Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-708/2025 09.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Dəvəçi (Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də çilingər vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Çölquşçu kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana əldə etmək niyyəti ilə mənfəət olaraq gəlir əldə etmək müqabilində iran islam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsə məxsus narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, istintaqa məlum olmayan vaxtda və yerdən İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsilə qoyulmasını təşkil etdirdiyi 1923,078 qram çəkidə, xüsusilə külli miqdarda narkotik vasitə heroin, 105 qram çəkidə, kulli miqdarda narkotik vasitə tiryək, 0,347 qram çəkidə psixotrop maddə metamfetamin və 1,94 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı götürərək, qanunsuz olaraq əldə edib həmin narkotik vasitələr və psixotrop maddəni digər şəxslərə çatdırmaq uçün müvafiq yerə qoymaq məqsədilə üzərində daşıyaraq, saxlamış, 25 aprel 2024-cü il tarixdə, saat 09:55 radələrində özünə məxsus "Yamaha” markalı, 99C478 qeydiyyat nişanlı motosikleti qeydiyyat nişanı olmadan idarə etdiyi üçün Nizami Rayon Polis idarəsinin X12 X9 Xidmətinin əməkdaşları tərəfindən verilmiş saxla tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib polis əməkdaşlarından yayınmağa çalışdığından onun bu hərəkəti üzərində hər hansı qanunsuz əşya olmasına dair polis əməkdaşlarında şübhə yaratdığından o, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin «X10»nın qarşısından keçən hissəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami Rayon Polis idarəsinə gətirilmiş və orada keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli bel çantasından 01 ədəd qara rəngli yapışqanlı lentə bükülmüş, xüsusilə külli miqdarda təmiz çəkisi 1920 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eyni zamanda həmin çantanın içərisində 01 ədəd qara rəngli yapışqanlı lentə bükülmüş, içərisində külli miqdarda təmiz çəkisi 105 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və 01 ədəd, arxasında “600g x 0,01 g” yazısı, üzərində heroin izləri olan elektron tərəzi, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Kent 4” markalı siqaret qutusunun içərisində 01 ədəd göy rəngli sellofana bükülmüş, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda, təmiz çəkisi 3,078 qram qəhvəyi rəngli tozşəkilli kustar usulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,347 qram olan ağ rəngli kristalşəkilli, kustar usulla hazırlanmış psixotrop maddə metamfetamın və 01 ədəd yaşıl rəngli sellofana bükülmüş təmiz çəkisi 1,94 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası 234.4.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, həmin gün istifadəsində olan motosikleti icarəyə götürmüşdür. Aşkar edilmiş narkotik vasitə ona məxsus deyil. Özünü avtoxuliqan və narkotik vasitə istifadəçisi kimi təqsirli bilir. Həmin günü də, motosikleti idarə edən zaman narkotik vasitənin təsiri altında olmuşdur. Hadisə baş verən zaman anlaqsız vəziyyətdə olmuş və polislərin saxla əmrinə tabe olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Nizami RPİ-nə aparılmışdır. İdarədə Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edildikdən sonra çəkiliş aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. İfadəsinə əlavə olaraq bildirmişdir ki, onu 2 nəfər polis əməkdaşı saxlamayıb, polis əməkdaşlarının sayı çox olmuşdur. Aşkar olunan narkotik vasitələr sonradan onun çantasına qoyulub. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ilkin ifadəsində bildirmişdir ki, "xxxx" ASC-nin Suraxanı rayon idarəsində çilingər işləyir. Bir müddət əvvəl özünə «Yamaha» markalı motosiklet almış, lakin motosiklet idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadığı üçün cərimə yazılmaması məqsədilə motosikleti nömrəsiz idarə etmişdir. Özü bəzi hallarda narkotik vasitə marixuana, bəzi hallarda isə «patı» istifadə edir. 25 aprel 2024-cü il tarixdə, saat 09:55 radələrində Bakı şəhəri, H.Əliyev prospektində özünə məxsus olan və nömrə nişanı olmadan idarə etdiyi «Yamaha» markalı motosikletlə hərəkətdə olan zaman Yol Patrul Xidmətinin əməkdaşları ona saxla əmri versələr də, sürücülük vəsiqəsi olmadığı üçün, həmçinin bir müddət əvvəl narkotik istifadə etdiyi və üzərində də az miqdarda «nəşə» adlandırdığı marixuana olduğu üçün qorxub dayanmamış və onlardan qaçmağa çalışmışdır. Lakin H.Əliyev prospektində «Koroğlu» metrosunun yaxınlığındakı «Alov» parkın qarşısında motosikletin idarəetməsini itirib yerə yıxılmış və sağ qolu asfalta sürtünüb sıyrılmışdır. Tez yerdən qalxıb yenidən motosikletə əyləşmək istədiyi anda isə Yol Patrul Xidmətinin əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları özlərini ona təqdim edərək hansı səbəbdən onlardan qaçmağı barədə sual verdikdə o, özünü şübhəli apardığı üçün polis əməkdaşları da məsələni aydınlaşdırmaq məqsədilə onu Nizami Rayon Polis idarəsinə gətirmişlər. Bildirir ki, Polis idarəsində polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmiş və onlar tərəfindən döyülərək üzərində külli miqdarda narkotik vasitə olmasını boynuna götürməyi tələb etmiş və o, döyüldüyü üçün razılaşmışdır. Sonra isə videoçəkiliş aparılmış və onun çiyin çantasından, həmçinin şalvarının cibindən narkotik vasitələr aşkar edilmişdir. Bildirir ki, çiyin çantasından və üzərindən aşkar olunan narkotik vasitələr ona məxsus deyil, həmin narkotik vasitələrdən yalnız az miqdarda olan «nəşə» adlandırdığı marixuana ona məxsusdur. Həmçinin bildirir ki, onun üzərindən özünə aid 5 ədəd bank kartı və iki ədəd mobil telefon aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilkin izahatında onu da bildirmişdir ki, 25 aprel 2024-cü il tarixdə, saat 09:55 dəqiqədə Bakı şəhəri, H.Əliyev prospektində ona məxsus olan və idarə etdiyi «Yamaha» markalı dövlət qeydiyyat nişanı olmayan motosikletlə olan zaman YPX-nın əməkdaşları ona saxla əmri vermiş, üzərində qanunsuz narkotik vasitələr və psixotop maddələr olduğu üçün o, qorxub onlardan qaçmağa çalışmış, lakin H.Əliyev prospekti, «Alov» parkın yaxınlığında idarə etməni itirib yerə yıxılmış və tez yerdən qalxıb yenidən motosikletə əyləşmək istədiyi anda onu tutmuşlar. Ona niyə qaçmağı barədə sual verdikdə isə o, özünü subhəli apardığı üçün onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmış və şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra üzərində olan qara rəngli kiçik bel çantasını təqdim etmiş, həmin bel çantasının içərisində 01 ədəd qara rəngli skoçla bükülmüş içərisində qəhvəyi rəngli spesifik iyə malik olan plastelin formasında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütlə, eyni zamanda həmin çantanın çərisində 01 ədəd qara rəngli skoçla bükülmüş içərisində qara rəngli spesifik iyə malik olan plastelin formasında narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər kütlə, 01 ədəd elektron tərəzi, 01 ədəd «Bank of Baku»ya məxsus üzərində **********192957 nömrəli bank kartı, 01 ədəd «ABB»-yə məxsus üzərində **********761984 nömrəli bank kartı, 01 ədəd «Kapitalbank»a məxsus üzərində silinmiş nömrəli bank kartı, 01 ədəd «Unibank»a məxsus üzərində **********919569 nömrəli bank kartı, 01 ədəd «Leobank»a məxsus **********857721 nömrəli bank kartı, 01 ədəd "xxxx" ASC-nın Suraxanı rayon Sukanal idarəsinin 517 nömrəli özünə məxsus iş vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Eyni zamandə onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd «Kent 4» siqaret paçkası içərisində 01 ədəd göy rəngli sellofana bükülmüş bitki formasında spesifik iyə malik olan rəngdə kütlə, 01 ədəd yaşıl rəngli sellofana bükülmüş bitki formasında spesifik iyə malik olan yaşıl rəngdə kütlə və 01 ədəd şəffaf sellofana bükülmüş kristalik formada olan kütlə aşkar olunaraq götürülmüşdür. O, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş 03 ədəd kütlənin özünə məxsus olduğunu, həmin kütləni adını bilmədiyi İran İslam Respublikası vətəndaşından zakladka şəkilində istifadə etmək məqsədi ilə 150 manata əldə etdiyini, eyni zamanda çantasında olan narkotik vasitə və ya psixotrop maddələri həmin iranlıdan zakladka formasında bir ünvandan digər ünvana kuryer kimi tamənnasız çatdıracağını qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini qeyd etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, təxminən 1 il olar ki, narkotik vasitə olan marixuana kimi tanıdığı nəşə qəbul edir, eyni zamanda gecələr yatmamaq üçün təxminən 1 ay olar ki psixotrop maddə metamfetamin qəbul edir və sonuncu dəfə dünən qəbul etmişdir. Şalvarının sağ yan cibibdən 01 ədəd «Kent 4» paçkasının içində olan 03 ədəd ikisi marixuana və biri patı olan kütləni o, özü üçün tanımadığı iranlıdan zakladka şəkilində almışdır. Eyni zamanda çantasından aşkar olunmuş 02 ədəd böyük kütlələri həmin iranlıdan götürmüş və zakladka kimi digər ünvana tamənnasız olaraq çatdırmalı idi. Tərəzi isə iranlıdan aldığı narkotikləri ölçmək məqsədi ilə onda olmuş, çünki arada bir elə olmuşdur ki, iranlı verdiyi narkotikin miqdarını ona yalanan deyib çox pul almışdır. O, heç bir şəxsə narkotik vasitə satmır, sadəcə olaraq birinci dəfədir ki, iranlının xahişi ilə kuryer kimi onu götürüb digər ünvana çatdırmalı idi. Ona məxsus olan narkotikləri isə o, tək qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bır zorakılıq tətbiq edilməmişdir. Onun üzərinə Nizami RPİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs əlavə ifadəsində isə bildirmişdir ki, Nizami Rayon Polis idarəsində xx.xx.2024-cü il tarixdə verdiyi izahat və xx.xx.2024-cü il tarixdə verdiyi ifadələri təsdiq etmir, belə ki, həmin izahat və ifadələri təzyiq altında vermişdir. Ona görə də hazırda yenidən ifadə vermək istəyir. Bildirir ki, həbs olunmamışdan təxminən bir ay əvvəl «Yamaha» markalı motosikleti adını hazırda xatırlamadığı şəxsdən kredit yolu ilə almış və ayda 300 manat pul ödəyəcəkmiş. O, motosikleti işə gedib-gəlmək üçün almışdır. Onun ümumiyyətlə nəqliyyat vasitəsi idarə etməyə sürücülük hüququ yoxdur. 25 aprel 2024-cü ıl tarixdə, saat təxminən 09:00 radələrində Qaraçuxur qəsəbəsinə getmək məqsədilə yaşadığı Biləcəri qəsəbəsində olan evindən həmin motosikleti idarə edərək çıxmış və motosikletdə tək olmuşdur. O, Ziya Bünyadov prospekti ilə gəlib «Koroğlu» metrosuna çatmış və körpünün üstü ilə fırlanaraq üzü Hava limanı istiqamətində Böyük şor şossesinə çıxmışdır. O, prospektə çıxan kimi X12 maşını ona saxla əmri vermişdir. O, motosikleti nömrəsiz idarə etdiyi üçün əmrə tabe olmamış və hərəkətinə davam etmişdir. X12 maşını, hətta yolda olan post patrul maşınları onu təqib etməyə başlamış və onu saxlamağa cəhd etmişlər. O, isə həm sürücülük vəsiqəsi, həm də motosikletin nömrə nişanı olmadığı üçün saxlamamışdır. Fikirləşmişdir ki, Hava limanı yolunda polislər onu tutacaq, ona görə də tıxaca girib yayınmaq üçün yenidən körpünün üstündən fırlanıb «Koroğlu» metrosu istiqamətində qayıtmış, lakin irəlidə polislər onun qarşısını kəsdikləri üçün getdiyi hərəkət yolunda motosikleti çevirib hərəkətin əksinə doğru getməyə başlamış və bir qədər getmişdir ki, irəlidə başqa bir maşına dəyməmək üçün motosikleti fırladıb aşırmışdır. O, sağ tərəfi üstə yerə yıxılmışdır. Həmin an bir, ya iki nəfər yol polisi əməkdaşı piyada yaxınlaşıb onu tutmuş və qollarını arxadan tutaraq onu yol polisi maşınına arxa oturacağa əyləşdirmişlər. Həmin zaman maşının sürücüsü arxaya çevrilib əlində olan dəyənəklə onun başından vurmuş və dəyənək zərblə başına dəydiyi üçün polisin əlində sınmışdır. Sonra polis əməkdaşı ondan tələb etmişdir ki, motosikletin mühərrikini işə salıb onlara versin. O, da maşından düşüb motosikleti işə salıb onlara vermiş, sonra özü yenidən polis maşınına əyləşmişdir. Maşında yol polisi əməkdaşları yenidən onu dəyənəklə döymüş, hətta başında bir dənə də dəyənək sındırmışlar. Maşında olan qabaqda sükan arxasında əyləşmiş yol polisi onun çiyin çantasını ondan almışdır. Həmin çantada iki ədəd telefonu, əsəb dərmanları, yəni yuxu dərmanı, Bakı kartları, portmanatı, təxminən 100 manatdan bir qədər artıq pulu, qulaqcığı olmuşdur. Bildirir ki, o tutulmamışdan əvvəl son 3-4 gün idi ki, daimi «patı» kimi adlanan metamfetamin istifadə etmiş, 25 apreldə evdən çıxmamışdan əvvəl də «patı» istifadə edib çıxmışdır. O, «patı»nın tüstüsünü udma yolu ilə qəbul etmişdir. Ona görə də o psixotrop maddələrin təsiri altında olduğundan polis əməkdaşlarının saxla əmrinə tabe olmamışdır. Onu tutan yol polisi əməkdaşları da onun psixotrop maddələrin təsiri altında olduğunu görüb hiss etmişlər. O, motosikleti işə salıb yenidən maşına qayıdanda sükan arxasında olan yol polisi əlində tutduğu «Kent 4» siqaret qutusunu ona göstərib onun olub-olmadığını soruşmuşdur. Polis əməkdaşı siqaret qutusunu açanda onun içərisində falqada bükümlər olduğunu görüb siqaretin ona məxsus olmadığını bildirmişdir. Belə ki, onun çiyin çantasında «Kent 4» markalı siqaret qutusu olmuş, lakin onun içərisində falqa bükümlər deyil, siqaretlər olmuşdur. O, da falqa bükümləri görüb onların ona məxsus olmadığını demişdir. Lakin polis əməkdaşı onların ona məxsus olduğunu və onun da götürəcəyim bildirmişdir. Həmin ərəfədə bir nəfər polis əməkdaşı onun əyləşdiyi maşının arxa qapısını açıb onun üstünə qışqırıb demişdir ki, «səni 2 kilo ilə yükləyəcəyik». Bundan sonra onu tutan yol polisi əməkdaşları kiməsə zəng edib demişlər ki, «bu kayfdadır, bura əməliyyatçıları göndərin». Bundan sonra həmin yerə əməliyyatçılar gəlmiş və onu öz maşınlarına əyləşdirib maşında döyə-döyə bir idarəyə gətirmişlər. Bundan əvvəl isə yol polisi işçiləri əməliyyatçılar gələnə qədər ona demişlər ki, «sən bizi incitdiyinə görə biz də səni incidib 2 kilo ilə yükləyəcəyik». Əməliyyatçılar 3-4 nəfər olmuş, o arxada ortada oturmuş, onlar yol boyu onu döymüşlər. Sonra idarədə bir otağa aparmış, orada onu 4 nəfər yumruq- təpiklə döymüş, sonra onu üzbəüz otağa aparmışlar. Həmin otaqda idmançı bədən quruluşlu mülki geyimli şəxs də onu döymüş və sonra qara sellofan paketdə olan bağlamanı ona verib demişdir ki, «bu 2 kiloqram «kakos»du, bunu sən götürəcəksən». Bildirir ki, polislər onu döyəndə üzərinə narkotik qoyulacağını desələr də, o razılaşmamış, lakin onlar demişlər ki, əks halda evinə gedib evindən narkotik çıxardacaqlar və ailəsinə problem yaradacaqlar. Buna görə də onların dediyi ilə razılaşmış, çünki ona çox ciddi fiziki və psixi təsir göstərmişlər. Bundan sonra «kakos» paketini çiyin çantasına zorla yerləşdirmiş, həmçinin cibinə siqaret qutusu qoymuş, onun da içərisində narkotikləri qoymuşlar. Həmçinin cibinə, ya da çantasına tərəzi də qoymuş və tapşırmışlar ki, videoçəkiliş zamanı bunları çıxardıb təqdim edər. Bundan sonra otaqların birində videoçəkiliş aparılmışdır. Birinci dəfə o polislərin öyrətdiyi kimi danışmadığı üçün çəkilişi saxlayıb yenidən başlamışlar. Çəkiliş zamanı polislərin deməsinə əsasən o bildirmişdir ki, iran vətəndaşından özü üçün narkotik almağa gedəndə iranlı ondan xahiş etmişdir ki, böyük bağlamanı da götürüb başqa yerə qoyub ona ünvan göndərsin. O, da belə bildirmişdir. Videoçəkilişdən sonra onu müvəqqəti saxlama yerinə aparmışlar. Müstəntiq onun yanına gəlmiş, müstəntiqə narkotikın, yəni daha doğrusu siqaretdə olanın ona məxsus olduğunu, böyük bağlamanın isə ona məxsus olmadığını bildirmişdir. Sonra yenə 3-4 əməliyyatçı onu müvəqqəti saxlama yerində zirzəmiyə aparmış, orada bir otaqda onunla söhbət edib narkotiki boynuna götürməyini bildirmiş, o isə onlarla razılaşmamışdır. Verilən suala cavab olaraq bildirmişdir ki, ona qarşı zor tətbiq etmiş polis əməkdaşlarının heç birinin adını bilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 25 aprel 2024-cü il tarixdə 279 saylı avtopatrulda digər yol patrul xidməti inspektoru Şahid2 Hımayəl oğlu ilə birlikdə xidmətdə olmuşlar. Həmin vaxt Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin «Koroğlu» metrosunun qarşısından keçən hissəsində bir nəfər şəxsin dövlət qeydiyyat nişanı olmadan «Yamaha» markalı motosikleti idarə etməsini görüb həmin şəxsə saxla işarəsi vermişdir. Lakin motosikleti idarə edən şəxs əmrə heç bir məhəl qoymadan sürəti artırıb yayınmağa və uzaqlaşmağa başlamışdır.Həmin şəxs yüksək sürətlə hava limanına doğru irəliləmişdir. İrəlidəki yol patrul xidməti avtopatrullarına və post patrul xidməti avtopatrullarına məlumat verib motosikletin saxlanılması üçün kömək etmələrini istəmişlər. Motosikleti idarə edən şəxs Zabrat qəsəbəsinə gedən körpünün üstündən fırlanaraq yenidən «Koroğlu» metrosu istiqamətində hərəkətini davam etdirmişdir. Heydər Əliyev prospektinin «X10»nın qarşısından keçən hissəsində əsas yolda şəhər istiqamətində getdiyi halda motosikletin istiqamətini anidən çevirib əks yola keçərək Hava Limanı istiqamətinə doğru hərəkət etmişdir. Əks yöndən avtomobillər gəldiyi üçün idarəetməni itirərək yıxılmışdır. Şəxs saxlanılan zaman narkotik vasitənin təsiri altında olmasına dair şüphələr yaratmışdır. Şəxsin belində kəmərlə bağlanmış qara rəngli çantası olmuşdur. Çantanın içərisi dolu olmuşdur. Həmin şəxsi daha sonra Nizami RPİ-nə aparmışlar. İdarədə olan zaman şəxsin üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı çantadan 02 ədəd qara rəngli yapışqan lentli bağlama aşkar edilmişdir. Bağlamaların birindən qəhvəyi rəngli maddə, digərindən isə plastilin formalı maddədən aşkar edilmişdir. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Nizami Rayon Polis idarəsinin X12 X9 xidməti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 25 aprel 2024-cü il tarixdə, saat 09:49 radələrində 279 saylı avtopatrulda digər yol patrul xidməti inspektoru Şahid2 ilə birlikdə xidmət apardıqları zaman Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin «Koroğlu» metrosunun qarşısından keçən hissəsində bir nəfər şəxsin dövlət qeydiyyat nişanı olmadan «Yamaha» markalı motosikleti idarə etməsini görüb həmin şəxsə saxla işarəsi vermiş, lakin motosikleti idarə edən şəxs əmrə heç bir məhəl qoymadan sürəti artırıb yayınmağa və onlardan uzaqlaşmağa başlamışdır. Həmin şəxs Hava Limanı istiqamətində çıxıb yüksək sürətlə hərəkətini davam etdirmiş, onlar irəlidəki yol patrul xidməti avtopatrullarına və post patrul xidməti avtopatrullarına məlumat verib motosikletin saxlanılması üçün kömək etmələrini istəmişlər. Motosikleti idarə edən şəxs Zabrat qəsəbəsinə gedən körpünün üstündən fırlanaraq yenidən «Koroğlu» metrosu istiqamətində hərəkətini davam etdirmiş və Heydər Əliyev prospektinin «X10»nın qarşısından keçən hissəsində əsas yolda şəhər istiqamətində getdiyi halda ani anda çevrilib hərəkətin əksinə doğru Hava Limanı istiqamətində hərəkətini davam etdirmiş və qarşıdan avtomobillər gəldiyindən həmin şəxs idarəetməni itirib motosikleti sağ tərəfi üstə aşırmış və sürücü də sağ tərəfi üstə asfalta aşmışdır. Həmin an o və Şahid2 avtomobillərindən düşüb ona doğru piyada qaçaraq onu saxlamışlar. Motosikleti idarə edən şəxsin təkcə nömrə nişanı olmamasına görə bu formada polisdən qaçması onlarda şübhə yaratmışdır ki, həmin şəxsin üzərində hər hansı qanunsuz əşya var ki, o, tam ciddi-cəhdlə onlardan qaçmaq istəyir. Həmin şəxsi saxladıqda onun hərəkətlərində narkotik təsiri altında olmasına da şübhə yaranmışdır. Həmin şəxsin belinə kəmərlə bağlanmış qara rəngli çantası olmuş, çantanın içərisinin dolu vəziyyətdə olması aydın görünmüşdür. Buna görə də saxladıqları motosikleti idarə edən şəxsi motosikletlə birlikdə Nizami Rayon Polis idarəsinə gətirib raportla rəhbərliyə məruzə etmişlər. Məsələnin araşdırılması idarənin təhqiqatçısına həvalə edilmiş və gətirilən şəxsin şəxsiyyəti müəyyən edilib onun Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sonra təhqiqatçı onların və vəkilin işirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də kəmərlə belinə bağlanmış çantanı təqdim etmiş və təhqiqatçı çantanı açdıqda onun içərisində iki ədəd qara rəngli yapışqan lentlə bağlanmış bağlama olması məlum olmuşdur. Bağlamalar açıldıqda onların birində qəhvəyi rəngli maddə, digərində isə plastelin formalı maddə aşkar olunmuşdur. Həmçinin çantada elektron tərəzi də olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən bank kartları, iki ədəd mobil telefon da aşkar edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd «Kent 4» markalı siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun içərisində 3 büküm olmuşdur. Bükümlər açıldıqda onlardan ikisində yaşıl rəngli kütlə, birində isə ağ rəngli kristal formalı kııtlə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan təqdim etdiyi bağlama və bükümlərdə olanlar narkotik və psixotrop maddələrdi, onları adını bilmədiyi İran vətəndaşından əldə etmiş, belə ki, siqaret qutusunda olan bükümləri özü uçun 150 manata almış, digər bağlamaları isə iran vətəndaşının xahişi ilə kuryer kimi başqa ünvana qoymalı imiş. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və ya psixotrop maddəyə bənzər bütün büküm və bağlamalar təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Daha sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və Nizami Rayon Polis idarəsinə aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı formada zor tətbiqi, təzyiq və təsir olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai araşdırma zamanı ifadəsində bildirmişdir ki, Nizami Rayon Polis idarəsinin X12 X9 xidməti inspektoru vəzifəsində işləyir, polis baş serjantıdır. 25 aprel 2024-cü il tarixdə, saat 09:49 radələrındə 279 saylı avtopatrulda digər yol patrul xidməti inspektoru Şahid1 ilə birlikdə xidmət aparmışlar. Həmin zaman Nizamı rayonu, H.Əliyev prospektinin «Koroğlu» metrosunun qarşısından keçən hissəsində bir nəfər şəxsin dövlət qeydiyyat nişanı olmadan «Yamaha» markalı motosikleti idarə etməsini görmüş və həmin şəxsə saxla işarəsi vermişlər. Lakin motosikleti idarə edən şəxs saxla tələbinə heç bir məhəl qoymadan əksinə sürəti artıraraq onlardan uzaqlaşmağa başlamışdır. Belə ki, həmin şəxs Hava Limanı istiqamətində çıxıb yüksək sürətlə hərəkətini davam etdirmişdir ki, onlar da irəlidəki yol patrul xidməti avtopatrullarına və post patrul xidməti avtopatrullarına məlumat verib həmin motosikletin saxlanılması üçün kömək etmələrini istəmişlər. Motosikleti idarə edən şəxs Zabrat qəsəbəsinə gedən körpüyə çıxıb hərəkətini davam etdirmiş, sonra isə yenidən «Koroğlu» metrosu istiqamətində gəlməyə başlamışdır. Heydər Əliyev prospektinin «X10»nın qarşısından keçən hissəsində isə əsas yolda şəhər istiqamətində getdiyi halda ani anda çevrilib hərəkətin əksinə doğru Hava Limanı istiqamətində hərəkətini davam etdirmişdir. Nəticədə qarşıdan avtomobillər gəldiyindən həmin şəxs idarəetməni itirib motosikleti sağ tərəfi üstə aşırmış və sürücü də sağ tərəfi üstə asfalta aşmışdır. Həmin an Asifbəylə o avtomobillərindən düşüb ona doğru piyada qaçıb onu saxlamışlar. Bildirir ki, motosikleti idarə edən şəxsin yalnız nömrə nişanı olmamasına görə bu formada polisdən qaçması onlarda şübhə yaratmışdır. Düşünmüşlər ki, həmin şəxsin üzərində hər hansı qanunsuz əşya var ki, o, tam ciddi-cəhdlə onlardan qaçmaq istəyir. Eyni zamanda həmin şəxsi saxladıqda onun hərəkətlərində narkotik təsiri altında olmasına da şübhə yaranmışdır. Həmin şəxsin belinə kəmərlə bağlanmış qara rəngli çantasının içərisinin dolu vəziyyətdə olması da aydın görünmüşdür. Ona görə də saxladıqları həmin şəxsi idarə etdiyi motosikletlə birlikdə Nizami Rayon Polis idarəsinə gətirib raportla rəhbərliyə məruzə etmişlər. Məsələnin araşdırılması idarənin təhqiqatçısına həvalə edilmiş və gətirilən şəxsin şəxsiyyəti müəyyən edilib onun Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Sonra təhqiqatçı onların və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa onu təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs də kəmərlə belinə bağlanmış çantanı təqdim etmişdir. Təhqiqatçı çantanı açdıqda onun içərisində iki ədəd qara rəngli yapışqan lentlə bağlanmış bağlama olması məlum olmuşdur. Bağlamalar açıldıqda onların birində qəhvəyi rəngli maddə, digərində isə plastelin formalı maddə aşkar olunmuşdur. Bundan əlavə həmin çantada elektron tərəzi də aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən bank kartları, iki ədəd mobil telefon da aşkar edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən isə bir ədəd «Kent 4» markalı siqaret qutusunu təqdim etmiş, siqaret qutusunun içərisində 3 büküm olmuşdur. Həmin bükümlər açıldıqda onlardan ikisində yaşıl rəngli kütlə, birində isə ağ rəngli kristal formalı kütlə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan təqdim etdiyi bağlama və bükümlərdə olanlar narkotik və psixotrop maddələrdi, onları adını bilmədiyi iran vətəndaşından əldə etmişdir. Belə ki, siqaret qutusunda olan bükümləri özü üçün 150 manata almış, digər bağlamaları isə iran vətəndaşının xahişi ilə kuryer kimi başqa ünvana qoymalı imiş. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik və ya psixotrop maddəyə bənzər bütün büküm və bağlamalar təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra isə şəxsi axtarışla bağlı tərtib edilmiş protokolu imzalamışlar. Verilən suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və Nizamı Rayon Polis idarəsinə aparılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı formada zor tətbiqi, təzyiq və təsir olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq polis idarəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4-1-ci maddələrinə tövsif olunmuş və 19 avqust 2024-cü il tarixdə ona həmin maddələrlə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli bel çantasını kəmərin belindən açaraq təqdim edir, həmin bel çantasına baxıldıqda onun içərisində iki ədəd qara rəngli yapışqan lentlə bağlanmış bağlamalar aşkar edilir, bağlamalar açıldıqda onlardan birində qəhvəyi rəngli spesifik iyə malik olan maddə, digərində isə qara rəngli spesifik iyə malik olan maddə olması məlum olur. Həmçinin bel çantasından bir ədəd elektron tərəzi, 5 ədəd bank kartı, bır ədəd iş vəsiqəsi aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Kent 4” markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusunun içərisindən bir ədəd göy rəngli sellofan bükümdə bitki formalı spesifik iyə malik yaşıl rəngli kütlə, bir ədəd yaşıl rəngli sellofan bükümdə bitki formalı spesifik iyə malik yaşıl rəngli kütlə və bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli kristal formalı kütlə aşkar edilir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən “Honor” və “Redmi” markalı mobil telefonlar aşkar olunaraq götürülür. Şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” protokolda (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü disk) qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Yamaha” markalı motosikletə baxış keçirilən zaman qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmadı. Nəqliyyat vasitəsinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təhlükəsiz Şəhər Xidmətinə aid Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin “X10”nın qarşısından keçən hissəsində olan Təhlükəsiz Şəhər Kamerasının Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qeydə alınmış görüntülərinə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 25 aprel 2024-cü il tarixdə, saat 09:55 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə H.Əliyev prospektində əsas yolla şəhər istiqamətində hərəkət edir, yol patrul xidməti avtomobili isə onu saxlamağa cəhd etsə də o, motosikletlə yayınıb polisdən uzaqlaşmaq istəyir, sonra motosiklet və yol patrul xidməti maşını kameranın görüntü dairəsinə düşmür, bir neçə saniyə sonra isə Təqsirləndirilən şəxs idarə etdiyi motosikletlə həmin yolda hərəkətin əksinə doğru Hava Limanı istiqamətində geri qayıdır və "X10’nın qarşısındakı hissədə qarşı tərəfdən başqa maşınlar gəldiyi üçün toqquşma baş verməməsi üçün sükanı sağasola çevirdikdən sonra motosiklet sağ tərəfə doğru aşır və Təqsirləndirilən şəxs də sağ tərəfi ilə asfalta yıxılır. Sonra Təqsirləndirilən şəxs yerdən qalxıb yenidən motosikleti qaldırıb ona əyləşib uzaqlaşmağa cəhd edərkən polis əməkdaşları piyada qaçaraq çatıb onu tutub saxlayırlar və yol patrul xidməti maşınına əyləşdirirlər. Baxış keçirilmiş görüntüləri özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Honor" və "Redmi" markalı mobil telefonlara baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, "Redmi” markalı telefonun üzərində 051 *** ** ** və 070 *** ** ** saylı nömrələr vardır. Telefonda "vatsap" və “vatsap biznes” proqramları vardır. “Vatsap biznes” proqramı 051 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçmişdir. “Vatsap biznes” proqramına daxil olduqda Təqsirləndirilən şəxs yaddaşda "Rahman" adı ilə qeyd edilmiş +**********53 saylı nömrənin istifadəçisi ilə 25 aprel 2024-cü ıl tarixdə, saat 07:56-dan saat 09:02-yə qədər pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və ya psıxotrop maddəni lazını olan yerə “atması” ilə bağlı qarşılıqlı mesajlaşması aşkar edildi. Səsli mesajlarda “Rahman" adlı istifadəçinin Azərbaycan dilində, lakin iranlı ləhcəsi ilə danışması məlum olur. Mobil telefonda "Vatsap" proqramı 070 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçmişdir. "Vatsap" proqramına daxil olduqda Təqsirləndirilən şəxs +99470 *** ** ** saylı nömrənin istifadəçisi ilə 24 aprel 2024-cü il tarixdə pərdələnmiş ifadələrdən istifadə etməklə həmin nömrənin istifadəçisinə narkotik vasitə və ya psixotrop maddə satmasını təsdiq edən «şey lazımdırsa gətirim sənə», «bir baş verəcəm özün çəkərsən» məzmununda mesajlar yazması, həmin nömrənin istifadəçisindən isə «1 ton pambıq lazımdır, nolar həll eləmək olar, 80 varda» məzmununda mesaj qəbul etməsi aşkar edildi. Baxış zamanı Təqsirləndirilən şəxs “vatsap” və "vatsap biznes" proqramlarında olan sübut əhəmiyyəti kəsb edən yazışmalarının fotoşəkilləri çəkilərək 10 vərəqdə protokola əlavə edilmişdir. xx.xx.2024-cü il “Baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, YPX inspektoru Şahid1 üzərində olan video kamera tərəfindən qeydə alınmış görüntülərə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, görüntü 42 saniyədən ibarətdir, 25 aprel 2024-cü il tarixdə saat 09:50-də Təqsirləndirilən şəxs nömrə nişanı olmayan motosikletlə “Koroğlu" metrosunun qarşısından Hava Limanı istiqamətində Sabunçu körpüsünə doğru hərəkət edir, yol patrul xidməti maşını isə onun sol tərəfi ilə hərəkət edərək maşında olan polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamasını bildirirlər, Təqsirləndirilən şəxs isə hərəkətini davam etdirib sürətini artırır, yayınmağa və uzaqlaşmağa çalışır və sonda Sabunçu körpüsünə doğru hərəkətini davam etdirir. Baxış keçirilmiş görüntüləri özündə əks etdirən 01 ədəd optik disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16-2-7/644 saylı 26 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən..." yazısı və imzalar olan qırmızı rəngli polietılen bağlamadakı 01 (bır) ədəd sellofan bükülüdə təmiz çəkisi-1,94 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana bir ədəd bükümdə olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün deyil. Həmin poiletilen bağlamada olan 01 (bir) ədəd elektron tərəzənin üzərində bitki mənşəli narkotik vəsitələrin hissəcikləri yoxdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/2277 saylı 26 aprel 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Vət.Təqsirləndirilən şəxs oğıunun üzərindən aşkar olunmuş...şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..» yazısı və imzalar olan bağlamadakı, 1 (bır) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 1920 qram qəhvəyi rəngli tozşəkıllı maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bır) ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 105 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, 1 (bır) ədəd göy rəngli polietilen bükümdə təmiz çəkisi 3,078 qram qəhvəyi rəngli tozşəkiliı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 (bır) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,347 qram ağ rəngli kritalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bır ədəd arxasında «600g x 0,01 g» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini və bükümdəki heroınlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1923,078 qram təşkil edir və həmin heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının 4069 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabınoıdlər və psıxostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomanıya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi hüquqi publik şəxsin 352 saylı xx.xx.2024-cü il tarixli rəyində qedy olunmuşdur ki, 1.Təqsirləndirilən şəxs dirsək nahiyyəsinin,sağ saidin yuxarı 1/3-nin arxa-bayır nahiyyəsinin və sağ diz nahiyyəsinin sürtünmə xarakterli sıyrıqları olmuşdur. 2.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmalar mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 3.Xəsrətlərin xüsusiyyətlərinə və lokalizasiyasın istinad edərək qeyd etmək olar ki,həmin xəsarətlər müxtəlif şəraitlərdə,o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə,yəni şəxsin öz idarə etdiyi motosikletinin idarəetməsini itirib yerə yıxılması nəticəsində əmələ gələ bilərdi. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.1 - 234.4-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının,habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qeyd olunan Qərarda məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, videoçəkilişdən istifadə edilməklə axtarış-baxış keçirilmişdir. Axtarış-baxışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Honor" və "Redmi" markalı mobil telefonlara baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, "Redmi” markalı telefonun üzərində 051 *** ** ** və 070 *** ** ** saylı nömrələr vardır. Telefonda "vatsap" və “vatsap biznes” proqramları vardır. “Vatsap biznes” proqramı 051 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçmişdir. “Vatsap biznes” proqramına daxil olduqda Təqsirləndirilən şəxs yaddaşda "Rahman" adı ilə qeyd edilmiş +**********53 saylı nömrənin istifadəçisi ilə 25 aprel 2024-cü ıl tarixdə, saat 07:56-dan saat 09:02-yə qədər pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və ya psıxotrop maddəni lazımı olan yerə “atması” ilə bağlı qarşılıqlı mesajlaşması aşkar edilmiş. Səsli mesajlarda “Rahman" adlı istifadəçinin Azərbaycan dilində danışması məlum olur. Mobil telefonda "Vatsap" proqramı 070 *** ** ** saylı nömrə ilə qeydiyyatdan keçmişdir. "Vatsap" proqramına daxil olduqda Təqsirləndirilən şəxs +99470 *** ** ** saylı nömrənin istifadəçisi ilə 24 aprel 2024-cü il tarixdə «şey lazımdırsa gətirim sənə», «bir baş verəcəm özün çəkərsən» məzmununda mesajlar yazması, həmin nömrənin istifadəçisindən isə «1 ton pambıq lazımdır, nolar həll eləmək olar, 80 varda» məzmununda mesaj qəbul etməsi aşkar edildi. Bundan başqa, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 4069 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabınoıdlər və psıxostimulyatorlardan istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomanıya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə tərəfindən müvafiq sorğular verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsiləndirilən şəxsin tutulan zaman polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalmasının müəyyən edilməsi barədə araşdırma aparılaraq və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi hüquqi publik şəxsin 352 saylı xx.xx.2024-cü il tarixli rəyində qedy olunmuşdur ki, 1.Təqsirləndirilən şəxs dirsək nahiyyəsinin,sağ saidin yuxarı 1/3-nin arxa-bayır nahiyyəsinin və sağ diz nahiyyəsinin sürtünmə xarakterli sıyrıqları olmuşdur. 2.Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınmalar mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. 3.Xəsrətlərin xüsusiyyətlərinə və lokalizasiyasın istinad edərək qeyd etmək olar ki,həmin xəsarətlər müxtəlif şəraitlərdə,o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə,yəni şəxsin öz idarə etdiyi motosikletinin idarəetməsini itirib yerə yıxılması nəticəsində əmələ gələ bilərdi. Göründüyü kimi, polis əməkdaşları tərəfindən saxlanılarkən psixoloji və fiziki təzyiqlərə məruz qalması barədə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillər işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmadığı və üzərinə qoyulduğu narkotik vasitəni və psixotrop maddəni satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitəni və psixotrop maddəni satmaq fikri olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarının xüsusilə külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, ayrı-ayrı bağlamalar (bükümlər) şəklində olmalarını, təqsirləndirilən şəxsdən 01 ədəd elektron tərəzinin aşkar olunmasını, həmçinin mobil telefondan aşkar olunmuş mətnlərin məzmununu da, nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsi zamanı ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə xüsusilə külli miqdarda narkotik vasitə heroin, külli miqdarda narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana əldə etmək niyyəti ilə mənfəət olaraq gəlir əldə etmək müqabilində iran islam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsə məxsus narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, istintaqa məlum olmayan vaxtda və yerdən iran islam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsin istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsilə qoyulmasını təşkil etdirdiyi 1923,078 qram çəkidə, xüsusilə külli miqdarda narkotik vasitə heroin, 105 qram çəkidə, kulli miqdarda narkotik vasitə tiryək, 0,347 qram çəkidə psixotrop maddə metamfetamin və 1,94 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı götürərək, qanunsuz olaraq əldə edib həmin narkotik vasitələr və psixotrop maddəni digər şəxslərə çatdırmaq uçün müvafiq yerə qoymaq məqsədilə üzərində daşıyaraq, saxlamış, 25 aprel 2024-cü il tarixdə, saat 09:55 radələrində özünə məxsus "Yamaha” markalı, 99C478 qeydiyyat nişanlı motosikleti qeydiyyat nişanı olmadan idarə etdiyi üçün Nizami Rayon Polis idarəsinin X12 X9 Xidmətinin əməkdaşları tərəfindən verilmiş saxla tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib polis əməkdaşlarından yayınmağa çalışdığından onun bu hərəkəti üzərində hər hansı qanunsuz əşya olmasına dair polis əməkdaşlarında şübhə yaratdığından o, Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektinin «X10»nın qarşısından keçən hissəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Nizami Rayon Polis idarəsinə gətirilmiş və orada keçirilmiş şəxsi axtarış zamanı üzərində olan qara rəngli bel çantasından 01 ədəd qara rəngli yapışqanlı lentə bükülmüş, xüsusilə külli miqdarda təmiz çəkisi 1920 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eyni zamanda həmin çantanın içərisində 01 ədəd qara rəngli yapışqanlı lentə bükülmüş, içərisində külli miqdarda təmiz çəkisi 105 qram olan tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyə malik xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və 01 ədəd, arxasında “600g x 0,01 g” yazısı, üzərində heroin izləri olan elektron tərəzi, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd “Kent 4” markalı siqaret qutusunun içərisində 01 ədəd göy rəngli sellofana bükülmüş, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda, təmiz çəkisi 3,078 qram qəhvəyi rəngli tozşəkilli kustar usulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,347 qram olan ağ rəngli kristalşəkilli, kustar usulla hazırlanmış psixotrop maddə metamfetamın və 01 ədəd yaşıl rəngli sellofana bükülmüş təmiz çəkisi 1,94 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası 234.4.1 və 234.4-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı (çıxış edərək) rəy verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırkı cinayət işi üzrə əməlləri Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə əhatə olunduğundan ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4-1-ci maddələri ilə elan edilmiş hazırkı ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin rəqəm ifadələrini əks etdirən hissə xaric olunmalı və təqsirləndirilən şəxsə münasibətdə ittihamın müdafiəsi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təmin olunmalıdır. Məhkəmə həmin xüsusata münasibətdə qeyd edir ki, dövlət ittihamçısının rəyi (çıxışı) əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə görə, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 84.6.9-cu maddəsinə görə həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə görə, bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ümumi ittiham Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə əhatə olunduğundan, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın rəqəm ifadələrini əks etdirən hissəsi ittihamdan xaric olunmalı və ittiham Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə müdafiə olunduğundan təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək barəsində cəza təyin olunmalıdırlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib- qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X7rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərini (təqsirini) qismən etiraf etməsini, əvvəllər məhkum olunmamasını və gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü (marixuana, heroin, tiryək, metamfetamin), çəkisini - miqdarını, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və və Nizami RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1919,8 qram və 2,978 qram narkotik vasitə heroin, 0,297 qram psixotrop maddə metamfetamin, 104,8 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, nəqliyyat vasitəsinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, təhlükəsiz şəhər kamerasından əldə olunmuş görüntüləri özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, YPX inspektoru tərəfindən təqdim olunmuş görüntüləri özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 09 (doqquz) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın rəqəm ifadələrini əks etdirən hissəsi xaric edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi (yaşayış yeri) üzrə narkoloji dispanserində (kabinetdə) profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq çəkisi 1,89 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1919,8 qram və 2,978 qram narkotik vasitə heroin, 0,297 qram psixotrop maddə metamfetamin, 104,8 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin özünə və ya qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, nəqliyyat vasitəsinə axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, təhlükəsiz şəhər kamerasından əldə olunmuş görüntüləri özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk, YPX inspektoru tərəfindən təqdim olunmuş görüntüləri özündə əks etdirən 01 ədəd dvd formatlı optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 192 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-708/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-708/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver