Məhkəmə qərarları › İş №1(101)-702/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-702/2024

29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-702/2024 29.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X9, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X11, X12 və X8, müdafiəçi - “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Masallı rayonu, Hacıtəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Qaradağ-Buduq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:40-da açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə satıb qazanc əldə etmək məqsədi ilə İran İslam Respublikasında tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan “Behzat” adlı İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs tərəfindən 13 aprel 2023-cü il tarixdə əvvəlcədən aralarında olan razılaşmaya əsasən Behzat adlı şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində sahibsiz yarımtikilinin içərəsində gizlədilmiş külli miqdarda 100,210 qram çəkidə psixotrop maddə metamfetamini, külli miqdarda 101,020 qram çəkidə narkotik vasitə heroini və 290,0 qram çəkidə narkotik vasitə marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, 13 aprel 2023-cü il tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində yerləşən “Kristal Abşeron” yaşayış massivinin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş və orada saat 16:00 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı qəhvəyi rəngli sellofan torbanın içərisindən 01 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 100,210 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, külli miqdarda təmiz çəkisi 101,020 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 290,0 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ona irəli sürülən ittihamdakı narkotik vasitə olan “nəşə”, yəni marixuana və psixotrop maddə olan “patı”, yəni metamfetamin ona yox, əlbir olduğu şəxslərə məxsus olmuşdur. Ortaqlarından Ramin adlı şəxs onun mobil telefonuna səs atıb narkotik tərkibli maddələri müəyyən bir yerə aparıb qoyduqları halda ona ümumilikdə 700 manat pul verəcəyini dedikdə, həmin vaxt borc müqabilində mobil telefon götürdüyünə görə pula ehtiyacı olduğundan, ortaqları ilə götürməyə getmiş, Məftun adlı tanışı götürdüyü zaman onlar taksidə gözlədikləri vaxt polis əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparılmış, orada ayrı-ayrılıqda dindirildikdən sonra ona imzalamaq üçün kağız vermişlər. O da həmin kağızı oxumadan imzalamışdır. Onlar “Gəncə” Mərasim evinin qarşısında Məftun adlı tanışını götürüb bir yerdə olmuş, ilk öncə həmin şəxslərin təklifi ilə razılaşmasa da, pula ehtiyacı olduğundan sonradan razılaşmışdır. Onda narkotik vasitə olmamış, ilk dəfə polis əməkdaşları tərəfindən tutulduğu üçün təqdim edilən sənədlərin hamısını oxumadan imzalamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan “kakos”, yəni heroin istifadə etdiyini, əvvəllər narkotik vasitəyə asılılığı olduğuna görə müalicə aldığını, ərindən boşandığını, 13 yaşlı əkiz uşaqlarının olduğunu, polis əməkdaşlarının onu 13 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Abşeron” parkının yaxınlığında saxlayarkən yanında Faiq adlı, Məftun adlı tanışı və taksi sürücüsünün olduğunu, İran İslam Respublikası vətəndaşının ona narkotik vasitəni qoyduğu yeri bildirdiyinə görə həmin ünvana getdiyini, həmin şəxslə mobil telefon vasitəsilə əlaqə qurduğunu, Məftun adlı şəxsin deyilən yerdən narkotik vasitəni götürdüyünü, İran İslam Respublikasının vətəndaşı onunla əlaqə qurarkən Faiq adlı şəxsin onun yanında olduğunu, Məftun adlı şəxs narkotik vasitəni götürüb taksiyə əyləşdiyi vaxt polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, polis əməkdaşlarına həmin narkotik vasitənin ona məxsus olduğunu demədiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edildiyini, həmin zorakılıqla bağlı heç bir quruma məlumat vermədiyini və araşdırmanın aparılmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, təxminən 2018-ci ildə İran İslam Respublikasına müalicə üçün gedərkən həmin ölkənin vətəndaşı olan “Behzat” adlı şəxslə tanış olaraq bir-birilərinin mobil nömrələrini götürüb “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışlar. Təxminən 1 ay əvvəl söhbət edərkən “Behzat” adlı şəxs ona narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, istədiyi təqdirdə deyiləcək yerlərə çatdırması müqabilində narkotik vasitə və ya psixotrop maddə verəcəyini dedikdə razılaşmış, həmin razılaşmaya görə “Behzat” ona metamfetamin, heroin və marixuananı gizlətdiyi yerləri demiş, o da həmin yerlərdən gizlədilmiş narkotik vasitə və ya psixotrop maddələri “Behzat”-ın dediyi yerlərə çatdırdıqdan sonra həmin narkotik vasitə və ya psixotrop maddədən öz şəxsi istifadəsi üçün götürmüşdür. O, istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə “Behzat” adlı şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə “Whatsapp” tətbiqi vasitəsi ilə əlaqə saxlamışdır. Təxminən 13 aprel 2023-cü ildə saat 13 radələrində “Behzat” adlı şəxs onu Binəqədi rayonu ərazisində tanımadığı, əvvəlcədən xüsusi işarələnmiş yerə göndərdiyi üçün həmin yerə gedib “Behzat” tərəfindən göndərilmiş qəhvəyi rəngli sellofan torbanı götürmüş, həmin qəhvəyi rəngli sellefon torbaya baxan zaman orada bir büküm narkotik vasitə heroin, bir büküm narkotik vasitə marixuana və bir büküm psixotrop maddə metamfetamin olması ona məlum olmuş və həmin sellofan torbanı özündə saxlamışdır. Həmin tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində yerləşən “Kristal Abşeron” yaşayış massivinin yaxınlığında tanışları Məftun və Faiq ilə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək külli miqdarda narkotik vasitə və psixotorp maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. Hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman o, sağ əlində saxladığı qəhvəyi rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisindən 1 bükümdə qəhvəyi rəngli spesifik iyə malik heroinə bənzər, 1 bükümdə yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər və 1 bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, daha sonra şəxsi axtarış zamanı əynində olan qısa qol gödəkçənin sol yan cibindən aşkar olunan pul qabının içindən 1 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və **********984751 nömrəli bank kartı aşkarlanmışdır. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmış, sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Binəqədi rayonunda gizlədilən yerdən İran İslam Respublikası vətəndaşı “Behzat” adlı şəxsin vasitəsi ilə deyiləcək yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, əvəzində “Behzat”ın ona narkotik vasitə verəcəyini, “***-***-**-**” saylı mobil nömrəsini işlətdiyini, saxlanılarkən yanındakı Məftun adlı və Faiq adlı şəxslərin onda narkotik vasitə olmasından məlumatlarının olmadığını, həmin şəxslərin narkotik vasitələrin dövriyyəsində onunla əlbir olmadıqlarını, başqa yerdə narkotik maddə saxlamadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmədiyini, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 aprel 2023-cü il tarixdə saat 14:20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Natavan küçəsində saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş, həmin polis bölməsində təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin dediyi yerdən götürdüyünü və sonuncunun bildirəcəyi ünvana qoymalı olduğunu bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 saxlanılarkən Təqsirləndirilən şəxs yanında 2 nəfər şəxsin olduğunu, həmin şəxslərdən birinin adının Faiq olduğunu, digərinin isə adını xatırlamadığını, həmin şəxslərin cinayət hadisəsi ilə heç bir əlaqələrinin olmadığını, saxlanılarkən Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, həmin vaxt Təqsirləndirilən şəxs əlində sellofan torbanın olduğunu, şifahi sorğu zamanı “Behzat” adlı şəxsin dediyi yerlərə narkotik vasitəni qoyması müqabilində şəxsi istifadəsi üçün müəyyən miqdarda narkotik maddə əldə edəcəyini bildirdiyini, Təqsirləndirilən şəxs o və ya digər polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığın edilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə aşkarlanmış narkotik maddələri hansı məqsədlə əldə etdiyini etiraf etdiyini, əməliyyat qrupunun digər üzvlərinin Şahid2 və Şahid3 olduğunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik maddələrdən əlavə mobil telefon, bank kartı və şəxsiyyət vəsiqəsinin də aşkar edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 13 aprel 2023-cü il tarixdə saat 14:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində saxlanıldıqdan sonra Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş, orada təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkəti zamanı 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs aşkarlanmış həmin narkotik maddələri İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin dediyi yerdən götürüb sonuncunun bildirəcəyi ünvana qoyması müqabilində şəxsi istifadəsi məqsədilə müəyyən miqdarda narkotik maddə əldə edəcəyini bildirmiş və həmin narkotik maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs saxlanıldığı vaxt yanında 2 nəfər başqa şəxsin olduğunu, saxlanılarkən Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə aşkar olunan qanunsuz maddələri İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxsin dediyi yerdən götürüb sonuncunun bildirəcəyi ünvana qoymalı olduğunu etiraf etdiyini, Təqsirləndirilən şəxs o və ya digər polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilmədiyini, Təqsirləndirilən şəxs saxlanlarkən yanında olan Məftun adlı və Faiq adlı şəxslərin həmin narkotik maddələrdən xəbərlərinin olmadığını söylədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid1 və Şahid2 məhkəmə iclasında verdikləri ifadələrə oxşar məzmunda ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisədən uzun müddət keçdiyindən dəqiq tarixi xatırlamır. Təqribən bir neçə ay bundan əvvəl polis əməkdaşları Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsində saxlanılan bir xanımın üzərinə baxış keçirilməsində iştirak etməsini xahiş etdikdə razılaşmış, sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxsin üzərinə baxış keçirilməsində iştirak etdiyi zaman sonuncunun üzərindən qanunsuz maddələr aşkar olunmaqla polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid4 6-cı Polis Bölməsində xadimə işlədiyini, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxışın videoçəkilişdən istifadə edilməklə aparıldığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hadisənin üzərindən uzun müddət keçdiyindən dəqiq vaxtı xatırlamır. 2023-cü ilin yaz aylarında, günorta saatlarında Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsinə getməli olduğunu, tək getmək istəmədiyini bildirdiyindən sonuncunun olduğu taksiyə əyləşmiş, həmin vaxt taksidə Qətibədən başqa bir nəfər şəxsin də olduğunu görmüşdür. Daha sonra 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra onları Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə aparıb Təqsirləndirilən şəxs üzərindən narkotik maddənin aşkarlanmasından məlumatının olub-olmaması barədə ifadə vermişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid6 həmin polis bölməsində ayrı-ayrı otaqlarda ifadələrinin alındığını, polis əməkdaşlarına da Təqsirləndirilən şəxs üzərində narkotik maddə olmasından xəbərinin olmadığını bildirdiyini, Təqsirləndirilən şəxs ilə qonşu olduğunu, Təqsirləndirilən şəxs narkotik maddə istifadəçisi və ya satışı ilə məşğul olması barədə məlumatının olmadığını, əvvəllər narkotik vasitədən istifadə etsə də, hazırda istifadə etmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışı olmaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. O, 8-ci mikrorayon bazarında olarkən, 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib təcili işinin olduğunu deyərək yaşadığı ünvanın yaxınlığına gəlməsini istəmiş, çatdıqda Təqsirləndirilən şəxs kiminləsə danışmasını görmüşdür. Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsinə birlikdə getməyi təklif etdikdə, ilk öncə razılaşmasa da, sonradan razılaşıb birgə tanışları Məftun Yəhyayevi də götürüb Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsinə getmişlər. Təqsirləndirilən şəxs çantanı götürdükdən sonra polis əməkdaşları onları saxlayıb Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 Təqsirləndirilən şəxs olan çantanın içərisində nə olduğunu görmədiyini, bu barədə sonuncudan soruşmadığını, polis əməkdaşlarından nəyə görə saxlanıldıqlarını soruşduqda polis bölməsində aydınlaşdıracaqlarını dediklərini, sonradan ona Təqsirləndirilən şəxs məxsus çantada narkotik maddə olduğunun məlum olmasını, Təqsirləndirilən şəxs qeyd olunan ünvana getmək qarşılığında 700 manat pul təklif etmədiyini, Təqsirləndirilən şəxs ona qarşı özünü müdafiə etmək məqsədilə ifadə verdiyini bildirdi. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 5) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin həmin tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü həmin Baş İdarənin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 6-7; 10) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində yerləşən “Kristal Abşeron” yaşayış massivinin yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmiş, sonuncunun yanında olan Şahid5 və X6 isə dəvət olunmuşdur. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 14:20dən hesablanmışdır. (Cild 1, iş vərəqə 21; 22) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq qərara əsasən, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs sağ əlində saxladığı qəhvəyi rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içindən 01 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, 01 bükümdə yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar edilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sol yan cibindən aşkar olunmuş pul qabının içərisindən 01 ədəd “Samsung” markalı mobil telefon, sonuncuya məxsus şəxsiyyət vəsiqəsi və **********984751 nömrəli bank kartı aşkar edilmişdir. Təqsirləndirilən şəxs Mahır qızının üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş 01 bükümdə heroinə bənzər kütlə, qurudulmuş marixuanaya bənzər 01 bükümdə kütlə və psixotrop maddə olan metamfetaminə bənzər 01 bükümdə kütlə elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr qablaşdırılmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üşün 01 ədəd “Samsung” markalı mobil telefon, şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Binəqədi rayonu ərazisində gizlədilən yerdən İran İslam Respublikası vətəndaşı olan “Behzat” adlı şəxsin vasitəsilə deyiləcək yerlərə çatdırmaq məqsədilə əldə etdiyini, bunun əvəzində isə “Behzat” adlı şəxsin ona istifadə etməsi üçün narkotik vasitə verəcəyini bildirmiş, bundan sonra müvafiq protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. (Cild 1, iş vərəqə 30; 31-33; 59-60) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2210 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 7” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlələr şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan polietilen paketdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 101,020 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 100,210 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. (Qeyd: Heroinin təmiz çəkisi 101,020 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş, 100,92 qram qalıq qalmış, metamfetaminin təmiz çəkisi 100,210 qram olmuş, 0,1 qram tədqiqata sərf edilmiş, 100,110 qram qalıq qalmışdır.) (Cild 1, iş vərəqə 44-47) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/536 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan...” yazılar və imzalar olan qəhvəyi rəngli sellofan torbada 01 ədəd üzəri skoçla bağlanmış göy rəngli sellofan bağlamada təmiz çəkisi 290,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Qeyd: Marixuananın təmiz çəkisi 290,0 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 289,95 qram qalıq qalmışdır) (Cild 1, iş vərəqə 49-51) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 62-64) Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-403/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdır. (Cild 1, iş vərəqə 85-91) xx.xx.2023-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, üzərinə şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd «Samsung Galaxy J-1» markalı mobil telefon iki sim kart girişinə malikdir. Telefonun üzərində «Bakcell» mobil operator şəbəkəsinə aid “***-***-**-**” saylı mobil nömrəsi vardır. Telefonun yaddaşına baxış keçirildikdə “Whatsapp” tətbiqində xx.xx.2023-cü il tarixdə saat 23:32-də “X19” adlı şəxsə məxsus “***-***-**-**” saylı mobil nömrədən göndərilmiş “Gelecey paltarrarı götürmeye karina 5 manat atım mene nolar 5 diy kola gotursun kartinin kodunu desin atim vallah ber sixiliram olem” kimi, xx.xx.2023-cü il tarixdə saat 06:43-də Samran Babayev adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən göndərilmiş “Daw necedi? Yanimda her gun qram yey’n adamdi deyir zeyifdi yalan demeyecek ki sene gore deyirem men iranliya deki zeyifdi kolan” kimi və xx.xx.2023-cü il tarixdə saat 13:20-də “Emil Opede” adlı şəxsə məxsus ***-***-**-** saylı mobil nömrədən “3 kola bir pt” kimi mesajların gəlməsi müəyyən edilmiş, telefonun yaddaşına baxış keçirildikdə “Mesaj” bölməsində iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmiş, telefonun “Qalareya” bölməsinə daxil olduqda orada 13 aprel 2023-cü il tarixdə qeydə alınmış 10 saniyəlik videonun olması nəzərə çarpmış, videoya baxış keçirilən zaman Təqsirləndirilən şəxs özünü video çəkərək “mən Behzatdan 400 qram mal götürürəm hara deyir ora qoyacam” olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 100-103) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət xarakterli məlumat yoxdur. (Cild 1, iş vərəqə 130) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-930/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 13 aprel 2023-cü il tarixli qərarın qanuniliyinin yoxlanılmasına dair müraciət geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 147-149) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 3693 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 154-155) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 1789 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 157-158) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ümumi təmiz çəkisi 101,210 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 101,020 kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 290,0 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatında sonra qalıq qalmış 100,110 qram psixotrop maddə metamfetamin, 101,020 qram narkotik vasitə heroin, 289,95 qram narkotik vasitə marixuana saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilərək götürülmüş 01 ədəd “Samsung J1” markalı mobil telefon aparatı maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, hazırki cinayət işindən İran İslam Respublikası vətəndaşı olan istintaqa məlum olmayan «Behzat» adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 159-173) xx.xx.2023-cü il tarixli “Cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işindən İran İslam Respublikası vətəndaşı olan istintaqa məlum olmayan «Behzat» adlı şəxs və qeyriləri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 175-177) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7940/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı bədənində xəsarət aşkar edilməmiş, sağ qalça çüxuru nahiyəsində cərrahi əməliyyatdan sonrakı çapıq toxuma müşahidə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 4082/2023 nömrəli tibbi kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Zədə və xəsarət aşkar edilmədi” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “qasıqüstü, sağ qalça çüxuru nahiyəsində cərrahi əməliyyatdan sonrakı çapıq toxuma” yazısı, “Obyektiv müayinə” adlı 14-cü qrafasında “vəziyyəti aktivdir, düzgün bədən quruluşludur, dərisi sağlamdır, daxili orqanlarda ciddi patologiya aşkar edilmədi” yazısı qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 1638-C-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işgəncəyə və ya qeyri-insani rəftara məruz qalması ilə bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü 2 azyaşlı uşağı vardır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində saxlanılarkən ona polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edildiyinə görə ibtidai istintaq zamanı etirafedici məzmunda ifadə verdiyini demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Binəqədi rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7940/2023 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamış, Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli 1638-C-23 nömrəli məktuba görə isə Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması faktı üzrə prokurorluqda araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ittihamda qeyd edilən narkotik vasitə və psixotrop maddənin ona yox, əlbir olduğu şəxslərə məxsus olduğunu, 700 manat əldə edəcəyinə dair vədə görə narkotik vasitəni götürmək üçün getdiyini, polis bölməsində edilmiş zorakılıq nəticəsində ifadəni oxumadan imzaladığını desə də, Təqsirləndirilən şəxs ilə birgə polis bölməsinə dəvət edilmiş şahidlər Şahid5 və Şahid6 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs ilə birgə getmələrinə baxmayaraq sonuncunun narkotik vasitə əldə edəcəyindən xəbərsiz olduqlarını, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin yalan olduğunu bildirmişlər. Bundan başqa, şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid3, Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Natəvan küçəsində yerləşən “Kristal Abşeron” yaşayış massivinin yaxınlığında saxlanıldığını, Təqsirləndirilən şəxs hər hansı formada hədələnmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində aşkar olunan narkotik vasitə marixuananı, heroini və psixotrop maddə metamfetamini təqdim etdiyini və təqdim olunan həmin maddələrin qablaşdırılıb ekspertizaya göndərildiyini bildirmişlər. Cinayət işinin materiallarının 1-ci cildinin 10-cu vərəqində olan əmrdən görünür ki, yaradılmış əməliyyat qrupunun tərkibində Şahid3, Şahid1 və Şahid2 olmuşdur. Həmçinin, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin başqa polis əməkdaşı tərəfindən saxlanılması ilə bağlı hər hansı mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Bundan başqa, cinayət işinin materiallarının 1-ci cildinin 31-33-cü vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokola əlavə edilmiş diskin tədqiqindən müəyyən edilir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin inzibati binasında aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq sağ əlində saxladığı qəhvəyi rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisində 01 bükümdə qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, 01 bükümdə yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, 01 bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkarlanmışdır. Həmin bükümlər qablaşdırılıb “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 7 saylı möhürü ilə möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmin protokollardan görünür ki, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2210 və 7/536 nömrəli ekspert rəylərinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “...Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan...” yazılar və imzalar olan “Azərbaycan Respublikası DİN Zərflər üçün №7” dairəvi möhür əksi olan qablaşdırmanın keçirilmiş ekspertizanın nəticəsində 01 ədəd bükümdə təmiz çəkisi 101,020 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 100,210 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzəri skoçla bağlanmış göy rəngli sellofan bağlamada təmiz çəkisi 290,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət verir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinə zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ifadələrini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, əmr və raportlar müvafiq qaydada qeydiyyatdan keçirilmiş, həmin əməliyyat qərarı qanuniliyinin yoxlanılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilmiş, qərarın qanuniliyi yoxlanılmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ifadələrini, şahidlər Şahid5, Şahid6, Şahid3, Şahid1 və Şahid2 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokolları və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə, 109.1-ci bəndinə və 2-ci Siyahısının 118-ci bəndinə əsasən, müvafiq olaraq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 2 (iki) qramdan artıq çəkidə olduqda, narkotik vasitə olan marixuana təmiz halda 5 (beş) qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, 500 (beş yüz) qramdan artıq çəkidə olduqda külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyriəmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, həmin Plenum qərarından görünür ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. İbtidai istintaq orqanı xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə hazırki cinayət işindən təqsirləndirilən şəxsin əlbir olduğu “Behzat” adlı şəxs və qeyrilərinin müəyyən edilərək istintaqının aparılması üçün ayrıca cinayət işi ayrılmışdır. İş materiallarından görünür ki, X7 qabaqcadan əlbir olub İran İslam Respublikasının vətəndaşı “Behzat” adlı şəxslə cinayətkar əlaqəyə girərək narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmışdır. Cinayət işinin materiallarından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman cinayət məsuliyyəti yaradan 01 ədəd bükümdə 100,210 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd bükümdə 101,020 qram narkotik vasitə olan heroin və 290,0 qram narkotik vasitə olan marixuananı təqdim etmişdir. Göründüyü kimi, X4 aşkarlanmış psixotrop maddə olan metamfetaminin təmiz çəkisi şəxsi istehlak üçün nəzərdə tutulduğundan 668,06 dəfə, narkotik vasitə olan heroinin təmiz çəkisi 673,46 dəfə və marixuananın təmiz çəkisi 58 dəfə çoxdur. Habelə, təqsirləndirilən şəxs X7 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə və həmin nömrədən müxtəlif vaxtlarda fərqli mobil nömrələrə “Gelecey paltarrarı götürmeye karina 5 manat atım mene nolar 5 diy kola gotursun kartinin kodunu desin atim vallah ber sixiliram olem”, “Daw necedi? Yanimda her gun qram yeyen adamdi deyir zeyifdi yalan demeyecek ki sene gore deyirem men iranliya deki zeyifdi kolan”, “3 kola bir pt” məzmununda və digər oxşar yazışmaların olması müəyyən edilmişdir. Göründüyü kimi, müxtəlif şəxslər X3 fərqli tarixlərdə narkotik vasitə və ya psixotrop maddələr istəmiş, istədikləri narkotik vasitə və ya psixotrop maddənin məbləğini, çəkisini və sayını yazmışlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin çəkisinin külli miqdarda, marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasına, müxtəlif şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı məqsədilə “whatsapp” tətbiqindən istifadə etməklə yazışmaların mövcudluğuna, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair müvafiq əməliyyat məlumatının olmasına və işdə olan digər sübutlara əsasən, habelə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin növünü, çəkisini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-403/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs X2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 186 (bir yüz səksən altı) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,110 qram psixotrop maddə olan metamfetamin, 100,92 qram narkotik vasitə olan heroin, 289,95 qram narkotik vasitə olan marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxs X2 yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X14 xx.xx.2023-cü il tarixli, 3693 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qızının cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs qızının barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (bir yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 100,110 qram psixotrop maddə olan metamfetamin, 100,92 qram narkotik vasitə olan heroin, 289,95 qram narkotik vasitə olan marixuana məhv edilsin. 01 ədəd “Samsung J1” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar