Məhkəmə qərarları › İş №1(101)-702/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-702/2020

13.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-702/2020 13.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X3 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçiləri “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxx 1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 A ünvanında qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8,320 qram çəkidə narkotik vasitə heroini və 3,216 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020ci il tarixdə saat 12:52-də Sumqayıt şəhəri 2-ci mikrorayon, 13/19 saylı binanın 4-cü blokunun çıxışında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd siqaretin göy rəngli şəffaf sellofan bükümünə bükülmüş külli miqdarda təmiz çəkisi 8,320 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər 01 ədəd siqaretin göy rəngli şəffaf sellofan bükümünə bükülmüş külli miqdarda təmiz çəkisi 3,216 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik maddə istifadəçisidir. O, xx xxxxx 2020-ci il tarixdə Xızı rayonu, Stalçay qəsəbəsində toya getmişdir. Orada olarkən adını və soyadını bilmədiyi bir şəxsdən öz istifadəsi üçün 300 manata narkotik vasitə olan heroin və “şüşə” adlanan metamfetamin alaraq əynindəki göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə, saat 12 radələrində o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində olarkən üzərində olan həmin narkotik vasitə heroin və metamfetamini istifadə etmək üçün münasib yer axtarmışdır. Bu məqsədlə o, 2-ci mikrorayon ərazisində yerləşən 13/19 saylı binanın 4-cü blokuna daxil olub pilləkənlə yuxarıya qalxmışdır. Həmin vaxt cibindən həmin maddələri çıxarıb istifadə etmək istəyərkən səs eşidib onları yenidən sol yan cibinə qoyub aşağıya düşmüşdür. 4-cü blokun çıxışında dayanıb siqaret çəkərkən 2 nəfər mülki, 1 nəfər isə polis geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onların yanında olan polis geyim formasında digər polis əməkdaşı da əlində olan video kamera ilə orada çəkiliş aparırmış. Həmin əməkdaşlardan özünü Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin təhqiqatçısı kimi təqdim edən şəxs ona narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, üzərində videoçəkilişlə şəxsi axtarış aparacağını bildirmişdir. O da etiraz etməmişdir. Daha sonra ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Polis əməkdaşları ona üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməyini bildirmişdir. O da könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən göy rəngli şəffaf sellofana bükülmüş 02 büküm çıxararaq onlara təqdim etmişdir. Ondan həmin bükülünün içərisində nə olduğu soruşulduqda o, həmin bükümlərin birində narkotik vasitə olan heroin, digərində isə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün Xızı rayonundan tanımadığı şəxsdən 300 manata alıb üzərində özü istifadəsi üçün gəzdirdiyini bildirmişdir. Daha sonra sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, onu Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə dəvət etmişlər. O da buna etiraz etməyərək həmin bölməyə getmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təqdim olunan vəkilin iştirakı ilə həmin bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, qeyd olunan sənədlərə də imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhərində Hüseynbala adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə edərək üzərində gəzdirməsi, saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx xxxxxx 2020-ci il tarixdə, saat 12:52-də sonradan anket məlumatları bəlli olan Soltanov X1 şəhəri 2-ci mikrorayon ev 13/19-un 4-cü blokunun çıxışında müəyyən olunaraq saxlanılmışdır. Belə ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra onlar da özlərini təqdim etmişlər. X2 narkotik vasitələrin qəbulunda, üzərində saxlanmasında və əldə etməsində şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs da ona təqdim edilmiş bildirişlə tanış olmuşdur. Daha sonra X4 rəqəmsal tipli “Panasonik” markalı videokamera vasitəsi ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış keçiriləcəyini bildirmiş, o isə buna etiraz etməmişdir. Həmin vaxt X2 üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşub, onu təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən göy rəngli şəffaf sellofana bükülmüş 02 bükümü çıxararaq onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu soruşulduqda Hüseynbala bükümlərin birində heroin, digərində isə metamfetamin olduğunu bildirmişdir. Həmin vaxt ondan onları haradan əldə etdiyi soruşulduqda, o bildirmişdir ki, həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Xızı rayonu, Stalçay qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 300 manata almışdır. Daha sonra həmin yerdə sənədləşdirmənin aparılması mümkün olmadığından, sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılaraq, Hüseynbala Sumqayıt ŞPİ-nin 5-ci PB-yə dəvət edilmiş, sonuncu da buna etiraz etməyərək, onlarla birlikdə həmin bölməyə getmişdir. Hüseynbalanın üzərindən aşkar olunan həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ona təqdim olunmuş vəkilinin iştirakı ilə bölmənin xidməti otaqlarının birində tərəzidə çəkilərək, zərfdə qablaşdırılmış, daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs həmin sənədlərlə tanış olaraq, sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Qocayev Elnur Əlövsət oğlu da Şahid1 ifadəsinə oxşar ifadələr vermişlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq, özünü müdafiə üsulu kimi qiymətləndirir və hesab edir ki, o cinayət məsuliyyətindən yayınmaq üçün digər sübutlarla öz təsdiqini tapan ilkin ifadələrindən imtina edir. Cinayət işində olan xx xxxxxx 2020-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 5(006)- 31\2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci iı tarixdə orta boylu, arıq bədən quruluşlu bir nəfər şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 13/19 saylı binanın 4-cü blokundan çıxıb videokameraya çatmasına az qalmış iki nəfər mülki, bir nəfər polis geyimdə olan polis əməkdaşı ona yaxınlaşır və özlərini təqdim edirlər. Həmin vaxt polis forması geyimində olan Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı X5 Soltanova qanunsuz olaraq narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək, ona hüquq və vəzifələrini izah edir. Daha sonra videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarəş keçiriləcəyi bildirilir, o da etiraz etmir. Həmin vaxt X4 Təqsirləndirilən şəxs üzərində hər hası bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmamasını soruşur, onu təqdim etməyi təklif edir. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən göy rəngli şəffaf sellofana bükülmüş 02 bükümÜ çıxararaq onlara təqdim edir, ondan həmin bükümlərin içərisində nə olduğu soruşulduqda, Hüseynbala bildirir ki, bükümlərin birində heroin, digərində isə metamfetamindir. Həmin vaxt polis əməkdaşları onları haradan əldə etdiyni soruşduqda, Hüseynbala onlara deyir ki, həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında Xızı rayonu, Stalçay qəsəbəsində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 300 manata alıbdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkisini müəyyən etmək və sənədləşdirmənin aparılması mümkün olmadığından, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin ondan götürülür və bölmədə sənədləşdirmə aparılması üçün videoçəkiliş dayandırılır. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2236 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözlər və imza olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi – 8,320 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir (təhqiqata sərf edildi 0.05 qr qalıq 8.270 qr) və bir ədəd bükümdə təmiz çəkisi 3,216 qram ağ rəngli kristal formada olan metamfetamindir (təhqiqata sərf edildi 0.05 qr qalıq 3.166 qr) Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1388 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 28 yanvar aprel 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işində olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Sultan Soltanov və xx.xx.2009-cu il təvəllüdlü Əli Soltanov adlı iki azyaşlı övladı var. Məhkəmə Azərbayan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs səmimi peşmançılığını, himayəsində 02 azyaşlı övladı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəyinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 65 (altmış beş ) manat təşkil edir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 8,270 qram narkotik vasitə olan heroin və 3,166 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ekspertiza xərci təşkil edən 65 manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 65 (altmış beş ) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 8,270 qram narkotik vasitə olan heroin və 3,166 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin və 1 ədəd DVD formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar