Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-704/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, 12 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, həbs olunanadək ünvan 2 4, mənzil 15-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroini, təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamini, təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryəki əldə edib saxlayaraq daşımış, xx.xx.2023-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsində yerləşən 155 saylı orta məktəbin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə gətirilib həmin şöbənin inzibati binasında üstünə şəxsi axtarış keçirilən zaman əlində saxladığı qara rəngli çantasının içərisindən 1 (bir) ədəd üzərində narkotik vasitə heroinə məxsus olan izləri olan elektron tərəzi, həmin çantada futlyarda saxlanılan 4 (dörd) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 2,135 qram, 1,400 qram, 0,082 qram, 0,242 qram, külli miqdarda ümumi təmiz çəkisi 3,859 qram olan kustar usulla hazırlanmış narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 0,127 qram, 0,776 qram, 0,076 qram, ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryək və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. O, Sabunçu RPİ-nin 12-ci Polis bölməsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılmışdır. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində ittiham aktında göstərilən miqdarda narkotik vasitə olmamışdır. Həmin vaxt, yəni o, saxlanıldığı zaman onun üzərində 2 (iki) qram çəkidə narkotik vasitə olmuşdur. Saxlanıldığı zaman üzərində olan narkotik vasitə 1 (bir) ədəd bükümdə olmuş və miqdarı 2 (iki) qram təşkil etmişdir. Üzərində olan narkotik vasitə heroin olmuşdur. Lakin o, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman üzərində psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək və elektron tərəzi olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılarkən döyülmüş və fiziki təzyiqə məruz qalmışdır. Ona görə də o, məcbur qalıb etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək və elektron tərəzinin olmamasını, həmin vaxt üzərində ancaq 1 (bir) ədəd bükümdə 2 (iki) qram çəkidə narkotik vasitə heroin olmasını, polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını, işgəncəyə məruz qaldığından ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur qalmasını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, iş yoldaşı, yəni digər polis əməkdaşı Şahid2 ilə birlikdə Sabunçu qəsəbəsi ərazisində xidmət apardığı zaman Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs onları görərək idarə etdiyi motosiklet vasitəsilə sürətlə onlardan uzaqlaşmağa başlamışdır. Onlar da Təqsirləndirilən şəxs bu hərəkətini olduqca şübhəli hesab edərək xidməti avtomobillə Təqsirləndirilən şəxs təqib etməyə başlamışlar. Həmin vaxt xidməti avtomobilin sükanı arxasında o, olmuşdur. Onlar Təqsirləndirilən şəxs təqib edən zaman sonuncu bir neçə dəfə onların olduğu tərəfə boylanaraq özü ilə onların arasında olan məsafəyə baxmışdır. Təqsirləndirilən şəxs növbəti dəfə bu şəkildə onlara tərəf boylanan zaman idarə etməni itirərək bir ağaca çırpılaraq yerə yıxılmışdır. Təqsirləndirilən şəxs idarə etmiş olduğu motosiklet ikitəkərli adi bir motosiklet olmuş və bu motosikletdə çatdırılma xidmətinə xas olan hansısa bir xüsusat olmamışdır. Təqsirləndirilən şəxs ağaca çırpılaraq yerə yıxıldıqdan sonra onlara sərt şəkildə müqavimət göstərməklə ərazidən yayınmaq istəmişdir. Lakin onlar buna imkan verməyərək Təqsirləndirilən şəxs saxlamışlar və sonuncunu Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs ağaca çırpılaraq yerə yıxıldığı üçün üz nahiyəsində müxtəlif xəsarətlər olmuşdur. Sabunçu Rayon Polis İdarəsinin 12-ci X5 Əlilinin üzərinə polis əməkdaşları tərəfindən videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarışda o da iştirak etmişdir. O və Şahid2 Təqsirləndirilən şəxs qarşı hər hansı formada fiziki təzyiq göstərməmişdir. Onların işi ancaq saxlanılan şəxsi Polis bölməsinə təhvil verməkdən ibarət olmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş olan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr çıxmışdır. O, həmin narkotik vasitələrin miqdarını hazırda dəqiq şəkildə xatırlamır, çünki cinayət hadisəsinin üzərindən 5-6 ay vaxt keçmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxmış olan narkotik vasitələrin haradan əldə edilməsi barədə suala cavab verərək həmin narkotik vasitələri tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncu narkotik vasitə aludəçilərinə xas olan bir görünüşə malik olmuş, daha dəqiq desə, Təqsirləndirilən şəxs gözü-başı axmışdır. Hazırda isə Təqsirləndirilən şəxs kifayət qədər yaxşı görünüşə malikdir. Hadisə vaxtı onun idarə etmiş olduğu xidməti avtomobilin qabaq hissəsində də, arxa hissəsində də videoqeydiyyat vasitəsi, xidməti avtomobilin üstündə isə blok olmuşdur. Yəni o, düşünür ki, Daxili İşlər Nazirliyinə sorğu veriləcəyi təqdirdə, Təqsirləndirilən şəxs saxlanılmasına dair videoçəkilişi əldə etmək mümkündür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, digər polis əməkdaşı Şahid1 ilə birlikdə Sabunçu qəsəbəsi ərazisində, daha dəqiq isə 155 saylı tam orta məktəbin yerləşdiyi Natavan küçəsi istiqamətində xidmət aparan zaman motosiklet idarə edən Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs isə onları görərək özünü şübhəli aparmağa başlamış və idarə etdiyi motosiklet vasitəsilə onlardan sürətlə uzaqlaşmağa başlamışdır. Həmin vaxt saat təxminən 16:00 radələri olmuşdur. Təqsirləndirilən şəxs onlardan idarə etdiyi motosiklet vasitəsilə uzaqlaşmağa başladıqdan sonra onlar Təqsirləndirilən şəxs xidməti post-patrul avtomobili ilə təqib etməyə başlamışlar. Onlar təqib edən zaman Təqsirləndirilən şəxs bir neçə dəfə onlara tərəf boylanaraq özü ilə onların arasında olan məsafəyə baxmışdır. Təqsirləndirilən şəxs növbəti dəfə bu şəkildə boylanan zaman idarə etməni itirərək bir ağaca çırpılmış və nəticədə yerə yıxılmışdır. Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra onlar Səddamı saxlayaraq xidməti post-patrul avtomobili vasitəsilə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə aparmışlar. Həm Təqsirləndirilən şəxs, həm də onların hərəkət etmiş olduqları yol asfalt yolu olmamış, əksinə ara məhəllə yolu olmuşdur. 12-ci X5 Əlilinin üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda o da iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə, telefon və tərəzi aşkar edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş olan narkotik vasitənin mənbəyi barədə təhqiqatçının sualına cavab olaraq narkotik vasitəni tanımadığı bir şəxsdən aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 3) görünür ki, həmin gün bir nəfər şəxs Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsində yerləşən 155 saylı orta məktəbin yanında özünü şübhəli apardığından polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə aparılmış, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan (cild 1, iş vərəqə 7) görünür ki, Təqsirləndirilən şəxs 12-ci Polis Şöbəsinə təhvil verilən zaman onun üzərində bir neçə xəsarət izi olmuş və o, həmin xəsarətləri polis əməkdaşlarından qaçarkən yerə yıxılan zaman aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 16) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-28) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əlində saxladığı çantasının içərisindən 01 ədəd qəhvəyi rəngli qab, həmin qabın içərisindən 04 ədəd sellofanın içərisində tünd qəhvəyi rəngli maddə, 01 ədəd sellofana bükülmüş içərisində qara rəngli maddə, 01 ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal formalı maddə, 02 ədəd ağ kağıza bükülmüş içərisində kristal formalı maddə, 01 ədəd elektron tərəzi, 01 ədəd “Redmi” markalı mobil telefon və 01 ədəd “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək ona məxsus “Kuba” markalı mopeda baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 30-31) görünür ki, həmin gün Təqsirləndirilən şəxs məxsus “Kuba” markalı mopeda baxış keçirilmiş və mopedin ön hissəsində sükandan asılmış 01 ədəd ağ rəngli sellofanın içərisindən 01 ədəd üzərində “Open” yazısı olan manikür ləvazimatı, 01 ədəd kaburada qara rəngli tapançaya bənzər alışqan, 01 ədəd üzərində “Gerber” yazısı olan bıçaq, 01 ədəd üzərində “Umico” yazısı olan bank kartı aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2385 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 43-46) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Təqsirləndirilən şəxs üzərindən.. " sözləri olan zərfdəki 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,135 qram, 1,400 qram, 0,082 qram, 0,242 qram, ümumi təmiz çəkisi 3,859 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,127 qram, 0,776 qram, 0.076 qram, ümumi təmiz çəkisi 0,979 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmamışdır. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq hissəsi 3,759 qram, psixotrop maddə metamfetaminin qalıq hissəsi isə 0,879 qram olmuşdur. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2384 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 50-51) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində “Təqsirləndirilən şəxs üzərindən.. “ sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə tiryəkin qalıq hissəsi 1,792 qram olmuşdur. Tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 66-67) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-328/2023 saylı qərarından (cild 1, iş vərəqə 82-87) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli mobil telefon aparatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Redmi” markalı telefona baxış keçirilmiş və həmin vaxt telefonun “qalereya” bölməsində narkotik vasitə heroinə oxşar fotoşəkillər və cinayətkar aləmə aid sözlər (привет ворам) yazılmış alışqanın şəkli, habelə sair predmetlərə aid şəkillər aşkar edilərək cinayət işinə əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 111-112) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu qaydasında qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 2703 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 179-180) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/734 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 183) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bıçaq ov bıçağıdır, soyuq silah hesab edilmir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/733 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 186) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd predmet zavod üsulu ilə tapança formasında istehsal edilmiş alışqandır, odlu və qaz silahı hesab edilmir, təyinatı üzrə yararlıdır. xx.xx.2023-cü il tarixli Sabunçu rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanması haqqında qərardan (cild 1, iş vərəqə 129-130) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sənədlərdən (cild 1, iş vərəqə 133-178) görünür ki, müxtəlif şəxslər uzun müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə çoxsaylı mesajlar yazaraq jarqon terminlərdə ifadə olunan, əslində isə müxtəlif növ narkotik vasitələrə və psixotrop maddələrə aid olan vasitə və maddələri müxtəlif çəkidə və keyfiyyətdə almaq istədiklərini, habelə müxtəlif şəxslər aldıqları narkotik vasitələr və psixotrop maddələrin keyfiyyətinin pis olması və çəkisinin az olması barədə Təqsirləndirilən şəxs öz narazılıqlarını bildirmişlər (Təqsirləndirilən şəxs yazılmış mesajların əksəriyyəti - müraciət edən şəxslərin “lomkada” olması və bu səbəbdən də Təqsirləndirilən şəxs pul müqabilində “daş”, “kola”, “torpaq”, “şüşə” adı ilə tanınan vasitə və maddələri almaq istəmələri ilə bağlıdır). xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 143-149) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 206-207) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-638/2023 saylı qərarından (cild 1, iş vərəqə 230-235) görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 15 gün müddətə uzadılmışdır. xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanasının cavab məktubundan, həmin məktuba əlavə edilmiş təqsirləndirilən şəxsə aid tibbi kitabçadan və şəxsi işindən (cild 2, iş vərəqə 46-71) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçmiş və həmin vaxt onun sol göz ətrafı nahiyəsində və sağ bazunun orta 1/3-nin ön səthində bənövşəyi rəngli qançır, boyunun sağ yan nahiyəsində təxmini ölçüsü 7 sm olan üzəri qərtməkli yara, sol diz nahiyəsində üzəri qərtməkli yara müşahidə edilmişdir. Həmçinin şəxsi işinə əlavə edilmiş aktdan görünür ki, o, həmin xəsarətləri polislərdən qaçarkən yıxılaraq almışdır. xx.xx.2023-cü il tarixli Sabunçu rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və əlavə araşdırmanın davam etdirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə aparılmış araşdırmaya dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və döyülmə faktına görə əlavə araşdırmanın aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Sabunçu rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 110-114) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı prokurorluqda əlavə araşdırma aparılmış, araşdırma zamanı canlı şəxsin ekspertizası keçirilmiş, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər onun istintaq təcridxanasında müayinə olunmasından (xx.xx.2023-cü il tarixdə müayinə olunub) 3-5 gün əvvələ uyğun gəlir, həmin xəsarətləri polis əməkdaşlarından qaçarkən yerə yıxılaraq almış və bunun nəticəsində də cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2012-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-624/2012 saylı hökmündən (cild 1, iş vərəqə 113-120) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu qaydasında qəti olaraq 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, bundan başqa, müxtəlif vəsatətlər vermiş və irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin - külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə təqsirli olub-olmaması, olduğu halda onun əməlinə hüquqi qiymət verilməsi, yəni onun əməlinin tövsifi məsələsini müəyyənləşdirmək məqsədi ilə onun tutulmasından əvvəl baş vermiş bəzi halların aydınlaşdırılmasını zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu qaydasında 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, habelə polis əməkdaşları tərəfindən saxlanılanadək narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmiş, yəni narkotik vasitə və psixotrop maddə alüdəçisi olmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlindən ibtidai araşdırmanın sonunadək dəfələrlə etirafedici ifadələr verərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, sonradan isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs mövqeyini dəyişərək irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 2 (iki) qram çəkidə narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən və 12-ci Polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən üzərində psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək və elektron tərəzinin olmadığını, habelə üzərində olan narkotik vasitə heroinlə bağlı bükümlərin sayını mübahisələndirərək cəmi 1 (bir) ədəd bükümdə 2 (iki) qram çəkidə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan başqa, ona aid olmayan psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək, elektron tərəzi və narkotik vasitə heroinin çəkisi və heroinin saxlanıldığı bükümlərin sayı ilə bağlı Təqsirləndirilən şəxs məhkəmədə bildirmişdir ki, o, saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyündən üzərində şəxsi axtarış keçirilərkən göstərilən predmetlərlə bağlı etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsindəki dəlillər birbaşa irəli sürülmüş ittihamın qanuniliyinə və əsaslılığına təsir edən hallar olduğundan bu hissədə məhkəmə tərəfindən ətraflı araşdırma aparılmışdır. İlk növbədə qeyd edilməlidir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü bildirdiyindən bu barədə Sabunçu rayon prokurorluğunda araşdırma aparılmış və fakt öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə eyni mövqedən çıxış etdiyindən onun müdafiəçisi tərəfindən Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilmişdir. Sözügedən məhkəmədə müdafiəçi tərəfindən verilmiş şikayətə baxılarkən Sabunçu rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı əlavə araşdırma aparılmışdır. Sabunçu rayon prokurorluğunda əlavə araşdırma aparılan zaman Təqsirləndirilən şəxs barəsində canlı şəxsin ekspertizası keçirilmiş və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilən zaman üzərində bir neçə xəsarət izi olmuş, lakin həmin xəsarətlər ona polis əməkdaşları tərəfindən yetirilməmiş, əksinə polis əməkdaşlarından qaçarkən yerə yıxılması nəticəsində həmin xəsarətləri almış və bu səbəbdən də xx.xx.2023-cü il tarixdə yenidən fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərində onun tutulduğu gün, yəni xx.xx.2023-cü il tarixdə bir neçə xəsarət izi olması iş üzrə təkzib olunmaz faktdır. Bu fakt həm ibtidai istintaq orqanı tərəfindən cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktda, həm də xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Müdafiə tərəfi ittihamı 2 (iki) dəlil üzrə mübahisələndirmişdir. Birinci dəlil ondan ibarətdir ki, Təqsirləndirilən şəxs məhkəmədə iddia etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 2 (iki) qram çəkidə narkotik vasitə heroin olmuş, lakin həmin narkotik vasitə heroin ittiham aktında göstərilmiş çəkidə və 4 (dörd) ədəd bükümdə olmamış, habelə şəxsi axtarış zamanı onun üzərində psixotrop maddə metamfetamin, narkotik vasitə tiryək və elektron tərəzi olmamış, digər dəlil isə ondan ibarətdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılarkən döyüldüyündən şəxsi axtarış zamanı ona məxsus olmayan 4 (dörd) ədəd bükümdə ümumi təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryək və 1 (bir) ədəd elektron tərəzinin ona məxsus olması barədə etirafedici ifadə verməyə məcbur olmuşdur. Müdafiə tərəfi göstərilən hissədə ittihamın qanuniliyini və əsaslılığını mübahisələndirsə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtı və yeri mübahisələndirməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Natavan küçəsində yerləşən 155 saylı orta məktəbin qarşısında özünü şübhəli apardığından Sabunçu RPİ-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 12-ci Polis şöbəsinə aparılması və orada üzərinə şəxsi axtarış keçirilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Müdafiə tərəfinin göstərdiyi 2 (iki) dəlil iş üzrə əhəmiyyət kəsb etdiyindən bu halların aydınlaşdırılması zəruridir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) ədəd bükümdə cəmi 2 (iki) qram çəkidə narkotik vasitə heroinin olduğunu iddia etsə də, məhkəmə hesab edir ki, onun iddia etdiyi bu hal cinayət işinin hallarına ziddir. Belə ki, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarışın keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən ayr-ayrılıqda 4 (dörd) ədəd, 3 (üç) ədəd və 1 (bir) ədəd büküm, ümumilikdə isə 8 (səkkiz) ədəd büküm və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş və sonradan ekspertiza rəyi ilə 4 (dörd) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 2,135 qram, 1,400 qram, 0,082 qram, 0,242 qram, külli miqdarda ümumi təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 0,127 qram, 0,776 qram, 0,076 qram, ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryəkin olması müəyyən edilmişdir. Şəxsi axtarış videoçəkiliş vasitəsi ilə keçirildiyindən, şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış kütlələr və elektron tərəzi şəffaf şəkildə qablaşdırıldığından, kütlələr və elektron tərəzi qablaşdırıldıqdan sonra üzəri prosessual hərəkətdə iştirak edən şəxslər tərəfindən imzalandığından, qablaşdırılmış kütlələrin olduğu zərfin tamlığının pozulması və həmin zərfə sair qaydada qanunsuz müdaxilə edilməsi halları məhkəmədə müəyyən edilmədiyindən, o cümlədən Təqsirləndirilən şəxs iddia etdiyi çəkidə, yəni məhz 2 (iki) qram çəkidə narkotik vasitə heroinin iş üzrə mövcud olması müəyyən edilmədiyindən, əksinə onun üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdə olan narkotik vasitələrin eyni tərkibli olması müəyyən edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iddia etdiyi hallar həqiqəti əks etdirmir. Bundan başqa, məhkəmədə dindirilmiş şahidlər, yəni polis əməkdaşları Şahid1 və Şahid2 bildirmişlər ki, onlar xx.xx.2023-cü il tarixdə Sabunçu qəsəbəsi ərazisində xidmət apardıqları zaman Təqsirləndirilən şəxs görmüşlər, Təqsirləndirilən şəxs onları görərək idarə etdiyi motosiklet vasitəsilə sürətlə onlardan uzaqlaşmağa başlamış, ona görə də onlar Təqsirləndirilən şəxs bu hərəkətini olduqca şübhəli hesab edərək xidməti avtomobillə Təqsirləndirilən şəxs təqib etməyə başlamışlar, onlar Təqsirləndirilən şəxs təqib edən zaman sonuncu bir neçə dəfə onlara tərəf boylanaraq özü ilə onların arasında olan məsafəyə baxmış, Təqsirləndirilən şəxs növbəti dəfə bu şəkildə onlara tərəf boylanan zaman idarə etməni itirərək ağaca çırpılmış və nəticədə yerə yıxılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərək bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən təqib edilməmiş, əksinə polis əməkdaşları onu əsassız yerə saxlayaraq döymüşlər, bundan sonra isə onu 12-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs bu hissədə verdiyi ifadəsi iş üçün xüsusu əhəmiyyət daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə çoxlu sayda xəsarət aldığını, bu xəsarətləri məhz polis əməkdaşları tərəfindən saxlanılarkən və həmin yerdə aldığını iddia etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs 12-ci Polis şöbəsində üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən döyülərək xəsarət aldığını bildirməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə belə məzmunda ifadə verərkən səmimi olmamışdır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra həmin ərazidə onun üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs iddia etdiyi hal, yəni 12-ci Polis şöbəsində üzərində keçiriləcək şəxsi axtarış zamanı ona aid olmayan narkotik vasitə və psixotrop maddələrlə bağlı etirafedici ifadənin alınması məqsədi ilə onun saxlanıldığı yerdə polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması ağlabatan olmamaqla yanaşı, həmçinin inandırıcı deyil. Bundan başqa, məhkəmədə dindirilmiş şahidlər Sabunçu rayon prokurorluğunda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı aparılan əlavə araşdırma zamanı izahat verərək bir daha Təqsirləndirilən şəxs qarşı zor tətbiq etmədiklərini, əksinə sonuncunun onlardan qaçarkən yerə yıxılaraq xəsarət aldığını bildirmişlər. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə irəli sürülmüş ittihamı mübahisələndirsə də, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən və 12-ci Polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən həmin vaxt üzərində 1 (bir) ədəd bükümdə cəmi 2 (iki) qram çəkidə narkotik vasitə heroin olduğunu dəfələrlə təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilənləri məcmu halda nəzərə alıb və əldə olunan nəticəni təhlil edib məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə xəsarət izi olsa və ekspertiza rəyi ilə həmin xəsarətlərin həqiqətən mövcud olması təsdiq edilsə də, həmin xəsarətlər ona polis əməkdaşları tərəfindən yetirilməmiş, əksinə o, ifşa olunacağını və buna görə də məsuliyyətə cəlb olunacağını başa düşdüyündən polis əməkdaşlarından qaçmaq istəmiş və həmin vaxt yerə yıxılaraq həmin xəsarətləri almışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə yuxarıda göstərilən inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdə olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə narkotik vasitə tiryəklə bağlı məhkəmə qeyd edir ki, məhkəmə istintaqında onun haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt həmin narkotik vasitələri və psixotrop maddələri əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq zamanı ibtidai istintaq orqanı tərəfindən bu hissədə heç bir araşdırma aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və həmin vaxt onun üzərindən 4 (dörd) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 2,135 qram, 1,400 qram, 0,082 qram, 0,242 qram, külli miqdarda ümumi təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə hər birinin içərisində eyni tərkibli təmiz çəkisi 0,127 qram, 0,776 qram, 0,076 qram, ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryək və üzərində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs 1 (bir) ədəd bükümdə cəmi 2 (iki) qram çəkidə narkotik vasitənin sonradan necə 4 (dörd) ədəd bükümə və 3,859 qram çəkiyədək artmasını, habelə 3 (üç) ədəd bükümdə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə narkotik vasitə tiryək və 1 (bir) ədəd elektron tərəzinin ona aid olmamasını, həmin predmetlərin polis əməkdaşları tərəfindən ona aid çantaya qoyulmasını iddia etsə də, bununla bağlı məhkəməyə inandırıcı məlumat verməmişdir. Yəni o, həmin predmetlərin kimin tərəfindən, hansı şəraitdə, nə vaxt və hansı formada onun çantasına qoyulmasını, eləcə də narkotik vasitənin çəkisinin və saxlanıldığı bükümlərin sayının artırılmasını açıqlamamış, eləcə də qeyd edilən hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən həqiqətən də 4 (dörd) ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryək və üzərində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda, ümumi təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin, 3 (üç) ədəd bükümdə ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryəki əldə edərkən, üzərində saxlayarkən, daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş külli miqdarda, 3,859 qram olan narkotik vasitə heroin, 0,979 qram olan psixotrop maddə metamfetamin, 1,892 qram olan narkotik vasitə tiryəkin çəkisini və saxlanıldıqları bükümlərin sayını, həmin kütlələrin istifadə üçün hazır vəziyyətdə olmasını, göstərilən kütlələrlə yanaşı onun üzərindən həmçinin elektron tərəzinin aşkar edilməsini, həmin tərəzinin üstündə narkotik vasitə heroin izinin olmasını, eləcə də məhkəmədə tədqiq edilmiş və təxminən 35 səhifədən ibarət jarqon terminlər vasitəsilə ifadə olunmuş mesajların sayını, mahiyyətini, yəni müxtəlif şəxslərin Təqsirləndirilən şəxs müraciət edərək “lomkada” olmaları səbəbindən sonuncudan müxtəlif çəkidə və növdə narkotik vasitə və psixotrop maddələr almaq istəmələrini məcmu halda nəzərə alaraq hesab edir ki, o, külli miqdarda, ümumi təmiz çəkisi 3,859 qram olan narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,979 qram olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 1,892 qram olan narkotik vasitə tiryəki məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, o, qəsdən ağır cinayət törətməyə görə 2012-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsa və cəzasının sonu ilə 2019-cu il tarixdə cəzadan azad olunsa da, qanunla müəyyən edilmiş 6 (altı) illik müddət ərzində islah olunmamış, əksinə məhkumluğu ödənilmədiyi və götürülmədiyi müddət ərzində yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən həmin Məcəllənin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Göstərilən hallar və hüquq normaları ona dəlalət edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, habelə onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzasının əvvəli onun tutulduğu gündən, yəni 24 aprel 2023cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,759 qram təşkil edən narkotik vasitə heroin, 0,879 qram təşkil edən psixotrop maddə metamfetamin, 1,792 qram təşkil edən narkotik vasitə tiryək, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd ov bıçağı və 1 (bir) ədəd tapança formasında alışqan məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Kuba” markalı moped, 01 ədəd “Redmi” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 290 (iki yüz doxsan) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 290 (iki yüz doxsan) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 3,759 qram təşkil edən anrkotik vasitə heroin, 0,879 qram təşkil edən psixotrop maddə metamfetamin, 1,792 qram təşkil edən narkotik vasitə tiryək, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd ov bıçağı və 1 (bir) ədəd tapança formasında alışqan məhv edilsin, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, 01 ədəd “Kuba” markalı moped, 01 ədəd “Redmi” markalı və 01 ədəd “Nokia” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 290 (iki yüz doxsan) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-704/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-704/2024
12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver