Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-702/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X3 Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada usta işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə 4 ay müddətdir tanış olub, dostluq münasibətində olduğu Zərərçəkmiş şəxs ilə birlikdə öz doğum gününün qeyd edilməsi münasibəti ilə bir neçə məkanda, son olaraq Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində “34” adlandırılan kafedə yemək yeyib, spirtli içki qəbul edib, orta dərəcəli sərxoş halda olmaqla 27 sentyabr 2022-ci il tarixdə saat 04 radələrində evə gedərkən sonuncunun ondan doğum günü ilə bağlı ona digər dostu Şahid6 tərəfindən hədiyyə edilmiş qol saatını doğum günündə iştirak edən tək dostu olduğunu bildirməklə istədikdə, ona hədiyyə edilmiş saatı Zərərçəkmiş şəxs verməməsinə görə sonuncu ilə aralarında yaranmış narazılıq səbəbindən Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, kəllə ilə onun burun nahiyyəsinə zərbələr vuraraq burun sümüyünün yerdəyişən sınığı, burun kökünün şişkinliyi və sıyrığı, burun ətrafı ciblərin hematoması kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməsi səbəbindən ondan qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, bu məqsədlə yaxınlığından keçdikləri yaşadığı evə gedərək, üzərində qan ləkələri olan paltarlarını dəyişdikdən sonra evin mətbəxindən biri məişət təyinatlı mətbəx bıçağı olmaqla digəri istintaqa məlum olmayan ümumilikdə iki ədəd bıçağı götürüb şalvarının bel hissəsində gizlətdikdən sonra evdən çıxıb Zərərçəkmiş şəxs axtarmağa başlamış, sonuncunu yaşadığı evin yaxınlığında axtarıb taparaq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən “Hovsan parkı” adlanan parka gətirib şalvarının bel nahiyyəsindən çıxardığı məişət təyinatlı mətbəx bıçağı ilə bədəninin müxtəlif nahiyyələrinə iki dəfə zərbə vurmuş, sonuncunun ondan qaçıb xilas olmaq istəyən zaman aldığı xəsarətdən ağrı və iztirab çəkməklə öldürülməməsinə dair yalvarışlarına məhəl qoymadan müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək yolun digər tərəfində, İlqar Əhlimanov küçəsi 191 B ünvanında yerləşən “Gəncə təndiri” adlanan iaşə obyektinə daxil olan zaman, Zərərçəkmiş şəxs təqib edərək, ictimai yer olan iaşə obyektin qarşısında habelə obyektin daxilində iaşə obyektinin fəaliyyətini pozaraq orada olan şəxslərin narahatçılığına səbəb olmaqla aşkar surətdə ictimai qaydaya və əxlaq normalarına əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və əxlaq normalarına etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaqla, gücünü nümayiş etdirərək, özünü cəmiyyətin digər üzvlərinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək uca səslə nalayiq ifadələr işlədərək üzərində gətirdiyi, istintaqa məlum olmayan bıçağı və məişət təyinatlı mətbəx bıçağını silah qismində istifadə edib, tətbiq edərək, məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş öz cinayətkar niyyətini başa çatdırmaqda israrlılıq nümayiş etdirməklə, Zərərçəkmiş şəxs ağciyərlərin zədələnmələri ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol aşağı şöbəsinin və döş qəfəsinin sol yan səthinin orta şöbəsinin daxilə keçən 2 ədəd deşilmiş- kəsilmiş yaralan, eləcədə qarının daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası dərəcələrinə görə hər biri ayrı- ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə malik və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəli, boyunun 1 ədəd, döş qəfəsinin 1 ədəd, sol kürəkaltı nahiyyənin 2 ədəd, sağ kürəkaltı nahiyyənin 1 ədəd daxilə keçməyən hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik, cızıqlar və sıyrıqlar hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş və Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində bildirmişdir ki, hadisə 26-sı gecə, olmuşdur. Sadəcə olaraq, o insanla onun düşmənçiliyi olmamışdır. 4 ay dost kimi olmuşlar. İçkili olmuşlar və bir də, ən çox, yəni söyüşə görə davaları olmuşdur. Birinci mübahisəyə o başlamışdır, söyüşə görə vurmuşdur. Başqa bir düşmənçiliyi, problemləri olmamışdır. Hətta parkda oturub onu 2 dəfə bıçaqla vurmuşdur, 15 dəqiqə oturub parkda söhbət etmişlər ki, səhər onun ad günü imiş, aralarında mübahisə olmuşdur, burnu da sınmışdır, onlar hamısı düzələn şeydir. Sadəcə olaraq, həmin adam təzədən skamyadan qalxandan sonra ona demişdir ki, “gedək, səhər ad günümdür, səhər işimiz çoxdur” 4 aydır bir yerdə imişlər. Durandan sonra qayıdıb ona demişdir ki, “Vapşe, bilirsən nə var? Nə demişəm, nə söymüşəm düz eləmişəm.” Ondan sonra o bıçaqdan istifadə etmişdir. O vurduqdan sonra Əfqan qaçıb təndir dükanına girmişdir. Orada da mübahisələri olmuşdur. O bıçaq vurduqdan sonra Əfqan qaçmışdır. Arxasınca çıxmışdır, onu axtarmışdır. Həmin parkın yanında təcili yardım var imiş. Gəlib görmüşdür ki, artıq təcili yardım çağırmışlar. Nasılkaya onu qoymuşlar, özü də minmişdir, özü də xəstəxanaya aparmışdır. Xəstəxanaya çatanda o keçinmişdir. Parkda iki dəfə bıçaq zərbəsi vurandan sonra hərəkətlərinə ona görə davam etmişdir ki, içkili olmuşdur, özündə deyilmiş. Ən çox söyüşə görə olmuşdur, çünki o insanı oturub başa da salmışdır ki, ailə söyüşü olmaz. O bildiyi qədərilə, onun dediyinə görə, onun anası-atası rəhmətə gedib. Ona başa saldım ki, öz zarafatımız var, o başqa şey, ailə söyüşü götürmürük. Yəni heç bir şəxs götürməz. Onun yerində mən də ola bilərdim. Vurmuşam ki, sabah, yəni bu adam çıxandan sonra nə olacağını bilmirəm. Bu adam təzədən mübahisəsini mənimlə davam etdirə bilər. Ailə söyüşü söymüşdü. Ailə üzvləri haqqında söyüş söymüşdür. Məhkəmə zalı olduğu üçün deyiləsi söz deyil. Nəsil, var-yox, ana barədə söyüşlər imiş. Əfqan onu vurmuşdur. Əfqan birinci ona 3 dəfə kəllə vurmuşdur. 3 yerdən sınıqları olmuşdur. Nəfəs almağında da problem var imiş. Xəstəxanaya çatdırılmasında iştirak etmişdir, özü çatdırmışdır. Yolda keçinmişdir. O dayanmışdır, xəstəxanada təcili yardıma zəng etmişlər, telefonla polis əməkdaşı ilə danışmışdır, xahiş etmişdir ki, gözləsinlər. O da gözləmişdir. Polis əməkdaşı ilə o özü danışmışdır, özü də gözləmişdir. Birinci onlar kafedən çıxmışdır, Nurəddin şahiddir. Məqsəd o imiş ki, o həmin insanı başa salmışdır, başa düşməmişdir, söyüşə görə vurmuşdur. Əfqan da onunla əlbəyaxa çıxmışdır, o Əfqanla bacarmırmış. Əfqan ondan qaçmırmış. Əfqan hər yerdə onunla mübahisə edirmiş. Cəmi bir yerdə qaçmışdır. Parkda qaçıb dükana girmişdir. Bir də dükandan durub qaçmışdır. Əməlindən peşmandır. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o hadisə yerində olmamışdır. Yalan heç nə deyə bilməz. Sadəcə olaraq, ittiham aktında belə bir şey oxumuşdur ki, Səbuhi Əfqanın gəzəndə onun qabağına çıxdığını demişdir, ancaq yolda qabağına çıxmamışdır. O Əfqanı gedib evdən tapmışdır. Səbuhi onu gecə saat 3-4-ün yarısı evdən çıxarmışdır, Əfqanın qızı və yoldaşı eşitmişdir. Dediklərinə görə tək olmamış, 2 nəfər olmuşlar. Əfqan çağırıb, digəri də bir az dayanıb demişdir ki, “Şərəfsiz qalxdı ailəsinin yanına, gəl gedək”. Onu evdən çağırıb çıxarmışlar. Onlar dalaşmışlar. Səbuhinin burnunu sındırmışdır. Əfqan isə evə çıxıb getmişdir. Səbuhi də evə getmişdir. Səbuhi evə gedib paltarını dəyişib, nəsə fikirləşib, bıçaq götürüb və Əfqanı evdən çölə çıxarıb ki, “Gedək, danışaq”. O orada olmamışdır. Əfqanın yoldaşı belə demişdir və o da bilir ki, yoldaşı yalan demir. Yoldaşı deyirmiş ki, Əfqan getmiş, yarım saat və yaxud qırx dəqiqə sonra zəng etmişlər, ancaq zəng çatmamışdır. Yoldaşı bunların iş yerinin yanında dükanda işləyirmiş. Səhər işə gedəndə görmüşdür ki, onu avtomobilə mindirmişlər, üstü-başı qanlı imiş. Müdirləri Əfqanı soruşmuş, demişdir ki, Əfqan orada yoxdur. Dediyinə görə müdir bilirmiş, amma ona deməmiş, gizlətmişdir. Yoldaşını işdən buraxmışlar. Bildikləri bu qədərdir. Ona səhər 8-in yarısı zəng etmişlər. Hadisə haradasa 26-sından 27-sinə keçən gecə səhərə yaxın 4-5 radələrində olmuşdur. Qardaşı xaraktercə “Dəymə mənə, dəyməyim sənə” kimi insan olmuşdur. Haqsız danışan, dalaşan insan olmamışdır. Qardaşının məhkumluğu olmuşdur. Bir dəfə oğurluq və xuliqanlıqla məhkum olunmuşdur. Qardaşı evli idi, bir qız övladı olmuşdur. Aliment ödəməməyə görə məhkum olmayıb, ailəli idi, aliment ödəmirdi. Təqsirləndirilən şəxsdən şikayətçidir. Təqsirləndirilən şəxin atası bir dəfə qapılarını açıb deməmişdir ki, oğlu belə bir iş görüb, atası ancaq telefonla zəng etmişdir, elə bir qarışqa öldürüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun oğludur. Səhər saat 10 olarmış. Oğlu da gecə kafedə usta işləyirmiş. Gecə orada işləyirmiş, saat 3-4-də evə gəlib, çörəyini yeyib, başını qoyub yatırmış. O da gecələr yata bilmirmiş, səhərə kimi oturub televizora baxırmış. Otaq da qaranlıq olurmuş, kolidorun işığını da söndürürmüş. Saat 4 olarmış, Səbuhi içəri girmişdir. O həmişəki kimi öz otağına keçmişdir. Paltarını dəyişirmiş. O da otağından çıxmışdır. Onlarda otağın biri təmirsiz imiş, siqareti çəkmək üçün oraya keçmişdir. Görmüşdür ki, mətbəxin işığı yanır, Səbuhinin yemək yeməyə getdiyini düşünmüşdür. O gedib qonaq otağında oturmuş və televizora baxmışdır. Bir də görmüşdür ki, Səbuhi qapıya tərəf keçib, ayaqqabısını geyinir. Səbuhidən hara getdiyini soruşduqda, Səbuhi işlədiyi evin yiyəsinin zəng etdiyini, ev yiyəsinin evə gələ bilməyəcəyini, ondan evdə qalmağı tapşırdığını, onun da orada qalmağa getdiyini demişdir. Bıçağı götürdüyünü görməmişdir. O bilsə, Səbuhi buraxmazmış. Səbuhi çox xeyrəşərə yarayan insan olmuşdur. Səbuhinin davası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o təndirxanada işləyir, təqsirləndirilən şəxsi müştəri kimi tanıyır. Bir-iki dəfə çörək almışdır. Hadisə saat 4-5 arası olmuşdur. Çölə çıxmaq istəyəndə görmüşdür ki, 2 nəfər içəriyə girib. Bir dəqiqə heç çəkməmişdir. O özü də şokda imiş, düz-əməlli bir şey görməmişdir. Onlardan biri qabaqcadan içəriyə girib yıxılmışdır. Səbuhi də deyəsən onun üstünə yıxılmışdır. Belə bir hadisə olmuşdur. Kənara çəkilmişlər. Üzərindən heç bir dəqiqə keçməmişdir ki, çölə çıxmışdır. Zərərçəkmiş şəxs birinci içəriyə girmişdir, Səbuhi isə sonra. Sonra onlar üstü-üstə yıxılmışlar. Səbuhinin əlində bıçaq var imiş. Səbuhinin əlindəki bıçaqla hansı hərəkətləri etməsini görməmişdir. Əvvəlki ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi dərindən tanımır. Nə dostluq, nə düşmənçilik etmişlər. O təndirdə işləyir, Səbuhi gəlib arada çörək alırmış. Saat axşam 3-4 radələrində onlar işdə imişlər. Görmüşlər ki, iki nəfər dalaşa-dalaşa içəri girir. Onlar yerə yıxılmışlar. Bir-iki dəqiqə keçdikdən sonra çıxıb qaçmış. Birinin əlində bıçaq var imiş. Yıxılmışlar. Durduqdan sonra polkanın arxasına keçmişlər. Onlar yaxın durmamışlar. Bıçaq əlində var imiş, amma vuranda görməmişdir. Çünki polkanın arxasında imişlər. Yıxılmışlar, onlar görməmişdir, digər tərəfdə imişlər. Onlar yaxınlaşmamışlar. Birinci təqsirləndirilən şəxs yox, o biri dükandan çıxmışdır. O yeriyə bilirmiş, çıxıb qaçmışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 3 ünvanıdır. Girişdən soldakı və qarşıdakı piştaxtanın arasında arxaya təndirlərin olduğu yerə keçmək üçün boşluq yer vardır. Həmin yerə yaxınlaşdıqda metlax döşəmə üzərində və piştaxtanın üzərinin döşəməyə yaxın hissəsində qanabənzər ləkələr olması görünür. Həmin qanabənzər ləkələrdən müvafiq qaydada qablaşdırılaraq nümunə götürülmüşdür. Dükandan çıxan zaman qarşıda üzərində “südlü meyvəli” “sərin kokteyl” sözləri yazılmış piştaxta vardır. Piştaxtann arxasına baxdıqda qana bənzər ləkələrin olması müşahidə edilir. Həmin qanabənzər ləkələrdən də müvafiq qaydada qablaşdırılmaqla nümunə götürülmüşdür. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, meyitə baxış zamanı əllə yoxladıqda meyitin soyuq olduğu müəyyən olunmuşdur. Meyit ləkələri solğun qırmızımtıl bənövşəyi rəngdədir, bədənin arxa yan hissələrində yerləşmişdir, barmaqla təzyiq etdikdə itirlər, təxminən 3 dəqiqədən sonra öz əvvəlki rəngini alırlar. Gözləri göz qapaqları ilə örtülüdürlər, ağız və burun dəliklərində qan izləri vardır. Meyit üzərində boyunun ön səthinin aşağı şöbəsində köndələn yerləşmiş, döş qəfəsinin ön səthinin sol aşağı şöbəsində, döş qəfəsinin ön səthinin sağ aşağı bayır şöbəsində, döş qəfəsinin sol yan səthinin orta şöbəsində, qarının yuxarı şöbəsində sağda analoji yaralar var. Sol baldırın yuxarı ön-iç səthində, sağ baldırın yuxarı bayır səthində, sol çiyinüstü nahiyədə, sol kürəkəaltı nahiyədə, sağ kürəkəaltı nahiyədə analoji yaralar var. Baxış zamanı meyidin əynində olan 01 ədəd boz rəngli qısaqol köynək, 01 ədəd göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli, 1/2144 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. Cinayət işində olan “şübhəli şəxsin tutulması haqqında” 27 sentyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs bıçaqlayan zaman üzərində olmuş paltarların hazırda üzərində olan paltarlar olduğunu bildirdiyi üçün şübhəli şəxsin əynindəki boz rəngli qısaqol köynək, boz rəngli cins şalvar və qara rəngli bir cüt ayaqqabı götürülmüşdür. Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış zamanı üzərində qanabənzər ləkələrin olması müşahidə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “könüllü təqdim etmə haqqında” protokoldan görünür ki, Şahid7 tərəfindən qardaşı Təqsirləndirilən şəxs məxsus 01 ədəd üzərində qanabənzər ləkələrin olduğu ağ rəngli üzunqol köynək istintaq təqdim edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid7 tərəfindən təqdim edilmiş qardaşı Təqsirləndirilən şəxs məxsus 01 ədəd üzərində qanabənzər ləkələrin olduğu ağ rəngli üzunqol köynək götürülmüşdür. Ağ rəngli üzunqol köynəyə baxış zamanı üzərində qanabənzər ləkələrin olması müşahidə edilmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq bir daha göstərmişdir. Cinayət işində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 4(010)-572/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 15 oktyabr 2022-ci il tarixli tələbnamədən və Səbail rayon Məhkəməsinin 13 aprel 2012-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə məhkum edilmiş, məhkumluğu ödənilmiş, hazırda məhkumluğu olmayandır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, əməliyyat tapşırığının icrası ilə əlaqədar təqdim edilmiş videgörüntüyə baxış keçirilmişdir. Təqdim edilmiş video görüntüdə tarix və vaxt göstərilmişdir. xx.xx.2022-ci il tarixdə 04:12:08 saniyədən başlanması görünür. Görüntünün olduğu yerlə hadisənin baş verdiyi Bakı şəhəri, Suraxanı rayonu, İ.Əhlimanov küçəsi, 191 B-də yerləşən «Gəncə Təndiri» adlanan iaşə obyektinin içərisinin eynilik təşkil etməsi müşahidə edilir. Obyektinin içərisində ilk saniyələrdə 2 qadın və 2 kişi cinsli şəxsin olması müşahidə edilir. Video görüntünün 04:12:22 saniyəsində kişi cinsli bir nəfər şəxsin boz qısa qol köynək və göy cins şalvarda obyektə qaçaraq daxil olması və içəridə yıxılması müşahidə edilir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsin Zərərçəkmiş şəxs olmasını bildirmişdir. Daha sonra boz rəngli qısa qol köynəkdə və tünd rəngli şalvarda, hər iki əlində bıçaq olan şəxsin də obyektə daxil olub Zərərçəkmiş şəxs üzərinə hücum çəkərək sağ əlində olan bıçaqla sonuncunun kürək nahiyyəsindən iki ədəd bıçaq zərbəsi vurması müşahidə edilir. Həmin vaxt artıq Təqsirləndirilən şəxs yalnız sağ əlində bıçağın olması, sol əlinin isə boş olması müşahidə edilir. Təqsirləndirilən şəxs bıçaqla zərbələr vuran şəxsin onun özü olmasını bildirdi. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üstünə çıxır və sonuncu üzü yuxarı vəziyyətdə Zərərçəkmiş şəxs altında uzanıqlı vəziyyətdə qalır. Təqsirləndirilən şəxs yenə də əlində olan bıçaqla Zərərçəkmiş şəxs zərbələr vurmağa çalışsa da, sonuncu da mane olmağa çalışır. Daha sonra Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs sol tərəfdən bel nahiyyəsinə daha bir bıçaq zərbəsi endirir. Həmin vaxt obyektə ağ uzunqol köynəkdə, qara qısa qol gödəkcədə, qara şalvarda bir nəfər şəxsin daxil olub hadisənin baş verdiyi tərəfə keçməsi müşahidə olunur. Həmin şəxs Təqsirləndirilən şəxs əlindən bıçağı almağa çalışır. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin şəxsi tanımadığını və hadisə vaxtı bıçağı onun əlindən alıb, aralamaq istədiyini bildirdi. 04:12:42 saniyədə bir nəfər şəxsin “mənim var-yoxumu söyürsən?” deməsi eşidilir. Təqsirləndirilən şəxs həmin səsin ona məxsus olmasını o sözü Zərərçəkmiş şəxs dediyini bildirmişdir. Daha sonra “burax-burax”, “qoymaram onu çıxsın” səsləri eşidilir. Təqsirləndirilən şəxs həmin sözləri onları ayıran şəxsə dediyini bildirmişd. Zərərçəkmiş şəxs köynəyinin üzərində qanabənzər ləkələrin yaranması görünür. Daha sonra Zərərçəkmiş şəxs ayağa qalxaraq, obyektdən qaçaraq çıxıb gedir. Təqsirləndirilən şəxs isə ayağa qalxıb obyektdən Zərərçəkmiş şəxs arxasıyca çıxmağa çalışsa da onları ayıran şəxsin Təqsirləndirilən şəxs çıxmasına imkan verməməsi və bıçağı əlindən almağa çalışması müşahidə edilir. Təqsirləndirilən şəxs əli ilə arxada olan şəxslərə əlini qaldıraraq işarə edib, “bölməyə gedirəm” deməsi eşidilir. Təqsirləndirilən şəxs əl işarəsi ilə hadisəyə şahid olan şəxslərdən orada baş verənlərə görə üzr istəmək niyyətinin olduğunu bildirir. Videogörüntünün 04:13:19 saniyəsində Təqsirləndirilən şəxs yerdə olan qara rəngli mobil telefonu yerdən götürüb arxa cibinə qoyması müşahidə edilir. Təqsirləndirilən şəxs həmin telefonun onun özünə məxsus olan telefon olmasını bildirmişdir. Videogörüntünün 04:13:33 saniyəsində Təqsirləndirilən şəxs yerdən əyilib nə isə götürməsi müşahidə edilir. Həmin vaxt yerdən nəyin götürüldüyü kamera görüntüsünə düşmür. Lakin Təqsirləndirilən şəxs ayağa qalxarkən videogörüntünün 04:13:38 saniyəsində onun sağ əlində iki ədəd-birinin tiyəsi əyilmiş vəziyyətdə, digərinin isə tiyəsi düz vəziyyətdə olan iki ədəd bıçağın olması müşahidə edilir. Cinayət işində olan Bakı şəhər İcra Hakimiyyəti Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 103 saylı Mənzil-Kommunal İstismar Sahəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Zülalov X4 rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi ev 14, mənzil 25-də qeydiyyatda olmaqla yaşamışdır, onun barəsində ərazidə yerləşən 103 saylı Mənzil-Kommunal İstismar Sahəsinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işində olan Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X7 27 sentyabr 2022-ci il tarixli, 1151 saylı rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs bədən səthində aşağıdakı xəsarətlət aşkar edilmişdir: burun sümüyünün yerdəyişən sınığı, burun kökünün şişkinliyi və sıyrığı, burun ətrafı ciblərin hematoması aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Xəsarətlərin İokalizasiyasma və xarakterinə əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur. Cinayət işində olan Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X7 xx.xx.2022-ci il tarixli 636/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Oalfa,beta/İ/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-O/İ/, Ekspertizaya təqdim olunan 01 ədəd mətbəx bıçağı, 02 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus kofta, şalvar, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs məxsus 02 ədəd köynək və şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa,beta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. Cinayət işində olan Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X7 xx.xx.2022-ci il tarixli 514-2022/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sol yarısının aşağı hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 02 (iki) ədəd, arxa səthinin sol yarısının orta hissəsində 04 (dörd) ədəd və arxa səthinin orta nahiyəsində 01 (bir) ədəd (cəmi 09 (doqquz) ədəd ) deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus şalvarın arxa səthinin sol yarısının yuxarı hissəsində, arxa səthinin sol belinə tikilmiş 1- ci ilgəyin aşağı sərbəst kənarında küt yaranma mexanizminə malik və şalvarın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd məhdud cırılma zədəsi vardır. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus kəmər, bir cüt corab və bir cüt ayaqqabının üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus ağ rəngli uzunqol köynəyin ön səthinin sol yarısının yuxarı hissəsində küt yaranma mexanizminə malik və köynəyin müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 01 (bir) ədəd cırılma zədəsi aşkar olundu. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus boz rəngli qısaqol köynək və şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmışdır, məişət təyinatlı, deşici- kəsici xassəyə malik mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonra isə, fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur. Ekspertizaya təqdim edilmiş və Təqsirləndirilən şəxs məxsus uzunqollu köynəyin əsasən orta hissəsində, bir qədər solda aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur; köynəyin orta hissəsindəki ləkələrin ətrafında, köynəyin yuxarı hissəsində və arxa səthinin aşağı hissəsinin aşkar olunmuş qan ləkələrindən bəzisi qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar və bəziləri bucaq altında olmaqla, düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlirlər. Köynəyin aşağı hissəsində aşkar olunmuş qan ləkələrinin bəziləri qan mənbəyi ilə və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdirlər və yaxma xarakterlidir. Köynəyin hər iki qolunun sərbəst uclarında aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmişlər, sonra isə, fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur və hopma xarakterlidir; qollarının həmin ləkələrdən yuxarıda yerləşən ləkələrin bəzisi qan .mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir və yaxma xarakterlidir, bəziləri isə qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcı xarakterilidirlər. Təqsirləndirilən şəxs məxsus qısaqollu köynəyin əsasən ön səthinin sol yarısının orta hissəsində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanli səth ilə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə, fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur; ləkələrin bəziləri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir və yaxma xarakterlidirlər; bəziləri isə qan mənbəyinə (qanlı səthə) cüzi olaraq, əlavə kinetik impuls verməklə düşən «sıçrantı» xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus şalvarın ön səthində və hər iki ayaqlıqlarının ön səthinin orta (dizlik) nahiyəsində aşkar olunmuş qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt nəticəsində əmələ gəlmiş, sonra isə, fiziki kapilarlıq faktoru üzrə səthə hopmuşdur; bu ləkələrin ətrafında olan qan ləkələri isə, qan mənbəyindən (qanlı səthdən) bir-birinin üzərinə düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlirlər. Ekspertizaya təqdim edilmiş, bıçağm üzərində aşkar olunmuş qan ləkələri qan mənbəyi və ya qanlı səthlə dinamik (hərəkətli) kontakt nəticəsindiə əmələ gəlmiş və yaxma xarakterlidir. Cinayət işində olan Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-portret ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/1582 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "DVD-R" tipli diskdəki “Hadisənin videogörüntüsü” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) müqayisəli tədqiqat üçün yararlıdır. Təqdim edilmiş "DVD-R" tipli diskdəki “Hadisənin videogörüntüsü” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə və müqayisəli material qismində təqdim edilmiş “Tədqiqat video” adlı videogörüntüdən çıxarılmış fotoşəkillərdə eyni bir kişi cinsli şəxs əks olunmuşdur.(ekspertiza tədqiqatının dəyəri 146(yüz qırx altı) manat təşkil edir). Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasnın xx.xx.2022-ci il tarixli 2747 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Müayinədən keçən Təqsirləndirilən şəxs ona ittiham olunan ictimai təhlükəli cinayət əməlini törədən zaman və ondan əvVəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməl zamanı Öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edə və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. S.Z.Ziilalovun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-Tibbi Ekspertiza və X5» X7 xx.xx.2022-ci il tarixli, 1151 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində sol ağciyərin zədələnmələri, boyunun, qarının, döş qəfəsinin deşilmiş-kəsilmiş yaraları, bədənin çızıqları və sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər həyatidirlər, Ölümdən az əvvəl deşilmiş-kəsilmiş yaralar və cızıqlar deşici-kəsici əşyanın (əşyaların, ola bilsin bıçaq), sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər. Dərəcəsinə görə ağciyərlərin zədələnmələri ilə müşayət olunan döş qəfəsinin ön səthinin sol aşağı şöbəsinin və döş qəfəsinin sol yan səthinin orta şöbəsinin daxilə keçən 2 ədəd deşilmişkəsilmiş yaraları, eləcədə qarının daxilə keçən 1 ədəd deşilmiş-kəsilmiş yarası (cəmi 3 ədəd) hər biri ayrı- ayrılıqda və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə biləvasitə səbəbli əlaqəlidirlər; boyunun 1 ədəd, döş qəfəsinin 1 ədəd, sol kürəkaltı nahiyyənin 2 ədəd, sağ kürəkaltı nahiyyənin 1 ədəd daxilə keçməyən deşilmiş-kəsilmiş yaraları (cəmi 5 ədəd) hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər; cızıqlar və sıyrıqlar hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa zərərvurmayan dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə döş qəfəsinin daxilə keçən deşilmiş- kəsilmiş yaraları nəticəsində ağciyərlərin zədələnmələri fonunda inkişaf etmiş massiv (çoxlu) qanitirmə səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan 6-8 saat əvvəl baş verə bilərdi. Deşilmiş-kəsilmiş yaralarm lokalizasiyasma və xüsusiyyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaq təsirindən alınmaları inkar olunmur. Yaraların istiqaməti öndən arxaya, bir qədər yuxarıdan aşağıdan doğru olmuşdur. Yetirilən xəsarətlərdən sonra şəxs hərəkət etmək iqtidarında olmuşdur, hansı ki dəqiqələrlə ölçülə bilərdi. Mərhumun bədənində və paltarlarında olan zədələr bir-biri ilə nisbi uyğunluq təşkil edirlər. Xəsarətlər çoxsaylı olduğundan zərbələrin ardıcılhğı barədə fikir söyləmək mümkün olmur. Xəsarətlərin lokalizasiyasma və xüsusiyyətlərinə .əsasən demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən özünə yetirməsi nəticəsində alınmaları inkar olunur. Xəsarət yetirilən anda şəxs müxtəlif duruş vəziyyətlərində ola bilərdi. Qarşılıqlı mübarizənin təyini məhkəmə tibb ekspertinin səlahiyyətinə aid deyildir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatdığı - 1,7 %o -dir. Bu miqdar canlı şəxslərdə orta dərəcəli alkoqol sərxoşluğuna aiddir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cinayətin içtimai təhlükəliliyini nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla ) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd qanabənzər nümunə, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş cinayətin aləti olan 01 ədəd bıçaq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 01 ədəd boz rəngli qısaqol köynək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 01 ədəd göy rəngli cins şalvar, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 01 cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş boz rəngli qısa qol köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs qardaşı Şahid7 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən kəllə zərbələrinə məruz qaldığı vaxt təqsirləndirilən şəxsin əynində olmuş 01 ədəd ağ rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, iş üzrə ekspertiza xərci təşkil edən 146 (yüz qırx altı) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 221.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Suraxanı rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş 02 ədəd qanabənzər nümunə, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş cinayətin aləti olan 01 ədəd bıçaq, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 01 ədəd boz rəngli qısaqol köynək, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 01 ədəd göy rəngli cins şalvar, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs meyidinə baxış zamanı götürülmüş 01 cüt qara rəngli ayaqqabı, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş boz rəngli qısa qol köynək, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş boz rəngli cins şalvar, Təqsirləndirilən şəxs qardaşı Şahid7 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən kəllə zərbələrinə məruz qaldığı vaxt təqsirləndirilən şəxsin əynində olmuş 01 ədəd ağ rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin. İş üzrə məhkəmə məsrəflərini təşkil edən 146 (yüz qırx altı) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasi protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-702/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-702/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver