənzilə daxil olmuşlar. Həmin mənzil 3 otaqdan mətbəxt sahəsindən ibarət olmuş və orada yaşamaq üçün şərait olmuşdur. Onlar həmin mənzildə olan zaman çay içib, ümumi söhbətlər etmişlər. Təxminən bir saatdan sonra o, həmin evdən çıxıb getmiş və qohumu Eşqin Vəliyevlə telefon əlaqəsi saxlamışdır. Eşqinlə Xətai rayonu, «Neapol» dairəsində görüşmüş və onun evinə getmişlər. Gülşən xala 28 may 2013-cü il tarixdə rəhmətə getmiş və dəfn edilməsi üçün cənazəni Gürcüstan Respublikasına qohumları ilə birlikdə yola salmışlar, özü isə Bakı şəhərində qalmışdır. O, növbəti gün bibisi oğlu Eşqin Vəliyevlə birlikdə Gürcüstan Respublikasına getməli olmuş, 28 may 2013-cü il tarixdə gün ərzində İlqarla telefon əlaqəsi saxlamış və İlqar ona evdə olacığını bildirmişdir. Həmin günü təxminən axşam 20 radələrində o, İlqarın yaşadığı evə getmiş və İlqarın kirayədə yaşadığı mənzilin Səbail rayonu, B.Sərdarov küçəsi, ev 12, mənzil 44 saylı mənzil olması sonradan məlum olmuşdur. Beləliklə də, o, həmin mənzilə getdikdə orada İlqar və adı sonradan ona məlum olan, əvvələr tanımadığı Səbuhi adlı şəxs olmuş, İlqarla Səbuhi oturub qonaq otağında çay içmişlər. O, təxminən onlarla bir saat oturduqdan sonra yuyunmaq üçün hamam sahəsinə keçmiş, təxminən bir saat hamamda olduqdan sonra çıxdıqda, Səbuhi otaqların birində yatmış, İlqar isə digər otaqda televizora baxmışdır. O da, İlqarla birlikdə oturaraq televizora baxmış, bir qədər sonra isə yuxulayaraq yatmışdır. 29 may 2013-cü il tarixdə saat 09 radələrində o, yuxudan oyanmış və televizorun işlək vəziyətdə olduğunu görmüş, lakin İlqar olmamışdır. O, duraraq digər otaqlara keçmiş və birinci otağa keçdikdə döşəmədə döşək üzərində Səbuhinin uzandığını görmüş, ondan niyə yerdə yatmasını soruşduqda, Səbuhi yerdə yatmağı xoşladığını bildirmişdir. Bu zaman mənzilin giriş qapısı döyülmüş və o, Səbuhidən qapını kimin döyə bilməsini soruşmuş, sonuncu cavab olaraq İlqarın ola biləcəyini demişdir. O, digər otağa keçib İlqara qapının döyülməsini bildirmək istədikdə, İlqarın pəncərədən görmədiyi şəxsə qapını açmasını demişdir. Bundan sonra İlqar mənzilin qiriş qapısını açmış və evə təxminən 3-4 mülki və polis geyimli şəxslər daxil olmuşlar. Onlar onu, İlqarı və Səbuhini sorğu sual etdikdən sonra Səbail RPİ-nə gətirmişlər. Səbuhi adlı şəxsi ilk dəfə İlqarın mənzilində görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Musayev İlqar Vəli oğlu ifadəsində bildirmişdir ki, həm Bakı şəhərində qohumlarının evində, həm də Gürcüstan Respublikasının Bolnisi rayonunun Kəpənəkçi kəndində yaşayır. Tahir Mollayevlə uzaq qohum olsa da, onunla təxminən bir il bundan qabaq Gürcüstan Respublikasında toy məclisində tanış olmuş və həmin vaxtdan da aralarında normal münasibətləri olub. Təxminən bir ay bundan əvvəl o, ailəsi ilə birlikdə Bakı şəhərində olarkən Tahirlə görüşmüş və görüş zamanı Tahir ona bir nəfər Səbuhi adlı tanışı olduğunu və Səbuhinin bir aya 10.000 (on min ) manat müqabilində qazanc olaraq 2500 (iki min beş yüz) manat pul verəcəyini bildirmişdir. Onun əlavə qazanca ehtiyacı olduğumdan o, Tahirlə razılaşıb 9-cu mikrorayonda 27 saylı marşurut avtobusunun sonuncu dayanacağında görüşüb 10.000 (on min) manat pulu vermişdir. O, pulu Tahirə verdikdən sonra Masazırda torpaq sahələri ilə maraqlanmağa başlamışdır ki, Tahir pulu qaytardıqdan sonra orda özünə torpaq sahəsi alıb ev tiksin. Bu məqsədlə o, bir-neçə torpaq sahəsinə baxmış və hazırda adı yadında qalmayan bir nəfər şəxsin torpaq sahəsinə baxıb ondan həmin torpaq sahəsini 3800 ABŞ dollarına almağa razılaşmışdır. O, həmin şəxslə torpaq sahəsini alması barədə razılıq əldə etdikdən sonra Tahirlə əlaqə saxlayıb puldan nə xəbər olmasını soruşmuş və Tahir yaxın 2-3 gün ərzində pulun qayıdacağını bildirmişdir. Həmin vaxt ailəsini Gürcüstan Respublikasına aparmalı olduğundan bu barədə Tahirə demiş və getmişdir. Təxminən 2-3 gün Gürcüstan Respublikasında olduqdan sonra, Bakı şəhərinə qayıdıb Tahirlə görüşüb ondan bir daha pul barəsində maraqlanmış və Tahir pulu verdikləri adamın yaxın günlərdə alacağı olduğunu və pulu verdikləri adam həmin pulu alan kimi onlarında pulunu verəcəyini bildirmişdir. Səhəri gün Tahir ona zəng edərək, pul vermiş olduğu Səbuhi adlı şəxsə zəng çatmadığını bildirmiş və o, Tahirə Bakı şəhərində qalmağa yerinin olmadığını bildirib, ondan pulunu tez bir müddətdə qaytarmasını xahiş etmişdir. Həmin vaxt Tahir onun üçün Səbuhidən pulu alana qədər yaşaması üçün şəhərdə kirayə ev tutacağını bildirmiş və bu məqsədlə Tahir onun üçün Səbail rayonu, Bünyat Sərdarov küçəsi ev 12-də yerləşən 44 saylı mənzili kirayə tutmuşdur. O, həmin evdə iki gün qaldıqdan sonra 2013-cü ilin may ayının 27-si tarixində axşam saatlarında Tahir ona zəng edərək Səbuhi adlı adamı tapdıqlarını və onun yanına gətirmək istədiklərini bildirmişdir. O, onlara 20 yanvar metrosunun yaxınlığına olduğunu bildirmiş və bir müddətdən sonra ağ rəngli Tahirgili maşınla gəlmişlər. Həmin vaxt maşını tanımadığı şəxs idarə etmiş və birlikdə görüşdükdən sonra Tahir maşından düşmüş və pul verməli olan Səbuhi adlı şəxsin maşında olduğunu və telefonlarını söndürərək 5-6 gündür ki, onlardan qaçdığını bildirmişdir. O, həmin Səbuhi adlı şəxsə «Tahirin sənə vermiş olduğu pulun içində mənim də pulum var» deyərək, ondan pulularını nə vaxt qaytaracağını soruşmuş. Səbuhi isə 28 may 2013-cü il bayram günü olduğundan onun özünə pul verməli olan şəxslərlə 29 may 2013-cü il tarixdə görüşəcəyini və ondan almış olduğu pul ilə digərlərinin də pullarını qaytaracağını bildirmişdir. Həmin vaxt ona Tahirlə birlikdə Səbuhini gətirmiş şəxslərə də Səbuhinin borcu olması barədə məlum olmuş, lakin, o Səbuhinin həmin şəxslərə nə qədər borcu olmasını bilməmişdir. Daha sonra Tahir maşından düşüb getmiş və onun əvəzinə o, maşına yaşadığı evə getmələri üçün minmişdir. Həmin vaxt maşında qabaq oturacaqda və arxada Səbuhinin digər tərəfində bir nəfər tanımadığı adamlar olmuş, daha sonra onlar Tahirin onun üçün kirayələdiyi Bünyat Sərdarov küçəsi 12 saylı evin 44 saylı mənzilinə gəlmiş və orada maşını blokun giriş qapısının yanında saxlamışlar. Maşından düşəndə Səbuhi ona bədənində ağrılar olduğunu bildirib, onun qolundan tutub ona yuxarı qalxmağa köməklik etməsini xahiş etmişdir. Daha sonra o və həmin uşaqlar Səbuhi ilə birlikdə yuxarı qalxmışlar və orada Səbuhi onun yanında qalmışdır. Digər uşaqlar isə getmişlər. Səbuhi ilə söhbət zamanı isə o, Səbuhinin qarnını tutduğu görüb ondan nə baş verməsini soruşmuş, Səbuhi isə ona Tahir və onun yanında olan oğlanların onu tutarkən qaçmaq istədiyi üçün onu döydüklərini bildirmişdir. Daha sonra onun Səbuhiyə yazığı gəldiyi üçün ona çay süzüb pendir çörək vermiş və Səbuhi yemək yedikdən sonra onunla söhbət etmişdir. Söhbət zamanı Səbuhi ona bir-neçə nəfər şəxsə külli miqdarda pul borcları olduğunu və hətta bununla bağlı AR DİN-nin BMCMİ-nə ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmin gün Səbuhi onunla həmin mənzildə qalmış və giriş qapısı ilə üzbəüz olan yataq otağında yatmışdır. O isə giriş qapısından sol tərəfdə olan yataq otağında yatmış və səhər saat təxminən 10-11 radələrində Tahir onların qaldığı evə gəlmiş və o, Tahirlə Səbuhini evdə qoyub şəhərə çıxıb öz işlərini görmüşdür. Axşam saatlarında isə o, şəhərdə konsertdə olarkən onun tanışı olan Ramin Vəliyev zəng edərək, onun kirayədə yaşadığı evə gəldiyini bildirmiş və o, Raminə evdə adam olduğunu, mənzilə çıxmasını və özünün də birazdan gələcəyini bildirmişdir. Bir müddətdən sonra o, evə gəlmiş və Raminin Səbuhi ilə blirlikdə evdə oturduqlarını və Tahirin artıq çıxıb getdiyini görmüşdür. Axşam o, yenə girişdən solda olan otaqda, Səbuhi və Ramin isə evin giriş qapısı ilə üzbəüz olan otaqda yatmışlar. Səhər isə yəni 29 may 2013-cü il tarixdə saat təxminən 9-10 radələrində evin qapısı döyülmüş və o, qapını açanda evə mülki geyimli şəxslər daxil olaraq onu tutmuşlar və sonra o biri otağa keçib Ramin və Səbuhini tutmuşlar. Daha sonra onları Səbail rayon polis idarəsinə gətirmişlər. Səbuhi Əliyev yalan məlumat vermiş, Səbuhini heç kim girov saxlamamış, Səbuhi özü ondan çox adama borclu olduğu üçün və borclular onun yaşadığı evə gəlib getdikləri üçün onun yanında qalmasını xahiş tmiş və o da, Səbuhiyə etiraz etmədən razılıq vermiş, onu heç kim girov saxlamamışdır. O, Səbuhini döyməmiş və ona qarşı evdə qaldığı müddətdə heç bir zor tətbiq etməmişdir. 27 may 2013-cü il tarixdə o, Səbuhidə telefon görməmiş, lakin 28 may 2013-cü il tarixdə Səbuhinin əlində mobil telefon olduğunu və Səbuhinin pul alacağı adamlara zəng edərək onlardan pulunu tələb etdiyini görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Cavadov Azər Arif oğlu ifadəsində bildirmişdir ki, 2013-cü ilin mart ayında Anar adlı tanışı vasitəsilə özünü türk vətəndaşı kimi təqdim edən Emre Ünlü adlı bir nəfər şəxslə tanış olmuş, belə ki, Anar ona bildirmişdir ki, onun həmin Emre adlı tanışı boru və armatur satışı ilə məşğul olur. O, Emre ilə görüşəkrən Emrə ona bildirmişdir ki, STP zavodundan boru çıxartmış və həmin maşınların pulunu vermək lazımdır ki, həmin maşınları götürüb Gəncə şəhərinə aparıb baha qiymətə təhvil versin və qazanclarını götürsünlər. O, Emrəyə razılıq verib onun Nərimanov rayonunda Çapayev küçəsində yaşadığı evdə Anarla birlikdə görüşüb 2000 ABŞ dollarını Anara vermiş və Anar da həmin pulu Emreye vermişdir. Təxminən 10 gündən sonra Emre 2000 ABŞ dollarını ona qaytarmış və üstündə 500 manat qazanc vermişdir. O, isə həmin 500 manat pulun 80 manatını Anara vermişdir. Təxminən 2-3 gündən sonra Emre yenə də ona müraciət edərək 60.000 manat pulu zavoda olan borcunu bağlamaq və oradan əlavə mal çıxartmaq üçün istəmiş, o, həmin məbləğdə pulu olmadığını bildirmiş, lakin müəyyən məbləğdə pul tapacağını demişdir. Daha sonra o, Neyman adlı qohumundan 22.000 ABŞ dolları borc almış və 8.000 ABŞ dolları öz pulunu həmin pulun üstünə qoyub ümumilikdə 30.000 ABŞ dollarını 04 aprel 2013-cü il tarixdə Emrenin yaşadığı evin yanında Anara vermiş və Anar da həmin pulu Emreye vermişdir. Emre də pulu alarkən 20 aprel 2013-cü il tarixdə onun pulunu üstündə 10.000 ABŞ dolları qazanc ilə qaytaracağını bildirmişdir. 20 aprel 2013-cü il tarixdə isə o, Emre ilə əlaqə saxlamaq istədikdə onun telefonunun sönülü olmasını görmüş və o , Anardan Emre barede soruşduqda, Anar ona özünün də Emreni tapa bilmədiyini demişdir. Belə olan halda o, AR DİN-nin BMCMİ-nə gedib orada Canpolad adlı müstəntiqin qəbulunda olub ona baş vermiş hadisə ilə bağlı məlumat vermiş, Canpolad ona Emrenin əsl adının Əliyev Səbuhi Bayram oğlu olmasını və onun barəsində onlarda hazırda cinayət işi olduğunu bildirmişdir. Canpolad ona Emrəni həmin idarəyə çağırıb onları görüşdürməyi təklif etmiş və bir-neçə gündən sonra Canpolad ona zəng edərək ona idarəyə dəvət etmiş və o, BMCMİ-nə gəldikdə Səbuhinin orada olmasını görmüşdür. Həmin vaxt Səbuhi ona yalvararaq ondan pulunu geri qaytarması üçün həmin həftənin sonuna qədər vaxt istəmiş, o da razılıq vermişdir. Lakin həftənin sonu o, Səbuhini yenə də tapa bilməmiş və Səbuhi yenə də ondan yayınmağa başlamışdır. Belə olan halda o, təkrarən BMCMİ-nə gedib orada Səbuhinin barəsində ərizə ilə müraciət etmiş və Səbuhini axtararkən təsadüfən Səbuhinin ondan başqa Tahir, Həbib və Məşədi adlı şəxsləri də aldadıb onların pulunu ələ keçirməsi məlum olmuşdur. Sonralar onlar hamısı görüşüb Səbuhidən hansı yolla pullarını alacaqları barədə danışıb məsləhətləşmişlər. 27 may 2013-cü il tarixdə axşam saat 22 radələrində Tahir onun mobil telefonuna zəng edərək hazırda Səbuhi ilə Əhmədli qəsəbəsində görüşəcəyini bildirib, onu da oraya çağırmışdır. Daha sonra onlar Əhmədli qəsəbəsində çayxanada görüşmüş və həmin vaxt orada Məşədi, Tahir və Həbib də olmuşlar. Birlikdə görüşdükdən sonra Əhmədli qəsəbəsində yolun kənarında Səbuhini görmüş və Səbuhini çağırıb, ona məxsus maşına otuzdurmular. Onlar Nərimanov rayonu ərazisinə çatdıqda, kirvəsi olan Elnur ona zəng edərək uşağının əhvalını soruşmuş və həmin vaxt o, Elnura ona pul borclu olan adamı tapdığını və hazırda onunla birlikdə söhbət etməyə getdiklərini bildirmişdir. Həmin vaxt Elnur ona hazırda iş yerində olduğunu bildirmiş, belə olan halda o, Elnura işdə gözləməsini və onun yanına gələcəyini bildirmişdir. Daha sonra onlar Elnurun işlədiyi Xutor qəsəbəsində yerləşən tikintiyə gəlmiş və orada maşından düşüb gözətçi otağına keçib orada oturmuşlar. Orada söhbət zamanı onlar Səbuhidən ona verilmiş pulların harada və kimdə olmasını soruşmuşlar, həmin vaxt Səbuhi cavab vermək istəmədiyindən və onun onları aldatması onlara pis təsir etdiyindən, Məşədi, Həbib və Tahir Səbuhiyə bir-neçə dəfə sillə vurmuşlar. O, isə Səbuhinin üzünə tüpürmüşdür. Bundan sonra Səbuhi pulların Kənan adlı şəxsdə olduğunu bildirib, Kənanla danışıb pulu onlara nə vaxt verəcəyini deyə biləcəyini təklif etmiş və onlar Səbuhiyə Kənanla danışması üçün şərait yaratmışlar. Həmin vaxt Səbuhi Kənanla telefonda mikrofon vasitəsilə danışmış və danışıq zamanı Kənan Səbuhiyə «sən mənim nömrəmi heç kimə vermə, mən səninlə görüşüb bütün məsələləri həll edərəm» deyərək cavab vermişdir. Həmin vaxt Kənan Səbuhiyə iki gündən sonra görüşəcəyini dediyindən Tahir Səbuhiyə həmin iki gün müddəti birlikdə qalmalarını təklif etmişdir. O da, öz növbəsində Səbuhini BMCMİ-nə aparıb təhvil vermələrini təklif etmiş, lakin onlar razı olmamış və Səbuhi də iki günə pullarını qaytaracağını bildirmişdir. Belə olan halda Tahir Səbuhini aparıb kirayə tutduğu evdə saxlamalarını təklif etmiş və daha sonra onlar «20 yanvar» metrostansiyasının yanına gedib orada Tahirin İlqar adlı tanışını götürmüşlər və birlikdə Tahirin kirayə tutduğu evə gəlmişlər. Orada hamısı mənzilə çıxmış, sonra o, xəstəxanaya uşağının yanına getmişdir. Səhəri gün o, Tahirlə zəngləşib nə xəbər olduğunu soruşmuş və Tahir Kənanı gözlədiklərini bildirmişdir. Axşam saatlarında isə Səbuhinin saxlanıldığı evə gəlmiş və həmin vaxt orada Səbuhi, Ramin adlı şəxs, Məşədi və Tahir adlı şəxslər olmuş, o, həmin vaxt bir daha Səbuhini aparıb BMCMİ-nə təhvil vermələrini təklif etmiş, lakin onlar 29 may 2013-cü il tarixdə Səbuhinin Kənan adlı şəxslə görüşərək ondan pulu alacağını və pullarını qaytaracağını bildirmişlər. Daha sonra o, çıxıb getmişdir. 29 may 2013-cü il tarixdə onu zəng edərək BMCMİ-nə dəvət etmişlər, lakin o, maraqlandıqdan sonra BMCMİ-nə deyil Səbail rayon polis idarəsinə gəlmək lazım olduğunu bildiyindən Səbail rayon polis idarəsinə gəlmişdir. Səbuhi Əliyev yalan məlumat verərək onu girov götürmələrini bildirmiş, onlar Səbuhi ilə danışarkən o iki günə pulu qaytaracağını bildirmiş və həmin vaxt özü Tahirə həmin iki günü onun yanında olmasını və Kənandan pulu ala bilməsi üçün kömək etmələrini təklif etmiş və Tahirlə razılaşdıqdan sonra öz xoşu ilə maşına minib həmin evə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Bayramov Elnur İlham oğlu ifadəsində bildirmişdir ki, Cavadov Azər Arif oğlunu təxminən 10 ildir ki, tanıyır, onunla yaxın münasibətləri vardır, onun oğlu Arifin kirvəsidir. Azər qardaşı Vüqarla birgə bina tikintisi ilə məşğuldur. Təxminən bir aydır ki, Azərdən Türk vətəndaşı kimi özünü təqdim edən adını Əmrə kimi bildirən şəxs Azərdən 30.000 (otuz min) pulu plastik qapı-pəncərə işini görməsi üçün alması və heç bir iş görməməsi, nə də pulu qaytarmaması barədə eşitmişdir. Azər Əmrəni axtarsa da, onu tapa bilməmiş və buna görə də ondan pulunu tələb edib ala bilməmişdir. Bundan başqa, Azər ona Əmrənin daha bir neçə nəfər şəxsə borcu olduğunu, həmin şəxslərin də Əmrəni axtardıqlarını, lakin Əmrənin onlarla da görüşdən yayınıb gizləndiyini bildirmişdir. Təxminən 2-3 gün əvvəl saat təxminən 20-21 radələrində o, Azərə öz istifadəsində olan 070 263 24 24 mobil telefon nömrəsindən onun 055 555 24 24 mobil telefon nömrəsinə zəng vurub oğlu Arifin səhhəti barədə soruşmuş və söhbət zamanı Azər ona Əmrənin borclu olduğu borc yiyələri ilə birgə Əmrə ilə metronun «Həzi Aslanov» stansiyasının yaxınlığına görüşə getdiyini bildirmişdir. O da, Azərə evə getdiyini və sonra görüşünün necə keçməsi barədə ona da xəbər verməsini bildirmişdir. Azərlə telefon danışığından sonra o, evə getmiş və evə çatanda Azər ona zəng vurub Əmrə ilə görüşdüklərini, hazırda Əmrənin onlarla bir yerdə olduğunu, ona görə də onu Nərimanova gətirdiklərini bildirmişdir. Sonradan o, Azərə zəng vurub danışanda Azər ona Nərimanovda olduğunu bildirmiş və o, Azərə Səbuhini özünün işlədiyi Bakı şəhəri, Binəqədi rayonu ərazisində Səttar Bəhlulzadə küçəsində, yəni «Xutor» adlanan ərazidə yerləşən tikinti aparılan ərazidəki obyektə gətirmələrini və orada oturub çay içib, söhbət etmələrini bildirmişdir. Həmin saatda tikinti ərazisində yalnız gözətçi Hacı adlı kişi olmuş və həmin gün saat təxminən 21:30-da Azərlə, üzdən tanıdığı Əmrə və Azərin yanında olan danışıqlarından borc yiyələri kimi tanıdığı 3 nəfər şəxslər gəlmişlər. Azər Əmrəni qardaşı Vüqara məxsus olan tünd rəngli «Tofaş» markalı maşında gətirmiş, Əmrə maşının arxa oturacağında əyləşmişdir. Onlar gələndən sonra o, gözətçi Hacıya onlara çay dəmləməsini bildirmiş və o, Azərin yanında olan borc yiyələrindən biri Məşədi ilə tanış olmuşdur. Tikinti ərazisində gözətçinin otağı həyətdə yerləşir, birmərtəbəli tikilidir, iki otaqdan ibarətdir, giriş qapısından daxil olduqda əvvəl 6 kv metrdir, həmin otaqda bir stol, bir çarpayı və odun sobası yerləşir, həmin otaqdan digər otağa keçid vardır, həmin otaq təxminən 9 kv metrdir, həmin otaqda bir divan, bir stol və elektrik sobası vardır. Hacı birinci otaqda çay hazırlamağa başlamış, Əmrə isə ikinci otağa daxil olmuşdur. Orada Məşədi Əmrədən nəyə görə onun pulunu qaytarmadığını soruşmuş, Əmrə də ondan aldığı pula mal aldığını, başqa bir tanışına verdiyini bildirmişdir. Həmin zaman Məşədi əli ilə Əmrənin sifətindən bir zərbə vurmuş, o, onların arasına keçmiş və Məşədinin Əmrəni vurmasına imkan verməmişdir. Sonra isə Azər Əmrənin sifətindən əli ilə bir dəfə vurmuş, orada olan borc yiyələrindən biri, əslən Gürcüstandan olan şəxs də Əmrəni vurmaq üçün onun üstünə şığımış, lakin o, həmin şəxsə imkan verməmişdir ki, Əmrəni vursun. Bundan sonra onlar çay içmiş, o, Əmrəyə də bir stəkan çay vermişdir. O, Əmrəni vurmamış, nə də ki, ona heç bir formada zor tətbiq etməmişdir. Orada o, Azərdən, Məşədidən onun iş yerində başqa söhbət etməmələrini bildirmiş və həmin obyektdən çıxmalarını xahiş etmişdir. Azər Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ərizə yazdığını və Əmrəni də aparıb həmin İdarəyə təhvil verəcəklərini bildirmiş, lakin Məşədi Əmrəni oraya təhvil versələr, Əmrənin pulun yerini deməyəcəyini bildirmişdir. Bundan sonra Vüqarın sürücüsü Azərin «Hyunday Azera» markalı maşınını gətirmiş və «Tofaş» markalı maşını aparmış və Əmrəni Azərin maşınına əyləşdirib aparmışlar. Azər, Məşədi və onlarla birgə olan daha iki nəfər də həmin maşina əyləşib birgə çıxıb getmişlər. Əmrəni maşına əyləşdirəndə o, Əmrəyə aldığı pulu qaytarmalı olduğunu bildirmişdir. Hətta o, tikinti aparılan yerdə olan zaman bilmişdir ki, Əmrə yalandan özünü Türk vətəndaşı kimi təqdim etmiş, əslində o, azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır. Həmin gün o, Azərlə telefonla danışmamış və səhərisi gün o, Azərə zəng vurub Əmrəni hara apardıqlarını soruşanda Azər ona onunla bir yerdə olan şəxslərin Əmrəni apardıqlarını, lakin hara apardıqlarını bilmədiyini demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş İsmayılov Anar Rüstəm oğlu ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əliyev Səbuhi Bayram oğlunu 2008-ci ildən tanıyır və ilkin olaraq sonuncu ona özünü Əmrə Ünlü kimi tanıtmış və sözlərindən ona məlum olmuşdur ki, tikinti işləri ilə məşğuldur və tikinti sahəsində geniş əlaqələri vardır. Lakin sonralar o, Əmrənin əsil adının Səbuhi olmasını bildikdə sonuncudan özünü Əmrə Ünlü kimi qələmə verməsinin səbəbini soruşmuş, Səbuhi cavab olaraq ona bildirmişdir ki, Azərbaycan Respublikasında qeydiyyata düşmək üçün Əliyev Səbuhi Bayram oğlu adından istifadə edib. Səbuhi ilə yalnız tanışlıq müddətində 3-4 dəfə sonuncunun «28 May» metrostansiyasının yaxınlığında işlətdiyi «Tvilayt» restoranına getdiyində görüşmüş, sonradan onların münasibətləri normal olmuşdur. Səbuhi ilə təxminən hadisə gününə 2 ay əvvəl sonuncunun yaşadığı Nərimanov rayonunda «Çapayev» adlanan ərazidə yerləşən evində o, dostu Azəri Səbuhi ilə görüşdürən zaman görüşmüşdür. Buna səbəb isə Səbuhinin tikinti ilə məşqul olması, Azərin isə tikinti sahəsində müəyyən maraqlarının olması olmuşdur. Səbuhi görüş zamanı bildirmişdir ki, əgər 30000 manat pul təşkil etsə Səbuhi Azəri və onu da gördüyü işlərə şərik edər və onlar 15 gün ərzində 30000 manat qazanc əldə edə bilərlər. Bundan sonra, həmin gün Azər ona bildirmişdir ki, həmin 30.000 manatı borc tapa bilər və əldə etdikləri qazancla borclarını ödəyərlər. Belə ki, o, Azəri Səbuhi ilə tanış etdiyinə görə Səbuhi ona qazancdan 10000 manat verməyə razılaşmışdır. Sabahısı gün Azər 30000 manat pulu gətirmiş və Səbuhi ilə zəngləşib görüşərək Yasamal rayonu ərazisində «Tri Korona» adlanan yerin yaxınlığında Azərin idarə etdiyi «Hyunday Azera» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Azər həmin 30000 manatı ona vermiş, o da, elə avtomobilin içərisində həmin pulu Səbuhiyə vermişdir. Səbuhi həmin pulun müqabilində “STP” zavodundan plastmass borular almalı, həmin boruların satışından qazanc əldə etməli və Səbuhi “STP” zavodunun satış üzrə meneceri olan Rəşada həmin pulu verməli olmuşdur. Səbuhinin deməsinə görə Rəşad onların dayandıqları binada yaşayırdı. Bundan sonra Səbuhi pulu götürüb binaya qalxmış və 15 dəqiqə sonra geri qayıdaraq pulu Rəşad adlı şəxsə verdiyini və sabah gedib malı götürəcəklərini demişdir. Bundan sonra onlar Səbuhini Nərimanov rayonu ərazisində evinin yaxınlığında düşürüb ayrılmışlar. Həmin gündən sonra Səbuhidən bir xəbər çıxmamış və onlar məsələ ilə bağlı maraqlandıqda, Səbuhi hər dəfə bir bəhanə ilə onları əmin etmişdir ki, ona verdikləri pulun müqabilində malı mütləq alacaq və onlar qazanc əldə edəcəklər. Lakin, Azər həmin pulu borc aldığından artıq onlar Səbuhidən ona verdikləri pulu geri tələb etməyə başlamış, buna baxmayaraq, Səbuhi onlara bildirmişdir ki, artıq “STP” zavodundan boruları almış və Kənan adlı şəxsə satmış, Kənan isə pulu gecikdirdiyinə görə pullarını ala bilmir. Lakin Səbuhi onları nə malı alarkən, nədə satarkən xəbərdar etməmiş və onlar Kənan və ya Rəşad adlı şəxslərin heç birini görməmişlər və əlaqələri olmamışdır. 29 may 2013-cü il tarixdə Azərin qardaşı Vüqar ona zəng vuraraq bildirmişdir ki, Azər hansısa Gürcüstan Respublikasının vətəndaşları ilə birlikdə Səbail RPİ-nin əməkdaşları tərəfindən Səbuhinin ərizəsi əsasında saxlanılmış, lakin Vüqar ona bundan başqa məlumat verməmişdir. Bundan sonra o, özü Səbail RPİ-nə gəlmişdir ki, Səbuhinin onları aldadaraq 30000 manat pullarını ələ keçirməsi ilə bağlı məlumat versin. Səbail RPİ-də ona məlum olmuşdur ki, Azər, tanıdığı Tahir adlı şəxslə və tanımadığı digər 3 nəfər şəxslərlə birlikdə Səbuhinin onlardan da külli miqdarda pul alaraq aldatması ilə bağlı Səbuhini girov götürmüşlər və onların bu hərəkətlərinə görə Səbuhinin şikayəti əsasında Səbail RPİ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Azər, Tahir və digərləri saxlanılmışlar. Onun bu hadisə ilə bağlı yalnız polis idarəsində məlumatı olmuş, əvvəlcədən Səbuhinin Azər, Tahir və digərləri tərəfindən qanunsuz olaraq saxlanılmasından xəbəri olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Abilov Hacı Novruzəli oğlu bildirmişdir ki, təxminən 2004-cü ildən etibarən "xxxx" MMC-də gözətçi işləyir. Həmin şirkət tikinti işləri ilə məşğul olur, o isə şirkətin tikinti apardıqları əraziləri mühafizə edir və həmin şirkətin rəhbəri Şakir müəllimdir. 2012-ci ildə onu Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən "xxxx" MMC-nin inşa etdiyi binanı mühafizə etmək üçün təyin etmişlər. Həmin binanın tikintisinə Elnur müəllim rəhbərlik edir. 27 may 2013-cü il tarixdə axşam saatlarında mühafizə etdiyi binaya iki maşın yaxınlaşmış, maşınlardan biri Elnur müəllimin maşını olmuş, digəri isə tünd göy rəngə bənzər rəngli tanımadığı maşın olmuşdur. Sonra həmin maşınlardan Elnur müəllimdən başqa üç-dörd nəfər tanımadığı şəxs düşərək gözətçi otağına daxil olmuşlar. Həmin vaxt tanımadığı şəxslər aralarında olan bir nəfər şəxsin qollarından tutmuşdular. Onlar gözətçi məntəqəsinin içəri otağına daxil olmuşlar. Söhbətlərindən ona məlum olmuşdur ki, həmin tanımadığı şəxlərdən birinin digərlərinə pul borcu var. Həmin şəxslər borclu olan şəxsdən pulu ödəməsini tələb edirmişlər, borclu olan şəxs isə pulları kiməsə verdiyini demişdir. Sonra həmin tanımadığı şəxslər borclu olan şəxsi döyməyə başlamışlar. Onlar həmin şəxsi təxminən bir saat gözətçi məntəqəsində saxlamış və sorğu-sual etməklə döymüşlər. Onlar telefonu borclu olan şəxsə verərək kiməsə zəng edib pulu gətizdirməyi tələb etmişlər. Sonra həmin yerə başqa bir maşın gəlmiş, onlar borclu olan şəxsi gətirdikləri kimi tutaraq həmin maşına otuzdurub aparmışlar. Elnur müəllim isə onun yanında qalmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadələri elan olunmuş Məhərrəmova Rəna Tahir qızı bildirmişdir ki, əri Qaramollayev Fuad Nəriman oğluna məxsus və qeydiyyatda olduğu Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 12-ci evin 44-cü mənzili 2012-ci ilin sentyabr ayından etibarən kirayə verməklə qazanc əldə edirlər. 2013-cü ilin mart ayına qədər həmin mənzili bir ailə kirayə tutmuş, mart ayından aprel ayına qədər isə başqa bir ailə qalmışdır. 23 may 2013-cü il tarixdə isə həmin mənzili o, ev alqı-satqısı və kirayəsi ilə məşğul olan Tahir adlı şəxsə kirayə vermişdir. Tahir həmin mənzildə Rusiya Federasiyasından gələcək iki qonağını bir həftə ərzində yerləşdirəcəyini demiş və onlar 200 manat müqabilində razılaşmışlar. Həmin günü o, evin açarını Tahirə vermiş və 29 may 2013-cü il tarixdə Səbail RPİ əməkdaşları ona zəng edərək mənzildə cinayət hadisəsinin baş verməsi barədə məlumat vermişlər. Məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 317 saylı 12 iyun 2013-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Əliyev Səbuhi Bayram oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər sol alının tüksüz hissəsində, sol qaşüstü nahiyyənin gicgah hissəyə keçən səthində hematoma, sol əlin İV-V barmaqlarının İ falanqaları nahiyyələri və əl-darağı sümüklü nahiyyələri qançırları, onurğa sütunu boyunca sol bel nahiyyəsində qançır küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2013-cü il tarixdə əmələ gəlməklə qeyd olunan nahiyyələrə əllə, təpiklə vurmalar zamanı alına bilərdilər. Qeyd olunan xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə iclasında tədqiq olunmuş Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2007 №-li rəyindən göründüyü kimi yoxlanılan şəxs Rəhimov Rahib Qətil oğlunda hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Rəhimov Rahib Qətil oğlu ona ittiham olunan əməl dövründə öz hərəkətlərini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Rəhimov Rahib Qətil oğlu törətiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Rəhimov Rahib Qətil oğlu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Rəhimov Rahib Qətil oğlunun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Rəhimov Rahib Qətil oğlu öz hərəkətlərini ölçüb-biçmək və düzgün qavrayıb təsvir edə bilmək imkanına malikdir. Rəhimov Rahib Qətil oğlunun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Rəhimov Rahib Qətil oğlunun əqli inkişafında gerilik əlamətləri müəyyən edilmədi. Rəhimov Rahib Qətil oğlu ünsiyyətçilik, adaptivlik, konfliktə və mübahisəyə meyilli olmamaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqasının təsiri altında hərəkət etməyə meyillilik əlaməltəri müşahidə olunmadı. Rəhimov Rahib Qətil oğlu qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Rəhimov Rahib Qətil oğlu hadisə zamanı güclü ruhi həyəcan vəziyyətində (fizioloji affekt halında) olmamışdır. Rəhimov Rahib Qətil oğlu baş verənləri düzgün qavrayıb təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Rəhimov Rahib Qətil oğlu cinayət törədildiyi zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən vəziyyətdə olmamışdır. Cinayət işinin materiallarından görünür ki, istintaq araşdırması dövründə Rəhimov Rahib Qətil oğlu özünün müdafiəsi üçün real dəlil və əsas gətirməklə ifadələrində o, zərərçəkmiş şəxs Səbuhi Əliyevi tanışları ilə döyərək xəsarət yetirmədiyini göstərmişdir. Rəhimov Rahib Qətil oğlunun özünün müdafiəsi üçün gətirdiyi real dəlil və əsaslar istintaq sübutları ilə təkzib edilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Rəhimov Rahib Qətil oğlunun zərərçəkmiş şəxsin sağlamlığı üçün zor tətbiq etməklə zərərçəkmiş şəxsin iradəsinə zidd surətdə onu faktiki olaraq olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb adam oğurluğu cinayətini tərətməsi araşdırma zamanı zərərçəkmiş şəxsin ifadəsi və şahid ifadələri ilə, həmçinin digər sənədlərlə sübuta yetirilmişdir. Buna görə də, təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğlunun göstərdiyi bu dəlillər cinayət məsuliyyətindən yayınmağa yönəlmiş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirilməlidir. Beləliklə, Rəhimov Rahib Qətil oğlunun törətmiş olduğu cinayət əməli məhkəmə iistintaqı zamanı da öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş Şəki rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Rəhimov Rahib Qətil oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Eləcə də Şəki Apellyasyia məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarından görünür ki, Şəki rayon məhkəməsinin Rahib Rəhimov barəsində çıxarşmış olduğu hökmdən dövlət ittihamçısının vermiş olduğu apellyasiya protesti və zərərçəkmiş şəxsin vermiş olduğu apellyasiya şikayəti nəticəsində Şəki rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmiş və Rəhimov Rahib Qətil oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, onun həbsdə saxlanıldığı 21 dekabr 2021-ci il tarixdən 17 fevral 2022-ci il tarixədək həbsdə olduğu 01 ay 27 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 10 ay 03 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğlu Şəki rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyindən, daha sonra Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilərək ona azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, Rəhimov Rahib Qətil oğlunun Əliyev Səbuhi Bayram oğluna qarşı Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4-cü maddəlrində nəzərdə tutulan ağır cinayət əməlini törətməsi cinayətlərin residivini təşkil etmir, lakin qeyd edilən hal özü-özlüyündə Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin məcmusunu yaradır. Təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğlunun əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal (hallar) müəyyən edilmədi. Rəhimov Rahib Qətil oğluna Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirli bilindiyi həmin Məcəllənin 144.2.3, 144.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı əsasında onun üzərində saxlanılmış 01 (bir) il 10 (on) ay 03 (üç) gün çəkilməmiş azadlıqdan məhrum etmə cəzası ona təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğluna cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütün halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Yuxarıda qeyd edilənləri, habelə törədilmiş cinayət əməlinin zoraki cinayət kateqoriyasına daxil olmasını məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rəhimov Rahib Qətil oğlu Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4-cü maddələri üzrə cəza kimi məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin ediləcək cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərarı ilə təyin edilmiş (üzərində saxlanılmış) cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 144.2.4-cü maddələrində göstərilən cinayət, cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Rəhimov Rahib Qətil oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Rəhimov Rahib Qətil oğlu 01 avqust 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmiş, 17 sentyabr 2020-ci il tarixdə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmədən yayındığına görə onun barəsində 17 avqust 2021-ci il tarixdə axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. Rəhimov Rahib Qətil oğlu 21 dekabr 2021-ci il tarixdə saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilərək Şəki rayon məhkəməsində aparılan cinayət işi üzrə saxlanılması üçün Şəki Penitensar Xidmətinə təhvil verilmişdir. Şəki rayon məhkəməsinin 17 fevral 2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edidlmişdir. Şəki Apellyasiya məhkəməsnin 16 avqust 2022-ci il tarixli qərarı ilə ona Şəki rayon məhkəməsi tərəfindən təyin olunmuş cəza dəyişdirilərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş və onun 21 dekabr 2021-ci il tarixdən 16 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində 1 il 10 ay 3 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Daha sonra Rahib Rəhimov hazırkı iş üzər məhkəmə iclasına gəlmədiyindən barəsində 26 aprel 2022-ci il tarixdə axtarış elan olunmuş və işin icraatı dayandırılmışdır. Rahibğ Rəhimov 02 iyun 2022-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin 01 avqust 2020-ci il tarixdən, 17 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 16 gün, 21 dekabr 2021-ci il tarixdən 17 fevral 2022ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 27 günün Şəki Apelyasiya məhkəməsinin qərarında təyin olunmuş cəzadan çıxılması nəzərə alınmaqla , 02 iyun 2022-ci il tarixdən bu günə, yəni 20 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 18 gün, yəni, ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 05 ay 04 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Rəhimov Rahib Qətil oğluna təyin ediləcək qəti cəzanın əvvəli onun barəsində hökm elan olunduğu vaxtdan, yəni 20 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Rəhimov Rahib Qətil oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, zərər çəkmiş şəxsin Rahib Rəhimova qarşı şikayəti və tələbi vardır, barışmamışlar. İş üzrə maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Rəhimov Rahib Qətil oğluna Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Rəhimov Rahib Qətil oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Rəhimov Rahib Qətil oğluna hazırkı hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 1(107)-166/2022 saylı qərarı ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplansın və cinayətlərin məcmusu üzrə ona qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Rəhimov Rahib Qətil oğlunun 01 avqust 2020-ci il tarixdən, 17 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 16 (on altı) gün və 02 iyun 2022-ci il tarixdən bu günə, yəni 27 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 25 (iyirmi beş) gün, yəni, ümumilikdə həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) il 05 (beş) ay 11 (on bir) gün ona təyin olunmuş 09 (doquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq üzərində 07 (yeddi) il, 06 (altı) ay 19 (on doquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Rəhimov Rahib Qətil oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2022-ci il tarixdən hesablansın. Rəhimov Rahib Qətil oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən elan olunduğu, Rəhimov Rahib Qətil oğlu isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar