Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-706/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi1, “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2aşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 oktyabr 2013-cü il tarixli 545 K/Ş nömrəli əmrlə "xxxx" QSC-nin Mühafizə bölməsinə mühafizəçi kimi işə qəbul olunub, həmin cəmiyyət üzrə 8 dekabr 2015-ci il tarixli 681 nömrəli əmrlə Mühafizə şöbəsinin 7 saylı komandasının rəisi vəzifəsinə təyin edilib 27 sentyabr 2019-cu il tarixədək həmin vəzifədə işləməklə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə, tanışı Gürcüstan Respublikasının vətəndaşı Sadagiul Valıevanın (Şahid2) istifadəsində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid “Binəqədi-Bakı DŞ200” magistral neft kəmərinin mühafizə zolağının ərazisində olmaqla ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə icazənin alınmasında köməklik göstərməsi üçün 2019-cu ilin noyabr ayında özünə müraciət etmiş tanışı Şahid1 özünün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yüksək vəzifədə işlədiyini bildirərək Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisində həmin şirkətin hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən vəzifəli şəxslə yaxın münasibətinin olduğunu, həmin münasibətlərdən istifadə edərək Sadagiul Valıeva üçün fərdi yaşayış evinin tikintisinə icazə almaq imkanına malik olmasına dair yalandan vəd verib, həmin məsələnin müsbət həll olunması üçün qeyd olunan əraziyə nəzarəti həyata keçirən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Sadagiul Valıevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 8.000 (səkkiz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, özü barəsində Şahid1 və sonuncu vasitəsilə Sadagiul Valıevada yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 1 fevral 2020-ci il tarixdə Nərimanov rayonu, X18 küçəsi 120/23 ünvanında yerləşən “Club 45” adlanan çayxanada Sadagiul Valıevaya məxsus 3.000 (üç min) manat məbləğində pulu Şahid1 vasitəsi, eyni niyyətlə, 2020-ci ilin fevral ayının 7-də Şahid1 kirayə yaşadığı “AAAF park” yaşayış kompleksinin yerləşdiyi ünvan 5 ünvanında yerləşən mənzildə Sadagiul Valıevanın iştirakı ilə sonuncuya məxsus 2.000 (iki min) manat məbləğində pulu Şahid1 vasitəsi ilə alıb, həmin vaxt sonunculara guya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin dəyişdiyini, buna görə məsələnin müsbət həlli üçün həmin torpaq sahələrinə nəzarəti həyata keçirən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Sadagiul Valıevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla əvvəl razılaşılan məbləğdən əlavə olaraq maddi nemət olan 2.000 (iki min) manat məbləğində pul vəsaitinin də rüşvət qismində verilməsinə zərurətinin yarandığını yenidən aldatmaqla bildirib, 2020-ci ilin fevral ayının ortalarında “AAAF park” yaşayış kompleksinin yerləşdiyi ünvan 5 ünvanında yerləşən mənzildə Sadagiul Valıevanın iştirakı ilə ona məxsus 5.000 (beş min) manat məbləğində pulu Şahid1 vasitəsi ilə alıb, şəxsi ehtiyaclarına sərf edərək, ümumilikdə vahid niyyətlə Sadagiul Valıevaya məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Sadagiul Valıevanın xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Sadagiul Valıevanı və Şahid1 vahid niyyətlə təhrik etmişdir. Bundan başqa, o, "xxxx" QSC üzrə 17 fevral 2020-ci il tarixli 148K nömrəli əmrlə təsdiq edilmiş həmin tarixli 136 nömrəli əmək müqaviləsi əsasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində olan "xxxx" QSC-nin Mühafizə bölməsində 7-ci dərəcə mühafizə qrupunun rəisi vəzifəsində işləyərkən, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirtmək məqsədilə Şahid5 Bəhrəm qızının yaşadığı, bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid “Şirvan-Bakı Dş500” magistral neft kəmərinin mühafizə zolağının ərazisində olmaqla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün tam vurulmasına icazənin alınmasında köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayında özünə müraciət etmiş tanışı Şahid1 Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yüksək vəzifədə işlədiyindən Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisində həmin şirkətin hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən vəzifəli şəxslə yaxın münasibətinin olduğunu, həmin münasibətlərdən istifadə edərək Şahid5 üçün yaşadığı fərdi yaşayış evinin dam örtüyünün tam vurulması ilə bağlı icazə almaq imkanına malik olmasına dair yalan vəd edib, həmin məsələnin müsbət həll olunması üçün qeyd olunan əraziyə nəzarəti həyata keçirən səlahiyyətli vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi biləbilə qanunsuz hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5.000 (beş min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruriliyini aldatmaqla bildirib, öz qulluq mövqeyindən istifadə etməklə özü barəsində Şahid1 yaratdığı inam və etibardan sui-istifadə edərək onunla razılaşmaqla şövdələşib, həmin adla 2020-ci ilin fevral ayının 26da Şahid5 yaşadığı ünvan 7 ünvanında Şahid5 iştirakı ilə ona məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini Şahid1 vasitəsi ilə alıb, şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrarən dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid5 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid5 Bəhrəm qızı və Şahid1 təkrarən vahid niyyətlə təhrik etmişdir. Təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, o, əvvəllər "xxxx" QSC-nin Mühafizə bölməsində Mühafizə qrupunun rəisi vəzifəsində işləmişdir. Onun vəzifələrinə "xxxx" QSC-yə aid Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən iki və Hacıqabul rayonunun ərazisində yerləşən bir ədəd yanacaq doldurma məntəqələrinin mühafizə işinin təşkili aiddir. O, Nərimanov rayonunun ərazisində yerləşən “Martini” klubda “Mafia” oyununu idarə edən Şahid1 ilə tanış olmuşdur. Şahid1 onun "xxxx" QSC-də işləməyi barədə məlumatı olmuşdur. 2019-cu ildə Şahid1 ona müraciət edərək əri Vugar Mamedovun bacısına məxsus Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dam örtüyünü vurmaq istədiyini bildirdi. O da Sevdadan torpağa və evə dair olan sənədləri istəyib bu işlə maraqlanacağını demişdir. Bundan sonra o, "xxxx"-ın hesabında olan torpaq sahələrində aparılan inşaat işlərinə nəzarəti həyata keçirən Rasim adlı şəxslə əlaqə saxlayıb Şahid1 məsələsi barədə sonuncu ilə məsləhətləşmişdir. Rasim sənədləri istəyib sənədələrə baxdıqdan sonra Şahid1 işi ilə bağlı cavab verəcəyini dedi. Bundan bir necə gün sonra, Şahid1 dostu Şamxal Abdullayevin mənzildə Vugar Mamedovun bacısına aid olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin sənədlərini ona təqdim etmişdir. Sevda ona sənədləri təqdim edən zaman, sonuncunun oğlu onlarla birlikdə olmuş və sonradan dostu Samir Abdullayev də həmin mənzilə gəldi. Bundan sonra həmin mənzilin həyətində o, Rasimlə görüşüb sənədləri ona vermişdir. Rasim də sənədləri götürüb məlumat verəcəyini dedi. Üç gün sonra “Club 45” adlanan çayxananın yerləşdiyi binanın məhəlləsində o, Rasimlə yenidən görüşmüş və sonuncu sənədləri ona qaytaraq, Vugar Mamedovun bacısına aid olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin dam örtüyünün quraşdırılmasına icazə verilməsi üçün 3000 manat pul lazım olduğunu dedi. O da Sevda ilə bu barədə danışmışdır. Sevda fikirləşib bir söz deyərəm dedi. 2020-ci ilin fevral ayında Şahid1 və Vugar Mamedovla “Club 45” adlanan çayxanada görüşmüşdür. X17 Mamedovun bacısına aid, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşməklə Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin dam örtüyünü vurmaq üçün icazənin alınması ilə bağlı ona 3000 manat verdi. Həmin tarixdə “Club 45” adlanan çayxananın arxasında yerləşən məhəllədə Rasim adlı şəxslə görüşmüş və Vugar Mamedovun bacısının məsələsinin həll olunması üçün rüşvət qismində 3000 manat pulu Rasimə vermişdir. Rasim də təxminən bir həftə ərzində dam örtüyünün vurulması üçün icazəni alacağını və aldığı pulu "xxxx"ın rəhbərliyinə, şəxsiyyəti ona məlum olmayan şəxsə çatdıracağını dedi. Bundan da beş gün sonra Şahid1 onunla əlaqə saxlayaraq, Vugar Mamedov ilə mübahisə etdiyini və buna görə sonuncunun bacısının məsələsini həll etməməyini, pulu qaytarmağı dedi. Bundan sonra Vugarın özü onunla əlaqə saxlayaraq, bacısına aid fərdi yaşayış evinin dam örtüyünün vurulması üçün icazənin alınması ilə bağlı işi davam etdirməyini və pulu qaytarmamağı xahiş etdi. Sevda isə yenidən Vugar Mamedovun bacısının məsələsini həll etməməyi dedi. O da əsəbiləşib Rasimdən 3000 manatı geri almışdır. Sevda isə ona böhtan ataraq, onun ondan 15000 manat pul aldığını bildirmişdir. Bununla da aralarında mübahisə yaranmışdır. Onun özünün Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsində inşaat və təmir, bərpa işlərinin aparılmasına icazə vermək səlahiyyəti olmamış, Rasim adlı şəxsin aldığı pulu rüşvət qismində kimə verməsi barədə məlumatı yoxdur, Şahid1 ilə baldızına aid torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə deyil, dam örtüyünün vurulmasına icazə alması ilə bağlı razılaşmış, həmin məsələnin həll olunması üçün Şahid1 8000 manat məbləğində pul istəməmiş, həmin məsələnin həlli üçün cəmi 3000 manat məbləğində pulun ödənilməli olduğunu Sevdaya deyib ondan cəmi 3000 manat pul almışdır. Şahid1 ona 3000 manat pulu verdikdən sonra, o, iki dəfə qonaq kimi sonuncun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən mənzilində olmuşdur. Sevdadan 3000 manatdan əlavə pul almamış, Vugar Mamedovun bacısına aid Binəqədi rayonunun Biləcəri qəsəbəsində, "xxxx"-in hesabında olan torpaq sahəsinə baxmamış, ümumiyyətlə Biləcəri qəsəbəsində olmamış, Şahid5 yaşadığı "xxxx"-in hesabında olmaqla Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən evinin damına baxdıqdan sonra, həmin evin dam örtüyünün dəyişdilməsinə icazə almaq üçün 5000 manat pul istəməmiş və almamışdır. O, Rasim ilə Naxçıvan şəhərində tanış olmuş, sonuncunun istifadəsində olan mobil telefon nömrəsini xatırlamır, Rasim adlı şəxsin soyadını və atasının adını bilmir. Törətdiyi əməldən peşmandır. Şahid1 ifadələrində göstərdi ki, 2019-cu ilin təxminən sentyabr-noyabr aylarında Nərimanov rayonunun ərazisində yerləşən “Martini” klubda xadimə kimi işlərkən orada klubun daimi müştərisi olan Təqsirləndirilən şəxs tanımışdır. Tanışlıq zamanı Təqsirləndirilən şəxs özünü Dövlət Neft Şirkətinin, yəni "xxxx" ın vəzifəli şəxsi kimi təqdim edib Qaradağ rayonunun ərazisində olan "xxxx"-a aid müəssisələrə nəzarəti həyata keçirdiyini dedi. Bundan sonra onun Təqsirləndirilən şəxsla ailəvi münasibələri yarandı. Vüqar da ona "xxxx"la bağlı müraciəti olduğu təqdirdə, müəyyən məsəlləri həll edə biləcəyini dedi. X6 əri Rasim on iki il əvvəl Binəqədi rayonu, Biləcəri qəsəbəsində torpaq sahəsi almışdı. Həmin torpaq sahəsi Dövlət Neft Şirkətinin balansında olduğundan baldızı həmin torpağa fərdi yaşayış evinin tikintisinə icazə ala bilməmişdir. 2019-cu ilin noyabr ayında o, Vüqara zəng edərək baldızının ailəsinə aid Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün icazə almaq istədiklərini bildirmişdir. Vüqar bu barədə danışmaq üçün onu Nərimanov rayonunun ərazisində yerləşən “Martini” adlanan kluba dəvət etmişdir. O, Vüqarla görüşdükdə sonuncu torpağın sənədlərini istədi və bu işin həll edilməsi üçün rüşvət qismində veriləcək məbləğin dəyərini sənədlər ona təqdim etdikdən sonra deyəcəyini bildirdi. Vüqar Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisinə "xxxx"-in hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən şəxsi tanıdığını da bildirdi. Bir gün sonra o, Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu ilə birlikdə sənədləri Biləcəri qəsəbəsinin ərazisində "xxxx"-in hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən şəxsə göstərmək üçün, Təqsirləndirilən şəxs qohumu Şamo adlı şəxsin Nərimanov rayonunda “Club 45” adlanan çayxananın yanında yerləşən evinə getmişdir. Şamo evdə yox idi. Vüqarın qohumu Samir Abdullayev mənzilə gəldi. Təxminən yarım saat evdə oturduqdan sonra, Vüqar sənədləri dediyi adama göstərmək üçün getdi, yarım saatdan sonra yenidən mənzilə qayıtdı. Qayıtdıqdan sonra, Vüqar sənədləri Biləcəri qəsəbəsinin ərazisində "xxxx"-in hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən şəxsə göstərdiyini və bir necə gün sonra ona cavab veriləcəyini dedi. Bundan sonra Vüqar baldızının ailəsinin istifadəsində olan torpaq sahəsinə də baxdı. Üç gün sonra onun əri Vugar Mamedov ilə Təqsirləndirilən şəxs əlaqə saxlayaraq onlara qonaq gəlmək istədiyini deyib onlara gəldi. Təqsirləndirilən şəxs həmin vaxt baldızının ailəsinin istifadəsində olan Biləcəri qəsəbəsinin ərazisinə yerləşən "xxxx"-in hesabında olan torpaq sahəsində fərdi yaşayış evinin inşa etməsinə razılığın alınması üçün 8000 manat rüşvət qismində pul verilməli olduğunu bildirdi. Bundan sonra onun əri ailəsi ilə məsləhət etmək üçün vaxt istədi. Daha iki gün sonra əri ilə birlikdə Təqsirləndirilən şəxsla “Club 45” adlanan çayxanada görüşmüşlər. Söhbət zamanı əri Təqsirləndirilən şəxs 8000 manat pulu hissə-hissə ödəyə biləcəklərini demişdir. Pulu yığdıqdan sonra, 1 fevral 2020-ci il tarixdə qayınanası Şaxzada Musayevanın yaşadığı Biləcəri qəsəbəsində yerləşən evdə Təqsirləndirilən şəxs çatdırmaq üçün ərinin yanında Sadagiul Valieva ona 3000 manat pul vermişdir. Həmin tarixdə, yəni 1 fevral 2020-ci il tarixdə əri ilə birlikdə “Club 45” adlanan çayxanada Təqsirləndirilən şəxsla görüşmüşlər və o, X6 ailəsinin istifadəsində olan Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən "xxxx"in hesabında olan 130 m2 torpaq sahəsində fərdi yaşayış evinin inşa etməsinə razılığın alınması üçün Təqsirləndirilən şəxs ilkin olaraq 3000 manat pulu rüşvət qismində vermişdir. Bundan bir həftə sonra, yəni 7 fevral 2020-ci il tarixdə baldızı Vüqara vermək üçün 2000 manat əlavə pul düzəltmişdir. O da pulu vermək üçün Təqsirləndirilən şəxs zəng edib onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, H.Əliyev prospekti 167, bina 3, mənzil 25 ünvanında yerləşən mənzilə dəvət etmişdir. 7 fevral 2020-ci il tarixdə qeyd edilən mənzildə ərinin, X6, qayınanası Şaxzada Musaevanın yanında baldızının ailəsinə aid olmasına baxmayaraq "xxxx"-in hesabında olan torpaq sahəsində evin tikintisinə icazə almaq üçün rüşvət qismində Təqsirləndirilən şəxs əlavə olaraq 2000 manat pul vermişdir. Vüqar pulu götürdükdən sonra, Dövlət Neft Şirkətinin rəhbərliyin dəyişdiyini və yaranmış çətinliklə bağlı verəcəkləri 8000 manatdan əlavə olaraq 2000 manat pulu da rüşvət qismində verilməli olduğunu bildirdi. Torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına on iki il müddətində icazə ala bilmədiklərindən baldızı Vüqarla razılaşdı. Bundan bir necə gün sonra Sadagiul Valieva 5000 manat pulu hazırlamış və Təqsirləndirilən şəxs məlumat verdikdə, sonuncu həmin pulu onun yaşadığı mənzildə gəlib götürəcəyini dedi. 2020-ci ilin fevral ayının ortalarında, ayın 10-14-dü arası olardı, yaşadığı Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, H.Əliyev prospekti 167, bina 3, mənzil 25 ünvanında baldızının aid "xxxx"-in hesabında olan torpaq sahələrində evin tikintisinə icazə almaq üçün Vüqara rüşvət qismində əlavə olaraq 5000 manat pul, ümümilikdə isə Təqsirləndirilən şəxs icazə sənədinin alınması üçün rüşvət kimi ondan 10000 (on min) manat pul aldı. Həmin vaxt əri, baldızı Sadagiul Valieva, qayınanası Shakhzada Musaeva onun yanında olmuşlar. Onlar onunTəqsirləndirilən şəxs pul verməsini görmüşlər. 2020-ci ilin mart ayınadək Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, işinin düzələcəyini demiş, lakin mart ayından sonra inamını itirdiyindən, o, Vüqardan pulu geri istəmişdir. Təqsirləndirilən şəxs isə telefonda onunla mübahisə edib 10000 manat pulu qaytarmaqdan imtina etdi. Vugar Mamedovun ailəsinin qonşuluğunda yaşayan Şahid5 Bəhrəm qızının yaşadığı Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin bir hissəsi "xxxx"-a aid torpaq sahəsində yerləşdiyindən, həmin şirkət tərəfindən evin dam örtüyünün tam vurulmasına icazə verilməmişdir. 2020-ci ilin fevral ayında Şahid5 baldızına aid torpaq sahəsində inşaat işlərini aparılması üçün icazə almaları ilə bağlı Təqsirləndirilən şəxsla razılaşdıqlarını bildikdən sonra, yaşadığı evin damının tam vurulması üçün ona da köməklik etmələrini xahiş etdi. O da Şahid5 kömək etmək məqsədi ilə bunu Təqsirləndirilən şəxs demişdir. Vüqar da Şahid5 yaşadığı evin damına baxdıqdan sonra, 5000 manat müqabilində dam örtüyünün tam vurulması üçün icazə ala biləcəyini dedi. Şahid5 və onun əri Təqsirləndirilən şəxs şərti ilə razılaşıb 2020-ci ilin fevral ayının təxminən 26-da Şahid5 yaşadığı Biləcəri qəsəbəsində yerləşən evin həyətində, 5000 manat pulu ona vermişdir. O da həmin anda rüşvət qismində 5000 pulu, Şahid5 yaşadığı evin damının tam vurulması ilə bağlı icazənin alınması məqsədi ilə ünvan 8 ünvanında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onun əri Vugar Mamedov, eləcə də Şahid5 əri Şahid6 onun yanında olmuşlar və onun pulu Təqsirləndirilən şəxs verməsini görmüşlər. Təqsirləndirilən şəxs Şahid5 ilə bağlı da verdiyi vədinə əməl etmədi, dam örtüyünün dəyişdirilməsi üçün icazə almadı, bunun üçün aldığı beş min manat pulu da qaytarmadı. Vüqar rüşvət qismində aldığı pulları Biləcəri qəsəbəsinin ərazisində "xxxx"-in hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən şəxsə verdiyini deyirdi, lakin həmin şəxs barəsində onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla sonuncunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi arasında danışıqlar aparmış, eləcə də “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlamışdır. Şahid Sadagiul Valieva ifadələrində göstərdi ki, Şahid1 onun qardaşı Vugar Mamedovun arvadıdır. 2008-ci ildə əri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 9 ünvanında yerləşən 130 kv.m torpaq sahəsini almışdı, lakin həmin torpaq sahəsi Dövlət Neft Şirkətinin balansında olduğundan həmin ərazidə fərdi yaşayış evinin tikintisinə icazə ala bilməmişdir. 2019-cu ilin noyabr ayında Sevda "xxxx"da işləyən Təqsirləndirilən şəxs ona aid Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsində fərdi yaşayış evinin inşası üçün icazə ala biləcəyini bildirdi. Sevda Təqsirləndirilən şəxs yüksək vəzifədə işlədiyini və əlaqələrinin geniş olduğunu, eləcə də Təqsirləndirilən şəxs Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisinə "xxxx"-in hesabında olan torpaq sahələrinə nəzarəti həyata keçirən şəxsi tanıdığını da dedi. Bundan sonra Sevda qeyd olunan torpaq sahəsinin sənədlərini Təqsirləndirilən şəxs göstərmək üçün apardı və bundan da bir necə gün sonra Təqsirləndirilən şəxs özü icazə alınması tələb olunan torpaq sahəsinə də gəlib torağa baxdı. Bundan da üç gün sonra Sevda ona Təqsirləndirilən şəxs ona fərdi yaşayış evinin inşa etməsinə razılığın alınması üçün 8000 manat rüşvət qismində pul verilməli olduğunu bildirdiyini dedi. Onun nağd 3000 manat pulu olduğundan o, ilkin olaraq həmin məbləği verməyə, qalan məbləği isə hissə-hissə verməyə razı olduğunu dedi. Bundan sonra qardaşı Vugar ilə Təqsirləndirilən şəxs ilkin olaraq 3000 manat, qalan məbləğin isə hissə-hissə ödənilməsini razılaşdılar. 1 fevral 2020-ci il tarixdə o, Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisinə yerləşən "xxxx"-in hesabında olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə razılığın alınması ilə bağlı ilkin olaraq 3000 manat pulu rüşvət qismində Təqsirləndirilən şəxs çatdırılması üçün qardaşı Vugar Mamedova və arvadı Şahid1 vermişdir. Həmin vaxt Şaxzada Musaeva onun yanında olmuşdur. Vugar Mamedov və Şahid1 həmin günü, yəni 1 fevral 2020-ci il tarixdə 3000 məbləğində pulu Təqsirləndirilən şəxs adını xatırlamadığı çayxanada vermişlər. Bu barədə Vugar Mamedov və Şahid1 ona bildirmişlər. Həmin vaxtdan bir necə gün sonra o, borc alaraq 2000 manat əlavə pul düzəlmişdir. Sevda da pulu vermək üçün Təqsirləndirilən şəxs yaşadığı Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksində yerləşən mənzilə dəvət etdi. 7 fevral 2020-ci il tarixdə qardaşının yaşadığı Xırdalan şəhərində yerləşən mənzilində Təqsirləndirilən şəxs tikintiyə icazə almaq üçün Sevdadan rüşvət qismində əlavə olaraq 2000 manat pul aldı. Şahid1 Təqsirləndirilən şəxs pulu verən zaman o, anası Şaxzada Musaeva və qardaşı Vugar Mamedov onun yaşadığı mənzildə olmuşlar. Həmin vaxtı Təqsirləndirilən şəxs ilkin olaraq 3000 manat pulu aldığını təsdiq edib Dövlət Neft Şirkətində rəhbərlik dəyişdiyindən yaranmış çətinliklə bağlı ümumi məbləğə, yəni 8000 manata, əlavə olaraq 2000 manat rüşvət qismində pul verilməli olduğunu bildirdi. O da üzun müddət ərzində aldığı torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına icazə ala bilmədiyindən Təqsirləndirilən şəxsla razılaşmışdır. Bundan təxminən bir həftə sonra o, 5000 manat pulu hazırlayıb bu barədə Sevdaya demişdir. Sevda da az sonra onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs gəlib pulu götürəcəyini dedi. O da anası ilə birlikdə qardaşının yaşadığı mənzilə gələrək, 5000 manat pulu Təqsirləndirilən şəxs verməsi üçün Şahid1 vermişdir. 2020-ci ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs yenidən qardaşının yaşadığı Xırdalan şəhərində yerləşən mənzilə gələrək Biləcəri qəsəbəsində yerləşən torpaq sahəsində evin tikintisinə icazə almaq üçün əlavə olaraq Şahid1 5000 manat pulu rüşvət qismində aldı. Bununla da Təqsirləndirilən şəxs icazə sənədinin alınması üçün rüşvət kimi ümumilikdə 10000 (on min) manat pul verildi. Həmin vaxt Şahid1 və ondan başqa qardaşı Vugar Mamedov və anası Şaxzada Musaeva qardaşının yaşadığı mənzildə olmuşlar və Sevdanın pul verdiyini görmüşlər. 2020-cu ilin mart ayınadək Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, işinin düzələcəyini deyirdi, lakin sonradan onları aldatdığını etiraf edərək 10000 manat pulu qaytarmaqdan imtina etdi. Təqsirləndirilən şəxs özünün "xxxx"-da işlədiyini və aldığı pulu rüşvət qismində Biləcəri qəsəbəsinin ərazisinə "xxxx"-in balansında olan torpaq sahələrinə nəzarəti həyata keçirən şəxsə verəcəyini, zərurət olarsa özünün tikintinin üstündə duracağını bildirmişdi. Buna baxmayaraq, o, 10000 manat pulu "xxxx"-da konkret olaraq kimə verəcəyini həmin şəxsin kimliyi barədə heç bir söz deməmişdi. Onun qonşusu Şahid5 Bəhrəm qızı yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən fərdi yaşayış evinin dam örtüyünü tam vurmaq istəmiş, lakin həmin evin bir hissəsi "xxxx"-a aid torpaq sahəsində yerləşdiyindən qeyd olunan şirkət tərəfindən dam örtüyünün tam çəkilməsinə icazə verilməmişdi. Şahid5 ailəsinə aid torpaq sahəsində inşaat işlərini aparılması üçün icazə almaları ilə bağlı Təqsirləndirilən şəxsla razılaşdıqlarını bildikdən sonra, yaşadığı evin dam örtüyünün tam vurulması üçün ona da köməklik edilməsini Şahid1 xahiş etmişdir. Sevda da bunu Vüqara dedi. Təqsirləndirilən şəxs da Şahid5 yaşadığı evin damına baxıb 5000 manat müqabilində dam örtüyünün tam vurulması üçün icazə ala biləcəyini dedi. Sevda da Şahid5 yaşadığı evin həyətində, Təqsirləndirilən şəxs rüşvət vermək üçün 5000 manat pul verdi. Təqsirləndirilən şəxs Şahid5 ilə bağlı da verdiyi vədinə əməl etmədi, dam örtüyünün vurulması üçün icazə almadı, eləcə də aldığı 5000 manatı da qaytarmadı. Şahid Şaxzada Musaeva da qızı Sadagiul Valieva ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Şahid5 ifadələrinə göstərdi ki, 2017-ci ildə əri Şahid6 Binəqədi rayonunun Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında yerləşən ərazidə torpaq sahəsi almışdır. 2018-ci ildə yaşadığı evin tikintisi aparılan zaman torpaq sahəsinin bir hissəsinin Dövlət Neft Şirkətinin balansında olmasını bilmişdir. Həmin vaxtdan başlayaraq, Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən yaşadığı evin qanunsuz inşa edildiyi bildirilərək, dam örtüyünün tam çəkilməsinə icazə verilməmiş və buna görə də yaşadığı evin damının bir qismi örtülməmişdir. Onlar da evin dam örtüyünün tam çəkilməsi üçün köməklik göstərə biləcək şəxs axtarmağa başlamışlar. 2020-ci ilin fevral ayında onunla yaxın münasibətləri olan Şahid1 "xxxx" da işləyən Təqsirləndirilən şəxs vasitəsi ilə Sadagiul Valievaya aid Dövlət Neft Şirkətinin balansında olmaqla Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin inşası üçün icazə aldığını bilmişdir. O da Şahid1 Təqsirləndirilən şəxs yaşadığı evin dam örtüyünün tam çəkilməsi üçün icazə almaqda ona da köməklik etməsini xahiş edib buna görə də ona lazımı məbləğdə pul verməyə hazır olduğunu demişdir. Bundan üç gün sonra Şahid1 ona "xxxx" da işləyən Təqsirləndirilən şəxs rüşvət qismində 5000 manat pul istədiyini bildirdi. Həmin vaxt Şahid1 və ailə üzvləri tərəfindən, sonuncunun baldızına aid torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 10000 manat məbləğində pul verildiyini də demişdir. Başqa yol tapmadıqları üçün əri ilə birlikdə Təqsirləndirilən şəxs şərti ilə razılaşmışlar. 2020-ci ilin fevral ayının təxminən 26-da, yaşadığı evin həyətində əri Şahid6 iştirakı ilə evin dam örtüyünün tam çəkilməsinə icazənin alması ilə bağlı Təqsirləndirilən şəxs verməsi üçün rüşvət qismində 5000 manat pulu Şahid1 vermişdir. Həmin vaxt "xxxx" da işləyən Təqsirləndirilən şəxs yaşadığı evin çöl tərəfində, onlardan 10 metr məsafədə dayanmışdı. Şahid1 ondan aldığı 5000 manat pulu ünvan 7 ünvanında Təqsirləndirilən şəxs verdi. O, pulun Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. Həmin vaxt Sevdanın əri Vugar Mamedov da sonuncunun yanında olmuşdur. Sevda ona Təqsirləndirilən şəxs deməsinə əsasən dam örtüyünün tam çəkilməsinə icazənin verilməsinin üç-dörd gün ərzində həll olunacağını dedi, lakin sonra bununla bağlı hər hansı bir məlumatın olmadığını görüb o, Sevdaya zəng edərək Təqsirləndirilən şəxs pulunu geri almağı tələb etmişdir. Sevda onun yanında Təqsirləndirilən şəxs dəfələrlə zəng edərək pulu geri qaytarmasını istəməsinə baxmayaraq,Vüqur sonuncu hədə qorxu gələrək pulu geri qaytarmaqdan imtina etdi. Vuqar Sadıxov tərəfindən ona vurulmuş 5000 manat məbləğində ziyan ona qaytarılmamışdır. Şahid6 da şahid Şahid5 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə ifadələri elan olunub araşdırılmış ifadələrində şahid Vugar Mamedov ibtidai istintaq zamanı göstərmişdir ki, 1 fevral 2020-ci il tarixdə Şahid1 ilə birlikdə “Club 45” adlanan çayxanada Təqsirləndirilən şəxsla görüşmüşlər və Şahid1 onun iştirakı ilə Sadagiul Valievanın ailəsinə aid ünvan 9 ünvanında yerləşməklə "xxxx"-in hesabında olan təxminən 130 m2 torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə razılığın alınması üçün Təqsirləndirilən şəxs ilkin olaraq 3000 manat pulu rüşvət qismində vermişdir. Həmin zamandan bir həftə sonra bacısı borc alaraq 2000 manat əlavə pul düzəltmiş və pulu vermək üçün Şahid1 Təqsirləndirilən şəxs yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, H.Əliyev prospekti 167, bina 3, mənzil 25 ünvanına dəvət etmişdir. 7 fevral 2020-ci il tarixdə yaşadığı mənzildə onun, bacısı Sadagiul Valievanın, anası Shakhzada Musaevanın yanında bacısının ailəsinə aid olmasına baxmayaraq "xxxx"-in hesabında olan torpaq sahələrində evin tikintisinə icazə almaq üçün Şahid1 rüşvət qismində Təqsirləndirilən şəxs əlavə olaraq 2000 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra, Dövlət Neft Şirkətində rəhbərliyin dəyişdiyini və yaranmış çətinliklə bağlı verəcəkləri 8000 manatdan əlavə olaraq 2000 manat pulu da rüşvət qismində verilməli olduğunu bildirmişdir. Torpaq sahəsinin üzərində tikinti işlərinin aparılmasına 12 ildir ki, icazə ala bilmədiklərindən, bacısı Təqsirləndirilən şəxsla razılaşmışdır. Bir necə gün sonra, 2020-ci ilin fevral ayının 10-14-dü arası Sadagiul Valieva 5000 manat pul hazırlamış və Təqsirləndirilən şəxs həmin pulu gəlib onun yaşadığı mənzildən götürəcəyini bildirmişdir. 2020-ci ilin fevral ayında yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF park” yaşayış kompleksi, H.Əliyev prospekti 167, bina 3, mənzil 25 ünvanında bacısının ailəsinə aid olmasına baxmayaraq "xxxx"-in hesabında olan torpaq sahələrində evin tikintisinə icazə almaq üçün Şahid1 Təqsirləndirilən şəxs rüşvət qismində əlavə olaraq 5000 manat pul vermişdir. Bununla da Təqsirləndirilən şəxs icazə sənədinin alınması üçün rüşvət kimi ümumilikdə 10000 (on min) manat pul almışdır. Həmin zaman o, Sadagiul Valieva və anası Shakhzada Musaeva mənzildə olmuşlar və Təqsirləndirilən şəxs pul verilməsini görmüşlər. 2019-cu ilin mart ayınadək Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, işinin düzələcəyini demiş, lakin, mart ayından sonra inamlarını itirdiklərindən, artıq pulu qaytarmasını istəmişlər, bununla bağlı Təqsirləndirilən şəxs telefonda onlarla mübahisə etmiş və 10000 manat pulu qaytarmaqdan imtina etmişdir. Qonşuluğunda yaşayan Şahid5 Bəhrəm qızı yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən fərdi yaşayış evinin dam örtüyünün tam vurmaq istədikdə, həmin evin bir hissəsi də "xxxx"-a aid torpaq sahəsində yerləşdiyindən qeyd olunan şirkət tərəfindən dam örtüyünün tam vurulması üçün sonuncuya icazə verilməmişdir. Şahid5 bacısının ailəsinə aid torpaq sahəsində inşaat işlərini aparılması üçün icazə almaları ilə bağlı Təqsirləndirilən şəxsla razılaşdıqlarını bildikdən sonra, yaşadığı evin damının tam vurulması üçün ona da köməklik etmələrini istəmişdir. Şahid5 kömək etmək məqsədi ilə Şahid1 bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs Şahid5 yaşadığı evin damına onunla birlikdə baxdıqdan sonra, 5000 manat pul müqabilində dam örtüyünün tam vurulması üçün icazə ala biləcəyini demişdir. Şahid5 və onun əri Şahid6 Təqsirləndirilən şəxs şərti ilə razılaşmışlar. Sonra 2020-ci ilin fevral ayının sonlarında, təxminən fevral ayının 16-da Şahid5 yaşadığı evin həyətində, sonuncu 5000 manatı pulu Şahid1 vermiş və arvadı həmin anda Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında onun iştirakı ilə rüşvət qismində 5000 pulu, Şahid5 yaşadığı evin damının tam vurulması ilə bağlı icazənin alınması üçün Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin zaman Şahid5 və Şahid6 orada olmuşlar və Təqsirləndirilən şəxs pul verilməsini görmüşlər. Təqsirləndirilən şəxs Şahid5 ilə bağlı da verdiyi vədinə əməl etməmiş, dam örtüyünün dəyişdirilməsi üçün icazə almamış, eləcə də aldığı 5000 manat pulu qaytarmamışdır. Məhkəmədə ifadələri elan olunub araşdırılmış ifadələrində şahid X3 ibtidai istintaq zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. Şahid1 ilə isə Nərimanov rayonunun ərazisində yerləşən “Martini” klubda işləyən zaman tanış olmuşdur. Tanışı Şamxal adlı şəxslə birlikdə Nərimanov rayonunun ərazisində yerləşən “Club 45” adlanan çayxananın arxasında yerləşən binada 2020-ci ilin yanvar ayınadək kirayə yaşamışdır. 2019-cu ilin noyabr ayında o, kirayə yaşadığı mənzilə gələn zaman Şahid1 övladı ilə görmüşdür. Həmin zaman Şahid1 qohumuna aid, lakin "xxxx"ın hesabında olan torpaq sahəsində müəyyən işlərin aparılması üçün həmin şirkətdən icazənin alınması ilə bağlı Təqsirləndirilən şəxs ona köməklik etdiyini demişdir. Lakin hansı işlərin aparılması üçün icazənin alınması barədə Şahid1 ona bildirməmişdir. Bundan başqa, sonralar Şahid1 onunla telefon vasitəsi ilə danışdıqda icazənin alınması üçün Təqsirləndirilən şəxs pul verdiyini bildirmiş, lakin, Şahid1 hansı məbləğdə və harada Təqsirləndirilən şəxs pul verməsi barədə məlumatı olmamışdır. Şahid1 ilə Təqsirləndirilən şəxs arasında olan danışığı eşitməmiş, o, gəldikdə mənzildə təkcə Şahid1 və sonuncunun oğlu olmuş, sonradan Təqsirləndirilən şəxs mənzilə gəlmiş və Şahid1 ilə bir yerdə mənzili tərk etmişlər, həmin günü torpaq sənədləri ilə bağlı Təqsirləndirilən şəxsla arasında danışıq olmamış və sonuncunun torpaq sənədlərini kiməsə verməsi barədə məlumatı olmamışdır. Məhkəmədə ifadələri elan olunub araşdırılmış ifadələrində şahid X11 ibtidai istsisntaq zamanı göstərmişdir ki, 5 oktyabr 2018-ci il tarixdə Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin sədri seçilmiş və hazırda həmin bələdiyyənin sədridir. 1 dekabr 2007-ci il tarixdən etibarən Bakı şəhəri üzrə torpaq sahələrinin satışı ilə bağlı hərrac və müsahibələr keçirilmədiyi üçün həmin tarixdən etibarən bələdiyyə torpaqlarının ümumiyyətlə satışı həyata keçirilməmişdir. 2009-cu ildə Sadagiul Valievanın əri Rasim Vəliyev fərdi yaşayış evinin tikilməsi üçün X8 qəsəbəsi, M.Aslanov küçəsində yerləşən torpaq sahəsi almışdır. Sadagiul Valievanın əri Rasim Vəliyev tərəfindən əldə olunmuş sahənin yerləşdiyi M.Aslanov küçəsinin kənarı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft kəmərləri idarəsinə məxsus boru keçdiyindən həmin sahə, qeyd olunan şikayətin mühafizə zolağına aid edilmişdir. Bundan başqa, 2017-ci ildə X12 rayonunun Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında yerləşən 100 kv.m torpaq sahəsini Şahid6 satmışdır. Şahid6 da əldə etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft kəmərləri idarəsinə məxsus boru kəmərinə yaxın ərazidə yerləşdiyindən, qeyd olunan şirkətin mühafizə zolağına aid edilmişdir. Məhkəmədə ifadələri elan olunub araşdırılmış ifadələrində şahid X2 ibtidai istintaq zamanı göstərmişdir ki, 29.02.2016-cı il tarixdən “X16” şirkətində xidməti müqavilə əsasında usta kimi işləyir. Onun xidməti öhdəliklərinə “X16” şirkətinin vəzifəli şəxslərinin göstərişinə əsasən tapşırılan sahələrin və avadanlıqların təmizliyini həyata keçirtmək, yollarda və ərazilərdə torpaq, eləcə də yaşılaşdırma və abadlaşdırma, tikinti və təmir, istehsalat sahələrində digər yardımçı işlərin yerinə yetirilməsi aid olmuşdur. Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində yerləşməklə "xxxx"a aid torpaq sahələrində tikinti və təmir işlərinə nəzarətin həyata keçirilməsi ilə bağlı onun səlahiyyəti olmamışdır. Binəqədi rayonu, ərazisində Binəqədi, Sulutəpə, Xocasən qəsəbələrində “X16” şirkətində aid torpaq sahələrində rəhbərliyin göstərişi əsasında tikinti işləri aparmışdır. Lakin, heç vaxt Biləcəri qəsəbəsinin daxilində hər hansı inşaat işləri yerinə yetirməmişdir. "xxxx" QSC-nin Mühafizə bölməsində Mühafizə qrupunun rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs ilə heç vaxt ünsiyyəti olmamışdır. O, Təqsirləndirilən şəxs Biləcəri qəsəbəsinin ərazisində yerləşən "xxxx"a aid torpaq sahələrində tikinti işlərinin aparılması, həmçinin dam örtüyünün tam vurulması üçün razılığın alınması ilə bağlı pul almışdır. Bununla yanaşı onun Şahid1, Fərizə Məmmədova, Sadagiul Valieva ilə tanışlığı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayətə işinin materiallarına əlavə olunmuş Şahid1, Sadagiul Valieva və Şahid5 Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokollarından görünür ki, Şahid1, Sadagiul Valieva, Şahid5 ifadələrində göstərdikləri halları Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı da təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materillarına əlavə olunmuş Sadagiul Valievaya aid torpaq sahəsinə baxış keçirilməsi haqqında 2 noyabr 2020-cu il tarixli protokoldan görünür ki, Sadagiul Valievaya aid torpaq sahəsi ünvan 9 ünvanında yerləşir və torpaq sahəsinin üzərində tikinti yoxdur. Baxışda iştirak edən "xxxx"ın Neft boru kəmərləri idarəsində böyük mühəndis vəzifəsində işləyən X9 bildirmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx"a aiddir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materillarına əlavə olunmuş Şahid5 aid torpaq sahəsinə baxış keçirilməsi haqqında 02 noyabr 2020-cu il tarixli protokoldan görünür ki, Şahid5 aid torpaq sahəsi Binəqədi rayonunun Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 4 ünvanında yerləşir və torpaq sahəsinin üzərində inşa edilmiş bir mərtəbəli evin damının bir hissəsi vurulmamışdır. Baxışda iştirak edən "xxxx"ın Neft boru kəmərləri idarəsində böyük mühəndis vəzifəsində işləyən X9 bildirmişdir ki, qeyd olunan torpaq sahəsi "xxxx"a aiddir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materillarına əlavə olunmuş istintaqa Şahid1 könüllü olaraq təqdim etdiyi Təqsirləndirilən şəxsla aralarında olan səs yazılarının köçürüldüyü 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 17 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, “CD” daşıyıcısında beş fayl daxilində şəxslər arasında danışıqlar olmuş, birinci faylda Təqsirləndirilən şəxs sabah başqa şəxslə görüşüb, əmanəti ona verəcəyini, sənə o, 15 mini ...deyir. Şahid1 isə ona Allah köməyin olsun deyir. İkinci faylda Şahid1 ondan: Sabah necədə gəlib pulu çatdıracağını soruşur, Təqsirləndirilən şəxs isə tezdən gedib görüşəcəyini, sabah xəbər edəcyini, ona narahat olmamağı, saat neçədə Şahid1 ilə görüşəcyini bilmədiyiyni deyir. Şahid1 isə Vüqara müraciət edib özünün uşaqla küçədə olduğunu deyib ona yalvararaq ondan pulu çatdırmağı xahiş edir. Üçüncü faylda Təqsirləndirilən şəxs Sevdaya sağ ol, Allah razı olsun. Seva danışmışam Goranboydadır, Gorandadır, orda açılış var idi, gəlir yoldadır, gəlsin görüşəcəyəm sənə də xəbər edəcəyəm. Yaxşı deyir. Şahid1 da yaxşı gözləyirəm, Vüqar deyir. Dördüncü faylda Şahid1 bağışla narahat edirəm səni, Vüqar necə gündür məni, ona deyirəm ki, küçələrdəyəm körpəmlə, necə gündür, deyir indi verirəm, bir azdan verirəm, bir saata verirəm, indi adam gələcək verirəm, o dünən. Vüqar gətir pulu ver, sənədləri ver, məni öldürürlər, incimə məndən düz gedirəm “Korrupsiyaya”, gedib daha şikayət edəcəyəm, necə gündür gözləyirəm, hörmət eləyirəm bu günləri daha etməyəcəm deyir. Şamo adlı şəxs eləmə deyir. Sevda isə deyir ki, çünki necə gündür onu fırladır, indi verirəm, bir azdan verəcəyəm, bir saata verəcəyəm, oğlan gələcək verəcək, gecə səhərədək mən uşağımla küçədə qalmışam, aç, susuz küçədə qalmışam. inciməyin başınıza dönüm, sabah deməyin ...(Şahid1 ağlayaraq danışır) deyir. Şamo Seva eşidirsən? Deyir. Şahid1: Dünənləri saat necəyədək məni gözlətdi ki, oğlan gələcək, pulu götürüb verirəm sənə, mesaj yazdım ki, ona körpəm maşında yatıb aç susuz küçələrdəyəm. Beşinci faylda Şahid1: Nə oldu, ay başına dönüm, gəlmədi? deyir.Təqsirləndirilən şəxs da deyir ki, qız o, gəlib mən Naxçıvandayam, sabah axşam gələcəyəm İnşallah. Şahid1 da hə deyir. Təqsirləndirilən şəxs da sabah axşam saat 8-9 üçün mənə zəng vur görüşək İnşallah, yaxşı? deyir. Məhkəmədə səs yazıları ilə bağlı Təqsirləndirilən şəxs ifadərində göstərdi ki, AUD- 20200614-WA0025 adlı səs yazısı ona və Şahid1 aiddir. Həmin səs yazısında o, Şahid1 15000 manat alması ilə bağlı onu şərlədiyini bildirmişdir. Vugar Mamedovun qardaşı İlqara pul verəcəyini dedikdə isə 3000 manat məbləğində pulu nəzərdə tutmuşdur. AUD-20200614- WA0028 adlı səs yazısı ona və Şahid1 aiddir. Həmin səs yazısında o, Şahid1 pul verəcəyini bildirmiş, həmin zaman da, 3000 manat məbləğində pulu nəzərdə tutmuşdur. AUD- 20200716-WA0005 adlı səs yazısı ona və Şahid1 aiddir. Həmin səs yazısında o, Şahid1 Rasim adlı şəxsin gəlib ona pul verəcəyini bildirmişdir. AUD-20200716-WA0006 adlı səs yazısı Şamxal Abdullayevə və Şahid1 aiddir. AUD-20200716-WA0009 adlı səs yazısı ona və Şahid1 aiddir. Səs yazısında o, Naxçıvan MR-dən qayıdıb, Rasim adlı şəxsdən pulu alaraq, Şahid1 verəcəyini nəzərdə tutmuşdur. Məhkəmədə elan olunub araşdırılmış "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara baxış keçirilməsi haqqında 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsi arasında 05.02.2020-ci il tarixdə saat 19:25:55-də 68 saniyə, 05.02. 2020-ci il tarixdə saat 20:13:59-da 35 saniyə, 10.02.2020-ci il tarixdə saat 22:10:27-də 2 saniyə, 10.02.2020-ci il tarixdə saat 22:14:08-də 77 saniyə, 11.02.2020-ci il tarixdə saat 16:30:29-da 176 saniyə, 11.02.2020-ci il tarixdə saat 18:00:41-də 11 saniyə, 11.02.2020-ci il tarixdə saat 22:11:25-də 12 saniyə, 11.02.2020-ci il tarixdə saat 22:12:33-də 25 saniyə, 12.02.2020-ci il tarixdə saat 22:13:25-də 18 saniyə, 13.02.2020-ci il tarixdə saat 01:01:42-də 66 saniyə, 13.02.2020-ci il tarixdə saat 03:22:12-də 45 saniyə, 13.02.2020-ci il tarixdə saat 15:05:48-də 942 saniyə, 14.02.2020-ci il tarixdə saat 18:30:07-də 22 saniyə, 14.02.2020-ci il tarixdə saat 20:19:43-də 18 saniyə, 14.02.2020-ci il tarixdə saat 20:21:43-də 34 saniyə, 14.02.2020-ci il tarixdə saat 20:24:19-da 9 saniyə, 14.02.2020-ci il tarixdə saat 21:30:11-də 10 saniyə, 20.02.2020-ci il tarixdə saat 19:39:14-də 66 saniyə danışıqlar aparılmışdır. “SMS tarixçəsi” adlı faylda 10.02.2020-ci il tarixdə saat 22:08-də, 13.02.2020-ci il tarixdə saat 01:46-da “Şahid1 istifadəsində olan ********** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********** nömrəli mobil telefon nömrəsinə və 2-ci “SMS tarixçəsi” adlı faylda 13.02.2020-ci il tarixdə saat 01:52-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsindən Şahid1 istifadəsində ola ********** nömrəli mobil telefon nömrəsinə mesajın yazılması əks olunmuşdur. “Zənglərin detallaşması” faylında olan məlumatlar əsasında Binəqədi rayonunun Biləcəri qəsəbəsini əhatə edən anten dairələri yoxlanıldıqda müəyyən edilmişdir ki, 05.11.2019-cu il tarixdən 26.02.2020-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi dəfələrlə Biləcəri qəsəbəsi, Matadromun şimalqərb hissəsi, “Şəms Restoranı”, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi 124, “FHN Hospital” və Biləcəri qəsəbəsi, Sumqayıt şosesi “Oscar Petrol” adlanan anten dairələrində, 06.01.2020-ci il tarixdə saat 07:07-də Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65, “Biləcəri Plofraktoriya”, 21.01.2020-ci il tarixdə saat 16:56-da X4, 27.01.2020-ci il tarixdə Biləcəri qəsəbəsi, Matadromun şimal-qərb hissəsi, “Şəms Restoranı” adlı anten dairələrinin arasında saat 10:34-də Biləcəri-Rəsulzadə şosesi 15C, həmin tarixdə 10:35-də Biləcəri-Rəsulzadə yolu “Binəqədi taxta sexi”, həmçinin 31.01.2020-ci il tarixdə saat 10:34 və 17:00-da yenidən Biləcəri qəsəbəsi, Matadromun şimal-qərb hissəsi, “Şəms Restoranı” adlı anten dairələrinin arasında Biləcəri-Rəsulzadə yolu “Binəqədi taxta sexi” adlanan anten dairələrində, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ******* mobil telefon nömrəsinin 27.01.2020-ci il tarixdə saat 13:35-dən başlayaraq saat 14:30-dək “Xırdalan şəhəri, H.Əliyev prospekti 17”, 07.02.2020-ci il tarixdə saat 16:42-dən saat 18:41-dək, 11.02.2020-ci il tarixdə saat 19:08dən 22:12-dək, 14.02.2020-ci il tarixdə saat 20:21-dən 21:30-dək “Xırdalan şəhəri Heydər Əliyev prospekti 167” adlı anten dairəsində olması müəyyən edilmişdir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materillarına əlavə olunmuş istintaq "xxxx" QSC-dən daxil olmuş 28.10.2020-ci il tarixli XO-07-13-0479-2020 nömrəli məktuba əlavə olunmuş 17 fevral 2020-ci il tarixli 148K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixli 136 nömrəli əmək müqaviləsi əsasında "xxxx" QSC-nin Mühafizə bölməsinə 7-ci dərəcə mühafizə qrupunun rəisi vəzifəsinə təyin edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 11 oktyabr 2013-cü il tarixli 545 K/Ş nömrəli əmrlə "xxxx" QSCnin Mühafizə bölməsinə mühafizəçi kimi işə qəbul olunub, həmin cəmiyyət üzrə 8 dekabr 2015-ci il tarixli 681 nömrəli əmrlə Mühafizə şöbəsinin 7 saylı komandasının rəisi vəzifəsinə təyin etmişdir. 27 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən Təqsirləndirilən şəxs əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materillarına əlavə olunmuş Azərbaycan Dövlət Neft Şirkətinin 13 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Sadagiul Valievanın istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-MQ nömrəli Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X16” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən də, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Torpaq sahəsi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Binəqədi-Bakı Dş200 magistral neft kəmərinin (1979-cü ildən istismara verilib) 3.9-cu km-də mühafizə zonası daxilində yerləşir. Qeyd olunan torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 29.0 metr təşkil edir. Şahid6 istifadəsində olan torpaq sahəsinin 34 m2 hissəsi SOCAR-ın “Neft kəmərləri” İdarəsinin istismarında olan Şirvan-Bakı Dş500 mm-lik magistral neft kəmərinin 118,67-ci km hissəsində mühafizə zonası daxilində yerləşir. Torpaq sahəsi ilə neft kəməri arasındakı məsafə 43.90 metr təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işlərinin aparılması qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqlarının özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi sürətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Məhkəmədə elan olunub araşdırlmış cinayət işinin materillarına əlavə olunmuş 16 noyabr 2020-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, telefon məlumatlarını özündə əks etdirən 1 ədəd “CD”, həmçinin Şahid1 tərəfindən istintaq orqanına könüllü olaraq təqdim edilmiş Təqsirləndirilən şəxsla aralarında olan səs yazılarının əks olunduğu 1 ədəd “CD” maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi Şahid1 ona Vugar Mamedovun bacısına məxsus Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşməklə Dövlət Neft Şirkətinin balansında olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dam örtüyünü vurulması ilə bağlı icazənin alınması üçün müraciət edib bunun üçün "xxxx"-ın balansında olan torpaq sahələrinə aparılan inşaat işlərinə nəzarəti həyata keçirən Rasim adlı şəxsin 3000 manat məbləğində pul istəməsi, buna görə də Şahid1 ona yalnız bir dəfə 3000 manat pul verməsi, Sadagiul Valıevanın istifadəsində olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid “Binəqədi-Bakı DŞ200” magistral neft kəmərinin mühafizə zolağının ərazisində olmaqla ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin üzərində fərdi yaşayış evinin tikintisinə icazənin alınmasında köməklik göstərilməsi üçün 3000 manatdan əlavə 7000 manat və Şahid5 Bəhrəm qızının yaşadığı, bir hissəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid ərazisində olmaqla ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün tam vurulmasına icazənin alınmasında köməklik göstərilməsi üçün 5000 manat məbləğində pul vəsaitlərini almaması göstərdi. Məhkəmə onun ifadələrinin bu hissəsinin ittihamıf təsdiq edən sübutlarla təkzib olunduğu qənaətinə gəlib bu ifadələri onun özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətələndirir. Çünkü məhkəmədə bunun əksi müəyyən olunmadı. Məhkəmə, yuxarıda araşdırılıb öz təsdiqini tapmış ittihamedici sübutlar əsasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsüf edilməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəlib onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəza növünü müəyyən edərkən onların ittiham olunduqları cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin ittiham olunduqları əməlin törədilmə şəraitini, hallarını, səbəblərini, təqsirləndirilən şəxsin törətdiyi əməlin nəticələrinə münasibətini, şəxslərə dəymiş zərərin ödənilməsini, nəzərə alıb onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini əsaslı sayır. Məhkəmədə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlləri vəzifələrinin və səlahiyyətlərinin icrası ilə əlaqədar olmadan törədikləri sübuta yetirilsə də onun bu cinayətləri Dövlət Neft Şirkətinin vəzifəli şəxsi olarkən törətməsi müəyyən olundu. Onun təqsirli bilindiyi maddələrin sanksiyalarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşqul olma hüquqdan məhrum etmə cəzası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddsində nəzərdə tutlumuşdur ki, törədilmiş cinaytin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə əsas cəza ilə bərabər əlavə cəza qismində müəyyən vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs arasında olan danışıqların əks olunduğu 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 17 noyabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunub barəsində polisin nəzarəti altına verilməsi, onun 10 dekabr 2021-ci il tarixdə həbs olunması müəyyən olundu. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunması qənaətinə gəldiyiyndən onun barəsində həbs qətəimk tədbirinin ləqv edilib və onun məhkəmə zalından dərhal azad olunmasını, onun barəsində qətimkan tədbiri qismində başqa yerə getməmək haqqında iltizam seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsəaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs məhkumluğunun olmaması, qeydiyyatda olduğu yer üzrə verilən xasiyyətnamədə və arayışda müsbət xarakterizə olunmuası müəyyən olundu. Məhkəməyə Şahid1 Mirzəhəsən qızının adından təqdim olunmuş 24 dekabr 2021-ci il tarixli, Şahid5 Bəhrəm qızının adından təqdim olunmuş 27 dekabr 2021-ci il tarixli, Valieva Sadağiul təqdim olunmuş 28 dekabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfiəndən onlara dəymiş ziyan tam ödənilmişdir, onlar Təqsirləndirilən şəxsla barışmışlar, ona qarşı iddia və şikayətləri yoxdur. Məhkəmə, həmin halları Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ona təyin ediləcək cəzanın növünü müəyyən edərkən nəzərə alınmalı halllar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə verilən xasiyyətnamədə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədilməsi hallarını və şəraitini təhlil edərkən onun bu əməlləri başqa şəxslərin hərəkətlərindən istifadə edib törətməsi qənaətinə gəlir. Çünkü məhkəmədə başqa şəxslər özlərinin qanunsuz niyyətlərini müəyyən məbələqdə pul vermək müqabilində həll etmək istədiklərini Təqsirləndirilən şəxs bildirdikdən sonra sonunucunun bundan istifadə edib ittiham olundğu cinayət əməllərini törətməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.2-ci maddəsində nəzərdə tutulan əməlin təkrarən törədilməsini ona təyin ediləcək cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs şəxsiyyətini, onun 10 dekabr 2021-ci il tarixdən hazırkı vaxta qədər həbsdə olmasını, onun cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə şəraitrinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiylarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 5000 (beş min) manat cərimə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiylarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 8000 (səkkiz min) manat cərimə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiylarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 11000 (on bir min) manat cərimə cəzası təyin olunsun. Azəbaycan Respublikası CM-nin 69.4-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixdən hazırki vaxta qədər həbsdə olduğu müddət nəzərə alınmaqla ona təyin olunmuş qəti cəzanın həcmi 2 (iki) il 6 (altı) ay müddətə dövlət orqanlarında rəhbər, nəzarət və təftiş funksiylarını həyata keçirmək səlahiyyətlərinə malik vəzifələr tutmaq hüququndan məhrum edilməklə 9000 (doqquz min) manat cərimə cəzası kimi müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs ləğv edilsin, o, dərhal məhkəmə zalından həbsdən azad edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs arasında olan danışıqların əks olunduğu 1 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən göstərilmiş hüququ yardıma görə 200 (iki yüz) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris Mərkəzinin hesabına ödənilsin. Bu məbləq Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-706/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-706/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver