Məhkəmə qərarları › İş №1(101)-70/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-70/2025

23.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-70/2025 23.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər Məmmədov Fəxri Afiq oğlu və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 oğlunun və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1992-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Tovuz rayonu, Mülkülü kəndində qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. İşin faktiki halları

2. Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Təqsirləndirilən şəxs2 26 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənar hissəsinə tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 1045,791 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 296,968 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq götürüb birgə yaşadıqları Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 23, mənzil 4 ünvanına daşımaqla həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərlərində, qalan hissəsini həmin evdə saxlamış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 26 fevral 2023-cü il tarixdə saat 20:10 radələrində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə ünvan 4 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 5 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, idarənin inzibati binasında üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı qrup üzvü Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli qış gödəkçəsinin sol ön qabaq cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,190 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,719 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qrup üzvü Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan təmiz çəkisi 14,601 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan təmiz çəkisi 1,249 qram ağ kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 27 fevral 2023-cü il tarixdə saat 00:05 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onların iştirakı ilə yaşadıqları ünvan 6 ünvanına keçirilmiş baxış zamanı mənzilin mətbəxt otağında olan qutunun üzərindən bir ədəd sarı rəngli sellofan torbanın içərisində 03 ədəd bükümdə üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi komponentlərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram və 295 qram olmaqla ümumi təmiz çəkisi 1020 qram təşkil edən külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram, ümumi təmiz çəkisi 295 qram, külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində heroin izləri olan ağ rəngli üzərində SF-400 yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxslərə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 26 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Gülərin köməkliyi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin vasitəsilə həmin gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, üzərindən başqa yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 1, iş vərəqə 51-53, 124-125, 126-127).

4. 26 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütləni, 01 (bir) ədəd sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 ədəd üzərində ***-***- **-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, bir ədəd açar, bir ədəd azadlığı məhdudlaşdıran cihazı çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsdən həmin gün qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs2 sonuncunun qeyd etdiyi ünvana göndərməklə ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 (iki min) manat pul alıb Təqsirləndirilən şəxs2lə birlikdə bölərək narkotik vasitələri satdığını, istifadə etdiyini və bağışladığını, yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 1, iş vərəqə 55-57,128-129).

5. 27 fevral 2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, ünvan 7 ünvanına baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 evin mətbəxində olan qutunun üzərində olan 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən 01 ədəd elektron tərəzi, 02 (iki) ədəd sellofan bükümdə metamfetaminə bənzər, 03(üç) ədəd sellofan bükümdə heroinə bənzər kütlələri təqdim etmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlələrdən xəbərdar olduğunu,ona məxsus olduğunu, həmin kütlələri həmin gün qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs1 göstərişi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunu etməkdə məqsədinin 2000 (iki min) manat pul qazanaraq Təqsirləndirilən şəxs1 ilə bölməsini,heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını,başqa heç bir yerdə narkotik vasitələr saxlamadığını, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlələrdən xəbərdar olduğunu,ona məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin vasitəsilə qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs2 həmin gün göndərməklə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 2000 (iki min) manat pulu sonuncudan alıb Təqsirləndirilən şəxs2lə böləcəyini, narkotik vasitələri satdığını və bağışladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 62-64, 126- 127,130-131).

6. 27 fevral 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, olan 2(iki) ədəd paketdə və 1(bir) ədəd bağlamada, - üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 14,601 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,249 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 11,190 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,719 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram, 295 qram ümumi təmiz çəkisi 1020 qram qəhvəyi rəngli toz şəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2(iki)ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram, ümumi təmiz çəkisi 295 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində “SF- 400” yazısı olan ağ rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən və birlikdə yaşadıqları ünvandan aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən və yaşadıqları ünvandan aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvandan aşkar edilərək götürülmüş tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir.Ekspertiza tədqiqatından sonra herorinin qalıq çəkisi 14,551 qram, 11,140 qram, 1019,85 qram, metamfetaminin qalıq çəkisi 1,199 qram, 0,669 qram, 294,9 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 114 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 74-79).

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 84-85).

8. 28 fevral 2023-cü il tarixli dindirilmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında təxminən bir il olar ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşayır. Hal hazırda barəsində Bakı Ağır cinayətlər məhkəməsində Azərbaycan Respublikası CM- nin 234-cü maddəsi ilə cinayət işi vardır və həmin cinayət işinə baxılır. Narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olur. Təxminən 1 ay olar ki, sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan Davud adlı şəxlə tanış olmuşdur. Davud narkotik alışverişi ilə məşğul olmasını bildirərək bu işdə onunla əlbir olaraq narkotik vasitələrin satışında köməklik etməsini ona təklif etmişdir. Narkotik vasitələri Davudun dediyi yerdən götürərək onun dediyi yerlərə qoymaq müqabilində pul verəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Davud “Whatsapp” xəbərləşmə proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və küllü miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənarına qoymasını deyərək narkotik vasitənin qoyulmuş olduğu yeri onun telefonuna “Whatsapp” vasitəsi ilə göndərmiş və qeyd edilən narkotik vasitələri oradan götürüb Davudun dediyi yerlərə qoyulması müqabilində 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. O, qeyd edilən ünvana taksi ilə narkotik vasitələri götürmək üçün getmiş, lakin qıraqda adamların çox olması səbəbindən götürməmişdir. Davuda yalandan həmin narkotik vasitələri tanış qızın götürəcəyini bildirmişdir. Bu barədə birlikdə yaşadığı Təqsirləndirilən şəxs2 demişdir. Şahlara narkotik vasitələri götürərək evə gətirməsini, sonradan Davudun dediyi yerlərə qoyacaqlarını və bunun müqabilində Davudun onlara 2000 manat pul verəcəyini və həmin puun yarısını, yəni 1000 manatını Şahlara verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 mobil telefonuna Davudun ona əvvəlcədən göndərmiş olduğu yeri göndərmiş və Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürmək üçün səhər saatlarında yola düşmüşdür. Saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs2 götürmüş olduğu sellofan torbanı yaşadığı ünvana gətirmiş, torbanı birlikdə evdə açmışlar və ayrı-ayrılıqda 05 ədəd büküm içərisində ağ rəngli elektron tərəzi olmasını görmüşlər. Qeyd edilən bükümlərin içərisini açıb baxdıqda 03 ədəd bükümün içərisində narkotik vasitə heroin və 02 bükümün içərisində isə ağ kristallardan ibarət olan şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. O, Təqsirləndirilən şəxs2lə birlikdə həmin bükümləri elektron tərəzi vasitəsi ilə çəkdikdə heroinin təqribi çəkisi 1.060 qram metamfetaminin çəkisi isə təxminən 298 qram olmasını aşkar etmişlər. Həmin narkotik vasitə bükümlərini açaraq təqribən 15 qram heroin və 1.300 qram metamfetamin ayrı-ayrı bükümlərə qoyaraq Şahlar öz üzərinə götürmüş, təxminən 12 qram heroin və 0.800 qram metamfetamini isə o, ayrıayrı bükümlərə qoyaraq öz üzərinə götürmüşdür. Həmin bükümləri ayrı ayrılıqda götürməklərinin səbəbi isə Davud adlı İran vətəndaşının onlara deyəcəyi yerlərə qoymaq olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:10 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə yaşadıqları ünvandan çıxaraq piyada hərəkətdə olan zaman ünvan 9nvanın yaxınlığında 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və barələrində olan əməliyyat axtarış tədbirləri haqqında qərarla onları tanış etmişlər. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada ona hüquqları izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olub olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli qış gödəkcəsinin sol qabaq yan cibindən 02 ədəd büküm, özünə məxsus qara rəngli “Samsung” markalı mobil telefon, ev açarı və gödəkcənin sağ qabaq yan cibindən isə 01 ədəd elektron nəzarət aparatı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin nə olması ondan soruşulduqda o, həmin bükümlərin heroin və metamfetamin olmasını bildirərək Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Qaradağ rayonu ərazisindən götürmüş olduğu narkotik vasitə olmasını polis əməkdaşlarına bildirmişdir. Sonradan həmin bükümlər orada olan elektron tərəzi vasitəsi ilə çəkilmiş və heroinin çəkisi 11 qram və metamfetaminin çəkisi isə 1 qram təşkil etmişdir. Götürülmüş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş, üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ondan narkotik vasitələrdən başqa yerdə saxlanılması soruşulmuşdur.O isə yaşadığı ünvan olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki mənzildə olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və polis əməkdaşları birlikdə yaşadıqları ünvan olan ünvan 11r və o, İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin qabaqcadan dediyi yerdən əldə etdikləri narkotik vasitələri mətbəxt otağında yerləşən qutunun üzərində olan sarı rəngli sellofan bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilmiş və baxış zamanı 03 ədəd selefona bükülmüş heroin, 02 ədəd selefona bükülmüş metamfetamin və 01 ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmişdir. 03 ədəd heroinin çəkisi 1 kilo 60 qram və 02 ədəd bükümdə olan metamfetaminin çəkisi isə 321 qram təşkil etmişdir. Sonradan polis əməkdaşları həmin narkotik vasitələri zərflərə qoyaraq bağlamışlar və onların iştirakı ilə imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı polis əməkdaşları həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda o, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan Davud adlı şəxsdən əldə etmiş olduğunu və həmin narkotik vasitələri bükümlərə bölərək Davudun dediyi yerlərə qoymaq müqabilində 2000 manat qazanc əldə edəcəklərini bildirmişlər. Aşkar edilən elektron tərəzi vasitəsi ilə isə narkotik vasitələri bükümlərə bölən zaman istifadə edəcəkdirlər(cild 1, iş vərəqə 120-123).

9. 28 fevral 2023-cü il tarixli dindirilmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında təxminən bir il olar ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitə istifadəçisidir. Qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 ona sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan Davud adlı şəxlə narkotik alış-verişi ilə məşğul olmasını bildirmişdir. Həmin narkotik vasitələri Davudun dediyi yerdən götürərək onun dediyi yerlərə qoymaq müqabilində pul verəcəyini demişdir. 26 fevral 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs1 ona İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin onunla “Whatsapp” xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxladığını və küllü miqdarda narkotik vasitə olan heroin və metamfetamini Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənarına qoymasını və narkotik vasitənin qoyulmuş olduğu yeri onun telefonuna “Whatsapp” vasitəsi ilə göndərməsini və qeyd edilən narkotik vasitələri oradan götürüb Davudun dediyi yerlərə qoyulması müqabilində 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ona Bakı şəhəri, Qaradağ rayonuna gedərək qeyd edilən narkotik vasitələri götürməsini və sonra narkotik vasitələri Davudun ona hara qoymasını deyəcəyini və həmin yerlərə narkotik vasitə qoyduqdan sonra 2000 manat pulu iki yerə böləcəklərini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 dedikləri ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 Davudun göndərmiş olduğu yeri onun mobil telefonuna göndərmişdir. O, qeyd edilən gün saat təxminən 11 radələrində yol maşını ilə Bakı şəhəri, Qaradağ rayonuna gedərək avtomobil yolunun kənar hissəsinə qoyulmuş olan sellofon bükümünü götürərək yaşadıqları ünvan olan Bakı şəhəri, B.Çobanzadə küçəsinə geri gəlmişdir. Oradan götürmüş olduğu selefon torbanı Təqsirləndirilən şəxs1 ilə birlikdə evdə açmışlar və ayrı ayrılıqda 05 ədəd büküm və içərisində ağ rəngli elektron tərəzi olmasını görmüşdür. Qeyd edilən bükümlərin içərisini açıb baxdıqda 03 ədəd bükümün içərisində narkotik vasitə heroin və 02 bükümün içərisində isə ağ kristallardan ibarət olan şüşə kimi tanıdığı metamfetamin olmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə həmin bükümləri elektron tərəzi vasitəsi ilə çəkdikdə heroinin təxmini çəkisi 1.060 qram metamfetaminin çəkisi isə təqribən 298 qram olmasını aşkar etmişdirlər. Həmin narkotik vasitə bükümlərini açaraq təxminən 15 qram heroin və 1.300 qram metamfetamin ayrı-ayrı bükümlərə qoyaraq o, öz üzərinə götürmüş, təxminən 12 qram heroin və 0.800 qram metamfetamini isə Gülər ayrı bükümlərə qoyaraq öz üzərinə götürmüşdür. Həmin bükümləri ayrı ayrılıqda götürməklərinin səbəbi isə Davud adlı İran vətəndaşının onlara deyəcəyi yerlərə qoymaq olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 20:10 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları ünvandan çıxaraq piyada hərəkətdə olan zaman ünvan 9nvanın yaxınlığında 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və barələrində olan əməliyyat axtarış tədbirləri haqqında qərarla onları tanış etmişlər. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada ona hüquqları izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olub olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd büküm çıxardaraq masanın üzərinə qoymuşdur. Sonradan əynində olan şalvarın sol yan cibindən özünə məxsus üzərində ***-***-**-** nömrəsi olan “Redmi” markalı telefonunu çıxarmışdlr. Həmin bükümlərin nə olması ondan soruşulduqda o, həmin bükümlərin heroin və metamfetamin olmasını bildirərək Təqsirləndirilən şəxs1 ona göndərmiş olduğu yer olan Bakı şəhəri, Qaradağ rayonu ərazisindən götürmüş olduğu narkotik vasitə olmasını polis əməkdaşlarına bildirmişdir. Sonradan həmin bükümlər orada olan elektron tərəzi vasitəsi ilə çəkilmiş, heroinin çəkisi 16 qram və metamfetaminin çəkisi isə 1.6 qram təşkil etmişdir. Götürülmüş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş və üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ondan narkotik vasitələrdən başqa yerdə saxlanılması soruşulmuşdur.O Təqsirləndirilən şəxs1 ilə birgə yaşadıqları ünvan olan Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsindəki mənzildə olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 və polis əməkdaşları birlikdə yaşadıqları ünvan olan ünvan 14ə Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı Davud adlı şəxsin qabaqcadan dediyi yerdən əldə etdiyi narkotik vasitələri mətbəxdə yerləşən qutunun üzərində olan sarı rəngli sellofan bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanın içərisinə keçirilmiş baxış zamanı 03 ədəd selefona bükülmüş heroin, 02 ədəd selefona bükülmüş metamfetamin və 01 ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş 03 ədəd heroinin çəkisi 1 kilo 60 qram və 02 ədəd bükümdə olan metamfetaminin çəkisi isə 321 qram təşkil etmişdir. Sonradan polis əməkdaşları həmin narkotik vasitələri zərflərə qoyaraq bağlamışlar və onların iştirakı ilə imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı polis əməkdaşları həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda o və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan Davud adlı şəxsdən əldə etmiş olduqlarını və həmin narkotik vasitələri bükümlərə bölərək Davudun dediyi yerlərə qoymaq müqabilində 2000 manat qazanc əldə edəcəklərini bildirmişlər. Aşkar edilən elektron tərəzi vasitəsi ilə isə narkotik vasitələri bükümlərə bölən zaman istifadə edəcəkdirlər(cild 1, iş vərəqə 107-110).

10. 17 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Şahid1 əvvəllər tanımadığını, onunla münasibətinin olmadığını,Şahid1 əvvəllər onun yaşadığı evdə olmadığını bildirərək təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən verdiyi ifadəsində Şahid1 barəsində göstərdiyi xüsusatları özünü müdafiə edib vəziyyətdən çıxmaq üçün bildirdiyini, həmin ifadəni Gülərin ona deməsindən sonra o cür verdiyini, əslində isə hadisənin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində olduğu kimi baş verdiyini göstərmişdir (cild 1, iş vərəqə 217-224).

11. 18 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Şahid1 tanımadığını, onunla münasibətinin olmadığını, Şahid1 əvvəllər onun yaşadığı evdə olmadığını bildirərək əlavə verdiyi ifadəsində Şahid1 barəsində göstərdiyi xüsusatları özünü müdafiə edib vəziyyətdən çıxmaq üçün bildirdiyini, Şahid1la heç bir əlaqəsinin olmadığını, Vüqarın ona heç bir təklif vermədiyini, əslində isə hadisinənin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində olduğu kimi baş verdiyini göstərmişdir (cild 2, iş vərəqə 10-17).

12. 18 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı “sən bilirdin ki, barəmdə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi vardır, təxminən 1 ay olar ki, sosial şəbəkə vasitəsilə tanıdığım İran islam Respublikası vətəndaşı Davud adlı şəxslə tanış olduğumu da bilirdin, Davuddan narkotik vasitələr aldığımı da bilirdin.Narkotik vasitələrin satışı ilə bağlı məhkəmədə işim olduğu üçün mən narkotik satışı ilə məşğul olmurdum və Davudla əlaqəmi kəsmişdim. Sən məni aldadaraq Davudla yenidən əlaqə saxlamağımı bildirdin. Sən məni vadar etdin ki, bu dəfə də narkotik vasitə sataq sənin məhkəmədəki işini həll edək sonra daha satmarıq” bildirmiş, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 onun üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 2, iş vərəqə 18- 21).

13. 05 aprel 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş sidik nümunəsində AMP(+) aşkar edilmişdir, onda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 233-234).

14. 05 aprel 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş sidik nümunəsində THC(+), MOP(+) AMP(+) aşkar edilmişdir, onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 235-236).

15. 16 may 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri, SMSləri müəyyən etmək məqsədi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş bir ədəd CD formatlı kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən diskdə göstərilmiş **********43, **********60, **********85, **********72, **********91, **********72, **********07, **********74, **********18, **********05, **********77, **********56, **********22 və **********33 nömrələrindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində zənglər daxil olmuş zənglərə və SMS-lərə aid nömrələrin və o, nömrələrin sahibləri barədə Təqsirləndirilən şəxs1 soruşduqda sonuncu **********43, **********60, **********85, **********72, **********91, **********72, **********07, **********74, **********18, **********05, **********77, **********56, **********22 və **********33 nömrələrindən olan zənglərin bəziləri ona narkotik vasitələr və psixotrop maddələr verən şəxslərin, bəziləri isə ondan narkotik vasitələr və psixotrop maddələr alan şəxslərin zəngləri olduğunu bildirmişdir. Onun istifadəsində olan ***-***-**-** sim nömrəsinə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində **********43, **********60, **********85, **********72, **********35, **********82, **********91, **********98, **********07, **********72, **********74, **********05, **********77, **********56, **********22, **********33,**********75, **********11 və **********18 nömrələrdən daxil olan SMS-lərdə bəziləri ona verdiyi narkotik vasitələrin və psixotrop maddələrin pullarını istəməsi, bəziləri isə ondan aldığı narkotik vasitələrin və psixotrop maddələrin pulunu gecikdirilməsi ilə bağlı söyüşlə yazılmış mesajlardır (cild 1, iş vərəqə 237).

16. 24 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 14,551 qram təşkil edən narkotik vasitə heroin, 1,199 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirən zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 11,140 qram təşkil edən narkotik vasitə heroin, 0,669 qram psixotrop maddə metamfetamin, yaşadığı ünvana baxış keçirən zaman aşkar olunaraq götürülmüş və ekspertizadan sonra qalıq çəkisi 1019,85 qram təşkil edən narkotik vasitə heroin, 294,9 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, yaşadıqları evə keçirilmiş baxış istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon saxlanılmasından ötrü Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (cild 2, iş vərəqə 29-55).

17. 10 fevral 2026-cı il tarixli məktubla Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon tədqiq edilmək üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmişdir.

18. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 01 mart 2023-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cianyət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1 , iş vərəqə 193-194, cild 2, iş vərəqə 25-27).

19. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 01 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (cild 1 , iş vərəqə 195-196).

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 24 iyun 2022-ci il tarixdən 26 iyun 2022-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilmiş və onun cəzasının çəkilməmiş hissəsi 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2023-cü il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli hökmünün “hökm etdi” hissəsinin 7-ci abzasında Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın başlanğıcı 27 iyun 2022-ci il kimi oxunması qərara alınmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

22. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 04 avqust 2023-cü il tarixdən 06 avqust 2023-cü il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilmiş və onun cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün olaraq hesablanmışdır.29 yanvar 2026-cı il tarixli amnistiya aktını tətbiq edilməsi barədə Qərardan görünür ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir.

23. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslər 2023-cü ildə tərəflərindən saxlanılmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərlərinə baxış keçirən zaman narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Qalan narkotik vasitələrini yaşadıqları ünvanda saxladıqlarını qeyd etmişlər və həmin yaşadıqları ünvana baxış keçirən zaman narkotik vasitələri təqdim etmişlər. Şahid2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxslər müqavimət göstərməmişlər və məsuliyyətdən yayınmaq istəməmişlər. O və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə heç bir fiziki və ya psixoloji şiddət göstərilməmişdir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir. Prosessual qaydalara əsasən təqsirləndirilən şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib, vəkillərin iştirakı ilə üzərlərinə baxış keçirmişlər. Baxış zamanı əməliyyat qrupunun üzvləri iştirak etmişdir.Təqsirləndirilən şəxsləri hərəkətdə olan zaman saxlamışlar. Əvvəllər təqsirləndirilən şəxs Gülər ilə bağlı ona əməliyyat məlumatı daxil olmamışdır.

24. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin fevral ayında təqsirləndirilən şəxslərlə bağlı onlara əməliyyat məlumatı daxil olmuş və axşam saatlarında təqsirləndirilən şəxslər tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, müdafiə hüququ təmin olunduqdan sonra tədqiqatçı tərəfindən üzərlərinə baxış keçirilmiş və təqsirləndirilən şəxslərin hər birinin üzərindən biri heroinə bənzər kütlə, digəri isə metanfetaminə bənzər kütlə aşkar olunmuşdur. Tapılan narkotik vasitələrin Davud adlı X8 aid vətəndaşdan əldə etdiklərini bildirmişər. Daha sonra isə yaşadıqları ünvana baxış keçirilmiş, həmin mənzildən təxmini çəkisi 1 kq civarında heroinə bənzər kütlə və təxmini 100 kq metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şahid3 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hər iki təqsirləndirilən şəxsi Çobanzadə küçəsində yerləşən yaşadıqları binanın həyətində saxlamışlar. Təqsirləndirilən şəxslərə heç bir psixloji və ya fiziki müqavimət göstərilməmişdir. Tapılan narkotik vasitələrin Davud adlı İran İslam Respublikasına aid vətəndaş tərəfindən əldə etdiklərini bildirmişlər. Əməliyyat tədbirində üç nəfər - o, Şahid2 və Şahid1 iştirak etmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 26 fevral 2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində təqsirləndirilən şəxslər tərəflərindən saxlanılmışlar, sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər və videoçəkiliş vasitəsilə baxış zamanı üzərlərindən heroin və metamfetamin aşkar olunmuşdur. Həmçinin evlərinə baxış keçirən zaman heroin və metamfetamin aşkar olunaraq götürülmüşdür. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxslərlə düşmənçiliyi yoxdur.Təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən heç bir fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından götürdüyünü özü etiraf etmişdir.Təqsirləndirilən şəxs özü onunla əlaqə saxlamaq istəmişdir.Təqsirləndirilən şəxs2 tanımamışdır. Təqsirləndirilən şəxsin yaşadığı mənzil beşmərtəbəli binanın ikinci mərtəbəsi olmuşdur. Əməliyyat tədbiri zamanı o, Şahid2 və Şahid3 iştirak etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsi əsassızdır. Təqsirləndirilən şəxslər özləri onunla əlaqə saxlayaraq narkotik satışının qarşısını almaq üçün kömək etmək istədiyini bildirmişdir. Əməliyyat axtarış təqibi 26 fevral 2023-cü il tarixində axşam radələrində həyata keçirilmişdir. O, Təqsirləndirilən şəxs1 zəng etməmişdir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir.

26. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, "xxxx" MMC-də sorğular üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır.GPRS və İnternet qeyd edilən sətirlər internetin istifadəsi ilə bağlı məlumatdır.İnternet üzərindən həyata keçirilən informasiya mübadiləsi zamanı əks olunan anten məlumatları abunəçinin zəngi və sms zamanı əks olunan anten məlumatları ilə fərqli əks oluna bilər.Bu səbəbdən sms və zəng olunan sətirlərdə daha dəqiq məlumatlar vardır.MOC gedən zəngdir,MTC daxil olan zəngdir,SMS MO xaric olan mesajdır, SMS MT daxil olan mesajdır.İnternet yazılan sətirlər interneti göstərir.İnternetdən ilk istifadə zamanı hər hansı anteni tutur yerini dəyişdikdə köhnə yerləşdiyi yeri göstərə bilər. İnternet şəxsin olduğu yerin müəyyənləşdirilməsi zamanı əsas kimi götürülmür, ancaq sms və zəng şəxsin olduğu yer haqqında məlumatların düzgün müyyənləşdiirlməsi zamanı əsas kimi götürülür. X4 Eldarovna məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hər hansı yükləmə dəyişəndə anten dəqiq göstərməyə bilər.Açıq sahədə hər hansı maneə olmasa anten 30 kilometrədək məsafədə tuta bilər.Məsafə çox olduğuna görə və texniki mütəxəssislərin dediklərinə görə anten 30 km açıq sahədə tuta bilir.E-mail Teleqüllənin yanında açılarsa və səhifə açıqdırsa Xətai rayonunda olarkən anten köhnə ünvanı göstərə bilər.İnternetə görə antenin tutmasına görə dəqiq məlumat yoxdur.Zəng edilməsə və ya şəxsə zəng çatmasa onun yeri müəyyən edilə bilmir."xxxx" MMC-nin işləmə qaydası barədə məlumatı yoxdur.

Təqsirləndirilən şəxslərin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

27. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2023-cü ildə tutulmuşdur. 2024-cü ilin 26 fevral tarixində tutulmamışdan təxminən 10-15 gün əvvəl telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü kuryer kimi təqdim etmiş və sifariş etdiyi kartı gətirəcəyini bildirmişdir. Kartı götürmək üçün həyətə düşmüşdür. İki nəfər tanımadığı şəxs qolundan tutub onu maşına mindirmək istəyəndə razılaşmamışdır. Həmin şəxslər polis əməkdaşları olduğunu bildirmişlər və o, evdə azyaşlı uşaqlarının olduğunu bildirərək evə qalxıb söhbət etməyi təklif etmişdir. Onlar evə qalxmışlar. Şahid1 adlı polis əməkdaşı onun haqqında məlumatlı olduğunu, onlara kömək etməyi qarşılığında ona kömək edəcəklərini bildirmişdir. Şahid1 telefonunu götürüb orada qara siyahıya əlavə elədiyi Davud adlı X9 vətəndaşının nömrəsinı blokdan çıxardıb həmin nömrəyə “salam” yazmışdır. İran vətəndaşı ilə əlaqə saxlamağa davam edərək onlara məlumat verməyini tapşırmışdır. İran vətəndaşı ilə ünsiyyət qurmağa davam etmişdir. Təxminən 10-15 gün sonra İran vətəndaşı özünə aid olan narkotiki konum atacağı ünvandan götürməyini istəmişdir. O, Davud adlı X9 vətəndaşı ilə yazışmalarını və onun göndərdiyi ünvanı Şahid1 göndərmiş, Şahid1 ona cavab gəlməmişdir. Bu hadisələrlə bağlı qeyri ailə münasibətdə olduğu Şahlara məlumat vermişdir. Şahlar Tovuzda olduğu üçün onun gəlməyini gözləməyini bildirmişdir. Şahlar həmin ünvana gedərək oradakı narkotik vasitələri götürmüşdür. Sonra onlar uşaqlar evdə olduğu üçün otelə getmişlər. Şahid1 mesaj yazmış, zəng eləmiş və ondan cavab gəlmədiyi üçün evə qayıtmışlar. Evə gəldikdən təxminən 1 saat sonra qızına şirniyyat almaq üçün mağazaya getmiş və qayıdanda polislər onu tutmuşlar. Ondan narkotiki göstərməyini tələb etmişlər və o, narkotikin onda olduğunu inkar etmişdir. Arif adlı polis əməkdaşı ona sillə vurmuş və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, narkotikin ona yox, Şahid1 aid olduğunu demişdir. Təxminən 4-5 ədəd olan üzərində 50 qram 100 qram yazılan narkotik vasitələri gələn polis əməkdaşlarına təhvil vermişdir. Hadisədən 1 saat keçdikdən sonra Şahid1 gəlmişdir. O, Vüqardan niyə belə elədiyini soruşduqda sonuncu ona qorxmamağını və hər şeyin onun nəzarəti altında olduğunu bildirmişdir. Evdə çəkiliş aparmışlar, daha sonra bölməyə getmişlər. İbtidai istintaq dövründə verdiyi ifadəni polis əməkdaşlarının dediyi formada vermişdir. Evə gəldikdə yenə Vüqara zəng edib niyə belə etdiyini soruşmuşdur. O, sonuncunu qorxuzmaq və yenidən bu işlərə qarışmamağı üçün belə etdiyini bildirmişdir. Ona verilən 3 aylıq ev dustaqlığından sonra ittiham aktını əldə etdikdə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirləndirildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, narkotik vasitələrinin içində 450 qramlıq balaca paketlərdə heroin və metamfetamin olmuşdur. Davud adlı X9 vətəndaşı narkotik vasitələri ona göndərdiyi ünvandan götürməyi qarşılığında ona pul verəcəyini desə də o, Şahid1 kömək məqsədilə bu işi gördüyü üçün pul almamışdır. Şahid1 kömək etmək məqsədilə narkotik vasitələri İran vətəndaşının göndərdiyi ünvandan götürmüşdür. Əvvəllər İran vətəndaşı ilə birlikdə işləmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini imzalamışdır. Polis əməkdaşları onları bölməyə aparanda narkotik vasitələrin yarısını özləri ilə götürmüşdürlər. Qalan yarısı isə evdə olmuşdur. O, polis əməkdaşlarına video çəkilişi nə səbəbə apardıqlarını soruşduqda onlar etibar etmədiklərinə görə çəkiliş apardıqlarını bildirmişlər. Şahid1 İran vətəndaşı ilə ünsiyyətə davam etməyini istəmiş və özü narkotik vasitələri ona göndərilən ünvandan götürmüşdür. Günorta vaxtı polis əməkdaşları tərəfindən tutulmuş, gecə vaxtı çəkiliş üçün bölməyə aparılmışlar. Davud adlı şəxsi üzbəüz görməmiş, sadəcə video görüntülü danışmışlar. Narkotik vasitələri açıb yoxlamamışdır.Evə təxminən 5-6 nəfər polis əməkdaşı gəlmişdir. İki qızı, bir oğlu vardır. Hadisə baş verən zaman qızlar evdə, oğlu isə çöldə olmuşdur. Polis əməkdaşlarından biri telefonunu götürüb çölə çıxmışdır. Birinci dəfə polis əməkdaşları evə gəldikdə oğlunun evdə olmasından xəbəri olmamışdır. Oğlu Şahid1 kim olduğunu soruşduqda Vüqar ona kömək eləmək üçün gəldiyini deyərək oğluna çöldə gözləməyini bildirmişdir. Balaca qızı Zəhra digər otaqda olmuşdur. Şahid1 Davud adlı şəxsə mesaj yazmış və həmin mesaja cavab 2 gün sonra gəlmişdir.Onun fikrincə Şahid1 məqsədi ondan istifadə edərək Davud adlı şəxsi tutmaq olmuşdur.Narkotik vasitələri götürmək üçün birinci Şahlar getmişdir. Daha sonra Şahlar narkotik vasitələri tapa bilmədiyi üçün o, taksi sifariş verib yola çıxmışdır. Çatana yaxın onun ayağına taxılan qolbaq siqnal verdiyi üçün geri qayıtmışdır. Daha sonra Şahlar ona zəng edərək narkotik vasitələri tapdığını demiş və göndərdiyi konuma gəlməyini bildirmişdir.Şahlar ilə eyni evdə yaşayırlar.Vüqar adlı şəxs ona kömək etmişdir.O ancaq Şahid1 tanıyır.X1 dostudur.Gəlib getmək xərclərini ödəmək üçün 600 manatı dostu Vüqara vermişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə Şahid1 ifadəsi ilə bağlı bildirmişdir ki, Şahid1la qurduqları plan olmuşdur. Şahid1 özü zəng edərək ona kömək edəcəyini bildirmişdir. Onlar tutulduqdan 1 saat sonra Şahid1 gəlmişdir. Videoçəkilişi başqa tanımadığı şəxs aparmışdır. Şahid1 hadisədən 10-15 gün əvvəl bir gündə üç dəfə ona zəng etmişdir. Şahid1 ona fiziki təzyiq göstərməmiş və uşaqlara səsini qaldırmamışdır. Şahid1 Təqsirləndirilən şəxs2 zəng etmişdir. Uşaqları Şahid1 görmüş və üzdən tanıyırlar.Əməliyyatçılar gəlməmişdən əvvəl Şahid1 yaşadığı evə gəlmişdir. Şahid1 ilə evə qalxıb orada söhbət edən zaman sonuncuya ona köməklik etməyi qarşılığında ona kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə Şahid3 ifadəsi ilə bağlı bildirmişdir ki, evə basqın olunarkən evdə azyaşlı uşaqları da olmuşdur.Şahid3 ona qarşı fiziki təzyiq göstərmiş, onun qolundan zərbə vurmuşdur.Onlar tutulanda müdafiəçi olmamışdır.Hadisə yerinə təxminən saat 8 radələrində getmişlər.

28. Təqsirləndirilən şəxs2 məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməyərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə tanışlığı var. Birinci dəfə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirləndirilmişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs1 ilə münasibətlərini dostluq zəminində davam eləmişlər. O, Tovuzda olarkən Gülər ona zəng edib “Narko biznes”də işləyən Şahid1 adlı polis əməkdaşının ona zəng edərək külli miqdarda qanunsuz narkotik vasitələrin yayılmasının qarşısını almaq üçün ona kömək etməyini xahiş etdiyini bildirmişdir. Gülər əvvəllər Davud adlı İran İslam Respublikasının vətəndaşı ilə işləmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxtlar narkotik vasitələrdən istifadə etməmişdir və Davud adlı X9 vətəndaşını blok elədikdən sonra həmin şəxslə heç bir əlaqə saxlamamışdır. O, özü Şahid1 zəng edib narkotik vasitələri götürdüyünü bildirmişdir. Şahid1 onu “WhatsApp” vasitəsilə yığmağını və narkotik vasitələri evdən götürəcəyini demişdir. Gülər şirniyyat almaq üçün mağazaya gedib qayıtdıqda yanında 5 nəfər polis əməkdaşı olmuşdur. Arif adlı polis əməkdaşı narkotik vasitələri təhvil verməklərini istəmişdir. O isə Arif adlı polis əməkdaşına narkotik vasitələrin Şahid1 aid olduğunu bildirmişdir. Qutulardan üçünün üzərinə 50 qram, digər üçünün üzərinə isə 100 qram yazılmışdır. Ümumilikdə ayrı-ayrı qutulardan ibarət 450 qramlıq narkotik vasitələri olmuşdur. Şahid1 Davud adlı X9 vətəndaşına mesajı Gülər tərəfindən özü yazdırmışdır. Polis əməkdaşlarından biri ona cibinə qoymaq üçün 16-17 qram narkotik vasitə vermişlər. Yanlarında iki vəkil olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki,Təqsirləndirilən şəxs1 ilə dostluq münasibətləri olmuşdur. Gülər ilə təxminən 1 il bir evdə yaşamışlar. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə məhkum olunmuşdur. Şahid1 adlı polis əməkdaşına güvənib narkotik vasitəsini götürmək üçün getmişdir. Şahid1 üzbəüz görməmişdir. Narkotik vasitələri Lökbatandan götürmüşdür.Gülərin ayağında qolbaq olduğu üçün narkotik vasitəsini götürmək üçün o, getmişdir. Polis əməkdaşları evə saat 6-da gəlmişlər. Sonra saat 11-də evə gəlib yenidən saat 1-də İdarəyə qayıtmışlar.Şahid1 telefon nömrəsini ona Gülər vermişdir. Məqsədi Gülərə kömək etmək olmuşdur. Ayağında qolbaq olmamışdır.İbtidai istintaq dövründə Tovuza getmişdir.Tovuza getməmişdən əvvəl Nizami rayon məhkəməsinə gedərək bu barədə məlumat almışdır.Tovuz rayonunda qeydiyyatdadır və hal-hazırda Masazırda yaşayır.Xatırlamadığı tarixdə Xaçmaz rayonuna getmişdir.Xaçmaza maşın aparmışdır.***-***-**-** hal-hazırda istifadə etdiyi nömrədir.87-82 sonluğu olan nömrəni deyəsən istifadə etmişdir. Xaçmazda bir dəfə olmuşdur.

29. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abduləzimova Aysu Rasim qızı ifadə verərək göstərmişdir ki, polis əməkdaşları evə basqın edəndə onun istirahət günü olmuşdur. Polis əməkdaşları anasına şillə vuraraq, söyüş söyərək təhqir etmişlər. Bacısı ilə onu otağa aparıb, qapını bağlamışlar, buna görə də onlar içəridəki səsləri eşitməmişlər. Anasını polis bölməsinə aparmışlar, həmin müddət ərzində polis əməkdaşı Vüqar Qəmbərov onların yanına otağa gəlmiş və onlarla birlikdə içəridə oturmuşdur. Daha sonra qardaşı gəlmiş və Vüqar Qəmbərov qardaşı ilə söhbət etməyə başlamışdır.Vüqar Qəmbərov bacısı üçün yemək sifarişi vermiş və yeməyin gec gələcəyini bildirib onlara 10 manat pul verərək aşağıya düşüb marketdən su almaqlarını, bir azdan anasını çəkiliş üçün gətirəcəklərini demişdir. Vüqar Qəmbərov onlara kömək edəcəyini demişdir. Şahid Abduləzimova Aysu Rasim qızı məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, iş vaxtı saat 10:00-dan 21:00-a qədərdir.Onun istirahət günü 15 gündən bir olmuşdur. Vüqar Qəmbərov onunla “WhatsApp” sosial şəbəkəsində yazışmışdır.Evə basqın edilən vaxtı Şahlar evdə uzanmışdır. Anasını polis əməkdaşları apardıqdan sonra telefonunu qaytarmışlar.İbtidai istintaq dövründə verdiyi ifadəsi müstəntiq tərəfindən təhrif edilmişdir. Vüqar Qəmbərov anasının telefonuna zəng çatmadığı zaman ona zəng etmişdir. Polis əməkdaşları onları söydüyü zaman Vüqar Qəmbərov orda olmamışdır.Onlara söyüş söyən polis əməkdaşları anasını götürüb apardıqları zaman Vüqar Qəmbərov gəlmişdir.Övladlarına görə anasına Vüqar Qəmbərov köməklik göstərəcəkdi. Vüqar Qəmbərov anasına “bu işlə məşğul olanların aşkarlanmasında dövlətə köməklik göstərsən mən də sənə köməklik göstərəcəyəm” demişdir. Vüqar Məmmədovun anasına kömək edəcəyinə inandığı üçün şikayət etməmişdir. Polis əməkdaşları ikinci dəfə evə gələrkən əllərində qara çemodan görmüşdür. Anası tutulmamışdan 1 ay əvvəl Vüqar Qəmbərov ilk dəfə onlara gəlmişdir. Polis əməkdaşının anasının üzünə və qoluna şillə vurduğunu görmüşdür. Hadisə günü Vüqar Qəmbərov polis əməkdaşları gəldikdən sonra onların evinə gəlmişdir. Çəkiliş etməyə gəldikləri vaxt Vüqar Qəmbərova zəng etmişlər ki, onları evdən çıxartsın. Polis əməkdaşları evə girən kimi bacısının və onun telefonlarını əllərindən almışlar, daha sonra onları otağa aparıb otağı bağlamışlar. Dəhlizdən polis əməkdaşının anasını vurduğunu görmüş və o, bacısı ilə otaqda olarkən polisin anasına söyüş söydüyünü eşitmişdir. Şahlarla anası arasında dostluq münasibətləri olmuşdur. Şahlar rayondakı evinə gedibgəlmişdir. Evin təlabatlarını anası və qardaşı ödəmişdir. Anasının narkotik vasitələrinin satışı ilə məşğul olduğunu görməmişdir. Hadisə baş verən zaman istifadəsində olan nömrəni xatırlamır.

30. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abduləzimov Rəvan Rasim oğlu ifadə verərək göstərmişdir ki, ilk dəfə Vüqar Qəmbərov evlərinə gəldikdə evdə Vüqardan başqa bir nəfər polis əməkdaşı da olmuşdur. Ona narahat olmamağını, anasına kömək edəcəklərini, polis əməkdaşları olduqlarını və otağa keçməyini bildirmişlər. Daha sonra isə onlar çıxıb getmişlər. Hadisə günü anasına və bacılarına dəfələrlə zəng etməyinə baxmayaraq, telefonu açmamışlar. Evə gəldiyi zaman qapını Vüqar adlı şəxs açmışdır. Vüqar telefonları alaraq oturmuşdur. Vüqar onun da telefonunu götürmüşdür. Daha sonra balaca bacısı acdığından Vüqar Qəmbərov onlara pul verərək aşağı düşüb yemək almaqlarını söyləmişdir. Şahid Abduləzimov Rəvan Rasim oğlu məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Vüqar Qəmbərov anasına tez-tez zəng etmiş, ona kömək edəcəyini demişdir. Anasının birinci məhkəməsində şahid qismində iştirak etməmişdir. Vüqar Qəmbərov evlərinə iki dəfə gəlmişdir. Vüqar Qəmbərovu bir dəfə maşında evlərinin yaxınlığında görmüşdür. Polis əməkdaşlarının söyüş söydüyünü eşitməmişdir.İzahatlarını alan müstəntiqin adı Fərid olmuşdur. Müstəntiq yazdıqları izahatın analarının əleyhinə olduğunu bildirmişdir. İzahatalrında müstəntiqin dediklərini yazmışlar. Polis əməkdaşları anasına kömək edəcəklərini bildirmişlər. Bu barədə anlayışları olmadığı üçün, həm də anasına zərəri olar deyə şikayət etməmişlər. Anasının narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatı olmamışdır. Şahları ailə dostu kimi tanıyır. Şahlar həmin vaxt onların evində yaşamışdır. Hadisə günü Şahlar onların evində olmuşdur. Evə gələndə qapını Vüqar Qəmbərov açmışdır. Qaranlıq olduğundan polis əməkdaşlarının evə gələrkən əlində nəsə olduğunu görməmişdir. Telefon nömrələrini dayısı dəyişdirmişdir. Hadisə baş verən zaman istifadəsində olan nömrəni xatırlamır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

31. CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

32. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

33. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

34. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

35. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

36. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

37. Maddə 64.1. İştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.

38. Maddə 64.2. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır.

39. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

40. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.

41. Maddə 93.1.2. Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:

42. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

43. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

44. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

45. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

46. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

47. Maddə 158.2.2.Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət daxildir.

48. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

49. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

50. Maddə 132.1.4. mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.

51. Maddə 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir;

52. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

53. Maddə 198.3. Cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

54. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın(köhnə redaksiyada) 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

55. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

56. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

57. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

58. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı

59. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X11 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir.

Avropa Məhkəməsinin president hüququ:

60. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.

61. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. 62.“Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

63. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxslərin ifadələrində işin həm faktiki hallarını mübahisələndirmiş, həm də ibtidai istintaq dövründə tərtib edilmiş sənədlərin mötərbərliliyini şübhə altına almışılar. Belə ki, Təqsirləndirilən şəxs1 Şahid1 zəng edərək ona kömək edəcəyini bildirmişdir. Şahid1 qurduğu plan əsasında onlar narkotik vasitə əldə etmiş, sonuncu telefonlara cavab vermədiyinə görə əldə etdikləri narkotik vasitəni evə gətirmiş, onlar tutulduqdan 1 saat sonra Şahid1 yaşadıqları evə gəlmişdir. Onlar bölməyə aparılsa da Şahid1 onların yaşadığı evdə gözləmiş, əslində şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişini də Şahid1 deyil , tanımadığı başqa şəxs aparmışdır. Sonradan mənzildən aşkar edilmiş narkotik vasitə isə onların əldə etdikləri narkotik vasitə olmamış, onlar idarəyə aparıldıqdan sonra həmin evə qoyulmuşdur.

64. Cinayət işi materiallarına əlavə edilmiş 27 fevral 2023-cü, 28 fevral 2023-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən tərəflərindən törədilməsi iddia edilən ittiham aktında təsvir edilən əməlini tam etiraf etmiş, lakin 28 fevral 2023-cü il tarixdə əlavə olaraq dindirilərkən hər iki təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyədən çıxarılmasına və satışı ilə məşğul olan şəxslərin tutulmasında yaxından köməklik etmək barədə Şahid1 təklifi ilə Təqsirləndirilən şəxs1 razılaşması, Təqsirləndirilən şəxs1 polis əməkdaşları ilə əməkdaşlıq etmək məqsədilə narkotik vasitə əldə etmək üçün əvvəllər tanıdığı Davud adlı şəxslə əlaqə saxlayaraq sonuncunun bildirdiyi ünvana getdiyini, ətrafda adamların sıx olmasını müşayiət edərək müvafiq narkotik vasitəni götürmədiyini, Təqsirləndirilən şəxs2lə əlaqə saxlayaraq sonuncunu həmin ünvana dəvət etdiyini, Təqsirləndirilən şəxs2 tərəfindən həmin narkotik vasitələri götürüldükdən sonra sonuncunun təklifi ilə müvafiq narkotik vasitəni satmaq və məhkəmədəki işini həll etmək qərarına gəldiklərini göstərmişlər.

65. 17 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, 10:30-11:50 radələrində həyata keçirilən üzləşdirilmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 Şahid1 üzünə əvvəllər onu tanımadığını, Gülərin dediklərinə əsasən qeyd edilən məzmunda ifadə verməsini bildirmişdir.

66. 18 may 2023-cü tarixli üzləşdirmə protokolundan görünür ki, 10:30-11:30 radələrində həyata keçirilən üzləşdirilmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Şahid1 üzünə əvvəllər onu tanımadığını, sonuncunun heç vaxt təqsirləndirilən şəxsin evinə gəlmədiyini, özünü müdafiə məqsədilə qeyd edilən məzmunda ifadə verməsini bildirmişdir.

67. 18 may 2023-cü tarixli üzləşdirmə protokolundan görünür ki, 11:35-12:15 radələrində həyata keçirilən üzləşdirilmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə Davud adlı şəxslə əlaqəsi barədə Təqsirləndirilən şəxs2 məlumatlı olması, məhz sonuncu ona məhkəmədə olan işini həll etmək məqsədilə Davud adlı şəxslə əlaqə saxlamasını, Təqsirləndirilən şəxs2 onun tutulmasına səbəb olmasını bildirmiş, digər təqsirləndirilən şəxs qeyd edilən ifadə barəsində Təqsirləndirilən şəxs1 hər hansı məzmunda sual verməmişdir.

68. 16 may 2023-cü il tarixli dindirmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ***-***-**-** nömrəsinin sahibini ləzgi Vüqar kimi tanıdığını,ondan narkotik vasitə və psixotrop maddə alan şəxs olduğunu , ondan borca pul götürdüyünü,o da Vüqardan borca pul alıb sonra ona pulun əvəzində narkotik vasitə verdiyini, Vüqarla məhkəmədə olan işi ilə bağlı mesajlaşdığını , **********18 nömrəsinin sahibinin Mortuza adlı İran İslam Respublikasının vətəndaşı olduğunu və Mortuzadan daim narkotik vasitə aldığını qeyd etmişdir(cild 1, səh 238-241).

69. Göründüyü kimi təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə fərqli məzmunda bir- biri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, məhkəmə iclasında isə həmin ifadələri danaraq ümumiyyətlə hazırki iş üzrə polis əməkdaşı qismində dindirilmiş Şahid1 göstərişinə əsasən narkotik vasitə əldə etdiklərini, həmin narkotik vasitələri satmaq niyyətində olmadıqlarını sonuncuya təhvil verəcəklərini bildirmişdirlər. Belə ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 Şahid1 narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutulmasında köməklik etmək üçün sonuncu ilə razılaşdığını, Şahid1 əməliyyat axtarış tədbirləri keçirməsinə kömək etmək məqsədilə əldə etdiyi narkotik vasitəni sonradan Şahların təklifi ilə həmin dövrdə barəsində olan cinayət işini “həll etmək” üçün satmaq qərarına gəldiklərini qeyd etsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 barəsində cinayət işinə Şahid1 köməklik göstərəcəyinə görə sonuncunun narkotik vasitə əldə etmə barəsində göstərişlərinə riayət etdiyini bildirmişdir. Məhkəmə toplanmış sübutların təhlil edilməsi, müqayisə olunması, yeni sübutlar toplanması və əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdiirlməsi barədə Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələrin “ağlabatan” olmaması barədə qənaətə gəlməklə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir.

70. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, ittihamı sübut etmə yükü ittiham tərəfinin üzərinə düşsə də ittiham tərəfinin gətirdiyi dəlillərin təkzibi ya həmin sübutların mümkünlüyünün istisna edilməsi, ya da mötəbərliliyinin şübhə altına alınması yolu ilə həyata keçirilir. İttiham tərəfinin sübutlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satış məqsədilə əldə edib saxlamaları barədə əməliyyat məlumatı 26 fevral 2023-cü il tarixdə Vüqar Qəmbərova daxil olmuş, eyni tarixli qərarla sonuncu həm də qeyd edilən təqsirləndirilən şəxslərin ifşa edilməsi ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün yaradılmış qrupa rəhbərlik etmişdir. Hər iki təqsirləndirilən şəxs 26 fevral 2023-cü il tarixdə saat 20:10 radələrində ünvan 18 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişlər. Təqsirləndirilən şəxs1 tutulması barədə protokol 26 fevral 2023-cü il tarixdə saat 21:30, Şahlar Abdullayevin tutulması barədə protokol 26 fevral 2023-cü il tarixdə saat 21:10 radələrində tərtib edilmiş, Şahlar Abdullayevin üzərində şəxsi axtarış 26 fevral 2023-cü il tarixdə saat 21:50-22:03, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış 26 fevral 2023-cü il tarixdə saat 22:40-22:55 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həyata keçirilmişdir. Hər iki istintaq hərəkətində Şahid1, Şahid3, Şahid2 adlı əməliyyatçılar iştirak etmişdir. Lakin müvafiq istintaq hərkətlərinin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, Şahid3 və Şahid2 adlı əməliyyatçılar çəkilişdə görünsə də, Şahid1 videoçəkilişi həyata keçirən şəxs kimi bəyan edilmiş və videoçəkilişdə görünməmişdir.

71. Müdafiə tərəfindən ittiham tərəfinin sübutlarının təkzibi istiqamətində təqsirləndirilən şəxslərin tutulma yerini və vaxtına dair məlumatları ehtiva edən sənədlərin, eləcə də şəxsi axtarış və götürmə, evə axtarış və götürmə istintaq hərəkətlərinin nəticələrinin mötəbərliliyinin şübhə altına alınması üçün verilmiş vəsatətlər təmin olunmuşdur.

72. Müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilən narkotik vasitənin Vüqar adlı polis əməkdaşının göstərişinə əsasən Təqsirləndirilən şəxs2 köməyi ilə götürməsi, 26 fevral 2023-cü il tarixdə evinə qayıdarkən yolda saat 18:00 radələrində Bəylər və Arif adlı polis əməkdaşları tərəfindən tutulması, daha sonra evə gətirilməsi, evə gəldikdən 1 saat sonra Vüqar Qəmbərovun gəlməsi, təqsirləndirilən şəxslərin hər ikisinin yaşadığı evdən tutularaq aparılmasını, eləcə də polis əməkdaşları Vüqar Qəmbərov, Şahid2, Şahid3 bir saata yaxın onların evində olmasını, daha sonra Şahid1 evdə qalması, təqsirləndirilən şəxslərin digər iki şahidlə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmasını iddia etdiyinə görə təqsirləndirilən şəxslərin və hər üç polis əməkdaşının anten məlumatları müvafiq telefon şəbəkələrindən əldə edilməklə götürülmüşdür. Məlumatlara həm müdafiə, həm ittiham tərəfinin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin həmin tarixə anten məlumatlarını əldə etmək mümkün olmasa da, sonuncunun istifadəsində olan 050 979 15-55 saylı nömrə ilə aparılan danışıqlara əsasən(MTC, MOC, SMS) anten məlumatlarına görə o, 26 fevral 2023-cü il tarixdə saat 15:54 radələrindən 17:27 radələrinədək ünvan 19 ünvanında olmuş, saat 18:41 radələrində isə “Xəmsə” restoranının ətrafında olmaqla ********** mobil telefon nömrəsi ilə 25 saniyəlik telefon vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatlarına əsasən o, 26 fevral 2023-cü il tarixdə saat 16:22 radələrindən 18:37 radələrinədək ünvan 19 ünvanında olmuşdur.

73. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ***-***-**-** mobil telefon nömrəsi istifadəçisi arasında zəngin qeydə alınması tarix, eləcə də müvafiq zəngin müddəti, istifadələrində olan telefon nömrəsi vasitəsilə aparılan danışıqlar(MTC, MOC, SMS) əsasında verilmiş anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 saat 18:41 radələrindən, Təqsirləndirilən şəxs2 isə 18:37 radələrindən sonra harada olmasının müəyyən edilməsinin mümkün olmamasına dair hallar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdiyi vaxtda, yəni 26 fevral 2023-cü il tarixdə saat 18:00 radələrində tutulması barədə dəlillərini təsdiq edə bilməmişdir. Digər tərəfdən əldə edilmiş məlumatlara baxış keçirilərkən Şahid1 istifadəsində olan ********* saylı, Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nömrələri ilə aparılmış telefon danışıqları(MTC, MOC, SMS) əsasında onların təqsirləndirilən şəxslərin tutulma saaatına təsadüf edən anten məlumatları əldə edilə bilməmiş(Şahid1 istifadəsində olan ********* sayl mobil telefon nömrəsi həmin gün yalnız iki dəfə 13:54 radələrində Yusif Vəzi küçəsində, 27 fevral 2023-cü il tarixdə 00:32 radələrində Məshəti 11 ünvanında olması müəyyən edilmişdir), həmin telefon nömrələri üzərindən internetdən istifadə nəticəsində əldə edilmiş anten məlumatların isə şahidlərin, o cümlədən təqsirləndirilən şəxslərin olduğu yerin düzgün göstərib-göstərməməsi məhkəmədə şübhə doğurduğundan müvafiq mütəxəssis dəvət olunaraq həmin xüsusatlar üzrə dindirilmişdir. Belə ki, Şahid2 və Şahid1 istifadəsində olan telefon vasitəsilə təqsirləndirilən şəxslərin tutulma tarixinə və müddətinə aid danışıqlar(MTC, MOC və SMS) həyata keçirməsi müəyyən edilməmiş, şahidlər həmin müddət ərzində yalnız internetdən istifadə etmişdir. İnternetdən istifadə nəticəsində anten məlumatları isə gah Şahid2 26 fevral 2023-cü il tarixdə saat 23:14:01 radələrində Badamdar, 23:18:42 radələrində Xəzər Universitetinin yanında, 23:28:06 radələrində Xəzər Universitetinin yanında, 23:31:09 radələrində isə Badamdar ərazisində, 23:31:11 radələrində isə yenidən Xəzər Universitetinin yanında, Şahid1 isə internetdən istifadə etməsi nəticəsində əldə edilmiş məlumatlar onun 27 fevral 2023-cü il tarixdə saat 00:34:41 radələrində onun Abbasqulu Abbaszadə, Teleqüllə yaxınlığında, 00:34:32 radələrində Nizami rayonu, Məshəti 11 ünvanında olduğunu göstərmişdir. Göründüyü kimi qeyd olunan qısa zaman kəsiyində şahidlərin uzun məsafə qət etməsi şübhə doğurduğundan həmin hallara aydınlıq gətirilməsi üçün məhkəmədə mütəxəssis qismində dindirilən X6 bildirmişdir ki, hər hansı şəxsin internetdən istifadə nəticəsində əldə edilmiş anten məlumatları mötəbər məlumat kimi qəbul edilə bilməz. Belə ki, hər hansı bir şəxs müvəqqəti olaraq “A” adlandırılan ərazidə intenet səhifəsi açmışdırsa, sonradan olduğu yeri dəyişərək “B” ərazisinə keçsə belə internetdən istifadə nəticəsində anten məlumatlarına əsasən şəxsin “A” ərazisində açdığı internet səhifəsindən istifadə etməsinə davam etməsi nəticəsində əslində “B” ərazisində olduğu təqdirdə “A” ərazisində olduğu göstəriləcək. Ona görə də hər hansı şəxsin olduğu yer barədə daha dəqiq məlumatlar mövcud telefon nömrəsi vasitəsilə aparılmış danışıqlar(MOC, MTC, SMS) üzərindən müəyyən edilir.

74. Təqsirləndirilən şəxsləri saxlayan digər polis əməkdaşı Şahid3 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, o, 26 fevral 2023-cü il tarixdə saat 18:48 radələrində ünvan 19 ünvanı ətrafında, saat 20:19 radələrində isə “Əzizbəyov” metrosu dairəsi yaxınlığında olmuşdur.

75. Göründüyü kimi təqsirləndirilən şəxslərin saat 18:00 radələrindən tutularaq evdə saxlanılması, bir saatdan sonra yaşadıqları evə Şahid1 gəlməsi, onların sonradan idarəyə aparılması, Şahid1 təqsirləndirilən şəxslərin yaşadıqları mənzildə qalması barədə dəlilləri müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən toplanmış sübutlar əsasında təsdiq edilə bilməmişdir. Şahid3 isə istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılan danışıqlar vasitəsilə müəyyən edilmiş anten məlumatlarının 26 fevral 2023-cü il tarixdə saat 20:19 radələrində “Əzizbəyov” metrosu dairəsi yaxınlığında olması hər iki təqsirləndirilən şəxsin 26 fevral 2023-cü il tarixdə saat 20:10 radələrində ünvan 18 ünvanının yaxınlığında saxlanılması barədə ittiham tərəfinin dəlillərini təsdiq edir.

76. Müdafiə tərəfi həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslər evində saxlanılarkən, onlara qarşı təzyiq olunarkən Təqsirləndirilən şəxs1 qızı da evdə olmuş, qeyd edilən məlumatın yoxlanılması istiqamətində məhkəmə tərəfindən Aysu Əbdüləzizovanın istifadəsində olan ********** saylı telefon nömrəsi ilə aparılan danışıqlar barədə əldə edilmiş məlumatlar vasitəsilə Aysu Əbdüləzizovanın 26 fevral 2023-cü il tarixdə yalnız səhər 08:43 radələrində anası Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda olmasını təsdiq edilsə də həmin saatdan sonra harda olmasını müəyyən etmək mümkün olmadığından sonuncunun polis əməkdaşlarının həqiqətən saat 18:00 radələrində təqsirləndirilən şəxsin yaşadığı evə gəlməsinin, Vüqar Qəmbərovun isə təqsirləndirilən şəxslərin idarəyə aparıldıqdan sonra həmin evdə olmasının şahidi olması barədə müdafiə tərəfinin dəlilləri təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, qeyd edilən nömrə barəsində anten məlumatları əvvəllər işə baxan başqa məhkəmə tərkibinin qərarı ilə əldə edilmiş, hazırki məhkəmə tərəfindən işə baxılarkən dindirilən şahid Aysu Əbdüləzizova hadisə zamanı ümumiyyətlə hansı nömrədən istifadə etməsini xatırlamadığını bildirmişdir.

77. Şahidlərdən Şahid1 təqsirləndirilən şəxslərin barəsində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı idarədə olması barədə məhkəmə müdafiə tərəfinin dəlilləri ilə əlaqədar qeyd edir ki, videogörüntüdə Şahid1 üzü görünməsə də şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman təhqiqatçı tərəfindən iştirakçılar elan edilərkən videgörüntünün Şahid1 tərəfindən qeydə alınması elan edilmişdir. Bu hal isə ona dəlalət edir ki, əgər təqsirləndirilən şəxslər həqiqətən Şahid1 əvvəldən tanısaydı həmin görüntünün Şahid1 tərəfindən qeydə alınması elan edildiyi zaman artıq təqsirləndirilən şəxslər videogörüntünü qeydə alan şəxsin Vüqar olmadığı təqdirdə bunu bilməli və qeyd edilən xüsusat istintaq dövründə sonradan verdiyi ifadələrinin məzmununu təşkil etməli idi. Belə ki, barələrində ev dustaqlığı qətimkan tədbiri seçildikdən dərhal sonra təqsirləndirilən şəxslər ifadəsini dəyişmiş , narkotik vasitələrin Şahid1 təhriki ilə əldə etdiklərini qeyd etmişlər, bu isə o deməkdir ki, artıq onlar “hər hansı təzyiqə məruz qalmadan ifadə vermək, o cümlədən barələrində keçirilmiş şəxsi istintaq hərəkəti keçirilərkən Şahid1 orada iştirak etmədiyini”, sonuncunun onlarla birgə idarəyə gəlməyərək yaşadıqları evdə qalmasını bildirmək imkanlarına malik olmuşlar.

78. Bundan başqa Təqsirləndirilən şəxs2, həm Təqsirləndirilən şəxs1 iştirakı ilə hər iki təqsirləndirilən şəxs, barələrində keçirilmiş şəxsi axtarış barədə istintaq hərəkətinin nəticələrini əks etdirən DVD diskə baxış zamanı qeyd edilən xüsusatları istintaq orqanının nəzərinə çatdırmamışdır.

79. Məhkəmə yuxarıda sadalanan bütün halları, o cümlədən Şahid1 istifadəsində olan 055 ******* saylı mobil telefon nörməsi vasitəsilə aparılan danışıqlar vasitəsilə sonuncunun təqsirləndirilən şəxslərin barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilən zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsində deyil, başqa yerdə olmasının müəyyən edilməsinin mümkün olmamasını, həmin telefon nömrəsindən internetdən istifadə nəticəsində anten məlumatlarının isə onun olduğu yer barədə verdiyi məlumatların mütəxəssis ifadəsinə əsasən mötəbər sübut kimi qəbul edilməsinin istisna edilməsini nəzərə alaraq hesab edir ki, müdafiə tərəfinin ittiham tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxslərin şəxsi axtarış və götürmə, eləcə də yaşadıqları evə baxış və götürmə istintaq hərəkətlərinin nəticələrini şübhə altına almaq üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Rəvan Abdüləzimov və Aysu Abdüləzimovanın təqsirləndirilən şəxslərin övladlarının olmasını, Cinayət-Prosessual Məcəlləsinin 228-ci maddəsinə əsasən onların yaxın qohum olan analarının əleyhinə ifadə verməmək hüququna məxsusluğunu, şahid ifadələrinin mötəbərliliyinin onların bilə bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşımasına görə iltizama imza edilməsi ilə təminat verilməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən ifadələr başqa sübutlarla təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz.

80. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, 26 fevral 2023-cü il tarixdə həqiqətən təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. İbtidai istintaq orqanının vəsatəti əsasında məhkəmə qərarı ilə əldə edilmiş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə barəsində olan həmin cinayət işində köməklik edilməsi ilə bağlı +**********60 saylı nömrə istifadəçisi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. **********60 nömrə istifadəçisi 20 fevral 2023-cü ildən – 25 fevral 2023-cü ilədək Təqsirləndirilən şəxs1 ilə barəsində olan cinayət işinin məhkəmədəki yeri, vəziyyəti, hansı hakimin icraatında olması barədə məsələləri müəyyən etmiş, lazım olsa onun əvəzinə cəza çəkəcəyi, uşaqlarının anasız böyüməsinə yol verməyəcəyini bildirmiş, Gülər həmin şəxsə “Vüqar” deyə müraciət etmiş, ibtidai istintaq dövründə isə Təqsirləndirilən şəxs1 həmin xüsusat üzrə dindirilmiş və onun “Ləzgi Vüqar” adlı şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında isə eyni xüsusat üzrə dindirilərkən əvvəlcə Şahid1 başqa “Vüqar” tanımadığını qeyd etsə də istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlar barədə məlumatlar tədqiq edilərkən onu “xatırladığını”, həmin şəxsin “İsmayıllı Vüqar” olduğunu bildirmişdir. Tutulduğu tarixdən bir gün əvvələ, yəni 25 fevral 2023-cü ilə qədər barəsində olan cinayət işinə həmin Vüqar tərəfindən kömək edildiyi təqdirdə polis əməkdaşı “Vüqar” tərəfindən hansı dövrdə ona kömək etmək barədə razılaşmaları barədə isə suallara Təqsirləndirilən şəxs1 “ağlabatan” cavab verə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, eləcə də Aysu Abdüləzimovanın istifadəsində olan telefon nömrələri vasitəsilə aparılan danışıqlar barədə əldə edilmiş məlumatlardan da görünür ki, onlar ilə Şahid1 arasında hər hansı danışıq, sms olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər sonuncu ilə onun göstərişi əsasında yalnız “whats up” vasitəsilə əlaqə saxladığını, adi nömrə ilə zəng etsə də sonuncunun telefonu açmadığını qeyd etmişlər. 19 aprel 2023-cü il tarixli protokollar tədqiq edilərkən isə hər iki təqsirləndirilən şəxsin istifadəsində olan telefonlara keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməməsi görünmüşdür (cild 1, iş vərəqə 225- 226). Yəni qeyd edilən protokollarla təqsirləndirilən şəxslərin 28 fevral 2023-cü il tarixdə verdikləri ifadələri, yəni əvvəlcə Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etməyə getməsi, sonradan narkotik vasitənin yeri barədə məlumatları Təqsirləndirilən şəxs2 göndərməsi , Şahid1 təhriki ilə hazırki cinayəti törətmələri kimi məlumatlar təsdiq edilməmişdir.

81. Məhkəmə iclasında təqsirləndirilən şəxslər həmin telefonun yaddaşında olan yazışmaların polis əməkdaşları tərəfindən pozulduğunu iddia etmişdirlər. Məhkəmə təqsirləndirilən şəxslərin həmin dəlilləri ilə əlaqədar qeyd edir ki, 28 fevral 2023-cü il tarixdə barələrində ev dustaqlığı qətimkan tədbirinin seçildikdən sonra ibtidai istintaq dövrünün sonrakı mərhələsində təqsirləndirilən şəxslər ifadələrini dəyişmək imkanlarına malik olmaqla yenidən fərqli məzmunda ifadə verərək məhz Vüqar Qəmbərovun təhriki ilə üzərlərindən və yaşadıqları evdən aşkar edilmiş narkotik vasitələri əldə etdiklərini, qeyd edilən halları təsdiq edən məlumatların istifadələrində olan telefonda öz əksini tapdığını, lakin telefonda olan məlumatların polis əməkdaşları tərəfindən pozulması barədə xüsusatları istintaq orqanının nəzərinə çatdırmamalarını, habelə həmin telefonların yaddaşının bərpa edilməsi barədə istintaq orqanına vəsatət verməmələrini nəzərə alaraq qeyd edilən ifadələrinin cinayət işi materialları ilə təkzib edilməsi barədə qənaətə gəlir.

82. Məhkəmə onu da qeyd edir ki, məhkəmə baxışının sonrakı mərhələsində təqsirləndirilən şəxslər ifadələrini dəyişdirərək bütün yazışmaların telefonun yaddaşında qaldığını göstərərək telefonların məhkəməyə gətirilərək tədqiq edilməsini xahiş etmişdir. Müdafiə tərəfinin vəsatəti ilə həm Təqsirləndirilən şəxs1, həm Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilən telefonlar məhkəməyə gətirilmiş, iclasda həmin telefonların tədqiqi zamanı Təqsirləndirilən şəxs1 telefonun kodunu xatırlamadığını, Təqsirləndirilən şəxs2 isə kodun dəyişdirildiyini iddia etdiklərindən müvafiq telefonlara baxış keçirilməsi mümkün olmamışdır.

83. Məhkəmə onu da qeyd edir ki, sübutların qiymətləndirilməsi haqqında qərarla təqsirləndirilən şəxslərin istintaq dövründə Şahid1 təhriki ilə narkotik vasitələr əldə etməsi xüsusatı araşdırılmış, Şahid1 barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

84. Müdafiə tərəfinin digər əsas dəlili təqsirləndirilən şəxslərlə Şahid1 arasında üzləşdirmə istintaq hərəkətinin aparılmaması, iş materiallarına saxta üzləşdirmə protokolunun əlavə edilməsidir.

81. 17 aprel 2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 10:30-10:50 radələrində, 18 may 2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 saat 10:30-11:30 radələrində Nizami rayon Polis İdarəsində Şahid1 ilə üzləşdirilmişdir. Bundan başqa 18 may 2023-cü il tarixdə saat 11:35-12:15 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Nizami rayon Polis İdarəsində üzləşdirilmişdir.

85. Şahid1 istifadəsində olan nömrəsilə aparılan danışıqlar (MTC, MOC, SMS) vasitəsilə əldə edilmiş anten məlumatlarına əsasən sonuncunun 17 aprel 2023-cü il tarixdə onun Təqsirləndirilən şəxs2lə üzləşdirmə saatlarında harada olmasının müəyyən edilməsi mümkün olmamış (belə ki, şahidin olduğu yer barəsində məlumatlar yalnız həmin gün saat 12:32 radələrindən sonra mövcud olmuşdur), 18 may 2023-cü il tarixdə saat 11:02 radələrində yəni Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmə saatlarında Abbasqulu Abbaszadə küçəsi, Telequllə yaxınlığında olmuşdur.

86. Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlar(MTC, MOC, SMS) üzərindən əldə edilmiş məlumatlardan görünmüşdür ki, onun 17 aprel 2023-cü il tarixdə harda olması müəyyən edilə bilməmiş(belə ki, həmin dövrə qeyd edilən telefon nömrəsi vasitəsilə yalnız internetdən istifadə nəticəsində anten məlumatları əldə edilə bilmişdir ), 18 may 2023-cü il tarixdə saat 13:25 radələrində isə Xaçmaz rayonunda olmuşdur. Təqsirləndirilən şəxs2 həmin nömrədən istifadə ilə əlaqədar bildirmişdir ki xatırlamadığı tarixdə avtomobilini təmir etmək üçün Xaçmaz rayonuna getmiş, telefonu orada başqa şəxsə verib qayıtmışdır.

87. Məhkəmə əvvəla qeyd edir ki, təqsirləndirilən şəxs nə istintaq dövründə, nə də əvvəlki məhkəmə tərkibin iştirakı ilə keçirilən iclaslarda, nə də hazırki məhkəmə baxış iclasında ********** mobil telefon nömrəsinin ona məxsus olması barədə məlumat verməmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilən 27 noyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclas protokolundan isə görünmüşdür ki, Təqsirləndirilən şəxs2 həmin məhkəmə iclasında 070 *** **** mobil telefon nömrəsindən istifadə etdiyini, həmin nömrə ilə Şahid1la əlaqə saxladığını qeyd etmişdir. Bundan başqa həmin məhkəmə iclasında istintaq dövründə Vüqarla arasında üzləşmə keçirilməsini təsdiq etsə də həmin şəxsin başqa Vüqar olduğunu, lakin onun Şahid1 olmadığını demədiyini bildirmişdir. Bundan başqa 14 iyun 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki,təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət təqdim edərək Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** mobil telefon nömrəsi barədə anten məlumatlarının əldə edilməsinə dair vəsatət verilmiş və vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 həmin tarixlərdə Tovuz rayonunda olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş ifadələrdə ********** mobil telefon nömrəsindən istifadə etməsinə dair məlumatlara rast gəlinməməsini, ********** mobil telefon nömrəsinə dair anten məlumatlarının "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq həmin nömrənin ümumiyyətlə Təqsirləndirilən şəxs2 istifadəsində olub-olmamasının müəyyən edilməməsini, müdafiə tərəfinin vəsatət verərkən 17 aprel 2023 və 18 may 2023-cü il Təqsirləndirilən şəxs2 Tovuz rayonunda olmasını bildirsə də sorğu əsasında əldə edilmiş anten məlumatlarına əsasən həmin nömrə istifadəçisinin qeyd edilən tarixlərdə Xaçmaz rayonunda olmasını, Təqsirləndirilən şəxs2 hazırki məhkəmə baxış iclasında qeyd edilən nömrəni xatırlamadığı tarixdə Xaçmaz rayonunda yaşayan avtomobil ustasına verməsini bildirməsini nəzərə alaraq hesab edir ki, ********** mobil telefon nömrəsi vasitəsilə aparılan telefon danışıqları üzərindən anten məlumatlarını özündə əks etdirən CD disk 17 aprel 2023-cü il tarixli üzləşdirmə protokolunun mötəbərliliyinin şübhə altına alınması üçün əsas qismində çıxış edə bilməz.

88. Müvafiq üzləşdirmə protokollarının mötəbərliliyinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 istifadəsində olan +**********82 mobil telefon nömrəsinin anten məlumatlarının, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi üçün həm Təqsirləndirilən şəxs2, həm Təqsirləndirilən şəxs1 hərəkət trayektoriyası barəsində məlumatların təqdim edilməsi barədə verilmiş sorğulara əsasən "xxxx" MMC-dən daxil olmuş 09 yanvar 2026-cı il tarixli məktubla +**********82 mobil telefon nömrəsinin 17 aprel 2023 və 18 may 2023-cü il tarixdə müvafiq şəbəkədə istifadə edilməməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya –Kommuniksiya İdarəsi tərəfindən təqdim edilmiş 28 yanvar 2026-cı il tarixli məktubla arxiv görüntülərinin saxlama müddətinin məktubda göstərilmiş 18 may 2023-cü ili əhatə etmədiyi üçün təqsirləndirilən şəxslərin hərəkət trayektoriyasınının müəyyən edilməsinin mümkün olmadığı, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 03 fevral 2026-cı il tarixli məktubla Təqsirləndirilən şəxs2 ünvan 18, mənzil 4 ünvanında yaşamadığı üçün onun davranışına nəzarətin həyata keçirilməsi və qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir.

89. Məhkəmə Şahid1la Təqsirləndirilən şəxs2 arasında 17 aprel 2023-cü il tarixdə aparılmış üzləşdirmə zamanı Şahid1 istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə aparılmış danışıqlara(MTC, MOC, SMS) əsasən əldə edilmiş anten məlumatları əsasında onun Nizami rayon Polis idarəsindən başqa yerdə olmasının təsdiq edilməməsi, eləcə də Təqsirləndirilən şəxs2 17 aprel 2023 və 18 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs1 18 may 2023-cü il tarixdə harda olmasının müəyyən edilməsi istiqamətində həyata keçirilmiş bütün prosesual hərəkətlərin nəticəsiz qalması səbəbindən Təqsirləndirilən şəxs2 həm 17 aprel 2023-cü il, həm 18 may 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs1 isə 18 may 2023-cü il tarixdə üzləşmə zamanı Nizami rayon Polis İdarəsində olmasının təkzib edilməməsi səbəbindən hesab edir ki, Şahid1la Təqsirləndirilən şəxs2 arasında 17 aprel 2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 arasında 18 may 2023cü il tarixdə aparılmış üzləşdirmə protokolu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mötəbər sübut kimi qəbul edilməlidir. Lakin Şahid1 25 dekabr 2023-cü il tarixli məhkəmə iclasında bir sıra nömrələrinin olmasını qeyd etsə də müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməsinə dair Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə əsasən onunla Təqsirləndirilən şəxs1 arasında 18 may 2023-cü il tarixdə aparılmış üzləşdirmə zamanı istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə aparılmış danışıqlara(MTC, MOC, SMS) əsasən əldə edilmiş anten məlumatları əsasında işlədiyi idarədə olmasının müəyyən edilməsi səbəbindən məhkəmə həmin üzləşdirmə protokolunu mötəbər sübut kimi qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 istintaq dövründə və məhkəmə iclasında bir-birindən kəskin şəkildə fərqlənən ifadələr verməsi onun verdiyi ifadələrin “ağlabatan” ifadə kimi qəbul edilib-edilməməsinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır: - Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə baxışı dövründə “Davud” adlı İran İslam Respublikası vətəndaşı şəxsdən polis əməkdaşının təhriki ilə narkotik vasitə əldə etdiyini, həmin şəxslə tutulmamışdan 1 ay əvvəl tanış olmasını (18 may 2023-cü il tarixli üzləşmə zamanı) göstərsə də istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlara baxış keçirilərkən onun tutulmamışdan 11 gün əvvəl +**********18 iran İslam Respublikasının mobil operatorlarına məxsus nömrə ilə əlaqə saxladığını, ibtidai istintaq dövründə isə həmin şəxsin kim olması barədə dindirilərkən qeyd edilən şəxsin adının Murtuza olduğunu qeyd etmişdir; -ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 ifadə verərkən ilkin olaraq narkotik vasitə götürməyə özü getdiyini, həmin sahədə adam cox olmasını gördüyünə geri qayıtdığını, Şahları göndərdiyini, məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitə götürməyə Şahların getdiyini, sonuncunun narkotik vasitənin yerini tapa bilmədiyinə görə yenidən özünün getdiyini bildirmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.

90. Narkotik vasitənin və psixotrop maddənin təqsirləndirilən şəxslərin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (qərarın 42-45-ci bəndləri) həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

91. Təqsirləndirilən şəxslərdə aşkar edilərək götürülmüş narkotik vasitənin və psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: qərarın 27-54-cü bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

92. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 6 və 19-cu bəndləri).

93. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur (qərarın 6 və 19-cu bəndləri).

94. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 31-ci bəndi).

95. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir .

96. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır və qiymətləndirir.

97. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

98. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, törətdiyi cinayətin xarakteri və ictimai təlükəliliyini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədlərinə nail olunması prinsipi rəhbər tutulmaqla ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməli və təyin edilmiş cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının14 yanvar 2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təyin edilmiş 6 (altı) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmalıdır (qərarın 32, 33, 37, 38, 40-cı bəndləri).

99. Məhkəmə, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar (qərarın 32, 33, 37, 38-ci bəndləri).

100. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 36-cı bəndi).

101. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 26 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 45), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 167-169), ev dustaqlığında saxlanılma müddətinin əvvəlinin 26 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (qərarın 39-cu,46-48-ci bəndləri).

102. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 26 fevral 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 26), Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli qərarı ilə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 164-166), ev dustaqlığında saxlanılma müddətinin əvvəlinin 26 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır(qərarın 39-cu,46-48-ci bəndləri).

103. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edildiyindən, ona Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli Qərarına əsasən təyin edilmiş cəzanın çəkilmiş hissəsi hazırki hökmlə təyin ediləcək qəti cəza müddətinə daxil edilməli olduğundan Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın əvvəli 27 iyun 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə 26 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli Qərarına əsasən cəza çəkməsi nəzərə alınmalıdır. (qərarın 40-cı bəndi). Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

104. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

105. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,551 qram təşkil edən narkotik vasitə heroin, 1,199 qram psixotrop maddə metamfetamin, 11,140 qram narkotik vasitə heroin, 0,669 qram psixotrop maddə metamfetamin, 1019,85 qram narkotik vasitə heroin, 294,9 qram psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, yaşadıqları evə keçirilmiş baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 05 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, 10 fevral 2026-cı il tarixli məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon onların ailə üzvlərinə qaytarılmalıdır (qərarın 16, 49-51-ci bəndləri).

106. Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir (qərarın 13-14, 41-ci bəndləri).

107. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci bərabər paylarla təqsirləndirilən şəxslərin üzərinə qoyulmalı, başqa sözlə desək Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 16, 52-53-cü bəndləri). 108.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Müdafiəçilər Müdafiəçi2 oğlu göstərdiyi hüquqi yardım ilə əlaqədar 261 (iki yüz altmış bir) iş saatı, Müdafiəçi1 göstərdiyi hüquqi yardım ilə əlaqədar 261 (iki yüz altmış bir) iş saatı həcmində vaxt sərf etmişdir. Buna görə də, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 261(155+96) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 oğluna və Müdafiəçi1 hər birinə ayrı-ayrılıqda ödənilməsi üçün 1986 (min doqquz yüz səksən altı) (930+1056) manat məbləğində pul vəsaiti Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 07(yeddi) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 07(yeddi) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 08(səkkiz) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 27 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində hazırki cinayət işi üzrə seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarına əsasən cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə 07(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 26 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 14,551 qram təşkil edən narkotik vasitə heroin, 1,199 qram psixotrop maddə metamfetamin, 11,140 qram narkotik vasitə heroin, 0,669 qram psixotrop maddə metamfetamin, 1019,85 qram narkotik vasitə heroin, 294,9 qram psixotrop maddə metamfetamin məhv edilsin; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə, yaşadıqları evə keçirilmiş baxış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 03 ədəd DVD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 05 ədəd CD disk, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təqdim olunmuş 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın; - 10 fevral 2026-cı il tarixli məktubla Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilən Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Samsung” markalı və Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefon onların ailə üzvlərinə qaytarılsın. -114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci bərabər paylarla bölünərək Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 57 (əlli yeddi) manat məbləğində tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 261(155+96) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi2 oğluna və Müdafiəçi1 hər birinə ayrıayrılıqda ödənilməsi üçün 1986 (min doqquz yüz səksən altı) (930+1056) manat məbləğində pul vəsaiti Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Fəxri Məmmədov

Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar