Məhkəmə qərarları › İş №1(101)-708/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-708/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-708/2023 08.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X4-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1986-cı ildə Lənkəran rayonu, Girdəni kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Girdəni ərazi dairəsi, Girdəni kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi, fərdi tikilmiş nömrəsiz evdə yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcrixdanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda - 01 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 2,774 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmış, polis şöbəsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ümumi təmiz çəkisi 2,774 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadələrində göstərdi ki, özü narkotik istifadəçisidir. Polis bölməsinə özü getmişdir. Ona bölmədən onun barəsində şikayət olduğu bildirilib polis bölməsinə çağırılmışdır. O, Polis bölməsində təzyiq altında olduğu üçün, ona verilən narkotiki qəbul etmiş və özünün olduğunu boynuna götürmüşdür. Onu Sabunçu rayon Polis idarəsində saxlayıblar. Özü heroindən istifadə edir. Polis əməkdaşlarının onunla heç bir düşmənçiliyi olmamışdır. O, polis bölməsinə özünün şəxsən getdiyinə görə üzərində narkotik vasitənin olması ehtimalının olmadığını bildirdi və qeyd etdi ki, onu oğurluq əməlinə görə bölmədən çağırmışdılar. Onu döyən şəxsləri üzdən tanıyır, lakin adlarını bilmir. O, son olaraq bildirdi ki, üzərindən çıxan narkotik vasitə ona aid olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir: “O, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. O, narkotik vasitə olan heroini Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan İman adlı şəxsdən alırmış. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Sabunçu rayonu, Ramana qəsəbəsində İman adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata narkotik vasitə olan heroini almışdır. O, şəffaf sellofana bükülmüş heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, axşam saatlarında istifadə etsin. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində o, piyada evinə gedən zaman Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşdılar. Onlar özlərini təqdim edərək 12-ci polis şöbəsinin əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etdilər. O, üzərində narkotik vasitə olduğundan onlardan yayınmaq istəyirmiş. Onlar onun yayındırıcı cavablarını görüb onu şöbəyə dəvət etdilər. Bundan sonra onlar ona narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etdilər. Bundan sonra o, etiraz etmədən polis şöbəsinə getdi. Orada onu xidməti otaqların birinə dəvət etdilər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirdilər. Ona vəkillər siyahısını təqdim etdilər və növbədə olan vəkillərdən o, müdafiəçi X3 onu müdafiə etməsini istədi. Bundan sonra vəkilinin iştirakı ilə ona, şübhəli şəxs qismində tutulma protokolu tərtib edildi və ona hüquq və vəzifələri izah edildi. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirdilər. Onun üzərində narkotik vasitə olan heroinin olduğundan o, istəmədi ki, onu müdafiə edən vəkil bunu görsün. Ona görə o, ərizə ilə müraciət edərək şəxsi axtarış keçirilən zaman vəkilinin iştirakından imtina etdi. Bu zaman təhqiqatçının otağında polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirildi. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş kakosu, yəni heorini heroin olduğunu bildirib masanın üzərinə qoydu. Həmin sellofan polis əməkdaşları tərəfindən açıldı. Həmin sellofanın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə var imiş. O, aşkar olunmuş madənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 30 avqust 2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı İman adlı şəxsdən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Bundan başqa üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilmədi. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edildi və iştirak edən digər şəxslər həmin protokolu imzaladılar. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq narktoik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ile məşğul olmadığını, saxlanılan zaman və sonra ona polis tərəfindən heç bir fiziki güc tətbiq edilmədiyini bildirmişdir”. Məhkəmədə Şahid1 ifadələrində göstərdi ki, o, Sabunçu RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 avqust 2022-ci il tarixdə saat 15:30 dəqiqə radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində həmin şöbənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsin olmadığını, xx xxxx 1986-cı il təvəllüdlü, Lənkəran rayonunda anadan olmuş, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa Şəhərciyi nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirdi və yayınmağa cəhd etdi. Bu da onlarda şübhə yaratmışdır. Onun bu hərəkəti onlarda narkotik maddələrin qəbulunda şübhə doğurduğundan Elnuru polis şöbəsinə dəvət edib gətirmişlər. Elnur da etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə gəldi. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olundu və şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edildikdə o, şalvarının cibindən bir sellofan bükümünü çıxararaq masanın üzərinə qoydu. Həmin büküm açıldıqda içərisində spesifik iyə malik maddə aşkar olundu. Elnur Rəfiyedən bükümün içərisində nə olduğunu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını İman kimi bildiyi şəxsdən 30 manata aldığını bildirdi. Sonra onun üzərinə baxış keçirildi və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmadı. Bundan sonra onun üzərindən aşkar olunmuş büküm olan heroin qablaşdırıldı, möhürləndi və iştirakçılar tərəfindən imzalandı. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edildi. Təqsirləndirilən şəxs tərəfindən də qeyd və şikayət daxil olmadı. Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadələr verib onun ifadələrində göstərdiyi halları təsdiq etdi. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş və şəxsi axtarışı əks etdirən video görüntünün əks olunduğu bir ədəd rəqəmsal «DVD» diskə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxardaraq, narkotik vasitə olan heroin olduğunu bildirmiş, bükümü təhqiqat orqanının əməkdaşlarına təhvil vermişdir. Həmin narkotik vasitə heroini o, 30 avqust 2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını İman kimi bildiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 31 avqust 2022-ci il tarixli, 6/4653 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N°159” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,774 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,774 qram təşkil etmiş narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,724 qram təşkil edən narkotik vasitə heroin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadələrində göstərdi ki, ona elan olunmuş ittihamda nəzərdə tutulan narkotik vasitənin ona aidiyyəti yoxdur. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq edildiyi üçün ittihamda nəzərdə tutulan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs bu ifadələri araşdırılarkən həmin ifadələri təsdiq edən sübut müəyyən olunmadı. Əksinə onun saxlanılıb polis bölməsinə aparılmasını həyata keçirmiş və bu iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 onun ifadələrinində göstərilən halları təkzib etdilər. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirsizlik prezumpsiyasına əsasən özünün təqsirsizliyini sübut etməyə borclu olmadığını nəzərə alır, lakin onun özünün müdafiəsi üçün göstərdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşıdığını qeyd edir. O isə bunu etmədi, yəni həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etmədi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, özünün müdafiəsi üçün dəlil göstərdikdə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq olmayan faktı nəzərdə tutmayan iddianın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərrədliyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə Təqsirləndirilən şəxs tutulması halları müzakirə olunarkən onun təsadüfən saxlanılması müəyyən olundu. Onun polis orqanları və polis əməkdaşları ilə və ya əksinə neqativ münasibətləri olmamışdır. Məhkəmənin qənaətinə görə bu hallar özlüyündə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi halları inkar edir. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs iddia etdiyi xəsarətlər barədə əvvəllər şikayət etməməsi və o, istintaq təcridxanasına qəbul olunarkən onun bədənində belə xəsarətlərin aşkar edilməməsini təsdiq edən özünün məhkəmədə verdiyi ifadələr baxımından da əsaslıdır. Bu səbəbdən də, məhkəmə, Təqsirləndirilən şəxs müzakirə olunan bu ifadələrini həqiqətə uyğun olmayan, özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyini, onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1 ci maddəsi ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilinib onun bu əmələ görə həmin maddədə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə bu məbləği Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsini əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 (qırx) saat hüquqi yardım göstərilməsi və buna görə ona 240 (iki yüz qırx) manat pul ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləği dövlət büdcəsi hesabına ödənilməsini və Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunmasını əsasılı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün üçün Bakı şəhəri Sabunçu RPİ-nin Saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə ümumi ilkin çəkisi 2,774 qram təşkil edən heroin, tədqiqata sərf edildikdən sonra çəkisi 2,724 qram heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddələrin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs hazırkı iş üzrə 30 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində qətimkan tədbiri qismində həbs seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal kimi ibtidai istintaq zamanı etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2022-ci il tarixli, 5860 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasını və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 30 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına 65 (altmış beş) manat tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bono” Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün 240 (iki yüz qırx) manat Azərbaycan Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin ödəmədən azad olunsun, ekspertiza xərcələrini təşkil edən 65 (altmış beş) manat Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə ümumi ilkin çəkisi 2,774 qram təşkil edən heroin, tədqiqata sərf edildikdən sonra çəkisi 2,724 qram heroin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin. Bir ədəd rəqəmsal video “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar