Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-707/2022 01.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 03 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti naməlum şəxslə əlaqə yaradıb birlikdə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub qanunsuz gəlir əldə etmək barədə razılığa gələrək cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarındakı razılaşmaya əsasən dəyərini satdıqdan sonra ödəmək şərti ilə naməlum vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 675 qram narkotik vasitə qurudulmuş marixuananı, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,867 qram psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,560 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 avqust 2021-ci il tarixdə, saat 17 radələrində Sabunçu RPİ-nin 42-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci PB-nə aparılmış, bölmədə onun üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli şalvarın sağ ön cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kustar üsulla hazırlanmış 0,867 qram psixotrop maddə metamfetamin, bir ədəd gümüşü rəngli kağıza bükülmüş 0,560 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sol əlində saxladığı qara rəngli sellofan bağlamanın içərisindən 675 qram çətənə bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd arxasında “500g/0,1g” yazısı olan üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Buzovna qəsəbəsində, Dəniz küçəsində yaşamışdır. Narkotik vasitə marixuanadan gün ərzində bir-iki dəfə istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. Polislər tərəfindən saxlanıldığı gün Azərbaycan Qadını küçəsində dayanmışdır. Nömrəsini bilmədiyi «Mercedes» markalı bir maşın gəlib saxlamış və içərisindən 4 nəfər mülki geyimli şəxslər düşərək onu maşına basıb bölməyə aparmışlar. Bölmədə üzəri axtarılmış, lakin narkotik aşkar edilməmişdir. Bundan sonra ona «sənin üstünə narkotik qoyacağıq, lakin sonra səni çıxartmağa kömək edəcəyik» demişlər. Ona müalicəyə ehtiyacının olduğunu yazmayacaqlarını demiş, o isə istifadəçi olduğunu, istifadəçi kimi yazmalarını istəmişdir. İstintaq zamanı vəkil istədiyiniə görə ona işgəncə verilmiş, lakin vəkil təyin olunmamışdır. İstintaq zamanı ona ayağından asmaqla, qulağını tapdalamaqla və sair üsullarla işgəncələr verilmişdir. O, bütün bunları saksiyada olarkən hakimə də demişdir. Ümumiyyətlə polislər tərəfindən saxlanıldığı gün onda narkotik olmamış, baxılan iş üzrə narkotikin və tərəzinin ona aidiyyəti olmamışdır. İstintaq zamanı ona gedib bir il yatacağını, bu müddətdə sağalacağını demişlər, o da məcbur olub imza etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini qeyd edib göstərmişdir ki, 01.08.2021-ci il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında məlumatının olmadığı şəxsdən şəxsi istifadəsi üçün nisyə olaraq bir büküm narkotik vasitə heroin, iki büküm psixotrop maddə metamfetamin və bir ədəd sellofanda narkotik vasitə qurudulmuş marixuana almışdır. Aldıqdan sonra bir büküm psixotrop maddə metamfetamini istifadə etmiş və digər narkotik vasitə və psixotrop maddənin qalan hissəsini isə istifadə etmək üçün mütəmadi olaraq üzərində saxlamışdır. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, 03.08.2021-ci il tarixdə, saat 17 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində olarkən 4 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və onu 42-ci PB-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Sabunçu RPİ-nin 42-ci PB-nə getmişdir. Bundan sonra ona narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşınmasında şübhəli olduğu bildirilmiş və buna görə də, o, şübhəli şəxs qismində tutulmuşdur. Tutulduqdan sonra hüquq və vəzifələri izah edilmiş və ona üzərində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə, vəkilin iştirakı ilə keçiriləcəyi bildirilmişdir. O, üzərində şəxsi axtarış keçirilərkən vəkilin iştirakına ehtiyac olmadığını bildirmiş və bu barədə ərizə yazmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində olan əşyaları özünün təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, göy rəngli şalvarın sağ ön cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroini, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamini və sağ əlində tutduğu içərisində narkotik vasitə qurudulmuş marixuana, həmçinin 01 ədəd elektron tərəzi olan sellofanı təqdim etmişdir. Təhqiqatçı həmin maddələrin nə olduğunu soruşduqda, o, qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, kristal şəkilli maddənin psixotrop maddə metamfetamin və yaşıl rəngli ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş maddələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, aşkar olunan narkotik vasitələri əldə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Aşkar olunan narkotik vasitələri narkotik vasitələrə olan tələbatına görə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir fiziki və ya psixi təsir göstərilməmiş, həmçinin zor tətbiq edilməmişdir. O, heç kimə narkotik vasitə satmamış, pay verməmiş və kiminləsə birlikdə istifadə etməmişdir. Narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Ona görə də, özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilməmiş və ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilməsini istəmişdir (iş vərəqə: səh. 180-182). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, “Rasim” adlı şəxsin qanunsuz olaraq üzərində qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələri əldə etməsi, saxlaması, satışı və qəbulu ilə məşğul olması barədə Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və «Rasim» adlı şəxsi cinayət başında ifşa etmək məqsədi ilə 03 avqust 2021-ci il tarixdə ondan, Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Əlahiddə ÇPA-nın 8-ci PB-nin polis nəfəri, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Sonra keçirilmiş tədbirlər nəticəsində 03.08.2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində zahiri əlamətləri «Rasim» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, Rasim adlı şəxsi 42-ci Polis Bölməsinə dəvət etmişlər. Rasim onlarla razılaşaraq 42-ci Polis Bölməsinə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığından hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və üzərinə vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bölmənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçinin iştirakına ehtiyac duymadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra, videoçəkilişlə şəxsin üzərinə şəxsi axtarış keçirilməsinə başlanılmışdır. Videoçəkiliş zamanı onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bölməyə gətirilməsinin səbəbi izah edilərək hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunarkən yenidən videoçəkilişlə və vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçiriləcəyinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Təhqiqatçı şəxsin üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan göy rəngli şalvarın sağ ön cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş qəhvəyi rəngli maddəni, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş kristalşəkilli maddəni və sağ əlində tutduğu, içərisində yaşıl rəngli ot kütləsi və 01 ədəd elektron tərəzi olan sellofanı təqdim etmişdir. Təhqiqatçı həmin maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, kristal şəkilli maddənin psixotrop maddə metamfetamin və yaşıl rəngli ot kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 01.08.2021-ci il tarixdə satış məqsədilə Bakıxanov qəsəbəsində üzdən tanıdığı şəxsdən nisyə olaraq aldığını, narkotik vasitəni satdıqdan sonra həmin şəxsə pul verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək ekspertizaya göndərilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, Sabunçu RPİ-nin 42-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Əlahiddə ÇPA-nın 8-ci PB-nin polis nəfəri, polis serjantı Şahid4 Şahid1 ilə oxşar məzmunda ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Sabunçu RPİ-nin 42-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olan biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın ön cibindən 2 (iki) bükümü təqdim etmiş, bükümlərdə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs sol əlində olan sellofanı təqüdim etmiş, həmin sellofanın içərisində olan yaşıl rəngli ot kütləsinin narkotik maddə marixuana olduğunu, həmçinin sellofanda tərəzi olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şalvarının ön sağ cibindən 1 Azn pul aşkar olunmuşdur. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin marixuananı 01 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakıxanov qəsəbəsində üzdən tanıdığı, lakin adını, soyadını və harada yaşamasını bilmədiyi şəxsdən nisyə olaraq satmaq üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd kristalşəkilli maddə və yaşıl rəngdə olan kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan iki ədəd ayrı-ayrılıqda kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 Azn pul cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından sahibinə qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut ǝhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, imzalarla təsdiq edilmişdir. (iş vərəqə: 28-29). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 03 avqust 2021-ci il tarixli protokolun məzmunu ilə eynidir, ziddiyyətlər müəyyən edilməmişdir (iş vərəqə: 147). Bundan başqa, məhkəmə baxışı zamanı nümayiş edilməklə tədqiq olunan, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməyə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə yerləşdirilmiş videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib edilmiş 03 avqust 2021-ci il tarixli protokolun və eyni şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd “CD” formatlı diskə baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokolun məzmununa uyğundur və hər hansı prosesual pozuntuya yol verilməmişdir (iş vərəqə: 148). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-bioloji ekspertizanın 04 avqust 2021-ci il tarixli, 7/741 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” yazıları və imzalar olan qara rəngli sellofan bağlamadakı 01 (bir) ədəd ağ rəngli sintetik bağlamada təmiz çəkisi 675 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (iş vərəqə 33-36). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-kimyəvi ekspertizanın 04 avqust 2021-ci il tarixli, 6/3291 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazısı olan kağız zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,560 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,867 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd arxasında “500g/0,1g” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmamışdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısına daxildirlər (iş vərəqə 33-36). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizanın 24 noyabr 2021-ci il tarixli, 4653 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 137-138). Məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 42-ci PB-nin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 03 avqust 2021-ci il tarixli qərarı Bakı şəhər Sabunçu rayon Məhkəməsi tərəfindən məhkəmə nəzarəti qaydasında araşdırılmış və bu zaman qanun pozuntusuna yol verilmədiyi müəyyənləşdirilmişdir (iş vərəqə: səh. 49-50). Baxılan cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunub götürülən narkotik vasitələrin mənbəyi müəyyənləşdirilmədiyindən onun barəsində istintaq olunmuş cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ayrıca icraatda ********* saylı başqa bir cinayət işi ayrılmışdır (iş vərəqə: səh. 164-165). Məhkəmə istintaqı zamanı tədqiq olunan, «Maddi sübut kimi tanıma haqqında» 21 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 675 qram qurudulmuş marixuana narkotik vasitəsi, 0,560 qram heroin narkotik vasitəsi və 0,867 qram metamfetamin psixotrop maddəsi, o cümlədən bir ədəd arxasında “500g/0,1g” yazısı olan, gümüşü rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 674,8 qram qurudulmuş marixuana narkotik vasitəsi, 0,510 qram heroin narkotik vasitəsi və 0,817 qram metamfetamin psixotrop maddəsi və bir ədəd arxasında “500g/0,1g” yazısı olan, gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (iş vərəqə: 80-81). Məhkəmə istintaqı zamanı tədqiq olunan, ibtidai istintaq orqanının 18 yanvar 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə 03 avqust 2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 155-162). Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «qurudulmuş marixuana» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram, «heroin» narkotik vasitəsinin və «metamfetamin» psixotrop maddəsinin hər birinin ayrılıqda şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisi 675 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş külli miqdar hədlərində olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qurudulmuş marixuana narkotik vasitəsinin təmiz çəkisinin 675 qram olmaqla külli miqdar təşkil etməsi, heroin narkotik vasitəsinin təmiz çəkisinin 0,560 qram, metamfetamin psixotrop maddəsinin təmiz çəkisinin isə 0,867 qram təşkil etməklə onların müxtəlif növlərdə olması və təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparılması prosesində təqsirləndirilən şəxsin ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən özünün istifadəsi ilə yanaşı, həm də satışı ilə məşğul olması barədə səmimi etirafları, təqsirləndirilən şəxsdən üzərində narkotik vasitə herionin və metamfetamin psixotrop maddəsinin izləri olan tərəzinin aşkar edilmiş olması, əməliyyat orqanının bu barədə məlumatları və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin həm qurudulmuş marixuana narkotik vasitəsini, həm heroin narkotik vasitəsini və həm də metamfetamin psixotrop maddəsini satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclaslarında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs şəklində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsini, şəxsi istehlak miqdarından artıq miqdarda heroin narkotik vasitəsini və metamfetamin psixotrop maddəsini əldə edib saxlaması və daşıması, yəni Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi məhkəmə baxışı nəticəsində təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır və ona görə də Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif olunmalı və o, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum, 15 iyun 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad edilmişdir (iş vərəqə: 106-108). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmiş və Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmü üzrə məhkum olunduğu əməl təsnifatına görə az ağır cinayətlər (Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi) kateqoriyasına aiddir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 02 oktyabr 2014-cü il tarixli hökmü üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkməkdən 15 iyun 2016-cı il tarixdə azad olunduğunu, Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddəsinə əsasən yuxarıda qeyd edilən hökm üzrə məhkumluğunun 15 iyun 2018-ci tarixdə ödənildiyini və hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsinin 03 avqust 2021-ci il tarixdə, yəni məhkumluğu ödənildikdən təqribən 3 il 02 ay sonra törədildiyini nəzərə alıb, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Həmçinin Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyatsorğu arayışından və müvafiq məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmiş, dövlət ittihamçısı ittihamdan imtina etmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 1(008)- 409/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarına əsasən dövlət ittihamçısının ittihamdan imtinası təmin edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə olan cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir (iş materialları). Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2012-ci və 2015-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iş üzrə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 4653 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 avqust 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 05 avqust 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 03 avqust 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 674,8 qram qurudulmuş marixuana, 0,510 qram heroin, 0,817 qram metamfetamin və bir ədəd arxasında “500g/0,1g” yazısı olan, gümüşü rəngli elektron tərəzi məhv edilməli; - 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 674,8 qram qurudulmuş marixuana, 0,510 qram heroin, 0,817 qram metamfetamin və bir ədəd arxasında “500g/0,1g” yazısı olan, gümüşü rəngli elektron tərəzi məhv edilsin; - 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 192,82 (bir yüz doxsan iki manat 82 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-707/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-707/2022
01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver