Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-704/2021 10.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 26 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmiş saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxslə və qeyrisi ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı “Əli” adlı şəxsin özünün və ya qrupun digər üzvünün naməlum şəraitdə və vaxtda Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” Mənzil Tikinti Korperativinin 27 saylı binasının yaxınlığına yolun kənarında gizlətməklə saxlayaraq bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar sövdələşməyə əsasən külli miqdarda 854,818 qram narkotik vasitə heroin, külli miqdarda 903,662 qram psixotrop maddə metamfetamin, külli miqdarda 6477,226 qram narkotik vasitə tiryək, 1885,0 qram narkotik vasitə qurudulmamış marixuananı naməlum vaxtda və şəraitdə həmin yerdən götürüb satış məqsədilə qanunsuz olaraq əldə etməklə yaşadığı Abşeron rayonu “xxxx” MTK-nın 27 saylı binanın 9-cu mənzilinə qanunsuz daşıyıb, narkotik vasitə tiryəkdən 2,226 qramını bölüb 01 ədəd bükümdə qablaşdırmış, qalan külli miqdarda 6475,0 qram narkotik vasitə tiryək, külli miqdarda 854,818 qram narkotik vasitə heroin və külli miqdarda 903,662 qram psixotrop maddə metamfetamini 01 ədəd idman çantasında, 1885,0 qram narkotik vasitə qurudulmamış marixuananı 01 ədəd selofan torbada yataq otağında olan paltar dolabının içərisində gizlətməklə qanunsuz saxlamış, 01 ədəd bükümdə qablaşdırdığı 2,226 qram narkotik vasitə tiryəki satış məqsədi ilə üzərində qanunsuz saxlamaqla Astara rayonu, Şıxəkəran kəndinə qanunsuz daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:00-da Lənkəran rayonu, Şıxəkəran kəndində saxlanılaraq Cənub Bölgəsində Regional Şöbəsinə dəvət edilmiş və həmin gün saat 20:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə 2,226 qram narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin Regional Şöbənin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 00:40-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Abşeron rayonu, “xxxx” MTK-nın 27 saylı binasının 9-cu mənzilinə keçirilən baxış zamanı yataq otağında olan paltar dolabında olan 01 ədəd idman çantasının içərisindən 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 193,052 qram, 218,740 qram, 212,338 qram və 230,688 qram olmaqla ümumilikdə külli miqdarda 854,818 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda 494,197 qram və 409,465 qram olmaqla ümumilikdə külli miqdarda 903,662 qram psixotrop maddə metamfetamin, 03 ədəd bükümdə ayrı-ayrılıqda 2675,0 qram, 1315,0 qram və 2485,0 qram olmaqla ümumilikdə külli miqdarda 6475,0 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd selofan torbada 1885,0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 19 radələrində Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində küçədə olarkən mülki geyimdə olan şəxslər özlərini ona polis kimi təqdim etmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və onu avtomaşınla Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə aparmışlar. Polis şöbəsində onu döymüşlər və hədə qorxu gələrək üstünə narkotik vasitə qoymuşlar, daha sonra videoçəkiliş aparılakən məcbur qalıb həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Polis əməkdaşları ona formal olaraq hər hansı mənzilə baxış keçirilməsini zəruri olduğunu bildirmiş, o da öz evində anası, körpə uşaqları olduğuna görə tanışının Bakı şəhərində olan mənzilinə baxış keçirilməsinə razı olmuşdur. Əmin olmuşdur ki, həmin mənzildə heç bir narkotik vasitə ola bilməz. Həmin mənzildə tanıdığı qadın qalmış, həmin qadını bir neçə gün əvvəl Lənkəran şəhərinə gətirdiyindən sonuncunun mənzilinin açarları avtomobilində qalmışdır. Polis əməkdaşları ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” MTK-nın 27 saylı binasının 9 saylı mənzilinə getmişlər. Polis əməkdaşları onu həmin binanın qabağında saxlayaraq özləri mənzilə qalxmış, bir qədər sonra gəlib onu mənzilə apararaq mənzildən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu bildirib sənədlərə imza etdirmişlər. İbtidai istintaq zamanı polislər tərəfindən fiziki və mənəvi zora məruz qaldığı üçün sənədlərə imza etmişdir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi cinayət işinin aşağıda şərh edilən halları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Bölməsinin regional şöbəsinin əməliyyat müvəkkilidir. xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “xxxx” MTK-nın 27 saylı binanın 9-cu mənzilində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarından ibarət qrup yaradılaraq tədbirin keçirilməsinə başlanılmışdır. O, həmin qrupun rəhbəri olmaqla, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 və həmin şöbənin polis nəfəri, polis baş serjantı Şahid1 qrupun üzvü olmuşdur. Həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal olunan Lənkəran rayonu, Şıxəkəran kəndinə yollanmışlar. Təqsirləndirilən şəxs həmin gün, saat 19:00-da Şıxəkəran kəndində saxlanılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs Regional Şöbəyə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkili X3 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və onlara konfidensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onlar konfidensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə xx xxxx 2020-ci il tarixdə, saat 20:15-də «Samsung» markalı mobil telefonun videokamera funksiyasından istifadə etməklə videoçəkliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarının cibindən 1(bir) ədəd sellofan bükülü və qara rəngli «Samsung J6» markalı mobil telefon çıxarıb təqdim etmiş, sonra verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükülüdə narkotik vasitə tiryək var, özünə məxsusdur, özü qəbul edir, satışı ilə məşğul olmur, 2 gün bundan əvvəl İrandan gəlmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1(bir) ədəd selofan bükülüyə baxıldıqda içərisində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya digər əşya aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş tiryəkdən başqa Xırdalan şəhərində kirayədə yaşadığı evdə narkotik vasitə vardır. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi ünvan ünvan 1 mənzil 9 ünvanı müəyyən edilmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddələri əldə etməsində, üzərində gəzdirməsində, yaşadığı ünvanda saxlamasında şübhəli bilindiyi üçün kirayədə yaşadığı mənzilə baxış keçirilməsi ilə bağlı qərarla tanış edilmişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun kirayədə yaşadığı mənzilə baxış keçirilərkən ona təklif olunmuşdur ki, faktiki kirayədə yaşadığı mənzildə qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs mənzildəki yataq otağında yerləşən paltar dolabından 01 ədəd qara sellofan torba və 01 ədəd çantanı çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, bunların içərisində nə olduğunu bilmir, Əli adlı iranlı ona 3-4 gün bundan əvvəl zəng vurmuş və yerini dedikdə gedib götürmüş, deyilmişdir ki, hara deyilsə ora qoyacaqdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofanın içərisində narkotik vasitə qurudulmamış çətənəyə, marixuanaya bənzər kütlə aşkar olunmuşdır. Elektron tərəzidə çəkildikdə 2,445 kq çəkidə olmuş və Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxıldıqda 01 ədəd elektron tərəzi aşkar olunmuşdur. Bundan başqa, 03 ədəd bükülüdə tiryəkə bənzər kütlə, 01 ədəd sellofanda heroinə bənzər kütlələr və 02 ədəd selofanda metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Tiryəkə bənzər 03 ədəd bükülü bir ədəd sellofana qoyulub elektron tərəzidə çəkildikdə 6,675 kq çəkidə, heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə 0,850 kq çəkidə, 02 ədəd sellofanda olan metamfetaminə bənzər kütlə 01 ədəd sellofan torbaya qoyularaq elektron tərəzidə çəkildikdə 0,930 kq çəkidə olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdyi narkotik vasitə və psixatrop maddəyə oxşar maddələr sellofan torbada qablaşdırılmış, torbanın üstü «DİN Zərflər üçün №7(1)» möhürü ilə möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitələri İran vətəndaşı Əlidən 4 gün əvvəl almışdır, Əli ona demişdir ki, «götür dediyim yerə atarsan». Telefonla zəng edib dediyi ünvana qoyacaqdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili Şahid3 və polis nəfəri Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 30-32 və 35-37-ci vərəqlərində olan xx xxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” və “baxış və götürmə aparılması” haqqında protokollardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 19:00-da Lənkəran rayonu, Şıxəkəran kəndində saxlanılaraq Cənub Bölgəsində Regional Şöbəsinə gətirilmiş və həmin gün saat 20:15-dən etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əyində olan cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 2,226 qram çəkidə narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Regional Şöbənin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə, saat 00:40-dan etibarən Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı Abşeron rayonu, “xxxx” MTK-nın 27 saylı binasının 9-cu mənzilinə keçirilən baxış zamanı yataq otağında olan paltar dolabında olan bir ədəd idman çantasının içərisindən dörd ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 193,052 qram, 218,740 qram, 212,338 qram və 230,688 qram olmaqla ümumilikdə külli miqdarda 854,818 qram təmiz çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 494,197 qram və 409,465 qram olmaqla ümumilikdə külli miqdarda 903,662 qram təmiz çəkidə çəkidə psixotrop maddə metamfetamin, üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkidə 2675,0 qram, 1315,0 qram və 2485.0 qram olmaqla ümumilikdə külli miqdarda 6475,0 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və bir ədəd sellofan torbada 1885,0 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cildinin 46-50-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin xx xxxx 2020-ci il tarixli, 19/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə....” sözləri və imzalar olan bir ədəd paketdəki, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 193,052 qram; -218,740 qram; -212,338 qram; -230,688 qram; ümumi təmiz çəkisi -854,818 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi 2 bükülüdə metamfetaminə bənzər....” sözləri və imzalar olan bir ədəd paketdəki, 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri -494,197 qram; -409,465 qram;ümumi təmiz çəkisi -903,662 qram olan ağ rəngli və açıq-çəhrayı rəngli kristalformada olan maddələr metamfetamindirlər və onlar xarici görünüşünə görə fərqlidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə .....” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -2,226 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi 03 ədəd bükülüdə tiryəkə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd zərfin içərisindəki 3 (üç) ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri -2675,0qram; -1315,0 qram; -2485,0 qram ümumi təmiz çəisi -6475,0 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdirlər, onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi 01 ədəd qurudulmamış marixuanaya bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd torbadakı təmiz çəkisi -1885,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi01 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə ....” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi 03 ədəd bükülüdə tiryəkə bənzər maddə ....” sözlər və imzalar olan paketdəki tiryəklər tərkiblərinə görə bir biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxskirayədə yaşadığı evdən aşkar edilmiş 01 ədəd elektron tərəzi ....” sözlər və imzalar olan 01 ədəd zərfdəki 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklinə olduğuna görə tədqiqata təqdim olunmuş digər heroinlə eynilik aparmaq mümkün olmadı. Cinayət işinin 2-ci cildinin 6-7-ci vərəqlərində olan ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3221 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin 1-ci cildinin 118-120 və 133-cü vərəqlərində olan qərardan görünür ki, “şəxsi axtarış və götürmə aparılması” və “baxış və götürmə aparılması” haqqında protokollar tərtib edilərkən mobil telefonla aparılmış videoçəkilişlər 02 (iki) ədəd CD diskləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Təqsirləndirilən şəxs – 854,818 qram çəkidə heroin ekspertiza tədqiqatdan sonrakı qalıq 854,618 qram çəkidə heroin, 903,662 qram çəkidə metamfetamin ekspertiza tədqiqatdan sonrakı qalıq 903,562 qram çəkidə metamfetamin, 6477,226 qram çəkidə tiryək ekspertiza tədqiqatdan sonrakı qalıq 6474,026 qram çəkidə tiryək, 1885,0 qram çəkidə qurudulmamış marixuana ekspertiza tədqiqatdan sonrakı qalıq 1884,98 qram marixuna və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanılmalarından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədəki ifadəsində göstərilənləri cinayət işinin materialları ilə məhkəmədə təsdiq olunmadığına görə təkzib olunmuş hesab edir. Belə ki, məhkəmədə verdiyi ifadəsində fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, cinayət işinin 1-ci cildinin 70-72 və 85-87-ci vərəqlərində olan şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, “...Polis şöbəsində vəkillə təmin olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edildikdən sonra onun üzərinə video çəkilişlə axtarış keçirilməyə başlanılmışdır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün üzərinə axtarış keçiriləcəyi barədə qərarla tanış edilmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, narkotiklərin satışı ilə məşğul olmur. Ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki cins şalvarımın sağ yan cibində gizlətdiyi içərisində tiryək olan 1(bir) ədəd selofan bükülü və qara rəngli «Samsung J6» markalı mobil telefon çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükülüdə narkotik vasitə tiryək olduğunu bildirmiş və qeyd olunan narkotik vasitəni təxminən 3-4 gün bundan qabaq tanıdığı İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxs onun “Vatsapp” vasitəsi ilə danışaraq, ona yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində “xxxx” MTK 27 saylı binanın yanında olan torpaqlıq yolun kənarına qara selofanda bağlamada qoyduğunu bildirmişdir. Əli onun orada yaşamağını bilmiş, çünki o, Əliyə özü bildirmişdir ki, o, qeyd olunan ünvanda yaşayır. Buna görə də Əli oraya qoyduraraq ona bildirmişdir ki, “sən onu get götür”. O, həmin bağlamanı götürmüş və yaşadığı evə getmişdir. O, yaşadığı evdə qeyd olunan bağlamadan bir biküm götürərək, üzərində saxladığını və özünün istifadə ediyini bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya və ya digər əşya aşkar olunmamış və götürülməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş tiryəkdən başqa Xırdalanda kirayədə yaşadığı evdə narkotik vasitə vardır. Təqdim etdiyi 1(bir) ədəd selofan bükülüdə tiryək elektron tərəzidə çəkildikdə 2,42 qram çəkidə olmuşdur. Həmin 1(bir) ədəd selofan bükülü zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalamışdır. Təqdim etdiyi qara rəngli «Samsung J6» markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür.” Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini cinayət işinin materialları ilə üst-üstdə düşdüyünə görə sübut növü kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs narkotik vasitələri və psixatrop maddəni satış məqsədi ilə əldə etmişdir. Təqsirləndirilən şəxs üzərinə və fərdi yaşayış evinə baxış və götürmə aparılması zamanı qanunda nəzərdə tutulmuş külli miqdardan dəfələrlə artıq narkotik vasitə olan heroin, tiryək, qurudulmamış marixuana və psixotrop maddə olan metafetamin aşkar edilməsini və həmin narkotik vasitə və psixotrop maddələri satışa hazırlamaq məqsədi ilə ayrı-ayrı bükümlərə ayrılmasını Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satmaq niyyəti ilə əldə etməsinin sübutu kimi qiymətləndirilir. Narkotik vasitənin xırda bükümlərə bölünməsi isə Ali Məhkəmənin Plenum qərarının tövsiyyələrində göstərdiyi kimi satış məqsədinin digər göstəricisidir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, heç bir ərizəyə qol çəkməməsinə dair məhkəmədə verdiyi ifadəsində göstərdikləri cinayət işinin məhkəmədə müəyyən olunan halları ilə, eləcə də cinayət işinin 1-ci cildinin 155-157-ci vərəqlərində olan və Təqsirləndirilən şəxs barəsində keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin qanuni və əsaslı hesab olunması haqqındakı Lənkəran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə tam təkzib olunur. Bundan başqa, cinayət işinin 2-ci cildinin 3-5-ci vərəqlərində olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barəsindəki ifadəsində göstərdikləri təsdiq edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyi və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan x xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin, həmin siyahının 12-ci bəndində 2500 qram qurudulmayan marixuana və həmin siyahının 19-cü bəndinə əsasən 50 qram tiryək külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx xxxx 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram pxisotrop maddə olan metafetamin külli miqdar hesab edilir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1-ci cildinin 19, 101-106-cı vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 139-144-cü vərəqlərində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökümündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən bu hal Təqsirləndirilən şəxs münasibətdə cinayətin təhlükəli residivini yaradır ki, bu da CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır və cəza təyini zamanı CM-nin 65.2ci maddəsinin tələbi nəzərə alınmalıdır. Cinayət işinin 1-ci cildinin 151-152-ci vərəqlərində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası və qardaşı ilə birlikdə Astara rayonu, Şahağac kəndində qeydiyyatdadır. Cinayət işinin 1-ci cildinin 153-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur, kənddə özünü normal aparmır, narkotik aludəçisidir və satışı ilə məşğuldur, Şahağac kənd icra nümayəndəliyinə onun yaşadığı müddət ərzində bir neçə dəfə şifahi şikayət daxil olmuşdur. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, eyni xarakterli cinayət əməlinə görə əvvəllər də məhkum olunmasına baxmayaraq yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız uzun müddət cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində CM-nin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur, məhkəmə məsrəfi olan ekspertiza tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar - DİN-in BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq 854,618 qram çəkidə heroin, ekspertiza tədqiqatdan sonrakı qalıq 903,562 qram çəkidə metamfetamin, ekspertiza tədqiqatdan sonrakı qalıq 6474,026 qram çəkidə tiryək, ekspertiza tədqiqatdan sonrakı qalıq 1884,98 qram marixuna və 1 ədəd elektron tərəzi məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 11 (on bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Azərbaycan Respublikası DİN BMCMİ-də saxlanılan ekspertiza tədqiqatdan sonrakı qalıq 854,618 qram çəkidə heroin, ekspertiza tədqiqatdan sonrakı qalıq 903,562 qram çəkidə metamfetamin, ekspertiza tədqiqatdan sonrakı qalıq 6474,026 qram çəkidə tiryək, ekspertiza tədqiqatdan sonrakı qalıq 1884,98 qram marixuna və 1 ədəd elektron tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən, hakim Əfqan Hacıyev Hakimlər Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-704/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-704/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver