Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-70/2023 08.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibləri X15 və X13, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və ədliyyə müşaviri Dövlət ittihamçısı4, zərərçəkmiş şəxs-mülki iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, müdafiəçilər - Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Göradil bağlar massivində yaşamış, 12 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xüsusilə külli miqdarda və külli mirdarda maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib Rusiya Federasiyasının Dağıstan vilayəti, Türkiyə Respublikası və X14 ucuz qiymətə qızıl külçələri alaraq Bakı şəhərinə gətirilməsi və ölkə ərazisində baha qiymətə satışını təşkil etməklə yüksək məbləğdə qazanc əldə edə biləcəklərini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 16 oktyabr 2016-cı il tarixdə ünvan 3 ünvanındakı yaşayış binasının qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 28.154 (iyirmi səkkiz min yüz əlli dörd) manat təşkil etmiş 14.000 (on dörd min) Avro və 32.300 (otuz iki min üç yüz) manat təşkil etmiş 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pulu alıb ələ keçirmiş, bundan sonra dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində guya iş quraraq qazanc əldə etdiklərinə inandırmaq üçün zərərçəkmiş şəxsin özündən aldığı vəsaitlərdən müxtəlif vaxtlarda həmin tarixlərə uyğun milli məzənnə ilə ümumilikdə 5.100 (beş min yüz) manat təşkil etmiş cəmi 3.000 (üç min) ABŞ dolları məbləğində pulu qazanc adı ilə Zərərçəkmiş şəxs3 qaytarmış, daha sonra dələduzluq əməllərini davam etdirərək 07 aprel 2019-cu il tarixdə eyni ünvanda, eyni üsulla həmin tarixə uyğun milli məzənnə ilə 136.000 (yüz otuz altı min) manat təşkil etmiş 80.000 (səksən min) ABŞ dolları məbləğində nağd pulunu alıb ələ keçirməklə verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs3 faktiki olaraq 191.354 (yüz doxsan bir min üç yüz əlli dörd) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, X16 Dubay şəhərindən ucuz qiymətə qızıl külçələri alıb Bakı şəhərinə gətirilməsi və ölkə ərazisində baha qiymətə satışını təşkil etməklə yüksək məbləğdə qazanc əldə edə biləcəklərini vəd verib aldadaraq, 09 sentyabr 2018-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Moskva» univermağının daxilində həmin tarixə uyğun milli məzənnə ilə 69.700 (altmış doqquz min yeddi yüz) manat təşkil etmiş 41.000 (qırx bir min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirmiş, Zərərçəkmiş şəxs2 şəxsi ehtiyaclarının ödənilməsinə zərurət yarandığından, sonuncunun xahişi ilə aldığı məbləğdən həmin dövr üçün milli məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil etmiş 5.000 (beş min) ABŞ dolları məbləğində pulu özünə qaytarıb, daha sonra dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində guya iş quraraq qazanc əldə etdiklərinə inandırmaq üçün zərərçəkmiş şəxsin özündən aldığı və ya digər zərərçəkmiş şəxslərdən əldə etdiyi pul vəsaitlərindən müxtəlif vaxtlarda ümumilikdə həmin dövr üçün milli məzənnə ilə 5.610 (beş min altı yüz on) manat təşkil etmiş 3.300 (üç min üç yüz) ABŞ dolları məbləğində pulu qazanc adı ilə qaytarıb Zərərçəkmiş şəxs2 faktiki olaraq 32.700 (otuz iki min yeddi yüz) ABŞ dolları, yəni 55.590 (əlli beş min beş yüz doxsan) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-ıstifadə edərək, X16 Dubay şəhərindən ucuz qiymətə qızıl külçələri alaraq Bakı şəhərinə gətirilməsi və ölkə ərazisində baha qiymətə satışını təşkil etməklə yüksək məbləğdə qazanc əldə edə biləcəklərini vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 18 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «RichHotel»in qarşısında Yasamal parkında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 (on yeddi min) manat təşkil etmiş 10.000 (on min) ABŞ dolları, 18 noyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «RichHotel»in qarşısında Yasamal parkında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 (on yeddi min) manat təşkil etmiş 10.000 (on min) ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 183 ünvanında yerləşən «BakuMail» ticarət və istirahət mərkəzinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 (on yeddi min) manat təşkil etmiş 10.000 (on min) ABŞ dolları məbləğində pulunu alıb ələ keçirmiş, Zərərçəkmiş şəxs1 istəyi ilə qeyd edilən məbləğlərdən həmin tarixə uyğun milli məzənnə ilə 17.000 (on yeddi min) manat təşkil etmiş 10.000 (on min) ABŞ dolları məbləğdə pulu ona geri qaytarsa da, dələduzluq əməllərini davam etdirərək, eyni üsulla 18 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 183 ünvanında yerləşən «BakuMail» ticarət və istirahət mərkəzinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 34.000 (otuz dörd min) manat təşkil etmiş 20.000 (iyirmi min) ABŞ dolları, 22 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində yerləşən birinci «Fəxri Xiyaban»ın əsas giriş qapısının qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 170.000 (yüz yetmiş min) manat təşkil etmiş 100.000 (yüz min) ABŞ dolları, 25 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 183 ünvanında yerləşən «BakuMail» ticarət və istirahət mərkəzinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 17.000 (on yeddi min) manat təşkil etmiş 10.000 (on min) ABŞ dolları, 29 yanvar 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, «Şəhidlər Xiyabanı» dairəsi, «FlameTower» binalarında yerləşən «FairMont» hotelinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 68.000 (altmış səkkiz min) manat təşkil etmiş 40.000 (qırx min) ABŞ dolları, 04 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, «Şəhidlər Xiyabanı» dairəsi, «FlameTower» binalarında yerləşən «FairMont» hotelinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 119.000 (yüz on doqquz min) manat təşkil etmiş 70.000 (yetmiş min) ABŞ dolları, 11 aprel 2021-ci ıl tarixdə ünvan 5 ünvanında yerləşən «RichHotel»in qarşısında Yasamal parkında həmin tarixə uyğun milli məzənnə ilə 59.500 (əlli doqquz min beş yüz) manat təşkil etmiş 35.000 (otuz beş min) ABŞ dolları, 03 may 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Parlament prospektində yerləşən birinci «Fəxri Xiyaban»ın əsas giriş qapısının qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 51.000 (əlli bir min) manat təşkil etmiş 30.000 (otuz min) ABŞ dolları və sonuncu dəfə 06 may 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi, «Şəhidlər Xiyabanı» dairəsi «Flame Tower» binalarında yerləşən «FairMont» hotelinin qarşısında həmin tarixə uyğun milli məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil etmiş 5.000 (beş min) ABŞ dolları, yəni ümumilikdə 330.000 (üç yüz otuz min) ABŞ dolları məbləğində nağd pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməməklə Zərərçəkmiş şəxs1 cəmi 561.000 (beş yüz altmış bir min) manat məbləğdə xüsusilə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, hər bir cinayət epizodu üzrə ətraflı ifadə verdi. O, ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda pullar alaraq danışıqlarına əsasən həmin pullara görə faiz ödəmiş və aldığı pulları qazancı ilə birlikdə adları çəkilən şəxslərə qaytarmışdır. Zərərçəkmiş şəxs1 ilk dəfə 5000 manat alıb 5500 manat qaytarmış və Şapur onunla şərik olmamışdır. Firudin Qəmbərov ifadəsində həmçinin qeyd etdi ki, o, hər dəfə götürdüyü pulları qaytaranda üstündə faizi ilə birlikdə qaytarmışdır. Onunla Şapurun arasında əsas məbləğ 40.000 ABŞ dolları olmuş, Şapura hər 15 gündən bir 4000 manat pul vermişdir. Lakin o, sonradan Şapurun faizini ödəyə bilməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində o, 70000 ABŞ dollarını da qaytarmış, sonra isə Şapurla 2 il heç görüşməmişdir. Sonra Emin adlı şəxs ona zəng edərək Şapura 300.000 manat pul verdiyini, Şapur isə həmin pulun guya Firudinə verməsini ona dediyini bildirmişdir. Bununla bağlı o, Eminlə görüşmüş, söhbət zamanı sonuncu, 8 ay əvvəl Şapura pul verdiyini demiş, o isə, Şapurla son 2 il ərzində heç bir ünsiyyəti olmadığını bildirmişdir. Digər epizodlarla bağlı Təqsirləndirilən şəxs bildirdi ki, Faiq ona 40.000 ABŞ dolları borc vermişdir və o da, həmin pulu 8-9 ay ərzində Faiqə qaytarmışdır. Sonda isə o, həmin pulun Rəşada məxsus olduğunu bilmişdir. O, dost olduğu üçün Rəşadın kirayə evinin pulunu vermişdir. Faiq Rəşadın pullarını ona öz pulu kimi təqdim etmişdir. Pulu götürəndə danışıqları belə olmuşdur ki, Faiqə aybaay faiz ödəyəcəkdir. O da, Faiqə 8-9 faizlə, yəni hər ay 2800-3000 ABŞ dolları pul vermişdir. 2018 və 2019-cu ilin may ayında həmin 40.000 ABŞ dollarını Faiqə qaytarmışdır. Son ərəfələrdə həmin pulun Rəşada məxsus olduğunu bilmişdir. O, pulu Faiqdən aldığı üçün ona da qaytarmışdır. O, Rəşaddan pul almamış, dost olduğu üçün Rəşada köməklik etmişdir. Faiqin Rəşada nə qədər pul verməsini bilməmişdir. Zərərçəkmiş şəxs3 ona 80.000 ABŞ dolları verməmişdir. O, Türkiyəyə getməmişdən əvvəl bütün borclarını qaytarmış və sonra həmin ölkəyə getmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs elan olunmuş ittihamları qəbul etmədiyini, Faiqdən 40.000 ABŞ dollarını faizə götürdüyünü, həmin pulu da qaytardığını, Rəşaddan pul götürmədiyini, yalnız manatı ABŞ dollarına çevirib Rəşada geri qaytardığını, sonradan Faiqin Rəşaddan pul götürdüyünü, X27 nazirliiyndə işləyən yesnəsinin bina tikdiyini və Rəşadın pulunu oraya qoyduğunu, Faiqin ona ayda 15000 manat verəcəyini, sonra isə həmin binadan Rəşada ev veriləcəyini bildirdiyini, o, qızıllar aldığını və onun satışı ilə məşğul olduğunu, həmin işdə ziyanın və xeyrinin də olduğunu, Şapurla qızıldan əldə etdiyi xeyri bölüşmək söhbəti olmadığını, 40.000 ABŞ dollarına görə 4000 ABŞ dolları faiz verdiyini, ödəyə bilmədikdə isə üstünə yenə faiz gəldiyini, Maliyyə Nazirliyində qeydiyyatı olmadığını, Faiqdən pulu faizə götürdüyünü, Şapurun da onun Faiqdən faizə pul götürməsini bildiyini, Şapurun ona külli miqdarda pul vermədiyini, Şapurdan 40.000 ABŞ dolları pul götürdüyünü və qarşılığında da faiz ödədiyini, qızılları lom şəklində tanımadığı zərgərlərdən aldığını, özünün qızıl əritmə məntəqəsinin olmadığını, qızıl əritmək üçün Goradilə getmədiyini, Gürcüstana ailəlikcə istirahətə getdiyini, ticarət məqsədilə getmədiyini, ərəblərin Bakıya gəldiklərini, Heydərin turistlərlə işləyən şəxs olduğunu, Qəbələ rayonunun Vəndam kəndində ərəblərə ev tutduqlarını və hətta Şapurun onlarla birlikdə olduğunu, özünün ərəbləri qarşılamadığını, istintaq zamanı da bu cür ifadə verdiyini, amma orada onun dediklərinin yazılmadığını bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, 2004-cü ildən Mərkəzi Univermaqda zərgərlik işini öyrənməyə başlamış və orada qızıl-zinət əşyalarına qaş düzəldən işləmək üçün özünə ofis götürüb orada işləməyə başlamış, həmçinin «Moskva» Univermağına gedib-gələrək dostu Şahid5 yanında da işləmişdir. Zərərçəkmiş şəxs1 2006-2007-ci illərdən tanıyır, sonuncu ilə eyni bir məhəllədə yaşamış və dostluq münasibətləri olmuşdur. 2016-2017-ci il tarixlərdə Zərərçəkmiş şəxs1 ona təklif etmişdir ki, bir yerdə iş qursunlar, pul qazansınlar, «pullansınlar». O, Şapurun təklifi ilə razılaşdıqdan sonra birlikdə işləməyə başlamışlar. Belə ki, Şapur ona maddi dəstək olmuş, yəni faizi ilə pul vermiş və o, bir neçə gün ərzində Şapurun pulu ilə qızıl-zinyət əşyalarını alıb təmir etmiş, «lom» kimi satışını təşkil edəndən sonra həmin qızıl-zinyət əşyalarını satmış və əldə olunmuş qazancdan Şapura əsas pul kimi verdiyi pul ilə yanaşı, əlavə faiz pulu vermişdir. Həmin dövrdən etibarən, yəni 2016-2017-ci il tarixlərdə Şapur ona ilk dəfə 5.000 (beş min) ABŞ dolları məbləğdə pul vermiş və o, üç gündən sonra Şapura əsas və əlavə qazanc olaraq, 5.500 (beş min beş yüz) ABŞ dolları məbləğdə pul qaytarmışdır. Bundan bir həftə sonra Şapur ona yenidən 10.000 (on min) ABŞ dolları məbləğdə pul vermiş və o, həmin pula görə Şapura ayda 3 dəfə olmaqla hər 10 gündən bir 2.000 (iki min) ABŞ dolları məbləğdə, yəni ümumi ay ərzində 6.000 (altı min) ABŞ dolları məbləğdə pul qaytarmışdır, həmçinin Şapurun əsas pul kimi verdiyi 10.000 (on min) ABŞ dolları məbləğdə pulunu da qaytarmışdır. Bu hal 3 ay davam etmiş və o, Şapurun ona verdiyi əsas pul kimi 10.000 (on min) ABŞ dolları məbləğdə puluna görə qazanc kimi Şapura ümumilikdə 18.000 (on səkkiz min) ABŞ dolları məbləğdə pul qaytarmışdır. Daha sonra Şapur ona 30.000 (otuz min) ABŞ dolları məbləğdə əsas pul vermiş və o, eyni üsulla Şapura pul qaytarmağa başlamışdır. Beləliklə, Zərərçəkmiş şəxs1 2016-cı ildən 2019-cu ilin aprel ayına kimi ona ümumilikdə 40.000 (qırx min) ABŞ dolları məbləğdə pul versə də, o, Şapura ümumilikdə işləri başa çatana qədər son 6 ay ərzində hər ay 39.000 (otuz doqquz min) ABŞ dolları məbləğdə pulu qazanc kimi vermiş, bundan əlavə Şapura 70.000 (yetmiş min) ABŞ dolları məbləğdə də pul vermişdir. Onların Şapurla pul verib-almaları həmişə Şapurun iş yerində baş vermişdir. O, 2019-cu ilin aprel-may aylarında son dəfə Şapurun idarə etdiyi ** GS *** dövlət nömrə nişanlı, «BMW» markalı avtomobilinin yük yerinə 77.000 (yetmiş yeddi min) ABŞ dolları məbləğdə pulu qoymuş və sonra Şapur ona zəng edərək pulu götürdüyünü bildirmişdir. O, Şapurla «Viter» idman zalının qarşısında bir dəfə deyil, bir neçə dəfə görüşüb pul alış-verişi etmişlər, yəni o, Şapura faiz pulları vermişdir. Zərərçəkmiş şəxs1 faiz verməli olduğu üçün pulu olmadığına görə ölkəni tərk etmişdir. O, 6 ay ərzində hər ay 39.500 ABŞ dolları məbləğdə pulu Zərərçəkmiş şəxs1 ona hissə-hissə verdiyi ümumilikdə 237.000 (iki yüz otuz yeddi min) ABŞ dolları məbləğdə pulun faizini ödəmişdir. Zərərçəkmiş şəxs1 ona faiz ilə pul verməsi və faizin dərəcəsini kağız parçasında əlyazma yazıb ona vermişdir. Faizin həddi 19,5 % olmuşdur. O, Zərərçəkmiş şəxs1 faizə görə girov verməmiş, lakin pulu gecikdirdiyi hər gün üçün standart olaraq 1.000 (bir min) ABŞ dolları məbləğdə əlavə pul ödəmişdir. Belə hallar 2-3 dəfə baş vermişdir, lakın o, bu halların hansı məbləğin faizi olduğunu və tarixlərini dəqiqliklə xatırlamamışdır. Bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılmış və orada zəruri qeydlər olunmuşdur. O, Zərərçəkmiş şəxs1 heç vaxt ərəb şeyxləri ilə işgüzar münasibətlərinin olduğunu və onlarla qızıl külçələrinin dövriyyəsi ilə məşğul olduğumu deməmiş, ərəb şeyxləri ilə arasında heç vaxt qızıl külçələrinin dövriyyəsi məsələsi olmamış, onun ərəb şeyxləri ilə heç vaxt münasibəti olmamışdır. O, Azərbaycan ərazisində müxtəlif şəxslərdən aldığı qızılların emalı, təmiri və yeni qızılları hazırlayıb bərpası ilə məşğul olmuş və bu yolla qazanc əldə etmişdir. Onun öz işində olan pul dövriyyəsi də qeydiyyat kitabçalarında olmuşdur və bu da, işin mahiyyəti üçün əhəmiyyət kəsb etmədiyi üçün bu barədə dəqiqliklə heç bir fikir söyləyə bilməmişdir. O, 2019-cu ilin mart ayında Şapurun ona verdiyi 40.000 (qırx min) ABŞ dolları məbləğdə pulunu Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən «Viter» Fitness idman zalının qarşısında Şapurun özünə qaytarmış və sonuncuya artıq işləyə bilmədiyini demiş, lakin Şapur pulu götürmək istəmədiyini, həmin pulun Bəylər Əyyubova məxsus olduğunu deyib, pulu bir il ərzində dövriyyəyə qoyub ona pul qazandırmağını tələb etməyə başlamışdır. Sonra Şapurla onun münasibətləri pozulmuş, aralarında münaqişələr yaşanmağa başlamışdır. Şapur dəfələrlə «kriminal aləmin üzvləri» ilə ona hədə-qorxu gələrək qazanc verməsini, yoxsa onu öldürtdürəcəyini deməyə başlamışdır. Ona görə də, o, məcbur olub 12 may 2019-cu il tarixdə Türkiyə Respublikasına qaçıb getmişdir. Lakin atası Fəxrəddin onu evə qaytarmışdır. Onun Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul borcu yoxdur. O, Şapurun göstərdiyi məbləğlərin heç birini almamış, Şapur ona cəmi 40.000 (qırx min) ABŞ dolları pul vermiş, o, Şapura DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X4 yanında 70.000 (yetmiş min) ABŞ dolları məbləğdə pul vermiş, həmin pulun 40.000 (qırx min) ABŞ dolları məbləğdə pul Şapurun ona verdiyi pul olmuş, 30.000 (otuz min) ABŞ dolları pulu isə artıq qaytarmışdır. Şapurun 40.000 ABŞ dolları puldan başqa qeyd etdiyi 255.000 (iki yüz əlli beş min) ABŞ dolları məbləğdə pul isə Şapurun uydurduğu və faizə görə hesabladığı puldur. O, heç vaxt Zərərçəkmiş şəxs1 «Moskva» univermağının müdiriyyətinin yaxın qohumu ilə nişanlı olduğunu, ailə qurduqdan sonra Univermağın müdiriyyətinin ona geniş imkanlar yaradacağını, Univermağın 2-ci mərtəbəsində 20 metr uzunluğunda qızıl piştaxtalarının istifadəsinə veriləcəyini, gələcəkdə Univermaqda nüfuzlu şəxs olacağını bildirməmiş və o, ümumiyyətlə, rəsmi nikahda olan şəxs deyildir. O, Şapura ərəb şeyxlərinin onunla birlikdə olan fotoşəkillərini göstərməmişdir. Onun adına hal-hazırda heç bir mülkiyyət yoxdur, əvvəllər avtomobilləri olmuş, lakin öz adına qeydiyyatda olmamışdır. Zərərçəkmiş şəxs1 ona verdiyi kağız parçası üzərində olan əlyazma yazıları Zərərçəkmiş şəxs1 2019-cu ilin payız aylarında öz iş yerində kompüterindən çap edib ona verdiyi kağız parçasının üzərində yazmış və özü ona vermişdir, ekspertiza rəyində həmin əlyazma yazıların Zərərçəkmiş şəxs1 tərəfindən icra edilməməsi barədə rəy verilməsinin səbəbini izah edə bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 faizlə birlikdə qaytarmaq üçün ona ümumilikdə 40.000 (qırx min) ABŞ dolları məbləğdə pul vermiş, o da, həmin pula görə Faiqə hər ay üçün 2.500 (iki min beş yüz) və 2.800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğdə faiz pulu verdikdən təxminən bır ildən sonra, yəni Türkiyəyə getməmişdən bir gün əvvəl 10 may 2019-cu il tarixdə Faiqlə sonuncunun yaşadığı evin yaxınlığında yerləşən qarajın qarşısında görüşüb ona verdiyi 40.000 (qırx min) ABŞ dolları məbləğdə pulunu özünə qaytarmışdır. Zərərçəkmiş şəxs3 onun heç bir məbləğdə borcu olmamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etməmiş, sonuncunun pulunu ələ keçirməmişdir. Rəşad pulunu ona deyil, Zərərçəkmiş şəxs3 vermiş, Faiq də həmin pulu ona vermiş və o, faizi Faiqə vermişdir, Faiq isə həmin pulun bir hissəsini Rəşada vermiş, yerdə qalan hissəsini də özünə götürmüşdür. Onun qardaşı Şahid7 Fəxrəddin oğlu "xxxx" ASC-nin «Elmlər Akademiyası» filialında Kreditlər şöbəsində işləyir, Fərid Rəşada bankın içərisində bir şəxsin başqa bir şəxsə pul verməsinin qadağan olmasını deməmişdir. Rəşad bankdan pulunu çıxartdıqdan sonra ona məxsus avtomobil ilə «Moskva» Univermağına getmişlər. O, Rəşadın pulunu götürüb ABŞ dollarına çevirib Rəşadın özünə qaytarmış, Rəşad həmin pulu götürüb Faiqə verməsi üçün onun ofisindən çıxıb getmişdir. Bunlar onun iş yoldaşı Şahid5 gözləri qarşısında baş vermişdir. Hətta Şahid5 bir dəfə ona demişdir ki, Rəşadı görmüş və evinin satışından əldə etdiyi pulu nə etdiyini soruşmuş, Rəşad Zaura demişdir ki, həmin pulları Zərərçəkmiş şəxs3 vermiş və Faiq hər ay üçün Rəşada faiz qazancı kimi 1.500 ABŞ dolları məbləğdə pul vermişdir. Onun polis əməkdaşları tərəfindən avtomobilinin baqaj hissəsindən tapılmış odlu silahla tutulması, azadlığa buraxılması üçün Nəsimi rayonu ərazisində yerləşən polis bölməsinə 50.000 ABŞ dolları (və ya manat) verməsi, Zərərçəkmiş şəxs1 pullan ilə aldığı qızılları ölkə ərazisindən qanunsuz yolla çıxartmağa cəhd etdiyi vaxt gömrük məntəqəsində gömrük orqanı əməkdaşları tərəfindən saxlanılması, çantasında olan 400.000 ABŞ dolları dəyərində 8 kq qızıl-zinyət əşyalarını orada qoyaraq qaçması kimi hallar baş verməmişdir. O, nə atası Fəxrəddin Qənbərova, nə də Zərərçəkmiş şəxs1 belə bir fikirlər bildirməmiş, bütün bunlar Şapurun onun barəsində böhtan və şər xarakterli yalanlar olmuşdur (Cild 3, iş vərəqi 306-310). Tədqiq olunmuş ifadələrlə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, həmin ifadələrdə göstərilənlərin çoxu doğru deyildir. Belə ki, müstəntiqin yazdığı ifadədə Zərərçəkmiş şəxs1 faiz verməli olduğu üçün pulu olmadığına görə ölkəni tərk etməsi yazılmış, lakin bu onun fikirləri deyildir. Həmçinin 6 ay ərzində o, hər ay 39.500 ABŞ dolları məbləğdə pulu Zərərçəkmiş şəxs1 ona hissə-hissə verməsi, ümumilikdə 237.000 ABŞ dolları məbləğdə pulun faiz olması və həmin faizi ödəməsi qeyd olunsa da, həmin ifadəni də o, verməmişdir. Müstəntiq bunları özündən yazmış, o da, yazılanları oxumadan protokolu imzalamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 uzun müddət tanımış və sonuncu ilə normal münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs da tanımış, onunla da münasibətləri normal olmuşdur. Onun qeydiyyatda olduğu ev plana düşüb söküntü ərazisi kimi qeydiyyatda olduğu üçün dövlət tərəfindən evin sökülməsi və satışı ilə bağlı təxminən 70.000 manat pul vəsaiti ayrılmışdır. 2018-ci ildə dövlət tərəfindən ona ayrılan pul "xxxx" ASC-də onun adına açılmış bank hesabına yatırılmışdır. Həmin ərəfədə o, tanışı Zərərçəkmiş şəxs3lə söhbət edərkən, hesabında külli miqdarda pul olduğunu bildirmiş, Zərərçəkmiş şəxs3 isə ümumi tanışları olan Təqsirləndirilən şəxs qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, Firudinin onun pulu ilə qızıl alveri etdiyini və yaxşı qazanc verdiyini demiş və ona da təklif etmişdir ki, əlində olan pulu Firudinin biznesinə qoyub qazanc əldə etsin. O, Faiqlə razılaşmış, danışdıqdan sonra Firudin ona ayda 1500 ABŞ dolları qazanc verəcəyini bildirmişdir. Həmin dövrdə onun anasına «xərçəng» xəstəliyi diaqnozu qoyulduğu üçün müalicəyə pul lazım olmuş, ona görə Faiq və Firudinlə danışıb Firudinin təklifi ilə razılaşmışdır. "xxxx"dan təxminən 70.300 manat pul çıxarıb Firudinə vermişdir. Firudin həmin pulu ABŞ dollarına çevirib 41.000 ABŞ dolları hesablayaraq təxminən 500-600 manatı ona geri qaytarmışdır. Firudinə anasının müalicəsi üçün pul lazım olduğunu deyib 5000 dolları geri istəmiş, Firudin də həmin pulu və əlavə olaraq 1500 ABŞ dollarını ona vermişdir. Bir dəfə də ona əlavə 1000 ABŞ dolları vermişdir. Qalan pul ona qaytarılmamışdır. Hazırda ona vurulmuş maddi ziyanın ödənilməsini və qaldırdığı mülki iddianın təmin olunmasını tələb edir. Verilən suallara cavabında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, pulu Firudinə verərkən məqsədinin hər ay qazanc əldə edib anasını müalicə etdirmək, evinin pulunun isə saxlamaq olduğunu, Firudinin zərgər olduğunu və qızıl işi ilə məşğul olduğunu bildiyini, pulu götürdükdən sonra Firudinin ona birinci ay 1500 ABŞ dolları verdiyini, 1-2 dəfə qazancı olduğunu, axırıncı dəfə pulu əskik verdiyini, sonradan isə üstünü düzəltdiyini, özünün anasını Türkiyəyə müalicəyə aparmaq məqsədilə 41.000 ABŞ dollarının üstündən 5.000 ABŞ dolları istədiyini, Firudinin də ona pulun bir hissəsini verib 38.500 ABŞ dollarının onda qaldığını, pulu 2018-ci ilin sentyabr-oktyabr aylarında verdiyini, şikayəti isə 2021-ci ildə etdiyini, Firudinin pulları verməmişdən 3-4 il qabaqdan tanıdığını, tez-tez çayxanada oturub söhbət etdiklərini, onu normal bir oğlan kimi tanıdığını və Firudinin onun etibarını qazandığını, "xxxx"dan təxminən 73.000 manat pul götürdüyünü, Firudin 41.000 ABŞ dolları hesablayaraq lazım olan məbləğdə manat şəklində özünə götürdüyünü, ona isə təxminən 500-600 manat qaytardığını, pulu Firudinə verəndə onun otağında Zaur adlı iş yoldaşının da olduğunu, 41.000 ABŞ dolları məbləğində pulu verəndən təxminən 20 gün keçməmiş anasını Türkiyəyə müalicəyə aparmaq zərurəti yarandığına görə bir hissəsini geri istədiyini, Firudinin də həmin istədiyi 5000 ABŞ dollarını və əlavə 1500 ABŞ dollarını ona verdiyini, pulu Firudinin özünün 1,70 məzənnəsi ilə hesabladığını, əlavə qazancın da hər ay 1500 ABŞ dolları olmağını Firudinin özünün dediyini, onun da bununla razılaşdığını, həmin əlavə qazanc barədə Firudin “Whatsapp” vasitəsilə Faiqə də bildirdiyini, əlavə qazancın nə qədər olacağını Firudin pulu verməmişdən əvvəl dediyini, əlavə qazancı ona Firudinin özünün verdiyini, bir dəfə isə Faiqlə göndərdiyini, 1-ci 1500 ABŞ dollarını Faiqin gətirdiyini, 2-ci 1000 ABŞ dollarını isə Firudinin özünün ona verdiyini, o, işdə olduğu üçün və Firudin Faiqlə görüşdüyündən, həmin vaxt Firudinin onun pulunu çatdırması üçün Faiqə verdiyini, sonuncunun da pulu ona çatdırdığını, sonuncu ödənişin 2019-cu ilin, səhv etmirsə, aprel-may ayında olduğunu, sonradan problem yarananda Firudinlə dəfələrlə küçədə və ya Faiqgilin evində görüşdüyünü, Faiq də öz pulunu tələb etdiyi üçün o da, Firudinlə görüşdüyünü, Firudinin qızıl işi ilə bağlı Ərəbistana da gedib-gəlməsini onun danışıqlarından bildiyini ifadəsinə əlavə etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanıyır və onunla yaxın dostluq münasibəti var. Təqsirləndirilən şəxs isə Yasin Əliyev adlı şəxsin vasitəsi ilə təxminən 2010-cu ildən etibarən tanımışdır. Firudinlə də əvvəllər normal münasibətləri olmuş, dost olmuşlar və bir-birinin evinə gedib-gəlmişlər. 2016-cı ilin aprel ayında Firudin biznesi ilə əlaqədar olaraq, atasına pul lazım olduğunu bildirib ondan 10.000 ABŞ dolları məbləğində borc pul istəmiş, o da, həmin pulu Firudinə vermişdir. Təxminən bir həftə sonra Firudin həmin pulu ona qaytarmışdır. Sonra Firudin ona biznesinə şərik olmağı və qızıl alış-verişi işinə pul qoyaraq qazanc əldə etməyi təklif etmişdir. Firudin onu inandırıb etibarını qazanmaq üçün Dağıstana, Türkiyəyə və X11 mütəmadi səfərlər etdiyini deyib, mobil telefonunda həmin ölkələrdə çəkdirdiyi fotoşəkilləri ona göstərmişdir. 2016-cı ilin iyun ayında Firudin ondan yenidən 30.000 ABŞ dolları almış, sonra qazancla birlikdə həmin pulu da geri qaytarmışdır. Bundan sonra onun Təqsirləndirilən şəxs inamı daha da artmış, hətta bu barədə dostu Zərərçəkmiş şəxs2 da məlumat verib qazanc əldə etməsini bildirmişdir. Bu yolla Firudin onun tam etibarını qazandıqdan sonra o, birlikdə qızıl alış-satqısı ilə məşğul olub qazanc əldə etmək məqsədi ilə 2016-cı ilin oktyabr ayının 16-da yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxs 14.000 Avro və 10.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pul Firudin tərəfindən dövriyyədə olmuş və təxminən 1 il ərzində Firudin həmin pula görə ona hər ay 1.000 ABŞ dolları məbləğində qazanc vermişdir. Lakin əsas pul kimi həmin 14.000 Avro və 10.000 ABŞ dolları Firudinin özünə qalmış və ona qaytarmamışdır. O, qazanc olan 12.000 ABŞ dolları pulun yalnız 3.000 ABŞ dollarını götürmüş, qalan 9.000 ABŞ dollarını Firudin yenə özündə saxlayaraq, ümumilikdə ona məxsus 39.000 ABŞ dolları məbləğdə pulu əsas pul kimi dövriyyəyə buraxmışdır. Bundan sonra Firudin ondan dəfələrlə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almış və geri qaytarmışdır. Sonuncu dəfə Firudin 07 aprel 2019-cu ıl tarixdə onun yaşadığı Yasamal rayonu, Z.Kərimov küçəsi 31/47 saylı evin həyətində onunla görüşmüş və biznesi üçün ondan əlavə pul istəmişdir. O da, artıq Firudinə tam inanıb etibar etdiyi üçün «Hyundai Sonata» markalı ** RU *** dövlət nömrə nişanlı avtomobilin içərisində yanında gətirdiyi "Mişa" ləqəbli qadının yanında Təqsirləndirilən şəxs 80.000 ABŞ dolları məbləğdə pul vermişdir. Firudin tərəfindən 2019-cu ilin may ayında ona 30.000 ABŞ dolları məbləğdə pul qaytarılsa da, həmin vaxtdan sonra Firudin ona hər hansı məbləğdə pul qaytarmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsinə görə, o, Təqsirləndirilən şəxsla birlikdə olan biznesi barədə tanışı Zərərçəkmiş şəxs2 da danışmış, Rəşad da evləri plana düşdüyünə görə söküldüyünü və buna görə onun əlində külli miqdarda pul olacağını bildirib, Firudinin biznesinə pul qoyub qazanc götürmək istəmişdir. Həmin ərəfədə Rəşadın əlində təxminən 72.000 manat pul olmuş və pulunu bankda saxlamışdır. 2018-ci ilin oktyabr ayının əvvəllərində Rəşad Firudinlə birlikdə «Hüseyn Cavid» parkı yaxınlığında yerləşən "xxxx" ASC-nin filialından özünə məxsus təxminən 72.000 manat məbləğdə pulu çıxarıb həmin ərəfədə Firudinin işlədiyi «Moskva» univermağındakı qızıl alışverişi sexində həmin 72.000 manat məbləğdə pulunu Firudinə vermişdir. Firudin həmin pulu ABŞ dollarına çevirmiş və Rəşada təxminən 2.300 manat məbləğdə pul qaytardıqdan sonra 41.000 ABŞ dolları məbləğdə pulu özünə götürmüşdür. Firudin Rəşada məxsus həmin pulu da ələ keçirmiş, Rəşada heç bir məbləğdə pul qaytarmayaraq, qazanc kimi 3.000 ABŞ dolları məbləğdə pul vermişdir. Bir müddət sonra Firudin onun pulunu qaytaracağına söz versə də, aradan bir müddət keçmiş ümumiyyətlə ona heç bir məbləğdə pul qaytarmalı olmadığını demişdir. Ona görə, o, məcbur olub Təqsirləndirilən şəxs barəsində Yasamal rayon Polis idarəsinə şikayət etmişdir. Ümumilikdə, Firudinin borcu yığılaraq hazırda ona 125.000 ABŞ dolları borcu yaranmışdır. O da, həmin pulların qaytarılmasını və mülki iddiasının təmin olunmasını tələb edir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs3 bildirdi ki, Firudin biznes qurmaq adı ilə ondan 30.000 ABÇ dolları istəmiş, hətta ona əlavə gəlir də verə biləcəyini demişdir, lakin o, əlavə qazanc istəməmiş və həmin pulu vermişdir. Sonradan da Firudin götürdüyü 30.000 dolları ona qaytarmışdır. Sonradan Firudin ondan 80.000 ABŞ dolları istəmiş, 2019-cu ilin aprel ayında o, həmin 80.000 dolları Firudinə vermişdir. Danışıqlarına görə, Firudin həmin pulu may ayında qaytarmağı öhdəsinə götürmüşdür. Həmin vaxt Firudin xaricdən gətirdiyi 4 maşının Gürcüstanın gömrüyündə qaldığını bildirib, oraya vermək üçün həmin pulu istəmişdir. O, Fövqəladə hallar nazirliyində zabit kimi çalışır. Firudinin hazırda ona 125.000 ABŞ dolları borcu qalmışdır. Firudinin borcları qalıb üst-üstə yığıldığına görə məbləğ bu qədər şişmişdir. Məsələn, təcili pul lazım olanda ondan 10.000 ABŞ dolları götürmüş, sonra 7.000 dolları qaytarmış, 3.000 dollar borclu qalmışdır. Beləcə Firudinin borcları yığılmışdır. 125.000 ABŞ dollarını o, Firudinə 4-5 dəfəyə vermiş, həmin puldan 80.000 ABŞ dollarını 1 dəfəyə vermişdir. 125.000 ABŞ dolları onun verdiyi pulun «ana» məbləği olmuş, əgər əlavə qazancları da hesablamalı olsaydılar, yəqin ki, Firudinin ona olan borcu 200.000 ABŞ dollarını keçərdi. Firudinin işi olduğu üçün bir dəfə 1.000 ABŞ dollarını ona verərək Rəşada çatdırmağı xahiş etmiş, o da, həmin pulu Rəşada vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Yasin adlı dostu vasitəsilə 2010-cu ildən tanımışdır və əvvəllər aralarında normal münasibətləri olmuşdur. Firudinin «Moskva» univermağında zərgər işlədiyini və qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu da bilmişdir. Təxminən 2017-ci ildə bir dəfə söhbət zamanı Firudin ona bir nəfərdə brilliant qaşlı qızıl üzük olduğunu, pul lazım olduğu üçün dəyərindən ucuz qiymətə satdığını bildirmiş, həmin üzüyü almaq üçün təcili 10-15 gün müddətinə 5.000 manat pul lazım olduğunu demiş, qazancdan ona 500 manat pul verəcəyini vəd etmişdir. O, etiraz etməmiş, iki gün sonra Firudinlə görüşüb 5.000 manat pul vermişdir. Təxminən 15 gün sonra Firudin həmin 5.000 manatı qazanc kimi vəd etdiyi 500 manatla birlikdə ona qaytarmışdır. Bu yolla Firudin onun etibarını qazanmışdır. Daha sonra Firudin yenə ucuz qiymətə qızıl olduğunu bildirib ondan 7.000 manat almış, 15 gün sonra ona 7500 manat qaytararaq 500 manatın onun qazancı olduğunu bildirmişdir. 2017-ci ilin oktyabrında Firudin ondan iki dəfəyə hər dəfə 10.000 dollar olmaqla pul almış, həmin 20.000 dollara görə ona 1.200 dollar qazanc verəcəyini demişdir. Həqiqətən də 2017-ci ilin dekabr ayında Firudin həmin 20.000 ABŞ dolları müqabilində ona 1.200 ABŞ dolları məbləğində pul vermişdir. Söhbətlər zamanı Firudin banklarda girov qoyulan qızıl-zinət əşyalarının topdansatış qiymətinə alınması fürsəti olduğunu və bunun üçün əlavə pul lazım olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs üçüncü dəfə “Qələbə” dairəsi” yaxınlığında 10.000 ABŞ dolları məbləğdə pul vermişdir. 2018-ci ilin yanvar, fevral və mart aylarında hər ay qazanc adı ilə Firudin ona ümumilikdə 1.800 ABŞ dolları olmaqla, cəmi 5.400 ABŞ dolları məbləğdə pul qaytarmışdır. 2018-ci ilin mart ayında ona təcili pul lazım olduğundan Firudinə verdiyi ümumilikdə 30.000 ABŞ dollarından 10.000 ABŞ dollarını geri istəmiş, Firudin təxminən 10 gün sonra onun avtomobilində həmin pulu ona qaytarmışdır. Beləliklə, 2018-ci ilin mart ayından etibarən ümumi dövriyyədə olan pul 20.000 ABŞ dolları təşkil etmiş və 2018-ci ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları ərzində hər ayın 18-i Firudin qazanc adı ilə ona 1.200 ABŞ dolları, ümümilikdə 9.600 ABŞ dolları məbləğdə pul qaytarmışdır. 2018-ci ilin sentyabr ayında o, atasından miras qalmış torpaq sahəsinin satışından 20.000 ABŞ dolları pul əldə etdiyini Firudinə bildirmiş, Firudin həmin pulun evdə saxlanılmasının düzgün olmadığını deyərək, həmin pulu mala qoymağı təklif etmişdir. O da, 2018-ci ilin noyabr ayında «Baku Mail» ticarət mərkəzinin önündə özünə məxsus avtomobildə Firudinə əlavə 20.000 ABŞ dolları pul vermişdir. Beləliklə, Firudində ümumi dövriyyədə olan ona məxsus pul vəsaiti həmin ay 40.000 ABŞ dolları məbləğdə təşkil etmişdir. 2018-ci ilin dekabr ayından etibarən 2019-cu ilin aprel ayınadək hər ayın 18-i Firudin ona qazanc adı ilə 2.400 ABŞ dolları olmaqla, ümümilikdə 12.000 ABŞ dolları məbləğdə pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 ifadəsinə görə, 2018-ci sentyabr ayında Firudin ona yay aylarında Dubay şəhərində səfərdə olduğunu, orada ərəb şeyxləri ilə iş birliyi qurduğunu demiş, sosial şəbəkələrdə paylaşdığı və mobil telefonunda olan ərəb şeyxləri ilə çəkilmiş fotoşəkillərini göstərmişdir. Həmçinin ona bildirmişdir ki, Bakı şəhərinə səfərə gələn ərəb şeyxləri ilə dəfələrlə görüşmüş, Dubay şəhərindən qızıl külçələrin alınaraq Bakı şəhərində baha qiymətə satılması istiqamətində işləri davam etdirir, buna görə də, ona əlavə pul vəsaiti lazımdır. Firudin ona belə fürsəti qaçırmamasını tövsiyyə etmiş, həmin biznesin yaxşı gəlir qazandıracağını demişdir. O, hər dəfə Firudindən işlərinin necə getdiyini soruşanda, Firudin ona narahat olmamasını, nə vaxt pulunu geri qaytarmaq istəyərsə, bu barədə 5-10 gün qabaqcadan xəbər etməsini və həmin müddətdə pulunu qaytaracağını bıldirmişdir. Firudin «Moskva» univermağının müdiriyyətinın yaxın qohumu ilə nişanlı olduğunu, yaxın vaxtlarda ailə quracağını, bundan sonra müdiriyyətin ona geniş imkanlar yaradacağını və univermağın 2-ci mərtəbəsində 20 metr uzunluqda qızıl piştaxtalarının ona veriləcəyini demişdir. O, bütün bunlara görə tamamilə arxayın olub Firudinə inanmışdır. 2018-ci ilin noyabr ayında Firudin ona Dubay şəhərindən qızıl külçələrin alınaraq baha qiymətə Bakı şəhərində topdan satılması istiqamətində ərəb şeyxləri ilə razılığa gəldiyini, artıq ərəb şeyxləri ilə çox yaxın münasibətinin olduğunu və külli miqdarda pul lazım olduğunu bildirib, ona 300.000 ABŞ dolları pul tapıb verməsini təklif etmişdir. O, bu məbləğdə pulun borc verməsinin ağılsızlıq olduğunu, buna heç kimin razı olmayacağını bildirmişdir. Sonra müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs onunla görüşlərdə hər dəfə dediyi 300.000 ABŞ dolları məbləğdə pulun üstündə işlədiyini, fürsəti əldən verməməsini deyərək, onu 300.000 ABŞ dolları pulu verməsinə həvəsləndirmişdir. Firudin ona məxsus 40.000 dolların da özündə olduğunu, özünün də başqa heç kimlə işləmək istəmədiyini və xeyri ancaq ona qazandırmaq niyyətində olduğunu deyərək onu razı salmışdır. O, 2018-ci ilin dekabr ayının sonlarında dostları Şahid3 Alikoviç və Şahid2 ilə müxtəlif vaxtlarda və ünvanlarda görüşmüş, hər ikisinə yaxın dostu Təqsirləndirilən şəxs ərəb şeyxlərindən qızıl külçələri alıb Bakı şəhərində topdan satışını təşkil etdiyini, bu işləri görmək üçün sonuncuya külli məbləğdə pul lazım olduğunu bildirmişdır. O, həmin dostlarına bu biznesə onunla birlikdə pul qoyub yüksək qazanc əldə etməyi təklif etmişdir. Şahid3 və Şahid2 da onun kimi Təqsirləndirilən şəxs yalan vədlərinə inandıqları üçün onun təklifi ilə razılaşmışlar. Bu məqsədlə 28 dekabr 2018-cİ il tarixdə Şahid3 Alikoviç ona 100.000 ABŞ dolları, Şahid2 isə 155.000 ABŞ dolları məbləğində pul vermişlər ki, o da, həmin pulları biznesi üçün Təqsirləndirilən şəxs versin və qazancından hər ikisinin qazancı olsun. Bundan sonra Təqsirləndirilən şəxs 13-15 yanvar 2019-cu il tarixlər arasında 11.000 ABŞ dolları geri qaytarmaq şərti ilə növbəti dəfə “Baku Mail” Ticarət mərkəzinin önündə özünə məxsus avtomobildə 10.000 ABŞ dolları vermişdir. Növbəti dəfə 05 yanvar 2019-cu il tarixdə o, Nərimanov prospektində Firudinlə görüşmüş, həmin vaxt Firudin nişanlısı kimi təqdim etdiyi qadınla birlikdə Nərimanov heykəlinə çatmamış parkla üzbəüz, yolun kənarında saxladığı «Hyundai Sonata» markalı avtomobildə olmuşdur. O isə, özünün idarə etdiyi «BMW 535» avtomobillə həmin yerə gəlmiş, Firudin onun avtomobilinə əyləşmiş, o, avtomobilin içərisində 100.000 ABŞ dolları olan qara rəngli əl çantasını Firudinə vermişdir. Firudin pulu sayıb ondan götürmüş, həmin 100.000 ABŞ dollarına Dubaydan ərəb şeyxlərindən qızıl külçələr alınaraq, Bakıda topdan satışından əldə olunan 22.000 ABŞ dolları pulun yarısını, yəni 11.000 ABŞ dollarını 100.000 ABŞ dolları ilə birlikdə, ümumilikdə 111.000 ABŞ dolları olmaqla 19-21 yanvar 2019-cu il tarixlərdə geri qaytaracağına söz vermişdir. Bununla bağlı, onun mobil telefonunun «whatsapp» proqramında Firudinin özünün ona ünvanladığı yazısı da olmuşdur. Daha sonra 08 yanvar 2019-cu il tarixdə “Baku Mail” Ticarət mərkəzinin önündə o, özünə məxsus avtomobildə Firudinin təkidi ilə sonuncuya yenə 40.000 ABŞ dolları məbləğdə pul vermiş, razılaşmaya görə Firudin həmin pulu 4.000 ABŞ dolları məbləğdə qazancla birlikdə 26-28 yanvar 2019-cu il tarixdə cəmi 44.000 ABŞ dolları qaytarmalı olmuşdur. Təqsirləndirilən şəxs həmin 44.000 ABŞ dolları məbləğdə pulu geri qaytarmışdır. Növbəti dəfə 10 yanvar 2019-cu il tarixdə “Baku Mail” ticarət mərkəzinin önündə o, özünə məxsus avtomobildə Təqsirləndirilən şəxs yenə 60.000 ABŞ dolları məbləğdə pul vermiş və razılaşmalarına görə, Firudin 28 yanvar 2019-cu il tarixdə 67.500 ABŞ dolları məbləğdə pulu geri qaytarmalı olmuş və razılaşdıqları tarixdə həmin pulu ona geri qaytarmışdır. Bundan başqa, o, 18 yanvar 2019-cu il tarixdə “Baku Mail” Ticarət mərkəzinin önündə özünə məxsus avtomobildə Firudinə yenə 15.000 dolları məbləğdə pulu 04 fevral 2019-cu il tarixdə 16.500 dollar geri qaytarmaq şərti ilə vermiş və razılaşdıqları tarixdə Firudin həmin pulu geri qaytarmışdır. Beləliklə, 29 dekabr 2018-ci il - 18 yanvar 2019-cu il tarixlər arasında Təqsirləndirilən şəxs ondan aldığı ümumilikdə 225.000 ABŞ dollarını 25.000 dollar qazancı ilə birlikdə, cəmi 250.000 ABŞ dolları məbləğdə pulu razılaşdırılmış tarixlərdə geri qaytarmışdır. Təqsirləndirilən şəxs 29 dekabr 2018-ci il - 18 yanvar 2019-cu il tarixlərlə verdiyi pullar dostları Şahid3 və Şahid2 məxsus olduğundan həmin pulları qazancları ilə birlikdə sahiblərinə qaytarmışdır. Firudin 21 yanvar 2019-cu il tarixdə ona zəng vuraraq “qara çemodan” kimi adlandırdığı, 100.000 ABŞ dolları məbləğdə pulu növbəti gün verməsini istəmişdir. Sonra o, 111.000 ABŞ dolları məbləğdə pulun 100.000 ABŞ dolları məbləğdə pulu qara çantada 22 yanvar 2019-cu il tarixdə Fəxri Xiyabanın qarşısında özünə məxsus avtomobildə Təqsirləndirilən şəxs vermişdir. Razılaşmaya əsasən, Firudin 11 fevral 2019-cu il tarixdə qazanc ilə birlikdə həmin pulu cəmi 112.000 ABŞ dolları məbləğdə ona geri qaytarmalı olmuşdur. Bundan sonra növbəti dəfə 25 yanvar 2019-cu il tarixdə 11.000 ABŞ dolları məbləğdə pulun 10.000 ABŞ dolları hissəsini «Baku Mail» Ticarət mərkəzinin qarşısında özünə məxsus avtomobildə Təqsirləndirilən şəxs vermiş və razılıqlarına əsasən, Təqsirləndirilən şəxs həmin 10.000 məbləğdə pulu 11 fevral 2019-cu il tarixdə qazancla birlikdə ona cəmi 11.000 ABŞ dolları qaytarmalı olmuşdur. 29 yanvar 2019-cu il tarixdə o, 40.000 ABŞ dolları məbləğdə pulu «Şəhidlər Xiyabanı»ın qarşısında öz avtomobilində Firudinə vermiş və razılaşmalarına əsasən, Firudin 13-15 fevral 2019-cu il tarixdə həmin pulu qazancı ilə birlikdə ona 44.500 ABŞ dolları olmaqla geri qaytarmalı olmuşdur. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs 04 fevral 2019-cu il tarixdə «Şəhidlər Xiyabanı»ın dairəsində özünə məxsus «BMW 535» markalı **-GS-*** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobildə içərisində 70.000 ABŞ dolları məbləğdə pul olan selofan bağlamanı Firudinə vermiş və Firudin həmin bağlamanı götürüb getmişdir. Firudin görüşdüyü yerə dostu Zaur adlı şəxsə məxsus «Mercedes» markalı avtomobillə gəlmiş və ondan pulu aldıqdan sonra həmin avtomobillə oradan uzaqlaşmışdır. Son razılaşmalarına əsasən, Firudin ondan aldığı 70.000 ABŞ dolları məbləğdə pulu qazancla birlikdə ona 20-21 fevral 2019-cu il tarixlərdə cəmi 78.000 ABŞ dolları şəklində qaytarmalı olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs 22 yanvar 2019-cu il-04 fevral 2019-cu il tarixlərdə ondan aldığı 220.000 ABŞ dolları məbləğdə pulu yuxarıda qeyd edilən tarixlərdə 25.600 ABŞ dolları məbləğdə qazancları ilə birlikdə, ümumilikdə 245.600 ABŞ dolları pul şəklində qaytarmalı olsa da, verdiyi vədlərinə əməl etməyərək, etibarından sui-istifadə edib ondan aldığı ona məxsus 40.000 dollar və dostları Şahid3 və Şahid2 məxsus cəmi 220.000 ABŞ dolları məbləğdə pulları dələzuluq yolu ilə ələ keçirmişdir. Sonradan Firudin həmin pul vəsaitinin hər dəfə xeyirlə birlikdə geri qaytarılması işində müəyyən çətinliklərin yarandığını bildirib, əsas məbləğin daim özündə qalmasını təklif etmişdir. 11 aprel 2019-cu il tarixdə Təqsirləndirilən şəxs 250.000 ABŞ dolları puldan qazanc kimi əldə etdiyi 75.000 ABŞ dolları məbləğdə pulun yarı hissəsini, yəni 37.500 ABŞ dolları pulu qaytaracağını bildirb həmin məbləğin 35.000 ABŞ dolları hissəsini həmin gün ona qaytarmışdır. Elə həmin gün o, bir partiya qızıl külçələrin Dubay şəhərindən alınması fürsəti olduğunu, əlində olan bütün pulların dövriyyədə olduğunu bildirib, ondan 40.000 dollar pul istəmiş, o da, məcbur olub Firudindən aldığı 35.000 ABŞ dolları məbləğdə pulu «Yasamal parkı»nın yanında şəxsi avtomobilində yenidən Təqsirləndirilən şəxs vermişdir. Firudin həmin pulun dövriyyədə olan 250.000 dolları ilə heç bir əlaqəsi olmadığını, həmin 35.000 ABŞ dolları pula görə 11 may 2019-cu il 40.000 ABŞ dolları məbləğdə pulu ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 15 aprel 2019-cu il tarixdə yenə Dubay şəhərindən bir partiya qızıl külçələri almaq fürsəti olduğunu, əlində olan bütün pulların dövriyyədə olduğunu, nağd pulunun olmadığını əsas gətirərək, ondan 42.000 ABŞ dolları tələb etmiş, 17 aprel 2019-cu il tarixdə o, tanışından aldığı 155.000 ABŞ dolları puldan qalan 30.000 ABŞ dolları məbləğdə pulu "Baku Mail” Ticarət mərkəzinin önündə şəxsi avtomobilində Təqsirləndirilən şəxs vermişdir. Aralarında olan razılaşmaya görə, Firudin 02 may 2019-cu İl tarixdə ona 33.000 ABŞ dolları məbləğdə pul qaytarmalı olmuş və göstərilən tarixdə həmin pul Təqsirləndirilən şəxs tərəfindən geri qaytarılmışdır. Növbəti gün Firudin yenə Dubay şəhərindən bir partiya qızıl külçələri almaq fürsəti olduğunu, əlində olan bütün pulların dövriyyədə olduğunu bildirərək, ondan 70.000 ABŞ dolları istəmişdir. O, Firudinə həmin məbləğdə pulunun olmadığını, yalnız bir gün əvvəl verdiyi 30.000 ABŞ dolları pulu verə biləcəyini Firudinə bildirmiş və həmin gün, yəni 03 may 2019-cu il tarixdə o, 20 nömrəli məktəbin qarşısından Şəhidlər Xiyabanı istiqamətində görüşüb Firudinə 30.000 dollar pul vermişdir. Razılaşmaya əsasən, Firudin 17 may 2019-cu il tarixdə ona 33.000 dollar pulu geri qaytarmışdır. 06 may 2019-cu il tarixdə Firudin yenə ona müraciət edərək təcili pul lazım olduğunu, əldə iri qaşlı üzük olduğunu deyərək, 11 may 2019cu il tarixdə qaytarmaq şərti ilə 10.000 dollar istəmişdir. O, pulunun olmadığını bildirsə də, Firudin təkid etdiyi üçün və sonuncuda olan külli miqdarda pullarının batmaması üçün məcbur olub 06 may 2019-cu il tarixdə axşamadək dost-tanışlarından, evdə anasından, plastik bank kartında olan axırıncı pullardan 5.000 ABŞ dolları məbləğdə pul düzəldərək Təqsirləndirilən şəxs «Flame Towers» binalarının qarşısında öz avtomobilində vermişdir. 11 may 2019-cu il tarixdə Firudin dövriyyədə olan 250.000 ABŞ dolları pulun qazanc hissəsini, yəni 37.500 ABŞ dolları, 11 aprel 2019-cu il tarixdə aldığı 30.000 ABŞ dollarını xeyir ilə birlikdə 33.000 ABŞ dolları məbləğdə pulu və 17 may 2019-cu il tarixdə, həmin ayın 3-ü ondan aldığı 30.000 ABŞ dolları məbləğdə pulu qazanc ilə birlikdə 33.000 ABŞ dolları geri qaytarmalı olmuşdur. O, 10 may 2019-cu il tarixdə Firudinlə telefonda danışanda Ramazan ayı olduğundan ərəb şeyxlərinin dövriyyəsinin aşağı düşdüyünü, biznesdə müəyyən ləngimələr, gecikmələr olduğunu və narahat olmamasını, ertəsi gün, yəni 11 may 2019-cu il tarixdə hər şeyi yoluna qoyacağını bildirmişdir. O, 11 may 2019-cu il tarixdə günün birinci yarısı Təqsirləndirilən şəxs istifadəsində olan 055 ******* mobil telefon nömrəsinə dəfələrlə zəng vurmasına baxmayaraq, telefona cavab verilməmişdir. Bir müddət sonra Firudinin Fərid adlı qardaşı ona zəng edərək vəziyyəti soruşmuş, sonra Firudinin telefonunun evdə qaldığını, evdə anasının tək olduğunu, anasının onun telefon zənglərindən narahat olaraq, Fəridə zəng vurduğunu bildirmiş, nə baş verdiyini soruşmuşdur. O, telefon söhbəti olmadığını bildirib, təcili onunla görüşməyi tələb etmişdir. Sonra Firudinin yaxın dostu Zaur adlı şəxsə zəng vuraraq nə baş verdiyini soruşduqda, Zaur Firudinin bir həftə əvvəl polis əməkdaşları tərəfindən odlu silahla tutulduğunu və 50.000 manat pul müqabilində azadlığa buraxıldığını bildirmişdir. Bir müddət sonra o, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən poçtun qarşısında Firudinin qardaşı Fəridlə görüşmüş, Fərid vəziyyətin pis olduğunu, Firudinin özünü qəribə apardığını, əsəbi olduğunu, halhazırda evdə təcili tibbi yardımın olduğunu bildirmişdir. O, Fəriddən atası Fəxrəddin ilə təcili görüşməli olduğunu tələb etmişdir. Fərid atasına zəng vuraraq, binanın qarşısına çıxmasını və onunla görüşməli olduğunu bildirmişdir. O, Fəxrəddinlə yaşadıqları binanın yanında “Araz” marketin qarşısında görüşmüşlər. Fəxrəddin oğlunun ona nə qədər borclu olduğunu soruşmuş, o, pul məbləğinin 300.000 ABŞ dollarından artıq olduğunu bildirmişdir. Fəxrəddin oğlu Firudinin bir həftə öncə polis əməkdaşları tərəfindən avtomobilinin baqaj hissəsindən tapılmış odlu silahla tutulduğunu və azadlığa buraxılması üçün polis bölməsinə 50.000 dollar verdiyini demişdir. O, pulların harada olduğunu soruşduğu üçün Fəxrəddin asta səslə öz aralarında qalması şərtilə bildirmişdir ki, Firudin onun pulu ilə aldığı qızılları ölkə ərazisindən qanunsuz yolla çıxartmağa cəhd etdiyi vaxt gömrük məntəqəsində saxlanılmış, çantada olan 400.000 ABŞ dolları dəyərində 8 kq qızıl-zinət əşyalarını orada buraxaraq qaçmışdır. Fəxrəddin ondan sakit olmasını, məsələyə aydınlıq gətirib hər şeyi yoluna qoyacağını bildirmişdir. O, qısa müddətdə oğlunun ondan müxtəlif tarixlərdə aldığı pulları geri qaytarmasını Fəxrəddin Qənbərovdan tələb etmiş, Fəxrəddin ondan axşama kimi imkan verməsini xahiş etmişdir. O, Zaurla görüşmək məqsədilə oradan ayrılmış, bir neçə saat sonra Fəxrəddinlə telefonla danışan zaman Fəxrəddin Firudinin evdən çıxaraq dayısından pul götürüb ona qaytarmaq məqsədilə getdiyini, üzərində telefonu olmadığını, onların da nigaran qaldığını demişdir. Sonra məlum olmuşdur ki, bu ərəfədə Fəxrəddin təcili aviabilet alaraq oğlu Firudini məsuliyyətdən qurtarmaq məqsədi ilə İstanbul şəhərinə göndərmiş, ona isə yalandan oğlu Firudindən xəbəri olmadığını, gecə evə gəlmədiyini bildirmişdir. Həmin gün onun Firudini axtarması heç bir nəticə vermədiyindən gecə saat 12 radələrində Firudinin evinə gedib vəziyyətlə maraqlanmış, evdə olan Firudinin dayısı, anası və atası Firudindən xəbərlərinin olmadığını bildirmişlər. O, gecə evə qayıtdıqda, anası vəziyyətinin pis olduğunu görmüş və o, ilk öncə məsələni gizli saxlamağa çalışsa da, hər şeyi anasına danışmışdır. O, növbəti gün səhər saat 9-da anası ilə birlikdə Firudinin ailəsi ilə birlikdə yaşadıqları mənzilə getmişdir. Fəxrəddin oğlu Firudinin xarici ölkədə olduğunu vp bundan Firudinin zəng vurmasından sonra xəbər tutduğunu demişdir. Onlar mənzildə Firudinin atası və anasından başqa, digər bir nəfər 50-55 yaşlı qadını və həmin qadının Elşad adlı oğlunun orada olduğunu görmüşlər. Məsələ ilə yaxından maraqlanan zaman məlum olmuşdur ki, Firudin həmin Elşad adlı şəxsə 150.000 ABŞ dolları məbləğdə pul borcludur, Elşad adlı şəxs müxtəlif vəzifəli şəxslərdən həmin pulu alaraq qızıl alqı-satqısı üçün Firudinə vermişdir. Daha sonra Elşad adlı şəxs Firudinin Zərərçəkmiş şəxs3 adlı şəxsə də 125.000 ABŞ dolları məbləğdə pul borclu olduğunu demiş, o isə, Faiqin ona hər şeyi əvvəllər danışdığını, Firudinin Zərərçəkmiş şəxs3 olan borcundan məlumatlı olduğunu demişdir. Orada Fəxrəddin onları sakit edərək narahat olmamalarını, hər şeyi yoluna qoyacağını, evləri, avtomaşınlarını sataraq, Elşadla onun borcunu birinci bağlayacağını, oğlu Firudinin digər şəxslərə də külli miqdarda borcu olduğunu nəzərə almalarını və pulun geri qaytarılması barədə heç kimə məlumat verməmələrini xahiş edərək arxayın şəkildə onları mənzildən yola salmışdır. 11 may 2019-cu il tarixdə Təqsirləndirilən şəxs İstanbul şəhərinə getdiyi məlum olmuş, təxminən 3 gün sonra Firudin Gürcüstan istiqamətindən sərhədi keçib Bakı şəhərinə qayıtmışdır. Atası Fəxrəddinin ‘‘ağsaqqal” dostlarının, onların bütün dostlarının və Firudinin iştirakı ilə məsələ geniş şəkildə masa arxasında müzakirə olunmuşdur. O, məsələni olduğu kimi əvvəldən axıra kimi hamıya izah etmiş, Firudin isə ona cəmi 20.000 ABŞ dolları məbləğdə borcu olduğunu demişdir. O, faktlarla, sübutlarla danışdığı üçün insanlarda yaranan daxili inama görə orada oturan bütün şəxslər, hətta atası tərəfindən «söhbətə» gətirilənlər Firudinin dələlduz olduğunu bildirmişlər, Fəxrəddindən qısa zamanda 295.000 ABŞ dolları məbləğdə pulunu qaytarmasını tələb etmişlər. Fəxrəddin 2 günə evləri və avtomaşınlarını sataraq borcda olan pulları toplayaraq onun pulunu geri qaytaracağına söz vermişdir. Növbəti günlərdə Fəxrəddin müxtəlif bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırmışdır. Bir müddət sonra dostu Zərərçəkmiş şəxs3 xahişi ilə onlar birlikdə Firudinin ailəsi ilə birlikdə yaşadığı ünvana getmişlər. Mənzildə atası Fəxrəddin, qardaşları, Faiq və Firudinin digər yaxınlarının iştirakı ilə ondan aldığı pulun Firudində olmasını konkret faktlarla hər kəsin önündə sübut etmiş, orada söhbətə şahid olan hər kəsə Firudinin onu aldadaraq 295.000 ABŞ dolları məbləğdə pulunu ələ keçirdiyini ətraflı şəkildə izah etmişdir. Növbəti gün Firudinin atası Fəxrəddin onunla iş yerində görüşmüş və söz vermişdir ki, oğlu Firudin tərəfindən cinayət yolu ilə ona vurulmuş 295.000 ABŞ dolları məbləğdə pulu iki ay ərzində 100.000 ABŞ dolları şəklində, sonra isə tam şəkildə ödəyəcəkdir. Son 3 ay ərzində müxtəlif hissələrlə Fəxrəddin və Firudin tərəfindən ona 50.000 ABŞ dolları, 2019-cu ilin noyabr ayınadək xırda hissələrlə 20.000 ABŞ dolları məbləğdə, ümumilikdə 70.000 ABŞ dolları məbləğdə pul müxtəlif tarixlərdə ödənilmiş, o, öz növbəsində yaxın tanışına qeyd olunan puldan 70.000 ABŞ dolları məbləğdə pul hissəsini geri qaytarmışdır. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ondan və digər şəxslərdən əldə etdiyi pullar hesabına atası Fəxrəddin və yaxın dostu Zaurla birlikdə ABŞ-dan alınaraq ölkəyə idxal olunan avtomobillərdən ibarət müxtəlif şəxslərin adına rəsmiləşdirilmiş “Avto icarə” şirkəti açmış, şəhərin müxtəlif bölgələrində mənzillər almış və digər mülklər əldə etmişlər. Təqsirləndirilən şəxs ondan başqa dostu Zərərçəkmiş şəxs3 eyni üsulla 125.000 ABŞ dolları məbləğdə pulunu alıb ələ keçirmiş, digər dostu Zərərçəkmiş şəxs2 qarşı da dələduzluq edərək Zərərçəkmiş şəxs3 adı ilə 41.000 ABŞ dolları məbləğdə pulunu aldadıb ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs ümumilikdə 295.000 ABŞ dolları məbləğdə pulu Dubay şəhərindən ucuz qiymətə almaq istədiyi qızıl külçələrini Bakı şəhərinə gətirib burada baha qiymətə sataraq, əldə etdiyi qazancdan onun da qazancını verməsi üçün vermişdir. Təqsirləndirilən şəxs heç vaxt faizlə pul verməmişdir. Faizlə kiməsə külli miqdarda pul verilməsi üçün borcalan şəxsin borc aldığı şəxsə həmin pulun məbləğindən artıq dəyərdə girov qoyması gərəklidir, həm də borc pulun faizi yüksək olur. Təqsirləndirilən şəxs ona heç bir girov qoymamış və qazanc kimi yüksək məbləğlər verməmişdir. Verilmiş sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, o, tanıdığı vaxtdan sonra Firudinə ümumilikdə 330.000 ABŞ dolları vermişdir, həmin puldan 70.000 ABŞ dolları ona qaytarılmış, 260.000 ABŞ dolları isə qaytarılmamışdır. Şahid2 o, 155.000 dollar, Şahid3 isə 100.000 dollar götürmüşdür, qalan 40.000 dollar isə ona məxsus olmuşdur. Firudinə verdiyi pulları o, faizlə verməmişdir. Firudin qızıl-zinət əşyalarının alqısı və satqısı ilə məşğul olmuşdur. Firudin ondan pul götürmək üçün bankda qızıllar olduğunu və onların topdansatış qiymətinə satıldığını, həmin qızılları alsalar, yaxşı qazancları olacağını deyərək, ondan ilk dəfə 10.000 manat istəmiş, həmin pulun müqabilində 1200 manat gəliri olacağını bildirmiş və bu yolla ondan bir neçə dəfə 10.000 manat pul almış, sonra isə söz veprdiyi qazancla birlikdə həmin pulları ona qaytarmışdır. Firudin özü ona demişdir ki, bu əməliyyatlar barədə heç kimə bildirilməməlidir. O, Firudinə inandığı üçün heç vaxt pulu verəndə sənədləşdirməmişdir. 250.000 ABŞ dolları veriləndə onun 35.000 dollar xeyri olmuş, həmin hesablamanı Firudin özü ona demişdir. Onun Firudinə pul verməsi müddəti 2017-ci ildən 2019-cu il may ayının 11-nə qədər davam etmişdir. Pulları Firudin ondan hissə-hissə almışdır. Tərlan ona pulu 2 dəfəyə vermiş, 100.000 ABŞ dollarına görə onun 10.000 dollar xeyri olması barədə razılaşmışlar. O, dostlarından götürdüyü pulları borc kimi götürmüş və həmin pulları qaytardıqda xeyri ilə birlikdə qaytarmışdır. O, heç vaxt Firudinlə şərik olmamışdır, lakin qazanılan gəlirə şərik olmuşdur. İş görərkən maliyyə vəsaiti ona məxsus olmuş, işi isə Firudin özü görmüşdür. Sonradan atası ortaya çıxıb, Firudinin başqa şəxslərə «pul atdığı işləri» özünün həll edəcəyini demişdir. Faiq Firudindən şikayətçi olanda, o, şahid olmuşdur, çünki araşdırmanın nəticəsini gözləmişdir. Firudin öz telefonu ilə ona Göradildə qızıl əritməsi ilə məşğul olması barədə videogörüntü göstərmiş, həmçinin Firudinin mobil telefonunda qızıl külçələrin şəkilləri olmuş, Firudin həmin şəkilləri də ona göstərmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun məhkəmə iclasındakı ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu. Zərərçəkmiş şəxs1 istintaq zamanı dindirilərkən əlavə olaraq göstərmişdir ki, o, Təqsirləndirilən şəxs öz istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi və qardaşı Şahid8 istifadəsində olan 055 *** ** ** mobil telefon nömrəsi ilə Bakı şəhərinə çoxsaylı «Toyota», «Kia» və «Hundai» markalı, ** SA ***, ** SZ ***, ** SB ***, ** SK ***, ** MZ ***, ** SA ***, ** SV ***, ** HX ***, ** LB ***, ** NX *** və ** SA *** və sair dövlət qeydiyyat nömrə nişanlı avtomobilləri gətirdərək, burada müxtəlif şəxslərin adına qeydiyyata aldırması və işlətdiyi «Rent a Car» mərkəzlərində işlədərək icarəyə verdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs dəfələrlə «Ford Mustang», «Toyota Camaro», «Nissan Paytfonder», «Porsche Cayenne» və digər markalı bahalı avtomobilləri özü idarə etmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında olan “whatsapp” proqramı üzərindən olan yazışmalarda istintaqa verdiyi ifadəsində qeyd olunan tarixlərdə və məbləğlərdə pulların həqiqətən Təqsirləndirilən şəxs tərəfindən ondan aldığı öz əksini tapmışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi mətndə “13-15 10+1 = 11”, “19-21 100+11 = 111”, ”28 100+11.05= 111.05” məzmunda yazılar qeyd olunmuşdur. Bu yazışmalarda Təqsirləndirilən şəxs 11.000 ABŞ dolları pul vəsaitini 13-15 yanvar 2019-cu ıl tarixlərdə, 111.000 ABŞ dolları pul vəsaitini 19-21 yanvar 2019-cu il tarixlərdə və 111.500 ABŞ dolları məbləğdə pul vəsaitini 28 yanvar tarixlərində geri qaytaracağını bildirmişdir. Qeyd olunan tarixlər və məbləğlər ifadəsində olduğu kimi öz əksini tapmışdır. Həmçinin 22 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi mesajda “100+12=112 fevral 11 21 gün”, “111500 28 yanvar”, “15+1500=16,5 4 fevral” məzmunda yazılar qeyd olunmuşdur. Bu yazışmalarda isə Təqsirləndirilən şəxs 112.000 ABŞ dolları vəsaiti 21 günə, yəni 11 fevral 2019-cu il tarixdə (22 yanvar 2019-cu ıl tarixdə 100.000 ABŞ dolları verilib, 12.000 ABŞ dolları xeyir ilə birlikdə cəmi 112.000 ABŞ dolları) geri qaytaracağını, 111.500 ABŞ dolları vəsaiti 28 yanvar 2019-cu il tarixdə (08 yanvar 2019-cu il tarixdə 40.000 ABŞ dolları verilib, 4.000 ABŞ dolları xeyir ilə birlikdə cəmi 44.000 ABŞ dolları, 10 yanvar 2019-cu il tarixdə 60 min ABŞ dolları verilib, 7.500 xeyir ilə birlikdə, cəmi 67.500 ABŞ dolları, ümumilikdə 111.500 ABŞ dolları (44.000+67.500=111.500) pulu geri qaytaracağını, 04 fevral 2019-cu il tarixdə əsas məbləğ 15.000 ABŞ dolları və xeyir 1.500 ABŞ dolları, cəmi 16.500 ABŞ dolları vəsaiti (18 yanvar 2019-cu il tarixdə 15.000 ABŞ dolları verilib 1.500 xeyir ilə birlikdə cəmi 16.500 ABŞ dolları) geri qaytaracağını bildirmişdir. Qeyd olunan tarixlər və məbləğlər istintaqa verdiyi ifadəsində olduğu kimi göstərmişdir. Təqsirləndirilən şəxs ilə onun arasında olan “whatsapp” proqramı üzərindən olan yazışmalardan hər dəfə Təqsirləndirilən şəxs ondan pul məbləğlərini istədiyi və şəxsən onunla görüşərək aldığı, onun həmin vəsaitləri digər şəxslərdən aldığı aydın şəkildə görünür. Yazışmalarda bir-birlərinə “İqbaaal” deyərək müraciət etmələri ümumi dostlar arasında olan zarafatla əlaqədardır, dostu Şahid9 tərəfindən belə bir zarafat edilmiş və hamısı bir-birilərini bu adla çağırmışlar. Onun istifadəsində olan +99455 *** ** ** mobil telefon nömrəsinin 06 may 2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu ərazisində quraşdırılmış "xxxx" mobil operatora aid anten dairələrinin heç birinin əhatəsi altında olmaması onunla əlaqədardır ki, Firudinlə o, həqiqətən sonuncu dəfə Firudin ondan 5.000 ABŞ dolları məbləğdə pul alarkən, yəni 06 may 2019-cu il tarixdə axşam saatlarında Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi, «Şəhidlər Xiyabanı» dairəsi, «Flame Towers» binalarında yerləşən «Fair Mont» hotelin qarşısında görüşmüşdür, həmin vaxtı o, işdən çıxıb getdiyi üçün mobil telefonunun enejrisi bitmiş və telefonu sönmüşdür. O, Firudinlə gündüz saatlarında “whatsapp” sosial şəbəkəsi üzərindən danışıb görüş yerini və saatını sonuncunun dediyi vaxtda və ünvanda, yəni yuxarıda göstərilən ünvanda təyin etdiklərinə görə Firudinlə axşam saatlarında telefon üzərindən danışıb əlaqə saxlaya bilməmiş, ola bilsin ki, istifadəsində olan +99455 *** ** ** mobil telefon nömrəsi bu səbəbdən, yəni telefon sönmüş vəziyyətdə olduğundan, 06 may 2019-cu il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində quraşdırılmış "xxxx" mobil operatora aid anten dairələrinin əhatəsi altında olmadığı kimi görünmüş, lakin o, həqiqətən qeyd olunan ünvanda və tarixdə Təqsirləndirilən şəxsla görüşüb sonuncuya istədiyi 5.000 ABŞ dolları pul vermiş və bunu ümumi tanışları olan Şahid5 da təsdiq edə bilər, çünki həmin görüşdə Şahid5 da iştirak etmişdir (Cild 1, iş vərəqi 29-38, 161-164, Cild 3, iş vərəqi 197-199). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir tanıyır və sonuncu ilə dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamış və sonuncu ilə heç bir münasibəti olmamışdır. Lakin Şapurdan eşitmişdir ki, Firudinin “Moskva” univermağında qızıl piştaxtaları vadır və univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olur. 2018-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 ona müraciət edərək Təqsirləndirilən şəxs qızıl külçələrin alqı-satqısı ilə məşğul olduğunu, özünün də həmin işə pul qoyaraq qazanc götürdüyünü bildirmiş, ona da təklif etmişdir ki, borca pul verərsə, yaxşı qazanc götürmək mümkündür, sonra isə onun borcunu qaytaracaqdır. O, Şapurla dost olduğu üçün razılaşmış və 2018-ci ilin dekabr ayının sonlarında dostu Şapur ilə «Nərimanov» parkının yanında yerləşən çayxanada görüşmüş, orada Şapura 80.000 ABŞ dolları məbləğdə pul vermişdir. İkinci dəfə isə 2019-cu ilin yanvar ayının əvvəllərində eyni ünvanda Zərərçəkmiş şəxs1la görüşmüş və sonuncuya əlavə olaraq 75.000 ABŞ dolları vermişdir. Şapurun pullarını Firudinə verməsindən bir neçə gün sonra Şapur onunla görüşüb ondan aldığı 155.000 ABŞ dollarını ona geri qaytarmışdır. Sonra yenidən 2019-cu ilin yanvar ayının ortalarında dostu Zərərçəkmiş şəxs1la yenidən «Nərimanov» parkının yanındakı çayxanada görüşmüş, bu dəfə Şapur ona demişdir ki, Firudinin ərəb şeyxləri ilə biznes əlaqəsinə girdiyini, şeyxlərdən ucuz qiymətə qızıl külçələri alaraq Azərbaycanda baha qiymətə satışını təşkil etdiyini və bu yolla qazanc əldə etmək imkanı olmasını bildirib, yenə Firudinə külli miqdarda maddı yardım lazım olduğunu demişdir. Şapur yenə ondan borc pul istəmiş və o, Firudin tərəfindən qaytarılmış 155.000 ABŞ dolları məbləğində pulu yenidən həmin tarixdə və eyni ünvanda Zərərçəkmiş şəxs1 vermişdir. Bundan sonra Şapurla əlaqə saxladıqda, sonuncu, Firudinin pulu bir ay sonra, yəni mart ayında deyil, 2019-cu ilin may ayında qaytarmaq istədiyini bildirmişdir. Buna görə də, onlar deyilən vaxtı gözləmişlər. 2019-cu ilin may ayının əvvəllərində Şapur onunla əlaqə saxlamış və bildirmişdir ki, Firudin onunla birlikdə Şapurun özünü və bir neçə nəfəri aldadaraq onların pullarını ələ keçirmiş və nəinki qazanc, hətta «ana» məbləğdə pulları da geri qaytarmaq niyyətində deyildir. O, Şapurun Təqsirləndirilən şəxs adlı şəxsdən onun pulunu alıb qaytaranadək gözləməyə qərar vermişdir. Onun özü şəxsən Firudini tanımamış, sonuncu ilə heç bir münasibəti, görüşü, telefon danışığı olmamışdır. Zərərçəkmiş şəxs1 ondan borc aldığı puldan 2019-cu ilin sonlarına qədər Firudindən aldığı 70.000 ABŞ dolları məbləğdə pulu ona vermiş, Firudin qalan pulu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 uzun illərdir tanıyır, sonuncu ilə yaxın dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs isə ümumiyyətlə tanımamış və sonuncu ilə heç vaxt münasibəti olmamışdır. Lakin Şapurun sözlərindən eşitmişdir ki, Təqsirləndirilən şəxs “Moskva” univermağında qızıl piştaxtaları var və sonuncu, həm də həmin univermaqda zərgərlik fəaliyyəti ilə məşğuldur. 2018-ci ilin dekabr ayının sonlarında Şapur ona müraciət edərək, Firudinin qızıl külçələrinin alqı-satqısı ilə məşğul olduğunu, özünün də Firudinin biznesinə pul qoyaraq qazanc götürdüyünü bildirmiş, ona da təklif etmişdir ki, borca pul verərsə, Şapur Firudinin bisnesinə qoyub yaxşı qazanc götürə bilər və onun da pulunu qaytaracaqdır. Şapurla dost olduğu üçün razılaşmış və 2019-cu ilin yanvar ayının əvvəllərində Babək prospektində yerləşən «Shtutqart» mağazasının yanında dostu Zərərçəkmiş şəxs1la görüşüb, Şapura özünə məxsus 100.000 ABŞ dolları məbləğdə borc pul vermişdir. Bildiyinə görə, Firudin Şapura ərəb şeyxləri ilə biznes əlaqəsi olduğunu, şeyxlərdən ucuz qiymətə qızıl külçələri alıb Azərbaycanda baha qiymətə satışını təşkil etdiyini və bu yolla külli miqdarda qazanc əldə etmək imkanı olduğunu demiş və Şapurdan pul istəmişdir. Bundan bir neçə gün sonra Şapur Firudindən aldığı və ona məxsus 100.000 ABŞ dolları məbləğdə pulu ona geri qaytarmışdır. Daha sonra Şapur yenə ona eyni mövzuda müraciət edib Firudinin biznesinə əlavə pul qoymaq üçün borc pul istəmiş, o, etiraz etməyib razılaşmış və Şapurla yenidən 2019-cu ilin yanvar ayının ortalarında eym ünvanda görüşüb ona qaytardığı 100.000 ABŞ dolları pulu Şapura borc vermişdir. Sonradan Təqsirləndirilən şəxs Şapura demişdir ki, külli məbləğdə pul dövriyyələri olduğu üçün «ana» pulu mart ayında deyi], 2019-cu ilin may ayında qaytarmaq istəyir. O da, Şapurla birlikdə 2019-cu ilin may ayını gözləmişlər. 2019-cu ilin may ayının əvvəllərində, tarixi dəqiq xatırlamadığı gün Şapur onunla əlaqə saxlayıb bildirmişdir ki, Firudin onun özünü və bir neçə başqa şəxsləri aldadaraq pullarını ələ keçirmişdir və nəinki qazanc, heç əsas «ana» məbləğdəki pulları da gen qaytarmaq niyyətində deyildir. O isə, Zərərçəkmiş şəxs1 tərəfindən Firudindən ona məxsus pulun alınıb geri qaytarılanadək gözləməyə qərar vermişdir. Özü şəxsən Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sonuncu ilə heç bir münasibəti, görüşü, telefon danışığı olmamışdır. Şapurun sözlərindən bilmişdir və əmindir ki, həmin biznesə pul qoyması üçün Şapur ondan borc aldığı 100.000 ABŞ dollarını Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 anası Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs adlı şəxsi ümumiyyətlə tanımamış, sonuncu ilə heç vaxt münasibəti, əlaqəsi olmamışdır. Lakin oğlu Şapurdan eşitdiyinə görə, Təqsirləndirilən şəxs «Moskva» univermağında qızıl piştaxtaları olan və univermaqda zərgərlik fəaliyyəti ilə məşğul olan şəxs olmuş və onların yaxın münasibətləri olmuşdur. 2017-ci ildə onlar öz bağını satmış, evdə 44.000 manat, həm də özünün yığdığı pul da olmuşdur. Şapur gəlib evdən həmin pulun hamısını Firudinə vermək məqsədilə götürüb aparmışdır. O, oğluna Firudinə inanmamağını və pulu verməməyi desə də, Şapur Firudini uşaqlıqdan tanıdığını və dostu olduğunu, ona inandığını bildirmiş və pulu aparıb Firudinə vermişdir. Şapurun sözlərindən bilmişdir ki, Firuddin qızıl külçələrinin alqı-satqısı ilə məşğuldur, həmin külçələri Ərəbistandan gətirdib burada satır və qazancından Şapura da verir. Sonradan bilmişdir ki, Şapur dostları Tərlandan 100.000 dollar, Faiqdən isə 155.000 dollar pul götürüb həmin pulları da biznesə qoymaq adı ilə Firudinə vermişdir. 2019-cu il may ayının əvvəllərində Şapur Firudinin pulları götürüb qaçdığını bildirmişdir. Sonra bir nəfər tanımadığı şəxs öz anası ilə onlara gəlmiş və Firudinin onlara da 150.000 dollar pul atdığını bildirmişdir. X24 aldığı puldan 70.000 dollar qaytarmışdır. Daha sonra qalan pulları istəsə də, Firudinin atası onu oğulluqdan çıxardığını bildirmiş və nə istəyirlərsə, gedib etmələrini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə 10 ildən artıq müddətdə tanımış, sonuncunun «Moskva» univermağında Zaur adlı şəxslə zərgər işlədiyini və qızıl alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs3 də onun uşaqlıq dostudur. Onun Təqsirləndirilən şəxsla heç bir işgüzar münasibətləri olmamış, ancaq dostları Şapur və Faiqin Təqsirləndirilən şəxsla birlikdə iş qurub qazanc əldə etmələri barədə məlumatı olmuşdur. Bildiyinə görə, Firudin Ərəb şeyxlərindən qızıl alıb Azərbaycana gətirmiş, burada yüksək qiymətə satıb qazanc əldə etmişdir, ona görə də, Şapur ilə Faiqi də bu işə cəlb etmiş, həm Şapur, həm də Faiq Firudinə külli miqdarda pul vermişlər. Firudin həmin pulları da biznesə qoyub qazanc əldə etmiş, «ana» məbləğ kimi saxladığı pulları Şapura və Faiqə qaytarmasa da, əldə etdiyi qazancı yarıbayarı bölüb özünə qazanc götürmüşdür. 2019-cu ilin may ayında bir gün Şapur onunla görüşüb bildirmişdir ki, Təqsirləndirilən şəxs onun külli miqdarda pulunu götürüb Türkiyəyə qaçıb getmişdir və pulunu qaytarmaqdan imtina etmişdir. O, Şapurla razılaşıb Firudinlə görüşmüş, daha sonra isə 2019-cu iliin may ayının sonları və ya iyun ayının əvvəllərində o, Şapur, Orxan və Rəşad görüşüb birlikdə Firudinin yaşadığı evə getmişlər. Orada Firudin, atası Fəxrəddin və qaynatası kimi təqdim etdiyi başqa şəxslə görüşmüşlər və söhbət etmişlər. Həmin vaxt Şapur demişdir ki, Firudin qazancla birlikdə Şapura 365.000 ABŞ dolları pul verməlidir, lakin Şapur qazanc pulu istəmir, yalnız «ana» pul kimi Firudinə verdiyi 295.000 ABŞ dolları məbləğində pulu geri qaytarmasım istəyir. Firudinin atası Şapurdan ən geci iki gün vaxt istəmişdir ki, pulu çatdıracaqdır, lakin sonradan öyrəndiyinə görə, nə Firudin, nə də Fəxrəddin Şapurla görüşməmiş və ona pul ödəməmişlər. Bundan əlavə, Faiq Balakışıyev də Firudin və Fəxrəddindən 125.000 ABŞ dolları məbləğdə pulunu geri istəmişdir, Firudingil də həmin pulu hər ay 10.000-20.000 ABŞ dolları olmaqla, bır neçə ay ərzində hissə-hissə ödəyib qaytaracaqlarına söz vermişlər. Lakin sonradan bilmişdir ki, onlar Faiqi də aldatmışlar və pulunu qaytarmamışlar. O, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməsinin konkret şahidi olmamış, lakin ümumi dostlar olaraq hamısı bilmişlər ki, Şapur Firudinlə iş görür və qazanc əldə edir. Firudin tərəfindən Şapura vurulmuş maddi ziyanın məbləğini isə Firudin Türkiyəyə qaçıb gedəndən sonra öyrənmiş, bu barədə Şapur özü ona demişdir. Birlikdə olduqları zamanlar bir neçə dəfə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs və ya Firudinin Faiqə müxtəlif məbləğdə ABŞ dolları və ya Euro olaraq pul verdiklərini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə aralarında dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs isə 2016-2017-ci illərdən tanımış, sonuncunun «Moskva» univermağında Zaur adlı şəxslə zərgər işlədiyini, qızıl alış-verişi ilə məşğul olduğunu bilmişdir. Zərərçəkmiş şəxs3 də tanımış, aralarında dostluq münasibəti olmuşdur. Onun özünün Təqsirləndirilən şəxsla heç bir işgüzar münasibəti olmasa da, Firudinin dostu Şapurun verdiyi pullarla ərəb şeyxlərindən qızıl-zinyət əşyaları alaraq Bakı şəhərinə gətirdiyini, baha qiymətə satıb qazanc əldə etdiyini, əldə etdiyi pullardan da Şapurun qazanc payı verdiyini bilmişdir. Bu barədə Şapurdan başqa Firudin də ona demiş, hətta bir neçə dəfə Azərbaycana gələn dostları kimi qələmə verdiyi ərəb şeyxləri ilə birlikdə görüşmüşlər. Həmin vaxtı ümumi dostları Zaurun qohumu olan Heydər iştirak etmiş və Heydər ölkəyə gələn ərəb turistləri ilə işlədiyi üçün ingilis dilində bilmiş, Heydər Firudinlə ərəblərin arasında tərcüməçi kimi işləmişdir. Şapur Firudinə külli miqdarda pul vermiş, Firudin həmin pulu biznesə qoyub qazanc əldə etmiş, «ana» məbləğ kimi saxladığı pulları Şapura qaytarmasa da, əldə etdiyi qazancı yarı-yarı bölüb özünə qazanc götürmüş, Şapura qazanc dediyi pullarını qaytarmışdır. 2019-cu ilin may ayının əvvəllərində Şapur ona zəng edərək Təqsirləndirilən şəxs onun külli miqdarda pulularını götürüb Türkiyəyə qaçıb getdiyini və pulu qaytarmaqdan imtina etdiyini bildirmişdir. O, 2019-cu ilin may ayının sonlarında Şapur, İsmayıl və Rəşadla görüşüb birlikdə Firudinin yaşadığı evə getmişlər. Orada Firudinin atası Fəxrəddin və bir nəfər tanımadığı şəxslə görüşmüş və söhbət etmişlər. Həmin vaxt Şapur demişdir ki, Firudin qazanc pulla birlikdə ona 365.000 ABŞ dolları pul verməlidir, lakin qazanc pulu istəmir, yalnız «ana» pul kimi Firudinə verdiyi 295.000 ABŞ dollarını tələb edir. Belə kı, Şapurun dediyinə görə, həmin pulun 40.000 dolları onun özünə məxsus olmuş, bundan başqa, ümumi tanışları olan Tərlan adlı şəxsdən 100.000 ABŞ dolları və tanımadığı Faiq adlı şəxsdən isə 155.000 ABŞ dolları məbləğdə pul borc alıb həmin pullan Firudinə vermişdir. Həmin söhbət vaxtı Firudinin atası Şapurdan ən geci iki gün vaxt istəmişdir ki, pulunu çatdırsın. Sonradan Şapur sonra ona danışmışdır ki, Firudingildən hissə-hissə olmaqla cəmi 70.000 dollar məbləğində pulu alsa da, Firudin və Fəxrəddin sonradan Şapuru aldatmış və qalan pulu qaytarmaq fikirləri olmadığını bildirmişlər. Daha sonra atası Firudini Türkiyə Respublikasından geri qaytarmış, o, narahat olduğu üçün Firudinlə görüşmüş və Rəşadla Şapurun pullarını geri qaytarmasını xahiş etmişdir. Lakin Firudin ona heç kimə heç nə qaytarmayacağını bildirmişdir. Onun yanında heç vaxt Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs pul verməmiş, lakin ümumi dostlar olaraq hamısı bilmişlər ki, Şapur Firudinlə iş görür və qazanc əldə edirlər. Firudin tərəfindən Şapura vurulmuş maddi ziyanın məbləğinin 295.000 ABŞ dolları olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, onun Ülvi adlı qrup yoldaşı zərgər olduğu üçün Firudinə zərgərlik işini öyrətmiş və Firudinlə tanışlığı buradan yaranmışdır. Sonradan Firudinlə dost kimi münasibətləri yaranmış və hal-hazıradək bu münasibət davam edir. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 təxminən 7-8 ildir ki, tanıyır və onlarla normal münasibətləri olmuşdur. O, Firudinin yalnız onunla birlikdə «Moskva» univermağında zərgər kimi işlədiyini və avtomobil alveri ilə məşğul olduğunu bilmişdir. Təxminən bir neçə il əvvəl Zərərçəkmiş şəxs1 ona zəng edib Firudinin yerini soruşmuş, o, Firudinin işdə olmadığını, yəqin ki, evində olduğunu demişdir. Şapurdan nə baş verdiyini soruşduqda, Şapur demişdir ki, Firudin ondan pul götürmüşdür və faizini verməlidir. Bu məsələ ortaya çıxanadək o, Firudinin nə işlə məşğul olduğunu bilməmiş, bu barədə sonradan Şapur və Faiqdən öyrənmişdir. Şapur demişdir ki, Firudinə 39.500 ABŞ dolları pulu faizə vermişdir. Onun dayısı oğlu X29 rayonu ərazisində yerləşən avtomobil bazarında avtomobil alqısatqısı ilə məşğul olmuşdur. Heydər onun vasitəsilə həmçinin Firudinlə tanış olmuş və dəqiq xatırlamadığı vaxtda Heydər avtomobil almaq üçün Firudinə 9.000-10.000 manat məbləğində borc pul vermiş, Firudin həmin pulu bir həftə sonra Heydərə geri qaytarmışdır. Onda olan məlumata görə, Firudin bir dəfə tək, bir dəfə də onun dayısı oğlu Heydərlə birlikdə istirahət etmək üçün Dubay şəhərinə getmiş, Firudindən bunun səbəbini soruşduqda, Firudin ona işi olduğunu deyərək, başqa məlumat verməmişdir. Təxminən iki il əvvəl Firudinlə o, işlədiyi “Moskva” univermağında olduqları zaman Zərərçəkmiş şəxs2 onların iş yerinə getmiş, evinin satışından əldə etdiyi təxminən 70.000 manat məbləğdə pulu Firudinə verib xahiş etmişdir ki, pulunu ABŞ dollarına çevirib özünə qaytarsın. Firudin həmin pulu götürüb univermağın daxilində pulun yarısını ABŞ dollarına çevirmiş və Rəşad Firudinə demişdir ki, qalan pulu da ABŞ dollarına çevirdikdən sonra Zərərçəkmiş şəxs3 versin. Sonra Rəşad çıxıb getmişdir. Bir müddət sonra o, Rəşadla görüşdükdə, evinin pulu ilə nə etdiyini, özünə yeni ev alıb-almadığını soruşmuş, Rəşad pulunu Zərərçəkmiş şəxs3 verdiyini, Faiqin həmin pulu yeznəsinin tikintisinə yatırdığını və o, hər ay həmin puldan 1.500 ABŞ dolları məbləğdə qazanc götürdiyini demişdir. Təqsirləndirilən şəxs Dubay şəhərindən qızıl külçələrin alqısatqısı ilə məşğul olması barədə onun məlumatı olmamışdır. Şahid5 ifadəsinə görə, Zərərçəkmiş şəxs1 son dəfə Təqsirləndirilən şəxsla 2019-cu ilin fevralında «Şəhidlər Xiyabanı» dairəsində görüşüb 70.000 ABŞ dolları məbləğində pul olan selofan bağlamanı Firudinə verdiyi zaman Firudin görüş yerinə ona məxsus «Mercedes C» markalı avtomobillə getməmiş, belə hadisə baş verməmişdir. Firudin onunla olmamış, özünə məxsus “Hyundai Sonata” markalı avtomobillə həmin görüş yerinə getmişdir. O, Şapurun Firudinlə görüşdüyünü bilmiş, o da, orada iştirak etmiş, amma pul verdiklərini bilməmiş, Firudin onun əyləşdiyi avtomobilə əliboş gəlib əyləşmişdir. Məhkəmə iclasında şahid X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Fəxrəddin Qənbərov göstərmişdir ki, Firudin onun doğma oğludur, Firudin 18 yaşından zərgər işlədiyi üçün müxtəlif qızıl-zinət əşyalarının təmiri və alış-verişi ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 adlı şəxsi təxminən üç il olar ki, tanıyır, Şapurun oğlu Firudinlə dostluq münasibəti olduğunu bilmiş, Firudinlə Şapurun qızıl alveri ilə məşğul olmaları, ümumiyyətlə aralarında hər hansı formada işgüzar əlaqədərin olması barədə heç bir məlumatı olmamışdır. 2019cu ilin may ayının əvvəllərində oğlu Firudin Gürcüstan Respublikasına getmiş, həmin günlərdə Zərərçəkmiş şəxs1 onun yaşadığı evə gedərək oğlu Firudini axtardığını və Firudinin Şapura 600.000 ABŞ dolları məbləğdə pul borcu olduğunu demişdir. O, Şapurdan həmin məbləğdə pulu nəyə görə Firudinə verdiyini soruşmuş və Şapur pulu Firudinin özünə verdiyini bildirmişdir. Həmin vaxt Firudin Gürcüstanda olduğu üçün o, Firudinə zəng etmiş, ardınca Gürcüstana yollanmış, orada Firudinlə görüşüb Şapurun şikayəti barədə maraqlanmışdır. Həmin vaxt Firudin Şapurla razılaşdıqlarına görə, sonuncunun Firudinə faizə pul verdiyini, faizləri ödəyib bitirmədiyinə görə Şapur hədə-qorxu gəldiyi üçün Gürcüstana qaçdığını demişdir. O, Firudinlə birlikdə Azərbaycana qayıdandan bir müddət sonra özü tək Şapurla Səbail rayonu Şıx qəsəbəsində yerləşən “Delfin” restoranında görüşmüş, həmin görüşə Şapur özü ilə onun tanımadığı təxminən 20 nəfərə yaxın insanla getmişdir. Həmin söhbət zamanı Şapur demişdir ki, oğlu X25 məxsus 300.000 ABŞ dolları məbləğdə pul vermişdir və Firudin mütləq həmin pulları qaytarmalıdır. Şapur söhbət zamanı pulu Firudinə faizə verdiyini desə də, Firudinlə birgə bizneslə məşğul olmaları barədə heç bir söz deməmiş, o, həmin görüş zamanı məsələni Firudinlə aydınlaşdırdıqdan sonra Şapura xəbər verəcəyini bildirmişdir. Firudin ona etiraf etmişdir ki, Şapurdan həqiqətən 40.000 ABŞ dolları pul almış və həmin pulu qızıl alıb-satmağa sərf etmişdir. O, özünə məxsus ipoteka ilə yüklü evini satışa çıxartmış, lakin satış gecikdirildiyi üçün Zərərçəkmiş şəxs1 onun oğlu Təqsirləndirilən şəxs barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, Firudinin Şapura əvvəlcə 1.800.000 ABŞ dolları, daha sonra 500.000 ABŞ dolları və son dəfə 300.000 ABŞ dolları məbləğdə pul borclu olduğundan şikayət etmişdir. Araşdırma vaxtı onlara məlum olmuşdur ki, Şapur Firudinə 15 %-lə faizə verdiyi 40.000 ABŞ dolları məbləğdə pulun məbləğini şişirdib 100.000 ABŞ dollarına qədər artırmışdır. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılarkən o, oğlanları Firudin və Fərid özlərinə məxsus bütün mülklərini sataraq, toplayıb 70.000 ABŞ dolları məbləğdə pulu yaşadığı evin qarşısında Şapura vermişlər. Həmin vaxtı Şapur demişdir ki, artıq məsələ bağlanmışdır, artıq pul istəməyəcəkdir. 2021-ci ilin aprel ayında isə onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində polisə şikayət etmiş və cinayət işinin araşdırması aparılır. Bir müddət sonra Firudin polis əməkdaşları tərəfindən tutularaq həbs olunmuşdur. Onun oğlu Firudin Zərərçəkmiş şəxs1 tərəfindən hədələndiyinə görə bir dəfə bir neçə dərman preparatını birdəfəyə qəbul edib intihar etmək istəmiş, lakin Firudini 1 saylı Şəhər Klinik xəstəxanasının Toksikologiya şöbəsinə çatdırdıqlarına görə, sonuncunun həyatını xilas etmək mümkün olmuşdur. Onun oğlu Firudin danışmışdır ki, bir dəfə Zərərçəkmiş şəxs1 aldığı faiz pulu tam qaytarmaq istəmiş, lakin Şapur pula yaxın durmayaraq, həmin pulların Bəylər Əyyubova məxsus olduğunu və faizləri ödəməyi dayandırarsa, bu, Firudinin sağlamlığı və həyatı üçün çox təhlükəli ola biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 onun oğluna verdiyi pulun faizini artırdığından, Firudinin ona dediyinə görə, Firudin də məcbur olub Elşad adlı şəxsdən borc pul alaraq, faizini ödəmək üçün Şapura vermişdir. Hazırda onların Elşad adlı şəxsə heç bir məbləğdə pul borcları yoxdur, borcu tamamilə ödəyib bitirmişlər, lakin Firudinin Elşadın pulunu necə ödəməsi barədə onun heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1 ilə görüşdüyü zaman o, heç vaxt oğlu Firudinin polis əməkdaşları tərəfindən odlu silahla tutulduğunu, azadlığa çıxartmaq üçün 50.000 ABŞ dolları məbləğdə pul və ya manat pul ödədiyini, həmçinin Firudinin 8 kq çəkidə qızıl ilə gömrük məntəqəsində tutulduğuna görə qızılları qoyub qaçdığını deməmiş, ola bilsin ki, bu sözləri məhz Firudin Şapura demişdir. O, görüş zamanı Zərərçəkmiş şəxs1 vaxt verməsini istəməmiş, oğlu Firudinin Türkiyəyə qaçması üçün ona təcili aviabilet almamışdır. Firudin Gürcüstan Respublikasına getmiş və o, məsələyə aydınlıq gətirmək üçün Firudinin arxasınca Gürcüstana gedib Bakı şəhərinə geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs1 görüş vaxtı pul ödəyəcəyinə dair söz verməmişdir. Onun Zərərçəkmiş şəxs1la görüşü, söhbəti Firudin barəsində DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparıldıqdan sonra olmuş, o, Şapura iki ay ərzində 100.000 ABŞ dolları məbləğdə pul verəcəyini öhdəsinə götürmüş, 70.000 ABŞ dolları məbləğdə pulu ödədikdən sonra məsələ bağlanmışdır. Onun ailəsində yalnız bir nəfərin, yəni oğlu Şahid8 istifadəsində “Chevrolet Cruze” markalı, sonu 140 ilə bitən avtomobil vardır, başqa heç kimin avtomobili yoxdur, ailə üzvlərindən heç kimin sərəncamında və ya sahibliyində avtomobil yoxdur, adlarına dövlət qeydiyyatdan keçən avtomobil yoxdur. O, oğlu Təqsirləndirilən şəxs bir-iki dəfə avtomobil alıbsataraq 200 manata yaxın qazancı olması barədə bilmiş, lakin dəqiq heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs Dağıstan Respublikası və digər ölkələrdən qızıl külçələri alıb Bakı şəhərinə gətirərək satışında qazanc əldə etməsi və həmin qazancdan da payını verməsi üçün aldadaraq, 125.000 ABŞ dolları məbləğdə pulunu ələ keçirdikdən sonra Türkiyə Respublkasına qaçması, axtardığı zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 başqa, Zərərçəkmiş şəxs1 300.000 dollara yaxın məbləğdə pul, Elşad adlı şəxsə və dostu Şahid5 təxminən 100.000 ABŞ dollarından çox məbləğdə, Firudinin qardaşı Fəridin sinif yoldaşı Allahverdi Şəfiyev adlı şəxsə 107.000 ABŞ dolları, Zaurun qohumu Heydər Əzimov adlı şəxsə təxminən 100.000 ABŞ dollarına yaxın məbləğdə, Moskva Univermağında işləyən tanımadığı digər şəxslərə külli miqdarda maddi ziyan vuraraq həmin şəxslərə qarşı dələduzluq etməsi barədə ifadəsində göstərdikləri tamamilə yalandır, onun oğlu Firudinin nə Zərərçəkmiş şəxs3, nə də yuxarıda adları göstərilən şəxslərin heç birinə pul borcu olmamışdır. Firudin aldığı borcların hamısını qaytarmışdır. Bütün məbləğlər hamısı şişirdilmiş pullardır. Onda olan məlumata görə, Əhmədov X21 40.000 ABŞ dolları məbləğdə pul vermiş, Firudin da həmin pulu Zərərçəkmiş şəxs3 verərək Rəşad Əhməova çatdırmasını bildirmiş, lakin Faiq pulları Rəşada çatdırmamışdır. O, bu barədə Firudindən soruşanda, Firudin Rəşaddan 40.000 ABŞ dolları məbləğdə pul aldığını və həmin pulu Faiqə verdiyini, artıq Faiq və ya Rəşada verəcəyi pul olmadığını etiraf etmişdir. O, Zərərçəkmiş şəxs2 belə bir təklif etmişdir ki, “Melisa Park”da ev götürsün, kreditini o, ödəsin. O, evini satdıqdan sonra Zərərçəkmiş şəxs1 70.000 ABŞ dolları pulunu tam ödəyib bitirmiş, Zərərçəkmiş şəxs2 anasının xəstə olduğunu öyrəndiyinə görə Rəşada ayrı-ayrılıqda 3.000 manata yaxın pul ödəmiş, Zərərçəkmiş şəxs2la heç bir münasibəti olmamışdır. Rəşadın Zərərçəkmiş şəxs3lə arasında pul məsələsi olduğunu, Firudinlə heç bir pul məsələləri olmadığını bilmişdir. O, humanistliyindən Rəşada köməklik üçün pul ödəmişdir (Cild 1, iş vərəqi 217-221). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Fəxrəddin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, Zərərçəkmiş şəxs1 təxminən 6-7 ildir ki, tanıyır. Sonuncunun qardaşı Firudinlə dostluq münasibətləri olduğunu bilmişdir. Firudin zərgər olduğu üçün müxtəlif qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğuna görə, Firudinlə Şapurun qızıl alveri ilə birgə məşğul olduqlarını, yəni Şapurun pulu ilə Firudinin qızıl alıb satdığını və hər ikisinin bu işdən qazanc əldə etdiklərini bilmişdir. O, 2017-ci ilin mart ayında evlənib qardaşı Firudinlə yaşadığı evdən ayrıldığı üçün qardaşının son illər ərzində Şapurla əldə etdikləri qazanc və pul dövriyyəsi barədə məlumatı olmamışdır. 2019-cu ilin may ayında ona məlum olmuşdur ki, Şapur onun qardaşı Firudindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək, Firudinin 200.000 - 250.000 ABŞ dolları məbləğdə borcu olması barədə şikayət etmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Şapur Firudinə biznes üçün verdiyi ümumilikdə 40.000 ABŞ dolları məbləğdə pulun məbləğinin faizini şişirdərək 250.000 ABŞ dollarına qədər artırmış və həmin pulu tələb etdiyi üçün Firudin məcbur olub ölkədən qaçıb getmişdir. Firudin onlara demişdir ki, Şapura faizin puluna görə 6 ay ərzində hər ay 39.000 ABŞ dolları məbləğdə pul vermişdir. Lakin həmin vaxt ölkədə qızılın qiyməti qalxdığına görə Firudinin qızıl alveri zəifləmiş, ona görə də, Şapurun pulunu verə bilməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırma aparılan zaman o, atası Fəxrəddin və qardaşı Firudin özlərinə aid bütün mülkləri sataraq toplayıb 70.000 ABŞ dolları məbləğdə pulu Şapura vermişlər. Hətta onun özü iki dəfə - birinci dəfə 2019-cu ilin yay aylarında 10.000 ABŞ dolları məbləğdə pulu Kooperasiya Universitetinin yaxınlığında, ikinci dəfə isə 10-15 gün sonra metronun “Koroğlu” stansiyasının yaxınlığında daha 10.000 ABŞ dolları məbləğdə pulu Şapura vermişdir. Həmin vaxt onlara bildirilmişdir ki, Şapur ərizəsini geri götürmüşdür, başqa pul tələbi yoxdur və bir daha qardaşı Firudindən şikayət etməyəcəkdir. Lakin bir müddət sonra Şapur qardaşı Firudini «oğru aləminin» insanları ilə qorxutmuş, bundan başqa, Şapurun tanışı Zərərçəkmiş şəxs3 adlı şəxs də Şapurun tapşırığı ilə atasına zəng edərək onu öldürtdürəcəyi ilə hədələməyə başlamış, Şapurun tələb etdiyi 200.000 ABŞ dolları pulu tamlığı ilə qaytarmalarını bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Təqsirləndirilən şəxs qardaşı olduğunu bildirərək, digər qardaşı Şahid7 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2018-ci ildən tanımış, aralarında normal münasibətlər olmuşdur. Şahid5 Firudinin vasitəsi ilə tanımış, Zaurla Firudinin qızıl işi ilə məşğul olduğunu bilmiş, ona qızıl-zinət əşyaları lazım olanda, Şahid5 müraciət etmişdir. Bu iş üzrə zərərçəkmiş şəxslərin heç birini tanımamış, onlarla heç bir münasibəti olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ona məxsusdur, 2003-2004-cü illərdən avtomobillərin daşınması ilə məşğul olmuşdur. Gürcüstan, X18 və X19 avtomobillərin logistikası, yəni daşınması ilə məşğul olmuş, lakin avtomobil alveri ilə heç vaxt məşğul olmamışdır. Şirkət kimi yalnız xarici ölkələrdən işlənmiş avtomobillərin Azərbaycana gətirilməsi ilə məşğul olmuşdur. 29 avqust 2018-ci il tarixdə əvvəllər tanımadığı Qənbərov X8 Respublikası ilə Bakı şəhərində işlədiyi vaxt ona müraciət edərək, Azərbaycana gətirilən işlənmiş avtomobillərin olub-olmadığını, əgər yolda olan avtomobil varsa, almaq istədiyini bildirmişdir. O, şirkətin gətirdiyi avtomobillərin siyahısını ona göstərmiş, Firudin həmin avtomobillərdən 9.300 ABŞ dolları qiyməti olan «Hyundai Sonata» markalı avtomobili seçib almaq istədiyini demişdir. Sonra ilkin ödəniş kimi 8.800 ABŞ dolları pulu avtomobili satmış şəxsə ödəyərək, 500 ABŞ dolları pulu sonradan ödəmək şərti ilə əldə etmiş, həmin avtomobil Bakı şəhərinə gətirildikdən sonra Firudinin göndərdiyi şəxsə avtomobil təqdim edilmişdir. Bu üsulla Firudin birinci avtomobillə birlikdə cəmi 7 ədəd yolda olan avtomobili pulunu sonradan ödəmək şərti ilə əldə etmişdir. Həmin avtomobillər Bakı şəhərinə gətirildikdən sonra Firudinin əvvəlcədən şəxsiyyət vəsiqəsini göndərdiyi şəxsə avtomobillər təqdim olunmuş, dövlət qeydiyyatından keçirilmişdir. Daha sonra Firudin öz sifarişi ilə ona avtomobil daşınması sifariş etməyə başlamışdır. Bu yolla Firudin pulu sonradan ödəmək şərti ilə 7 avtomobil əldə etmişdir. Həmin avtomobillər Bakı şəhərinə gətirildikdən sonra Firudinin əvvəlcədən şəxsiyyət vəsiqəsini göndərdiyi şəxsə avtomobillər təqdim edilmiş, sonra dövlət qeydiyyatından keçirilmişdir. Təqsirləndirilən şəxs onun şirkətindən daşınmasını sifariş etdiyi son üç avtomobilə görə ödənişləri gecikdirməyə başladığına görə avtomobillər Bakı şəhərinə çox gec gətirilmiş, bu müddət ərzində avtomobillər Gürcüstan Respublikasında saxlanılmış, vasitəçi olduğuna görə həmin avtomobillər barədə Gürcüstan şirkəti tərəfindən ona müraciət olunmuş və o da, Təqsirləndirilən şəxs müraciət edərək ödənişləri təcili həyata keçirməsini tələb etmişdir. Firudin isə bildirmişdir ki, özündə olan pulları Türkiyə Respublikasında hansısa biznesə yatırmışdır, biznesindən ödənişlər gecikdirildiyi üçün aldığı avtomobillərə görə ödənişi gecikdirməlidir. O, 2019cu ilin mart-aprel aylarında Təqsirləndirilən şəxs dəfələrlə ödənişləri ödəməsini tələb etdikdə, Firudin heç bir ödəniş etmədiyinə görə o, maraqlanıb öyrənmişdir ki, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində çoxsaylı şəxslərə pul borcu vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, atası ilə birlikdə ticarətlə məşğul olmuş və qazancı olmuşdur. Sonra o, özü başqa bir işlə məşğul olmaq və əlavə pul qazanmaq istəmiş, atasının razılığı və verdiyi ilkin kapital ilə 2019-cu ilin yanvar-fevral aylarından avtomobil alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Belə ki, o, “turbo.az” electron ticarət səhifəsində yerləşdirilmiş “ikinci əl” avtomobilləri sahibindən almış, özünə məxsus mobil telefon nömrəsi ilə həmin avtomobillərin satışı barədə yeni elan yerləşdirmiş, avtomobilləri yeni və daha bahalı qiymətə sataraq qazanc əldə etmişdir. Belə ki, onun aldığı ilk avtomobil “Opel” markalı “Astra” modelli, ** SL *** dövlət qeydiyyath nömrə nişanlı avtomobil olmuş, həmin avtomobili satdıqdan sonra özünə qazanc əldə etmişdir. Bundan sonra o, göstərdiyi işlə məşğul olmağa davam etmiş, həmin dövrdən etibarən 69 ədəd müxtəlif markalı “ikinci əl” avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış və sonuncu ilə heç bir əlaqəsi, münasibəti və ya ədavəti olmamışdır. 2019-cu ilin iyul ayının ortalarında bir ədəd “Kia” markalı “Cerato” modelli “ikinci əl” avtomobil almış, təmir etdirdikdən sonra onun satışı barədə “turbo.az” səhifəsində elan yerləşdirmişdir. Həmin gün əvvəllər tanımadığı Firudin adlı şəxs ona zəng edərək, həmin avtomobili almaq istədiyini bildirmiş, o, razılaşdıqdan sonra Firudini yaşadığı Xırdalan şəhərində yerləşən evinin qarşısına çağırmış, Firudin gedərək avtomobilə baxıb bəyəndiyini söyləmişdir. Sonra o, həmin avtomobili 17.800 manata satdığını demiş, Firudin uzun sürən söhbətlərindən sonra onu inandırmışdır ki, həmin avtomobilə görə ona 6.000 manat məbləğdə pul ödədikdən sonra iki ay ərzində yerdə qalan pulu tam ödəyib qurtaracaqdır. Firudin onu öz işlədiyi “Moskva” univermağına aparmış, orada hər kəslə görüşmüş və onu bir piştaxtanın yanına aparıb həmin obyektin gözünə məxsus olduğunu, qızıl alveri ilə məşğul olduğunu və aldığı avtomobilin pulunu ən qısa zamanda ödəyə biləcəyini demişdir. O, Firudinin idarə etdiyi bahalı avtomobili, qızıl alverçisi olduğunu görüb sonuncu ilə razılaşmış və birinci avtomobilə görə ilkin 6.000 manat məbləğdə pul aldıqdan sonra Təqsirləndirilən şəxs avtomobili sürmək üçün etibarnamə verərək həmin avtomobili satmışdır. Həmin ərəfədə o, Gürcüstan Respublikasına gedib oradan yeni “ikinci əl” “Kia” markalı “Cerato” modelli avtomobili gətirib təmir etdikdən sonra eyni üsulla satışı üçün elan yerləşdirmiş, avtomobili 17.800 manat olaraq qiymətləndirmişdir. Həmin elanı görən Firudin ilk avtomobili aldıqdan təxminən 10 gün sonra ona zəng edərək, ikinci avtomobili də almaq istədiyini bildirmişdir. O, Firudinə demişdir ki, əvvəlcə birinci aldığı avtomobilin ödənişi edib tam başa çatdırsın, yeni avtomobil üçün isə sonra danışsınlar. Lakin Firudin özünü tərifləyərək aylıq qazancının çox olduğunu, birinci avtomobilin ödəniş tarixi çatanda hər iki avtomobil üçün ümumilikdə 10.000 manat ödəniş edəcəyini bildirmiş və onu inandırdığı üçün Firudinə həmin “Kia Cerato” markalı avtomobilə də sürmə etibarnaməsi vermişdir. Bundan təxminən 10 gün sonra Firudin zəng etmiş, Yasamal rayonu ərazisində görüşəndə, Firudin əlində nağd pulu olduğunu, avtomobillərə görə bir ay tamam olmadan 2.000 manat məbləğdə pul ödəmək istədiyini demişdir. Firudin ona 2000 manat pulu verdikdən sonra onun Firudinə olan etibarı tamamilə artmışdır. Bundan 10 gün sonra Gürcüstandan "Hyundai Elantra” markalı iki ədəd avtomobil gətizdirmiş, onları təmir etdikdən sonra satışı barədə “turbo.az" səhifəsində elan yerləşdirmişdir. Həmin elanları görən Firudin öz mobil telefonu ilə ona zəng edərək demişdir ki, atası və "xxxx"da işləyən qardaşının avtomobilləri xarab olmuşdur, onların hər ikisi üçün bir həftə ərzində "'Hyundai” markalı “Elantra” model avtomobilləri sürməyə etibarnamə versin. O, həmin avtomobillərə görə Firudindən heç bir məbləğdə pul istəməmişdir. O, Firudinə etibar etdiyi üçün heç bir maddi marağı olmadan, son iki ədəd avtomobillərə görə Firudinin göndərdiyi Fəxrəddin və Fərid adlı şəxslərin şəxsiyyət vəsiqələrinin şəkillərinə əsaslanıb sürmə üçün etibarnamə vermişdir. Bunlar 2019-cu ilin avqust ayında baş vermişdir. Firudinin atası və qardaşı ona məxsus iki ədəd “Hyundai” markalı avtomobilləri idarə edən ərəfədə Firudin ona zəng edərək Gürcüstana getməsi, hansısa hissəsi xarab olmuş “Kia Cerato” markalı avtomobil üçün ehtiyat hissəsi alaraq geri qayıtması üçün bir həftəlik baş etibarnamə verməsini istəmişdir. Həmin ərəfədə o, Firudinə çox inandığı üçün heç bir narazılıq etmədən bir həftəlik baş etibarnamə vermiş, Firudin Gürcüstan Respublikasına gedibgəlmişdir. Firudin öz mobil telefonunda ərəb şeyxləri ilə fotoşəkillərini ona göstərmiş, Dubay şəhərindən qızıl alıb Bakı şəhərində satdığını və külli miqdarda pul qazandığını demiş və onun da anlayışı olmadığı üçün Firudinin dediklərinə inanmışdır. Firudin “Moskva” univermağının sahibinin qohumu ilə evli olduğunu demiş, onu hündürmərtəbəli binaların həyətinə aparıb həmin binalarda mənzilləri olduğunu və ona ödənişlərdə heç bir gecikdirməyə yol verməyəcəyini bildirmişdir. 2019cu ilin avqust ayının axırlarında Firudin ondan götürdüyü “Hyundai” markalı avtomobilləri geri qaytarmalı olmuş, avtomobilləri qaytarması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, bunu etməmişdir. O, Firudinin yaşadığı Yasamal rayonu ərazisində Mətbuat prospektindən “Asan Xidmət” istiqamətində gedən yolda yerləşən binanın yanına getmiş, avtomobillərinin açarlarını Firudindən güclə alıb avtomobilləri sürərək oradan çıxıb getmişdir. Həmin vaxt avtomobillərin texniki cəhətdən çox nasaz vəziyyətdə olduğunu, eləcə də hər bir avtomobil üçün 500 manatdan artıq onun hesabına cərimə yazıldığını öyrənmişdir və həmin avtomobillərin təmiri ilə cərimələrini özü ödəmişdir. 2019-cu ilin sentyabr ayında Firudinin ilk aldığı iki ədəd “Kia” markalı avtomobilə görə ödəniş vaxtı çatmış, o, Firudinə zəng edib ödənişləri etməsini bildirdikdə, Firudin onu üç müxtəlif vaxtlarda yaşadığı ev istiqamətində gedən yolda yerləşən kafeyə çağırmış və hər dəfə həmin yerə gedəndə Firudin ona ödəniş etməsi əvəzinə, müxtəlif nalayiq ifadələr işlədərək, ödənişləri tam bitirəcəyinə söz verib bir həftə vaxt istəmişdir. 2019-cu ilin oktyabr ayında isə Firudin ondan aldığı iki ədəd “Kia” markalı avtomobilə görə tam ödənişləri bitirməli olsa da, heç birinci ayın pulunu ödəmədiyinə görə Firudinlə görüşüb hər iki avtomobili geri qaytarmasım tələb etmişdir. Bir müddət get-gəldən sonra o, Firudindən həmin avtomobilləri geri götürüb dəyər-dəyməz qiymətinə satmışdır. Firudindən götürdükdən sonra həmin avtomobilləri öz hesabına təmir etdirmiş, Firudin sürdüyü vaxt ödəmədiyinə görə üzərinə həbs qoyulduğu üçün 2.300 manatdan çox cərimə və dəbbə pulu ödəmişdir. Sonra həmin avtomobilləri ucuz qiymətə satıb Firudinin 14.000 manat pulunu özünə qaytardıqdan sonra Firudinin mobil telefon nömrəsini bağlamış və bir daha sonuncu ilə heç bir formada münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, Mərdəkan qəsəbəsində yerləşən “Tuba Şah” məscidinin axundudur. Təxminən 2014-2015-ci il tarixdə «Mersedes C» klass avtomobili etibarnamə əsasında alıb idarə etmiş, 2019-cu ilin təxminən aprel-may aylarında həmin avtomobili dəyişib daha təzə avtomobil almaq qərarına gəlmişdir. İnternet vasitəsi ilə «KiaForte» minik avtomobili bəyənib maşının sahibi ilə əlaqə saxlamış, həmin avtomobili almaq istədiyini bildirmişdir. Sonra Sumqayıt şəhərində yerləşən avtosalona gedib həmin maşına baxıb bəyənmiş, avtomobili satan salonla qərara gəlmişlər ki, salonda ona məxsus «Mersedes» markalı avtomobili 10,000 manat dəyərində qiymətləndirib onun avtomobilini götürəcəklər, istədiyi avtomobili 17.000 manata qiymətləndirdikdən sonra o, həmin salona 7.000 manat pul ödəyib istədiyi avtomobili almış və avtomobili salonda qalmışdır. Onun aldığı «Kia Forte» markalı avtomobili xx.xx.2019-cu ildə öz adına qeydiyata aldırmışdır, hazırda həmin avtomobil ondadır və idarə edir. Ona məxsus «Kia Forte» markalı avtomobilin xx.xx.2019-cu il tarixdə etibarnamə ilə X5 verilməsi barədə heç bir məlumatı yoxdur, o, avtomobili almamışdan öncə Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. O, həmin şəxsi tanımamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, Şahid5 onun doğma bibisi oğludur, sonuncu ilə qohum kimi yaxşı münasibətləri olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, tanıyır. Təxminən iki-üç il əvvəl bibisi oğlu Zaur ondan xahiş etmişdir ki, tanışı Firudinin xarici ölkələrdən gətirdiyi bir neçə avtomobili onun adına qeydiyyata keçirilməsinə razılıq versin, həmin avtomobilləri bir neçə müddətdən sonra notarial qaydada başqa şəxsə satmaq üçün notariusa getsin. Zaur ondan belə xahiş edəndə, o, avtomobillərlə bağlı hər hansı problemin olub-olmayacağını soruşmuş, Zaur heç bir problem olmayacağını bildirmişdir. O da, Zaura inananaraq razılaşmışdır. Daha sonra avtomobillərin onun adına qeydiyyata keçirilmələri, sonradan notarial qaydada satışının həyata keçirilməsi üçün zəruri prosesdə iştirak etmişdir. Onun bu proseslərdə heç bir maddi marağı, asılılığı və ya hər hansı bir formada şübhələri olmamışdır. Məhkəmə iclasında Şahid14 oglunun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən onun qızı Şahid13 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 3, iş vərəqi 66-67). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsrin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş axtarış aparılması haqqında xx.xx.2019-cu il tarixli protokola əsasən, həmin istintaq hərəkəti Təqsirləndirilən şəxs daimi yaşadığı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 81, mənzil 15-də məhkəmənin müvafiq qərarı əsasında aparılmış, bu zaman mənzilin əsasən boşaldılmış vəziyyətdə olması, mənzildə hər hansı qiymətli əşya və pulun, həmçinin ümumiyyətlə iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya sənədlərin aşkar olunmadığı müəyyən edilmişdir (cild 2, iş vərəqi 77-80). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı ifadələri arasında ziddiyyətlər olduğuna görə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü ona zərgər kimi təqdim etmişdir, sonradan dostluq münasibətləri olmuşdur və ona birgə biznes qurub qızıl alver etməyi və pul qazanmağı təklif etmişdir. O, razılaşdıqdan sonra evdə anasında olan 5.000 manat pulunu götürüb Firudinə vermiş, Firudin də ona vəd verdiyi tarixdə 5.000 manat əsas pulu və 500 manat da qazanc pulu qaytarmış, hətta bildirmişdir ki, onun pulu ilə özü də qazanc əldə etmişdir, halallıq istəmiş və o da, Firudinə halallıq vermişdir. Sonra Firudin bildirmişdir ki, bankda problemli kreditdə olan tanışları vardır, həmin tanışları ilə əlaqə saxlayıb problemli kreditdə olan qızıl-zinət əşyaları alacaqdır və Göradil qəsəbəsində yerləşən özünə məxsus qızıl əritmə məntəqəsində əridəcək, özü qızıl-zinət əşyaları düzəltdikdən sonra satışından əldə etdikləri pul ilə hər ikisi qazanc əldə edəcəkdir. Həmin vaxt Firudin ondan 10.000 ABŞ dolları məbləğdə pul istəyib bildirmişdir ki, o, verdiyi əsas pulu geri almasın, çünki Firudinin işlərinə mane yaradır. O, Firudin ilə razılaşmış, ilk dəfə 2017-ci ilin oktyabr ayında 10.000 (on min) ABŞ dolları, 2017-ci ilin noyabr ayında 10.000 (on min) ABŞ dolları və 2017-ci ilin dekabr ayında 10.000 (on min) ABŞ dolları məbləğdə pul vermişdir. Firudin ona söz verdiyi kimi, ilk 10.000 ABŞ dollarına görə ona bir dəfə 600 (altı yüz) ABŞ dolları, 20.000 ABŞ dolları pula görə bir dəfə 1.200 (bir min iki yüz) ABŞ dolları, 30.000 ABŞ dolları pula görə 3 (üç) dəfəyə olmaqla, 1.800 (bir min səkkiz yüz) ABŞ dolları məbləğdə qazanc pul vermişdir. Onun Firudinə verdiyi pullar anasına məxsus olan pullar olmuşdur, Firudin guya həmin pullarla biznes qurub qazanc əldə etmişdir. Sonra o, Firudindən 10.000 (on min) ABŞ dolları pulunu geri istəmiş, Firudin etiraz etsə də, o, həmin pulu 2018-ci ilin fevral ayında almışdır. Sonra 2018-ci ilin mart ayından 2018-ci ilin oktyabr ayına qədər Firudin 20.000 (iyirmi min) ABŞ dolları pula görə 7 ay ərzində 1.200 (bir min iki yüz) ABŞ dolları məbləğdə qazanc ödənişləri etmiş, daha sonra 2018-ci ilin Ramazan ayında, avqust-sentyabr aylarında onun anasına məxsus Kürdəxanı qəsəbəsi Lahıc bağlarında olan torpaq sahəsini 30.000 (otuz min) manata satıb evdə olan 4.000 manat məbləğdə pulu da üstünə qoymuş və Firudinin ondan tələb etdiyi 20.000 (iyirmi min) ABŞ dolları pul qismində Firudindəki «əsas» 20.000 ABŞ dolları məbləğdə olan pulu ilə birlikdə əsas pulunun məbləği 40.000 (qırx min) ABŞ dolları təşkil etmişdir. 2018-ci ilin noyabr ayından 2019-cu ilin aprel ayına qədər Firudin ona 40.000 (qırx min) ABŞ dolları məbləğdə pula görə 5 ay ərzində hər ay üçün 2.400 (iki min dörd yüz) ABŞ dolları olmaqla, cəmi 12.000 (on iki min) ABŞ dolları, ümumilikdə, 1 il 6 ay ərzində cəmi 28.800 (iyirmi səkkiz min səkkiz yüz) ABŞ dolları məbləğdə qazanc adı ilə pul qaytarmış, bundan başqa, Firudinlə aralarında 2017-ci ilin oktyabr ayından 2019-cu ilin may ayınadək 40.000 (qırx min) ABŞ dolları məbləğdə əsas və qazanc pullarla bağlı məsələlər davam etdiyi dövrdə, o, Firudinə 2018-ci ilin 29 dekabr tarixində 10.000 (on min) ABŞ dolları, 05 yanvar 2019-cu il tarixdə 100.000 (yüz min) ABŞ dolları, 08 yanvar 2019-cu il tarixdə 40.000 (qırx min) ABŞ dolları, 10 yanvar 2019-cu il tarixdə 60.000 (altmış min) ABŞ dolları, 18 yanvar 2019-cu il tarixdə 15.000 (on beş min) ABŞ dolları məbləğdə pul vermiş və Firudin həmin əsas pulu qazanc kimi cəmi 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğdə pulla birgə vəd verdiyi tarixlərdə geri qaytarmışdır. Sonra onun Təqsirləndirilən şəxs olan etibarı tamamilə yaranmışdır. Firudin ondan 22 yanvar 2019-cu il tarixdə 100.000 (yüz min) ABŞ dolları məbləğdə, 25 yanvar 2019-cu il tarixdə 10.000 (on min) ABŞ dolları məbləğdə, 29 yanvar 2019-cu il tarixdə 40.000 (qırx min) ABŞ dolları və 04 fevral 2019-cu il tarixdə 70.000 (yetmiş min) ABŞ dolları məbləğdə əsas pul kimi dövriyyəyə buraxmaq üçün pul almışdır. İlk iki dəfə aldığı pulu İİ fevral 2019-cu il tarixdə 12.000 ABŞ dolları və 1.100 ABŞ dolları məbləğdə qazanc pul ilə birlikdə, 40.000 ABŞ dolları 13 fevral 2019-cu il tarixdə 4.500 ABŞ dolları məbləğdə qazancla birlikdə, 70.000 ABŞ dolları məbləğdə pulu 20 fevral 2019cu il tarixdə 8.000 ABŞ dolları məbləğdə qazanc pul ilə birlikdə ona qaytarmalı olsa da, həmin pullardan nə əsas pulu, nə də qazanc pulları qaytarmamışdır. Son dəfə olaraq, Firudin eyni məqsədlə 11 aprel 2019-cu il tarixdə, 11 may 2019-cu il tarixdə 5.000 ABŞ dolları qazancla birgə qaytarmaq adı ilə ondan 35.000 (otuz beş min) ABŞ dolları məbləğdə, 17 aprel 2019-cu il tarixdə, 02 may 2019-cu il tarixdə 3.000 ABŞ dolları məbləğdə qazanc pulla birlikdə 30.000 (otuz min) ABŞ dolları məbləğdə pul almışdır. Firudin ondan aldığı 35.000 ABŞ dolları məbləğdə pulu heç vaxt qaytarmasa da, qazancla birlikdə əsas pulu cəmi 33.000 ABŞ dolları məbləğdə ona vəd verdiyi tarixdə geri qaytarmışdır. Sonra 03 may 2019-cu il tarixdə Firudin həmin 30.000 (otuz min) ABŞ dolları məbləğdə pulu, 17 may 2019-cu il tarixdə 3.000 ABŞ dolları qazanc pul ilə birlikdə qaytarmaq adı ilə istəmiş və o, həmin pulu vermişdir. Son dəfə 06 may 2019-cu il tarixdə Firudin 11 may 2019-cu il tarixdə 500 ABŞ dolları məbləğdə qazanc pulla qaytarmaq adı ilə ondan 5.000 (beş min) ABŞ dolları məbləğdə pul almışdır. Firudin həmin pulları ərəb şeyxlərindən qızıl külçələrin alqısatqısı ilə məşğul olması adı ilə onu aldadıb ümumilikdə 330.000 (üç yüz otuz min) ABŞ dolları məbləğdə pulunu ələ keçirmişdir. Firudin ondan qızıl-zinət külçələrinin və əşyalarının satışı ilə məşğul olub qazanc əldə etmək adı ilə aldığı cəmi 330.000 (otuz üç min) ABŞ dolları məbləğdə əsas pulları qaytarmadan ölkədən qaçmışdır. Firudin Azərbaycandan qaçandan sonra o, Firudinin atası Fəxrəddinlə görüşmüş, Fəxrəddin demişdir ki, Firudin 400.000 ABŞ dolları dəyərində 8 kiloqram qızıl ilə hansısa gömrük məntəqəsində tutulmuşdur və qızılları atıb qaçmışdır, həmin qızılların içərisində də onun pulu olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycandan qaçdığı tarixədək, yəni 2019-cu ilin may ayına qədər ona verməli olduğu qazanc pulları vaxtlı-vaxtında ödədiyi üçün onun pulu ilə Firudinin qızıl-zinət əşyalarının satışı ilə məşğul olması və ona qazanc verməsi barədə o, Firudinin ailə üzvlərinə, əsasən də atasına heç bir məlumat verməmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona demişdir ki, onun pulları «daş-qaş»-da olmuş və ona görə, həmin vaxt əlində pul olmamışdır. Ondan əlavə pul istədiyinə görə, o, Firudində olan 20.000 ABŞ dolları məbləğdə pulu geri qaytarmaq üçün istədiyi pulları sonradan Firudinə vermişdir. A4 formatlı kağız parçasında tərtib olunmuş «Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki 2019cu ilin fevral ayı üzrə» adlı çıxarışda olmuş cədvəldəki bəzi rəqəmlər onun istintaqa təqdim etdiyi cədvəllərdə qeyd olunan rəqəmlərə uyğun gəlir, lakin çıxarış onun tərəfindən tərtib olunmamışdır, çıxarışda olan cədvəldəki digər çap yaziları və ya çıxarış göstərilən adı təhrif olunmuşdur, onun tərəfindən icra edilməmişdir. Həmçinin o, həmin çıxarışda olan «250x15% = 37.500 + (1500) = 39.000» əlyazma yazıları yazdığını xatırlamamış, həmin yazıların yazıldığı əlyazma xətləri ona aid olmamış, əlyazma yazılar onun tərəfindən icra edilməmişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, 2019-cu ilin fevral ayında 220.000 (iki yüz iyirmi min) ABŞ dolları məbləğdə əsas pula görə ona verməli olduğu 25.600 (iyirmi beş min altı yüz) ABŞ dolları məbləğdə pulu geri almasın, pulu dövriyyəyə buraxsın və 2019-cu ilin mart aynda ona ümumi qazanc pulu versin. Firudin həqiqətən də 2019-cu ilin mart ayında ona 35.000 (otuz min min) ABŞ dolları məbləğdə qazanc pul vermiş, həmin pul da elə onun Firudinə 11 aprel 2019-cu il tarixdə verdiyi əsas pul olan 35.000 ABŞ dolları məbləğdə olan pul olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona 225.000 (iki yüz iyirmi beş min) ABŞ dolları məbləğdə pul ödənilməsini bildirmiş, üzləşdirmə zamanı ifadəsində də bunu qeyd etmişdir. Belə ki, Firudin həqiqətən də ondan 25.000 (iyirmi beş min) ABŞ dolları qazanc pul ilə birlikdə əsas pul kimi 220.000 (iki yüz iyirmi min) ABŞ dolları məbləğdə pulu ona qaytarmış, lakin yenə də həmin pulu “İİ partiya’" kimi dediyi pulu ondan geri almışdır və qaytarmamışdır. Bundan əlavə, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs da ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ona ilkin olaraq verdiyi 5.000 (beş min) manat pulu 15 gün müddətində 500 manat faiz pul ilə geri qaytarıb almışdır. Zərərçəkmiş şəxs1 5000 manat pulu verəndə ona demişdir ki, «Nə iş görürsənsə gör, mənim pulumu vaxtında qaytar.» İkinci dəfə tarixini xatırlamadığı vaxtda o, Zərərçəkmiş şəxs1 10.000 ABŞ dolları məbləğdə pul almış və 15 gün sonra Şapura 11.500 ABŞ dolları kimi geri qaytarmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs1 tarixini xatırlamadığı vaxtlarda 20.000 ABŞ dolları pulu almış, 15 gün sonra 22.000 ABŞ dolları qaytarmışdır, sonra 30.000 ABŞ dolları məbləğdə pul alıb 33.000 ABŞ dolları məbləğdə pul qaytarmışdır. Sonra 40.000 ABŞ dolları məbləğdə pul alıb 44.000 ABŞ dolları pulu geri qaytarmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 yenə 15 gün ərzində qaytarmaq üçün 40.000 ABŞ dolları məbləğdə pul alıb yenə də 44.000 ABŞ dolları məbləğdə pulunu geri qaytarmışdır. Sonra Şapura məxsus həmin 40.000 ABŞ dolları məbləğdə pul onda qalmış, hər 15 gündən bir 4.000 ABŞ dolları məbləğdə faiz pul olmaqla, 20 ay ərzində Zərərçəkmiş şəxs1 160.000 (yüz altmış min) ABŞ dolları məbləğdə pul qaytarmışdır. Beləliklə, o, Zərərçəkmiş şəxs1 olan faiz pulu qaytara bilmədiyinə görə, sonuncu onun barəsində Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, orada araşdırılma aparılmış və məlum olmuşdur ki, onun Zərərçəkmiş şəxs1 ödəməli olduğu pulun məbləği 70.000 (yetmiş min) ABŞ dolları məbləği təşkil edir. O, ailə üzvləri ilə birlikdə 2019-cu ildə həmin 70.000 (yetmiş min) ABŞ dolları məbləğdə pulu Zərərçəkmiş şəxs1 ödəmiş, Şapur məsələnin bağlanıldığını və ondan şikayəti olmadığını demişdir. Bundan bir neçə ay sonra Şapur yenə ondan şikayət edərək, onun Zərərçəkmiş şəxs1 ödəməli pulun məbləğinin 295.000 ABŞ dolları olduğunu demişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 suallarına cavab olaraq, Zərərçəkmiş şəxs1 aldığı 220.000 ABŞ dolları məbləğdə pul ilə qızılı kimdən, nə zaman və haradan almasının zərərçəkmiş şəxsə aidiyyəti olmadığını və sonuncudan faiz adı ilə aldığını bildirdiyi ümumilikdə 330.000 (üç yüz otuz) ABŞ dolları məbləğdə pulu qızıl almaq və təmir etdikdən sonra satıb qazanc əldə etmək üçün faizə aldığını bildirmişdir. Eyni zamanda, üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini təsdiq etmiş və bildirmişdir ki, Şapurun ifadəsində göstərdiyi məbləğlərin heç birini almamış, sonuncunun göstərdiklərinin hamısı yalandır. Şapur ona cəmi 40.000 (qırx min) ABŞ dolları pul vermiş, o da, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X4 yanında Zərərçəkmiş şəxs1 70.000 (yetmiş min) ABŞ dolları məbləğdə pul vermiş, həmin pulun 40.000 (qırx min) ABŞ dolları məbləğdə pul Şapurun ona verdiyi pul olmuş, 30.000 (otuz min) ABŞ dolları pulu isə artıq qaytarmışdır. Şapurun 40.000 ABŞ dolları puldan başqa qeyd etdiyi 255.000 (iki yüz əlli beş min) ABŞ dolları məbləğdə pul sonuncunun uydurduğu faizə görə hesabladığı puldur. O, heç vaxt Zərərçəkmiş şəxs1 «Moskva» univermağının müdiriyyətinin yaxın qohumu ilə nişanlı olduğunu, yaxın vaxtda ailə quracağını, ailə qurduqdan sonra Univermağın müdiriyyətinin ona geniş imkanlar yaradacağını, Univermağın 2-ci mərtəbəsində 20 metr uzunluğunda qızıl piştaxtalarının istifadəsinə veriləcəyi, gələcəkdə Univermaqda nüfuzlu şəxs olacağını bildirməmişdir və o, ümumiyyətlə, rəsmi nikahda olan şəxs deyildir. O, Zərərçəkmiş şəxs1 Şahid3 məxsus 100.000 (yüz min) ABŞ dolları və Şahid2 məxsus 155.000 (yüz əlli beş min) ABŞ dolları məbləğdə pul almamış, Zərərçəkmiş şəxs1 ərəb şeyxlərinin onunla birlikdə olan fotoşəkillərini göstərməmiş, Şapur 40.000 ABŞ dolları məbləğdə puldan başqa, ona heç bir məbləğdə pul verməmişdir. Onun adına hazırda heç bir mülkiyyət yoxdur, əvvəllər avtomobilləri olmuşdur və avtomobillərini satdıqdan sonra adından qeydiyyatdan çıxarmışdır. Onun polis əməkdaşları tərəfindən odlu silahla tutulması, azadlığa çıxması üçün Nəsimi rayonu ərazisində yerləşən polis bölməsinə 50.000 ABŞ dolları (və ya manat) verdiyini deməsi, pullarının harada olduğunu soruşduğu üçün atası Fəxrəddin Qənbərovun asta səslə öz aralarında qalması şərtilə, Zərərçəkmiş şəxs1 pulları ilə aldığı qızılları ölkə ərazisindən qanunsuz yolla çıxartmağa cəhd etdiyi vaxt gömrük məntəqəsində gömrük orqanı əməkdaşları tərəfindən saxlanılması, çantasında olan 400.000 ABŞ dolları dəyərində 8 kq qızıl-zinət əşyalarını orada buraxaraq qaçması barədə Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri yalandır, ona böhtan atmış, qeyd olunanların heç biri baş verməmişdir. Zərərçəkmiş şəxs1 öz əlyazması ilə ona kağız parçası üzərində, ona hansı tarixlərdə, nə qədər, hansı faizlərlə pul verdiyini, o cümlədən onun Zərərçəkmiş şəxs1 nə qədər pul qaytardığını qeyd edib yazmış və həmin kağız parçasının əslini ona vermiş, lakin həmin kağız parçasının üzərində onun Şapura verməli olduğu pulun məhz tamamilə sona yetməsi barədə heç bir qeyd olmamış, həmin kağız parçası üzərində heç bir imza olmamışdır. Onlar Şapurla «Viter» idman zalının qarşısında bir dəfə deyil, bir neçə dəfə görüşüb pul alış-verişi etmişlər, yəni o, Zərərçəkmiş şəxs1 faiz pulları vermişdir. O, 6 ay ərzində hər ay 39.000 ABŞ dolları məbləğdə pulu Zərərçəkmiş şəxs1 ona hissə-hissə verdiyi ümumilikdə 200.000 (iki yüz min) ABŞ dolları məbləğdə pulun faizi olaraq ödəmişdir. Zərərçəkmiş şəxs1 faiz verməli olduğu üçün pulu olmadığına görə 11 may 2019-cu il tarixdə ölkəni tərk etmişdir, həmin tarixdə Zərərçəkmiş şəxs1 faiz verməli olduğu 40.000 (qırx min) ABŞ dolları məbləğdə faiz pul olmuş və həmin faiz pul onun Zərərçəkmiş şəxs1 ödəməli olduğu ümumilikdə 200.000 (iki yüz min) ABŞ dolları məbləğdə pulun xeyiri deyil, faiz pulu olmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən ona faizlə pul verilməsi, faizin dərəcəsi ona əlyazma yazıb verdiyi kağız parçasında olmuş, faizin yuxarı və aşağı hədlərini xatırlamamışdır. Zərərçəkmiş şəxs1 faizə görə girov verməmiş, lakin pulu gecikdirdiyi hər gün üçün standart olaraq 1.000 (bir min) ABŞ dolları məbləğdə əlavə pul ödəmişdir. Belə hallar 2-3 dəfə baş vermiş, lakin o, bu halların hansı məbləğin faizi olduğunu, tarixlərini dəqiqliklə xatırlamamış, bu barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır və orada zəruri qeydlər olunmuşdur. O, heç bir şahidin yanında 20.000 (iyirmi min) ABŞ dolları məbləğdə pul verməli olduğu barədə heç bir söhbət etməmiş və belə bir fikir bildirməmişdir. O, heç vaxt Zərərçəkmiş şəxs1 ərəb şeyxləri ilə işgüzar münasibətləri olduğunu, ərəb şeyxləri ilə qızıl külçələrinin dövriyyəsi ilə məşğul olduğunu deməmiş, ərəb şeyxləri ilə arasında heç bir qızıl külçələrinin dövriyyəsi məsələsi olmamışdır, ərəb şeyxləri ilə heç vaxt münasibəti olmamışdır. O, Azərbaycan ərazisində müxtəlif şəxslərdən aldığı qızılların emalı, təmiri və yeni qızılları hazırlayıb bərpası ilə məşğul olmuş və bu yolla qazanc əldə etmişdir. Onun öz işində olan pul dövriyyəsi də qeydiyyat kitabçalarında olmuş və bu da, işin mahiyyəti üçün əhəmiyyət kəsb etmədiyi üçün bu barədə dəqiqliklə heç bir fikir söyləməmişdir (Cild 1, iş vərəqi 108-128, cild 3, iş vərəqi 07-13). İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs1 ilə şahid X9 arasında üzləşdirmə keçirilmiş, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini Fəxrəddin Qənbərovun üzünə qarşı deyərək bir daha göstərmişdir ki, o, heç vaxt Firudinə faizə pul verməmiş, Təqsirləndirilən şəxs hər gün gecikən pula görə əlavə 1.000 ABŞ dolları məbləğdə pul almamış, Firudin qazancı söz verdiyi vaxtda ödəyə bilməyəndə, ondan xahiş etmişdir ki, pul sahiblərinə 500 və ya 1000 manatlıq hədiyyə alsın ki, xeyir pul üçün Firudini gözləməyə razılaşsınlar. O, görüş zamanı heç vaxt Fəxrəddinin yanında Bəylər Əyyubovun və ya digər nüfuzlu şəxslərin adını çəkməmiş, pul sahiblərinin «kürd» olduğunu demiş, həmin şəxslər isə onun borc aldığı Şahid3 və Şahid2 olmuşlar. Eyni zamanda, Fəxrəddin Qənbərov üzləşdirmə zamanı istintaqa verdiyi ilkin ifadəsinə dəyişikliklər edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğlu Firudinə qazanc verməsi üçün pul verdiyini desə də, Firudinlə birgə bizneslə məşğul olmaları barədə heç bir söz deməmişdir. O, oğlu Firudinlə bu barədə söhbət etdikdə Firudin etiraf etmişdiı kı, Şapurdan həqiqətən 40.000 (qırx min) ABŞ dolları pul almış, həmin pulu qızıl alıb-satmağa sərf etmişdir. O, həqiqətən Zərərçəkmiş şəxs1 100.000 (yüz min) ABŞ dolları pul verməyə razılıq vermiş, Şapur da ona demişdir ki, 100.000 (yüz min) ABŞ dolları məbləğdə pul verdikdən sonra məsələni bağlayacaq, artıq pul istəməyəcəkdir. Zərərçəkmiş şəxs1 onun oğlu Firudinə verdiyi pulun faizini artırdığına görə Firudin də məcbur olub «Elşad» adlı şəxsdən borc pul alaraq, faizini ödəmək üçün Şapura vermiş, hazırda onların «Elşad» adlı şəxsə heç bir borcları yoxdur, borcu tamamilə ödəyib bitirmişlər, lakin Firudinin Elşada necə pulunu ödəməsi barədə onun heç bir məlumatı yoxdur. O, Zərərçəkmiş şəxs1la görüşərkən Firudinin ona dediklərini Şapura demiş, yəni Firudin demişdir ki, Nəsimi RPİ-nin polis əməkdaşları tərəfindən odlu silahla tutulmuşdur və polis əməkdaşları Firudinin buraxılması üçün pul istəyir. Bundan əlavə, Firudin ona demişdir ki, 8 kq çəkidə qızıl-zinət əşyaları ilə gömrükdə tutulmaqdan qorxduğu üçün həmin qızılları gömrükdə atıb qaçmışdır. O, hətta Firudinə inandığından, sonuncu üçün Qusar rayonu sərhəd-keçid məntəqəsinə yollanmış, Firudinin məsələsinə aydınlıq gətirmək istəmiş, lakin Firudini orada tara bilmədiyinə görə Bakı şəhərinə geri qayıtmışdır. Ona görə də, Firudinin dediklərini Şapura demişdir və ifadəsində də belə göstərmişdir. O, Zərərçəkmiş şəxs1 iki ay ərzində 100.000 (yüz min) ABŞ dolları məbləğdə pul qaytaracağını öhdəsinə götürmüş, lakin Şapura 70.000 (yetmiş min) ABŞ dolları məbləğdə pul ödəyəndən sonra qalan pulu qaytara bilməmişdir. O, həqiqətən Zərərçəkmiş şəxs1 görüş zamanı Bəylər Əyyubovun adım çəkdiyini eşitmişdir (Cild 3, iş vərəqi 74-79). İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında iki dəfə üzləşdirmə keçirmiş, üzləşdirmələr zamanı Zərərçəkmiş şəxs3 sərbəst ifadələrində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 faizlə birlikdə qaytarmaq üçün ona ümumilikdə 40.000 ABŞ dolları məbləğdə pul vermiş, o, həmin pula görə Zərərçəkmiş şəxs3 hər ay üçün 3.000 və 4.000 ABŞ dolları məbləğdə faiz pulu verdikdən sonra təxminən bir ildən sonra 08 və ya 09 may 2019-cu il tarixdə Faiqin yaşadığı evin yaxınlığında yerləşən qarajın qarşısında görüşüb əsas pul kimi verdiyi 40.000 ABŞ dolları məbləğdə pulunu özünə qaytarmış, Faiqə heç bir məbləğdə borcu olmamışdır. İkinci dəfə üzləşdirmə zamanı isə, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Firudin ona bir dəfə özü ilə Türkiyəyə getməyi təklif etsə də, o, işləri ilə əlaqədar olaraq Firudinlə Türkiyə Respublikasına gedə bilməmiş, X20 birlikdə getmişdir. Firudin biznesinə onu şərik qoşmaq adı ilə aldadaraq pullarını ələ keçirsə də, sonra onu öz biznesinə şərik qoşmamışdır. 2018-ci ildə Firudin növbəti dəfə ondan pul istəmiş, o, artıq pulunun olmadığını deyəndə, Firudin bildirmişdir ki, ümumi tanışları olan Zərərçəkmiş şəxs2 Yäşar oğlu evini satmışdır, Rəşadın əlində külli miqdarda pul vardır. Firudin ona demişdir ki, Rəşadla görüşüb təklif etsin ki, əlində olan pulu Firudinlə onların arasında olan biznesinə qoysun və Rəşad da qazanc əldə etsin. Rəşada belə fikir söyləməyi Təqsirləndirilən şəxs ona bildirmiş və demişdir ki, o, Rəşada belə bir təklif irəli sürsün, Rəşadın pulunu alıb Firudinə versin, Firudin onun kimi, Rəşada da qazanc pul versin, lakin Rəşada pulunu məhz Təqsirləndirilən şəxs verdiyini bildirməsin. Həmin ərəfədə o, Firudinə inandığı üçün sonuncunun təklifi ilə razılaşmışdır. Rəşad onların ümumi tanışı olduğu və anasının müalicəsinə pul lazım olduğu üçün düşünmüşdür ki, əsas məsələ Rəşada qazanc verməkdir, pulunun kimdə olmasını bildirmək lazım deyildir. Ona görə də, Firudinin ona dediyi təklifi Rəşada etmişdir. Firudinin onu aldadıb pullarını ələ keçirəcəyini düşünməmişdir. 09 sentyabr 2018ci il tarixdə Firudinin Rəşaddan aldığı pulu geri verəcəyini düşünmüş, lakin Firudin həmin pulu geri verməmiş və demişdir ki, pulu özündə saxlasın, 1.000 (bir min) ABŞ dolları əvəzinə, qazanc kimi Rəşada 1.500 (bir min beş yüz) ABŞ dolları məbləğdə pul verəcəkdir. O, 1.500 ABŞ dolları məbləğdə pulun Rəşada daha sərfəli olduğunu zənn etdiyi üçün Firudinin bu təklifi ilə razılaşmış, Firudinin Rəşadı da aldadacağını düşünməmişdir. Firudin onun pulunu qaytaracağına dair söz versə də, bir müddət sonra 2018-ci ildə ona ümumiyyətlə heç bir məbləğdə pul qaytarmalı olmadığını demişdir. O, məcbur olub 20 fevral 2020-ci il tarixdə Firudinin barəsində Yasamal RPİnə şikayət etmiş, araşdırma aparılmış, lakin müraciətinin mülki məsələ olduğu bildirilərək, «cinayət işi başlanılmasının rədd edilməsi» barədə qərar qəbul edilmişdir. O, Yasamal rayon Polis İdarəsində izahat verərkən, hadisəni ifadəsində olduğu kimi, yəni həqiqətdə necə baş veribsə elə danışmış, orada ona bildirilmişdir ki, artıq problem yaranmaması üçün Zərərçəkmiş şəxs2 adını verməsin və Rəşada məxsus pulu da öz pulu kimi təqdim etsin, Firudin tərəfindən ona maddi ziyan geri ödənildikdən sonra həmin puldan Rəşada məxsus olan 41.000 ABŞ dolları pulu da Rəşadın özünə qaytarsın və heç bir əlavə problem olmasın. Onun da o qədər anlayışı olmadığı üçün polis əməkdaşları tərəfindən bildirilən fikrin əsaslı olduğunu düşünüb bildirilən kimi izahat vermişdir. Təqsirləndirilən şəxs dələduzluq əməlləri nəticəsində ona 84.000 (səksən dörd min) ABŞ dolları, yəni 142.800 (yüz qırx iki min səkkiz yüz) manat məbləğdə maddi ziyan dəymişdir. Bundan əlavə, onun Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında olan söhbətdən məlumatı olmamış, pul dövriyyəsi və başqa görüşlərində iştirak etməmiş, bu barədə yalnız 2019-cu ilin may ayında, xatırlamadığı xarici ölkədə olanda məlumatlı olmuş, yəni Təqsirləndirilən şəxs onu aldadaraq, pullarını ələ keçirdikdən sonra Türkiyə Respublkasına qaçmışdır. Yalnız o zaman Firudini axtaranda məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan başqa Zərərçəkmiş şəxs1 300.000 (üç yüz min) ABŞ dollarına yaxın məbləğdə pul, “Elşad” adlı şəxsə, dostu Şahid5 təxminən 100.000 ABŞ dollarından çox məbləğdə, Firudinin qardaşı Fəridin sinif yoldaşı “Allahverdi Şəfiyev” adlı şəxsə 107.000 (yüz yeddi min) ABŞ dolları, Zaurun qohumu Heydər Əzimov adlı şəxsə 100.000 ABŞ dolları məbləğdə və «Moskva» Univermağında işləyən tanımadığı digər şəxslərə külli miqdarda maddi ziyan vuraraq hər kəsə qarşı dələduzluq etmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 verilmiş suallara cavab verərək göstərmişdir ki, Firudin ona vurduğu maddi ziyanı qaytaracağı təqdirdə o, Təqsirləndirilən şəxs barədə polisə şikayət etməyəcəyini demiş, «yaxşılıq» kimi bunu nəzərdə tutmuşdur. Lakin Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəmədiyi üçün o, sonuncu barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs digər tanışlarına qarşı dələduzluq etdiyini öyrəndikdən sonra Firudin ona zəng edib əlavə pul istəmişdir ki, həmin pulu digər pul ödəməli olduğu şəxslərə versin. Həm də Rəşada ödəməli olduğu pulu geri vermədiyi üçün Firudinin atası Fəxrəddin onunla əlaqə saxlayıb xahiş etmişdir ki, Rəşada «Melissa» parkda ev almaq üçün pul ödəsin. Firudin demişdir ki, icarədə («Rent a car»-da) 21 ədəd avtomobili vardır, avtomobillərin 3nü satıb onun pulunu qaytaracaqdır. O zaman başa düşmüşdür ki, Firudin onunla yanaşı Şapura və digər şəxslərə qarşı dələduzluq etmişdir. O, Təqsirləndirilən şəxs pul verdiyi zaman Firudin ona heç bir vəd verməmiş, demişdir ki, «əsas» kimi verdiyi pulu öz biznesinə qoyub hər ay ona qazanc verəcəkdir, o da, dost olduqları üçün Firudina pulunu vermişdir ki, qazanc əldə edə bilsin. Firudin bir müddət ona qazanc kimi pul vermiş, lakin bir müddət sonra ona qarşı dələduzluq edərək pullarını ələ keçirmişdir. Onların arasında olan münasibətlərin adı Firudinin qızıl alveri etməsi və ona qazanc verməsi olmuşdur. O, Təqsirləndirilən şəxs 125.000 ABŞ dolları məbləğdə pulu 3-4 dəfəyə vermiş, Təqsirləndirilən şəxs ondan 30.000 ABŞ dolları və ya 32.000 ABŞ dolları məbləğdə pulu aldığı zaman həmin pulu ən geci iki ay sonra qaytaracağını bildirmiş, Firudinin dediyinə görə, hərracdan 3-4 ədəd avtomobili xarici ölkədən gətirib «Rent a car»-da icarəyə verməli və qazancdan onun pulunu geri qaytarmalı olmuşdur. Təqsirləndirilən şəxs demişdir ki, sifariş etdiyi avtomobillər yolda olmuş, Azərbaycana gəlib çatmamışdır, əlavə pul lazımdır ki, avtomobilləri banka girov qoyub pul çıxartsın, sonra onun pulunu qaytaracaqdır. O, Firudinə etibar etdiyi üçün onun 32.000 ABŞ dolları məbləğdə pulunu qaytarmamasma baxmayaraq, Firudinin istədiyi əlavə pulları da vermişdir. Firudin 32.000 ABŞ dolları məbləğdə pulu qazanc vermək adı ilə ondan almamışdan əvvəl ona nə əsas, nə də qazanc kimi ödəməli pul olmamışdır, Təqsirləndirilən şəxs ona əsas pul kimi 125.000 (yüz iyirmi beş min) ABŞ dolları məbləğdə puldan başqa qazanc versəydi, ümumilikdə ona 170.000 (yüz yetmiş min) ABŞ dollan məbləğdə pul ödəməli idi, lakin o, Firudindən qazanc pulları yox, əsas pul kimi verdiyi pulları geri qaytarmasını tələb etmişdir. O, 2018-ci ilin may ayında Bakı şəhərində olduğu zamanı Təqsirləndirilən şəxs zəng edərək, ondan əlavə 10.000 (on min) ABŞ dolları məbləğdə əlavə pul istəmiş, bildirmişdir ki, bır neçə nəfərdən heç olmazsa 30.000 ABŞ dollan pul toplasın, qızıl alsın və satıb Şapura və digər adamlara ödəməli pulları geri qaytarsın. O da, Firudinə pul verməkdən imtina etmiş, 125.000 ABŞ dolları məbləğdə pulu qaytarmamış, yenə pul istəməsinə irad bildirmiş və bundan sonra onların münasibətləri pozulmuşdur. Zərərçəkmiş şəxs2 məxsus 41.000 (qırx bir min) ABŞ dolları məbləğdə pul Təqsirləndirilən şəxs tərəfindən təxminən 7-8 ay dövriyyədə olmuşdur. Həmin üzləşdirmə zamanı iş üzrə Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 faizlə birlikdə qaytarmaq üçün ümumilikdə 40.000 (qırx min) ABŞ dolları məbləğdə pulu ona vermiş, o, həmin pula görə Zərərçəkmiş şəxs3 hər ay üçün 3.000 (üç min) və 4.000 (dörd min) ABŞ dolları məbləğdə faiz pulu verdikdən təxminən bır ildən sonra, yəni 08 və ya 09 may 2019-cu il tarixdə Faiqlə yaşadığı evin yaxınlığında yerləşən qarajın qarşısında görüşüb sonuncunun “əsas” pul kimi verdiyi 40.000 (qırx min) ABŞ dolları məbləğdə pulunu özünə qaytarmış, Zərərçəkmiş şəxs3 heç bir məbləğdə borcu olmamışdır. O, Türkiyəyə getmədən əvvəl həmin günü Faiqlə yaşadığı evin qarşısında görüşmüş və 40.000 (qırx min) ABŞ dolları məbləğdə pulunu ödəmiş, onun Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmək niyyəti olsaydı, sonuncunun 40.000 ABŞ dolları pulunu ödəməzdi. Faiq ondan şikayət etməyi düşünməmiş və ona demişdir ki, «İşdir, qazanc yoxdursa, pulu «batırmışansa», canın sağ olsun». Onun qardaşı Fərid Rəşada pulu bankda saymamağı təklif etməmiş, Fərid demişdir ki, kassadan pulu o, çıxarda bilməz, Rəşad çıxartmalıdır. O, əlində olan qəbzi Rəşada vermiş və Rəşad gedib kassadan pulu çıxarmışdır. O, Rəşaddan pulunu almamış və Rəşadın pulunu ABŞ dollarını çevirdikdən sonra özünə qaytarmışdır. Onun atası X2 vaxt onunla əlaqə saxlaya bilmədiyinə və Şapurla Faiq, onun qardaşının həyatı ilə hədələyib şikayət edəcəklərini dediklərinə görə, onun atası Fəxrəddin qorxub Şapurla Faiqə pul vermişdir (Cild 1, iş vərəqi 156-160, cild 3, iş vərəqi 36-43). Cinayət işində olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsi əyani şəkildə yoxlanılmışdır. Zərərçəkmiş şəxs1 həmin istintaq hərəkəti zamanı iş qurmaq və qazanc əldə etmək məqsədi ilə 18 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən «Rich Hotel»-in qarşısında, «Yasamal parkı» kimi tanınan yerə gedərək, həmin ünvanda Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi iş qurmaq və qazanc əldə etmək məqsədi ilə 18 oktyabr 2017-ci il tarixdə 10.000 (on min) ABŞ dolları, ikinci dəfə 18 noyabr 2017-ci il tarixdə 10.000 (on min) ABŞ dolları və 11 aprel 2019-cu il tarixdə 35.000 (otuz beş min) ABŞ dolları məbləğdə pul verdiyini göstərmişdir. Sonra zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, «Qələbə» dairəsi, «Baku Mail» Ticarət mərkəzinin qarşısına gedərək, həmin ünvanda Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi iş qurmaq və qazanc əldə etmək məqsədilə 18 dekabr 2017-ci il tarixdə 10.000 (on min) ABŞ dolları, 18 noyabr 2018-ci il tarixdə 20.000 (iyirmi min) ABŞ dolları və 25 yanvar 2019-cu il tarixdə 10.000 (on min) ABŞ dolları məbləğdə pul verdiyini bildirmişdir. Sonra zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Səbail rayonu, Parlament prosektində yerləşən «Fəxri Xiyaban»ın əsas giriş qapısının qarşısına gedərək, həmin ünvanda Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi iş qurmaq və qazanc əldə etmək məqsədi ilə 22 yanvar 2019-cu il tarixdə 100.000 (yüz min) ABŞ dolları və 03 may 2019-cu il tarixdə 30.000 (otuz min) ABŞ dolları məbləğdə pul verdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Səbail rayonu, M.Hüseyn küçəsində yerləşən «Şəhidlər Xiyabanı» dairəsi «Flame Towers» binalarında yerləşən «Fair Mont» adlı hotelin qarşısına gedərək həmin ünvanda Təqsirləndirilən şəxs iş qurmaq və qazanc əldə etmək məqsədilə 29 yanvar 2019-cu il tarixdə 40.000 (qırx min) ABŞ dolları, 04 fevral 2019-cu il tarixdə 70.000 (yetmiş min) ABŞ dolları və 06 may 2019-cu il tarixdə 5.000 (beş min) ABŞ dolları məbləğdə pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək tərtib olunmuş protokola əlavə olunmuş, bu zaman iş üzrə sübut kimi əhəmiyyətli ola biləcək predmetlər, sənədlər və s. götürülməmişdir (Cild 1, iş vərəqi 49-55). Cinayət işinə əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizanın 16 may 2021-cı il tarixli 1048 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda hər hansı xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri qeyd edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə dövründən əsəbilik, hövsələsizlik, yuxu pozuntuları meydana gəlməsi, hərbi çağırış zamanı müayinədə olması, sonra isə hərbi xidmətdən azad edilməsi, 2007-ci ildən psixiatrik qeydiyyatda olması, hazırkı müayinə zamanı aşkar edilən emosional ləbilliyi, əsəbiliyi və sair) sübut edir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onda mülayim dərəcədə ifadə olunmuş nevrasteniya əlamətləri qeyd edilir. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən nevrasteniya əlamətləri o dərəcədə ifadə olunmamışdır ki, ona ittiham olunan əməl dövründə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 2, iş vərəqi 78-81). Kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 4/1226-9/965-5/974 saylı rəyindən görünür ki, ekseprtizaya təqdim edilmiş “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki 2019-cu ilin Fevral ayı üzrə” adlı cədvəlin sonundakı “250 x 15% = 37.500 + (1500) = 39.000” rəqəmləri - Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki” və “Ümumi borc məbləğləri üzrə” adlı cədvəllərindəki çap yazıları eyni növ elektrokfotoqrafık çap qurğuda (lazer printer) çap edilmişdir. Rəyin tədqiqi hissəsinin 1.1-ci bəndində göstərilən (həmin cədvəllərdəki çap yazılarda istehsal və (və ya) istismar zamanı yaranan əlamətlər olmadığından, tədqim edilmiş “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki” və “Ümumi borc məbləğləri üzrə” adlı cədvəllərindəki çap yazılan eyni qurğuda çap edib-etməməsi müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki” adlı cədvəldəki “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki” yazısı sonradan çap edilməsi ehtimal olunur. Təqdim edilmiş “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki” adlı cədvəldəki “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki” yazısının şrifti digər yazıların şrifti ilə fərqlidir. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəbə görə (Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixini və diyircəkli/gelli qələmlə icra olunmuş əlyazılarının icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə) “Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında borc qrafiki 2019-cu ilin Fevral ayı üzrə” cədvəllərin ayrı-ayrılıqda hərf və yazılar əks olunan hissələri eyni vaxtda yazılmışdırmı?» sualı üzrə tədqiqat aparılmadı (Cild 3, iş vərəqi 185- 196). İş materiallarında olan baxış protokolundan görünür ki, "xxxx" MMC-dən 06 sentyabr 2021ci il tarixli BKC/LGL-15969/21 saylı məktubla əldə olunmuş nömrələrin zənglər siyahısı, əhatə dairəsinə dair məlumatları özündə əks etdirən 1 ədəd diskə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: "xxxx" MMC-dən əldə olunmuş diskin bir səthi üzərində qırmızı rəngli hərflərlə "xxxx" yazısı, markalanma nişanı və əlyazma yazılarla “15969/2021” yazılmışdır. Diskin yaddaşına iki ədəd “553000081” və “555555511” adlı iki ədəd qovluq yerləşdirilmişdir. Birinci “553000081” adlı qovluq açıldıqda daxilində 27 (iyirmi yeddi) ədəd “.pdf’ formatlı müxtəlif adlı faylların, yəni iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən 18 oktyabr 2017-ci il, 18 noyabr 2017-ci il, 18 dekabr 2017-ci il, 18 noyabr 2018-ci il, 22 yanvar 2019-cu il, 25 yanvar 2019-cu il, 29 yanvar 2019-cu il, 04 fevral 2019-cu il, 11 aprel 2019-cu il, 03 may 2019-cu il və 06 may 2019-cu il tarixlərdə aparılan danışıqların, göndərilən və qəbul edilən sms mətnlərin siyahısı və mətni, danışıqların aparıldığı, sms mətnlərin göndərildiyi nömrələrin abunəçiləri, həmçinin telefon danışıqlarının hansı ərazilərdə aparılmasına dair məlumatların yerləşdirilməsi müəyyən olunmuşdur. Baxış zamanı ilk 5 (beş) ədəd fayllara baxış zamanı müəyyən edildi ki, həmin fayllar xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** mobil telefon nömrəsindən daxil olan və çıxan sms mətnlərini özündə əks etdirən məlumatlar yerləşdirilmişdir. Həmin fayllardan ilk üç ədədində əks olunmuş məlumatlar istintaq əhəmiyyəti kəsb etməsə də, Təqsirləndirilən şəxs tərəfindən 03 may 2019-cu il tarixdə qardaşı Şahid8 göndərilmiş “çıxartdım” məzmunlu sms mətnini özündə əks etdirən fayl istintaq əhəmiyyəti kəsb etmə ehtimalına malik olduğuna görə həmin fayl axınlı printerdən çap olunaraq protokola əlavə olunmuşdur. Daha sonra “Zənglərin.Detallaşması» adlı fayllara baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olmuş 055 *** ** ** saylı mobil telefon nömrəsindən çıxan və həmin nömrəyə daxil olan zənglərin siyahısını özündə əks etdirən məlumatlar yerləşdirilmişdir. Baxış zamanı yuxarıda qeyd olunan telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 məxsus 055 *** **** mobil telefon nömrəsi arasında dəfələrlə, 18 oktyabr 2017-ci il, 18 noyabr 2017-ci il, 18 noyabr 2018-ci il, 22 yanvar 2019cu il, 25 yanvar 2019-cu il, 29 yanvar 2019-cu il, 04 fevral 2019-cu il, 11 aprel 2019-cu il və 03 may 2019-cu il tarixlərdə telefon danışıqlarının aparılması müəyyən olunur. Həmin telefon danışıqları zamanı Təqsirləndirilən şəxs əsasən ünvan 10 ünvanda, Yasamal rayonu, Mətbuat prospekti, N.Hikmət küçəsində, Yasamal rayonu, Zərdabi prospektində, Bakı şəhəri, Salamzadə küçəsində, Yasamal rayonu, Şərifzadə küçəsində, ünvan 11 ünvanda, Səbail rayonu, Badamdar şossesi 31 ünvanda, Bakı şəhəri, H.Əliyev prospekti, 2 ünvanda, Yasamal rayonu, Tbilisi prospektində quraşdırılmış "xxxx" mobil operatora aid anten dairələrinin əhatəsi altında olması müəyyən olunur. Eyni zamanda, Təqsirləndirilən şəxs 06 may 2019-cu il tarixdə atası Fəxrəddin Qənbərovun istifadəsində olmuş 050 *** ** ** saylı və qardaşı Şahid8 istifadəsində olmuş 055 ******* saylı mobil telefon nömrələri ilə uzun müddətli telefon danışıqlarının olması müəyyən olunmuşdur. Həmin fayllar printerdən çap olunaraq protokola əlavə edilmişdir. Sonda 5 (beş) ədəd “Zənglərin məxsusluq tarixçələri adlı fayllara baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin fayllarda əsasən Təqsirləndirilən şəxs ən sıx telefon əlaqələri yaratdığı şəxslər, yəni atası X9, qardaşı Şahid8, dostu və iş üzrə Şahid5, eləcə də iş üzrə Şahid10, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məxsus olmuş mobil telefon nömrələri, həmçinin abunəçilərin ünvan-anket məlumatları qeyd olunmuşdur. Qeyd olunan fayllardan iki ədədi çap olunaraq protokola əlavə olunmuşdur. Daha sonra “555555511” adlı qovluq açıldıqda, daxilində 26 (iyirmi altı) ədəd “.pdf’ formatlı faylların, yəni iş üzrə Zərərçəkmiş şəxs1 istifadəsində olan 055 555- 55-11 saylı mobil telefon nömrəsindən 18 oktyabr 2017-ci il, 18 noyabr 2017-ci il, 18 dekabr 2017-ci il, 18 noyabr 2018-ci il, 22 yanvar 2019-cu il, 25 yanvar 2019-cu il, 29 yanvar 2019-cu il, 04 fevral 2019-cu il,11 aprel 2019-cu il, 03 may 2019-cu il və 06 may 2019-cu il tarixlərdə aparılan danışıqların, göndərilən və qəbul edilən sms mətnlərinin siyahısı və mətni, danışıqların aparıldığı, sms mətnlərin göndərildiyi nömrələrin abunəçiləri, telefon danışıqlarının hansı ərazilərdə aparılmasına dair məlumatların yerləşdirilməsi müəyyən olunmuşdur. İlk 4 (dörd) ədəd fayllara baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin fayllarda Zərərçəkmiş şəxs1 məxsus 055 555- 55-11 mobil telefon nömrəsinə xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə daxil olan və çıxan sms mətnlərini özündə əks etdirən cədvəl-məlumatlar yerləşdirilmişdir. Həmin fayllara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edə biləcək heç bir məlumat aşkar olunmamışdır. Daha sonra 11 (on bir) ədəd “Zənglərin Detallaşması» adlı fayllara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin fayllarda Zərərçəkmiş şəxs1 istifadəsində olmuş 055 555511 saylı mobil telefon nömrəsindən çıxan və həmin nömrəyə daxil olan zənglərin siyahısını özündə əks etdirən məlumatlar yerləşdirilmişdir. Baxış zamanı yuxarıda qeyd olunan telefon nömrəsi ilə Təqsirləndirilən şəxs məxsus 055 ******* mobil telefon nömrəsi arasında dəfələrlə, yəni 18 oktyabr 2017-ci il, 18 noyabr 2017-ci il, 18 noyabr 2018-ci il, 22 yanvar 2019-cu il, 25 yanvar 2019-cu il, 29 yanvar 2019-cu il, 04 fevral 2019-cu il, 11 aprel 2019-cu il və 03 may 2019-cu il tarixlərdə telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. Həmin telefon danışıqları zamanı Zərərçəkmiş şəxs1 əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində, ünvan 16 ünvanda, Yasamal rayonu, N.ünvan 15 ünvanda, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 17 2 yaşayış sahəsində, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 106 A ünvanda və Bakı şəhəri, Səbail rayonu, X1 5 ünvanında quraşdırılmış "xxxx" mobil operatora aid anten dairələrinin əhatəsi altında olması müəyyən edilmiş, həmin fayllar printerdən çap edilmiş və protokola əlavə olunmuşdur. Sonda 11 (on bİr) ədəd “Zənglərin Məşculluq_Tarixçələri» adlı fayllara baxış keçirilmiş və müəyyən edilmişdir ki, fayllarla əsasən, +**********11 mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs1, +**********81 mobil telefon nömrəsinin Şahid8, +**********96 mobil telefon nömrəsinin Zərərçəkmiş şəxs3 və +**********99 mobil telefon nömrəsinin Şahid5 məxsus olması, həmçinin həmin və digər abunəçilərin ünvan-anket məlumatları qeyd olunmuşdur. Həmin fayllardan üç ədədi çap olunmuş və protokola əlavə olunmuşdur (Cild 3, iş vərəqi 101-184). Azərbaycan Respublikası DİN Baş İnformasiya-Kommunikasiya idarəsindən daxil olmuş məlumat-siyahıdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 20:16-da Heydər Əliyev adına aeroportdan Azərbaycan Respublikasının dövlət sərhədini keçərək Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasından ölkəyə daxil olmuşdur (Cild 1, iş vərəqi 206-208). Azərbaycan Respublikası DİN Baş dövlət yol polisi idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 016-45390-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına heç bir nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir (Cild 1, iş vərəqi 211). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarənin statistik-informasiya bazasında məlumat yoxdur (Cild 1, iş vərəqi 70). Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda pullar alaraq, danışıqlarına əsasən həmin pullara görə faizlər ödədiyini və aldığı pulları qazancı ilə birlikdə adları çəkilən şəxslərə qaytardığını, onunla Zərərçəkmiş şəxs1 arasında əsas məbləğin 40.000 ABŞ dolları olduğunu, Şapura hər 15 gündən bir 4000 manat pul verdiyini, lakin sonradan Şapurun faizini ödəyə bilmədiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində onun 70000 ABŞ dollarını da qaytardığını, Şapurun ona külli miqdarda pul vermədiyini, Şapurdan 40.000 ABŞ dolları pul götürdüyünü və qarşılığında da faiz ödədiyini, sonra isə Şapurla 2 il heç görüşmədiiyni, sonra Emin adlı şəxsin ona zəng edərək Şapura 300.000 manat pul verməsini, Şapurun isə həmin pulu guya Firudinə verməsini ona söylədiyini, bununla bağlı onun Eminlə görüşdüyünü, söhbət zamanı sonuncunun 8 ay əvvəl Şapura pul verdiyini dediyini, o isə, Şapurla son 2 il ərzində heç bir ünsiyyəti olmadığını bildirdiyini, Zərərçəkmiş şəxs3 ona 40.000 ABŞ dolları borc verdiyini, onun da, həmin pulu 8-9 ay ərzində Faiqə qaytardığını, sonda isə həmin pulun Rəşada məxsus olduğunu bildiyini, dost olduğu üçün Rəşadın kirayə götürdüyü evinin pulunu özünün verdiyini, Faiqin isə Rəşadın pullarını ona öz pulu kimi təqdim etdiyini, pulu götürəndə Faiqə aybaay faiz ödəməyi boynuna götürdüyünü, onun da Faiqə 8-9 faizlə, yəni hər ay 2800-3000 ABŞ dolları pul verdiyini, 2018 və 2019-cu ilin may ayında həmin 40.000 ABŞ dollarını Faiqə qaytardığını və son ərəfələrdə həmin pulun Rəşada məxsus olduğunu bildiyini, özünün Rəşaddan pul almadığını və yalnız Rəşadın manatla olan pulunu ABŞ dollarına çevirib Rəşada geri qaytardığını, dost olduğu üçün Rəşada köməklik etdiyini, Faiqin Rəşada nə qədər pul verməsini bilmədiyini, Zərərçəkmiş şəxs3 ona 80.000 ABŞ dolları vermədiyini, Türkiyəyə getməmişdən əvvəl bütün borclarını qaytardığını bildirərək öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 aldığı pulları faizə götürməsi və həmin pullarla iş görüb onlara müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə qazanc verməsi barədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə həqiqətən də Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilkin mərhələlərdə iş görüb birlikdə qazanc əldə etmək məqsədilə adları çəkilən şəxslərdən müxtəlif məbləğlərdə - 5.000, 10.000 ABŞ dolları və sair məbləğlərdə pullar almış və əvvəlcədən razılaşdıqları müddətlərdə həmin pulları bəzən qazancı ilə birlikdə, bəzən isə əsas məbləğləri saxlamaqla yalnız qazancını zərərçəkmiş şəxslərə qaytarmışdır. Bu cür hallar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 münasibətdə bir neçə dəfə təkrar olunmuş, Zərərçəkmiş şəxs2 münasibətdə isə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaşadığı evin söküntüsü ilə bağlı "xxxx"dan götürdüyü 70.300 manatı ABŞ dollarına dəyişib 41.000 ABŞ dolları hesablayaraq, həmin vaxt təxminən 500-600 manatı ona geri qaytarmış, daha sonra Rəşadın istəyi ilə 6.500 ABŞ dolları ona vermişdir. Sonradan isə yenidən Zərərçəkmiş şəxs2 xahişi ilə ona daha 1000 ABŞ dolları qaytarmışdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 2017-ci ilin oktyabr ayından 2018-ci ilin noyabr ayına qədər olan müddətdə müxtəlif vaxtlarda qızıl məmulatlarını alıb baha qiymətə satmaq adı ilə Zərərçəkmiş şəxs1 5.000, 10.000 ABŞ dolları və digər məbləğdə pullar almış, həmin pulların qazancını zərərçəkmiş şəxsə qaytararaq əsas pul məbləğlərini özündə saxlamış, 2018-ci ilin noyabr ayında daha 20.000 dollar pul alaraq özündə olan Zərərçəkmiş şəxs1 məxsus pulların məbləğini 40.000 ABŞ dollarına çatdırmışdır. 2018-ci ilin dekabr ayından etibarən 2019-cu ilin aprel ayınadək Təqsirləndirilən şəxs qazanc adı ilə Zərərçəkmiş şəxs1 hər ay 2.400 ABŞ dolları olmaqla, ümümilikdə 12.000 ABŞ dolları məbləğdə pul vermişdir. Göründüyü kimi, ilk mərhələlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 götürdüyü pulların müqabilində əsas məbləği özündə saxlamaqla ona qazanc versə də, aralarında olan həmin münasibətlərdən yaranmış etibardan istifadə etməklə sonradan özündə saxladığı zərərçəkmiş şəxsin 40.000 ABŞ dollarını qaytarmayaraq, həmin pulu dələduzluq yolu ilə ələ keçirmək və özünə qarşı yaranmış etibardan istifadə etməklə əlavə olaraq zərərçəkmiş şəxsin pullarını yenidən ələ keçirmək niyyətinə düşmüşdür. Bu məqsədlə Təqsirləndirilən şəxs 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 Dubay şəhərindən qızıl külçələrin alınaraq baha qiymətə Bakı şəhərində topdan satılması istiqamətində ərəb şeyxləri ilə razılığa gəldiyini, artıq ərəb şeyxləri ilə çox yaxın münasibətinin olduğunu və külli miqdarda pul lazım olduğunu bildirib, ona 300.000 ABŞ dolları pul tapıb verməsini təklif etmişdir. Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə pulun borc verilməsinin ağılsızlıq olduğunu, buna heç kimin razı olmayacağını bildirsə də, sonradan müxtəlif tarixlərdə Təqsirləndirilən şəxs onunla görüşlərdə hər dəfə dediyi 300.000 ABŞ dolları məbləğdə pulun üstündə işlədiyini, fürsəti əldən verməməsini deyərək, onu 300.000 ABŞ dolları pulu verməsinə şirnikləndirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə ona məxsus 40.000 dolların da özündə olduğunu, özünün də başqa heç kimlə işləmək istəmədiyini və xeyri ancaq ona qazandırmaq niyyətində olduğunu deyərək Zərərçəkmiş şəxs1 razı salmışdır. Təqsirləndirilən şəxs təkliflərindən şirniklənən Zərərçəkmiş şəxs1 dostları Şahid3 Alikoviçdən 100.000 ABŞ dolları və Şahid2 155.000 ABŞ dolları məbləğdə pul götürərək, 22 yanvar 2019-cu il tarixdə 100.000 ABŞ dolları, 25 yanvar 2019-cu il tarixdə 10.000 ABŞ dolları, 29 yanvar 2019-cu il tarixdə 40.000 ABŞ dolları, 04 fevral 2019-cu il tarixdə 70.000 ABŞ dolları, 11 aprel 2021-ci ıl tarixdə 35.000 ABŞ dolları, 03 may 2019cu il tarixdə 30.000 ABŞ dolları və 06 may 2019-cu il tarixdə 5.000 ABŞ dolları, yəni ümumilikdə 330.000 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs1 həmin dövrün milli məzənnəsinə uyğun olaraq cəmi 561.000 manat məbləğdə xüsusilə külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda pul almasını təsdiq etməyərək, ondan ümumilikdə 40.000 ABŞ dolları pul alıb həmin pulu və qeyd olunan pula faiz kimi hesablanmış əlavə 39.000 ABŞ dolları məbləğdə pulu qaytardığını bildirsə də, məhkəmədə tədqiq olunmuş prosessual sənədlərlə müəyyən edildi ki, istintaq zamanı Təqsirləndirilən şəxs müxtəlif ifadələrində Zərərçəkmiş şəxs1 ona verdiyi pulların məbləğinin məhkəmədə bildirdiyi məbləğdən qat-qat artıq olduğunu özü etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrinin birində Zərərçəkmiş şəxs1 faiz verməli olduğu üçün pulu olmadığına görə ölkəni tərk etdiyini, 6 ay ərzində hər ay 39.500 ABŞ dolları məbləğdə Zərərçəkmiş şəxs1 verdiyi pulun, sonuncunun ona hissə-hissə verdiyi ümumilikdə 237.000 (iki yüz otuz yeddi min) ABŞ dolları məbləğdə pulun faizi olduğunu, Zərərçəkmiş şəxs1 ona faiz ilə pul verməsini və faizin dərəcəsini kağız parçasında əlyazma şəklində yazıb ona verdiyini bildirmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilərkən, sonuncunun suallarına cavab olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı 220.000 ABŞ dolları məbləğdə pul ilə qızılı kimdən, nə zaman və haradan almasının zərərçəkmiş şəxsə aidiyyəti olmadığını, sonuncudan faiz adı ilə aldığını bildirdiyi ümumilikdə 330.000 (üç yüz otuz min) ABŞ dolları məbləğdə pulu qızıl almaq və təmir etdikdən sonra satıb qazanc əldə etmək üçün faizə aldığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 mobil telefonunun «whatsapp» proqramında Təqsirləndirilən şəxs özünün göndərdiyi yazışmalar da olmuş, həmin yazışmaların mətnləri zərərçəkmiş şəxs tərəfindən istintaq orqanına təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur. Qeyd olunan «whatsapp» yazışmalarından görünür ki, Təqsirləndirilən şəxs həmin yazışmalarda Zərərçəkmiş şəxs1 külli miqdarda pul vəsaiəti aldığını, həmin pulları əlavə qazancları ilə birlikdə konkret tarixlərdə qaytaracağını özü etiraf etmişdir. Belə ki, bu yazışmalarda Təqsirləndirilən şəxs 11.000 ABŞ dolları pul vəsaitini 13-15 yanvar 2019-cu ıl tarixlərdə, 111.000 ABŞ dolları pul vəsaitini 19-21 yanvar 2019-cu il tarixlərdə və 111.500 ABŞ dolları məbləğdə pul vəsaitini 28 yanvar tarixlərində geri qaytaracağını bildirmişdir. Həmçinin 22 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 göndərdiyi mesajda “100+12=112 fevral 11 21 gün”, “111500 28 yanvar”, “15+1500=16,5 4 fevral” məzmunda yazılar qeyd olunmuşdur. Bu yazışmalarda isə Təqsirləndirilən şəxs 112.000 ABŞ dolları vəsaiti 21 günə, yəni 11 fevral 2019-cu il tarixdə (22 yanvar 2019-cu ıl tarixdə 100.000 ABŞ dolları verilib, 12.000 ABŞ dolları xeyir ilə birlikdə cəmi 112.000 ABŞ dolları) geri qaytaracağını, 111.500 ABŞ dolları vəsaiti 28 yanvar 2019-cu il tarixdə (08 yanvar 2019-cu il tarixdə 40.000 ABŞ dolları verilib, 4.000 ABŞ dolları xeyir ilə birlikdə cəmi 44.000 ABŞ dolları, 10 yanvar 2019-cu il tarixdə 60 min ABŞ dolları verilib, 7.500 xeyir ilə birlikdə, cəmi 67.500 ABŞ dolları, ümumilikdə 111.500 ABŞ dolları (44.000+67.500=111.500) pulu geri qaytaracağını, 04 fevral 2019-cu il tarixdə əsas məbləğ 15.000 ABŞ dolları və xeyir 1.500 ABŞ dolları, cəmi 16.500 ABŞ dolları vəsaiti (18 yanvar 2019-cu il tarixdə 15.000 ABŞ dolları verilib 1.500 xeyir ilə birlikdə cəmi 16.500 ABŞ dolları) geri qaytaracağını Zərərçəkmiş şəxs1 yazaraq bildirmişdir. Göründüyü kimi, tədqiq olunan prosessual sənədlərə görə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulların məbləği onun məhkəmədə bildirdiyi kimi, 40.000 ABŞ dolları yox, daha böyük məbləğlərdə olmuş, təqsirləndirilən şəxs həmin ifadələrində və yazışmalarında məhkəmədə etiraf etdiyi məbləğdən qat-qat artıq məbləğdə pulları zərərçəkmiş şəxsdən aldığını özü etiraf etmişdir. Bundan başqa məhkəmədə həmçinin müəyyən edildi ki, zərərçəkmiş şəxslərə qarşı dələduzluq cinayətlərini törətdiyi dövrdə Təqsirləndirilən şəxs onlardan və digər şəxslərdən götürdüyü pullar hesabına xarici ölkələrdən müxtəlif şəxslərin adlarına rəsmiləşdirməklə respublikaya nəqliyyat vasitələrinin idxalını həyata keçirmişdir. Eyni ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qarşı münasibətlərində də Təqsirləndirilən şəxs onlardan aldığı pulların müqabilində qazanc adı ilə pullar qaytararaq həmin şəxsləri də şirnikləndirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs3 2016-cı il ərzində əvvəlcə 10.000 ABŞ dolları və 30.000 ABŞ dolları məbləğində pul alsa da, həmin pulları qazancı ilə geri qaytarmış, bu yolla zərərçəkmiş şəxsin etibarını qazanaraq, sonradan 14.000 Avro və 19.000 ABŞ dolları, daha sonra isə 80.000 ABŞ dolları məbləğində pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 həmin dövrün rəsmi məzənnəsi ilə 191.354 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Zərərçəkmiş şəxs2 münasibətdə isə məhkəmədə müəyyən edildi ki, sonuncu, Bakı şəhərinin «Sovetski» adlanan ərazisində sökülmüş evlərinə görə "xxxx"dan 70.300 manat pul pul almış və həmin pulu dostu Zərərçəkmiş şəxs3 məsləhəti ilə özünün də yaxından tanıdığı Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin pulu ABŞ dollarına çevirib 41.000 ABŞ dolları hesablayaraq təxminən 500-600 manatını ona geri qaytarmış, Zərərçəkmiş şəxs2 Firudinə anasının müalicəsi üçün pul lazım olduğunu dediyindən, 6.500 dolları geri almışdır. Sonradan isə daha bir dəfə ehtiyacı olduğuna görə Firudindən verdiyi pulun bir hissəsini ona qaytarmasını xahiş etmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əlavə 1000 ABŞ dolları qaytarmışdır. Beləliklə, Təqsirləndirilən şəxs özündə qalan 55.590 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 qaytarmayaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyun 2015-ci il tarixli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Yuxarıda qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ilk mərhələlərdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 götürdüyü pulların müqabilində əsas məbləğləri özündə saxlamaqla onlara müxtəlif məbləğlərdə qazanc vermiş, bu yolla həmin şəxslərdə ona qarşı inam və etibarın yaranmasına nail olmuş, məhz zərərçəkmiş şəxslərlə onun arasında olan həmin münasibətlərdən yaranmış etibardan istifadə etməklə sonradan zərərçəkmiş şəxslərin özündə saxladığı pulları qaytarmayaraq, həmin pulları dələduzluq yolu ilə ələ keçirmək və özünə qarşı həmin şəxslərdə yaranmış etibardan istifadə etməklə əlavə olaraq zərərçəkmiş şəxsin pullarını yenidən ələ keçirmək niyyətinə düşmüş, bu yolla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 xüsusilə külli miqdarda, yəni 561.000 manat məbləğində, Zərərçəkmiş şəxs3 191.354 manat və Zərərçəkmiş şəxs2 isə 55.590 manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Müdafiə tərəfi həmçinin Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi əsasında cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildiyini, həmin qərar qüvvədə ola-ola Zərərçəkmiş şəxs3 hazırkı iş üzrə zərərçəkmiş şəxs qismində tanına bilməsinin və Təqsirləndirilən şəxs qeyd olunan epizoda görə ittiham verilməsinin mümkünsüz olduğunu bildirərək məhkəmə qarşısında vəsatət qaldırmışdır. Müdafiə tərəfinin həmin mövqeyi ilə bağlı məhkəmə qeyd etmək istəyir ki, iş materiallarına görə Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Yasamal rayon Polis idarəsinə Təqsirləndirilən şəxs tərəfindən 125.000 ABŞ dolları məbləğində pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə müraciəti əsasında xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar Bakı şəhəri, Yasamal rayon prokurorunun 20 noyabr 2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Sonuncu qərara əsasən material əlavə araşdırma aparılması üçün Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Yasamal RPİ, İstintaq şöbəsinin müstəntiqi Orxan Süleymanlının xx.xx.2020-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması yenidən rədd edilmiş, lakin həmin qərar da Yasamal rayon prokurorunun 07 aprel 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş və material araşdırma aparılması üçün Yasamal RPİnin İstintaq şöbəsinə göndərilmişdir. Həmin material xx.xx.2021-ci il tarixli 091-29403 saylı məktubla Bakı şəhəri, Səbail RPİ-nin İstintaq şöbəsində Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işinə əlavə olunması üçün göndərilmiş, xx.xx.2021-ci il tarixli qərarla cinayət işinə birləşdirilmiş və əlavə istintaq aparılmışdır (cild 2, iş vərəqi 82-83, 122-125, 129-130, 133-136, 139-141). Göründüyü kimi, Zərərçəkmiş şəxs3 qarşı dələduzluq epizodu üzrə müdafiə tərəfinin iddia etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar sonuncu dəfə Yasamal rayon prokurorunun qərarı ilə ləğv edilmiş və həmin material cinayət işinə birləşdirilərək toplanmış sübutlara əsasən qeyd olunan epizod üzrə Təqsirləndirilən şəxs ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə gətirdiyi yuxarıda göstərilən dəlillər, həmçinin müdafiəçilərin təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmaması və bu əsasla ona bəraət verilməsi haqqında qaldırdığı vəsatətlər müdafiə tərəfinin subyektiv fikirləri olmaqla, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınması üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə iş üzrə şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarına əsasən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və hal-hazıra qədər həbsdə saxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası müddətinə daxil edilməklə, təyin olunmuş cəzanın başlanğıcı 12 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə iclasına təqdim olunmuş mülki iddia ərizələrində: - zərərçəkmiş şəxs X10 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 442.000 manat maddi zərərin, 133.000 manat əldən çıxmış faydanın, 50.000 manat mənəvi zərəin və verilmiş mülki iddiaya görə ödənilmiş 915 manat dövlət rüsumunun, ümumilikdə 626.915 manat məbləğdə pul vəsaitinin; - Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 191.354 manat maddi zərərin, 52.851 manat əldən çıxmış faydanın, 30.000 manat mənəvi zərəin və verilmiş mülki iddiaya görə ödənilmiş 564 manat dövlət rüsumunun, ümumilikdə 274.769 manat məbləğdə pul vəsaitinin; - Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 65.450 manat maddi zərərin, 18.077 manat əldən çıxmış faydanın, 20.000 manat mənəvi zərəin və verilmiş mülki iddiaya görə ödənilmiş 393.56 manat dövlət rüsumunun, ümumilikdə 103.920.56 manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviriəsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Qeyd olunan mülki iddialarla bağlı məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs aldatma və etibardan istifadə etmə yolu ilə zərərçəkmiş şəxslərə məxsus külli və xüsusilə külli miqdarda pul vəsaitlərini ələ keçirməklə təkrar dələduzluq cinayətləri törətməsi öz təsdiqini tapsa da, aşağıdakı səbəblərə görə hazırkı cinayət işi çərçivəsində zərərçəkmiş şəxslər tərəfindən qaldırılmış mülki iddiaların təmin və ya rədd olunması haqqında qərar qəbul edilməsi mümkünsüzdür: Belə ki, məhkəmədə müəyyən edilmiş ittihamlardan da göründüyü kimi, bəzi hallarda həmin ittihamlarda qeyd olunmuş məbləğlərlə qaldırılmış mülki iddialarda zərərçəkmiş şəxslərin iddia etdikləri məbləğlər arasında ciddi fərqlər mövcuddur. Digər tərəfdən, mülki iddia qaldırmış şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 məhkəmədə verdikləri ifadələrinə görə, onlar bəzi hallarda Təqsirləndirilən şəxs pulları biri-birinin vasitəsilə göndərmiş, həmçiin qazanc adı ilə də eyni qaydada pul götürdükləri hallar olmuşdur. Həmçinin iş üzrə zərərçəkmiş şəxslərin ifadələrinə görə, pulu verdikdən bir müddət sonra Təqsirləndirilən şəxs tərəfindən onlara qazanc adı altında müəyyən məbləğdə pullar da qaytarılmışdır ki, həmin pul vəsaitlərinin dəqiq məbləğinin müəyyən edilməsi mülki-prosessual münasibətlərin predmetidir. Məhkəmədə təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qaldırılmış mülki iddiaların heç birini birmənalı şəkildə qəbul etməmiş və zərərçəkmiş şəxslərə borcları qalmadığını bildirmişdir. Göründüyü kimi, hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı mülki iddialarla bağlı çoxsaylı ziddiyyətli məqamlar mövcud olmuş, məhkəmə prosesində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında, həmçinin bir-birindən pul vəsaitini götürərək Təqsirləndirilən şəxs verdiklərini iddia edən zərərçəkmiş şəxslərin özlərinin arasında olan müqavilə şərtlərinin və öhdəliklərin nədən ibarət olmasını, eləcə də mülki iddia qaldıran şəxslərin Təqsirləndirilən şəxs qazanc adı altında götürdükləri pul vəsaitini nəzərə alıb-almamalarını, bu halların həmin şəxslər arasında əvvəlcədən hansı şəkildə razılaşdırılmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə məhkəmə kollegiyası hesab edir ki, həmin hallar, eləcə də qarşıya çıxa biləcək digər mülki hüquqi məsələlər həll edilmədən qaldırılmış mülki iddialar üzrə obyektiv məhkəmə qərarı qəbul edilməsi mümkün deyildir. Ona görə də, hazırkı cinayət işi üzrə qaldırılmış bütün mülki iddialar baxılmamış saxlanılmalı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 200 (iki yüz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə maddi sübutların olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qarşı qaldırdıqları mülki iddialar baxılmamış saxlanılsın və adları çəkilən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İş üzrə məhkəmə məsrəfləri hesab edilən 200 (iki yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-70/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-70/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver