Məhkəmə qərarları › İş №1(101)-701/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2020 16.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X2, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1 Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1988-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, orta təhsilli, işləməyən, Masallışəhəri, Seybətin küçəsi ev 21də qeydiyyatda olan, ünvan 2, ünvanda yaşayan,əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Masallı rayonunda istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq 74 (yetmiş dörd) ədəd bükümdə külli miqdarda ümumi çəkisi 520,425 (beş yüz iyirmi tam, mində dörd yüz iyirmi beş) qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 126 (yüz iyirmi altı) ədəd bükümdə külli miqdarda ümumi çəkisi 264,826 (iki yüz altmış dörd tam, mində səkkiz yüz iyirmi altı) qram olan psixotrop maddə metafetamin, bir ədəd qara rəngli sellofan torbada külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 10,14 (on tam, yüzdə on dörd) qram çəkidə olmaqla üzərində “N120” yazısı olan 507 (beş yüz yeddi) ədəd həbdən ibarət narkotik vasitə olan metadon əldə edib üzərində saxlamaqla Bakı şəhərinə daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanda “Bizim Market” ticarət obyektinin yanında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət edilib orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ arxa cibindən bir ədəd markası bilinməyən üzərində narkotik vasitə heroinə məxsus izlər olan elektron tərəzi, əynindəki qara rəngli dəri gödəkçənin sol iç tərəfində şəffaf sellofan torbada 74 (yetmiş dörd) ədəd bükümdə külli miqdarda ümumi çəkisi 520,425 (beş yüz iyirmi tam, mində dörd yüz iyirmi beş) qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 126 (yüz iyirmi altı) ədəd bükümdə külli miqdarda ümumi çəkisi 264,826 (iki yüz altmış dörd tam, mində səkkiz yüz iyirmi altı) qram psixotrop maddə metafetamin, bir ədəd qara rəngli sellofan torbada isə külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 10,14 (on tam, yüzdə on dörd) qram çəkidə üzərində “M20” yazısı olan 507 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı şəhərində daimi qeydiyyatda olsa da, ünvan 2 ünvanda yaşamışdır. Onun özü 2019-cu ilin may ayında Masallı Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək bir il beş ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Öz həyat yoldaşından ayrılsa da, iki azyaşlı uşağı vardır. Hadisə ilə bağlı bildirmək istəyir ki, xx xxxxxx 2020-ci il tarixdə o, Masallı rayonunda olan zaman öz tanışı olan İran vətəndaşı «Rəhman» adlı şəxs ona istifadə etmək üçün bir bükümdə «şüşə», yəni metafetamin vermiş və əlavə olaraq ona bir sellofan torba verəcəyini demişdir. Həmin şəxs ona verəcəyi torbanı Bakı şəhəri, Binəqədi rayonu «Baksol» yolu istiqamətində “Banuçiçək” şadlıq sarayının yaxınlığında yerə atmasını ondan xahiş etmiş, bundan sonra bir nəfər onun özü tanımadığı digər şəxsin həmin sellofan torbanı oradan götürəcəyini və ona 500 manat pul verəcəyini bildirmişdir. O, özünü ona «Rəhman» adı ilə təqdim etmiş həmin şəxslə razılaşaraq bir ədəd kiçik sellofan torbanı ondan götürüb Bakı şəhərinə kirayə yaşadığı evə gətirmişdir. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində kirayədə yaşadığı Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 ünvanın yaxınlığında yerləşən “Bizim Marketin” yanında olan zaman əvvəllər tanımadığı mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra isə polis işçiləri ondan şəxsiyyəti barədə soruşduqda o, polis əməkdaşlarına xx xxxxxx 1988-ci il tarixdə Masallı şəhərində anadan olduğunu və adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPl-nin 4-cü PŞ-nə dəvət etmişlər. Orada bir nəfər vəkili onun müdafiəçisi kimi dəvət etdikdən sonra müdafiəçinin iştirakı ilə onun üzərinə baxış və axtarış keçirilmişdir. Həmin vaxt onun ciblərindən özünə məxsus heç bir qanunsuz əşya və o cümlədən hər-hansı bir narkotik maddə tapılmamışdır. Buna görə də o, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Lakin, onu da bildirmək istəyir ki, həmin “Rəhman” adlı şəxsin ona verdiyi sellofan torbanın içərisindən yetmiş dörd ədəd kiçik bükümdə heroin, yüz iyirmi altı ədəd kiçik bükümdə isə metafetamin aşkar olunmuşdur. Həmçinin həmin torbanın içərisindən təxminən beş yüz ədəd metadon həbləri də aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. O isə polis işçilərinə həmin narkotik maddələrin özünə məxsus olmadığını və həmin sellofan torbanı ona Masallı rayonunda sifətdən tanıdığı özünü ona “Rəhman” adlı şəxsin verdiyini bildirmişdir. Həmin sellofan torbanın içərisində hər-hansı bir narkotik maddə olmasından əvvəllcədən xəbəri olmamış və həmin narkotik maddəni kiməsə satmaq fikri olmamışdır. O, özünü yalnız onda təqsirli bilir ki, həmin “Rəhman” adlı şəxsin xahişi ilə sonra alacağı üç yüz manat pulun müqabilində həmin sellofan torbanı «Baksol» yolu istiqamətində “Banuçiçək” şadlıq sarayının yaxınlığında bir yerə atmağa razılıq verərək özü ilə Bakı şəhərinə gətirmişdir. Buna görə də peşmançılıq çəkir. Özünü ona İİR-nın vətəndaşı kimi təqdim edən «Rəhman» adlı şəxslə o, hadisədən bir neçə ay əvvəl İranda olarkən tanış olmuşdur. Həmin şəxsin dəqiq adı, soyadı, ünvanını bilmir. Həmin şəxs onunla öz istifadəsində olan mobil telefondan “WhatsApp” proqramından istifadə etməklə telefon əlaqəsi saxlamışdır, lakin onun mobil telefon nömrəsini hal-hazırda xatırlamır. Həmin iş üzrə həbs olunmazdan əvvəlki dövrdə onun özünün istifadəsində ***-***-**-**, ***-***-**-** və 051-878-73 mobil telefon nömrələri olmuşdur və öz tanışları ilə həmin telefon nömrələrindən istifadə etməklə əlaqə saxlamışdır. xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində «Bizim Market»in yanında polis əməkdaşları tərəfindən yaxalanan zaman onun üstündə «Samsung Galaxy C5» markalı mobil telefon olmuşdur. O zaman həmin telefonda adətən işlətdiyi ***-***-**-** mobil telefon nömrəsi olmuş və o, həmin mobil telefonu polis işçilərinə könüllü olaraq təqdim etmişdir. xx xxxxxx 2020-ci il tarixində Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılıb Binəqədi RPl-nin 4-cü PŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman bir nəfər vəkil onun müdafiəçisi kimi iştirak etmişdir və üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmışdır. Hadisə günü polis əməkdaşları tərəfindən saxlanılıb Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparıldığı və orada olduğu müddət ərzində ona qarşı polis işçiləri tərəfindən heç bir təsir və yaxud təzyiq olmamışdır. Onun özü on ildən çoxdur ki, müxtəlif narkotik vasitələrdən istifadə edir. Həmin iş üzrə həbs olunmasından əvvəlki dövrdə isə arada psixotrop maddə olan metafetamindən yandırıb tütstüsünü iynəməklə istifadə etmişdir. “Rəhman” adlı şəxslə və yaxud digər şəxslə onun arasında külli miqdarda narkotik vasitə olan heroin və metadon və yaxud psixotrop maddə olan metafetamin əldə etmək barədə qabaqcadan heç bir razılaşma olmamışdır. Bir daha bildirir ki, Masallı rayonunda “Rəhman” adlı şəxsin ona verdiyi kiçik sellofan torbanın içərisində hər-hansı bir narkotik və yaxud psixotrop maddə olmasından onun əvvəlcədən məlumatı olmamışdır. Yalnız polis işçiləri onun üzərinə baxış keçirən zaman, yəni onun iştirakı ilə həmin sellofan torbanı açıb içərisini yoxlayan zaman onun içərisində içərisində kiçik bükümlərdə heroin və metafetamin olduğunu, həmçinin təxminən beş yüz ədəd metadon tabletkaları olduğunu görmüşdür. Həmin narkortik və psixotrop maddələr ona məxsus deyil və həmin narkotik maddələri kiməsə satmaq niyyəti olmamışdır. O, həmin sellofan torbanı Binəqədi rayonu «Baksol» yolu istiqamətində “Banuçiçək” şadlıq sarayının yaxınlığında bir yerə atmalı olmuşdur və bundan sonra isə onun özünə 500 manat pul verilməli idi. Həmin sellofan torbanı kim tərəfindən götürülücəyi ona məlum deyil və həmin torbanı Bakı şəhərinə gətirməsi üçün “Rəhman” adlı şəxs və yaxud başqa adam ona hər-hansı məbləğdə pul verməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 33-35ci vərəqlərində olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda “sübhəli şəxs Ələmov” qeydləri qarşısındakı imzalar onun özünə məxsusdur. Həqiqətən, xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində polis əməkdaşları tərəfindən saxlanılıb, Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PB-nə aparıldıqdan sonra dəvət edilmiş müdafiçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, onun özü və müdafiəçisi kimi iştirak edən vəkil də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışlar. Həmin protokolda göstərilənləri, yəni üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının arxa sağ cibindən bir ədəd elektron tərəzini, gödəkçəsinin iç sol tərəfindən bir ədəd sellofan torbanı çıxararaq polis işçilərinə təqdim etdiyi və həmin torba açıldıqda ağ rəngli şəffaf sellofan paketlərə bükülmüş olmaqla 102 ədəd, 24 ədəd isə siqaret kağızına bükülmüş olmaqla cəmi 126 ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metmafetaminə bənzər kütlələrin aşkar edildiyini təsdiq edir. Digər qara rəngli sellofanı açdıqda isə onun içərisindən cəmi 507 ədəd qəhvəyi rəngli üzərində "M20" sözləri yazılmış narkotik vasitə olan metodona bənzər həblərin, həmçinin cəmi 74 ədəd şəffaf sellofan bükümlərində spesifik iyli narkotik vasitə olan heroinə bənzər kütlələrin aşkar edilərək götürüldüyünü təsdiq edir. Bir daha bildirir ki, həmin narkotik və psixotorp maddələr onun özünə məxsus deyil. Qeyd etdiyi kimi həmin maddələri ona özünü ona “Rəhman” adı ilə təqdim etmiş və yalnız sifətdən tanıdığı bir nəfər şəxs Bakı şəhərinə gətirib “Banuçiçək” şadlıq sarayının yaxınlığında bir yerə atması üçün vermişdir. Elan edilməklə ona təqdim edilmiş müvafiq olaraq cinayət işinin 38-39, 57-59 və 129-130-cu vərəqlərində olmaqla onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokol, həmçinin onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli və xx xxx 2018-ci il tarixli protokollar ona tanışdır. İş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokolu azərbaycan dililində latın əlifbası ilə şəxsən özü yazıb imzalamışdır. İş üzrə ibtidai istintaq zamanı qeyd edilən tarixlərdə iş üzrə şübhəli və həmçinin təqsirləndirilən şəxs qismində dindirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir. O, həmin protokolların məzmunu ilə oxuyub tanış olmuş və müdafiəçinin iştirakı ilə həmin protokolları imzalayıb təsdiq etmişdir. Hadisənin baş vermə şəraiti ilə bağlı iş üzrə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərdiklərini, yəni xx xxxxxx 2020-ci il tarixdə o, Masallı rayonunda olan zaman öz tanışı olan “Rəhman” adlı bir nəfər İran vətəndaşının ona istifadə etmək üçün bir bükümdə «şüşə», yəni metafetamin verdiyi və əlavə olaraq ona bir selofan torba verdiyi, həmin torbanı Bakı şəhəri, Binəqədi rayonu «Baksol» yolu istiqamətində “Banuçiçək” şadlıq sarayının yaxınlığında yerə atmasını ondan xahiş etdiyi, bundan sonra isə bir nəfər şəxsin həmin sellofan torbanı oradan götürəcəyini və ona üç yüz manat pul verəcəyini bildirdiyi, həmin şəxslə razılaşaraq qeyd edilən sellofan torbanı ondan götürüb Bakı şəhərinə kirayə yaşadığı evə gətirdiyi, növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində kirayədə yaşadığı Yasamal rayonu, Ə.Əhmədov küçəsi 24 ünvanın yaxınlığında yerləşən “Bizim Marketin” yanında olan zaman əvvəllər tanımadığı polis əməkdaşları tərəfindən saxlanılıb Binəqədi RPl-nin 4-cü PŞnə aparıldığı, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman o zaman əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd elektron tərəzini çıxarıb polis əməkdaşlarına təqdim etdiyi, həmçinin əynində olmuş qara rəngli dəri gödəkçənin iç tərəfində saxladığı sellofan torbanı çıxarıb polis işçilərinə təqdim etdiyi, həmin sellofan torbanın içərisindən ayrı-ayrılıqda 102 ədəd və 24 ədəd bükümlərdə olmaqla cəmi 126 ədəd bükümdə psixotrop maddə olan metafetamin, bir ədəd sellofan paketdə 74 ədəd büküm narkotik vasitə olan heroin, digər sellofan paketdə isə üzərində “M20" sözləri yazılmış metadon həblərinin aşkar edilərək qablaşdırılıb möhürlənib ondan götürüldüyünü təsdiq edir. Onun üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və metodon həblərini, həmçinin psixotrop maddə olan metafetamini sataraq əldə edəcəyi pulu həmin narkotik maddələri ona vermiş “Rəhman” adlı şəxslə öz aralarında bölcəyi barədə olan hissədə iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Onun həmin narkotik və psixotrop maddələri kiməsə satmaq fikri olmamışdır. Polis işçiləri tərəfindən saxlanılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun üstündə «Samsunq» markalı mobil telefon olmuş və telefonda özü işlətdiyi ***-***-**-** mobil telefon nömrəsi olmuşdur. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 116-117, 118-128-ci vərəqlərində olmaqla “Telefona baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş messaj-yazışma çıxarışları ona tanışdır. Həqiqətən həmin tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin müstəntiqi tərəfindən müdafiəçisinin iştirakı ilə ***-***-**-** mobil telefon nömrəsi ilə işlədtdiyi ona məxsus “Samsung Galaxy C5” markalı mobil telefonda olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun mesaj bölməsində 18-xx xxxxxx 2020-ci il tarixlərdə +994-70-906-60-63 mobil telefon nömrəsindən, “Rasif Amil” adı ilə qeyd edilmiş +994-77-326-73-28 mobil nömrəsindən və +994-51-945-76-76 mobil telefon nömrəsindən narkotik vasitələrin alış-verişi ilə bağlı qarşılıqlı SMS yazışmaların olduğu, həmin mobil telefonun “WhatsApp” bölümündə isə “İran Esger” adı ilə qeydə aldığı +98***-***-**-** mobil telefon nömrəsindən istifadə edən şəxslə xx xxxxxx 2020-ci il tarixdə qarşılıqlı telefon danışığı aparılmaqla elektron tərəzidə çəkisi dəqiq görünməyən narkotik vasitəyə bənzər kütlənin şəklinin göndərildiyi ona məlumdur. Həmin mobil telefon nömrələri üzrə onunla telefon əlaqəsi saxlamış şəxslərin dəqiq adları, soyadları və ünvanları ona məlum deyil. O, həmin şəxslərlə həqiqətən telefon əlaqəsi saxlamış və onlara narkotik vasitə satmaq barədə danışıqlar aparmışdır. Həmin şəxslərə öz istifadələri üçün əvvəllər az miqdarda narkotik maddələr satdığını etiraf edir. “İran Esger” adı ilə qeydə alınan +98***-***-**- ** mobil telefon nömrəsindən istifadə edən şəxsin şəxsiyyəti ona məlum deyil. Onun özü həmin şəxsdən heç vaxt hər-hansı bir narkotik və yaxud psixotrop maddə almamışdır. Hadisə günü, yəni xx xxxxxx 2020-ci il tarixində, saat 20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PB-nə aparıldıqdan sonra orada onun üzərinə şəxsi axtırış keçirilən zaman videoçəkiliş aparılmışdır. Bir ədəd CD diskdə əks etdirilməklə məhkəmə baxışı zamanı nümayiş etdirilən videogörüntülərdə əynində qara gödəkcə olmaqla masanın sağ tərəfində əyləşmiş şəxs onun özüdür. Onunla üzbəüz masanın sağ tərəfində oturmuş şəxs isə onun müdafiəçisi kimi iştirak etmiş vəkildir. Həmin videogörüntülərdən görünür ki, onun üzərinə şəxsi axtarış keçirilən zaman o, könüllü olaraq o zaman əynində olan dəri gödəkcəsinin sol tərəfindən bir ədəd şəffaf rəngli sellofan torbanı çıxararaq polis işçilərinə təqdim etmiş və həmin torba açıldıqda isə həmin torbanın içərisindən yuxarıda qeyd etdiyi narkotik maddələr, yəni heroin, metafetamin və metadon həbləri aşkar edilərək polis işçiləri tərəfindən qablaşdırılıb götürülmüşdür. Tutduğu əmələ görə peşmandır. Cavan olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs oğlunun yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Binəqədi RPİ 4-cü PŞ-nin rəis müavini vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və aralarında heç bir münasibət olmamışdır. Hadisə günü həmin şəxsi ilk dəfə görmüş və onun yaxalanması ilə bağlı əməliyyat tədbirinin keçirilməsinə o zaman şəxsən özü rəhbərlik etmişdir. Belə ki, xx xxxxxx 2020-ci il tarixdə işlədiyi 4-cü PŞ-nə Yasamal rayonu ərazisində yaşayan “Ələm” adlı şəxsin üzərində narkotik və psixotrop maddələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxladıqda həmin şəxsin BMW markalı avtomobillər Binəqədi rayonu ərazisində də qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. Alınmış məlumat barədə onun tərəfindən rəhbərliyə məruzə edildikdən sonra, Yasamal rayonu ərazində əməliyyat tədbiri keçirilməsi üçün müvafiq icazə alınmış və həmin şəxsin ifşa olunması və saxlanılması məqsədi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində qeyd edilən məlumat əsasında əməliyyat tədbiri keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna özü rəhbərlik etməklə Binəqədi RPİ 4-cü PŞ-nin sahə inspektoru Şahid2 qrupun üzvü olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin “Ələm” adlı şəxsin üzərində külli miqdarda narkotik və psixotrop maddələr olmaqla Bakı şəhəri Yasamal rayonu Ə.Əhmədov küçəsində olan “Bizim market” adlanan ticarət obyektinin yaxınlığına gələcəyi və həmin şaxsin zahiri görünüşü barədə də əməliyyat məlumatı alınmışdır. Həmin tarixdə saat 19 radələrində o, əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə xidməti avtomaşında həmin ünvanının yaxınlığına gedərək kənardan bir müddət müşahidə aparmışlar. Həmin tarixdə saat 19-05 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsində “Bizim market” adlanan ticarət obyektinin qarşısında öz zahiri əlamətlərinə görə, yəni boyu təxminən 170 sm, əynində boz rəngli cins şalvar və qara rəngli dəri gödəkcə olmaqla əməliyyat məlumatında göstərilən “Ələm” adlı şəxsə oxşar şəxsin gəlib yaxınlaşdığını görərək, özləri mülki geyimdə olmaqla həmin şəxsə yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını ona bildirmişlər. Sonra isə onun kimliyi barədə soruşmuşlar. Həmin şəxs, yəni halhazırda təqsirləndirilən şəxs kürsüsündə oturmuş Təqsirləndirilən şəxs isə, ünvan 4 ünvanda kirayədə yaşamaqla, adının Təqsirləndirilən şəxs oğlıı olduğunu bildirmişdir. O, isə Təqsirləndirilən şəxs onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olduğunu bildirmiş və heç bir etiraz bildirmədən onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə getmişdir. Bu barədə onun tərəfindən rəhbərliyə məruzə edilmiş və bununla bağlı araşdırmanın aparılması Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Natiq Teymurova həvalə olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs hüquqlarının təmin olunması üçün təhqiqatçı tərəfindən bir nəfər vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Həmin müdafiəçinin yanında Təqsirləndirilən şəxs öz üzərində xeyli miqdarda narkotik vasitələr olduğunu etiraf etmişdir. Onlara hüquq və vəzifələri izah olunduqdan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baş təhqiqatçı Natiq Teymurov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs o zaman əynində olan cins şalvarının arxa cibindən bir ədəd kiçik elektron tərəzini, əynində olan dəri gödəkçəsinin iç sol tərəfində saxladığı şəffaf rəngli sellofan torbanı çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində olan bir ədəd mobil telefonu və öz cibində olan təxminən 10-12 manat pulu da çıxararaq masanın üzərinə qoymuş, üzərində başqa hər-hansı bir əşya və yaxud narkotikə oxşar maddə olmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanı açıb yoxladıqda onun içərisində hər biri ayrı-ayrılıqda 102 ədəd ağ rəngli şəffaf sellofan parçalarından olan bükümdə, həmçinin 24 ədəd siqaret kağızından olan bükümdə olmaqla, həmin cəmi 126 ədəd bükümlərdə ağ rəngli kristtalardan ibarət psixotrop maddə olan metafetaminə bənzər kütlələrin, digər qara rəngli sellofanı açdıqda isə onun içərisindən cəmi 507 ədəd, qəhvəyi rəngli üzərində “M20” sözləri yazılmış narkotik vasitə olan metadona oxşar həb aşkar olunmuşdur. Həmin sellofan torbanın içərisindən həmçinin şəffaf sellofan paketlərdə 74 ədəd bükümdə spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğu aşkar edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələri Masallı rayonunda şəxsiyyəti barədə dəqiq məlumatı olmayan Rəhman adlı şəxsdən əldə edərək Bakı şəhərinə gətirdiyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə içərisində narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr olan həmin sellofan torba və elektron tərəzi ayrı-ayrı zərflərə qablaşdırılaraq möhür əksləri ilə möhürlənmiş, bundan sonra isə onlar və Təqsirləndirilən şəxs həmin zərflərin üzərində imzalar etmişdər. Bu barədə baş təhqiqatçı Natiq Teymurov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunmuş və bütün iştirakıçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi kimi iştirak edən vəkil də heç bir etiraz billdirmədən həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparıldığı, orada olduğu vaxt ərzində və həmçinin üzərinə baxış keçirilərkən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Masallı rayonunda “Rəhman” adlı İran Respublikası vətəndaşından aldığını, lakin həmin şəxsin şəxsiyyəti barədə dəqiq məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin dəqiq mənbəyinin və həmçinin “Rəhman” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün onlar tərəfindən müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, lakin onun həmin narkotik vasitə və psixotrop maddələri dəqiq olaraq kimdən əldə etdiyini müəyyən etmək hal-hazırki vaxta qədər mümkün olmamışdır. Bir daha bildirir ki, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparıldığı və orada olduğu vaxt ərzində ona qarşı heç bir zorakılıq olmamışdır. Ona narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitələrin olduğunu etiraf etmiş və onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-nə könüllü olaraq getmişdir. Şəxsən onun özü Təqsirləndirilən şəxs heç bir izahat almamışdır. Yuxarıda qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs onlar tərəfindən Yasamal rayonu Ə.Əhmədov küçəsində yerləqən “Bizim market” adlanan ticarət obyektinin qarşısında saxladıqdan sonra onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparımş, bundan sonra isə ilkin araşdırma Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı Natiq Teymurov tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə verərək, “Ələm” adlı şəxsin üzərində narkotik və psixotrop maddələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə Binəqədi RPİ-nin 4-cü PŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə bağlı həmin şəxsin ifşa olunaraq yaxalanması məqsədi ilə yaradılmış əməliyyat qrupunun tərkibində iştirak etdiyi, həmin əməliyyat qrupunun rəhbəri Şahid1 ilə birlikdə xx xxxxxx 2020-ci il tarixdə saat 19-05 radələrində Yasamal rayonu Ə.Əhmədov küçəsində “Bizim market” adlanan ticarət obyektinin qarşısında öz zahiri əlamətlərinə görə əməliyyat məlumatında göstərilən “Ələm” adlı şəxsə oxşar şəxsin gəlib yaxınlaşdığını görərək, ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını ona bildirdikləri, həmin şəxsin özünü təqdim edərək Masallı rayon sakini Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etdikləri, bu barədə rəhbərliyə məruzə edildikdən sonra Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Natiq Teymurov tərəfindən onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyi, həmin zaman Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs o zaman əynində olan cins şalvarının arxa cibindən bir ədəd kiçik elektron tərəzini, əynində olan dəri gödəkçəsinin iç sol tərəfində saxladığı şəffaf rəngli sellofan torbanı çıxararaq masanın üzərinə qoyduğu, həmin sellofan torbanı açıb yoxladıqda onun içərisində hər biri ayrı-ayrılıqda 102 ədəd ağ rəngli şəffaf sellofan parçalarından olan bükümdə, həmçinin 24 ədəd siqaret kağızından olan bükümdə cəmi 126 ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metafetaminə bənzər kütlələrin, digər qara rəngli sellofanı açdıqda isə onun içərisindən cəmi 507 ədəd, qəhvəyi rəngli üzərində “M20” sözləri yazılmış narkotik vasitə olan metadona oxşar həbin, həmçinin qeyd ediln sellofan torbanın içərisindən şəffaf sellofan paketlərdə 74 ədəd bükümdə spesifik iyə malik narkotik vasitə heroinə bənzər kütlənin olduğunu, təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələri Masallı rayonunda şəxsiyyəti barədə dəqiq məlumatı olmadığı “Rəhman” adlı şəxsdən əldə edərək Bakı şəhərinə gətirdiyini bildirdiyi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilməklə içərisində narkotik vasitə və psixotrop maddələrə bənzər kütlələr olan həmin sellofan torba və elektron tərəzi ayrı-ayrə zərflərə qablaşdırılaraq möhür əksləri ilə möhürlənib götürüldüyü, bu barədə baş təhqiqatçı Natiq Teymurov tərəfindən protokol tərtib olunaraq onlara ucadan oxunduğu və bütün iştirakıçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin heç bir etiraz billdirmədən həmin protokolu imzaladıqlarını, Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparıldığı və orada olduğu vaxt ərzində sonuncuya qarşı heç bir təsir və ya təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla, məhkəmə istintaqı zamanı elan edilməklə və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin rəisi tərəfindən təsdiq edilmiş «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx xxxxxx 2020-ci il tarixli qərar, həmçinin həmin tarixdə qeydiyyata alınmış raportdan görünür ki, ünvan 1 ünvanda yaşayan “Ələm” adlı şəxsin Yasamal rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik və psixotorp maddələr gəzdirməsi, saxlaması və istifadə etməsi barədə Binəqədi RPİ-nin 4-cü PB-nin rəis müavini, polis polkovnik-leytenantı Şahid1 tərəfindən həmin şəxsin dəqiq ünvanı, şəxsiyyətini müəyyən olunması məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi və həmin tədbirin həyata keçirilməsi üçün həmin PB-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. (iş vər. 5, 6,7). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb həmin PB-nə aparılmış və həmin tarixdə saat 20-20 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Natiq Teymurov tərəfindən Binəqədi RPİ-nin KTQ-nın inspektoru A.R.Kərimovun, 4-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və həmçinin müdafiəçi S.Q.Hüseynovun iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq gəzdirdiyi əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs o zaman əynində olmuş boz rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd üzərində markası qeyd olunmayan elektron tərəzini, qara rəngli dəri gödəkçəsinin iç sol tərəfində saxladığı sellofan torbanı çıxararaq təqdim etmiş, sonra isə şalvarının sol yan cibindən cəmi on iki manat pulu çıxararaq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbanı açdıqda onun içərsindən hər biri ayrı ayrılıqda ağ rəngli şəffaf sellofan paketlərə bükülmüş 102 ədəd, 24 ədəd isə siqaret kağızma bükülmüş ümumi 126 ədəd ağ rəngli kristallardan ibarət metafetamin- psixotrop maddəsinə bənzər kütlə, digər qara rəngli sellofanı açdıqda isə 505ədəd tam, 2 ədəd isə yarımçıq olmaqla, cəmi 507 ədəd qəhvəyi rəngli üzərində "M20" sözləri yazılmış narkotik vasitə olan metodona bənzər həb, həmçinin şəffaf sellofan paketlərə bükülmüş 74 ədəd spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı başqa qeyri qanuni əşya aşkar edilməmişdir. Aşkar olunan qeyd edilən kütlələrdən və həblərdən ibarət bükümlərin və sellofan torbanın olduğu ümumi sellofan torba zərfə qoyularaq üzəri möhürlənmişdir. Qeyd edilən hərəkətlər “Panasonic” markalı video aparatdan istifadə edilməklə çəkiliş edilərək diskə köçürülmüş və iş materiallarına əlavə edilmiş və həmin CD disk iş üzrə maddi sübut kimi iş materiallarına əlavə olunmuşdur. (iş vər. 33-35) İşdə olan tutma haqqında protokol və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Möləddiın oğlu xx xxxxxx 2020-ci il tarixdə həmin iş üzrə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cüi maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə ittiham elan olunmuş, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci tarixli, 4(001)-55/2020 saylı qərarı ilə onun barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. (iş vər. 23-24, 50-51, 65-67). İş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli 1298 saylı məhkəmə-kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs…” sözlər və imzalar olan bir ədəd zərfdəki ümumi sayı 74 ədəd olan bükümdə, ümumi çəkisi - 520,425 qram olan maddə,- tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi sayı 126 ədəd olan bükümlərdə, ümumi çəkisi- 264,826 qram olan ağ rəngli kristal formada olan maddə metafetamindir və 01 (bir) ədəd torbadakı ümumi sayı 507 ədəd olan üzərində “M20” sözləri yazılmış, qəhvəyi rəngli, dairəvi formalı həblər metadondur. Həblərin təsiredici maddəsinin ümumi miqdarı -10,14 qramdır, (bir həbdə 0,02 qr). Metamfetamin adlı preparat xx xxxx 2005-cil il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (siyahı İ). Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində mədudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndində sıra № 6 daxildir. Heroinin təmiz çəkisi 520,425 qram olmuş, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 520,055 qramdır. Metafetaminin ümumi təmiz çəkisi 264,826 qram olmuş, tədqiqatdan sonrakı qalıq çəkisi 264,196 qramdır. Metadon cəmi 507m həb olmuş, tədqiqatdan sonrakı qalıq 497 həbdir. (iş vər: 42-45). Azərbaycan Respublikası ƏN Masallı Rayon İcra və Probasiya şöbəsinin xx xxx 2020-ci il tarixli № 29/2020-62-10 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(050)-92/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmün icrası barədə göstəriş Masallı Rayon İcra və Probasiya şöbəsində icra edilməsindən ötrü xx xxxx 2020-ci il tarixdə icraata qəbul olunmuş, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixədək təyin olunmuş cəzanı çəkmiş və həmin tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın 7 (yeddi) ay 7 (yeddi) gün müddətini çəkmiş, cəzanın qalan hissəsi çəkilməmiş qalmışdır. (iş vər. 104). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 1(050)-92/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı tutulduğu 02 (iki) gün müddət təyin edilmiş cəza müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. (iş vər. 94, 105-109). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 519 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metafetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vər. 95-96). İş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 373 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham elan edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vər: 98-99). İş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 6/765 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ƏN MEM-nə məxsus “Tədqiqat obyekti № 76” möhür əksi və “Ekspert rəyi № 1298” yazıları olan kağız paketdəki 74 ədəd bükümdən 64 ədədində ümumi qalıq təmiz çəkisi 510,943 qram narkotik vasitə olan heroin kütləsi 10 ədədindəki ümumi qalıq təmiz çəkisi 9.112 qram heroin kütləsindən kimyəvi tərkibinə görə fərqlidir. 64 ədəd bükümdəki heroinlər öz aralarında, 10 ədəd büküm də öz aralarında eynilik təşkil edirlər. Ümumi təmiz qalıq çəkisi 264,196 qram olan 126 ədəd bükümdəki psixotrop maddə metafetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 497 ədəd narkotik vasitə metodon tabletləri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər (bu maddələr üzrə ilkin tədqiqat aparılaraq xx.xx.2020-ci il tarixli 1298 saylı ekspert rəyi verilmişdir.) Üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi ..” əl yazısı olan 01 ədəd zərfdəki elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər müəyyən edildi. Heroinin təmiz çəkisi 520,055 qram olmuş, kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 519,981 qramdır. Metafetaminin təmiz çəkisi 264,196 qram olmuş, tədqiqatdan sonrakı qalıq çəkisi 264,07 qramdır. təqdim edilmiş metadon həbləri 497 ədəd olmuş, tədqiqatdan sonrakı qalıq 493 həbdir. (iş vər. 101-108). İş materillarında olmaqla “Telefona baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokol və həmin protokola əlavə olunmuş messaj, SMS yazışma çıxarışlarından görünür ki, həmin tarixdə Bakı şəhəri Binəqədi RPİ-nin müstəntiqi tərəfindən müdafiəçi N.V.İsgəndərovanın və təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə sonuncuya məxsus olmaqla ***-***-**-** mobil telefon nömrəsi ilə işlətdiyi “Samsung Galaxy C5” markalı mobil telefonda olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun mesaj bölməsində 17-xx xxxxxx 2020-ci il tarixlər üzrə qarşılıqlı SMS yazışmalarının olduğu, o cümlədən; - həmin mobil telefonun mesaj bölməsində xx xxxxxx 2020-ci il tarixdə “Rasif Amil” adı ilə qeyd edilmiş +994-77-326-73-28 mobil telefon nömrəsindən -“Qaqa salam yene yatmısız qağa? Yasamaldayam sroçnı lazımsız hara gelim? Qağa salam men bizim marketin yanındayam, bayaqdan yığıram zəng çatmır sene. and olsun Allaha 7 kola isteyen elimdən çıxdı. men helelik burdayam qaqamsan 1 dene kola ver de” məzmunda SMS məlumatı daxil olduğu; - xx xxxxxx 2020-ci il tarixdə - +994-70-906-60-63 mobil telefon nömrəsindən- “Qağa başıya donerem camahata mal vermeliyem hava da soyuqdu camahat meni gozduyur axi noldu? Qağa men ki sene pislik elememişem.. hemişe ağılnan başnan iş görmuşem lijbi men terefden sene zerer olmasın meni tike tike doğrasalar da seni satmaram ama sen meni pis veziyetde qoydun mali çatdırmalıydı. Qağam telefonu aç ..başıva donum emaneti çatdır verim..” məzmunda SMS məlumatı daxil olduğu; - xx xxxxxx 2020-ci il tarixdə +994-51-945-76-76 mobil telefon nömrəsindən, - “Elem lomkadan sızldayır benem sene de huseyne de zeng çatmır pulu da vurmuşam hesaba hirsimnen ureyim partlayır men sene bele hormetslik elememişem. ..Elem menem Nicat niye bele eliyersen. ..Senin vijdanın nece gelir narkomanın pulunu yemək, sen bilirsen men onu nece tapıb düzəltmişem” məzmunda SMS məlumatı daxil olduğu; Həmin telefonun “WhatsApp” mobil tətbiqində isə +994 55-430-88-88 mobil nömrəsi ilə qarşılıqlı telefon yazımaları olmaqla həmin abonentə, – “********** yıq 6 qram şuşe ver”, -həmin abonentin cavab olaraq,- “Yaxşı. ne verecem qaqa”, - cavab olaraq “240 manat ********** yıq. ne isdeyor soriş”. Həmin abonentə “Malnan ged pili verecek mali ver narahat olmatin” məzmunda, həmin abonentin isə cavab olaraq,- “Gözleyirik maşında 1325” və sair məzmunda qarşılıqlı yazışmaların olduğu, həmçinin həmin mobil telefonun “WhatsApp” mobil tətbiqində “İran Esger” adı ilə qeyd edilmiş +98 ***-***-**-** mobil nömrəsi ilə xx xxxxxx 2029-ci il tarixdə qarşılıqlı telefon danışığı zamanı həmin abonentin tərəzidə çəkisi dəqiq görünməyən narkotik vasitəyə bənzər kütlənin şəklinin göndərildiyi; - həmçinin telefonun “WhatsApp” mobil tətbiqində +994-77-321-91-79 mobil nömrəsi ilə xx xxxxxx 2029-ci il tarixdə qarşılıqlı telefon yazımaları olmaqla həmin abonentə,- “sese baxmadim”,- həmin abonentin cavab olaraq,- “Nara geldi? Au qaqa çıxım? 10 ağ mehsu” məzmunlu və həmçinin digər abonentlə də qarşılıqlı yazışmaların olduğu müəyyən olunur. Həmin SMS və “WhatsApp” mobil tətbiqi üzrə qeyd edilən qarşılıqlı yazışmaların ekran şəkillərinin surəti iş materiallarına əlavə olunmuşdur. (iş vər. 116-117, 118-128). “Sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” xx xxx 2020-ci il tarixli qərar, həmçinin məktubun surətindən görünür ki, həmin iş üzrə Təqsirləndirilən şəxs barsində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülməklə ilkin təmiz çəkisi 520,425 qram olmuş heroin, təmiz çəkisi 264,826 qram olmuş metafetamin, ümumi sayı 507 həb olmuş metadon və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi və təqsirləndirilən Ə.M.Əİəmova məxsus “Samsung Galaxy C5” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması və maddi sübutun götürülməsinin videogörüntüləri olan bir ədəd SD disk maddi sübut kimi iş materiallarına əlavə olunmuşdur. (iş vər. 131-141, 143). «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Bİnəqədi RPİ-nin İŞ-nin müstəntiqi İ.R.Vəliyev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda olan narkotik vasitə və psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi üçün onun barsində olan hazırki ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş «Rəhman» adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respubilkasımn CM-nin 234.4.1 və 234.4.3-cii maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (iş vər. 145-146). Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılar»-ından “Narkotik vasitələri” əhatə edən İ siyahısının 5-ci qrafasına əsasən narkotik vasitə heroinin təmiz çəkisi 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 2 (iki) qramdan yuxarı olması külli miqdar, həmin siyahının 13-cu qrafasına əsasən narkotik vasitə metadonun təmiz çəkisi 0,02 (sıfır tam yüzdə iki) qramdan yuxarı olması şəxsi istehlak miqdarından artıq miqdar, 1,6 (bir tam, onda altı) qramdan yuxarı olması külli miqdar hesab olunur. “Psixotrop maddələri” əhatə edən İİ Siyahının 67-ci qrafasına əsasən psixotrop maddə metafetaminin 0,15 (sıfır tam yüzdə on beş) qramdan yuxarı, 2 (iki) qramdan az olması şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş digr şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 520,425 (beş yüz iyirmi tam, mində dörd yüz iyirmi beş) qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 126 (yüz iyirmi altı) ədəd bükümdə külli miqdarda ümumi çəkisi 264,826 (iki yüz altmış dörd tam, mində səkkiz yüz iyirmi altı) qram olan psixotrop maddə metafetamin, külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 10,14 (on tam, yüzdə on dörd) qram çəkidə olmaqla 507 (beş yüz yeddi) ədəd həbdən ibarət narkotik vasitə olan metadon əldə edib üzərində saxlayıb daşımaqda təqsirli olması onun özünün qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübut və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllndə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, istintaq zamanı şəxsiyyəti müəyyən edilməmiş digər şəxsdən külli miqdarda narkotik vasitə olan heroin və metadon, həmçinin külli miqdarda psixotrop maddə metafetamin əldə etmək barədə onların arasında qabaqcadan heç bir razılaşma olmadığı, həmin şəxsdən əldə etdiyi sellofan torbanın içində həmin narkotik vasitəlrin və psixotrop maddə olan metafetamin olması barədə qabaqcadan məlumatı olmadığı və həmin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə ldə etmədiyi barədə olan hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olmaları, onun özünün işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı həmçinin işin digər halları nəzərə alınmalıdır. Məhkəmə həmin tövsiyələri və işin yuxarıda qeyd edilən faktiki halların nəzərə alıb Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməllini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs oğlu əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 1(050)-92/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmışdır. Həmin göstəriş Masallı Rayon İcra və Probasiya şöbəsində xx xxxx 2020-ci il tarixdə icraata qəbul olunmuş, Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın 7 (yeddi) ay 7 (yeddi) gün müddətini çəkmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə ona təyin olunmuş azadlığın məhdudlaşdrılması cəzasını çəkdiyi dövrdə, yəni xx xxxxxx 2020-ci il tarixdə yuxarıda qeyd edilən cinayət əməlini törətmiş və əvvəlki hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdrılması cəzasının çəkilməmiş qalan müddəti 10 (on) ay 19 (on doqquz) gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki ittiham üzrə qeyd edilən cinayət əməlini törətdiyi zaman müvafiq olaraq Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə üzərində yaranmış məhkumluq ödənilmədiyi və götürülmədiyinə baxmayaraq, sonuncu müvafiq hökmlə azadlıqdan məhrumetmə ilə bağlı olmayan azadlığın məhdudlaşdrılması cəzasına məhkum edildiyindən, göstərilən hal Ələm Əliyevə münasibətdə residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.1.-1-ci maddələrinin müddəalarına əsasən cinayətlərin və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə eyni zamanda hesab edir ki, Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdrılması cəzasının çəkilməmiş qalan 10 (on) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1.-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmuş və onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, Təqsirləndirilən şəxs cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Maddi sübutlar: Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş: - təmiz çəkisi 520,425 (beş yüz iyirmi tam, mində dörd yüz iyirmi beş) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 519,981 (beş yüz on doqquz tam, mində doqquz yüz səksən bir) qram olan narkotik vasitə heroin;- təmiz çəkisi 264,826 (iki yüz altmış dörd tam, mində səkkiz yüz iyirmi altı) qram olmuş, tədqiqatdan sonrakı qalıq çəkisi 264,07 (iki yüz altmış dörd tam, yüzdə yeddi) qram olan psixotrop maddə metafetamin;- ümumi sayı 507 (beş yüz yeddi) ədəd həb, təsiredici maddəsinin miqdarı 10,14 (on tam, yüzdə on dörd) qram olmuş, tədqiqatdan sonra qalıq olan 493 (dörd yüz doxsan üç) həb narkotik vasitə metodon və həmçinin üzərində narkotik vasitə heroinin izləri aşkar edilmiş bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus olmaqla Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd "Samsung Galaxy C5" markalı mobil telefon aparatı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməklə qeyd olunan narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsinin videogörüntüləri olan bir ədəd CD disk hazırki cinayət işinin materiallarrında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 174 (yüz yemtiş dörd) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən qəti olaraq təyin olunmuş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan,- 10 (on) ay 19 (on doqquz) gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1.-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 05 (beş) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin cəza hazırki cəza ilə qismən birləşdirilərək, Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsənTəqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar: Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş: - təmiz çəkisi 520,425 (beş yüz iyirmi tam, mində dörd yüz iyirmi beş) qram olmuş, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 519,981 (beş yüz on doqquz tam, mində doqquz yüz səksən bir) qram olan narkotik vasitə heroin;- təmiz çəkisi 264,826 (iki yüz altmış dörd tam, mində səkkiz yüz iyirmi altı) qram olmuş, tədqiqatdan sonrakı qalıq çəkisi 264,07 (iki yüz altmış dörd tam, yüzdə yeddi) qram olan psixotrop maddə metafetamin;- ümumi sayı 507 (beş yüz yeddi) ədəd həb, təsiredici maddəsinin miqdarı 10,14 (on tam, yüzdə on dörd) qram olmuş, tədqiqatdan sonra qalıq olan 493 (dörd yüz doxsan üç) həb narkotik vasitə metodon və həmçinin üzərində narkotik vasitə heroinin izləri aşkar edilmiş bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus olmaqla Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş bir ədəd "Samsung Galaxy C5" markalı mobil telefon aparatı isə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına təhvil verilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməklə qeyd olunan narkotik vasitə və psixotrop maddənin aşkar edilərək götürülməsinin videogörüntüləri olan bir ədəd CD disk hazırki cinayət işinin materiallarrında saxlanılsın. İş üzrə ekspertiza xərci cəmi 174 (yüz yetmiş dördr) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar