Məhkəmə qərarları › İş №1(101)-703/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-703/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-703/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X29 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1977-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı X14 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 23,01 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd həbdən ibarət narkotik vasitə metadonu və 0,569 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib Sevinc Əhmədova ilə birlikdə kirayə yaşadıqları ünvan 3, mənzil 3 ünvanına daşımaqla orada saxlamış, həmin narkotik vasitə heroinin 2,301 qramını bölüb 1 bükümə qablaşdıraraq üzərində, həmin narkotik vasitə heroinin 2,605 qramını bölüb 3 ədəd bükümə qablaşdıraraq satıb əldə olunacaq pulu aralarında bölmək məqsədi ilə Sevinc Əhmədovaya vermiş, qalan 1 bükümdə 18,104 qram narkotik vasitə heroini, 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə 4 ədəd həbdən ibarət narkotik vasitə metadonu və 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə 0,569 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq yaşadıqları evdə gizlətməklə saxlamış, Sevinc Əhmədovanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Sevinc Əhmədova həmin gün saat 22:30-da ünvan 2 ünvanının qarşısında saxlanılıb üzərinə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3 ədəd şəffaf polietilen kəsiyi bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,868 qram, 0,904 qram və 0,833 qram külli miqdarda ümumi təmiz çəkisi 2,605 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əlində saxladığı qara rəngli çantanın içərisindən aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Sevinc Əhmədovanın məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə saat 23:45-də yaşadığı ünvan 3 ünvanının qarşısında saxlanılıb üzərinə keçirilən baxış zamanı onun qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı külli miqdarda 2,301 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə saat 00:20-də X13 və X9 yaşadıqları ünvan 3, mənzil 3 ünvanına özlərinin icazəsi və iştirakı ilə keçirilən baxış zamanı onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladıqları 1 ədəd şəffaf polietilen bükümdə külli miqdarda 18,104 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən 4 ədəd həbdən ibarət narkotik vasitə metadon və 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə 0,569 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi mənzilin yataq otağında olan kosmetika çantasının içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə olan heroini həm iyləmək, həm də inyeksiya üsulu ilə qəbul etmiş, həmçinin metadon və metamfetamindən də az miqdarda istifadə etmişdir. Son dövrlərdə isə maddi imkansızlıq səbəbindən ailəsini dolandıra bilmədiyi üçün narkotik vasitələrin satışı ilə məşğul olmağa başlamışdır. Narkotikləri Lənkəran şəhərində Vəssab küçəsində yerləşən “Kiçik Bazar” adlanan yerdə tanımadığı şəxslərdən almışdır. Tutulduğu gündən 2 gün əvvəl eyni qaydada təxminən 22 qram heroin, 4 ədəd metadon, 0,5 qram metamfetamini 450 manata anket məlumatlarını və telefon nömrəsini bilmədiyi şəxsdən alıb yol marşrutları ilə üzərində daşımaqla tanışı X9 yaşadığı ünvan 4 ünvanına gətirmişdir. Orada heroindən 2 qramını özünə götürüb qalanını Sevincə 500 manata vermişdir. xx xxxxxxx 2018-ci il tarixdə saat 23:45-də Sevincin evinin qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları yanlarında olan 2 nəfər şəxsin hal şahidi olduqlarını dedikdən sonra üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmişlər. O da əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təxmini çəkisi 2 qramdan artıq olan heroini onlara vermiş, sonra həmin maddə qablaşdırılıb götürülmüşdür. Daha sonra evə baxış keçirilmiş və baxış zamanı Sevinc yataq otağındakı çarpayının altından kosmetika qabını çıxarmış, oraya baxış keçirildikdə qabın içərisində çəkisi 18 qram olan heroin bükümü, 4 ədəd metadon, 0,5 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Polis əməkdaşları onları da qablaşdırıb möhürlədikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə getmişlər. Baş İdarədə müdafiəçi ilə təmin olunaraq ona hüquq və vəzifələri izah edilmiş, sonra da müvafiq sənədləşdirmə işləri aparılmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. O, tutulan zaman polis əməkdaşlarına müqavimət göstərməmiş, üzərinə baxış hal şahidlərinin iştirakı ilə keçirilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2018-cu il tarixdə Baş İdarəyə ünvan 4 ünvanında yaşayan 1972-ci il təvəllüdlü X9 mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində narkotik vasitə heroinin, metadonun və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması və yaşadığı evdə həmin maddələri saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə raportla Baş İdarənin rəhbərliyinə məruzə edildikdən sonra X9 müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu və Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Qərara əsasən onun rəhbərliyi altında Baş İdarənin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Tədbirə başlamazdan əvvəl hal şahidi qismində iştirak etmələri üçün 2 nəfər qadın cinsinə mənsub şəxsi Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə inzibati otaqların birində Şahid1 tərəfindən həmin şəxslərə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələr, eləcə də, tədbir zamanı onların iştirakının nədən ibarət olacağı ətraflı izah edilmişdir. Bundan sonra xx xxxxxxx 2018-ci il tarixdə axşam saatlarında əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə Baş İdarədən çıxaraq Sevinc Əhmədovanın olması ehtimal etdikləri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektinə getmiş, orada əməliyyat mövqeyi seçərək ətrafı müşahidə etməyə başlamışlar. Həmin gün saat 22:30 radələrində ünvan 5 saylı ünvanın qarşısında özünü şübhəli aparan bir qadını görüb dərhal onu saxlamışlar. Həmin şəxs barəsində məlumat daxil olmuş Sevinc Əhmədovaya çox bənzəmişdir. Saxladıqları qadından ad və soyadını, həmçinin digər anket məlumatlarını soruşarkən onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1972-ci ildə Ukrayna Respublikasında anadan olmuş, Ağdam şəhəri, Q.Əliyev küçəsi ev 7-də qeydiyyatda olan və faktiki olaraq ünvan 4-də yaşayan X11r. X19 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edərək ona narkotik vasitə heroin, metadon və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmaqda və yaşadığı mənzildə saxlamaqda şübhəli olduğu izah edildi. Sonra da hal şahidlərinin yanında Sevinc Əhmədovaya üzərində narkotik vasitə və psixotrop maddələr varsa təqdim etməsini təklif etmişlər. Sevinc Əhmədova həyəcanlansa da, qaçmağa cəhd etməmiş və bildirmişdir ki, üzərində olan əl çantasının içərisində 3 ədəd bükümdə narkotik vasitə heroin, yaşadığı evdə isə kosmetik əşyalar üçün nəzərdə tutulmuş çantanın içərisində 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə 4 ədəd narkotik vasitə metadon həbləri, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin vardır və onları təqdim edə bilər. Həmin yerdə hal şahidlərinin iştirakı ilə Sevinc Əhmədova sağ əlində saxladığı qara rəngli dəri əl çantasının içərisindən 3 ədəd şəffaf sellofan bükümü çıxarıb onlara təqdim etmişdir. Orada hal şahidlərinin və Sevinc Əhmədovanın iştirakı ilə həmin bükümləri açdıqda içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddələr olduğu müəyyən edilmişdir. Onlar həmin bükümləri 1 ədəd zərfə qoyub qablaşdırmış və möhürləmiş, zərfin üzərinə Sevinc Əhmədova və hal şahidləri imza etdikdən sonra zərfi götürmüşlər. Həmin yerdə hal şahidlərinin iştirakı ilə Sevinc Əhmədovanın əl çantasına və üzərinə baxış keçirilərkən əl çantasından 1 ədəd “LG” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 15 manat pul aşkar olunmuşdur. 15 manat pulu Sevinc Əhmədovaya qaytarsalar da, mobil telefonu və şəxsiyyət vəsiqəsini götürmüşlər. Həmçinin Sevincin qara rəngli dəri əl çantasını 1 ədəd zərfdə qablaşdıraraq möhürləyib götürmüşlər. Sonra da Sevinc Əhmədova və hal şahidləri həmin zərfin üzərinə imza etmişlər. Sevinc Əhmədovadan başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Orada şifahi sorğu-sual zamanı Sevinc Əhmədova bildirmişdir ki, üzərindən aşkar olunmuş və evində olan narkotik vasitələri və psixotrop maddəni ona istifadə etməsi üçün Lənkəran rayon sakini Təqsirləndirilən şəxs gətirib vermiş, narkotik və psixotrop maddələri özü yaşadığı evdə saxlamışdır, hal-hazırda Təqsirləndirilən şəxs də onun evindədir. X16 yaşadığı evdə olan narkotik və psixotrop maddələri onlara təqdim etməyə heç bir etirazı olmadığını bildirərək Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsinə köməklik etməyə razı olduğunu demiş və həmin şəxsin xarici əlamətləri barədə də onlara məlumat vermişdir. Onlar əvvəlcə hal şahidi qismində iştirak etmələri üçün 2 nəfər kişi cinsinə mənsub olan şəxsi dəvət edib onlara hüquq və vəzifələrini izah etmiş, daha sonra bütün hal şahidləri, əməliyyat qrupunun üzvləri və Sevinc Əhmədova ilə birlikdə onun yaşadığı ünvan 6 saylı ünvanının qarşısına gəlmişlər. xx xxxxxxx 2018-ci il tarixdə saat 23:45 radələrində həmin ünvanın qarşısında özünü şübhəli aparan, xarici əlamətlərinə görə Sevinc Əhmədovanın təsvir etdiyi Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsi saxlayıb özlərini ona təqdim edib ad və soyadını, digər anket məlumatlarını soruşduqda həmin şəxs özünü xx.xx.1977-ci ildə Lənkəran şəhərində anadan olmuş Lənkəran şəhəri, Vəssab küçəsi ev 14-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışında şübhəli olduğunu izah edərək üzərində qeyri-qanuni əşya, maddə və ya predmet varsa təqdim etməsini təklif etdikdə o, hal şahidlərinin yanında üzərində 1 büküm narkotik vasitə heroin olduğunu bildirmiş və əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümünü çıxarıb onlara təqdim etmişdir. Həmin yerdə hal şahidlərinin iştirakı ilə həmin bükümü açdıqda onlara məlum olmuşdur ki, içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə var. Onlar həmin maddəni şəffaf sellofan bükümü ilə birlikdə 1 ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmiş, sonra da hal şahidləri və Təqsirləndirilən şəxs zərfi imzaladıqdan sonra zərfi götürmüşlər. Daha sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərini yoxladıqda onun əynindəki göy rəngli şalvarının sol yan cibindən 1 ədəd “Dodgee” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar, 10 manat pul və əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. 10 manat pulu Təqsirləndirilən şəxs qaytarsalar da, mobil telefonlar və şəxsiyyət vəsiqəsi əhəmiyyət kəsb etdiyindən özləri ilə götürmüşlər. Təqsirləndirilən şəxs üstündən başqa heç bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Bundan sonra Sevinc Əhmədova yaşadığı evə onlar tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə yazmış və daha sonra tədbir iştirakçılarını hal şahidləri ilə birlikdə Sevinc Əhmədovanın yaşadığı Əziz Əliyev küçəsi, ev 20, mənzil 3 saylı ünvana dəvət etmişlər. Mənzil binanın 1-ci mərtəbəsində yerləşmiş və 2 otaqdan ibarət olmuşdur. Sevinc Əhmədova onların və hal şahidlərinin iştirakı ilə yataq otağındakı çarpayının altından 1 ədəd müxtəlif rəngli kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasını çıxarmış, həmin çantanın içərisindən 3 ədəd şəffaf polietilen bükümləri və 1 ədəd elektron tərəzini çıxarıb onlara təqdim etmişdir. Hal şahidlərinin iştirakı ilə onlar həmin bükümləri açmış, bükümlərdən birinin içərisində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər maddə, ikinci bükümün içərisində 4 ədəd narkotik vasitə metadon həblərinə oxşar maddə və üçüncü bükümün içərisində isə ağ rəngli, toz-kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Onlar həmin bükümləri içərisindəki maddələrlə birlikdə, həmçinin elektron tərəzini 1 ədəd zərfə qoyaraq qablaşdırıb möhürləmiş, zərfin üzərinə hal şahidləri və Sevinc Əhmədova imza etdikdən sonra zərfi götürmüşlər. Sevinc Əhmədovanın kosmetik vasitələr üçün nəzərdə tutulmuş çantasına hal şahidlərinin iştirakı ilə baxış keçirsələr də, içərisindən əhəmiyyət kəsb edən heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Ancaq həmin əl çantasını 1 ədəd zərfə qoyub qablaşdırıb möhürləmiş, zərfin üzərini Sevinc Əhmədova və hal şahidləri imzaladıqdan sonra zərfi götürmüşlər. Daha sonra hal şahidlərinin iştirakı ilə Sevinc Əhmədovanın yaşadığı həmin mənzilə ətraflı baxış keçirilmiş, lakin oradan əməliyyat marağı kəsb edən heç bir əşya aşkar olunmamışdır. Orada şifahi sorğu-sual zamanı Sevinc Əhmədova bildirmişdir ki, saxlanılarkən əl çantasından çıxarıb təqdim etdiyi 3 ədəd və yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi 1 ədəd bükümlərdə olan narkotik vasitə heroini 500 manata, yaşadığı mənzildəki kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından çıxarıb təqdim etdiyi 1 ədəd bükümdəki narkotik vasitə olan 4 ədəd metadon həblərini 24 manata, həmin çantadan çıxarıb təqdim etdiyi 1 ədəd bükümdə psixotrop maddə metamfetamini 80 manata saxlanıldığı vaxtdan bir gün əvvəl Təqsirləndirilən şəxs özü istifadə etmək məqsədilə yaşadığı evdə alaraq əldə etmiş və saxlamışdır. Orada Təqsirləndirilən şəxs də Sevinc Əhmədovanın dediklərini təsdiq etdikdən sonra aşkar olunaraq götürülmüş narkotik və psixotrop maddələri Sevinc Əhmədovaya satdığını etiraf etmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş 1 ədəd bükümdə olan, eləcə də, Sevinc Əhmədovaya satdığı ümumilikdə 5 ədəd bükümdə olan narkotik vasitə heroini və metadon həblərini, eləcə də, 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamini saxlandığı vaxtdan 2 gün əvvəl yaşadığı Lənkəran şəhərində olarkən “Kiçik Bazar” adlanan yerdə əvvəllər tanımadığı, anket məlumatlarını və əlaqə nömrəsini bilmədiyi bir nəfər şəxsdən ümumilikdə 500 manata almışdır. Bundan sonra zəruri sənədləşmə işlərini aparmaq üçün onlar saxlanılan Sevinc Əhmədova və Təqsirləndirilən şəxs, həmçinin hal şahidlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada saxlanılan şəxslərin hüquqlarını müdafiə etməkdən ötrü vəkillər dəvət etmiş, onlara hüquq və vəzifələrini izah etmişlər. Keçirilmiş tədbirlə bağlı protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunduqdan sonra heç bir etiraz və əlavə olmadığı üçün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Ramin saxlanılan zaman onlara müqavimət göstərməmişdir. Sevinc narkotik və psixotrop maddələri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3, X18 və X15 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş şahidlər X6 və X5 ibtidai araşdırma orqanına verdiyi ifadələrindən görünür ki, onlar Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadələr vermişlər (cild 1, iş vərəqə 176-184). Cinayət işinin materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi” haqqında protokoldan görünür ki, X9 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx xxxxxxx 2018-ci il tarixdə saat 22:30-da keçirilmiş əməliyyataxtarış tədbiri zamanı ünvan 7 ünvanının qarşısında X1, baxış zamanı əlində saxladığı əl çantasından 3 ədəd bükümdə narkotik vasitə heroin və 1 ədəd “LG” markalı mobil telefon aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 23:45-də ünvan 8 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin, 2 ədəd mobil telefon və 1 ədəd özünəməxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq xx xxxxxxx 2020-ci il tarixdə saat 00:20-də Sevinc Əhmədovanın yaşadığı ünvan 9 ünvanına baxış keçirilmiş baxış zamanı yataq otağında olan çarpayının altından 1 ədəd kosmetik vasitələr üçün nəzərdə tutulmuş əl çantasından 1 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə 4 ədəd narkotik vasitə metadon, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 11-13). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 26702 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “vət.X7 yaşadığı.. ünvandan aşkar olunmuş....” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 18,104 qram olan qəhvəyimtil rəngli maddə kütləsi tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,569 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1 ədəd şəffaf polietilen kəsiyi bükümdə 4 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formada həblər metadon adlı dərman preparatıdır. 4 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edir (1 həbdə 0,04 qram metadon olmaqla). Həmin zərfdə olan 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısna, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in İİ siyahısına daxildir.Tədqiqata təqdim edilmiş üzərində “...vət.X8 aşkar edilərək götürülmüş 3 ədəd bükümdə ...” yazısı olan zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 2,605 qram olan (ayrı-ayrılıqda təmiz çəkiləri 0,868 qram, 0,904 qram və 0,833 qram) qəhvəyimtil rəngli maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. X8 götürülmüş heroinin ümumi təmiz çəkisi 20,709 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə ..” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,301 qram olan qəhvəyimtil rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. S.Əhmədovadan və Təqsirləndirilən şəxs götürülmüş heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərə görə eynidirlər. Təqdim edilmiş elektron tərəzinin üzərində heroin iz şəklində olduğu üçün təqdim edilmiş heroinlərlə eyni olubolmamasını müəyyən etmək mümkün olmamışdır (Qeyd: S.Əhmədovadan götürülmüş heroinin ümumi təmiz çəkisi 20,709 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 20,509 qram; metamfetaminin təmiz çəkisi 0,569 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,519 qram; 4 həbdən 1 həb istifadə edildi, qalıq 3 həb; Təqsirləndirilən şəxs götürülmüş heroinin təmiz çəkisi 2,301 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,201 qram, cild 1, iş vərəqə 52-56). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X26 Şəxsi Ambulator X2 xx xxxx 2019-cu il tarixli 512 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Hal-hazırda Təqsirləndirilən şəxs ağciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin somatik vəziyyətinin yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 203-204). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli Bakı şəhəri Nizami rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx xxxxxxx 2018-ci il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 175). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, X9 barəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama və daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqə 308-309). Cinayət işinin materiallarından görünür ki, DİN-in Baş X3 əməkdaşları tərəfindən X8 və Təqsirləndirilən şəxs götürülmüş külli miqdarda, yəni 23,01 qram çəkidə narkotik vasitə heroin, 0,569 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində “F/M 40” yazısı həkk olunmuş təsiredici maddəsinin ümumi miqdarı 0,16 qram olan 4 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıqları, yəni 22,71 qram çəkidə narkotik vasitə heroin, 0,519 qram çəkidə psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,12 qram metadon olan 3 ədəd həb və 1 ədəd elektron tərəzi saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 131-132). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X4 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində məhkum olunmamışdır (cild 1, iş vərəqə 252-253). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 1 azyaşlı uşağı var (cild 1, iş vərəqə 263). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxxx 2018-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 115-116). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 3 ay, yəni xx xxx 2019-cu il tarixədək uzadılmışdır (cild 1, iş vərəqə 165-166). Cinayət işinin materiallarında olan Nərimanov rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edələrək o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 233-236). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2019-cu il tarixdə polisin nəzərəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 242-243). Bakı Ağır Cinayətlər Məhkəməsinin x xxxxxx 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbsə alındığı x xxxxxx 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 97,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan X8 və Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 22,71 qram narkotik vasitə heroin, 0,519 qram psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,12 qram metadon olan 3 ədəd həb Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixə kimi həbsdə saxlanıldığı 7 (yeddi) ay müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 5 (beş) il 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbsə alındığı x xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 97,95 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan X8 və Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq qalmış 22,71 qram narkotik vasitə heroin, 0,519 qram psixotrop maddə metamfetamin və tərkibində ümumilikdə 0,12 qram metadon olan 3 ədəd həb Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar