Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-707/2024 14.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi qaydada əməklə məşğul olmuş, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi, dalan 2, ev 5-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 14 fevral 2024-cü il tarixdə, saat 12:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd ağ rəngli polimer torbaya bükülmüş içərisində 1 (bir) ədəd bağlamada təmiz çəkisi 860 qram və 1 (bir) ədəd torbada təmiz çəkisi 44,782 qram olmaqla, külli miqdarda - ümumi təmiz çəkisi 904,782 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd ağ rəngli polimer torbaya bükülmüş 1 (bir) ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomatı, 29 ədəd 7,62x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı silahın ştat patronunu və zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 (bir) ədəd darağı əldə edib üzərində saxlamış, Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Cinayət-axtarışı üzrə şöbəsinin və Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 18 aprel 2023-cü il tarixdə, saat 22:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılıb ünvan 3əşən Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı sol əlində saxladığı 1 (bir) ədəd ağ rəngli polimer torbanın içərisindən 1 (bir) ədəd bağlamada təmiz çəkisi 860 qram qəhvəyi rəngli, tozşəkilli maddə və 1 (bir) ədəd torbada təmiz çəkisi 44,782 qram qəhvəyi rəngli, tozşəkilli maddə olmaqla, külli miqdarda - ümumi təmiz çəkisi 904,782 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 (bir) ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomat, 29 ədəd 7,62x39 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı silahın ştat patronu və zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 (bir) ədəd daraq aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 6 aprel 2023-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış, sonuncu iki gün sonra “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayaraq ondan nə istədiyini soruşmuşdur. O, şəxsi istifadə məqsədilə bir qram metamfetamin istədiyini demiş, lakin sonuncu bir qram üçün sifariş götürə bilməyəcəyini bildirmişdir. İki gün sonra iranlı onunla yenidən əlaqə yaradaraq 10 qram metamfetamin göndərə biləcəyini, habelə ondan bunun üçün pul almayacağını bildirmişdir. O bu təklifi qəbul etməzsə, iranlının narkotik vasitə göndərməyəcəyini, habelə sifarişi qəbul etdikdən sonra göndərilən narkotik vasitənin üzərindən bir qram götürüb qalanını atacağını düşünərək onunla razılaşmışdır. Belə ki, iranlı narkotik vasitəni qoyduğu yerin şəklini ox işarəsi ilə qeyd edib göndərməklə ünvanı ona bildirmişdir. Həmin şəxs ona “Əhmədli” metrostansiyasının yaxınlığında narkotik vasitənin qoyulduğu yerin şəklini atdıqdan sonra o həmin ünvana getmişdir. Ünvana çatdıqda iranlıdan narkotik vasitənin dəqiq yerini soruşmuş, sonuncu da narkotik vasitənin kiçik paketdə olduğunu bildirmişdir. Birinci dəfə paketi tapa bilmədiyindən iranlıya mesaj yazmışdır. Sonuncu da narkotik vasitənin ağ zibil sellofanın içərisində olmasını demişdir. Geri qayıdıb ağ sellofanı götürmək istəyəndə polis əməkdaşları tərəfindən tutulmuş və 34cü Polis Şöbəsinə aparılmışdır. Həmin paketə polis şöbəsində baxış keçirilmiş, paketin içərisindən 10 qramdan artıq narkotik vasitə çıxmışdır. O, paketin içərisində ittihamda göstərilən qədər narkotik vasitə olmasını bilməmişdir.
3. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, əvvəllər “nəşə” adlandırılan narkotik vasitədən istifadə etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitələrdən istifadə etməyə tutulmazdan bir il əvvəl başlamışdır. Hadisə baş verərkən sərxoş vəziyyətdə olduğundan metamfetamin qəbul etmək istəmiş, buna görə də iranlı ilə əlaqə saxlamışdır. İranlının ona 10 qram narkotik vasitə hədiyyə etməsi onda hər hansı şübhə yaratmamışdır. O, içərisində narkotik vasitə olan paketi götürmək istəyəndə tutulmuş, paketin içərisində külli miqdarda narkotik vasitə və silah olmasını bilməmişdir. O, dörd nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, ona qarşı həm hadisə yerində, həm də polis idarəsində müvəqqəti saxlama yerində təzyiqlər olmuşdur. Belə ki, polis əməkdaşları silahı kimdən almasını soruşaraq başına yumruqla vurmuş, lakin bədənində fiziki zorakılıqla bağlı xəsarət izləri yaranmamışdır. Onun əvvəllər başqa İran vətəndaşı ilə əlaqəsi olmamışdır. İbtidai istintaq zamanı ona qarşı edilən fiziki təzyiq və təsirlər barədə məlumat verməsə də, istintaq təcridxanasında tibbi müayinədən keçirilərkən bu barədə bildirmişdir. O, tutulmazdan əvvəl fərdi qaydada parfum ticarəti ilə məşğul olmuşdur.
4. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, iranlı ona narkotik vasitənin zibil “klokunun” içərisində olmasını dedikdən sonra narkotik vasitəni götürmək üçün geri qayıtmışdır. Zibil “klokunu” götürüb 2-3 addım getdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Torbanın içərisində silah olmasından məlumatı olmamış, polislər tərəfindən torbaya baxış keçirilərkən orada silah olmasını görmüşdür.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə, təxminən saat 18 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj daxil olmuşdur. Mesajlaşma zamanı qarşı tərəf özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək nömrəsini “İnstagram” sosial şəbəkəsində olan adını demədiyi səhifədən götürdüyünü və əvvəlcədən onunla tanış olduğunu bildirmişdir. Həmin şəxslə bir qədər mesajlaşdıqdan sonra həmin şəxs ona ilk dəfə üçün 10 qram narkotik vasitə və psixotrop maddə istifadəçiləri arasında “patı” adlanan psixotrop maddə olan metamfetamini pulsuz verəcəyini, lakin sonrakı müddətlərdə narkotik vasitə və ya psixotrop maddələri satış üçün nağd pul müqabilində verəcəyini bildirmişdir. Mesajlaşmanın sonunda həmin şəxslə razılaşmışdır. Danışıq zamanı həmin şəxs şəxsiyyəti və özü barədə digər hər hansı bir məlumat verməmişdir. Həmin şəxs ona Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gəlməyini bildirmişdir. 18 aprel 2023-cü il tarixdə, təxminən saat 22 radələrində tək Əhmədli qəsəbəsinə getmişdir. Əhmədli qəsəbəsində olarkən həmin şəxsin istifadəsində olan mobil telefona “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj yazaraq psixotrop maddəni haradan əldə edəcəyini soruşmuşdur. Həmin şəxs isə ona narkotik vasitə və ya psixotrop maddəni yerləşdirdiyi konkret ünvanın məkan koordinatını “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə göndərəcəyini bildirmişdir. Həmin şəxs deyilən ünvana dair məkan koordinatını “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mobil telefonuna göndərmişdir. O da koordinat əsasında həmin ünvana getmişdir. Təkrarən həmin şəxs ilə mesajlaşmış və maddəni hara qoymasını soruşmuşdur. Həmin şəxs də ona maddəni ağ torbaya qoyduğunu bildirmişdir. Həmçinin maddəni qoyduğu yerin fotoşəklini “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mobil telefonuna göndərmişdir. O deyilən yerə yaxınlaşıb yaşayış binasının yaxınlığındakı ağ rəngli torbanı götürmüşdür. Daha sonra bir qədər məsafə qət edib oradan uzaqlaşmaq istədikdə 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı olaraq təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 34-cü Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına hər hansı bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə (bundan sonra mətndə - Xətai RPİ-nin 34-cü PŞ) gəlmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları ona hüquq və vəzifələrini izah edib narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra hüquqlarının müdafiə edilməsi üçün ona müdafiəçi təqdim edilmiş və o da həmin müdafiəçi tərəfindən hüquqlarının müdafiə edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Polis şöbəsində olan otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmetin olub-olmamasını soruşmuşlar. O da sol əlində olan 1 (bir) ədəd ağ rəngli torbanı könüllü olaraq təqdim etmişdir. Həmin ağ rəngli torba açılmış və içərisində 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat, içərisində 29 ədəd güllə olan 1 (bir) ədəd daraq, 1 (bir) ədəd qara rəngli sellofana bükülmüş bağlama və 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kiçik ölçülü bağlamada narkotik vasitə olan heroinə bənzər tünd qəhvəyi rəngli, toz şəkilli kütlələr aşkar edilmişdir. Polis əməkdaşları ondan ağ rəngli torbanın içərisindən müəyyən edilmiş 1 (bir) ədəd “Kalaşnikov” modelli avtomat və üzərində 29 ədəd güllə olan avtomata məxsus 1 (bir) ədəd darağı kimdən, nə vaxt və nə məqsədlə əldə etdiyini, bağlamaların içərisində olan kütlələrin nə olmasım, kimdən, nə vaxt və nə məqsədlə əldə etdiyini soruşduqda o bağlamaların içərisində olan kütlələrin nə olmasını bilmədiyini, avtomat və güllələrdən ümumiyyətlə məlumatsız olduğunu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə apardığı yazışma və ona göndərdiyi məkan koordinatı əsasında 10 qram “patı” adlanan maddə üçün mobil telefonuna göndərdiyi ünvan əsasında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gəldiyini və məkan koordinatı əsasında gəldiyi yerdən 1 (bir) ədəd ağ rəngli torbanı götürüb uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Daha sonra o özünə məxsus göy rəngli “Samsung” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Sonra üzərinə və əynində olan geyim paltarlarına şəxsi axtarış keçirilsə də, hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin qara rəngli sellofana bükülmüş kiçik və böyük həcmli bağlamalardakı kütlələr açılaraq elektron tərəzidə çəkilmişdir. Həmin kütlələr, silah və güllələr özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə ayrı-ayrılıqda zərfə və torbaya qoyularaq qablaşdırılmışdır. Zərfin və torbanın üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol ona və digər iştirakçılara ucadan oxunduqdan sonra protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 45-46; 67-69; 81-83;).
6. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs sonradan məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında sonuncunun iştirakı ilə 3 avqust 2023-cü il tarixdə əlavə olaraq verdiyi ifadəsində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə, təxminən saat 18 radələrində istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə xatırlamadığı xarici mobil nömrədən “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj daxil olmuşdur. Mesajlaşma zamanı qarşı tərəf özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək nömrəsini “İnstagram” sosial şəbəkəsində olan səhifədən götürdüyünü və əvvəlcədən onunla tanış olduğunu bildirmişdir. Həmin şəxslə bir qədər mesajlaşdıqdan sonra ona ilk dəfə üçün bir qram “patı” adlanan psixotrop maddə olan metamfetamini pulsuz verəcəyini, lakin sonrakı müddətlərdə narkotik vasitə və ya psixotrop maddələri nağd pul müqabilində verəcəyini bildirmişdir. Mesajlaşmanın sonunda həmin şəxslə razılaşmışdır. Danışıq zamanı həmin şəxs şəxsiyyəti və özü barədə digər hər hansı bir məlumat verməmişdir. Həmin şəxs ona psixotrop maddə metamfetamini əldə etmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gəlməyini bildirmişdir. 18 aprel 2023-cü il tarixdə, təxminən saat 22 radələrində tək Əhmədli qəsəbəsinə gəlmişdir. Yolda olarkən həmin şəxs mobil telefonuna “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə yenidən mesaj yazaraq artıq onun üçün 10 qram metamfetamin təşkil etdiyini bildirmişdir. O da artıq yola çıxdığından həmin şəxsin məkan koordinatını göndərəcəyi yerə çatdıqda psixotrop maddə metamfetamindən lazım olan qədər götürüb qalanını atmağı düşünmüşdür. Belə ki, həmin şəxsin artıq bir qram metamfetamini də verməkdən imtina edəcəyini düşündüyündən razılaşmışdır. Daha sonra həmin şəxsin mobil telefonuna “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mesaj yazaraq narkotik vasitə və ya psixotrop maddəni haradan əldə edəcəyini soruşmuşdur. Həmin şəxs də “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə ona psixotrop maddəni yerləşdirdiyi konkret ünvanın məkan koordinatını göndərmişdir. O həmin koordinat vasitəsilə ünvana getmişdir. Yolda olarkən həmin şəxs ilə mesajlaşmış və psixotrop maddəni hara qoymasını soruşmuşdur. Həmin şəxs isə ona psixotrop maddəni ağ rəngli torbaya qoyduğunu bildirmişdir. Həmçinin psixotrop maddəni qoyduğu yerin şəklini “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə mobil telefonuna göndərmişdir. O, məkan koordinatı və fotoşəkil vasitəsilə həmin şəxsin dediyi yerdə yerləşən yaşayış binasının yaxınlığındakı ağ rəngli torbaya bükülmüş maddəni götürüb oradan uzaqlaşmaq istədikdə 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib 34-cü PŞ-yə dəvət etmişlər. Xatırlamadığı xarici mobil nömrədən mesajlaşdığı şəxslə arasında 1 ədəd “Kalaşnikov” markalı avtomat və güllənin sifariş edilməsi ilə bağlı hər hansı bir danışıq olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və Xətai RPİ-nin 34-cü PŞ-də aparılan ilkin araşdırma zamanı həyəcanlı olduğundan polis əməkdaşlarına fikrini hazırkı ifadədə olduğu kimi tam aydın ifadə edə bilməmiş, əsl həqiqətdə şəxsi istifadəsi üçün bir qram psixotrop maddə olan metamfetamin götürmək üçün Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsinə gəlmişdir. "xxxx" MMC-dən məhkəmə qərarı ilə götürülmüş məlumatlarla bağlı verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, psixotrop maddə olan metamfetamindən cəmi 4-5 dəfə istifadə etmiş, həmin hallardan biri də çox güman ki ***-***-**-** mobil telefon nömrəsinin sahibindən şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini almaq istədiyi vaxta təsadüf etmişdir. Həmin mesaj mətnlərində də şəxsi istifadəsi üçün metamfetamin almaq istəmişdir. Almış olduğu metamfetamini də şəxsi istifadəsi üçün əldə etmişdir. ***-***-**-** mobil telefon nömrəsinin sahibinin kim olmasını xatırlamır (Cild 1, i.v.175-178).
7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
9. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin (bundan sonra mətndə - NMB) əməliyyat müvəkkili vəzifəsində işləyən, hadisə vaxtı isə Xətai RPİ-nin Cinayət-axtarışı şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili (bundan sonra mətndə - CAŞ) vəzifəsində olmaqla, həmin şöbənin rəis müavini vəzifəsini müvəqqəti icra etmiş, polis baş leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 18 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qadağan olunmuş odlu silah gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən idarə rəhbərliyinə məruzə edilmişdir. İdarə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o və idarənin CAŞ-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və idarənin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Şahid2 və Şahid3 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 18 aprel 2023-cü il tarixdə, saat 22:30 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişlər. Həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 28-30 yaşlarında olan bir nəfər şəxsin yaşayış binalarının arası ilə əlində olan 1 (bir) ədəd ağ rəngli polimer torba ilə piyada hərəkət etməsini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində qadağan olunmuş odlu silah gəzdirməsində şübhəli olduğunu bildirib onu saxlamış və onlarla birlikdə getməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs hər hansı etiraz etmədən onlarla birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmələri ilə bağlı tərəfindən Xətai RPİ-nin 34-cü PŞ-nin rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişi əsasında Təqsirləndirilən şəxs barəsində zəruri istintaq hərəkətlərinin aparılması üçün şöbənin baş təhqiqatçısı, polis mayoru Asiman İmaməliyə təhvil vermişlər. Asiman İmaməli ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Daha sonra ona hüquqlarının dövlət hesabına müdafiə edilməsi üçün vəkil dəvət etmiş və həmin vəkilin iştirakı ilə ona bir daha hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra şöbənin xidməti otaqlarının birində o, Şahid2, Şahid3 və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni və ya dövriyyəsi məhdudlaşdırılmış əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da sol əlində olan 1 (bir) ədəd ağ rəngli polimer torbanı təqdim edib masanın üzərinə qoymuşdur. Həmin torba açıldıqda içərisində yapışqan kağız lentlə bağlanmış 1 (bir) ədəd qara rəngli bağlama müəyyən edilmişdir. Həmin bağlamanın yuxarı hissəsinə yapışqan kağız lentlə bağlanmış 1 (bir) ədəd kiçik ölçülü bağlama aşkar edilmişdir. Qara rəngli bağlama açıldıqda içərisindən karton qutu, karton qutu açıldıqda da içərisində 1 (bir) ədəd ağ rəngli polimer torba müəyyən edilmişdir. Həmin ağ rəngli polimer torba açıldıqda içərisindən 1 (bir) ədəd “Kalaşnikov” modelli avtomat və üzərində 29 ədəd güllə olan avtomata məxsus 1 (bir) ədəd daraq aşkar edilmişdir. Yapışqan kağız lentlə bağlanmış 1 (bir) ədəd kiçik ölçülü bağlama açıldıqda içərisindən 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm və 1 (bir) ədəd qara rəngli sellofan bağlama müəyyən edilmişdir. 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm və 1 (bir) ədəd qara rəngli sellofan bağlama açıldıqda içərisindən tünd qəhvəyi rəngli, toz zalında olan kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd ağ rəngli polimer torbanın içərisindən müəyyən edilmiş 1 (bir) ədəd “Kalaşnikov” modelli avtomat və üzərində 29 ədəd güllə olan avtomata məxsus 1 (bir) ədəd darağı kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini, 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm və 1 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində olan kütlələrin nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o, 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm və 1 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində olan kütlələrin nə olmasını bilmədiyini, avtomat və güllələrdən ümumiyyətlə məlumatsız olmasını, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsilə apardığı yazışma və ona göndərdiyi məkan koordinatı əsasında 10 qram narkotik vasitə və psixotrop maddə istifadəçiləri arasında “patı” adlanan maddə üçün mobil telefonuna göndərdiyi ünvana gəldiyini və həmin ünvandan 1 (bir) ədəd ağ rəngli polimer torbanı götürüb uzaqlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs digər geyim paltarları baş təhqiqatçı Asiman İmaməli tərəfindən yoxlanılmış və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd göy rəngli “Samsung” markalı mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd ağ rəngli polimer torbanın içərisindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm və 1 (bir) ədəd qara rəngli sellofan bağlama birlikdə içərisi boş olan 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 1 (bir) ədəd “Kalaşnikov” modelli avtomat və içərisi boş olan 1 (bir) ədəd daraq birlikdə 1 (bir) ədəd ağ rəngli polimer torbaya qoyularaq qablaşdırılmış, torbanın üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm və 1 (bir) ədəd qara rəngli sellofan bağlamanın içərisində olan kütlələr elektron tərəzidə çəkilən zaman kütlənin çəkisinin 908 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə aparılarkən və üzərində şəxsi axtarış və götürmə keçirilərkən, habelə sonradan ona qarşı hər hansı bir fiziki və ya psixi zor və ya təzyiq göstərilməmişdir.
10. Verilmiş suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid1 ifadəsində əlavə olaraq göstərdi ki, əvvəllər Təqsirləndirilən şəxs barəsində ona hər hansı məlumat daxil olmamış, təqsirləndirilən şəxs saxlanılarkən həmin ünvana az miqdarda narkotik vasitə əldə etmək üçün gəldiyini, odlu silahdan isə xəbəri olmadığını demişdir. Aşkar olunmuş odlu silahın təyinatı, habelə həmin silahın məhz “AKM” markalı silah olması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və qadağan olunmuş odlu silah əldə edərək saxlaması barədə dəqiq əməliyyat məlumatı həmin gün əməliyyat tədbirinin keçirilməsindən qısa müddət əvvəl daxil olmuşdur. Lakin odlu silahın hansı məqsədlə əldə edilməsini, habelə əvvəllər hər hansı cinayətlərdə istifadə olunub-olunmaması barədə əməliyyat məlumatı daxil olmamışdır.
11. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və həmin İdarənin CAŞ-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdikləri ifadələr ilə əsasən eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, 1 (bir) ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu silah hesab edilən “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomatı, 29 ədəd 7,62x39 mm kalibrli, zavod üsulu ilə istehsal olunmuş, döyüş sursatı hesab edilən və atəş üçün yararlı vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı silahların ştat patronunu və zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 (bir) ədəd darağı əldə edərək saxlaması və Xətai RPİ-nin CAŞ və NMB-nin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 aprel 2023-cü il tarixdə, saat 22:30-da ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq ünvan 3əşən Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı həmin predmetlərin aşkar edilməsi faktına görə həmin tarixdə, saat 20:00-da Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1).
14. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərar və bu barədə müvafiq materiallardan görünür ki, Xətai RPİ-nin CAŞ-ın rəis müavini vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Şahid1 tərəfinən xx xxxxxx 1993-cü il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan və Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirzə Əbdülkərim küçəsi, ev 207 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində qadağan olunmuş odlu silah gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xətai RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin İdarənin CAŞ-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v 3-10).
15. “Şübhəli şəxsin tutulması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:20-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Xətai RPİnin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə, saat 22:30-dan, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilmiş, həmin tarixdə, saat 22:40-da 34-cü PŞ-nin inzbibati binasına gətirilmişdir (Cild 1, i.v 18; 20-21;).
16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 18 aprel 2023-cü il tarixdə qəbul edilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında 18 aprel 2023-cü il tarixdə, saat 23:55-dən 19 aprel 2023-cü il, saat 00:39-dək Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən həmin İdarənin CAŞ-ın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2, CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin idarənin, NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, 34-cü PŞ-nin məsul növbətçisi, polis baş leytenantı X5 və müdafiəçi X4 iştirakı ilə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 34-cü PŞnin məsul növbətçisi, polis baş leytenantı X8 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sol əlində saxladığı ağ rəngli torbaya bükülmüş bağlamanı təqdim etmişdir. Həmin ağ rəngli torbaya bükülmüş bağlamada nə olması soruşulduqda o, İran İslam Respublikasının vətəndaşı ilə aralarında olan danışığa əsasən 10 qram “patı” adlanan psixotrop maddə olan metamfetamin olmalı olmasını bildirmişdir. Həmin bağlama açıldıqda qara rəngli sellofana bükülmüş karton qutunun içərisində olmaqla 1 (bir) ədəd üzərində hər hansı nömrə və ya yazı mövcud olmayan “Kalaşnikov” markalı odlu silah və içərisində 29 ədəd güllə olan 1 (bir) ədəd avtomata məxsus daraq, yapışqan lentlə avtomata bağlanmış 1 (bir) ədəd qara rəngli sellofan bağlama müəyyən edilmiş, qara rəngli sellofan bağlama açıldıqda içərisindən açıq qəhvəyi rəngli, toz şəkilli kütlələr olan 1 (bir) ədəd kiçik həcmli şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bağlama və 1 (bir) ədəd qara rəngli sellofan bağlama aşkar edilmiş, həmin bağlamalar birlikdə elektron tərəzidə çəkilən zaman bağlamaların içərisində olan kütlələrin ümumi çəkisinin 908 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik maddələri nə vaxt və haradan alması soruşulduqda o, 18 aprel 2023-cü il tarixdə, təxminən saat 22:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində İran İslam Respublikasının vətəndaşı tərəfindən “Whatsapp” mesajlaşma sistemi vasitəsilə əvvəlcədən göndərilmiş məkanın koordinatı əssında götürdüyünü bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan açıq-boz rəngli cins şalvarın sağ cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd göy rəngli “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Kalaşnikov” markalı avtomat, 1 (bir) ədəd daraq, 29 ədəd güllə, 1 (bir) ədəd qara rəngli sellofan bağlama, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon hər biri ayrı ayrılıqda zərflərə qoyularaq qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İstintaq hərəkəti gecə vaxtı, süni işıqlandırma şəraitində aparılmışdır. İstintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra 19 aprel 2023-cü il tarixdə, saat 00:45-dən saat 01:05-dək bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 1, i.v. 31-36).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 aprel 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddəti 43 dəqiqə 34 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq İ.G.Almazov tərəfindən müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 20 aprel 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 70-71;)
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2312 saylı, 19 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün 152 №”-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 860 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi və 1 (bir) ədəd torbada təmiz çəkisi 44,782 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 904,782 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Heroinin ümumi təmiz çəkisi –904,782 qram; tədqiqata sərf edildi - ümumi 0,3 qram (0,2 qram və 0,1 qram); qalıq - 904,482 qram. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir (Cild 1, i.v. 47-51).
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 23/295R saylı, 19 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nömrəsi silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 29 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 29 ədəd patron avtomatın komplekt hissəsi hesab edilmir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd daraq döyüş sursatı hesab edilmir (Cild 1, i.v. 52-58).
20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v. 72-73).
21. Bakı Şəhəri, Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ona verilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, sonuncu dəfə narkotik vasitə heroindən 1 (bir) il əvvəl bir dəfə istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsində tanış olduğu, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. Həmin şəxs ona yer deyərək həmin narkotik vasitəni həmin ünvandan əldə edəcəyini bildirmiş, o da narkotik vasitəni əldə etmək üçün deyilən ünvana gəlmiş, paketi açan zaman polis əməkdaşları gələrək onu tutmuşlar. Qeyd edilən paket açıldıqda içərisindən silah və külli miqdarda narkotik vasitə heroin çıxmışdır. İttihamda göstərilən silahın ona aidiyyatı yoxdur və onun belə niyyəti olmamışdır. Heç vaxt heç kimə narkotik vasitə satmamış, sadəcə şəxsi istifadəsi üçün əldə etmək istəmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasını xahiş edir.” (Cild 1, 90-95).
22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 27 aprel 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir (Cild 1, i.v. 111).
23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 2 may 2023-cü il tarixli məktubdan görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd 7,62 mm kalibrli nömrəsi silinmiş “AKM” modelli avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri İdarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (Cild 1, i.v. 118).
24. “Maddi sübut kimi tanınma haqqında” 4 may 2023, 8 may 2023 və 15 may 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomat, 1(bir) ədəd daraq və 26 (iyirmi altı) ədəd patron (29 (iyirmi doqquz) ədəd patrondan 3(üç) ədədi eksperimental atəşlər üçün istifadə edilmişdir), 1 (bir) ədəd bağlamada təmiz çəkisi 860 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi və 1 (bir) ədəd torbada, təmiz çəkisi 44,782 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, ümumi təmiz çəkisi 904,782 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi, yəni ümumi təmiz çəkisi 904,482 qram heroin və Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin köçürüldüyü 1 (bir) ədəd “DVD-R” formatındakı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınmışdır (Cild 1, i.v. 119- 120, 122-123; 125-126).
25. Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Məşhur Hüseynovun 19 may 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırıqda qeyd olunan faktla əlaqədar tərəflərindən bir sıra işlər görülmüş, lakin müsbət nəticə əldə olunmamışdır (Cild 1, i.v.127).
26. Bakı şəhəri, Xətai Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X15 tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 257-C-23 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin əməkdaşları tərəfindən fiziki və ya psixi təzyiq və ya zorakılığa məruz qalması araşdırma zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində göstərilmişdir ki, 19 aprel 2023-cü il tarixli “Müvəqqəti saxlama yerində tutulmuş və ya həbs edilmiş şəxslərin tam axtarışı haqqında” protokola və Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçaya əsasən sonuncu müvafiq olaraq müvəqqəti saxlama yerinə qəbul olunarkən bədənində hər hansı xəsarət aşkar olunmamış, bununla bağlı hər hansı şikayəti olmamış, habelə istintaq təcridxanasına gətirilən zaman bədəninin hər hansı nahiyəsində xəsarət aşkar edilməmişdir (Cild 1, i.v.147-148).
27. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji eksperizasının” 13 iyun 2023-cü il tarixli, 3730 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i.v.160-161).
28. “ "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilməsi haqqında” 2 avqust 2023cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru İ.G.Almazov tərəfindən "xxxx" MMC-dən məhkəmə qərarı əsasında əldə edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif mobil telefon nömrələri arasında aparılan danışıqlar və müxtəlif məzmunlu yazışmalara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı abonent sahibinin mesaj bölməsinə 24 mart 2023-cü il tarixdə, saat 22:25-də “Elindekini eritdin?”, 30 mart 2023-cü il tarixdə, saat 14:37-də “0.2 0.3 teskil ele alaq qaqas indi” məzmunlu mesaj mətnlərinin göndərilməsi, həmçinin ***-***- **-** saylı abonent sahibindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin mesaj bölməsinə 26 mart 2023-cü il tarixdə, saat 07:57-də “yatmamisanse. 1 dene 15 diy c var. 10 ver. 5 de günorta 3 ya 4 tamam at karta. Mb yoxumdi. Vzv at qedim vayfaya” məzmunlu mesaj mətninin göndərilməsi müəyyən edilmişdir. Həmin sms-mesajların mətni çap edilərək protokola əlavə edilmişdir. (Cild 1, i.v. 163-164).
29. “Sübutların qiymətləndirilməsi haqqında” 4 avqust 2023-cü il tarixli qərardan və raportdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması və Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi 1 (bir) ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomatı, 29 ədəd 7,62x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı silahın ştat paronunu və zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 (bir) ədəd darağın mənbəyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü qərarın surətinin Xətai RPİ-nin 34-cü PŞ-nə göndərilməsi qərara alınmış, maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomat, 1(bir) ədəd daraq və 26 (iyirmi altı) ədəd patron (29 (iyirmi doqquz) ədəd patrondan 3(üç) ədədi eksperimental atəşlər üçün istifadə edilmişdir), 1 (bir) ədəd bağlamada təmiz çəkisi 860 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi və 1 (bir) ədəd torbada, təmiz çəkisi 44,782 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi, ümumi təmiz çəkisi 904,782 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış hissəsi, yəni ümumi təmiz çəkisi 904,482 qram olan heroin saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v. 182-193;207).
30. “Cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 4 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə əldə etdiyi külli miqdarda narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılaraq müstəntiq İ.G.Almazov tərəfindən icraata qəbul edilərək istintaqı aparılır (Cild 1, i.v. 195-198).
31. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq İ.G.Almazov tərəfindən 10 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 15 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (cild 1, i.v.208-221).
32. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli sorğusuna Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 aprel 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması barədə material Xətai Rayon Məhkəməsinə daxil olmamışdır (Cild 2).
33. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata əsasən Təqsirləndirilən şəxs ailə tərkibi 22 avqust 1975-ci il təvəllüdlü anası X2 ibarətdir (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
34. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
35. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
39. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur
40. CM-in 228.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur.
41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
42. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı ümumi təmiz çəkisi 904,782 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 6031 dəfə, külli miqdarından isə təxminən 452 dəfə çox olması, kimyəvi tərkib elementlərinə görə eyni olan narkotik vasitələrin ayrı-ayrı torba və bağlamada olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış sms-mesaj yazışmaları, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair şahid ifadələri, onun özünün psixostilmulyatorların istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyi halda ondan aşkar edilmiş predmetin külli miqdarda narkotik vasitə heroinin olması və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
43. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmaması, öz şəxsi istifadəsi üçün 10 qram narkotik vasitə əldə etmək niyyətinin olması, aşkar edilmiş külli miqdarda narkotik vasitədən xəbərinin olmaması, habelə odlu avtomat silahdan məlumatının olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır və az ağır cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
44. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
45. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarına əsasən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetlərini qanunsuz saxlama dedikdə onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülür. CM-in 228.1-ci maddəsində qeyd olunan predmetlərin qanunsuz daşıma dedikdə onların yerinin dəyişdirilməsi məqsədilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Nəzərdən keçirilən cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etdiyini, başqasına verdiyini, satdığını, saxladığını, daşıdığını və ya gəzdirdiyini dərk edir və bunu arzu edir.
48. Hökmün 46-cı bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
49. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
51. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
52. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 16-17 və 21-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 26-cı bəndində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən qərarda istinad edilmiş sənədlərə, yəni MSY və BİT-də tibbi müayinə aktlarında göstərilənlərə əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.
53. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
54. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
55. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 54-cü bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 14-cü bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v 3-10)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.
56. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
57. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
58. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
59. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.
60. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
61. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
62. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
63. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
64. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
65. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır (CM-in 234.4.3-cü maddəsi) və az ağır (CM-in 238.1-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir.
66. Qeyd edilənlərə əsasən, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 228.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.
67. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
68. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
69. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
70. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
71. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 31 yaşında olmaqla cavan olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı dövründə davranışını, özünü təqsirli bildiyi əmələ münasibətdə peşmanlıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
72. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
73. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 228.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
74. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
75. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
76. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
77. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
78. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu 18 aprel 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 15 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.20-21; 90-96; 229-233; Cild 2).
79. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 18 aprel 2023cü il tarixdən hesablanmalıdır.
80. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
81. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
82. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş hökmün 18-ci bəndində göstərilmiş ekspert rəyinə əsasən ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 904,482 qram heroin məhv edilməli, hökmün 19-cu bəndində qeyd edilmiş 1 (bir) ədəd “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomat, 1(bir) ədəd daraq və 26 (iyirmi altı) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməli və 1 (bir) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
83. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
84. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
85. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
86. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
87. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
88. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri, Xətai rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 904,482 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 (bir) ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli “Kalaşnikov” konstruksiyalı “AKM” modelli avtomat, 26 (iyirmi altı) ədəd 7,62x39 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı silahın ştat patronu və zavod üsulu ilə istehsal olunmuş 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 1 (bir) ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin və 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə edilməli və üzərinə həbs qoyulmuş əmlak müəyyən edilməmişdir. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.