Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-705/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:30-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl şəhəri, Xanlar küçəsi, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsi, ev 2-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Qaçav oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,048 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi 1,637 qram psixotrop maddə metemafetamin əldə edərək üzərində saxlamaqla daşımış, 14 aprel 2023-cü il tarixdə saat 15:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2ütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,391 qram və 1,657 qram, ümumi təmiz çəkisi 3.048 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, avtomobil ustası olmuş və Bakıxanov qəsəbəsi ərazisində işləmişdir. Yaşadığı evin həyətində uşaqlarla futbol oynayan zaman qardaşı iş üçün ona zəng etmiş və olduğu yerə çağırmışdır. O, günorta saat təxminən 15:00 radələrində taksiyə minmiş, taksi sürücüsü avtomobilin sol aynasının işlək vəziyyətdə olmadığını demiş və 500 metr irəlidə yerləşən avtomobil ehtiyat hissələri mağazasına yollanmışlar. Mağazaya daxil olduqdan 4-5 dəqiqə sonra mülki geyimli bir şəxs onun qolundan tutmuş, özünü təqdim edərək, BMCMİ-nin əməkdaşı olduğunu, Sumqayıtdan bəri onları izlədiklərini bildirib, taksi sürücüsündən isə Kürdəmirdə olub-olmadığını soruşmuşdur. Hər ikisi nə Sumqayıtda, nə də Kürdəmirdə olmadıqlarını bildirmiş, mağazada olan zaman polis əməkdaşları tərəfindən onların üzərinə baxış keçirilmişdir. Mağazada iki nəfər başqa şəxs və müşahidə kamerası olmuş, polis əməkdaşları kameranı söküb İdarəyə gətirmişlər. Üzərilərində olan mobil telefonları götürüb onları avtomobilə əyləşdirmişlər. Həmin Prius markalı taksi ilə onlar İdarəyə aparılmış və avtomobildə olan zaman bir-birilə danışmağa icazə verilməmişdir. İdarəyə gəldikdən sonra üzərilərinə axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya aşkarlanmamış, onun üzərindən 2 ədəd Redmi markalı, 1 ədəd HP markalı ümumilikdə 3 ədəd mobil telefon aşkarlanmışdır. Mobil telefonlardan biri işlək vəziyyətdə olmamış, üzərində olan pul qabının içərisində 3 ədəd bank kartı və pul olmuşdur. İşlə bağlı müxtəlif kartlardan istifadə etmiş, idarədə olan zaman o, sanitar qovşağına gedib-gəldikdən sonra mülki geyimdə olan polis əməkdaşı onun qoluna qandal vuraraq 3 bükümü onun cibinə qoymuş və video çəkiliş zamanı çıxarıb təqdim etməyini tələb etmişdir. O, bükümlərin ona aid olmadığını bildirib, inkar etsə də polis əməkdaşlarının sözlü təzyiq və hədələrinə məruz qalmışdır. Onun cibinə qoyulan bükümləri çıxarıb atmaq imkanı olmamış, videoçəkiliş zamanı müdafiəçilər otaqda olmuşlar. Onun müdafiəçi ilə danışmaq imkanı olmamış, o, müdafiəçiyə narkotik vasitələrin ona aid olmadığını bildirdikdə, video çəkən polis əməkdaşı onun qolundan vurmuş, müdafiəçi isə heç bir reaksiya verməmişdir. O, məcbur qalıb, videoçəkiliş zamanı cibində olan hər şeyi masanın üzərinə qoymuş, “Əli” adlı şəxsi tanımadığını bildirmişdir. Ondan izahat alınmadığını, sadəcə təqdim edilən sənədlərə imza etməyini tələb edildiyini, ilk sənədə imza etsə də, sonradan maddələri görmüş və imza etməkdən imtina etmiş, bu zaman müdafiəçi yanında olmamışdır. Əvvəllər 1 dəfə narkotik vasitə marixuana istifadə etsə də, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-in əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, X4 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 14 aprel 2023-cü il tarixdə etimad doğuran, məlum qərəzsiz mənbədən X3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 14 aprel 2023-cü il tarixdə Şahid1 tərəfindən raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 14 aprel 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri DİN-nin Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, o və polis kapitanı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X3 və Təqsirləndirilən şəxs olduqları yer müəyyən edilərək, həmin günü saat 15:55 radələrində ünvan 1 ünvanın yaxınlığında Ceyhun Məmmədovun idarə etdiyi "‘Toyota Prius" markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Şahid1 tərəfindən bu barədə raportla məruzə edildikdən sonra təhqiqatçı tərəfindən X5 və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilərək, üzərlərinə yuxarıda adları qeyd edilən polis əməkdaşlarının və müdafiəçilərinin iştirakları ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X5 və Təqsirləndirilən şəxs üzərlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra ilkin olaraq Ceyhun Məmmədov əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan 01 ədəd "Prima" markalı siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Xiomi" markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Ceyhun Məmmədovun üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən içərisində özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Kapital bank", 01 ədəd "Leobank" və 01 ədəd "Unibank" bank kartları olan 01 ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd "Redmi” markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd qara rəngli “Redmi" markalı və içərisində mobil nömrə olmayan 01 ədəd “HTC" markalı mobil telefonları, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd açarı çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra Ceyhun Məmmədovun təqdim etdiyi bükümlərə baxış keçirilməyə başlanmış, Cehun Məmmədovdan aşkar olunan 02 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal halında maddələr, 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, toz halında maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Cehun Məmmədov üzərindən aşkar edilmiş bükümlərdəki maddələrin "Patı" və "Kokos" kimi tanıdığı narkotik maddələr olduğunu, həmin maddələri iki gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində İran İslam Respublikasının vətəndaşı “Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, həmin narkotik maddələrin müqabilində "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 50 manat pul göndərdiyini, qarşılığında "Əli" adlı şəxsin həmin maddələri Badamdar qəsəbəsində yerə qoyduğunu, bundan sonra gedib həmin yerdən həmin maddələri götürdüyünü, həmçinin həmin maddələri özü istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, bükümlərdən birinin içərisində ağ rəngli, kristal halında, digər iki bükümdə isə qəhvəyi rəngli, toz halında maddələr olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin "heroin" və "patı" olduğunu, həmin maddələri 02 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən İran İslam Respublikasının vətəndaşı "Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, belə ki, "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 70 manat pul göndərdiyini, qarşılığında isə "Əli" adlı şəxsin qeyd olunan maddələri Bakıxanov qəsəbəsində yerə qoyduğunu və həmin yerdən özü istifadə etmək məqsədilə götürüb üzərində daşıdığını bildirmişdir. Bundan sonra Ceyhun Məmmədovun və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş içərisində qeyd olunan maddələr olan bükümlər ayrı-ayrılıqda zərflərə qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir etiraz və vəsatət daxil olmadığı üçün imzalanmışdır. Daha sonra Ceyhun Məmmədovun idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilə sonuncunun, yuxarıda adları qeyd olunan polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı qeyd olunan avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs İdarədə olan zaman sanitar qovşağına getməsini xatırlamadığını, videoçəkilişi özü həyata keçirdiyini, Ceyhun Məmmədovu və Təqsirləndirilən şəxs avtoservisin qarşısında saxladıqlarını və saxlanılan ətrafda başqa şəxslərin olmadığını bildirmişdir. Şübhəli şəxslər saxlanılan zaman onlara hər hansı müqavimət göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, X4 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 14 aprel 2023-cü il tarixdə etimad doğuran, məlum qərəzsiz mənbədən X3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 14 aprel 2023-cü il tarixdə Şahid1 tərəfindən raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 14 aprel 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri DİN-nin Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri, polis kapitanı Şahid4, o və polis kapitanı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X3 və Təqsirləndirilən şəxs olduqları yer müəyyən edilərək, həmin günü saat 15:55 radələrində ünvan 1 ünvanın yaxınlığında Ceyhun Məmmədovun idarə etdiyi "Toyota Prius" markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Şahid1 tərəfindən bu barədə raportla məruzə edildikdən sonra təhqiqatçı tərəfindən X5 və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilərək, üzərlərinə yuxarıda adları qeyd edilən polis əməkdaşlarının və müdafiəçilərinin iştirakları ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X5 və Təqsirləndirilən şəxs üzərlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra ilkin olaraq Ceyhun Məmmədov əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan 01 ədəd "Prima" markalı siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Xiomi" markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Ceyhun Məmmədovun üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən içərisində özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Kapital bank", 01 ədəd "Leobank" və 01 ədəd "Unibank" bank kartları olan 01 ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd "Redmi” markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd qara rəngli “Redmi" markalı və içərisində mobil nömrə olmayan 01 ədəd “HTC" markalı mobil telefonları, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd açarı çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra Ceyhun Məmmədovun təqdim etdiyi bükümlərə baxış keçirilməyə başlanmışdır. C.Məmmədovdan aşkar olunan 02 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal halında maddələr, 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, toz halında maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Cehun Məmmədov üzərindən aşkar edilmiş bükümlərdəki maddələrin "Patı" və "Kokos" kimi tanıdığı narkotik maddələr olduğunu, həmin maddələri iki gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində İran İslam Respublikasının vətəndaşı “Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, həmin narkotik maddələrin müqabilində "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 50 manat pul göndərdiyini, qarşılığında "Əli" adlı şəxsin həmin maddələri Badamdar qəsəbəsində yerə qoyduğunu, bundan sonra gedib həmin yerdən həmin maddələri götürdüyünü, həmçinin həmin maddələri özü istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, bükümlərdən birinin içərisində ağ rəngli, kristal halında, digər iki bükümdə isə qəhvəyi rəngli, toz halında maddələr olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin "heroin" və "patı" olduğunu, həmin maddələri 02 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən İran İslam Respublikasının vətəndaşı "Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, belə ki, "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 70 manat pul göndərdiyini, qarşılığında isə "Əli" adlı şəxsin qeyd olunan maddələri Bakıxanov qəsəbəsində yerə qoyduğunu və həmin yerdən özü istifadə etmək məqsədilə götürüb üzərində daşıdığını bildirmişdir. Bundan sonra Ceyhun Məmmədovun və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş içərisində qeyd olunan maddələr olan bükümlər ayrı-ayrılıqda zərflərə qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir etiraz və vəsatət daxil olmadığı üçün imzalanmışdır. Daha sonra Ceyhun Məmmədovun idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilə sonuncunun, yuxarıda adları qeyd olunan polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı qeyd olunan avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq, Təqsirləndirilən şəxs İdarədə olan zaman sanitar qovşağına getməsi barə məlumatsız olduğunu, Şahid4la birlikdə Ceyhun Məmmədova məxsus Prius markalı avtomobillə İdarəyə gəldiklərini, videoçəkilişə qədər Təqsirləndirilən şəxs yanında olmadığını bildirmişdir. Şübhəli şəxslər saxlanılan zaman onlar hər hansı müqavimət göstərməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-in əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, X4 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 14 aprel 2023-cü il tarixdə etimad doğuran, məlum qərəzsiz mənbədən X3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 14 aprel 2023-cü il tarixdə Şahid1 tərəfindən raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 14 aprel 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri DİN-nin Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, o və polis kapitanı Şahid4 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X3 və Təqsirləndirilən şəxs olduqları yer müəyyən edilərək, həmin günü saat 15:55 radələrində ünvan 1 ünvanın yaxınlığında Ceyhun Məmmədovun idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Şahid1 tərəfindən bu barədə raportla məruzə edildikdən sonra təhqiqatçı tərəfindən X5 və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilərək, üzərlərində yuxarıda adlarını qeyd etdiyi polis əməkdaşlarının və müdafiəçilərinin iştirakları ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X5 və Təqsirləndirilən şəxs üzərlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra ilkin olaraq Ceyhun Məmmədov əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan 01 ədəd "Prima" markalı siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Xiomi" markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Ceyhun Məmmədovun üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən içərisində özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Kapital bank", 01 ədəd "Leobank" və 01 ədəd "Unibank" bank kartları olan 01 ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd "Redmi” markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd qara rəngli “Redmi" markalı və içərisində mobil nömrə olmayan 01 ədəd “HTC" markalı mobil telefonları, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd açarı çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra Ceyhun Məmmədovun təqdim etdiyi bükümlərə baxış keçirilməyə başlanmışdır. C.Məmmədovdan aşkar olunan 02 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal halında maddələr, 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, toz halında maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı C.Məmmədov üzərindən aşkar edilmiş bükümlərdəki maddələrin "Patı" və "Kokos" kimi tanıdığı narkotik maddələr olduğunu, həmin maddələri iki gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində İran İslam Respublikasının vətəndaşı “Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, həmin narkotik maddələrin müqabilində "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 50 manat pul göndərdiyini, qarşılığında "Əli" adlı şəxsin həmin maddələri Badamdar qəsəbəsində yerə qoyduğunu, bundan sonra gedib həmin yerdən həmin maddələri götürdüyünü, həmçinin həmin maddələri özü istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, bükümlərdən birinin içərisində ağ rəngli, kristal halında, digər iki bükümdə isə qəhvəyi rəngli, toz halında maddələr olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin "heroin" və "patı" olduğunu, həmin maddələri 02 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən İran İslam Respublikasının vətəndaşı "Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, belə ki, "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 70 manat pul göndərdiyini, qarşılığında isə "Əli" adlı şəxsin qeyd olunan maddələri Bakıxanov qəsəbəsində yerə qoyduğunu və həmin yerdən özü istifadə etmək məqsədilə götürüb üzərində daşıdığını bildirmişdir. Bundan sonra Ceyhun Məmmədovun və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş içərisində qeyd olunan maddələr olan bükümlər ayrı-ayrılıqda zərflərə qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir etiraz və vəsatət daxil olmadığı üçün imzalanmışdır. Daha sonra Ceyhun Məmmədovun idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilə sonuncunun, yuxarıda adları qeyd olunan polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı qeyd olunan avtomobildən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq, şübhəli şəxsləri saxlayan zaman üzərlərinə şəxsi axtarış keçirmədiklərini və onları ayrı-ayrı avtomobillərdə İdarəyə gətirdiklərini bildirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş şahid BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, X4 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. 14 aprel 2023-cü il tarixdə etimad doğuran, məlum qərəzsiz mənbədən X3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 14 aprel 2023-cü il tarixdə tərəfindən raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. 14 aprel 2023-cü il tarixdə əməliyyat qrupunun üzvləri DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis kapitanı Şahid4 və polis kapitanı Şahid3 ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X3 və Təqsirləndirilən şəxs olduqları yer müəyyən edilərək, həmin günü saat 15:55 radələrində ünvan 3 ünvanın yaxınlığında Ceyhun Məmmədovun idarə etdiyi "‘Toyota Prius" markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Tərəfindən bu barədə raportla məruzə edildikdən sonra təhqiqatçı tərəfindən X5 və Təqsirləndirilən şəxs ayrı-ayrılıqda dövlət hesabına müdafiəçi təyin edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah edilərək, üzərlərində yuxarıda adlarım qeyd etdi polis əməkdaşlarının və müdafiəçilərinin iştirakları ilə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X5 və Təqsirləndirilən şəxs üzərlərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, dövriyyəsi qadağan edilmiş, yaxud İş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra ilkin olaraq Ceyhun Məmmədov əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmm cins şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan 01 ədəd "Prima" markalı siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Xiaomi" markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam eldirilərkən Ceyhun Məmmədovun üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən içərisində özünə məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Kapital bank", 01 ədəd "Leobank" və 01 ədəd "Unibank" bank kartları olan 01 ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-**. ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd "Redmi” markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd qara rəngli “Redmi" markalı və içərisində mobil nömrə olmayan 01 ədəd “HTC" markalı mobil telefonları, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd açarı çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra Ceyhun Məmmədovun təqdim etdiyi bükümlərə baxış keçirilməyə başlanmışdır. C. Məmmədovdan aşkar olunan 02 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal halında maddələr, 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, toz halında maddə olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı C.Məmmədov üzərindən aşkar edilmiş bükümlərdəki maddələrin "Patı" və "Kakos" kimi tanıdığı narkotik maddələr olduğunu, həmin maddələri iki gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində İran İslam Respublikasının vətəndaşı “Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, həmin narkotik maddələrin müqabilində "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 50 manat pul göndərdiyini, qarşılığında "Əli" adlı şəxsin həmin maddələri Badamdar qəsəbəsində yerə qoyduğunu, bundan sonra gedib həmin yerdən həmin maddələri götürdüyünü, həmçinin həmin maddələri özü istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, bükümlərdən birinin içərisində ağ rəngli, kristal halında, digər iki bükümdə isə qəhvəyi rəmli, toz halında maddələr olması müəyyən olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin "heroin" və "patı" olduğunu, həmin maddələri 02 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən İran İslam Respublikasının vətəndaşı "Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, belə ki, "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 70 manat pul göndərdiyini, qarşılığında isə "Əli" adlı şəxsin qeyd olunan maddələri Bakıxanov qəsəbəsində yerə qoyduğunu və həmin yerdən özü istifadə etmək məqsədilə götürüb üzərində daşıdığını bildirmişdir. Bundan sonra Ceyhun Məmmədovun və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş içərisində qeyd olunan maddələr olan bükümlər ayrı-ayrılıqda zərflərə qablaşdırılmış, zərflərin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən hər hansı bir etiraz və vəsatət daxil olmadığı üçün imzalanmışdır. Daha sonra Ceyhun Məmmədovun idarə etdiyi “Toyota Prius” markalı **-PN-*** qeydiyyat nişanlı avtomobilə sonuncunun, yuxarıda adları qeyd olunan polis əməkdaşlarının və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, baxış zamanı qeyd olunan avtomobildən iş üçün əhəmiyym kəsb edən hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Bu barədə də protokol tərtib olunmuş, ucadan oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2227 nömrəli rəyindən görünür ki, üzərində "Təqsirləndirilən şəxs aşkar olunan maddələr..." və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,391 qram, 1.657 qram, ümumi təmiz çəkiləri 3,048 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 1.637 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə matemfetamindir. Üzərində "X2 aşkar olunan maddələr..." və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1.706 qram 1.368 qram, ümumi təmiz çəkiləri 3.074 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 1.736 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs və Ceyhun Məmmədovdan aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, həmçinin metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi: 3.048 qram, tədqiqata sərf edildi: 0,14 qram, qalıq: 2.908 qram Metamfetamin ümumi təmiz çəkisi: 1.637 qram, tədqiqata sərf edildi: 0,1 qram, qalıq: 1.537 qram (cild 01, iş vərəqə 66-71) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3487 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 221-222) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasından alınmış xx.xx.2023-cü il tarixli 1587 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs təqdim edilmiş materiallara əsasən belə qənaətə gəlmək olar ki, ona ittiham elan olunan dövürdə hər hansı psixi xəstəlik qeyd olunmamış və o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq və anlamaq qabiliyyətinə malikdir. (cild 01, iş vərəqə 223-225) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli xx/xx-4238 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıdan adı göstərilən mərkəzdə müalicə olmayıb və qeydiyyatda yoxdur. (cild 01, iş vərəqə 149) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli 4931 saylı məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cəbrayıl şəhəri, Xanlar küçəsi, ev 6-da qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsi, ev 2-də yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıb. (cild 01, iş vərəqə 150) İş materiallarında olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs X5 və Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunur. İlk əvvəl Ceyhun Məmmədov əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan 01 ədəd "Prima" markalı siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Xiomi" markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoyur. Şəxsi axtarış davam etdirilərkən Ceyhun Məmmədovun üzərindən digər əşya və ya predmetlər aşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa və yan cibindən içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Kapital bank", 01 ədəd "Leobank" və 01 ədəd "Unibank" bank kartları olan 01 ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən içərisində 070- 215-00-53. ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd qara rəngli "Redmi” markalı və içərisində mobil nömrə olmayan 01 ədəd "HTC” markalı mobil telefonları, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd açarı çıxarıb masanın üzərinə qoyur. Şəxsi axtarış davam etdirilərkən, Təqsirləndirilən şəxs üzərindən başqa əşya və ya predmetlər aşkar olunmur. Daha sonra Ceyhun Məmmədovun təqdim etdiyi bükümlərə baxış keçirilməyə başlanılır. Ceyhun Məmmədovdan aşkar olunan 02 ədəd sellofan bükümün içərisində ağ rəngli, kristal halında maddələr, 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunur. İlkin sorğu zamanı C.Məmmədov üzərindən aşkar edilmiş bükümlərdəki maddələrin "Patı” və "Kokos” kimi tanıdığı narkotik maddələr olduğunu, həmin maddələri iki gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Səbail rayonu, Badamdar qəsəbəsində İran İslam Respublikasının vətəndaşı "Əli” adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, həmin narkotik maddələrin müqabilində "Əli” adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 50 manat pul göndərdiyini, qarşılığında "Əli” adlı şəxsin həmin maddələri Badamdar qəsəbəsində yerə qoyduğunu, bundan sonra gedib həmin yerdən həmin maddələri götürdüyünü, həmçinin həmin maddələri özü istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilir, bükümlərdən birinin içərisində ağ rəngli, kristal halında, digər iki bükümdə isə qəhvəyi rəngli, toz halında maddələr olması müəyyən olunur, ilkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddələrin "heroin” və "patı” olduğunu, həmin maddələri 02 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən İran İslam Respublikasının vətəndaşı "Əli” adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, belə ki, "Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 70 manat pul göndərdiyini, qarşılığında isə "Əli” adlı şəxsin qeyd olunan maddələri Bakıxanov qəsəbəsində yerə qoyduğunu və həmin yerdən özü istifadə etmək məqsədilə götürüb üzərində daşıdığını bildirir. Bundan sonra Ceyhun Məmmədovun və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş içərisində qeyd olunan maddələr olan bükümlər ayrı-ayrılıqda zərflərə qablaşdırılır, zərflərin üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Baxış keçirilmiş faylda olan çəkilişlər 23 dəqiqə 29 saniyə, 02 dəqiqə 25 saniyə və 13 dəqiqə 01 saniyədə bitir. (cild 01, iş vərəqə 45-48; 240-241) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Redmi” markalı və 01 ədəd “HTC” markalı mobil telefonlara baxış zamanı istintaq əhəmiyyətinə malik hər hansı bir məlumat aşkar olunmamışdır. (cild 01, iş vərəqə 156) İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, X3 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri əldə etdikləri mənbənin, həmçinin onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamalarını müəyyən edilməsi məqsədi ilə BMCMİ-nə, Nərimanov RPİ-nin 16-cı və 18-ci PŞ-nə əməliyyat tapşırığı verilmiş, alınmış cavablardan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində X3 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi mənbənin, eləcə də, onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmalarının müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vərəqə 168; 184; 191) İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Elsəvər Abbasov tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyatakeçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. (cild 01 iş vərəqə 6-7; 151) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan və xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,391 qram və 1,657 qram, ümumi təmiz çəkisi 3.048 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkiləri 1,537 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2,908 qram narkotik vasitə heroin saxlanılması üçün DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (cild 01, iş vərəqə 134-135; cild 02, iş vərəqə 29-41) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər X9 ilə Təqsirləndirilən şəxs biri-birləri ilə üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzünə qarşı təsdiq etmişlər. (cild 01, iş vərəqə 1246-249) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokollarından görünür ki, şahidlər Şahid3 və Şahid2 ilə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda biri-birləri ilə üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biribirilərinin üzlərinə qarşı təsdiq etmişlər. (cild 02, iş vərəqə 1-10) Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə ümumiyyətlə özünü təqsirli bilməyərək, saxlanılan zaman üzərində narkotik vasitə olmaması, narkotik vasitənin polis əməkdaşları tərəfindən ona psixi təzyiq, hədə-qorxu gəlməklə onun cibinə qoyulması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünün müdafiə üçün irəli sürdüyü fikirlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2227 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3487 saylı rəyi, xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolları, şahidlərin ifadələri, eləcə də, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli izahatında, xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi qismən etirafedici ifadələri, həmçinin, digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixli ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. Lakin heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. X9 ilə təxminən 4-5 aydır ki, tanışdırlar. Ceyhun Məmmədov idarə etdiyi "Toyota Prius" markalı **-PN-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu üçün taksi lazım olanda istifadə etmək məqsədilə onun mobil nömrəsini götürmüş, onunla aralarında hər hansı bir sıx münasibətləri olmamışdır, Yalnız ona taksi lazım olanda zəng vurub onunla lazım olan müəyyən yerlərə gedib gəlmişdir. 14 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, N.İsmayılov küçəsində yerləşən ehtiyat hissələri mağazasına getmək üçün Ceyhuna zəng vurmuş və onun idarə etdiyi "Toyota Prius" markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobillə həmin yerə getmişlər. Həmin günü saat 15 radələri olardı ki, avtomobildən düşmüşlər ki, ehtiyat hissələri mağazasına yaxınlaşsınlar. Bu zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişlər. Orada üzərinə baxış zamanı üzərindən narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. Daha sonra orada sanitar qovşağa getmiş, çıxanda bir nəfər tanımadığı polis əməkdaşı ona üç ədəd sellofan bükümü verib 02 ədəd sellofan bükümün içində heroin, bir ədəd sellofan bükümün içərisində isə "patı" adı ilə tanınan psixotrop maddə olduğunu və həmin bükümləri götürüb cibinə qoymağını bildirmişdir. Həmin vaxt fiziki təsir edilə biləcəyindən qorxduğu üçün həmin bükümləri götürüb cibinə qoymuşdur. Bundan sonra həmin idarədə bir otağa aparılmış, təhqiqatçı tərəfindən ona və Ceyhuna dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra isə polis əməkdaşlarının, müdafiəçilərin iştirakları ilə özünün və Ceyhunun üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Ceyhun Məmmədov əynindəki göy rəngli cins şalvarının sol yan cibindən üç ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən bir ədəd siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən bir ədəd avtomobil açarını təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra özü əynindəki boz rəngli cins şalvarının sol yan cibindən əvvəlcədən polis əməkdaşlarının ona verdikləri üç ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən bir ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən iki ədəd mobil telefonu, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən isə bir ədəd açarı təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra Ceyhun Məmmədovun təqdim etdiyi əşya və predmetlərə baxış keçirilməyə başlanmışdır. Ceyhun Məmmədov ondan aşkar olunan 02 ədəd sellofan bükümlərin içərisində "patı", bir ədəd sellofan bükümün içərisində isə "kakos" adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Ceyhun Məmmədovun təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açılmış, 1-ci və 2-ci bükümün içərisində "patı" adlı maddələr olması müşahidə edilmişdir. Daha sonra 3-cü bükümün içərisində heroin adlı maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Ceyhun Məmmədov üstündən aşkar edilmiş üç ədəd sellofan bükümdə olan maddələri 02 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı "Əli" adlı şəxsdən bank kartına göndərdiyi 50 manata Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində olarkən əldə etdiyini, bu maddələri şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin də olmadığını idarə eldiyi ”Toyota Prius" markalı **-PN- *** qeydiyyat nişanlı avtomobildə hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını, avtomobilinə baxış keçirilməsinə dair də hər hansı bir etirazının olmadığını, onunla birlikdə bu maddələri əldə etmədiyini bildirmişdir. Lakin, Ceyhunun üzərində narkotik vasitə və psixotrop maddə olmasını bilməmişdir. Sonradan Ceyhun ona bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni polis əməkdaşları onun cibinə qoymuş və polis əməkdaşlarının qeyd etdiyi kimi videoçəkiliş zamanı həmin xüsusatları bildirmişdir. Daha sonra özünün təqdim etdiyi əşya və predmetlərə baxış keçirilməyə başlanmışdır. Təqdim etdiyi pul kisəsinə baxış keçirilmiş, pul kisəsinin içərisində şəxsiyyət vəsiqəsi və üç ədəd plastik bank kartları olması müəyyən edilmişdir. Daha sonra əvvəlcədən polis əməkdaşlarının ona dedikləri kimi yəni, təqdim etdiyim 02 ədəd sellofan bükümün içərisində heroin, bir ədəd sellofan bükümün içərisində isə "patı" adı ilə tanıdığı narkotik maddə olduğunu bildirmişdir. Təqdim etdiyi üç ədəd şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açılmış, 1-ci bükümün içərisində "patı" adlı maddə olması müşahidə edilmişdir. Daha sonra 2-ci və 3-cü bükümlərin içərisində heroin adlı maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşlarının ona əvvəlcədən dediklərini yəni, üstündən aşkar edilmiş üç ədəd sellofan bükümdə olan maddələri 02 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olaraq tanıdığı "Əli" adlı şəxsin hesabına göndərdiyi 70 manat pulun qarşılığında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən əldə etdiyini, bu maddələri şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin də olmadığını, Ceyhunun onunla birlikdə bu maddələri əldə etmədiyini bildirmişdir. Daha sonra Ceyhun Məmmədovun idarə etdiyi "Toyota Prius" markalı, **-PN-*** qeydiyyat nişanlı avtomobilə videoçəkiliş ilə baxış keçirilməyə başlanmış, lakin heç bir qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. (cild 02, iş vərəqə 51-53) Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsində ona ünvanlanmış suallara cavab olaraq, üzərindən aşkar olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. (cild 01, iş vərəqə 87-90) Həmçinin, iş materiallarına əlavə edilmiş X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X3 əməli AR CM-in 234.1-1ci maddəsinə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinə, eləcə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetaminin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, saxlama və daşıması barədə verilən ittihama baxmayaraq bunu təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan Nərimanov rayon Polis İdarəsinin əməliyyat tapşırığına Nərimanov rayon Polis İdarəsinin 16 və 19-ci polis bölmələrinin cavab məktublarından da görünür ki, X3 və Təqsirləndirilən şəxs üzərlərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi mənbənin, eləcə də, onların narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmalarının müəyyən etmək mümkün olmamışdır. (cild 01, iş vərəqə 168; 184; 189; 191) Göründüyü kimi, ibtidai istintaq orqanının şəxsə AR CM-in 234.4.3-cü maddəsi ilə irəli sürdüyü ittiham öz təsdiqini tapmamış, yalnız şübhələrdən ibarətdir. Bütün qeyd edilənlərə baxmayaraq, ibtidai istintaq orqanının 03 avqust 2023-cü il tarixli qərarına əsasən, kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən, tamamilə anlaşılmaz şəkildə Təqsirləndirilən şəxs AR CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (iş vərəqə 58-59) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən ümumi təmiz çəkisi 3.048 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi təmiz çəkisi 1,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin olması, hər hansı istehlakçı ilə razılıq əldə edilməsinə dair hər hansı məlumatın olmaması Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsinə dəlalət edən faktlardır. Lakin, ibtidai istintaq orqanı narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülüb-bükülməməsi, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ-ci bəndinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdəinsan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrıayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı-ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi sübutlara qarşılıqlı şəkildə hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istifadə məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3.048 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və təmiz çəkisi 1,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, ünvan 2ütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,391 qram və 1,657 qram, ümumi təmiz çəkisi 3.048 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 181-182) İş materiallarında olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 384 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1993-cü ilin avqust ayından erməni təcavüzü nəticəsində məcburi köçkün düşmüş, hal-hazırda müvəqqəti olaraq məcburi köçkün kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Alı küçəsi, ev 22, mənzil 12-də məskunlaşmış, ailə tərkibi anası X6, arvadı X8 və oğlu X1 ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 191-192) İş materiallarında olan elektron sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X7 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının, arvadının və anasının olmasını, 1993-cü ildən məcburi köçkün olmaqla, ailənin yeganə qazanc gətirəni olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və həmin Məcəllənin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-539/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmışdır. (cild 01 iş vərəqə 36; 122-127) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3487 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat pulun ona aid ödənilməmiş hissəsi 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,391 qram və 1,657 qram, ümumi təmiz çəkisi 3.048 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 1,637 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən, tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 1,537 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2,908 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoyazısını özündə əks etdirən 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq qalmış təmiz çəkisi 1,537 qram psixotrop maddə metamfetamin və ümumi təmiz çəkisi 2,908 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının videoyazısını özündə əks etdirən 01 ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədiqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-705/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-705/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver