Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-706/2022 02.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Salmanov Rahib Vaqif oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 və müdafiəçi: Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1969-cu ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Tər-tər rayonunun Borsunlu kəndində qeydiyyatda olub, Bakı şəhəri Suraxanı rayonu, 2-ci mədən küçəsində nömrəsiz fərdi evdə yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən olunmamış «Rəşad» adlı şəxslə qazanc məqsədilə ilə narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün qabaqcadan əlbir olub bir qrup halında Rəşad adlı şəxsin qanunsuz əldə etdiyi narkotik vasitələrin satışını öz üzərinə götürmüş və razılaşmalarına əsasən narkotik vasitənin satışından əldə ediləcək puldan 15 manatı özündə saxlayıb 20 manatı isə «Rəşad» adlı şəxsə vermək şərti ilə 1 oktyabr 2021-ci il tarixdə müəyyən edilməyən yerdə istintaqla müəyyən olunmamış «Rəşad» adlı şəxsdən satış məqsədilə qanunsuz olaraq 7 ədəd kağız xırda bağlamalarda, hər birində ayrı-ayrılıqda təmiz çəkiləri 0,141 qram, 0,148 qram, 0,156 qram, 0,077 qram, 0,105 qram, 0,136 qram, 0,150 qram olan kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ümumilikdə, təmiz çəkisi 0,913 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək «Prima» siqaret qutusuna yerləşdirib üstündə saxlamaqla daşımış, 2 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonu Ramana qəsəbəsində xidmət aparan Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə saxlanılaraq polis şöbəsinə gətirilmiş və orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki donunun döş cibindəki siqaret qutusunun içərisində 7 bükümdə ümumilikdə təmiz çəkisi 0,913 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç yerdə işləmir. Maddi tələbatını ödəmək üçün narkotik vasitələrin satışı ilə məşğul olur. Narkotik vasitələri müxtəlif şəxslərdən alıb satır. 1 oktyabr 2021-ci il tarixdə Suraxanı rayonu ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan «Rəşad» adlı şəxsdən 7 bükümdə narkotik vasitə heroin almışdır. Aralarında olan razılaşmaya görə o, hər bükümü 35 manata satmalı, 20 manatı Rəşada verməli, qalan 15 manatı isə özünə götürməli olmuşdur. Rəşad ona bir nəfərin gəlib heroinin bir bükümünü 35 manata alacağını bildirmişdir. Narkotik vasitəni satmaq üçün Rəşadın dediyi ünvana gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq 12-ci PŞ-nə gətirilmişdir. Şöbədə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki donun döş cibindəki «Prima» siqaret qutusundakı 7 ədəd kağız bağlamalarda olan heroinlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı narkotik vasitə heroini «Rəşad» adlı şəxsdən satmaq üçün götürdüyünü, pulunu sonuncu ilə bölüşəcəyini demişdir. Həmin heroin zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq möhürlənmişdir. Sonda şəxsi axtarış və götürmənin nəticəsi barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 2 oktyabr 2021-ci ildə saat 17 radələrində sahə inspektoru Şahid2lə ərazidə xidmətdə olmuşdur. Həmin vaxt Ramana qəsəbəsində fərdi evlərin qarşısında olarkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığından onların diqqətini cəlb etmişdir. Sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnib ona yaxınlaşmışlar. Svetlana həyəcanlı olmuş, söhbəti tez qurtarıb uzaqlaşmaq istəmişdir. Sonuncunun bu hərəkətləri onların şübhələrini daha da artırmış və Svetlananı 12-ci PŞ-nə dəvət etmişlər. Şöbədə X1 tərəfindən videoçəkiliş aparılmaqla Svetlananın üzərində şəxsi axtarışa başlanılmışdır. Bu zaman Svetlana əynindəki paltarın sol döş cibindən bir ədəd «Prima» siqaret qutusunu çıxardıb təqdim etmiş, içərisində «kakos» kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitəni 1 oktyabr 2021-ci ildə Rəşad adlı şəxsdən satmaq üçün götürdüyünü və əldə olunan pulu Rəşadla böləcəyini bildirmişdir. Siqaret qutusunun içindən 7 ədəd ağ rəngli kağızdan hazırlanmış xırda bağlamalar aşkar edilmiş, bağlamalar açılanda isə içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddənin olması aşkar edilmişdir. Həmin 7 ədəd xırda bağlamalarda olan maddələr zərfə qoyularaq qablaşdırılmış, üzəri imzalanmış və möhürlənmişdir. Sonda şəxsi axtarışın nəticəsini əks etdirən protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə-kimyəvi ekspertizasının 3 oktyabr 2021-ci il tarixli, 6/4357 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş» yazısı olan zərfdə üzərində «Prima» yazılmış siqaret qutusundakı 7 (yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,141 qr, 0,148 qr, 0,156 qr, 0,077 qr, 0,105 qr, 0,136 qr, 0,156 qr, ümumi təmiz çəkisi 0,913 qram qəhvəyi rəngli tozşəklli maddələr kimyəvi komponet tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edən narkotik vasitələr»in siyahısına daxildir (Heroinin ümumi təmiz çəkisi: 0,913 qram, sərf edildi: 0,14 qram, qalıq: 0,773 qram). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 9 dekabr 2021-ci il tarixli, 4983 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 26-27-ci vərəqlərindəki 2 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifi əsasında üzərindəki donun sol döş cibindən bir ədəd «Prima» yazısı olan bir ədəd siqaret qutusu və içərisində yeddi ədəd siqaretin ağ kağızına bükülmüş tünd qəhvəyi rəngli maddəni təqdim etmiş, həmin maddələrin narkotik vasitə hesab edilən «kakos» olduğunu, 1 oktyabr 2021-ci il tarixdə Suraxanı rayonunda Rəşad adlı şəxsdən satmaq məqsədi ilə alıb üzərində gəzdirdiyini bildirmişdir. İşin 46-47-ci vərəqlərindəki 4 oktyabr 2021-ci il tarixli şəxsi axtarış prosesinin videogörüntülərinə baxış keçirilməsi haqında protokoldan görünür ki, videogörüntülər köçürülmüş disk «HP» markalı kompyüterin diskovoduna daxil edildi. Disk açılanda onda İMG-2684 adlı, 2 oktyabr 2021-ci ildə köçürülmüş, ******* KB ölçülü, 00:07:04 dəqiqə davam edən fayl aşkar olundu. Fayl açılanda görüntüyə xidməti otaq və həmin otaqda polis kapitanı rütbəsində onlan şəxs və bir qadının 2 polis zabitinin müşayiəti ilə otağa daxil olmaları gəldi. Otaqda olan polis kapitanı özünü 12-ci PŞ-nin təhqiqatçısı Tapdıq Quliyev kimi təqdim edəndən sonra, otağa daxil olanlara özlərini təqdim etmələrini təklif edir. Polis zabitlərinin təqdim etmələrindən məlum olur ki, otağa 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 daxil olmuş, onların müşayiət etdikləri qadın isə Təqsirləndirilən şəxsdır. Təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün polis əməkdaşları tərəifndən polis şöbəsinə gətirildiyini və tutulduğunu bildirir, şühəli şəxsi hüuqlarını elan edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarışda vəkilin yardımından istifadədən imtina edir. X1 şübhəli şəxs Svetlana Quliyevaya üstündə saxlanılması qanunla qadağan olunmuş predmetləri təqdim etməyi təklif edəndə Təqsirləndirilən şəxs əynindəki donun ön döş cibindən «Prima» siqaret qutusunu masanın üzərinə qoyur. Təhqiqatçı qutunu açdıqda orada 7 ədəd kağızdan xırda bağlamaları aşkar edir və həmin kağız bağlamaları bir-bir açdıqda içərilərində qəhvəyi rəngli, toz halında maddələrin olması aydın olur. X1 şübhəli şəxsdən həmin maddələr barədə soruşanda Təqsirləndirilən şəxs maddələrin heroin olmasını, satış məqsədi ilə Suraxanı rayonunda Rəşad adlı şəxsdən əldə etdiyini bildirir. Təhqiqatçı aşkar olunmuş içərilərində narkotikə oxşar maddələr olan 7 ədəd kağız bükümlər siqaret qutusuna qoyur və siqaret qutusunu zərfə qablaşdırır, zərfi möhürləyir və axtarışda iştirak edən şəxslərə imzalatdırır. Bununla da videogörüntü başa çatır. İşin 72-73-cü vərəqlərindəki maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,931 qram narkotik vasitə heroin və şəxsi axtarış prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk maddi sübut tanınmış, narkotik vasitə heroinin tədqiqata sərf olunduqdan sonra qalan 0,773 qram hissəsi saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmiş, şəxsi axtarış prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk isə cinayət işinə əlavə edilmişdir. İşin 81-82-ci vərəqindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İşin 6-cı vərəqindəki şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, həmin maddə ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 2 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,931 qram narkotik vasitə heroinin tədqiqata sərf olunduqdan sonra qalan 0,773 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 7 ədəd bükümdə ümumi təmiz çəkisi 0,931 qram narkotik vasitə heroinin tədqiqata sərf olunduqdan sonra qalan 0,773 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk isə cinayət işində saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-706/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-706/2022
02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver