Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-704/2025 14.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X7 və Əlizadə Orxan Arzuxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu Ü.Bünyatzadə küçəsində yerləşən fərdi evdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib üzərində saxlayıb daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı kimi bilinən şərti adı Sadiq olan şəxslə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan qrup şəxs formasında birləşmiş, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda, istintaqla müəyyən olunmayan qaydada satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin Sadiq adlı şəxsin göstərişi ilə qazanc müqabilində müəyyən şəxslərə verməklə satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılıq əldə olunmuş, bu məqsədlə 10 may 2024-cü il tarixdə sonuncunun Sumqayıt şəhərində Bakı-Quba yolunun kənarına qoyduğu 350,683 qram çəkidə külli miqdarda tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 118,428 qram çəkidə külli miqdarda narın ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs tərəfindən qoyulduğu yerdən götürülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə olunan 350,683 qram çəkidə külli miqdarda tünd qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 118,428 qram çəkidə külli miqdarda narın ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhərinə daşınmış, bundan başqa Təqsirləndirilən şəxs 01 ədəd bükümdə 19,891 qram çəkidə narın ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə 4,745 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində, 04 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 23,571 qram, 5,236 qram, 49,971 qram və 19,759 qram olan ümumi təmiz çəkisi 98,537 qram narın ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 02 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayırılıqda 185,903 qram və 160,035 qram olan ümumi təmiz çəkisi 345,938 qram tünd qəhvəyi və qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini isə kirayə tutduğu mənzildə saxlamış, 13 may 2024-cü il tarixdə saat 20:00 radələrində ünvan 3 ünvanında yerləşən “Rahat Market” adlı ərzaq mağazasının yaxınlığında Abşeron RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Abşeron RPİ-nin inzibati binası gətirilmiş, həmin gün saat 21:50-dən 22:00dək orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf sellofanın üzəri qara rəngli sellofana bükülümüş bükümdə 19,891 qram çəkidə külli miqdarda narın ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofana bükülümüş bükümdə 4,745 qram çəkidə külli miqdarda tünd qəhvəyi rəngli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, həmin gün 13 may 2024-cü il tarixdə əməliyyat tədbirlərinin davamı olaraq saat 22:30-dan 22:43-dək kirayə tutduğu Bakı şəhəri, Yasamal rayonu Ə.Ələkbərov 507/511 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasındakı mənzilə baxış keçirilən zaman, həmin mənzilin qonaq otağında masanın üzərindən 04 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkiləri 23,571 qram, 5,236 qram, 49,971 qram və 19,759 qram olan ümumi təmiz çəkisi 98,537 qram narın ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd bükümdə kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayırılıqda 185,903 qram və 160,035 qram olan ümumi təmiz çəkisi 345,938 qram tünd qəhvəyi və qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş,üzərinə “5” rəqəmi yazılmış narkotik vasitə olan heroinə bənzəyən kütlə və 01 ədəd şəffaf rəngli selofanda olan üzəri qara rəngli selofan çəkilmiş, üzərində "20” rəqəmi yazılmış narkotik vasitə olan metamfetaminə bənzəyən kütlə, 01 ədəd qara rəngli Honor markalı, 01 ədəd göy rəngli Redmi markalı.qara rəngli pul kisəsi içərisində “Unibank”a aid bank kartı aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.
4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.
5. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2024-cü il tarixdə, saat 21:30 dəqiqədən tutulmuş hesab edilmişdir.
6. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə Abşeron RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş,üzərinə “5” rəqəmi yazılmış narkotik vasitə olan heroinə bənzəyən kütlə və 01 ədəd şəffaf rəngli selofanda olan üzəri qara rəngli selofan çəkilmiş, üzərində "20” rəqəmi yazılmış narkotik vasitə olan metamfetaminə bənzəyən kütlə, 01 ədəd qara rəngli Honor markalı, 01 ədəd göy rəngli Redmi markalı.qara rəngli pul kisəsi içərisində “Unibank”a aid bank kartı aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.
7. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Yasamal rayon ərazisində yerləşən yataqxanada Təqsirləndirilən şəxs kirayə götürdüyü mənzilə baxış və götürmə aparılan zaman 1 otaqlı mənzildə jurnal qoymaq üçün nəzərdə tutulmuş masanın üzərində 2 ədəd elektron tərəzi, üç büküm şəffaf sellafana bükülmüş metamfetamin hesab edilən psixotrop maddə, iki büküm qara rəngli seloofana bükülmüş psixatrop maddə hesab edilən mtamfetamin bənzər kütlə iki büküm şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür.
8. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2724 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün N56” möhür əksi,/imza/Təqsirləndirilən şəxs:2./imza/ Qasımlı Mirəyyub: /imza/ Şahid1: /imza/ Şahid2: /imza/Anar Həsənov yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi:-19,891 qram olan narın ağ rəngli,kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi:-4,745 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş üzərində AR DİN “zərflər üçün N56” möhür əksi,/imza/Təqsirləndirilən şəxs:2./imza/ Qasımlı.M.A: /imza/ Şahid1: /imza/ Şahid2: /imza/ Anar Həsənov”yazılar olan bağlamadakı 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:23,571 qr,- 5,236 qr,-49,971 qr,-19,759 qram ümumi təmiz çəkisi :-98,537 qram narın, ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.metafetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər: 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-185,903qr,-160,035 qram: ümumi təmiz çəkisi:-345,938 qram tünd qəhvəyi və qəhvəyi rəngli madə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir,heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Elektron tərəzinin səthində psixotrop maddə-metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. 01 ədəd bükümdə təmiz çəkisi:58,323 qram açıq-qəhvəyi rəngli maddə kütləsinin tərkibində “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş,məhdudlaşdırlmış və nəzarət edilən narkotik vasitələrin,psixotrop maddələrin habelə Azərbaycan Respublikası ərazisində idxalına,ixracına,tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarxili Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən mədələrin və onların külli miqdarının siyahıları”na, habelə “Zəhərli maddələrin siyahılan”na daxil olan komponentlər müəyyən edilmədi. 01 ədəd bükümdə təmiz çəkisi 376,783 qram böyük dənəvər,ağ kristalşəkilli rəngli maddə kütləsinin tərkibində “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırlmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na və 18 mart 2016-cı il tarxili Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən mədələrin və onların külli miqdarının siyahılan”na, habelə “Zəhərli maddələrin siyahılan”na daxil olan komponentlər müəyyən edilmədi. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar edilmiş 01 ədəd zərfdə və 01 ədəd bağlamadakı ümumi sayı 05 ədəd bükümdə ümumi təmiz çəkisi:-118,428qram olan metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər: həmçinin 01 ədəd zərfdə və 01 ədəd bağlamadakı ümumi sayı 03 ədəd bükümdə ümumi təmiz çəkisi:- 350,683 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in siyahısına (Siyahı İ) daxildir. Heroin Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.
9. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli 4787 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyininb əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.
10. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 2814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Bəkirov isa Sədirxan oğlunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur.
11. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 986 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsaərt aşkar edilməmişdir.
12. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yataqxanadakı mənzilindən aşkar edilərək götürülmüş 350,533 qram narkotik vasitə heroin, 118,228 qram psixotrop maddə metamfetamin və iki ədəd olmaqla birinin üzərində psixotrop maddə metamfetamin izləri olan electron tərəzilər cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün Abşeron RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir.
13. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarışın keçirilməsinə 13 may 2024-cü il tarixdə saat 21:50-da başlanılır. Şəxsi axtarış Abşeron RPl-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8, Abşeron RPl-nin X3 əməliyyat müvəkkili polis mayoru Şahid1, NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakları ilə süni işıqlandırma şəraitində, Abşeron RPl-nin inzibati binasında xidməti otaqda aparılır. Baş təhqiqatçı Anar Həsənov tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş üzərinə qara rəngli sellofan çəkilmiş üzərinə 20 rəqəmi yazılmış bükümü və 01 ədəd şəffaf sellofan bükülmüş üzərinə 5 rəqəmi yazılmış bükümləri masanın masanın üzərinə qoyur və bükümün içərisindəki qəhvəyi rəngli toz şəkkili kütlədən ibarət məddənin narkotik vasitə olan heroin və dogər bükümdəki ağ rəngki kristal şəkilli kütlənin isə psixortrop madd metamfetamin olduğunu, İran vətədaşı Sadıq adlı şəxsin göstərdiyi yerə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissədə başqa şəxslərin alması üçün müəyyən yerlərə qoyması üçün Bakı şəhəri, Yasamal rayonu ərazisində kirayə yaşadığı evində saxladığı narkotik və psixotrop maddələrin üzərindən götürüdyünü hal-hazırda da kirayə yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirdi. Daha sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarınnı sağ yan cibindn iki ədəd mobil telefon, ev açarı, əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən içərisində sürücülük vəsiqəsi, bank kartı olan qara rəngli portman aşkar edilir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükülü zərfə qoyularaq möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da şəxsi axtarışın keçirilməsi başa çatdırlır.
14. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış və götürmə Abşeron RPl-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X8, Abşeron RPl-nin X3 əməliyyat müvəkkili polis mayoru Şahid1, NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X6 iştirakları ilə süni işıqlandırma şəraitində, Bakı şəhəri, Yasamal rayonu ərazisində Yataqxanada yerləşən mənzildə aparılır. Baş təhqiqatçı Anar Həsənov tərəfindən iştirakçılar özlərini təqdim etməsi xahiş olunur və daha sonra iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı mənzildə qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif edilir, bu zaman Təqsirləndirilən şəxs mənzilin qapısı açır, özü və iştirakçılar mənzilə daxil olurlar. Bir otaqlı mənzildə otağın orta hissəsində qoyulmuş masanın üzərində sellofanlar, hava dəyişdirici, yapışqan lentlər, 02 ədəd elektron tərəzilər və rəngli sellofan torba olduğu görünür. Sorğu zamanı Təqsirləndirilən şəxs masanın üzərindəki rəngli sellofan torbanının içərisində narkotik və psixotrop maddələri saxladığını bildirdi. Rəngli sellofan torbanın içərisindən 04 ədəd şəffaf sellofana bükümdə psixotrop maddə olan metamafetaminə oxşar, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar, 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli özünün dediyinə görə möhür tozu aşkar olunaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri iran vətədaşının dediyi yerdən Bakı-Quba yolunun Sumqayıt şəhərin ərazisindən keçən hissəsindən İran vətəndaşı Sadiq adlı şəxsin göstərdiyi ünvanalara qoymaq üçün götürdüyünü bildirdi. Bundan sonra həmin mənzilə baxış keçirildi, baxış zamanı şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilmiş 04 ədəd şəffaf sellofana bükümdə psixotrop maddə olan metamafetaminə oxşar, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar, 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli özünün dediyinə görə möhür tozu sellofan torbaya qablaşdırılaraq möhürlənir və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanır. Bununla da mənzilə baxışın keçirilməsi başa çatdırlır.
15. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və kirayə tutduğu Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən yataqxanadakı mənzilə baxış keçirilən zaman qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmişdir.
16. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil smartfonun yaddaşında olan məlumatlara baxış keçirilmişdir. Telefonun fotoşəkillər bölməsinə baxış zamanı narkotik vasitələrə bənzər kütlələrin elektron tərəzi üzərində foto şəkilləri və ox işarəsi ilə işarələnmiş müxtəlif ərazi şəkillərinin olması aşkar edilmişdir. Bu barədə 4 ədəd foto şəkil çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir.
17. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu Ülvi Bünyadzadə küçəsində fərdi həyət evində anasıyla birlikdə yaşayırmış. 2019-cu ildə DİN-in BMCMİ tərəfindən tutulmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, 2023-cü ildə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra maddi vəziyyəti yaxşı olmadığından “İnstagram” şəbəkəsində tanış olduğu özünü ona İran vətəndaşı kimi təqdim edən Sadiq adlı şəxsin təklifi ilə narkotik vasitə satışına razılıq vermişdir. 2024-cü ilin aprel ayından Sadiq ona xəritə göndərib oradan narkotik və psixotrop maddə götürüb dediyi yerlərə qoymağını, bunun müqabilində hər kiloya görə ona 700 manat verəcəyini demişdir. Həmin vaxtdan 2 dəfə o ona narkotik və psixotrop maddə göndərmişdir. Təxminən həmin müddətdən Yasamal rayonunda “şüşəli bazarın” arxasında yerləşən yataqxanada kirayə ev tutmuşdur ki, narkotik vasitələri orada tərəzi ilə çəkib bükümlərə ayırsın. Sonuncu dəfə 10 may 2024-cü il tarixdə Sadiq ona xəritə göndərib narkotik vasitə heroin və psixotrop maddə metamfetamini həmin yerdən götürməyini istəmişdir. Bakı-Quba yolunda Sumqayıt şəhərinin dönəcəyindən bir qədər aralıda yolun kənarından Sadiqin göndərdiyi malları götürüb kirayə götürdüyü ünvan 6 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasındakı mənzilə gətirmişdir. Daha sonra Sadiqin dediyi çəkilərə ayırıb dediyi yerlərə qoymuşdur. 13 may 2024-cü il tarixdə bir ədəd 5 qram çəkidə metamfetamin və 20 qram çəkidə heroin götürüb Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanı ilə piyada şəkildə hərəkətdə olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb Abşeron rayon Polis idarəsinin əməkdaşları olduqlarını onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu həmin idarəyə aparmışdırlar. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, o hüquqlarını müdafiə olunması üçün vəkillə təmin olunmağını istəyib, maddi imkanın olmadığından vəkilin dövlət hesabına dəvət olunmasını xahiş etmişdir və bununla bağlı ərizə yazmışdır. Sonra vəkillərin siyahısı ilə tanış olmuşdur. Bir qədər sonra vəkil dəvət olunub ona təqdim edilmişdir, təqdim edilmiş müdafiəçi Abşeron Vəkil Bürosunun vəkili Mirəyyub Qasımlı tərəfindən hüquqlarının müdafiə olunmasına razılıq vermişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər və bu prosesin video yazıya alınacağını xəbərdar etmişlər. Müdafiəçisi Mirəyyub Qasımlının iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlanılarkən polis əməkdaşları ona üzərində qanunsuz əşya varsa təqdim etməyini təklif etmişlər, o əynindəki göy rəngli cins şalvarın sol yan cibində olan, 02 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqim etdiyi bükümlərin içərisidəki maddənin heroin və metamfetmain olduğunu, İran vətəndaşından əldə etdiyini və onun dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş bank kartı və 2 ədəd mobil telefonun və evin açarı aşkar olunmuşdur. Sorğu zamanı polis əməkdaşlarına iran vətəndaşının göndərdiyi narkotik vasitələri və psixotrop maddələrin qalan hissəsini kirayə tutduğu Yasamal rayonundakı evdə saxladığını etiraf etmişdir.Təqdim etdiyi 2 ədəd büküm zərfə qablaşdırılıb götürülmüş və zərfin üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuş və protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılarla birlikdə Abşeron rayon polis idarəsindən çıxaraq kirayə tutduğu ünvan 7 ünvanında yerləşən Azərbaycan Texniki Universitetinin yataqxanasındakı mənzilə getmiş, onun icazəsilə həmin mənzilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında masanın üzərində qoyduğu 4 büküm metamfetamin, 2 büküm heroin, 2 ədəd elektron tərəzi, bir ədəd sellofanda qəhvəyi rəngli möhür tozu və bir ədəd sellofanda ağ rəngli metamfetaminə bənzər maddə aşkar edilmişdir. Möhür tozu və ağ rəngli kristal şəkilli maddələri heronin və metamfetaminin çəkisini düzəltmək üçün istifadə edirmiş, belə ki çəki çatmayanda onlardan az-az əlavə etmişdir. Aşkar olunmuş bükümlər və elektron tərəzilər qablaşdırılb götürülmüş, onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib oxunmuşdur və protokolun doğruluğu onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Həmin maddələri İran vətəndaşı Sadiq adlı şəxs ona göndərmişdir. 10 may 2024-cü il tarixdə axşam vaxtı Sadiqin göndərdiyi xəritə üzrə Bakı-Quba yolunda Sumqayıt şəhərinin dönəcəyindən bir qədər aralıda yolun kənarından götürmüşdür. Məqsədi həmin malları Sadiqin dediyi yerlərə qoymaq olmuşdur, bunun müqabilində o, ona 1 kiloya görə 700 manat pul göndərəcəkmiş. Elektron tərəziləri özü almışdır. Sadiq ona iranlı olduğunu demişdir. Telefon nömrəsi onun telefonunda qeyd edilmişdir, başqa anket məlumatlarını bilmirmiş. Üzərindən və mənzildən aşkar edilmiş narkotik vasitələri bükümlərə Sadiqin dediyi qramlar üzrə o ayırmışdır.Ona heç bir təziq olunmamışdır, psixi cəhətdən tam sağlamdır. Abşeron rayon məhkəməsində o cür deməyinə səbəb özünü müdafiə etmək üçün imiş. Düşünmüşdür ki, fiziki təzyiqə məruz qaldığını bildirsə barəsində həbs qətimkan tədbiri seçilməz.
18. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Abşeron RPİ-nin Saray polis bölməsinin rəis müavini vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 13 may 2024-cü il tarixdə Abşeron RPİ-nin NMB-ə Təqsirləndirilən şəxs Bakı şəhəri və Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət olunmuş və Abşeron RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə başlanılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün axşam saat 20 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Rahat” marketin yaxınlığında saxlayaraq özlərini təqdim edərək barəsində əməliyyat məlumatı daxil olduğunu, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna dair şübhəli olmasını bildirib onu Abşeron RPİ-ə dəvət etdik. İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin edilmiş, hüquq və vəzifələri elan olunduqdan sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ilk növbədə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim etmiş və həmin bükümlərin içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı Sadiq adlı şəxsdən əldə etdiyini, Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsindən götürdüyünü bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümləri Sadiqin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini və hazırda kirayədə yaşadığı evdə narkotik və psixotrop maddələr saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən mobil telefon və bank kartları aşkar olunmuş, başqa qanunsuz hər hansı əşya, predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüş və müvafiq protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra tədbirin davamı olaraq əməliyyat qrupu və təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, yataqxanada yerləşən mənzilə baxış keçirmək üçün qeyd olunan ünvana getmişlər. Təqsirləndirilən şəxs evin qapısını açdıqdan sonra evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı mənzildən içərisində 4 ədəd şəffaf sellofan bükümdə metamafetaminə oxşar, 1 ədəd şəffaf sellofana bükülmüş heroinə oxşar, 1 ədəd şəffaf sellofanda qəhvəyi rəngli möhür tozuna oxşar maddələr olan torba aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri iran vətədaşının dediyi yerdən Bakı-Quba yolunun Sumqayıt şəhərin ərazisindən keçən hissəsindən İran vətəndaşı Sadiq adlı şəxsin göstərdiyi ünvanlara qoymaq üçün götürdüyünü bildirmişdir. Daha sonra aşkar edilmiş bükümlər qablaşdırılaraq möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanaraq müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq göstərilməmişdir. Belə ki, təqsirləndirilən şəxs özü səmimi olaraq üzərində və yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddələr olduğunu etiraf etmişdir.
19. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Abşeron RPl-nin NMB-nə Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi fərdi yaşayış evində kirayədə yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri və Abşeron rayonu ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət olunmuş və bundan sonra Abşeron RPl-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Şahid2lə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Rahat” marketin yaxınlığında əməliyyat mövqeyi seçib gözləmiş, həmin gün axşam saatlarında zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib onu Abşeron RPl-nə dəvət etmişdirlər. Polis idarəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunmuşdur, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş üzərinə 5 rəqəm yazısı olan, 01 ədəd şəffaf sellofana bükülmüş üzərinə qara sellofan çəkilməklə 20 rəqəm yazısı olan bükümləri masanın üzərinə qoyaraq həmin bükümlərdəkinin narkotik vasitə olan heoin və , psixotrop maddə olan metamfetamin olmasını, həmin narkotik vasitə və psixotrop maddələri İran vətəndaşı Sadiq adlı şəxsin göstərdiyi yerdən Bakı-Quba yolunun Sumqayıt şəhəri ərzisindən keçən hissəsində götürdüyünü, Sadiqin dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini, hal- hazırda kirayədə yaşadığı ünvanda narkotik və psixotrop maddələr saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçrilmiş, Təqsirləndirilən şəxs üzərindən mobil telefon və bank kartları aşkar olunsada başqa qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə və 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlələr 01 ədəd zərfə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, protokola və zərfin üzərinə imzalar etmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Yasamal rayonu Yataqxanada yerləşən mənzilə baxış keçirmək üçün qeyd olunan ünvana getmişdirlər. Video çəkiliş aparılmaqla həmin ünvana daxil olmuşlar. Bir otaqlı mənzilə daxil olduqdan sonra Təqsirləndirilən şəxs evdə saxladığı qanunla qadağan edilmiş əşya və ya predmeti təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masanın üzərindəki bəzəkli sellofan torbanı göstərərək narkotik və psixotrop maddələri həmin torbada saxladığını bildirmişdir. Baxış zamanı həmin torbanın içərisindən 04 ədəd şəffaf sellofana bükümdə psixotrop maddə olan metamafetaminə oxşar, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar, 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli özünün dediyinə görə möhür tozu aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri iran vətədaşının dediyi yerdən Bakı-Quba yolunun Sumqayıt şəhərin ərazisindən keçən hissəsindən İran vətəndaşı Sadiq adlı şəxsin göstərdiyi ünvanalara qoymaq üçün götürdüyünü bildirmişdir. Bundan sonra həmin mənzilə baxış keçirilmiş, baxış zamanı şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən aşkar edilmiş 04 ədəd şəffaf sellofana bükümdə psixotrop maddə olan metamafetaminə oxşar, 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə oxşar, 01 ədəd şəffaf sellofanda qəhvəyi rəngli özünün dediyinə görə möhür tozu sellofan torbaya qablaşdırılaraq möhürlənmiş və qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilirmiş.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələri iranlı kimi tanıdığı Sadiqdən almış, onlar maşınında olmuş, Abşeron rayon polis idarəsinin 7-8 nəfər polis əməkdaşı tərəfindən saat 12-13 radələrində Təbriz küçəsində yerləşən avtoyumada olan zaman saxlanılmışdır. Onun avtomobilində 20 (iyirmi) və 05 (beş) qram heroin və metamfetamin olmuş, onun evində narkotik maddələr olmamış, 01 (bir) ədəd kiçik tərəzi və möhür tozu olmuş, kütləni artırmaq üçün möhür tozunu heroinə qatmış, narkotik vasitələrdən istifadə etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, narkotik vasitələri götürərək deyilən ünvanlara qoymuş, hadisə baş verməmişdən əvvəl cəmi bir dəfə yarım kiloqram narkotik vasitəni deyilən yerə qoymuş, sonuncu dəfə də yarım kiloqrama yaxın narkotik vasitəni deyilən ünvana “atmışdır”. İranlı Sadiq narkotik vasitəni qoyanda ona çəkini deməmiş, sadəcə deyilən ünvana çatdırmasını tələb etmişdir. Avtomobilində olan 25 (iyirmi beş) qram narkotik vasitə və psixotrop maddəni iranlı Sadiqin ona göndərdiyi kütlədən götürmüş, sonuncu ona həmin maddələri özündə saxlamasını tapşırmışdır. Polislər onu saxlayaraq qoluna qandal vurmuş və kirayə yaşadığı mənzilə gətirmişlər, ondan narkotik maddə tələb edəndə olmadığını bildirmişdir. Polis əməkdaşları onun Yasamalda narkotik vasitələri, psixotrop maddələri saxlaması üçün kirayəyə götürdüyü evə getməmişdən əvvəl ondan açarı almışlar, ondan əvvəl həmin mənzilə daxil olaraq yarım kiloqram narkotik vasitəni evdə stolun üstünə qoymasını və həmin maddələri boynuna götürməyi tələb olunmuşdur. Polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmış, bundan sonra, onu Abşeron RPİ-yə aparmışlar, polislər ona mobil telefon verərək iranlıdan narkotik vasitə istəməyini söyləmişlər. O, onların dediklərini etmiş, onunla görüntülü əlaqə saxlamış, üzündə qızartı və şillə izi olduğundan iranlı buna inanmamış, onun tutulmasından şübhələnmişdir. O, 13 may 2024-cü il tarixdə saxlanılsa da, barəsində ekspertiza 16 may 2024-cü il tarixdə keçirilmişdir. O, saxlanılan zaman videoçəkiliş keçirilməmiş, tutulmağı barədə ailəsinə 02 (iki) gün sonra məlumat verilmişdir. Evindən aşkar olunan tərəzilər ona məxsus olmuş, onu narkotik vasitənin miqdarında aldatmasınlar deyə iəldə etdiyi “malları” həmin tərəzilərdə çəkmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər də məhkum olunmuş, 2023-cü ilin dekabrında cəzasını çəkib qurtarmışdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
21. CM-nin 234.4.1. və 234.4.3. maddələrinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
26. Maddə 56.1.3. xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
27. Maddə 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir.
28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
29. Maddə 76.6.3. qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir.
30. Maddə 18.2.2., 83.3.4, 83.1-ci maddələri. Qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
31. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
32. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
33. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
34. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
35. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
36. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
39. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Həmçinin, metamfetaminin də 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab edilir.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
40. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
41. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
42. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
43. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
44. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: ... 5.7.5. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarı
45. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, 9. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
46. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
47. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
48. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsin üzərində və onun kirayədə yaşadığı evdə aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda və bükümlər halında olması, həmçinin, 02 ədəd elektron tərəzinin aşkar olunması, telefon və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir.
49. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
50. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
47. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən cinayətin başqa şəxslə qabaqcadan əlbir olmaqla törədilməsinə dair ittiham da əsaslıdır. Belə ki, həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışında ifadə verən zaman Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri iran vətədaşının dediyi yerdən Bakı- Quba yolunun Sumqayıt şəhərin ərazisindən keçən hissəsindən İran vətəndaşı Sadiq adlı şəxsin göstərdiyi ünvanlara qoymaq üçün götürdüyünü bildirmişdir.
48. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmadığını, polislərin Yasamalda yerləşən evə getməmişdən əvvəl ondan açarı aldığını, ondan əvvəl həmin mənzilə daxil olaraq yarım kiloqram narkotik vasitəni evdə stolun üstünə qoyduğunu və həmin maddələri boynuna götürməyini bildirmələrini, polis əməkdaşları tərəfindən fiziki və psixi təsir və təzyiqlərə məruz qalmasını bildirmişdir. Lakin, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 986 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir.
49. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmişdir. Belə ki, AR ƏN PX-nin X1 məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs İMM-nə daxil olarkən üzərində heçbir xəsarət izi aşkar edilməmişdir.
50. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir.
51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlər halda olmasını, üzərindən həmçinin elektron tərəzinin aşkar olunmasını, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitələri məhz satış məqsədilə əldə etmişdir.
52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 22, 23, 24, 25-ci bəndləri).
55. Təqsirləndirilən şəxs saxlanıldığı AR ƏN PX-nin X1 məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ƏN PX Bakı istintaq təcridxanasından “Ağciyər vərəmi” diaqnozu ilə ƏN PX İxtisaslaşdırılmış müalicə müəssisəsinə (İMM) daxil olmuşdur. Xəstə stasionarda kliniki, rentgenoloji, laborator müayinələrdən keçirilmiş və onda “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, VM (+) pozitiv. Şəkərli diabet, 11 tipli kliniki diaqnozu təsdiqlənmişdir. Xəstə xx.xx.2024-cü il tarixdə 1-ci sıra vərəməleyhinə dərmanlarla müalicəyə cəlb edilmiş, xx.xx.2024-cü il tarixdə vərəməleyhinə müalicəsi "sağalıb” nəticəsi ilə başa çatdırılmışdır. Hal-hazırda xəstənin ümumi vəziyyəti kafidir, müəssisənin dispanser şöbəsinin qeydiyyatında- saxlanılır. Təqsirləndirilən şəxs İMM-nə daxil olarkən üzərində heçbir xəsarət izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin sadalanan xəstəliklərdən əziyyət çəkməsi, cəzasını yüngülləşdirən, əməlində cinayətlərin təhlükəli residivinin olması isə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır.
56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.xx.xx.2023-cü il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-694/2020 nömrəli hökmündən görünür ki, CM-nin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(005)- 545/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 01 il 11 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.
57. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin təhlükəli residivini yaradır (hökmün 30cu bəndi).
58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
59. Məhkəmə hesab edir ki, AR CM-nin 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək, AR CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 1 il 11 ay 11 gün hissəsi hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən birləşdirilməlidir. (hökmün 27 və 29-cu bəndləri).
59. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edildiyindən cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 26-cı bəndi).
60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 28-ci bəndi).
61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu 13 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs və onun yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 350,533 qram narkotik vasitə heroin, 118,228 qram psixotrop maddə metamfetamin, 02 ədəd elektron tərəzi məhv edilməli, Digər maddi sübut şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon qanuni sahibinə qaytarılmalıdır. (hökmün 37-ci bəndi).
64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 65 . İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 38-ci bəndi)
66. Məhkəmə eyni zamanda qeyd edir ki, Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 40 (qırx) saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 22.12.23-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş 01 il 11 ay 11 gün hissəsi hazırki hökmlə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 13 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlama anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 350,533 qram təşkil edən narkotik vasitə heroin, 118,228 qram təşkil edən psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış və götürmə zamanı istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 60 manat (altmış) məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev