Məhkəmə qərarları › İş №1(101)-704/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-704/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-704/2022 15.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxsin hüquqi varisi X1 iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir; belə ki o, 29 oktyabr 2021-ci il tarixdə günorta saatlarında spirtli içki qəbul etmiş və yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olaraq, həmin gün saat 23 radələrində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Ə.Dadaşov küçəsində yerləşən 2 №-li evdə olarkən, cüzi səbəbi - yəni hadisədən iki həftə əvvəl saat 21-22 radələrində Zərərçəkmiş şəxs onun evdə olmadığını bildiyi halda onun yaşadığı evin pəncərəsini döyərək qeyri-rəsmi ər-arvad münasibətində olduğu Şahid2 onu soruşmasını bəhanə gətirərək Zərərçəkmiş şəxsla münaqişə yaratmış və yaratdığı münaqişə zamanı əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə yaşadığı evin pəncərəsindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs anasının ünvanına onun (Təqsirləndirilən şəxs) tərəfindən deyilmiş nalayiq ifadələri eşitdikdən sonra yaşadığı evdən çıxaraq onun (Təqsirləndirilən şəxs) yaşadığı evə daxil olan zaman Zərərçəkmiş şəxs ardınca həmin mənzilə davadalaşın baş verməsinin qarşısını almaq üçün gələn sonuncunun atası Şahid1 və bacısı Mətanət Dadaşovanın gözü önündə o, Zərərçəkmiş şəxs xüsusi əzab verdiyini dərk edərək, mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs xüsusi amansızlıqla iki dəfə zərbə vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurma aid olan qarın nahiyəsinin boşluğa nüfuz etməyən bir ədəd deşilmişkəsilmiş yarası və sağlamlığa ağır zərərvurmaya aid olan qarın nahiyəsinin qarın boşluğuna və oradan döş boşluğuna nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunmaqla ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə ilə nəticələnib sonuncunun ölümünə səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni sonuncunu xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və göstərmişdir ki, o, 2019-cu ilin əvvəllərində X4 ilə nişanlanmış, 12.07.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. O, Nərgizi sevib ailə həyatı qurmamış, qohumlarımın təklifi ilə ailə həyatı qurmuşdur. O, Nərgizlə nişanlanmamışdan 6 il əvvəldən Şahid2 ilə tanış olub sevgili münasibətində olmuş, sonuncu ilə birlikdə ər- arvad münasibətində yaşamışdır. Nigar əvvəllər Sərxan adlı şəxslə evli olmuş, həmin nikahdan bir oğlu olmuş, sonuncudan 2014cü il tarixdən ayrı yaşamağa başlamışdır. O, isə Nigarla təxminən 2015-ci il tarixdə tanış olmuşdur, sonuncu Sərxandan ayrı yaşasa da rəsmi olaraq təzəlikcə boşanmışdır. Nərgiz özü də onun Nigarla sevgili olduğunu bilmiş, lakin onu belə qəbul etmişdir. O, Nigarla münasibətini kəsməmiş, ara-sıra görüşmüşdür. Onun Nigarla olan ər-arvad münasibətlərindən 25.01.2021-ci il tarixdə qızı anadan olmuşdur. Lakin onun Nigarla rəsmi nigahı olmadığı üçün, həmçinin sonuncu rəsmi olaraq Sərxandan boşanmadığı üçün uşağın doğum haqqında şəhadətnaməsində ata adı yazılan yerdə Sərxanın adı yazılmışdır. Nərgiz onun Nigarla münasibətini bilsə də onun qızının olduğunu bilməmişdir. Nərgiz 2021-ci ilin may ayının sonlarında onun Nigarla olan münasibətindən qızının olduğunu bildikdən sonra atası evinə getmiş və bununla da onlar 20.08.2021-ci il tarixdə rəsmi olaraq boşanmışdırlar. 2021-ci ilin may ayından o, tək yaşamış, Nigarla münasibəti hələ də qalmışdır. Buna görə o və Nigar birlikdə yaşamağa başlamışlar. 17.07.2021-ci il tarixdən o, Nigarla birlikdə onun yaşadığı evdə yaşamağa başlamışdırlar. Nərgiz onunla üzbəüz qonşuluqda yaşayan Zərərçəkmiş şəxs əmisi oğlu Rahibin qızı olmuşdur. O, 2021ci ilin avqust ayında Nərgizlə boşandıqdan sonra üzbəüz qonşuları Zərərçəkmiş şəxs atası Balababayla ədavət aparmağa başlamışdır. Belə ki, pnunla birlikdə “Suraxanı Oir şirkətiondə işləyən Balababın qızı Mətanət ərindən boşanıb atası evində yaşamış, Balababa ona qızı Mətanətlə görüşdüyünü iddia edib onunla münasibəti korlamış, onu hər gördükdə ona “oğraşsan, adam məhlədə haramçüıq etməz və s” kimi sözlər demişdir. Bundan başqa Zakirin özü də onu Nərgizi boşayıb Nigarla ailə həyatı qurmasına görə qınağa çəkmiş, ona Nərgizi nəzərdə tutub “gül kimi qızı boşadın, yanı bal alı aldın” tipli sözlər deyərək onu alçaltmışdır. Bu minvalda söz söhbətlər olsa da, lakin aralarında davadalaş olmamışdır. Hadisədən təxminən iki həftə əvvəl Zakir onunla əlaqə saxlayaraq harada olduğunu soruşmuş, o, da sonuncuya axşam işdə olacağını demişdir. Həmin günü axşam saat 21-22 radələrində Nigar istifadəsində olmuş “***-***-**-**” telefon nömrəsindən onun istifadəsində olmuş “***-***-**-**” telefon nömrəsinə zəng edərək Zakirin pəncərəni döyüb onun evdə olub-olmadığını soruşub, öz aləmində Nigarla zarafat etməyə başladığını demişdir. O, bunu eşidəndən sonra işdən çıxıb evə gəlmiş və Nigardan bu barədə ətraflı öyrəndikdən sonra istifadəsində olan telefon nömrəsindən hazırda xatırlamadığı Zakirin istifadəsində olan əvvəlini xatırlamadığı “640-95-15” telefon nömrəsinə zəng edib “sən məni axtarmış an ? Nə sözün var denən” demişdir. Zakir ona evin pəncərəsinə gəlib onu Nigardan soruşduğunu təsdiqləmiş, ona “gəldim pəncərədən səni soruşdum, bacı mənə sənin işdə olduğunu dedi, mən isə bacıya dedim ki, hə, yadıma düşdü, mənə işdə olacağını demişdi” sözlərini demişdir. Bundan sonra o, Zakiri onun arvadı Nigara qarşı yaxşı düşüncədə olmadığını başa düşmüşdür. Bu minvalda onun Zakirlə çox söhbət olmuş, sonuncu ona gah ağıl vermiş, gah da gəlib pəncərəni döyüb onu çağırmış, Zakirin bu hərəkətlərini ona xoş olmamışdır. 29.10.2021-ci il tarixdə saat 12-13 radələrində Zakir yenidən ona həmişəki kimi Nigarın əvvəlki evliliyindən olan övladı barədə bildiyi sözləri təkrar soruşmağa başlamış, o da sonuncunun bu sözləri onu alçaltmaq üçün soruşduğunu hiss etmişdir. Zakir yenə ona “nahaq yerə sən Nərgizi boşadın, yam uşaqlı aldın” tipli sözlər demişdir. O, həmin vaxtı Zakirə sakit halda “sən yaşadığın həyatdı da mənim başıma gəlib'’ sözlərini demişdir. Zakirin özü əvvəllər 6-7 ay evli olmuş, sonra boşanmış Naidə ilə ailə həyatlı qurmuşdur. Zakir sonradan Naidədən də boşanmışdır. O, bu misalı Zakirə sonuncunun bir də onunla belə danışmaması üçün demişdir. O, bir neçə ildir ki, pisixoloji müalicə almış, həssas adam olmuşdur. Zakirin ona həmin günü dediklərini o, axşama qədər beynimdə özü-özünə düşünməyə başlamışdır. O, Zakirə görə köçüb getməyi fikirləşmiş, müxtəlif düşüncələrdə olmuş, əsəbilərini cilovlaya bilməmişdir. O, Zakirlə günorta söhbət etdikdən sonra evə gəlmiş, həyətə düşmüşdür. O, saat 15-16 radələrində evdə təkcə bir rumka araq içmiş, sonra həyətə düşüb 3 ədəd fasilə ilə tərkibində spirt olan “GO” energetik içki alıb içmişdir. Onun “GO”-nu içməkdə, tez-tez həyətə düşüb evə gəlməkdə məqsədi əsəbilərini cilovlaya bilmədiyi üçün özünü sakitləşdirməyə çalışması olmuşdur. Lakin o, sakitləşə bilməmiş, əksinə beynində, “çıxım məhəlləyə Zakiri alçaldacaq söz deyim” fikirlərini düşünmüşdür. O, saat 23 radələrində axırıncı “GO” içkisini içib həyətə gələndə, evlərinin qarşısında Zakirin atası Balababam görmüş, o, sonuncunu görəndə ona əvvəllər qızı Mətanətə görə dediyi sözləri yadına düşmüşdür. O, Balababaya “sən mənə oğraş deyirsən, amma murdarlığı, oğraşdığı sənin oğlun Zakir məhəllədə edir” sözlərini demişdir. O, bundan başqa əsəbiləşdiyi üçün Balababm ünvanına nalayiq söyüşlər söyüb evə girmişdir. O, əsəbilərini cilovlaya bilməmiş, ona görə də Balalbabanı ona cavab olaraq nə isə dediyini xatırlamamışdır. O, Balababam söyəndə yüksək səslə söymüş və əslində Zakirin onun söydüyü söyüşləri eşitməsini istəmişdir. O, Balababam söyəndə orada onların ikisindən başqa heç kim olmamış, lakin o, sonuncunu söyməsini Mətanətin və Zakirin eşitdiyini düşünmüşdür. O, həyətin qapısını açıb evə daxil olmuş, evə daxil olduqda evin qapısını örtsə də qapım arxadan bağlamamışdır. O, Nigardan Zakir yenə pəncərəyə gəlib-gəlməməsini soruşmuş, Nigar ona Zakirin pəncərəyə gəlmədiyini demişdir. Həmin vaxtı Zakir onun yaşadığı evin qapısını açıb içəri daxil olmuş, o, həmin vaxtı mətbəxin qabyuyan yerində olmuşdur. O, Zakiri görən kimi, gözünə mətbəxdə istifadə edilən bıçaq sataşmış və o, həmin bıçağı götürüb Zakirin yanına doğru getmişdir. Zakir evin giriş qapısının solunda, kombi otağının divarına onu itələmiş və ona “nə olub niyə söyüş söyürsən ?” sözlərini demiş, həmin vaxtı o, həyətdən Balababa və qızı Mətanətin səslərini eşitmiş və onun üstünə gəldiklərini bilmişdir. O, onsuzda günortadan bəri əsəbilərini cilovlaya bilməmiş, həmin vaxtı da bir növ gözünü qan bürümüş olduğundan sağ əlində tutduğu bıçaqla Zakirin qarın nahiyəsinə iki dəfə zərbə vurmuş, həmin bıçaqlardan ikincisinin sonuncunun qarın nahiyəsinə girdiyini hiss etmişdir. Elə həmin vaxtı Balababa qapıdan içəri girmiş, o isə kənarlaşmaq üçün mətbəxin qarşı tərəfinə ayaqyolunun sağ divarına söykənib qalmışdır. Zakir evin giriş qapısının sol tərəfindən yerə oturub ayaqları pəncərəyə doğru uzanmış, Balababa isə qapının qarşısındakı stolun üzərindəki boşqabı götürüb ona tərəf atdı və həmin boşqab onun sol qaşının üstünə dəymişdi və o, xəsarət almışdır. Boşqab isə sınıb yerə dağılmışdır. Mətanət də içəri daxil olub ona hücum edərək əl atmış, o, sonunucnun əlində bıçaq gördüyü üçün qorxub kənarlaşdığım düşünmüşdür. Balababa ilə Mətanət hər ikisi birlikdə Zakiri köməkli onun evimdən həkimə aparmış, sonuncunun qanı evin giriş qapısında, qapını çərçivəsinin aşağı hissəsinə axmışdır. Zakir evdən aparıldıqdan sonra o, qapıları bağlamış, bıçağı qonaq otağında stolun üzərinə qoymuş və Nigarla uşağı təcili olaraq evdən götürüb anasının xalası qızı Şəbinə gilə aparmışdır. Bundan sonra polislər onunla danışmış və o, özü könüllü olaraq Yeni Suraxanının dairəsində polislərə təslim olmuşdur. Balababa ona əvvəllər dəfələrlə şər ataraq onun sonunucnun qızı Mətanətlə əlaqəsi olduğunu iddia etmiş, bu minvalda ona “oğraşsan, mundarlıq edirsən” kimi ifadələr işlətmişdir. Zakirin onun evinin pəncərəsini döyməsinə görə o, sonuncunun onun arvadına sataşdığını düşünmüşdür. Həm də Zakir ona alçaldıcı sözlər demiş, hadisə günü günortada da bu barədə danışdıqdan sonra o, axşama kimi əsəbilərini cilovlaya bilməmiş və axşam Balababm gördükdə sonuncunun da ona əvvəllər dediklərinə görə söyüşlər söymüşdür. O, çox əsəbi olduğundan Balababanın ona cavab verdiyini belə xatırlamamışdır. Həmin vaxtı orada heç kim olmamış, o, Balababanı vurmadım, sonuncu da onu vurmamışdır. Hadisə baş verən günü evdə o, arvadı Nigar və azyaşlı qızım olmuş, sonunucunun əvvəlki evliliyindən olan oğlu onların yaşadığı evdə olmamış, atası Sərxanın yanında qalmışdır. Zakir onun evinə gəldiyi üçün, həmdə əsəbilərini günortadan bəri cilovlaya bilmədiyi üçün onun gözümü qan bürümüş, sonuncu içəri girəndə o, bıçağı götürmüşdür. Lakin həmin vaxtı o, Zakiri vurmaq istəməmiş, sonunucu onu kombi otağına itələdikdə o, həmin vaxtı Mətanət və Balababm həyətdə səslərini eşitmiş və evə gəldiklərini hiss etmişdir. O, bir anlıq birləşib ona nə isə edəcəklərini düşünmüş və ona görə də özünü müdafiə etmək üçün iki dəfə Zakirə zərbə vurmuşdur. O, Zakiri Öldürmək məqsədi ilə sonuncuya zərbə vurmamış, həm özünü qorumaq üçün, həm də Zakiri cəzalandırmaq üçün sonuncuya xəsarət yetirmək istəmişdir. Onun Zakirə bıçaqla vurduğunu Balababa və Mətanət görmüş, lakin o, bunu dəqiq xatırlamamışdır. Çünki qısa zaman kəsiyində hər şey baş vermiş, onun Zakiri vurması ilə Balababanın evə daxil olması hardasa demək olar ki, eyni vaxtda olmuşdur. O, Zakirə bıçaq zərbəsi vuran zaman Nigarın harada olmasım xatırlamamaış, lakin sonuncunun qışqırıq səslərini eşitmişdir. Zakir, Mətanət və Balababa Nigara xəsarət yetirməmiş, Balababa isə ona boşqab ataraq sol qaşının üstünə xəsarət yetirmişdir. Onun Balababanın ona boşqab atması ilə bağlı şikayət və tələbi olmamış, Zakir və Mətanət ona xəsarət yetirməmişdir. O, Zakirdən başqa heç kimə xəsarət yetirməmişdir. Onun evinin qonaq otağının qapısının şüşəsi çoxdan sınmış, hadisə ilə əlaqəsi olmamışdır. O, dəqiq olaraq Zakiri evinin içərisində, mətbəx otağında, kombi qoyulan balaca otağın qarşısında vurmuşdur. İfadələsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani olaraq da göstərmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadə verərək göstərmişdir ki, əri Vaqif spirtli içki aludəçisi olduğuna görə 3 il olar ki, o, ərindən rəsmi ayrılmasa da, qardaşı Zakirin evində 2009-cu il təvəllüdlü qızı Leyli və 2016cı il təvəllüdlü digər qızı Fidanla və mərhum qardaşı Zakirlə birlikdə yaşamış, onların həyətində ayrıca ev olmuş və onun atası Balababa həmin evdə tək yaşamışdır. Onun qardaşı X7 ilə evli olmuş, nikahlarından 2008-ci il təvəllüdlü Zamiq və 2009-cu il təvəllüdü Zümra adında qızı anadan olmuş, Naidə Zakirdən əvvəl evli olub boşanmış, lakin ilk evliyindən sonuncunun övladı olmamışdır. X10 6 il olar ki, boşanmışdırlar. O, Təqsirləndirilən şəxs körpəliyindən tanımış, uzaq qohumluqları olmuş, həmçinin onların yaşadıqları evlə sonuncunun yaşadığı ev üzbəüz olmuşdur. Bundan başqa o, həmçinin Anarla birlikdə “Suraxanı Oil” şirkətində işləmiş, onun, Zakirin və digər ailə üzvlərinin Anarla aralarında dava-dalaş, mübahisə olmamış, düşmənçilik və ədavət münasibətində olmamışdırlar. Təqsirləndirilən şəxs 2020-ci ilin yayında onun əmisi nəvəsi Nərgizlə rəsmi nigaha girmiş, lakin pandemiya ilə əlaqədar olaraq toyları olmamış, 2021-ci ilin fevral ayının əvvəllərində sonuncu Anarın evinə gəlin kimi gəlmiş və birlikdə onlarla qonşuluqda yaşamağa başlamış, Nərgiz ailə həyatı qurduqdan sonra Anarın Nigar adlı qadınla uzun müddətdir ki, münasibəti olduğunu, hətta bir uşaqlarının olduğunu bilmiş, bir müddət sonra Nərgizlə Anar boşanmışdırlar. Nərgiz evdən getdikdən sonra Nigar balaca uşaqla birlikdə Anarın evinə gəlmiş və birlikdə yaşamağa başlamışlar. Anar həmin uşağın ondan olduğunu bildirmişdir. Anar Nərgizlə boşandıqdan sonra onun atası evdə ona və qardaşına hər dəfə Anarla münasibət qurmamalarını, sonuncunun yaxşı adam olmadığını bildirmişdir. Lakin buna baxmayaraq onun və qardaşı Zakirin Anarla normal münasibəti olmuşdur. O, nə atasıyla , nə də ki Zakirlə Anarın əvvəllər dava-dalaş, mübahisəsini olduğunu görməmiş, buna şahid olmamışdır. 29 oktyabr 2021-ci il tarixdə saat 23 radələrində o, qardaşı Zakir, qızları Leyli və Fidanla birlikdə evdə olmuş, o, qızlarıyla yataq otaqlarına getmiş, Zakir isə mətbəxdə olmuşdur. O, yataq otağında olan zaman çöldən möhkəm səslər eşitmiş, mətbəxə qaçmış və qardaşının mətbəxdə olduğunu görmüş, səsin çöldən gəldiyini başa düşmüşdür. Zakir mətbəxin pəncərəsini açmış, həmin pəncərə Anarın evinə baxan üzdə olmuşdur. Pəncərəni açdqıda Zakir və o, Anarın evindən qışqırıq səsləri gəldiyini eşitmiş, həmçinin Anarın evinin küçəyə baxan pəncərəsinin açılıb örtüldüyünü görmüş, sanki kimsə pəncərəni çırpırmış kimi təsürat yaranmış, onlar evdən ancaq qışqırıq səslərini eşitmişlər. Anar pəncərəni açıb onlar tərəfə baxdıqda Zakir Anarın sərxoş olduğunu görmüş və pəncərədən çəkilərək mətbəx stoluna oturmuş və Anarı nəzərdə tutub: “buna baş qoşmaq lazım deyil bu piyandır”,- sözlərini demişdir. O, pəncərədə tək qalarkən Anar ondan: “Zakir mənim pəncərəmi niyə döyüb?” deyə soruşmuş, o da Anara “Zakir sənin pəncərəni döyübsə yəqin çağıramaq üçün döyübdür, bəs sən niyə bizim pəncərəni gündə 10 dəfə döyürsən?” sözlərini demişdir. Anar nə isə lazım olduqda həyətdə onların pəncərəsini döyüb nəsə istəmiş və ya onları çağırmışdır, belə hal normal hal olmuş, üzbəüz qonşu olduqlarından nə isə sözləri olduqda pəncərəni döyüb demişdirlər. O, Anara sözlərini deyib pəncərəni bağlamaq istəyəndə Anar yüksək səslə onun ölmüş anasının qəbrinə, anasının ünvanına küçə söyüşləri söyməyə başlamışdır. Anar qışqıra-qışqıra, sanki eşitdirmək üçün möhkəm səslə söyüşlər işlətmişdir. Həmin vaxt qardaşı Zakir Anarın söyüşünü eşitmiş və təəccüblə “bu mamamı söyür???” demiş və durub əynində köynək və maykada evdən çıxıb Anargilin evi istiqamətinə getmiş, Zakir evdən çıxanda köynəyin qabağının düymələri açıq olmuş, əvvəlcə Zakir evdən çıxmış, ardınca o çıxmış, həyətdə isə atası Balababanın da öz evindən səsi eşidib çölə onların arxasınca gəldiyini görmüşdür. Zakir Anarın evinin həyətinin qapısında Anarla qarşılaşmış, o və atası çatana kimi Anar evə qaçmış, Zakir də sonuncunun arxasınca Anarın evinə qaçmışdır. Atası və o da Zakirin ardınca Anarın evinə doğru getmiş, atası və onun Anarın evinə getməkdə məqsədləri davanı ayırmaq olmuşdur. Zakirlə Anar sonuncunun evinin giriş qapısının ağzında yaxalaşmış, Zakir Anarın hər iki biləklərindən tutmuş, həmin anda o, Anarın əlində bıçaq olub-olmadığını görməmişdir. Lakin o, Anar sağ əli ilə Zakirin qann nahiyəsi istiqamətinə doğru zərbə atdığını hiss etmişdir. Zakir isə Anara mane olmaq üçün biləklərindən tutub saxlamağa çalışmış, lakin əlində bıçaqla və ya yumruqla zərbb atdığını həmin anda görməmişdir. Bunlar hamısı qısa zaman kəsiyində baş vermişdir. O, Zakiri dirsəyi ilə Anardan kənarlaşdırmış, sonuncunu da sinəsindən ayaqyoluna doğru itələmişdir. Həmin vaxtı Nigar da Anarın evində olan kombi otağında qışqırmış, sonuncunu itələdikdə Anar tualet otağına doğru getmiş və ona “Mətanət mən onu vurdum sözlərini” demişdir. O, yenə də Anarın əlində bıçaq görməmiş, bu sözdən sonra çönüb Zakiri evə aparmaq istədikdə sonuncunu evin qapısının sağ divarında söykənmiş vəziyyətdə sinəsindən qan axan yerdə görmüş, bundan sonra o və atası Anarın Zakirin bıçaqladığını başa düşmüşlər. O və atası təcili olaraq Zakiri Anarın evindən küçəyə çıxartmış, küçədə Zakirin ürəyi getmiş və onlar təcili tibbi yardım çağıırmışlar. Onun atası özü maşına Zakiri qoyub həkimə aparmış, yolda atası Zakiri TTYm maşınına mindirmişdi. Xəstəxanada həkimlər müayinə edib Zakirin öldüyünü demişlər. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, onun 3 övladı olmuş, böyük oğlu Zahid, mərhum oğlu Zakir və qızı Mətanət olmuşdur. O, uzun müddətdir ki, ünvan 3 ünvanında yaşamışdır. Onun evi həyət evi olmuş, həyətdə iki ev olmuşdur. O, tək yaşamış, qızı Mətanət, uşaqları və mərhum oğlu Zakir isə həyətdə olan digər evdə yaşamışdırlar. Hər iki evin özünün ayrı giriş-çıxışı olmuş, lakin ümumi həyət bir olmuşdur. Zakir əvvəllər Naidə Məmmədova ilə evli olmuş, sonuncunun Zakirdən əvvəl evli olub boşanmış, lakin ilk evliyindən Naidənin övladı olmamışdır. Naidənin Zakirlə olan evliyilindən iki övladı olmuş, sonuncu ilə Zakir təxmini olaraq 6 il olar ki, boşanmışdır. O, Təqsirləndirilən şəxs uşaqlığından tanımış, belə ki, sonuncu körpəliyindən eyni məhlədə yaşamış və orada böyümüşdür. Anarla onun uzaq qohumluqları olmuş, həmçinin onun yaşadığı evlə sonuncunun yaşadığı ev üzbəüz olmuşdur. Onun, Zakirin və digər ailə üzvlərinin Anarla aralarında əvvəllər dava-dalaş olmamış, mübahisə olmamış, düşmənçilik və ədavət münasibətində olmamışdırlar. Həmişə onun ailəsinin Anarla və ailə üzvləri ilə normal münasibəti 1 əri olmuş, sonuncu 2020-ci ilin yayında onun qardaşının nəvəsi Nərgizlə rəsmi nigaha girmiş, lakin pandemiya ilə əlaqədar olaraq toy olmamışdır. 2021-ci ilin fevral ayının əvvəllərində Nərgiz Anarm evinə gəlin kimi gəlmiş və birlikdə onların yaşadığı evin qonşuluğunda yaşamağa başlamışdırlar. Nərgizlə Anar ailə həyatı qurduqdan bir müddət sonra ona məlum olmayan səbəbdən boşanmış, lakin o, bundan sonra hər evdə söz-söhbətin olduğunu bildirib sonuncuyla Nərgizin ayrılmaması üçün müxtəlif yollarla Anara və Nərgizə tanışlarla xəbər göndərib ailələrini dağıtmamasmı məsləhət görmüşdür. Lakin bütün bunlar nəticə verməmiş, Nərgizlə Anar yenidən barışmamışdırlar. Bundan sonra Anar evə başqa qadın və uşaq gətirmiş və bir yerdə yaşamağa başlamış, sonuncu qadının yanındakı uşağın onun övladı olduğunu demişdir. Lakin o, əvvəllər nə qadını, nə də ki uşağı görməmişdir. Anar Nərgizlə boşandıqdan sonra o, evdə Zakirə və Mətanətə Anarla münasibət qurmamalarını bildirmiş, sonuncunun yaxşı adam olmadığını, alkoqollu içki alüdəçisi olduğunu demişdir. Lakin buna baxmayaraq onun qızı və oğlu Anarla illərdir uşaqlıqdan münasibətləri olduğunu bildirib normal münasibət yaratmıdırlar. Anarın istər onun oğlu ilə, istərsə də qızı ilə hər zaman yaxşı münasibətləri olmuş, aralarında dava-dalaş və ya heç bir ziddiyyət olmamışdır. Hadisə günü, yəni 29.10.2021-ci il tarixdə saat təxmini 23 radələrində o, Anarın yaşadığı evdə səs-küy olduğunu, mübahisə olduğunu, nəyinsə sınıb dağılması səslərini eşitmiş, lakin o, Anarın hansı səbəbə evdə kiminlə dava etdiyini görməmişdir. Daha sonra saat 23:20 radələrində o, televizora baxan zaman Anar öz evinin küçəyə və onların yaşadığı evə baxan pəncərəsinə əli ilə möhkəm zərbə endirib qışqıraraq Zakiri çağırmış, o, Anarm pəncərəyə əli ilə vurmasını gələn səsdən hiss edib, televizora baxdığımdan bunu görməmişdir. Anar qışqıra-qışqıra “Zakir sənnənəm ee çıx bayıra Anavm qəbrinə ” deyərək təhqiramiz sözlər işlətmiş, bundan sonra Zakir öz evini tərk edib küçəyə çıxaraq Anarm yaşadığı evə tərəf getmişdir. Zakirin arxasıyca onun qızı Mətanət də evdən çıxmış, o da Zakir və qızının evdən çıxdığını görüb öz evindən çıxıb arxalarınca getmişdir. Zakir Anarm evinin həyətinin qapısında sonuncu ilə qarşılaşmıış, həmin vaxtı Anarm əlində nə isə olmuş və Zakirə doğru atdığını görmüş, lakin dəyib dəymədiyini görməmişdir. O və qızım Anar və Zakirə tərəf çatana kimi Anar evə qaçmış, Zakir də Anarın arxasınca sonuncunun evinə iti addımlarla qaçmışdır. Onun qızı və o da Zakirin ardınca Anarm evinə doğru getmiş, sonuncunun evinə getməkdə məqsədləri Zakirlə Anarı dalaşmağa qoymamaq olmuşdur. Zakirlə Anar sonuncunun evinin giriş qapısının ağzında yaxalaşmış, Zakir Anarm hər iki biləklərindən tutmuş, həmin anda o, Anarm əlində bıçaq olub-olmadığını görməmiş, lakin sonuncunun sağ əlini Zakirin qarın nahiyəsi istiqamətinə doğru zərbə atdığını hiss etmişdir. Zakir isə Anara mane olmaq üçün biləklərindən tutub saxlamağa çalışmış, bunlar hamısı qısa zaman kəsiyində baş vermişdir. Daha sonra Mətanət Zakiri dirsəyi ilə Anardan kənarlaşdırmış, sonuncunu da sinəsindən ayaqyoluna doğru itələmişdir. Həmin vaxtı Nigar da Anarın evində olan kombi otağında qışqırmış, o, həmin zaman Zakirin köynəyinin qabağından qan axmasını görmüşdür. Zakir bir qədər arxaya doğru çəkilərək qapının sağ tərəfindən yerə çöküb oturmuş və sonuncunun sinə hissəsindən qan təzyiqlə axmışdır. O, Anarm Zakiri bıçaqladığım başa düşmüş, bundan sonra o, Mətanətlə birlikdə Zakiri Anarın evindən çıxarmışdır. Evdən çıxanda Zakirin köynəyindən qan axmağa davam etmiş, həmin qan ləkələri Anarm evinin həyətinə və küçəyə də axmışdır. Bundan sonra darvazanın ağzına çatanda Zakirdən qan sürətlə çıxmağa başladı və sonuncu darvazanın ağzında yerə yıxılmışdır. Onlar təcili tibbi yardıma da xəbər vermiş, o bundan sonra Zakiri öz maşınına yerləşdirib xəstəxanaya çatdırmaq üçün oradan uzaqlaşdırmışdır. Yolda olarkən onlar təcili yardım maşınını ilə qarşılaşmış, bundan sonra onlar Zakiri təcili tibbi yardım maşınına yerləşdirib xəstəxanaya yola salmışdırlar. O da özü ilə pul götürmək üçün evə qayıtmış, evdən Mətanəti də götürüb xəstəxanaya qayıtmaq üçün yola düşmüşdür. Yola düşməzdən əvvəl o, Anarın yaşadığı evə gedib qapını açmaq istəmiş, lakin qapı bağlı olmuşdur. O, Mətanətlə xəstəxanaya çatarkən Zakir artıq qəbul otağında olmuş, xəstəxanada həkimlər daha sonra müayinə edib sonuncunun öldüyünü demişdirlər. Anar onun qızı Mətanətlə eyni yerdə işləmiş, o, təxmini olaraq bu ilin yay aylarında Anarın içki alüdəçisi olmasına və qonşulardan onun narkotik vasitə istifadəçisi olmasını eşitdiyimə görə, həmçinin bir dəfə qızı Mətanəti Anarın işə apardığına görə məhlədə haramçılıq etməməsini sonuncuya bildirmişdir. O, öz qızına da “sən Anarla işə birlikdə getmə, özün ayrıca avtobusa min işə get” demişdir. O, Anara Mətanəti işə apardığına görə irad bildirdikdə sonuncu ona Mətanəti pis fikirlə işə aparmadığını bildirmiş, o da Anara belə hərəkəti bir də etməməsini, qonşuların yaxşı qarşılamayacağmı bildirmişdir. Bundan sonra o, Anarla münasibətləri kəsmiş, hətta sonuncuyla salamlaşmamışdır. Lakin X9 “gül kimi qızı boşadın, yanı balalı aldın tipli” sözlər deyərək sonuncunu alçaldıb-alçaldmaması barədə məlumatı olmamışdır. Anar evdə olmadığını bilə-bilə Zakirin Anarın evinin pəncərəsini döyməsi halları olmamış, lakin ara-sıra sonucuyla Zakir bir-birinin evlərinin pəncərəsini döyərək biri-birlərindən siqaret istəmə halları olmuşdur. Zakirin Anarın arvadı Nigarla heç bir əlaqəsi və sevgi münasibəti olmamışdır. X9 “gül kimi qızı boşadın, yanı balalı aldın tipli” sözlər deyərək sonuncunu alçaldıb- alçaltmaması barədə məlumatı olmamış, hadisə günü 29.10.2021-ci il tarixdə o, Anan yalnız axşam hadisə baş verən proses zamanı görmüş, hadisə günü bundan əvvəl sonuncunu görməmişdir. Hadisə günü saat 23 radələrində Anar evin qarşısında ilk öncə onu görərərk ünvanına nalayiq ifadələr işlətməmiş, o, sonuncunu hadisə günü hadisə baş verən prosesdən əvvəl görməmişdir. O, Anarı yalnız söyüş söydüyünə görə Zakirin sonuncunun evinə gedən zaman aralamaq məqsədi ilə Anarın evinə getdiyi zaman orada görmüş, bundan əvvəl hadisə günü aralarında heç bir mübahisə və ya danışıq olmamışdır. O, evə Zakirlə Anan mübahisə etməmələri və aralamaq üçün oraya daxil olmuş, evdə olan zaman Zakirin köynəyinin qarşısının qan olduğunu görmüşdür. O, çaşıb qalmış, “nə edəcəyəm” deyə harayçılıq etmişdir. Anar yalan danışmış, o, sonuncuya boşqab atmamışdır. O, evdə olarkən Anarın alnında qanamayan təzə yara görmüş, o, sonunucnun həmin yaranı hansı şəraitdə almasını bilməmişdir. Hadisədən əvvəl o, evdə olanda Anarın evindən səs küy eşidilmiş, eşidilən səslərdən nəyinsə sınması səsini də o eşitmişdir. O, evə daxil olanda evin girişində yerdə sınmış boşqab hissəcikləri olmuş, həm də Anarın alınında yara olmuşdur. O, həmin yaranın necə yarandığım və boşqabın hansı şəraitdə sınmasını görməmişdir. O, Anarın əlində bıçaq görməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. O, həmin ünvanda ailəsi ilə birlikdə yaşamış, 2011-ci il tarixdə Sərxanla ailə həyatı qurmuş, nikahdan 10 yaşında bir oğlu olmuşdur. O, Anarla 6 il olar ki, sosial şəbəkələr vasitəsi ilə tanış olmuş, evli olsa da mütəmadi olaraq sonuncuyla görüşüb cinsi əlaqədə olmuşdurlar. Əsasən o, Anarla sonunucunun evində görüşmüşdürlər. Onun əri ilə cinsi münasibəti olmamış, cinsi təlabatım Anarla ödəmişdir. O, 2020-ci il tarixdə Anardan hamilə qalmış, əri Sərxanı aldatmaq üçün içkili olduğu vaxtı sonuncuyla cinsi əlaqədə olduğunu bildirib hamilə qaldığıma inandırmışdır. Onun Anardan hamilə qaldığını ikisindən başqa heç kim bilməmiş, onun 25*01.2021 -ci il tarixdə qızı anadan olmuşdur. 08.03.2021 -ci il tarixdə əri onun Anarla sms yazışmalarını tutmuş, bundan sonra o, uşağın atasının Anar olduğunu etiraf etmişdir. Onun əri Sərxan buna görə ona acıqlansa da onunla boşanmaq istəməmiş, onu sevmişdir. Onun qızının atası Anar olmuş, lakin əri Sərxan bunu bilmədiyi üçün ata adı sonuncunun adı qeyd olunmuşdur. Anar Nərgiz adlı qızla nişanlanmış, 2020-ci ilin iyul ayında rəsmi nikahları olmuş, lakin pandemiya ilə bağlı toyaları olmamışdır. 2021-ci ilin fevral ayında Nərgiz Anarın yaşadığı evə gəlin gəlmiş, 2021-ci ilin may ayında sonuncu Anarın onunla münasibətindən xəbərdar olmuş və qızlarının olduğunu bildiyi üçün Nərgiz Anardan ayrılmışdır. Nərgiz Anardan ayrıldıqdan sonra o, 2021-ci ilin iyul ayında Anarla yaşamağa başlamış, o, Zakiri Anarla yaşamağa başladığım vaxtdan sonra tanımış, belə ki, Zakir onlarla üzbəüz qonşuluqda yaşamışdır. Nərgizin atası ilə Zakir əmioğlu olmuş, buna görə sonuncu və Zakirin atası Balababa tez-tez Anara onunla ailə həyatlı qurmasına görə bir növ istehzalı şəkildə sonuncuya lağ etmişdirlər. Səbəb isə Nərgizi boşayıb onunla yaşaması olmuşdur. Onun əvvəlki nikahda olan Övladına görə Anar daim qınanmış, o, bunu bilsə də Anar elə də bu barədə çox danışmamışdır. Zakirlə onun arasında heç bir münasibət olmamış, ona gəlin deyə müraciət etmişdir. Zakir bir neçə dəfə Anar evdə olmayanda onların yaşadığı evin küçəyə baxan pəncərəsini döyüb sonuncunun evdə olub-olmadığını soruşmuş,.o, Anara bu barədə dedikdə sonuncu “bəs mən Zakirə işdə olduğumu demişəmsə nəyə görə səndən soruşur” deyərək acıqlanmışdır. Zakir pəncərəni döyməsində, ondan Anarı soruşmasından ona qarşı hər-hansı pis bir fikrinin olmasını nə Zakir ona deməmiş, nə də ki o, bunu Zakirdən hiss etməmişdir. Onunla Zakir arasında artıq danışıq olmamış, sonuncuyla aralarında heç bir görüş, telefon danışığı olmamışdır. 29.10.2021-ci il tarixdə saat 15-16 radələrində Anar evdə yemək yeyib araq içmiş, tez-tez həyətə düşüb, qəsəbədə gəzib evə gəmişdir. Anar çox gərgin, əsəbi olmuş, lakin o, bunun səbəbini bilməmiş, sonuncu ona bu barədə heç nə deməmişdir. Axşam saat 23 radələrində o evdə olan zaman Anar pəncərənin qarşısında, küçədə ona qışqıra qışqıra çağırmışdır. O, pəncərədən baxmış, Anar ona “Zakir bu gün pəncəni döyüb məni soruşubmu ?” sualını vermiş, o da Anara “Zakir pəncərəni döyməyib’’ cavabını vermişdir. O, həmin vaxtı Anarın yanında heç kimi görməmiş, daha doğrusu küçəyə fikir verməmişdir. Lakin küçədə Anarın qışqırıq səslərini eşitmiş, bir qədər sonra sonuncu evə daxil olmuş, Anar evə daxil olub pəncərədən Zakirə, atasına və bacısının ünvanına nalayiq söyüşlər işlətmiş, qarşı tərəf də öz növbəsində Anara söyüş söymüşdürlər. O, nəyə görə bir-birlərini söydüklərini bilməmiş, Anar içəri daxil olduqdan bir iki dəqiqə sonra Zakir onların yaşadığı evə gəlmiş və Anarın üstünə cumaraq “sən mənim anama söydün” sözlərini dmeişdir. O, Anarın nə cavab verdiyini bilməmiş, sonuncuyl Zakir bir-birlərini itələmiş, o, həmin vaxtı balaca kombi olan otaqda olmuşdur. Zakirin arxası onun tərəfdə olmuş, sonuncu kök olduğu üçün o, Anarın Zakirə qarşı zərbə atmasını görməmişdir. Həmin vaxtı Zakirin atası və bacısı da içəri daxil olmuş, Anara doğru Balababa boşqab atmış, həmin vaxtı Zakirin bacısı “Anar Zakiri bıçaqlayıb” deyə qışqırmışdır. Bu sözü eşitdikdə o, balaca otaqdan çıxmış, Zakiri qapının küncündə yerə yanıüstə uzanmış vəziyyətdə görmüşdür. Zakirin qarın nahiyəsindən qan axmış, Anara da baxdıqda Anarın ayaqyolunun yanında sol qaşüstün nahiyəsində qan gəldiyim görmüşdür. Anarın yanma gəldikdə o, Anarm əlində dəstəyi qırmızı, ağ və göy rəngli olan, mətbəxdə istifadə etdikləri bıçaq olduğunu görmüş, Anar Zakiri həmin bıçaqla bıçaqladığıını görmüşdür. Həmin ərəfədə Zakirin atası və bacısı Zakiri aparmış, həmin ərəfədə onun qızı yataq otağında olmuşdur. Zakir xəstəxanaya aparıldıqdan sonra Anar onu və övladlarını sonuncunun qohumugilə aparmışsır. Anar onları qohumlarına qoyub təslim olmaq istəmiş və belə də etmişdir. Hadisədən sonra Anarın qohumugilə getdikdə sonuncu ona, onunla evləndiyinə görə Zakirin lağa qoyduğunu, onun əvvəlki evliliyindən uşağının olmasına, Nərgizdən boşanmasına görə bu barədə Zakir alçaldıcı danışdığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 30 oktyabr 2021-ci il tarixli 125 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətlər qarın nahiyəsinin qarın boşluğuna və oradan döş boşluğuna nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunmuş bir ədəd deşilmiş-kəsilmiş yarası, qarın nahiyəsinin boşluğa nüfuz etməyən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçaq təsirindən törənmişlər, həyatidirlər, törənmə müddətləri şəxsin ölümündən bir qədər əvvələ uyğun gəlir və dərəcələrinə görə canlı şəxslərdə qarın nahiyəsinin boşluqlara nüfuz edərək ürəyin zədələnməsi ilə müşayiət olunmuş deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, qarın nahiyəsinin boşluğuna nüfuz etməyən digər deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdirlər. Qeyd: yuxarıda qeyd olunan xəsarətlərdən əlavə Zərərçəkmiş şəxs aşkar edilmiş qarın və döş qəfəsi nahiyələrinin səthi kəsilmiş yaracıqları, iti kənara malik əşya (alət) təsirindən yaranmaqla mərhuma cərrahi tibbi yardım üçün nəzərdə tutulmuş sinə və qarm nahiyəsində olan tüklərin qırxılması zamanı əmələ gəlməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmə olmuşdur, İlkin meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyiotxanadakı müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla və ya eyni konstruktiv xüsusiyyətlərə malik bıçaqla yetirilə bilərdi. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən müxtəlif duruş vəziyyətlərində ola bilməklə xəsarət yetirən xəsarət alanın ön və nisbətən sağ tərəfində olmağa uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı 0,6 %o (promil) qatılıqda etil spirti aşkar edilmişdir ki, bu da yüngül dərəcəli alkoqol sərxoşluğu kimi qiymətləndirilir. Narkotik maddə aşkar edilməmişdir (1-ci cild iş vərəqi 179-183). İşdə olan məhkəmə-tibbi bioloji ekspertiza üzrə 22 noyabr 2021-ci il tarixli 818/2021- MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs oğunun ABO sistemi üzrə qrup göstəricisi: AB(H) (İV). Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, qısaqol mayka, mayka, Zərərçəkmiş şəxs məxsus köynək, 05 ədəd çubuqlu pambıq, 09 ədəd boşqab qırıntısı, bıçaq üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda A, B və H antigenləri alındı. Həmin qan ləkələri AB (H) /İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (1-ci cild iş vərəqi 146-152). İşdə olan məhkəmə-tibbi kriminalistik ekspertiza üzrə 29 noyabr 2021-cı il tarixli 721/2021 MTKŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Balabəy oğluna məxsus köynəkdə zədə və zədə izləri aşkar edilmişdir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, maykada zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş bıçağın hər iki səthində olan ləkələr yaxma xarakterli olub qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus köynək üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus şalvarın üzərində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə, az hündürlükdən, bızisi bucaq altında olmaqla düşən damcılar bu ləkələrdən bəzisi isə qan mənbəyindən bir-birinin üzərinə düşən damcılar nəticəsində əmələ gəlmişdir. Təqsirləndirilən şəxs məxsus mayka və köynək üzərində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən sıçrantı xarakterli ləkələrdir. Hadisə yerindən götürülmüş boşqab qırıntıları üzərində olan ləkələr qan mənəbyindən (qanlı səthdən) cüzi olaraq əlavə kinetik impuls verməklə düşən sıçrantı xarakterli ləkələrdir. Təqdim olunmuş hadisə yerindən götürülmüş nümunələrin üzərində olan ləkələr ilk forma və morfoloji əlamətlərini itirdiklərindən, onların əmələ gəlmə mexanizmini təyin etmək mümükün deyil. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir (1-ci cild iş vərəqi153-157). İşdə olan kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizası üzrə 20 dekabr 2021-ci il tarixli 3033 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hər-hansı psixi xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyibdir. Təqsirləndirilən şəxs qərarda qeyd olunan əməli törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsi ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməldən sonra hər hansı psixi xəstəlik əlamətləri müəyyən olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin xarakterini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, tez özündən çıxmaq, emosional dayanıqsızlıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional vəziyyətində hirslilik, gərginlik yaranmış, həmin halın yaranmasına onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə şərtlənmişdir. Hadisə baş verən vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onları iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan) vəziyyətində olmamışdır (1-ci cild iş vərəqi 193-197). İşdə olan 30 oktyabr 2021-ciil tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 6 ünvanında yerləşir. Hadisə yerinə baxış zamanı hadisə yerindən qanabənzər nümunələr, bıçaq, boşqab qırıntılar, boşqab qırıntısının üzərindən əl-barmaq izi götürülmüşdür (1-ci cild iş vərəqi 4-15). İşdə olan 30 oktyabr 2021-ci il tarixli əşyanı tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı cinayət törətdiyi bıçağı tanıyaraq həmin bıçaqla Zərərçəkmiş şəxs vurduğunu göstərmişdir (1-ci cild iş vərəqi 69- 70) İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağı vardır. İşdə olan şübhəli şəxsin tutulması haqqında 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə tutulmuşdur (1-ci cild iş vərəqi 23). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu 30 oktyabr 2021-ci il tarixdən hesablanmışdır (1-ci cild iş vərəqi 51-52). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kim nəzə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar olmadığından Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarın 8ci bəndinə əsasən təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Həmin qərarın 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 30 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halın olmasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən təyin ediləcək cəzanın onun islah olunmasına və ailələsinin həyat şəraitinə təsirini də nəzərə alaraq onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının tutulduğu 30 oktyabr 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 5 ədəd qanabənzər nümunələr, bir ədəd bıçaq, boşqab qırıntıları, Təqsirləndirilən şəxs əynində olmuş qısaqol köynək, mayka, idman şalvarı, Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələri olan köynək, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-tibbi kriminlalistik ekspertiza üzrə tədqiqatının dəyəri - 61,29 manat (altmış bir manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Suraxanı rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilmiş 5 ədəd qanabənzər nümunələr, bir ədəd bıçaq, boşqab qırıntıları, Təqsirləndirilən şəxs əynində olmuş qısaqol köynək, mayka, idman şalvarı, Zərərçəkmiş şəxs əynində olmuş üzərində qanabənzər ləkələri olan köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-tibbi kriminlalistik ekspertiza üzrə tədqiqatının dəyəri 61,29 manat (altmış bir manat iyirmi doqquz qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın verilməməsi nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar