Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-708/2022 09.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 1986-cı il yanvarın 25-də Naxçıvan MSSR-in Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X10, ev 94 «k» ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən ünvan 4yərkən özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə «Notariat haqqında» Azərbaycan Respublikasının 1999cu il 26 noyabr tarixli 762-İQ №-li Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimatın tələblərini yerinə yetirməyərək daşınar və daşınmaz əmlaka sərəncam verilməsi, həmçinin pul bağışlanması, beh və borc verilməsi, habelə ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edildiyi vaxt pul vəsaitini tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməli olduğu halda öz qulluq mövqeyindən istifadə edib qohumu Şahid1 notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilən notariat hərəkətlərində istifadə etmək üçün pul tələb olunduğunu bildirərək pulun notariat hərəkətlərində dövriyyəsi müqabilində sonuncuya qazanc verəcəyinə dair yalan vəd verməklə aldatmış, bu adla 2018-ci il oktyabrın 23-də saat 13 radələrində işlədiyi həmin notariat ofisinin yaxınlığında vahid niyyətlə əhatə olunan qəsdlə Şahid1 vasitəçiliyi ilə Zərərçəkmiş şəxs2 93.500 manat məzənnəsi ilə 55.000 ABŞ dolları və Zərərçəkmiş şəxs1 51.000 manat məzənnəsi ilə 30.000 ABŞ dolları alıb vədinə inandırmaqdan ötrü 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayınadək olan müddət ərzində qazanc adı ilə hissəhissə olmaqla 48.500 manat Zərərçəkmiş şəxs2, 21.000 manat Zərərçəkmiş şəxs1 qaytarıb qalan 75.000 manatı isə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 ümumilikdə 45.000 manat və Zərərçəkmiş şəxs2 ümumilikdə 30.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən ünvan 4yərkən öz qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı X6 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, işlədiyi notariat ofisinə müraciət etmiş Zərərçəkmiş şəxs3 2015-ci il avqustun 09-da öhdəlik müqaviləsi əsasında X2 aldığı, «BANK Tehnique» açıq səhmdar cəmiyyətində ipoteka ilə yüklü olan ünvan 5 ünvanında yerləşən mənzili müqavilə üzrə öhdəliyi yerinə yetirənədək ölən sonuncunun adından çıxarılmaqla anası X5 adına rəsmiləşdirilməsinə kömək edəcəyinə dair verdiyi yalan vədlə 2020-ci il sentyabrın 18-də saat 12 radələrində işlədiyi həmin notariat ofisində Zərərçəkmiş şəxs3 8.000 manat pul alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək adı çəkilən zərər çəkmiş şəxsə ümumilikdə 8.000 manat, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə istintaq tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən ünvan 4yərkən özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə «Notariat haqqında» Azərbaycan Respublikasının 1999-cu il 26 noyabr tarixli 762-İQ №-li Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 №-li qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» təlimatın tələblərini yerinə yetirməyərək daşınar və daşınmaz əmlaka sərəncam verilməsi, həmçinin pul bağışlanması, beh və borc verilməsi, habelə ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqavilələr notariat qaydasında təsdiq edildiyi zaman pul vəsaitini tərəflərdən birinin digərinə verməsi və qaytarması notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməli olduğu halda öz qulluq mövqeyindən istifadə edib tanışı Zərərçəkmiş şəxs4 notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilən notariat hərəkətlərində istifadə etmək üçün 80.000 manat tələb olunduğunu bildirərək pulun birgünlük müddət ərzində notariat hərəkətində dövriyyəsi müqabilində bir faiz həcmində, yəni 800 manat sonuncuya qazanc verəcəyinə dair yalan vəd verməklə aldatmış, bu adla 2020-ci il oktyabrın 12-də saat 11 radələrində işlədiyi həmin notariat ofisində vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 68.000 manat məzənnəsi ilə 40.000 ABŞ dolları və sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs5 12.000 manat alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 ümumilikdə 68.000 manat və Zərərçəkmiş şəxs5 ümumilikdə 12.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2012-ci ildən 2020-ci ilədək Bakı şəhərinin 6 saylı notariat ofisində aparıcı mütəxəssis işləmişdir. Qohumu Şahid1 ilə münasibətləri yaxşı olmuşdur. Vətəndaşlara müqavilələrin rəsmiləşdirilməsində kömək göstərməsi əvəzində göstərilən şəxslərin depozitə ödədikləri pulun 1%-i həcmində məbləği qazanc kimi götürməsi təklif edilsə də kifayət edəcək maddi imkanı olmadığından o, Ramilə müraciət edərək birgə qazanc əldə etməyi təklif etdikdə sonuncu ona inanıb razılaşmışdır. Bu formada o, ayrı-ayrı vaxtlarda Ramildən hazırda xatırlamadığı məbləğdə pul vəsaitləri almaqla yuxarıda qeyd edilən qaydada notariat hərəkətlərinin aparılmasında istifadə etmiş, daha sonra götürdüyü pulu qazancı ilə birlikdə Ramilə qaytarmışdır. 2018-ci il oktyabr ayının əvvəllərində bir neçə şəxsdən nağdsız şəkildə borc müqaviləsinin bağlanması, habelə qeyri-yaşayış sahəsinin notariat qaydasında alqı-satqısının təşkil edilməsi ilə bağlı müraciətlər almış, bu hərəkətlər üçün təxminən 187.000 manat lazım olduğundan Ramildən həmin məbləği istəməklə 18.700 manat qazancından 15.000 manatı sonuncuya verib qalan 3.700 manatı özünə götürəcəyini deyəndə Ramil qohumları Xəlilin, Rasimin və tanışı Yalçının köməkliyi ilə lazımi məbləğdə pulu düzəldəcəyini söyləmişdir. 2018-ci il oktyabr ayının sonlarında Ramil ilə Bakı şəhərinin 6 saylı notariat ofisinin qarşısında görüşərək 187.000 manat məbləğində pulu sonuncudan götürsə də göstərilən məbləği və digər şəxslərdən borc aldığı pulu notariat hərəkətlərində deyil, quracağı işə sərf etmək qərarına gəlib bu barədə heç kimə məlumat verməmişdir. Həmin müddət ərzində o, öz şəxsi vəsaiti hesabına Ramil, Xəlil və ya Rasim ilə görüşərək sonunculara qazanc adı ilə pul verməklə fəaliyyətini davam etdirmiş, 2018-ci ilin dekabr ayında Ramilin təkidi ilə Yalçına aid 25.000 ABŞ dollarını sonuncuya qaytarmış, 2019-cu ilin fevral ayından başlayaraq qurduğu işdə çətinliklərlə qarşılaşdığından aldığı pul vəsaitlərinə görə qazancı verə bilməmişdir. 2019-cu ilin may ayından qurduğu iş iflasa uğramış, Ramilin mütəmadi zəngləri nəticəsində baş verənləri olduğu kimi sonuncuya danışmışdır. Bundan başqa o, 2020-ci il oktyabrın 12-də saat 11 radələrində Bakı şəhəri 6 saylı notariat ofisində Bakı şəhərinin 37 saylı notariat ofisində mütəxəssis işləyən Zərərçəkmiş şəxs4 qazanc vermək vədi ilə 40.000 ABŞ dolları və 12.000 manat almış, lakin pulu notariat hərəkətlərində deyil, öz şəxsi ehtiyaclarına sərf etməklə borclarına vermiş, Alim hər dəfə zəng etdikdə müxtəlif bəhanələr gətirib pulu qaytaracağına dair yalan vədlər vermiş, sonuncunun onun barəsində şikayət edəcəyini öyrənəndə ölkə ərazisini tərk etmişdir. Bununla yanaşı 2020-ci il sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 2015-ci il avqustun 09-da öhdəlik müqaviləsi əsasında X2 almaqla həmin zaman «BANK Tehnique» açıq səhmdar cəmiyyətində ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanında yerləşən mənzili müqavilə üzrə öhdəliyi yerinə yetirənədək ölən sonuncunun adından çıxarılaraq anası X5 adına rəsmiləşdirilməsinə kömək edəcəyini yalandan demiş, tanışı X3 vasitəsi ilə aşkar olunmayacaq şərtlə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətində saxta vərəsəlik hüququ haqqında şəhadətnamə düzəldəciyini bildirib 2020-ci il sentyabrın 18-də saat 12 radələrində işlədiyi notariat ofisində İxtiyardan 8.000 manat pul alsa da Təranə vədinə əməl etməmişdir. Adı çəkilən zərər çəkmiş şəxsə pulunu qaytardığından hazırda sonuncu ilə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, qayını Şahid1 2018-ci ilin oktyabr ayında Bakı şəhərinin 6 saylı notariat ofisində işləyən uzaq qohumu Təqsirləndirilən şəxs bir neçə obyektin notariat qaydasında alqı-satqısını həyata keçirmək üçün iki ay müddət ərzində müəyyən qədər pul lazım olduğunu, həmin pul müqabilində yaxşı qazanc əldə etmək mümkün olduğunu demiş, lakin Şirvana etibar etmədiyindən 30.000 ABŞ dolları məbləğində pulu Ramilə borc verə biləcəyini söylədikdə sonuncu razılaşaraq pulu götürüb getmiş, 2018-ci il dekabr ayının sonlarında Ramil ona 6.000 manat verib həmin pulun qazanc olduğunu bildirsə də 30.000 ABŞ dollarını qaytarmamışdır. Eyni qaydada 2019-cu il yanvar ayının sonlarında Şirvan ona 1.700 manat, 2019-cu ilin fevral ayından həmin ilin may ayınadək olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 13.300 manat pul vermiş, lakin 30.000 ABŞ dolları pulu müxtəlif bəhanələrlə qaytarmamış, o, həmin pulu Ramildən tələb etdikdə sonuncu Abşeron rayonunun Xırdalan şəhərindəki özünə məxsus qeyri-yaşayış sahəsini onun adına rəsmiləşdirmiş, 2020-ci ilin avqust ayında o, Şirvanın qanunsuz əməllərindən xəbər tutmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, bacısının qayını Şahid1 2018-ci ilin oktyabr ayında Bakı şəhərinin 6 saylı notariat ofisində işləyən Təqsirləndirilən şəxs bir neçə obyektin notariat qaydasında alqı-satqısını həyata keçirmək üçün iki ay müddət ərzində müəyyən qədər pul lazım olduğunu, həmin pul müqabilində yaxşı qazanc əldə etmək mümkün olduğunu dedikdə razılaşıb 55.000 ABŞ dolları pulu Ramilə vermişdir. 2018-ci il dekabr ayının sonunda Ramil ona qazanc kimi 9.000 manat, 2019-cu il yanvar ayının sonlarında Şirvan qazanc kimi 2.200 manat, 2019-cu ilin fevral ayından həmin ilin may ayınadək olan müddət ərzində isə hissə-hissə olmaqla ümumilikdə 37.300 manat versə də 55.000 ABŞ dollarını qaytarmamışdır. O, 2020-ci ilin avqust ayında Şirvanın əməllərindən xəbərdar olmuşdur. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Bakı şəhərinin 6 saylı notariat ofisində işləyən Təqsirləndirilən şəxs 2015-ci il avqustun 09-da öhdəlik müqaviləsi əsasında X2 almaqla həmin vaxt «BANK Tehnique» açıq səhmdar cəmiyyətində ipoteka ilə yüklü edilmiş ünvan 5 ünvanındakı mənzili müqavilə üzrə öhdəliyi yerinə yetirənədək ölən sonuncunun adından çıxarılaraq anası X5 adına rəsmiləşdirilməsinə köməklik edəcəyinə dair vəd etdikdə o, 2020-ci il sentyabrın 18-də saat 12 radələrində Şirvanın işlədiyi notariat ofisində sonuncuya 8.000 manat vermişdir. Bir müddət keçsə də Şirvandan xəbər gəlməmiş, o, qeyd olunan notariat ofisinə getdikdə Şirvanın bir neçə şəxsi dələduzluq yolu ilə aldadaraq pul vəsaitlərini ələ keçirdiyini eşitmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 2012-ci ildən Bakı şəhərinin 37 nömrəli notariat ofisində mütəxəssis vəzifəsində işləmiş, 2013-cü ildən tanıdığı Baki şəhəri 6 saylı notariat ofisinin mütəxəssisi Təqsirləndirilən şəxs ilə işgüzar münasibətləri olmuşdur. 2020-ci il oktyabrın 11-də Şirvan ona alqı-satqı notariat hərəkəti etmək üçün 150.000 manat tələb olunduğunu və çatışmayan 80.000 manat məbləğində pulu borc olaraq istəyib ona qazanc kimi 800 manat vəd etdikdə o, özündəki 40.000 ABŞ dollarını, iş yoldaşı və uzaq qohumu Zərərçəkmiş şəxs5 borc aldığı 12.000 manatı növbəti gün saat 11-12 radələrində Bakı şəhərinin 6 nömrəli notariat ofisində Şirvana vermişdir. Sonuncu həmin pulu iki saatdan sonra qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə boyun qaçırmış, saat 18:00-da o, Şirvana zəng edəndə sonuncu cavab verməmiş, Şirvanı gözləməyinin əbəs olduğunu bildikdən sonra oradan getmiş, 2020-ci il oktyabrın 13-də saat 15 radələrində Ülviyyə ilə birlikdə qeyd olunan notariat ofisinə getdikdə Şirvanın onları aldatdığını öyrənmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, uzaq qohumu Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuş, sonuncu onunla görüşlərin birində ondan alqı-satqı notariat hərəkəti etmək üçün 3.000 manat borc istəməklə 100 manat qazanc vəd etdikdə razılaşmış, bir həftədən sonra Şirvan ona 3.100 manat ötürmüş, bu minvalla sonuncu ondan ayrı-ayrı vaxtlarda 3.000, 5.000 və 10.000 manat alıb qazancı ilə birlikdə qaytardığından etibarını qazanmışdır. 2018-ci il oktyabrın 15-də Şirvan böyük obyektlərin alqı-satqısı üçün 250.000 manat pul lazım olduğunu dedikdə o, üç nəfər qohumundan alıb 187.000 manat verə biləcəyini bildirmiş, Şirvan 187.000 manatdan ona 25.000 manat qazanc vəd etmişdir. O, qardaşının qayını Zərərçəkmiş şəxs2 55.000 ABŞ dolları, bacısının yoldaşı Zərərçəkmiş şəxs1 30.000 ABŞ dolları və sinif yoldaşı Yalçından 25.000 ABŞ dolları pul borc götürüb 2018-ci il oktyabrın 23-də saat 13 radələrində Bakı şəhəri 6 saylı notariat ofisinin yanında Şirvana vermişdir. Bir müddət ötmüş sonuncunun 25.000 ABŞ dollarını Yalçına qaytardığını bilmiş, bir qədər keçmiş isə Şirvan ona vəd etdiyi 25.000 manat qazancından 15.000 manatı verərək alqı-satqını tam şəkildə həyata keçirmək üçün əlavə bir ay istəməklə bu müddət qarşılığında borc sahiblərinə əlavə olaraq 2.000 manat qazanc verəcəyini dedikdə razılaşmaqla Xəlilə 9.000 manat, Rasimə isə 6.000 manat vermişdir. 2019-cu il yanvar ayının sonlarında Şirvan Xəlil və Rasim ilə görüşərək onlara müvafiq qaydada 2.220 manat və 1.700 manat, 2019-cu ilin fevral ayından may ayına qədər olan müddət ərzində isə Xəlilə 37.300 manat, Rasimə isə 13.300 manat pul vermişdir. 2019-cu il may ayının əvvəllərində Rasim onunla görüşüb verdiyi 30.000 ABŞ dolları geri istədiyindən o, Şirvandan həmin məbləği tələb etsə də sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. 2019-cu il mayın 31-də saat 18 radələrində Şirvan mesaj yazıb onu aldatdığını bildirməklə əməllərini etiraf etmişdir. Şirvan Rasimin pulunu qaytara bilmədiyindən məcburiyyət qarşısında özünə aid Abşeron rayonunun Xırdalan şəhərində yerləşən qeyri-yaşayış sahəni sonuncunun adına rəsmiləşdirmiş, Xəlilin pulu isə ödənilmədən qalmışdır. Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid2 ibtidai araşdırma vaxtı şahid qismində dindirilərkən 1994-cü ildən Bakı şəhəri 37 saylı notariat ofisinin xüsusi notariusu vəzifəsində işlədiyini, 2020-ci il oktyabrın 12-də saat 18 radələrində Zərərçəkmiş şəxs4 ona zəng edib Bakı şəhəri 6 saylı notariat ofisinin əməkdaşı Təqsirləndirilən şəxsla birgə iş görərək notariat hərəkətinin keçirilməsində köməklik etdiyini, bunun müqabilində sonuncuya 80.000 manat məbləğində pul verdiyini, Şirvanın da həmin notariat hərəkətinin yekununun növbəti günə qalmasını dediyini bildirdiyini, telefon əlaqəsi saxladığı qeyd edilən notariat ofisinin notariusu Şahid3 maraqlandıqda sonuncunun belə notariat hərəkətinin həytata keçirilmədiyini söylədiyini, bundan sonra Alimə zəng vuraraq bu barədə onu məlumatlandırdığını, sonradan Şirvanın Alimin etibarından sui-istifadə edərək notariat hərəkəti aparmaq adı ilə 80.000 manat məbləğində pul almaqla dələduzluq etdiyini öyrəndiyini göstərmişdir (1-ci cild, iş vərəqi 163-164). Məhkəmə iclasında ifadəsi elan edilib tədqiq olunmuş Şahid3 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən Şahid2 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 165-166). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2020-ci il 03 dekabr tarixli 05/6104-11 №-li məktubundan görünür ki, notariat ofislərinin əməkdaşlarının daxili intizam qaydalarına əməl olunmasına nəzarətin həyata keçirilməsi məqsədi ilə xüsusi notariuslar tərəfindən öz vəsaitləri ilə quraşdırılan müşahidə kameralarının videogörüntüləri Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən arxivləşdirilmir (1-ci cild, iş vərəqi 63). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2020-ci il 25 dekabr tarixli 05/Q-103/2-11 №-li məktubundan və Bakı şəhəri 6 saylı notariat ofisinin tarixsiz 19/14 №-li arayışından görünür ki, 2020-ci il oktyabrın 12-də Bakı şəhəri 6 saylı notariat ofisində 80.000 manat dəyərində alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, orada və digər notariat ofislərində Təqsirləndirilən şəxs adına və sonuncunun adından notariat hərəkətləri aparılmamış, əmək və icra intizamını pozduğundan 2020-ci il oktyabrın 14-də Təqsirləndirilən şəxs əmək müqaviləsinə xitam verilmişdir (1-ci cild, iş vərəqi 66 və 239). İş materiallarındakı «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən 2020-ci il 29 iyul tarixli çıxarışdan və notariat qaydasında təsdiqlənən eyni tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs 2020-ci il iyulun 29-da Bakı şəhəri 11 saylı notariat ofisində 75.000 manat borc vermişdir (1-ci cild, iş vərəqi 82 və 96). İş materiallarındakı «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən 2020-ci il 18 sentyabr çıxarışdan və notariat qaydasında təsdiqlənən eyni tarixli kredit müqaviləsinin kserosurətindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs 2020-ci il sentyabrın 18-də Bakı şəhərinin 15 saylı notariat ofisində 8.000 manat borc vermişdir (1ci cild, iş vərəqi 98-99). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 03 mart tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 111-112). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2021-ci il 04 mart tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu vaxtdan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 127-130). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il mayın 05-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (1-ci cild, iş vərəqi 174- 175). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2018-ci il 11 dekabtr tarixli 17/6-17370 №-li əmrinə əsasən tərtib edilən 2021-ci il 03 dekabr tarixli aktının və eyni tarixli arayışların tərcümə olunmuş surətlərindən görünür ki, Pogorica Pom İ Ali Məhkəməsinin 104/21 saylı qərarı əsasında 2021-ci il iyulun 26-da saxlanıb 2021-ci il iyulun 27-dən 2021-ci il dekabrın 03-dək Monteneqro Slavyan Respublikasında təcridxanada saxlanmaqla 2021-ci il dekabrın 03-də saat 18:15-də ekstradisiya edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən təhvil alınmışdır (1-ci cild, iş vərəqi 177-181). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 07 dekabr tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Şahid1 təqdim etdiyi bir ədəd CD diskinə baxış zamanı sonuncunun onun istifadəsində olan ***-***-**-** saylı nörməyə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrədən «WhatsApp» mobil tətbiqi vasitəsi ilə ünvanlanan bir ədəd audioyazıda «Əmioğlu nətərsən, nə var nə yox, əmioğlu sənin qadan alaram nəsə mən çox pis vəziyyətdəyəm, dəhşət çox pis vəziyyətdəyəm, mə ha elədim ha elədim sa.. ki səni bir təhər şey eliyim da yani bu günə pul tapım, bu günə pul tapım 50 yer söz vermişdi, əmələ gəlmədi, mən ta belə inan elə alındı ki, mən elə bil ki az qalıram özümü ödürəm da, yəni vəziyyət o yerdədi, Rasim də gəldi elə işimin qabağına ta mən oturdum maşına sürdüm guya bank adıynan maşını gedirəm guya banka şey eliyəm da, mən telefonu zadı indi yəqin ki söndürəcəm, indi mənə bir nəfər pul söz verib, verib də İndi gətirəcək, hə belə bilirsən mən sənin yanında heç vaxt yalançı çıxmamışdım, mənim uje təmiz başım havalanır, yəni burda rəislik zaddıq bir şey yoxduye, ə bu pulu yəni bir yer var ora qoymuşuq da heç ... işdə, işnən zadnan əlaqəsi yoxduye mən özümnən hər həftə hər ay gediirəm pul tapıram hər ay faizin verirəm da, bax Allaha ad olsun, balalarımın canı yani heç bizim işnən heç bir əlaqəsi yoxdu, ararıb qoymuşam məni bir yerə pulu da alammıram, boş-boş elə hər həftə mən gətirirəm faiz verirəm, mən aylıq ordan pulumu alıram e, prosta bu pulu götürə bilmirəm, prosta obşi summanı götürə bilmirəm, o böyüklükdə summanı, mən uje təmiz batmışam, başım havalanır, az qalıram ki, özümü öldürəm də, yanı elə bir vəziyyətdəyəm ki deyirəm az qalıram özümü öldürəm, indi nədi necədi sən nə deyirsən onu eliyək mən uje dərd-azar olmuşam, başım .. rəsmcə cərd- azar olmuşam da, bu səs yazıya ea ozüc qulaq as, özün də, nə ruqurovka eliyirsən elə, nə deyirsən mən eliyim, mən bilmirəm e neyniyirəm, nağayrıram, mən bax böyün-böyün, sabah-sabah, böyün-böyün, sabah-sabah uja tam mən özümü itirmişəm, başımı itirmişəm, hər şey qatışıb bir-birinə hamıya verəcəklərim var, ta bir 200.000 dollara yaxın pul var, 200.000 dollardan da artıxdıye, pul qalıb, işnən demək olar ki, heç bir əlaqəsi yoxdu da demək olar ki yox elə heç nəyi yoxdu, elə hər dəfə də gəlirəm yalannan Sizə bir yalan bir şey tapıb deyirəm, sənin yanında həmişə yalançı çıxıram, mənə deyir ki, bir balaca gözdə gözdə gözdə gözdə gətirib ev kupaçı verib mənə ki ala ev kupçasın hər şey., hər şey qatışıb bir-birinə da, guya iş görürük, fazilərin verir e aybaay bu fazilərin verir mən də Allah haqqı heç yəni faizdə nə faiz e guya qazandığımız puldu o da heç nə ortada yoxdu elə mən ta o dövriyyədən elə özümnən verməmişəmsə elə bir 50.000 manata yaxın özümnən fazilər vermişəm, başım havalanır, az... ağlamaqdan, əsəbdən səhərə qədər yatammıram, bütün hər şey qatışıb bir-birinə, mən uje dərd-azad olmuşam, nədi nə deyil, necə nə bilib istiyirsən gəl vur öldür, neynirsən elə mən bir balaca vaxt ver, bir balaca vaxt ver mən gedim bu məsələni həll eliyim gəlim mən ta uje belə olmur e uje özüm-özümnən başım havalanır da, nədi nə deyil özüm də, bilmirəm heç neyirəm yaxşı» məzmunlu mesajın olması aşkarlanmışdır (1-ci cild, iş vərəqi 221-222). İş materiallarındakı 2022-ci il 10 yanvar tarixli Təqsirləndirilən şəxs ərizəsindən və Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi eyni tarixli protokoldan görünür ki, sonuncunun atası X7 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 5.000 manat ödədiyindən sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur (1-ci cild, iş vərəqi 245-246). İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2022-ci il 11 yanvar tarixli **********66 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak qeydə alınmamışdır (1-ci cild, iş vərəqi 247). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 13 yanvar və 2022-ci il 15 yanvar tarixli protokollardan görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 və Şahid1 Təqsirləndirilən şəxsla ayrı-ayrılıqda üzləşdirilərkən birincisi, ikincisi və üçüncüsü ifadələrini təsdiqləmişlər, sonuncu onların dedikləri ilə razılaşıb əməlindən səmimi peşman olduğunu bildirmişdir (1ci cild, iş vərəqi 252-256, 258-262 və 264-269). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin 2022-ci il 17 yanvar tarixli 2314 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına olan «X13» markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 2021-ci il noyabrın 03-də, «BMW 325 Minik» markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 2021-ci il dekabrın 24-də qeydiyyatdan çıxarılmışdır (1-ci cild, iş vərəqi 273-277). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 17 yanvar tarixli sübutların qiymətləndirilməsi, eyni tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi, eləcə də 2022-ci il 18 yanvar tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 308-ci, 309-cu, 311-ci və 32.4, 312-ci maddələri ilə cinayət təqibi üzrə icraata, Şahid1 iş üzrə zərər çəkmiş şəxs qismində iştirakına xitam verilmiş, cinayət işindən X6 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1.-ci və 178.3.4.-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 1-28 və 32-34). İş materiallarında olan 2022-ci il 18 yanvar tarixli ərizələrdən, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin eyni və 2022-ci il 19 yanvar tarixli qərarlarından görünür ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs tərəfindən onlara müvafiq qaydada 68.000 manat və 12.000 manat maddi ziyan vurulduğundan mülki iddiaçı kimi, Təqsirləndirilən şəxs mülki cavabdeh kimi tanınmışlar (2-ci cild, iş vərəqi 49-51, 53-55 və 58). Məhkəməyə təqdim olunan 2022-ci il 14 mart tarixli ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona vurulan zərər tamamilə ödənildiyindən Təqsirləndirilən şəxsla barışmışdır, sonuncuya qarşı heç bir tələbi və iddiası yoxdur. Məhkəməyə təqdim olunan mülki iddialardan və qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs4 maddi ziyan kimi 40.000 ABŞ dolları, mənəvi ziyana görə 20.000 manat və 234 manat dövlət rüsumu nəzərə alınmaqla 40.000 ABŞ dolları və 20.234 manat məbləğində pulun, Zərərçəkmiş şəxs5 maddi ziyan kimi 12.000 manat, mənəvi ziyana görə 10.000 manat və 156,4 manat dövlət rüsumu nəzərə alınmaqla 22.156,4 manat məbləğində pulun onların xeyrinə Təqsirləndirilən şəxs tutulmasını xahiş etmişlər. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, əməlində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs 178.3.2.-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, zərər çəkmiş şəxslərin və şahidin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş şahidlərin ifadələri, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla ilk məhkumluğunu işdə cəzanı yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni vaxtda hesab edir ki, iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddiaları qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs4 xeyrinə 68.000 manat məzənnəsi ilə 40.000 ABŞ dolları maddi ziyana və ödənilmiş 234 manat dövlət rüsumuna görə ümumilikdə 68.234 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 12.000 manat maddi ziyana və ödənilmiş 156,4 manat dövlət rüsumuna görə ümumilikdə 12.156,4 manat tutulmalı, onlara mülki iddialarının qalan hissəsində Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 45.000 manat və Zərərçəkmiş şəxs2 30.000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar məsələni müzakirə edərək hesab edir ki, onlar cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 180.2.-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilməlidir. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi2 tərəfindən 50 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il iyulun 26-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.3.2.-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il iyulun 26-dan hesablansın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 mülki iddiaları qismən təmin edilməklə Təqsirləndirilən şəxs alınıb Zərərçəkmiş şəxs4 xeyrinə 68.234 manat, Zərərçəkmiş şəxs5 xeyrinə 12.156,4 manat tutulsun, onlara mülki iddialarının qalan hissəsində mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 45.000 manat və Zərərçəkmiş şəxs2 30.000 manat məbləğində dəymiş maddi ziyan ilə əlaqədar onlara mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından vəkili Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 300 manat köçürülsün. İş üzrə maddi sübut kimi tanınan bir ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-708/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-708/2022
09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver