Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-709/2022 17.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, təqsirləndirilən şəxslərin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi Məmmədağa oğlunun iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hal-hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni, həmçinin güclü təsir edən maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələri əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 06 avqust 2021-ci il tarixdə axşam saatlarında istifadə etdiyi mobil telefon vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının qeyd etdiyi ünvandan, yəni Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Uşaq poliklinikasının yanından satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda təmiz çəkisi 6,422 qram, 6,420 qram, ümumi təmiz çəkisi 12,842 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 9,012 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 07 ədəd göy-narıncı rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram(bir ədəd həbdə preqbalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olan güclü təsir edən maddə preqabalin preparatını əldə edib, daşıyaraq özündə saxlamış, 08 avqust 2021-ci il tarixdə saat 07:50 radələrində DİN-nin X22 Alayının 1-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 6 binanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 83A ünvanında yerləşən Nərimanov RPİ 16-cı PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çiynindən asmış olduğu qara rəngli əl çantasının ön cibindən 01 ədəd qara rəngli yapışqana bükülmüş kiçik torbanın içərisindən qara rəngli sellofan bükümdə və bir ədəd kibrit qutusunda şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,422 qram, 6,420 qram, ümumi təmiz çəkisi 12,842 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 9,012 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 07 ədəd göy-narıncı rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram(bir ədəd həbdə preqbalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olan güclü təsir edən maddə preqabalin preparatı aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Həmçinin o, narkotik vasitə və psixotrop maddə satmaq niyyətinin olmadığını, özünün istifadəsi üçün əldə etdiyini qeyd etmişdir. O, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə istifadə edir. Belə ki, təxminən xx.xx.2021-ci il tarixdə həm öz istifadəsi, həm də tanışı olan şəxslərə sataraq pul əldə etmək üçün əvvəllər də alqı-satqı etdiyi İran İslam Respublikasının vətəndaşı olan adını bilmədiyi şəxslə əlaqə saxlamış və narkotik vasitə lazım olduğunu demişdir. O, isə bunun qarşılığında ondan 200 manat pul istəmişdir. Bildirmiş ki, onun bank hesabına həmin məbləği ödədikdən sonra narkotik vasitəni haradan götürəcəyini söyləyəcəkdir. O, da elə həmin gün onun yadında qalmayan bank hesabına onlayn şəkildə ümumilikdə 200 manat pul ödəmişdir. Axşam saatlarında İran İslam Respublikasının vətəndaşı onunla əlaqə saxlamış və narkotik vasitələri Yeni Günəşli deyilən ərazidəki Uşaq poliklinikasının yanından götürməyini demişdir. O, da bu minvalla həmin yerə getmiş və qeyd olunan siqaret qutusunu götürmüşdür. O, evə gəldikdə qutunu açmış və içərisinə baxdıqda görmüş ki, içərisində 01 ədəd iri bükümdə “Metamfetamin" və 02 ədəd iri bükümdə “heroin” və 15 ədəd “Priqabalin” dərman pereparatı vardır. Onları özü düzəltmiş olduğu qara rəngli yapışqana bükülmüş kiçik torbanın içərisinə yerləşdirmişdir. Dərman pereparatının isə 8 ədədini özü istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında həmin narkotik vasitələri əl çantasına qoymuşdur. Saat 07:50 radələrində kirayə yaşadığı ünvan 6 ünvanın qarşısında olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib ƏÇPA-nın 1-ci Patrul Bölüyünün əməkdaşları olmalarını bildirib onu 16-cı PB-nə gətirmişlər. Xidməti otaqda iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilməsi təklif edilmişdir. O, da saxlanılarkən çiynindən asmış olduğu qara rəngli çantanı təqdim etmişdir. Əl çantasına baxış keçirilərkən orta cibindən 01 ədəd “İphone 7” və “Honor” markalı mobil telefonlar, içərisində 02 ədəd 1 manatlıq əskinaz, tanışı Nigar Səfərovaya məxsus "xxxx" ASC-nin “Umico” bank kartı olan 01 ədəd pul kisəsi, ön cibindən 01 ədəd qara rəngli yapışqana bükülmüş kiçik torba aşkar olunmuşdur. Həmin torbada içərisində spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli maddə olan qara rəngli sellofana bükülmüş 01 ədəd büküm, 07 ədəd üzərində “Preqabalin” yazısı olan dərman pereparatları, 01 ədəd kibrit qutusu, həmin qutunun içərisində şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik, toz şəkilli, qəhvəyi rəngli maddə olan büküm aşkar olunmuşdur. Həmin torbanın içərisindən aşkar olunmuş narkotik vasitələr olan bükümlər qablaşdırılmış və o, da imza etmişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, hazırda X22 Alayının 1-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində, polis serjantı rütbəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə saat 07:50 radələrində X22 Alayının 1-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olduqları zaman ünvan 6 binanın qarşısında bir nəfər şəxsin hərəkətlərindən özünü şübhəli aparmasını görmüşlər və ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edib şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini bildirmişlər. Lakin həmin şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onu Nərimanov RPİ 16-cı PB- nə dəvət etmişlər. X27 dəvət edərkən həmin şəxsin hərəkətlərindən və rabitəsiz danışığından narkotik vasitə altında olması onlarda şübhə doğurmuşdur. Onlar həmin şəxsi Polis Bölməsinə gətirərək növbətçi hissəyə təhvil vermişlər. Polis Bölməsində məlum olmuş ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanması Nərimanov RPİ 16-cı PB-nin rəisi, polis mayoru Xəyal Şükürova raportla məruzə olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq tədbirlərin görülməsi Nərimanov RPİ 16-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Əhmədova həvalə edilmişdir. X16 tərəfindən Təqsirləndirilən şəxs izah etdilmiş ki, üzərində narkotik vasitə saxlamasından şübhələndikləri üçün üzərinə axtarış və götürmə aparacaqlar. Bundan sonra X16 Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izahat edib, hüquqlarının təmin olunmasından ötrü «Yusifbəyli və Partnyorları» vəkil bürosunun vəkillərinin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda göstərilən istənilən vəkilin hüquqlarının dövlət hesabına müdafiə olunmasını istədiyini bildirmişdir. Bundan sonra dəvət olunmuş vəkil X8 və digər iştirakçıların iştirakı ilə otaqların birində video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs təklif etdilmiş ki, üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs saxlanılarkən çiynindən asmış olduğu qara rəngli çantanı təqdim etmişdir. Əl çantasına baxış keçirərkən orta cibindən 01 ədəd “İphone 7” və “Honor” markalı mobil telefonlar, içərisində 02 ədəd 1 manatlıq əskinaz, Nigar Səfərovaya məxsus "xxxx" ASC-nin “Umico” bank kartı olan 01 ədəd pul kisəsi, ön cibindən 01 ədəd qara rəngli yapışqana bükülmüş kiçik torba aşkar olunmuşdur. Həmin torbada içərisində spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli maddə olan qara rəngli sellofana bükülmüş 01 ədəd büküm, 07 ədəd üzərində “Preqabalin” yazısı olan dərman pereparatları, 01 ədəd kibrit qutusu, həmin qutunun içərisində şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik, toz şəkilli, qəhvəyi rəngli maddə olan büküm aşkar olunmuşdur. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi maddələr narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin, şüşə adı ilə tanınan “Metamfemin” və dərman pereparatları isə “Preqabalin”-dir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri xx.xx.2021-ci il tarixdə aralarında alqı-satqı olduğu İran İslam Respublikasının vətəndaşı adını bilmədiyi şəxsdən onlayn şəkildə 200 manat ödəyərək almış və İİR vətəndaşının deməsi ilə Yeni Günəşli adlanan yerdən Uşaq poliklinikasının yanından götürmüşdür. Həmin narkotik maddələri həm öz istifadə, həm də satmaq üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 07:50 radələrində kirayə yaşadığı ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. Bundan sonra X16 tərəfindən protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Şahid qismində ifadə vermiş Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cildinin 35-40-cı vərəqlərində olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/3368 №-li rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №218” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd qara rəngli sellofanda və bir ədəd kibrit qutusunda olan ümumilikdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 6,422 qram, 6,420 qram ümumi təmiz çəkisi 12,842 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 9,012 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təqdim edilmiş 7 ədəd göy-narıncı rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,05 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edildi. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Cinayət işinin 2-ci cildinin 29-31-ci vərəqlərində olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli, 2597 №-li rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs yuxarıda göstərilən əməl törədilərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə hərəkətlərinin özünə və ətrafdakılara qarşı təhlükəsi yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 2-ci cildinin 32-33-cü vərəqlərində olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4416 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cildinin 23-24-cü vərəqlərində olan 08 avqust 2021-ci il tarixli «şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması barədə» protokolda bildirilir ki, baxış zamanı Təqsirləndirilən şəxs saxlanılarkən çiynindən asmış olduğu qara rəngli çantanı təqdim etmişdir. Əl çantasına baxış keçirərkən orta cibindən 01 ədəd “İphone 7” və “Honor” markalı mobil telefonlar, içərisində 02 ədəd 1 manatlıq əskinaz, Nigar Səfərovaya məxsus "xxxx" ASC-nin “Umico” bank kartı olan 01 ədəd pul kisəsi, ön cibindən 01 ədəd qara rəngli yapışqana bükülmüş kiçik torba aşkar olunmuşdur. Həmin torbada içərisində spesifik qoxuya malik şəffaf rəngli, kristal şəkilli maddə olan şəffaf sellofana bükülmüş 01 ədəd büküm, içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli maddə olan qara rəngli sellofana bükülmüş 01 ədəd büküm, 07 ədəd üzərində “Preqabalin” yazısı olan dərman pereparatları, 01 ədəd kibrit qutusu, həmin qutunun içərisində şəffaf sellofana bükülmüş içərisində spesifik qoxuya malik, toz şəkilli, qəhvəyi rəngli maddə olan büküm aşkar olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi maddələr narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin, şüşə adı ilə tanınan “Metamfemin” və dərman pereparatları isə “Preqabalin”-dir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri xx.xx.2021-ci il tarixdə aralarında alqı-satqı olduğu İran İslam Respublikasının vətəndaşı adını bilmədiyi şəxsdən onlayn şəkildə 200 manat ödəyərək almış və İİR vətəndaşının deməsi ilə Yeni Günəşli adlanan yerdən Uşaq poliklinikasının yanından götürmüşdür. Həmin narkotik maddələri həm öz istifadəsi, həm də satmaq üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 07:50 radələrində kirayə yaşadığı ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitələr və psixotrop maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 218 nömrəli möhürlə möhürlənmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 1-ci cildinin 88-153-cü vərəqlərində olan 16 avqust 2021 -ci il tarixli «telefonda olan məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus «İphone 7» markalı mobil telefonda olan məlumatlara baxış keçirirlmişdir. Telefonda quraşdırılmış “whatsapp” və İnstaqram” proqramında olan yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşquldur. Bundan başqa telefonda olan şəkillər bölümünə baxış keçirilmişdir. Baxış zamanı istintaq marağı kəsb edən şəkillər aşkar edilmiş və həmin şəkillər fotocədvələ əlavə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus «Honor» markalı mobil telefonda olan məlumatlara baxış keçirilmiş və maraq kəsb edən bir məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cildinin 183-197-ci vərəqlərində olan 23 oktyabr 2021-ci il tarixli «məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 01 ədəd diskdə təqdim edilmiş məlumatlara baxış keçirilmişdir. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Cinayət işinin 1-ci cildinin 199-233-cü vərəqlərində olan 01 noyabr 2021-ci il tarixli «məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, "xxxx" MMC tərəfindən 01 ədəd diskdə təqdim edilmiş məlumatlara baxış keçirilmişdir. Yazışmalardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğuldur. Cinayət işinin 2-ci cildinin 37-ci vərəqində olan 19 yanvar 2022-ci il tarixli «məlumatlara baxış keçirilməsi barədə» protokoldan görünür ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş məlumatlara baxış keçirilmişdir. Həmin məlumatlardan görünür ki, X14, X15, X2, X5 və X19 adına olan bark kartlarında müxtəlif vaxtlarda müxtəlif məbləqlərdə pul mədaxil və məxaric olunmuşdur. X4, X6 və X7 adına olan bank kart hesabları ilə əməliyyat aparılmamışdır. Təqsirləndirilən şəxs təqdim olunmuş məlumatlarla tanış olaraq bildirmiş ki, X4 onun qonşusudur, kartından istifadə edib etməməsini xatırlamır. X12 onun bacısıdır, onun kartından bir dəfə istifadə etmiş, özünün istifadə etdiyi kartdan həmin karta pul köçürmüş, həmin pulu özü çıxartmış, bacısının bundan xəbəri olmamışdır. X14 onun qonşusudur, onun kartından istifadə etməsi və ya ona pul köçürməsini xatırlamır. X15 onun qız dostudur, N.Səfərovanın kartı onda olmuş, N.Səfərovanın onun həmin kartdan nə məqsədlə istifadə etməsindən xəbəri olmamışdır. X2, X5, X21 və X3 tanımır. Cinayət işinin 1-ci cildinin 75-79-cu vərəqlərində olan Nərimanov RPİ 16-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Rəşad Əhmədov tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarışı və götürmə aparılması zamanı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD diskə 08 avqust 2021-ci il tarixdə şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmənin prosessual tələblərə uyğun və protokolda əks olunmuş qaydada aparıldığı bir daha müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 65-67-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 12,842 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 9,012 qram olan psixotrop maddə metamfetamin, 7 həb güclü təsir edən maddə preqabalin, bundan başqa Təqsirləndirilən şəxs şəxsi axtarış və götürülmə aparılması zamanı videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs məxsus «İphone 7» və «Honor» markalı mobil telefon, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatların yazıldığı 01 ədəd disk, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatların yazıldığı 01 ədəd disk maddi sübut kimi tanınmaqla, tədqiqata sərf edildikdən sonra narkotik vasitənin qalan qalığı, yəni 12,742 qram çəkidə olan narkotik vasitə heroin, psixotrop maddənin qalan qalığı, yəni 8,962 qram çəkidə olan psixotrop maddə metamfetamin, güclü təsir edən maddənin qalığı, yəni 6 həb güclü təsir edən maddə preqabalin, həmçinin Təqsirləndirilən şəxs məxsus «İphone 7» və «Honor» markalı mobil telefon Nərimanov RPİ-nin saxlanc yerində, 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılır. İttiham olunduğu cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi özünün ifadələri ilə yanaşı şahid ifadələri, baxış, götürmə protokolları, maddi sübutlar, eləcə də məhkəmə ekspertiza rəyləri və işin digər faktiki halları ilə tam sübuta yetirilir, həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri digərini əlaqəli şəkildə tamamlayaraq iş üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Buna görə də, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin ifadəsini, CPM-in 144-146-cı maddəsinə əsasən isə şərh olunan şahid ifadələrini, protokolları və ekspertiza rəylərini iş üzrə irəli sürülmüş ittihamın həlli üçün mötəbər sübut qismində qəbul edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 67-ci bəndinə əsasən 2 qram və daha artıq pxisotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. Preqabalin 2016-cı il 18 mart tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq tövsif edilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-cimaddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 1 ci cildinin 13-15, 85-89-cu vərəqlərində olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 avqust 2021-ci il tarixdən şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 171-172-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. xx.xx.2021-ci il tarixli, 4416 №-li ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65,00 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar-Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 12,842 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 12,742 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 9,012 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq qalan yəni 8,962 qram psixotrop maddə metamfetamin, 7 həb, tədqiqata sərf edildikdən sonra qalıq qalan 6 həb güclü təsir edən maddə preqabalin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-cimaddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 6 (altı) il azadlıqdan məhrum etmə cəzasına, CM-nin 240.2.1-ci maddəsi ilə 3 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 08 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs 65,00 (altmış beş) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar-Təqsirləndirilən şəxs üstündən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 12,842 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 12,742 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 9,012 qram olan, tədqiqata sərf edildikdən sonra qalıq qalan yəni 8,962 qram psixotrop maddə metamfetamin, 7 həb, tədqiqata sərf edildikdən sonra qalıq qalan 6 həb güclü təsir edən maddə preqabalin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Mahmud Ağalarov