Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-700/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X3 oğlunun iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1992-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, 01.12.2017-ci il tarixdə Cəlilabad rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsində nəzərdə tutlan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Şəhriyar küçəsi ev 43 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq kustar üsulla hazırlanmış 124,394 qram çəkidə külli miqdarda narkotik vasitə heroini əldə edib, daşımaqla üzərində və yaşadığı ünvan 3nına aparıb saxlamış, 21 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizəİdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 51 ünvanın yaxınlığında saxlanılaraq ünvan 1erləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 29,308 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq həmin tarixdə saat 04:45 onun könüllü razılığı əsasında yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 51, mənzil 44 ünvanına baxış keçirilərkən yataq otağında olan dolabın içərisindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 95,086 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində qeyri rəsmi ər arvad münasibətlərində yaşadığı Səbinə ilə ünvan 3nında kirayədə qaldığı evdən özünə məxsus notebookun kredit pulunu ödəmək üçün evdən çıxıb həyətə düşərkən 10-11 nəfərin şəxsin evlərinin yaxınlığında dayandıqlarını görmüş və onların polis olduğundan şübhələndiyindən öz istifadəsi üçün bir gün əvvəl tanımmadığı şəxsdən alıb üzərində saxladığı narkotik vasitə «kokos»u cibindən çıxarıb ağzına qoyaraq udmuşdur. Həmin şəxslər ona yaxınlaşaraq qoluna qandal vurub maşına oturtmaq istəyəndə Səbinə evin pəncərəsindən çölə baxaraq, polislərə qanunsuz hərəkətləri ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuracağını demişdir. O da Səbinəyə buna ehtiyac olmadığını demişdir. Sonra polislər onun üzərini axtarmışlar və qanunsuz heç bir maddə tapılmamışdır. Sonra polislər onunla birlikdə evə qalxmaq istəmişlər, lakin Səbinə qapını açmamışdır. O, Səbinəyə qapını açmasını demiş, sonuncu da evin qapısını açmışdır. O, polislərdən xahiş etmişdir ki, ki, evdə uşaq yatdığına görə iki nəfər girib evə baxış keçirsinlər. Polis əməkdaşları mənzildə axtarış aparmışlar, mənzildən heç bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Sonra polis əməkdaşları özləri mənzildə yataq otağında olan dolabın içərisinə narkotik vasitə qoymuşlar və ona həmin maddəni videoçəkiliş zamanı təqdim etməyə məcbur etmişlər. O, buna etiraz etmək istəyəndə polis əməkdaşları ona təzyiq göstərib, birlikdə yaşadığı qadının qoluna qandal vuraraq polis idarəsinə aparacaqları, narkotik vasitələrin satışı ilə məşul olması barədə ittiham ediləcəyini demişlər. O da məcbur olub həmin narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə gələn SMS-lər ilə bağlı bildirmişdir ki, sms yazan şəxsləri xatırlamasa da, həmin şəxslər onu birlikdə narkotik vasitə qəbul etməyə dəvət etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun istintaq zamanı verdiyi ilkin izahatı və ifadəsi məhkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan vermiş olduğu ilkin izahatında özünü təqsirli bilərək göstərmişdir ki, 21 oktyabr 2021-ci il tarixdə axşam saat 02.00 radələrində kirayədə yaşadığı ünvan 3nın yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmışdır. İdarədə üzərinə baxış keçirələrkən 32 qram narkotik vasitə aşkar olunmuş, sonra onun ərizəsi alındıqdan sonram yaşaydığı evdə də baxış keçrilən zaman evdən 108 qram daha narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonrakı ifadələrində də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, ünvan 3nında yaşamışdır. 1 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən parkda adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə lazım olanda ondan ala bilər. O da narkotik vasitə heroin lazım olanda Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən parka gedərək həmin şəxsi tapıb sonuncudan narkotik vasitə olan heroin almışdır. Heroini aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 20 oktyabr 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metro stansiyasının yaxınlığında yerləşən parka gedib həmin şəxsi taparaq sonuncudan narkotik vasitə almaq istədiyini bildirmişdir. Həmin şəxs də üzərində təxminən 30 qram narkotik vasitə olan heroin olduğunu, həmin heroini ona 450 manata sata biləcəyini bildirmişdir. O da həmin şəxslə razılaşıb 450 manat verib sonuncudan 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini almışdır. O, heroini əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə edər. 21 oktyabr 2021-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 51 ünvanının yaxınlığında piyada olan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişdir. Orada narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O da polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirib təqdim edə biləciyini demişdir. Həmin vaxt polis əməkdaşları ona üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı mənzildə də, narkotik vasitələr saxlamağını bildirməyini demişlər. O, polislərlə razılaşmasa da, polis əməkdaşları ona təzyiq göstərib arvadını da idarəyə gətirəcəklərini demişlər. O məcbur olaraq polis əməkdaşları ilə razılaşıb şəxsi axtarış keçirilən zaman yaşadığı ünvan 3nında da narkotik vasitələr olduğunu bildirəcəyini demişdir. Sonra ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı əynində olan qara şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 55 manat pul, 3 ədəd açar aşkar olunmuşdur. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 32 qram olması müəyyən edilmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Elşən adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Eyni zamanda şəxsi axtarış zamanı başqa haradasa narkotik vasitələr saxladığı barədə sual edilən zaman ilk öncə cavab vermək istəməsə də, polis əməkdaşları ona işarə etdikləri üçün o, yaşadığı ünvan 3nında da narkotik vasitələr olduğunu bildirib, həmin maddələri də təqdim edə biləcəyini demişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 3nına getmişlər. Orada polis əməkdaşları yaşadığı mənzilə baxış keçirilməsinə etirazı olmaması barədə ondan ərizə almışlar. Sonra polis əməkdaşları mənzildə axtarış aparmışlar və mənzildən heç bir qanunsuz əşya və maddə aşkar etməmişlər. Buna görə də, polis əməkdaşları mənzildə yataq otağında olan dolabın içərisinə narkotik vasitə qoymuşlar və ona həmin maddəni video çəkiliş zamanı təqdim etməyini bildirmişlər. O, etiraz etsə də, polis əməkdaşları ona təzyiq göstərib üzərindən aşkar olunmuş narkotik vasitənin küllü miqdarda olduğu üçün mənzildən aşkar olunacaq narkotik vasitənin heç bir əhəmiyyəti kəsb etmədiyini, həmin narkotik vasitəni təqdim etməsə onun həyat yoldaşı Səbinənin də qoluna qandal vuraraq polis idarəsinə aparacaqlarını, polis idarəsinə aparan zaman işgəncə verəcəklərini bildirmişlər. O da qorxduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra yaşadığı mənzilə onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı ondan mənzildə saxladığı narkotik vasitəni təqdim etməyi təklif edilən zaman, o, polis əməkdaşları tərəfindən yaşadığı mənzilin yataq otağında olan dolabın siyirməsinə qoyulmuş 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümə baxış keçirilən zaman içərisindən qəhvəyi rəngli narkotik vasitə olan heroin olması məlum olmuşdur. Həmin bükümüm elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisinin 108 qram olması müəyyən edilmişdir. Bundan sonra yaşadığı mənzilə baxış keçirilsə də, mənzildən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolu təsdiq etmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus olsa da, yaşadığı ünvan 3nından aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus deyildir. Həmin narkotik vasitə polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulmuşdur. Onun üzərində olan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitələri olmamışdır. O nə evdə, nə də başqa bir yerdə narkotik vasitə saxlamamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini 20.10.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən parkda adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 450 manata almışdır. Yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitə olan heroin isə ona məxsus deyildir, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulmuşdur. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin düzgün olduğunu, ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri onu qeyri rəsmi yaşadığı qadının cinayətə cəlb ediləcəyi təhdidinə məruz qaldığı üçün məcbur olub oxumadan imzaladığını göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyir. 20 oktyabr 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində küllü miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Sonra əməliyyat məlumatını yoxlamaq məqsədilə Şahid1 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, o, Vasif və digər polis əməkdaşı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə 20.10.2021-ci il tarixdən 21.10.2021-ci il tarixə keçən gecə saat 02 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 51 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də, özünü xx.xx.1992-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3nında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Orxana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Sonra Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orxan da buna etiraz etmədikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə apararaq barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis baş leytenantı Nəcəf Aburşuya təhvil vermişlər. Nəcəf Aburşu da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Orxana üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Orxan da əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun əynində olan qara şalvarın sağ yan cibindən içində siqaret dənələri olan siqaret qutusu, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 55 manat pul, 3 ədəd açar aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin 32 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Elşən adlı şəxsin vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulduğu yerdən götürdüyünü və həmin maddələrin bir hissəsinin kirayə yaşadığı mənzildə saxladığını, həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Orxanın üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 3nına baxış keçirilməsi üçün sonuncudan ərizə alınmışdır. Bundan sonra o, Şahid1, Şahid3, Təqsirləndirilən şəxs və müdafiəçi Nizami Həsənovla birlikdə ünvan 3nına getmişlər. Orada video çəkilişlə onların iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzilin yataq otağına daxil olaraq orada olan dolabdan içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd bükümü təqdim edərək həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş maddənin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olan bükümün qablaşdırma ilə birlikdə çəkisinin 108 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Oxan Cavadov mənzildən aşkar edilmiş maddəni də “Elşən” adlı İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə Orxanın yaşadığı mənzildən aşkar olunmuş kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Orxan tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Orxana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Orxan üzərindən və yaşadığı mənzildən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı kimi bildiyi “Elşən” adlı şəxs vasitəsilə Bakı şəhəri, Nizami rayonu ərazisində qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Orxanın narkotik vasitələrin və psixotrop maddələrin satışı il məşğul olması barədə onlara məlumat daxil olmuşdur. Orxana qarşı heç bir təzyiq və zorakılıq edilməmiş, sonuncu könüllü olaraq üzərinə şəxs axtarış keçirilən zaman yaşadığı mənzildə narkotik vasitə olduğunu bildirib, həmin maddəni təqdim edə biləciyini bildirmişdir. Buna görə də, onlar tərəfindən həmin mənzilə baxış keçirilərək Orxan mənzildə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 və məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuş Şahid1 ifadələrində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadələrdən başqa həmçinin aşağıdakı sübutlar və digər sənədlər araşdırılmışdır; Cinayət işində olan 21.10.2021-ci i tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan qırmız rəngli gödəkcənin sağ yan cibindən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd bükümün aşkar olunmuş, həmin bükümün elektron tərəzində çəkilən zaman qablaşdırma ilə birlikdə 32 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işində olan 21.10.2021-ci i tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 21 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanına baxış keçirilən zaman mənzilin girişindən sol tərəfdə olan yataq otağında olan dolabın alt siyirməsində içərisində qəhvəyi rəngli, heroinə bənzər maddə olan büküm aşkar edilmiş, həmin büküm elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə 108 qram olması müəyyən edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işində olan iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 21.10.2021-ci il tarixli, 6/4680 saylı rəyində müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzəri yapışqan lentlə bağlanmış 1 ədəd bükümdə təmiz çəkisi 29,308 qram olan qəhvəyi rəngli nəm vəziyyətdə olan kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvandan....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üzəri yapışqan lentlə bağlanmış 1 ədəd bükümdə təmiz çəkisi 95,086 qram olan qəhvəyi rəngli nəm vəziyyətdə olan kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə və üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildən ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər və ümumi təmiz çəkisi 124,394 qram təşkil edir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işində olan iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının 08.12.2021-ci il tarixli, 1883 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, əynində olan qırmızı rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 29,308 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İşdə olan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 51, mənzil 44 ünvanında olan yataq otağında olan dolabın içərisindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 95,086 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli 4(011)-462/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 oktyabr 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş tələbnamədən və Cəlilabad rayon Məhkəməsinin hökmündən məlum olur ki, Təqsirləndirilən şəxs 01.12.2017-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 09.02.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cümaddəsi ilə özünü təqsirli bilməməsini, narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı iləəvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanmasıüçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza vəya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi vardır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal cinayətin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu üçün o, cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 124,394 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 124,294 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 124,394 qram narkotik vasitə olan heroindən qalıq qalmış 124,294 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 21 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X3 oğluna 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 21 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun olaraq istintaq zamanı maddi sübut olaraq Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 124,394 qram narkotik vasitə olan heroindən qalıq qalmış 124,294 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsinialdıqdan sonra məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X2 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-700/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-700/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver