Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-707/2021 03.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəmləsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 2 yanvar 1951-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs o, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. belə ki, Təqsirləndirilən şəxs, 18 avqust 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs araq almaq üçün verdiyi 50 manat pulun qalığını qaytarmadığına görə aralarında yaranmış mübahisə zəminində üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə vuraraq sonuncuya xuliqanlıq niyyətilə qəsdən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qara ciyərin zədələnməsi ilə müşayiət olunan qarnının ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Təqsirləndirilən şəxs məhkəmə zamanı özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 18 avqust 2019-cu il tarixdə təxminən saat 20-21 radələrində o, adlarının çəkilməsini istəmədiyi tanışları ilə birlikdə spirtli içki qəbul etmişdir. Həmin tarixdə təxminən saat 23 radələrində ünvan 2 ünvanın qarşısında təxminən 2 il ərzində tanıdığı Zərərçəkmiş şəxs ilə rastlaşanda danışıb bir yerdə yeyib-içməyi razılaşmış, üzərində olan 50 manatlıq əskinasda pulu çıxardıb Həbullaha araq alıb gətirməsi üçün vermişdir. Həbullah da 50 manat pulu götürüb getmiş və bir qədər sonra qayıdıb onun olduğu yerə gəlmiş, orada hasarla əhatələnmiş insanların gediş-gəlişindən uzaq yerə keçmiş, arağı içəndən sonra Həbullahdan araq aldıqdan sonra qalan pulu qaytarmasını istəmişdir. Lakin Həbullah, pulun qalığını itirdiyini bildirib, pulu qaytarmadığı üçün aralarında sözlə mübahisə düşmüş, mübahisə zamanı Həbullah onun ünvanına kobud formada: «Nə isəyirsən, pulu itirmişəm, get işinlə məşğul ol»,- deyərək üstünə gəlmişdir. O, Həbullahın onunla kobud danışmasına əsəbiləşib, həm də onu vurmaq istədiyini fikirləşib əynindəki şalvarın arxa cibində olan özünə məxsus cib bıçağını çıxarıb, bıçaqla bir dəfə Həbullahın qarın nahiyyəsinə vurmuşdur. İçkili olduğu üçün bundan sonra nə baş verməsini dəqiq xatırlamır. Lakin, xatırlayır ki, hadisədən sonra Həbulah oradan getmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmiş, birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə gemiş, şöbədə olan zaman Həbullahı vurduğu və şalvarının arxa sağ cibində saxladığı bıçağı hal şahidlərinin iştirakı ilə təqdim etmiş, bu barədə protokol tərtib edilmiş, o da də protokolun doğruluğunu imzası İlə təsdiq etmişdir,hadisə vaxtı əlində olan bıçağı hadisədən 4-5 ay əvvəl Bakı şəhərində xatırlamadığı mağazaların birindən məişətdə istifadə etmək üçün aldığını, hadisə vaxtı Həbullah tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini, özünün hadisə vaxtı hər hansı xəsarət almadığını, tibbi müayinədən keçmək istəmədiyini, əvvəllər ruhi-əsəb xəstəlikləri keçirmədiyini, ruhi-əsəb xəstəlikləri və ya narkoloji dispanserdə qeydiyyatda olmadığını qeyd etmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Eyvazov Həbuİİah Həbib oğlu ifadə verərək göstərmişdir ki, günəmuzd fəhlə işləməklə ailəsini dolandırmış, 18 avqust 2019-cu il tarixdə təxminən saat 20-21 radələrində o, xatırlamadığı şəxslərlə birlikdə spirtli içki qəbul etmişdir. Həmin tarixdə təxminən saat 23 radələrində ünvan 3 ünvanının qarşısında təxminən 2018-ci ildən tanıdığı, kafelərin birində təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs ilə rastlaşıb görüşmüşdür. Zülfüqarla danışıb bir yerdə yeyib-içməyi razılaşdıqdan sonra Zülfüqar ona 50 manatlıq əskinasla pul verib, içməyə araq alıb gətirməsini xahiş etmişdir. O da 50 manat pulu götürüb getmiş və bir qədər sonra yaxınlıqdakı xatırlamadığı mağazadan bir şüşə araq alıb Zülfüqarın yanına qayıtmış, bundan sonra, həmin ünvanda hasarla əhatələnmiş insanların gediş-gəlişindən uzaq və görünməyən yerə daxil olub aldığı arağı içməyə başlamışlar. Daha sonra Zülfüqar, ona verdiyi puldan qalan pulu qaytarmasını istəmişdir. O, üstünü axtarıb pulun qalığını tapmayanda pulu itirdiyini fikirləşmiş və Zülfıiqara sərxoş olduğundan qalan qalığı hara etdiyini xatırlamadığını, itirdiyini demişdir. Zülfüqar isə təkidlə ondan pulun qalığını qaytarmasını istədiyindən bu zəmində aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Zülfüqar əsəbiləşib hardansa əldə etdiyi bıçaqla bir dəfə onun qarın nahiyyəsinə vurmuşdur. Bundan sonra, o, xəsarət aldığını görüb əlilə qarnını tutmuş və oradan aralanıb xəstəxanaya getməyə taksi axtarmışdır. Yoldan keçən tanımadığı, markasını və dövlət nömrə nişanını bilmədiyi taksi avtomobili ilə Bakı şəhər 5 saylı xəstəxanaya getmiş, orada ona tibbi yardım göstərilmişdir. Tanımadığı taksi sürücüsünə də hadisə barədə danışmamışdır (1-ci cild iş vərəqi 71-73) Məhkəmə zamanı şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə inspektoru polis mayoru Şahid ifadəsində göstərmişdi ki, 19 avqust 2019-cu il tarixdə saat 02:00 radələrində xidmətdə olarkən Bakı şəhər 5 saylı xəstəxanadan 1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahıyyəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş X1 Bakı metropoliteninin «Ulduz» stansiyasının yaxınlığında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşdıqda o, hadisəni törətdiyini etiraf edərək bir qədər əvvəl araq almaq üçün 50 manat pul verdiyi Zərərçəkmiş şəxs qalıq pulunu qaytarmadığına görə aralarında yaranmıqş mübahisə zamanı bıçaqla vurduğunu bildirmiş və əynindəki şalvarın arxa sağ cibindən bir ədəd açılıb-qatlanan bıçaq çıxarıb hadisə vaxtı Zərərçəkmiş şəxs həmin bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İşdə olan Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı Orxan Əliyev tərəfindən tərtib edilmiş 19 avqust 2019-cu il tarixli «təqdim edilmiş əşyanın götürülməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bıçaqla vurduğunu etiraf edib, hadisə vaxtı istifadə etdiyi bir ədəd açılıb-qatlanan bıçağı polis əməkdaşına təqdim etmişdir (1-ci cild iş vərəqi 9). İşdə olan ifadənin yeridə yoxlanılması haqqında 22 avqust 2019-cu il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən, o, hadisə yerini göstərib istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (1-ci cild iş vərəqi 62-66). İşdə olan ifadənin yerində yoxlanması haqqında 04 dekabr 2019-cu il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən, hadisə yerini göstərib istintaqa verdiyi ifadəsini təsdiq etmişdir (1-ci cild iş vərəqi 112-116) İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 30 avqust 2019-cu il tarixli 769 saylı ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarnın ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş - kəsilmiş yarası deşici-kəsici alətin, ola bilsin kİ, bıçağın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkənin xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 18 avqust 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir (1-ci cildi iş vərəqi 91-93). İşdə olan məhkəmə-ballistik ekspertiza üzrə 03 sentyabr 2019-cu il tarixli 22219 saylı eksper rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan təsərrüfat- məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir (1-cild iş vərəqi 77-80). İşdə olan ambultor məhkəmə-psixatrik ekspertiza üzrə 16 sentyabr 2019-cu il tarixli 1774 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild iş vərəqi 94-95). İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş təlabnəmədən görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 1981-ci il tarixdə Kirovabad şəhər Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 208-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, SSRİ Ali Sovetinin rəyasət heyətinin 27 dekabr 1982-ci il tarixli fərmanının 7- ci maddəsnin «B» bəndinə əsasən cəzası azaldılaraq 02 il 05 ay 15 gün azadlıqdan məhrumetmə saxlanılmış, 26 iyul 1983-cü il tarixdə Salyan rayon xalq məhkəməsinin qərarı ilə 02 ay 28 gün vaxtından əvvəl şərti azad olunmuşdur, bundan başqa, Təqsirləndirilən şəxs 14 may 2013-cü il tarixdə Mingəçevir şəhər məhkəməsinin hökmünə əsasən Azərbaycan respublikası CM-in 263,1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İşdə olan şübhəli şəxsin tutulması haqqında 19 avqust 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur (1-cü cild iş vərəqi 37). İşdə olan 21 avqust 2019-cu il tarixli qərardan görünür ki, 21 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 58). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəcində nəzərdə tutulmuş yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların olmaması və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən, yəni Rafiq Cəfərovun törətdiyi əməli nəzərdə tutan Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi olan 11 il müddətə azadlıqdan məhərum etmə cəzasının dörddə üçündən - 7 yeddi il 6 (altı) aydan artıq ola bilməz. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə: - hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir; - cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır; - cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın tövsiyyəsinə əsasən məhkəmələr işin konkret hallarını nəzərə alaraq daha yüngül cəza təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. «Məhkəmə Hökmü Haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə əsas görmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 19 avqust 2019-cu il tarixdən 21 avqust 2019-cu il tarixədək tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinn tələbləri nəzərə alınmaqla) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 19 avqust 2019-cu il tarixdən 21 avqust 2019-cu il tarixədək tutulduğu 2 gün azadlıqdan məhrum etmə cəzasına günə gün hesabı ilə hesablanmaqla cəza çəkməsinin başlanğıcının 03 sentyabr 2021-ci il tarixdən hesablanmasını və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd açılıb-qatlanan bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il tarixdən 21 avqust 2019-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 3 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs olunsun, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş bir ədəd açılıb-qatlanan bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcləri və mülki iddia yoxdur. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Eldar Mikayılov
Məhkəmə qərarları › İş №1(101)-707/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-707/2021
03.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver