Məhkəmə qərarları › İş №1(101)-71/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-71/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-71/2022 05.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlunun ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X6 və X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızının, nümayəndələr Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 oğlu və Bakı şəhəıri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ortaixtisas təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində «ev dutaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, 20 avqust 1977-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 16.10.2017-ci il tarixdən direktoru olmaqla həmin Cəmiyyətin Nizamnaməsinə əsasən, mənzil alqı- satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi 2013-cü ildən "xxxx" MMC-nin təsisçisi olan Şahid5 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, həmin cəmiyyətin əvvəllər 2006-2013- cü illər ərzində direktoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs2 məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu, özü və Şahid5 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 3 ünvanında inşa olunmuş 13 mərtəbəli 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzili Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, sonuncunun tanıdığı Təqsirləndirilən şəxs2 vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaitini həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 ödəməklə satın alıb buna dair sonuncu tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqısatqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməsinə baxmayaraq, Şahid5 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında Təqsirləndirilən şəxs2 mənzil almaq üçün müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzili əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi Təqsirləndirilən şəxs2 və Şahid5lə birlikdə təqdim edib həmin mənzili 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəyini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 3 ünvanında yerləşən satış ofisində Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Şahid5 də iştirakı ilə alıb, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində inandırmaq üçün həmin ofisdə Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə vəzifəli şəxs qismində tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla qəsdən fərqli formada imzalayıb və Şahid5 tərəfindən Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs1 təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini Şahid5 və Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxs qismində Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə etdiyi həmin hərəkətlərlə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 30 aprel 2007-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC-nin 2006-2013-cü illər ərzində direktoru vəzifəsində işləyərkən tanış olduğu, 2013-cü ildən "xxxx" MMC-nin təsisçisi olan Şahid5 və 16.10.2017-ci il tarixdən həmin Cəmiyyətin direktoru olan Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə, özünün məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə sonuncuların xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri və onun üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə etməklə həmin Cəmiyyət tərəfindən 2006-cı il tarixdən ünvan 3 ünvanında inşa olunmuş 13 mərtəbəli 1 nömrəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 236 m2 olan 4 otaqlı 38 nömrəli mənzilin Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs2 tərəfindən 2016-cı ilin noyabr ayında tanışı Şahid2 adına, özünün vasitəsilə 190.000 (bir yüz doxsan min) manat məbləğində pul vəsaiti həmin vaxt Cəmiyyətin direktoru vəzifəsində işləyən Şahid5 ödənməklə satın alıb buna dair sonuncu tərəfindən imzalanmaqla cəmiyyətin möhürü ilə təsdiq edilmiş Şahid2 adına 1 dekabr 2016-cı il tarixli mənzil alqı-satqı müqaviləsi və tam ödənişin həyata keçirilməsinə dair maliyyə arayışı verilməsinə baxmayaraq, Şahid5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgəyə məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2018-ci ilin may ayında mənzil almaq üçün özünə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 38 nömrəli həmin mənzilin əvvəlcədən Zərərçəkmiş şəxs2 satılmaqla Şahid2 adına rəsmiləşdirilməsini gizlətməklə heç kəsə satılmamış boş mənzil kimi Şahid5 və Təqsirləndirilən şəxs1 ilə birlikdə təqdim edib həmin mənzili 188.000 (bir yüz səksən səkkiz min) manata ona sata biləcəklərini yalandan bildirməklə aldadaraq, Zərərçəkmiş şəxs1 özləri barəsində formalaşdırdıqları inam və etibardan sui-istifadə edib, mənzilin ona satılması adı ilə 21 may 2018-ci il tarixdə Cəmiyyətin ünvan 3 ünvanında yerləşən satış ofisində Zərərçəkmiş şəxs1 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Şahid5 də iştirakı ilə şəxsən aldıqdan sonra sonuncular qabaqcadan əlbir olan bir qrup şəxs qismində inandırmaq üçün həmin ofisdə özünün məsləhət və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdiyi köməkçiliyi ilə tamah niyyətilə 38 nömrəli mənzilin Zərərçəkmiş şəxs1 satılması və mənzilə görə tam ödənişin edilməsi barədə bilə-bilə yalan məlumatları rəsmi sənəd olan 21 may 2018-ci il tarixli alqı-satqı müqaviləsi və maliyyə arayışına daxil edib həmin sənədləri surətçıxaran qurğu (printer) vasitəsilə surətini kağız daşıyıcı üzərində çıxarıb hazırlamaqla Təqsirləndirilən şəxs1 tərəfindən qəsdən fərqli formada imzalanıb, Şahid5 tərəfindən isə Cəmiyyətin möhürü ilə təsdiq edildikdən sonra həmin sənədləri Zərərçəkmiş şəxs1 şəxsən təqdim edib, sonuncudan aldıqları həmin pul vəsaitini Şahid5 və Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, Şahid5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Şahid5 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və qeyd edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 2017-ci ilin sonlarında Şahid5 qərarı ilə "xxxx" MMC-yə direktor təyin edilmiş, direktor təyin edildikdən sonra heç bir təhvil-təslim olmamış, faktiki rəhbərliyi Elşadla İlkin həyata keçirdiyindən təhvil-təslim etməmiş, direktor təyin edilənə qədər hansı mənzillərin satılması, hansı mənzillərin satışda olması barədə məlumat, cədvəl və ya sənəd qəbul etməmiş, bunları ona təqdim edən də olmamışdır. 21.05.2018-ci il tarixli müqaviləni və maliyyə arayışını imzalamamış, Zərərçəkmiş şəxs1 38 nömrəli mənzilin satılması barədə danışıqlarda və ondan pul alınmasında iştirak etməmiş, ittihamda göstərilən 188.000 manat pulun ondan kim və ya kimlər tərəfindən alınmasından xəbəri olmamış, bu barədə nə İlkin, nə Elşad, nə də başqası ona heç nə deməmiş, buna görə heç kim ona pul verməmişdir. Direktor təyin edilərkən mübahisəli mənzil artıq Zərərçəkmiş şəxs1 tərəfindən təmir edilmiş, təhvil-təslimin sonradan aparılacağı deyilmiş, çünki o direktor təyin edilənədək Elşadla İlkinin satdığı mənzillərə cavabdeh olmamış, İlkinlə əmisi Elşad arasında olan faktiki ortaqlıq münasibətləri həll edilməmiş, onlar arasında olan bütün məsələlər həllini tapdıqdan sonra təhvil-təslim olunmalı idi. Direktor təyin edilsə də, qərarları İlkin və əmisi Elşadla məsləhətləşərək vermişdir. MMC-nin direktoru təyin edilənədək MMC-də heç bir vəzifə tutmamış, sadəcə ofisə əmisinin yanına gedib-gəlmiş, çünki İlkin birinci təsisçi olmuş, əmisi isə İlkindən sonra təsisçi təyin edilmişdir. Direktor təyin edilənədək MMC tərəfindən Q.Quliyev küçəsi 38 ünvanında inşa edilən binada mənzillərin satışında iştirak etməmiş, mənzillərin satışı haqqında məlumatı olmamışdır. Bina 16 mərtəbədən, 1 girişdən, hər mərtəbə 6 mənzildən, yəni 1 ədəd dörd otaqlı, 3 ədəd 2 otaqlı, 2 ədəd 3 otaqlı mənzildən ibarət olmuşdur. O, Zərərçəkmiş şəxs1 adına olan 21.05.2018-ci il tarixli müqavilənin tərtib edilməsində, imzalanmasında, təqdim ediməsində birbaşa və dolayı yolla iştirak etməmişdir. O, direktor təyin edilərkən Ramid həmin mənzili təmir etdiyindən İlkin və əmisi həmin mənzilin pulunun ödənildiyini və müqavilə yazmağı bildirmiş, bu səbəbdən heç nəyi yoxlamamış, yalnız göstərişləri icra etmiş, faktiki müstəqil qərar verən şəxs olmamışdır. Zərərçəkmiş şəxs1 ilə müqavilə bağlanarkən əmisi və İlkinin göstərişi və iştirakı ilə müqaviləni yazmış, əsas rol oynayan onlar olmuşlar, o faktiki deyilənləri etmişdir. Mənzilin Zərərçəkmiş şəxs2 satılmasından heç bir xəbəri olmamış, iştirak etməmiş, çünki direktor təyin edilərkən artıq Ramid mənzili təmir etmiş, İlkingil də, həmin müqaviləni pul ödənildiyindən yazıb verməyi demişlər, o da, yazıb vermişdir. O, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə tanış olaraq bildirmişdir ki, hər iki müqavilə və maliyyə arayışında olan imzalar ona məxsus deyil, 01.12.2016-cı il tarixli müqavilədən ümumiyyətlə xəbəri yoxdur, 21.05.2018-ci il tarixli müqavilə və maliyyə arayışını İlkin və Elşadın deməsi ilə o imzalamış, amma ona təqdim edilən bu müqavilədəki imza ona məxsus deyil, heç vaxt direktor olduğu müddətdə müqavilələrə kiminsə imza etməsinə razılıq verməmiş, kimsə onun adı qarşısında ona deyərək imza atmamış, adı olan sənədləri yalnız özü imza etmiş, həmçinin direktor olduğu müddətdə möhür yalnız onun özündə olmuş, ondan başqa heç kim möhür vura bilməzmiş, çünki müstəqil qərar verməsə belə möhürü heç kimə verməmişdir. İlk vaxtlarda müqavilə və maliyyə arayışını görmədiyindən və müqavilənin tarixi onun direktor olduğu dövrə təsadüf etdiyindən, müqaviləni və maliyyə arayışını özünün imzaladığını düşünmüş, bu səbəbdən imzaladığını demiş, amma sonradan daha dəqiq düşünərək onun tərəfindən imzalanmadığını xatırlamışdır. Təqsirləndirilən şəxs X7 məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, Şahid5 adı həmin vaxt hər-hansı sənəddə əks edilməsə də, faktiki şərik olmuşdur. 2014-cü il mart-aprel ayından başlayaraq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri onu dəfələrlə çağıraraq hədə-qorxu gəldikləri üçün və ondan qanunsuz pul tələb etdikləri üçün məcburən Şahid5 binanın tam payçısı etmiş və bütün hüquqlarını sonuncuya vermişdir. O, Elşada bu barədə iradını bildirən zaman sonuncu heç bir məsələdən məlumatı olmadığını, amma MTN-nin sabiq idarə rəisi Akif Çovdarovun dostu olduğunu demişdir. Şifahi danışığa əsasən onun Elşadla şərikliyi 50% olaraq qalmışdır. Elşad ona bina üzrə tam payçı olarsa, Akif Çovdarovdan onun bir daha Milli Təhlükəsizlik Nazirliyinə çağırılmamağını xahiş edə biləcəyini təklif etmişdir. 2013-cü ildə hər ikisi birgə fəaliyyət göstərək bəzi mənzilləri sataraq danışıqları üzrə ya binanın tikintisinə, ya da digər xərclər üçün xərcləmişlər. 2016-cı ilin oktyabr-noyabr ayında tanışı və yerlisi Ramin Ağamalıyev ona sonuncunun qardaşı Şahid2 "xxxx" MMC tərəfindən inşa edilmiş Q.Quliyev 38 ünvanında olan binadan mənzil almaq istədiyini bildirmiş, həmçinin əvvəllər qardaşı və dostu üçün həmin binadan Şahid5 mənzil aldığını da qeyd edərək Cəbrayıl rayonundan olan Ramil adlı tanışına "xxxx" MMC- dən mənzil alarkən endirim edildiyini bildirərək ona da, ucuz qiymətə mənzil satılmasını xahiş etmişdir. O da razılaşaraq Elşada bu barədə məlumat verdikdən sonra dostuna satılan qiymətdən 10.000 manat daha ucuz qiymətə mənzil satacağını Ramilə bildirmişdir. Çünki faktiki olaraq cəmiyyətin direktoru kimi satışa Şahid5 baxdığından sonuncu ilə məsləhətləşib danışdıqdan sonra Ramilə binanın 1-ci dəhlizində 7-ci mərtəbədə 236 kvadrat metr sahəsi olan 4 otaqlı 38 saylı mənzili 190.000 manat məbləğinə sata biləcəyini bildirmişdir. Ramil onunla razılaşmış və qısa müddətə pulu ona verəcəyini bildirmişdir. Həmin dövrdə Şahid5 Almaniyada olduğundan pulu o qəbul etmiş, tikintiyə şərik olduğuna görə pulu qəbul etməyində qəbahət görməmişdir. 2016-cı ilin noyabr ayının əvvəllərində Şahid1 139.000 manat məbləğində pul vermiş, eyni zamanda qardaşı Şahid2 məxsus “X15 Prado” markalı avtomobili onun adına notariat qaydada alqı- satqı etmiş, o isə həmin 139.000 manat pulu və avtomobili satışından əldə etdiyi 41.000 manat, ümümilikdə 190.000 manat məbləğində pulun 95.000 manatını Şahid5 vermiş, qalan hissəsini isə tikintiyə xərcləmişdir. Tikintiyə xərclədiyi pullar barədə Elşadla məsləhətləşmiş və özündə qeydlər aparmışdır. Təxminən 1 ay sonra Şahid5 tərəfindən ona qeyd olunan mənzilin Şahid2 adına tərtib olunmuş alqısatqı müqaviləsi və maliyyə arayışı imzalı olaraq verilmiş, o isə həmin sənədləri Ramilə təqdim etmişdir. Bundan bir neçə ay sonra o, Şahid5 binadakı bir neçə mənzili ona məlumat vermədən bir sıra şəxslərə satdığını və əldə olunan pulu “Teymuroğlu MMC” tərəfindən tikilən binaya şərik olmaq üçün yatırdığını öyrənmişdir. Bundan sonra sonuncuyla aralarında narazılıqlar başlamış və Şahid5 ona heç nə vermədən MMC-dən uzaqlaşdırmış, öz qardaşı oğlu Təqsirləndirilən şəxs1 isə MMC-nin direktoru təyin etmişdir. Bununla bağlı o, dəfələrlə müxtəlif qurumlara müraciət etməsinə baxmayaraq, hər-hansı tədbir görülməmişdir. 2017-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs1 ona müraciət edərək mənzil almaq istədiyini bildirmiş, o isə Ramidə "xxxx" MMC- nin inşa etdiyi binadan mənzil almağı məsləhət görmüşdür. 2018-ci ilin may ayında Ramid onunla əlaqə saxlayaraq fikrinin qəti olduğunu və görüşmək istədiyini bildirmişdir. Onlar birlikdə 'Troya LTD” MMC-nin ofisinə gedərək, orada cəmiyyətin təsisçisi Şahid5 və direktoru Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Ramidə həmin binadan hansı evin göstərildiyini, həmçinin Ramilin mənzilinin neçənci mərtəbədə olduğunu üstündən iki il keçdiyi üçün xatırlamamışdır. Elşadla tikintiyə görə problemləri olduğundan müştəri taparaq qeyri-rəsmi şərik kimi tikintini bitirmək istəmişdir. Ceyhun və Elşad mənzil üçün 188.000 manat pul istəmiş, Ramid razılaşaraq 188.000 manat məbləğində pulu hissə-hissə onun və Ceyhunun yanında ofisdə Elşada vermişdir. Həmin puldan ona heç bir məbləğdə pul verilməmişdir. Elşad Ceyhuna sənədləri hazırlayıb Ramidə verməsinə göstəriş vermiş, Ceyhun da sənədləri Ramidə vermişdir. Elşad pulları sayılması üçün Ceyhuna vermiş, sonuncu həmin pulları sayaraq özündə saxlamışdır. Ceyhun müqaviləni və maliyyə arayışını hazırlatdıraraq sənədləri Ramidə verdikdən sonra problemlər başlamışdır. Ramil ona 2019-cu ilin sonları 2020-ci illərin əvvəlləri mobil telefonla zəng edərək qardaşının adına olan evinin satıldığını bildirmişdir. O, Ramilə evinin kiməsə satılmasından məlumatının olmadığını, məsələsini Ceyhun və Elşadla həll etməsini bildirmişdir. X4rdaşı Şahid2 satılmış Q.Quliyev küçəsi 38 ünvanında yerləşən binanın 7-ci mərtəbəsində yerləşən 236 kvadrat metr sahəsi olan 38 saylı mənzilin yenidən Zərərçəkmiş şəxs1 satılmasından, eləcə də, həmin mənzilin kim tərəfindən təmir edilməsi və sonrakı aqibəti barədə məlumatı olmamışdır. Elşad qeyri-rəsmi olaraq ona binanın işlərinə qarışmamasını və oralara gəlməməsini demiş, o da buna əməl etmişdir. Bundan əlavə, Ceyhun direktor təyin edildikdən əvvəl də əmisi Elşadın yanında olmuş, bütün sənədləşmə işlərini o, aparmış, onun hansı mənzilin kimə satılmasından xəbəri olmuşdur, Elşadın tapşırığı ilə müqavilələri imzalayaraq təsdiq etmişdir. Şahid1 satılan mənzil lift əvəzi olmamışdır. Mənzil Ramilə 2016-c ildə satılmış, 2016-cı ildə binada tamamlanma işləri qurtarmadığından binaya liftin qoyulması mümkünsüz olmuş, ümumiyyətlə binaya liftin qoyulması məsələsi 2017-ci ildə binada tamamlanma işlərinin yekunlaşmasına yaxın başlanmışdır. 2017-ci ilin iyun ayında liftin alınması barədə Bakı Ofis Lift QSC ilə müqavilə bağlanmış, lift 2019-cu ilin yanvar ayında quraşdırılmış, həmin vaxt da liftin pulu ödənilmişdir. Təqsirləndirilən şəxs1 və Şahid5 öz dələduzluq əməlllərini davam etdirərək qəsdən onun iştirak etdiyi alqı-satqıların predmeti olan mənzillərin üst-üstə düşməsini təşkil etmişlər. Bu gün Təqsirləndirilən şəxs1 özünü günahsız olmasını bildirsə də o, binada yeganə rəsmi şəxs olmuş, bütün rəsmiyyətlərdə iştirak etmiş, əmisi Elşadla bərabər vətəndaşları, eyni zamanda onu aldatmışlar. O, Şahid1 və Zərərçəkmiş şəxs1 aldatmamış, onların aldadılmasına görə Elşada və Ceyhuna hər hansı bir köməklik etməmişdir. Həmçinin bildirmişdir ki, Troya LTD MMC də bütün mənzillər təmirə başladıqda Təqsirləndirilən şəxs1 mənzil sahiblərindən hər mənzilə görə 2000 manat işıq, su, qaz, libyotka pulunu Elşadın tapşırığı ilə amışlar. Bu da onu göstərir ki bütün payçıların yerləşdirilməsi şəxsən Elşad və Ceyhun tərəfindən aparılmışdır. Bundan əlavə bildirmişdir ki, Ramid ev aldığı müddətdə direktor Ceyhun olmuş, Ramid ev almaq üçün ofisə gəldikdə Elşad və onunla danışmış, Zərərçəkmiş şəxs1 evin alınması ilə bağlı müqavilə və maliyyə arayışını Ceyhun ofisdə vermişdir. Mənzilin alınmasında, birbaşa danışıqlarda, mənzilin yerinin müəyyən edilməsində və pullarin alınmasında Ceyhunun iştirakı olmuşdur. Müqavilə bağlanan zaman o, Şahid5 yanında olmuşdur. Zərərçəkmiş şəxs2 ümumiyyələ tanımamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələri özünümüdafiə xarakteri daşıyır və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2017-ci ilin sonlarında yeznəsi Rusiya Federasiyasından Bakıya gəlmiş, o yaşayan binadan mənzil almaq istədiyini ona demiş, o, Təqsirləndirilən şəxs2 tanıdığından binada mənzil olub-olmamasını sonuncudan soruşmuş, İlkin 1-ci mərtəbə obyekt olduğundan və yaşayış olmadığından, ora hesablanmasa 7-ci mərtəbədə 4 otaqlı mənzilin boş olduğunu, satışın 1.400 manatdan olduğunu bilirmişdir. O, İlkindən mənzilin kvadrat metrini 1.200 manatdan verə biləcəyini soruşduqda, İlkin öyrənib deyəcəyini demiş, ehtimal ki, bunu Elşaddan soruşmuş, çünki ikisi şərik olmuş, başqa şərikləri olmamışdır. İlkinin hesablamasına görə 7-ci mərtəbədə yerləşən 4 otaqlı 38 nömrəli mənzilə görə 276.000 manat pul verməli olmuşdur. 2017-ci ilin noyabr ayında İlkinlə ikisi görmüş, İlkinə 50.000 ABŞ dolları beh və ilkin ödəniş kimi şəxsən özü əlbəəl binanın yaxınlığında vermişdir. İlkin pulu ödəməsi barədə həmin məbləğin göstərildiyi arayış vermiş, arayışı kimin imzalamasını xatırlamamış, müqavilə bağlandıqdan sonra arayışı İlkinin özünə qaytarmışdır. Behi verməmişdən bir neçə gün qabaq mənzilə baxmış, mənzil boş olmuş, təmir getməmiş, mənzili İlkinin tapşırığı ilə ona Sucəddin göstərmişdir. Pulu hissə-hissə bir neçə dəfəyə müxtəlif məbləğlərdə olmaqla İlkinə və onun tanımadığı göndərdiyi adama vermişdir. 2018-ci ilin may ayında pulu ödəyib qutardıqdan sonra İlkindən müqaviləni və tam ödəmə barədə maliyyə arayışını istəmiş, İlkin yazdırıb verəcəyini bildirmişdir. Amma İlkingilin yanında ofisdə olmadığından kimin yazdığını, imzaladığını bilməmişdir. Müqaviləni ona İlkinin adını xatırlamadığı qaynı gətirib “Tərlan” şadlıq sarayının yaxınlığında vermiş, onlar da, evlərinin təmirinə başlamışlar. Onlara evin Zeynəb tərəfindən onlardan qabaq alınması deyilməyənə qədər heç nədən xəbərləri olmamışdır. Bundan əlavə, İlkin özü demişdir ki, 7-ci mərtəbədə 4 otaqlı mənzil boşdur, mənzil ona məxsusdur. Mənzilin qiymətini də, İlkinlə razılaşmışdır. İlkin Elşaddan razılıq alıb ona demişdir. Bütün pulları İlkinə vermiş, mənzillərin təhvili gecikdiyindən İlkin və Elşadla ofisdə görüşmüşlər, sonuncuların münasibətləri normal olmuşdur. Q.Quliyev küçəsi, 38 ünvanında yerləşən 7-ci mərtəbə, 4 otaqlı, 236 kvadrat metr, 38 saylı mənzili alarkən İlkindən maraqlanmış, mənzilin probleminin olub-olmamasını soruşmuş, İlkin mənzilin onun özünə aid olduğunu, heç bir problem olmadığını, heç kimə məxsus olmadığını, başqa şəxsə satılmadığını bildirmişdir. Bundan əlavə bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslər Cehyun Tağılı və Təqsirləndirilən şəxs2la barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlara qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 24-25 yaşından biznes fəaliyyəti ilə məşğul olmuşdur. Ramil və Şahid2lərlə işi ilə bağlı tanış olmuş və bu tanışlıq ailəvi dostluğa çevrilmişdir. Özünə ev almaq istədiyini Təqsirləndirilən şəxs2 bilmiş və ona ev təklif etmişdir. Ramilgilə etibar etdiyindən onların təklifi ilə İlkinin dediyi həmin evi almaq qərarına gəlmişdir. Onlarla bacıqardaş kimi olduqlarından həmin evi tanımalarını, baxmalarını əsas götürərək pulu verməmişdən əvvəl gedib evə baxmamışdır. Çünki Ramilgil pulu verməmişdən əvvəl özləri gedərək evə baxmışlar. İlkin 7-ci mərtəbəyə çıxma şəraiti yol vermədiyindən, tikinti getdiyindən 2-ci mərtəbədə eyni ölçüdə olan evi göstərmiş, bu səbəbdən o inanaraq pulu Ramilə vermiş və birlikdə gedərək 139.000 manatı İlkinə vermişlər, o, avtomobildə arxada oturmuş, Ramil MTK-nın ofisinin qarşısında pulu əlbəəl İlkinə vermiş, sonra ofisə girmişlər. Bundan bir müddət sonra pulun çatmayan hissəsini “Prado” markalı avtombili verməklə ödədikdən sonra İlkin bütün sənədləri Ramilə, Ramil ona vermişdir. Sonradan o, Ramilgilin pulunu qaytarmışdır. Pulu verdikdən və sənədləri aldıqdan sonra Ramilgillə evin yerinə gedib baxmış, çünki Xəqaninin orada evi olduğundan, yəni onunla eyni mərtəbədə qonşu olduğundan oraları yaxşı tanımışlar. O qalxaraq 7-ci mərtəbədə yerləşən aldığı evə baxmış, hələ qapı və pəncərə qoyulmamış, içəri girdikdə dəhliz, ilk ortada 3 otaq olmuş, sağ və solda da otaq olmuş, amma hələ bölgü olmadığından, hansının mətbəx olduğunu bilməmişdir. Bina qırmızı kərpiclə tikilmiş, hətta otaqların qapı yeri qoyulsa da, ara kəsmələr tikilməmiş, hələ yaşayış olmamışdır. Evin pulu hələ verilməmiş Ramil onun yanında İlkinlə danışarkən eşitmişdir ki, Elşad Almaniyada olduğundan İlkin onunla telefonla danışmış, Elşad evin pulu əgər tez ödənərsə, 10.000 manat güzəşt olunacağını demişdir. Bu səbəbdən onlara 10.000 manat güzəşt olunmuşdur. Bir dəfə Ramil İlkinlə danışanda İlkin Elşadın artıq Bakıda olduğunu demiş, onun xahişlərindən sonra Ramil İlkindən sənədləri tələb etmiş, İlkin sənədləri gətirib Ramilə, Ramil də sənədləri həmin gün ona vermişdir. Evi alandan təxminən 1 il sonra ilk olaraq Ramilgil evdə başqa adamın yaşadığını görüb ona demişlər, gedib baxanda başqasının yaşadığını görmüşdür. İlkinə bunu dedikdə, o, başqa ev tikildiyini, daha böyük evin veriləcəyini demiş, sonuncuya arxayın olaraq şikayət etməmişlər, X10 evi ala bilmədiyini dedikdə şikayət etməyə başlamışlar. Evi alanda və pulu verəndə İlkinlə Elşadın münasibətlərinin yaxşı olmasını hiss etmişdir. Bundan əlavə bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslər Cehyun Tağılı və Təqsirləndirilən şəxs2la barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlara qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Ağamalıyev X3 göstərmişdir ki, Zeynəb üçün ev almaq qərarına gələndə uşaqlıqdan tanıdığı və yerlisi olan İlkinə müraciət etmiş, çünki İlkin əvvəl də, ona ev almağa kömək etmiş, qardaşı Xəqaniyə də İlkin vasitəsilə ev almışdır. İlkin Elşadla şərik olmuşdur. Elşada bir başa pul verməmiş, söhbət etməmiş. 200.000 manalıq evi İlkin 10.000 manat güzəştlə təşkil edə biləcəyini, şəriki Elşadla danışıb deyəcəyini bildirmişdir. İlkin 2-ci mərtəbədə evi göstərərək layihə eyni olduğundan 7-ci mərtəbə 4 otaqlı eyni ev olacağını demiş, tikinti getdiyindən yuxarı qalxmaq mümkün olmamışdır. Zeynəblə çatmayan hissənin yerinə qardaşına məxsus avtomobili verəcəyi barədə razılaşmışlar 139.000 manat pulu götürərək İlkinlə həmin binanın altında yerləşən ofisində görüşmüş, Zeynəb avtomobildə oturmuş, o ofisə girərək pulu İlkinə vermişdir. İlkin onun yanında Elşadla telefonla danışaraq pulun qısa müddətə nağd formada veriləcəyini, 10.000 manat güzəşt edilməsini bildirmiş, Elşad 190.000 manata razılaşaraq qayıtdıqdan sonra sənədləri verəcəyini demişdir. İlkinin deməsinə görə Elşad Azərbaycanda olmamışdır. O qalan 51.000 manat pulun əvəzinə İlkinin adına avtomobil keçirərək ödəmişdir. Zeynəb sonradan onun pulunu qaytarmışdır. Təxminən 1 ay sonra İlkin mənzilin Xəqaninin adına olan sənədlərini ona, o da sənədləri Zeynəbə vermişdir. Xəqaninin adına evi almaqda məqsədləri o olmuş ki, İlkinə evi başqasının adına almağı desəydilər, güzəşt edilməyəcəkdi. Bu səbəbdən Zeynəbə məxsus mənzili Xəqaninin adına almışlar. Qardaşının evini təmir etdirərkən Zeynəbin evinə başqa adamın girib-çıxdığını görmüş, bunu Zeynəbə və İlkinə demiş, İlkin narahat olmamağı, başqa mərtəbədə mənzil verəcəyini demiş, onlar da rahat olmuşlar. Bir müddətdən sonra İlkin Elşadın evi vermədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ilin oktyabr-noyabr aylarında tanışıları və yaxınları Zərərçəkmiş şəxs2 ev almaq istədiyini bildikləri üçün qardaşı Şahid1 onun mənzil aldığı "xxxx" MMC tərəfindən inşa edilmiş Nəsimi rayonu, Q.Quliyev 38 ünvanında 236 kv.m sahəsi olan 4 otaqlı mənzili 190.000 manat məbləğində pula ala biləcəyini demişdir. Belə ki, "xxxx" MMC-də təsisçinin şəriki olan Təqsirləndirilən şəxs2 onların yerliləri, yəni İmişli rayonundan olduğu üçün onunla yaxın münasibətləri olmuşdur. Daha əvvəl isə Cəbrayıl rayonundan olan Ramil adlı tanışları qardaşı Şahid1 vasitəsilə "xxxx" MMC-dən mənzil almışdır. Odur ki, qardaşı Ramil İlkindən ona ucuz qiymətə mənzil almaq istədiyini bildirmiş və o, onlara qardaşının dostu Ramilə satdığı qiymətdən 10000 manat daha ucuz qiymətə mənzil satacağını bildirmişdir. Bu səbəbdən də qardaşı Şahid1 bacı kimi onlara yaxın olan Zərərçəkmiş şəxs2 mənzil barədə məlumat vermişdir. Lakin əvvəlcədən Təqsirləndirilən şəxs2 mənzilin onun adına alınacağını demişlər. Zərərçəkmiş şəxs2 da mənzili müvəqqəti olaraq onun adına rəsmiləşdirəcəklərini demişlər və sonuncu razılaşmışdır. Zərərçəkmiş şəxs2 139.000 manat məbləğində pulunun olduğunu bildirmiş, qalan pulu isə borc ala biləcəyini dedikdə o, özünə məxsus “X15 Prado” markalı avtomaşını da MTK-ya verə biləcəyini bildirmiş və qardaşı bununla bağlı MTK-da məsul şəxs olan Təqsirləndirilən şəxs2la özü danışacağını və razılaşacağını demişdir. Bildiyinə gorə 2016-cı ilin noyabr ayının əvvəllərində qardaşı Ramil 139.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 götürüb Nəsimi rayonu, Q.Quliyev 38 ünvanında ortaq tanışları Şahid3 yanında vermişdir. Eyni zamanda ona məxsus “X15 Prado” markalı avtomaşını da «Xəzər» Universitetinin yanında yerləşən notariat kontorunda etibarnamə ilə İlkinin adına alqı-satqı etmişdir. İlkin həmin maşını sataraq binanın inşasına xərcləmişdir. Təxminən 1 ay sonra qardaşı onun iştirakı ilə ünvan 5 ünvanında yerləşən 236 kvm sahəsi olan mənzilə dair müqaviləni və pulun tam olaraq "xxxx" MMC-nə ödənilməsi barədə maliyyə arayışını Zeynəbə təqdim etmişdir. 1 il sonra Zərərçəkmiş şəxs2 onlara mənzilin başqa şəxsə satıldığını bildirmiş və Ramil onun yanında Təqsirləndirilən şəxs2la telefon vasitəsilə əlaqə saxlayaraq məsələyə ayıdınlıq gətirməsini tələb etmişdir. İlkin isə qardaşına narahat olmamağını, mənzil başqasına satılsa da, onlara başqa mənzil verəcəyini bildirmişdir. Lakin uzun müddət İlkinlə müxtəlif vaxtlarda danışıqlar aparılsa da, İlkin mənzilin verilməsini həll edə bilməmişdir. Qardaşı Ramilin dediyin görə, İlkin həmin mənzilin pulunu tam olaraq MTK-nın sədri Şahid5 vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2014-cü ildən 2018-ci ilədək "xxxx" MMC-də nəzarətçi işləmiş, yəni tikintidə işləyən fəhlələrə, gələn mal-materiallara nəzarət etmiş və sair vəzifələri yerinə yetirmişdir. Şahid5 "xxxx" MMC-nin təsisçisi, Təqsirləndirilən şəxs1 həmin cəmiyyətin direktoru olmuşdur. Zərərçəkmiş şəxs1 həmin cəmiyyətin inşa etdiyi ünvan 6 ünvanda mənzil alan şəxs kimi tanımış, Zərərçəkmiş şəxs2 tanımamışdır. 2016-cı ildə ayını xatırlamadığı vaxtda Şahid1 qardaşı Xəqani üçün "xxxx" MMC-nin inşa etdiyi binadan 4 otaqlı ev almışdır. Onun iştirakı ilə Şahid1 həmin evə görə Təqsirləndirilən şəxs2 Q.Quliyev 38 ünvanda yerləşən ofisdə pul verilib-verilməməsini xatırlamır, pulun verilməsində iştirak etməmiş, lakin «Prado» markalı avtomobil veriləndə iştirak etmiş, həmin prosesdə iştirak etməsini Elşad tapşırmışdır. Qeyd olunan mənzilin təkrarən Zərərçəkmiş şəxs1 satılmasından məlumatı olmamışdır. Şahid5 və Təqsirləndirilən şəxs1 evlərin satışına baxmış, evləri də Ceyhun və Elşad özü göstərmişdir. Şahid5 tapşırığı ilə Təqsirləndirilən şəxs2 tikintiyə pul xərcləmiş, Şahid5 malmaterial almaq üçün pul tələb edəndə Təqsirləndirilən şəxs2 almağı demiş, İlkinlə Elşadın arasında işgüzar münasibətlər olmuş, İlkin qeyri-rəsmi Elşadla şərik olmuş, evlərin kimlərə satılması barədə qeydiyyat Elşad və Ceyhun tərəfindən aparılmışdır. Zərərçəkmiş şəxs1 qeyd olunan mənzilin satılmasını bilmir, lakin sonuncunun 4 otaqlı mənzil aldığını bilmşdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2013-cü ildə Təqsirləndirilən şəxs2 "xxxx" MMC-ni onun adına keçirmiş, onlar həmin firmada 8 şərik olmuşlar. Binanın tikintisi bir müddət sonra dayanmışdır. Binada satış getmədiyi üçün maddi vəziyyət pis olmuşdur. Daha sonra sakinlər onlardan lift qoyulmasını tələb etmiş o, bunu Təqsirləndirilən şəxs2 dedikdə, sonuncu Şəmdi adlı tanışı olduğunu və 4 otaqlı mənzil ilə lift problemini həll edəcəyini deyərək onu razı salmışdır. 3 ay gözlədikdən sonra liftin müəyyən hissələri gəlmiş, daha sonra qalan hissələr gəlmədiyi üçün o, Şəmdi müəllimi tapmış və ondan liftin qalan hissələrini gətirməsini tələb etmişdir. Ancaq Şəmdi ona evin ona verilməməsini və cəmi 10.000 ABŞ dolları ödəniş olunduğu üçün liftin qalan hissələrini gətirə bilmədiyini demişdir. Bu proseslərdən sonra onların arasında narahatçılıq olmuş, İlkin onun daha çox pul götürdüyündən şübhələndiyi üçün hər ikisi ayrı-ayrı mühasib çağırmışlar. 10 gün araşdırma getdikdən sonra İlkinin ondan daha çox pul götürdüyü bilinmişdir. 2019-cu ildə Ceyhun ona Zeynəb adlı bir qadının gəldiyini və burada evi olduğunu dediyini bildirmişdir. O, Ceyhuna sənəddə müqavilənin kimin adına olduğunu soruşduqda o, həmin mənzilin Şahid2 adına olduğunu bildirmişdir. Bundan sonra mübahisələr başlanmışdır. Bundan əlavə ifadəsində bildirmişdir ki, Ceyhunun bu mənzillə bağlı, danışıqların aparılmasında, liftin qoyulmasında və Təqsirləndirilən şəxs2la olan söhbətlərdə iştirakı və heç kimlə sövdələşməsi olmamışdır. Xəqaniyə verilən mənzilə görə 2016-cı ildə sənədlərə özü imza edib möhür vurmuş, lakin daha sonra o, bunu akt ilə ləğv etmişdir. Təqsirləndirilən şəxs2 ona həmin evi liftin qarşılığında verdiyini demişdir. Daha sonra İlkin sərnişin liftini qoysa da, lakin yük liftini qoya bilməmişdir. O, əvəllər İlkinin müəllimi olmuş, ona dərs keçmişdir. İlkin onun yanına gələrək müəssisəni onun adına keçirəcəyini və yarı-yarı ortaq olacaqlarını bildirmişdir. O, əvvəlki möhürü İlkindən soruşan zaman, sonuncu bilmədiyini demiş və o, həmin möhürü elan verərək etibarsız elan etmiş və yeni möhür çıxartmışdır. Şəmdi ilə danışığı Təqsirləndirilən şəxs2 aparmış və liftin qarşılığında bu evi onun adına sənədləşdirməyini demişdir. O, Ramiddən pul almamış və Ramidi tanımır. Sözügedən mənzil əvvəl ümumi mənzil olmuş, daha sonra problem çıxdıqdan sonra İlkin ona həmin evi onun adına yazmağını demişdir. Müəsissənin rəhbəri o olmuş, Ceyhun ümumiyyətlə müəsissədə heç bir işə baxmamış, əsasən tikintidə olmuşdur. Ev Təqsirləndirilən şəxs2 payına düşdüyü üçün o, müqaviləni ləğv edib Nəsimi Rayon Məhkəməsəinə müraciət etmiş və mülki qaydada iddia qaldırmışdır. Binada ikinci lift qoyulmadığı zaman o, müqaviləni ləğv etmiş, çünki həmin mənzil artıq İlkinin pay bölgüsünə keçmişdir. İlkinə çatan payı o, satmamış, İlkin öz payını özü satmışdır. Müqavilənin ləğvi ilə əlaqədar onlar Xəqaniyə poçt vasitəsilə qəbz göndərmişlər, Xəqani 10 gün müddətinə ofisə yaxınlaşmalı olmuş, lakin həmin müddət ərzində ofisə gəlməmişdir. Həmin mənzil 98.000 ABŞ dollar müqabilində lift əvəzinə verilmişdir. İlkinin Xəqanidən pul almağından və ya maşın almağından onun məlumatı olmamışdır. O, İlkinə həmin müqaviləni ləğv etməyi barəsində şifahi məlumat vermişdir. İş üzrə şahd Şahid4 öldüyündən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Belə ki, o, ifadəsində bildirmişdir ki, 2004-cü ildən "xxxx" QSC-nin baş direktorudur. Təqsirləndirilən şəxs2 və Şahid5 "xxxx" MMC-nin şərikləri kimi tanımışdır. Təqsirləndirilən şəxs1 tanımır. "xxxx" MMC tərəfindən tikintisi aparılan binaya lift quraşdırılmasından ötrü 2017-ci il tarixdə İlkin ona müraciət etmiş, liftlə bağlı söhbətləri İlkinlə aparmış, Şahid5 binaya lift quraşdırdıqdan sonra tanımışdır. İlkinlə birlikdə 2017-ci il tarixdə həmin binaya baxdıqdan sonra qiymət hesablayıb müqavilə bağlamışlar. 21.06.2017-ci il tarixdə İlkinlə onun arasında Q.Quliyev küçəsi 38 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına 1 ədəd 450 kq, 1 ədəd 1000 kq yükqaldırma qabiliyyəti olan olan, ümumilikdə iki ədəd yeni sərnişin/yük liftlərinin quraşdırılmasına dair müqavilə bağlanmışdır. Hər iki lift üzrə 95.000 ABŞ dolları məbləğində pul ödənilməli olmuşdur. 03.01.2019-cu il tarixdə 450 kq yükqaldırma qabiliyyəti olan lift quraşdırılmış, 09.01.2019cu il tarixdə İlkin tərəfindən bank yolu ilə 71.274 manat məbləğində pul "xxxx" QSC-nin hesabına ödənilmiş, ikinci liftin pulu ödənilmədiyindən lift quraşdırılmamışdır. 2016-cı ildə liftlə bağlı İlkin və ya Elşadla danışmamış, çünki 2017-ci ildə İlkin tərəfindən liftə görə müraciət olunmuş, o Elşada və ya başqa bir şəxsə İlkinin cəmi 10.000 ABŞ dolları ödədiyini deməmiş, çünki belə bir hal olmamışdır. Qeyd etdiyi kimi 09.01.2019-cu il tarixdə bank yolu ilə 71.274 manat pul ödənilmişdir. Şahid5 onun yanına lift quraşdırıldıqdan sonra gələrək liftin qiymətini və müqaviləni soruşmuş, o bu barədə İlkinlə danışmasını məsləhət görmüş, Elşadla söhbəti bu məzmunda olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid5 adından tərtib edilmiş 01.12,2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus yaşayış binasının İ giriş, Vİİ mərtəbəsində, ümumi sahəsi 236 kv.m. olan 4 otaqlı, 38 saylı mənzil Şahid2 satılmış, mənzilin ümumi dəyərindən 190.000 (bir yüz doxsan min) manat MMC-yə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 adından tərtib edilmiş 21.05.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışından görünür ki, "xxxx" MMC-yə məxsus yaşayış binasının İ giriş, Vİİ mərtəbəsində, ümumi sahəsi 236 kv.m. olan 4 otaqlı, 38 saylı mənzil Zərərçəkmiş şəxs1 satılmış, mənzilin ümumi dəyərindən 188.000 (bir yüz səksən səkkiz min) manat MMC-yə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 30 aprel 2007- ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs2 2006-2013-cü illərdə, Şahid5 isə 2013-2017-ci illərdə həm təsisçisi, həm də, direktor olmuş, 16.10.2017-ci il tarixdən isə Təqsirləndirilən şəxs1 MMC-nin direktoru təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Nizamnaməsinə əsasən, direktor vəzifəli şəxs kimi mənzil alqı-satqı müqaviləsi bağlamaqla mənzillərin satışının həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, öhdəliklərin yerinə yetirilməsi, öhdəliklərə görə məsuliyyət daşınılması, işçilərin işə götürülməsi və işdən azad edilməsi, habelə digər təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalara malikdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01.09.2020-ci il tarixli 4/573 nömrəli rəyindən görünür ki,“ "xxxx" mənzil tikintisi haqqında 01 dekabr 2016-cı il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında “"xxxx" MMC-nin direktoru” qrafasındakı, "xxxx" mənzil tikintisi haqqında 21 may 2018-ci il tarixli müqavilədə və həmin tarixli maliyyə arayışında “"xxxx" MMC-nin direktoru” qrafasırıdakı imzalar-Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.” İbtidai istintaq orqanı 19 oktyabr 2020-ci il tarixli qərarında qeyd edilən müqavilə və maliyyə arayışında Təqsirləndirilən şəxs1 adından icra edilmiş imzaların sonuncu tərəfindən qəsdən fərqli formada icra edilməklə gələcəkdə cinayət məsuliyyətindən azad olunmaq məqsədi güdüldüyü qənaətinə gəlmişdir. Məhkəmə qeyd olunan rəyi ibtidai istintaq zaman toplanılmış və məhkəmə baxışında tədqiq edilmiş digər mötəbər sübutlarla birlikdə təhlil etməklə eyni qənaətə gəlir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı ifadə verən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara istinad edilən cinayət əməllərində təqsirli olmaları zərərçəkmiş şəxslər, şahid ifadələri ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin direktoru olmaqla vəzifəli şəxs qismində Şahid5 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, vəzifəli şəxs qismində Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə, tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsi, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə etdiyi həmin hərəkətlərlə Zərərçəkmiş şəxs2m həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs2 Şahid5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 188.000 (bir yüz səksən səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi, Şahid5 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə rəsmi sənədlərə vahid niyyətlə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmələrində və qeyd edilən hərəkətləri ilə Zərərçəkmiş şəxs2 həmin mənzilindən sərbəst şəkildə istifadə ilə bağlı hüquqlarından məhrum edib onun hüquqlarına və qanuni mənafelərinə Şahid5 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrində köməkçi qismində iştirak etməsi yuxarıda qeyd olunan sübutlarla təsdiq olunur. Bundan başqa cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 19 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə dindirilərkən ona Azərbaycan Respublikası CMin 178.3.2, 32.5, 308.2 və 32.5, 313 -cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, heç kimə qarşı dələduzluq edərək pul almamış, ona kimsə də, pul verməmişdir. Şahid5 onunla eyni kənddən olmuş, bundan əlavə, sonuncu Universitetdə onun müəllimi olmuşdur. Bu səbəbdən Elşadla ünsiyyətləri və münasibətləri yaranmışdır. Daha sonra "xxxx" MMC tərəfindən ünvan 7 ünvanında bina İnşa edilənə qədər başqa yerdə bina tikintisində şəriklikləri olmuşdur. 2006-2013-cü illərdə MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. 2013-2017-ci illərdə təsisçilik və direktorluq Elşada keçmişdir. Həmin illərdə sənəd üzrə olmasa da, şərik olmuşlar. Elşadın direktor kimi Ceyhunu təyin etməsindən xəbəri olmamış, amma təsisçi kimi Elşadın özü qalmışdır. Rəsmi olaraq təsisçi və direktor olanda mənzillərin satışını etmiş, imzalayaraq möhürlə təsdiq etmişdir. 2013-cü ildə təsisçi və direktor Elşad olarkən aralarında təhviltəslim olmamış, çünki dəfələrlə Elşada bunu desə də, sonuncu sonra deyərək vaxtı uzatmışdır. 2013-2017-ci illərdə qeyri-rəsmi şərik olsa da, müştəri taparaq gətirmiş, Elşadın məlumatı və razılığı olmadan heç bir pul alınmamış, sənəd imzalanmamışdır. Bundan əlavə, Ceyhun direktor təyin edilsə də, müstəqil qərar vermək, mənzil satmaq səlahiyyətinə malik olmamış, Elşadın tapşırığı və deməsi ilə müqaviləni imzalayaraq təsdiq etmişdir. "xxxx" MMC tərəfindən Q.Quliyev küçəsi 38 ünvanında inşa edilən bina bir dəhlizli (bloklu), 12 mərtəbəli olmuş, sonradan Elşadın sədrliyi dövründə ümumi razılıqları ilə binanın layihəsini dəyişdirib 16 mərtəbə etmişlər. Hər mərtəbədə 1 dörd otaqlı, 2 üç otaqlı, 3 iki otaqlı olmaqla ümumilikdə 6 mənzil olmuşdur. Şahid2 məxsus mənzilin neçənci mərtəbədə olmasını bilmədiyini, amma birinci dəfə orta mərtəbələrdə 3 otaqlı evi Xəqaniyə sədr olduğu dövrdə satdığını, uzun müddət keçdiyindən məbləğini unutduğunu, Ramilin 4 otaqlı ev almaq istədiyini, 10.000 manat ucuzuna verməyi, bunu Elşada deməyini xahiş etdiyini, onun da bunu Elşaddan xahiş etdiyini, Elşad Ramili tanıdığından 4 otaqlı mənzilə görə 190.000 manata razılıq verdiyini, onun və ya kiminsə mənzili göstərməsinin yadında olmadığını, Ramilin pulun əvvəlini ofisdə verdiyini, sonra “Prado” markalı avtomobil verdiyini, daha sonra isə, pulu hissə-hissə ofisdə ona, Elşada və Ceyhuna verdiyini, avtomobili sataraq mənzilin ödənişinə yönləndirdiyini, ilkin ifadəsində avtomobilin pulunun tikintiyə xərclənməsini deyəndə bunu nəzərdə tutduğunu, həmin məbləğ ödənilməklə tikintiyə yönləndirildiyini bildirmişdir. Ramil kənar adamlara nisbətən mənzilin ona ucuz qiymətə satılması üçün ondan xahiş etdiyini, o da Ramilin xahişi ilə 10.000 manat ucuzu, yəni 190.000 manata alınması üçün Elşada dediyini, Elşad da, Ramili tanıdığından razılıq verdiyini, o da, bunu Ramilə bildirdiyini, amma Elşadla Ramilin yanında telefonla danışmasının və ya hansı formada fikrini öyrənib deməsinin yadında qalmadığını, bundan başqa, Ramilə mənzilin konkret olaraq neçənci mərtəbə olmasını demədiyini, göstərmədiyini, Ramilə eyni layihəli aşağı mərtəbədə 4 otaqlı mənzilin göstərildiyini, amma o və ya Suliddin tərəfindən göstərilməsinin yadında qalmadığını bildirmişdir. Şahid1 Zərərçəkmiş şəxs2 üçün aldıqları mənzilin başqa şəxslər tərəfindən təmir edildiyini görüb bunu ona bildirdikdə o, Elşadla bağlı onun da problemlərinin olduğunu, Ramilin mənzili ilə maraqlanaraq cavab verəcəyini sonuncuya demiş, Elşad başqa mərtəbədə başqa 4 otaqlı mənzil verəcəyini bildirmiş, o da bunu Ramilə demiş, sonradan Ramil yenidən ona zəng edib soruşanda gedib şikayət etmələrini izah etmişdir. Bundan başqa, o, ifadəsində qeyd etmişdir ki, Ramid mənzil alınması üçün ona Elşadı tapmağı, gəlib görüşüb danışmağı demiş, o bunu Elşada bildirmiş, ofisdə üçü görüşmüşlər. Ceyhunun orada olması yadında qalmamış, Elşadla 4 otaqlı, 236 kvadrat metr mənzili 188.000 manata razılaşmışlar. İlkin ödəniş kimi 50.000 ABŞ dollarını onun yanında ofisdə Elşada verib getmiş, Ramid qalan hissəni hissə-hissə verəcəyini bildirmişdir. Bu təxminən 2017-ci ilin sonlarına təsadüf etmişdir. Ramid pulu ödəyib qutardıqdan sonra ofisə gələrək Ceyhun onun sənədlərini vermişdir. O, Ramidə mənzil göstərmədiyini, mərtəbə demədiyini, kiməsə də, bununla bağlı göstəriş vermədiyini bildirmişdir. Bundan başqa Ramidin özünün başqa mənzili olduğundan oralara yaxşı bələd olmuş, öz evini təmir etdirmişdir. Q.Quliyev küçəsi 38 ünvanında inşa edilən binada mənzillərin satış qiyməti 700 manatdan başlamış, əsasən satış ***-**** manat arası olmuş, Ramidə nisbətən ucuz qiymətə verilmişdir. Onun yanında mənzilin qiymətinin 188.000 manata Elşadla razılaşdırıldığını, bu səbəbdən Ramidin həmin mənzilə görə 276.000 manat pul ödədiyini deməsinin yalan olduğunu, behin ofisdə verildiyini, amma bununla bağlı Ramidə sənəd vermədiyini, ödəmələrə gəldikdə isə, qalan pulu hissə-hissə 2018-ci ilin may ayına qədər ofisdə ona, Elşada və Ceyhuna verdiyini, bu pulların da, kassaya keçirildiyini, sonda isə Elşadın tapşırığı ilə Ceyhun tərəfindən müqavilə və maliyyə arayışı tərtib edilib verildiyini, müqavilənin və maliyyə arayışının Elşadın tapşırığı ilə Ceyhunun yazdığını gözü ilə gördüyünü, Ramidin həmin vaxt ofisin dəhlizində olduğunu, müqavilə və maliyyə arayışı çap olunandan sonra onu Elşadın və ya Ceyhunun imzalamasını xatırlamadığını, buna fikir vermədiyini, Ramidə müqavilə və maliyyə arayışının da, onun və ya kim tərəfindən verilməsini xatırlamadığını, əgər müqavilə və maliyyə arayışında Ceyhunun imzası deyilsə, bir mənalı olaraq Elşadın imza etdiyini, son illərdə Ceyhunun yalnız Elşad deyəni etdiyini, hətta o deyəndə də, Elşadın gəlməsini gözləyərək icra edildiyini, Ceyhunun müstəqil qərar vermək səlahiyyətinin olmadığını, Elşad deməsə bunun mümkün olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində 188.000 manat pulun Ramiddən kim və ya kimlər tərəfindən alınmasından xəbərinin olmadığını, ittihamın əsassız olduğunu, heç bir sübutla öz təsdiqini tapmadığını, Zərərçəkmiş şəxs1 adına olan 21.05.2018-ci il tarixli müqavilənin və maliyyə arayşının tərtib edilməsində, imzalanmasında iştirak etmədiyini, 21.05.2018-ci il tarixli müqavilə və maliyyə arayışını İlkin və Elşadın deməsi ilə o imzalasa da, ona təqdim edilən müqavilədəki imzanın ona məxsus olmadığını, ilk vaxtlarda müqavilə və maliyyə arayışını görmədiyindən, ona təqdim edilmədiyindən və müqavilənin tarixi onun direktor olduğu dövrə təsadüf etdiyindən müqaviləni və maliyyə arayışını onun imzaladığını düşündüyünü, bu səbəbdən imzaladığını dediyini, heç vaxt İlkin və əmisi Elşadın Ramidə dair müqavilənin tərtib edilməsi barədə ona tapşırıq vermədiyini və bununla bağlı heç bir tapşırıqlarını icra etmədiyini bildirməklə, ona verilmiş ittihamlarda özünü təqsirli bilməmiş və özünü müdafiə üçün dəlillər gətirmişdir. Təqsirləndirilən şəxs2 da ibtidai istintaq dövründə və məhkəmə iclasında verdiyi ifadələrində “Prado” markalı avtomobili sataraq mənzilin ödənişinə yönləndirdiyini, Zərərçəkmiş şəxs1 və Şahid1 mənzilə dair pulları ona vermədiklərini, Şahid5 və İlkin Tağıyevlə qabaqcadan əlbir olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmədiyini və onlara küllü miqdarda ziyan vurmadığınıgöstərməklə ona qarşı irəli sürülmüş ittihamlarda özünü təqsirli bilməmiş və özünü müdafiə üçün dəlillər gətirmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin ifadələri özünümüdafiə xarakterli olmaqla ağır ittihamdan yayınmaq məqsədi daşıyır və onların ittiham oldunduqları əməllərdə təqsirliliyi iş materiallarında olan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş 13.10.2020ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağı- 2007-ci il təvəllüdlü X8 və 2011-ci il təvəllüdlü X5 vardır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluqları olmamışdır. Cinayət işininin materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş 07 fevral 2022-ci il tarixli barışıq ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onları bağışlayır, ona dəymiş ziyan ödənilmiş, onlardan şikayət və tələbi yoxdur. Cinayət işininin materiallarına əlavə edilmiş və notarial qaydada təsdiq edilmiş 07 fevral 2022-ci il tarixli barışıq ərizələrindən görünür ki, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onları bağışlayır, ona dəymiş ziyan ödənilmiş, onlardan şikayət və tələbi yoxdur. Qeyd olunan ərizələrini zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim edərkən törədilmiş cinayət əməlləri ilə onlara vurulmuş ziyanın təqsirləndirilən şəxslər tərəfindən ödənilməsi məqsədi ilə Baş Prokurorluğun Azərbaycan Beynəlxalq Bankı ASC-də olan depozit hesabına qoyulmuş pul vəsaiti nəzərə alınmaqla ödənildiyini və mənzillə bağlı öz aralarında razılaşdıqlarını bildirmişlər. İş materiallarından görünür ki, iş üzrə vurulmuş ziyanın ödənilməsi üçün Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Respublikası Beynəlxalq bankı”–da olan depozit hesabına 30.000 (otuz min) manat və Şahid5 tərəfindən isə 91710,31 (doxsan bir min yeddi yüz on manat otuz bir qəpik) manat pul yerləşdirilmişdir. İş materiallarında əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli hökmündən görünür ki, hazırki cinayət işində verilmiş ittihamlar üzrə birgə iştirakçı Şahid5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5, 308.2 və 32.5, 313 -cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Cinayət Məcəlləsinin 313 -cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi qənaətinə gəlir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313cü maddəsində və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının, 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə edilməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyətinə cəlb olunmasını, Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü olaraq istintaqa gəlməsini, Azərbaycan Rsepublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışığın əldə edilməsini və həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın tamamilə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 -ci maddəsi ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb barələrində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün əlavə cəza kimi təyin olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.5, 308.2-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2-ci maddəsi ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, zərəçəkmiş şəxlə barışmalarını və ziyanın tamamilə ödəmələrini nəzərə alıb, Təqsirləndirilən şəxs1 və lkin Şükürovun azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarını, onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmalarının mümkünlüyünə dair nəticəyə gələrkən, təqsirləndirilən şəxslərin şəxsiyyətlərinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanı real çəkmələrinə və cəmiyyətdən təcrid edilmələrinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərlərinə davranışa nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerlərini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətmkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədiri seçilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətmkan tədbiri ləğv edilməli və barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədiri seçilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlavə cəza qismində təyin ediləcək dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, şərti məhkum etmə zamanı müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesablarına Təqsirləndirilən şəxs2 tərəfindən qoyulmuş 30.000 (otuz min) manat, Şahid5 tərəfindən qoyulmuş 91710,31 (doxsan bir min yeddi yüz on manat otuz bir qəpik) manat, ümumilikdə 121710,31 ( yüz iyirmi bir min yeddi yüz on manat otuz bir qəpik) manat pul təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanın ödənilməsinə yönəldilməklə ona ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş 01.12.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 21.05.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə ekspertiza xərcinin dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 50 (əlli) manat tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 ( altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı» qətimkan tədbiri ləğv olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 32.5,308.2 və 32.5,313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2–ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.5, 308.2-ci maddəsi ilə 01( bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesablarına Təqsirləndirilən şəxs2 tərəfindən qoyulmuş 30.000 (otuz min) manat və Şahid5 tərəfindən qoyulmuş 91.710,31 (doxsan bir min yeddi yüz on manat otuz bir qəpik) manat, cəmi 121.710,31 (yüz iyirmi bir min yeddi yüz on manat otuz bir qəpik) manat pul vəsaiti zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuş 01.12.2016-cı il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı, 21.05.2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə və maliyyə arayışı sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işində saxlanılsın. Cinayət işi üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 50 (əlli) manat tutulmaqla dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar