Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-700/2025 23.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, subay, himayəsində 1 azyaşlı uşağı olan, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və xüsusilə külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, xüsusilə külli miqdarda psixotrop maddələrin və külli miqdarda narkotik vasitələrin satışını və bu yolla qazanc əldə etmək məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Məmməd» adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən birləşərək istintaqa məlum olmayan vaxtda və yerdən ümumi təmiz çəkisi 471,219 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 11,392 qram qəhvəyi rəngli maddə kütlələr kustar üsulla hazırlanmış kulli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 14,12 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanındakı evə gətirərək saxlamaqla, narkotik vasitələrin və psixotrop maddələrin satışının təşkil edilməsi məqsədilə sifariş olunan ünvanlara çatdırılmasını təmin etmək üçün həmin psixotrop maddədən külli miqdarda təmiz çəkisi 23,820 qram psixotorp maddə metamfetamin ayıraraq üzərində saxlamaqla Sabunçu rayonu, Lahıc bağları İnkişaf küçəsi dalan 18 ünvanındakı evin yaxınlığınadək daşımış, onun narkotik vastilər və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olması barəsində daxil olmuş məlumat əsasında 20 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:30-da ünvan 3 ünvanındakı evin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 23,820 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq saat 18:20-də yaşadığı ünvan 3 ünvanındakı evdə keçirilmiş baxış zamanı evin həyətin girişindən sol tərəfdə yerləşən ev quşlarının saxlanıldığı anbardakı stolun üzərindən narıncı rəngli qutuda gizlətdiyi bir ədəd torbadan 4 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 16,471 qram, 411 qram, 17,351 qram, 2,577 qram, ümumi təmiz çəkisi 447,399 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,407 qram, 3,985 qram, ümumi təmiz çəkisi 11,392 qram qəhvəyi rəngli maddə kütlələr kustar üsulla hazırlanmış kulli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 14,12 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotorp maddə metamfetaıninə məxsus izlər olan 4 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, CM-in 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərmişdir ki, hadisə günü bağda olmuş və qapını açmışdır. Səhər radələri idi, amma tarix tam yadında deyil, iş materiallarında qeyd olunmuşdur. Qapını açanda 6 nəfər polis əməkdaşı üzərinə tullanmışlar və onu tutmuşlar. Hadisə günündən əvvəl qonaq gəlmişdir, səhəri gün öz evinə yola salacaqdılar. Üzərində şəxsi axtarış həyata keçirtmişlər. Narkotik vasitə istifadə etmişdir. 15 gün əvvəl 3 qram narkotik vasitə almışdır. Narkoloji mərkəzdə yatıb müalicə aldığı üçün 5-10 gündən bir çox az narkotik vasitə istifadə edirdi. Polis əməkdaşları başqa nəsə olduğunu soruşduqda heç nəyinin olmadığını bildirmişdir. Onu polis əməkdaşları BNMİ-yə aparmışlar, onu vurmuşlar. O da ancaq üstündə olan narkotik vasitənin olduğunu demişdir. Polis əməkdaşları onu qohumunu tutmaqları və evindən narkotik vasitənin çıxartmaqları ilə təhdid etmişlər. O da üzərində həqiqətən də narkotik vasitə daşıdığı üçün özünü günahkar bilirdi. O, polis əməkdaşlarına üzərindən çıxan narkotik vasitə ilə videoçəkiliş aparmaqlarını istəmiş, amma polis əməkdaşları dedikləri ilə razılaşmalarını istəmişlər. Onun ağzında dişləri yoxdur, onlar tökmüşlər. Polis əməkdaşları videoçəkliş etməklərini demiş, o da razılaşmışdır. BNMİ-də cibinə narkotik vasitə metamfetamin qoyub videoçəkiliş aparmışlar. Sonra polis əməkdaşları əllərində sellofan bağa getmişlər. Həmin sellofandan xəbəri olmamışdır. Polis əməkdaşları ondan dediklərini deməyini istəmiş, o da nə istəsələr edəcəyini demişdir. Polis əməkdaşları ona videoçəkilişin başladığını demişlər və videoçəkiliş vaxtı qalan narkotik vasitəni təqdim edəcəyini bildirmişlər. O da polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Videoçəkiliş başlamış və qalan narkotik vasitələri təqdim etmişdir. Polis əməkdaşları aşkar olunan narkotik vasitəni hara qoyduqlarını gördüyü üçün videoçəkiliş vaxtı ayaqqabı qutusunun içərisində olan narkotik vasitələrin yerini göstərmişdir. Polis əməkdaşları aşkar olunan narkotik vasitələri götürüb çölə çıxardıb çəkmişlər. O, orada olan tərəzilərin çəkiləri çəkmək üçün olduğunu bilirdi. Onu polis əməkdaşları saxladıqları vaxt yanında heç bir müdafiəçisi olmamışdır. O, suallara cavab olaraq bildirmişdir ki, hadisə təxminən 20 iyul tarixində baş vermiş, amma tam yadında deyil. Hadisə səhər radələrində baş vermişdir. Onu polis əməkdaşları Sabunçu rayonu, Ləhiç bağları, İnkişaf küçəsi, 18-ci dalanda yerləşən evdə saxlamışlar. Həmin vaxtı bibisi oğlu, arvadı və uşağı evdə olmuşdur. Sadaladığı şəxslər polis əməkdaşlarının onu necə döyməklərinin və təhqir etməklərinin şahidi olmuşlar. Hadisə 10-11 radələrində baş vermişdir. Onu və bibisi oğlunu BNMİ-yə aparmışlar və ona orada polis əməkdaşları ilə razılaşmadığı təqdirdə bibisi oğlunu da tutacaqları ilə təhdid etmişlər. BNMİ-də bibisi oğlunu başqa otağa, onu isə başqa otağa aparmışlar. Sonradan isə BNMİ-də bibisi oğlunu görmüşdür. Üzərində videoçəkilişlə baxış keçirilən vaxt bibisi oğlu orada olmamışdır. Videoçəkiliş zamanı müdafiəçisi olmuşdur. Müdafiəçisinə narkotik vasitənin ona məxsus olmadığını, ancaq 3 qram narkotik vasitənin ona məxsus olduğunu demişdir. Polis əməkdaşları imza etməli olduğunu demişlər, o da imza etmişdir. Bağda aşkar olunan narkotik vasitələr ilə polis əməkdaşları onu döydükləri, öldürdükləri üçün razılaşmışdır. Ağzında olmayan dişlərinin hamısını demir, çünki əvvəldən 1-2 dənəsini özü düşmüşdür. Amma arxadakı dişləri polis əməkdaşlarına görə düşüblər, qabırğaları isə ağrıyırdı. BİT-ə daxil olduğu vaxt 2 dəfə tibb müəssisəsinə getmişdir. Orada həkimlər qabırğalarının bərk əzildiyini ona demişlər. Onu döyən polis əməkdaşlarının adını bilmir. 2ci dəfə bağa gedəndə artıq onu döyməmişlər. Qohumuna və arvad, uşağına görə bağda olan narkotik vasitələrin ona məxsus olduğunu demişdir. Polis əməkdaşları onu döyməsinlər, canı qurtarsın deyə dedikləri ilə razılaşmışdır. O, bağda aşkar olunan narkotik vasitələrlə ittiham olunduğunu bilmədiyi üçün məhkəmədə heç nə deməmişdir. Cinayət işini araşdıran müstəntiqə etirazını bildirmiş, sonuncu isə ona imzaladığı təqdirdə yaxşı olacağını demişdir. Müstəntiq ona ilk dəfə imzaladığı üçün indi də imzalamalı olduğunu demişdir. O da ona görə sənədləri imzalamışdır. Üzərində olan 3 qram narkotik vasitəni tanımadığı şəxsdən almışdır. O, 3 qram narkotik vasitənin pulunu verib almışdır. 3 qram narkotik vasitənin demək olar ki, yarısını istifadə etmişdir. O, atasının evində atası ilə birlikdə yaşayır. O, Sabunçu rayonu, Məştağa qəsəbəsi, N.Nərimanov küçəsi, Döngə 1, ev 27 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Onun adına heç bir ev, torpaq sahəsi yoxdur. Arifgilə tez-tez getmirdi, sadəcə Arif ona darıxanda gələ biləcəyini demişdir. Ariflə aralarında narkotik vasitə ilə bağlı heç bir əlaqələri olmamışdır. Hadisə gününün gecəsi işdən gec gəldiyi üçün Arifgildə qalmışdır. Arif ona səhər onu aparıb evlərinə düşürdəcəyini demişdir. Arifin də, onun da arvad-uşaqları olduğu üçün tez-tez Arifgilin evində qalmırdı. Narkotik vasitə aşkar olunan quş damı həyətdə evə bitişikdir. Polis əməkdaşları həyətə daxil olanda həmin evin ona heç bir aidiyyatı olmadığını və həmin evə qonaq gəldiyini demiş, amma yenə də polis əməkdaşları ona deyəcəklərini deməyini tələb etmişlər. Polis əməkdaşları onu Arifin, arvadının və uşağının yanında onu döymüşlər. Yazıları 1 saata hərf-hərf oxumağı bacarır. Müstəntiq yazdıqlarını ona oxumamışdır. Ona oxumaq üçün heç bir sənəd verilməyib, amma verilən sənədlərə imza etmişdir. Şahid1 saxlanmağında və evə baxışda iştirak etmişdir. Şahid1 tərəfindən ona qarşı təzyiqlər göstərilmişdir. Təkcə Şahid1 deyil, digər polis əməkdaşlar tərəfindən ona qarşı təzyiqlər göstərilmişdir. Qardaşı ilə aralarında olan mübahisəyə görə 5-6 ay Arifgildə qalmış, amma öz evinə də gedib-gəlmişdir. Quş damına o da, Arif də nəzarət etmişlər. Polis əməkdaşlarına narkotik vasitəni o, təqdim etmişdir. O, Arifə aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu demişdir. Onu polis əməkdaşları ilk dəfə həyətdə saxlamışlar, həyətin qapısını açanda üstünə tullanmışlar, onu həyətin ortasına aparmışlar və ondan üzərində olandan başqa nəyinsə olduğunu soruşmuşlar. İbstidai istintaqda verdiyi ifadələri ona qarşı olunan təzyiqlərə görə vermişdir. Mobil telefonunda «Dost kimi qeyd etdiyim» sözlərini deməyini ona məcbur etdirmişlər. Məmməd adlı və ya İranlı adlarda tanışları olmamışdır. İran İslam Respublikasından heç kimlə yazışmamış, heç kimlə danışığı olmamışdır. Məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 20 iyun 2024-cü il tarixdə, səhər saat 14:30 radələrində Sabunçu rayonunda yaşadığı evin yaxınlığında piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, onun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, ağ rəngli, psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd alışqan “HONOR və Samsung” markalı mobil telefonlar aşkar olunmuşdur. Sonra metamfetamın elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 26 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, təhqiqatçı, müdafiəçi, özü tərəfindən imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşyalar qaytarılmışdır. O, verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddəni İran İslam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə Nizami rayonu ərazisində gizlədilən yerdən 1 gün əvvəl müxtəlif yerlərə çatdırıb 200 AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq 2 gün əvvəl 1 dəfə Məmmədin göndərdiyi narkotikləri deyilən ünvanlara çatdırıb 200 AZN pul qazandığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, *** *** ** **, 070 *** ** ** nömrələrini işlətdiyini, İranlı Məmmədin adını mobil telefonuna “Dost” kimi qeyd etdiyini, metamfetamindən istifadə etdiyini, əlavə olaraq Sabunçu rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bununla bağlı onun ərizəsi alınmışdır. Bundan sonra o, müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evə getmişlər. Sonra qeyd olunan evdə onunla birlikdə yaşayan qohumu Şahid3 iştirakı ilə həmin evin həyətinə girişindən sol tərəfdə yerləşən ev quşlarının saxlanıldığı anbardaki stolun üzərində olan narıncı rəngli qutuda gizlətdiyi 1 ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 ədəd nisbətən böyük, 3 ədəd isə nisbətən kiçik, ümumilikdə 4 bükümdə ağ rəngli metamfetamin, 2 bükümdə, qəhvəyi rəngli heroin, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuana və 4 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 456 qram, heroin elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 13 qram, qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, qablaşdırma ilə birlikdə ümumi çəkisi 16 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 1 ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar edilməmişdir. O, əməlindən peşmandır. Özünü təqsirli bilir. Qohumum Arif onun yaşadığı evdə narkotik saxladığını bilmirmiş və onunla hər hansı əlbirliyi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona “Ağanəbi” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. BNMİ-nin polis əməkdaşları Şahid2, F.Cəbiyev və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsi Sabunçu rayonu, Ləhiç bağları adlanan yerdə saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra sonuncunu BNMİ-yə aparmışlar. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilən vaxt sonuncun üzərindən narkotik vasitə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəyə bənzər maddəni 200 manat müqabilində İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin dediyi yerlərə apacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirtmişlər. Həmin evdə Təqsirləndirilən şəxs qohumu olmuşdur. Təqsirləndirilən şəxs qohumu A.Hadıyevin Sabunçu rayonu, Məştağa qəsəbəsində yaşadığını, amma bəzi vaxtlarda isə evində qaldığını bildirmişdir. Təqsirləndirilən şəxs qohumunun yaşadığı evin həyətində quş damı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələri həmin quş damında gizlətmişdir. Təqsirləndirilən şəxs quş damında olan narkotik vasitələri özü könüllü təqdim etmişdir. Quş damından təxminən 450 qram narkotik vasitə metamfetamin, 10-12 qram narkotik vasitə heroin, 15 qrama yaxın isə narkotik vasitə marixuana aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 14:00-15:00 radələrində saxlamışlar. Təqsirləndirilən şəxs evə daxil olub saxlamamışlar. A.X8 adlanan istirahat mərkəzinə gedən yolun sol istiqamətində yerləşən 18-ci dalan adlanan yerdə saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra BNMİ-yə aparmışlar. BNMİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qablaşma ilə birlikdə çəkisi 25 qram olan narkotik vasitə metamfetamin aşkar olunmuşdur. BNMİ-də Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir, təzyiq göstərilməmiş, sonuncu tərəfindən heç bir narazıçılıq bildirilməmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı mobil telefonunda İran İslam Respublikasının vətandaşının mobil nömrəsinin olduğunu bildirmişdir. Hətta narkotik vasitənin yarısının iranlının dediyi yerə atdığını bildirmişdir. Təqsirləndirilən şəxs mütəmadi olaraq qohumunun evində qaldığını bildirmişdir. Qohumu da Təqsirləndirilən şəxs dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra ilk öncə BNMİ-yə aparmışlar. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə gizlətdiyini bildirdiyi üçün yaşadığı evə baxış keçirtmişlər. Daha sonra Təqsirləndirilən şəxslə birlikdə yaşadığı evə gedilərək evə baxış keçirilmişdir. Daha sonra isə ev yiyəsi ilə birlikdə Təqsirləndirilən şəxs BNMİ-yə aparmışlar. A.Hadıyev barəsində daxil olmuş məlumatda sonuncunun narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Evə baxış keçirilən vaxt evdə ancaq ev yiyəsi Arif adlı şəxs olmuşdur. Təqsirləndirilən şəxs evdə olan narkotik vasitənin yerini özü göstərmişdir. Həmin narkotik vasitədən ev yiyəsinin heç xəbəri olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq olmamışdır. Heç kim Təqsirləndirilən şəxs qabırğasını əzməmiş, dişlərini qırmamışdır. İbtidai istintaqda verdiyi ifadəi təsdiq edir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı sonuncu saxlanılmazdan 1-2 gün əvvəl daxil olmuşdur. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması göstərilmişdir. Daxil olmuş məlumatın dəqiqliyi ilə bağlı dərhal tədbirlər görülmüşdür. Ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs saxladıqları yerdə narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması göstərildiyi üçün sonuncu barəsində əməliyyat-axtarış tədbirlərini də həmin ərazidə keçirtmişlər. Bu işlə bağlı digər şəxslərlə bağlı əməliyyat-axtarış tədbirləri barədə onlara göstəriş verilməmişdir. Təqsirləndirilən şəxs özü İran islam Respublikasının vətəndaşı Məmməd adlı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus mobil telefonda İran islam Respublikasının vətəndaşı Məmməd adlı şəxsin adının olubolmaması barədə məlumatların əldə edilməsi istintaq hərəkəti olduğu üçün bu barədə tam məlumatı yoxdur. Baxış keçirilən evin sahibi Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etdiyini, xəstə olduğunu bildiyini demişdir, amma aşkar olunan narkotik vasitələrdən xəbərsiz olduğunu bildirmişdir. Arif yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, BNMİ-nin polis əməkdaşı həmkarı Şahid1 A.Hadıyevin narkotik vasitələrin dövriyyəsi ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı realizə olunması məqsədi ilə 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. A.Hadıyevin Sabunçu rayonu, Ləhiç bağları adlanan yerdə piyada hərəkət etməsi barədə məlumat daxil olmuşdur. A.Hadıyev tərəflərindən saxlanılaraq BNMİ-yə dəvət olunmuşdur. BNMİ-də A.Hadıyevin üzərində şəxsi axtarış həyata keçirilən zaman sonuncunun üzərindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Prosessual hərəkətlər təhqiqatçı Nəcəf adlı polis əməkdaşı tərəfindən həyata keçirilmişdir. Daha sonra A.Hadıyev narkotik vasitələri yaşadığı qohumunun evində saxladığını bildirmişdir. A.Hadıyevlə birlikdə sonuncunun qohumunun yaşadığı evə getmişlər. A.Hadıyev qohumunun evinin həyətinin küncündə yerləşən quş hinində olan narkotik vasitəni təqdim etmişdir. Quş hinindən baxış zamanı yarım kiloqrama yaxın çəkidə narkotik vasitə metamfetamin, bir qədər narkotik vasitə heroin, bir qədər də narkotik vasitə marixuana aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, A.Hadıyevi BNMİ-yə aparan vaxt sonuncuya qarşı heç bir təzyiqlər olmayıb və sonuncu tərəfindən heç bir narazılıq olmayıb. A.Hadıyevi evin içərisində saxlamamışlar. Evin sahibi videoçəkilişlə aparılan evə baxışda iştirak etmişdir. Evin sahibinin yanında A.Hadıyevə qarşı kiminsə təhqir etməsinin, döyməsinin şahidi olmamışdır. A.Hadıyevi günorta radələrində saxlamışlar. Əməliyyat qrupuna Şahid1 rəhbərlik edirdi və məlumat da sonuncuya daxil olmuşdur. A.Hadıyevi saxladıqları yer küçə olmuşdur. Küçəni sona qədər getmədiyi üçün saxladıqları yerin küçə və ya dalan olduğunu bilmir. A.Hadıyevi saxladıqdan sonra birbaşa BNMİ-yə getdikləri üçün evə baxış keçirtməyə getdikləri vaxt sonuncunu saxladıqları yerlə baxış keçirtdikləri ev arasında nə qədər məsafə olduğunu həmin əraziləri yaxşı tanımadığı üçün dəqiq bilmir. A.Hadıyevin üzərinə küçədə baxış keçirtməmişlər. A.Hadıyevin üzərinə BNMİ-nin xidməti otağında baxış keçirtmişlər. A.Hadıyev şəxsi axtarış zamanı narkotik vasitə metamfetamin təqdim etmişdir. A.Hadıyevin üzərində BNMİ-də şəxsi axtarış keçirilən zaman narkotik vasitə metamfetamindən başqa qanunla qadağan olunmuş digər əşya, predmet aşkar olunmamışdır. A.Hadıyev evdə narkotik vasitə saxladığını dediyi üçün evə baxış keçirtmişlər. Həyətə baxış keçirilən zaman narkotik vasitə olan maddələr metamfetamin, heroin və marixuana aşkar olunmuşdur. A.Hadıyevin təqsirsizlik prezumsiyası olduğu üçün özünü müdafiə etmək üçün belə ifadələr verir. Məlumat ona daxil olmadığı üçün A.Hadıyevin nə üçün qohumunun evində narkotik vasitə saxlaması barədə məlumatı yoxdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Onun tərəfindən A.Hadıyevə qarşı heç bir təzyiq olmayıb və özü də heç bir təzyiqin şahidi olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Sea Breaze” istirahət mərkəzində fəhlə işləmişdir. İşlədikləri işlə bağlı onlara fəhlə lazım olduğu üçün A.Hadıyevi yanına işə götürmüşdür. Sonra 1-2 aydan sonra iş olmadığı üçün A.Hadıyev işdən çıxası olmuşdur. O, A.Hadıyevdən kəndə getməməsini, onun evində qalıb quşlara baxmağını istəmişdir. Elə oldu ki, A.Hadıyev onun evində qalası olmuşdur. O, hadisə vaxtı işdə olduğu üçün baş verənlərdən xəbəri olmamışdır. Polis əməkdaşları yaşadığı evin bağına girmişlər, A.Hadıyevi saxlamışlar və həyətdən belə şeylər aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, A.Hadıyev onun qohumudur. A.Hadıyev təxminən 3-6 ay onun yanında işləmişdir. A.Hadıyevin hərəkətlərindən şübhələnməmişdir. Yaşadığı evdən narkotik vasitə aşkar olunmuşdur. Yaşadığı evdən ağ rəngli, duza bənzər narkotik vasitə aşkar olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, çətinliklə oxumağı bacarır. İbtidai istintaqda ifadəsi müstəntiq tərəfindən ucadan oxunduqda sonra ifadəni imzalamışdır. A.Hadıyev yanında işlədiyi müddətdə, tutulmazdan 5-6 ay əvvəl yanında qalırdı. A.Hadıyev qardaşı ilə yola getmədiyi üçün onun yanında qalırdı. A.Hadıyevin 1 övladı var, amma ailəsindən boşanmışdır. Hadisə baş verən bağ ona məxsusdur və həmin bağda da qalır. Bağın çıxarışı yoxdur, ancaq müqavilə sənədi var. Polis əməkdaşları gəldikdən sonra A.Hadıyev özü gedib narkotik vasitəni götürüb təqdim etmişdir. A.Hadıyevin hərəkətlərində heç bir şübhəli məqam görməmişdir. Həyətdəki quş damına o və A.Hadıyev girib-çıxmışlar. Səhərlər o, quş damına girib quşları çölə çıxardırdı, axşamlar isə A.Hadıyev quşları heyvanlar yeməsin deyə içəri salırdı. Quş damına girəndə əlavə bir kisə ilə rastlaşmamışdır. Hadisə zamanı A.Hadıyevdən aşkar olunanların nə olduğunu soruşmuşdur. A.Hadıyev aşkar olunanların özü gətirdiyini demişdir. A.Hadıyevin döyülməsinin şahidi olmamış, amma döyülmə səs-küyü eşitmişdir. Döyülmə səs-küyü dedikdə A.Hadıyevin “öldüm, döyməyin” sözlərini eşitmişdir. Həmin vaxt A.Hadıyev zalda, o, isə dəhlizdə olmuşdur. Həmin vaxt onu polis əməkdaşları saxladıqları üçün müdaxilə edə bilməmişdir. Ondan polis əməkdaşları onun da A.Hadıyevlə əlbir olduğunu soruşmuşlar. O, isə A.Hadıyevlə birlikdə olmadığını demişdir. Polis əməkdaşları da onun A.Hadıyevlə birlikdə olmadığını bildiklərini demişlər. Onu polis əməkdaşları vurmamışlar. Polis əməkdaşları A.Hadıyevin özünün, ailəsinin ünvanlarına nalayiq sözlər səsləndirmişlər. A.Hadıyevin şəxsiyyətini və şərəfini alçaltmışlar. Səsküydən sonra otaqdan çıxıb getmişlər. 15 dəqiqədən sonra isə əllərində bağlama geri gəlmişlər. O, həmin vaxtı dəhlizdə olmuşdur. Hadisə günü evdə o və A.Hadıyev olmuşdur. Yaşadığı evdə videoçəkiliş olmuş və o, həmin videoçəkilişdə iştirak etmişdir. Yaşadığı evə polis əməkdaşları daxil olanda ondan heç kim icazə almamışdır. Yaşadığı evə 6-7 nəfər polis əməkdaşı gəlmişlər. Yaşadığı evə gələn şəxslərdən kim olduqlarını soruşduqda polis əməkdaşları olduqlarını demişlər. A.Hadıyev 5-6 ay onun evində yaşadığı dövrdə sonuncun narkotik vasitənin istifadəsi ilə bağlı hər-hansısa şübhələri olmamışdır. Əgər elə bir şübhəsi olsa idi A.Hadıyevi onun evində qalmağa qoymazdı. O, ifadəsi elan olunduqdan sonra suallara cavab olaraq bildirmişdir ki, onun yanında heç nə tərəzidə çəkilməmişdir. Elan olunmuş ifadəni o, verməmişdir. Polis əməkdaşları evə daxil olanda əllərində ancaq ağ sellofan olmuş, tərəzi olmamışdır. Elan olunmuş ifadə onunçün ucadan oxunmamış, amma imza onun imzasına oxşayır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq etmir. İfadəsi ona müstəntiq tərəfindən oxunmamışdır. Məhkəmə istintaqında verdiyi ifadəni təsdiq edir. Latın qrafikasında çətinliklə yazıb oxumağı bacarır. Orta məktəbi 3-cü sinifə kimi oxumuşdur. Elan olunmuş ifadənin sonunda yazılan yazıları o, yazmışdır. Həmin yazıları ona demişlər, o da hərf-hərf yazmışdır. İfadənin sonundakı yazıları yazanda başının üstündə durduqları və ona yaz dedikləri üçün yazmışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yaxın dostudur. Ona görə də o, sonuncu ilə birlikdə ünvan 5 ünvanında yerləşən nömrəsiz fərdi evdə yaşayır. 20 iyun 2024-cü il tarixdə evdə olan zaman Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə evə gəlmiş və polis əməkdaşları ona evə Təqsirləndirilən şəxs razılığına əsasən baxış keçiriləcəyini bildirərək ondan da baxışda iştirak etməsini xahiş etmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs evin həyətinə girişindən sol tərəfdə yerləşən ev quşlarının saxlanıldığı anbardaki stolun üzərində olan narıncı rəngli qutuda gizlətdiyi 1 ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 ədəd nisbətən böyük, 3 ədəd isə nisbətən kiçik, ümumilikdə 4 bükümdə ağ rəngli metamfetamin, 2 bükümdə, qəhvəyi rəngli heroin, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuana və 4 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 456 qram olmuşdur. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 13 qram olmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 16 qram olmuşdur. Daha sonra aşkar olunmuş predmetlər 1 ədəd torbada əlverişli işıqlı şəraitdə qablaşdırılmış, üzərində müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya vəya predmet aşkar edilməmişdir. Aşkar olunmuş maddələr və elektron tərəzi qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.4-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. (l cild i.v. 6) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (l cild i.v. 7-8) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 14:30-dan tutulmuş hesab edilmişdir. (l cild i.v. 26) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən 1 bükümdə, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən 1 ədəd açar, 1 ədəd alışqan, “HONOR və Samsung” markalı mobil telefonlar aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 26 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün mobil telefonlar götürülmüş, digər əşyalar qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik maddəni İran islam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə Nizami rayonu ərazisində gizlədilən yerdən 1 gün əvvəl müxtəlif yerlərə çatdırıb 200 AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq 2 gün əvvəl 1 dəfə Məmmədin göndərdiyi narkotikləri deyilən ünvanlara çatdırıb 200 AZN pul qazandığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, *** *** ** **, 070 *** ** ** nömrələrini işlətdiyini, İranlı Məmmədin adını mobil telefonuna “Dost” kimi qeyd etdiyini, metamfetamindən istifadə etdiyini, əlavə olaraq Sabunçu rayonunda yerləşən yaşadığı evdə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. (l cild i.v. 34-36, 131) xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi və götürmə haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs evdə olması ehtimal edilən narkotik vasitələri və psixortop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evdə onunla birlikdə yaşayan qohumu Şahid3 iştirakı ilə həmin evin həyətinə girişindən sol tərəfdə yerləşən ev quşlarının saxlanıldığı anbardaki stolun üzərində olan narıncı rəngli qutuda gizlətdiyi 1 ədəd torbanı təqdim etmişdir. Həmin torbanın içindən 1 ədəd nisbətən böyük, 3 ədəd isə nisbətən kiçik, ümumilikdə 4 bükümdə ağ rəngli metamfetaminə bənzər, 2 bükümdə, qəhvəyi rəngli heroinə bənzər, 1 bükümdə yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər və 4 ədəd elektron tərəzi aşkar olunmuşdur. Sonra metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 456 qram olmuşdur. Sonra heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 13 qram olmuşdur. Sonra qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisi 16 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, aşkar olumuş narkotik maddəni İran islam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə Nizami rayonu ərazisində gizlədilən yerdən 1 gün əvvəl müxtəlif yerlərə çatdırıb 200 AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq 2 gün əvvəl 1 dəfə Məmmədin göndərdiyi narkotikləri deyilən ünvanlara çatdırıb 200 AZN pul qazandığını, evdə narkotik maddə saxlamasından heç kimin məlumatı olmadığını, təxminən 2 aydır qohumu Arifin evində yaşadığını, orada narkotik saxlamasından Arifin məlumatı olmadığını bildirmişdir. (l cild i.v. 40-41, 132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/3322 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə...“ qeydli paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 23,820 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunan kütlə...” qeydli bağlamadakı 04 ədəd bükümdə təmiz çəkisi ayrı-ayrılıqda 16,471 qram, 411 qram, 17,351 qram, 2,577 qram ümumi təmiz çəkiləri 447,399 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 7,407 qram, 3,985 qram ümumi təmiz çəkiləri 11,392 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdəki heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 04 ədəd elektron tərəzinin üzərində metamfetaminə məxsus izlər müəyyən edildi. Metamfetamin hissəcikləri iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş ümumilikdə təmiz çəkiləri 471,219 qram psixotrop maddə-metamfetamin kütlələri kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. (İ cild i.v. 48-53) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-7/1012 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkarlanan kütlə...” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sellofan bağlamada 1 ədəd üzəri skoçla bağlanmış bükülüdə təmiz çəkisi 14,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş həmin sellofan bağlamada 4 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onlarla müqayiəsli tədqiqat aparılmadı. (İ cild i.v. 54-58) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 75-77) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-381/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 14:30-dan hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(008)-642/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 100-105, 189-194) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-282/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 09 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məkhum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. (İ cild, i.v. 113-130) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(008)-673/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar mənzilə baxış keçirilmə hissəsində qanuni hesab edilmişdir. (İ cild i.v. 134-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X7 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6119 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 143-144) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2682 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədə bilərmi barəsində qoyulmuş sual ekspert psixoloqun səlahiyyətinə aiddir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə ifadə vermək, baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. (İ cild i.v. 146-148) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, xx.xx.2024-cü il tarixli evə baxış keçirilməsi və götürməni özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş ümumi təmiz çəkisi 471,219 qram psixotrop maddə metamfetamin, 11,392 qram narkotik vasitə heroin, təmiz çəkisi 14,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, 4 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 471,019 qram psixotrop maddə metamfetamin, 11,292 qram narkotik vasitə heroin, 14,10 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd elektron tərəzi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. (İ cild i.v. 149-160) AZEMİS elektron məhkəmə informasiya sistemindən, doğum haqqında şəhadətnamənin surətindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X3 adlı azyaşlı uşağı vardır. Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, hər iki yuxarı ətrafda postmeksion tropik çapıqlar aşkar edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:25-də Sabunçu RPİ-nin MSY-nə təhvil verildikdə üzərinə və bədəninə təlimata uyğun tam baxış keçirilən zaman onun hər iki qollarında səpki yaralar aşkar olunmuş, özü bildirmişdir ki, dərisində olan səpkiləri qaşıyan zaman həmin yaralar əmələ gəlmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən fiziki, psixi təsirlərə məruz qalması, ittihamda qeyd olunan narkotik vasitənin ona məxsus olmaması, ancaq 3 qram narkotik vasitənin ona məxsus olması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, “evə baxış keçirilməsi və götürmə haqqında” protokol, şahidlərin ifadələri, məhkəmə sorğusu əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən, Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, videoçəkilişlə aparılan şəxsi axtarışı zamanı Təqsirləndirilən şəxs tam sərbəst şəkildə üzərindən aşkar olumuş narkotik maddəni İran islam Respublikası vətəndaşı “Məmməd” adlı şəxsin vasitəsi ilə Nizami rayonu ərazisində gizlədilən yerdən 1 gün əvvəl müxtəlif yerlərə çatdırıb 200 AZN pul qazanmaq məqsədi ilə əldə etdiyini, əlavə olaraq 2 gün əvvəl 1 dəfə Məmmədin göndərdiyi narkotikləri deyilən ünvanlara çatdırıb 200 AZN pul qazandığını səmimi etiraf edir. Digər tərəfdən, aşkar edilmiş narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olması, narkotik vasitələrin olduğu yerdən həmçinin 4 ədəd tərəzinin də aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik maddəni satış məqsədiylə əldə etməməsi ilə bağlı verdiyi ifadələri tam şəkildə təkzib edir. Şahid3 Sultanəli oğlunun məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə sonuncunun təqsirləndirilən şəxslə yaxın münasibətdə (qohumluq) olması Şahid3 Təqsirləndirilən şəxs mənafeyinə uyğun, həqiqətə uyğun olmayan ifadə verməsini daha inandırıcı edir. Məhkəmə Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadələrə (həyətdə narkotik vasitə, psixotrop maddə çıxması ilə bağlı verdiyi hissə istisna olmaqla) tənqidi yanaşaraq ifadəsində göstərilən halları işin halları ilə uyğunluq təşkil edən və obyektiv həqiqəti əks etdirən xüsusatlar kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 14:30-dan tutulmuş hesab edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 182 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 471,019 qram psixotrop maddə metamfetamin, 11,292 qram narkotik vasitə heroin, 14,10 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk, evə baxış keçirilməsi və götürməni özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş tədqiqatdan sonrakı qalıq çəkisi 471,019 qram psixotrop maddə metamfetamin, 11,292 qram narkotik vasitə heroin, 14,10 qram narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış, götürməni, evə baxış keçirilməsi və götürməni özündə əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 182 (yüz səksən iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-700/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-700/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver