Məhkəmə qərarları › İş №1(101)-707/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-707/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-707/2025 02.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: Kərimova Mahirə Nəzər qızı və X6 ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, ünvan 1 ünvanda pasport qeydiyyatında olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.1-1-ci maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilmişdir ona görə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda və psixotrop maddəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. İttihama görə Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 34,24 xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 06 aprel 2024-cü il tarixdə saat 15:30 radələrində Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 16:20 dəqiqədən 16:45 dəqiqəyədək olan müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə Yevlax rayon polis şöbəsində keçirilmiş şəxsiaxtarış nəticəsində onun əynindəki şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd sellofan bükümdə təmiz çəkisi 34,24 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Bundan başqa o istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, külli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,231 qram, ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 22 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığında saxlanılmaqla Sumqayıt ŞPİ-nə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 2,231 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Yevlax şəhərində qəbiristanlıqdan qayıdan zaman yolun qırağında bir bükümdə marixuana tapmış və götürərək özü ilə evə gətirmişdir. Marixuananı 2 gün evində saxlamışdır. Daha sonra evdə uşaqları olduğu üçün aparıb evin yaxınlığında olan kanala atmağa qərar vermişdir. Evdən çıxıb gedən zaman yolda Yevlax RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq üzərinə axtarış keçirən zaman narkotik vasitəni aşkar etmişlər və onu şöbəyə aparmışlar. O, bu epizod üzrə özünü təqsirli bilir, yəni narkotik vasitənin üzərində olmasını qəbul edir. Daha sonra onu MSY-də 48 saat saxlayandan sonra ev dustaqlığına buraxmışlar. O bundan sonra 2-3 ay işinin məhkəməyə verilməsi üçün gözləmiş, lakin bir xəbər çıxmamışdır. Daha sonra ailəsini dolandırmaq üçün Bakı şəhərinə gedərək iş tapmaq qərarına gəlmişdir. Düşünmüşdür ki, əvvəlcə Bakı şəhərinə gedərək özünə iş tapsın, daha sonra qayıdıb Bakı şəhərində işləmək üçün müstəntiqdən icazə kağızı alsın. Daha sonra o qohumları ilə birlikdə Bakı şəhərinə gəlmişdir. O, Sumqayıt şəhərində kirayə ev axtarmış, ev tapmadığı üçün Bakı şəhərinə geri qayıtmış və Xırdalan ərazisində yenə ev axtarmağa başlamışdır. Ev axtarmağa qohumları ilə ayrıayrılıqda getmişlər. Daha sonra Yasamal ərazisində qohumları ilə onu 2 maşın polis əməkdaşı saxlayaraq Sumqayıt şəhər Pİ-nin 5-ci PB-nə aparmışlar. Onları aparan zaman maşında oğurluq olduğunu və bu səbəbdən onları saxladıqlarını demişlər. Onları bölməyə aparan kimi ona ya 8 epizod üzrə oğurluğu qəbul etməsini, ya da otaqda stolun üstündə olan bir büküm narkotik vasitənin onun olduğunu qəbul etməyini, etməyəcəyi təqdirdə isə maşınına 01 kq narkotik vasitə atacaqlarını demişlər. Daha sonra ona 2 gün ərzində təzyiqlər və işgəncələr etmişlər. İşgəncələrdən sonra o məcburiyyət qarşısında qalaraq narkotik vasitənin onun olduğunu qəbul etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Sumqayıt şəhər məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman ona polis əməkdaşları hədə etdiklərinə görə narkotik vasitənin onun olduğunu və ona qarşı fiziki təsir olmadığını demişdir. Narkotik vasitənin onun olduğunu və fiziki təsir olmadığını deməməsinin səbəbi, həbs qətimkan tədbiri seçildikdən sonra MSY-yə qayıtmağı olmuşdur. 2012-ci ildə narkotik vasitə qəbul etdiyinə görə tutulmuşdur. Ondan sonra peşman olmuş və narkotik vasitə istifadə etməmişdir. Ona işgəncələr verən polis əməkdaşlarından Bəxtiyar və Etibar adlı şəxsləri xatırlayır, digərlərinin adlarını isə xatırlamır. Həmin şəxsləri ancaq üzdən tanıya bilər. Lakin müstəntiq ona heç bir təzyiq göstərməmişdir. Ona əvvəlcə 5-ci polis bölməsində təzyiqlər göstərilmiş, daha sonra idarədə də ona işgəncələr vermişlər. O, müstəntiqin yanına gedərkən halı özündə olmamış, gözləri qanla dolmuşdur. Müstəntiq ona təzyiq göstərildiyini soruşanda, ona qarşı təzyiq göstərildiyini bildirmişdir. Birinci dəfə barəsində həbs qətimkan seçilən zaman məhkəmədə ona fiziki təsir göstərildiyini deməmişdir. Həbs qətimkan tədbiri seçildikdən sonra 3 saylı İstintaq Təcridxanasına aparılan zaman zədələri olduğu üçün onu qəbul etmək istəməmişlər. O MSY-yə geri qayıtmaq istəmədiyi üçün, təcridxanada onu qəbul etmələri üçün ərizəyə qol çəkmişdir. 3 saylı İstintaq Təcridxanasına qəbul edilən zaman onun xəsarətlərini qeyd etmişlər. Polis əməkdaşı Şahid1 onun saxlanılmasında iştirak etmişdir. Yevlax epizodu üzrə əməlini etiraf edir, həmin epizod üzrə şahidlərin dindirilməsinə ehtiyac olmadığını bildirir. Polis əməkdaşı Şahid2 gördüyünü xatırlamır. O, marixuananın ona məxsus olduğunu qəbul edir, metamfetamin isə ona məxsus deyildir. Onu avtomobilinə də daha çox çəkidə narkotik vasitə atacaqları və oğurluq əməli ilə də ittiham verəcəkləri ilə təhdid etdikləri üçün məcbur olub metamfetaminin də ona məxsus olduğunu qəbul etmişdir. Onu bölmədə döymüşlər və MSY-yə daxil olan zaman onun xəsarətləri olmuşdur. Onu izahat vermək üçün prokurorluğa aparan zaman, onu xəsarətləri olduğunu deməməyi üçün polis əməkdaşları təhdid edirmişlər, təzyiqlərə məruz qaldığı üçün izahat verən zaman xəsarətləri olduğunu deməmişdir. Onun üzünə də xəsarət yetirmişdirlər. O prokurorluqda ifadə verən zaman otaqda prokurorla tək olmuş, onu gətirən konvoy əməkdaşı qapıda dayanmışdır. O 2021-ci ildə məhkum edilmişdir. O 2024cü ilin aprel ayının 20-də saxlanmışdır. O Sumqayıtda saxlanıldıqdan sonra onu qanından analizə aparmışlar. O, videoçəkilişdə narkotik vasitə təsiri altında olmamış, döyüldüyü üçün həmin görüntülərdə halsız vəziyyətdə olmuşdur. Onu döydükləri üçün Sumqayıt epizodu üzrə şəxsi axtarış zamanı çəkilişdə gözünün altında olan iz döyülməyi ilə bağlı olmuşdur. Səhv etmirsə saxlanılan zaman üstündə ***-***-**-** saylı mobil nömrə olmuşdur. Cinayət işində qeyd olunan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Onu 2024cü ilin aprel ayının 20-si və ya 21-i saxlamışlar. O, barəsində həbs qətimkan tədbiri seçilməsi barədə məhkəməyə çıxarılmamışdan 3 gün əvvəl saxlanmışdır. Onu Yasamal rayonunda, narkoloji xəstəxanasının yaxınlığında axşamüstü radələrində saxlamışlar. O dəqiq hansı tarixdə saxlandığını xatırlamır. O, saxlandığı gün Ceyranbatanda olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən şübhəli şəxslərin VAZ-21014 markalı avtomobillə qaçdıqları müəyyənləşdirilmişdir. Şübhəli şəxslərin yeri Alatava ərazisində müəyyənləşdirilmiş və şəxsləri saxlayıb idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis idarəsinə gətirilən zaman şifahi sorğu zamanı üzərində narkotik vasitə olduğunu bildirmişdir. İdarədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs təxminən günorta saatlarında yaxınlaşmışlar. Əməliyyat qrupunda həm idarənin, həm də şöbənin əməkdaşları olmuşdur. Əməliyyat məlumatı idarəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində saxlamışlar. Təqsirləndirilən şəxsla birgə saxlanılan şəxslərin adını xatırlamır. O, Sumqayıt ŞPİ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərindən 01 büküm metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsla birlikdə saxlanılan digər şəxslərin üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir olmamışdır. Murad və yanındakı şəxslər saxlanılan zaman heç bir müqavimət göstərməmişlər. Təqsirləndirilən şəxs və digər şəxslər birlikdə avtomobildə idarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri kimdən aldığını deməsini xatırlamır. Şəxsin üzərinə baxış keçirilən zaman Şahid2 də olmuşdur. Təqsirləndirilən şəxs birbaşa idarəyə aparılmışdır. Təqsirləndirilən şəxs birbaşa Sumqayıt ŞPİ-yə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı təhqiqatçının kim olduğunu xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin sahə rəisi Şahid2 ifadəsində bildirmişdir ki, ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Daha sonra şəxslərin Yasamal rayonunda olduğu müəyyənləşdirilmişdir. Yasamal rayonu ərazisinə gedərək şəxsləri saxlamışlar. Yolda olan zaman nəyə görə oğurluq törətmələrini soruşduqda, şəxs narkotik vasitədən istifadə etdiyini və üzərində narkotik vasitə olmasını səmimi etiraf etmişdir. Daha sonra Sumqayıt ŞPİ-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman narkotik vasitəni könüllü surətdə təqdim etmişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs Şahid1la birlikdə saxlamışlar. Əlavə dəstək üçün əməkdaşlar da olmuşdur. Təqsirləndirilən şəxs saxlayan zaman yanında iki nəfər də olmuş, lakin onların adlarını xatırlamır. Səhv etmirsə Təqsirləndirilən şəxs günortadan sonrakı saatlarda saxlamışlar. Təqsirləndirilən şəxs üstündən çıxan narkotik vasitənin hansı növdə olmasını xatırlamır. O, yalnız Təqsirləndirilən şəxs şəxsi axtarışında iştirak etmiş, digər şəxslərdə iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərindən neçə büküm narkotik vasitə çıxdığını xatırlamır. Səhv etmirsə, Təqsirləndirilən şəxs narkotik vasitələri 20 Yanvar metrostansiyası ərazisində 20 manat müqabilində aldığını demişdir. Səhv etmirsə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa mobil telefon da aşkar edilmişdir. Tərəflərindən şəxsə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışlar, sonuncunun üzərinə narkotik vasitəni onlar qoymamışlar. Təqsirləndirilən şəxs hər hansı oğurluq işi ilə əlaqəsi olmasını xatırlamır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış Sumqayıt ŞPİ-də keçirilmişdir. Şəxsi axtarışda dəqiq kimlərin iştirak etdiyini xatırlamır, ondan başqa Şahid1 da orada olmasını xatırlayır. Təqsirləndirilən şəxs hər hansı fiziki xəsarəti ilə bağlı onlara məlumat verməsini xatırlamır. İdarədə Bəxtiyar və Etibar adlı əməkdaşların olub-olmaması barədə məlumatı yoxdur. Muradı idarəyə aparan zaman avtomobili kimin idarə etdiyini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin KTBnin inspektor-kriminalisti Şahid5 ifadəsində bildirmişdir ki, 2024-cü ilin aprel ayının 22-də Sumqayıt ŞPİ-də xidmətdə olduğu zaman növbətçi ona məlumat verərək bir nəfər şəxsin narkotik vasitələrin daşınması və gəzdirilməsində şübhəli bilinərək 5-ci bölməyə gətirildiyini və onun üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirmişdir. O istifadələrində olan video-kameranı götürüb 5-ci bölməyə getmişdir. Bölmədə təhqiqatçının, müdafiəçinin və əməliyyat tədbirində iştirak etmiş əməkdaşların iştirakı ilə şübhəli şəxsin üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı şübhəli şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa, çıxararaq təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs şalvarının bir cibindən mobil telefon, digər cibindən isə bir bükümdə narkotik vasitə metamfetamin çıxarmışdır. Suallara cavab zamanı Təqsirləndirilən şəxs bükümdə olan narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra həmin gün videogörüntüləri diskə köçürüb təhqiqatçıya təqdim etmişdir. Şahid5 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, səhv etmirsə, Təqsirləndirilən şəxs narkotik vasitəni şalvarının sol cibindən çıxarmışdır. O, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir edilməsinin şahidi olmamışdır. Şəxsi axtarış zamanı o, təhqiqatçı, müdafiəçi və əməliyyat tədbirində iştirak etmiş əməkdaşlar iştirak etmişdir. Şəxsi axtarış zamanı iştirak etmiş əməkdaşlar hər biri videogörüntüdə özlərini təqdim etmişlər, adlarını xatırlamır. Şəxsi axtarış zamanı müdafiəçi Təqsirləndirilən şəxs fiziki və psixi təsirlərə məruz qalması barədə suallar vermiş, Təqsirləndirilən şəxs da müdafiəçiyə belə bir halın yaşanmadığı bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə 06 aprel 2024-cü il tarixdə Yevlax rayon polis şöbəsinin əməliyyat aparatına məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. O Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatları yoxlayaraq onun xx.xx.1983-cü il tarixdə Yevlax rayonunda doğulduğunu, Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev 162-də qeydiyyatda olduğunu müəyyən etmişdir. O daxil olmuş məlumatı həmin gün raportla Yevlax rayon polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilmişdir. Yevlax rayon polis şöbəsinin 06 aprel 2024-cü il tarixli əmri ilə onun, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 və Yevlax rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X10 iştirakları ilə əməliyyat-axtarış qrupu yaradılmışdır. Bundan sonra o Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. O həmin günü günorta saatlarında, saat 15 radələrində polis əməkdaşı Şahid4 ilə birlikdə polis şöbəsindən çıxaraq Təqsirləndirilən şəxs olduğu Yevlax şəhəri Ü.Hacıbəyov küçəsinə getmişlər. Belə ki, Təqsirləndirilən şəxs həmin vaxt Yevlax şəhəri Ü.Hacıbəyov küçəsində olması barədə onun məlumatı olmuşdur. Onlar Ü.Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs görərək ona yaxınlaşmışlar. O Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə Yevlax rayon polis şöbəsinə məlumat daxil olduğunu, onun saxlanılıb üzərinə şəxsi axtarış keçirilməsi üçün tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, üzərinə şəxsi axtarış keçirilməli olduğunu izah etmiş və bundan sonra onu Yevlax rayon polis şöbəsinin inzibati binasına gətirib X26a təhvil vermişlər. O Təqsirləndirilən şəxs gətirilməsi barədə raport yazmışdır. Təqsirləndirilən şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili işləyən X4 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirdiyi üçün vəkil X34 Mahmudova müdafiəçi təyin olunaraq şöbəyə dəvət olunmuşdur. X11, Yevlax rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4 və Yevlax şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmişdir. Şəxsi axtarış və götürmə zamanı Yevlax rayon polis şöbəsinin kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X27 tərəfindən video kamera vasitəsi ilə video çəkiliş aparılmışdır. Həmin şəxsi axtarış və götürmə zamanı X26 tərəfindən Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və onun üzərindən başqa əşya aşkar edilməmiş və götürülməmişdir. Elnur Cəlilov və daha sonra vəkil Zaur Bərxudarov tərəfindən Təqsirləndirilən şəxs sonuncunun təqdim etdiyi 1 ədəd sellofan bükümün içərisində olan kütlənin nə olması soruşulduqda Təqsirləndirilən şəxs həmin sellofan bükümdə olan kütlənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik vasitəni 10 gün öncə Yevlax şəhəri Dəvəçi qəbristanlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Elnur Cəlilov həmin sellofan bükümü açıb içərisinə baxdıqda bükümün içərisində yaşıl rəngli, kəskin qoxulu marixuanaya bənzər kütlənin olması aşkar edilmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə içərisində olduğu sellofanla birlikdə elektron tərəzi vasitəsilə çəkilmişdir. Bundan sonra X26 tərəfindən həmin sellofan bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə maddi sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. Elnur Cəlilov zərfdə qablaşdırdığı maddənin narkotik vasitə olan qurudulmuş marixuana olub-olmadığını müəyyən etmək üçün ekspertizaya təqdim olunacağını bildirmişdir. Təqsirləndirilən şəxs, onun vəkili X12, Şahid4 və o həmin zərfin üzərinə imza çəkmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə başa çatmışdır. Elnur Cəlilov protokol tərtib etmiş və protokolu iştirakçılara oxumuşdur. O protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid2 öz ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs Yevlax şəhərində yaşayan şəxs kimi tanımışdır. Onun Təqsirləndirilən şəxs ilə qohumluğu, ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən, polis şöbəsində olarkən onun və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və təzyiq tətbiq edilməmişdir. (cild 1, iş vərəqə 200-203) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tərəflərin razılığı ilə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, digər Şahid3 ifadəsinə uyğun ifadə verərək deyilənləri təsdiq etmişdir. Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Sumqayıt şəhər Yaşıldərə yaşayış massivi 7-ci məhəllədə yerləşən mənzildə baş vermiş oğurluq hadisəsi ilə bağlı Sumqayıt ŞPİ-nin CAŞ-nin və Sumqayıt ŞPİ-nin 5PB-nin əməkdaşlarının birgə keçirdiyi ƏAT zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs (şəxslərin) müəyyən edilməsi məqsədi ilə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığında şübhəli nəqliyyat vasitəsi VAZ 21014 markalı 9**-LG-*** DQ nişanlı avtomobilin içərisində 4 nəfər şəxs(lər) saat 18:00 radələrində saxlanılmış, Sumqayıt ŞPİ-nə gətirildikdən sonra müəyyən olunmuşdur ki, həmin şəxslər, xx.xx.1978-ci ildə ünvan 3 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş X20, xx.xx.1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Yevlax şəhəri, Ü.Hacıbəyov küçəsi ev 13 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş X5, xx.xx.1990-cı ildə ünvan 4 ünvanda yaşayan, X1, xx.xx.1983-cü ildə ünvan 5 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru polis baş serjantı Şahid1 ile birlikdə saxlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nə gətirilən zaman bildirmişdir ki, narkotik vasitə istifadəçisidir və hal hazırda üzərində narkotik vasitə vardır. (cild 1, iş vərəqə 4) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 18, 20) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli selfana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxıldıqda içərisində ağ rəngli kristal halda olan psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin şüşə olduğunu, Abşeron rayonu, saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını bildirmişdir. Həmin büküm elektron tərəzi ilə çəkilmiş, sellofanla birlikdə çəkisi 2,40 qram olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 24, 26-27) Məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2196 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 242” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. Yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 2,231 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. QEYD: Metamfetaminin təmiz çəkisi - 2,231 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 2,131 qram. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 39-43) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 55-56) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(060)-122/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 76-80) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsrli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 03 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş və cəzanı tam çəkib qurtarmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 il 05 ay 22 gün islah işləri cəzasına məhkum edilmişdir. (cild 1, iş vərəqə 83-85) Azərbaycan Respublikası Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı İƏD üzrə nümayəndəliyinin verdiyi 07 may 2024-cü il tarixli, 979 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatdadır, arvadı (qeyri rəsmi) xx.xx.1985-ci il təvəllüdlü X21, oğlu xx.xx.2002-ci il təvəllüdlü X30 oğlu, xx.xx.2005-ci il təvəllüdlü X39 oğlu, qızı xx.xx.2016-cı il təvəllüdlü X22, xx.xx.2017-ci il təvəllüdlü X16, xx.xx.2018-ci il təvəllüdlü X24, xx.xx.2019-cu il təvəllüdlü X17, xx.xx.2020-ci il təvəllüdlü X23 və xx.xx.2021-ci il təvəllüdlü X14 tərkibdə ailə üzvləri vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 86-87) AA5581877 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2016-cı ildə doğulmuş Nuray adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA5517319 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2017-ci ildə doğulmuş Nəsibə adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA5581875 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2018-ci ildə doğulmuş Səma adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA5581876 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2019-cu ildə doğulmuş Şəbnəm adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA5581874 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2020-ci ildə doğulmuş Zibər adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA5581873 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2021-ci ildə doğulmuş Mətanət adlı uşağın atası Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 90-95) Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 30 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insani rəftara məruz qalması faktı öz təsdiqini tapmadığından material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (cild 1, iş vərəqə 106) Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən mətnlər, fotoşəkil, telefon nömrələri və ya videgörüntülər müəyyən olunmamışdır. (cild 1, iş vərəqə 110) Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı özünü təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir, sonuncu özünü təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanıldığını, Sumqayıt şəhər polis idarəsinə gətirilən zaman üzərində narkotik vasitə olmasını bildirdiyini, bu səbəbdən üzərinə şəxsi axtarş keçirilməsi zərurəti yarandığını bildirir. Sonra isə polis əməkdaşlarına özlərini təqdim etməsini təklif edir, polis əməkdaşları da özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bidirişi və özünün seçdiyi vəkil X18 təqdim edir. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və şalvarının sol yan cibindən içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin “şüşə” olduğunu, həmin maddəni saxlanıldığı gün Abşeron rayonu, saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul verərək aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 2.40 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılır, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə şkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Sonda isə çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 111) Əşyaların maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, çəkisi 2,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd bükümdəki maddə, çəkisi 34,24 qram olan kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 2,131 qram qalığı və narkotik vasitə olan quruldulmuş marixuananın 34,14 qram qalığı saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə 116) Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 05 iyul 2024-cü i tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmişdir. (cild 1, iş vərəqə 118) Cinayət işinin başlanması haqqında 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 120) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 1, iş vərəqə 122) Əməliyyat-axtarış qrupunun yaradılması barədə 06 aprel 2024-cü il tarixli, 3-13- 117/Ə202/24 saylı əmrdən və həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. (cild 1, iş vərəqə 123-124) Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 16:10-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 138-139) Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 06 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd selofan bükümü təqdim etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümüniçində olan kütlənin marixuana adlı narkotik vasitə olmasını, həmin kütləni təxminən 10 gün öncə Yevlax şəhəri Dəvəçi qəbirsanlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bükümü açıb içinə baxdıqda bükümün içərisində yaşıl rəngli, kəskin qoxulu kütlənin olması müəyyən olunmuşdur. Həmin 01 ədəd selofan bükümdə olan marixuanaya bənzər kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin kütlənin çəkisinin 41 qram olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 145-151) Məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2024-cü il tarixli 3-16-16-2-17/353 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2024-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” Yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 34,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. QEYD: Marixuananın təmiz çəkisi 34,24 qram, tədqiqata sərf edildi 0,10 qram, qalıq 34,14 qram. (cild 1, iş vərəqə 156-159) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 171-172) Qətimkan tədbiri seçmək haqqında 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 184-185) Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı özünü təqdim edərək Təqsirləndirilən şəxsun şübhəli şaxs qismində tutulduğunu və onun üzərində videogörüntü ilə şəxsi axtarış aparılacağını bildirir. Sonra isə polis əməkdaşlarına özlərini təqdim etməsini qeyd edir, polis əməkdaşları da özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi və özünün seçdiyi vəkil X7 təqdim edir. Sonra isə Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü eynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin "nəşə" olduğunu, həmin maddəni saxlanılmazdan 10 gün əvvəl Yevlax şəhəri ərazisində olan "Dəvəçi" qəbiristanlığından tapdığını və özü istifadə etdiyi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 41 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Sonra isə çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk cinayət işinə elavə edilmişdir. (cild 1, iş vərəqə 190) “Yevlax Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in verdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Mərkəzi Xəstəxanasının psixo-nevroloji kabinetində dispanser müşahidəsində dayanmır. (cild 1, iş vərəqə 192) Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Sumqayıt şəhər Polis İdarəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ibtidai istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinə göndərilmişdir. (cild 1, iş vərəqə 212- 214) Cinayət əməlinin tövsif edilməsi haqqında 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 219-220) Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edəcək zənglər və SMS mətnləri aşkar olunmamışdır. (cild 1, iş vərəqə 222) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3886 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN və PSİXOSTİMULYATORLARİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 226-227) Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə ərazi aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinə göndərilmışdir. (cild 1, iş vərəqə 232-234) İbtidai istintaq müddətinin uzadılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, 06 ayadək, yəni 23 oktyabr 2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 247- 248) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-776/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (cild 1, iş vərəqə 264- 268) Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 117037/6 saylı məktubdan görünür ki, Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-35/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət büdcəsinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökmdə göstərilən cəzasından çəkməmişdir. (cild 1, iş vərəqə 275) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ-in verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild1, iş vərəqə 278) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir. (cild 1, iş vərəqə 279) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 294-295) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.1-1-ci maddələri ilə elan olunmuş ittiham əsaslı hesab edilərək qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işi başlanılması rədd edilmiş, cinayət işindən Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda, ümumi təmiz çəkisi 2,231 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etdiyi istintaqa məlum olmayan şəxs barədə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sol yan cibindən 2,231 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 34,24 qram narkotik vasitə heroin aşkar edilərək götürülməsi faktını özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 311-325) Cinayət işinin materiallarından ayrıca icraata cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir. (cild 1, iş vərəqə 327-329) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-955/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün, yəni 11 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ittihamı qəbul edərək mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, istintaq dövründə eyni məzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 34,24 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə xx.xx.2024-cü ildə şəxsi axtarış keçirilməsi, eyni zamanda ibtidai istintaq və məhkəmə istintaqında eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 34,24 qram xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs xeyli miqdarda narkotik vasitəni satış məqsədi olmadan qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, daşınması, saxlanması, istehlakı və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmçinin, həmin məlumat əsasında əməliyyat-axtarış qrupunun yaradılması barədə 06 aprel 2024-cü il tarixli, 3-13- 117/Ə202/24 saylı əmrlə və həmin tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan başqa şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında 06 aprel 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında tədqiq edilmiş həmin şəxsi axtarış aparılmasının qeydə alındığı videodan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi zamanı təhqiqatçı özünü təqdim edərək Təqsirləndirilən şəxsun şübhəli şəxs qismində tutulduğunu və onun üzərində videogörüntü ilə şəxsi axtarış aparılacağını bildirir. Sonra isə polis əməkdaşlarına özlərini təqdim etməsini qeyd edir, polis əməkdaşları da özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi və özünü seçdiyi vəkil X7 təqdim edir. Sonra isə Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxardaraq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin "nəşə" olduğunu, həmin maddəni saxlanılmazdan 10 gün əvvəl Yevlax şəhəri ərazisində olan "Dəvəçi" qəbiristanlığından tapdığını və özü istifadə etdiyi üçün üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə elektron tərəziyə qoyulub çəkilir və çəkisinin 41 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılır, möhürlənir və zərfin üzəri imzalanır. Sonra isə çəkiliş dayandırılır. Həmin 01 ədəd DVD formatlı disk cinayət işinə elavə edilmişdir. Həmin şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Həmçinin, məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2024-cü il tarixli 3-16-16-2- 17/353 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2024-cü il tarixdə Yevlax şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.” Yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 ədəd sellofan bükümdə, təmiz çəkisi 34,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni xeyli miqdarda satış məqsədi olmadan əldə etməsinə və əldə etdiyi xeyli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Beləliklə,məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində altı nəfər azyaşlı uşağının olmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, həmçinin, çəkisini, iş üzrə cəzasını yüngülləşdirən halları, iş üzrə cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 22 gün islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin, Yevlax rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 117037/6 saylı məktubdan görünür ki, Ağdaş rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(014)-35/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi dövlət büdcəsinə tutulmaqla 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hökmdə göstərilən cəzasından çəkməmişdir. CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. CM-nin 68.1 və 68.1.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini məsələsini həll edərkən Cinayət Məcəlləsinin 67.1-ci maddəsi üzrə hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 22 aprel 2024-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 05 iyul 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işlərinin bir icraatda birləşdirilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 34,14 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində xx.xx.2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Bundan başqa, məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özüözlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahat və ifadəsini dəyişmiş, bunun səbəbini polis əməkdaşları tərəfindən edilmiş təzyiqlərlə əlaqələndirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona AR CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, polis bölməsində ona fiziki zor tətbiq edildiyini, döyülməsi səbəbindən etirafedici ifadələri imzaladığını, onu bölməyə aparan kimi polis əməkdaşlarının ona ya 8 epizodda oğurluğu qəbul etməsini, ya da otaqda stolun üstündə olan bir büküm narkotik vasitənin onun olduğunu qəbul etməsini, etməyəcəyi təqdirdə isə maşınına 01 kq narkotik vasitə atacaqlarını bildirdiklərini, ona 2 gün ərzində təzyiqlər və işgəncələr edildiyini, işgəncələrdən sonra məcburiyyət qarşısında qalaraq narkotik vasitənin onun olduğunu qəbul etdiyini, Sumqayıt şəhər məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman ona polis əməkdaşlarının hədə etdiklərinə görə məhkəməyə narkotik vasitənin onun olduğunu və fiziki təsir olmadığını dediyini, narkotik vasitənin onun olduğunu və fiziki təsir olmadığını deməməsinin səbəbi kimi həbs qətimkan tədbiri seçildikdən sonra MSY-yə qayıtmalı olduğu, ona əvvəlcə 5-ci polis bölməsində təzyiqlər göstərildiyini, daha sonra Sumqayıt ŞPİ-də ona işgəncələr verildiyini, müstəntiqin yanına gedərkən halı özündə olmadığını, gözlərinin qanla dolduğunu, müstəntiqin ona təzyiq göstərildiyini soruşanda, ona qarşı təzyiq göstərildiyini müstəntiqə bildirdiyini, həbs qətimkan tədbiri seçildikdən sonra 3 saylı İstintaq Təcridxanasına aparılan zaman zədələri olduğu üçün onu təcridxananın qəbul etmək istəmədiyini, MSY-yə geri qayıtmaq istəmədiyi üçün, təcridxanada onu qəbul etmələri üçün ərizəyə qol çəkdiyini, onu avtomobilinə də daha çox çəkidə narkotik vasitə atacaqları və oğurluq əməli ilə də ittiham verəcəkləri ilə təhdid etdikləri üçün məcbur olub metamfetaminin də ona məxsus olduğunu qəbul etdiyini, MSY-yə daxil olan zaman onun xəsarətləri olduğunu, izahat vermək üçün prokurorluğa aparan zaman xəsarətləri olduğunu deməməyi üçün polis əməkdaşları tərəfindən təhdid edildiyini, təzyiqlərə məruz qaldığı üçün izahat verən zaman xəsarətləri olduğunu demədiyini, polislər tərəfindən onun üz nahiyəsinə də xəsarət yetirildiyini, videoçəkilişdə narkotik vasitə təsiri altında olmadığını döyüldüyü üçün görüntülərdə halsız olduğunu, döyüldüyü üçün Sumqayıt epizodu üzrə şəxsi axtarış çəkilişində gözünün altında olan iz döyülməyi ilə bağlı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyi nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlillərini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsin ifadəsində ona qarşı fiziki zor tətbiq edilməsi və döyülməsi ilə bağlı xüsusatın araşdırılması istiqamətində müvafiq tədbirlər görmüşdür: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından əldə edilmiş Təqsirləndirilən şəxs 2995/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq Təcrixanasına gətirilmiş, ilkin tibbi müayinədən keçirilərək adına tibbi kutabça açılmış, o, təcridxanaya daxil olarkən xəsarət aldığını bildirmiş, onun bədəninə baxış zamanı sağ gözaltı, sağ gözün sklerası, sarğı, sol budun arxa səthinin yuxarı ölçüdə birində bənövşəyi rəngli qançır, sağ bilək, sol saidin aşağı üçdə birində, sol bilək, hər iki baldır nahiyələrində sıyrılmış qərtməkli yaralar aşkar edilmiş, sorğu zamanı həbs olunan zaman xəsarət aldığını bildirmişdir. Bundan başqa 3 saylı İstintaq Təcridxanası tərəfindən Sumqayıt Şəhər Prokurorluğuna ünvanlanmış xüsusi məlumatda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, təxminən saat 12:30 radələrində Tibb-sanitar hissəsində müayinə olunan zaman sağ gözaltı, sağ gözün sklerası, sarğı, sol bazunun arxa səthində bənövşəyi rəngli qançır, sağ bilək, sol said nahiyəsində, sol bilək və hər iki baldır nahiyələrində sıyrılmış qərtməkli yaralar aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarətləri həbs olunan zaman almışdır. xx.xx.2024-cü il tarixli aktdan və xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən verilən izahatdan görünür ki, Təqsirləndirilən şəxs axtarış-baxış otağında üzərinə şəxsi əşyalarına baxış keçirilən zaman sağ gözünün aglı qişasında qızartı, sağ göz nahiyəsində bənövşəyi rəngli qançır aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X19” X43 tərəfindən verilmiş 653 nömrəli, 23 aprel 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarət olmuşdur: sağ göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi və həmin gözün ağlı qişasına qansızma Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aidddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 3 saylı İstintaq Təcridxanasına daxil olarkən həbs olunarkən ona xəsarətlər yetirildiyini bildirmiş, onun bədəninə baxış keçirilən zaman onda xəsarətlər (nəzərə alınsa ki, üzü qərtməkli yara həmin yaranın qısa müddət öncə yaranmasına dəlalət edən haldır) aşkar edilmiş, bununla əlaqədar 3 saylı İstintaq Təcridxanasının məlumatı əsasında prokurorluğa müraciət edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış, həmin araşdırma zamanı da məhkəmə tibbi ekspertizasının yuxarıda qeyd olunan rəyinə istinad edilməmiş, halbuki məhkəmə tibbi ekspertizasının müvafiq rəyi 23 aprel 2024-cü il tarixdə, Xidməti araşdırmalar idarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı isə 30 may 2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilən zaman məhkəmə tibbi ekspertizasının müvafiq rəyi mövcud olmasına baxmayaraq qərarda həmin rəyə istinad edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı araşdırma aparılsa da, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması, qəbul edilmiş qərarın məzmunundan da görünür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Polis İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Sumqayıt ŞPİ-nin MSY-də Tibbi Müayinənin keçirilməsi və Tibbi Yardımın göstərilməsinin qeydiyyat kitabında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin müayinə zamanı xəsarət aşkar olunmamışdır. Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qalması aydın görünür. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun Polis Bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Polis bölməsinə gətirilərkən xəsarəti olmayan və qeydə alınmayan şəxsin oradan çıxdıqdan sonra xəsarətlərinin olması və bunun ağlabatan izahının olmaması müdafiə tərəfinin həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi ilə bağlı dəlillərinin təkzibini mümkünsüz edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax: “Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-Vİİİ) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999- V)). Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarındakı mövqeyə əsasən pis rəftar 3cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (bax: “X8rşı” (İreland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudła v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-Xİ) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-İİİ)). Məhkəmə, inter alia, qəsdən, bir-neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (bax: yuxarıda qeyd edilmiş “Kudla” işi, 92-ci bənd). Azadlıqdan məhrum edilən və ya ümumilikdə hüquq mühafizə orqanları əməkdaşlarının nəzarətindəykən şəxsə qarşı onun hərəkətlərindən doğan ciddi zərurət olmadığı təqdirdə fiziki güc tətbiq edilməsi onun ləyaqətini alçaldır və 3-cü maddənin pozuntusuna səbəb olur. Hüquq mühafizə orqanı əməkdaşlarının vis-à-vis şəxsin ləyaqətini alçaldan hər hansı hərəkəti Konvensiyanın 3-cü maddəsinin pozuntusu hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bouyid Belçikaya qarşı” 28 sentyabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qurbanın öz gözündə ləyaqətinin alçaldılması, Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərlidir. Polis idarəsində saxlanılan şəxslər və ya ərizəçilərin də işində olduğu kimi, sadəcə şəxsiyyətin müəyyən edilməsi və ya dindirmə üçün polis idarəsinə aparılan şəxslər və ya daha geniş yanaşsaq, polis və ya oxşar hüquq mühafizə orqanlarının nəzarəti altında olan şəxslər həssas vəziyyətdədirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241- A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)) Məhkəmə iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması xəsarətləri təsdiq edən sübutlarla öz təsdiqini tapmışdır. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri, həmçinin, ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuş və bununla da Konvensiyanın 3cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Məhkəmə göstərilənləri ümumiləşdirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini səmimi və inandırıcı, ibtidai istintaq zamanı verilmiş ifadələrini isə döyülmə və təzyiq nəticəsində imzalanmış ifadələr kimi qiymətləndirir. İbtidai istintaq zamanı verilmiş ifadələr təzyiq və təsir nəticəsində verildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən Respublika Narkoloji Mərkəzinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılmış, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı tərəfindən 19:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 20:40 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu vaxtdan 2 saat 40 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs 18:00-da saxlanılmasına baxmayaraq onun üzərinə 2 saat 40 dəqiqə sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 3 saata yaxın vaxtın keçməsi narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. İbtidai istintaq orqanın sübutların qiymətləndirilməsi barədə müvafiq qərarına əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələrini, şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şəxsi axtarış və götürmə protokolu sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə sübut növü kimi qəbul edilmişdir. Hazırki halda iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmamasına gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İbtidai istintaq orqanının sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 22 aprel 2024-cü il tarixli protokol və həmin şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, protokola əsasən şəxsi axtarış saat 20:40 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 1 saat 10 dəqiqə, faktiki tutulmasından isə 2 saat 40 dəqiqə sonra başlanmış və saat 17:45də bitmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti çəkilişə əsasən cəmi 11 dəqiqə 12 saniyə davam etmişdir. 11 dəqiqə 12 saniyənin isə 5 dəqiqə 10 saniyəsi təhqiqatçı tərəfindən narkotik vasitənin üstünün yazılmasına və zərfin yapışqanlanmasına sərf edilmişdir. Videoçəkilişi kimin aparması yazılı protokolda göstərilsə də, çəkilişin özündən məlum deyil. Həmçinin, qeyd etmək lazımdır ki, şəxsi axtarış protokolunda axtarışın keçirilmə vaxtı 20:40-dan 20-59-dək, yəni 19 dəqiqə göstərilsə də, protokolun mənbəyi olan videoçəkilişdə isə 11 dəqiqə 12 saniyə çəkdiyi müəyyən olunmuşdur. Bundan başqa qeyd edilən şəxsi axtarış keçirilməsinin görüntüsünün qeydə alındığı DVD diskə məhkəmə tərəfindən baxış keçirilən zaman, həm təqsirləndirilən şəxsin məhkəmə istintaqında bildirdiyi üz nahiyəsində olan xəsarət, həm istintaq təcridxanasında qeyd edilmiş xəsarət, həm də məhkəmə tibbi ekspertizasının rəyində göstərilmiş xəsarət həmin videoçəkilişdən vizual olaraq görünür. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar sonuncunun hüququ pozularaq qanunuzidd hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan 22 aprel 2024-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ona güc tətbiq etməklə, habelə qanunla qorunan hüquqları pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CinayətProsessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı ittiham üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan 2,131 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməli, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 110 (bir yüz on) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün islah işləri cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 04 (dörd) ay 13 (on üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın, üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4cü maddəsinə əsasən bəraət verilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 34,14 qram olan qurudulmuş marixuana məhv edilsin, 2,131 qram psixotrop maddə metamfetamin kimə məxsus olması hissəsində araşdırma aparılması üçün Azərbaycan Respublikası DİN-in Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanma otağında saxlanılması nəzərə alınsın, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində şəxsi axtarış və götürmə aparılmaları zamanı qeydə alınmış videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 34,55 (otuz dörd manat əlli beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs, 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar