Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2022 24.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X6 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 noyabr 1992-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Tərtər Hərbi Məhkəməsinin 16 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 5 iyul 2012-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 65.2, 66.3 və 67.1-ci maddələrinə əsasən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə cəzası 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Nizami rayon məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 24 oktyabr 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmış), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 27 iyul 2021-ci il tarixdə saat 4 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsində, Mədəniyyət və İstirahət Parkının yanında açıq piştaxtaya baxaraq özünü qeyri-adekvat apararkən yaxınlıqda dayanmış taksi fəaliyyəti ilə məşğul olan və müştəri gözləyən Zərərçəkmiş şəxs oradan çıxıb getməsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə nəticəsində onu itələyib yerə yıxan Zərərçəkmiş şəxslə mübahisəni davam edib hər ikisi yerdə uzanmış vəziyyətdə olan zaman üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vurub sonuncuya döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd, sol budun 1 ədəd, ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yaraları və sağ əlin İİ, İİİ barmaqlarının 2 ədəd kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələr qəbul etmişdir. Daimi iş yeri olmamışdır. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 185 və 221-ci maddələri ilə məhkum olunmuşdur. 27 iyul 2021ci il tarixdə gecə saatlarında orada yaşayan tanışı ilə görüşmək üçün Maştağa qəsəbəsinə getmişdir. Həmin gün saat 4 radələrində Maştağa qəsəbəsində yerləşən Mədəniyyət və istirahət parkının yaxınlığında olarkən açıq göyərti piştaxtasının yaxınlığında dayanmışdır. Oradan uzaqlaşmaq istədikdə yaxınlıqda olan tanımadığı 2 nəfər onu səsləyərək kobud formada yanlarına çağırmış və oradan çıxıb getməsini tələb etmişlər. Hətta onlardan biri ünvanına nalayiq söz işlətmişdir. Həmin gün narkotik vasitə qəbul etmiş və təsiri altında olmuşdur. Ona görə də həmin şəxsin sözünə baxmayaraq heç yerə getməmişdir. Sonra həmin şəxs onu möhkəm itələmiş və o qaçıb oradan uzaqlaşmağa başlamışdır. Həmin şəxs ardınca gələrək ona çatıb yenidən onu itələyəndə əvvəlcə özü, sonra isə həmin şəxs yıxılmışdır. Həmin şəxs onu vurmağa çalışdığı üçün üzərində olan qatlanan bıçaqla onu bir neçə dəfə vurmuşdur. Həmin şəxsin ondan əl çəkdiyini gördükdə isə zərbələri dayandırmış və hər ikisi ayrı istiqamətlərə qaçıb hadisə yerindən uzaqlaşmışlar. Avtobuslar işə başladıqdan sonra avtobusla yaşadığı evə gəlmişdir. 6 avqust 2021-ci il tarixdə polislər tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və cinayətin törədilməsində istifadə etdiyi bıçağı polisə təqdim etmişdir. Hazırda onu vurması ilə əlaqədar olaraq Alimdən heç bir şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs tanımamış və əvəllər görməmişdir. Hadisə günü Zərərçəkmiş şəxslə arasında anlaşılmazlıq olmuşdur. Zərərçəkmiş şəxs hansı səbəbə ona qarşı nalayiq ifadə işlətdiyini və itələdiyini bilmir. Hadisə yerinə tanışını görüşmək üçün getmişdir. Zərərçəkmiş şəxs ondan əl çəkmədiyi üçün ona bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxslə barışmış, törətdiyi cinayət əlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqında zərərçəkmiş şəxsin və şahidin ifadələri, digər istintaq hərəkətinin protokolları, ekspertiza rəyləri və cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat 4 radələrində Maştağa qəsəbəsində H.Heybətov küçəsində yerləşən Mədəniyyət və istirahət parkının yanında taksi olaraq dayanmışdır. Həmin vaxt tanışı Rahib də yanında olmuşdur. Həmin vaxt qaranlıq olmuşdur. Bir nəfər əvvəllər tanımadığı şəxsin ətrafda gəzərək orada olan göyərti satışı ilə məşğul olan tanımadığı şəxsin piştaxtasına yaxınlaşıb baxdığını görmüşdür. Həmin şəxsin hərəkətlərindən hiss etmişdir ki, sərxoşdur. Fikirləşmişdir ki, bu vaxt burada gəzən ya narkomandır, ya da hansısa alkoqolikdir və piştaxtada olan göyərtiləri mundarlaya bilər. Bu barədə Rahibə demiş, Rahib də onunla razılaşmışdır ki, həmin şəxsi qovmaq lazımdır. Bu səbəbdən Rahib həmin şəxsə yaxınlaşıb oradan getməsini tələb etmişdir. Həmin şəxs isə Rahiblə razılaşmadıqda Rahib onu itələmişdir. Bundan sonra özü həmin şəxsə yaxınlaşaraq buradan rədd olub getməsini bildirmişdir. Həmin şəxs isə sözünə baxmayaraq həmin yerdə qalmışdır. O fikirləşmişdir ki, doğurdan da, həmin şəxs narkomandır və onu oradan qovmasa nəsə xəta baş verər. Ona görə də onu təqib etmişdir. Həmin şəxs qaçdıqda o da arxasınca qaçmışdır. Hər ikisi yerə yıxılmış və bu zaman hiss etmişdir ki, həmin şəxs onu qarın, ayaq və qol nahiyələrindən kəsici bir şeylə vurmuşdur. Daha sonra isə həmin şəxs qaçıb getmişdir. Təqsirləndirilən şəxsi tanımır və əvvəllər heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs getməsini tələb etsələr də, parkdan uzaqlaşmamışdır. Təqsirləndirilən şəxsin hərəkətlərindən narkoman olduğunu anlamışdır. Təqsirləndirilən şəxs hərəkətləri normal olmadığı üçün onu izləmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 78-80). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 7 avqust 2021-ci il tarixli 1218 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 ədəd, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd, sol budun 1 ədəd, ümumilikdə 5 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ əlin İİ, İİİ barmaqlarının 2 ədəd kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlərdən sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 ədəd, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd, sol budun 1 ədəd, ümumilikdə 5 ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin (alətlər), sağ əlin İİ, İİİ barmaqlarının 2 ədəd kəsilmiş yaraları isə kəsici kənara malik alətin (alətlər) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 27.07.2021-ci il tarixdə və şəraitdə bıçaqla yetirilə bilər. Dərəcəsinə görə xəsarətlərdən sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması) ilə müşayiət olunan döş qəfəsinin sol yarısının sol döş boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, döş qəfəsinin sol yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz etməyən 1 ədəd, sol bazunun 1 ədəd, sol budun 1 ədəd, ümumilikdə 4 ədəd deşilmiş-kəsilmiş yaraları və sağ əlin İİ, İİİ barmaqlarının 2 ədəd kəsilmiş yaraları ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir (cild 1, iş vərəqə 46-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 12 noyabr 2021-ci il tarixli 2656 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 117-118). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 17 yanvar 2022-ci il tarixli 646- MTKŞ/2022 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus paltarlar kəskin qoxulu, nəm, qurdlu, tədqiqat üçün yararsız vəziyyətdə olduğu üçün həmin paltarların məhkəmə-tibbi-kriminalistik tədqiqatını aparmaq mümkün olmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilməmişdir (cild 1, iş vərəqə 122-124). Cinayət işinin materiallarından görünür ki, 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka maddi sübut qismində tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 130-135). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 16 may 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 5 iyul 2012-ci il tarixli qərarı ilə cəzası 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 65.2, 66.3 və 67.1-ci maddələrinə əsasən 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 30 mart 2018-ci il tarixli qərarı ilə cəzası 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, Nizami rayon məhkəməsinin 29 avqust 2019-cu il tarixli qərarı ilə cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 24 oktyabr 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır (cild 1, iş vərəqə 88-90). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair 22 dekabr 2010-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hökmlərin məcmusu üzrə az ağır cinayətlər törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair 22 dekabr 2010-cu il tarixli qərarına əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur (cild 2). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif etməklə yanaşı, onun həmin maddənin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 6 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqə 36). Cinayət işinin materiallarında olan Sabunçu rayon məhkəməsinin 7 avqust 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 6 avqust 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 85-87). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 6 avqust 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka məhv edilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 6 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut olan və Sabunçu rayon Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq, 1 ədəd köynək və 1 ədəd mayka məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-701/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2022
24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver