Məhkəmə qərarları › İş №1(101)-701/2019

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2019

04.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2019 04.10.2019 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2liyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs Yasəf oğlunun, onun etibarnaməli nümayəndəsi, 26 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında 19 oktyabr 1957-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, 15 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2019-cu il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunsuz olaraq döyüş sursatı əldə edib saxlamış və qisas almaq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 1995-ci ildə qanunsuz olaraq döyüş sursatı hesab olunan «RQD-5» tipli əl qumbarasını Abşeron rayonu, Saray qəsəbəsində tanışı Bəhlul Həsənovdan əldə edib 2010-cu ilədək ona məxsus olan “QAZ 3110” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində, həmin avtomobili satdıqdan sonra isə 2010-cu ildən 15 fevral 2019-cu il tarixədək işlədiyi yerdə - ünvan 2 ünvanda yerləşən “Azkompozit» Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra: MMC və ya Cəmiyyət) həyətində olan dəmir borunun içərisində gizlədib saxlamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 15 fevral 2019-cu il tarixdə, saat 14 radələrində ünvan 2 ünvanda yerləşən və fəaliyyət göstərən, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 12 may 1998-ci il tarixdə ********** (VÖEN) nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin direktoru, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 13 fevral 2019-cu il tarixli əmri ilə cəmiyyətin nəqliyyata xidmət etmə sahəsinin rəisi vəzifəsindən azad olunması, həmçinin onun işlədiyi həmin müəssisənin yanacağını satması ilə bağlı söz-söhbət yayılmasına dair məsələləri aydınlaşdırmaq üçün 15 fevral 2019-cu il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs həmin müəssisənin inzibati binasının ikinci qatında yerləşən xidməti otağına qəbula getsə də, sonuncu tərəfindən qəbul edilməməsinə və işindən azad olunduğuna görə qəzəblənib qisas almaq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs ümumi təhlükəli üsulla qəsdən öldürmək qərarına gəlib, niyyətini həyata keçirmək məqsədi ilə iş vaxtı olduğu üçün cəmiyyətin inzibati binasında və sonuncunun xidməti iş otağı ilə yanakı və binanın 1-ci qatındakı otaqlarda işçilər olduğunu və partlayış nəticəsində digər şəxslərin də xəsarətlər və ya ölümə səbəb ola biləcək xəsarətlər ala biləcəklərini, digər ağır nəticələrə səbəb ola biləcəyini dərk edərək 1995-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində yaşayan tanışı Bəhlul Həsənovdan qanunsuz olaraq əldə edib üzərində gəzdirməklə “Azkompozit» MMC-nin inzibati binasının həyətində olan dəmir borunun içərisində gizlədib saxladığı döyüş sursatı hesab olunan «RQD-5» tipli əl qumbarasını həmin yerdən götürüb əynində olan gödəkcəsinin sol cibinə qoyub gizlədərək üzərində gəzdirməklə Zərərçəkmiş şəxs xidməti otağına getmiş, sonuncunun otağının qarşısına gəlib ona otağa daxil olmağa icazə verməyən ofis üzrə menecer Şahid3 Tofiq qızının xəbərdarlıqarına məhəl qoymayaraq otağa daxil olub qapını örtərək üzərində olan həmin əl qumbarasını cibindən çıxararaq Zərərçəkmiş şəxs partladıb öldürməklə hədələyib sol əlində tutduğu qumbaranın həlqəsini sağ əli ilə çəkib zapalı buraxmış, bunu görən Zərərçəkmiş şəxs onun üzərinə hücum edərək qumbaranın atılmasının qarşısını almaq üçün onun qumbara olan sol əlini tutub saxlamış, lakin o öz niyyətini həyata keçirmək üçün sonuncunun müqavimətini qırmaq üçün əli ilə qəsdən zərbələr vurub Zərərçəkmiş şəxs döş qəfəsinin ön sol səthinin qançırı, qaşarası nahiyənin sıyrığı kimi sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edməyən xəsarətlər yetirsə də, Zərərçəkmiş şəxs fiziki təsir edib onu yerə yıxması və qumbaranı buraxması üçün əlinə vurduğu zərbələrin təsirindən o, qumbaranı əlindən buraxmışdır. Lakin döşəməyə düşən qumbara partlamadığından Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönələn hərəkətlərini başa çatdıra bilməmiş, bu hərəkətləri ilə o, qanunsuz olaraq əldə etdiyi döyüş sursatını üzərində gəzdirib saxlamış, xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar və ümumi təhlükəli üsulla qəsdən zərər çəkmiş Zərərçəkmiş şəxs öldürməyə, yəni onu həyatdan məhrum etməyə cəhd etmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 29, 120.2.3, 29, 120.2.4 və 228.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəməyə təqdim edilmiş sübutlar məhkəmə baxışında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə edib saxlaması və qisas almaq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4. və 228.1-ci maddələri ilə irəli sürülmüş ittihamlarla məhkəməyədək icraat mərhələsindən fərqli olaraq mövqeyini dəyişib özünü təqsirli bilmədi, lakin ibtidai istintaq zamanı vermiş ifadəsinə oxşar ifadə verib göstərdi ki, o, 2006-cı ildən boru və digər təmir-tikinti məmulatları istehsal edən "xxxx" MMCnin Sumqayıt şəhərinin Metallurq küçəsində yerləşən zavodunda əvvəlcə sürücü, sonradan isə nəqliyyat sahəsinin rəisi işləməyə başlamışdır. İşlədiyi müddətdə hamı ilə, o cümlədən Cəmiyyətin rəhbəri, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuş, sonuncu ilə heç vaxt problem yaşamamış, Rəsul müəllim ona etibar edən adam olmuş, evlərinə gedib-gələn olmuşdur. Başqa yerdən gəliri olmamış, ailəsini oranın maaşı ilə dolandırmışdır. Lakin Rəsul müəllim danışıqlarında kobud, sözünün dalını-qabağını gözləməyən, həm də bir ürəyi yumşaq adam olmuşdur. Onun qulaqları yaxşı eşitmədiyindən hərdən Rəsul müəllimin zənglərinə gec cavab vermiş, sonuncu buna görə əsəbləşib onu söyüb təhqir etmiş, lakin sonradan onun qulaqlarının yaxşı eşitmədiyini öyrəndikdə o, onun qulaqlarının müalicəsinə kömək etmiş, həkimlər ona qulağına aparat taxmağı məsləhət görmüşlər. Hətta Rəsul müəllim atasının evdə olan bir neçə qulaq aparatını onunçün gətirmiş, lakin o, həmin aparatları işlədə bilməmişdir. Hadisədən təxminən 10 gün əvvəl energetiklə birlikdə Rəsul müəllimin evinə gedib onun evinin işıqlarını təmir etmiş, sonuncu onun yenə də qulaq aparatı taxmadığını, eşitməsində problemi olduğunu görüb gedib qulaqlarını müalicə etdirmədiyinə görə onu söyüb təhqir etmişdir. Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsinin mahiyyəti üzrə ifadəsində göstərdi ki, işində məsuliyyətli olmuş, işinə görə heç vaxt tənbeh olunmamışdır. Lakin 12 fevral 2019-cu ildə işdə olarkən MMC-nin kadrlar şöbəsinin rəisi Müslət onu çağıraraq direktorun ona işdən çıxmaq barədə ərizə yazmağı tapşırdığını bildirmişdir. Bu onunçün gözlənilməz olsa da, heç bir səbəb soruşmadan, etiraz etmədən ərizəsini yazıb, Müslətə verib evinə getmiş, onsuz da zavodun maliyyə vəziyyəti aşağı səviyyədə olduğundan işdən çıxmağa məcbur olacağını fikirləşib, ilk günlər heç bir səbəb axtarmamışdır. 15 fevral 2019-cu ildə evdə olmuş, çıxıb binanın həyətində bir qədər oturmuş, saat 13 radələrində isə marşurut avtobusu ilə gələrək «Lukoyl» yanacaq doldurma məntəqəsinin yanında düşüb piyada bir neçə gün əvvələdək işlədiyi zavoda getmişdir. Zavoda getməkdə məqsədi əmrinin verilib-verilməməsini öyrənmək, əmək kitabçasını və son haqqhesabını almaq olmuşdur. O, zavoda girişdə olan mühafizəçi ilə görüşüb əraziyə daxil olmuşdur. Zavodun həyətinə girməkdə niyyəti zavodun həyətində, işləməyən, kəsilmiş şəkildə olan su borusunun içərisində saxladığı özünə məxsus bir ədəd əl qumbarasını oradan götürmək olmuşdur. Belə ki, artıq işdən çıxdığından həmin qumbaranın orada qalmasını istəməmişdir. Təqsirləndirilən şəxs bir ədəd əl qumbarasını əldə etməsi və saxlaması ilə əlaqədar arayış verib göstərdi ki, zavodun həyətində saxladığı bir ədəd əl qumbarasını 1995-ci ildə ona həmyerlisi, Saray qəsəbəsində yaşayan, Qarabağ müharibəsinin iştirakçısı olmuş və 1998-ci ildə ölmüş Bəhlul Həsənov vermiş, verərkən həmin qumbaranın təlim qumbarası olduğunu demişdir. Həmin ərəfədə o, təzəcə «QAZ 3110” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil almış, Bəhlul ona həmin qumbaranı ehtiyyat üçün vermiş, təzə aldığı avtomobilə hücum edə biləcək şəxsi və ya şəxsləri qorxutmaq məqsədilə saxlamağı məsləhət bilmişdir. O, Bəhlulun verdiyi qumbaranı təlim, oyuncaq qumbarası hesab etmiş, avtomobilinin yük yerinə qoyub orada saxlamış, uzun müddət gəzdirmiş, təxminən 2009-cu ildə avtomobili satan vaxt qumbaranı götürüb zavodun həyətindəf həmin borunun içinə qoyub gizlətmişdir. Bundan heç kimin, o cümlədən ailə üzvlərinin və iş yoldaşlarının məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 15 fevral 2019-cu il tarixdə zavaodun həyətində olarkən su borusunda saxladığı qumbaranı götürmüş, qalıb nəmlədiyini görmüş, sonra cibindəki salfetka ilə silib əynində olan gödəkçəsinin sol cibinə qoymuş və zavodun həyətindəki dəmir qapıdan cəmiyyətin binasının həyətinə keçərək plastik qapıdan binaya daxil olmuşdur. Əvvəlcə direktorun katibəsi Aynura zəng etmiş, bir neçə gün qabaq evdən direktora pay olaraq gətirdiyi qutabların büküldüyü dəsmalın ona qaytarılmasını istəmiş, sonuncu isə əlində işi olduğunu bildirib, dəsmalı az sonra gəlib aparmasını xahiş etmişdir. O, Aynuru işdən çıxarkən idarə etdiyi avtomobillə tez-tez evlərinə apardığından və həm də iş yoldaşı kimi sonuncu ilə normal münasibətdə olmuşdur. Bundan sonra o, telefonda Aynura direktorla işi olduğunu bildirmiş, direktorla görüşmək istədiyini demişdir. Aynur ona heç nə deməmiş, lakin qısa müddət sonra ona zəng edərək direktora onun sözlərini çatdırdığını, lakin direktorun işlə bağlı nə sözü varsa, kadrldar şöbəsinin müdiri Nüslətə deməsini tapşırıdığını bildirmişdir. O, Aynura məhz direktorun özü ilə işinin olduğunu, Nüslətin ona heç bir köməklik etməyəcəyini, odur ki, Nüsrətin yanına getməyəcəyini demiş, mühasibatlığa gedib son haqq-hesabını alıb çıxıb gedəcəyini bildirmişdir. Aynurun danışıqlarından direktorun onu qəbul etməyəcəyini başa düşmüşdür. Bundan sonra o, ikinci mərtəbədə direktorun otağına gedən dəhlizin sağ tərəfində yerləşən mühasibatlığa gəlmiş, orada olarkən katibə Aynur mühasibatlığa gəlmiş, onunla görüşmək üçün gəldiyini bildirmişdir. O, Aynura direktorla onun görüşməsini təşkil etməməsinə görə iradını bildirmiş, Aynur isə and içərək onluq bir şey olmadığını demişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərdi ki, mühasibatlıqdan son haqqhesabının hələ hazır olmadığını, hazır olan kimi karta köçürələcəyini öyrənib getmək üçün oradan çıxıb əsas qapıya doğru gedərkən Aynurun öz otağına girmək üçün qapını açmasından istifadə edib direktorun yanına girmək qərarına gəlmişdir. Onun direktorun yanına getməkdə başqa niyyəti olmamış, məqsədi sonuncudan köməklik istəməsi olmuşdur. Odur ki, Aynurun qapını açmasından istifadə edərək direktorun kabinetinin qarşısındakı dəhlizə daxil olmuşdur. Aynurun onun direktorun yanına girmək istədiyini başa düşüb qarşısını kəsməklə ona mane olmaq istəmiş, dayanmasını, icazəsiz keçməməsini xahiş etmişdir. Lakin direktorun onu qəbul etməməsindən incidiyindən o, Aynurun xahişlərinə məhəl qoymayıb dəhlizdən keçərək direktorun otağına girmişdir. O, içəri daxil olduqda direktorun sanki onu gözləyirmiş kimi öz stolunun kənarında dayandığını görmüş və düz stolun qarşısına qədər getmişdir. Zərərçəkmiş şəxs onu görən kimi qışqıra-qışqıra küçə söyüşləri söyərək onun üstünə gəlməyə başlamışdır. O, bunu gözləmədiyindən özünü itirmiş, Zərərçəkmiş şəxs onu döyə biləcəyindən qorxaraq cibindəki qumbaranı çıxarıb sol əlində tutmuş və üstünə gəlməməsini direktordan xahiş etmişdir. Zərərçəkmiş şəxs qumbaranın ya oyuncaq olduğunu və ya partladığı təqdirdə öldürməyəcəyini fikirləşərək ona yaxınlaşmış, onun əllərininin hər ikisini havada tutub əlindən qumbaranı almaq istəmiş, elə həmin vaxt qumbaranın hissələri qırılıb döşəməyə tökülmüşdür. Onların sifətləri demək olar ki, bir-birinə söykənmiş və bir-birlərinin nəfəslərini hiss etmişlər. Direktor onun əlini dartarkən birdən qumbaradan çıxan, fısıltıya bənzər bir səsi eşitmiş, amma partlamamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onu arxası üstdə yerə yıxıb dizlərini sinəsinə qoymuş, qumbaranı tutduğu əlini dalbadal döşəməyə çırpıb qumbaranı əlindən almaq istəmişdir. Həmin vaxt işçilərin otağa girmələri hiss olunmuşdur. Həmin vaxt zərbələrin təsirindən qumbara onun əlindən düşmüş, kimsə qumbaranı ayağı ilə vurub kənarlaşdırmışdır. Bundan sonra gələn işçilər onları aralaşdırmış, onu bayıra çıxarmışlar. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, bayıra çıxdıqdan sonra o, yük qapısınadək gedib orada oturmuş, baş verənlərdən narahat olub fikirə getmişdir. Təxminən yarım saat sonra Zərərçəkmiş şəxs işçilərlə birlikdə onun yanına gələrək ünvanına nalayiq söyüşlər söyəsöyə sifətinə, başına yumruqla vurmuş, lakin orada olan işçilər onun davam etməsinin qarşısını alıb aralaşdırmışlar. Həmin vaxt onun sifətindən qan axmağa başlamışdır. O, heç bir yerə getməyib yük qapısında gözləmişdir. Baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs polisə məlumat vermiş, sonradan zavoda gələn polis işçiləri onu polis bölməsinə aparmışlar. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, hadisə vaxtı direktor onun üstünə gəldiyindən, o, sonuncunun onu döyəcəyini fikirləşib direktoru qorxutmaq məqsədi ilə qumbaranı çıxarmışdır. O, həmin qumbaranı təlim qumbarası bilmiş və belə qumbaraların heç vaxt partlaya bilmədiyini fikirləşmişdir. Hələ hadisədən əvvəl Zərərçəkmiş şəxs onun qulaqlarını müalicə etdirəcəyinə söz verdiyindən o, direktorun yanına köməklik istəməsi məqsədi ilə getmişdir. O, fasiləsiz, istirahət etmədən 13 il Zərərçəkmiş şəxs vicdanla qulluq etmiş, həm sürücülük etmiş, həm də çilingər, fəhlə və hətta yuyucu kimi də işləmişdir. O, direktorun dediklərini həmişə sözsüz icra etmiş və sonuncu ilə qardaş kimi olmuşdur. Zərərçəkmiş şəxs guya onu mənimsəməyə yol verdiyi üçün işdən çıxarması barədə danışdıqları uydurmadan başqa bir şey deyildir. O, ona tapşırılan işlərdən kənara çıxan hər hansı bir hərəkətə yol verməmiş, zavodun əmlakına göz tikməmiş, heç bir mənimsəməyə yol verməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2006-cı ildən "xxxx" MMC-nin təsisiçsi və direktoru olmuşdur. MMC-nin əsas fəaliyyət istiqaməti kompozit məhsulların istehsalından ibarət olmuşdur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs uzun illər müxtəlif işlərdə onun yanında işləmiş, münasibətləri çox yaxşı olmuş, o, Şirini hətta nəqliyyat hissəsinə rəis təyin etmişdir. Şirinlə münasibəti çox yaxşı olmuş, hətta 2019-cu ilin gəlişini, yəni yeni ili onun (zərər çəkmiş şəxsin) evində qeyd etmişlər. Şirin də hərdən iş yerinə öz evində bişirilən şirniyyatdan, qutabdan zavoda gətirmiş, ona da pay vermişdir. Zərərçəkmiş şəxs ifadəsində baş vermiş hadisənin mahiyyəti üzrə göstərdi ki, Hadisədən əvvəl zavodda istehsal azalmış, işlər dayanmışdır. Fevral ayının 1-də o, işlər dayanmasına baxmayaraq, hesabatlarda istehsal xərclərinin azalmadığını müşahidə edib maraqlanmış, Şiringil mal götürdüklərini öyrənmişdir. O, mal buraxılışının dayandırılmasını tapşırıb, şəxsən yoxloama aparmsış və ayda 10.000 manat yeyinti aşkar etmişdir. Yeyintin Şirin, özünün iki nəfər müavi və digər işçilər tərəfindən edildiyini müəyyən etmişdir. Odur ki, kadlar şöbəsinin rəisi Nüsrəti çağırıb işi qabartmadan həmin şəxsləri çağırıb onlara işdən çıxmaları barədə ərizələrini yazdırmasını tapşırmışdır. Həmin işçilərlə uzun müddət birgə işləmələrini, yaxşı münasibətlərinin olduğunu, zavodun özəl müəssisə olduğunu nəzərə alıb, mənimsəmə barədə hüquq-mühafizə orqanlarına və baxılan iş üzrə istintaq orqanına məlumat verməmişdir. İşdən çıxarılmalı olan bütün işçilərə, o cümlədən artıq struktur kimi faəliyyət göstərən nəqliyyət sahəsinin rəisi, baxılan iş üzrə Təqsirləndirilən şəxs da məlumat verilmişdir. Başqaları kimi, o da etiraz etməyib işdən azad olunması barədə ərizəsini yazmış və 13 fevral 2019-cu il tarixli müvafiq əmrlə işdən azad olunmuş və işdən azad olunanların hamısına bir neçə gün ərzində son haqq hesablarını və əmək kitabçalarını almaq üçün müraciət etmək hüquqlarının olduğu izah olunmuşdur. İbtidai istintaq zamanı ifadəsində Şirinin və digərlərinqin işdən çıxarılmalarının səbəbi kimi məqsədinin, bu yolla işləyən işçilərin əmək haqqlarını əvvəlki səviyyədə saxlamaq və işçilərin hamısını işdən azad etməmək olduğunu göstərmiş, bunu zavodda istehsalın azalması ilə əlaqələndirmişdir. və işçiləri də əvvəlki sayda və vəziyyətdə saxlamaq mümkün olmadığından bu addım məcburiyyət qarşısında atılmışdır. Onun üçün işçini işdən azad etmək çətin olduğu kimi, ona bunu izah etmək də çətin olmuşdur. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, zavodun inzibati binası 2 mərtəbəli olmuş, o, ikinci mərtəbədə 31 №-li otaqda oturmuşdur. Onun xidməti otağının qarşısında ofis üzrə menecer Şahid3 otağı olmuş, onun otağına sonuncunun iş otağının qarşısından keçməklə daxil olmaq mümkün olmuşdur. O, otağının girişində quraşdırılmış kamera vasitəsi ilə girişə nəzarət etmişdir. 15 fevral 2019-cu il tarixdə, həmişə olduğu kimi, saat 10 radələrində o, işə gəlmiş, bütün günü öz işləri ilə məşğul olmuşdur. Saat 14.00-da xidməti otağında olarkən köməkçisi Şahid3 ona Təqsirləndirilən şəxs mühasibatlıqda olduğunu bildirmiş və sonuncunun onun yanına gəlmək istədiyini demişdir. O, Aynura Şirinin kadrlar şöbəsinə müracət etməsini demiş, imkan olduğu halda qəbul edəcəyini bildirmişdir. Az sonra o, oturduğu masanın arxasında işlə məşğul olarkən dəhlizdən Təqsirləndirilən şəxs səsinin gəldiyini eşidib stuldan qalxaraq masanın böyür tərəfinə geçmişdir. Şirin içəri onun otağına daxil olub qapını arxadan örtərək otağın ortasına gəlib, onun oturduğu masadan 2-3 metr qabaqda dayanmış və əlini əynində olan gödəkçəsinin sol cibinə salaraq oradan bir ədəd əl qumbarası çıxarıb sol əlində tutmuş, sağ əli ilə qumbaranın həlqəsini çəkib zapalı buraxmış və “sən məni işdən çıxarırsan?” deyib onu partladacağını bildirmişdir. O, düşünmədən, ani olaraq Təqsirləndirilən şəxs üstünə cumub sonuncunun qumbaranın olduğu və yuxarda saxladığı əlini tutaraq onun qumbaranı işə salmasına imkan verməməyə çalışmış, onun qumbara olan əlinin üstündən tutaraq sıxmışdır. Şirin onun əlindən çıxmaq üçün dartınmışdır. O, bu qaydada Şirinin əlini saxlamağın mümkün olmayacağını görüb sonuncunun ayağından vurub, belindən tutaraq yavaşca yerə yıxmış, Şirinin üstündə oturaraq bir ayağının dizini onun qumbara olan əlinin üstünə qoymuşdur. Həmin vaxt Şirin onun əlindən çıxmaq üçün sağ əli ilə onun sifətinə əl atmış, o isə Şirinin müqavimətini qırmaq və onu zərərsizləşdirmək məqsədilə onun tərpənməsinə imkan verməmək üçün Şirinin sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, onun əlini döşəməyə sıxıb tərpətməyə imkan verməmiş, eyni zamanda qumbaranı buraxması üçün onun biləyin sıxmaqda davam etmişdir. Elə həmin vaxt cəmiyyətin əməkdaşları Rəsul, Rəşad, Ziya, sonradan müavini Əli içəri girmişlər. Bu vaxt vurduğu zərbələrin təsirindən Şirin əlini açmış və qumbara əlindən çıxaraq döşəməyə diyirlənmişdir. Ziya qumbaranı görüb onu təpiklə vurmuş və qumbara diyirlənərək televizorun altlığının arxasına keçmişdir. İşçilər onları döşəmədən qaldırarkən Şirinin otaqdan çıxıb qaçmaq istədiyini hiss olunduğundan o, saxlanılmış, Rəşad isə Şirini tutub otaqdan çıxarmışdır. O, Rəşada Şirinin qaçmasına imkan verməməyi və tutub saxlamağı tapşırmışdır. Bundan sonra baş verənlər barədə 4-cü polis bölməsinə zəng edib hadisə barədə bölmənin rəisi Ruslan Hüseynova qısaca məlumat vermişdir. Hadisədən sonra onun otağının orta hissəsində qumbaranın həlqəsi, zapalı, stolun aşağı hissəsində isə Şirinin papağı qalmışdır. Qumbaranın partlamaması onunçün bir möcüzə olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisədən sonra o, həyətə çıxmış, işçilərin Şirini zavodun həyət qapısının qarşısında saxlamalarını görmüşdür. Qısa müddətdən sonra polis əməkdaşları onun xidməti otağına gəlmiş, qumbarını televizorun altlığının arxasında görən kimi onun tam döyüş vəziyyətində olduğunu və istənilən an partlaya biləcəyini bildirmiş, bütün işçiləri inzibati binanın həmin hissəsindən çıxarmışlar. Polis işçiləri Fövqəladə Hallar Nazirliyinə məlumat vermiş və bir müddət sonra Ərazilərin Minadan Təmizlənməsi Üzrə Milli Agentliyin (bundan sonra: ANAMA) xüsusi əməliyyat qrupu zavoda gəlmiş, qumbarını xüsusi üsullarla götürüb kameraya yerləşdirmiş və zərərsizləşdirmək üçün aparmışlar. Əməliyyatçılar onları yaxına buraxmamışlar. Zərərçəkmiş şəxs ifadəsində daha sonra göstərdi ki, o, hadisədən sonra xidməti iş otağında quraşdırılmış kameraya baxarkən ofis meneceri Şahid3 mühasibatlıq tərəfdən özünün iş otağına gəldiyini, Təqsirləndirilən şəxs sakitcə onun arxasınca gəldiyini, Aynurun qapını açmasından istifadə edib Şirinin sonuncunun qapını bağlamasına imkan verməyib onu itələdiyini, əli boz rəngli gödəkçəsinin cibində olduğu vəziyyətdə iti addımlarla, əsəbi şəkildə onun xidməti otağı tərəfə gəldiyini, Şirinin Aynurun yalvarışlarına əhəmiyyət vermdiyini görmüşdür. Zərərçəkmiş şəxs ifadəsinin yekununda göstərdi ki, onun rəhbərlik etdiyi kollektiv iri kollektiv olmuş, o, heç vaxt heç bir işçinin yanında kiminsə, o cümlədən Təqsirləndirilən şəxs ünvanına söyüş söyməmiş və ya kimisə döyməmişdir. Hər bir işçidən işini düzgün yerinə yetirməyi qəti olaraq tələb etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs saxlanılarkən o, sonuncuya əl qaldırmamış, onu döyməmiş və ya söyməmişdir. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan zərərçəkmiş X7 ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, zərərçəkmiş Rəsul Baxşəlyev ifadəsi yerində yoxlanılarkən sərbəst ifadəsində ittihamın mahiyyəti ilə bağlı göstərdiyi xüsusatları, o cümlədən hadisənin baş verdiyi konkret yeri və şəraiti, Təqsirləndirilən şəxs hadisə yerinə gəldiyi istiqaməti və dayandığı yeri, habelə qumbaranın elementlərinin düşdüyü, qumbaranın diyirlənərək getdiyi yerləri bir daha istintaqa göstərmişdir (iş vərəqə: cild İ, səh. 209-210). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində iş üzrə təqsirləndirilən şəxs qismində sərbəst ifadə verən Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin keçirilməsində iştirakdan imtina etmiş və təqsirləndirilən şəxs qismində verdiyi sərbəst ifadələrini təsdiq etdiyini bildirmişdir (iş vərəqə: cild İİ, səh. 22). Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən "xxxx" MMC-də ofis üzrə menecer vəzifəsində işləyən Şahid3 ifadəsində göstərmdi ki, onun əsas vəzifəsi MMC-nin direktoru, baxılan iş üzrə Zərərçəkmiş şəxs verdiyi tapşrıqları yerinə yetirmək, direktorun adına daxil olan məktublarla işləməkdən ibarət olmuşdur. Onun və cəmiyyətin direktorunun otağına giriş eyni qapıdan olmuş və otağının qarşı tərəfində olan dəhlizdən keçilməklə direktorun otağına daxil ola bilmişdir. Onun otağı girişin sağında yerləşmiş, onun otağının sağ tərəfində isə faks otağı olmuşdur. Direktorla görüşmək istəyən şəxslər əvvəlcə ona müraciət etmiş, o da direktora məruzə etdikdən sonra sonuncu həmin adamın qəbulu ilə bağlı məsələni həll etmişdir. Direktorun otağının girişində quraşdırılmış kamera vasitəsi ilə sonuncu onun yanına gələn adamlara nəzarət etmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, baxılan iş üzrə təqsirləndirilən şəxs, zavodda nəqliyyat sahəsinin rəisi işləyən Təqsirləndirilən şəxs isə o, işə başladığı vaxtdan tanımışdır. Təqsirləndirilən şəxsla onu yolu eyni istiqamətdə olduğundan o, bəzən sonuncunu idarə etdiyi, zavoda məxsus olan «Toyota Hilux» markalı avtomobillə işə gedib gəlmişdir. 2019-cu ilin təxminən 07 fevral tarixində Təqsirləndirilən şəxs direktora dəsmala bükülü halda qutab gətirmiş, lakin direktorun qonaqları olduğundan həmin qutablardan istifadə olunmamış, dəsmal onun otağında qalmışdır. 13 fevral 2019-cu il tarixdə isə Təqsirləndirilən şəxs işdən çıxması ilə bağlı ərizə yazmış və onun tutduğu vəzifədən azad olunması barədə əmr verilmişdir. 15 fevral 2019-cu il tarixdə, saat 13 radələrində isə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək onda olan, qutab gətirdiyi həmin dəsmalın ona qaytarılmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs işi olduğunu bildirib dəsmalı aparmaq üçün bir az sonra gəlməsini xahiş etdikdə Təqsirləndirilən şəxs işlə bağlı direktorla görüşmək istədiyini bildirmiş, bunu direktora çatdırmasını istəmişdir. O, direktora bu barədə bildirdikdə sonuncu işinin çox olduğunu bildirmiş, işlə bağlı kadrlar şöbəsinin rəisi Müslətin yanına getməyi Şirinə deməyi ona tapşırmışdır. O, zəng edib Şirinə bu barədə bildirdikdə, sonuncu mühasibatlığa gedib son haqq-hesabını alacağını və çıxıb gedəcəyini söyləmişdir. O, xətrini çox istədiyindən, Şirinlə vidalaşmaq üçün mühasibatlığa getmiş və orada sonuncu ilə görüşmüşdür. Təqsirləndirilən şəxs onu direktorun yanına buraxmağına görə ona iradlarını bildirdikdə o, direktorun ona dediklərini təkrarən Şirinə bildirmişdir. O, Şirinin danışıqlarından onun işdən azad edilməməsi ilə bağlı kömək göstərilməsi barədə xahişlə əlaqədar direktorla görüşmək istədiyini başa düşmüşdür. Bundan sonra o, mühasibatlıqdan çıxaraq gedib özünün xidməti otağının qapısını açaraq içəri daxil olmuş, qapını arxadan örtmək üçün döndükdə Şirinin onun arxasınca qapını itələdiyini görmüş və ondan nə etmək istədiyini soruşmuşdur. Lakin Şirin onu da itələmiş, onun dayanmasını tələb etməsinə baxmayaraq, onun sözlərinə əhəmiyyət vermədən sol əli gödəkçəçinin cibində iti addımlarla direktorun otağı istiqamətdə getmiş və direktorun otağına girmişdir. Şirin direktorun otağına girəndən sonra qapını bağladığından içəridə nə baş verdiyini o, görməmiş, şirinin anormal hərəkətlərinin səbəbini başa düşməmişdir. Daha sonra Şahid3 ifadəsində göstərdi ki, Şirin direktorun otağına girdikdən sonra içəridən hər hansı bir səs gəlmədiyini görüb öz otağına girmişdir. Elə yenicə otağına girmiş direktorun otağında bərk səs-küy qopmuş, lakin orada nə danışlıdğını ayırd edə bilməmişdir. O, qapını açdıqda direktor Zərərçəkmiş şəxs Şirinin üstündə oturub sol əlini tutduğunu görmüş və otaqan tüstü iyi gəldiyini hiss etmişdir. Onu görən direktor qışıqaraq gedib mühafizəyə zəng etməyi tapşırmışdır. O, çaşqın vəziyyətə düşmüş, gələn iyin nəyin iyi olduğunu bilməmişdir. Təxminən yarım dəqiqə donub qalmış, direktor ikinci dəfə qışqırandan sonra giriş qapısını açaraq öz otağından daxili telefonla mühafizəçiyə təcili direktorun otağına gəlməsini xahiş etmişdir. Bundan sonra dəhlizə çıxaraq qışqırmaqla işçiləri köməyə səsləmişdir. Az keçmiş əvvəlcə mütəxəsis işləyən Rəsul, ardınca Ziya, anbardar Ramiz, mühafizəçi Rəşad və sonda direktorun müavini Əli gəlmiş, o, isə qorxusundan direktorun otağına girməyib dəhlizdə dayanmışdır. Bir müddət sonra əvvəlcə Şirin, sonra Rəşad, daha sonra direktor, Əli, Rəsul, Ziya və Ramiz otaqdan çıxmışlar. O, uzun müddət özünə gələ bilməmiş, onlar gedəndən sonra öz otağında tək qalmış, ağlaya-ağlaya mühasib işləyən Gülər xanıma zəng etmişdir. Gülər xanım gələrək onu otaqdan çıxardıb mühasibatlığa aparmış və orada ona su vermişdir. O, Gülər xanımın otağında olarkən polis işçilərinin gəldiyini və direktorun otağında qumbara olduğunu eşitmişdir. Sonradan işçilərin danışığından Təqsirləndirilən şəxs direktorun otağına girərkən özü ilə cibində qumbara apardığını, orada direktoru qumbaranı partaladacağı ilə qorxutduğunu, direktorla tutaşan Şirini direktorun yerə yıxdığını, direktorun vurduğu zərbələrin təsirindən Şirinin qumbaranı əlindən buraxdığını və qumabaranın televizorun altlığına diyirlənib getdiyini eşitmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, cəmiyyətdə mütəxəssis vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, işlədiyi "xxxx" MMC-nin nəzdində sənaye və tikinti sahələrində istifadə olunan kompozit məhsullar istehsal edən zavod fəaliyyət göstərir. İş üzrə Zərərçəkmiş şəxs MMC-nin təsisiçsi və direktoru olmuşdur. Cəmiyyətin inzibati binası iki mərtəbəli olub, girişi küçə tərəfdən əsas qapıdan və zavodun həyətindəndir. Zavoda və inzibati bina girişdə mühafizəçilər tərəfindən mühafizə olunur. Baxılan iş üzrə Təqsirləndirilən şəxs zavodun nəqliyyat sahəsinin rəisi vəzifəsində işləmiş, onun zavodun direktoru Zərərçəkmiş şəxslə çox yaxın münasibətləri olmuşdur. Bildiyinə görə son dövrlərdə zavodun məhsullarına sifariş azaldığından, rəhbərlik müəyyən qədər işçilərin işdən çıxarılacağı barədə xəbərdarlıq etmişdir. İşdən çıxarılma əsasən inzibati işçilər üçün nəzərdə tutulmuşdur. Şahid1 ifadəsinin davamında göstərdi ki, 2015-ci ilin fevral ayında bir sıra inzibati işçilər o, cümlədən nəqliyyat sahəsinin rəisi Şirin da işdən çıxmaq barədə ərizə yazmışdır. 15 ferval 2019-cu il tarixdə, saat 14 radələrində otaqda iş başında olarkən direktor Zərərçəkmiş şəxs xidməti otağı tərəfdən səs-küy gəldiyini eşidib dərhal otaqdan çıxaraq ora getmiş, direktorun otağına çatdıqda giriş qapısının açıq olduğunu və menecer Aynurun həyəcanlı şəkildə özünün otağı tərəfdə olduğunu görmüşdür. Direktorun otağına girmiş, sonuncunun və Təqsirləndirilən şəxs yerdə uzanıqlı vəziyyətdə olduqlarını, direktorun dizini Şirinin əlinin üstünə qoyduğunu, sol əli ilə Şirinin əlini tutduğunu, Şirinə tərpənməyə imkan vermədiyini görmüş, lakin ilk anda heç nə başa düşməmişdir. Kompüter üzrə mütəxəssis Rəsul ondan əvvəl direktorun otağına girmiş, onun arxasınca isə binasının mühafizəçisi Rəşad və sonra direktor müavini Əli gəlmişdir. Rəsul direktoru və Şirini yerdən qalıdırıb ayırmaq üçün əyildikdə həmin an Şirinin əlindən nəyinsə diyrlənərək onun ayağanın altından keçdiyini hiss etmiş, diqqət etdikdə diyirlənənin əl qumbarası olduğunu görmüşdür. Qumbara fırlaranaq yerində dayanmış, onun partlayacağını fikirləşib bir qədər uzaqlaşdırmaq üçün təpiklə qumbaranı itələmiş və qumbara fırlana-fırlana otaqda olan televizor altlığının arxa tərəfinə gedib orada dayanmışdır. Bundan sonra direktor və Şirin ayaq üstdə durmuş, direktor Şirini tutmuşdur. Həmin vaxt otaqda olan Rəsul qışıqraraq qumbaranın partlaya biləcəyini deyib tez otağı tərk etmək lazım olduğunu bildirmiş və bu zaman Rəşad Rəsul müəllimin tapşırığı ilə Şirini götürüb aparmışdır. Direktorun rəngi ağappaq olmuş, özü çox həyəcanlı vəziyyətdə olmuş, səsi belə çıxmamışdır. O, Şirinn sifətində qızartılar və qan görmüşdür. Rəsulun sözündən sonra onlar tez otaqdan çıxmışdır. Hələ özünə gəlməyən Aynur isə çox çətinliklə Təqsirləndirilən şəxs onu itələməklə Rəsul müəllimin otağına girdiyini bildirmişdir. Şirin otaqdan çıxandan sonra iti addımlarla binanını çıxşına doğru getmiş, sonuncunun qaçacağını deyən direktor mühafizəçi Rəşaddan Şirini tutub saxlamağı tələb etmiş, Rəşad da gedib onun inzibati binadan çıxandan təxminən 100 metr kənarda tutub saxlamışdır. Direktor otaqdan çıxandan və özünə gələndən sonra 4-cü polis bölməsinə zəng edib hadisə barədə məlumat vermiş və qısa müddətədən sonra çoxlu polis işçiləri zavodda gəlmiş, küçədə dayanan Şirini götürüb aparmışlar. Polis işçiləri direktorun xidməti otağına daxil olduqda qumbarını televizorun axasında görən kimi, qumbaranın döyüş vəziyyətində olduğunu və istənilən an partlaya biləcəyini bildirmişlər. Bundan sonra onlar binanın həmin hissəsindən çıxıb digər hissəsinə keçməyi, direktorun otağı tərəfə yaxınlaşmamağı tapşırmış və Fövqəladə Hallar Nazirliyinə məlumat verdiklərini bildirmişlər. Az sonra sonra ANAMA-nın əməkdaşları gələrək binaya baxış keçirib xüsui alətlə qumbaranı direktorun otağından götürmüş və cihaza qoyub partlatmaq üçün aparmışlar. Şahid1 ifadəsinin yekununda göstərdi ki, sonradan direktorun otağına daxil olduqda otağın orta hissəsində qumbaranın həlqəsini, zapalını və masanın qarşısında yerdə Şirinin qara rəngli şapkasının qaldığını görmüşdür. Sonradan direktor hadisə vaxtı Şirini yerə yxıb əlindən qumbaranı buraxması üçün onun əlinə və bədəninə zərbələr vurduğunu, lakin Şirin qumbaranı buraxmaq istəmədiyini danışmışdır. Otaqdan çıxandan sonra direktorun Şirini döyməsini o, görməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən "xxxx" MMC-də əməkdaşları Şahid2 və Şahid4 məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadələr verib onların göstərdiyi xüsusatları özlərinə dair hissədə tam təsdiq etdilər. Bundan başqa, məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən "xxxx" MMCdə mühafizəçi işləyən Şahid5 ifadəsində göstərdi ki, əsas əsas vəzifəsi cəmiyyətin inzibati binasının mühafizəsini həyata keçirmək olmuşdur. Zavodda əvvəllər çox adam işləmiş, həmin dövrdə işçilər binaya və zavoda giriş zamanı xüsusi kartdan istifadə emişlər. Lakin hadisə ərəfəsində işçilərin sayı həddən çox azaldığından kartdan istifadə edilməmişdir. Baxılan iş üzrə Təqsirləndirilən şəxs işə qəbul olduğu vaxtdan tanımış və münasibətləri normal olmuşdur. 15 ferval 2019-cu il tarixdə, həmişə olduğu kimi, saat 09.00-da işə başlamış, saat 14 radələrində işdə olarkən daxili telefonla direktorun katibəsi Aynur ona zəng edərək həyəcanlı şəkildə tez yuxarı qalxmasını demişdir. O, ikinci mərtəbəyə qalxdıqda direktor Zərərçəkmiş şəxs otağı tərəfdən bərk səs-küy gəldiyini eşitmişdir. O, qaça-qaça yuxarı qalxıb Zərərçəkmiş şəxs otağına girmiş və həmin vaxt Aynur öz otağında olmuşdur. Otağa girəndə idarənin işçiləri Ziyanı, Rəsulu direktorun otağında görmüşdür. Həmin vaxt direktor və Təqsirləndirilən şəxs ayaq üstdə bir-birlərini tutaraq dalaşmışlar. O, Şirinin sifətində qan və qızartılar, Rəsul müəllmin qaşının arasında isə cızıq görmüşdür. Rəsulla Ziya onları ayırmağa çalışmış, o da onlara kömək edərək Şirini tutub saxlayaraq çölə çıxartmışdır. O, direktorun otağına daxil olanda içəridə olanlardan kimsə qumbaranın televizorun arxasında olduğunu demişdir. O, Şirini otaqdan çıxarmaqla məşğul olduğundan həmin yerə fikir verməmişdir. O, Şirini oradan çıxarıb qapıya tərəfə aparmış, bu zaman direktor Şirinə qaçmağa imkan verməməyi ona tapşırmışdır. O, Şirini zavoda giriş qapısının mühafizəçisi Natiqin yanına aparmış, orada Şirindən nə üçün belə hərəkət etməsini soruşduqda sonuncu o, Zərərçəkmiş şəxs qorxutmaq üçün ora qumbara ilə girdiyini demişdir. Təqsirləndirilən şəxs qumbaranı haradan tapdığını soruşduqda sonuncu ona qumbaranı zibilxanadan tapdığını demişdir. Bundan sonra o, öz postuna qayıtmış, az sonra polis işçiləri zavoda gəlmiş və onların danışığından qumbaranın döyüş vəziyyətində olduğunu və sadəcə partlamadığını bilmişdir. Polis işçiləri hamıdan binanın həmin hissəsindən çıxıb digər hissəyə keçməyi tələb etmişlər. Verilmiş məlumat əsasında ANAMA-nın əməkdaşları gəlmiş və bir müddət sonra qumbarını xüsusi yeşiyə qoyub avtomobillə aparmışlar. Şahid5 ifadəsinin yekununda göstərdi ki, o, hadisədən əvvəl və ya sonra kimlərinsə, o cümlədən direktor Zərərçəkmiş şəxs Şirini döyməsini görməmiş, Şirin direktorun otağından çıxarkən onun sifətində qan və qızartılar olmuşdur. Otaqdan çıxandan sonra Şirini heç kəs döyməmişdir. O, direktorun kiminləsə kobud rəftar etdiyini, işçiləri nalayiq söyüşlərlə söydüyünü görməmiş və eşitməmişdir. İşlədiyi dövrdə dəfələrlə Şirinlə söhbət etmiş, həmin söhbət zamanı sonuncu heç vaxt ona direktordan şikayət etməmişdir. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin tərkibinə daxil olan "xxxx" ASC-nin kadrlar şöbəsinin rəisi işləmişdir. Əvvəllər zavodun məhsullarına böyük tələbat olmuş, lakin son dövrlərdə sifariş azaldığından istehsal aşağı düşmüş, artıq əvvəlki qədər işçiyə ehtiyac qalmamışdır. Buna görə də, rəhbərlik tərəfindən müəyyən qədər işçilərin işdən çıxarılacağı deyilmiş, həmçinin cəmiyyətin direktoru Zərərçəkmiş şəxs ona Şirinlə, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxsla söhbət aparıb, nəqliyyat sahəsinin rəisinə hazırda ehtyac olmadığından ərizə yazıb işdən çıxıb başqa yerdə özünə iş tapmağı deməyi tapşırmışdır. O, direktorun sözlərini Təqsirləndirilən şəxs çatdırmış, sonuncu heç bir etiraz etməyərək ərizəsini yazacağını bildirmiş, sonradan isə artıq ərizəsini yazıb mühasibatlığa təqdim etdiyini ona demişdir. Direktor Təqsirləndirilən şəxs ərizəsini nəzərə alıb onu müvafiq əmrlə işdən azad etmişdir. O, Şirini bundan sonra görməmiş, lakin 15 ferval 2019-cu ildə Təqsirləndirilən şəxs qumbara ilə direktorun otağına girib qumbara atmaq istədiyini, lakin qumbaranın partlamadığını iş yoldaşlarından eşitmişdir. O, hadisəni şəxsən görməmiş, əsil səbəblərini bilməmişdir. Eyni zamanda, heç vaxt direktorun kimisə, o cümlədən Təqsirləndirilən şəxs söyüb təhqir etdiyini və ya hadisədən sonra direktorun Təqsirləndirilən şəxs döyüb-söyməsini görməmiş və ya eşitməmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, MMC-də mühasib işləmişdir. 13 fevral 2019-cu il tarixdə mühasibatlığa cəmiyyətin nəqliyyat xidmətinin rəisi, baxılan iş üzrə Təqsirləndirilən şəxs işdən azad edilməsi barədə direktorun əmri daxil olmuş və o, həmin əmrə uyğun olaraq Təqsirləndirilən şəxs son haqqhesabını hazırlamışdır. 15 fevral 2019-cu ildə Şirin onların xidməti otağına gələrək son haqq hesabının hazırlanıb- hazırlanmadığını və əmək kitabçasının yazılıb-yazılmadığını soruşmuş, lakin mühasibatlıqdan ona bütün sənədlərin tam hazır olmadığı bildirilmiş, son haqq-hesab hesablanan kimi hesab kartına köçürüləcəyi izah edilmişdir. Təxminən saat 14 radələrində ofis üzrə menecer işləyən Şahid3 onların iş otağına gələrək qapının ağzında Təqsirləndirilən şəxsla salamlaşmışdır. Onun iş otağı baş mühasibin otağı ilə düz yan-yana, ikinci mərtəbədə yerləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Aynura direktorla görüşmək istədiyini bildirmiş, Aynur isə imkan olan kimi onu direktorla görüşdürməyə çalışacağını, hazırda direktorun məşğul olduğunu bildirmişdir. Bundan sonra Aynur Şirinlə sağollaşıb çıxıb getmiş, Şirin isə Aynurun arxasınca otaqdan çıxmışdır. Onun hara getdiyini onlar bilməmiş və ya görməmişlər. Şahid6 ifadəsinin davamında göstərdi ki, Şirin çıxıb gedəndən çox keçməmiş direktorun otağı tərəfdən əvvəlcə Aynurun qışqırdığını, sonra isə başqa adamların səs-küylərini eşitmiş və hay-küyə otağından çıxanda Təqsirləndirilən şəxs dəhlizlə mühafizəçi Rəşadla birlikdə getdiklərini görmüşdür. Sonradan gələn müəssisənin digər əməkdaşları isə Təqsirləndirilən şəxs direktorun otağına qumbara atdığını danışmışlar. İşçilər çıxıb gedəndən sonra Aynurun zəngi əsasında baş mühasib Gülər Məmmədova sonuncunun otağına getmiş və Aynurun qolundan tutaraq onun otağına gətirmiş və onun kreslosunda otuzduraraq ona su vermişdir. Belə ki, Aynur titrəmiş, qoxmuş və həyəcanlı vəziyyətdə olmuşdur. Aynur özünə gələndən sonra onlara mühasibatlıqdan çıxıb öz otağına girib qapını arxadan bağlamaq istəyərkən Təqsirləndirilən şəxs buna imkan verməyib onu itələyərək direktorun otağına girdiyini, sonradan gedib baxdıqda onların uzanıqlı vəziyyətə dalaşdıqlarını görüb mühafizəçiyə zəng edib ora çağırdığını, onun qışqırığına gələn işçilər onları ayırdıqlarını, otaqda televizorun altlığının arxasında qumbara olduğunu eşitdiyini, bunu eşitdikdə isə bərk qorxduğunu danışmışdır. Sonradan polis işçiləri gəlib Təqsirləndirilən şəxs apardıqlarını, çağırışa gələn ANAM-nın əməkdaşlarının isə qumbarını direktorun otağından götürüb xüsusi cihaza qoyaraq apardıqlarını eşitmişdir. Hadisədən sonra isə direktorun Təqsirləndirilən şəxs döyməsini eşitməmiş və görməmişdir. Şahid6 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs MMC-nin direktoru Zərərçəkmiş şəxslə çox yaxın münasibətləri olmuş, əvvəllər direktorun Təqsirləndirilən şəxs və ya qeyrilərini söyüb-təhqir etməsini eşitməmiş və görməmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə hesabında hər hansı bir çatışmamazlıq olması barədə onda hər hansı məlumat olmamış və ya mühasibatlıqda belə bir yoxlama olmamışdır. Belə bir çatışmamazlıq halları barədə direktorun özündə məlumat olduğunu isə o, bilməmişdir. Təqsirləndirilən şəxs öz ərizəsi əsasında işdən azad edilməsi isə bir faktdır. Məhkəmə baxışı zamanı iş üzrə ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş, lakin adları məhkəməyə dəvət olunmalı şəxslər siyahısına əlavə edilməmiş X4 və X8 şahid ifadələri elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, şahid Gülər Məmmədova məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6, şahid Natiq İsmayılov isə iş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ilə oxşar məzmunlu ifadə verib onların işin halları ilə bağlı göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər ( iş vərəqə: cild İ, səh. 33-37, 211-215). İş üzrə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qrupunun rəhbəri Şahid8 ifadəsində göstərdi ki, 15 fevral 2019-cu il tarixdə, saat 14 radələrində onun işlədiyi idarəyə Sumqayıt şəhər Polis İdarəsindən həmin şəhərdə yerləşən "xxxx" zavodunda qumbara aşkar edilməsi barəsində məlumat daxil olmuş və məlumata əsasən 4 nəfərdən ibarət əməliyyat qrupu sözü gedən zavoda getmişdir. Zavoda çatdıqdan sonra qumbaranın zavodun direktoru Zərərçəkmiş şəxs xidməti otağında olması məlum olmuşdur. Ora daxil olduqda qumbaranın girişlə üzbəüz yerləşən televizorun altlığının arxasında parlamamış vəziyyətdə aşkar etmişdir. Partlamamış döyüş sursatına vizual baxış keçirmiş və nəticədə üzərində UZRQM tipli partladıcısı olan döyüşə hazır vəziyyətdə «RQD-5» tipli əl qumbarasının olduğunu təsdiqləmişdir. Otağın ortasında UZRQM partladıcısının qoruyucu həlqəsi və iynənin sərbəst edici qolu qalmışdır. Yerdə aşkar olunan qumbaranın elementləri qumbaranın təyinatı üzrə istifadəyə cəhd edildiyini təsdiq etmişdir. Sonra hamıdan təcilli olaraq otağı tərk etməyi tələb etmiş, təhlükəsizlik baxımından 2 divar və ya 1 otaq olmaqla digər bitişik inzibati otaqların da əməkdaşlardan dərhal boşaldılmasını tələb etmişdir. Çünki qumbara artıq döyüş vəziyyətinə gətirilmiş və istifadəyə cəhd edilmişdir. Hər an partlayış ola biləcəyi mümkün olmuşdur. Bundan sonra əməliyyat qrupunu otağa dəvət edərək qumbaranı müvafiq Standart Əməliyyat prosedurlarına uyğun şəkildə xüsusi avadanlıqla “Fontan” tipli zirehli qutuya qoyularaq zərərsizləşdirilməsi üçün Mərkəzi məhvetmə ərazisinə aparılmışdır. 18 fevral 2019-cu il tarixdə sözü gedən qumbara partlayış yolu ilə Heybət mərkəzi məhvetmə ərazisində onlar tərəfindən zərərsizləşdirilmişdir. Belə ki, partlamamış qumbaraların sökülüb baxılmasına icazə verilmədiyindən onlar təlimata uyğun olaraq həmin qumbaranın yanına partladıcı təsirə malik trotil qoyub uzaqdan idarə etməklə partladıb məhv etmişlər. Qumbaranın partlatdılmaqla zərərsizləşdirilməsi barədə yekunda müvafiq akt tərtib edilmiş və həmin aktın surəti aidiyyatı üzrə müvafiq orqanlara göndərilmişdir. Lakin cinayət işinə əlavə olunması üçün göndərilibgöndərilməmsindən xəbərsizdir, göndərilmədiyi təqdirdə aktın surətinin iş materiallarına əlavə olunması üçün göndərilməsi təmin ediləcəkdir. Əməliyyat qrupunun rəhbəri Şahid8 izahat verib göstərdi ki, əl qumbaraları, ümumiyyətlə müxtəlif təyinatlı olmaqla 1.Tank əleyhinə; 2. Piyada əleyhinə - Hücüm üçün- Müdafiə üçün; 3. İşıqlandırıcı; 4. Yandırıcı; 5. Tüstülü; 6. Təlim; 7. Əldə düzəltmə (kustar üsulu ilə) olan növlərə bölünmüşdür. Aşkar olunmuş qumbara «RQD-5» tipli hücum ücün nəzərdə tutulan əl qumbarası olmaqla təyinatı canlı quvvənin məhvedilməsi üçün nəzərə tutulmuşdur. Qumbara anbar şəraitində yeşiklərdə 20 ədəd olmaqla partladıcısından ayrı saxlanılır. Yeşikdə olarkən partladıcı yerinə plastmas vəya ebonit bağlayıcı bağlanır. Bu da öz növbəsində qumbaranın istifadədən önzə partladıcı bağlanacaq yerinə hər hansı kənar predmetin düşməsinin qarşısını alır. UZRQM partladıcıları isə 10 ədəd olmaqla xüsusi yağlı kağızda dəmir konteynerdə saxlanılır. Fərdi qaydada daşınması üçün xüsusi çantalar və ya ciblər nəzərdə tutulmuşdur. Qumbaranın istifadəyə, yəni döyüş vəziyyətinə gətirilməsi üçün ilk öncə qoruyucu halqa çıxarılır, qoruyucu əldən buraxılır, içəridə olan yay iynəni zərblə detanatora vurur və nəticədə barıt alışır. Bundan sonra alışmış barıt qumbaranın içərisində ən altda olan partlayıcı kütləni alışdırır və nəticədə partlayış baş verir. Bütün proses təxminən 4-5 saniyə ərzində baş verir. İynənin sərbəst edici qolu buraxılmayana qədər partlayış mümkün deyildir. Əməliyyat qrupunun rəhbəri Şahid8 daha sonra ifadəsində göstərdi ki, onlar çağırışla bağlı "xxxx" MMC-nin direktorunun otağına daxil olarkən otaqdan barıt iyi gəlmiş, lakin qumbaranın qoruyucu halqası çıxarılmış vəziyyətdə olsa da, qumbara xoşbəxtlikdən partlamamışdı.Saxlama yerindən və şəraitindən asılı olaraq qumbaranın içrisində olan zəruri maddələrin zəifləməsi, zədələnməsi mümkündür ki, bu da parlayışı aradan qaldıra bilər. "xxxx" zavodunun direktorunun otağında aşkar olunmuş qumbaranın da belə bir problemi olmuş, prosesdə barıt alışsa da, partlayıcı kütlə alışmamış və partlayış baş verməmişdir. Otaqdan gələn iy isə məhz ilk olaraq yanmış barıtın tüstüsünün iyi olmuşdur. Həmin qumbaranın, partlayacağı halda, otaqda ola biləcək şəxslərə ölümlə nəticələnə bilən ziyan vura bilmə imkanları mövcud olmuş, lakin otaqdan kənarda olan şəxslərə, divarların qalınlığından asılı olaraq təhlükə törətməyə də bilərdi. İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında 15 fevral 2019-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-nin inzibati binasının ikinci mərətbəsində olan cəmiyyətin direktoru – zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 31 №-li xidməti otağıdır, həmin otaqda giriş qapısının sol tərəfinə qoyulmuş və üzərində televizor olan altlığın altında bir ədəd RQD-5 tipli əl qumbarası, direktorun oturduğu masanın qarşısında döşəmədə, bir-birindən aralıda UZRQM partladıcısının qoruyucu həlqəsi və iynənin sərbəst edici qolu qalmışdır. Tədqiq olunan protokoldan görünür ki, aşkar edilmiş əl qumbarasının həmin elementləri tədqiqat üçün götürülmüş, həmçinin baxış keçirilərkən istintaq hərəkətinin gedişatını özündə ehtiva edən fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 4-26). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik ekspertizasının 12 mart 2019-cu il tarixli, 5393 №-li rəyindən görünür ki, hadisə yerindən, yəni "xxxx" MMC-nin direktorunun iş otağından götürülmüş vətədqiqatata təqdim edilmiş 2 ədəd predmet zavod üsulu ilə hazırlanmış F-1, RQ 42, RQD-5 əl qumbara gövdələrinin partladılması üçün istifadə edilən «UZRQM» markalı partladacının hissələridir, bir ədəd partladıcının qoruyucu dəstəyidir, digər halqası ilə birlikdə qoruyucu mildir (iş vərəqə: cild İ, səh. 228-231). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21 fvral 2019-cu il tarixli, 240 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Yasəf oğlunun bədəni üzərində döş qəfəsinin ön sol səthinin qançırı, qaşarası nahiyənin sıyrığı xəsarətləri aşkar edilmişdir ki, həmin xəsarətlər küt əşyanın təsirindən törənmidir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Tədqiq olunan həmin rəydən görünür ki, zərər çəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən olunan xəsarətlərin törənmə müddəti 15 fevral 2019-cu il tarixə, yəni hadisə gününə uyğun gəlir, həmin xəsarətləri zərər çəkmiş şəxsin özü-özünə yetirməsi istisna edilir, hadisə anında zərərçəkmişlə xəsarət yetirən şəxs qarşı-qarşıya və ya müxtəlif duruş vəziyyətlərində ola bilərdilər ( iş vərəqə: cild İ, səh. 226-227). Məhkəmə baxışı zamanı əldə olunmaqla tədqiq olunan Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən tərtib olunan 18 fevral 2019-cu il tarixli aktdan görünür ki, 15 fevral 2019-cu il tarixdə tək sursat əməliyyatı zamanı aşkar olunmuş, partladıcısı üzərində olan partlamamış bir ədəd hərbi sursat - RQD-5 tipli əl qumbarası 18 fevral 2019-cu il tarixdə Qaradağ rayonunun Heybət qəsəbəsi ərazisində partladılma yolu ilə məhv edilmişdir (iş materialları). İş üzrə məhkəmə istintaqı zamanı tədqiq olunan lifli materialların məhkəmə ekspertizasının 27 mart 2019-cu il tarixli, 6271 №-li rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs gödəkçəsinin üzərindən tapılmış boz rəngli kimyəvi liflər cinsi əlamətlərinə görə zərər çəkmiş X1 tərkib liflərinə uyğun gəlir. Zərər çəkmiş Rəsul Baxəşəliyevin köynəyinin üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi lifləri isə cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs gödəkçəsinin tərkib liflərinə uyğun gəlir (iş vərəqə: cild İ, səh. 232-237). Bundan başqa, məhkəmə baxışı zamanı işdə olan kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03 may 2019-cu il tarixli, 655 №-li rəyi elan edilməklə tədqiq olundu. Rəyə əsasən: Təqsirləndirilən şəxs tibbi-tədqiqat zamanı hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır, onda, həmçinin törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağalılığın və sair xəstəliklərin əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır və hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur; Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman fizoloji affekt halında olmamışlar (iş vərəqə: cild İİ, səh. 46-49). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərlə müəyyən olunur ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs ilə X9raq dövlət qeydiyyatına alınmış "xxxx" MMC arasında 01 avqust 2006-cı il tarixli əmək müqaviləsi bağlanılmış, Təqsirləndirilən şəxs sürücü kimi işə qəbul olunmuş və 21 iyun 2008-ci il tarixli əmrə əsasən cəmiyyətin nəqliyyat xidmət etmə sahəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Cəmiyyətin direktorunun 13 fevral 2019-cu il tarixli, 03-K №-li əmri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs öz ərizəsinə əsasən tutduğu vəzifədən azad olunmuşdur (iş vərəqə: cild İ, səh.148-161). Bundan başqa, məhkəmə istintaqı zamanı nümayiş etdirilməklə tədqiq olunan maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş "xxxx" MMC-də quraşdırılmış kamera görüntülərinin köçürüldüyü CD-dəki görüntülərlə müəyyən edilir ki, 15 fevral 2019-cu il tarixdə saat 14.03-də cəmiyyətin direktorunun xidməti otağı istiqamətində gedən, baxılan iş üzrə şahid qismində dindirilmiş Şahid3 ardınca iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs gedir, Şahid3 qapını açıb içəri daxil olur və qapını arxadan örtmək istəyir, təqsirləndirilən Təqsirləndirilən şəxs Aynur Qulievanın itələməklə sonuncunun qapını örtməsinə imkan verməyib dəhlizə daxil olur, bundan sonra, təqsirləndirilən Təqsirləndirilən şəxs sol əli gödəkçəsinin cibində iti addımlarla direktorun otağına daxil olur, Şahid3 həmin vaxt dəhlizin ortasında dayanıb durur. Tədqiq olunan həmin görüntülərlə daha sonra müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs az sonra sifəti qanlı vəziyyətdə cəmiyyətin mühafizəçisi tərəfindən çıxış istiqamətdə aparılır. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 17 may 2019-cu il tarixli qərarından görünür ki, cinayət işinin məhkəməyədək icraatı mərhələsində hadisə yerindən götürülmüş «RQD-5» tipli əl qumbarasının hadisə yerində qalmış həlqəsi və partladıcısının qoryucu mili, Təqsirləndirilən şəxs götürülmüş, hadisə vaxtı onun əynində olmuş qara, boz, qırmızı rəngli, 3 düyməli bir ədəd uzunqol köynək, qəhvəyi, boz rəngli bir ədəd şalvar, boz rəngli bir ədəd jaket, bir ədəd gödəkçə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş, hadisə vaxtı onun əynində olmuş boz rəngli, narıncı rəngli zolaqları olan bir ədəd 3 düyməli uzunqol köynək, tünd göy rəngli bir ədəd şalvar və "xxxx" zavodunda quraşdırılmış kamera görüntülərinin əks olunduğu bir ədəd CD disk iş üzrə maddi sübut kimi qiymətləndirilmişdir (iş vərəqə: cild İ, səh.25-26, 40-42, 72-74, cild İİ, səh. 76-101). "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərər çəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Belə olan halda məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə edib saxlaması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4 və 228.1-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4 və 228.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsi öldürmək niyyətində olmaması ilə bağlı məhkəmədə verdiyi ifadələrində gətirdiyi dəlilləri və bu hissədə özünü təqsirli bilməməsini onun özünü müdafiə məqsədilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 205- 206). Məhkəmə baxışı zamanı müəyyən olundu ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında barışıq əldə olunmamışdır. İşdə olan Sumqayıt şəhər 19 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild İİ, səh. 29). Təqsirləndirilən şəxs 1957-ci il təvəllüdlü olmaqla 62 yaşındadır, məhkəməyə əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 59.1.1 - 59.1.14-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, onun 62 yaşının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşiman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olub-olmaması ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, cinayətin partlayıcı vasitədən istifadə olunmaqla törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Belə ki, cinayətin partlayıcı vasitədən istifadə olunmaqla törədilməsi onun ümumi təhlükəli üsulla törədilməsində ehtiva olunur ki, ümumi təhlükəli üsulla cinayətint törədilməsi qəsdən adam öldürmənin tərkib əlaməti olaraq Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə irəli sürülən ittihamın əsasını təşkil etmişdir. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində cəzanı ağırlaşdıran başqa halların olması müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən xüsusilə ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3, 29, 120.2.4-cü maddəsinin sanksiyası daxilində, cinayətə cəhdə görə, yəni başa çatmayan cinayətlərə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə isə həmin maddənin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, ədalətli müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin olunarkən Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsiplərinə əməl olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 29, 120.2.3, 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğunu nəzərə alıb, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü barədə məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzaçəkmə müəssisələri ciddi rejim olaraq müəyyən edilir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 fevral 2019-cu il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 15 fevral 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 fevral 2019-cu il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 15 fevral 2019-cu il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 15 fevral 2019-cu il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə işdə olan maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan və cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - hadisə yerindən götürülmüş «RQD-5» qumbarasının həlqəsi və partladıcısının qoryucu mili məhv edilməli; - məhkum Təqsirləndirilən şəxs götürülmüş, hadisə vaxtı onun əynində olmuş qara, boz, qırmızı rəngli, 3 düyməli bir ədəd uzunqol köynək, qəhvəyi, boz rəngli bir ədəd şalvar, boz rəngli bir ədəd jaket, bir ədəd gödəkçə məhkum Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalı; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş, hadisə vaxtı onun əynində olmuş boz rəngli, narıncı rəngli zolaqları olan bir ədəd 3 düyməli uzunqol köynək, tünd göy rəngli bir ədəd şalvar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünə qaytarılmalı; - "xxxx" zavodunda quraşdırılmış kamera görüntülərinin əks olunduğu CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3, 29,120.2.4. və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.3 və 29,120.2.4-ci maddələri ilə 14 (on dörd) il müddətinə, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 15 fevral 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Sumqayıt şəhər prokurorluğunda saxlanılan və cinayət işinin materiallarına əlavə edilmiş maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - hadisə yerindən götürülmüş «RQD-5» qumbarasının həlqəsi və partladıcısının qoryucu mili məhv edilsin; - məhkum Təqsirləndirilən şəxs götürülmüş, hadisə vaxtı onun əynində olmuş qara, boz, qırmızı rəngli, 3 düyməli bir ədəd uzunqol köynək, qəhvəyi, boz rəngli bir ədəd şalvar, boz rəngli bir ədəd jaket, bir ədəd gödəkçə məhkum Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın; - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs götürülmüş, hadisə vaxtı onun əynində olmuş boz rəngli, narıncı rəngli zolaqları olan bir ədəd 3 düyməli uzunqol köynək, tünd göy rəngli bir ədəd şalvar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünə qaytarılsın; - "xxxx" zavodunda quraşdırılmış kamera görüntülərinin əks olunduğu bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza tədqiqatlarına sərf olunan 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar