Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-703/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X5, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X6, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxs öldükdən sonra onun hüquqi varisi X9, müdafiəçi, Bakı şəhəri 9 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirildikdən sonra 27 avqust 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 1050,985 qram (1 kq 50,985 qram) olan narkotik vasitə heroini, əldə edib saxlayaraq daşımış, 30 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-Patrul xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən “Badu Kubə” şadlıq sarayının qarşısında saxlanılmış və özünü şübhəli apardığına görə həmin polis əməkdaşları tərəfindən Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən Sabunçu rayon Polis İdarəsinə gətirilib həmin idarənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 3 ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 0,187 qram, 0,258 qram, 0,340 qram ümumi külli miqdarda təmiz çəkisi 0,785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüş və “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobilin yük hissəsindən bir bükümdə təmiz çəkisi 1050,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmə kollegiyası, aparlmış məhkəmə araşdırması nəticəsində belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham tam həcmdə öz təsdiqini tapmır və yekun olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onu aprel ayının 29-u günorta təxminən saat 2-nin yarısında Elnur və Adil adlı polis əməkdaşları Bakıxanov qəsəbəsində “Aura” idman kompleksinin qarşısında saxlamışlar. O, qonşusu Tamellanı maşından düşürəndən sonra həmin polislər onu polis bölməsinə aparmışlar. Həmin vaxt onun üzərində heç nə olmamışdır. Saxlanılandan 2 saat qabaq o, bir şəxsə 4 “torpağ”a və 1 “daş”a ehtiyacı olduğunu, pul atmaq üçün kartını göndərməsini mesajla yazmış, həmin adam da qramının 26 manat olduğunu, ümumilikdə 130 manat etdiyini bildirmişdir. O da həmin pulu karta göndərmiş, bundan 2 saat sonra saxlanılmışdır. Saxlanıldığı müddətdə telefonuna narkotikin qoyulduğu yerin adresi göndərilmiş, polis əməkdaşları həmin adresin telefonuna gəldiyini görüb onu da götürüb Xırdalan şəhərinə aparmışlar. Polislər düşüb həmin narkotik vasitəni götürmüşlər, orada 4 qram heroin və 1 qram metamfetamin olmuşdur. Polis əməkdaşları onun əlini-ayağını skoçla bağlayaraq sıxmış və həmin narkotik vasitənin 2 kilo olmasını onun boynuna qoymuşlar. Sonra 2 kilodan 1 kiloya salmışlar. Onu sıxmışlar, razılaşması üçün elektroşok vermişlər, sellofan paketi başına keçirmişlər və sıxmışlar. Onun huşu özündə olmadığı üçün onun əlindən tutub sənədlərə imza çəkdirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs 5-6 il olar narkotik vasitədən istifadə etdiyini, 2014-cü ildə metadon içmək üçün qeydiyyata yazıldığını, metadonu gedib hər gün “Semaşko”da içib gəldiyini, ikinci qrup əlil olduğunu, həkim onda irəliləyişlər olduğunu dediyini, Sabunçu rayonu Polis İdarəsində Narkotiklərlə Mübarizə bölməsinin rəisi Bəxtiyar adlı şəxsin onun maşınına narkotik vasitə atdığını, əvvəl CM-in 234.1-ci maddəsi ilə məhkum olunduğunu, əvvəlki məhkumluğunda da narkotik vasitəni polislərin atdığını, Olimpiada, Evrovision qabağı gəlib onu evdən apardıqlarını, aprel ayının 29-u onun Tamella adlı qızla Mədəniyyət küçəsində Artyom adlı oğlanın evindən çıxdığını, təxminən 150 metr gedərək maşını saxladığını, qız düşən kimi onu tutub Sabunçu rayon Polis İdarəsinə apardıqlarını, üstündə heç nə olmadığını, sonradan həmin axşam Yol Polisi işçilərini çağırdıqlarını, saxlanılan vaxt üzərində ***-***- **-** nömrəsi olan telefon olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-patrul xidmətinin baş inspektoru Şahid1 ifadəsində göstərdi ki, Çingiz “Opel” markalı avtomobil idarə etmiş, maşının nömrəsi 139 olmuşdur. Həmin vaxt axşam saatları, sutkanın qaranlıq vaxtı olmuşdur. O, polis əməkdaşı Şahid2la birgə xidmət aparmışdır. Çingizi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsində qaranlıq vaxtı işıqsız hərərkətdə olduğu zaman saxlamışlar və ad, soyadını soruşmuşlar. Çingiz yuxulu kimi görünmüş, onlardan boyun qaçırmaq istəmiş, ad, soyadını demək istəməmişdir. Onlar əvvəl Çingizin içkili vəziyyətdə olduğunu düşünmüş, lakin danışan zaman içki iyi hiss olunmamışdır. Onlar İdarəyə məlumat vermişlər, Çingizi maşına dəvət etmişlər, öz maşınında sağa əyləşdirmişlər və idarəyə getmişlər. Məlumat verildikdən sonra 13-cü Polis bölməsindən gəlmişlər. İdarədən əməkdaşlar Çingizi inzibati binaya dəvət etmişlər. Çingizin əynində köhnə paltarlar olmuşdur. Onların yanında şəxsin üzərinə axtarış keçirilmişdir. Çingizin cibindən bir qutu çıxmış, qutunun içində bükümlər olmuşdur. Aşağı düşüb maşına axtarış keçirəndə maşında ordan-burdan yığılma çox şey olmuşdur. Maşından qırmızı bükümdə nəsə çıxarmışlar. Böyük bir büküm çıxmış, müstəntiq bükümü açaraq narkotik vasitə olduğunu demişdir. Maşına axtarış keçirilən zaman bükümün nə olduğunu soruşduqda Çingiz onu tapdığını bildirmişdir. Haradan tapdığını soruşduqda palpaltar, aliminum qabları yığıb satmaq məqsədilə gölün yanındakı zibilliyi eşələyərkən tapdığını söyləmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini, saxlanılarkən Çingizin anlaqsız vəziyyətdə olduğunu, öz hərəkətlərini idarə etmək və suallara adekvat cavab vermək iqtidarında olmadığını, çəkiliş zamanı o, Şahid2, əməliyyatçı, bir də ya müstəntiq ya da təhqiqatçının olduğunu, X7 küçəsində “Badu Kubə” restoranının yanında saxladıqlarını, Çingizin yanında qadın olmadığını, maşında tək olduğunu, özünün həmin vaxt xidmətdə olduğunu, aprelin 29-u axşam saat 20:00-dan səhər saat 08:00 kimi işdə olduğunu, hadisənin aprelin 30-u baş verdiyini, Çingizə heç bir fiziki və psixi təsir olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-patrul xidmətinin inspektoru Şahid2 ifadəsində göstərdi ki, aprelin 30-u gecə Sabunçuda xidmətdə olan zaman Çingiz, Mehmandarov küçəsində “Badu Kubə” restoranına gedən yolda işıqsız vəziyyətdə avtomobil idarə etmişdir. Axşam saat 8-9 arası, hava qaranlıq olmuşdur. Maşını saxlayıb yaxınlaşmışlar. Çingiz anlaqsız vəziyyətdə olmuş, özündə olmamışdır. Çingizi idarəyə dəvət etmişlər. İdarədə üzərinə şəxsi axtarış keçirilmişdir. Sonra düşüb maşını yoxlamışlar. Maşından və üstündən bükümlər aşkar olunmuşdur. Çingizin nə dediyini xatırlamır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid Məmmədov X4 maşına və şəxsin üstünə baxmadıqlarını, İdarənin həyətində əməliyyatçılarla bərabər baxış keçirildiyini, çəkilişə kimi maşında nə olduğunu bilmədiklərini, Mədəniyyət küçəsini tanımadığını, Çingizin yanında qadın olmadığını, ayın neçəsi olduğunu dəqiq xatırlamadığını, İdarəyə təhvil verilməsinə dair qol çəkdiyini, başqa nəyəsə qol çəkməyini xatırlamadığını, Bəxtiyarın İdarədə səhv etmirsə əməliyyatçı işlədiyini, onun Bəxtiyarın rəisə göstəriş verməsi barədə məlumatının olmadığını, həmin gün Pərvizlə birlikdə səhərdən xidmətdə olduğunu, naryad çatmadığı üçün hər yerə nəzarət etdiklərini, gündəlik və istirahətsiz işlədiklərini, iş saatının olmadığını, hər gün işlədiklərini, naryada rəsmi şəkildə ştampla getdiklərini bildirdi. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X22 əməkdaşları 30 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində inzibati ərazidə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olarkən Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən "Badu Kubə” şadlıq sarayının qarşısında "Opel Astra" markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıq cihazlarının istifadə qaydasını pozduğu üçün "saxla" işarəsi verib həmin avtomobili saxlatmış, həmin avtomobilə yaxınlaşıb sürücüyə özlərini təqdim etmiş, sürücünün gözləri yarıaçıq vəziyyətdə olmuş, verilən suallardan yayındığı üçün onu narkotik vasitələrin dövriyyəsində şübhəli bilib avtomobili ilə birlikdə Sabunçu rayon Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində aydın olmuşdur ki, həmin şəxs xx.xx.1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur (cild 1, iş vərəqi 4). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-patrul xidmətinin baş inspektoru polis baş leytenantı Şahid1 və inspektoru polis baş serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd alışqanı, bir ədəd narıncı rəngdə olan plastmas qutunu, sonra isə şalvarının sol cibindən bir ədəd əl dəsmalını təqdim etmişdir. Əməkdaşlar tərəfindən şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs şalvarının sol cibindən əlavə olaraq bir ədəd alışqan aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd narıncı rəngdə olan plastmas qutunun içərisindən 03 (üç) ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan "kakos" olduğunu bildirib həmin narkotik vasitələri Bakıxanov qəsəbəsində Bülbülə gölünün kənarında Bizon qabları yığarkən sellofan torbada tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində də həmin maddədən olduğunu qeyd etmişdir. Aşkar olunmuş narkotik vasitəyə bənzər maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış saat 20:30-dan saat 22:45 dəqiqəyə kimi davam etmişdir (cild 1, iş vərəqi 27-28). - avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-patrul xidmətinin baş inspektoru polis baş leytenantı Şahid1 və və inspektoru polis baş serjantı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs məxsus "Opel Astra" markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə axtarış keçirilmiş, ona nəqliyyat vasitəsində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs nəqliyyat vasitəsində qanunla qadağan olunmuş maddənin olduğunu bildirərək avtomobilin arxa qapısını açıb saxlanc yerində avtomobilin ehtiyat təkərinin içərisində saxladığı 01 (bir) ədəd qırmızı sellofan torbaya bükülmüş, içərisində qəhvəyi rəngli tozşəkilli spesifik qoxuya malik maddəni təqdim etmişdir. Nəqliyyat vasitəsində axtarış davam etdirilərkən arxa saxlanc yerindən və salondan avtomobilin ehtiyat hissələri, işlənmiş sellofan torbalar, metaldan olan boş içki qabları və sair cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmayan əşyalar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qırmızı rəngli sellofana bükülmüş, içərisində qəhvəyi rəngli tozşəkilli spesifik qoxuya malik maddənin "kakos" deyilən narkotik maddə olduğunu, həmin bağlamanı Bakıxanov qəsəbəsində Bülbülə gölünün kənarından tapıb öz istifadəsi üçün avtomobilində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs məxsus "Opel Astra" markalı, **-TS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən aşkar olunmuş bir büküm maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 160 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Nəqliyyat vasitəsində axtarış və götürmə davam etdirilərkən nəqliyyat vasitəsində digər iş üçün sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Axtarış saat 23:00-dan saat 23:20 dəqiqəyə kimi davam etmişdir (cild 1, iş vərəqi 31-32). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №160" dairəvi möhür əksi, "vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs yazısı və imzalar olan paketdəki 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,187 qram, 0,258 qram, 0,340 qram, ümumı təmiz çəkisi 0,785 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №160" dairəvi möhür əksi, "vət Təqsirləndirilən şəxs məxsus **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs yazısı və imzalar olan paketdəki 1(bir) ədəd bağlamada təmiz çəkisi 1050,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət. Təqsirləndirilən şəxs məxsus **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən və üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1050,985 qram (1kq 50,985 qr) təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 38-43). - videoyazıya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə və avtomobilinə keçirilmiş şəxsi axtarış və axtarışın gedişatı qeydə alınmış diskdə 2 ədəd “20230430_004326” və “20230430_002557” adlı fayllar var. Diskdə olan “20230430_002557” adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 8 dəqiqə 19 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru X12 rayon Polis İdarəsinə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə Sabunçu rayon Polis İdarəsinin xidməti otağında şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd narıncı rəngdə olan plastmas qutu aşkar olunur, həmin plastmas qutunun içərisində 3 bükümdə narkotik vasitə heroinə bənzər olan maddə aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə “kokos”, yəni heroin olduğunu və onu Bakıxanov qəsəbəsində yerləşən gölün yaxınlığında tapdığı bağlamanın içərisindən götürdüyünü, öz istifadəsi üçün əldə edib üzərində saxladığını etiraf etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs bildirmişdir ki, Bakıxanov qəsəbəsində yerləşən gölün yaxınlığından tapdığı bağlamanı avtomobilində saxlayır. Diskdə olan “20230430_004326” adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 11 dəqiqə 06 saniyədən ibarət olan videogörüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı polis mayoru X12 rayon Polis İdarəsinə gətirilmiş saxlanılan şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs “Opel Astra” markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilinə Sabunçu rayon Polis İdarəsinin həyətində axtarış keçirilir və axtarış zamanı Təqsirləndirilən şəxs “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobilin yük hissəsində saxlanılan ehtiyat təkərinin içərisində 01 ədəd qırmızı rəngli sellofan torbaya bükülmüş bağlama və həmin bağlamanın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar olunur. Təqsirləndirilən şəxs videoçəkilişdə bildirir ki, həmin bağlamada olan maddə narkotik vasitə heroindir və o, həmin maddəni Bakıxanov qəsəbəsində yerləşən Bülbülə gölünün yaxınlığından tapıb avtomobilində saxlamışdır. Axtarış zamanı istintaq marağı kəsb edən digər xüsusatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 48-49). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 53). - avtomobilə əlavə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Opel Astra" markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə əlavə baxış keçirilmiş, sürücünün oturacağının alt hissəsində bir ədəd göy rəngli “Redmi” markalı mobil telefon aparatı aşkar olunub götürülmüşdür (cild 1, iş vərəqi 83-84). - mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrəsi mövcuddur. Mobil telefon aparatının kontaktlar bölməsində +98 992 *** **** saylı nömrəni işlədən şəxs “Nastya” kimi qeyd olunmuşdur. +98 990 420 4089 saylı nömrəni işlədən şəxs “İsmail” kimi qeyd olunmuşdur, +98 914 *** **** saylı nömrəni işlədən şəxs “Baba Anya” kimi qeyd olunmuşdur. “Whatsapp” bölməsinə daxil olduqda “Baba Anya” kimi qeydə alınmış şəxsə Təqsirləndirilən şəxs “Baba salam ne var nə yox keyfin əhvalın necədir? 4 dənə torpaq bir dənə daşa ehtiyac var, imkan var kartı göndər pulu vurumda” mətnli səsli mesaj göndərmişdir, “Nastya” kimi qeydə alınmış şəxs isə “Whatsapp” vasitəsi ilə Təqsirləndirilən şəxs Milliön ödəmə terminalının işarə olunmuş fotoşəklini göndərmişdir (cild 1, iş vərəqi 85-88). - “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır (cild 1, iş vərəqi 112). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2887 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 119-120). - maddi sübut kimi tanıma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3 bükümdə olan ümumi təmiz çəkisi 0,785 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, avtomobilindən götürülmüş 1050,2 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərinə şəxsi axtarışın və avtomobilinə axtarışın gedişatını özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,635 qram və 1050 qram çəkidə heroin saxlanması üçün Sabunçu rayon Polis İdarəsinə təhvil verilmiş, 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 121-122, 151). - sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş, "xxxx" MMC-dən götürülmüş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon danışıqlarına dair məlumatlara baxış keçirilmiş, baxış nəticəsində istintaq üçün maraq kəsb edən hər hansı bir məlumatlar aşkar olunmamışdır (cild 1, iş vərəqi 123-134). - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobilinin və ***-***-**-** nömrə ilə istifadə olunan “Redmi” markalı mobil telefon aparatının özünün şəxsi əmlakı olduğundan saxlanılması üçün ailə üzvlərinə qaytarılması barədə qərar verilmişdir (cild 1, iş vərəqi 135-140). - qəbzdən görünür ki, X14 atası Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobili sənədləri ilə birlikdə qəbul etmişdir (cild 1, iş vərəqi 141). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs satmış naməlum şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı başqa cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 143- 144). - tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 02 may 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 avqust 2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmişdir (cild 1, iş vərəqi 16, 69-74, 170-175). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Bu baxımdan məhkəmə əvvəlcə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə olmaqla, bu norma özlüyündə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllərin külli miqdarda tövsifedici əlaməti üzrə törədilməsini ehtiva edir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma – qanunla qadağan edilir. Məhkəmə hazırkı cinayət işinin hallarından çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamla bağlı cinayət əməli üzrə ilk növbədə sonuncu tərəfindən qanunla dövriyyəsi qadağan edilmiş predmetin əldə edilmiş olması və həmin predmetin Təqsirləndirilən şəxs aşkar edilməsi qanuni yollarla əldə edilmiş sübutlarla təsdiq olunmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə ibtidai istintaq materiallarında Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində idarə etdiyi “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-Patrul xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən “Badu Kubə” şadlıq sarayının qarşısında saxlanılması, Sabunçu rayon Polis İdarəsinə aparılması, habelə bundan sonra elə həmin gün üzərinə şəxsi axtarış və idarə etdiyi “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobilə axtarışın keçirilməsi və bu mexanizm üzrə ittihamın əsasını təşkil edən sübutların toplanmış olması rəsmiləşdirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisələrin tamamilə başqa formada cərəyan etdiyini bildirmiş, həmçinin məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübutlarını məhkəməyə təqdim etmişdir. O cümlədən aparılmış məhkəmə istintaqının gedişatında tərəflərin vəsatəti əsasında bir sıra yeni obyektiv sübutlar əldə olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsinə əsasən məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkəmə yuxarıda qeyd edilən Təqsirləndirilən şəxs ilkin olaraq polis əməkdaşları tərəfindən saxlanması ilə bağlı birinci növbədə qeyd edir ki, istintaq materiallarına, verilmiş ittihama və X22 əməkdaşları olan şahidlərin verdikləri ifadələrə görə, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 20:30-da X22 əməkdaşları Şahid1 və Şahid2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, General Mehmandarov küçəsində yerləşən “Badu Kubə” şadlıq sarayının qarşısında saxlanılmış və Sabunçu rayon Polis İdarəsinə gətirilmiş, bu barədə həmin polis əməkdaşları tərəfindən müvafiq raport tərtib edilmişdir. Təqsirləndirilən şəxs isə məhkəmə istintaqı zamanı ifadəsində onun 29 aprel 2023-cü il tarixdə, saat 13:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aura” idman kompleksinin qarşısında Elnur və Adil adlı polis əməkdaşları tərəfindən saxlandığını, elə oradaca üzərinə baxış keçirildiyini, üzərindən qanunsuz hər hansı predmet aşkar olunmadığını, faktiki olaraq 29 aprel 2023-cü il tarixdə tutulduqdan sonra polis orqanında saxlandığını, yalnız məhkəmə qərarından sonra istintaq təcridxanasına göndərildiyini bildirmişdir. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi “Aura” adlı idman kompleksinin mövcudluğu məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Belə ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfi Sabunçu rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini polis polkovniki Sədi İsmayılovun imzası ilə verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-49/2-2909/24 saylı məktubu məhkəməyə təqdim etmişdir. Həmin məktubun məzmunundan görünür ki, Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-patrul xidmətinin inspektorları polis leytenantı Şahid1 və polis baş serjantı Şahid2 aprel ayı üçün tərtib edilmiş xidməti qrafik əsasında 28 aprel 2023-cü il tarixdə saat 20:00-dan 08:00-dək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 29 aprel 2023-cü il tarixdə saat 17:00-dan 02:00dək və 30 aprel 2023-cü il tarixdə saat 08:00-dan 20:00-dək isə Şəhər Şossesi– Kürdəxanı-Pirşağı ərazisi üzrə xidmət aparmışlar. Xidmət apardıqları müddət ərzində əməkdaşlar tərəfindən heç bir cinayət xarakterli hadisə aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və şahidlərin ifadələrində qeyd etdiyi, habelə Sabunçu rayon Polis İdarəsinin xidmət üzrə rəis müavininin verdiyi məktubda göstərilən halların obyektiv sübutlarla müqayisəli tədqiqinin aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə müdafiəçinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs istifadəsində və istintaq materiallarına əsasən saxlanarkən üzərində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, habelə iş üzrə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs vəkili X10 məxsus ***-***- **-** nömrəli mobil telefon nömrəsinin 29 aprel 2023-cü il tarixdən 01 may 2023-cü il tarixədək hansı ərazi üzrə antenanın təsiri altında olmaları və hərəkət trayektoriyasının müəyyən edilməsi qərara alınmış və qərarın icrası müvafiq mobil operatorlara həvalə edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 29 aprel 2023-cü il tarixdən 01 may 2023cü il tarixədək müddətdə anten məlumatları cədvəl formasında təqdim edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi 29 aprel 2023-cü il tarixdə gün ərzində, saat 00:01-dən etibarən, saat 16:29-a təsadüf etməklə “UBBK0775C/UBBK0775 Khile Kafe/Sabunçu rayonu, ünvan 5 ünvanında 36/3 saylı binanın damı/Sabunchu/(40.428xx/xx.95872)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 18:35-də isə artıq “BBK3967D/UBBK3967 A.Mustafayev_str3014/Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 24 C nömrəli binanın damı/Binagadi/ (40.406xx/xx.81902)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 19:20-də “LBBK3134O2/LBBK3134 Mehdi Huseynzade 21/Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Huseyzadə (Xırdalan qəs) ev.21/Absheron/ (40.458xx/xx.74447)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin mobil telefondan əldə olunan növbəti məlumat isə artıq 29 aprel 2023-cü il tarixdə, saat 20:48-dən 30 aprel 2023-cü il tarix, saat 00:57-yə kimi “LBBK5831O7/LBBK5831 Bakikhanov 172 sayli Gazankhana/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana/Sabunchu/ (40.418xx/xx.96941)” ünvanında yerləşən antenin dairəsinə təsadüf etmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə, saat 22:00-da Sabunçu rayon Polis İdarəsinin inzibati binasında tutulmuşdur. Məhkəməyə mobil operator tərəfindən təqdim olunmuş digər məlumatlardan müəyyən edilir ki, Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi də 29 aprel 2023cü il tarixdə, gün ərzində saat 23:37-yə kimi Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən anten dairələrinin əhatə dairəsində, saat 23:37-dən isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi/Sabunchu/ (40.419xx/xx.96571)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, 30 aprel 2023-cü il tarixdə saat 01:38-dən Zabrat- Maştağa yolunda olmuşdur. O, 30 aprel 2023-cü il tarixdə, saat 20:34-də “LBBK5859O4/LBBK5859 MECHET/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi/Sabunchu/ (40.419xx/xx.96571)” ünvanında yerləşən antenin əhatə dairəsində, yəni Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında olmuş, həmin mobil telefondan əldə olunan növbəti məlumat isə artıq 30 aprel 2023-cü il tarix, saat 22:58də “LBBK3779O3/LBBK3779 K.Balakishiyev str//Nizami/ (40.415xx/xx.93561)” ünvanında yerləşən antenin dairəsinə təsadüf etmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması 30 aprel 2023-cü il tarixdə, saat 22:30-22:45 aralığında həyata keçirilmişdir. Həmçinin nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı avtomobilə 30 aprel 2023-cü il tarixdə, saat 23:00-23:20 aralığında baxış keçirilmişdir. Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış aparılması zamanı Şahid2 Nizami rayonu ərazisində olmuşdur. Həmçinin toplanmış məlumatlardan müəyyən edilir ki, Şahid1 istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsi də, 29 aprel 2023-cü il tarixdə, gün ərzində saat 23:08-ə kimi Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən anten dairələrinin əhatə dairəsində, saat 23:08-dən isə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi/Sabunchu/ (40.419xx/xx.96571)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, 30 aprel 2023-cü il tarixdə, saat 01:38-dən Zabrat və Maştağa qəsəbələrində yerləşən antenlərin əhatə dairələrdə olmuşdur. 30 aprel 2023-cü il tarixdə, saat 20:03-dan həmin gün saat 20:53-dək “LBBK5859O5/LBBK5859 MECHET/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi/Sabunchu/ (40.419xx/xx.96571)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, bundan sonra həmin gün üçün telefonun başqa bir anten dairəsində olmasına dair məlumat olmamışdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 30 aprel 2023-cü il tarixdə saat 20:30 dəqiqədən tutulmuş hesab edilir. Lakin Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı 30 aprel 2023-cü il tarixdə, saat 20:30-da Şahid1 “LBBK5859O4/LBBK5859 MECHET/Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi/Sabunchu/ (40.419xx/xx.96571)” ünvanında yerləşən antenin əhatə dairəsində, yəni Sabunçu rayon Polis İdarəsinin inzibati binasında olmuşdur. Məhkəmə istintaqı zamanı nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair videogörüntüləri məhkəmə iclası zamanı tədqiq edərkən, baxış keçirilən yerin qaranlıq olması səbəbindən təhqiqatçının istifadə etdiyi mobil telefonu vasitəsilə həmin yeri işıqlandırarkən mobil telefonun ekran kilidindən, həmin anda vaxtın 30 aprel 2023-cü il tarix, saat 00:47 olması görünür. Lakin, nəqliyyat vasitəsinə baxış keçirilməsi protokolunda isə həmin prosessual hərəkətlərin 30 aprel 2023-cü il tarixdə, saat 23:00-da başlayıb, 23:20-də bitməsi rəsmiləşdirilmişdir. Göründüyü kimi, qeyd edilən müvafiq anten məlumatlarından Təqsirləndirilən şəxs həqiqətən də 30 aprel 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması, onu saxlayan polis əməkdaşlarının (iş üzrə şahidlər Şahid1 və Şahid2) şəxsi axtarış və götürmə aparılması, həmçinin nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı həqiqətən də həmin prosessual hərəkətlərin keçirildiyi anda orada iştirak etməmələri şübhəsiz müəyyən edilir. Həmçinin Təqsirləndirilən şəxs, polis əməkdaşları Şahid1 və Şahid2 30 aprel 2023cü il tarix, saat 00:47-də eyni məkanda olmaları aşkar görünür. Məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən 30 aprel 2023-cü il tarixdə deyil, 29 aprel 2023-cü il tarixdə saxlanılmış, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi kimi, o, saxlanıldıqdan sonra X19 əməkdaşları Şahid1 və Şahid2 xidmət apardıqları ərazidən Sabunçu rayon Polis İdarəsinə dəvət edilərək onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Bundan sonra məhkəməyə məlum olmayan səbəbdən təhqiqatçı, Təqsirləndirilən şəxs tutulmasını 30 aprel 2023-cü il saat 22:00-la, şəxsi axtarışını saat 22:30-22-45-lə, nəqliyyat vasitəsinə baxışı isə saat 23:00-23:20 ilə sənədləşdirmiş, yəni rəsmi sənədləri saxtalaşdırmış, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan bir sutka ərzində qanunsuz saxlamışdır. Bundan başqa, məhkəmə toplanmış sübutları məcmu halda təhlil edərək, X19 əməkdaşları – Şahid1 və Şahid2 ibtidai istintaqa şahid qismində verdikləri ifadələrində Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə saat 20:30 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsində yerləşən “Badu Kubə” şadlıq sarayının yanında saxlamaları, onun üzərində həmin tarixdə şəxsi axtarış, avtomobilinə isə baxış keçirmələri barədə göstərdiklərini həqiqətə uyğun hesab etmir və o qənaətə gəlir ki, həmin ifadələr Təqsirləndirilən şəxs qanunsuz saxlanılmasına don geyindirilməsinə yönəlmiş yalan ifadələrdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əməli sübuta yetirilmədiyindən həmin maddə ilə ona bəraət verilməsinə dair müdafiə tərəfinin dəlillərinə də hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrindən isə görünür ki, saxlanılmamışdan 2 saat əvvəl o, bir şəxsə zəng edib qramı 26 manat olmaqla 130 manat pula 4 qram heroin və 1 qram metamfetamin sifariş etmiş, daha sonra qeyd edilən şəxsin bank kartına həmin məbləği göndərmişdir. Bununla da məhkəmə o qənaətə gəlir ki, təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi üzrə alqı hərəkətlərini icra etmişdir. Düzdür, təqsirləndirilən şəxs həmin narkotikləri özünün deyil, əməliyyat işçilərinin onunla birlikdə Xırdalan şəhərinə gedib qoyulan yerdən götürmələrini ifadəsində göstərsə də, məhkəmə bu hissədə, yəni narkotiklərin əməliyyat işçiləri tərəfindən götürülməsi hissəsində hər hansı sübut olmadığından onun həmin ifadəsini ağlabatan hesab etmir. Lakin Təqsirləndirilən şəxs 29 aprel 202-cü il tarixdə saat 19:20-də Xırdalan şəhərində olması onun telefonu üzrə əldə edilmiş anten məlumatları ilə öz təsdiqini tapmışdır. Göstərilənləri nəzərə alan məhkəmə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verilməsinə dair müdafiə tərəfinin dəlillərini əsassız hesab edir. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara yekun vuraraq irəli sürülmüş ittihamla bağlı mövqeyini aşağıdakı kimi ifadə edir: Təqsirləndirilən şəxsə qarşı külli miqdarda, təmiz çəkisi 1050,985 qram (1 kq 50,985 qram) olan narkotik vasitə heroini, əldə edib saxlayaraq daşıması ittihamı, irəli sürülən həcmdə tam olaraq təsdiqini tapmır. Subutların etibarlılığı və mötərbərliliyi ilə bağlı yuxarıda qeyd olunan dəlillər belə qənaətə gəlməyə əsas verir ki, həmin miqdarda heroinlə bağlı təqsirləndirilən şəxsə ittiham irəli sürülməsi onun daha ağır cinayətdə ittiham olunması üçün rəsmiləşdirilmişdir. Əslində, işin halları və təqsirləndirilən şəxsi səciyyələndirən digər hallar onun külli miqdarda heroin əldə etməsi və satışını həyata keçirməsi ittihamı ilə uyğunluq təşkil etmir. Əksinə, işin halları və təqsirləndirilən şəxsi səciyyələndirən hallar ittiham olunan şəxsin narkotik vasitələri satış məqsədi olmadan əldə etməsinə dəlalət edir. İlk növbədə, külli miqdarda heroinin aşkar edilməsi ilə bağlı yol verilən pozuntular yuxarıda dəyərləndirilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsi səciyyələndirən hallar onun həmin miqdarda narkotik vasitə olan heroini əldə etməsini ağlabatan hesab etməyə kifayət etmir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Sonradan yenə barəsində Suraxanı rayon Polis İdarəsində CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaq aparılmış ********* saylı cinayət işi xx.xx.2023cü il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilmiş və həmin hökm 17 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar olmamışdır. Hazırkı işdə də qanunsuz olaraq rəsmiləşdirilmiş narkotik vasitənin çəkisindən başqa onun satışla məşğul olmasına dair heç bir sübut mövcud deyil. Həmçinin, təqsirləndirilən şəxsin istər ibtidai araşdırma zamanı və istərsə də məhkəmə baxışı zamanı etirafedici ifadələri digər sübutlarla da təsdiq olunduğundan daha ağır ittihamın həqiqiliyini şübhə altına alır. Belə ki, təqsirləndirilən şəxs saxlanılmamışdan 2 saat əvvəl bir şəxsə zəng edib qramı 26 manat olmaqla 130 manat pula 4 qram heroin və 1 qram metamfetamin sifariş etdiyini, daha sonra qeyd edilən şəxsin bank kartına həmin məbləği göndərdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxsin mobil telefon aparatına baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefon aparatına baxış keçirilərkən müəyyən olmuşdur ki, həmin mobil telefon aparatının üzərində ***-***-**-** saylı sim nömrəsi mövcuddur. Mobil telefon aparatının kontaktlar bölməsində +98 992 *** **** saylı nömrəni işlədən şəxs “Nastya” kimi qeyd olunmuşdur. +98 990 420 4089 saylı nömrəni işlədən şəxs “İsmail” kimi qeyd olunmuşdur, +98914 ******* saylı nömrəni işlədən şəxs “Baba Anya” kimi qeyd olunmuşdur. “Whatsapp” bölməsinə daxil olduqda “Baba Anya” kimi qeydə alınmış şəxsə Təqsirləndirilən şəxs “Baba salam ne var nə yox keyfin əhvalın necədir? 4 dənə torpaq bir dənə daşa ehtiyac var, imkan var kartı göndər pulu vurumda” mətnli səsli mesaj göndərmişdir, “Nastya” kımi qeydə alınmış şəxs isə “Whatsapp” vasitəsi ilə Təqsirləndirilən şəxs Milliön ödəmə terminalının işarə olunmuş fotoşəklini göndərmişdir. Təqsirləndirilən şəxsin naməlum şəxslə razılaşdığı narkotik vasitəni götürməsini təsdiq edən növbəti sübut ondan ibarətdir ki, onun mobil telefonunun anten dairəsi həmin vaxt razılaşdıqları ünvanın əhatə dairəsində olmuşdur. Deməli, təqsirləndirilən şəxsin naməlum şəxsdən öz istifadəsi üçün narkotik vasitə alması faktı təsdiqini tapır. Həmin faktın təsdiqi yuxarıda qeyd olunduğu kimi daha ağır ittihamın həqiqiliyni şübhə altına aldığından və qüvvədə olan prossessual qanunvericilik belə olan təqdirdə şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini ehtiva etdiyindən külli miqdarda narkotik vasitənin satışı ittihamının irəli sürülməsi əsassız hesab edilməlidir. Mübahisəyə yekun hüquqi qiymət verilməsi üçün məhkəmə tərkibi təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin çəkisi və təqsirləndirilən şəxsin etiraf etdiyi narkotik vasitələrin çəkisi arasındakı uyğunsuzluğa da hüquqi qiymət verilməsini və bundan çıxış edərək təsdiq olunan ittihamın həcminin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, ittihama görə təqsirləndirilən şəxsdən təmiz çəkisi 0,187 qram, 0,258 qram, 0,340 qram, ümumi təmiz çəkisi 0,785 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və “Opel Astra” markalı **-TS-*** dövlət nömrə nişanlı avtomobilin yük hissəsindən bir bükümdə təmiz çəkisi 1050,2 qram heroin aşkar edilmişdir. Avtomobildən aşkar edilmiş narkotik vasitə ilə bağlı məsələyə məhkəmə qiymət vermişdir ki, həmin narkotik vasitə təqsirləndirilən şəxsə məxsus olması sübuta yetirilmir. Aşkar edilmiş və maddi sübut kimi tanınmış 3 bükümdə, təmiz çəkisi 0,785 qram olan heroin mövcuddur. Təqsirləndirilən şəxs isə 4 qram heroin və 1 qram metamfetamin aldığını etiraf edir. Təqsirləndirilən şəxsdə metamfetamin aşkar edilməsinə dair heç bir məlumat yoxdur və bu hal onun özünün etirafından başqa digər sübutlarla təsdiqini tapmır. Aşkar edilmiş 3 bükümdə olan heroinin isə cəmi çəkisi 0,785 qram təşkil edir. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, nə qədər ki, ittiham tərəfinin qanunsuz hərəkətləri nəticəsində sübutlar sıradan çıxarılmış (metamfetamin ümumiyyətlə mövcud deyil, bükümlərdə aşkar edilmiş heroinin çəkisi 4 qram təşkil etmir) və təqsirləndirilən şəxsin narkotik vasitələrin çəkisi ilə bağlı etirafı digər sübutlarla, o cümlədən mövcud maddi sübutlarla tam olaraq öz təsdiqini tapmır, belə olan təqdirdə qüvvədə olan prosessual qanunvericiliyin tələblərindən çıxış edərək işdəki maddi sübutların mövcudluğundan və şübhəli halların təqsirləndirilən şəxsin xeyrinə həll edilməsi prezumpsiyasından çıxış edərək irəli sürülən ittihamın həcminin ümumi çəkisi 0,785 qram təşkil edən heroindən ibarət olmaqla məhdudlaşdırılması əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs satış məqədi olmadan 3 bükümdə-0,187 qram, 0,258 qram, 0,340 qram, ümumi çəkisi xeyli miqdarda 0,785 qram təşkil edən heroini əldə etməkdə və saxlamaqda təqsirli bilinməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur və cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin prosessual pozuntularla həyata keçirilməsi həmin şübhələrin mövcudluğunu bir daha təsdiq edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs bu cür qanunsuz yollarla əldə olunmuş sübutlar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi nə cinayət mühakimə icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən CPM-nin 125, 143- 146-cı maddələrinə, nə də ki, (nəticə etibarı ilə) İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə uyğun deyil. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ölüm haqqında AZ- İİ 444556 nömrəli, xx.xx.2024-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş hissəvi bədxassəli yenitörəməsi xəstəliyi səbəbilə 27 avqust 2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Təqsirləndirilən şəxs öldüyündən, təqsirləndirilən şəxsin oğlu X14 məhkəmə tərəfindən 18 oktyabr 2024-cü il tarixdə bu iş üzrə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmışdır. Təqsirləndirilən şəxsin hüquqi varisi X14 məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razı olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin o, öldüyündən cəza təyin edilməməklə onun barəsində ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda qeyd edildiyi kimi, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Barəsində CM-nin Suraxanı rayon Polis İdarəsində CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılmış ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilmiş və həmin hökm 17 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir (cild 1, iş vərəqi 107-110). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Milli Məclisin yuxarıda qeyd edilən “Amnistiya” Qərarının 7-ci bəndinin müddəalarının təsiri altına düşür və bu səbəbdən onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,635 qram heroin məhv edilməli, onun üzərinə şəxsi axtarışın və avtomobilinə axtarışın gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş, müstəntiqin qərarı ilə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan cəmi 1050,0 qram heroin hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan ********* saylı cinayət işində həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ölmüş Təqsirləndirilən şəxs və onun hüquqi varisi X14 ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutulmasından azad edilməlidirlər. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, yol verdiyi prosessual pozuntularla bağlı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X3, habelə bilə-bilə yalan ifadə vermiş Sabunçu rayon Polis İdarəsinin X22 şöbəsinin Yol-patrul xidmətinin inspektorları polis leytenantı Şahid1 və polis baş serjantı Şahid2 barəsində xüsusi qərar çıxarılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, həmin əməli törətdikdən sonra xx.xx.2024-cü il tarixdə öldüyündən CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,635 qram heroin məhv edilsin. Digər maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın və avtomobilinə axtarışın gedişatını özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs avtomobilindən götürülmüş, müstəntiqin qərarı ilə maddi sübut kimi tanınaraq Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1050,0 qram heroin hazırkı cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrılmış və Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsinin icraatında olan ********* saylı cinayət işində həll edilsin. Ölmüş Təqsirləndirilən şəxs və onun hüquqi varisi X14 ibtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi tutulmasından azad edilsinlər. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Hüseynov Hakimlər: Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-703/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-703/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver