Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-705/2020 20.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin nümayəndəsi Nümayəndə, müdafiəçi – “Hümbətov və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli,himayəsində 1 (bir) azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunan, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, ev 54-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını yandırmaqla qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, bundan başqa, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmək məqsədi ilə Şahid2 gündəlik 25 manat müqabilində avtomobil icarəyə götürmüş və həmin avtomobilin icarə haqqısına görə onların arasında mübahisə yaranmışdır. Onların arasında yaranmış mübahisə nəticəsindəTəqsirləndirilən şəxs Şahid2 qisas almaq qərarına gəlmiş, bu məqsədlə sonuncu tərəfindən ona müvəqqəti verilmiş Zərərçəkmiş şəxs2-yə məxsus olmaqla lizinq yolu ilə Şahid4 etibar edilmiş «Ravon Nexia R3» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində ünvan 1 ünvanına sürərək həmin avtomobilin sahibinin Şahid2 olduğunu zənn etməklə əvvəlcədən özü ilə götürdüyü tez alışan benzin məhlulunu avtomobilin salonuna tökməklə yandıraraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2-yə 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla qəsdən özgənin əmlakını məhv etmişdir. Bundan başqa, o, xx xxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində, taksi fəaliyyəti ilə məşğul olan zaman tanış olduğu Zərərçəkmiş şəxs1 verdiyi borcu istəməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun yaşadığı ünvan 2 ünvanında yerəşən 22 saylı mənzildə yumruqla və soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs1 qəsdən vurmaqla sonuncuya sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən-boyunun ön səthində qançır, üst və alt dodaqdakı əzilmiş yaraları, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid-döş qəfəsinin sol yan səthində üç ədəd, qarının ön divarında solda iki ədəd boşluqlara nüfuz etməyən deşilmişkəsilmiş yaraları, sağ bazu nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yarası, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid-döş qəfəsinin ön və sol yan səthlərindəki üç ədəd döş və qarın boşluqlarına nüfuz etmiş sol ağ ciyərin, diafraqmanın və köndələn çəmbər bağırsağın yaralanmalarına səbəb olmuş deşilmiş-kəsilmiş yaraları kimi xəsarətlər ilə nəticələnən və insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı başlananadək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2-nin nümayəndəsi Nümayəndə “dəymiş ziyanın ödənilməsi tələbinə” dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə mülki iddia ərizəsi icraata qəbul edilmiş və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2-yə məxsus «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili yandıraraq məhv etməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2-yə xeyli məbləğdə maddi ziyan vurulmuş və həmin ziyan 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat təşkil etmişdir. Ona görə də zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, lakin mülki iddianı qəbul etməyərək ifadəsində göstərdi ki, o, 2019-cu ildə taksi fəaliyyəti ilə məğul olmaq üçün Şahid2 müraciət etmişdir. Şahid2 həmin vaxt müxtəlif avtomobilləri gündəlik icarəyə verməsi ilə məşğul olurmuş və gələcəkdə sürücüdə qalması şərti ilə həmin avtomobilləri icarəyə verirmiş. Xalid ona bir neçə avtomobil təklif edərək həmin avtomobillərin özünün olduğunu bildirmişdir. Lakin o, sonradan həmin avtomobillərin lizinq şirkətinə məxsus olduğunu bilmişdir. O, Xalidin təklif etdiyi avtomobillərə baxmış və **-PS-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı “Ravon Nexia” markalı avtomobili bəyənmişdir. O, həmin avtomobilə görə ilkin ödəniş kimi 1100 manat məbləğində pulu Xalidə vermiş və onların arasında əldə edilmiş razılığa əsasən avtomobilin günlük icarə haqqısı 25 manat məbləğində müəyyən edilmişdir. Onların razılığına əsasən 3 ildən sonra **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına keçməli imiş. O, bu şərtlərlə həmin avtomobili Xaliddən icarəyə götürmüşdür. Bundan sonra o, Xalidlə Badamdar qəsəbəsində yerləşən “Union” lizinq şirkətinə getmiş və ona həmin avtomobilə dair 1 aylıq yol vərəqəsi verilmişdir. O, həmin avtomobili 3 ay sürmüş və günlük icarə haqqını Xalidə həftəlik verirmiş. 2019-cu ilin iyul ayında Xalid ona demişdir ki, “**-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi avtomobili satmaq istəyir və həmin avtomobili qaytarmaq lazımdır”. O da Xalidə demişdir ki, “axı bizim danışığımız belə olmuşdur ki, bu avtomobil 3 ildən sonra mənə qalmalıdır və mən həmin avtomobilə öz avtomobilim kimi qulluq edirəm”. Bunun qarşılığında Xalid ona demişdir ki, “narahat olma. Mən sənə başqa avtomobil verəcəm”. Bundan sonra o, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili Xalidə qaytarmışdır. Bundan sonra o, üç gün avtomobilsiz qalmışdır. O, üç gün avtomobilsiz qaldıqdan sonra Xalid ona **-PN-*** dövlət qeydiyyat nişanlı digər «Ravon Nexia» markalı avtomobili təklif etmişdir. Həmin avtomobil də 2017-ci il buraxılışlı olmuşdur. Xalid ona həmin avtomobili etibarnaməsiz və yol vərəqəsiz vermişdir. O, Xaliddən avtomobillə bağlı yol vərəqəsini istədikdə Xalid ona heç bir sənəd verməmiş və onu lizinq şirkətinə aparmamışdır. **-PN- *** dövlət qeydiyyat nişanlı avtomobilə dair şərtlər də əvvəlki kimi olmuşdur. Avtomobilin icarəsinə görə o, Xalidə günlük 25 manat pul ödəməli imiş. 3 illik icarə müddəti isə onun ilk dəfə götürdüyü avtomobilin müddətindən hesablanmış və artıq 4 ay keçmiş kimi sayılmışdır. Həmin avtomobil ona verildikdə avtomobilin ondan əvvəlki sürücüsünün 340 manat məbləğində radar cəriməsi olmuşdur. Onun da birinci dəfə götürdüyü və Xalidə təhvil verdiyi əvvəlki avtomobilə görə 300 manatlıq radar cəriməsi qalmışdır. Xalid ondan 340 manat məbləğində radar cəriməsinin ödənilməsini tələb etmişdir. O da Xalidə demişdir ki, “gəl əvvəlki sürücünün 340 manatlıq cəriməsini mənim 300 manatlıq cəriməmlə əvəzləşdirək”. Lakin Xalid ona demişdir ki, “o maşın başqa, bu maşın başqa”. Xalid ondan yenidən 340 manatlıq radar cəriməsinin ödənilməsini tələb etmişdir. Bu məsələ üstündə onunla Xalidin arasında mübahisə düşmüşdür. O, Xalidə demişdir ki, “sən mənə birinci avtomobili verəndə deməmişdin ki, mən maşını qaytaracağam”. Beləliklə də həmin məsələ açıq qalmışdır. Xalidlə onun arasında yaranmış mübahisəyə baxmayaraq, o, hər həftə avtomobilin icarə pulunu Xalidə tam şəkildə verirmiş. 2019-cu ilin sentyabr ayında onun işləri pis getmiş və o, avtomobilin icarə pulunu Xalidə verə bilməmişdir. Nəticədə onun Xalidə avtomobilə görə 525 manat borcu yaranmışdır. Lakin gec olsa da sonradan o, 525 manatın 445 manatını Xalidə qaytarmışdır. Lakin yenə də onun Xalidə 80 manat borcu qalmışdır. Sonuncu dəfə 80 manatı o, Xalidə verdikdə yenə də onların arasında mübahisə yaranmışdır. Xalid yenidən həmin avtomobilin radar cəriməsinin ödənilməsini ondan tələb etmişdir. O da Xalidə demişdir ki, “mən birinci avtomobili götürəndə 300 manat cərimə ilə götürmüşdüm və həmin cəriməni də ödəyərkən pulu səndən almamışdım”. Bu səbəbdən də o, cəriməni ödəməkdən imtina etmişdir. Bundan sonra Xalid söyüş söyərək ona demişdir ki, “qoy avtomobili burada və çıx get”. Avtomobil buradan çıxmayacaq”. O da söyüş söyərək Xalidə demişdir ki, “mən avtomobili sürüb gedəcəm”. Bu zaman Xalid ona demişdir ki, “ya radar cəriməsi olan 340 manatı verəcəksən, ya da ki, çıxıb gedəcəksən”. O da həmin vaxt öz tanışına zəng vuraraq ona təcili 350 manat pul gətirməsini xahiş etmişdir. Bir neçə dəqiqədən sonra onun tanışı ona dediyi məbləğdə pulu gətirmiş və o, 350 manat pulu Xalidə verib həmin **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürüb getmişdir. Xalidin qoyduğu söyüşə görə Xalidin onunla ədavəti yaranmışdır. 340 manat radar cəriməsi üstündə Xalidlə o, söyüş qoymuşdu ki, “avtomobil qarajdan ya çıxacaq, ya da ki, çıxmayacaq”. Bu məsələdə o, qalib çıxaraq avtomobili sürüb aparmışdır. Ona görə də Xalid ondan acıq çıxmaq istəyirmiş. Həmin gün Xalid ona zəng vurub ondan hara getdiyini soruşmuşdur. O, isə bildirmişdir ki, “mən getdim, əgər söyüşü özünə götürürsənsə avtomobili qaytarım”. Həmin vaxt o, Xalidlə telefonda çox danışmamışdır. Həmin gün gecə Xalid yenə ona zəng edərək görüşmək istədiyini demişdir. Lakin o, gec olduğunu və yatmaq istədiyini Xalidə bildirmişdir. Xalid isə onun dediyi istənilən yerə gələ biləcəyini ona demişdir. Həmin vaxt o, Ramana qəsəbəsində imiş və Xalidə Ramana işıqforuna gəlməyini demişdir. O, orada Xalidlə görüşərkən Xalid ona avtomobili götürdüyü yerə qoymalı olmasını demişdir. O da Xalidə qaraja getməyini və özünün də Xalidin arxasınca gələcəyini bildirmişdir. O, avtomobili Xalidin arxasınca sürərək qaraja getmişdir. Sonra Xalid ona avtomobili etibarnaməsiz idarə etdiyini və ona görə də avtomobili təhvil verməli olduğunu demişdir. O isə onsuz da avtomobilləri etibarnaməsiz sürdüyünü Xalidə demiş və Xaliddən ondan nə istədiyi soruşmuşdur. Xalid isə ona avtomobilə ehtiyacının olduğunu və indi avtomobili qaytarmasını, sabah səhər saat 11:00-da gəlib həmin avtomobili apara biləcəyini demişdir. Həmin vaxt Xalidin yanında bir neçə başqa şəxslər də olmuşdur. O, orada Xalidlə razılaşaraq avtomobilin açarlarını Xalidə vermişdir. Sonra Xalidin qardaşı Tamerlan onu yaşadığı evə aparmışdır. Yolda o, Tamerlana düzgün hərəkət etmədiklərini demişdir. Səhərisi gün saat 11:00-da o, yenidən həmin qaraja, yəni Xalidin yanına getmişdir. Lakin Xalid ona dünənki avtomobili verməkdən imtina etmiş və əvəzində başqa avtomobili ona verə biləcəyini bildirmişdir. Bir gün əvvəl Xalidin ona başqa şey, həmin gün başqa şey dediyini gördükdə o, Xalidin onu aldatdığını görmüşdür. Bundan sonra o, Xalidi cəzalandırmaq qərarına gəlmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Xalid ona əvvəlki şərtlərlə, yəni günü 25 manat olmaqla 3 il müddətinə başqa «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, 2017-ci il buraxılışlı avtomobili və həmin avtomobilin açarlarını vermişdir. O, həmin avtomobili qarajdan sürüb getmişdir. O, avtomobili oradan götürüb gedərkən onun məqsədi həmin avtomobili yandıraraq Xalidə ziyan vurmaq olmuşdur. Yolda o, Tamerlanla telefonda danışmış və sonuncuya əlindən avtomobili aldıqlarına və həmin avtomobili ona qaytarmadıqlarına görə həmin şəxsləri cəzalandıracağını demişdir. Sonra o, yanacaq doldurma məntəqəsindən iki litr benzin almışdır. Bundan sonra o, həmin avtomobili 6-cı mikrorayonda yerləşən “Həzrəti Əli” məscidinin yanına sürmüşdür. O, həmin yerdə gecə vaxtı həmin avtomobilin salonuna aldığı benzini tökərək yandırmışdır. Bundan başqa, təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Xaliddən götürdüyü avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olduğu zaman Raqif adlı şəxslə tanış olmuşdur. Onların tanışlığından sonra o, Raqifə və sonuncunun ailəsinə taksi xidməti göstərməyə başlamışdır. Bu Raqifin təklifi olmuşdur. İlk günlər Raqif taksi xidmətinə görə ona gündəlik pul vermişdir. Lakin sonradan Raqif ona demişdir ki, “vəziyyət bir az pisdir. Mən pulu sənə hər ayın sonunda birdəfəlik verəcəm”. O da Raqiflə razılaşmışdır. Bir müddətdən sonra onların arasında səmimi münasibət yarandığından Raqif ondan 1300 manat məbləğində borc pul istəmişdir. O da bunun əvəzində Xalidə 1500 manat məbləğində borc pul vermişdir. Bundan başqa, 2019-cu ilin aprel ayından həmin ilin sentyabr ayının sonunadək onun Raqifə və sonuncunun ailəsinə taksi xidməti göstərdiyinə görə, eləcə də onun Raqifə 1500 manat məbləğində verdiyi borcla birlikdə Raqifin ona təxminən 5600-5700 manat məbləğində borcu yaranmışdır. Lakin Raqif onun borcunu qaytarmırmış. O, bir neçə dəfə Raqifdən borcunu tələb etsə də, Raqif borcunu qaytarmamışdır. O da avtomobili yandırdıqdan sonra pulsuz qalmışdır. O, Raqifə zəng vuraraq pulunu istəyirmiş, Raqif də hər dəfə bugün-sabah pulu qaytaracağını ona deyirmiş. Raqifin pulu ona qaytarmaması onu əsəbiləşdirirmiş. xx xxxxxxx 2019-cu il tarixdə o, Raqiflə telefonda danışmış və Raqif ona demişdir ki, “axşam gəl, evdə söhbət edək”. O da həmin gün saat 18:00 radələrində Raqifgilin yaşadığı evin həyətinə getmişdir. O, orada Raqiflə görüşmüş, biraz söhbət etmiş və sonra Raqif onu yaşadığı evə dəvət etmişdir. O, Raqiflə təxminən 20 dəqiqə evdə söhbət etmişdir. Raqif ona yeni işə düzələcəyini, bundan sonra onun pulunu verəcəyini bildirmişdir. O, Raqifə demişdir ki, “əvvəlki vaxt olsaydı borcu istəməzdim. Lakin hazırda mənə pul lazımdır”. Bundan sonra Raqif pulunun olmadığını və ona borcunu qaytara bilməyəcəyini bildirmişdir. Raqif bunu dedikdən sonra qışqıraraq demişdir ki, “ümumiyyətlə pulu verməyəcəm”. O, Raqifə qışqırmamasını, qonşuların eşidəcəyini bildirmişdir. Yataq otağında Raqif masanın üstündəki stəkanı yerə çırpmış və otağı tərk edib mətbəxə keçmişdir. O, Raqifin dalınca getmiş və mətbəxdə onların arasında yenidən sözlü mübahisə yaranmışdır. Sonra Raqif evdən çıxmaq istəmiş və dəhlizdə o, özü də bilmədən mətbəxdən götürdüyü bıçaqla Raqifə bir neçə zərbə vurmuşdur. Raqif zərbələrdən sonra yerə yıxılmışdır. O, Raqifi yerdə uzandırmışdır. Raqif ondan dəsmal gətirməyini və təcili yardıma zəng vurmağını istəmişdir. O, dərhal təcili yardıma zəng vurmuş və Raqifin yaşadığı evi tərk etmişdir. O, Raqifi bıçaqla vursa da, onun Raqifi öldürmək fikri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin Zərərçəkmiş şəxs1la barışdığını və Raqifə qarşı törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində mülki iddianı qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, ona yüngül cəza təyin edilməsini və ona qarşı irəli sürülmüş mülki iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun və arvadının maşını olmadığı üçün onların işə gedib-gəlmələri çətinlik yaratmışdır. Bu səbəbdən də o, taksi tutmaq qərarına gəlmişdir. O, bir dəfə özəl şirkətlərin birindən taksi sifarişi vermiş və onun sifarişi əsasında taksi sürücüsü kimi gəlmiş Təqsirləndirilən şəxsla tanış olmuşdur. Sonra onların arasında səmimi münasibət yaranmışdır və o, Elnurdan ona və ailə üzvlərinə taksi xidmətini göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onun təklifi ilə razılaşmış və 2019-cu ilin mart ayından ona, arvadına və oğluna taksi xidməti göstərmişdir. Elnur onu və onun arvadını işə, oğlunu isə məktəbə aparıb gətirmişdir. Onun Elnurla sonradan isti münasibəti yaranmışdır. Sonra taksi xidmətinə görə onun Elnura borcu yığılmağa başlamış və o, Elnura təxminən 15 gündən bir taksi xidmətinə görə pul vermişdir. Bir dəfə də ona təcili pul lazım olduğu üçün o, Elnura borca pul lazım olduğunu bildirmişdir. Elnur da ona öz pulundan borc verə biləcəyini bildirmiş və hissə-hissə ona ümumilikdə təxminən 4200 manat borc pul vermişdir. Eyni zamanda xidmət haqqı da həmin borcun üstünə əlavə olunmuşdur. Həmin ərəfədə o, işdən çıxdığı üçün pul qazana bilməmiş və bir müddət işsiz qalmışdır. Bununla belə Elnur onun ailə üzvlərinə taksi xidməti göstərməyə davam etmişdir. Bir müddətdən sonra Elnur ona zəng edərək işdən çıxdığını, avtomobil götürdüyü şəxslə arasında mübahisənin yarandığını bildirmiş və ondan borcunu qaytarmasını tələb etmişdir. O da Elnura işləmədiyini, yeni iş yeri tapdığını, işləyən kimi borcunu qaytaracağını demişdir. Elnur dəfələrlə ona zəng vurub pulunu istədiyi üçün o, Elnura evinə gəlib söhbət etməyi təklif etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə o, Elnura zəng edib evinə dəvət etmiş və evin blokunda Elnuru gözləmişdir. Onlar blokun yanında biraz söhbət etdikdən sonra birlikdə evə gəlmişlər və qonaq otağında normal söhbət etməyə başlamışlar. O, Elnurla qonaq otağında söhbət edərkən Elnura onu normal işləməyə qoymadığını, hər dəfə ona zəng vurduğunu, işləyib ayın axırı pulunu qaytaracağını demişdir. Həmin vaxt o, Elnura olan borcunun təxminən yarısını qaytarmışdır. Lakin Elnur ona işsiz olduğunu, pulunun olmadığını bildirmiş və tez bir zamanda pulunun qaytarılmasını istəmişdir. Bundan sonra o, əsəbiləşib su içdiyi stəkanı yerə çırpmış və mətbəxə keçmişdir. Elnur da bu vaxt onun arxasınca gəlib niyə borclu olduğu halda qışqıra-qışqıra danışdığını soruşmuş və ondan qışqırmamağı tələb etmişdir. Sonra o, mətbəxdə su içmiş və siqaret çəkmişdir. O, mətbəxdən çıxaraq dəhlizə keçmiş və dəmirdən olan dabankeşi götürərək ayaqqabısını geyinmək istəmişdir. Elnur isə bu vaxt onun dabankeşlə Elnuru vuracağını düşünmüşdür. Həmin vaxt Elnur əlindəki bıçaqla ona bir neçə dəfə zərbə vurmuşdur. Elnur ona zərbə vurarkən o, Elnurun əlində bıçaq olduğunu bilməmişdir. O, əli ilə gödəkçəsini bağlamaq istədikdə əli qana batmış və həmin vaxt Elnur tərəfindən bıçaqlandığını başa düşmüşdür. Ondan qan axdığı və heyi olmadığı üçün o, Elnurdan təcili tibbi yardıma zəng etməyi istəmişdir. Bu vaxt Elnur ona uzanmağını demişdir. O da yerdə olan xalçanın üstündə uzanmışdır. Elnur isə evdən çıxmış və aşağı düşmüşdür. Bir neçə dəqiqədən sonra onun arvadı Sevinc evə gəlmiş və onun yaralı olduğunu görərək təcili tibbi yardım gələnə kimi ona kömək etmişdir. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım evə gəlmişdir. Təcili tibbi yardım briqadasının həkimi ona tibbi yardım göstərdiyi vaxt aşağıda bir cavan oğlanın təcili tibbi yardım briqadasını qarşılayıb onun yaşadığı evə qaldırdığını bildirmişdir. Sonradan o, Elnurun aşağı düşdükdən sonra orada təcili tibbi yardımı gözlədiyini və onun yaşadığı evi təcili tibbi yadım briqadasına göstərdiyini bilmişdir. Sonra həkimlər onu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar və o, əməliyyat olunmuşdur. Hazırda o, özünü yaxşı hiss edir. Zərərçəkmiş şəxs1, həmçinin ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs bağışlamış və onunla barışmış, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını və Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2-də hüquqşünas vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 ilə X11 arasında bağlanmış xx xxxx 2017-ci il tarixli daxili lizinq müqaviləsi üzrə bütün öhdəliklər xx xxxxxx 2018-ci il tarixli “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Şahid4 keçmiş və lizinq obyekti olan “Ravon Nexia R 3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Nahidin müvəqqəti istifadəsinə və sahibliyinə verilmişdir. Cinayət hadisəsinin baş verdiyi günədək, yəni xx xxxxxxx 2019-cu il tarixədək lizinq alan Şahid4 Daxili Lizinq müqaviləsi üzrə Zərərçəkmiş şəxs2-yə 8343.46 manat məbləğində əsas borcu, 147.25 manat məbləğində mükafat borcu, 11.63 manat məbləğində dəbbə pulu, cəmi 8502.34 manat məbləğində lizinq borcu olmuşdur. Şahid4 həmin avtomobilə görə hər ay 405 manat pul ödəmişdir. MMC-yə sonradan məlum olmuşdur ki, həmin avtomobil xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində yandırılmışdır. Fakt üzrə cinayət işi başlanılmış və ibtidai istintaq orqanı tərəfindən avtomobilin yandırılması ilə bağlı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının müvafiq rəyində avtomobilə dəymiş maddi ziyanın məbləği 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən də onun təmsil etdiyi hüquqi şəxsə ümumilikdə 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində maddi zərər dəymişdir. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin nümayəndəsi Nümayəndə qeyd etdiklərinin nəzərə alınmasını, mülki iddianın təmin olunmasını, 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin xeyrinə tutulmasını və təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki,o, avtomobillərin alqı-satqısı ilə məşğuldur. O, Zərərçəkmiş şəxs2-dən «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili müqavilə əsasında kreditlə götürüb Şahid2 vasitəsi ilə günü 25 manat ödəmək şərti ilə müxtəlif şəxslərə icarəyə vermişdir. İcarə müddətinin sonunda isə icarəyə verilmiş avtomobillər icarəyə götürən şəxslərdə qalmalı imiş. O, Zərərçəkmiş şəxs2-dən lizinq şərti ilə götürdüyü həmin avtomobilin icarəyə verilməsini Şahid2 tapşırmışdır. Şahid2 da avtomobilin icarəsindən əldə etdiyi aylıq gəlirdən 75 manat özünə götürürmüş, qalan gəliri isə ona verirmiş. Avtomobillər lizinq şirkətinin mülkiyyətində olduğuna görə həmin lizinq şirkəti tərəfindən avtomobilləri icarəyə götürmüş şəxslərə bir aylıq yol vərəqəsi verilirmiş. Xalidlə onun arasında olan razılaşmaya əsasən Xalid **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili gündəlik 25 manat icarə haqqı müqabilində Elnur adlı şəxsə icarəyə vermişdir. 2019-cu ilin sentyabr ayında Xalid ona **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Elnur adlı şəxsə verdiyini, lakin Elnurun yol vərəqəsi almadığını bildirmişdir. Bu səbəbdən 2019-cu ilin sentyabr ayının sonlarında o, Elnurla Xalidin yaşadığı evin yaxınlığında görüşmüş və Elnurdan həmin avtomobilə dair yol vərəqəsi almasını xahiş etmişdir. Onun bunu Elnura deməkdə məqsədi həmin avtomobilə hər hansı zərərin dəyəcəyi və ya başqa hansısa xoşagəlməz hadisənin baş verəcəyi halda cavabdehliyin onun üzərində qalacağından narahatlılığı olmuşdur. Həmin avtomobil lizinq şirkəti tərəfindən ona etibar edildiyindən o, Elnurun sənədsiz avtomobili idarə etməsindən çox narahat olmuş və Elnurdan mütləq yol vərəqəsi almasını xahiş etmişdir. Eyni zamanda o, Elnura həmin avtomobilin yol vərəqəsi olmadan idarə edilməsinin qəti əleyhinə olduğunu bildirmişdir. Həmin vaxt ondan başqa, Tamerlan və Xalid də orada olmuşlar. Bundan sonra o, Elnurun avtomobili qaraja gətirdiyini görmüşdür. Elnur avtomobili qaraja gətirdikdən sonra o, çıxıb getmişdir. Sonra Xalid ona zəng vurub Elnurun həmin avtomobilin açarlarını verdiyini demişdir. Onun Xalid tərəfindən Elnura üçüncü avtomobilin verilməsindən məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki,Şahid5 lizinq şirkətindən lizinqə avtomobillər götürmüş və həmin avtomobillərin icarəsi ilə məşğul olmuşdur. O da Şahid5 bu işdə köməklik etmişdir. Avtomobillərin icarəsi ilə bağlı o, Təqsirləndirilən şəxsla tanış olmuşdur. O, Təqsirləndirilən şəxs 2019-cu ilin əvvəllərində qaynı Samir vasitəsilə tanımışdır. Həmin müddət ərzində Elnur müxtəlif markalı avtomobilləri ondan gündəlik icarəyə götürüb idarə etmişdir. Sonuncu dəfə Təqsirləndirilən şəxs Şahid5 məxsus «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 25 manat ödəmək şərti ilə icarəyə götürərək idarə etmişdir. Lakin Elnur avtomobilin icarə haqqısını vaxtı-vaxtında vermədiyinə görə 780 manat məbləğində borcu yaranmışdır. Buna görə də o, Elnura borclu olduğu pulu gətirib verməsini və pulu ödədikdən sonra Zərərçəkmiş şəxs2 tərəfindən avtomobili idarə etmək üçün yol vərəqəsi almaq lazım olduğunu bildirmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə günorta saatlarında o, Elnurla özünün yaşadığı məhəllədə görüşmüşdür. Söhbət zamanı o, Elnura avtomobilə görə olan borcunu ödəməsini bildirmişdir. Elnur isə borclu olduğu 780 manat məbləğində pulun qarşılığında ona 80 manat pul vermiş və qalan pulu da iki günə düzəldib verəcəyini bildirmişdir. Həmin vaxt o, Elnura pulun hamısını verilməsinin və avtomobilin pulunu lizinq şirkətinə keçirmək lazım olduğunu bildirmişdir. Lakin Elnur pulu olmadığına görə avtomobilin pulunu verə bilməyəcəyini və yol vərəqəsi olmadan avtomobili idarə edəcəyini demişdir. Bu vaxt Elnurla onun arasında sözlü mübahisə yaranmışdır. Bundan sonra o, Elnura avtomobili təhvil verib getməsini, pulu ödədikdən sonra yol vərəqəsinin veriləcəyini bildirmişdir. Elnur da ona avtomobildə ailəsinin olduğunu, ailəsini evə düşürüb gələcəyini bildirmiş və çıxıb getmişdir. Həmin gün saat 19:00 radələrində o, Elnurla yenidən yaşadığı məhəllədə görüşmüş və həmin vaxt Elnur borclu olduğu puldan 250 manat pulu ona vermiş, qalan pulu da düzəldib verəcəyini demiş və çıxıb getmişdir. Bundan sonra Elnur həmin gün onun qardaşı Tamerlanla görüşmüş və Tamerlana da borclu olduğu puldan 250 manat vermişdir. Bununla da Elnurun onlara 200 manat borcu qalmışdır. Bundan sonra onun Elnura icarəyə verdiyi və Elnurun idarə etdiyi avtomobilin sahibi Şahid5 ondan Elnurun avtomobili idarə etmək üçün yol vərəqəsini alıb-almadığını soruşmuşdur. O da Teymura Elnurun yol vərəqəsi almadığını və avtomobili yol vərəqəsi olmadan idarə etdiyini bildirmişdir. O, bunu Teymura dedikdə, Şahid5 Elnurun avtomobili gətirib təhvil verməsini və yol vərəqəsi aldıqdan sonra avtomobili götürüb idarə edə biləcəyini demişdir. O da Elnura zəng vuraraq avtomobilin sahibinin yol vərəqəsi olmadan Elnurun avtomobili idarə etməsinə razı olmadığını bildirmiş və Elnurdan avtomobili gətirib təhvil verməsini xahiş etmişdir. O, Elnurla danışdıqdan sonra Elnurla görüşmüşdür. Həmin vaxt o, Elnura avtomobili idarə etmək üçün yol vərəqəsi almaq lazım olduğunu bildirmiş və **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan Şahid5 yol vərəqəsi olmadan avtomobili idarə etməyə icazə vermədiyini demişdir. Bundan sonra o, Elnurdan avtomobili təhvil verməsini bir daha xahiş etmişdir. Elnur əvvəlcə onunla razılaşmamışdır. Lakin onlar bir qədər söhbət etdikdən sonra avtomobilin sahibi olan Teymurun yanına getmək barədə razılığa gəlmişlər. Buna görə də o, Elnurla oradan çıxaraq Teymurun yaşadığı məhəlləyə getmişdir. Orada o, Elnurla Teymuru görüşdürmüş və Elnurla Teymur öz aralarında söhbət edən zaman Teymur Elnura avtomobili orada saxlayıb getməsini, yol vərəqəsini aldıqdan sonra gəlib avtomobili götürüb idarə edə biləcəyini bildirmişdir. Teymur bunu Elnura dedikdə, Elnur Teymura etiraz edərək “mən sizi tanımıram, siz kimsiz” demişdir. Həmin vaxt onun qardaşı Tamerlan da orada olmuşdur. Bundan sonra Teymur ona demişdir ki, “avtomobil buradan tərpənməsin”. Teymur bunu ona dedikdən sonra çıxıb getmişdir. Buna görə də o, Elnura avtomobili bağlayıb açarları verməsini və sabah birlikdə gedib yol vərəqəsi aldıqdan sonra avtomobili götürüb gedə biləcəyəini bildirmişdir. Elnur da onu başa düşüb avtomobilin açarlarını ona təhvil vermişdir. Elnur avtomobilsiz olduğu üçün onun qardaşı Tamerlan Elnuru yaşadığı evə aparmışdır. Səhərisi gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə, saat 11:00 radələrində o, Elnura zəng vuraraq görüşmək istədiyini demiş və birlikdə lizinq şirkətinə gedərək avtomobili idarə etmək üçün yol vərəqəsi almağı təklif etmişdir. Buna görə də həmin gün saat 16:00 radələrində o, Elnurla özünün yaşadığı məhəllədə avtomobilə görə yol vərəqəsi vermək üçün görüşmüşdür. Lakin Elnur artıq onlarla işləmək istəmədiyini bildirmiş və avtomobili təhvil-təslim etməyi təklif etmişdir. Bundan sonra Elnur ona 2-3 saatlıq avtomobil verməyini, əşyalarını aparıb evə qoyduqdan sonra avtomobili gətirib təhvil verəcəyini demişdir. Həmin vaxt «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil boş olduğundan o, həmin avtomobili bir neçə saatlıq Elnura vermişdir. Elnur ondan 2-3 saatlıq avtomobil istədiyindən o, Elnura inanaraq avtomobili ona vermişdir. Elnur da öz əşyalarını həmin avtomobilə qoymuş və təxminən saat 17:00 radələrində avtomobili sürüb getmişdir. xx xxxxxxx 2019-cu ildə polis əməkdaşları ona zəng edərək onu Polis bölməsinə dəvət etmişlər. Həmin vaxt ona Təqsirləndirilən şəxs ondan 2-3 saatlıq götürdüyü «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə benzin tökərək yandırdığı məlum olmuşdur. Bundan başqa onun hadisə barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,Zərərçəkmiş şəxs1 onun əridir. Əri Raqif fərdi əməklə məşğuldur. 2019-cu ilin iyun ayından onlar ünvan 2 ünvanında yerləşən 22 saylı mənzilə köçmüşlər. Təqsirləndirilən şəxs onların ailəsinə taksi xidməti göstərmişdir. Onların oğlu həmin vaxt orta məktəbdə oxumuşdur. Onun və Raqifin avtomobili olmadığı üçün onların gediş-gəlişlə bağlı çətinlikləri yaranmışdır. Bu səbəbdən də o, Raqiflə taksi tutmaq qərarına gəlmişdir. Onlar bir dəfə özəl şirkətlərin birinə taksi sifarişi etmişlər. Onların sifarişi əsasında Təqsirləndirilən şəxs taksi sürücüsü kimi gəlmişdir. Bundan sonra Raqif Təqsirləndirilən şəxs müraciət edərək sonuncudan taksi xidməti göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da Raqiflə razılaşaraq, onlara taksi xidməti göstərməyə başlamışdır. Sonra Təqsirləndirilən şəxs taksi sürücüsü kimi ona, onun əri Raqifə və onların oğluna taksi xidməti göstərmişdir. Elnurla sonradan onun ailəsinin isti münasibətləri yaranmışdır. Onlar Elnura təxminən on beş gündən bir pul vermişlər. Sonradan onun əri Raqifin işləri pis getdiyindən, Raqif Elnura vaxtı-vaxtında taksi xidmətinə görə pul ödəyə bilməmişdir. Həmin ərəfədə Raqif işdən çıxdığı üçün pul qazana bilməmişdir. Raqif Elnurun xidmət haqqısını ödəyə bilmədikdən sonra Elnur da onlara taksi xidməti göstərməmişdir. xx xxxxxxx 2019-cu il tarixdə axşam saat 19:00 radələrində o, işdən çıxıb evə getmişdir. O, evə çatdıqda evin qapısı açıq olmuşdur. O, içəri daxil olduqda, dəhlizdə döşəmənin üstündə Raqifi yaralı vəziyyətdə və qanın içində görmüşdür. O, Raqifi qanın içində gördükdə, əvvəlcə Raqifin bədənindəki yaralı yerə dəsmal bağlamış, sonra da ev telefonundan təcili tibbi yardıma zəng vurmuşdur. O, təcili tibbi yardıma zəng etdikdə, ona artıq təcili tibbi yardıma zəng vurulması və təcili tibbi yardımın yolda olması deyilmişdir. Çox keçmədən təcili tibbi yardım onların yaşadığı evə gəlmiş və həkimlər Raqifi xəstəxanaya aparmışlar. Sonra Raqif ona Elnurla evlərində mübahisə etdiyini və Elnurun Raqifi bıçaqla vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki,«Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil müqavilə əsasında onun adına olsa da, həmin avtomobil mülkiyyət hüququ və qeydiyyat şəhadətnaməsi əsasında Zərərçəkmiş şəxs2 lizing şirkətinə məxsus olmuşdur. O, həmin avtomobili 2017-ci ildə Zərərçəkmiş şəxs2 lizinq şirkətindən ilkin ödəniş kimi 5000 manat məbləğində pul ödəməklə və bundan sonra aylıq 405 manat ödəmək şərti ilə 48 ay müddətinə kreditlə götürmüşdür. Şahid2 onun qohumudur. O, lizinqdə olan bir neçə avtomobili alaraq həmin avtomobilləri qohumu Xalidə vermişdir. Xalid də onun verdiyi avtomobilləri sonda sürücüdə qalmaq şərti ilə günü 25 manata başqa şəxslərə icarəyə vermişdir. Onun başqa işləri olduğundan avtomobillərin icarə haqqı müqabilində müxtəlif şəxslərə verilməsini o, Xalidə həvalə etmişdir. O, Təqsirləndirilən şəxs tanımamışdır. Onların arasında heç bir münasibət olmamışdır. Cinayət hadisəsi baş verdikdən sonra o, Təqsirləndirilən şəxs Xalidin vasitəsi ilə onun dostu Teymura məxsus «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 25 manat ödəmək şərti ilə icarəyə götürdüyünü və həmin avtomobillə taksi xidməti göstərdiyini öyrənmişdir. Sonra Təqsirləndirilən şəxs ona məlum olmayan şəraitdə ona məxsus «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, «Həzrəti Əli» məscidinin yanında yandırmışdır. O, Xalidlə bu barədə söhbət edən zaman Xalid ona Elnurun Teymura məxsus «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyünü, lakin sonradan həmin avtomobilə görə icarə haqqını ödəyə bilmədiyinə görə mübahisənin düşdüyünü və xx xxxxxxxx 2019-cu il tarixdə Elnurun həmin avtomobili gətirib Teymura təhvil verdiyini demişdir. Elnur avtomobili təhvil verən zaman işlərinin olduğunu bildirmiş və bir günlük başqa avtomobilin lazım olduğunu demişdir. Həmin vaxt orada ona məxsus «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Ona görə də Xalid Elnura həmin avtomobili vermişdir. Elnur da ona məxsus avtomobili oradan aparıb içinə benzin tökərək yandırmışdır. Sonra o, Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə getmiş və orada Elnurun ona məxsus avtomobili yandırması barədə şikayət ərizəsi yazmışdır. O, Elnurun yandırdığı avtomobili kreditlə Zərərçəkmiş şəxs2 lizinq şirkətindən aylıq 405 manat ödəmək şərti ilə 48 ay müddətinə götürmüşdür. O, avtomobili götürdüyü zaman 5000 manat məbləğində ilkin ödəniş etmiş və hadisəyə qədər 25 ay müddətində hər ay 405 manat məbləğində pul ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,Şahid4 onun uzaq qohumudur. Şahid5 və Şahid4 Zərərçəkmiş şəxs2-dən «Ravon Nexia» markalı avtomobilləri müqavilə əsasında lizinqə götürmüşlər və onun qardaşı Xalidin vasitəsi ilə günü 25 manat ödəmək şərti ilə müxtəlif şəxslərə icarəyə vermişlər. O da qardaşı Xalidə bu işdə kömək etmişdir. Teymur və Nahid Zərərçəkmiş şəxs2-dən götürdükləri avtomobillərin icarəyə verilməsini Xalidə həvalə etmişlər. «Ravon Nexia» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsi əsasında Zərərçəkmiş şəxs2-yə məxsus olmuşdur. Şahid4 həmin avtomobili müqavilə əsasında Zərərçəkmiş şəxs2-dən aylıq 405 manat ödəmək şərti ilə 48 ay müddətinə lizinqə almışdır. Təqsirləndirilən şəxs isə müxtəlif markalı avtomobilləri Xaliddən gündəlik icarəyə götürüb həmin avtomobillərlə taksi xidməti göstərmişdir. Təqsirləndirilən şəxs Şahid5 məxsus «Ravon Nexia» markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili də günü 25 manat ödəmək şərti ilə götürərək idarə etmişdir. Elnur Teymura məxsus avtomobili yol vərəqəsiz idarə etdiyi üçün Elnurun Xalidlə mübahisəsi düşmüşdür. Elnurun idarə etdiyi avtomobilin sahibi X17 avtomobili idarə etmək üçün yol vərəqəsi alıb-almadığını soruşmuşdur. Xalid də Teymura Elnurun yol vərəqəsi almadığını və avtomobili yol vərəqəsi olmadan idarə etdiyini bildirmişdir. Bu vaxt Şahid5 Xalidə Elnurun avtomobili gətirib təhvil verməsini və yol vərəqəsi aldıqdan sonra avtomobili götürüb idarə edə biləcəyini demişdir. Buna görə də Xalid Elnura zəng vuraraq, avtomobili gətirib təhvil verməsini bildirmişdir. O, yaşadığı evin yanındakı qaraja getdikdə, orada Elnur, Xalid və Teymur söhbət edirlərmiş. Həmin söhbətdən sonra Elnur Teymurun avtomobilini Xalidə vermişdir. Xalid də ona demişdir ki, “Elnur avtomobilsiz qaldı. Evə gedəndə apar Elnuru da evində düşürt”. O da Elnuru evinə aparmışdır. Növbəti gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə saat 22:00 radələrində Elnur ona zəng vuraraq demişdir ki, “indi görəcəksiniz mən nə edəcəm. Maşının səsi çıxacaq”. Növbəti gün o, Elnurun bir günlük idarə etmək adı ilə Xaliddən götürdüyü avtomobilə benzin tökərək yandırdığını eşitmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 6-11) görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən 22 saylı mənzildə baş vermiş və hadisə vaxtı Zərərçəkmiş şəxs1 çoxsaylı bıçaq xəsarətləri almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs barəsində axtarışın elan edilməsi və cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan (cild İ, iş vərəqə 40) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 46) görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 38) görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild İ, iş vərəqə 127) görünür ki, Məmmədov X7 Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş və ona 2 il sınaq müddəti təyin edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci ildə cəzası başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-866/2019 saylı qərarından (cild İ, iş vərəqə 123-126) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 58-66) görünür ki, ağ rəngli “Ravon Nexia” markalı, **-PJ- *** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən Binəqədi DYPŞ-nin müvəqqəti duracağında baxış keçirilmiş və baxış zamanı avtomobilin salonunun tamamilə yandığı, ön kapotunun sınıq olduğu, yan qapılarının yarı hissəyə qədər yandığı müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 806/2019-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild İ, iş vərəqə 145-149) görünür ki, Zərərçəkmiş şəxs1 şəxsiyyətini təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosürətinə əsasən qan qrupu A /İİ/. Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədlərin axtarış vərəqəsinin kserosürətinə əsasən qan qrupu A /İİ/. Şahid1 şəxsiyyət vəsiqəsinin vərəqəsinin kserosürətinə əsasən ABO sistemi üzrə qan qrupu A /İİ/. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus köynək, mayka, gödəkçə, şalvar və Şahid1 məxsus idman şalvarı üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə ABO sistemi üzrə qrup tədqiq edildikdə yalnız A entigeni alınmışdır. Beləliklə bu qan ləkələri üzrə ABO sistemi üzrə A (İİ) qruplu şəxsə (şəxslərə), həmçinin Zərərçəkmiş şəxs1, Şahid1 və ya Təqsirləndirilən şəxs məxsus ola bilər (əgər sonuncuların bədənində qanaxma ilə müşayiət olunan xəsarət olubsa). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Məhkəmə Psixiatrik Ekspertizasının 2379 saylı rəyindən (cild İİ, iş vərəqə 2-3) görünür ki, Təqsirləndirilən şəxs, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmur. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs yoxlanılan zaman da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs məcburi müaliəcəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 538/2019-MTKŞ nömrəli maddi sübutların ekspertizası rəyindən və ona əlavə edilmiş fotoşəkildən (cild İ, iş vərəqə 139-143) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus maykanın ön hissəsinin sağ-aşağı nahiyəsində bir ədəd, maykanın ön hissəsinin sol çiyin nahiyəsində bir ədəd, maykanın ön hissəsinin sol nahiyəsində dörd ədəd, maykanın sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin ön hissəsinin sol nahiyəsində dörd ədəd, köynəyin sol qoltuqaltı nahiyəsində bir ədəd, köynəyin sol qolunun arxa-orta nahiyəsində bir ədəd, köynəyin sağ qolunun aşağı nahiyəsində bir ədəd, gödəkçənin ön hissəsinin sol nahiyəsində dörd ədəd, gödəkçənin sol qolquqaltı nahiyəsində bir ədəd, gödəkçənin sol qolunun arxa-orta nahiyəsində bir ədəd və gödəkçənin sağ qolunun aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsussiyətlərə malik digər alətin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X18- Təcrübi və Tədris Birliyinin 2285 nömrəli ekspertiza rəyindən (cild İ, iş vərəqə 205-208) görünür ki, Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətlər - döş qəfəsinin ön və sol yan səthindəki üç ədəd döş və qarın boşluqlarına nüfuz etmiş sol ağ ciyərin, diafraqmanın və köndələn çəmbər bağırsağın yaralanmalarına səbəb olmuş deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yan səthində üç ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, döş qəfəsinin sol yan səthində üç ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, qarının ön divarında solda iki ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yaralar, sağ bazu nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara, boyunun ön səthində qançır, üst və alt dodaqda əzilmiş yaralar təşkil edir. Qeyd edilən xəsarətlərdən döş qəfəsinin ön və sol yan səthlərindəki, qarının ön divarındakı və sağ bazu nahiyəsindəki deşilmiş-kəsilmiş yaralar deşici-kəsici alətin, boyunun ön səthində qançır, üst və alt dodaqda əzilmiş yaralar isə küt əşyanın (əşyaların) təsirindən onun KTM-ə daxil olduğu və qərarda göstərilən xx xxxxxxx 2019-cu il tarixdə törənmişdirlər və dərəcəsinə görə xəsarətlərdən döş qəfəsin ön və sol yan səthlərindəki üç ədəd döş və qarın boşluqlarına nüfuz etmiş daxili orqanların yaralanması ilə müşayiət olunan deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yarısındakı üç ədəd, qarının ön divarındakı iki ədəd boşluqlara nüfuz etməyən, sağ bazu nahiyəsindəki bir ədəd deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, boyunun ön səthindəki qançır, üst və alt dodaqdakı əzilmiş yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərdən döş qəfəsinin ön və sol yan səthindəki, qarının ön divarındakı və sağ bazu nahiyəsindəki deşilmiş-kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər.Xəsarətlərdən boyunun ön səthindəki qançırın əllə, üst və və alt dodaqdakı əzilmiş yaraların yumruqla yetirilməsi inkar edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 188/189 nömrəli rəyindən (cild 2, iş vərəqə 52-54) görünür ki, tədqiqata təqdim olunmuş yanıb kömürləşmiş qalıqların və şüşə qırıqlarının üzərlərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Yanğının mənbəyi, avtomobilin salonu daxlində daha dərin termiki dağılmalar yaranmış zonada olmuşdur. Yanğın neft məhsulundan odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma vasitəsinin təsirindən baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild İİ, iş vərəqə 23-23) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.1 və 186.2.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İİ, iş vərəqə 25-27) görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında yerləşən 22 saylı mənzilin dəhlizini göstərərək xx xxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmasını əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 265 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 57-58) görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2017-ci il buraxılışlı «Ravon Nexia R3» markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərcinin hazırkı bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla - 10600,00 manat; dəyişilməli hissələrin qiyməti - 7800,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 2800,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə - 9989,00 manat: dəyişilməli hissələrin qiyməti - 7189,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2800,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9989,00 manat: dəyişilməli hissələrin qiyməti - 7189,00 manat; təmir-bərpa işlərinin qiyməti - 2800,00 manat təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-142/2020 saylı qərarından (cild İİ, iş vərəqə 46-49) görünür ki, həmin gün Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 ay müddətinə uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 583 nömrəli rəyindən (cild İİ, iş vərəqə 118-121) görünür ki, Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir, şəxsi keyfiyyətlərində isə emosional iradi sferasında konfliktə meyllilik, tez özündən çıxmaq, qıcıqa qarşı həssaslıq aşkar olunur. İnadkarlıq, hövsələsizlik, kobudluq, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsussiyətlərə malikdir. Fərdipsixi xüsussiyətləri nəzərə alınmaqla o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli halları düzgün qavramaq qabiliyyətinə malikdir, cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik yaranmışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli ərizədən (cild İİ, iş vərəqə 89) görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-333/2020 saylı qərarından (cild İİ, iş vərəqə 101-103) görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti daha 1 ay müddətinə, yəni xx xxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İİ, iş vərəqə 137-156) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələri ilə yenidən ittihamın elan olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 29, 120.1, 221, 185, 177 və 126.2.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd olunması, Şahid1 və Zərərçəkmiş şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 məxsus bir ədəd şalvarın, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd maykanın, bir ədəd şalvarın, bir ədəd gödəkçənin, bir ədəd köynəyin və cinayətin aləti qismində çıxış edən bir ədəd bıçağın maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİ-nin saxlancına təhvil verilməsi, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və duracaqda saxlanılmasının nəzərə alınması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İİ, iş vərəqə 161-163) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələri üzrə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən (cild İİİ, iş vərəqə 65) görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən (cild İİ, iş vərəqə 124-125) görünür ki, Təqsirləndirilən şəxs ilə X12 arasında xx xxx 2006-cı il tarixdə nikah bağlanmış və onların birgə nikahından xx xxxx 2008-ci il təvəllüdlü Kənan adlı övladları doğulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 2007-ci il tarixli B seriyalı 102007 nömrəli təhsil haqqında diplomun surətindən (cild İ, iş vərəqə 126) görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il tarixdə ali təhsil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli X16 Məhkəməsinin 1(089)-106/2016 saylı hökmünün surətindən (cild İ, iş vərəqə 157-163) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş və ona 2 il sınaq müddəti təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2017-ci il tarixli AC seriyalı 981548 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən (cild İ, iş vərəqə 233) görünür ki, «Ravon Nexia R3» markalı, **-PJ-*** dövlət nömrə nişanlı avtomobil mülkiyyət hüququ üzrə Zərərçəkmiş şəxs2-yə məxsusdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2017-ci il tarixli 1468 saylı lizinq müqaviləsinə edilmiş 3 saylı əlavənin surətindən, xx xxxxxx 2018-ci il tarixli “Öhdəliklərin ötürülməsi” barədə AL-1468 (1) saylı müqavilənin surətindən, xx xxxxxx 2018-ci il tarixli 565 saylı etibarnamənin surətindən, xx xxxx 2017-ci il tarixli lizinq müqaviləsinə edilmiş 1 saylı Razılaşmanın surətindən (cild İ, iş vərəqə 193-196) görünür ki, Zərərçəkmiş şəxs2 ilə Şahid4 arasında lizinq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri yaranmış və bunun əsasında “Ravon Nexia R 3” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil idarə edilməsi üçün Şahid4 etibarnamə əsasında verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxx 2018-ci il tarixli Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin cavabından (cild İ, iş vərəqə 127) görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən- Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X19 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona və onun seçdiyi müdafiəçisinə imkan yaradılmış, onlar ayrı-ayrılıqda ittiham tərəfinin əldə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmaq və qazanc əldə etmək məqsədi ilə Şahid2 müraciət etmişdir. Təqsirləndirilən şəxs Şahid2 müraciət etməsinin səbəbi sonuncunun müxtəlif avtomobilləri gündəlik icarə haqqı müqabilində ayrı-ayrı şəxslərin sahibliyinə və istifadəsinə verməsi ilə bağlı olmuşdur. Şahid2 Təqsirləndirilən şəxs təklifinə müsbət cavab vermiş və birinci dəfə sonuncunun faktiki sahibliyinə və istifadəsinə “Ravon Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili vermişdir. Tərəflərin əldə etdiyi razılığa əsasən “Ravon Nexia” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Təqsirləndirilən şəxs Şahid2 ilkin ödəniş kimi 1100 manat məbləğində pul vermiş və hər gün 25 manat məbləğində icarə haqqı ödəməli imiş. Eyni zamanda onların razılığına əsasən avtomobildən icarə müddəti 3 (üç) il müddətində müəyyən edilmiş və 3 (üç) ildən sonra həmin avtomobil Təqsirləndirilən şəxs mülkiyyətinə keçməli imiş. Təqsirləndirilən şəxs **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili faktiki sahibliyinə və istifadəsinə qəbul etdikdən sonra bir müddət həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Sonra Şahid2 tələbi ilə Təqsirləndirilən şəxs **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid2 qaytarmışdır. Təqsirləndirilən şəxs qeyd edilən avtomobili Şahid2 qaytardıqda onların arasında avtomobilin qaytarılması ilə bağlı ilk dəfə narazılıq yaranmış və bu səbəbdən onlar sözlü mübahisə etmişlər. Bundan sonra Şahid2 Təqsirləndirilən şəxs faktiki sahibliyinə və istifadəsinə digər, sayca ikinci olan “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili vermişdir. Sözügedən avtomobil Şahid2 tərəfindən Təqsirləndirilən şəxs verildikdən sonra həmin avtomobili əvvəllər icarəyə götürmüş şəxsin törətdiyi inzibati xətaya görə cəriməsi olmuş və Şahid2 həmin cərimənin ödənilməsini Təqsirləndirilən şəxs tələb etmişdir. Təqsirləndirilən şəxs isə həmin cəriməni ödəməkdən imtina etmişdir. Cərimə ilə bağlı onların arasında növbəti dəfə sözlü mübahisə yaranmışdır. Onların arasında ikinci dəfə sözlü mübahisənin yaranmasına baxmayaraq, Təqsirləndirilən şəxs faktiki olaraq “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı şərtlər əvvəlki avtomobilin şərtləri ilə eynilik təşkil etmişdir. Təqsirləndirilən şəxs “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə bir müddət günlük 25 manat icarə haqqını Şahid2 vaxtı-vaxtında ödəsə də, daha sonra Təqsirləndirilən şəxs gündəlik icarə haqqını ödəməkdə çətinlik çəkmiş və bunun nəticəsində onun Şahid2 borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı onların arasında bir neçə dəfə söhbət olmuş və nəticədə Təqsirləndirilən şəxs yaranmış borcunu hissə-hissə Şahid2 qismən ödəmişdir. Yığılmış icarə borcu tam ödənilmədiyindən icarə haqqının ödənilməsi ilə bağlı onların arasında yenidən narazılıq yaranmışdır. Bütün bunların nəticəsində Şahid2 Təqsirləndirilən şəxs “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmasını tələb etmişdir. Şahid2 Təqsirləndirilən şəxs ikinci avtomobili geri tələb edərkən həmin avtomobili bir neçə gündən sonra yenidən sonuncuya verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Şahid2 inanaraq, “Ravon Nexia” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmışdır. Təqsirləndirilən şəxs sözügedən avtomobili Şahid2 qaytararkən sonuncu növbəti gün həmin avtomobili yenidən Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Bu bəhanə ilə Şahid2 avtomobili geri almağa müvəffəq olmuşdur. Təqsirləndirilən şəxs növbəti gün, yəni xx xxxxxxx 2019-cu il tarixdə Şahid2 yanına gələrək “Ravon Nexia” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili geri tələb etdikdə, Şahid2 avtomobili yenidən Təqsirləndirilən şəxs verməkdən imtina etmişdir. Bu məsələ onların arasında daha əvvəl yaranmış mübahisələri daha da alovlandırmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Şahid2 onu aldatdığını başa düşmüş və sonuncudan qisas almaq qərarına gəlmişdir. Bu məqsədlə Təqsirləndirilən şəxs avtomobilsiz qaldığını bildirərək Şahid2 bir neçə günlük yeni avtomobil istəmişdir. Şahid2 da yaranmış mübahisəni sakitləşdirmək məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vermişdir. Təqsirləndirilən şəxs Şahid2 başqa avtomobil tələb edərkən artıq sonuncudan qisas almaq və ona zərər vurmaq məqsədi güdmüşdür. Bu hissədə məhkəmə qeyd edir ki, Şahid2 Təqsirləndirilən şəxs faktiki sahibliyinə və istifadəsinə verdiyi hər üç avtomobilə dair hüquq sahibi olmamış, Şahid2 həmin avtomobillər üzərində mülkiyyət hüququ və sərəncam vermək ixtiyarı olmamış, başqa sözlə, Şahid2 özünə məxsus olmayan avtomobilləri müxtəlif şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs faktiki sahibliyinə və istifadəsinə qanunsuz və özbaşına şəkildə vermişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Şahid2 “Ravon Nexia” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili aldıqdan sonra Şahid2 qisas almaq və ona zərər vurmaq məqsədi həmin avtomobili ünvan 1 ünvanına sürmüş və xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 22:00 radələrində əvvəlcədən aldığı benzini sözügedən avtomobilin salonuna tökərək avtomobili yandıraraq məhv etmişdir. Nəticədə həmin avtomobilin mülkiyyətçisi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-yə 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid2 “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən və onu yandırarkən həmin avtomobilin əsl sahibinin məhz Şahid2 olduğunu zənn etmiş və bu səbəbdən də həmin cinayəti törətmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-yə maddi ziyan vurmaq kimi niyyəti olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 ilə taksi sürücüsü kimi tanış olmuş və onların arasında dostluq münasibəti yaranmışdır. Bu münasibət nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 özünə və sonuncunun ailəsinə (arvadına və oğluna) taksi xidməti göstərmişdir. Bu müddət ərzində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs şəxsi məqsədləri üçün borc pul istəmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs1 borc pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs taksi xidmətinə görə xidmət haqqını vaxtında ödəyə bilməmiş və nəticədə Zərərçəkmiş şəxs1 bununla bağlı Təqsirləndirilən şəxs borcu yaranmışdır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı aralarında borc münasibətlərinin yaranmasını bildirmişlər. Lakin məhkəmə istintaqında onların arasında yaranmış borcun dəqiq məbləğini müəyyən etmək mümkün olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı borcla bağlı müxtəlif məzmunlu ifadələr verərək, habelə məhkəmə istintaqında cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək onların arasında yaranmış borcun ümumi məbləğini müxtəlif məbləğlərdə göstərmişlər. Həmçinin, onlar göstərdikləri ümumi borc məbləğinin hansı hissəsinin şəxsi borca, hansı hissəsinin taksi xidmətinə aid olmasını dəqiq ifadə edə bilməmişlər. Lakin onlar ümumi borcun 5600 (beş min altı yüz) manat məbləğində olmasını məhkəmə istintaqının sonunda təsdiq etmişlər. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi baş verənədək Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində borcu yaranmış, Təqsirləndirilən şəxs həmin borcu dəfələrlə Zərərçəkmiş şəxs1 tələb etsə də, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs borcunu ödəməkdən yayınmış və nəticədə onların arasında borc pulla bağlı sözlü mübahisələr və danışıqlar olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində növbəti dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 borcun qaytarılmasını tələb etmişdir. Zərərçəkmiş şəxs1 də borc məsələsini həll etmək məqsədi ilə Təqsirləndirilən şəxs yaşadığı evə, yəni Bakı şəhəri, Binəqədi rayonu, İ.Dağıstanlı küçəsi, 57A ünvanında yerləşən 22 saylı mənzilə dəvət etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı evə getmiş və evdə onların arasında borc üstündə yenidən mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı mənzilin dəhlizində soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən çoxsaylı bıçaq zərbələri vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaqla çoxsaylı zərbələr vurduqdan sonra sonuncunu yerə uzatmış, sonra təcili tibbi yardıma zəng edərək həkim çağırmış, sonra evdən çıxmış və Raqifin yaşadığı evin həyətində təcili tibbi yardım briqadasını gözləmiş və təcili tibbi yardım briqadası gəldikdən sonra onları Raqifin yaşadıqları evə gətirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vurduğu çoxsaylı bıçaq zərbələri nəticəsində Zərərçəkmiş şəxs1 dərəcəsinə görə ağır xəsarət yetirilmişdir. Bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti məhz zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs borclu olduğu halda və Təqsirləndirilən şəxs dəfələrlə Zərərçəkmiş şəxs1 borcun qaytarılmasını tələb etdiyi halda, Zərərçəkmiş şəxs1 borcunu qaytarmaqdan imtina etmiş və müxtəlif bəhanələr gətirərək borcunu qaytarmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri var. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələri ilə tövsif edir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, yuxarıda qeyd edilən cinayət hadisələri ayrı-ayrılıqda həqiqətən baş vermişlər, həmin cinayət əməllərinə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və həmin cinayət əməlləri məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişlər. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri hər bir cinayətə nisbətdə başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə həmin cinayət əməllərindən biri (Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət) ağır cinayət, digəri (Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət) isə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməli və həmin maddələr üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunduğu kimi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət əməllərini törətmiş və həmin cinayətlərin heç birinə görə məhkum olunmamış və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə bu cinayətlərin heç birinə görə Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif məddələri ilə nəzərdə tutulan iki müstəqil cinayət əməllərinin törədilməsi həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən cinayətlərin məcmusunu yaradır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş iki müstəqil cinayət əməllərini törətməsi cinayətlərin məcmusunu təşkil edir. Qeyd olunanları məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 126.1 və 186.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli və himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ali təhsilli olmasını, Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə nisbətdə Zərərçəkmiş şəxs1la barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onun qeyd edilən cinayəti Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri (borcu qaytarmaqdan imtina etməsi) nəticəsində törətməsini, onun Zərərçəkmiş şəxs1 kömək etmək məqsədi ilə təcili tibbi yardıma zəng etməsini, habelə cavan olmasını, törətdiyi cinayət əməllərinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən cinayət zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədildikdə (Cinayət Məcəlləsinin 59.1.8-ci maddə) və təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz (Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə nisbətdə). Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətlərin törədilmə üsulunu və mexanizmini, o cümlədən törədilmiş cinayətlərdən birinin (qəsdən sağlamlığa ağır zərər vurma) zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək qəti cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Mülki iddia ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-yə məxsus avtomobili yandıraraq məhv etməsi və avtomobilin məhv edilməsi nəticəsində sonuncuya 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində maddi ziyanın vurulması məhkəmə istintaqında tam şəkildə təsdiq olunmuşdur. Ona görə də zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vurulmuş maddi ziyanı tələb etməkdə haqlıdır və irəli sürdüyü mülki iddia ilə bağlı subyektiv hüquqa malikdir. Bu hissədə məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin mülki iddiası təmin edilməli və 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Şahid1 məxsus bir ədəd şalvar, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd gödəkçə, bir ədəd köynək, cinayətin aləti qismində çıxış edən bir ədəd bıçaq hökm qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eyni zamanda “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-yə qaytarılması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 230 (iki yüz otuz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 230 (iki yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi üzrə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin mülki iddiası təmin edilsin və 9989 (doqquz min doqquz yüz səksən doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-nin xeyrinə tutulsun. İş üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Şahid1 məxsus bir ədəd şalvar, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd gödəkçə, bir ədəd köynək və cinayətin aləti qismində çıxış edən bir ədəd bıçaq hökm qüvvəyə mindikdən sonra məhv edilsin. “Ravon Nexia” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2-yə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 230 (iki yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-705/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-705/2020
20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver