Məhkəmə qərarları › İş №1(101)-705/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-705/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-705/2025 24.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - «Kaspian» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 26 avqust 2000-ci il tarixdə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Naxçıvan şəhəri, H.Əliyev prospekti ev 16, mənzil 21-də qeydiyyatda olan və Bakı şəhəri Yasamal rayonu, A.Abbasov küçəsi, blok 2, mənzil 22-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını və pulunu ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 müraciət edərək özünə idarə etmək üçün avtomobil almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 qardaşı tərəfindən idarə olunan ** JL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili ona sata biləcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs 8000 manat pulun olduğunu, həmin pulu avtomobili aldıqdan təxminən bir ay ərzində ödəyəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 ** JL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili “Anadolu Leasin’’ MMC lizinq şirkətində tanışı X1 adına rəsmiləşdirdikdən sonra Təqsirləndirilən şəxs öz cinayətkar məqsədindən çıxış edərək həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan müki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün qeyd olunan avtomobili təqdim etdiyi AE 860337 seriyalı sürücülük vəsiqəsi ilə atası Şahid2 adına rəsmiləşdirmiş və bununla da 2022-ci ilin aprel ayının əvvəlində Nizami rayonu, R.Rüstəmov küçəsində ** JL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 müraciət edərək özünə idarə etmək üçün avtomobil almaq istədiyini, idarə etdiyi “Dodge Durango” markalı avtomobili geri qaytararaq daha bahalı maşın almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 tanışı X7 tərəfindən idarə olunan və “X18” QSC-yə məxsus ** AE *** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobili ona sata biləcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs idarə etdiyi və daha əvvəl ondan aldğı “Dodge Durango” markalı avtomobili geri qaytarmaq istədiyini, 8000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 13600 manat təşkil edən pulun olduğunu, həmin pulu avtomobili aldıqdan təxminən iki ay ərzində ödəyəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs ** AE *** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobili 2022-ci ilin avqust ayının əvvəlində Nizami rayonu, R.Rüstəmov küçəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 8000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 13600 manat təşkil edən məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 müraciət edərək atası Rahib Xəlilova idarə etmək üçün «avtomobil almaq istədiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə məxsus ** PC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S350” markalı avtomobili ona sata biləcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs 5000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 8500 manat təşkil edən pulun olduğunu, həmin pulu avtomobili aldıqdan təxminən iki ay ərzində ödəyəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs ** PC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S350” markalı avtomobili 2022-ci ilin oktyabr ayının əvvəlində Nizami rayonu, R.Rüstəmov küçəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 həmin 5000 ABŞ dollar dövr üçün Azərbaycan manatına nisbətdə 8500 manat təşkil edən məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasından ferma üçün quşlar gətirəcəyini və həmin ferma quşlarını gətirmək üçün pulunun çatmadığını, ona bunun üçün satmaq üçün maşınlar verməsini, ferma quşları gətirdikdən sonra külli miqdarda gəlir əldə edəcəyini, pulları qaytaracağını və onun üçün bankdan lazımi qədər pul çıxarıb verəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 inandırmış, bundan sonra Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 29000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 49300 manat təşkil edən dəyərindən “X18” QSC-yə məxsus ** JJ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL550” markalı avtomobili, bir gün sonra 10000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 17000 manat təşkil edən dəyərindən "xxxx" ASC-yə məxsus ** AX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220D” markalı avtomobili, 2022-ci ilin dekabr ayın ortalarında dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan tanışı Şahid5 idarə etdiyi 17500 manat dəyərində “Chevrolet Cruze” markalı avtomobili və 2022-ci ilin dekabr ayın ortalarında 10000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 17000 manat təşkil edən dəyərindən ** PL *** dövlət qeydiyyat nişanlı “BMW X6” markalı avtomobili Nizami rayonu, R.Rüstəmov küçəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 ümumilikdə 100800 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvəlində özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 «Mercedes Benz C Klass» markalı avtomobil satacağına dair yalan vədlər verərək inandırmış, ünvan 1 ünvanında yerləşən “Antep Lahmacun” restoranının qarşısında 13000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs3 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasından ferma üçün quşlar gətirəcəyinə, birlikdə biznes fəaliyyəti ilə məşğul olacağına və bununla da yaxşı gəlir əldə edəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 inandırmış, bundan sonra Təqsirləndirilən şəxs öz cinayətkar əməlini həyata keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon, N.Əliyev küçəsində yerləşən “105 Çay Evi”nin qarşısında 20000 ABŞ dolları həmin dövr üçün Azərbaycan manatına nisbətdə 34000 manat təşkil edən və 10000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 ümumilikdə 44000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 «Mini Cooper» markalı avtomobil satacağına dair yalan vədlər verərək inandırmış və bununla da xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon, N.Əliyev küçəsində yerləşən “105 Çay Evi”nin qarşısında 22000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs2 22000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 «Hyudai Sonata» markalı avtomobil satacağına dair yalan vədlər verərək inandırmış və bununla da 2023-cü ilin yanvar ayının əvvəlində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən X12 (ATS) inzibati binasının qarşısında 18000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs4 18000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o zərərçəkmiş şəxslərdən ancaq Zərərçəkmiş şəxs1 tanıyır, digər zərərçəkmiş şəxsləri tanımır. O Zərərçəkmiş şəxs1 maşın almış, daha sonra bundan yaranmış süni borcdur. O özü Neftçilər metrostansiyası yaxınlığında ayaqqabı mağazası işlədir. Zərərçəkmiş şəxs1 də həmin ərazidə obyektləri var, sonuncunu da bunun sayəsində tanımışdır. Zərərçəkmiş şəxs1 özü ona ilk dəfə “Chevrolet Cruze” markalı maşın təklif etmiş, o da 6 aylıq hissəli ödənişlə maşını almış və ödənişi vaxtında bağlamışdır. Daha sonra yeni maşın almaq üçün Zərərçəkmiş şəxs1 aldığı “Chevrolet Cruze” markalı maşın və əlavə olaraq 8 000 manat pulu Zərərçəkmiş şəxs1 verərək ondan “Dodge Durango” markalı maşın almışdır. Lakin o əlavə verdiyi 8 000 manat pulu bir az gecikdirdiyi üçün Zərərçəkmiş şəxs1 faizə götürdüyü pulun üzərinə günə 1500 dollar əlavə gəldiyi üçün arada borc yaranmışdır. O ümumiyyətlə maşın alış-verişi ilə məşğul olan biri deyil, “Dodge Durango” markalı maşını da atasına alırmış. O yalnız “Dodge Durango” markalı maşını almış, ittiham aktında göstərilmiş digər maşınlardan məlumatı yoxdur. O, zərərçəkmiş şəxslərdən ancaq Zərərçəkmiş şəxs1 tanıyır. Digər zərərçəkmiş şəxsləri tanımır, həmin şəxslərlə heç bir telefon danışığı və ya yazışması olmamışdır. O, həmin şəxsləri ilk dəfə polis idarəsində görmüşdür. Zərərçəkmiş şəxs1 özü atasının obyektini satıb pulunu xaricdə xərcləmişdir. Ölkəyə qayıtdıqdan sonra isə həmin pulları guya ona və digər bir şəxsə verdiyini demiş, pulları onnan almaq istəyir. Zərərçəkmiş şəxs1 özü narkotik vasitə aludəçisidir, hər gün fərqli fikrə düşür. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o Neftçilər metrostansiyasında özünə məxsus olan icarəyə götürdüyü ayaqqabı mağazasını 1 il yarım olar ki işlədir. Zərərçəkmiş şəxs1 2022-ci ilin sentyabr-oktyabr ayından tanıyır. O, ayları təxmini deyir, dəqiq xatırlamır. O ayaqqabı mağazasını 2022-ci ilin iyul ayında açmış, bir neçə ay sonra Zərərçəkmiş şəxs1 tanımışdır. Zərərçəkmiş şəxs1 Neftçilər ərazəsində bir neçə obyekti var və həmin obyektləri icarəyə verir. Ətrafdan eşitdiyinə görə Zərərçəkmiş şəxs1 maşın alveri ilə məşğul olur. Zərərçəkmiş şəxs1 ona birinci dəfə Chevrolet Cruze markalı maşın satmışdır. Sonradan Zərərçəkmiş şəxs1 ona satdığı Chevrolet Cruze markalı maşını özünə istədiyi üçün, ona həmin maşını və üzərində 8 000 manat pul verməyi müqabilində hazır kreditdə olan Dodge Durango markalı maşını satmağı təklif etmişdir. O da Məhərrəmin dediklərini verərək ilikin ödənişi etmiş və Dodge Durango markalı maşını 36 aylıq kreditlə ayda təxmini 1050 manat ödəmək şərti ilə almışdır. Chevrolet Cruze markalı maşını 2022-ci ilin aprel-may ayında Zərərçəkmiş şəxs1 6 aylıq 15 500 manata etibarnamə əsasında almış, maşının ödənişini 6 ayın tamamında ödəmişdr. O, maşının pulunu 7 000 manat və 8 500 manat olmaqla 2 dəfəyə ödəmişdir. 6 aydan sonra maşın onun adına keçməli olmuş, lakin Zərərçəkmiş şəxs1 sənədlərində problem yarandığı üçün alınmamış, bu səbəbdən də ona Dodge Durango maşını satmağı təklif etmişdir. O Chevrolet Cruze markalı maşının pulunu və 8 000 manat pulu Zərərçəkmiş şəxs1 verən zaman sonuncudan pulu alması barədə heç bir sənəd almamışdır. Dodge Durango markalı maşını sənədləşmə əsasında almış, aylıq ödənişi banka ödəyirmiş. O, Dodge Durango markalı maşını Zərərçəkmiş şəxs1 özünə qaytarmışdır. Chevrolet Camaro markalı maşını o 20-25 gün sürmüş, daha sonra isə maşını özünə qaytarmışdır. Camaronu götürən zaman Zərərçəkmiş şəxs1 3000-4000 dollar ödəmişdir. Ödənişlər etməyi barədə əlində heç bir sənəd yoxdur, lakin bu mövzu barədə aralarında olan whatsapp yazışmaları var. Lizinq müqaviləsi Zərərçəkmiş şəxs1 adına olduğu üçün Dodge Durango markalı maşını Zərərçəkmiş şəxs1 qaytarmışdır. Rahib Xəlilov onun atasıdır. O heç bir vaxt maşın alveri ilə məşğul olmamışdır. Zərərçəkmiş şəxs1 maşın alan zaman etibarnamələr atasının adına olmuşdur. O, maşınları Zərərçəkmiş şəxs1 satmaq məqsədilə almamış, həmin maşınlar hal-hazırda Zərərçəkmiş şəxs1 özündədir. O, maşının satılması üçün vasitəçilik etməmişdir. O, Zərərçəkmiş şəxs1 başqa digər zərərçəkmiş şəxsləri tanımır, həmin şəxsləri ilk dəfə polis idarəsində görmüşdür. Digər zərərçəkmiş şəxsləri Zərərçəkmiş şəxs1 bu işə qoşmuşdur. O, ittiham aktında qeyd olunmuş epizodlardan yalnız Chevrolet Cruze markalı avtomobil ilə razılaşır, digər avtomobillərdən məlumatı yoxdur və Məhərrəmdən başqa digər zərərçəkmiş şəxsləri tanımır. O, həmin şəxsləri əvvəllər heç bir vaxt görməmişdir. İttiham aktında qeyd edilmiş avtomobillərin heç biri onun adına keçirilməmişdir. Onun avtomobillərin digər şəxslərin adlarına keçirilməsindən məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 özü hər gün bir avtomobil sürürmüş və həmin avtomobilləri satdığını deyirmiş. Həmin avtomobilləri almaqla bağlı ona heç bir kəs müraciət etməmişdir. X22 markalı avtomobilə görə onun borcunu bağlamaq məqsədilə Məhərrəmə pul vermişdir. Avtomobilin ilkin ödənişi 24 000 dollar olmuş, ona həmin avtomobili 14 000 manata satmışlar. X19 markalı avtomobildən məlumatı yoxdur. Zərərçəkmiş şəxs4la əvvəllər görüşməmişdir. Zərərçəkmiş şəxs1 ilə Sonata markalı avtomobili birləşib kiməsə satdıqları olmamışdır. O əvvəllər Zərərçəkmiş şəxs4 görməmişdir. X19 markalı avtomobildən məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs2 tanımır. Zərərçəkmiş şəxs2 ilk dəfə saxlanılan gün görmüşdür. Aralarında avtomobil alveri ilə bağlı söhbət olmamışdır. İlk dəfə Zərərçəkmiş şəxs2 adını polisdə eşitmişdir. Məhərrəmlə də Zərərçəkmiş şəxs2 barəsində danışmamışlar. Hadisələr Zərərçəkmiş şəxs2 danışdığı kimi baş verməmişdir. Onun Məhərrəmlə arasında “Mini Cooper” məsələsi olmamışdır. Məhərrəmlə aralarında 22 000 manat söhbəti də olmamışdır. O, heç kimdən 22 000 manat almamış, avtomobil alveri ilə məşğul olmamışdır. Hadisənin baş verdiyi deyildiyi dövrdə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri istifadə etmişdir. ***-***-**- ** saylı mobil nömrəsi olmuş, lakin bu nömrəni hadisə baş verən dövrdə istifadə etməmişdir. Bu nömrələrdən heç biri onun adına deyil. Onun adına ***-***-**-** saylı mobil nömrə var. O əvvəllər Zərərçəkmiş şəxs3 görməmişdir. O həmin dövrdə ***-***-**-** saylı mobil nömrə istifadə etmişdir. O, Şahid1 ilk dəfə saxlanıldığı gün 2023-cü ilin fevral ayının 26-da, restoranda görmüş, əvvəllər Samiri tanımamışdır. İkinci dəfə isə barəsində “həbs” qətimkan tədbiri seçilən günü görmüşdür. 2022-ci ilin dekabr 2023-cü ilin fevral ayları ərzində o heç vaxt Şahid1 görməmişdir. Şahid1 ilk dəfə 2024-cü ilin fevral ayının 26-da saxlanılan gün görmüşdür. Həmin vaxta qədər Şahid1lə aralarında heç bir alış-veriş olmamışdır. O, 2016-cı ildən ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. O, Şahid6 bir-iki dəfə Məhərrəmin yanında görən zaman salamlaşmış, başqa heç vaxt görməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o 2020-ci il tarixdən Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Dodo Baku” adlı ayaqqabı mağazini işlədirmiş. 2022-ci il tarixdə həmin yerdə işləyən zaman o Məhərrəm adlı şəxslə tanış olmuş, onların arasında münasibət çox yaxşı olmuşdur. Onların arasında heç bir zaman düşmənçilik və ədavət olmamışdır. 2022-ci il tarixdə Məhərrəm ona yaxınlaşaraq özünə məxsus olan “Chevrolet Cruze” markalı maşınını satmaq istədiyini bildirmişdir. O, Məhərrəmlə danışıq zamanı pulunun olmadığını və həmin maşını ala bilməyəcəyini demişdir. Məhərrəm ona maşını 15000 manat müqabilində satacağını demiş və həmin pulu 6 ay ərzində ödəyə biləcəyini bildirmişdir. O Məhərrəmlə razılaşmış və həmin maşını Məhərrəmdən almışdır. O, 6 ay ərzində 15000 manat pulu tam şəkildə Məhərrəmə ödəmişdir. O, həmin 15000 manat puldan 7000 manat pulu özü düzəltmiş, yerdə qalan 8000 manat pulu isə Məhərrəmlə birlikdə ortaq tanışları olan Nəsimidən almışdır. Bildirirmişdir ki, Nəsimi həmin 8000 manat pulu isə ona faizə vermişdir. Faizlə birlikdə onun Nəsimiyə 12500 manat borcu yaranmışdır. O, ilkin olaraq fikirləşmişdir ki, 15000 manat pulu altı ay ərzində tapıb ödəyər. Lakin həmin pulu tapmadığından və Məhərrəmin qoyduğu 6 ay tamam olduğundan o məcbur olub 8000 manat pulu faiz olaraq tanışları olan Nəsimidən almışdır. Nəsimi həmin zaman ona bildirmişdir ki, həmin pulu o, faiz verən bir tanışından almışdır və vaxtı çatanda o aldığı pulu ona qaytarmalıdır. Lakin o həmin şəxsi heç bir zaman görməmiş və onu tanımamışdır. Nəsimidən aldığı 8000 manat pulun vaxtına təxminən 3-4 gün qaldıqda Nəsimi ona zəng edərək pulun vaxtının gəldiyini bildirmişdir. O bununla əlaqədar tanışı Məhərrəmə bildirmişdir ki, O Nəsimiyə 12500 manat pul verməlidir. Məhərrəm ona narahat olmamağı üçün 10000 manat pul tapacağını demişdir. O bir qədər özündə rahatlıq tapmışdır ki, tanışı Məhərrəm həmin pulu tapacaq. Ona görə də pul axtarışını dayandırmışdır. O, bu söhbət ödənişinə 3 gün qalmış demişdir. O, Məhərrəmdən pulu ona nə vaxta ödəyə biləcəyini soruşmuşdur. Bu zaman Məhərrəm, ona həmin pulu ertəsi gün ona verəcəyini demişdir. Ertəsi gün o Məhərrəmə zəng eləmiş və 10000 manat pulu ona nə vaxt verəcəyini soruşanda, Məhərrəm ona həmin pulu saat 18:00-kimi verəcəyini demişdir. O, Məhərrəmlə razılaşmış və saat 18:00 kimi gözləmişdir. Lakin həmin saatda o Məhərrəmə zəng elədikdə, Məhərrəm onun mobil telefonlarına cavab verməmiş və həmin gün saat 23 radələrində ona zəng edərək pulu tapmadığını demişdir. O bundan sonra nə edəcəyini bilməmiş və Nəsimiyə zəng edərək pulu tapa bilməyəcəyini, ona bir qədər vaxt verməsini istəmişdir. Hətta ona bildirmişdir ki, faiz verən şəxslə danışsın hər gün üçün ayrıca faiz hesablasın və ona vaxt versin. Lakin Nəsimi ona vaxt verə bilməyəcəyini və pulun təcili olaraq ödənilməsini bildirmişdir. Lakin o Nəsimiyə həmin pulu tapa bilməyəcəyini demiş, bu zaman Nəsimi ona təklif eləmişdir ki, Nəsimidən nəsə alsın və onu sataraq faiz verənin pulunu versin. Məhərrəm isə ona güzəşt edəcəyini demişdir. Qeyd etmişdir ki, Məhərrəm həmin zaman lizing maşınların alqı satqısı ilə məşğul olurmuş. O, artıq çıxılmaz vəziyyətdə qalaraq həmin gün gecə saatlarında Məhərrəmin yanına getmişdir. O, Məhərrəmdən hal hazırda əlində nə maşın olduğunu soruşmuş, Məhərrəm ona çöldə dayanmış ağ rəngli “X15” markalı avtomobilin olduğunu bildirmişdir. O, həmin maşının neçiyə olduğunu soruşduqda, Məhərrəm ona həmin maşının lizing qiymətinin 24000 ABŞ dollara olduğunu demişdir. Məhərrəm ona həmin 24000 ABŞ dollar pulu 9 gün müddətinə ona verəcəyini demişdir. O Məhərrəm ilə razılaşmış və həmin maşını alaraq satmaq istədiyini demişdir. Məhərrəm ona hal-hazırda bir nəfər müştərisinin olduğunu və həmin şəxsə sata biləcəyini demişdir. O, Məhərrəmə heç bir problem olmadığını deyərək onunla birlikdə gedə biləcəyini bildirmişdir. Lakin Məhərrəm həmin yerə tək getməli olduğunu deyərək, həmin maşını sürərək çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra Məhərrəm ona zəng edərək maşını alacaq şəxsi gözlədiyini demiş, o bu zaman Nəsimi ilə birlikdə onun idarə etdiyi maşında əyləşmişlər. Təxminən 15 dəqiqə sonra Məhərrəm yenidən ona zəng edərək həmin şəxsin gəldiyini və bu maşını 20000 manata istədiyini bildirdi. O, ilkin olaraq razılaşmamış çünki, 20000 manat müqabilində o 24000 ABŞ dollar pul Məhərrəmə verməliymiş. Bu zaman Nəsimi ona narahat olmamağı həmin pula razı olmağını və həmin maşının pulun vaxtı çatanda kömək edəcəyini bildirmişdir. Nəsimi, ona bu dəqiqə ən böyük problemin faizçinin pulun verməli olduğunu demişdir. O, məcburiyyət qarşısında qaldığından Məhərrəmə zəng edərək razı olduğunu demişdir. 5-10 dəqiqə keçdikdən sonra Məhərrəm yenidən ona zəng edərək 20000 manata yox həmin maşına görə 14000 manat pul verəcəklərini dedi. O, artıq çox pis ziyanda olduğunu gördüyündən, ona görə də birmənalı Məhərrəmə razı olmadığını demişdir. Nəsimi bu zaman ona nə üçün razı olmadığını soruşmuş, o Nəsimiyə bildirmişdir ki, 24000 ABŞ dollara olan maşını 14000 manata istəyirlər. Nəsimi ona yenidən narahat olmamağı, razı olmağını, həmin pulu əsas alıb faizçiyə verdikdən sonra onun üçün uzun müddətli faizə pul tapacağını, işlərini yoluna qoyanadək həmin pulu ödəyə biləcəyini demişdir. O, artıq çıxılmaz vəziyyətdə olduğundan və Nəsimini faizçi yanında pis vəziyyətdə qoymamaq üçün razılaşmış və Məhərrəmə maşını 14000 manata satmasını bildirmişdir. O, Nəsimi ilə birlikdə olanda Məhərrəm həmin ağ “Rang Rover”lə onların yanına gəlmiş və cibindən 14000 manat pul çıxarmışdır. Məhərrəm, 12800 manat pul sayaraq Nəsimiyə vermiş, yerdə qalan pulu isə ona qaytarmışdır. O, Məhərrəmə təşəkkürünü bildirərək həmin maşını satmadan pulu verməsini demişdir. Lakin Məhərrəm ona maşını satdığını sadəcə bir iki günə həmin şəxslərə verəcəyini demişdir. Lakin Məhərrəm həmin maşını satmasına baxmayaraq 3-4 gün satdığı dediyi ağ “X15” markalı maşını sürdüyünü bildirmişdir. Bununla onun Məhərrəmə 24000 ABŞ dollar borcu yaranmışdır. O, həmin pulu 9 gün müddətinə yəni 24000 ABŞ dollar pulu ona verməliymiş. Lakin həmin müddət yaxınlaşdığından o yenə də həmin pulu tapa bilmədiyindən Nəsimiyə yaxınlaşmışdır. Çünki həmin maşını satan zaman Nəsimi ona narahat olmamağı, köməklik edəcəyini demişdir. Buna görə də o Nəsimiyə yaxınlaşmış və ona köməklik etmək üçün pul verməsini xahiş eləmişdir. Nəsimi ona 18000 manat pul vermiş. Yerdə qalan pulları isə o evdən, qohumlarından almış və Məhərrəmin pulunu tam şəkildə ödəmişdir. Nəsimidən aldığı pulu isə o 7 gün ərzində faizlə birlikdə 24000 manat ödəməli imiş. Nəsimidən aldğı pulun vaxtı çatdıqda o yenə də həmin pulu ödəyə bilmədiyini görmüş, Nəsimi ona yenə də təklif eləmişdir ki, Məhərrəmnən maşın alsın. Nəsimi ona bildirmişdir ki, bu partiyanı da yola verək ona köməklik edəcək. O, yenidən məcburiyyətdən Məhərrəmə yaxınlaşaraq ondan pul istəmişdir. Məhərrəm ona 15000 manat pul vermiş və həmin pulu Məhərrəm ona faizə aldığını və buna görə də əlavə olaraq 3000 manat verməli olduğunu demişdir. O, 15000 manat pulu götürərək Nəsimiyə vermiş və ona pulu tam ödəyə bilmədiyi üçün yedə qalan pulun üzərinə faizlər gəlirmiş. Məhərrəmə olan pul borcunu isə o evdən alaraq ona vermişdir. Məhərrəmə borcunu qaytaran ərəfədə o Nəsimidən yenədə pul almışdır. Bununla da onun Nəsimiyə 23000 manat borcu yaranmışdır. Təxmin 1 ay Nəsimi ona heç bir şey deməmişdir. Sonuncu dəfə o Nəsimini görəndə ona borcdan xəbərinin olub-olmadığını soruşmuşdur. O Nəsimiyə bu barədə məlumatının olmadığını bildirdikdə, Nəsimi ona borcun 37000 manat olduğunu demişdir. Həmin ərəfədə onun Məhərrəmə 50000 manat Nəsimiyə isə 37000 manat borcu yaranmışdır. Məhərrəmə 50000 manat pul borcu yaranmasını xatırlamadığını bildirmişdir. Bu zaman Nəsimi ona bildirmişdir ki, 37000 manat borcu bağlasın və bağladıqdan sonra ona 200000 ABŞ dollar dəyərində “Range Rover” markalı maşını gətirib ona verəcək ki, 6 ay müddətinə pulu bağlasın. O, Nəsiminin sözünə inamadığını bildirsə də, lakin Nəsimini ona söz verdiyi üçün, o Məhərrəmin yanına gələrək ondan 37000 manat pul istəmişdir. Lakin Məhərrəm ona demişdir ki, atasıynan danış əgər atası desə problem yoxdu verər. Buna görə də o atasının yanına gəlmiş və baş verənləri ona danışmışdır. O atasına bildirmişdir ki, Nəsimi ona 200000 ABŞ dollarlıq maşın verəcək. Atası ona Nəsimiyə inanmamağı, ona yalan dediyini bildirmiş, o atasına bildirmişdir ki, əgər o, Məhərrəmlə danışsa ona pul verəcək. Həmin ərəfədə də atası Türkiyədən Azərbaycana quş vuracağını bildirmiş və ona pul lazım olduğunu demişdir. O, bununla əlaqədar Məhərrəmin yanına getmiş və Məhərrəm ona atasına məxsus olan “Mercedes GL” və “Mercedes E Class” markalı maşınların olduğunu demişdir. “Gl” markalı maşını 20000 ABŞ dollarına, “E Class” markalı maşını isə 14000 ABŞ dollara ona verəcəyini demişdir. O, razılaşmış və həmin maşınları ondan almışdır. Bundan sonra Məhərrəm həmin maşınlara görə müştəri olduğunu və satmaq lazım olduğunu demişdir. Beləliklə o, Məhərrəm və onun dostu Məhəmmədlə birlikdə Nəsimi rayonu, 4-dün kruqu deyilən yerə getmişlər. Orada Məhərrəm bir nəfər şəxslə görüşmüş və onlara yaxınlaşmışdır. Orada ona demişdir ki, həmin maşınları 20000 ABŞ dollar pula istəyirlər, lakin bununla o yenə də 14000 ABŞ dollar ziyandadır. O, Məhərrəmlə 20000 ABŞ dollar pula razılaşmışdır. Məhərrəm maşınları satdıqdan sonra 20000 ABŞ dollar pulu ona vermişdir. Bu barədə onun və atasının məlumatı olmuşdur. O, pulu alan kimi Nəsimi ilə görüşmüşdür. O, 20000 ABŞ dolları pulu götürərək ona vermişdir ki, ona dediyi 200000 ABŞ dollar dəyərində maşını götürüb satsın. Nəsimi, ona bildirdi ki, o onunla getməsin və onu gözləsin. O Nəsiminin hara getməsini bilmək üçün onu izləmək qərarına gəlmişdir. Nəsimi, ona bildirmişdir ki, guya Novxanı qəsəbəsinə gedəcək və həmin maşının sahibi ona baş etibarnamə verəcək. O, Nəsiminin arxasıyca getdikdə görmüşdür ki, Nəsimi Novxanı istiqamətində yox, Neftçilər tərəfə gedir. Nəsimi maşınını Neftçilərdə saxlamış və maşından düşmədən gözləmişdir. O, təxminən 1 saat sonra ona zəng eləmiş, lakin o cavab verməmişdir. O, artıq Nəsiminin tərpənmədiyini görüb ona yaxınlaşmışdır. Nəsimi, ona nə üçün onu izlədiyini soruşduqda, O Nəsimiyə nə üçün pulu verməyə getmədiyini demişdir. Nəsimi, ona bir nəfər adamı düşürdüyünü burdan gedəcəyini bildirib sürüb getmişdir. O, yenə də onu gözləmişdir. Lakin təxminən 1 saat sonra o qayıtmış və ona bildirmişdir ki, 20000 ABŞ dollar pulu faiz verənə verib lakin o, maşını verməmişdir. Bu zaman o Nəsimi ilə mübahisə eləmişdir ki, nə üçün onu aldatdı və Nəsimidən pulunu tələb eləmişdir. Lakin Nəsimi, ona pul verməmişdir. Bundan sonra onun Nəsimi ilə əlaqəsi kəsilmişdir. Məhərrəmə olan borcuna görə isə Məhərrəm, ona demişdir ki, hər gün üçün 1000 ABŞ dollar pul faiz gəlir. Məhərrəmin dediyi maşınları isə o ilkin olaraq “Dodge Durango” markalı maşın almış, həmin maşının o ilkin ödənişlərini tam şəkildə ödəmişdir. Bundan sonra o, həmin maşını Məhərrəmə təhvil vermişdir və “Mesedes S Klass” markalı markalı maşını götürmüşdür. Onun da ilkin ödənişini edib özünə qaytarmışdır. Bundan başqa onun özü “BMV X5” markalı maşın sürürmüş. O, həmin maşını sataraq Məhərrəmə vermiş, özü maşınsız qaldığı üçün “Kamaro” markalı maşın almış və onu da 10-15 gün sürdükdən sonra Məhərrəmə qaytarmışdır. O, ümumillikdə Məhərrəmə 150000 manatdan çox pul verdiyini bildirmişdir. Onun bu gunki gündə Məhərrəmə heç bir borcu olmadığını bildirimişdir. Suallara cavab olaraq bildirir ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 tanımır. Bundan başqa Təqsirləndirilən şəxs əlavə dindirmə zamanı suallara cavab olaraq bildirmişdir ki, o, ** JL *** d.q.n.-lı “Dodge Durango” markalı maşını almaq üçün Zərərçəkmiş şəxs1 atası Şahid2 məxsus “Chevrolet Cruze” markalı maşını və 8000 manat pulu vermişdir. Həmin maşının dəyəri təxminən 35000-40000 manat olmuşdur. O, isə bu maşınla əlaqədar ona təxminən 27000 manat pul vermişdir. Qalan məbləği isə lizingə salmışdır. Onu da qeyd etmişdir ki, həmin maşını o, sonradan onun özünə qaytarmışdır. Onun tərəfindən idarə olunan ”Dodge Durango” markalı maşını geri qaytararaq “Chevrolet Camaro” markalı maşını götürmüşdür. Həmin maşın bir qədər baha olduğu üçün həmin maşına görə 8000 ABŞ dollar pul tələb edilmişdir. Həmin avtomobilin pulunu da o, bir neçə gün sonra tərəfindən tam şəkildə ödənilmişdir. Əlavə olaraq bildirmişdir ki, o, həmin maşını da Məhərrəmə geri qaytarmışdır. ** PC *** d.q.n.-lı “Mercedes S Klass” markalı maşını ilə əlaqədar o, ilkin olaraq 5000 manat pul ödəyərək qeyd olunan maşını götürüb idarə etmişdir. Təxminən 20 gün sonra isə o, həmin avtomobili geri qaytarmışdır. ** JJ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL550” markalı avtomobil, ** AX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220D” markalı avtomobil və Şahid5 idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil barəsində heç bir məlumatı olmamışdır. Həmin avtomobillər ona verilıməmişdir. Lakin qeyd etmişdir ki, ** PL *** dövlət qeydiyyat nişanlı “BMVV X6” markalı avtomobil üçün ilkin ödəniş edib bir ay idarə etdikdən sonra geri qaytarmışdır. Bundan başqa o, Zərərçəkmiş şəxs3 “Mercedes Benz C Klass” markalı avtomobil almaq üçün 13000 manat, Zərərçəkmiş şəxs2 “Mini Cooper” markalı maşın almaq üçün 22000 manat və Zərərçəkmiş şəxs4 “Hyundai Sonata” markalı maşın almaq üçün 18000 manat pulu almamış və həmin şəxsləri ümumiyyətlə görməmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 ferma quşları gətirmək üçün heç bir məbləğdə pul almamış və ümumiyyətlə o, ferma quşlarının alışı və atışı ilə məşğul olmamışdır. (cild 1 iş vərəqə 171-175, cild 2 iş vərəqə 50-54) Məhkəmə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, eləcə də qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı zərərçəkmiş qismində tanınmış şəxslərə qarşı dələduzluq cinayətini törətməməsi, sonuncuların pullarını qanunsuz şəkildə ələ keçirməməsi, Zərərçəkmiş şəxs1 başqa digər zərərçəkmiş şəxsləri tanımaması və onları görməməsi barədə vermiş olduğu ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin ifadələrini həmin hissədə mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Xəlillə bir neçə ildir, tanışdır və dostluqları o zamanlardan yaranmışdır. Onların Neftçilər metrostansiyası yaxınlığında obyektləri var. Sonradan alverləri yaranmış və birlikdə işləmişlər. Xəlilin də obyekti onun obyektləri ilə qonşuluqda olmuşdur. Münasibətləri oradan yaranmışdır. Təqsirləndirilən şəxs ondan Chevrolet Cruze markalı avtomobil almış, 6 ayın tamamında Xəlil gətirib Cruze-un pulunu vermişdir. Daha sonra isə ondan başqa avtomobil istəmişdir. Onun əlində Dodge markalı avtomobil olmuş və həmin avtomobili Xəlil almışdır. Daha sonra isə Xəlil öz atası üçün Mercedes S-class markalı və qardaşı üçün də avtomobil almışdır. Bundan sonra Xəlilin ona borcu yaranmışdır. Daha sonra isə Xəlil Türkiyədə quşçuluq biznesinə girdiklərini, pul və maşın lazım olduğunu demişdir. O, borclarını qaytarmaları barədə Xəlilin özü və atası ilə danışsa da, heç bir ödəniş olmamışdır. Xəlil üçün öz adına dostlarından qızıl, telefon, pul da götürmüş, lakin Xəlil onları da qaytarmamışdır. Bunlar ittiham aktında qeyd edilməmişdir. Hər dəfə Xəlildən ona olan borcunu istəyəndə ödəyəcəyini deyirmiş, lakin uzun müddət keçsə də, heç bir ödəniş etməmişdir. Buna görə də o Xəlili şikayət etmişdir. Təqsirləndirilən şəxs ifadəsində borcu olmadığını desə də, bir ay bundan əvvəl Xəlilin anası və dayısı onun yanına gələrək pul təklif etmişlər. Hətta Xəlil özü də saxlanmazdan əvvəl ona Sumqayıtda ev təklif etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ittiham aktında qeyd olunmuş 4 epizod 4-5 ay ərzində baş vermişdir. Onlar Xəlillə alver etməmişlər, sadəcə dost kimi ondan avtomobillər götürmüşdür. Aralarında münasibətlər çox yaxşı olduğu üçün Xəlil ilk götürdüyü avtomobilin ödənişini etmədən o, digər avtomobilləri də Xəlilə vermişdir. Əvvəlcə Xəlil özünə Dodge markalı avtomobili almışdır. Daha sonra atası üçün, sonra isə qardaşı üçün Camaro markalı avtomobil almışdır. Sonra o Xəlilin atası ilə danışmış, Xəlilin atası ona quşçuluq biznesindən pul qazandıqdan sonra əlavə olaraq 100 000 manat da köməklik edəcəyini demişdir. Sonradan atası ona Bakının çıxacağında, Bakıxanov qəsəbəsində borcunun əvəzi kimi götürməyi üçün evlər göstərmişdir. Daha sonra Xəlilin atası gecə saat 00 radələrində onu çağırmış, kriminal şəxslərlə (“vorovskoy”) bir masaya əyləşdirmiş və ona heç bir borcu olmadığını bildirmişdir. Baş vermiş bütün söhbətlərdən Təqsirləndirilən şəxs da xəbəri olmuşdur. BMW X6 markalı avtomobil dostunun salonunda olmuş, qalan avtomobillər isə onda olmuşdur. Avtomobilləri əldən Xəlilə vermişlər, müqavilə ilə artıq xərc olduğuna görə bu cür etmişlər. Xəlilin avtomobilləri digər şəxslərə necə satdığını bilmir. O, Xəlilin atası və ailəsini yaxşı insanlar kimi tanıdığı üçün Xəlilə inamı olmuşdur. Xəlilin saxlanmazdan bir neçə gün əvvəl 70 000 manat borcu boynuna alması, borcun qarşılığında ona mülklər təklif etməsi barədə səsyazmaları var, bunları istintaq dövründə təqdim etmişdir. Xəlilə ittiham elan edilmiş digər epizodlardan məlumatı var. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 avtomobil almasında şəxsən iştirak etmişdir. Zərərçəkmiş şəxs2 onun atasının dostudur, Cümşüd və Xəlil onun iştirakı ilə görüşmüşdür. O, özü avtomobil alverçisi olmuşdur. Zərərçəkmiş şəxs4 onun Bahadur adlı qohumunun tanışıdır, Bahadur ondan Raufa kömək etməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 Hyundai Sonata markalı avtomobili 18 000 manata almağı razılaşmışdır. O Xəlilin atası ilə danışmış, atası ondan Xəlilə kömək etməyini istəmişdir. O Xəlilə 20 000 dollar və Mercedes GL, Mercedes E class markalı avtomobilləri vermişdir. Təqsirləndirilən şəxs özünün bu avtomobilləri əldə etməsi barədə səs yazıları var. Təqsirləndirilən şəxs ona 110 000 manata yaxın ziyan vurmuşdur. Chevrolet Cruze markalı avtomobilin satışını 17 000 manata satmağa razılaşmışdır. Chevrolet Cruze markalı avtomobil nağd satılırmış, Təqsirləndirilən şəxs həmin avtomobili almaq istəyirmiş, sonradan 31 000 manata razılaşmışlar, lakin Xəlil də səhv etmirsə, 8 000 manat pul olmuş, buna görə də Xəlil əlində olan 8 000 manatı verəcəkmiş, pulun qalan hissəsini isə bankdan götürəcəkmiş. Təqsirləndirilən şəxs adına VÖEN olmadığı, həmçinin borcu qaldığı üçün avtomobili Məhəmməd Məmmədovun adına rəsmiləşdirmişlər. Təqsirləndirilən şəxs əvvəlcə Chevrolet Cruze markalı avtomobili almış, daha sonra Dodge markalı avtomobili istəmişdir. Sonradan Dodge markalı avtomobili Camaro ilə dəyişmişlər. Daha sonra atası üçün Mercedes S-class markalı avtomobili almışdır. O, əvvəllər də Xəlilə avtomobil satmış, bu səbəbdən etimadı olmuşdur. Nəsimini Xəlilin vasitəsilə tanımışdır. Nəsimi ilə birlikdə avtomobil alqı-satqısına getməmişlər. Nəsiminin Xəlilə pul gətirdiyinin şahidi olmuş, amma aralarında nə haqq-hesab olduğunu bilmir. Təqsirləndirilən şəxs Cruze markalı avtomobili satana qədər, ona olan borclarını ödəməmiş avtomobil satmırmış. 2024-cü ilin aprel ayında Dodge Durango markalı avtomobili Xəlilə satmış, bir müddət sonra həmin avtomobili bəyənmədiyini bildirmiş və Camaro markalı avtomobili almaq istəyirmiş. O da Dodge markalı avtomobili Xəlildən alıb Camaro markalı avtomobili sonuncuya vermişdir. Xəlilin ona Dodge markalı avtomobildən 8 000 manat borcu qalmış, lakin Xəlil onun dostu olduğu üçün və etimad etdiyi üçün Camaro markalı avtomobili Xəlilə vermişdir. Təqsirləndirilən şəxs atası Xəlilin ona borcu olduğunu öyrəndikdən sonra bildirmişdir ki, dekabrın 29-na kimi vaxt versin, borcu ödəyəcəklər. O da vaxt tamam olduqdan sonra Xəlilin atasına zəng vurmuş, bir gün sonra onu söhbətə çağıraraq kriminal şəxslərlə bir masada əyləşdirdib söhbət etmişlər. Təqsirləndirilən şəxs Dodge Durangoya görə ona 8 000 manat borcu qalmış, həmin maşını o Xəlildən geri almış, əvəzinə Camaro markalı avtomobili sonuncuya vermişdir. Həmin Dodge-a görə qalan 8 000 manatı da Camaronun qiymətinin üstünə qoymuşdur. O, Təqsirləndirilən şəxs 20 000 dollar və 10 000 manat pul vermişdir. Zərərçəkmiş şəxs2 pul verən zaman o da orada olmuşdur. Cümşüd Xəlilə 22 000 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, iki ilə yaxındır ki, maşın alveri ilə məşğul olur. Hal-hazırda isə heç yerdə işləmir. Qeyd etmişdir ki, o dostu Məhəmmədlə birlikdə şərikli işləyirmiş. Onun iş yeri Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında yerləşirmiş. 2021-ci ilin iyul ayında o dostu Məhəmmədin yanında olan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Xəlil Neftçilər metrostansiyasının yaxınlğında “DODO” ayaqqabı dükanı və iki dönərxana işlədirmiş. Onunla bir neçə dəfə görüşmüş və onların arasında səmimi münasibət yaranmışdır. Onunla danışıq zamanı Xəlil ona atasının yüksək vəzifədə işlədiyini bildirmişdir. O, bir neçə nəfərdən də maraqlanmışdır ki, onun ailəsi çox yaxşı ailədir. Ona görə onun Xəlillə yaxşı münasibəti yaranmış və o, Xəlilə maşın alveri ilə məşğul olduğunu bildirmişdir. Xəlil ona sürücülük vəsiqəsinin olmadığını, lakin buna baxmayaraq işə gəlib getmək üçün maşın istədiyini bildirmişdir. O, Xəlilə hal hazırda əlində 2014-cü il buraxılışlı “Chevrolet Cruze” markalı maşının olduğunu demişdir. Həmin maşını onun dostu Sənan adlı şəxsdə imiş. O, həmin maşının şəkillərini Xəlilə göstərmiş və Xəlil, həmin maşını çox bəyəndiyini və almaq istədiyini bildirmişdir. Buna görə də o, Sənana zəng edərək ona məxsus olan “Chverolet Cruze” markalı avtomaşını yaxın bir dostunun almaq istədiyini demişdir. Onu da qeyd etmişdir ki, o tanıdığı adamlara maşını nisyə verirmiş və sonradan imkanları olanda pullarını verirmişlər. Xəlili tanıdığından o maşını Sənandan götürərək Xəlilə vermişdir. Həmin maşına görə onlar 14000 manat razılaşmışlar. Xəlil ona maşının pulunu 3 aya verəcəyini demişdir. O, Xəlili tanıdığından və ona inandığından onunla razılaşmış, Xəlil dediyi kimi 3 ayın tamamında 14000 manat pulu ona vermişdir. Həmin avtomaşının satılmasında onun 500 manat xeyri olmuşdur. O, maşının pulunu dediyi vaxta verdiyindən artıq ona tam inanmışdır. Demək olar ki, hər gün Xəlillə görüşüb söhbət edirmişlər. Bundan sonra onun Xəlillə bir neçə dəfə maşın alveri olmuşdur. Belə ki, Xəlil ondan tanışlarına və qohumlarına maşın istəyirmiş. Həmin maşınların pullarında dediyi vaxtda verirmiş. O, artıq ona tam inandığından artıq o Xəlilə pulu verilməsi üçün zəng eləmirmiş. Xəlil, dediyi vaxtda gətirib onun pulunu verirmiş. Həmin ərəfədə o orada işlədiyindən tanıdığı elektron maqazinlərindən özü zamin duraraq nisyə elektron saat və telefon alıb Xəlilə vermişdir. Onların da pulunu Xəlil vaxtında gətirib ona vermişdir ki, o, onların pulunu maqazinlərə versin. 2022-ci ilin aprel ayında Xəlil ona zəng edərək qardaşı Muradın əsgərlikdən gəldiyini və onun üçün maşın lazım olduğunu demişdir. Xəlil ondan aldığı “Chevrolet Cruze” markalı avtomobili qardaşı Murada verəcəyini və onun üçün daha dəbdədbəli və bahalı maşın tapmağını istəmişdir. O, Xəlilə qardaşı Şahid6 idarə etdiyi **- JL-*** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili təklif eləmiş və həmin maşının şəkillərini ona göstərmişdir. Xəlil maşını çox bəyəndiyini bildirmişdir. O, qardaşına zəng edərək onların olduğu yerə gəlməsini bildirmişdir. Qardaşı Rahil gəlmiş və onlar görüşmüşlər. Xəlil maşına baxmış və maşını almaq istədiyini bildirmişdir. O, həmin maşını 33000 manata satdığını demişdir. Lakin Xəlil ona həmin məbləğdə pulun olamdığını demişdir. Xəlil ümumilikdə 8000 manat pul düzəldə biləcəyini demişdir. Bu zaman o, Xəlilə həmin maşını banka lizinqə salaraq ona verə biləcəyini demişdir. Həmin maşını lizinqə salmaq üçün VÖEN lazım olduğundan o, bu barədə dostu Məhəmmədə demişdir. Məhəmməd Xəlili tanıdığından razılaşmış və onlar “DODGE Durango” markalı maşını lizingə salmışlar. Həmin maşına görə bank 25000 manat pul vermişdir. Həmin pulu qardaşı Rail götürmüşdür. Yerdə qalan 8000 manat pulu isə Xəlil 1 ay ərzində ödəyəcəyini demişdir. Həmin maşına görə bank onun atası Şahid2in adına sürmək üçün etibarnamə vermişdir. 2022-ci ilin avqust ayında o, satmaq üçün 2017-i il buraxılışlı “Chevrolet Camaro” markalı maşın gətirmişdir. Həmin maşını o, satmaq üçün işlədiyi yerin qarşısında saxlamışdır. Xəlil onun yanına gələndə həmin maşını görmüş və çox bəyənmişdir. Xəlil ona həmin maşını almaq istədiyini idarə etdiyi “Dodge Durango” maşını isə ona qaytarmaq istədiyini demişdir. O, Xəlillə razılaşmış və onda olan **-AE-*** d.q.n.-lı “Cehvrolet Camaro” avtomobil ilə onun idarə etdiyi “Dodge Durango” markalı avtomobillə barter etmək və bundan əlavə 8000 ABŞ dolları verəcəyini demişdir. Xəlil onunla razılaşmış və 8000 ABŞ dollar pulu 2 ay ərzində verəcəyini demişdir. “Chevrolet Camaro” markalı avtomobil dostu Fuadın adında olmuşdur. O, Fuada narahat olmamağı və pulu Xəlil verəcəyini demişdir. O, Xəlilə inandığından onunla razılaşmışdır. Həmin maşın BTB bankda lizingdə olmuşdur. Hər ay Xəlil 1080 manat pul ödəməli imiş. Onun sürücülük vəsiqəsi olmadığı üçün o, həmin maşını ona sənədsiz vermişdir. Həmin maşın tanışı Fuadın adında imiş. Təxminən bir ay sonra yəni 2022-ci ilin iyun ayının əvvəlində Xəlil ona zəng edərək atası üçün maşın istədiyini demişdir. O, Xəlilə atasının hansı markalı maşın istədiyini soruşduqda o, samballı atasına yaraşan “Mersedes S Klass” markalı maşın istədiyini demişdir. O, bu barədə maşın alveri ilə məşul olan dostlarına bildirmişdir. Təxminən 2022-ci ilin oktyabr ayında tanışı Xaliq ona zəng edərək qara rəngli 2008-ci il buraxılışlı “Mersedes S Klass” markalı maşın tapdığını həmin maşının Xırdalan şəhərində olduğunu bildirmişdir. Xaliq ona həmin maşına baxmaq üçün onu və Xəlili Xırdalana yola salmışdır. Həmin gün o və Xəlil, bilrikdə Xırdalan şəhərinə getmiş və maşına baxmışlar. Xəlil həmin maşını çox bəyənmişdir. Xəlil maşını almaq istədiyini bildirmişdir. O, Xaliqlə danışdığından həmin maşının sahibi ilə qiymət barədə heç bir şey danışmamışdır. Xəlil həmin maşını bəyənmiş və atasına almaq istədiyini demişdir. Onlar Xırdalan şəhərinə qayıtdıqdan sonra o, Xaliqlə görüşmüş və maşının qiymətini soruşmuşdur. Xaliq ona həmin maşının “Auto seli” lizingdə olduğunu və ilkin ödəniş kimi 5000 ABŞ dollar istəmişdir. O, bu barədə Xəlilə bildirmiş və maşın alveri ilə məşğul olduğu üçün 1000 dollar xeyir götürmək üçün 6000 ABŞ dollar pula Xəlillə razılaşmışdır. O, Xəlilə inandığından Xaliqə maşını almasını və pulu Xəlil tez bir zamanda verəcəyini demişdir. Çünki, Xəlil bu maşını atasına alırdı heç vaxt inanmazdı ki, Xəlil onu aldadar. Xaliq həmin maşının sahibi ilə razılaşmış və özü ilkin ödənişi vermişdir. O, Xaliqə narahat olmamağı Xəlilin bu maşına görə pulu 2 ay ərzinə ödəniləcəyini demişdir. Xaliq **-PC-*** d.q.n.-lı “Mersedes S Klass” markalı avtomobili Xəlilin atası Şahid2 sürmək üçün etibarnamə vermişdir. Həmin maşın lizingdə olduğu üçün heç bir ilkin ödəniş tələb edilmirdi onlar sadəcə həmin maşının sahibi tərəfindən ödənilən ödənişlərin pulunu şəxsin özünə verirlərmiş. Həmin “Mersedes S Class” markalı maşının pulunu da Xaliq vermişdir. Mersedes S klass markalı avtomobili aldıqdan sonra təxminən 3-4 gün sonra o, Xəlillə görüşmüşdür. Xəlil ona dərin minətdarlığını bildirmiş və ona narahat olmamağı pulları verəcəyini demişdir. Onların ilkin alışlarında heç bir problem olmadığından pulları vaxtı vaxtında verdiyindən həmçinin maşınlara görə pulların ödənilməsinə vaxt qaldığından onun Xəllilə etibarı böyük olmuşdur və o, Xəlilə inanırdı ki, deyilən vaxtda pulları verəcək. 2022-ci ilin dekabr ayında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edən şəxsin Xəlilin atası olduğunu demişdir. O, həmin şəxslə bir qədər söhbət elədikdən sonra Şahid2 ona bir neçə maşın lazım olduğunu bildirmişdir. O, həmin şəxsə bu qədər maşını nə üçün lazım olduğunu soruşmuşdur. Xəlilin atası Türkiyə Respublikasından ferma üçün quşlar gətirdiyini və həmin quşları gətirmək üçün pulun çatmadığını, ona verəcəyi maşınları satmaq istədiyini bildirmişdir. O, bir qədər telefonda ona problem olacağı təqdirdə onun tərəfindən pullar ödənməli olduğunu demişdir. Şahid2 isə ona narahat olmamağı həmin quşları gətirdikdən sonra tez bir zamanda pulları ödəyəcəyini bildirmişdir. Ertəsi gün o, Xəlillə görüşmüşdür. Xəlil də ona atasının dediyi sözləri demiş və ona narahat olmamağı quşlar ölkəyə gələn kimi fermadan külli miqdarda gəlir gələcəyini və ona pulları qaytaracağını demişdir. Xəlil bilirmişdir ki, həmin ərəfədə onunda problemləri var imiş. Belə ki, bir nəfər şəxsə ona qarşı dələduzluq edərək maşınalrını ələ keçirmiş və ona külli miqdarda zıiyan vurmuşdur. Xəlil ona maşınları verdikdən sonra bankdan onun üçün lazımi qədər pul çıxarıb ona verəcəyini demişdir. O, yenə də Xəlilə inanmış və Xəlil üçün onun dediyi maşınları axtarmaq qərarına gəlmişdir. Tez bir zamanda o, Xəlilə maşınlar tapmışdır. İlkin olaraq o, Xəlilə atasının idarə etdiyi 2013-cü il buraxılışlı “Mercedes GL” markalı **-JJ-*** d.q.n.-lı cip maşını demişdir. Həmin maşın lizingdə imiş və 29000 ABŞ dollar pula onlara başa gəlmişdir. Həmin maşına görə o, Xəlildən 31000 ABŞ dollar pul istəmişdir. Belə ki, maşın alveri ilə məşğul olduğu üçün 2000 ABŞ dollar pulu üzərinə qoymuşdur. Həmin maşın onun atası tərəfindən sürüldüyündən heç bir sənəd verməmişdir. Çünki, o, Xəlilə inanmışdır. Təxminən bir gün sonra o, tanışı Xaliddən 2017ci il buraxılışlı ** AX *** d.q.n.-lı “Mersedes E Class” markalı maşını götürüb Xəlilə vermişdir. Həmin maşını Xaliqlə 10000 ABŞ dollara razılaşmış və üzərinə 2000 ABŞ dollar pul qoyaraq yəni 12000 ABŞ dollar pula Xəlilə vermişdir. Daha sonra isə isə 2017-ci il buraxılışlı “Chevrolet Cruze “markalı maşını dostu Turaldan alıb Xəlilə vermişdir. Həmin maşını o, 17500 manata razılaşmış və heç bir pul üzərinə qoymamışdır. Sonda isə 2022-ci ilin dekabr ayın ortalarında ** PL *** d.q.n.-lı “BMW X6” markalı maşını Fuad adlı tanışından 10000 ABŞ dollara razılaşmış və heç bir pul qoymadan Xəlilə satmışdır. Xəlil həmin maşının pullarını quşlar gəldikdən dərhal sonra verəcəyini bildirmişdir. O, Xəlilə inandığından onunla razılaşmışdır. Ertəsi gün Xəlil onun yanına gəlmiş və ona təklif eləmişdir ki, ölkəyə və onlara məxsus olan fermaya gətiriləcək quşlarda onunda xeyrinin olmasını demişdir. O, Xəlilə bunun necə olacağını soruşmuşdur. Xəlil ona bildirmişdir ki, atası neçə illərdi bu işlə məşğuldur. Əgər onun da bu işdə payı olsa ölkəyə gələn quşlardan yəni fermada gəlir əldə edəcək. Xəlil ona hər ay ən azı 5000- 6000 manat gəlir götürəcəyini demişdir. O, Xəlilə inanmış və bu iş üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. Xəlil ona bu iş üçün ən azı 50000 manat pul lazım olacağını demişdir. O, artıq maşın alverinən uzaqlaşmaq istədiyini və fikirləşmişdir ki, Xəlillə birlikdə ferma işində uğur əldə edər. Ona görə o, Xəlilə ona bir qədər möhlət verməsini həmin pulları hazırlayıb təqdim edəcəyini demişdir. Həmin ərəfədə o, Xəlilin işlədiyi yerin qarşısında bir neçə maşın görmüşdür. O, Xəlildən bu maşınların nə olduğunu soruşduqda Xəlil ona atasının quşları gələnə kimi tanışların maşının sataraq pul qazanc əldə edəcəyini demişdir. O, Xəlilə müştəri olarsa deyəcəyini demiş, həmçinin puluda tez bir zamanda hazırlayacağını bildirmişdir. 2022-ci ilin dekabr ayının sonunda dostu Xaliq ona 20000 ABŞ dollar pul vermişdir. Həmin gün o, tanışları və atasının dostu olan Cümşüdə, Elçinə və Raufa bildirmişdir. O, həmin zaman artıq maşın alveri ilə məşğul olmurmuş. Qeyd etmişdir ki, həmin ərəfədə artıq ona dələduzluq edən Qoşqarla əlaqədar Xətai rayonunda cinayət işi gedirmiş. Onun artıq demək olar ki, maşınla olan əlaqəsi yox imiş. O, qohumu Elçinə dostu Xəlilin maşın alveri ilə məşğul olduğunu demişdir. Ertəsi gün yəni 2022-ci ilin dekabr ayında qohumu Elçin qardaşı Rahillə birlikdə onun yanına gəlmişlər. Onlar birlikdə Xəlilin yanına getmişlər. Xəlil ona 1998-ci il buraxılışlı Mercedes C Klass markalı maşın verəcəyini demişdir. O, “Turbo az” saytına daxil olmuşdur. Həmin maşının dostunda olduğunu rayonda olduğunu və 3-4 günə gələcəyini demişdir. Xəlil ona həmin maşının tez bir zamanda verməli olduğunu bildirmişdir. O, Xəlilə inandığından Elçinə demişdir ki, heç bir problem yoxdu və Elçin onun və qardaşının yanında Elçinə “Mercedes C Klass” markalı maşın üçün 13000 manat pul vermişdir. O, 44000 manat pulu düzəltmişdir. Xəlilə bu barədə bildirmiş və ona narahat olmamağı və atasınan danışdığını, 44000 manata onunda bu işdə payı olacağını demişdir. xx.xx.2022-ci il tarixdə o, atasının dostu olan Cümşüd və Cümşüdün tanışı olan Samirlə birlikdə Yeganə şadlıq sarayının qarşısında “105” çay evi ilə üzbəüz olan marketin qarşısında Xəlillə görüşmüşlər. Ondan əvvəl tanışı Cümşüd onun tərəfindən satılan “Mini Cooper” markalı maşını bəyəndiyini və almaq istədiyini demişdir. Cümşüd onun yanında həmin maşını almaq üçün 22000 manat pulu Xəlilə vermişdir. O, isə Xəlilə 20000 ABŞ dollar və 10000 manat pulu vermişdir ki, ferma işində onunda payı olsun. Xəlil Cümşüdə dostunun işi olduğunu tez bir zamanda gəlib maşının onun adına keçirəcəyini demişdir. O, Xəlilin iş yerini bildiyindən heç bir problemin olmayacağını düşünmüşdür. Bundan başqa onun atasının dostu olan Rauf dayı onun yanına gələrək maşın istədiyini demişdir. O, Raufa artıq maşın alveri ilə məşğul olmadığını və tanışı və dostu olan Xəlilin bu işlə məşğul olduğunu demişdir. Onun işlədiyi yerin qarşısında saxladığı Hyunday markalı maşınını görüb çox bəyənmiş və 18000 manata razılaşmışlar. Xəlil ona və Cümşüdə Yasamal rayonu ATS yanına gələməyini və maşınları sənədləditrəcəyini demişdir. Ertəsi gün saat 10 radələrində o, Cümşüd və Rauf onunla Yasamal rayonu ATS yanında görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra o, dostunun bu gün gələcəyini və saat 15:00 da Yasamal rayonu, “Eksperimentalnı" deylən xəstəxana ilə üzbə üz olmağını həmin zaman dostu onlara zəng edəcəyini demişdir. Xəlil Raufdan 18000 manat pulu alaraq işi olduğunu və onlara gözləməyi demişdir. Lakin saat 15:00-dan 16:00 kimi onlar orada gözləmiş lakin heç kim gəlməmişdir. O, və digərləri Xəlilə zəng elədikdə o telefonlara cavab verməmişdir. O, Xəlilin işlədiyi yerə getmiş lakin orada yox imiş. Bir neçə gün sonra o, bilmişdir ki, Xəlil işlədiyi yeri təhvil verib başqa adama satmışdır. Həmin şəxsi o, nə qədər axtarmış lakin tapmamışdır. Bir neçə dəfə Xəlil onu başqa başqa nömrələrdən zəng edərək narahat olmamağı, pulunu qaytaracağını demişdir. Lakin sonradanda Xəlilin nömrələrinə zəng çatmamışdır. Əlavə olaraq onuda qeyd etmişdir ki, o, Xəlilə inanıb onun üçün maqazindən dki ədəd “İphone 14 Pro MAX" və qızıllar götürmüşdür. Bütün pullar onun tərəfindən ödənilmişdir. Çünki, həmin şəxslər ondan pul istədiyindən o, hamısın pullarını ödəmişdir. Bircə qızıl yerinə hal hazırda 1750 manat borc qalmışdır. Belə ki, telefonlara görə 5600 manat qızıllara görə isə 1500 manat pul ödəmişdir. Baş vermiş hadisə zamanı ona ümumilkdə 174900 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 4-5 il olar ki, tanıyır. 2022-ci ildə Məhərrəmlə görüşüb öz maşınını satmaq və yeni avtomobil almaq istədiyini bildirmişdir. Məhərrəm ona bir dostunun olduğunu və həmin dostunun avtomobil satdığını bildirmişdir. 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Rail, o və əlavə bir-iki nəfər görüşmüşlər. Həmin şəxslərin kim olduğunu xatırlamır. Görüş Yasamalda ATS-nin arxa tərəfində olmuşdur. Xəlil sonradan ağ rəngdə Sonata ilə gəlmişdir. O, bu avtomobilə baxmış və bəyənmişdir. Digər şəxslərin də yanında avtomobilin pulunu sayıb Xəlilə vermişdir. O Təqsirləndirilən şəxs əvvəldən tanımamışdır. Xəlil ona bildirmişdir ki, avtomobil başqa şəxsin adınadı, həmin adam da yoldadır, buraya gəlir, avtomobilin alqı-satqısını rəsmiləşdirmək üçün həmin şəxsi gözləmək lazımdır. Həm də avtomobil çirkli olmuş, Xəlil avtomoilbili təmizlətdirməyə aparmışdır. Alqı-satqı İşıq idarəsinn yanında notarius var idi, orada olacaqmış. Onlar Xəlili uzun müddət gözləsələr də, Xəlil geri gəlməmişdir. O da pulu artıq Xəlilə vermişdir. Sonradan təkrar Məhərrəmlə əlaqə saxlamış, Məhərrəm hələ də Xəlilin telefonları açmadığını bildirmişdir. Bundan sonra onlar polisə şikayət etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, X16 tanış etmişdir. Onlar Xəlillə bir dəfə görüşmüşlər, pulu da həmin vaxt vermişdir. Pulun məbləği 18 000 manat olmuşdur. Avtomobilin qiymətinin 18 000 manat olmasını Xəlil Məhərrəmə demiş, Məhərrəm də bunu ona bildirmişdir. Avtomobilin kimin adına olduğunu bilmir. Avtomobil ağ rəngdə Sonata olmuş, dövlət qeydiyyat nişanını xatırlamır. Avtomobildə heç bir problem olmamış, sadəcə içərisi çirkli olmuşdur. Avtomobilin salonu dəri, açıq bej rəngində olmuşdur. Avtomobilin alqı-satqısını işıq idarəsinin arxasında notariusda rəsmiləşdirəcəkmişlər. Notariusun nömrəsini xatırlamır, amma yerini göstərə bilər. O, Xəlilə inandığı üçün pulu görüşdükləri yerdə vermiş, həmçinin arada Məhərrəm olmuş, Məhərrəmə etimadı tamdır. Təqsirləndirilən şəxs dayısı ona torpaq sahəsi təklif etmiş, lakin sonradan yoxlayan zaman torpağın qiymətinin 10-15 000 manat olduğu bəlli olmuşdur. Sonradan dəfələrlə Xəlillə əlaqə saxlamağa çalışmışlar, lakin Xəlil telefonu açmamışdır. O, Məhərrəmlə danışan zaman nə olursa olsun pulunun geri qayıtmalı olduğunu deyirmiş. Görüşən zaman avtomobilin sənədlərinə baxmış, lakin sənədlərin kimin adına olduğunu xatırlamır. Xəlil ona avtomobili təmizlətdirməyə apardığını, həmçinin Zərərçəkmiş şəxs2 üçün də başqa bir kupe maşın gətirdiklərini bildirmiş və sonra notariusda maşınları onların adına rəsmiləşdirəcəyini demişdir. O, ailəlidir, bir uşağı var. Həyat yoldaşı işləyir. Həyat yoldaşının sürücülük vəsiqəsi yoxdur və avtombil idarə etmir. İbtidai istintaqda və məhkəmədə verdiyi ifadələr eynidir. Avtomobili almağa gedən zaman orada Rail, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olmuşdur. Avtomobili almaq üçün görüşmək barədə Məhərrəm və Xəlili danışıb razılaşmışdır. O, avtomobili özünə alırmış. Görüş zamanı Zərərçəkmiş şəxs2 nə zaman pul verməsinin şahidi olmamışdır. Zərərçəkmiş şəxs2 kupe avtomobili alırmış. Avtomobili almaq üçün görüşə gedən zaman onun üstündə mobil telefon olmamışdır. Onun istifadəsində ***-***-**-** saylı nömrədir. Avtomobili ona Təqsirləndirilən şəxs satırmış. Xəlillə onu Zərərçəkmiş şəxs1 tanış etmişdir. O, avtomobili və Xəlili ilk dəfə həmin görüş günü görmüşdür. O, görüşə pulla avtomobili almağa gedirmiş. Görüş yerinə Xəlil də avtomobillə gəlmiş, o avtomobilə baxış keçirmiş, bəyənmiş, buna görə də pulu Xəlilə vermişdir. Xəlilə pulu verən zaman Cümşüd, Məhərrəm də orada olmuşdur. O, pulu Xəlilə verdikdən sonra, Xəlil maşını yuduzdurmağa apardığını demişdir. O, Xəlilə inandığı və arada Məhərrəm olduğu üçün pulu Xəlilə vermişdir. O, Xəlili əvvəllər görməmişdir. Arada Məhərrəm olduğu üçün onun Xəlilə də etimadı olmuşdur. O, əvvəllər də avtomobil almışdır. O, həmin avtomobili alana qədər avtomobil idarə edirmiş. O Təqsirləndirilən şəxs cinayət işindən başqa da cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak edir. Təqsirləndirilən şəxs cinayət işi Yasamal RPİ-nin müstəntiqi Ramil Vəliyevin icraatında olmuş və məhkəməyə ittiham aktı ilə göndərilib. Zərərçəkmiş şəxs olduğu digər cinayət işinin də istintaqını Yamal RPİ-nin müstəntiqi Ramil Vəliyev aparmışdır. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, “Hyundai Elantra” markalı maşın idarə edirmiş. Fikirləşmişdir ki, bunan daha böyük maşın alsın, idarə etdiyi maşını isə ev üçün ailəsinə versin. Ona görə də əvvəllər tanıdığı Məhərrəmlə görüşmüşdür. Belə ki, Məhərrəm maşın alveri ilə məşğul olurmuş. Onunla görüş zamanı Məhərrəm artıq maşın alveri ilə məşğul olmadığını, lakin onun tanışı və dostu olan Xəlil adlı şəxsin maşın alveri ilə məşğul olduğunu demişdir. Məhərrəm Xəlil adlı dostu ilə, yəni maşın alqı-satqısı ilə məşğul olan şəxslə danışmışdır. Sonra ona bildirmişdir ki, Xəlil ona “Hyundai-Sonata” markalı maşın verəcək. O, razılaşmış və pulunun hazır olduğunu bildirmişdir. Beləliklə, 2023-cü ilin yanvar ayının əvvəllərində onlar Xəlillə Yasamal rayonu, “inşaatçılar” metrosunun yaxınlığında ATS-in yanında görüşmüşlər. Xəlil ora “Hyunday- Sonata” markalı maşını gətirmişdir. Maşın yaxşı vəziyyətdə olmuşdur. O, maşına baxmış və həmin maşın xoşuna gəlmişdir. Nəhayət o, Xəlilə 18 min (on səkkiz) manat pul vermişdir. Ondan başqa Cümşüd Xəlilə “Mini - Kuper” maşın ücün 22 min (iyirmi iki) manat vermişdir. Xəlil bildirmişdir ki, Cümşüdə verdiyi - yəni satdığı “Mini-Kuper”maşını dostunun adınadır. Onun dostu saat 15:00-16:00-da Bakıya gələcək. Xəlil ona bir qədər səbirli olmağı və maşının içində əşyalar olduğunu, həmin əşyaları evə düşürmək üçün ona bir saat möhlət verməsini demişdir. Məhərrəm onlara onun getməsinə heç bir problem olmadığını demişdir. Xəlil həmin maşınla onların yanından uzaqlaşmış və onlar bundan sonra Xəlili gözləmişlər. Xəlil bildirmişdir ki, dostu gələn kimi eksperimentalnı deyilən xəstəxananın yanında yerləşən notariusda maşınları sənədləşdirəcək. Xəlil getmiş və sonra telefonuna zəng çatmamışdır. Bir sözlə Xəlil onu, Elçini, Cümşüdü dələduzluq yolu ilə aldatmışdır. (cild 1, iş vərəqə 62-64) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Zərərçəkmiş şəxs2 aldığı avtomobili görməmişdir. Zərərçəkmiş şəxs2 alacağı avtomobili görüş yerinə gətirməmişlər. Zərərçəkmiş şəxs2 22 000 manat pul verdiyini eşitməmişdir. Zərərçəkmiş şəxs2 onun yanında Xəlilə verib. Təqsirləndirilən şəxsla görüşdükləri gün onun telefonu xarab olduğu üçün üzərində olmamışdır. O, Xəlilə zəng vurmuşdur. ***-***-**-** saylı mobil nömrə ilə Xəlilə zəng vurmuş, lakin Xəlilə zəng çatsa da, Xəlil telefonu götürməmişdir. Sonradan isə Xəlilə ümumiyyətlə zəng çatmamışdır. O, Xəlilə 2024-cü ilin yanvar ayında zəng vurmuşdur. O, Xəlilə pul verən vaxt Bahadur da orada olmuşdur. Lakin onun səhhəti yerində olmadığı üçün ola bilsin ki, bunu xatırlamamışdır. Məhərrəm, Rail, Bahadur, Cümşüd, Samir də o Xəlilə pul verən zaman orada olmuşlar, orada digər şəxslər də olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. O, Məhərrəmin atası ilə yaxın dostdur. Məhərrəmin avtomobil alış-verişi il məşğul olduğunu bilirmiş. O avtomobil almaq istəyirmiş, bununla bağlı Məhərrəmə yaxınlaşmışdır. Məhərrəm həmin vaxt əlində avtomobil olmadığını, amma bir tanışının avtomobil satdığını bildirmişdir. Neftçilər metrostansiyası yaxınlığında Məhərrəmgilin bir obyekti var, orada görüşmüşlər. Satışa qoyulan maşın “Mini Cooper” olmuşdur. Bu avtomobili oğlu üçün 22 000 manata almağa razılaşmışlar, lakin avtomobilin bəzi problemləri olmuşdur. Belə danışmışlar ki, pul ödənilsin, avtomobilin lazım olan yerləri təmir edildikdən sonra isə avtomobili götürsün. Bu hadisə 2022-ci ilin dekabr ayının axırlarında olmuşdur. Avtomobil yeni ildən sonra tam hazır vəziyyətdə ona verilməli olmuşdur. Həmin gün o, Məhərrəm, Məhərrəmin qardaşı Rail və Samir “105” çay evində görüşmüşlər. Samirin Xəlillə qızıl haqq-hesabı olmuşdur. Həmin görüşdə o pulu vermiş və razılaşmışlar ki, 2023-cü iln yanvar ayının 3-4-də avtomobil ona veriləcək. Deyilən vaxtda - 2023-cü ilin yanvarın 3-4də Yasamalda ATS-in yaxınlığında görüşmüşlər. Görüşdə Rauf adlı qazi də olmuşdur. Xəlil avtomobilin dostunda olduğunu, bu gün saat 15-16-da dostunun avtomobili gətirəcəyini, etibarnaməni də hazır edəcəyini demişdir. Daha sonra Xəlil Raufla da avtomobil alışverişini etmişdir. Sonra Xəlildən zəng gözləmiş, lakin saat 15 olsa da, bir xəbər çıxmamışdır. O Məhərrəmə yığıb Xəlildən bir xəbər gəlmədiyini demiş, Məhərrəm narahat olmamağını, Xəlili tanıdığını, düzgün adam olduğunu demişdir. Bir müddət axtardıqdan sonra Xəlil tapılmışdır. Məhərrəm Xəlilə telefonda onların daha avtmobili yox, pullarını istədiklərini demişdir. Xəlil isə narahat olmamalarını, pulların hamısının çatacağını demişdir. Bununla bağlı səsyazıları da var. Xəlil həbs olunduğu gün o da orada olmuş, Samir Xəlildən qızıllarının nə olduğunu soruşmuş, Xəlil Samirin də pulunu qaytaracağını demişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, X16 tanış etmişdir. O Xəlili ümumilikdə 3 dəfə görmüş, bir dəfə avtomobilə baxanda, sonra pulu verəndə, sonuncu dəfə isə Yasamalda. Avtomobilə baxdığı günün axşamı “105” çay evinin qarşı tərəfində olan marketin qabağında pulu vermişdir. O, 22 000 manat nağd pulu Xəlilə vermişdir. Məhərrəmin 20 000 dollar, 10 000 manat pul verdiyinin şahidi olmuşdur. Xəlil “Mini Cooper” avtomobilinin dostunun adına olduğunu bildirmişdir. Avtomobilə baxan zaman Xəlil problemləri olduğunu, avtomobilin sahibi olan dostunun 3-4 gün sonra Bakıya gələcəyini, 2023-cü ilin yanvarın 3-4-də avtomobilin tam hazır olacağını demişdir. Pulu verdikdən 1 həftə sonra avtomobil ona verilməliymiş. O, Məhərrəmə inandığı üçün avtomobili adına keçirməmiş pulu vermişdir. Yasamalda ATS-in yaxınlığında nahara yaxın görüşən vaxt Rauf da orada olmuşdur. Ümumiyyətlə görüşdə o, Məhərrəm, Rail, Rauf və Xəlil olmuşdur. “Hyundai Sonata”nın kimin üçün gətirildiyini bilmir, orada bu avtomobil barədə Raufla danışdığını eşitmişdir. Sonradan Raufdan işin nə yerdə qaldığını soruşmuş, Rauf demişdir ki, avtomobildə Xəlilin bəzi əşyaları olduğu üçün təmizlətdirməyə aparacaq, elə həmin gün saat 15-16 radələridə avtomobili Raufa gətirəcək. Xəlil həmin görüşə avtomobili gətirməmiş, bu avtomobilin dostunda olduğunu, dostunun da saat 15-16 üçün çatacağını demişdir. O, sonradan pulunu Məhərrəmdən istəmişdir. O özü Xəlilə zəng vurmamışdır. O “Mini Cooper” markalı avtomobili oğlu üçün alırmış. Avtomobilə baxmaq üçün onu Məhərrəm Neftçilər metrostansiyası yaxınlığına dəvət etmişdir. O, həmin günə qədər Xəlili tanımamışdır. Avtomobilin qiymətini 22 000 manata razılaşmışlar. O, beh verməmişdir. Onlar danışmışlar ki, axşam görüşsünlər və bütöv pulu versin. O pulu vermək üçün görüşə gedən zaman “105” çay evində Məhərrəm, Rail, Samir və başqa bir oğlanda olmuş, kim olduğunu bilmir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o maşın almaq istəyirmiş. Ona görə əvvəllər tanıdığı Məhərrəmlə görüşmüş. Maşın istəmiş, lakin Məhərrəm ona maşın alveri ilə artıq məşğul olmadığını lakin dostu Xəlilin əlində maşın olacağını bildirmişdir. Onlar birlikdə onun işlədiyi yerə getmişlər. Onun işlədiyi yerin qarşısında o “Mini Kuper” maşını görmüş və həmin maşını çox bəyənmişdir. O, maşına baxmış və maşın onun xoşuna gəlmişdir. Həmin maşını Xəlillə 22 min manata razılaşmışlar. Beləliklə o 2022-ci ilin dekabr ayının axırında Məhərrəmlə, Rahillə birlikdə Yeganə şadlıq evinin yaxınlığında 105° çay evi ilə üzbəüz marketin qarşısında axşam saat 10:00 radələrində Xəlillə görüşmüşlər. Məhərrəm Xəlilə 20 min dollar və 10000 manat, o isə Mini-Kuper maşını üçün 22 min manat vermişdir. O, maşını adına keçirməsini bildirdikdə, Xəlil ona maşında xırda para işlərin olduğunu, onları da həll edib ona verəcəyini demişdir. O, Məhərrəmi tanıdığından ondan soruşmuş o, isə heç bir problem olmayacağını demişdir. Bundan təxminən 3-4 gün sonra-yəni 2023-cü ilin yanvar ayının əvvəllərində Xəlillə Yasamalda ATS-nin yaxınlığında görüşmüşlər. Xəlil Raufa maşın gətirmişdir. Təxminən 2006-ci il istehsalı olan Hunday- X20 bu maşının 18 min manata razılaşmışlar. Rauf onun, Məhərrəmin, Rahilin və tanışı Samirin yanında Xəlilə 18 min manat vermiş, Xəlil bildirmişdir ki, Mini-Kuper dostunun adınadır. Saat 15:00-16:00 radələrində gələcək və maşınları eksperimental xəstəxananın yanındakı notariusda sənədləşdirəcəklər. Xəlil getmiş və bir neçə saatdan sonra telefonunu açmamışdır. Xəlil ondan və Raufdan başqa Məhərrəmdən 5-6 maşın və xeyli pul almışdır. Məhərrəmidə onlar kimi aldatdığını bildirmişdir. Bir sözlə Xəlil onların etibarlarından sui- istifadə edərək dələduzluq yolu ilə ona 22 min, Raufada 18 min ziyan vurduğunu bildirmişdir. Bu günə kimi Xəlildən pullarını ala bilməmişdir. (cild 1, iş vərəqə 51-53) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Məhərrəm Xəlilə pulu avtomobil alış-verişi ilə bağlı vermişdir. Həmin dövrdə ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. X5, Rail və o görüşüb “105” çay evinə birlikdə getmişlər. Samir isə bir dostu ilə özü gəlmişdir. O, yalnız Məhərrəmin Xəlilə pul verdiyi epizodda iştirak etmiş, başqa zərərçəkmişlər pul verən zaman o olmamışdır. O pulu Xəlilə vermişdir. Pulu verdiyini Rail və Samir də görmüşdür. O, Raufun Xəlilə nə vaxt pul verdiyini dəqiq bilmir. Yasamalda görüşən zaman Rauf da həmin gün etibarnamə ilə avtomobili alacağını demişdir. O Xəlilin Raufu da aldatdığını bilməmişdir. O 2023-cü ilin yay ayında polisə müraciət etmişdir. Məhərrəm 20 000 dollar və 10 000 manatı avtomobillə bağlı Xəlilə vermiş, bundan əvvəl də Xəlil və Məhərrəm arasında alver olmuşdur. O, Xəlilin atasını tapıb danışmağa cəhd etməmişdir. O Azərbaycan dilində, latın əlifbası ilə yazıb oxumağı bacarır. Yalan ifadə ilə bağlı məsuliyyət ona tam aydındır. O özü Xəlilə zəng vurmamışdır. X16 tanış etdiyi üçün pulunu Məhərrəmdən istəyirmiş. Xəlilə zəng vuranda Xəlilə zəng çatmamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o avtomobil almaq üçün Məhərrəmə müraciət etmişdir. Məhərrəm onun qohumudur. Məhərrəmə əlində pulun az olduğunu demişdir. Məhərrəm dostunun avtomobil satdığını, istəsə, həmin avtomobilə baxa biləcəyini demişdir. Ona 1998-1999-cu ilin “Mercedes C class” avtomobilini göstərmişlər, avtomobilin qiyməti biraz baha olmuş, amma çox xoşuna gəlmişdir. Sonra 13 000 manata razılaşaraq pulu vermişdir. Daha sonra Xəlil avtomobilin özünün yox dostunun olduğunu, avtomobili dostunun qoyduğu qiymətdən aşağı satdığı üçün ola bilsin ki, dostunun narazılıq edəcəyini və dostunu razı salmalı olduğunu demiş və avtomobili götürüb getmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o Xəlili çox görmüşdür. Özü tez-tez Neftçilər metrostansiyası yaxınlığında olurmuş. Xəlil də Məhərrəmlə dostluq edirmiş. Avtomobili ona Məhərrəm göstərmiş, avtomobilə baxmış, bəyənmiş və almağa qərar vermişdir. 2022-ci ilin dekabrın əvvəlində avtomobili 13 000 manata almağa razılaşmış, 3-4 gün sonra pulu gətirib əlbəəl Xəlilə vermişdir. Pulu verən zaman kürəkəni Rail və Məhərrəm də yanında olmuşdur. “Kral lahmacun” restoranın arxasında bağça kimi bir yerdə görüşmüşlər və pulu orada vermişdir. Pulun hamısını manatla vermişdir. Bu pul 100 və 50 manatlıq əsginazlardan ibarət olmuşdur. Onun Məhərrəmə etibarı çox olmuş, bu səbəbdən Məhərrəmin sözünə güvənib pulu Xəlilə vermişdir. O avtomobili Neftçilərdə görüb bəyənmişdir. Xəlilə pulu verən zaman Məhərrəm və Rail də onun yanında olmuşlar. Pulu verən gün ***-***-**-** saylı mobil nömrə üzərində olmuşdur. O digər zərərçəkmiş şəxslər pul verən zaman sonuncuların yanında olmamışdır. Onun Zərərçəkmiş şəxs4la heç bir münasibəti olmamışdır, tanımır. Onun əvvəllər avtomobili olmuşdur. Xəlil ona avtomobili 2 000 manat daha aşağı qiymətə satırmış, ona demişdir ki, avtomobil dostunundur, daha ucuz satdığına görə gedib dostunu razı salmalıdır. O, əvvəllər də Xəlili görmüş, Xəlillə söhbəti olmuşdur. O polisə 2023-cü ilin yay ayında şikayət etmişdir. O özü Xəlilə zəng vurmamışdır. Xəlilin nömrəsini bilmir. O, pulu Xəlilə vermişdir. Pulu verən zaman orada kürəkəni Rail və Məhərrəm olmuşdur. O, pulu Mercedes C klass markalı, metallik rəngli avtomobili almaq üçün vermişdir. O, avtomobili görmüşdür. Avtomobili Xəlil özü gətirmişdir. Xəlil kafeyə avtomobillə gəlmiş, orda danışıb razılaşmışlar və pulu vermişdir. Oturduqları kafedən çöldə olan avtomobil görünürmüş. Kafedə onun yanında Məhərrəm və Rail də olmuşdur. Xəlil avtomobilin dostunun adına olduğunu demişdir. Xəlil ona avtomobili daha aşağı qiymətə vermiş, buna görə dostu ilə danışıb razılaşmalı olduğunu demişdir. Buna görə də avtomobili həmin gün götürə bilməmişdir. Onun yanında digər şəxslərin Xəlildən avtomobil aldığı olmamışdır. O, pulu Xəlilə 2022-ci ilin dekabr ayında vermişdir. Polisə 2024-cü ildə müraciət etmişdir. O özü pul ilə bağlı Xəlilə zəng vurmamışdır. Onları Məhərrəm tanış etdiyi üçün Məhərrəmdən pulu qaytarmasını istəmişdir. Polisə bütün zərərçəkmiş şəxslər birlikdə şikayət etmişlər. Məhərrəm ona polisə şikayət etdiyini, onun da gedib ərizə verməsini demişdir. Pulu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən “Antep Lahmacun”-da vermişdir. Həmin dövrdə o ***-***-**-** saylı mobil nömrə istifadə etmişdir. O, pulu vermək üçün Xəlillə görüşəndə bu nömrə üzərində olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmış və ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021ci ildə həyat yoldaşı vəfat etmişdir. Evdə 1-ci qrup əlil xəstə qızı vardır. Qızı birinci qrup əlil olduğundan ona baxır. Əvvəllər o şirkətdə sürücü işləmiş, işdən çıxdıqdan sonra iş tapa bilmədiyindən fikirləşmişdir ki, ucuz maşın alaraq taksi fəaliyyəti ilə məşğul olub qızına baxsın. Qızına baxmaq, müalicəsi ilə məşğul olmaq hal-hazırda onun öhdəsinə qalmışdır. Tez-tez həkimə getmək lazım olduğundan və arada bir taksi fəaliyyəti ilə məşğul olmaq üçün o maşın almaq qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin əvvəllərindən tanıyır, onlar arasında heç bir ədavət və düşmənçilik olmamışdır. O, Xəlili Məhərrəmin vasitəsilə tanımışdır. Belə ki, o özünə avtomobil almaq üçün Məhərrəmə müraciət eləmişdir. Məhərrəm onun qohumudur və o Məhərrəmə etibar etdiyini bildirmişdir. Beləliklə o 2022-ci ilin dekabr ayının əvvəlində Məhərrəm, Raillə birlikdə Xəlillə Neftçilər metrosunun yanında “Antep-Lahmacun” deyilən yerdə görüşmüş, Xəlil onlarnan görüşə bəhs etdiyi metalik rəngli “Mercedes c-klass” markalı avtomobili gətirərək ona göstərmiş, o Xəlilin onlara təqdim etdiyi “Mercedes c-klass” avtomobilə baxmış və bəyənərək onu almaq istədiyini bildirmişdir. Onlar Xəlil ilə həmin avtomobili 13 min manata razılaşmışlar.Lakin Xəlil ona bildirmişdir ki, avtomobil onun dostunun maşınıdır və avtomobildə texniki bir problem vardır, guya ki Xəlil 13000 min manatı götürərək həmin pulu dostuna verəcək, həmçinin olaraq avtomobildə olan texniki nasazlığı aradan qaldıracaqdır. O, pulu verməyə əvvəlcə tərəddüd elədiyini, lakin Məhərrəm ona bildirmişdir ki, Xəlil onun yaxın dostudur, narahat olmağa heç bir səbəb yoxdur. O, Məhərrəmə güvəndiyi üçün, ona inanaraq, Xəlilə Məhərrəm və Rahilin yanında 13 min manat (on üç min) pul vermişdir. Xəlil ona bildirmişdir ki, həmin pulu o “Mercedes” markalı avtomobilin yiyəsinə verəcək, həmçinin olaraq avtomobili düzəltdirərək ona təqdim edəcəkdir, bu prosesin təxminən 2-3 gün ərzində həll olacağını bildirmişdir. Təxminən 2-3 gün sonra o Məhərrəmə zəng edərək avtomobili istədikdə, Məhərrəm ona bildirmişdir ki, Xəlilnən əlaqə saxlaya bilmir. Xəlil təxminən 1 həftə sonra onlarnan əlaqəyə keçərək, xahiş etmişdir ki, ona vaxt versinlər, avtomobili ona verəcəkdir. Bundan sonra dəfələrlə o Xəlildən ya maşını, ya da pulu tələb etməyimə baxmayaraq heç bir nəticəsi olmadığını bildirmişdir.Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona dəfələrlə bildirmişdir ki, o Neftçilər metrosu yaxınlığında ayaqqabı mağazası və 2 ədəd dönərxana işlədir, ona verdiyi 13000 manata görə qaçıb gizlənəsi deyil, bu pul onun üçün heçnədir.O, onun bu sözlərinə güvənərək ona pulu təqdim etdiyini bildirmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ona ümumillikdə 13000 (on üç min) manat maddi ziyan dəymişdir. (cild 1, iş vərəqə 40-42) Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sonlarında Təqsirləndirilən şəxs dostu Məhərrəmə dəfələrlə qızıl vermişdir. Məhərrəm də öz növbəsində vaxtında ödənişlərini etmişdir. Məhərrəm avtomobil alveri ilə məşğul olurmuş. Bir gün Məhərrəm Xəlillə birlikdə onun yanıma gəlmişlər. O, Xəlil və Məhərrəmə bir ədəd boyunbağı və bir ədəd bilərzik vermişdir. O istintaq dövründə zərərçəkmiş şəxs qismində iştirak etmiş, Xəlilin ona ziyan vurması barədə səs yazıları da var. Xəlil saxlanılan gün o da orada olmuşdur. Onlar Xəlillə kafedə yemək yeməyə oturmuşlar. Bu zaman Xəlil ona qızılların pulunu verəcəyini demişdir. O isə Xəlilə uzun müddətdir belə dediyini, lakin heç bir pul vermədiyini demişdir. Yasamal rayon Məhkəməsində məhkəmə iclasından sonra müdafiəçi ona dəyən zərərin az olduğunu, Xəlilin dayısıgilin pulu hazırladığını və ona ödəyəcəklərini söyləyərək ona narahat olmamağını bildirmişdir. Cinayət işi yekunlaşdıqdan sonra iş məhkəməyə göndəriləndə onun 88 qram qızılı arada itmiş, o da şahid qismində tanınmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, qızılları Təqsirləndirilən şəxs özünə vermişdir. Xəlil bir qızla nişanlanırmış. O, qızılları Xəlilə Məhərrəmi tanıdığına görə nisyə vermişdir. Əvvəllər Xəlili tanımamış, ancaq Məhərrəmi tanımışdır. Xəlili onun yanına Məhərrəm gətirmişdir. Onun mağazası Neftçilərdə yerləşir. Məhərrəm və Xəlil onun mağazasına 2022-ci ildə gəlmişlər. O, 7920 manatlıq 88 qram qızıl vermişdir. Xəlil qızılların pulunu toydan sonra verəcəyini demiş, o da Məhərrəmə görə Xəlilə möhlət vermişdir. Lakin uzun müddət keçsə də, Xəlil pulu verməmişdir. Dəfələrlə Xəlildən pulunu istəsə də, ona narahat olmamağını və pulu verəcəyini demişdir. O Xəlil barədə Yasamal RPİ-yə müraciət etmişdir. Xəlil barəsində mülki qaydada məhkəməyə müraciət etməmişdir. Xəlil pulu vermədikdə, o Məhərrəmə zəng vurub Xəlilin pulu vermədiyini demişdir. Cümşüd və X14 görə tanımışlar, aralarında avtomobil alveri olmuşdur. Zərərçəkmiş şəxs4 18 000 manat, Zərərçəkmiş şəxs2 22 000 manat, Məhərrəm 20 000 dollar və 10 000 manat pulu Xəlilə vermişlər. Rauf, Cümşüd və Məhərrəm Xəlilə pul verəndə, o da orada olmuşdur. Məhərrəm ona Xəlilə pul verdiklərini deyirmiş, o da bəlkə, Xəlil onun pulunu qaytarar deyə onların yanına gedirmiş. 2022-ci ilin yay aylarında qızılları Məhərrəmin yanında Xəlilə vermişdir. Qızılları Neftçilər ərazisində yerləşən mağazada vermişdir. O, Xəlilə 88 qram qızıl vermişdir. O, bu yaşında qol saatı belə vurmur, üzərində qızıl gəzdirmir. Onun mağazası yoxdur. Onun Xəlilə verdiyi qızılları sonuncunun taxdığını əks etdirən videogörüntüləri ibtidai istintaq zamanı təqdim etmişdir. ***-***-**-** saylı mobil nömrəni istifadə edir. O, Məhərrəmin nömrəsini əzbər bilmir. O, Cümşüdü tanıyır. Cümşüd Xəlildən avtomobil almışdır. Cümşüdün Xəlildən hansı avtomobili aldığını xatırlamır. O, Cümşüdün onun yanında 22 000 manatı Xəlilə verib avtomobil aldığının şahidi olmuşdur. Xəlil Cümşüddən pulu 4-cü mkr-da yerləşən “105” çay evinin yaxınlığında 2022-ci ilin sonlarında, qış ayında almışdır. Yəqin ki, Cümşüd pulu Xəlilə 2022-ci ilin dekabr ayında vermişdir. Cümşüd avtomobilin pulunu Xəlilə verəndə o, Məhərrəm , Cümşüd, Xəlil olmuş, səhv etmirsə, Rail də avtomobildə olmuşdur. 2023-cü ilin əvvəlində Zərərçəkmiş şəxs4 Yasamalda ATS-in yanında Xəlildən avtomobil almış, Xəlilə 18 000 manat pul vermişdir. Zərərçəkmiş şəxs4 pulu verən zaman o, Məhərrəm, Cümşüd də orada olmuşdur. Həmin dövrdə də ***-***-**-** saylı mobil nömrəni istifadə edirmiş. O, Xəlili Məhərrəm sayəsində tanımışdır deyə, Xəlilin özünün nömrəsini almamışdır. Xəlil pulunu verməsə, o pulunu Məhərrəmdən tələb edəcək. Yasamalda “ATS”-nin yanında Rauf avtomobil alması ilə bağlı pul verən zaman o da öz pulunu almaq üçün getmişdir. Raufun hansı avtomobili aldığını xatırlamır. Rauf Xəlilə 18 000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 Xəlilə 20 000 dollar və 10 000 manat pul vermiş, o Məhərrəmin “105 kafe”-də pul verməsinin şahidi olmuşdur. Məhərrəm Xəlilə pul verən zaman Rail, Cümşüd, Xəlil və o orada olmuşlar. Həmin görüş barədə o Məhərrəmlə telefonla əlaqə saxladıqdan sonra məlumatı olmuşdur. Həmin görüşün nə vaxt baş verdiyini dəqiq xatırlamır. Onun üzərində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. O Yasamalda Xəlildən qızılın pulunu almağa gedəndə Xəlillə əlaqə saxlayıb getməmişdir. Sadəcə Məhərrəm və Raufla əlaqə saxladıqdan sonra Xəlilin yerindən məlumatı olmuşdur. Məhərrəm və Rauf onun Xəlildən alacağı olduğunu bildirmişlər. Xəlilin nömrəsi onda yoxdur. Yasamal “ATS”-in qarşısında o, Xəlildən verdiyi qızıllarının pulunu almağa gedən zaman orada Rauf, Bahadur, Rail də olmuşdur. O, Xəlillə heç vaxt təkbətək görüşməmişdir. Xəlildən telefon nömrəsi istəməmişdir. Müdafiəçi ona şikayətini geri götürməyini və onun pulunun ödənəciyi vədini verdiyi üçün o, Xəlilin işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaq barədə ərizə verməmişdir. O, hadisələr baş verən dövrdə hansı mobil nömrənin üstündə olduğunu xatırlamır. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, onun yaxın dostu Neftçilər metrostansiyasının yaxınlığında maşın alveri ilə məşğul olurmuş. 2022-ci ilin dekabr ayında dostu Məhərrəm ona yaxınlaşaraq, qızıl almaq istədiyini demişdir. O, Məhərrəmi tanıdığından ona həmişə qızıl verirmiş o, isə pulu olanda ona qaytarırmış. Bununla da onun Məhərrəmə inamı yaranmışdır. Onların arasında heç bir zaman düşmənçilik və ədavət olmamışdır. Həmin tarixdə Məhərrəm onun yanına gələrək yaxın tanışı olan Xəlil adlı şəxsə qızıl boyunbağı və qızıl bilərzik lazım olduğunu demişdir. O, kişilər üçün olan qızılları ona göstərmiş və o içərisindən tros formasında olan qızıl sepi və qızıl bilərziki seçərək bunları almaq istədiyini bildirmişdir. Həmin qızılların qiyməti 8500 manata yaxın olmuşdur. Lakin o, Məhərrəmə hörmət olaraq həmin qızılları 7920 manata satmışdır. Həmin qızılların çəkisi təxminən 88 qram olmuşdur. Məhərrəm ona narahat olmamağı, Xəlili yaxın tanıdığını təxminən 10-15 gün ərzində ona pulu verəcəyini demişdir. Xəlil ona heç bir problem olmadığını deyərək qızılın pulunu vaxtından da tez verəcəyini demişdir. O, Xəlilə inanaraq həmin qızılları vermişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq ödəniş olmamışdır. O, bununla əlaqədar Məhərrəmə zəng eləmiş və qızılların pulunun Xəlil tərəfindən ödənmədiyini demişdir. Məhərrəm ona zəng edəcəyini deyərək 15 dəqiqə sonra zəng eləmiş və bildirmişdir ki, Xəlil onu da aldatmış bununla bağlı Xəlil ilə görüşəcək. O, Məhərrəmdən Xəlilin telefon nömrəsin istəmiş, lakin onun heç bir nömrəsinə zəng çatmamışdır. Bundan başqa Şahid1 bildirmişdir ki, tanışları olan Cümşüd və Məhərrəm Yeganə şadlıq sarayının yanında Təqsirləndirilən şəxs pul vermişlər. Belə ki, Cümşüd “Mini Cooper” markalı maşın almaq üçün 22000 manat, Zərərçəkmiş şəxs1 isə iş görmək üçün 20000 ABŞ dolları və 10000 manat pul vermişdir. Bundan başqa ortaq tanışları olan Zərərçəkmiş şəxs4 “Hyundai” markalı maşın almaq üçün 18000 manat pulu Yasamal rayonu, ATS-ın yanında Təqsirləndirilən şəxs vermişdir. (cild 1, iş vərəqə 138- 140) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid1 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İfadəsində olan imza ona məxsusdur. Baş verən hadisələr uzun müddət əvvəl baş verdiyi üçün Xəlillə Yeganə şadlıq sarayının yanında görüşməklərini xatırlamamışdır. Yeganə şadlıq sarayının yanında Cümşüd Xəlilə pul vermiş, Məhərrəm də orada olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2022-ci ilin yanvar aylarında qaynatası Zərərçəkmiş şəxs3 avtomobil almaq istəyirmiş. Təqsirləndirilən şəxs qardaşı Məhərrəmlə dostluq edirmiş. Xəlil avtomobil alqı-satqısı ilə məşğul olmuşdur. Xəlillə danışıb qaynatası Elçin üçün uyğun qiymətli avtomobil almağa razılaşmışlar. Sonra Xəlil və qaynatası Neftçilər metrostansiyası yaxınlığında yerləşən “Antep lahmacun” restoranında görüşüb razılaşmışlar, qaynatası Elçin Mercedes markalı avtomobil almaq üçün pul vermişdir. Lakin sonradan nə avtomobili ala bilmiş, nə də pulunu geri qaytara bilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Xəlildən avtomobil almaqla bağlı təklifi kimin verdiyini dəqiq xatırlamır. Pul “Antep lahmacun” restoranında verilmişdir. Orada Məhərrəm, Elçin və Xəlil olmuş, o sonradan gəlmişdir. Elçinin Xəlilə avtomobilə görə 13 000 manat pul verdiyinin şahidi olmuşdur. Həmin görüşü kimin təşkil etdiyini bilmir, o, restorana təsadüfən getmişdir. Həmin restoran onlarındır. Həmin vaxt hansı nömrəni istifadə etdiyini xatırlamır. Cümşüdün də avtomobilə görə Yeganə şadlıq sarayının yanında Xəlilə pul verməsinin şahidi olmuşdur. Orada Cümşüd, Samir, Məhərrəm, Xəlil və o olmuşdur. Cümşüdün hansı avtomobilə görə pul verdiyini xatırlamır. Cümşüd Xəlilə 22 000 manat pul vermişdir. Yeganə şadlıq sarayının yanında olan görüşə Samir onlara zəng vurub Xəlillə görüşməyə getdiyini, onların da gəlmələrini bildirmişdir. Daha sonra o, Məhərrəm və Cümşüd birlikdə Yeganə şadlıq sarayının yanına getmişlər, bir az sonra Samir gəlmişdir. Qaynatası Elçin avtomobil aldıqdan sonra avtomobili həmin gün sənədləşdirməyin alınmadığını, sabah sənədləşdiriləcəyini demişdir. Cümşüd üçün avtomobil almağa gedən zaman Xəlilin qaynatası və Cümşüdə qarşı dələduzluq etdiyini bilməmişlər, sonradan öyrənmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun doğma qardaşıdır, onunla birlikdə fərdi kommersiya fəaliyyəti ilə məşğul olurmuş. Həmçinin Məhərrəmin vasitəsi ilə Təqsirləndirilən şəxs da 7-8 il olardı ki, tanıyırmış. 2022-ci ilin deykabr ayında qaynatası Zərərçəkmiş şəxs3 “Mercedes Benz E” markalı avtomobil almaq istəyirmiş. Həmin vaxtlar Xəlil avtomobil alqı-satqısı ilə məşğul olduğundan ona müraciət etmişlər. Beləliklə onunla vədələşib Qara-Qarayev prospektində «Antep» lahmacun kafesində Xəlillə görüşmüşlər. O, 1997-ci il buraxılışlı “Mecedes C” markalı avtomobilin şəklini göstərmiş və bildirmişdir ki, həmin avtomobili o 13 000 manata satırmış. Onlar da ona inandıqlarından qaynatası həmin vaxt 13 000 manat pulu sayıb Xəlilə vermiş, o isə söz vermişdir ki, sabahı gün avtomobili gətirib onun adına sənədləşdirəcəkdir. Lakin həmin vaxtdan indiyədək nə avtomobili gətirmiş, nə də pulu qaytarmadığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs eyni üsulla Zərərçəkmiş şəxs4 aldadaraq 18 000 manatını, Zərərçəkmiş şəxs2 da aldadaraq 22000 manat pulunu ələ keçirməsini bildirmişdir. (cild 2, iş vərəqə 196-198) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid6 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Rauf Xəlilə 18 000 manat pul verən zaman o şahidi olmuşdur. O, Xəlilin Cümşüd və Raufu aldatdığını sonradan bilmişdir. Ola bilsin ki, ibtidai istintaq zamanı müstəntiq ifadəsini səhv yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Rauf özünə “Hyundai Sonata” markalı avtomobil almaq istəyirmiş, Xəlil adlı tanışı olduğunu və avtomobil satdığını demişdir. Daha sonra Rauf Yasamal “ATS”-in yanında avtomobilə baxmış və bəyənmişdir. Rauf avtomobilə görə Xəlilə 18 000 manat pul vermişdir. Həmin vaxtlar bayrama düşdüyünə görə sənədləşdirmə alınmamışdır. Sonradan avtomobilin Raufa verilmədiyini öyrənmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Rauf Xəlilə pul verən zaman orada o, Rauf və Xəlil olmuşlar. Hadisənin nə vaxt baş verdiyini xatırlamır. Həmin vaxt üstündə ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, uzun müddətdir ki, Zərərçəkmiş şəxs4 tanıyır, aralarında dostluq münasibətləri vardır. Onun özünə Məxsus “Hyundai Sonata” markalı avtomobili olduğu üçün, Zərərçəkmiş şəxs4 özünə onun avtomobilindən almaq istədiyini bildirmiş və 2023-cü ilin yanvar ayının əvvəllərində Rauf ona bildirmişdir ki, Xəlil adlı şəxsdə «Hyunlai Sonata» markalı avtomobil var, birlikdə gedərək avtomobilə baxsınlar. Beləliklə, o Raufla birliklə Yasamal rayonu rabitə qovşağının yanına gedərək Xəlillə görüşmüşlər və onun gətirdiyi “Hyundai Sonata” markalı avtomobilə baxmışlar. Avtomobil onun da xoşuna gəlmiş və Rauf onun yanında Xəlilə həmin avtomobili almaq üçün 18 000 manat pul vermişdir. Lakin həmin günlər bayram günləri olduğundan notarius işləmədiyinə görə avtomobili Raufun adına səndələşdirmək mümkün olmamış, razılaşmışlar ki, bayramdan sonra sənədləşdirsinlər. Buna görə də avtomobil Xəlildə qalmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Xəlil nə avtomobili Raufa vermiş, nə də pulunu qaytarmamışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və bir çox başqalarını aldadaraq pullarının ələ keçirmişdir. (cild 2 iş vərəqə: 27-28) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra verilən əlavə suallara cavab olaraq Şahid3 bildirmişdir ki, o, Məhərrəm, Rail və Cümşüdü tanıyır. Məhərrəm, Rail və X17 pul verən zaman orada iştirak etdiklərini xatırlamamışdır. Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun oğludur. Qeyd etmişdir ki, oğlu Təqsirləndirilən şəxs əsgərlikdən qayıtdıqdan sonra heç yerdə işləmirmiş, 2020-ci ildə oğlu ona Neftçilər metrostansiyasının yanında iş olduğunu bildirmiş, bir neçə müddət oğlu “DODO” ayaqqabı mağazasında kassir işləyirmiş. Bir müddət sonra oğlu ona demişdir ki, işlədiyi yerdə bir nəfər şəxs dönər biznesini satır. Oğlu onu da bildirmişdir ki, həmin şəxs günə 45-50 kilo ət satır. Onun özü də bizneslə məşğul olduğundan həmin yerə baxmaq istəmiş, bununla əlaqədar o Neftçilər metrostansiyası tərəfə getmişdir və həmin yerə baxdıqda, doğurdan da dönər yeri oğlunun dediyi kimi imiş. O, həmin biznesi 20000 manata almış və oğlu orada işləməyə başlamışdır. Bundan təxminən 2-3 ay sonra oğlu yenidən ona bildirdi ki, ilk işlədiyi “DODO” ayaqqabı mağazasının sahibi həmin yeri satır. O, oğlu üçün “DODO” ayaqqabı mağazasını 30000 manata almışdır. Qeyd etmişdir ki, “DODO” ayaqqabı mağazası bir neçə şəbəkədən ibarət olmuşdur. Belə ki, bundan başqa Nərimanov və Səbail rayonunda da onun şəbəkələri var idi. Bir neçə müddət sonra o Nərimanov filialında olan şəbəkələri də almışdır. Bununla da fikirləşmişdir ki, oğlu həmin yerləri işlədər və öz biznesini qurar. Lakin bir müddət sonra Xəlilin böyük qardaşı Murad ona bildirdi ki, Xəlilin 30-40 min arası borcu yaranıb. O, ilkin olaraq çox təcüblənmişdir ki, Xəlilin borcu necə yarana bilər axı. O, buna görə də oğlu Xəlildən borcun necə yarandığını öyrənmək istəmiş, ilkin olaraq Xəlil, ona heç bir söz deməmişdir. Lakin daha sonra bildirmişdir ki, obyektlərin kirayə pulunu və işçilərin pulunu verə bilmədiyindən o, məcbur olub Məhərrəm adlı şəxsdən borc almışdır. Həmin şəxs isə ona pulu faizə vermişdir. Belə ki, 3000 ABŞ dollar pula o, hər gün üçün 1500 ABŞ dollar pul hesablamışdır. Beləliklə oğlunun külli miqdarda faiz borcu yaranmışdır. O zaman bildirmişdir ki, əlində olan obyektlərdən birin satsın borcunu ödəsin. Lakin sonradan ona məlum olmuşdur ki, Xəlil bütün mağazaları satıb lakin onun hələ də faiz borcu qalmışdır. Bundan sonra qeyd etmişdir ki, bundan başqa oğlu Xəlil onun adına olan 2005-ci il buraxılşılı olan “BMW” markalı maşını, “Dodge Durango” markalı **-JL-*** d.q.n.-lı maşını, “Chevrolet Cruze” markalı maşını sataraq Məhərrəmə vermişdir. Lakin bunlara baxmayaraq oğlunun faiz borcu hələ də qurtarmamışdır. Bundan başqa yoldaşına məxsus qızıllar, ona və uşağına aid mobil telefonlar satılaraq Məhərrəmə verilmişdir. Lakin bütün bu ödənişlərə baxmayaraq Məhərrəmin faiz borcu qurtarmamışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu barəsində Yasamal polisində cinayət işi açılmış və o faiz borcuna görə saxlanılmışdır. (cild 2, iş vərəqə 72-75) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 tanıyır, həmçinin onun yanında Təqsirləndirilən şəxs görmüşdür. Xəlil Neftçilər metrostansiyası yaxınlığında ayaqqabı mağazası işlədirmiş. O, özünə məxsus “Mercedes GL” markalı **-JJ-*** dövlət qeydiyyat nişanlı avtomobili var imiş. Həmin avtomobili etibarnamə əsasında idarə edirmiş. Təxminən 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla onun yanına gələrək ona həmin avtomobili almaq istədiklərini, daha doğrusu Təqsirləndirilən şəxs həmin avtomobili ondan almaq istədiyini bildirmişdir. Həmin avtomobilə 30000 ABŞ dolları təklif edərək ondan almaq istədiyini bildirdikdə, o razılaşmış və həmin pulu bir neçə günə ona verəcəyi ilə danışmışlar. Lakin bu zaman qədər ona Təqsirləndirilən şəxs tərəfindən heç bir pul verilməmişdir.O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və başqa şəxsləri aldadaraq pulunu mənimsədiyini eşitmişdir. (cild 2, iş vərəqə 77-78) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o müəyyən hallarda avtomobil alqı-satqısında vasitəçilik edirmiş. 8 il olar ki, Zərərçəkmiş şəxs1 işlədiyi mağazada işləyirmiş. Təxminən 2022-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, “Chevrolet Cruze” markalı avtomobil lazımdır, satan varsa ona bildirsin. O, da Zaur adlı bir nəfər dostunda “Chevrolet Cruze” markalı avtomobili olduğunu və satmaq istədiyini bildirmişdir. O, Zaurla telefonla danışmış, Zaur avtomobili salonun qarşısına gətirmişdir. Məhərrəm tanışı Təqsirləndirilən şəxsla birlikdə imiş. O, avtomobilin sahibi ilə 16 500 manata razılaşmış, avtomobili isə Məhərrəmə 17 000 manata vermişdir. Təxminən 10-15 gün sonra Məhərrəm həmin məbləğı ona, o da avtomobilin sahibinə ödəmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və bir çox başqalarını aldadaraq pullarının ələ keçirmişdir. (cild 2, iş vərəqə 83-84) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 6-7 il olar ki, Zərərçəkmiş şəxs1 tanıyır aralarında xoş münasibət olmaqla tez-tez görüşürmüşlər. Məhərrəmlə müəyyən söhbətlər zamanı eşitmişdir ki, onun Təqsirləndirilən şəxs adlı şəxslə iş birlikləri var, avtomobil alıbsatmaqla məşğul olurmuşlar. Təxminən 2022-ci il dakabr ayının son günlərində Məhərrəmlə Qara-Qarayev prospektində «Antep» lahmacun kafesində yemək yedikləri vaxt Məhərrəmin mobil telefonuna zəng gəldi, məlum oldu ki, zəng vuran adam Təqsirləndirilən şəxs atasıdır. O. Məhərrəmə demişdir ki, Xəlilə 20 000 ABŞ dolları pul və 2-3 ədəd minik maşını versin. Özü Türkiyəyə gedir, oradan inkubator gətirib satdıqdan sonra pulunu qaytaracaqdır. Bundan 2-3 gün sonra, yəni 2022-ci il dekabrın 28 və ya 20da yenə Məhərrəmlə birlikdə Nəsimi rayonu «Yenganə» şadlıq sarayının yanında Xəlillə görüşmüş, Məhərrəm Xəlilin atasına söz verdiyi 20 000 ABŞ dolları pulu onun yanında Xəlilə vermişdir. (cild 2, iş vərəqə 23-25) Qanunla müəyyən olunan qaydada məhkəmənin vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Nizami rayonu Qara-Qarayev prospekti Nefçilər metrostansiyasının ətrafında Mobil telefonların alış-satışı mağazasında işləyirmiş. Bir neçə il olar ki, Zərərçəkmiş şəxs1 və onun vaitəsi ilə Təqsirləndirilən şəxsi tanıyırmış. Təxminən 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla onun işlədiyi telefon mağazasına gəlmiş və 2 ədəd “İphone 14 pro max” markalı telefon almaq isitədiklərini bildirmişlər. Həmin vaxt qeyd etdiyi mobil telefonun hər birinin qiyməti 2800 manat imiş. O, Məhərrəmi yaxından tanıdığına görə qeyd etdiyi 2 ədəd ümumi dəyəri 5600 manat olan telefonu onlara vermişdir. Bir neçə müddət sonra Məhərrəm həmin telefonların pulunu tam şəkildə ona ödədiyini bildirmişdir. Lakin sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və bir çox başqalarını aldadaraq pullarının ələ keçirmişdir. (cild 2, iş vərəqə 80-81) Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 müraciətləri əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1-2) Cinayət işinin icraata qəbul edilməsi haqqında 27 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 30) Zərərçəkmiş şəxs3 tərəfindən Yasamal RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona maşın satacağını bildirərək 13000 manat pulunu 2022-ci ilin dekabr ayının əvvəlində ələ keçirmişdir. Ona maddi ziyan dəydiyindən cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş vərəqə 33) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 34-39) Zərərçəkmiş şəxs2 tərəfindən Yasamal RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona maşın satacağını bildirərək 22000 manat pulunu 2022-ci ilin dekabr ayının əvvəlində ələ keçirmişdir. Ona maddi ziyan dəydiyindən cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş vərəqə 44) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 45-50) Zərərçəkmiş şəxs4 tərəfindən Ysamal RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona maşın satacağını bildirərək 18000 manat pulunu 2023-cü ilin yanvar ayının əvvəlində ələ keçirmişdir. Ona maddi ziyan dəydiyindən cinayıt işi üzrə onu zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş vərəqə 55) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 56-61) Zərərçəkmiş şəxs1 tərəfindən Yasamal RPİ-nə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək 172300 manat dəyərində maşın və pulu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Ona maddi ziyan dəydiyindən cinayət işi üzrə onu zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş vərəqə 55) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 67-72) Şübhəli şəxs barəsində axtarış elan edilməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 1, iş vərəqə 84) Əşyanın götürülməsi haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş sənədlər və CD disklər götürülmüşdür. (cild 1, iş vərəqə 86-87) Baxış keçirilməsi haqqında 15 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş sübut əhəmiyyət kəsb edən “Whatsapp” mesajlarının skaner formatına tərəfindən baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə aşağıdakı mesajlar müəyyən edilmişdir: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hündür mərtəbəli binanın foto-şəkilini çəkərək ona göndərmiş və sonrakı danışıqlarda mənzilin çixarışının elektron formatda foto şəkilini ona göndərərək “kvadratı 1100-1200 arası deyişir” yazmışdır. Baxış zamanı Xəlil Quliyevin “Abi salam necesen Sizin adınıza salınacaq ondan narahat olma, bunu atdım ki siz müqaviləni yoxlatdırmaq ucun yoxlatdırın, daha sonra isə “qiymətdən narahat olma danışaciyiq razilaşariq, 3 aşağı 5 yuxarı, pulunuz çatmasa siz bize verersiz sonra ondan narahat olma. Həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 mənzilin müqavilələrinin foto şəkilini göndərməsi müəyyən edilmişdir. Həmçinin müqaviləyə baxış zamanı müəyyən edilmişdir ki, müqavilə “Feniksal croup” fərdi mənzil alqı-satqısı haqqında müqavilədir, 21 noyabr 2021-ci il tarixdə Feniksal croup ilə X9 arasında bağlanmış, mənzilin dəyəri 324000 manat müəyyən edilmişdir. (cild 1, iş vərəqə 89) Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1 ilə baş verən səs yazışmaları öz əksini tapmışdır. Belə ki, həmin disklərə baxış zamanı aşağıdakılar müəyyən eidlmişdir. Məhərrəm: Alo Xəlil: Hə qaqa Məhərrəm:Nağarırsan qaqa? Xəlil: Sağol qaqa sen neynirsen? Məhərrəm: dünən gözlədim zəng eləmədin. Xəlil: Telefonum zaratkası azdı 3 faizdi evdən çixirdim ona görə, bu şeyi deyirəm, sən bidənə səbrli ol, mənim işlərim var onlari yoluna qoyum, sən Zülfüqar dayını çağırarsan, məndə papamı çağıraram, razılaşaq, nədi nə deyil ondan sonra heçnə qaqa şey edək. Məhərrəm: Bir dəqiqə vaxtını alım olarmı? Xəlil: Hə niyə olmur ki. Məhərrəm: Xəlil bilirsənki sənin xətrini çox istəyirəm, o Neftçilərdə 40 dənə oğlandan qeyretli oğlansan. Xəlil: Allahıma and olsun Məhərrəm, o problerimiz olmasaydı, mən elə sənə o şeyi verəcəkdim, sən özün bilirsən ki verdiyim sözlərə gərə mən nə qədər ziyan eləmişəm. Məhərrəm: Bilirəm də Xəlil, sən özün bilirsən ki, mənə aşağı-yuxarı 150-160 min ziyan düşdü sən tərəfindən. İndi məndə evimi eşiyimi satmişam, belə deyimdə, bunu danışmaq istəmirəm utanıram. Bundan başqa digər səs yazısına baxdıqda aşağıdakılar müəyyən edilmişdir: Məhərrəm- Sənsən də, sənə o vaxt yalvardımda, uzaq dur onlardan özünüdə poxa saldın, məni də aşağı yuxarıda 100000(yüz min) dollar poxa saldın, ay Xəlil o pula görə nə qədər ziyan eləmişəm, CL yox idi? o dədənə verdim e, dədənin maşını, 25000(iyirmi beş) min dollara almışdım, 3000(üç min) manat ödəmişdim, 30000(otuz min) dollardan çox idi mayası. Xəlil:bilirəm. Məhərrəm:O, Emil var idiye BMV götürmüşdüm F10. Xəlil: Hə Hə Məhərrəm:Ona görə də, 5000(beş) min dollar ziyan elədim. 20000(iyirmi min) dolların poxuna düşdüm. Xəlil: O X6 nı alan gəlib sənə çixmadı hə? Məhərrəm: Yoxe, Qüdrət dedi mənlikdi, mən verəcəm pulunu. Xəlil: Niyə almadız pulunu? Məhərrəm: Ay qaqa, mən Qüdrət tanıyırdım? Götürdün gəldin stola, dedin mənim adamımdı, mənlikdi. Xəlil: And olsun Allaha, onun səhərsi günü S klasıda, ikisinidə təhvil verdim ona, telefonuda verdim Rüstəmə, heç biri heçnə gətirib verməyib hə sənə? Məhərrəm:Yox, mən Rüstəmgil tanıyırdım? Vermişdim sənə də, onlarda biz vorovskoyuq, biz lotuyuq, bizdədi. pulu qırassan pulu kəsəssən, Qüdrət hesabladı, 93000(doqsan üç min) dollar pul elədi, oda 150000(yüz əlli min) manata yaxındı. Dedi Xəlil sənə 50000(əlli min) verəcək, məndə dedim mən Xəlildan artıq pul istəmirəm ki, Xəlilin özüdə bilir ki, məndə problemə düşəndə 30000(otuz min) minlik maşın aliram gedib 25000(iyirmi bes min)-ə satıram.Dedim onu mən nağarım ay brat, bax belə ay Xəlil.Xəlil sənə qurban olum sabaha birsigünə vaxt edək görüşək,haqq-hesab edək, belə mən hesablamışam 150000(yüz əlli min) manatdan bir az çoxdu, yenədə sənlə yazaq-pozaq hallıqdı nədi o olsun. Xalidin əsas 20000(iyirmi min) dolların verək, Xəlil: Hə Məhərrəm: Bir Turalın 17500(on yeddi min beş yüz)-ün verək, bir kəbleyinin pulun vermək lazımdı, gedək danış hissə-hissə verirsən nağarırsan qayır. Birdə o Elnurun pulun vermək lazımdı 5600(beş min altı yüz manat). Xəlil: Bildim, birdə ki kəbleyidəki qızıl nədi ki, deyirsən. Məhərrəm: Sənə qızıl vermədimmi, guya lotoreyanın pulunnan çixacaqdiq 3600 idi nə idi, guya mən götürəcəkdim o pulu Xəlil: Bildim. Məhərrəm: Lotoreyanı hesabladıq guya mən götürəcəkdim, onuda vermədin. Xəlil:Yadima gəlmir. Məhərrəm: nətər yadına gəlmir gözdə yadına salımda, sənin lotoreyanın pulun mən götürəcəkdime, bir maşın ustanın pulu idi, bir telefonun pulu idi, birdə qızılın pulu idi. 9000 min manat hesablandı guya mən götürəcəkdim. Xəlil:Bildim, bundan götürdük apardıq satdıq hə? Məhərrəm: Yoxe satmadıq, apardın lombarda qoydun, sepnən qolbaq yox idi dəst? Xəlil:Sünbül? Məhərrəm: Hə dəst yox idi? qolbaqnan dəst verdimə sənə. Xəlil:Bildim, bildim.sünbül qızılı deyirsəndə. Məhərrəm: Hə onun pulu, O Məhəmmədədə axır beş ayı vermədinə, o 5000( beş mini) mən verdimdə hər ay min manat, min manat. Bundan başqa digər səs yazısına baxdıqda aşağıdakılar müəyyən edilmişdir: Xəlil:Elə onu deyirəm ki, bir dəfə oturardıq, razılaşardıq, mən sənnən danışandan sonra, oturdum şey elədim, ortaq məxrəcə razılaşaq. Məhərrəm: Rahib əmim nağarır e? Xəlil: Heçnə, Rahib əmində bildiyin kimi Məhərrəm:Rahim əmimə saldı məni oyuna, ay Xəlil? Xəlil: And olsun Allaha o kişi nə bir manata əlin pula vurub, heç məndə vurmamışam e özün bilirsən qaqa, sənnən gedib nəsə almamışıq, nədə özümüzə xərcləməmişik, özün bilirsən bir dənə axırıncı telefonum idi 14 pro, onuda Turalın yanına qoydum batırdım, maşınlarda getdi, obyektlərdə Məhərrəm: Xaliddən pul götürdün e Xəlil: Hansı pul? Məhərrəm: 20000(iyirmi min) dollar. Xəlil: Hə Məhərrəm: Xaliddən götürüb verdimə sənə, onu aparıb Nəsimiyə verdin hə? Xəlil: Onu elə səndən sonra aparıb verdim Nəsimiyə. Məhərrəm: Xiyarsane, gəl mənə düzün denən, mən sənə deyim ver yada vermə. Prosta sən mənə dedin quşa-muşa vururuq, məndə gijdiy elədim. Xəlil:Mən sənə açığın deyim, Nəsimi mənə dedi ki,(nalayiq söyüşlər söyür) and aman elədi ki, bidənə guya Range-Rover var, Range-Rover çixardıb, mənə 6-8 aylıq verəcək mənə, ilkin ödəniş kimi verdim ona, oda ki, heçnə vermədi, yoxsa mən Nəsimiyə pul verərdim? Ağıllı adam sən idin ki heçnə vermədin Nəsimiyə, guya sən ona qalenvagen verirdine. Məhərrəm: Yoxe mən bildim problem olacaq, ona görə vermədim. Ay xəlil, Xəlil: Hə Məhərrəm:Mənim Türkiyə söhbətimi deyirsəne, bax Qoşqarda 130000 min dollar, səndə 150000 min manat 100000 dollara yaxın, o dostum var idiye Məhəmməd oda başıma oyun açdı biraz. Xəlil:Məhəmmədi eşitmişəm borcu-xərci var hə? Məhərrəm:Hə Xəlil:Telefon ola bilər sönsün ama danış Məhərrəm: Nəbilime, darıxmışdım dedim səsini eşidim, mən sənin xətirini çox istəyirəm. Neftçilərdə ən yaxın dostum Məhəmməd idi. Xəlil:O da başına oyun açdı hə? Məhərrəm:Mən ona görə dedim ay Xəlil uzaq dur. Xəlil:Məhəmməd nə işlə məşquldu? Məhərrəm: Vallah bilmirəm, danışmıram. Xəlil:Özün getmirsən hə Neftçilərə? Məhərrəm: yox getmirəm, Ay xəlil birdən zaratkan ölər, nəsə olar, Qurban olum Turalın 17500 manatın, birdə Xalidin 20000 dolların, mənlədə olan maşınları pulların razılaşarıq.O qızıl vare Kəbleyi üç min nə qədər idi. Bundan başqa digər səs yazılarına baxdıqda aşağıdakılar müəyyən edilmişdir: Məhərrəm- yaxşı olasan narahat eləmədim.emi yadında sənə o vaxt demişdime mənim bir dostum var Xəlil, o , sənə demişdime papası var ferma işinə baxır, mənədə təklif eləmişdilər. Mən indi gedirəm o fermaya baxmağa Xəlilnən. Xəlil deyir bir 10-15 min pul olsa 40-50 dollar manat qazanmaq olar, indi sənin yaxşı başın çıxır o, işdən. Nəbilim deyir mal zad alacıq vuracıq, eliyəcəyik. İstəyirsən verim bir özün danış və ya mən danışım. Hə toyuq-cücə alacıq təxminən 15-20 min dollar belə. Neçə ayadı qzanc Xəlil? Xəlil. Hardasa bir ay iki ay olacaq. Məhərrəm-Deyir indi o qədərdə olmasa qazanc olurda. İndi gedirəm ora videonu atacam fermanın baxarsan. Mənim başım çıxmır axı. Havavalandırma istilənmə varmı? Xəlil- hər şey var. Narahat olma. Məhərrəm-ora kirayə zaddı yoxsa özünüzündü. Xəlil-yo özümüzündü. Məhərəm-hə inşallah Xəlildə deyib bu həftə evdən zadan həl edəcəyik. Deyirəm ağılnan başnan beş on manat qazanaqda. Gedirəm baxıram mən ordan səni yığacam. Xəlil neçədənə cücə vurmaq olur ora? Xəlil-vesdinən asılıdı. Var iki illik var məsələn iki aylıq. Məhərrəm-neçə mindənə gedir təxmini? Xəlil-Normal vursaq nəbilim çoxda. Məhərrəm-bildim 3000, 4000, 10000 nəqədər? Xəlil-təxminən 3500 gedər. Minimum. Məhərrəm – o vaxt yayda demişdim buna. Xəlil-hə. Məhərrəm-yayda deçmişdim, demişdi okey. Dədəndə guay pul çıxaracaqdı ortaya. Bu danışdığımda ferması var başı çıxır bununda. Xəlil orda cücənin ölməyi zırtı-pırtı cavabdehlik kimdədi. Xəlil-Belə məsəlçün mal gəlir hə, nə qədər mal gəlirdi uzaqdan tırnan. İndi yol gəlirdə biri sıxılır, nəsə olur bura çatanda ölür. Məhərrəm-indi reallıqnan danışda.40-45 dollar deməkdən deyil. Təxmini nə qədər qalır. Xəlil-təxmini vurduğumuz maldan asılıdır. Məhərrəm-inid bununda əlində 5-10 min var dolarnan indi mnədədə olacaq. Yer sənlik pul bizlik. İndi özümüzdə orda olcıqda. Özümüzdə işin içində olacaq. Day ödəvəki kimi ay cücə vuram 20000 dollar aldın apardəın verdin kiməsə. Xəlil-bu işdə bilirsən necədi abi. Pulu əlbə əl vermirik. Gedirik ora. Orada işləyən adamlar varda. Məhərrəm-həndə mənim o işdən başım çıxmır. Mənim gəlirimi verərəsən. Gedək baxım yaxşı olsa gedək görüşək. Digər səs yazısına qulaq asdıqda. Məhərrəm-Bu ferma işində yenə Eminən şəriksiz? Xəlil-yo o, əvvəl biznən şərik idi. Məhərrəm-yer neçə sotdu Xəlil- hardasa 5 hektar. Bilirsəndə ora elə pis iy gəlir. Məhərrəm-neçə işçin var? Xəlil hardasa 2 işçi. Mal olanda özümdə qalıram orda. Məhərrəm-Muradda ordadı. Xəlil-yo o xəstəxana aparatlarına baxır. Orda işləmir. Bundan başqa digər səs yazısına baxdıqda aşağıdakılar müəyyən edilmişdir: Məhərrəm- bu mənim ikinci nömrəmdir o biuri nömrəmdən yıdğm cavab vermədin dedim bu nömrədən yığım səni. Xəlil- yo yo telefon üstümdə deyildi. Məhərrəm- ayə qulaq as gör nə deyirəm. Tik toku partdadırsan. Xəlil- Niyə?. Məhərrəm-nəbilim maşınlar, qızlar, yaşayış maşayış, eşitdim rentekar zad açmısan. Xəlil-and olsun Allaha rentekar zad yoxdu qaqa Məhərrəm -ay Xəlil Turalnan danışdın sən heç Xəlil-yox, yox. Məhərrəm- onun kruzun götürüb verməmişdim sənə. O, bir tərəfdən məni Nərimanova şikayət edir. Kruzun pulunu istəyir. Xəlil – danışmamışam qaqa. Məhərrəm- qaqa əsasə bilirsən nəyi həl eləmək lazımdır, Turalı həl eləmək lazımdır, bir Xaliqin 20000 dollar pulunu vermək lazımdır, birdə bu Elnurgildən iki dənə telefon götürdüne. Xəlil- qaqa onları bidənə danışarığda, başım belə qatşıqı olacaq. Məhərrəm- mən nə deyirəm ki, danışaq sadəcə deytirəm ki əsas bunbları həll eləmək lazımdır. Xəlil- bildim, bildim, yaxşı danışarıq. Məhərrəm -Tural məni Nərimanova şikayət edib məndə sənin adıvı vermək istəmirəm, lazımdıki, görüşək mən deyim ki Xəlilə vaxt ver 4-5 günə gətirib pulu verəcək. Xəlil- bildim, yaxşı danışıb. Deyəcəm sənə Məhərrəm- xahiş eidərm Xəlil bunun üstündə işlə, həl elə. Obirisilərində sonra danışb həl edərik. Xəlil- yaxşı, yaxşı, qaqa danışarıq. Digər səsə qulaq asdıqda: Məhərrəm -nətərsən qardaşım, deyəsən varlanıbsan bizi daha saymırsan. Xəlil- kim varlanıb.mənim belim elə qırılbki mən hara varlanım. Məhərrəm-nətərsən nə var nə yox, haralardasan götrsənmirəsn Xəlil- mən, heçnə qaqa bildiyin kimi. Məhərrəm- niyə itirib axtarmırsan bilmirsən mənim problemlərim var.sənə pislik etmədimki. Xəlil- hə aparıb verdin ora bura. Məhərrəm- pulu vermədində ay Xəlil dədən dedi 3-4 dənə maşın ver verdim. Pislik eləmədimki. Özün gəldin ver verdim. Mən bunan artıq neyniyim. Gözlə dedin gözlədim. Ay Xəlil bu qalan haq hesabları öz aramızda danışaq razılaşarıq. Əsas bu 20000 dollar pul verdime sənə Xaliddən alıb. Bu əcəmidə 20000 dolalr pul verdim sənə Xəlil- hə Məhərrəm- onu qaytara bilərsən. Xəlil-onların qaqa, sən özün hardasan. Bu sənin nömrəndi. Drangonun cərməsi var idi 250 manat verdim 300 manat qaldı. Onuda düzəəldib verəcəm. Məhərrəm- çox sağol bu 20000 dolları neyniyək, Xalid məni öldürür. Xəlil-istəyirsənsə mənim yüngül vari işlərim var onalrı həl edim şəhərdə görüşək. Məhərrəm – bildime bu 20000 dolları verirsən ya yox Xəlil- onun üçün deyirəm işlərimi görüm dəqiqləşdirim görüşək. Prosta polis əməkdaşların gətirəcəksənsə işimi bilim elə gəlim. Məhərrəm – yox a kişi vso. Mən sadəcə pulalrımı istəyirəm. sadəcə xahiş ediərm pullarımı hissə-hissə ver qatra. Xəlil- bildim. Bu sənin nömrəndisə mən qeyd edim səni yıacam. Digər səsə qulaq asdıqda: Xəlil-Mən elə onu deyirəmdə bidən oturub danışaq, ortaq məxrəcə gələk razılaşaq inşallah şey edib Məhərrəm- Rahib əmi neynire, Rahib əmidə saldı məni moyunaye. Xəlil-and olsun Allaha o kişi nə bir manat əlin pula vurub ,məndə vurmamışame o heç, sənən alıb gedib nəsə almamışıq, yada özümüzə xərcləməmişik. Məhərrəm- bu Xaliqdən pul götürdümü 20000 dollar, sən onu aparıb Nəsimiyə verdin hə. Xəlil- onu hələ səndən sonra aparıb verdimdə Nəsimiyə. Məhərrəm- sən mənə düzünü desəydin mən sənə imkan verməzim. Prosta sən mənə dedin quşa-muşa vururq , məndə giclik elədim. Xəlil- mənə sənə açığı deyim Nəsimi mənə qayıtdı dediki (söyüş) bidənə guya Range Rover var onunda 6-8 aylıq verəcək mənə ilkin ödəniş kimi onu verir. Məhərrəm-Bax Qoşaqrda 100000 dollar, səndə 150000 manat 100 min dollara yaxın, dostum Məhəmməd mənim başıma oyun açdı. Xəlil- ola bilsin telefonum rezki sönsün ama sən danış. Məhərrəm- ay Xəlil birdən telefonun pulu, əsasə Turalın pulu, Xaliqin 20000 dolları bizim aramızdada o maşınların pulunu özümüz haq hesab edərik. O, Kəbləyi vare qızıl 3000 nəqədər ididə səndə, Allah haqqı özüm vermişəm hələ qalıb aparıb verə bilmirəm. əhəmməd sənin yerivə plotoreyanıda məndən aldı doğuzdura doğuzdura. 5 ay 1000 manat verdim. Məhərrəm-Ay Xəlil o dəfə sənin hesabıvı aparıram, GL-di, S Klas-dı, X6-dı, nəbilim Kruzdu, Xaliqdəki puldu zırtdı pıtdı 150 min manatdan çoxdu. Əgər səhv deyirəmsə denən səv deyirəm. Xəlil- yo qaqa indi oturub tam dəqiq hesablıyarıq indi belə təxmini hesablamısan. Hə Məhərrəm- emin mənə ev demişdi, o ev duru bəlkə evi haq hesab edək, o Yasamalda ev var idi, bir dəfə dədn mən Emin qalxmışdığı, Qələbənin kruqunan aşağı düşəndə sağda. Xəllil-hə o navastroyka demirsən, o müqavilənən idi, iszə dedik siz istəmədiz. Onsuzda müqavilə elədiki bina təhvil verildi gedib kupçanı alırsanda. Məhərrəm-Emin dediyi evin qiytməti hələ 150-160 min manatdır evi verək hələ sıfırlanaq. Qorxdum müqavilə idi. Məhərrəm- özün nə iş görürsən, məni nə qədər ziyana saldın. Xəlil-bilirəm. Təqdim edilən CD disklərdə istintaq marağı kəsb edən səs yazıları mövcud olduğundan Zərərçəkmiş şəxs1 təqdim etdiyi 06 ədəd CD diski sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 90-99) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 114) Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:10-da tutularaq Yasamal RPİ-nin 28-ciPŞ-yə gətirilmişdir. (cild 1, iş vərəqə 116) Şübhəli şəxsin tutulması haqqında 26 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 125-127) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı sonuncu Təqsirləndirilən şəxs “Hyundai Sonata” markalı avtomobil almaq üçün 18000 manat pul veridyini və daha sonra aldatıldığını üzünə qarşı bildirmişdir. (cild 1, iş vərəqə 141-143) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə keçirilmiş və üzləşdirmə zamanı sonuncu xarici ölkədən quş gətirmək üçün Təqsirləndirilən şəxs 20000 ABŞ dollar və 10000 manat pul verdiyini, həmçinin bundan başqa ona müxtəlif növ avtomobillər verdiyini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. (cild 1, iş vərəqə 144- 151) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu “Mini Cooper” markalı avtomolbi almaq üçün Təqsirləndirilən şəxs 22000 manat pul veridyini və daha sonra aldatıldığını üzünə qarşı bildirmişdir. (cild 1, iş vərəqə 152-154) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və sonuncu Mercedes C Klass” markalı avtomolbi almaq üçün Təqsirləndirilən şəxs 13000 manat pul verdiyini və daha sonra aldatdığını üzünə qarşı bildirmişdir. (cild 1, iş vərəqə 155-157) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı təqsilrəndirilən şəxs Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı sonuncu Zərərçəkmiş şəxs1 tətəfindən ona 20000 ABŞ dolları və 10000 manat, Rauf Dadşovun isə 18000 manat pul verdiyini, bundan başqa Zərərçəkmiş şəxs1 və ona inanaraq nisyə qızıllar veridyini onun üzünə qarşı bildirmişdir. (cild 1, iş vərəqə 158-160) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 163-164) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-184/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 187-190) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-266/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 may 2024cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 211-215) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 6 ayadək, yəni 25 iyul 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 5-6) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-489/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 iyul 2024cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 11-12) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(103)- 565/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-489/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild 2, iş vərəqə 14-17) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-549/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Müdafiəçi vəsatəti təmin edilməmişdir. (cild 2, iş vərəqə 35-40) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 4(103)- 650/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-549/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. (cild 2, iş vərəqə 42-46) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Yasmal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 1 ay, 7 ayadək, yəni 25 avqust 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 60-61) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-695/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 avqust 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 66-69) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 9 ayadək, yəni 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 90-91) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-780/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 25 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 98-101) Əşyanın götürülməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş 07 sənəd götürülmüşdür. (cild 2, iş vərəqə 102) Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 verdiyi avtomobillərin lizing sənədlərini istintaqa təqdim etmişdir. Həmin sənədlərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 01 ədəd sənəddə üzərində “MEQALİZİNG” Məhdud Məsuliyyət Cəmiyyəti ETİBARNAMƏ yazısı olan yol vərəqəsidir. Həmin yol vərəqəsi "xxxx" MMC tərəfindən ** PC *** d.q.n.-lı “Mercedes Benz S350” markalı qara metallik qəngli mühərrik N **********3728, Ban N WDD2211561A258013 olan minik avtimoili üçün Şahid2 verilmişdir ( sürücülük vəsiqəsi: AE 860337 kateqoriay B, xx.xx.2015------xx.xx.2025) etibar edilmişdir. Bundna başqa direktor A.T.Rəhimov və imzası olması müşahidə edilir. Digər sənədə baxış zamanı BTB Leasingin Etibarnaməsi olması müşahidə edilir. Həmin etibarnamə "xxxx" ASC tərəfindən 2016-cı il buraxılışlı Mercedes Benz E220D minik, ** AX *** d.q.n.-lı avtomobilin idarə olunmasını Zərərçəkmiş şəxs1 verilmişdir. Bundna başqa "xxxx" ASC-in baş direktorun müavini V.A.Nəsibov və onun imzası olması müşahidə edilir. Digər sənəd "xxxx" MMC tərəfindən 2012-ci il buraxılışlı ** JL *** d.q.n.-lı “Dodge Durango” markalı avtomobillə əlaqədar X2 və Şahid2 verilməsi müşahidə eidlir. Bundan başqa "xxxx" MMC baş direktoru Samir Hüseynovun imzası və şirkətin möhürü olması müşahidə olunur. Ona aid digər sənəddə isə ödəniş cədvəlinin olamsı müşahidə eidlir. Digər iki sənədə baxış zaman həmin etibarnamələrin “X18” QSC tərəfindən Chevrolet Camaro minik markalı, ** AE *** d.q.n.-lı 1G1FB1RX7H0131229 ban nömrəli avrtomobilin idarə olunması Zərərçəkmiş şəxs1 verilməsi və həmin QSC tərəfindən ** JJ *** d.q.n.-lı, 4JGDF7DE4DA122080 ban nömrəli avtomobilin idarə olunmasınəı Zərərçəkmiş şəxs1 verilməsi müşahidə edilmişdir. Odur ki, 07 ədəd A4 formatlı kağıza çap olumuş lizing səndələri sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. (cild 2, iş vərəqə 105-112) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 Məhəmməd oğlunun ifadəsi yerində yoxlanılmış və sonuncu 2022-ci ilin dekabr ayın əvvəlində “Mercedes C Klass” markalı avtomobili almaq üçün ünvan 1 ünvanında yerləşən “Antep-Lahmacun” restoranın yanında Təqsirləndirilən şəxs 13000 manat pul verdiyini bildirib əyani şəkildə göstərmişdir. (cild 2, iş vərəqə 116-118) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 ifadəsi yerində yoxlanılmış və sonuncu 2023-cü ilin yanvar ayının əvvəlində “Hyundai” markalı avtomobili almaq üçün Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən X6 (ATS) yanında Təqsirləndirilən şəxs 18000 manat pul veridyini bildirib əyani şəkildə göstərmişdir. (cild 2, iş vərəqə 119-121) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış və sonuncu 2022-ci ilin dekabr ayın sonlarında “Mini Cooper” markalı avtomobili almaq üçün Nəsimi rayonu, 3-cü mkr, N.Əliyev küçəsində yerləşən “105 Çay evi”nin qarşısında Təqsirləndirilən şəxs 22000 manat pul verdiyini bildirib əyani şəkildə göstərmişdir. (cild 2, iş vərəqə 122-124) İfadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış və sonuncu 2022-ci ilin avqust-oktyabr aylarında Təqsirləndirilən şəxs müxtəlif markalı maşınlar verdiyini, bundan sonra 2022-ci ilin dekabr ayının sonlarında Nəsimi rayonu, 3-cü mkr, N.Əliyev küçəsində yerləşən “105 Çay evi”nin qarşısında Təqsirləndirilən şəxs xarici ölkədən quş gətirmək üçün 20000 ABŞ dollar və 10000 manat pul verdiyini bildirdi. Bundan başqa Suraxanı rayonu, Dədə-Qorqud qəsəbəsində yerləşən fermanı göstərib həmin fermanın Təqsirləndirilən şəxs özünə məxsus olduğunu, quşların bu fermada böyüyəcəyini bildirib onu aldatdığını bildirmiş və hadisəni əyani şəkildə necə baş verdiyini göstərmişdir. (cild 2, iş vərəqə 125-130) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2400 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, X.R Abbasov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır.Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnın 22-ci maddəsinin təsiri altına düşmür. (cild 2, iş vərəqə 150-152) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-870/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 25 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 158-161) xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı təqsilrəndirilən şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini təqsirlndirilən şəxs Xəli Abbasovun üzünə qarşı bildirmişdir. (cild 1, iş vərəqə 169-177) Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 oktyabr 2024-cü il tarixli görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihama düzəlişlər və dəyişikliklər edilərək yenidən ittiham elan edilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1, 308 və 309-cu maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, bu barədə material ayrılıb, rayon prokurorluğuna göndərilmiş, Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 298-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilmiş, bu barədə material ayrılıb, rayon prokurorluğuna göndərilmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üçün mağazindən 02 ədəd İphone 14 Pro Max” markalı mobil telefonlar və qızıl-zinyət əşyaları alaraq Təqsirləndirilən şəxs verməsi və Şahid1 Təqsirləndirilən şəxs 7920 manat dəyərində təxminən 88 qram qızıl ziynət əşyaların verməsi üzrə xüsusatlar mülki xarakterli olduğundan vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuş, "xxxx" MMC-dən daxil oldmuş 01 ədəd SD disk, «WhahatsApp» yazışmalarını əks etdirən 07 ədəd A4 formatlı kağız, 06 ədəd CD disk və 07 ədəd A4 formatlı kağıza çap olumuş lizing səndələri iş üzrə üzrə maddi sübut kimi tanınmış, cinayət işinə əlavə edilmiş, cinayət işi üzrə zərrəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan 174900 manat hesab edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan 13 000 manat hesab edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan 18 000 manat hesab edilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan 22 000 manat hesab edilmişdir. (cild 2, iş vərəqə 181-208) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 2, iş vərəqə 212-215) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-957/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 14 noyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 2, iş vərəqə 281-284) “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü Nigar adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən zərərçəkmiş şəxsə, şahidlərə bilavasitə, həmçinin, seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 139.0, 139.0.1, 139.0.2, 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, törədilmiş əməldə cinayət tərkibinin əlamətləri, cinayət əməlinin törədilməsində şəxsin təqsirliliyi ilə bağlı məsələlər yalnız sübutlara əsasən müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılma və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Məhkəmə hazırkı iş üzrə sübutlara qiymət verərkən Konstitusiya Məhkəməsinin şərhini və Ali Məhkəmənin Plenumunun qeyd edilən tövsiyələrini nəzərə alır. Cinayət işinin materiallarından və ittiham aktından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını və pulunu ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətinin törədilməsi ilə bağlı ittiham verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış və biri digərini tamamlayan sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymət verib belə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını və pulunu ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs1 müraciət edərək özünə idarə etmək üçün avtomobil almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 qardaşı tərəfindən idarə olunan ** JL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili ona sata biləcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs 8000 manat pulun olduğunu, həmin pulu avtomobili aldıqdan təxminən bir ay ərzində ödəyəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu məqsədlə Zərərçəkmiş şəxs1 ** JL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili “Anadolu Leasin’’ MMC lizinq şirkətində tanışı X1 adına rəsmiləşdirdikdən sonra Təqsirləndirilən şəxs öz cinayətkar məqsədindən çıxış edərək həqiqi niyyətini gizlətmək, gələcəkdə guya ondan asılı olmayan müxtəlif səbəblərdən müqavilə öhdəliklərini icra edə bilmədiyini və aralarında yaranan problemin məhkəmə qaydasında həll edilməli olan müki mübahisə olmasını əsas gətirməklə cinayət məsuliyyətindən yayınmaq üçün qeyd olunan avtomobili təqdim etdiyi AE 860337 seriyalı sürücülük vəsiqəsi ilə atası Şahid2 adına rəsmiləşdirmiş və bununla da 2022-ci ilin aprel ayının əvvəlində Nizami rayonu, R.Rüstəmov küçəsində ** JL *** dövlət qeydiyyat nişanlı “Dodge Durango” markalı avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 8000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 müraciət edərək özünə idarə etmək üçün avtomobil almaq istədiyini, idarə etdiyi “Dodge Durango” markalı avtomobili geri qaytararaq daha bahalı maşın almaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 tanışı X7 tərəfindən idarə olunan və “X18” QSC-yə məxsus ** AE *** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobili ona sata biləcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs idarə etdiyi və daha əvvəl ondan aldğı “Dodge Durango” markalı avtomobili geri qaytarmaq istədiyini, 8000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 13600 manat təşkil edən pulun olduğunu, həmin pulu avtomobili aldıqdan təxminən iki ay ərzində ödəyəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs ** AE *** dövlət qeydiyyat nişanlı “Chevrolet Camaro” markalı avtomobili 2022-ci ilin avqust ayının əvvəlində Nizami rayonu, R.Rüstəmov küçəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 8000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 13600 manat təşkil edən məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs1 müraciət edərək atası Rahib Xəlilova idarə etmək üçün «avtomobil almaq istədiyini bildirdikdən sonra Zərərçəkmiş şəxs1 "xxxx" MMC-yə məxsus ** PC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S350” markalı avtomobili ona sata biləcəyini bildirdikdən sonra, Təqsirləndirilən şəxs 5000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 8500 manat təşkil edən pulun olduğunu, həmin pulu avtomobili aldıqdan təxminən iki ay ərzində ödəyəcəyinə dair yalan vəd verməklə onun inam və etibarını qazanmış, bu məqsədlə Təqsirləndirilən şəxs ** PC *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz S350” markalı avtomobili 2022-ci ilin oktyabr ayının əvvəlində Nizami rayonu, R.Rüstəmov küçəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 həmin 5000 ABŞ dollar dövr üçün Azərbaycan manatına nisbətdə 8500 manat təşkil edən məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasından ferma üçün quşlar gətirəcəyini və həmin ferma quşlarını gətirmək üçün pulunun çatmadığını, ona bunun üçün satmaq üçün maşınlar verməsini, ferma quşları gətirdikdən sonra külli miqdarda gəlir əldə edəcəyini, pulları qaytaracağını və onun üçün bankdan lazımi qədər pul çıxarıb verəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 inandırmış, bundan sonra Təqsirləndirilən şəxs vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs1 29000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 49300 manat təşkil edən dəyərindən “X18” QSC-yə məxsus ** JJ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz GL550” markalı avtomobili, bir gün sonra 10000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 17000 manat təşkil edən dəyərindən "xxxx" ASC-yə məxsus ** AX *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E220D” markalı avtomobili, 2022-ci ilin dekabr ayın ortalarında dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan tanışı Şahid5 idarə etdiyi 17500 manat dəyərində “Chevrolet Cruze” markalı avtomobili və 2022-ci ilin dekabr ayın ortalarında 10000 ABŞ dollar həmin dövr üçün Azərbaycan manatına nisbətdə 17000 manat təşkil edən dəyərindən ** PL *** dövlət qeydiyyat nişanlı “BMW X6” markalı avtomobili Nizami rayonu, R.Rüstəmov küçəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 ümumilikdə 100800 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayının əvvəlində özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs3 «Mercedes Benz C Klass» markalı avtomobil satacağına dair yalan vədlər verərək inandırmış, ünvan 1 ünvanında yerləşən “Antep Lahmacun” restoranının qarşısında 13000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs3 13000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasından ferma üçün quşlar gətirəcəyinə, birlikdə biznes fəaliyyəti ilə məşğul olacağına və bununla da yaxşı gəlir əldə edəcəyinə dair yalan vədlər verərək Zərərçəkmiş şəxs1 inandırmış, bundan sonra Təqsirləndirilən şəxs öz cinayətkar əməlini həyata keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon, N.Əliyev küçəsində yerləşən “105 Çay Evi”nin qarşısında 20000 ABŞ dolları həmin dövr üçün Azərbaycan manatına nisbətdə 34000 manat təşkil edən və 10000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs1 ümumilikdə 44000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs2 «Mini Cooper» markalı avtomobil satacağına dair yalan vədlər verərək inandırmış və bununla da xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu, 3-cü mikrorayon, N.Əliyev küçəsində yerləşən “105 Çay Evi”nin qarşısında 22000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs2 22000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə qarşı yaratdığı inam və etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs4 «Hyudai Sonata» markalı avtomobil satacağına dair yalan vədlər verərək inandırmış və bununla da 2023-cü ilin yanvar ayının əvvəlində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən X12 (ATS) inzibati binasının qarşısında 18000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmiş və Zərərçəkmiş şəxs4 18000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları, cinayət işinin materialları, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspertizə rəyləri, ifadənin yerində yoxlanılması protokolları, diskə baxış keçirilməsi haqqında protokol, sənədlərə baxış keçirilməsi haqqında protokol, istintaq hərəkətinin protokolları və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs Rafiq oğlunun ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi tövsif edir və belə hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinməklə maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Onun əməli nəticə etibarı ilə cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətdən, eləcə də cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onlara dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmadığını bildirmişdirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışaraq ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində bir nəfər az yaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə X8 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən iş üzrə onun cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslərin onunla barışaraq ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində bir nəfər az yaşlı uşağının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, onun cəzasını yüngülləşdirən halları, eləcə də cinayət əməlinin törədildiyi dövrdən hal-hazıra qədər keçən vaxt ərzində təqsirləndirilən şəxsin şəxsiyyətinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzaları şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26 fevral 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, 28 fevral 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən 28 fevral 2024-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi təqsirləndirilən şəxs Nihad Əliyev hazıradək həbsdədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı, və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil oldmuş 01 ədəd SD disk, «WhatsApp» yazışmalarını əks etdirən 07 ədəd A4 formatlı kağız, 06 ədəd CD disk və 07 ədəd A4 formatlı kağıza çap olumuş lizing səndələri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan "xxxx" MMC-dən daxil olmuş 01 ədəd SD disk, «WhatsApp» yazışmalarını əks etdirən 07 ədəd A4 formatlı kağız, 06 ədəd CD disk və 07 ədəd A4 formatlı kağıza çap olumuş lizing sənədləri cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərci və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Leyla Əsgərova-Məmmədova Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar