Məhkəmə qərarları › İş №1(101)-705/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-705/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-705/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 14 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx xxxxx 1971-ci il tarixdə Balakən rayonunun Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Balakən rayonunun Qullar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində DSK yolunda Yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtida istintaq orqanının gəldiyi nəticəyə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötəri ki, o, istintaqa məlum olmayan ərazi, vaxt və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq, ümumi təmiz çəkisi 8,785 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 0,24 qram olan narkotik vasitə metadon, ümumi təmiz çəkisi 1,528 qram olan psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 5,463 qram olan külli miqdarda narkotik maddə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 21 may 2019-cu il tarixdə saat 20 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən “Qəbələ” kafesinin qarşısında saxlanılaraq Binəqədi rayonu Azadlıq prospekti 191 ünvanında yerləşən 4-cü PŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən ayrı-ayrılıqda 2 ədəd kibrit qutusunda təmiz çəkiləri 4,577 qr. və 3,585 qram, ümumi təmiz çəkisi 8,162 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, tünd göy rəngli parça qısaqol gödəkcəsinin sağ yan cibindən bir ədəd kiçik sellofanda təmiz çəkisi 0,374 qram və bir ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi 0,249 qram ümumi təmiz çəkisi 0,623 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 7 ədəd kağız bükümdə və 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,124 qr, 0,080 qr, 0,063 qr, 0,086 qr, 0,095 qr, 0,102 qr, 0,100 qr, 0,442 qr, 0,436 qr, ümumi təmiz çəkisi 1,528 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 0,24 qram təşkil edən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan 06 ədəd həbdə narkotik vasitə olan metadon tərkibli dərman preparatı və şəffaf rəngli sellofan paketdə olan 6 ədəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,592 qr, 0,684 qr, 0,912 qr, 0,368 qr, 0,412 qr və 0,495 qram ümumi təmiz çəkisi 5,463 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədi, lakin CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 21 may 2019-cu il tarixdə saat 19:30 radələrində kirayədə yaşadığı evdən çıxaraq Binəqədi rayonu DSK-a yolunda yerləşən Qəbələ kafesinin qarşısına tək getmişdir ki, taksi avtomobilinə əyləşərək əlində olan çirkli paltarlarını yumaq üçün Mehdiabad qəsəbəsində yaşayan bacısı gilə aparsın. Həmin vaxt Qəbələ kafesinin yaxınlığında ağ rəngdə olan Lada Priora markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobili saxlamış, taksinin içindən bir nəfər cavan oğlanın düşdüyünü görüb avtomobilin içərisinə boylanmışdır ki, boş olduğu halda həmin maşınla bacısı gilə getsin. Bu vaxt başqa ağ rəngdə olan, sedan markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı , içərisində təxminən 5-6 nəfər adam olan avtomobil həmin Priora markalı avtomobilin qarşısını kəsərək avtomobilin içərisində və çölündə olan şəxsləri saxlamaq istəmişlər. O da həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş, həmin vaxt o, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün, üzərində narkotik vasitə marixuana olmuşdur. Bundan sonra o, bu mənzərəni görən zaman qorxub özünü itirirmiş, yavaş-yavaş qaçmağa başlamışdır. O, qaçaraq yaxınlıqda olan fərdi yaşayış evlərinin arasına girmiş, polis əməkdaşlarından biri, sonradan adının Ramin olduğunu bildiyi şəxs arxası ilə gəlib onu saxlamışdır. O, üzərində olan təxminən 10-12 qram çəkidə, iki kibrit qutusunda olan narkotik vasitə marixuananı atmış, marixuana fərdi yaşayış evlərinin birinin dam hissəsinə düşmüşdür. Həmin vaxtı polis əməkdaşı Ramin adlı şəxs onu şalvarından tutub saxlamış, digər iki nəfər şəxsdə ona köməyə gəlmişdir. Bundan sonra evin dam hissəsinə qalxan polis əməkdaşı Ramin həmin iki ədəd kibrit qutusunda ona məxsus olan narkotik vasitə marixuananı taparaq götürmüşdür. Həmin vaxtı evin sahibinin heç xəbəri belə olmamışdır ki, onun evinin dam hissəsində nələr baş verir. Həmin vaxtı orada ondan və polis əməkdaşlarından başqa heç kim olmamışdır. Polis əməkdaşları onu və Priora markalı avtomobildən düşən adını və soyadını bilmədiyi oğlanı öz avtomobillərinə əyləşdirərək əvvəlcə onu tək kirayə yaşadığı Bakı şəhəri Binəqədi rayonu DSK yolunda yerləşən fərdi yaşayış evinə aparmış və orada axtarış keçirmişlər. Axtarış zamanı yaşadığı evdən heç bir qanunsuz vasitə və ya əşya aşkar edilməmiş, bundan sonra onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparmışlar. Polis Bölməsində olan vaxt həmin Priora markalı avtomobildən düşən oğlanı əvvəl görsə də sonradan onu görməmiş, o güman edir ki, həmin şəxsi sonradan sərbəst buraxmışlar. Bundan sonra onu Binəqədi RPİ-nin 4-cü PŞ-də xidməti otaqların birinə salaraq, polis əməkdaşları üzərindən atdığı iki kibrit qutusunda olan narkotik vasitə marixuananı ona qaytararaq, həmin kibrit qutularını cibinə qoyub, videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilən zaman həmin narkotik vasitəni cibindən çıxararaq onlara təqdim etsin. Bundan sonra PŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanmış, şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları ona təklif etmişlər ki, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı vasitə və ya əşya varsa çıxarıb könüllü surətdə onlara təqdim etsin. O da könüllü olaraq üzərində olan tünd göy rəngli parça gödəkcəsinin sol döş cibindən iki ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını çıxarıb onlara təqdim etmişdir. Bundan sonra o, onların suallarına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni tutulmamışdan təxminən 10-15 gün əvvəl Balakən rayonu ərazisində olan zaman tanımadığı şəxsdən 150 manat müqabilində şəxsi istifadəsi üçün 3 kibrit qutusunda əldə etmiş, lakin tutulana kimi kibrit qutularının birini istifadə etmişdir. Bundan sonra videoçəkilişlə onun üzərindən aşkar olunaraq götürülmüş iki kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana bir ədəd zərfdə qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Sonra polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib olunmuş, həmin protokolla tanış olan zaman görmüşdür ki, protokolda onun üzərinə şəxsi axtarış keçirilən zaman guya, üzərində olan tünd göy rəngli parça gödəkcənin sağ yan cibindən sellofan paketi çıxarıb onlara təqdim edərək paketin içərisində olan 7 (yeddi) ədəd ağ rəngli siqaret kağızına, 2 (iki) ədəd kiçik sellofana bükülmüş vasitənin “metamfetamin”, 6 (altı ədəd) bükümdə olan maddənin “heroin”, 1 ədəd qara rəngli kağıza bükülmüş və sellofan paketdə olan maddənin və 6 ədəd həbin “metadon” olduğu qeyd edilmişdir. Eyni zamanda şalvarının sol yan cibində olan 2 ədəd kibrit qutusunda olan vasitəni də könüllü təqdim edərək həmin vasitənin marixuana olduğu yazılmışdır. Lakin həmin vaxt o, elə söz deməmiş və həmin narkotik vasitələr və psixotrop maddələr onun üzərindən aşkar edilməmişdir. Həmçinin protokolda qeyd edilmişdir ki, həmin narkotik vasitəni o, təxminən 3-4 gün əvvəl Cəlilabad rayonunda olduğu zaman tanımadığı 30-35 yaşlarında qarayanız bir şəxsdən avtovağzal yaxınlığında ümumilikdə 150 manata şəxsi istifadəsi üçün almışdır. O, yuxarıda qeyd olunanları polis əməkdaşlarına bildirməmiş, polis əməkdaşları ümumiyyətlə ona həmin narkotik vasitələri və psixotrop maddələri təqdim belə etməmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolu ona vermişlər və o, həmin protokolu oxumadan onun bütün səhifələrini imza etmişdir. Bundan sonra o, şübhəli şəxs qismində tutaraq Binəqədi RPİ-nin MSY-nə yerləşdirilmiş, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi Nahid Məmmədov tərəfindən barəsində AR CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. O, müstəntiq Nahid Məmmədov tərəfindən şübhəli şəxs qismində dindirilən zaman, qeyd edilən narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olması barədə etiraf etməsi bununla bağlı olub ki, o, arxayın olaraq işinin CM-nin 234.1-ci maddəsinə tövsif edəcəkləri barədə müstəntiqin ona verdiyi vədlərə inanması olmuşdur. Daha sonra barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və onu ƏN PX-nin BİT-nə həbsdə saxlanması üçün göndərmişlər. Təxminən bir müddət sonra barəsində olan işin istintaqı Binəqədi RPİ-nin baş müstəntiqi polis mayoru Mehman Ələsgərova həvalə edilmiş, həmin vaxt Mehman Ələsgərova ifadə verən zaman yenidən həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısının ona məxsus olmasını bildirməyinin səbəbi, yenə də qeyd etdiyi kimi işinin CM-nin 234.1-ci maddəsinə tövsif ediləcəyi ilə bağlı verilən vədlər olmuşdur. Bundan sonra onun əməli, müstəntiqin dediyi kimi həqiqətən də CM-nin 234.1-ci maddəsinə tövsif edilmişdir. Həmçinin qeyd edilən etiraf edici ifadələrinin barəsində həbs qətimkan tədbiri seçilən zaman və işə mahiyyəti üzrə Binəqədi rayon məhkəməsində baxılan zaman etiraflarının səbəbi də yuxarıda qeyd etdiyi səbəblər olmuşdur. O, uzun müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir və narkotik vasitə marixuananı qurudulmuş halda alır. O, aldığı marixuananın müəyyən hissəsini siqaretin içərisinə dolduraraq çəkir. Üzərindən aşkarlanan narkotik vasitə qurudulmuş marixuananı o, 10-15 gün əvvəl Balakən rayonunda olduğu zaman tanımadığı şəxsdən 150 manata şəxsi istifadəsi üçün almışdır. O, tutularkən polis əməkdaşlarının ona dediklərinə əməl etmiş, bu səbəbdən də polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Onun mobil telefonu olmamış, ümumiyyətlə o, mobil telefon aparatı işlətməmişdir. Onun ittiham olunduğu və ittiham aktında qeyd olunan qurudulmuş marixuanadan başqa narkotik vasitə və psixotrop maddələr ondan aşkar olunmamış, demək olar ki, o, qeyd olunan digər narkotik vasitəni və psixotrop maddələri görməmişdir. Ona görə də onun üzərinə baxış keçirilən vaxtı qurudulmuş marixuanadan başqa, qeyd olunan narkotik vasitə və psixotrop maddələr olmadığından, istintaq orqanının yalan ittihamı üzə çıxmasın deyə, onun üzərinə baxış keçirilməsi barədə videogörüntünü əks etdirən disk cinayət işinin materiallarına əlavə edilməmişdir. O, özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləcinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi RPİnin 4-cü PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2019-cu il tarixdə Binəqədi rayon 4-cü polis şöbəsinə Biləcəri qəsəbəsi yeni yaşayış massivində üzərində narkotik vasitələr saxlaması, gəzdirməsi, satması və özü üçün istehlak etməsinə dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilmişdir. Tədbirin keçirilməsi ilə bağlı, şöbənin digər əməkdaşları da qrupa daxil edilmişlər. Bundan sonra, 21 may 2019-cu il tarixdə təxminən saat 20 radələrində Binəqədi rayonu DSK adlanan ərazidə yerləşən “Qəbələ” kafesinin yaxınlığında həmin şəxs müəyyən edilmiş və onlar ona yaxınlaşaraq özlərini polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirib ona üzərində qanunsuz olaraq narkotik vasitələr saxlaması söylənilmişdir. Bundan sonra ona hüquq və vəzifələri izah edilmiş, üzərinə axtarış keçirilməsi ilə bağlı onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs da onlarla razılaşdığı üçün birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində bu barədə raportla rəhbərliyə məruzə edilmiş, sonra, şəxsi axtarış keçirilməsi ilə bağlı material şöbənin baş təhqiqatçısı polis kapitanı X6 həvalə edilmişdir. Bundan sonra, təhqiqatçı onun üzərinə video kamera vasitəsi ilə çəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmiş və ona qanunda nəzərdə tutulmuş hüquqları izah edilmişdir. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə Vəkil Bürosundan müdafiəçi dəvət edilmiş və müdafiəçi şübhəli şəxsə təqdim olunmuşdur. Bundan sonra, şəxsi axtarış video çəkilişlə aparılmağa başlanılmış, ona üzərində, paltarlarında, ciblərində və bədənində ola biləcək qanunsuz saxlanılan əşyaların olması soruşulmuş, əgər varsa onların təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parçadan qısaqol gödəkcəsinin sağ yan cibindən şəffaf rəngli selofan paket və şalvarının sol yan cibindən 2 ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra, onun üzərində geyim paltarlarında əlavə başqa qanunsuz saxlanılan heç bir əşya aşkar edilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxarıb masanın üzərinə qoyduğu selofan paketin içərisində 7 ədəd ağ rəngli siqaret kağızına, 2 ədəd kiçik selofana bükülmüş vasitənin “metafetamin”, 6 ədəd bükümün heroin, 1 ədəd qara rəngli kağıza bükülmüş və selofan paketdə olan maddənin və 2 ədəd kibrit qutusunda olan kütlənin marixuana, 6 ədəd həbin isə “metodon” olmasını bildirmişdir. O, həmin narkotik maddələrin 3-4 gün bundan əvvəl Cəlilabad rayonunda tanımadığı şəxsdən aldığını və özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Qeyd olunanlarla bağlı protokol tərtib edilmiş, iştirakçılara protokol oxunulmuş, aşkar edilmiş həmin maddələr qablaşdırılaraq protokola əlavə edilmiş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etdilər. Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Natik Teymurovun 22 may 2019-cu il tarixli raportundan da görünür ki, 21.05.2019-cu il tarixdə saat 20 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitələrin saxlanılması, gəzdirməsi və saxlanılmasında şübhəli olan Balakən rayon Qullar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi yeni massivdə yaşayan Təqsirləndirilən şəxs 4-cü PŞ-nə gətirilmişdir. (cild 01 iş vərəqə 04,05) Şübhəli şəxsin tutulması haqqında 21 may 2019-cu il tarixli qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, X7 narkotik vasitələrin istifadə edilməsində və gəzdirməsində şübhəlidir. (cild 01 iş vərəqə 13) Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəisi polis polkovnik-leyttnantı Rahib Mirzəyevin iş materialında olan 03.09.2019-cu il tarixli 1119-324 nömrəli cavab məktubunda da qeyd edilmişdir ki, ********* saylı cinayət işi üzrə əməliyyat tapşırığınıza cavab olaraq bildiririk ki, tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs X3 narkotik və psixatrop maddələrini satması və yaxud onların satış məqsədi ilə saxlamasını eləcə də onun həmin narkotik və psixotrop maddələri hansı mənbədən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. (cild 01 iş vərəqə 135) İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli, “Sübutların qiymətləndirilməsi haqqında” qərarda da qeyd edilmişdir ki, istintaqın gedişi zamanı X3 narkotik və psixatrop maddələri satış məqsədi ilə əldə edib saxlaması faktı kifayət qədər sübutlarla öz təsdiqini tapmamış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qeyd edilən maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması müəyyən edilməmişdir. (cild 01, 185- 191) Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 20 noyabr 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. (cild 01 iş vərəqə 196) Bundan sonra Binəqədi RPİ-nin istintaq şöbəsinin baş müstəntiqi, polis kapitanı Elvar Quliyevin əməlin tövsif edilməsi haqqında 02 oktyabr 2020-ci il tarixli qərarı ilə heç bir mötəbər sübutlara əsaslanmadan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməklə istintaq davam etdirilmişdir. Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Elvar Quliyevin 05 oktyabr 2020ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan 14.12.2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid Binəqədi RPİ-nin İş-nin əməliyyat müvəkkili Şahid1 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (cild 02, iş vərəqə 220-224) İş materiallarında olan 15.12.2020-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları iş üzrə şahid Binəqədi RPİ-nin İş-nin əməliyyat müvəkkili Şahid3 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (cild 02, iş vərəqə 225-229) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2019-cu il tarixli 13468 saylı rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim olunmuş zərfdəki 02(iki) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri: 1) 4,577 qram, 2) 3,585 qram, bir ədəd kiçik sellofanda təmiz çəkisi 0,374 qram və bir ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi 0,249 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır, ümumi təmiz çəkisi 8,785 qramdır. (cild 01, iş vərəqə 59-61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 avqust 2019-cu il tarixli, 1918 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrin sui-istifadə etməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (cild 01, iş vərəqə 126-127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X15-dən alınmış 04.11.2020-ci il tarixli 7692 saylı məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. (cild 02, iş vərəqə 181) İş materiallarında olan, 21 may 2019-cu il tarixdə Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı polis kapitanı X9 tərəfindən tərtib edilmiş şəxsi axtarış və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılaraq 21 may 2019-cu il tarixdə saat 20:50-də Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmiş və orada “Panasonic” markalı video kamera vasitəsi ilə video çəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun əynində olan tünd göy rəngli parça qısaqol gödəkcəsinin sağ yan cibindən şəffaf rəngli sellofan paketdə olan 6 (altı) ədəd polietilen bükümdə maddə, bir ədəd kiçik sellofanda bir ədəd qara rəngli kağız bükülüdə bitki məşəli ot kütləsi, 7 (yeddi) ədəd kağız bükümdə və 2 (iki) ədəd polietilen bükümdə, ağ rəngli kristallardan ibarət maddələr, 6 (altı) ədəd, üzərində “ddp/M40” yazısı həkk olunmuş dərman preparatı və əynindəki şalvarın sol yan cibindən 2 ədəd kibrit qutusunda bitki mənşəli ot kütləsi aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı video kamera vasitəsi ilə aparılmış çəkilişin görüntüləri “CD” diskinə köçürülərək istintaqa təqdim edildiyindən həmin video disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Həmçinin 25.11.2020-ci il tarixdə həmin CD diskə baxış keçirilməsi barədə protokol iş materiallarına əlavə edilmişdir. (cild 01, iş vərəqə 32-39) Lakin, cinayət işinin materiallarında qeyd edilən videoçəkiliş materiallarını özündə əks etdirən CD disk aşkar edilməmişdir. Belə ki, iş materiallarında olan 23.12.2019-cu il tarixli cinayət işinin Binəqədi rayon Məhkəməsinə göndərilməsi barədə məktubda 01 ədəd CD diskin iş materiallarına əlavə edilməsi barədə qeyd edilsə də, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-113/2020 nömrəli, 05.02.2020-ci il tarixli sorğusundan görünür ki, Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola dair videoçəkiliş barədə CD disk ibtidai istintaq orqanı tərəfindən Binəqədi rayon Məhkəməsinə də təqdim edilməmişdir. (cild 01, iş vərəqə 234; cild 02, iş vərəqə 21) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola dair videoçəkiliş barədə CD diskin məhkəməyə göndərilməsi ilə bağlı ibtidai istintaq orqanına və Binəqədi rayon Məhkəməsinə sorğu göndərilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-dən 24.09.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş məktubdan görünür ki, qeyd edilən CD disk barədə məlumat yoxdur. Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə Binəqədi RPİ-nin İŞ-nin müstəntiqinin 02 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli kifayət qədər sübut olmadan və əsaslandırılmadan AR CM-in 234.1-ci maddəsindən AR CM-in 234.4.3-cü maddəsinə tövsif edilmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinə əsasən müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə vidoçəkilişdən istifadə məcburidir. AR CPM-in 245.3-cü maddəsinə əsasən, axtarış və ya götürmə istintaq hərəkətini aparan müstəntiq və ya təhqiqatçı tərəfindən foto, video və kino çəkilişindən, yaxud digər yazan texniki vasitələrdən istifadə edilə bilər. Nəzərə alınmalıdır ki, axtarış və ya götürmə istintaq hərəkətlərinin nəticəsi rəsmiləşdirilərkən axtarışın aparıldığı və ya əşyaların götürüldüyü yeri protokola müfəssəl təsvir etmək qeyri mümkündür. Ona görə də foto, video və kino çəkilişindən, yaxud digər yazan texniki vasitələrdən istifadə edilməklə həmin istintaq hərəkətlərinin gedişini və nəticələrini müfəssəl qaydada rəsmiləşdirmək olar. AR Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Həmçinin AR CPM-in 247.3-cü maddəsində qeyd edilmişdir ki, axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış hal şahidlərinin iştirakı ilə deyil, videoçəkilişlə həyata keçirilmişdir. Lakin, qeyd edilən videoçəkilişin iş materiallarında olmaması həmin şəxsi axtarış protokolunun mötəbər sübut kimi qəbul edilməsini istisna edir. Cinayət işi ibtidai istintaqa qaytarıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham AR CM-in 234.4.3-cü maddəsinə tövsif edilərkən, yalnız narkotik vasitələrin və psixotrop maddələrin miqdarına və polis əməkdaşlarının ifadələrinə istinad edilmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Buna baxmayaraq ibtidai istintaq orqanı istintaq hərəkəti protokolundakı natamamlığı, yəni şəxsi axtarış və götürmə zamanı videoçəkilişi özündə əks etdirən CD diskin iş materiallarında olmaması halını ittiham etmək məqsədi ilə təhqiqat orqanı əməkdaşları ilə təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmədə dindirmə istintaq hərəkətləri ilə aradan qaldırmağa çalışmış və bununla da yuxarıda qeyd edilən AR CPM-in 134.5-ci maddəsinin tələblərini pozmuşdur. İstintaq hərəkəti kimi baxış protokolunda müşahidə edilmə ardıcıllığı ilə baxış zamanı bütün aşkar edilənlər göstərilməlidir. Əgər cinayət təqibi üçün əhəmiyyətli olan, təqsirləndirilən şəxsin cinayətin törədilməsində iştirakını təsdiq edən, yaxud ona qarşı başqa bir cinayətin törədilməsində ittihamın irəli sürülməsinə səbəb ola biləcək və maddi sübut hesab edilə bilən hər hansı əşya baxış zamanı aşkar edilsə də, baxış protokolunda natamamalıq olarsa həmin natamamlıq təhqiqatçını, müstəntiqi, prokuroru, yaxud hal şahidlərini dindirməklə onların ifadələri ilə aradan qaldırıla bilməz. Bu kimi natamamlıqlar təqsirləndirilən şəxsin xeyrinə təfsiz edilməlidir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. İş materiallarında olan 21 may 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadə edilməsində və gəzdirilməsində şübhəli olduğundan saxlanılmışdır. (cild 01, iş vərəqə 13) Həmçinin iş materiallarında olan 02.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ibtidai istintaq orqanının icraatına AR CM-in 234.1-ci maddəsi ilə qəbul edilmişdir. (cild 02, iş vərəqə 110-111) Göründüyü kimi ibtidai istintaq ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitələrin və psixotrop maddələrin yalnız külli miqdarda olması, şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni qanunsuz əldə etməkdə və saxlamada təqsirli bilinməsinə əsas ola bilməz. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf psixotrop maddənin külli miqdarda olmasına əsaslanmış, həqiqiliyi təsdiq olunmayan şübhəyə istinad etmişdir. Halbuki iş materialları ilə, eləcə də ittiham tərəfinin irəli sürdüyü şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxsin psixotrop maddəni satması təsdiq edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixotrop maddəni hansı məbləğə satacağı, həmin satışdan nə qədər mənfəət və ya gəlir əldə edəcəyi, satacağı şəxslərin dairəsi, satışın baş tutacağı yer, alıcının olduğu yer və ya təxmini kimliyi, satacağı şəxslərə hər hansı danışığı, mobil telefonunda hər hansı zəng və ya digər bu kimi əlamətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPMnin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Qanunun mənasına görə ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunur. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə yuxarıda qeyd edilənləri və Təqsirləndirilən şəxs özünü yalnız 2 ədəd kibrit qutusunda ümumi çəkisi 8,162 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməsi barədə etirafedici ifadəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs aşkar olunaraq götürülməsi qeyd edilən 6 (altı) ədəd polietilen bükümdə, ümumi təmiz çəkisi 5,463 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd kiçik sellofanda təmiz çəkisi 0,374 qram və bir ədəd qara rəngli kağız bükülüdə təmiz çəkisi 0,249 qram ümumi təmiz çəkisi 0,623 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, 7 (yeddi) ədəd kağız bükümdə, ümumi təmiz çəkisi 0,650 qram və 2 (iki) ədəd polietilen bükümdə, ümumi təmiz çəkisi 0,878 qram ağ rəngli kristallardan ibarət, ümumi təmiz çəkisi 1,528 qram psixotrop maddə metamfetamin, 6 (altı) ədəd, üzərində “ddp/M40” yazısı həkk olumuş zavod üsulu ilə hazırlanmış ümumi miqdarı 0,24 qram təşkil edən narkotik vasitə olan metadon tərkibli dərman preparata dair hissə sübuta yetmədiyindən ittihamdan xaric edilməlidir. Belə ki, yuxarıda sadalanan narkotik vasitələrin və psixotrop madələrin Təqsirləndirilən şəxs aşkar edilərək götürülməsinin təsdiq edilməsinə dair ibtidai istintaq orqanının hər hansı mötəbər sübutu olmamış, Təqsirləndirilən şəxs isə yalnız 2 ədəd kibrit qutusunda ümumi çəkisi 8,162 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməsi barədə etirafedici ifadə vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız özünün də etiraf etdiyi 2 ədəd kibrit qutusunda ümumi çəkisi 8,162 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində gəzdirməsinə görə məsuliyyətə cəlb olunmalı, digər narkotik vasitələrin onu üzərindən çıxmasını təsdiq edən hər hansı sübut olmaması səbəbindən həmin hissədə məsuliyyətə cəlb edilməməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməli və o, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 13.04.2019-cu il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs, Yevlax rayon xalq məhkəməsinin 11.04.1991-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 145-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02.03.1996-cı ildə cəzasının sonu ilə azad olunub, Mingəçevir şəhər xalq məhkəməsinin 06.08.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 187-ci maddəsinin 1-ci hissəsi, 214-cü maddəsinin 4-cü hissəsi, 226-1-ci maddəsinin 1ci hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon xalq məhkəməsinin Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin 1-ci hissəsi ilə 01 il 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.02.2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin 01.02.2001-ci il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən azad edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05.07.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, 234.4.1-ci maddələri ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04.04.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.03.2017-ci ildə Nizami rayon Məhkəməsinin 10.03.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti azad olunub. Balakən RİŞ-nin 28.12.2018-ci il tarixli 194 saylı arayışına əsasən sınaq müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (cild 01, iş vərəqə 94, 95, 109-111, 142-146) İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 aprel 2008-ci il tarixli, 1(101)-485/08 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək, AR Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq olunaraq hökmlərin məcmusu üzrə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (iş vərəqə 142-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 200-cu il tarixli Qərarına əsasən, AR CM-in 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusuna görə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil qaydada hesablanmalıdır. Məhkəmə istinad olunan sənədlər və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsi əsasında Təqsirləndirilən şəxs əməlində hazırkı iş üzrə cinayətlərin təhlükəli residivi halını müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir, cinayətlərin təhlükəli residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin təhlükəli residivi halı müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında, yəni onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin üçdə ikisindən az olmayaraq təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 2 ədəd kibrit qutusunda ümumi çəkisi 8,785 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,585 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, digər narkotik vasitələrə dair hissə sübuta yetirilmədiyi üçün ittihamdan xaric edildiyindən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq yalnız 2 ədəd kibrit qutusunda ümumi çəkisi 8,785 qram narkotik vasitə olan qurudulmuş marixuana ilə əlaqədar keçirilmiş 21 may 2019-cu il tarixli, 13468 nömrəli məhkəmə-bioloji ekspertizasının dəyərini təşkil edən 89 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 21 may 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli, 4(001)- 414/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlama müddətinin əvvəli 21 may 2019-cu il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 22, 23; 84, 85) İş materiallarında olan, 19 dekabr 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilməsi və istintaq təcridxanasından azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasından azad edilmişdir. (cild 02, iş vərəqə 263-265) İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 mart 2021-ci il tarixli, 1(101)-705/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsi tərəfindən göndərilmiş 26.07.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirləri keçirilmiş və o, 25.07.2021-ci il tarixdə saxlanılaraq Bİnəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının 29.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 21 may 2019-cu il tarixdən 19 dekabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilənədək həbsdə saxlanıldığı müddət, yəni 01 il 06 ay 28 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun barəsində cəzaçəkmə müddətinin əvvəli 25.07.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 14 avqust 2019-cu il tarixli, 1918 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı 180 manat miqdarında pul Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 il 06 ay 28 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 il 05 ay 02 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25.07.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 2 ədəd kibrit qutusunda qalıq çəkisi 8,585 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 89 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar