Məhkəmə qərarları › İş №1(101)-708/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-708/2020

23.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-708/2020 23.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: x5 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1972-ci il tarixdə Bakı şəhrində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, Azərbayacan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, o, əvvəllər törətdiyi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma və saxlama cinayətinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən satış məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq külli miqdarda yəni 2116,062 qram çəkidə qəhvəyimtil-boz rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində daşıyıb ünvan 2 ünvanında yataq otağında çarpayının altında gizlətmiş, gələcəkdə satışını həyata keçirmək üçün narkotik vasitədən 0,714 qram və 0,348 qram çəkilərdə götürüb gümüşü rəngli kağızlara doldurmaqla kiçik bükümlər düzəltmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin günü saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi döngə 1 ünvanının qarşısında şərti alıcı qismində iştirak edən Şahid1 A86746566 seriya və nömrəli 1 ədəd 50 manatlıq pul əskinasının qarşılığında 0,714 qram qəhvəyimtil-boz rəngli töz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmış və dərhal həmin anda Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra üzərindən A86746566 seriya və nömrəli 1 ədəd 50 manatlıq pul əskinası, əynində olan tünd göy rəngli gödəkçənin sol iç cibindən 0,348 qram qəhvəyimtil-boz rəngli töz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, şərti alıcı qismində iştirak edən Şahid1 Təqsirləndirilən şəxs aldığı 0,714 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini polis əməkdaşlarına təqdim edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs icazəsi və iştirakı ilə yaşadığı ünvan 4 2 ev 76 ünvanına baxış keçirilən zaman giriş qapısı ilə üzbəüz otaqda yerləşən çarpayının döşəyi ilə mebel taxtası arasında gizlətdiyi 2 ədəd polietilen torbada ayrı-ayrılıqda çəkiləri 1060 qram və 1055 qram, ümumi çəkisi 2115 qram qəhvəyimtil-boz rəngli töz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən, yəni narkotik vasitə olan heroinin istifadəçisi kimi təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü qismən, yəni narkotik vasitə olan heroinin istifadəçisi kimi təqsirli bilir. O, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, dalan 2, ev 76-da qeydiyyatda olmaqla həmin ünvanda tək yaşamışdır. O, narkotik vasitə heroini istifadə etmiş və əvvəllər bir neçə dəfə buna görə məhkum olunmuşdur. İş üzrə şahid qismində keçən şərti alıcı Şahid1 əvvəldən tanımış, sonuncu ilə birlikdə cəzaçəkmə müssisəsində birlikdə cəza çəkmişlər. Samirlə münasibəti yaxşı olmuş və onlar cəza çəkdikdən sonra bir neçə dəfə görüşmüşlər. xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsi, Şəfai küçəsində olan zaman Samir ona pul vermişdir ki, ərzaq mağazasından ərzaq və spirtli içki alsın, birlikdə oturub yemək yeyib və spirtli içki qəbul etsinlər. O, mağazaya gedib evinə qayıdanda evinin qarşısında bir neçə nəfər şəxs onu saxlayaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin zaman əvvəlcədən tanımadığı şəxsdən şəxsi istehlak üçün aldığı 1 qrama yaxın heron onun üzərində olmuşdur. Polis əməkdaşları həmin narkotik vasitəni onun üzərindən aşkar edərək götürmüşlər və ona demişlər ki, güya o, Samirə narkotik vasitə satmışdır. Sonra polislər onun evinə baxış keçirəcəklərini bildirmişlər, o da evində narkotik vasitə olmadığını demişdir. Sonra polislər hal şahidlərinin iştirakı ilə evinə baxış keçmişlər, evdə yataq otağından özlərinin və ya Samirin qoyduğu bağlamada olan heroini götürmüşlər. Üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olub, lakin evindən aşkar olunan 2 ədəd polietilen torbada ayrı-ayrılıqda çəkiləri 1060 qram və 1055 qram, ümumi çəkisi 2115 qram olan narkotik vasitə heroin ona məxsus olmamışdır. O, hesab edir ki, mağazaya gedəndə Samir və ya polis əməkdaşları həmin narkotik vasitəni onun evinə yerləşdirmişlər. İbtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, dalan 2, ev 76-da qeydiyyatda olmaqla həmin ünvanda tək yaşayır. 1989-cu ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 128 saylı orta məktəbi Azərbaycan dilində bitirmişdir. 1990-1992-ci illərdə həqiqi hərbi xidmət etmişdir. Yaşadığı evin həyətində göyərti əkib-becərib satışı ilə məşğul olmuşdur. 2015-ci il tarixdən narkotik vasitə olan heroini iynə vasitəsi ilə damarına vurur və arada narkotik maddə olan marixuananı isə siqaretə doldurub çəkir. xx xxxxxx 2017-ci ildə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını 14 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. xx xxxxxx 2019-cu il tarixdə azadlığa buraxılmışdır. 2019cu ilin oktyabr ayında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində bağlar massivində tanımadığı şəxsdən narkotik vasitə olan heroini alıb qəbul etməyə başlamışdır. 2019-cu ilin dekabr ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağlar massivində İran İslam Respublikasınm vətəndaşı ilə tanış olmuş və münasibəti yaranmışdır. Həmin şəxsin adını bilmir və ondan narkotik vasitəni qəbul etmək üçün istəmişdir. İran vətəndaşı ona narkotik vasitəni vermiş və istifadə etməsini qayıtdıqdan sonra isə ondan vasitəni götürəcəyini bildirmişdir. İranlı ona Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi bağlar massivində iki böyük bağlama vermiş, istifadə etmək üçün isə təxminən 2 qram vermişdir. Bağlamaları alıb yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, dalan 2, 76 saylı mənzilin yataq otağında çarpayının üzərində olan döşəyin altında olan mebel taxtası ilə döşəyin arasında gizlətmişdir. 2 qram narkotik vasitə olan heroinin bir hissəsini iynə vasitəsi ilə qəbul etmiş və qalanını isə siqaretin gümüşü rəngli kağızına büküb üstündə saxlamışdır. xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Maştağa qəsəbəsi, Şəfai küçəsində Samir adlı şəxslə qarşılaşmışdır. Samirlə salam-sağolu olsa da, onunla yaxın münasibəti yoxdur. Samir ondan narkotik vasitə olan heroin tapa biləcəyini soruşmuş, o da tapa biləcəyini, 1 qramının isə 50 manata yaxın olacağını demişdir. Samir ona razılıq vermiş və demişdir ki, saat 17:00 radələrində onunla görüşəcəkdir. xx xxxxxx 2020-ci ildə saat 16:30 radələrində yaşadığı evdə üzərində olan bükümü açmış Samirə satmaq üçün həmin bükümdən 1 qrama yaxın heroni ayırıb siqaretin gümüşü rəngli kağızına bükmüş, qalan hissənidə siqaretin gümüşü rəngli kağızına bükərək özündə saxlamışdır. Həmin günü saat 16:50 radələrində yaşadığı evin məhəlləsinə çıxmış və Samiri gözləməyə başlamışdır. Təxminən 10-15 dəqiqədən sonra Samir gəlmiş və görüşmüşlər. Qabaqcadan əldə etdikləri razılığa əsasən Samir ona 50 manat pul vermiş, o isə öz növbəsində narkotik vasitə olan heroini ona vermişdir. Samirdən ayrılıb getmək istəyən zaman Bakı şəhər Baş Polis İdarəsinin x1 polis işçiləri özlərini ona təqdim etmişlər. O iki nəfər hal şahidinin iştirakı ilə Samirdən aldığı 50 manat pulu könüllü təqdim etmiş, Samir də ondan aldığı siqaretin gümüşü rəngli kağızından olan bükümü polis işçilərinə vermişdir. Bundan sonra əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini təqdim etmişdir. Ondan və Samirə satdığı Samirdən aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bundan sonra polis işçiləri yaşadığı evindən narkotik vasitənin olub-olmamasını soruşmuş və o, polis işçilərinə öz razılığı əsasında yaşadığı evə baxış keçirməsinə icazə vermiş və yaşadığı evin yataq otağında olan çarpayınm üzərində olan döşəyin altında mebel taxtasının altında gizlətdiyi iki böyük bağlamada olan heroini iki hal şahidinin və Samirin yanında polis işçilərinə təqdim etmişdir. Həmin iki böyük şəffaf rəngli sellofan bağlamanın içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə olan heroin var olmuşdur. Bundan sonra polis işçiləri onun iki hal şahidinin və Samirin yanında iki böyük şəffaf rəngli sellofan bağlamanm zərfə qoyub qablaşdırmış və möhürlə möhürləmişlər. Bundan sonra Bakı şəhər Baş Polis İdarəsinin inzibati binasma gəlmiş, vəkil dəvət olunmuş və keçirilmiş tədbirin nəticəsi olaraq onun, hüquqlarını müdafıə edən vəkilin, iki hal şahidinin və Samirin iştirakı ilə polis işçiləri tərəfindən protokol tərtib olunmuş və imzalarla düzgünlüyü təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ona narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı suallara mahiyyəti üzrə cavab verməmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadənin düzgün olmadığını, həmin ifadəni təyziq altında ona imzalatdırdıqlarını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Maştağa qəsəbə sakini kimi tanımışdır. xx xxxxxx 2020-ci ildə günorta vaxtı Faiqlə Maştağa qəsəbəsi, Şəfai küçəsində qarşılaşmış və onunla söhbət edən zaman Faiq özündə narkotik vasitə olan heroin olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, narkotik vasitənin qiymətini soruşduqda Faiq ona narkotik vasitənin qramını 50 manata satacağını demişdir. O, Faiqlə razılaşıb həmin günü saat 17 radələrində görüşəcəyini demişdir. Sonra o, Bakı şəhər Baş Polis İdarəsinə gedərək ərizə ilə müraciət edib Faiqin ona 50 manata bir qrama yaxın heroin satmaq istədiyini, Faiq kimi cəmiyyəti zəhərləyən insanların ifşa olunmasında polis işçilərinə köməklik üçün şərti alıcı qismində iştirak etməyə hazır olduğunu bildirmişdir. Sonra Baş Polis İdarəsinin x1 əməkdaşları, iki hal şahidinin də iştirakı ilə onun üzərinə baxış keçirilmiş və ona qabaqcadan 50 manatlıq pulun surəti çıxarılaraq verilmişdir. Sonra həmin pulun nömrə seriyası protokola yazılmışdır. O, həmin pulu üzərində saxlamışdır ki, Faiqdən bir qrama yaxın narkotik vasitə heroini alsın. Bundan sonra polislər ona tədbir zamanı hansı hərəkətləri etməsini izah etmişlər. Həmin günü saat 17:00 radələrində əməliyyat qrupunun iştirakçıları ilə birlikdə Bakı şəhəri, Maştağa rayonu, Şəfai küçəsi, 1 saylı döngəyə gələrək polis işçiləri mövqe tutmuşlar. Faiqin məhəllədə dayandığını görüb ona tərəf gedib onunla görüşmüşdür. Faiqə əvvəlcədən surəti çıxarılmış, nömrələri və seriyaları protokola qeyd olunmuş bir ədəd 50 manatlıq əskinası vermiş, Faiq də ona siqaretin gümüşü kağızında bir büküm verərək bir qrama yaxın heroin olduğunu demişdir. Bundan sonra o, polis əməkdaşlarına şərti işarəni vermiş, polis işçiləri iki hal şahidi ilə birlikdə onlara yaxmlaşıb özlərini təqdim etmişlər. Polislər gəlişlərinin məqsədini izah etdikdən sonra Faiq əlində olan bir ədəd 50 manat pulu, o isə Faiqin ona satdığı siqaretin gümüşü kağızında olan heroini polis işçilərinə təqdim etmişlər. Həmin büküm açılmış və içərisində olan qəhvəyi rəngli toz halmda maddə aşkar edilmişdir. Bundan sonra Faiq əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş heroini təqdim etmişdir. Polis işçiləri Faiqin təqdim etdiyi bükümü açmış həmin bükümün içində də qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Həmin bükümlər zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Sonra Faiqin razılığı ilə onun evinə baxış keçirilən zaman evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altmda mebel taxtasınm altında iki böyük bağlamada olan heroin aşkar edilmişdir. Həmin iki böyük şəffaf rəngli sellofan bağlamanın içərisində qəhvəyi rəngli, toz halında maddə aşkar edilmişdir. Həmin maddələr polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Bundan sonra Bakı şəhər Baş Polis İdarəsinə getmişlər və tədbir barədə protokol tərtib edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində bildirmişdir ki, əvvəllər Bakı Şəhər Baş Polis İdarəsinin x1 baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Həmin vəzifədən azad edildikdən sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə işə təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsində “Faiq” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı ona məlumat daxil olmuş və bu barədə rəhbərliyə məlumatın yoxlanılması məqsədi ilə raportla məruzə etmişdir. Sonra o, əməliyyat müvəkkilləri Şahid5, Şahid6 və Şahid7 ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə o, əməliyyat müvəkkilləri Şahid5, Şahid6 və Şahid7 şərti alıcı qismində Şahid1, hal şahidləri qismində dəvət edilmiş Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu təşkil edilməklə bu barədə müvafiq protokol tərtib edilmişdir. Şərti alıcı Şahid1 Faiq adlı şəxsdən narkotik vasitə almaq üçün əvvəlcədən qeydiyyata alınaraq protokola daxil edilmiş A86746566 nömrəli Azərbaycan Respublikasının milli pul vahidi olan 50 manatlıq 1 ədəd pul əskinasını öz şəxsi vəsaiti hesabına vermişdir. Qrup üzvləri xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 1-in yaxınlığına gedərək, əməliyyat mövqelərini tutduqdan sonra şərti alıcı qismində iştirak edən Şahid1 Təqsirləndirilən şəxs pul verərək ondan büküm almasını müşahidə etdikdən sonra əvvəlcədən razılaşdırılmış qaydada şərti işarədən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Faiqə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs Mirzəağ oğlu olduğu müəyyən edilkdən sonra hal şahidlərinin iştirakı ilə şərti alıcı Şahid1 əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edərək əlli manatın müqabilində Təqsirləndirilən şəxs almasını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən siqaretin gümüşü rəngli kağızına bükülmüş formada içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs əlindəki A86746566 nömrəli bir ədəd 50 manatlıq əskinası təqdim edərək həmin pulu Samirə satdığı narkotik vasitə olan heroinin müqabilində aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar maddəni təqdim etmişdir. Şahid1 təqdim etdiyi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüləri tədbir yerində zərflərə qoyularaq qablaşdırılmışdır. Tədbirin davamı olaraq Təqsirləndirilən şəxs razılığı və icazəsi ilə onun yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 2, ev 76 ünvanında yerləşən bir mərtəbəli həyət evinə baxış keçirilərkən mənzilin giriş qapısı ilə üzbəüz yataq otağının girişindən düz istiqamətdə yerləşən çarpayının üzərindəki döşəyin altında olan mebel taxtası ilə çarpayının döşəkçəsinin arasında iki ədəd şəffaf rəngli sellofan torbaların hər birinin içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr qablaşdırılmış, sorğu zamanı Təqsirləndirilən şəxs şərti alıcıya satdığı, üzərindən və evindən aşkar edilmiş içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlələrin narkotik vasitə olan heroin olduğunu Şahid1a satdığı narkotik vasitə olan heroini həmin kütlələrdən ayırıb götürdüyünü bildirmişdir. Qeyd olunan narkotik vasitəyə bənzər toz halında olan spesifik iyə malik kütlələr tərəfimizdən götürülmış və hadisə yerində həmin narkotik vasitələr qablaşdırılmışdır. Təqsirləndirilən şəxs Şahid1 satdığı gümüşü rəngli kağız bükümdə Daiq Dadaşovun üzərindən aşkar edilmiş gümüşü rəngli kağız bükümdə və yaşadığı evindən aşkar edilmiş 2 ədəd şəffaf sellofan torbada olan xüsusi spesifik iyə malik, tozşəkilli qəhvəyimtil-boz rəngli, narkotik vasitəyə bənzər kütlələr hər biri aşkar edildikləri yerdə və zamana uyğun olaraq ayrı-ayrılıqda üzərləri iştirakçı şəxslər və Təqsirləndirilən şəxs tərəfinfən imzalanmaqla qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Şahid1 satdığı, özünün üzərindən və evindən aşkar edilmiş xüsusi spesifik iyə malik, tozşəkilli qəhvəyimtil-boz rəngli, narkotik vasitəyə bənzər kütlələrin “kakos” adlandırdığı, narkotik vasitə olan heroin olduğunu və bir ay əvvəl İran vətəndaşı kimi bildiyi şəxsdən Buzovna qəsəbəsində aldığını bildirmişdir. Həmin tədbir onun tərəfindən video çəkiliş ilə qeydə alınmışdır. Hadisə yerində protokol tərtib edilməsi üçün kifayət qədər texniki imkan olmadığından Təqsirləndirilən şəxs Bakı Şəhər Baş Polis İdarəsinə gətirilmiş və orada müdafiəçi ilə təmin edildikdən sonra qeyd olunan tədbir barədə protokol tərtib edilmişdir. Tədbir zamanı onun şəxsi vəsaiti olan tədbir keçirilməsi üçün şərti alıcıya verdiyi A86746566 nömrəli Azərbaycan Respublikasının milli pul vahidi olan 50 manatlıq 1 ədəd əskinasla bağlı bütün sənədləşdirmə işləri başa çatdıqdan sonra həmin pul vəsaitini götürmüşdür. Çünki qeyd etdiyi pul əskinası qabaqcadan protokola daxil edilmiş, video çəkiliş zamanı həmin pul vəsaitinin seriya və nömrəsi aydın əks edilmiş, tədbir barədə protokola və həmin pul əskinasının surəti təsdiq edildiyindən o, şəxsi vəsaiti olan 50 manatı pulu götürmüşdür. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid6, məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunsmuş şahidlər Şahid5 və Şahid7 da ifadələrində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində bildirmişdir ki, xx xxxxxx 2020ci il tarixdə Bakı şəhəri Sabunçu rayon ərazisində olan zaman Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları özlərini təqdim edərək, ondan Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qanunsuz narkotik vasitələrin dövriyyəsi ilə bağlı tədbir keçiriləcəyi və həmin həmin tədbir zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da razılıq vermiş, həmin gün, yəni xx xxxxxx 2020-ci il tarixdə saat 16 radələrində polis əməkdaşlarının dəvəti ilə Bakı Şəhər Baş Polis İdarəsinə getmişdir. Orada ona və onun kimi dəvət edilmiş digər hal şahidinə hüquq və vəzifələri izah edilmişdir. Tədbir barədə polis əməkdaşları tərəfindən onlara tam məlumat verilmiş, orada olan zaman tanımadığı, sonradan adının Şahid1 olduğunu bildiyi şəxsin əvvəlcədən polisə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsində “Faiq” adlı şəxsin qanunsuz narkotik vasitələrin ticarəti ilə məşğul olmasını bildirməsini bilmişdir. Həmin məlumatın yoxlanılması məqsədi ilə o, digər hal şahidi, Şahid1 və polis əməkdaşlarından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Tədbir keçirilməzdən əvvəl Şahid1 öz razılığı ilə üzərinə baxış keçirilmiş və heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şahid1 “Faiq” adlı şəxsdən qeyd etdiyi narkotik vasitəni alması üçün polis əməkdaşları tərəfindən 50 manat pul verilmiş, ona şərti alıcı qismində iştirakı ilə bağlı bütün hüquq və vəzifələri izah edilmişdir. Bütün bu qeyd edilənlər barədə protokol tərtib edilmiş və tərtib edilmiş və hamı tərəfindən imzalanmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 1-in yaxınlığına gələrək polis əməkdaşlarının yanında göstərdikləri mövqeləri tutduqdan sonra şərti alıcı qismində iştirak edən Şahid1 bir nəfər şəxslə görüşməsini, onun həmin şəxsə pul verməsini və müqabilində ondan büküm almasını müşahidə etdikdən sonra əvvəlcədən razılaşdırılmış qaydada şərti işarədən sonra onlara yaxınlaşmışlar. Sonradan adının Təqsirləndirilən şəxs bildiyi şəxsi polislər saxlamışlar. Həmin zaman şərti alıcı Şahid1 əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim edərək 50 manat pulun müqabilində Təqsirləndirilən şəxs almasını bildirmişdir. Həmin bükümə baxış keçirilərkən siqaretin gümüşü rəngli kağızına bükülmüş formada içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs əlindəki bir ədəd 50 manatlıq əskinası təqdim edərək həmin pulu Samirə satdığı narkotik vasitə olan heroinin pulu olduğunu demişdir. Məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid1 aldığı 50 manat polis əməkdaşlarının Şahid1 narkotik vasitəni alması üçün verdikləri puldur. Sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar maddəni təqdim etmişdir. Şahid1 təqdim etdiyi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüləri tədbir yerində zərflərə qoyularaq qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs razılığı və icazəsi ilə onun yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 2, ev 76 ünvanında yerləşən bir mərtəbəli həyət evinə baxış keçirilərkən mənzilin giriş qapısı ilə üzbəüz yataq otağının girişindən düz istiqamətdə yerləşən çarpayının üzərindəki döşəyin altında olan mebel taxtası ilə çarpayının döşəkçənin arasında iki ədəd şəffaf rəngli sellofan torbaların hər birinin içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuşdur. Aşkar edilmiş kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılmış, sorğu zamanı Təqsirləndirilən şəxs şərti alıcıya satdığı, üzərindən və evindən aşkar edilmiş içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlələrin narkotik vasitə olan heroin olduğunu Şahid1a satdığı narkotik vasitə olan heroini həmin kütlələrdən ayırıb götürdüyünü bildirmişdir. Qeyd olunan narkotik vasitəyə bənzər toz halında olan, spesifik iyə malik kütlələr polis əməkdaşları tərəfindən götürülmüş və hadisə yerində həmin narkotik vasitələr qablaşdırılmışdır. Bundan sonra onlar Bakı Şəhər Baş Polis İdarəsinə getmişlər və orada qeyd etdiyi tədbir barədə protokol tərtib edilmiş və imzalanmışdır. Şahid3 oğlnun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan Şahid1 ərizəsindən görünür ki, o, Faiq adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını və öz razılığı ilə Faiq adlı şəxsin ifşa olunmasında şərti alıcı olaraq razılıq vermişdir. Cinayət işinin materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, həmin gün saat 17.00 radələrində polis əməkdaşları Təqsirləndirilən şəxs kimi məlum olan şəxsi saxlamışlar, ondan siqaretin gümüşü rəngli kağızına bükülmüş formada içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əlindəki A86746566 nömrəli bir ədəd 50 manatlıq əskinası təqdim edərək həmin pulu Samirə satdığı narkotik vasitə olan heroinin müqabilində aldığını bildirmiş, sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar maddəni təqdim etmiş, Şahid1 təqdim etdiyi və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükülüləri tədbir yerində zərflərə qoyularaq qablaşdırılmış, sonra Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şəfai küçəsi, döngə 2, ev 76 ünvanında yerləşən bir mərtəbəli həyət evinə baxış keçirilərkən mənzilin giriş qapısı ilə üzbəüz yataq otağının girişindən düz istiqamətdə yerləşən çarpayının üzərindəki döşəyin altında olan mebel taxtası ilə çarpayının döşəkçəsinin arasında iki ədəd şəffaf rəngli sellofan torbaların hər birinin içərisindən qəhvəyi rəngli toz halında, spesifik iyə malik, narkotik vasitəyə oxşar kütlə aşkar olunmuş və qablaşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 01 ədəd DVD diskdə olan görüntülərdə xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şərti alıcıya narkotik vasitə satması, üzərindən və yaşadığı evindən narkotik vasitələrin aşkar edilməsi öz əksini tapmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 855 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş” yazısı olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmi çəkisi 0, 348 qram qəhvəyimtilboz rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş üzərində “Şərti alıcıya xx.xx.2020-ci il tarixdə vət. Təqsirləndirilən şəxs...satdığı maddə” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,714 qram qəhvəyimtil-boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildə təqdim etdiyi... 2(iki) ədəd bağlamada..” yazısı olan bağlamada 2 (iki) ədəd polietilen torbalarda ayrə-ayrılıqda təmiz çəkiləri 1060 qram və 1055 qraç ümumi təmiz çəkisi 2115 (2 kq 11qr) qəhvəyimtil-boz rəngli tözşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Şərti alıcının təqdim etdiyi və Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən götürülmüş heroinin təmiz çəkisi 2116,062 qram (2 kq 116,062qr) təşkil edir həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Heroinin ümumi təmiz çəkisi 2116,062 qram, sərf edildi: ümumi 0,25 qr, qalıq 2115,812 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərinin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə qərardan məlum olur ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şərti alıcıya narkotik vasitə satması, üzərindən və yaşadığı evindən narkotik vasitələrin aşkar edilməsini əks etdirən 01 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə olunmuş, A86746566 nömrəli Azərbaycan Respublikasının milli pul vahidi olan 50 manatlıq 1 ədəd əskinas maddi sübut hesab edilərək, həmin pul vahidinin polis əməkdaşının şəxsi vəsaiti olduğundan götürülməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən götürülmüş ümumilikdə çəkiləri 2116,062 qram (2 kq 116,062qr) təşkil edən narkotik vasitə heroin maddi sübut hesab edilərək tədqiqatdan sonrakı qalıq yəni, 2115,812 qram çəkidə olan hissəsi Bakı Şəhər Baş x6 Şöbəsinin saxlancına verilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü qismən təqsirli bilməsi, yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasi-tələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı ol-ma-yaraq Azərbaycan Respublika--sının qanunvericiliyi ilə müəyyən edilmiş qay-da-ları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törəğməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə onun əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv sayılır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olduğu üçün və o əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələblərinə əsasən əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əm-lakı müəy-yən edilmədi-yin-dən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şərti alıcıya narkotik vasitə satması, üzərindən və yaşadığı evindən narkotik vasitələrin aşkar edilməsini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmılı, A86746566 nömrəli Azərbaycan Respublikasının milli pul vahidi olan 50 manatlıq 1 ədəd əskinasın polis əməkdaşına qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən götürülmüş və Bakı Şəhər Baş x6 Şöbəsinin saxlancına verilmiş, tədqiqatdan sonrakı qalıqlığı yəni, 2115,812 qram (2 kq 115,812qr) çəkidə olan narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 414 (dörd yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil vəkil bürosunun vəkilli x4 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi olan xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs şərti alıcıya narkotik vasitə satması, üzərindən və yaşadığı evindən narkotik vasitələrin aşkar edilməsini əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, A86746566 nömrəli Azərbaycan Respublikasının milli pul vahidi olan 50 manatlıq 1 ədəd əskinasın polis əməkdaşına qaytarılması nəzərə alınsın, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilindən götürülmüş və Bakı Şəhər Baş x6 Şöbəsinin saxlancına verilmiş, tədqiqatdan sonrakı qalıqlığı yəni, 2115,812 qram (2 kq 115,812qr) çəkidə olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 414 (dörd yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil vəkil bürosunun vəkilli x4 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar