Məhkəmə qərarları › İş №1(101)-708/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-708/2021

05.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-708/2021 05.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X11, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı3, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X14, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Nümayəndə2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, xx xxxxx 1959-cu il tarixdə Şamaxı rayonu, Ərçiman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Şamaxı Kommunal Təsərrüfat X2 sürücü işləyən, evli, əvvəllər məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etməklə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2020-ci il tarixdə idarə etdiyi “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı teleskopik yükləyicisi olan avtomobili idarə edərək Şamaxı şəhərində yerləşən “Şamaxı” şadlıq sarayının qarşısına gəlib həmin gün saat 08 radələrində qeyd edilən sarayın üzərində olan reklam hərflərinin sökülməsi işlərini görərkən idarə etdiyi avtomobillə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, eləcə də nəqliyyat vasitəsinin geriyə hərəkəti zamanı bu manevri təhlükəsiz və hərəkətin digər iştirakçılarına maneə yaratmadan və lazım gəldikdə, başqa şəxslərin köməyindən istifadə etməklə davam etdirilməsinə icazə verildiyi halda həmin qaydalara əməl etmədən cinayətkarcasına etinasızlıq göstərib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndi və 42-ci maddəsinin 13-cü hissəsi ilə nəzərdə tutulan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq həmin xüsusi təyinatlı avtomobilin düzgün və təhlükəsiz istifadə qaydalarını bilməsinə və hadisə zamanı hündürlüyə qaldırılmış səbətdə insanların olmasına baxmayaraq, avtomobili yolverilməz qaydada, yəni dayandığı meydançanın aşırım olan hissəsinə tərəf arxaya hərəkət etdirmiş, nəticədə avtomobil sol təkəri ilə meydançanın aşırım hissəsinə düşüb dayanıqlığını itirməklə yan üstə aşdığından yol-nəqliyyat hadisəsi baş vermiş, bunun da nəticəsində ehtiyatsızlıqdan avtomobilin teleskopik yükləyicisində olan Zərərçəkmiş şəxs2 aldığı sağ bud sümüyünün sağ qalça, qasıq, oturaq sümüklərinin, sağ sirkə kasasının yerdəyişmiş sınıqları, simfizin (sağ və sol qalça sümüklərinin birləşən yerinin) aralanması kimi eyni anda törəndiyi və zədə şoku ilə nəticələndiyindən, ölümlə birbaşa səbəbli əlaqəsi olan ağır dərəcəli zərərvurmaya aid xəsarətlər kompleksi nəticəsində baş vermiş travmatik və hemorragik şok nəticəsində, X12 isə aldığı gicgah sümüyünün xətti sınığı, baş beynin ağır dərəcəli əzilməsi, beyin kötüyünün ağır dərəcəli əzilməsi kimi xəsarətlər nəticəsində ölmələrinə, “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin detallarının zədələnməsi nəticəsində avtomobilin məxsus olduğu Şamaxı Kommunal Təsərrüfat X4 1380 (min üç yüz səksən) manat dəyərində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2017ci ildən Şamaxı rayon Kommunal Təsərrüfat X2 sürücü işləyir. O, müəssisənin balansında olan “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtosəbətli qaldırıcı avtomaşını idarə etmişdir. Vəzifəsi işlədiyi idarənin rəhbərliyinin tapşırığı əsasında Şamaxı rayonu ərazisində idarə etdiyi avtomaşınla müxtəlif işləri görməkdən ibarət olmuşdur. Şamaxı Kommunal Təsərrüfat X6 müdiri Hacımurad Mahmudovdur. Hacımurad Mahmudodan başqa Müəssisədə inzibati vəzifə icra edənlərdən sahə rəisi Şahid1, mexanik Şahvələddir. Təhlükəsizlik məsələlərinə də elə mexanik Şahvələd cavabdehlik daşıyır. Qeyd etdiyi şəxslərdən başqa Şamaxı Kommunal Təsərrüfat X7 bir çox usta və fəhlə vardır. 24 may 2020-ci il tarixdə, axşam saatlarında iş yoldaşı Səyədulla ona zəng edərək növbəti gün, saat 07:00-da Şamaxı şəhərində yerləşən “Şamaxı” şadlıq sarayında olmağını, orada iş görüləcəyini, icra başçının göstərişi olduğunu bildirmişdir. O, bu barədə Zöhrab müəllimə demiş, Zöhrab müəllim İcra Hakimiyyətinin göstərişi olduğunu, Prezidentin Şamaxı şəhərinə gələcəyini, bağça açılışında iştirak edəcəyini bildirmişdir. O da bir tikə çörək pulunun dərdindən ona tapşırılan işi görmək üçün növbəti gün, yəni 25 may 2020-ci il tarixdə, saat 06:00-da yuxudan oyanıb Şamaxı şəhəri ərazisində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsindən yanacaq alıb Şamaxı şəhər avtovağzalına getmişdir. Bir faktı qeyd edir ki, onun idarə etdiyi “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı kranın strelası və naqilləri nasaz olmuşdur. Eyni zamanda pəncələri də işlək vəziyyətdə olmamışdır. O, dəfələrlə bu barədə Zöhrab və Hacımurad müəllimə bildirsə də, Zöhrab və Hacımurad vəsaitin olmaması səbəbindən bu işə səhlənkar yanaşmışlar. Hadisə baş verən yerə deyildiyi kimi getmişdir. Orada “Şamaxı” şadlıq sarayının işçisi kimi sonradan tanıdığı Rasim adlı şəxs onu qarşılayaraq tapşırığın restoranın üstündə olan “Şamaxı” şadlıq sarayı yazılarından “şadlıq” və “sarayı” sözlərinin, həmçinin bir-birinin içərisinə keçmiş vəziyyətdə olan iki dairənin sökülməsi, yalnız “Şamaxı” sözünün saxlanılmasından ibarət olduğunu və bu iş üçün iki fəhlə verərək yazıları onların sökəcəyini bildirmişdir. O, Rasim müəllimə kranın nasaz olduğunu, 2 nəfərin isə səbət üçün ağır olmasını bildirsə də, Rasim müəllim onun üstünə qışqırmış və iki nəfər şəxsə səbətə qalxmağı əmr etmişdir. Həmin yazılardan “Şamaxı” sözü “şadlıq” və “sarayı” sözlərinin ortasında yerləşmişdir. Restoranın böyük həyəti vardır. Restoranın ümumi həyətindən restoranın qarşısına 5 pilləli pilləkənlə qalxılır. Bilavasitə restoranın qarşısında isə, yəni həmin pilləkənləri qalxdıqdan sonra eni təxminən 10 metr olan, restoranın ön tərəfi boyunca bir meydança vardır. Həmin meydançaya idarə etdiyi avtomaşınla giriş yalnız meydançanın sağ və sol tərəflərindən mümkün olmuşdur. Bu səbəbdən də, avtomaşını üzü restorana tərəf dayandıqda sol tərəfdən sürərək restoranın hərflərini sökəcəkləri hissədə bilavasitə qarşısına tərəf gətirmişdir. Avtomobili tam yerbəyer etdikdən sonra əvvəlcədən tanımadığı iki fəhlə avtomaşının səbətinə minmişdir. O da “strela”nı həmin hərflərin yanına qədər açmışdır. Bundan sonra həmin iki fəhlə ilk öncə “şadlıq” sözünü söküb hərfləri su yığılan yerə, yəni “jolaba” yığmışlar. Avtomaşının “strela”sı 14 metr uzunluğunda açıla bilir, lakin hərflərin söküləcəyi yerə qədər məsafə daha qısa olduğundan onu tam açmamışdır. Həmin vaxt “strela” təxminən 8-9 metr açılmışdır. Daha sonra fəhlələr “sarayı” sözünün hərflərini də sökdükdən sonra bir az kənarda olan bir-birinə keçmiş iki halqanı da söküb işi birdəfəlik yekunlaşdırmaq üçün onları elə restoranın damına qoymuşlar. Həmin vaxt fəhlələr avtomaşının səbətində olmuşlar. “Strela”nı həmin halqaya tərəf çəkdikdən sonra strelanı halqaya çatacaq qədər uzatmışdır. Fəhlələr də halqanı sökmüşlər. Fəhlələri aşağı endirən zaman təkər boşluğa düşmüş və silkələnib aşmışdır. O, maşını arxaya verməmişdir. Bu zaman avtomaşın 1-2 saniyə içində arxa sol tərəfi istiqamətində aşmışdır. Səbətdə olan iki nəfər də səbətlə birlikdə hündürlükdən yerə yıxılmışlar. Bu zaman ətrafdakı insanların köməyi ilə avtomaşının kabinəsindən çıxmışdır. Digər iki fəhlə isə səbətin içərisində olmuşdur. Həmin şəxslərdən biri tamam huşsuz vəziyyətdə, digərinin huşu isə özündə olmuşdur. O, budunda və belində olan ağrılardan şikayətlənmişdir. Bir neçə dəqiqədən sonra iki X31 maşını gələrək həmin şəxsləri Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə zamanı nasaz olduğu üçün avtomaşının ön tərəfdə olan iki pəncəsini açmamışdır. Bu nasazlıq barədə dəfələrlə əvvəllər mexanik Nümayəndə1, sahə rəisi Şahid1 şifahi məlumat vermişdir. Bununla belə, Təqsirləndirilən şəxs bilavasitə hadisənin baş vermə anı ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, fəhlələr “şadlıq” və “sarayı” sözlərinin hərflərini sökdükdən sonra bir az kənarda olan bir-birinə keçmiş iki halqanı da söküb işi birdəfəlik yekunlaşdırmaq üçün onları elə restoranın damına qoymuşlar. Həmin halqalar “sarayı” sözünün yaxınlığında yerləşsə də, fəhlələrin onları sökməsi üçün avtomobili sağa tərəf təxminən 40-50 santimetr məsafədə sürmüşdür. Həmin vaxt fəhlələr avtomaşının səbətində olmuşlar. “Strela”nı həmin halqaya tərəf çəkdikdən sonra onu halqaya çatacaq qədər uzatmış, fəhlələr də halqanı sökmüşlər. Daha sonra fəhlələrin “sarayı” sözünün hərflərini də götürmələri üçün “strela”nı bir qədər arxaya yığaraq onun “sarayı” sözünə çatması üçün fəhlələr səbətdə ola-ola avtomobili təxminən 50 santimetr geriyə vermişdir. Bu zaman avtomobili saxlamaq istədikdə avtomobilin sürətlər qutusunun ayırıcısı, yəni mufta ayırmamışdır. Həmin avtomaşın avtomatik sürət qutusuna malikdir. Əyləc və ayırıcı funksiyasını bir pedal icra edir. Əyləci iki dəfə bassa da, avtomaşın dayanmamış və sol təkəri avtomaşının arxasında olan boşluğa düşmüşdür. Bu zaman avtomaşın 1-2 saniyə içində arxa sol tərəfi istiqamətində aşmışdır. Səbətdə olan iki nəfər də səbətlə birlikdə hündürlükdən yerə yıxılmışlar. Bu zaman ətrafdakı insanların köməyi ilə avtomaşının kabinəsindən çıxmışdır. Digər iki fəhlə isə səbətin içərisində olmuşlar. Həmin şəxslərdən biri tamam huşsuz vəziyyətdə, digərinin huşu isə açıq olmuş, budunda və belində olan ağrılardan şikayətlənmişdir. Bir neçə dəqiqədən sonra iki X31 maşını gələrək həmin şəxsləri Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar (cild 2, iş vərəqi 169-176). Zərərçəkmiş şəxsin hüquqi varisi X15 məhkəmədə ifadəsində göstərdi ki, mərhum X17 onun əri olmuşdur. X24 şəhəri “Avtovağzal dairəsi” adlanan yerdə yerləşən “Şamaxı” şadlıq sarayının həyətindəki “Şamaxı” tikinti materialları ticarət obyektində tikinti materiallarının daşınmasında fəhlə işləmişdir. İşəgötürəni obyektlər kompleksinin rəhbəri Məcidov Əflatun adlı şəxs olmuşdur. Əflatun adlı şəxs həmin kompleksin sahibi olsa da, Zaurun birbaşa rəhbəri Əflatunun işçisi Rasim adlı şəxs olmuşdur. Belə ki, məhz həmin şəxs Zaura görməli olduğu işləri göstərmişdir. 2020-ci ilin may ayının 25-də saat 06 radələrində Zaur həyətdə əl-üzünü yuyan vaxt onun mobil telefonuna zəng gəlmişdir. Telefona baxdıqda zəng edənin Rasim olduğunu görüb telefonu Zaura vermişdir. Bir neçə dəqiqə Rasimlə danışdıqdan sonra əri Zaur Rasimə orada elektrik naqilləri olduğundan çıxa bilməyəcəyini desə də, danışığın məzmunundan Rasimin Zaura israrla həmin işi görməli olduğunu dediyini başa düşmüşdür. Daha sonra Zaur rayon icra hakimiyyəti rəhbərliyinin tapşırığı ilə bağlı “Şamaxı” şadlıq sarayı restoranın üzrərindəki “şadlıq, sarayı” sözlərinin sökülməli olduğunu bildirib, səhər yeməyini də yeməyib tez bir şəkildə paltarlarını geyinib evdən çıxmışdır. Saat təxminən 7 radələrində qaynı Fikrət ona zəng vurub ərinin işlərinin görülməsi zamanı avtosəbətli qaldırıcı avtomaşının aşması nəticəsində xəsarət aldığını və ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəsatəxanasına yerləşdirildiyini bildirmişdir. O, xəstəxanaya çatanda Zaurun vəziyyəti çox ağır, yəni koma vəziyyətində olmuşdur. O, həkimlərin dediyinə görə yaşamaq ehtimalının olmadığını görmüşdür. Növbəti gün səhər saat 05 radələrində Zaur xəstəxananın reanimasiya şöbəsində vəfat etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X18 məhkəmədə ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs2 “Şamaxı” şadlıq sarayı ilə bir kompleksdə yerləşən oteldə qonaqların qəbulu və yerləşdirilməsi üzrə qeydiyyyatçı işləmişdir. Qardaşı 250 manat əmək haqqı almış və əlbəəl olaraq maaşını qəbul etmişdir. Surət həmin oteldə təxminən 2018-ci ilin avqust-sentyabr aylarından işləmişdir. Qardaşı növbəli iş rejimində işləmiş, işi axşam saat 19:00-da başlamaqla, növbəti gün saat 09:00da evə gəlmişdir. Qardaşı öldüyü günə qədər bir dəfə də olsun kran üstünə çıxmamışdır. O, adətən boş vaxtlarında, demək olar ki, 2 gündən bir qardaşının yanına, Surətin iş yerinə getmişdir. Qardaşının yanında adətən gecə saat 03:00-a qədər olmuşdur. Həmin müddət ərzində qardaşının hər hansı bir əlavə işlərə cəlb olunduğunun şahidi olmamışdır. Qardaşının yanına gedib-gələrkən Şahid5 adlı şəxsi həmin ərazidə olan ticarət obyektlərinin sahibi Əflatun adlı şəxsin yaxın qohumu, eyni zamanda mühasibi kimi tanımışdır. Rasim faktiki olaraq Əflatunun ticarət obyeklərini idarə etmiş və orada işləyən işçilərə nəzarət etmişdir. Hadisə baş verən gün, yəni 25 may 2020-ci il tarixdə səhər saat təxminən 07:50-də Əflatunun işçilərindən olan Cavid adlı şəxs ona zəng edib hal-əhvalını və nə etdiyini soruşmuşdur. O isə Cavidə yatdığını bildirmişdir. Cavidin səhər-səhər ona zəng etməsi ona qəribə gəlsə də, o, buna əhəmiyyət verməyərək yenidən yatmışdır. Saat 09:13-də onun telefonununa zəng gəlmiş və Atamoğlan zəng edib qardaşı Surətin ayağının qırıldığını bildirmişdir. O, tez hazırlaşaraq evdən çıxmışdır. Xəstəxanaya gedərkən qohum-əqrabanın Surəti X31 maşınına mindirdiklərini görmüşdür. Artıq 09:45-də qardaşı Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Qoşqar market” adlı mağazanın yanında X31 maşınında olmuşdur. Həmin vaxt Surət özündə olmuş və rahat danışmışdır. Hətta Surət ona “narahat olma, mənim heç nəyim yoxdur” deyə bildirmişdir. Həmin vaxt X31 maşınında həkim olmamışdır. Orada yalnız Kamran adlı tibb işçisi olmuşdur. O, tibb maşınında olarkən Surətdən baş verən hadisə barədə soruşmuşdur. Surət ona bildirmişdir ki, Surəti Rasim oraya çıxarmışdır. Nəticədə kran aşmış və Surət krandan yıxılmışdır. Surət israrla bildirmişdir ki, Rasim adlı şəxs Surəti zorla krana çıxarmışdır. Həmin vaxt Şamaxı Rayon Mərkəzi Xəstəxanasının həkimi Şöhrət adlı şəxs Surətin sağ bud sümüyünün sınığı diaqnozunu qoymuşdur. Surət bu diaqnoz ilə Bakı şəhərinə aparılmışdır. O, sonradan Surətin işlədiyi otellə bir kompleksdə yerləşən “Şamaxı” şadlıq sarayında kranla hansısa işi görərkən kranın aşması nəticəsində xəsarət aldığını bilmişdir. Surəti Bakıya X31 maşınına dayısı Heybətağa gətirmişdir. Həmin vaxt orada digər dayısı Adət də olmuşdur. Təxminən bir neçə saatdan sonra Bakı şəhərindən Surətin ölüm xəbəri gəlmişdir. Belə ki, Bakıda Travmatologiya Mərkəzində daxili qanaxma diaqnozu təyin edilmişdir. Qardaşı “Semaşko” adlı X29 aparılarkən vəfat etmişdir. O, qardaşı Surətin ölümündə günahı olan hər kəsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Belə ki, Surətin ölümündə ilk öncə günahı kranın sürücüsündə görür. Kranın sürücüsü çox kobud səhlənkarlığa yol verməsi nəticəsində də belə hadisə baş vermişdir. Eyni zamanda sürücünün işlədiyi təşkilatın rəhbərliyi də bunda məsuliyyət daşıyırlar. Həmçinin Şahid4 Rasim adlı işçisinin də Surətin ölümündə günahı olduğunu hesab edir. Belə ki, Rasim qardaşını işinə aid olmayan işin görülməsinə cəlb edib və belə bir hadisə olmuşdur. Bundan başqa, Surətin ölümündə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şöhrət Abdullayev və həkimlərini günahkar görür. X21 və həkimləri Surəti ilkin olaraq düzgün müayinə edib diaqnoz qoymamışlar. Həkimlər daxili qanaxmanı təyin edə bilməmişlər. Nəticədə də Surət daxili qanaxmadan rəhmətə getmişdir. Şahid3 məhkəmədə ifadəsində göstərdi ki, o, Şamaxı Avtovağzalında avtobazanın direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Şamaxı Kommunal Təsərrüfatında sürücü kimi tanımışdır. Sərdar müəssisəyə məxsus “Bobcat T40140” markalı qaldırıcı avtomaşını idarə etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının sonlarında qeyd etdiyi avtomobillə Şamaxı şəhərinin girişində yerləşən “Şamaxı” şadlıq sarayının qarşısında hadisə törətmiş, nəticədə iki nəfər ölmüşdür. Hadisədən sonra avtomaşın qəzalı vəziyyətə düşərək hadisə yerində qalmışdır. O, hadisədən bir gün əvvəl rayon rəhbərliyinin göstərişi ilə Şamaxı Kommunal Təsərrüfat Birliyində işləyən Sədrəddin müəlllimə demişdir ki, “Bobcat”ı sürən Sərdar kişiyə desin ki, müdiriyyətinə dedikdən sonra səhər tezdən saat 7-də “Şamaxı” şadlıq sarayının qarşısına gəlsin, orada iş görülməlidir. Onun hadisəyə heç bir aidiyyatı yoxdur. Rayon rəhbərliyi ona nə demişdisə o da həmin tapşırığa əsasən Sədrəddinə Sərdarın hadisə baş verən yerə gəlməsini, orada iş olduğunu demişdir. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, Şamaxı Kommunal Təsərrüfatı Çoxsahəli Müəssisəsində sahə rəisi kimi onun vəzifəsi müəssisənin təmizlik sahəsinə cavabdeh şəxs kimi Şamaxı şəhərində təmizlik və məişət tullantılarının atılmasına nəzarət etməkdən ibarətdir. Təqsirləndirilən şəxs müəssisənin mexanizasıya sahəsinə tabe əməkdaş olduğundan Sərdarla birlikdə işləməmişdir. O, yalnız tullantıların daşınması ilə məşğul olan yük avtomobillərinin sürücüləri ilə birlikdə işləyir. Təqsirləndirilən şəxs təcrübəli işçi olmuş, özünü intizamlı işçi kimi tanıtmış, işində heç səhlənkarlığa, pozuntulara yol verməmişdir. Təqsirləndirilən şəxs onun rəhbərlik etdiyi sahənin işçisi olmadığından Sərdarla bağlı hər hansı qərar vermək səlahiyyətində olmamıdır. “Bobcat T40140” markalı avtomobilin heç bir nasazlığı olmamışdır. Həmin avtomobilin texniki xüsusiyyətləri içərisində onun hidravlik qaldırıcısının sağa və ya sola hərəkət etmək imkanının mövcudluğu olmamışdır. Yəni qaldırıcı qurğunun sağa və ya sola hərəkət etməsində nasazlığı olmamış, sadəcə avtomaşında belə bir xüsusiyyət nəzərdə tutulmamışdır. Şahid5 məhkəmədə ifadəsində göstərdi ki, o, Şamaxı rayonu, Sabir qəsəbəsində yerləşən beton istehsal edən zavodu icarəyə götürməklə, fərdi sahibkarlıqla məşğul olur. 25 may 2020-cı il tarixdə baş vermiş hadisə ilə əlaqədar bildirmək istəyir ki, 24 may 2020ci il tarixdə, saat 24 radələrində qohumu və Şamaxı şəhər sakini Şahid4 ona zəng edərək Şamaxı rayon icra hakimiyyətindən ona məxsus “Şamaxı” şadlıq sarayının üzərində olan reklam hərflərinin növbəti gün səhər saatlarında sökülməyinin xahiş edildiyini bildirmişdir. Əflatun da ona Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 səhər tezdən restorana aparmağını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 da həmin reklamı səhər erkən saatlarında sökdürməyini xahiş etmişdir. Əflatun həmçinin ona Şamaxı çoxsahəli kommunal istehsalat müəssisəsindən (Komxoz) da zəruri texnikanın sürücü ilə birlikdə təmin ediləcəyini bildirmişdir. Əflatunun ondan belə bir xahiş etməsinin səbəbi onun qohumu olmağı və onun yaşayış yerinin həmin restoranın yaxınlığında yerləşməsi olumuşdur. Əflatun həmçinin ona zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 elə restoranda işdə olacağını, Zaurun isə evində olduğunu bildirmişdir. Növbəti gün, yəni 25 may 2020-ci il tarixdə, saat 07 radələrində o, yuxudan oyanaraq Zaura zəng edərək təcili olaraq restoranda iş görülməli olduğunu bildirib Zaurdan Şamaxı şəhərində yerləşən Vergilər idarəsinin yanına çıxmağını bildirmişdir. Özü də şəxsi istifadəsində olan avtomobili ilə Zaurla şövdələşdiyi yerə getmişdir. Zəngindən təxminən 10-15 dəqiqqədən sonra Zaurla şövdələşdikləri yerdə görüşmüş və Zauru avtomobilinə mindirib “Şamaxı” şadlıq sarayının qarşısına gətirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs2 və Kommunal müəssisənin o vaxt tanımadığı sürücüsü, bu iş üzrə Təqsirləndirilən şəxs avtosəbətli qaldırıcı avtomaşınla birlikdə orada olmuşdur. Təqsirləndirilən şəxs ondan görüləcək işi barədə soruşduqda cavabında restoranın üzərindəki “şadlıq, sarayı” sözlərinin tez bir zamanda sökülməli olduğunu demişdir. Bundan sonra Surətlə Zaur avtomaşının səbətinə daxil olmuşlar və sürücü Surət və Zauru yuxarı qaldırmışdır. Bundan sonra Zaurla Surət yuxarıda yazıları çıxarmağa başlamışlar. Həmin vaxt o, sürücünün avtomaşının dəqiq hansı qaydada icra etməsini, Surətlə Zaurun hərfləri hansı qaydada sökməsinə fikir verməsə də, sürücünün səbətdə işçilər ola-ola avtomaşını idarə etdirdiyini bir dəfə görmüşdür. Həmin vaxt o, bir qədər kənarda dayanıb işləri müşahidə etmişdir. Təxminən 10-15 dəqiqə sonra ani olaraq həmin avtomaşına baxan zaman avtomaşının təkərlərindən birinin restoranın qarşısında olan səkidən boşluğa düşdüyünü və nəticədə maşının sol tərəfi üstünə aşmasını görmüşdür. Dərhal o və həmin vaxt orada olan digər şəxslər həmin yerə qaçmışlar. Sürücünün və hər iki fəhlənin xəsarətlər aldıqlarını görmüşdür. Sürücünün xəsarəti yüngül olsa da, səbətdə işləyən işçilərin ikisinin də aldığı xəsarətlərin ağır olduğunu hiss etmişdir. Həmin vaxt ərazidə olan şəxslərdən kimsə X30 məlumat vermiş və bir neçə dəqiqədən sonra TTY briqadası hadisə yerinə gəlib həm aşmış avtomaşının sürücüsünü, həm də hər iki işçini xəstəxanaya aparmışdır. Bir neçə saatdan sonra Surətin, növbəti gün isə həm də Zaurun aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Şahid6 məhkəmədə ifadəsində göstərdi ki, fiziki şəxs qismində sahibkarlıqla məşğul olur. O, Şamaxı şəhərində yerləşən “Şamaxı” şadlıq sarayını idarə edir və həmin obyekt onun adınadır. Zərərçəkmiş şəxs2 da işçisi olmuşdur. Surət “Şamaxı” şadlıq sarayında administrator vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs2 ölümü ilə nəticələnmiş hadisədən onun bir neçə saat sonra məlumatı olmuşdur. Hadisənin baş verdiyi gün obyektdə hər hansı iş görülməsindən, konkret olaraq restoranın üzərində olan reklam hərflərinin sökülməsindən məlumatı olmamışdır. Həmin iş ondan xəbərsiz görülmüşdür. O, heç kəsə həmin reklam hərflərinin sökülməsini tapşırmamışdır. Həmin reklam hərflərinin sökülməsi qanunsuz olaraq aparılmışdır. Surətin ölümündə və həmin işə cəlb olunmasında onun günahı olmamışdır. Sadəcə Surətə 20 manat pul təklif edilib krana mindirilmiş və hərfləri sökməyə razı salınmışdır. Şahid2 ifadəsində göstərdi ki, o, 2016-cı ildə Şamaxı rayon Kommunal Müəssisələr Kombinatında sürücü işləmişdir. O, həmin müəssisədə müxtəlif texnikaları idarə etmişdir. Təxminən 1 ay olar ki, müəssisənin rəhbərliyi onu qanunsuz işdən çıxarmışdır. Təqsirləndirilən şəxs əvvəllər onun iş yoldaşı olmaqla, müəssisəyə məxsus “Bobcat T40140” markalı qaldırıcı avtomaşını idarə etmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin may ayının sonlarında qeyd etdiyi avtomobillə Şamaxı şəhərinin girişində yerləşən “Şamaxı” şadlıq sarayının qarşısında qəza törətmiş, nəticədə iki nəfər ölmüşdür. Həmin qəza ilə bağlı bildirmək istəyir ki, qəza nəticəsində avtomaşın qəzalı vəziyyətə düşərək elə hadisə yerində qalmışdır. Hadisədən təxminən 10-15 gün sonra müəssisə rəhbərliyi ona həmin texnikanı qагаја gətirməyi tapşırmışdır. O da hadisənin baş verdiyi yerə getmişdir. Orada olarkən avtomaşın artıq yerdən dikəldilərək təkərləri üzərinə qoyulmuşdur. Həmin vaxt avtomaşın nasaz vəziyyətdə olmuş, qəza ilə əlaqədar onda bir neçə problemlər yaranmışdır. Belə ki, motorun yağında, tormoz sistemində problemlər yaranmış, müxtəlif şlanqlar partlamış, yağlar axmışdır. Onun işlətdiyi texnika ilə qəzanın baş verdiyi texnika eyni sistemlə işləyən texnikalar olduğundan o, həmin texnikanı qaraja aparmaq üçün yüngülvari təmir işlərinə başlamışdır. Həmin vaxt o, avtomaşının işə salıb əyləcini yoxlamış və əyləc işləsə də, əyləcin arxa hissəsində olan sürətlər qutusunu ayıran “lyaquşka”nın ilişib qaldığını görmüş və “lyaquşka”nın kənarını təmizləyib əl ilə onu geri çəkmiş, bununla da problem həll olunmuşdur, avtomaşının əyləc sistemi normal vəziyyətə gəlmişdir. Bununla belə, həmin “lyaquşka” ilişib qalsa dа, əyləc sistemi normal olmuş, avtomaşını istənilən vəziyyətdə saxlamaq üçün imkanlar olmuşdur. Belə ki, hər bir halda sürücü avtomaşını saxlamaq üçün əyləcdən əlavə, avtomaşında əllə idarə olunan avtomatik sürətlər qutusunun rıçaqını istifadə etməklə avtomaşını neytrala gətirib avtomaşın dayandırıla bilərdi. Bundan başqa sürücü əl əyləcindən də istifadə etməklə avtomaşını dayandıra bilərdi. Ümumilikdə isə “İyqauşka”nın nasaz olması avtomaşının dayandırılmasına mane olan hal deyil. Bundan sonra o, avtomaşının motorunda olan problemləri həll etdikdən, yəni açılmış şlanqları bağladıqdan sonra avtomaşını sürərək qaraja aparmışdır. Avtobazanın müdiri Mədət müəllimdən icazə alıb avtomaşından istifadə etmişlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 məhkəmədə ifadəsində göstərdi ki, hazırkı vaxtadək Şamaxı Kommunal Təsərrüfat X2 mexanik vəzifəsində işləyir. Həmin vəzifəyə 20 may 2016-cı il tarixdə müəssisənin rəisi Hacımurad Mahmudovun əmri ilə təyin olunmuşdur. Xidməti vəzifələrinə istehsalat müəssisəsinə təhkim olunmuş texnikanın saz vəziyyətdə saxlanılmasını təmin etməkdən, texniki nasazlığı olan texnikaya dair qüsur aktını tərtib etməkdən, işə cəlb onunacaq texnikanın sazlığını yoxlamaqdan ibarətdir. Bundan əlavə hər ayın əvvəlində texnikanı istismar edən işçiyə ayın sonunadək yol vərəqəsini verir. Təqsirləndirilən şəxs istehsalat müəssisəində sürücü-mexanizator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs işi ilə əlaqədar müəssisənin balansında olan “Bobcat T40140” markalı 99-ЈН-870 dövlət qeydiyyat nişanlı avtosəbətli qaldırıcı avtomaşına təhkim olunmuşdur. Təqsirləndirilən şəxs 2 ildən artıqdır ki, sürücü kimi həmin texnikanı idarə edir, mexanizator kimi də işlərin görülməsində ondan istifadə edir. İşlədiyi müddətdə Sərdar özünü intizamlı işçi kimi tanıtmış, işində heç vaxt səhlankarlığa yol verməmişdir. Sərdarın işlədiyi texnikadan balansda yalnız bir ədəd olduğuna görə Şamaxı rayonu ərazisində avtosəbətə ehtiyac olduğu bütün işlərə məhz Sərdar göndərilir. Sərdarı əvəz edən digər şəxs yoxdur. 25 may 2020-ci il tarixdə saat 11 işdələrində müəssisədə sahə rəisi vəzifəsində işləyən Şahid1 ona zəng edib Təqsirləndirilən şəxs işlətdiyi texnika ilə qəza baş vediyini və nəticədə iki nəfərin xəsarət alıdığını bildirmişdir. Həmin vaxt dərhal hadisə yerinə getmiş və baş vermiş qəzanın şəraiti ilə tanış olmuşdur. Nümayəndəsi olduğu Şamaxı Kommunal Təsərrüfat X3 Təqsirləndirilən şəxs qarşı tələbi yoxdur. Şahid4 ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində göstərmişdir ki, Şamaxı şəhərində yerləşən beton zavodunu icarəyə verməklə fərdi sahibkarlıqla məşğul olur. Şamaxı şəhərində yerləşən “Şamaxı” şadlıq sarayı adlanan restoran və onun ətrafında olan obyektlərin isə ona aidiyyatı olmamışdır. Sadəcə həmin obyektlər qohumlarının adlarına qeydiyyatda olduğu üçün əksər şəxslər həmin obyektlərin də faktiki olaraq ona aid olmasını düşünürlər. Lakin həmin obyektlərlə hər hansı faktiki və hüquqi əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 və Zaur İsgəndərovun ölümü ilə nəticələnmiş hadisənin üzərində uzun müddət keçdiyinə görə Rasimə orada görülən işlərlə bağlı hər hansı tapşırıq verib-vermədiyini xatırlamır. Ola bilsin ki, kimsə ona bu barədə demiş, o da həmin obyektin sahibi qohumu olduğuna görə Rasimə həmin məlumatı çatdırmışdır (cild 3, iş vərəqi 33-35). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varislərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında 25.05.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən “Şamaxı” şadlıq sarayının qarşısıdır. Hadisə yeri həmin şadlıq sarayının ümumi həyətyanı sahəsindən, həmin sahədən beş pilləli pilləkənlə bilavasitə restoranın qarşısına çıxılan və restoranın ön tərəfinin uzunluğu boyunca eni 10 metr olan üzəri asflat qatı ilə örtülmüş meydançadan ibarətdir. Restoranın bilavasitə qarşısında olan meydança ümumi meydançadan təxminən 1 metr hündürlükdə yerləşir. Bilavasitə restoranın qarşısında olan meydança ilə restoranın ümumi həyətyanı sahəsi arasında müxtəlif növ kol bitkiləri əkilmişdir. Restoranın qarşısında ön tərəfi restoranın qarşısı istiqamətində avtosəbətli hidravlik qaldırıcısı açıq vəziyyətdə özünə nisbətən perpendikulyar yerləşmiş, sol tərəfi üzərinə aşmış vəziyyətdə olan “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı təkərli nəqliyyat vasitəsi vardır. Qeydiyyat nişanları qəzanın təsirindən olduqları yerdən qopmuş vəziyyətdədir. Hidravlik qaldırıcının hazırki vəziyyətdə uzunluğu 10 metrdir. Ətrafda çoxsaylı şüşə qırıntıları vardır. Avtomaşının kabinəsinin sol yan pəncərəsi qəzanın təsirindən parçalanmışdır. Avtomaşının ön sol təkəri aşdığı meydançanın, arxa sol təkəri isə əsəs sahənin üzərindədir. Avtomaşının şadlıq sarayının binasına nisbi paralel yerləşmiş, ön tərəfi həmin binaya daha yaxın, arxa tərəfi isə binadan daha uzaqda yerləşmişdir. Avtomaşının səbətinin qapısı bağlı vəziyyətdədir, orada hər hansı təhlükəsizlik kəməri və ya əlçək istisna olmaqla digər fərdi mühafizəsi aşkar edilmir, həmçinin səbət deformasiyaya uğramış vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs deməsinə görə həmin nəqliyyat vasitəsinin kənarında arxa hissədən qopmuş nəqliyyat vasitəsinin tarazlığını qoruma təyinatlı çəki avadanlığı vardır. Nəqliyyat vasitəsinin aşdığı yerdə yağabənzər maddə axıntıları mövcuddur. Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsinin Şamaxı rayon KMK-ya aid olduğunu, həmin nəqliyyat vasitəsilə restoranın damında olan reklam hərflərini sökdüklərini, ilk öncə səbətdə olan və hadisə nəticəsində xəsarət almış şəxslərin “şadlıq” sözünün hərflərini söküb aşağı düşdürtdüklərini, daha sonra nəqliyyat vasitəsini sağ istiqamətdə hərəkət etdirərək “sarayı” sözü istiqamətinə gətirdiyini, ardınca yenidən fəhlələri həmin yerə qaldırdığını, həmin iki fəhlə “sarayı” sözünün hərflərini sökdükdən sonra onlar səbətdə ola-ola avtomaşını sağ istiqamətdə sürərək bir-birinə keçmiş vəziyyətdə olan iki halqanı söküb avtomaşını əvvəlki yerinə qaytararkən onun arxa sol təkərinin boşluğa düşdüyünü, nəticədə avtomaşının aşdığını və səbətdə olan tanımadığı iki fəhlənin hündürlükdən yerə yıxıldığını bildirmişdir. Avtomaşının səbətinin olduğu sahəyə baxış keçirildikdə orada qanabənzər ləkələr olduğu müəyyənləşdirilir. Həmin ləkələrdən nəmləndirilmiş pambığa hopdurulmaqla nümunələr müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürlənib götürüldü. Bundan başqa avtomaşının hadisədən əvvəl hərəkət etdiyi və hadisənin baş verdiyi meydançada uzunluğu 1 metr, başlanğıcı və sonunda daha tünd olan təkər izləri aşkar edilir. Həmçinin avtomaşına baxış keçirildikdə onun 4 təkərli, 2 pəncəli olduğu görünür. Pəncələr bağlı vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs avtomaşının hidravlik qaldırıcı qülləsinin avtomobil bortuna tam bərkildimiş olduğunu və texniki xüsusiyyətlərində sağ-sol istiqamətlərə hərəkət etmək imkanının olmadığını, bununla belə, avtomaşının ön tərəfində yerləşən platformada olan və kabinədəki qaldırıcını hərəkət etdirən rıçaqın arxa tərəfində yerləşən diyircəkli düymə vasitəsilə işə salınan silindrin avtomobilin ön təkərlərinə təsir etməklə avtomaşının hərəkət etdirmədən səbəti təxminən 1 metr məsafədə sağa-sola hərəkət etdirmək imkanı verdiyini, lakin avtomaşını təhvil aldığı vaxtdan həmin silindrin işlək olmadığını, kənar təsir nəticəsində onun funksiyasının bağlandığını, bu barədə iş rəhbərlərinə bildirdikdə sonuncuların bu funksiyaya ehtiyac olmadığını dediklərini, bu səbəbdən məcbur olduğu üçün avtomaşının avtosəbətini sağa və ya sola hərəkət etdirmək zərurəti yarandıqda avtomaşının özünü sağa və ya sola hərəkət etdirdiyini bildirmişdir. Həmin avtomobilin kabinəsinə baxış keçirildikdə, orada avtomaşının istifadə təlimatı aşkar edilməmişdir. Bundan əlavə, meydançanın sonunda avtomaşının aşdığı hissəsində ağırlığın düşməsi nəticəsində tametlərin sonunda yaranmış dağılma və orada olan kol bitkilərində əzilmə izləri mövcuddur. Həmçinin şadlıq sarayının qarşısında “şadlıq” sözünün hərfləri, bir-birinə keçmiş vəziyyətdə olan iki halqan hərfləri, həmçinin şadlıq sarayının dam örtüyünün üzərində “sarayı” sözünün hərfləri vardır (cild 1, iş vərəqi 8-17). İşdə olan və məhkəmə istintaqında tədqiq edilən avtomaşına baxış keçirilməsi haqqında 27.05.2020-ci il tarixli protokol və fotocədvəldən görünür ki baxış predmeti olan avtomaşın hazırda “Şamaxı” şadlıq sarayının həyətindədir. Hadisə zamanı ilkin vəziyyətinə münasibətdə avtomaşın qaldırılaraq təkərləri üzərinə qoyulmuşdur. Avtomaşın 4 təkərli nəqliyyat vasitəsidir. Avtomaşının qülləsinin başlanğıcı onun arxa hissəsində yerləşməklə, avtomaşının gövdəsinə dayanıqlı bərkidilmişdir. Həmin qüllə yalnız yuxarı və ya aşağı hərəkət etmək imkanına malikdir. Avtomobilin qülləsi bir-birinin içinə keçən bir neçə hissə vasitəsilə uzadılır və qısaldılır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qeyd olunanları təsdiq edərək avtomaşının ön hissəsində yerləşən platformda olan hissəni göstərərək həmin hissəni salonda olan düymə ilə hərəkət etdirib avtomaşının ön təkərlərinə təsir etməklə qülləni bir neçə sm sağ və ya sola hərəkət etdirmək imkanının olduğunu, yekun nəticədə açıq vəziyyətdə qüllənin ən son hissəsinin təxminən 1 metr sağa və ya sola hərəkət etdirməyin mümkün olduğunu, lakin hissə “Zaqluşka” ilə qapadıldığı üçün avtomaşının bu funksiyasının işləmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs qeyd etdiyi hissəni və salonda yerləşən düyməni göstərmişdir (cild 1, iş vərəqi 61-65). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyun 2020-ci il tarixli, 15 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən və fotocədvəldən görünür ki, X1 meyitində aşkar edilmiş xəsarətlər – qaqalı kəllə beyin travması, baş beynin ağır dərəcəli əzilməsi, beyin kötüyünün ağır dərəcəli əzilməsi, travmatik subaraxnoydal qansızma, gicgah sümüyünün xətti sınığı, sol gicgah və təpə nahiyəsinin yumşaq toxumasının əzilməsi həyatidirlər, ölümündən əvvəl, yəni 25.05.2020-ci il tarixdə hündürlükdən yıxılma nəticəsində törənmişlər. X1 ölümünə səbəb baş beyinin ağır dərəcəli əzilməsi, beyin kötüyünün ağır dərəcəli əzilməsi, gicgah sümüyünün xətti sınığı olmuşdur. Ölüm 26.05.2020-ci il tarixdə, saat 08.00-da xəstəxanada baş vermişdir (cild 1, iş vərəqi 164-168). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi-ekspertizasının 29.10.2020-ci il tarixli, 224/MEŞ nömrəli rəyindən görünür ki: - Zərərçəkmiş şəxs2 25.05.2020-ci il tarixdə, saat 08 radələrində avtosəbətli qaldırıcı avtomaşının aşması nəticəsində aldığı bədən xəsarətləri ilə əlaqədar Şamaxı RMX-dən Səhiyyə Nazirliyinin ixtisaslaşdırılmış müasir tibb müəssisələri olan ETTOİ-na, sonra isə KTM-nə profil üzrə yönəldilmiş və aparılan mümkün instrumental, klinik və laborator diaqnostik tədbirlərinə baxmayaraq 25.05.2020-ci il tarixdə, saat 11.50-də vəfat etmişdir. Tibbi sənədlərin təhlilinə və eksqumasiya olunmuş meyitin məhkəmə-tibbi ekspertizası rəyinə əsasən demək olar ki, S.Heydərovun meyitində aşkar edilmiş və ölümünə səbəb olmuş “Posttravmatik və posthemorragik şokla müşayiət olunan sağ bud sümüyünün, sağ qalça, qasıq, oturaq sümüklərinin və sağ sirkə kasasının yerini dəyişmiş sınıqları, simfizin posttravmatik aralanması” və klinik təyin edilmiş “Qapalı kəllə beyin travması, onurğanın əzilməsi ilə ifadə olunan müştərək travmanın xarakterini, sınıq nahiyələrində olan zəngin yumşaq toxumalara massiv qansızmanı və qanla imbibisiyasını, peritonarxası nahiyənin geniş hematoması və fəqərə sütunu boyunca yumşaq toxumaların qanla imbibisiyasını nəzərə alaraq demək olar ki, qeyd olunan müştərək travmanın fəsadları və ağırlaşması letal sonluqla nəticələnmişdir. Belə ki, travmanın baş verməsi ilə ölüm arasında təxminən 3 saat 50 dəqiqə vaxt keçmiş və bu müddət ərzində göstərilən konsultativ – diaqnostika tibbi tədbirləri məqsədyönlü olmuşdur. Bütün bu halların mütəxəssis və obyektiv məhkəmə-tibbi tədbirlərlə ölüm arasında bilavasitə səbəbli əlaqə olmamışdır. - Zərərçəkmiş şəxs2 ölümünün səbəbi və digər hallarla bağlı “MTE və PA Birliyi” PHŞ-nin Şamaxı rayon şöbəsinin verdiyi 10.07.2020-ci il tarixli və komisyon məhkəmə-tibb ekspertizasının 14 sentyabr 2020-ci il tarixli, 319/KEŞ nömrəli rəylərinin nəticə hissəsi təsviri hissəyə uyğun düzgün və əsaslı tərtib edilmişdir. Nəzərə almaq lazımdır ki, vaxtında və düzgün diaqnostika sonradan görüləcək tibbi tədbirlərin məqsədə müvafiq istiqamətdə yönəldilməsinə imkan yaradır. Lakin heç də həmişə qarşısı alınmaya yönəlmir və baş vermiş travmanın müştərəkliyi, ağırlığı, gedişi və qeyri-müəyyənliyi letal sonluğun qarşısının alınmasına xidmət etmir (cild 3, iş vərəqi 12-21). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş iş materialları üzrə məhkəmə tibbi ekspertizasının 10 sentyabr 2020-ci il tarixli, 319/KEŞ nömrəli rəyindən görünür ki, - Zərərçəkmiş şəxs2 adına Şamaxı Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir tibbi sənəd tərtib edilməmişdir. Lakin tərtib edilmiş göndəriş vərəqəsində göstərilənlərə əsasən, o, 25.05.2020-ci il tarixdə xəstəxanaya gətirildikdən sonra ona "Sağ bud sümüyünün sınığı. Onurğa sütununun əzilməsi" diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, ilkin tibbi yardımlar göstərilmədən xəstə həmin tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərildikdən sonra aparılmış müvafiq müayinələr əsasında onda "Qapalı kəllə-beyin travması. Sağ tərəfli qalça, qasıq, oturaq sümüklərinin sağ sirkə kasasının, sağ bud sümüyünün burmalardan keçən yerdəyişmiş qəlpəli sınığı. Qarının və döş qəfəsinin küt travması"nın olduğu müəyyən edilmişdir. - Şamaxı Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş göndəriş vərəqəsində göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsasən, Zərərçəkmiş şəxs2 xəstəxanaya gətirildikdən sonra onun ümumi vəziyyəti düzgün qiymətləndirilməmiş, müvafiq müayinələr aparılmamış, hündürlükdən yıxılma nəticəsində xəsarət almanı nəzərə alaraq, xəstədə daxili qanaxmanın olub-olmaması műəyyənləşdirilməmiş, ilkin tibbi yardımlar göstərilmədən, həkimlərin birgə konsiliumu keçirilmədən ağır vəziyyətdə Bakı şəhəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdir. Qeyd olunanlar vaxtında və tam həcmdə yerinə yetirilmiş olsa idi, baş vermiş ölümün qarşısının alınması şansı çox ola bilərdi. Beləliklə, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicənin təşkilində məsul şəxslər qəbul şöbəsinin növbətçi həkimi və baş həkimin müalicə işləri üzrə müavinidir. - Elmi-Tədqiqat Travmatologiya və X13 Heybətovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 25.05.2020-ci il tarixdə xəstəxanaya daxil olduqdan sonra aparılmış kliniki, rentgenoloji müayinələrdən sonra "Qapalı kəllə-beyin travması. Sağ tərəfli qalça, qasıq, oturaq sümüklərinin sağ sirkə kasasının, sağ bud sümüyünün burmalardan keçən yerdəyişmiş qəlpəli sınığı. Qarının və döş qəfəsinin küt travması" diaqnozu düzgün təyin edilmişdir. Xəstədə qarın boşluğunun və döş qəfəsinin travması olduğu üçün o, düzgün olaraq X29 göndərilmişdir. - X26 Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 25.05.2020-ci il tarixdə saat 11-də aqonal vaziyyətdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan göndərilmişdir. Aparılmış művafiq müayinələrdən və travmatoloqun baxışından sonra xəstəyə "Müştərək travma. Qarnın qapalı küt travması. Daxili qanaxma. Onurğanın əzilməsi. Sağ bud sümüyünün sınığı. Travmatik və hemorragik şok İV dərəcəli. Aqonal vəziyyət" diaqnozu düzgün təyin edilmişdir. Vəziyyətilə əlaqədar xəstəyə dərhal intensiv-reanimasion tibbi yardımlar göstərilmiş, lakin müsbət dinamika əldə olunmamış və saat 11:50-də bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitinin eksqumasiyasına əsasən, onun ölümünə səbəb xəsarətlər kompleksi nəticəsində baş vermiş travmatik və hemorragik şokun olduğu müəyyən edilmişdir ki, bununla da Şamaxı Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin təşkil olunmaması ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilmir. - Zərərçəkmiş şəxs2 adına Birliyin Şamaxı rayon şöbəsində tərtib edilmiş 14 saylı ekspert rəyinin nəticə hissəsi təsvir hissəsinə uyğun olmuşdur. Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş tibbi sənədlər səhiyyə sistemində qüvvədə olan mövcud təlimat qaydalarına uyğun olmuşdur (cild 2, iş vərəqi 62-69). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin qəbirdən çıxarılması (eksqumasiya) haqqında 14.06.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 qəbri torpaq qatı çıxarılmaqla açıldığı zaman qəbirdə bilavasitə meyitin üzərində 6 ədəd düzbucaqlı formada daş laylar aşkar edilir. Həmin laylar götürüldükdən sonra qəbirdə sağ çiyni üzərində qoyulmuş, ağ rəngli kəfənə bükülü vəziyyətdə olan meyit aşkar edilir. Meyit qəbirdən çıxarıldıqdan sonra oraya gətirilmiş təşrih masasının üzərinə qoyulmuşdur. Kəfəndən azad edildikdən sonra xarici müayinə aparılmışdır. Meyit qaramtıl çirkli rənglə əlaqədar çürüməyə məruz qalmışdır. Meyit bütünlükdə çürümə dəyişikliyinə uğramışdır, bu sağ yan tərəfdə daha qabarıq şəkildə nəzərə çarpır. Gözləri çürümə ilə əlaqədar önə qabarmışdır. Çürümə suluqları müəyyən edilir. Dişləri tamdır. Meyitin ətrafında və üzərində qurdlar yoxdur. Başının tükləri asanlıqla ayrılır. Meyit daxili müayinəsi başa çatdırıldıqdan sonra kəfənlənib yenidən basdırılmış və üzəri örtülmüşdür (cild 1, iş vərəqi 172-179). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 10.04.2020-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki:

1. X27 tərtib etdiyi C-2360 saylı xəstəlik tarixinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 25.05.2020-ci il tarixdə saat 11:30-da həmin klinikaya ağır vəziyyətdə gətirilmişdir. Orada aparılan tibbi tədbirlərə baxmayaraq 25.05.2020-ci il tarixdə, saat 11:50-də vəfat etmişdir.

2. Zərərçəkmiş şəxs2 meyiti 25.05.2020-ci il tarixdə xarici müayinədən keçirilərkən aşkar edilmiş sağ qalça tini proyeksiyasında göyümtül rəngli qançır, sağ qaş üstü və sağ gözün bayır səthinin, sağ əlin arxasının səthi yaralarının ölümlə səbəbli əlaqəsi yoxdur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Onun meyiti 14.06.2020-ci il tarixdə eksqumasiya edilərək müayinəsi zamanı sağ bud sümüyünün sağ qalça, qasıq, oturaq sümüklərinin, sağ sirkə kasasının yerini dəyişmiş sınıqları simfizin (sağ və sol qalça sümüklərinin birləşən yerləri) aralanması eyni anda törəndiyindən və zədə şoku ilə nəticələndiyindən, ölümlə birbaşa səbəbli əlaqəsi olduğundan ağır zərər vurmaya aiddirlər.

3. Zərərçəkmiş şəxs2 yuxarıda göstərilən xəsarətləri küt əşya (əşyalar) təsirindən ölümündən əvvəl törənmişlər. Qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25.05.2020-ci il tarixdə kranı olan avtomaşının səbətindən aşaraq zərblə yerə dəyməsi nəticəsində alınması mümkündür.

4. Zərərçəkmiş şəxs2 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər kompleksi nəticəsində baş vermiş travmatik və hemorragik şok olmuşdur. Ölüm 25.05.2020-ci il tarixdə xəstəxanada baş vermişdir (cild 1, iş vərəqi 192-195). İşdə olan və məhkəmə istintaqında tədqiq edilən məhkəmə-tibb ekspertizasının 31.05.2019-cu il il tarixli, 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər - sol əlin barmaqlarının sıyrıqları, sol diz qapağının səthi yarası küt əşya təsirindən törənməklə, qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25.05.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü qismində əmələ gəlməsi mümkündür. Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 106-107). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmək təklükəsizliyinin tədqiqi ekspertizasının və yol-nəqliyyat hadisəsi ekspertizasının 21 sentyabr 2020-ci il tarixli, 8/1109-10/1697 nömrəli rəyindən görünür ki, - baş vermiş hadisə ilə əlaqədar “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin, “Bobcat” teleskopik yükləyicisinin və onun onun qoşma avadanlığının istismarında təhlükəsizlik texnikası tələbləri”, “Sürücünün vəzifə təlimatından çıxarış”ın 2.1, 2.6 bəndlərinin, “Müəssisənin rəisinin təlimatından çıxarış”ın və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuların üçün nümunəvi nizam qaydaları”nın 12 bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulaması hadisənin səbəbləri olmuşdur. Belə ki, “Bobcat” teleskopik yükləyicisinin sürücüsü Təqsirləndirilən şəxs verdiyi ifafdəsinə görə, həmin xüsusi təyinatlı avtomaşının düzgün və təhlükəsiz istifadə qaydalarını bilməsinə və hadisə zamanı hündürlüyə qaldırılmış səbətdə insanların olmasına baxmayaraq, avtomaşını yolverilməz qaydada (yəni dayandığı meydançanın aşırım olan hissəsinə tərəf) arxaya hərəkət etdirmiş və bunların da nəticəsində avtomaşın sol təkəri ilə meydançanın aşırım hissəsinə düşüb dayanıqlığını itirməklə yan üstə aşdıqda qəza və bədbəxt hadisə baş vermişdir. Bununla bərabər, “Bobcat” teleskopik yükləyicisini hadisə günü həmin işin icrasına şəxsən tapşırıq verərək göndərmiş Şamaxı rayon Kommunal Çoxsaylı İstehsalat Müəssisəsinin rəisi X9 iş yerində (yəni “Bobcat” teleskopik yükləyicisi işləyən yerdə) sağlam və təhlükəsiz şəraitin yaradılmasını təmin etməmiş, o cümlədən bilavasitə tabeçiliyində olan sürücü Təqsirləndirilən şəxs tərəfindən təhlükəsizlik texnikası üzrə təlimatların tələblərinə riayət etməsinə nəzarəti təmin etməmişdir. “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin, “Bobcat” teleskopik yükləyicisinin və onun onun qoşma avadanlığının istismarında təhlükəsizlik texnikası tələbləri”, “Sürücünün vəzifə təlimatından çıxarışı”n 2.1, 2.6 bəndlərinin tələbləri “Bobcat” teleskopik yükləyicisinin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. “Müəssisənin rəisinin təlimatından çıxarış”ın və “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi nizam qaydaları”nın 12 bəndinin tələbləri Şamaxı rayon Kommunal Çoxsaylı İstehsalat Müəssisəsinin rəisi X9 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitinə görə zərərçəkmiş şəxslərin özü tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair qayda və təlimatların tələblərinin pozulması müəyyən edilmədi. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən T40140 markalı **-JH-*** dövlət qeydiyyat nişanlı “Bobcat” teleskopik yükləyicisinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3 bəndinin və 42-ci maddəsinin 13-cü hissəsinin tələbləri ilə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (cild 2, iş vərəqi 139-142). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalından görünür ki, Təqsirləndirilən şəxs 21.07.2018-ci il tarixdən 02.04.2020-ci il tarixədək təlim keçirilən kimi texniki təhlükəsizlik təlimatının qeydiyyat jurnalına imzlar çəkmişdir (cild 1, iş vərəqi 140-160). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 01-31 may 2020-ci il tarixli, yük avtonəqliyyatı üçün 051 №li yol vərəqəsindən görünür ki, Bobcat T40140” markalı, **-JH- *** dövlət qeydiyyat nişanlı avtomobilin mexanik Nümayəndə1 imzası ilə texniki cəhətdən sazdır, hərəkətinə icazə verilir və sürücü Təqsirləndirilən şəxs imza edib onu saz vəziyyətdə qəbul etmişdir (cild 1, iş vərəqi 161). İşdə olan və məhkəmədə tədqiq olunmuş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin surətindən görünür ki, həmin vəsiqə 18.11.2019-cu il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş, 05.04.2029-cu il tarixədək etibarlıdır, vəsiqə sahibi T, TK, TT, H kateqoriyalı traktor və özügedən maşınları idarə edə bilər (cild 1, iş vərəqi 59). İşdə olan və məhkəmədə tədqiq olunmuş nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Bobcat T40140” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı MKT Departamentinə məxsusdur (cild 1, iş vərəqi 162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Şamaxı Kommunal Təsərrüfatı X3 04.01.2018-ci il tarixli, 01 saylı əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs mexanizasiya sahəsinə “Bobkat” sürücüsü qəbul edilmişdir (cild 1, iş vərəqi 163). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.06.2020-ci tarixli avtomaşına baxışın keçirilməsi haqqında protokoldan görünür ki, baxış predmeti olan avtomaşın hazırda Şamaxı şəhərində yerləşən "xxxx" MMC-nin avtobazasındadır. Avtomaşının qeydiyyat nişanları onun salonundadır. Baxış zamanı ilk öncə baxışda iştirak edən "xxxx" MMC-nin çilingəri Vidadi Dəmirov avtomaşını təhlükəsiz şəraitdə işə salmışdır. Ardınca sonuncu avtomaşını təxminən yarım metr məsafədə irəli sürüb əyləcdən istifadə etmişdir. Bu zaman avtomaşın yerində dayanmışdır. Bununla da, avtomaşının əyləc sisteminin saz vəziyyətdə olduğu müəyyənləşdirilmişdir. Baxışda iştirak edən Nümayəndə1 avtomaşının hadisə yerindən qoşqu ilə gətirildiyini, hadisədən sonra yarana biləcək problemlərə görə, hadisədən sonra avtomaşının heç vaxt işə salmadıqlarını, avtomaşının təmirinin planlaşdırıldığını bildirmişdir (cild 1, iş vərəqi 171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.09.2020-ci il tarixli Şamaxı rayon İcra Hakimiyyətinin məktubuna əlavə olunmuş “Sürücünün vəzifə təlimatı”ndan çıxarışdan görünür ki, - sürücü bilavasitə idarə, təşkilat ve müəssisənin rəhbərinə və mexanikə tabedir. - sürücü öz işində idarə, təşkilat və müəssisənin rəhbərinin əmr və sərəncamlarını mexanikin göstərişlərini və bu vəzifə təlimatını, habelə avtonəqliyyatın istismarını tənzimləyən normativ materialları rəhbər tutur. Çıxarışın 2-ci maddəsinə əsasən sürücü: - şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını hayata keçirmək; - avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək, nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; - avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək; - istifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək; - istifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək; - əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək vəzifələrini daşıyır.

Sürücü ona həvalə edilmiş müəssisənin avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasına, salamatlığına və təyinatı üzrə düzgün istismarına və bu vəzifə təlimatına müvafiq, üzərinə düşən vəzifələrin vaxtlı-vaxtında keyfiyyətlə yerinə yetirilməsinə görə müəssisənin qarşısında tam məsuliyyət daşıyır (cild 2, iş vərəqi 35-37). İşdə olan “Mexanikin təlimatı”ndan çıxarışdan görünür ki, mexanik nəqliyyat vasitələrinin texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir. Nəqliyyat vasitələrinə baxış, sınaq va profilaktik təmir işlərini təşkil edir. İstehsalatın texniki hazırlığını təmin edir. Təmir üçün podrat təşkilatları ilə planları (qrafikləri) razılaşdırılır, onlar lazımi texniki sənədlərlə təmin edir, əsaslı təmir üçün siyahı tutulmasında iştirak etmək əmək funksiyası daşıyır. Təmir işlərində əməyin mühafizəsi va təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini təmin edir. Şöbənin işçilərinə, nəqliyyat vasitələrini idarə edən sürücü və sürücü maşinistlərə rəhbərlik edir (cild 2, iş vərəqi 38). İşdə olan “Müəssisənin rəisinin təlimatı”ndan çıxarışdan görünür ki, müəssisə rəisi, müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır (cild 2, iş vərəqi 39). İşdə olan “Sahə rəisinin təlimatı”ndan çıxarışdan görünür ki, işçilər tərəfindən istehsalat və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir. İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir (cild 2, iş vərəqi 42). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Şamaxı Kommunal Təsərrüfat X3 01.12.2020-ci il tarixli, 199 saylı məktubundan görünür ki, hadisə nəticəsində “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı teleskopik yükləyicisi olan avtomobilə 1380 (min üç yüz səksən) manat dəyərində maddi ziyan dəymişdir (cild 3, iş vərəqi 37). İşdə olan 03.06.2020-ci il tarixli qərardan görünür ki, X15 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 97-98). İşdə olan 05.06.2020-ci il tarixli qərardan görünür ki, X18 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 111-112). İşdə olan 04 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şamaxı Kommunal Təsərrüfat X10 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 3, iş vərəqi 38-58). İşdə olan 28.09.2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 177-179). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 3, iş vərəqi 70). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmişdir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsində göstərilmişdir ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs hündürlüyə qaldırılmış səbətdə insanların olmasına baxmayaraq, avtomobili yolverilməz qaydada, yəni dayandığı meydançanın aşırım olan hissəsinə tərəf arxaya hərəkət etdirmiş, nəticədə avtomobil sol təkəri ilə meydançanın aşırım hissəsinə düşüb dayanıqlığını itirməklə yan üstə aşdığından yol-nəqliyyat hadisəsi baş vermiş, bunun da nəticəsində ehtiyatsızlıqdan avtomobilin teleskopik yükləyicisində olan Zərərçəkmiş şəxs2 və X12 aldıqları xəsarət nəticəsində ölmələrinə, “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin detallarının zədələnməsi nəticəsində avtomobilin məxsus olduğu Şamaxı Kommunal Təsərrüfat X4 maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini kobud şəkildə pozması nəticəsində qeyd edilən hadisə baş vermişdir. Məhkəmənin həmin nəticəyə gəlməsini həmçinin o fakt möhkəmləndirir ki, hadisə “Samaxı” şadlıq sarayının üstündə olan lövhələrin sökülməsi zamanı deyil, həmin iş başa çatdırıldıqdan sonra, avtomaşın təqsirləndirilən şəxs tərəfindən geriyə idarə edilərkən baş vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs söküntü işləri başa çatdırıldıqdan sonra “Bobcat T40140” markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı teleskopik yükləyicisi olan avtomobili arxaya hərəkət etdirməməsi barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs baş vermiş hadisənin həmin momenti ilə bağlı ibtidai istintaq zamanı daha düzgün ifadələr vermişdir və məhkəmə bu ifadələri sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etməklə baş vermiş yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan iki şəxsin ölümünə, həmçinin hüquqi şəxsə maddi ziyan vurulmasına səbəb olması kifayət qədər sübuta yetirilir, o təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxsn cəza çəkməsinin başlanğıcı onun həbsə alındığı 05 avqust 2021-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 180 (yüz səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi 05 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 180 (yüz səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar