Məhkəmə qərarları › İş №1(101)-700/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-700/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-700/2020 01.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlunun, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şöbəsinin Bakı Ağır Cinayətlər məhkəməsi üzrə prokurorları Dövlət ittihamçısı, X4, Bakı şəhər 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi binada, açıq məhkəmə iclasında xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Suraxanı rayonu Hövsan qəsəbəsi Zığ bağlarında yaşamış, hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs mütəşəkkil dəstə halında külli miqdarda narkotik vasitəni, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş, mütəşəkkil dəstə halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni, psixotrop maddələri, narkotik vasiətələrə və psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddəni əldə etmiş, saxlamış, daşımışdır, Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla araşdırılan “Ruslan”, “Elşən” adlı şəxslər və qeyriləri ilə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Türkiyə Respublikasının ərazisində əldə edilməsi, göndərilməsi və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək Bakı şəhəri ərazisində lazımı ünvanlara daşınıb gizlədilməklə saxlanılması və sonrakı müddətdə qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə edib həmin cinayətlərin törədilməsi üçün qabaqcadan öz aralarında vəzifə bölgüsü aparmaqla çoxsaylı şəxslərdən ibarət sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, bu məqsədlə mütəşəkkil dəstənin rəhbərləri “Ruslan” və “Elşən” adlı şəxslər Türkiyə Respublikası ərazisindən istifadələrində olan Türkiyə Respublikasının mobil operatorlarına məxsus +**********00, +**********02 saylı və digər mobil telefon nömrələri ilə qeydiyyatdan keçmiş “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə özləri şəxsən və ya mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə hər dəfə “müştərilər”dən sifarişləri qəbul etmiş, “Ruslan” və “Elşən” adlı şəxslərin göstərişlərinə əsasən “müştərilər” hər dəfə sifariş etdikləri narkotik vasitələr, psixotrop maddələr, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri almaq üçün lazımı məbləğdə pul vəsaitlərini “MilliÖn” ödəmə sistemi vasitəsi ilə müxtəlif şəxslərin adlarına “xxxxxxxxxxxx” X15, “Unibank” X15 və “YapıKredi Bank” X7 açılmış və istintaqa məlum olmayan digər bank hesablarına köçürməklə bu barədə təsdiqedici ödəniş qəbzlərinin fotoşəkillərini çəkərək “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə yenidən “Ruslan” və “Elşən” adlı şəxslərə göndərmiş, bundan sonra “Ruslan” və “Elşən” adlı şəxslərin Türkiyə Respublikası ərazisindən tapşırığına əsasən müxtəlif məbləğlərdə aylıq qazanc və şəxsi istifadəsi üçün narkotik vasitə və ya psixotrop maddə müqabilində “kuryer” xidmətini həyata keçirən mütəşəkkil dəstənin üzvü kimi Təqsirləndirilən şəxs əvvəlcədən əldə edib saxladığı mütəşəkkil dəstənin digər üzvləri tərəfindən Türkiyə Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gizlədilmiş külli miqdarda narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri sifarişə uyğun olaraq Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda gizlətməklə bu barədə qrupun rəhbərlərini məlumatlandırmış, “Ruslan” və “Elşən” adlı şəxslər isə öz növbələrində “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən özləri şəxsən və ya mütəşəkkil dəstənin digər üzvləri vasitəsilə “müştərilərə” səsli mesaj və fotoşəkillər göndərərək sifariş etdikləri narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin gizlədildiyi yerlər barədə məlumat vermiş, 2019-cu ilin noyabr ayının əvvəllərində aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs “Ruslan” və “Elşən” adlı şəxslərin tapşırığı ilə istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqla araşdırılan şəxslər vasitəsi ilə Türkiyə Respublikası ərazisindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli keçirilərək ünvan 4 saylı ünvanda yerləşən beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində quraşdırılmış su sayğacının içərisində gizlədilərək saxlanılmış 0,435 qram, 0,453 qram və 1,743 qram olmaqla ümumilikdə 3 ədəd polietilen torbacığa bükülmüş vəziyyətdə təmiz çəkisi külli miqdar – 2,631 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan kokaini, üzərilərində "Prada" yazısı həkk olunmuş hər bir həbdə 0,12 qram olmaqla təsiredici maddəsi «MDMA»-nın ümumi miqdarı külli miqdar - 6,6 qram təşkil edən 55 ədəd üçbucaq formalı kustar üsulla hazırlanmış psixotrop maddə metilendioksimetamfetamin (MDMA-"ekstazi“) həblərini, 102 ədəd kapsuldan ibarət hər bir kapsulda 0,15 qram olmaqla təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdar – 15,3 qram olan güclü təsir edən maddə preqabalini və bir ədəd polietilen torbacıqda təmiz çəkisi 0,176 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlamaqla daşımış, xx xxxxxx 2019cu il tarixdə saat 08:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə X12 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Nəsimi rayonu, Azadlıq prospekti 111 saylı ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı, üzərində “EYFEL" sözləri yazılmış ətir qutusunun içərisində 0,435 qram, 0,453 qram və 1,743 qram olmaqla ümumilikdə 3 ədəd polietilen torbacığa bükülmüş vəziyyətdə təmiz çəkisi külli miqdar – 2,631 qram təşkil edən narkotik vasitə olan kokain, üzərlərində "Prada" yazısı həkk olunmuş hər bir həbdə 0,12 qram olmaqla təsiredici maddəsi MDMA-nın ümumi miqdarı külli miqdar- 6,6 qram təşkil edən 55 ədəd psixotrop maddə metilendioksimetanfetamin (MDMA-"ekstazi“) həbləri, 102 ədəd kapsuldan ibarət hər bir kapsulda 0,15 qram olmaqla təsiredici maddəsi preqabalinin ümumi miqdarı külli miqdar – 15,3 qram təşkil edən güclü təsir edən maddə preqabalin və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən isə bir ədəd polietilen torbacıqda təmiz çəkisi 0,176 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ruslan adlı şəxslə tanış olmuş, ondan öz istifadəsi üçün narkotik vasitə almışdır. Ruslan adlı həmin şəxsi şəxsən tanımamış, Ruslanla “whatsapp” proqramı vasitəsi ilə danışaraq öz istifadəsi üçün aldığı narkotik vasitənin pulunu Ruslana göndərdikdən sonra onunla münasibəti yaranmışdır. Ruslan ona “mən sənə narkotik vasitələri yerini deyəcəm sən də həmin narkotik maddələri yerindən götürüb deyilən ünvanlara çatdıracaqsan” deyərək iş təklif etmiş, bu xidmətin qarşılığında bir miqdar pul və öz istifadəsi üçün narkotik vasitə alacaqmış. Üzərində narkotik maddə olan zaman xx xxxxxx 2019-cu il tarixdə ABŞ səfirliyi yaxınlığında iki polis nəfəri ona yaxınlaşaraq Nəsimi rayon Polis İdarəsinə aparmışlar. Orada polis əməkdaşları üzərinə baxış keçirmişlər və üzərindən üzərində “Eyfel” yazılı ətir qutusunun içərisindən narkotik vasitələri aşkarlayaraq götürmüşlər. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini dinləyib, şahidləri dindirərək, iş üzrə digər sübutları araşdıraraq hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.3, 240.3.1 və 240.3.2 maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis nəfəri kimi ABŞ Səfirliyinin yanında xidmət aparan zaman, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 nömrəli binanın həyətində özünü şübhəli aparan bir nəfər şəxsi görmüş, həmin şəxsə yaxınlaşmaq istəyən zaman o, onları görərək qaçmağa cəhd etmişdir. Lakin, onlar vətəndaş Təqsirləndirilən şəxs saxlaya bilmiş və ona xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Ondan ad, soyadını soruşduqda, o cavab verməmişdir. Onlar, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlayan zaman əlindəki ağ-qara rəngli qutu diqqətlərini çəkmiş, həmin qutunun içərisində olanların müəyyən olunması məqsədi ilə onu Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirmişlər. Orada baş vermiş hadisə ilə əlaqədar Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə raportla müraciət etdikdən sonra həmin şəxsi Növbətçi Hissəyə təhvil verərək xidməti yerlərinə geri qayıtmışlar. Sonradan Təqsirləndirilən şəxs əlində olan ağ-qara qutunun içərisindən narkotik vasitələr aşkarlanması xəbərini eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, polis nəfəri kimi ABŞ Səfirliyinin yanında xidmət aparan zaman, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 11 nömrəli binanın həyətində özünü şübhəli aparan bir nəfər şəxsi görmüş, həmin şəxsə yaxınlaşmaq istəyən zaman o, onları görərək qaçmağa cəhd etmişdir. Lakin, onlar vətəndaş Təqsirləndirilən şəxs saxlaya bilmiş və ona xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Ondan ad, soyadını soruşduqda, o cavab verməmişdir. Onlar, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlayan zaman əlindəki ağ-qara rəngli qutu diqqətlərini çəkmiş, həmin qutunun içərisində olanların müəyyən olunması məqsədi ilə onu Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinə gətirmişlər. Orada baş vermiş hadisə ilə əlaqədar Nəsimi rayonu Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə raportla müraciət etdikdən sonra həmin şəxsi Növbətçi Hissəyə təhvil verərərk xidməti yerlərinə geri qayıtmışlar. Sonradan Təqsirləndirilən şəxs əlində olan ağ-qara qutunun içərisindən narkotik vasitələr aşkarlanması xəbərini eşitmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu Polis idarəsinin 21-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsini daşıyır. xx xxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə X9 1-ci bölüyünün polis nəfəri Şahid1 6 saylı postda xidmət aparan zaman, tanımadıqları bir nəfər şəxsin Nəsimi rayonu, Azadlıq prospekti 111 saylı ünvanın həyətinə girərkən özünü şübhəli apardığını görmüş, post yoldaşı Şahid2la birlikdə həmin şəxsə yaxınlaşmışlar, bu zaman Təqsirləndirilən şəxs bunları görərək qaçmağa cəhd etmişdir. Vüsal narkotik vasitənin təsiri altında olduğu üçün polis əməkdaşlarında şübhə doğurmuş və əməkdaşlar Təqsirləndirilən şəxs onun xidmət etdiyi Nəsimi rayonu Polis idarəsinin 21ci Polis bölməsinə təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman müxtəlif növlərdə narkotik vasitələr aşkarlanmış, götürülmüşdür və götürmə barədə müvafiq protokolda qeydlər də edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu Polis idarəsinin 21-ci Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə saat 08:30 radələrində Daxili İşlər Nazirliyinin Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə X9 1-ci bölüyünün polis nəfəri Şahid1 6 saylı postda xidmət aparan zaman, tanımadıqları bir nəfər şəxsin Nəsimi rayonu, Azadlıq prospekti 111 saylı ünvanın həyətinə girərkən özünü şübhəli apardığını görərək, post yoldaşı Şahid2la birlikdə həmin şəxsə yaxınlaşmış, bu zaman Təqsirləndirilən şəxs bunları görərək qaçmağa cəhd etmişdir. Vüsal narkotik vasitənin təsiri altında olduğu üçün polis əməkdaşlarında şübhə doğurmuş və əməkdaşlar Təqsirləndirilən şəxs bölməyə təqdim etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirən zaman müxtəlif növlərdə narkotik vasitələr aşkarlanmış və götürülmüşdür. Götürmə barədə müvafiq protokolda qeydlər də edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28016 №-li rəyindən görürnür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, 3 (üç) ədəd polietilen torbacıqda, ayrı-ayrılıqda təmiz çəkiləri 0,435qr, 0,453 qr, ağ rəngli və 1,743 qr sarımtıl rəngli ümumi təmiz çəkisi 2,631 qr toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vaistə-kokaindir, 1 (bir) ədəd polietilen torbacıqda, təmiz çəkisi 0,176 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 55 (əlli beş) ədəd, üzərlərində “Prada” yazısı həkk olunmuş tünd çəhrayı rəngli üçbucaq formalı həblər kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMMA- “ekstazi”) tərkibli həblərdir və 102 (yüz iki) ədəd ağçəhrayı rəngli kapsullar preqabalin tərkibli dərman preparatıdır. 55 ədəd həbdən ibarət təsiredici maddənin MDMA-nın ümumi miqdarı 6,5 qr (bir həbdə 0,12 qr, metilendiroksimetamfetamin (MDMA) olmaqla ) və 102 ədəd kapsuldan ibarət təsiredici maddənin preqabalinin ümumi miqdarı 15,3 qr (bir kapsulda 0,15 qr preqabalin olmaqla) təşkil edir. Kokain “Azərbaycan Respublikasının ərazisinə dövriyyəsi qadağan edilən narkotik maddələr”-in metamfetamin və MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi” qadağan edilən psixotrop maddələr”in siyahısına, preqabalin isə “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildirlər. ” Həmin rəy istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə: 46-52) Məhkəmə narkoloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2847 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKAMONAİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Həmin rəy istintaq zamanı toplanmış digər sübutlarla təsdiq ediliyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən üş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 61-62) Məhkəmə komputer texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 30612 №-li rəyindən görünür ki, 1.Təqdim edilmiş həssas təzyiqlə (sensorlu) çalışan “Android” əməliyyat sistemi ilə təchiz olumuş “X22 7” markalı “M1901F7G” modeli “**********57756, **********37751” imei kodlu mobil (smartfon) telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır.

2. Təqdim olunan “X23 7” markalı “M1901F7G” modelli mobil (smartfon) telefon vasitəsilə videogörüntülərin qeydiyyata alınması üçün texniki imkanlar mövcuddur.

3. Təqdim olunan “X21 7” markalı “M1901F7G” modelli mobil (smartfon) telefonun yaddaşında olan “Cellebrite” firmasının “UFED TOUCH 2 ” markalı qurğunun tərtib etdiyi “Logical məlumatın əldə edilməsi metodu” (hesaba Report-Otçet) məlumat və faylların izləri “UFED” markalı qurğunun proqram təminatının funksional insanların nəticələrdir) 9,63 KVB həcmdə, “File məlumatın əldə edilməsi metodu” “Hesabat Report-Otçet məlumat və faylların izləri “UFED” markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir) 35.4 KB həcmdə məlumatlar müəyyən olunmuş məlumatlar “Ekspertiza 30612” adlı iş çantasında üzərində “PRİNCO BUDGET” yazısı olan DVD-R disklərə köcürülərək ekspert rəyinə əlavə edilmişdir.

4. Ekspertiza Mərkəzində olan mobil telefonların və smartfon cihazların tədqiqatı üçün nəzərdə tutulmuş çox funskional “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun metodlar bazasında “fiziçeskie so vskrım root-dostupom” (‘m’liyyat sisteminin tam idarə etmə imkanının olmaması) dəstəkləmə olmadığından “Fiziki məlumatın əldə edilməsi metodu (pozulmuş məlumatların köklü bərpa edilməsi üçün)”nun çıxarılması mümkün olmaması səbəbindən təqdim edilmiş “X22 7” markalı “M1901F7G” modelli mobil (smartfon) telefonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparlıması mümkün olmadı.

5. Təqdim edilmiş “X24 7” markal “M1901F7G” modelli mobil (smarfon) telefonun yaddaşına quraşdırılmış “Whatsapp (+994 70 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçmiş)” proqram təminatı vasitəsilə aparılmış (çat seansı, audio, qəbul olunmuş, çıxan və buraxılmış səsli zənglər) məlumat mübadilələri müəyyən olundu, lakin “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun metodlar bazasında “fiziçeskie so vskrım root-dostupom” (əməliyyat sisteminin tam idarə etmə imkanın olmaması) dəstəkləmə olmadığından “Fiziki məlumatların əldə edilməsi metodu (pozulmuş məlumatların köklü bərpa edilməsi üçün)”nun çıxarılması mümkün olmaması səbəbindən qeyd olunan məlumat mübadilələrini əldə edərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Həmin rəy istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 63-67) Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar olunaraq götürülmüş bir ədəd “Redmi Note 7” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun « Qalerea » hissəsinə baxış keçirən zaman Təqsirləndirilən şəxs ilə mobil telefon aparatının kontaktlar hissəsində “Vaqif Bratka” adı altında qeyd edilmiş “+**********00” Türkiyə mobil telefon operatoruna məxsus telefon nömrəsinin istifadəçisi, mobil telefon aparatında “Elwen Yasamal” adı altında qeyd edilmiş “+**********02” Türkiyə mobil telefon operatoruna məxsus telefon nömrəsinin istifadəçisi və hazırda mobil telefon aparatının kontaktlar hissəsində qeydiyyatdan silinmiş, “Musa Ruslan” adı altında qeydiyyata alınmış şəxslə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi üzərindən narkotik vasitələrin alışı, satışını, alqı- satqı zamanı ödəniş terminalları üzərindən pul ödənişlərinin həyata keçirilməsini təsdiq edən qəbzlərin fotoşəkillərini və narkotik vasitələrin müxtəlif yerlərdə yerləşdirilərək istiqamətləndirici oxla işarələnməsini özündəəks etdirən fotoşəkilləri əks etdirən mesajların ekran görüntüləri aşkar edilmişdir. Mobil telefonun kontaktlar hissəsinə baxış keçirən zaman “Vaqif Bratka” adı altında qeyd edilmiş, Türkiyə mobil operatuna məxsus “+904481545” və “+**********00” nömrələri və “Elwen Yasamal” adı altında qeyd edilmiş Türkiyə mobil operatuna məxsus “+**********02” mobil nömrəsi aşkar edilmişdir, mobil telefon aparatının “jurnal vızıvov” hissəsində “Elwen Yasamal” adı altında qeyd edilmiş Türkiyə mobil operatuna məxsus “+**********02” mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında x xxxxxx 2019-cu il tarixdə saat 20:24də, “Vaqif Bratka” adı altında qeyd edilmiş, Türkiyə mobil operatuna məxsus “+904481545” və “+**********00” nömrə istifadıçisi ilə isə xx xxxxxxx 2019-cu il tarixdə saat 15:54-də telefon zəngi aşkar edilmişdir. (cild 1, iş vərəqə 125) Cinayət işi materiallarında olan “UNİBANK”xxxxxxxxxxxxxxxxxndan daxil olmuş xx.xx.2019-cu il tarixli HD/8892 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına “Unibank”xxxxxxxxxxxxxxxxx” ASC-də heç bir bank hesabı yoxdur, qərarda qeyd olunan **********066977 nömrəli plastik bank kartı xx.xx.2994-cü il təvəllüdlü X10 məxsusdur. “CD” diskə baxış keçirən zaman X10 məxsus plastik kart vasitəsilə ATM-lər üzərindən həyata keçirilən pul çıxarışları zamanı çəkilmiş fotoşəkillər və video görüntülər aşkar edilmişdir, xx.xx.2019-cu il tarixdə saat 15:43 də “ATM014-1” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 01:53-də “ATM072-1” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 02:22-də “ATM072-1” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 02:22-də “ATM072-1” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 01:24-də “ATM072-1” adlı ATM üzərindən əldə olunmuş video görüntüdəki şəxsin şəxsiyyətinin istintaqa məlum olmadığı, xx.xx.2019-cu il tarixdə saat 01:38-də “AHM 1” adlı ATM üzərindən əldə olunmuş video görüntüdəki şəxsin şəxsiyyətinin istintaqa məlum olmadığı, xx.xx.2019-cu il tarixdə saat 19:28-də “AHM 1” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, onunla birgə olan şəxsin şəxsiyyətinin istintaqa məlum olmdığı, xx.xx.2019-cu il tarixdə saat 00:09-da “AHM 1” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. “CD” disk vasitəsilə təqdim edilən digər video görüntülərin keyfiyyətinin kifayət qədər yaxşı olmaması və ya bank əməliyyatları həyata keçirən zaman şəxsin(lərin) üzünün video görüntüyə düşməməsi səbəbindən digər şəxsin(lərin) şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmin disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 180) Cinayət işi materiallarında olan “X25 Azərbaycan” QSC-dən daxil olmuş xx.xx.2019cu il tarixli 05147 nömrəli müşayiət məktubuna əlavə edilmiş materiallara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-də heç bir bank hesabı yoxdur, qərarda qeyd olunan **********977949 nömrəli plastik bank kartı X1 məxsusdur. Həmin material istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 224 ) Cinayət işi materiallarında olan “xxxxxxxxxxxx” ASC-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 157000/2-41 nömrəli müşayiət məktubu əsasında alınmış 01 ədəd diskə və əlavə edilmiş materiallara baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına “xxxxxxxxxxxx” ASC-də heç bir bank hesabı yoxdur. “CD” diskə baxış keçirən zaman X2 məxsus plastik kart vasitəsilə xx.xx.2019-cu il tarixdə saat 00:00-da “A0100044” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 05:42-də “A0100004” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 19:24-də “A0100047” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, X5 məxsus plastik bank kartı vasitəsilə, xx.xx.2019-cu il tarixdə saat 21:25-də “A0100048” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 00:11-də “A0100047” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 22:19-da “A0100048” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 14:49-da “A0100124” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə 00:13-də “A0100008” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 13:21-də “A0100048” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, X8sa məxsus plastik bank kartı vasitəsilə xx.xx.2019-cu il tarixdə saat 23:21-də “A0100044” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 21:25-də “A0100048” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, xx.xx.2019-cu il tarixdə saat 21:23-də “A0100089” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, yanındakı şəxsin isə şəxsiyyətinin istintaqa məlum olmadığı, xx.xx.2019-cu il tarixdə saat 16:26-da “A0100048” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin Təqsirləndirilən şəxs olduğu, yanındakı şəxsin isə şəxsiyyətinin istintaqa məlum olmadığı, X6 məxsus plastik bank kartı vasitəsilə xx.xx.2019-cu il tarixdə saat 07:21-də “A01000239” adlı ATM üzərindən bank əməliyyatları keçirilən zaman qeydə alınmış video görüntüdəki şəxsin şəxsiyyətinin istintaqa məlum olmadığı müəyyən edilmişdir. “CD” disk vasitəsilə təqdim edilən digər video görüntülərin keyfiyyətinin kifayət qədər yaxşı olmaması və ya bank əməliyyatları həyata keçirən zaman şəxsin(lərin) üzünün video görüntüyə düşməməsi səbəbindən digər şəxsin(lərin) şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Həmin disk istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 56-57) Bundan başqa xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman tərtib edilmiş 07 vərəqdən ibarət “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan kiçik cibindən şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə, əlində olan üzərində “Eyfel” sözləri yazılmış qutunun içərisindən narkoitik vasitə kokainə, psixotrop maddə MDMA-ya, güclü təsir edən maddə preqabalinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Buna görə xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş 07 vərəqdən ibarət “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi” haqqında protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən, eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 34) İstintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana verilmiş istintaq tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs analoji cinayət əməllərinin, əlbir olduğu şəxslərin, habelə onun cinayət əməllərinə şahid olmuş şəxslərin müəyyən edilməsi, “Ruslan və “Elşən” adlı Türkiyyə Respublikasında yaşayan şəxslərin şəxsiyyətlərinin və olduqları yerin, həmçinin +**********00 və +**********02 mobil nömrələrinin sahiblərinin anket məlumatlarının və olduqları yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə olunmamışdır. (cild 2, iş vərəqə 103) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 2,481 qram qalmış narkotik vasitə kokain, tədqiqatdan sonra təmiz çəkisi 0,126 qram qalmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra 51 ədəd qalmış “MDMA ektazi” həbləri, tədqiqatdan sonra 100 ədəd qalmış preqabalin dərman preparatları, plastik kartlar, Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “X21 7” markalı mobil telefon maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, 5 ədəd disk və bir ədəd qəbz cinayət işi materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 104-115) Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4cü və 56.1.2-ci maddələrinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma zamanı seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 13cü bəndinə əsaslanaraq, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə «həbs» qətimkan tədbiri seçilsə də o, xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulduğundan, onun cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 173,94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.4.1, 234.4.3, 240.3.1 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.1 və 240.3.2-ci maddələri ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəsissəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,481 qram qalmış narkotik vasitə kokain, tədqiqatdan sonra təmiz çəkisi 0,126 qram qalmış psixotrop maddə metamfetamin, tədqiqatdan sonra 51 ədəd qalmış “MDMA ektazi” həbləri tədqiqatdan sonra 100 ədəd qalmış preqabalin dərman preparatları, plastik kartlar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs məxsus olan bir ədəd “X22 7” markalı mobil telefon dövlət nəfinə müsadirə edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 173,94 (yüz yetmiş üç manat doxsan dörd qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar