Məhkəmə qərarları › İş №1(101)-701/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2021

20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 20 may 2021-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsi, sədrlik edən Xankişiyev Mirzə Aslan oğlu, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayət Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hüseyn oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Şamaxı rayonu Cəyirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğuldur, məhkumluğu olmayan, Şamaxı rayonu Cəyirli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində tərəfimdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs 23 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Qusar şəhəri Sahil küçəsində yerləşən taxta sexin qarşısında sərxoş vəziyyətdə qonşusu Zərərçəkmiş şəxs yaxınlaşaraq, sonuncunun ona xəbər vermədən Şamil Cəbrayılova məxsus taxta sexində tək başına tikinti işləri apardığı üçün öz iradını bildirən zaman Zərərçəkmiş şəxs kobud qaydada ona cavab qaytardığına əsəbləşib, əlindəki stəkanda olan çayı sonuncun sifətinə tökmüş, bunun əsasında aralarında mübahisə və dava-dalaş yaranmış, həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs əvvəl yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifətinə, böyrünə və qarın nahiyyəsinə vuraraq yerə yıxmış, daha sonra isə sonuncunun yerdən götürüb onu vurduğu armatur parçasını Zərərçəkmiş şəxs əlindən götürüb, qəsdən böyrünə bir dəfə vuraraq, sonuncuya “başın sol təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ qulaq seyvanının aşağı şöbəsinin və belin sol tərəfinin sıyrıqları, döş qəfəsin sol qoltuqaltı nahiyəsinin qançırı ilə ifadə olunan sağ 5-ci və sol 7-ci və 8-ci qabırğaların minimal dislokasiya olunmuş sınıqları, L3 fərəqənin sağ köndələn çıxıntısının minimal dislokasiyalı sınığı, sol plevral boşluğunda minimal sərbəst hava (pnevmatoroks), sol ağciyərin yuxarı payının linqula seqmentlərinin atelektazı, hər iki ağciyərin yuxarı payında sentrilobular emfizema və apramediastinal bullalar, sol hemitoraksda dərialtı və əzləarası emfizema” ilə ifadə olunan dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fəhlə kimi işləyərək öz ailəsini dolandırır, qonşusu Zərərçəkmiş şəxs təxminən 20 ildir ki, tanıyır. 22 oktyabr 2020ci il tarixdə səhər saatlarında Şamillə birlikdə qonşusu Alikin evinə getmişdir. Həmin vaxt Şamil, Qusar şəhərində yerləşən taxta sexinin həyətində xırda tikinti işləri aparmaq üçün Aliki dəvət etmiş, Alik isə əlində başqa işi olduğunu bildirib, növbəti gün gəlib taxta sexində tikinti işlərinə başlayacağını bildirmişdir. 23 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində Qusar çayın kənarında yerləşən Şamilə məxsus taxta sexinə tərəf getmiş, həmin vaxt tanışları Slüeyman və Alikin yanına gedib, onlarla birlikdə çay içib söhbət etməyə başlamışdır. Söhbət zamanı, Alikə demişdir ki, niyə ondan xəbərsiz Şamilin taxta sexində tikinti işlərinə başlayıb, Alik isə ona kobud qaydada cavab qaytararaq, ünvanına nalayiq söyüşlər işlətmişdir. Həmin vaxt əlindəki stəkanda olan çayı Alikin sifətinə tökmüş, Alik isə kənara çəkilib yerdən armatur parçasını götürüb, üzərinə hücum etmişdir. Həmin vaxt Alik bir neçə dəfə əlindəki armatur parçası ilə onun sol qoluna, bel nahiyyəsinə, başına və kürəyinə vurub, xəsarət yetirmişdir. Bundan sonra o, əsəbləşib, ayağa durmuş və Alikə bir neçə yumruq zərbəsi vurmuş və Alik yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Alik yerdə olan armatur parçasını götürüb, təkrar onu vuran zaman, Alikin əlindən həmin armatur parçasını alaraq bir dəfə onun sol böyrünə vurmuş, Alik isə zərbənin təsiri ilə yerə yıxılmışdır. Bundan sonra Süleyman və taxta sexində işləyən Elçin onlara yaxınlaşmışlar və həmin vaxt o, çıxıb öz evinə getmişdir. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi öz ifadəsindən başqa məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmədə tədqiq edilmiş digər protokollarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 oktyabr 2020-ci il tarixdə səhər saatlarında evdə olan zaman, onun yanına tanışları Rahil və Şamil gəlmişlər. Həmin vaxt Şamil, Qusar şəhərində yerləşən taxta sexində xırda tikinti işləri aparmaq üçün onu dəvət etmiş, o isə əlində başqa işi olduğunu bildirib, növbəti gün gəlib taxta sexində tikinti işlərinə başlayacağına bildirmiş, Şamil də öz razılığını vermişdir. 23 oktyabr 2020-ci il tarixdə saat 12 raddələrində o, tək başına yaşadığı evdə 4-5 qədəh araq içdikdən sonra Şamilin taxta sexində işləməyə getmişdir. Həmin vaxt Şamil taxta sexində onunla görüşüb, görməli işləri izah etdikdən sonra çıxıb getmiş, o isə taxta sexin həyətində tikinti işlərinə başlamışdır. Bundan təxminən 2 saat sonra o istirahət etmək üçün taxta sexin qarşısında yerləşən yerdə palatkanın altında qonşusu Süleymanın yanında oturub, birlikdə çay içib, söhbət etməyə başlamışlar. Təxminən bir neçə dəqiqə sonra Rahil sərxoş vəziyyətdə onunla Süleymanın yanına gəlib, onlarla birlikdə çay içib, söhbət etməyə başlamışdır. Söhbət zamanı Rahil onun özündən xəbərsiz Şamilin taxta sexində tikinti işlərinə başladığı üçün öz iradını bildirmiş, o isə Rahilə kobud qaydada cavab qaytararaq, Rahilin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Rahil əlindəki stəkanda olan çayı onun sifətinə tökmüş, o isə əsəbləşərək, kənara çəkilib yerdən armatur parçasını götürüb, Rahilin üstünə hücum etmişdir. Həmin vaxt o bir neçə dəfə əlindəki armatur parçası ilə Rahilin sol qoluna, bel nahiyyəsinə, başına və kürəyinə vurub, ona xəsarət yetirmişdir. Bundan sonra Rahil əsəbləşib, ayağa qalxaraq, əvvəl bir neçə yumruq zərbəsi ilə onun sifətinə, sol böyrünə və qarın nahiyyəsinə vuraraq döymüş, o da yumruq zərbələrin təsiri ilə yerə yıxılmışdır. Həmin vaxt o sol böyründə ağrılar başladığını görüb, əsəbləşərək yerdə olan armatur parçasını götürüb, Rahili vurmaq istəyən zaman Rahil onun əlindən həmin armatur parçasını alaraq bir dəfə onun sol böyrünə vurmuş, o isə zərbənin təsiri ilə yerə yıxılmışdır. Bundan sonra Süleyman və taxta sexində işləyən Elçin, onunla Rahilin yanına yaxınlaşıb, onları sakitləşdirmişlər. Həmin vaxt Rahil çıxıb öz evinə getmiş, o isə Süleyman və Elçinin köməyi ilə ayağa durduqdan sonra tək başına öz evinə getmişdir. Bundan sonra onun sol böyründə çox kəskin ağrılar olduğu üçün onun arvadı Maidat “103” Təcili Yardım Xidmətinə zəng edib, məlumat vermişdir. Bundan sonra “103” Təcili Yardım Xidmətinin əməkdaşları onun yaşadığı ünvana gəlib, ona ilkin tibbi yardım göstərdikdən sonra onu Qusar rayon Mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadəsində zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 23 oktyabr 2020-ci il tarixdə saat təxminən 15:30 raddələrində günorta yeməyini yeyib, gəzişmək üçün küçəyə çıxmış və çayın kənarına tərəf getmişdir. Həmin vaxt o, Şamilə məxsus taxta sexin qarşısında yerləşən istirahət etmək üçün nəzərdə tutulmuş yerdə oturmuşdur. Bir neçə dəqiqə sonra Alik də onun yanına gəlib, birlikdə çay içib söhbət etməyə başlamışlar. Təxminən bir neçə dəqiqə sonra Rahil sərxoş vəziyyətdə onların yanına gəlib, onlarla birlikdə çay içib, söhbət etməyə başlamışdır. Söhbət zamanı Rahil tanışı Alikin ondan xəbərsiz Şamilin taxta sexində tikinti işlərinə başladığı üçün öz iradını bildirmiş, Alik isə Rahilə kobud qaydada cavab qaytararaq, Rahilin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt Rahil əlindəki stəkanda olan çayı Alikin sifətinə tökmüş Alik isə əsəbləşərək, kənara çəkilib yerdən armatur parçasını götürüb Rahilin üstünə hücum etmişdir. Həmin vaxt Alik bir neçə dəfə əlindəki armatur parçası ilə Rahilin sol qoluna, bel nahiyyəsinə və kürəyinə vurub, xəsarət yetirmişdir. Bundan sonra Rahil əsəbləşib, ayağa durduqdan sonra əvvəl bir neçə yumruq zərbəsi ilə Alikin sifətinə, sol böyrünə və qarın nahiyyəsinə vuraraq döymüş, Alik isə yumruq zərbələrin təsirindən yerə yıxılmışdır. Həmin vaxt Alik əsəbləşərək yerdə olan armatur parçasını götürüb, Rahili təkrar vurmaq istəyən zaman Rahil Alikin əlindən həmin armatur parçasını alaraq bir dəfə onun sol böyrünə vurmuş, Alik isə zərbənin təsiri ilə yerə yıxılmışdır. Bundan sonra o, taxta sexində işləyən Elçinlə birlikdə, Alik və Rahilin yanına yaxınlaşıb, onları sakitləşdirmişlər. Həmin vaxt Rahil öz evinə getmiş, o isə Elçinlə birlikdə Aliki ayağa qaldırmış və Alik tək başına öz evinə getmişdir. Bundan sonra sonra isə o, da çıxıb öz evinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 24 oktyabr 2020-ci il tarixli, 581 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs “başın sol təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ qulaq seyvanının aşağı şöbəsinin və belin sol tərəfinin sıyrıqları, döş qəfəsin sol qoltuqaltı nahiyəsinin qançırı ilə ifadə olunan sağ 5-ci və sol 7-ci və 8-ci qabırğaların minimal dislokasiya olunmuş sınıqları, L3 fərəqənin sağ köndələn çıxıntısının minimal dislokasiyalı sınığı, sol plevral boşluğunda minimal sərbəst hava (pnevmatoroks), sol ağciyərin yuxarı payının linqula seqmentlərinin atelektazı, hər iki ağciyərin yuxarı payında sentrilobular emfizema və apramediastinal bullalar, sol hemitoraksda dərialtı və əzləarası emfizema” küt əşyanın (alətin) təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 23.10.2020-ci il tarixdə yumruqla və ya dəmir parçası (armatur) vurma ilə yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 19 noyabr 2020-ci il tarixli 2296 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir xroniki psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş maddi sübut kimi tanıma haqqında 02 noyabr 2020-ci il tarixli qərardan görünür ki, hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd armatur parçası maddi sübut kimi tanınmış və saxlanılması üçün Qusar RPŞ-ə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Qarnizon Hərbi Tribunalının 27 yanvar 1997-ci il tarixli hökmü ilə 1960-cı il redaksiyasında olan Cinayət Məcəlləsinin 242-ci maddəsinin «a» bəndi ilə tqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 1997-ci il tarixli qərarı ilə Cinayət Məclləsinin 46-cı maddəsi tətbiq edilməklə cəzasının sonu ilə azad edilmiş; 2) Qusar rayon Məhkəməsinin 26 aprel 2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, qazancının 20% dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, 29 aprel 2016-cı il tarixdə onun tərəfindən cəzası çəkilib qurtarmışdır. Təqsirləndirilən şəxs 26 aprel 2013-cü il tarixində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Cinayət Məclləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. İslah işləri cəzası Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və 1 illik məhkumluğun ödənilmə müddəti 29 aprel 2017-ci il tarixdə keçmişdir. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə əməlin hüquqi tövsüfi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında zərərçəkmiş X1 10 mart 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi və sonuncunun ondan şikayət və tələbinin olmaması, himayəsində iki azyaşlı övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, hərəkətlərindən səmimi peşiman olması cəzasını yüngülləşdirən hallar kimi məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdırıcı halların olması müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.12 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, “Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək azadlıqdan məhrumetmə növündə cəza göstərilmişdir. Göstərilənlərə əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiya üzrə təyin edilə biləcək cəza 06 ildən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, törədilmiş cinayətin ictimai təhlükəliliyinin aradan qaldırılmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində iki azyaşlı övladının olması və hərəkətlərindən səmimi peşman olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2020ci il tarixdə 19:05-də tutulmuş 28 oktyabr 2020-ci il tarixdə isə o, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuş və həmin gün onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 10 dekabr 2020-ci il tarixdə isə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığından, qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs 26 oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixə kimi tutulduğu 2 gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Qusar RPİ-də saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd armatur parçası məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilməlidir. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixə kimi tutulduğu 02 (iki) gün ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza 2 (iki) il müddətinə sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində nəzarətin həyata keçirilməsi Qusar rayon (şəhər) İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Qusar RPİ-də saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd armatur parçası məhv edilsin. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı vəkil bürosunun hesabına 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar