Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-708/2024 28.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə 3 avqust 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-2, korpus 46, ev 295-də qeydiyyatda olan və yaşayan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu, Balaxanı yolunda, istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4,595 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 14 aprel 2023-cü il tarixdə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 19:20-də Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 46-cı korpusun yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmiş, orada saat 20:16-da üzərinə şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 4,595 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulanadək kondisioner ustası işləmişdir. 14 aprel 2023-cü il tarixdə, saat 17-18 radələrində polis əməkdaşları yaşadığı evin həyətinə daxil olub, onu polis bölməsinə aparmışlar. Həmin vaxt valideynləri işdə, qardaşı X3 isə evdə olmuşdur. Üzərində narkotik vasitə olmamışdır. Bölmədə üzərinə narkotik vasitə qoyulmuş və məhkəməyə göndərilmişdir. Saxlanılmazdan 2-3 ay əvvələ qədər heroin və metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Ailə üzvlərinin narkotik vasitələrdən istifadə etməsindən məlumatları olmuşdur. Narkotik vasitənin istifadəsi ilə bağlı ağrıları olduğu üçün saxlanılmazdan 7-8 ay əvvəl Maştağada müalicə almışdır. Onu saxlayan polis əməkdaşlarının adlarını bilməmişdir. Həmin şəxslərdən ikisi formada, digərləri isə mülki geyimdə olmaqla cəmi 11 nəfər olmuş, onun yaşadığı evə baxış keçirərək evi dağıtmışlar. Bölmədə ona psixi təzyiq göstərərək yaşadığı evə narkotik qoymaqla onu hədələmişlər. Yüngül formada fiziki təzyiqə məruz qalmış, lakin xəsarət almamışdır. BİT-də müayinə olunmuş və xəsarətinin olmadığını bildirmişdir. Hüquqi savadı olmadığı üçün ona edilən fiziki təzyiqlərlə bağlı hər hansı dövlət orqanına şikayət etməmişdir. Ona təzyiq göstərən polis əməkdaşlarından birinin adı Tural olmuşdur. Saxlanıldığı zaman üzərində telefonu olmuşdur. Həmin gün polislər onun telefonuna zəng etmişlər. Müdafiəçi üzərində şəxsi axtarış həyata keçirildikdən sonra gəlmişdir. İstintaq zamanı ifadə verərkən müstəntiqə evdə tutulduğunu demişdir. Saxlanıldığı zaman üzərində hər hansı narkotik vasitə olmamış, lakin narkotik vasitənin təsiri altında olmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğuna görə saxlanıldığını zənn edir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Binəqədi RPİ-nin 43-cü PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, ondan və iş yoldaşı Şahid1 əməliyyat qrupu təşkil edilmişdir. Mirsiyaf ilə birlikdə rayonun ünvan 3 ünvanın yaxınlığına getmişlər. Təqsirləndirilən şəxs saxlayıb, 43-cü PB-nə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılmasında onunla bərabər iş yoldaşı Mirsiyaf da iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd göy cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellafona bükülmüş bükümü, cins şalvarının sol yan cibindən isə bir ədəd «Samsung» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş büküm açılaraq içərisinə baxış keçirilən zaman psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, onu Balaxanı yolunda tanımadığı şəxsdən 30 manata alıb, şəxsi istifadəsi üçün saxladığını bildirdi. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyulub qablaşdırılaraq zərfin üzəri möhürlənmiş iştirakçılar tərəfindən imzalanmışdır. Sonda müvafiq qaydada protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar ifadə verdi. İşin 34-36-cı vərəqlərindəki şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra saat 20:16-da bölmədə inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü, sol cibindən isə «Samsung» markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur. Sonuncu təqdim etdiyi bükümdə «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həmin gün Balaxanı yolunda tanımadığı şəxsdən 30 manata aldığını və həmin vaxtdan üzərində saxlayaraq gəzdirdiyini bildirir. İşin 87-ci vərəqindəki DVD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 aprel 2023-cü il tarixdə, saat 19:20-də Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 46-cı korpusun yaxınlığında Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin inzibati binasına gətirildikdən sonra saat 20:16-da bölmədə inzibati otaqda Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü, sol cibindən isə «Samsung» markalı mobil telefonu masanın üzərinə qoyur, bundan sonra Təqsirləndirilən şəxs aparılan şəxsi axtarış nəticəsində ciblərindən qanunla qadağan olunmuş hər hansı əşyanın aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə «patı», yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni həmin gün Bakı şəhəri Binəqədi rayonu, Balaxanı yolunda tanımadığı şəxsdən 30 manata aldığını və həmin vaxtdan üzərində saxlayaraq gəzdirdiyini bildirir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin zərfə qoyularaq qablaşdırılır, möhürlənir, zərfin üzəri, həmçinin şəxsi axtarışın keçirilməsi barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən imzalanır. İşin 44-48-ci vərəqlərindəki məhkəmə-kimyəvi ekspertizanın 15 aprel 2023- cü il tarixli, 6/2224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 243» möhür əksi, «...Təqsirləndirilən şəxs...» və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 4,595 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasınının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. İşin 122-123-cü vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Amubulator X1 26 iyun 2023-cü il tarixli, 4043 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 118-120-ci vərəqlərindəki komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli, 1956 №-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kərmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. İşin 79-80-ci vərəqlərindəki 16 aprel 2023-cü il tarixli maddi sübutun tanınması haqqında qərar və raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 4,595 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,495 qram olan psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İşin 143-151-ci vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntülərin olduğu bir ədəd CD disk işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin 88-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 73-78-ci vərəqlərindəki qərardan görünür ki, Binəqədi rayon məhkəməsinin 16 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 14 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdəki Bakı İstintaq Təcridxanasından daxil olmuş 28 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə olmadığını, metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və psixi təzyiq nəticəsində həmin maddənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə sübut hesab etmir, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 14 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,595 (tədqiqatdan sonra qalan 4,495) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 80 (səksən) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 4,595 (tədqiqatdan sonra qalan 4,495) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 80 (səksən) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-708/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-708/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver