Məhkəmə qərarları › İş №1(101)-709/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-709/2025

06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-709/2025 06.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2 az yaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin külli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayının sonlarınadək olan müddət ərzində xadimə işlədiyi ünvan 4 ünvanında yerləşən fərdi evdə, ev sahibi Zərərçəkmiş şəxs yataq otağında yerləşən paltar dolabındakı qızıl-zinət əşyalarının saxlandığı qutunun içərisindən hissə-hissə olmaqla 750 əyarlı çəkisi 13,5 qram, dəyəri 4.000 manat, çəkisi 12 qram, dəyəri 10.000 manat, çəkisi 11 qram, dəyəri 4.000 manat, çəkisi 14 qram, dəyəri 5.000 manat, çəkisi 10 qram, dəyəri 3.000 manat, çəkisi 11 qram, dəyəri 4.000 manat, çəkisi 4,5 qram, dəyəri 2.000 manat, çəkisi 10 qram, dəyəri 3.500 manat və çəkisi 9 qram, dəyəri 3.000 manat təşkil edən ümumilikdə 9 ədəd qızıl üzükləri, 750 əyarlı çəkisi 17 qram, dəyəri 5.000 manat, çəkisi 14 qram, dəyəri 6.000 manat, çəkisi 14,5 qram, dəyəri 5.000 manat, çəkisi 10,5 qram, dəyəri 4.000 manat, çəkisi 12 qram, dəyəri 5.000 manat, çəkisi 9 qram, dəyəri 3.000 manat, çəkisi 12 qram, dəyəri 4.000 manat və 585 əyarlı çəkisi 3 qram, dəyəri 500 manat təşkil edən ümumilikdə 8 cüt qızıl sırğaları, 750 əyarlı çəkisi 12 qram, dəyəri 3.000 manat, çəkisi 20 qram, dəyəri 4.000 manat, çəkisi 23 qram, dəyəri 6.000 manat, çəkisi 25 qram, dəyəri 4.000 manat, çəkisi 7 qram, dəyəri 3.500 manat, çəkisi 5 qram, dəyəri 1.500 manat, çəkisi 4,5 qram, dəyəri 1.500 manat, çəkisi 8 qram, dəyəri 3.000 manat, çəkisi 8 qram, dəyəri 3.000 manat, çəkisi 3,5 qram, dəyəri 1.200 manat və 585 əyarlı, çəkisi 4,5 qram, dəyəri 750 manat təşkil edən ümumilikdə 11 ədəd qızıl boyunbağılarını, 750 əyarlı, çəkisi 7 qram, dəyəri 3.000 manat, çəkisi 17 qram, dəyəri 4.000 manat, çəkisi 15 qram, dəyəri 3.000 manat və çəkisi 7 qram, dəyəri 3.000 manat təşkil edən ümumilikdə 4 ədəd qızıl bilərzikləri vahid niyyətlə gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 115.450 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, dekabr ayında ona təcili pul lazım olmuşdur. Bu səbəbdən o, xadimə kimi işlədiyi evdə Zərərçəkmiş şəxs otağındakı qızıl qutusundan sonuncuya məxsus qızıllardan götürüb satmışdır. Daha sonra maddi sıxıntıları olduğundan yenidən ikinci dəfə həmin qızılların olduğu qutudan qızıl götürüb satmış və həmin pulla borclarını ödəmişdir. Bundan sonra yaşadığı evi təmir etdirmək məqsədilə yenidən Zərərçəkmiş şəxs məxsus qızıllardan götürüb satmış və həmin pulla evini təmir etdirmişdir. Bundan başqa uşağı qan azlığından əziyyət çəkdiyi üçün onu müalicə etdirmək məqsədilə Zərərçəkmiş şəxs məxsus qızıllardan götürüb satmış və həmin pulla uşağını müalicə etmişdir. Ümumilikdə dekabr-yanvar ayları ərzində Zərərçəkmiş şəxs məxsus qızılları götürüb satmış və aldığı pullarla şəxsi problemlərini həll etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayının sonlarına kimi ortaq tanışları vasitəsilə tanış oduğu Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanında yerləşən fərdi evdə xadiməçi kimi işləmişdir. Daha sonra səhhətində baş verən problemlərlə əlaqədar həmin evdən işdən çıxmışdır. Xadiməçi kimi işlədiyi müddətdə Zərərçəkmiş şəxs otağını təmizləyərkən paltar dolabının içərisində çoxlu sayda qızıl-zinət əşyalarının olduğunu görmüş və maddi imkanı zəif olduğundan gizlincə həmin qızıl-zinət əşyalarından götürmək qərarına gəlmişdir. 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının əvvəllərinə kimi müxtəlif vaxtlarda qeyd etdiyi qutunun içərisindən Zərərçəkmiş şəxs məxsus dəqiq sayını xatırlamadığı bir neçə qızıl sırğalar, boyunbağılar, üzüklər və bilərzikləri gizlincə götürüb müxtəlif vaxtlarda metronun «Xalqlar Dostluğu» və «Neftçilər» stansiyalarının yaxınlığında yerləşən lombardlara dəqiq xatırlamadığı qiymətlərə satmışdır. Ümumilikdə qızılları sataraq təxminən 7000 manata yaxın pul əldə etmiş və həmin pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs 2024-cü ilin mart ayında onunla telefon əlaqəsi yaradaraq bu barədə bildirdikdə, o, sonuncuya məxsus qızıl-zinət əşyalarını oğurladığını etiraf etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs şikayəti əsasında polis əməkdaşları onu Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət etdikdə, polis şöbəsində etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Etdiyi əməldən peşmandır. Həmçinin Zərərçəkmiş şəxs düzgün məlumat vermədiyini də, ümumilikdə qızılları sataraq təxminən 7000 manat, çox olsa 10.000 manata yaxın pul əldə etdiyini və qızıl-zinət əşyalarını satdığı mağazaları göstərə biləcəyini bildirmişdir. Qızıl-zinət əşyalarını alan şəxs onu tanımamış, o, qızılları satarkən mağazada işləyən şəxs həmin qızıl-zinət əşyalarının oğurluq olub-olmadığı barədə ondan soruşmamışdır. Törətdiyi oğurluq cinayəti barədə heç kimə bildirməmiş, saxlanılarkən polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilməmişdir. Polis əməkdaşları onu şöbəyə dəvət etdikdə o, heç bir müqavimət göstərmədən şöbəyə getmişdir. Daha sonra təqsirləndirilən şəxs qismində əlavə ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ilkin ifadəsini təsdiqləmiş və xadimə kimi işlədiyi evdə dolabın içərisində içərisində həm qızıl, həm də aksesuarlar olan qutu olduğunu, aksesuarlardan heç birini götürmədiyini, həmin evdən axırıncı dəfə oğurluq edərkən qızıl qutusunun içərisinin boş olmadığını bildirmişdir. Lakin, o polis əməkdaşları ilə birgə hadisə yerinə gedərkən, həmin dolabda heç bir qızıl-zinət əşyalarının olmadığını sadəcə bir-iki ədəd kiçik qızılların qaldığını görmüşdür. O, qızılların yerləşdiyi qutudan qızılları götürərkən həmin qutunun heç bir kilidi olmamışdır. O, həmin mənzildən iki ədəd bilərzik, bir ədəd kulon, 4 cüt sırğa, iki ədəd boyunbağı, dörd ədəd üzük və bir ədəd nazik boyunbağı aparmışdır. Həmin qızıl-zinət əşyalarından bir boyunbağını lombarda satarkən üzərindəki qaşın briliant olub-olmamasını soruşmuş, satdığı şəxs ona qaşın sirkon olduğunu və briliant olmadığını bildirmişdir. O, qızılları metronun «Xalqlar Dostluğu» və «Neftçilər» stansiyalarının yaxınlığında yerləşən 3 lombarda satmışdır. Metronun «Xalqlar Dostluğu» və «Neftçilər» stansiyalarının yaxınlığında yerləşən 3 lombarda qızıl satarkən, bir ədəd bilərzik, iki ədəd üzük və bir ədəd də boyunbağıda qaş olmuş, digər qızıllarda qaş olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs evindən oğurlayıb satdığı qızılların dəyəri ümumilikdə 20.000-30.000 manat məbləğində olmuşdur. Bundan başqa 2024-cü ilin mart ayında zərərçəkmiş şəxs evindən qızıllarını onun oğurlamasını bildirdikdə o, ilk olaraq əməlini etiraf etməmiş, Zərərçəkmiş şəxs ondan şikayətçi olduqdan sonra polis şöbəsində törətdiyi əməlini etiraf etmişdir. Daha sonra himayəsində 2 az yaşlı uşağının olmasını nəzərə alaraq barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması, baxış keçirilməsi, götürmə protokolları, hadisə yerinin fotoşəkilləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə ona məxsus qızıl-zinət əşyalarının olduğu qutudan daimi istifadə etdiyi qızıllarını götürmək istəmişdir. Qızıl-zinət əşyalarını saxladığı qutu mərtəbəli qutudur və açarla bağlı olmuşdur. Lakin qutunu bağladığı açarı hara qoyduğunu xatırlamamışdır. Həmçinin qutunu sıxmaqla da açmaq olmuşdur. O eyni şəkildə qutunu açmaq istəyərkən çətinlik çəkmiş, anasından qutunu bağlayıbbağlamadığını soruşmuş, lakin anası bağlamadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs da qutunu bağlayıb-bağlamamağını soruşduqda sonuncu açar vasitəsilə deyil sıxaraq bağladığını bildirmişdir. Bu zaman o, qutunu açarkən içərisində o qədər də dəyəri olmayan bir neçə qızıl-zinət əşyasının qaldığını, digərlərinin isə olmadığını görmüşdür. Evində Təqsirləndirilən şəxs başqa kimsə olmadığından ağlına ilk olaraq sonuncunun qızılları götürməsi gəlmişdir. Bundan sonra o, ölkə xaricinə getmiş, anası və qardaşı isə Təqsirləndirilən şəxs evinə gedərək sonuncudan götürdüyü qızılların heç olmasa bir hissəsini geri qaytarmasını xahiş etmiş, lakin sonuncu qızılları götürmədiyini, evə başqa adam çağırdığımızı və həmin şəxsin götürmüş ola biləcəyini bildirmişdir. Lakin onların evində Təqsirləndirilən şəxs başqa heç kim işləməmişdir. O, ölkə xaricindən qayıtdıqdan sonra Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvanın yaxınlığına çağırmış, onun maşınında sonuncuya qızılları götürməsi barədə məlumatının olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə götürmədiyini bildirmişdir. O da sonuncunun uşaqlarına görə yazığı gəldiyini bildirdikdə Təqsirləndirilən şəxs uşaqlarının qayınanası tərəfindən əlindən alındığını, cəzaçəkmə müəssisəsində olmağın qurtuluş olacağını bildirdikdən sonra o, bu barədə polisə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs normal psixologiyaya malik olmadığını, cəmiyyət üçün təhlükəli olduğunu və bu səbəbdən cəzasını çəkməsini istəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurlanan qızılların qiymətini bilmədiyi və qızılları ona anası aldığı üçün ibtidai istintaq dövründə ilk öncə ona dəymiş ümumi zərərin 60.000 manat məbləğində olduğunu qeyd etmişdir. Daha sonra anası ilə qiymətləri müəyyən etmiş, hətta satmaq istədiyi bir qızılını satıb-satmadığını xatırlamadığı üçün həmin qızılın dəyərini şikayətinə daxil etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Neftçilər metrostansiyasının çıxışında yerləşən mağazada qızıl-zinət əşyalarının alqısatqısı ilə məşğul olmuşdur. Tarixini xatırlamadığı bir gün Təqsirləndirilən şəxs həmin mağazaya yaxınlaşaraq satmaq üçün qızıl gətirmiş və həmin qızılların özünə məxsus olduğunu bildirmişdir. O da bu səbəbdən qızılları almışdır. Həmin qızıl-zinət əşyalarını təhvil alarkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və həmin qızılların foto şəkillərini çəkib özündə saxlamışdır. xx.xx.2024-cü ildə polis əməkdaşları işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs ona satdığı qızılları cinayət yolu ilə əldə etdiyini bildirmişlər. O da həmin qızılları şəxsiyyətini xatırlamadığı şəxslərə satdığını bildirərək qızılları Təqsirləndirilən şəxs alarkən çəkdiyi fotoşəkillərin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı qızıllar üçün sonuncuya 1.625 manat məbləğində pul ödəmişdir. Həmçinin sonuncudan aldığı qızılların oğurluq yolu əldə edildiyi barədə heç bir məlumatı olmamış, Təqsirləndirilən şəxs qızılların ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin noyabr ayından Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən «Lombard Sapfir» adlı mağazanı icarə əsasında işlətmişdir. Həmin mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. xx.xx.2023-cü ildə işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gələrək maddi sıxıntıları olduğunu bildirib özünə məxsus 750 əyarlı, çəkisi 17,79 qram olan bir cüt qızıl sırğanı satmaq istədiyini bildirmişdir. Sonuncunun satmaq üçün gətirdiyi sırğaya ətraflı baxdıqdan sonra həmin sırğaları 1.200 manata ala biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Sırğaları alıb sonuncuya 1.200 manat məbləğində pul vermişdir. Həmin qızıl-zinət əşyalarını təhvil alarkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxartmışdır. Sonuncu həmin surətin üzərində öz əlyazması ilə 01 cüt sırğa 750 əyar, çəkisi 17,79 qram. Qızıl oğurluq və tapıntı deyil, özümə məxsus olduğundan satışını imzamla təsdiqləyirəm» sözlərini yazmışdır. xx.xx.2024-cü ildə polis əməkdaşları işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs satdığı sırğaları cinayət yolu ilə əldə etdiyini bildirmişlər. O, həmin sırğaları şəxsiyyətini xatırlamadığı şəxsə satdığını bildirmiş və sırğaları Təqsirləndirilən şəxs alarkən götürdüyü şəxsiyyət vəsiqəsinin surətini polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs satmaq üçün gətirdiyi bir cüt qızıl sırğanın özünə məxsus olduğunu bildirmiş, polis əməkdaşları mağazaya gəldikdən sonra isə həmin qızılın oğurluq olması barədə məlumatı olmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsi elan olunmaqla tədiqiq edildi və müəyyən olundu ki, o ifadəsində bildirmişdir ki, təxminən 3 il müddətdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 107 ünvanında, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışında yerləşən mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmuşdur. xx.xx.2024-cü ildə təxminən saat 16:30 radələrində işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs mağazaya gələrək özünə məxsus 750 əyarlı, çəkisi 9,73 qram olan bir ədəd, üzərində 22 sot ölçüdə briliant qaşlar olan qızıl üzüyü satmaq istədiyini bildirmişdir. O, sonuncunun satmaq üçün gətirdiyi qeyd olunan qızıl üzüyə ətraflı baxdıqdan sonra həmin üzüyü ümumilikdə 700 manat ödəməklə ala biləcəyini bildirmiş və Təqsirləndirilən şəxs onunla razılaşmışdır. O, üzüyü təhvil alıb Təqsirləndirilən şəxs 700 manat məbləğində pul ödəmişdir. Həmin üzüyü təhvil alarkən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini çıxartmış və həmin üzüyü almağı barədə mağazada olan kitabda qeydiyyat aparmışdır. xx.xx.2024-cü ildə təxminən saat 17:00 radələrində işlədiyi mağazada olarkən Təqsirləndirilən şəxs yenidən gələrək özünə məxsus 750 əyarlı, çəkisi 16 qram olan bir ədəd, üzərində 21 sot ölçüdə briliant qaşlar olan qızıl boyunbağını satmaq istədiyini bildirmişdir. O, sonuncunun satmaq üçün gətirdiyi qeyd olunan qızıl boyunbağına ətraflı baxdıqdan sonra həmin boyunbağını 1250 manat ödəməklə ala biləcəyini bildirmiş və sonuncu onunla razılaşmışdır. O, boyunbağını Təqsirləndirilən şəxs təhvil alıb ona 1250 manat məbləğində pul ödəmişdir. Həmin boyunbağını almağı barədə mağazada olan kitabda qeydiyyat aparmışdır. xx.xx.2024-cü ildə polis əməkdaşları onun işlədiyi mağazaya gələrək Təqsirləndirilən şəxs satdığı qızılları cinayət yolu ilə əldə etdiyini bildirmişlər. O, həmin qızılları şəxsiyyətini xatırlamadığı şəxslərə satdığını və qızılları Təqsirləndirilən şəxs alarkən şəxsiyyət vəsiqəsinin surətini çıxartdığını bildirmiş, həmin surəti və qızılın alqısatqısı barədə qəbzi polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya satdığı qızıl-zinət əşyaların cinayət yolu ilə əldə etdiyi barədə heç bir məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin qızıl-zinət əşyalarını satarkən qızılların özünə məxsus olduğunu, təcili pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Qızıl-zinət əşyalarını satarkən Təqsirləndirilən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etdiyindən o, həmin qızılların cinayət yolu əldə edildiyindən şübhələnməmişdir. Cinayət işinin İ cild 36-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 47-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nizami RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin İ cild 49-50-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan və iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 101-104-cü vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü ildən hesablanmaqla 03 ay 27 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 186-191-ci vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2024-cü ilədək uzadılmışdır. Cinayət işinin İ cild 257-259-cu vərəqələrində olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 17 gün müddətinə uzadılmışdır. Cinayət işinin İİ cild 17-18-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 7-12-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən 3 mərtəbəli həyət evinin 3-cü mərtəbəsində yerləşən qonaq otağının taxta materialdan hazırlanmış dolabın içərisində olan qızıl-zinət əşyaları qutunun içərisindən oğurlanmışdır. Qeyd olunan evin içərisində taxta materialdan hazırlanmış dolablar, çarpayı, oturacaqlar, masalar və evə məxsus avadanlıqlar, əşyalar müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilərkən həyət evinin qapısı bir laylı dəmir materialdan hazırlanmış qapıdır. Hər mərtəbədə otaqlar və sanitar qovşaqlar var. Hadisə yerindən iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı bir əşya və yaxud predmet aşkar olunmamışdır. Cinayət işinin İ cild 71-72-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkildən görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ümumi çəkisi 25,39 qram olan bir ədəd qızıl kulon, bir ədəd qızıl sırğa və bir ədəd qızıl kulonu aldığı zaman sonuncunun ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin və qeyd olunan qızıl-zinət əşyalarının fotoşəklini çəkmiş, həmin fotoşəkili təhqiqata təqdim etmiş, təqdim edilmiş fotoşəkil sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin İ cild 173-cü vərəqəsində olan qızılın alqı-satqı qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd boyunbağını 1.250 manata Adil İmayılova satmışdır. Cinayət işinin İ cild 59-68-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, oğurlanmış bütün qızıl-zinət əyşaylarının sayı, əyarı, çəkisi və dəyəri qeyd olunmuş siyahı, habelə həmin qızıl-zinət əyşaylarının bir qisminin fotoşəkilləri Zərərçəkmiş şəxs götürülmüşdür. Cinayət işinin İ cild 90-93-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən fərdi evi və həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağını hadisə yeri kimi göstərərək 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının əvvəllərinə kimi müxtəlif vaxtlarda həmin yataq otağındakı paltar dolabının içərisində olan qutudan Zərərçəkmiş şəxs məxsus dəqiq sayını xatırlamadığı bir neçə qızıl sırğalar, boyunbağılar, üzüklər və bilərzikləri gizlincə götürüb müxtəlif vaxtlarda metronun «Xalqlar Dostluğu» və «Neftçilər» stansiyalarının yaxınlığında yerləşən lombardlara hazırda xatırlamadığı qiymətə satdığını, ümumilikdə qızılları sataraq təxminən 7.000 - 10.000 manata yaxın pul əldə etdiyini və həmin pulları şəxsi ehtiyacları üçün xərclədiyini qeyd edərək istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. Cinayət işinin İ cild 106-108-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 24/19 ünvanında, metronun «Neftçilər» stansiyasının çıxışında yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazanı, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 ünvanında yerləşən «Lombard Sapfir» adlı mağazanı və Bakı şəhəri, Nizami rayonu, metronun «Xalqlar Dostluğu» stansiyasının çıxışında yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazanı göstərərək ünvan 5 ünvanında yerləşən fərdi evdən 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayının əvvəllərinə kimi müxtəlif vaxtlarda həmin evin yataq otağındakı paltar dolabının içərisində olan qutudan Zərərçəkmiş şəxs məxsus dəqiq sayını xatırlamadığı bir neçə qızıl sırğalar, boyunbağılar, üzüklər və bilərzikləri gizlincə götürüb müxtəlif vaxtlarda həmin qızıl-zinət əşyalarının alqı-satqısını həyata keçirən mağazalara satdığını qeyd edərək istintaqa verdiyi ifadəsini əyani şəkildə bir daha təsdiq etmişdir. Cinayət işinin İ cild 197-199-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 2343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli gerilik (kəmağıllıq) qeyd olunmur. Sonuncuda qeyd olunan cinayəti törədərkən psixi (ruhi) xətəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Sonuncu həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də sonuncu törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cild 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cild 36-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına xx.xx.2024-cü ildə gətirilmiş, sonuncu psixoloji xarakteristikasına görə hərəkətlərinə diqqətlidir, ətrafındakılarla mehriban ünsiyyət qurur, “X8” na riayət edir. Bu müddət ərzində barəsində tənbeh və həvəsləndirmə tədbirləri tətbiq edilməmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi CMS – AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 ataları X4, anaları Təqsirləndirilən şəxsdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ifadənin yerində yoxlanılması, baxış keçirilməsi, götürmə protokolları, fotoşəkillər, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsinə əsasən bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 2 az yaşlı uşağının olmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və vurulmuş zərərin təqsirləndirilən tərəfindən ödənilməməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx.xx.2024-cü ildən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan əlavə Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şühəli şəxs qismində tutulduğu 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 3 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar