Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-71/2025 26.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X7 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Vəkillər Kollegiyasının fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi2 iştirakı ilə, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 Sirac oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə, 5 iyul 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 8 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29, 178.3.2 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən torpaq sahəsinin dövlət qeydiyyatına dair çıxarışın alınmasında köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin may ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya özlərinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəklərini yalandan bildirməklə özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə 3.000 (üç min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışığı zamanı aldatmaqla bildirib, sonuncu İlə razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində, Azadlıq metrostansSyasının yaxınlığında Zərərçəkmiş şəxs3 3.000 manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir oian bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 3.000 manat məbləğində pul vəsaitini ələ keçirib ona ziyan vurmaqla dələduzluq etmiş, özünə və Təqsirləndirilən şəxs2 olan inamı gücləndirmək və yeni cinayət törətmək məqsədilə 2022ci ilin avqust ayında sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa dəqiq məlum olmayan yerdə və şəraitdə atası X2 adına xx.xx.2021 -ci il tarixdə verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın **********87 reyestr nömrəli “Çıxarış”ın və həmin tarixli “torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin surətinin mətninə düzəlişlər etməklə guya 0,1182 ha. ölçüdə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6626. saylı bağ sahəsinin Zərərçəkmiş şəxs3 adına qeydə alınması barədə məlumatlar daxil etməklə hüquq verən rəsmi sənəd olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş “çıxarış” və həmin tarixli “torpaq sahəsinin planı və ölçüsü” barədə sənədləri istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlayıb, istintaqa dəqiq məlum olmayan yerdə həmin ərəfədə Gənclik metrostansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 təqdim etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədi ilə saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsinin özəlləşdirilməsində köməklik etməsi ilə bağlı 2022-ci ilin iyun ayının sonlarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs1 Sirac oğluna qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya özlərinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəklərini yalandan bildirməklə, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə 12.000 (on iki min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını mobil telefon danışıqları zamanı yalandan bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Tenis Akademiyasının yaxınlığında özü şəxsən Zərərçəkmiş şəxs1 12.000 manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 12.000 (on iki min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakım ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən 0.6 ha torpaq sahəsinin özəlləşdirilməsində köməklik etməsi ilə bağlı 2022-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 tanışı Zərərçəkmiş şəxs2 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə öziərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya özlərinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən, istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəklərini yalandan bildirməklə, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə 46.000 (qırx altı min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışığı zamanı yalandan bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu Ə.Rəcəbli küçəsində “Şəki” restoranının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs2 məxsus ofisdə özü şəxsən Zərərçəkmiş şəxs2 məxsus 46.000 (qırx altı min) manat pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 46.000 (qırx altı min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 1.80 ha torpaq sahəsinin özəlləşdirilməsində köməklik etməsi ilə bağlı 2022-ci ilin iyul ayının əvvəllərində özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya özlərinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəklərini yalandan bildirməklə, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Cümşüd Mənslmov və Zərərçəkmiş şəxs4 xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpac* sahəsinə müvafiq çıxarışın alınmasına köməkiik edilməsinə görə 110.000 (bir yüz on mln) manat məbləğində pul vəsaitinin birbaşa yolia özləri vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirib, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, Gənclik metrostansiyasının çıxışında Zərərçəkmiş şəxs4 50.000 (əlli min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 50.000 (əlli min) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs3 aldadıldığını başa düşərək razılaşdırılmış 110.000 manat məbləğində pul vəsaitinin qalan hissəsini ona verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan, səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məxsus 110.000 (bir yüz on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə oğlu Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 0,32 ha torpaq sahəsinin X3 adına özəlləşdirilməsində köməklik etməsi ilə bağlı 2022-ci ilin avqust ayının ortalarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxs kimi təqdim edib özlərinə olan inam və etibardan sui-istifadə edərək guya özlərinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-də rəhbər vəzifəli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin münasibətlərindən istifadə edərək ona müvafiq köməkliyi göstərə biləcəklərini yalandan bildirməklə, özləri barədə formalaşdırdıqları inam və etibardan istifadə edərək, həmin məsələnin müsbət həlli üçün yüksək vəzifədə işləyən həmin tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar İbrahim Həsənovun xeyrinə edəcəyi hərəkətə, yəni həmin torpaq sahəsinə müvafiq çıxarışın alınmasına köməklik edilməsinə görə 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını aralarında olan telefon danışığı zamanı yalandan bildirib, sonuncu ilə razılaşmaqla sövdələşərək, həmin niyyətlə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Kirov dairəsi deyilən ərazidə Zərərçəkmiş şəxs3 35.000 (otuz beş min) manat məbləğində pul vəsaitini alıb Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 35.000 (otuz beş min) manat məbləğində pu! vəsaitini əiə keçirib xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sonlarında atasının adına Nardaran qəsəbəsində olan köhnə sənədlə olan torpaq sahəsini oğlu Kənan etibarnamə əsasında sənədləşdirmişdir. X25 kimi tanıdığı qonşusu da, oğlunun atasının adına olan torpaq sahəsinin Kənan tərəfindən rəsmiləşdirildiyinin şahidi olmuşdur. Həmin torpaq sahəsini təxminən 2022-ci ilin əvvəlində satmışdır. Təxminən 2022-ci ilin may ayının əvvəlində X24 yaxınlaşaraq Cümşüd adlı tanışının Nardaran qəsəbəsi ərazisində bir neçə torpaq sahələrinin olduğunu və həmin sahələri sənədləşdirmək istədiyini bildirərək onun və ya Kənanın köməklik etməsini xahiş etmişdir. O, Cümşüdlə zəngləşib Nardaran qəsəbəsində görüşmüşdür. Cümşüd ona 0,12 ha torpaq sahəsini göstərərək həmin yerə aid olan Nardaran qəsəbə nümayəndəliyinin çıxarışını və torpaq sahəsinin yerləşmə sxemini təqdim etmişdir. O, Cümşüddən sənədləri alıb maraqlanıb xəbər edəcəyini bildirmişdir. O, həmin sənədləri Kənana təqdim etmiş və Cümşüd adlı şəxsə köməklik etməsini xahiş etmişdir. Təxminən 10 gün sonra Kənan ona bildirmişdir ki, həmin torpaq sahəsini 3.000 manat müqabilində özəlləşdirməklə çıxarış əldə etmək olar. O da Cümşüdlə danışıb xəbər vermişdir. Onunla razılaşdığı üçün təxminən xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu ərazisində, Azadlıq metrostansiyasının yaxınlığında adını xatırlamadığı kafedə görüşmüşlər. Cümşüdlə görüş zamanı 0,12 ha sahənin özəlləşdirilməsi müqabilində 3.000 manat pulu almış, elə həmin gün də, sənədlərlə birlikdə həmin məbləği oğlu Kənana vermişdir. O, oğlundan özəlləşdirmə işlərini kimin vasitəsi ilə həll edəcəyini soruşduqda, Kənan ona həmin sənədləri adını çəkmədiyi dostunun Şəhərsalma idarəsində, əmlak və torpaq komitəsində işləyən tanışları vasitəsi ilə həll etdiyini bildirmişdir. O da Kənana inanmışdır. Bundan sonra, Cümşüd ona zəng edərək Mətləb adlı tanışının Nardaran qəsəbəsində 0,11 ha torpaq sahəsi olduğunu bildirərək torpağını özəlləşdirməkdə köməklik etməyi və həmin işin müqabilində 12.000 manat verə biləcəyini bildirmişdir. Həmin sənədi 3.000 manata düzəltməyini və yerdə qalan məbləği öz aralarında bölməyi təklif etmişdir. O da razılıq verdiyi üçün Cümşüd ona həmin torpaq sahəsini göstərdikdən sonra 30 iyun 2022-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən Tennis Akademiyasının yaxınlığında olan kafedə Cümşüd, Mətləb və ev alqı satqısı ilə məşğul olan Natiq adlı şəxslə görüşmüşdür. Orada o, Mətləbə torpağın yerləşmə yeri barədə məlumatının olduğunu və ilkin sənədlərə baxdıqdan sonra həmin ərazini özəlləşdirilməklə çıxarış verilməsi müqabilində Cümşüdün dediyi məbləğ müqabilində düzəldəcəyinə vəd verdiyi üçün Mətləb ona inanaraq 12.000 manat pulu sayıb vermişdir. O, pulu götürüb çıxdıqdan sonra Cümşüdlə təklikdə sonuncunun maşınına əyləşmiş və Cümşüd həmin məbləğdən 500 manatını ev alqı satqısı ilə məşğul olan və Mətləbi onunla tanış edən şəxsə hörmət olaraq verməli olduğunu bildirdiyi üçün o, 500 manatı Cümşüdə vermişdir. Daha sonra yerdə qalan puldan 3.000 manatını oğlu Kənana verilməsi üçün ayırmış, digər 8.500 manat məbləği isə Cümşüdlə əvvəlcədən razılaşdıqları kimi tam yarı olaraq bölüşdürmüşlər. Həmin tarixdə də 3.000 manatı sənədlərlə birlikdə oğlu Kənana təqdim edərək həmin torpağın da özəlləşdirilməsini həll etməyini tapşırmışdır. Kənan da, problem olmayacağını bildirərək qısa müddətdə həll etdirəcəyini bildirmişdir. Bundan sonra, Cümşüd ona zəng edərək, Səfa adlı şərikinin qohumunun Babək prospektində yerləşəni 0,6 ha torpaq sahəsində tikilisinin olduğunu, hərnin tikilinin çıxarışının olduğunu, lakin, 0,6 ha torpaq sahəsinin çıxarışının olmadığını bildirmişdir. Həmin yerin özəlləşdirə biləcəyini və qiyməti maraqlanıb deməsini xahiş etmişdir. O, bu barədə oğlu Kənanı məlumatlandırmış və Kənan ona həmin torpağın 19.000 manat müqabilində özəlləşdirilməsinin mümkün olduğunu bildirmişdir. O da, bu barədə Cümşüdə məlumat vermişdir. Artıq xx.xx.2022-ci il tarixdə Cümşüd ona zəng edərək Səfanın qohumu ilə görüşməyi və həmin torpağın özəlləşdirilməsi üçün 46.000 manat pul istəməyini bildirərək həmin məbləğin 7.000 manatını Səfa ilə bölüşdürəcəyini, yerdə qalan məbləğin 19.000 manatını Kənana verməyini, yerdə qalan 20.000 manatı öz aralarında bölüşdürməyi təklif etmişdir. O da razılaşıb saat 15 radələrində Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində “Şəki” restoranının dairəsi deyilən yerdə görüşmüş və Cümşüdlə, Səfa ilə birlikdə Cabil adlı şəxsin ofisinə yaxınlaşaraq sonuncu ilə tanış olmuşdur. Orada Cümşüd onu təqdim edərək torpağın özəlləşdirilməsini həll edəcəyini bildirmişdir. Həmin vaxt Cabil ondan 0,6 ha torpaq sahəsini hansı məbləğə özəlləşdiriləcəyini soruşduqda, Cümşüd 46.000 manat müqabilində sənədləşmənin aparılacağını bildirmişdir. Cabil razılaşmış və 46.000 manat pulu sayıb ona təhvil vermişdir. O, Cabildən pulu aldıqdan sonra təxminən 3 ayadək olan müddətə sənədlərin hazır olacağına vəd vermiş və ofisi tərk edərək bayırda Cümşüdü gözləmişdir. Bir qədər sonra Cümşüd Səfa ilə birlikdə gəlmişlər və Səfa ilə aralaşdıqdan sonra Cümşüdün maşınına əyləşib Gənclik metrostansiyası istiqamətində hərəkət etməyə başlamışlar. Maşında olduqları zaman Cümşüd aldığı məbləğdən 7.000 manatını Səfa ilə bölüşdürəcəyini bildirdiyi üçün o, həmin məbləği sayıb vermişdir. Daha sonra 19.000 manatı Kənana verməsi üçün ayırmış və yerdə qalan 20.000 manatı öz aralarında tam yarı olaraq bölüşdürmüşlər. Daha sonra o, evə getmişdir. Həmin tarixdə onun doğum günü olduğu üçün axşam saatlarında Səfa, o və Cümşüdlə görüşüb ad gününü Azadlıq metrostansiyası yaxınlığında kafelərin birində qeyd etmişlər. Elə həmin gün axşam evə gedəndə torpağın sənədlərini və 19.000 manat pulu oğlu Kənana vermişdir. Kənan ona həmin yerin sənədlərini təxminən 3 ay ərzində həll etdirəcəyini bildirmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Kənan ona, Cümşüdün 0,12 ha torpaq sahəsinin sənədinin hazır olduğunu bildirərək elə həmin tarixdə saat 16 radələrində oğlu Kənan ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Ulduz metrostansiyasının yaxınlığında yerləşən “Məkan” adlı inzibati binaya daxil olmuş, Kənan əlində olan qəbz əsasında qalxıb yuxarı mərtəbələrin birindən Cümşüdün adına olan çıxarış və torpağın texniki sənədini almışdır. Kənanın həmin sənədləri dəqiq kimdən aldığını bilməmişdir. O, həmin sənədi bir neçə gün sonra Cümşüdlə zəngləşib Gənclik metrostansiyasının yaxınlığında görüşüb sonuncuya çatdırmışdır. Həmin sənəd 0,1182 ha ölçüdə, Bakı şəhər, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6626 saylı bağ sahəsinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin “çıxarışı” və həmin tarixli “torpaq sahəsinin planı və ölçüsü” barədə sənədlərdən ibarət olmuşdur. O, Kənanla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Ulduz metrostansiyasının yaxınlığında yerləşən “Məkan” adiı inzibati binaya gətdikləri zaman Kənandan bu torpaq sənədlərinin özəlləşdirilməsini kimin vasitəsi iiə həli etdirdiyini dəqiqləşdirəndə sonuncu ona bu məsələləri Şahid1 adlı şəxsin vasitəsi ilə həll etdiyini, həmin şəxsin vəzifəli şəxslərlə geniş əlaqələrə malik olduğunu bildirmişdir. O da oğlunun dediklərinə inanmışdır. Bundan sonra, 2022-ci ilin avqust ayının əvvəlində, Cümşüd ona zəng edərək torpaq sahəsində şəriki olan Səfaya məxsus Nardaran massivində 1.92 ha boş torpaq sahəsinin 17 ədəd hər biri 0,12 ha olan Nardaran qəsəbə Nümayəndəliyinin çıxarışı və torpaq sahəsinin yerləşmə sxemi olduğunu bildirərək həmin sənədlər əsasında özəlləşdirmənin aparılması və çıxarışın verilməsinin hansı məbləğə başa gələ biləcəyini oğlundan öyrənməyi xahiş etmişdir. O, da Kənanla zəngləşib görüşərək Cümşüdün ona təqdim etdiyi ümumilikdə 1,92 ha boş torpaq sahəsinə aid olan 17 ədəd hər biri 0,12 ha olan Nardaran qəsəbə Nümayəndəliyinin çıxarışı və torpaq sahəsinin yerləşmə sxemini vermiş və həmin sənədlər əsasında özəlləşdirmə aparılmaqla çıxarışların verilməsinin neçəyə başa gələcəyini soruşmuşdur. Təxminən biriki gün sonra Kənan ona həmin ərazinin ümumilikdə özəlləşdirilməsi müqabilində 90.000 manat pul tələb olunduğunu bildirmişdir. O da bu barədə Cümşüdə məlumat vermişdir. Bir neçə gün sonra, Cümşüd ona zəng edərək həmin məbləğə özəlləşdirmənin Səfa ilə razılaşdırdığını və bu işin müqabilində ona əlavə olaraq hər biri 10.000 manat olmaqla, ümumilikdə 20.000 manat verəcəyini və ümumilikdə 110.000 manat pul verəcəyini bildirdiyi üçün onunla razılaşmış və xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Gənclik metrostansiyasının çıxışında, “Caspian” ticarət mərkəzinin qarşısında avtodayanacaqda Cümşüdlə görüşmüşlər. O, ora oğlu Kənanla getmişdir. Cümşüd isə Səfa ilə gəlmişdir. Aralarında olan danışıq zamanı o və Kənan onlara məxsus torpağın özəlləşdirilməsini təşkil edəcəyini və bu işin həlli üçün Səfa ilkin olaraq 50.000 manat vermiş və Cümşüdlə həmin torpağa şərik olduğu üçün öz payına düşəni verdiyini, yerdə qalan 60.000 manat pulu isə Cümşüdün verəcəyini bildirmişdir. Cümşüd də, həmin məbləği təxminən 3 gün ərzində hazırlayıb ona çatdıracağını bildirmişdir. O, 50.000 manatı götürüb sayması üçün oğlu Kənana vermişdir. Kənan həmin məbləği idarə etdiyi, ağ rəngli “Pajero” markalı avtomobilə əyləşərək saymış və ona pulun düz olduğunu bildirmişdir. Bundan sonra o, sənədləşmə işlərinin başlanacağını və işin gedişatı barədə məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra, Cümşüd ona zəng edərək Səfanın Nardaran qəsəbəsində 0,32 ha torpaq sahəsi olduğunu və həmin ərazini təcili olaraq özəlləşdirməklə çıxarış alınmasını təşkil etməyini bildirmişdir. Cümşüd ona yerin tərtibat nöqtəsini telefonuna atdığı üçün gedib həmin yerə baxmış və Kənana həmin yerin tez bir zamanda özəlləşdirilməsini və bunun neçəyə başa gəlməsini soruşmuşdur. Kənan isə səhəri gün həmin yerin 15.000 manat müqabilində sənədləşməsini təşkil edə biləcəyini bildirmişdir. O da bu barədə Cümşüdə məlumat vermişdir. Cümşüd isə ona həmin yerin Səfaya kiminsə 60.000 manat müqabilində özəlləşdirilməsini təklif etdiyini, lakin, görüşdüyü zaman Səfaya 35.000 manata bu işi həll edəcəyini deyəcəyini, əldə olunmuş artıq məbləğin də, ikisi arasında bölüşdürməyi təklif etmişdir. O da razılaşmışdır. Cümşüd ona Səfaya həmin məbləği söyləyəcəyini və razılaşdığı təqdirdə görüşüb ondan pulu almağını tapşırmışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Cümşüd, o, oğlu Kənan və Səfa ilə birlikdə zəngləşib Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Kirov dairəsi deyilən əraziyə çatmamış yolun kənarında, adını xatırlamadığı kafedə görüşmüş və Səfaya 0,32 ha torpaq sahəsinin sənədləşmə işlərini tez bir zamanda həll edəcəyinə dair vəd vermişdir. Onlar bir qədər çay içib söhbətləşmiş, daha sonra kafedən çıxdıqdan sonra Səfa idarə etdiyi avtomobildən sellofana bükülmüş içərisində olan pulu ona vermişdir. Orda o, Cümşüdün maşınına əyləşmiş, oğlu ilə Səfa öz maşınlarına minərək ərazini tərk etmişlər. Cümşüd maşını şəhər istiqamətində hərəkətdə olarkən həmin məbləğdən 15.000 manatı Kənana verəcəyi üçün ayırmış və yerdə qalan məbləği yəni, 20.000 manatı tam yarı olaraq aralarında bölüşdürmüşlər. Təxminən 16 sentyabr 2022-ci ildə saat 14 radələrində oğlu Kənan ona zəng edərək Şahid1lə birlikdə torpaqlara baxmağa getdiyini bildirmiş, ona da onlarla getməyi təklif etmiş, razılıq verdikdən sonra gəlib onu da götürmüşlər. O, həmin vaxt ilk dəfə Şahid1 görmüşdür. Kənanla 1,92 ha, 0,12 ha və 0,32 ha torpaq sahələrinə baxmışlar. Şahid1 ona həmin əraziləri, təmizləşdirməsini tapşırmış, hətta torpaq komitəsindən dəqiq ölçülərin aparılacağı üçün nümayəndələri göndərəcəyini bildirmişdir. O, həmin ərazilərin təmizlənəcəyini bildirmiş, həmçinin verilən sənədlər əsasında torpaqların hansı müddətə özəlləşdiriləcəyini soruşduqda, Şahid1 ona narahat olmamağı bildirib arxayın etmişdir. Artıq 19 sentyabr 2022-ci il tarixdə o və oğlu Kənan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılmışlar. O, oğluyla həmin idarəyə getdikləri zaman Cümşüdün onlardan şikayətçi olduğunu öyrənmişdir. O, həmin idarədə izahat verdiyi zaman Cümşüdün adına olan Kənanla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Ulduz metrostansiyasının yaxınlığında yerləşən “Məkan” adlı inzibati binasından götürdüyü 0,1182 ha ölçüdə, Bakı şəhər, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6626 saylı bağ sahəsinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin “çıxarışı” və həmin tarixli “torpaq sahəsinin planı və ölçüsü” barədə sənədlərin saxta olması barədə məlumatı əldə etmişdir. Elə həmin tarixdə Şahid1 adlı şəxs həmin idarəyə dəvət edilmiş, o və oğlu orada da, ümumilikdə 90.000 manat pul verdiklərini bildirsələr də, Şahid1 pul vəsaitini əldə etmədiyini bildirmişdir. Oğlu tərəfindən əldə olunmuş və tərəfindən Cümşüdə təqdim olunmuş sənədin saxta olmasından xəbərsiz olmuş, həmin sənədin kim tərəfindən saxtalaşdırıldığını bilmir, ümumilikdə əldə edilmiş 146.000 manat puldan 90.000 manat məbləğ oğlu tərəfindən Şahid1 çatdırılmış, 7.000 manatı pulu Cümşüd Səfa adlı şəxslə böləcəyini bildirdiyi üçün özü götürmüş, həmçinin Mətləbdən alınmış məbləğdən 500 manatı onu Mətləblə tanış edən Natiq adlı şəxsə verilməsi adı ilə ondan almış, yerdə qalan 48.500 manat pulu isə tam yarı olaraq bölüşdürüb şəxsi ehtiyaclarına xərcləmişlər. Təqsirləndirilən şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şahid1 Nardaranda olan torpaq sahəsini göstərmiş, o, həmin torpaq sahəsinə baxmağa gedərkən kostyum geyinmişdir. Bundan başqa o, həmin torpaq sahəsini təmizlətdirmələrini demişdir. Şahid1 90.000 manatın müqabilində torpaq sahəsi üzrə çıxarış təqdim etməli olmuşdur. Törətdiyi əməldən peşmandır, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəlində babası Qurbanəli Qurbanovun adına Nardaran qəsəbəsi ərazisində 0,25 ha torpaq sahəsinin Bağlar idarəsi ilə bağlı müqaviləsini etibarnamə əsasında çıxarışını alıb Əhməd adlı şəxsin tanışı Hüseyn adlı şəxsə satmışdır. Elə həmin ərəfələrdə torpaq sənədləşməsi ilə məşğul olduğundan bir qədər anlayışı olmuşdur. Təxminən may ayında atası Təqsirləndirilən şəxs1 ona Cümşüd adlı tanışının Nardaran qəsəbəsi ərazisində Səfa adlı dostu ilə şərikinə 1,92 ha torpaq sahələri olduğunu və həmin torpaq sahəsinin ilkin olaraq 0,12 ha torpaq sahəsinə çıxarışın alınmasında köməklik edə bilib-bilməyəcəyini soruşmuş, həmin çıxarış alındığı təqdirdə digər torpaq sahələrinin də özəlləşdirilməsi ilə bağlı müraciət edəcəyini bildirmişdir. O da atasına maraqlanıb məlumat verəcəyimi bildirmişdir. Bunda sonra 2022-ci ilin may ayının əvvəlində tanışı və əvvəllər bir yerdə "xxxx" MMC-də işlədiyi Şahid2 ilə söhbət apararkən sonuncuya tanışının Nardaran qəsəbəsi ərazisində torpaq sahəsi olduğunu və həmin ərazini özəlləşdirilərək çıxarışının alınmasında köməklik edə biləcək bir nəfər tanışının olub-olmadığını soruşmuşdür. Həsən ona bir nəfər qadın olduğunu və həmin qadının əvvəllər Əmlak Komitəsində işlədiyini və bu işlərdə köməklik edə biləcəyini bildirdiyi üçün Həsənə həmin şəxslə maraqlanmağı tapşırmışdır. Həsən ona zəng edərək Nigar adlı şəxsin torpaq sənədləşməsi ilə bağlı məlumatlı olduğunu və Nigarın vasitəsi ilə torpağın özəlləşdirilməsində köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, atası vasitəsi ilə Cümşüdün təqdim etdiyi sonuncuya məxsus torpaq sənədlərinin surətini Həsən vasitəsi ilə Nigar adlı şəxsiə birlikdə 9 MKR-da yerləşən Tərlan şadlıq sarayının yaxınlığında görüşüb Nigara vermişdir. Həmin vaxt ilkin olaraq bir topağın sənədləşməsi yəni, 0,12 ha torpaq sahəsini özəlləşdirməyi razılaşmışlar. Nigar ondan 1.000 manat pulu istəyərək əvvəllər işlədiyi qurumun rəhbəri Kərəm müəllimlə görüşəcəyini və sonuncu ilə görüşə getmək üçün həmin məbləğə hədiyyə alıb gedəcəyini və ona bu işdə köməklik edəcəyini bildirmişdir. O, da Nigarla razılaşmış və atasına Cümşüdün adına olan yerin sənədlərinin həll olunması üçün 3.000 manat pul tələb olunduğunu bildirmişdir. Atası da, həmin məbləği ona vermişdir. O da həmin məbləğin 1.000 manatını Nigarın göndərdiyi xatırlamadığı bank kartına göndərmiş, qalan 2.000 manat məbləği isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Nigar da, həmin yerin sənədləşməsini təxminən 3 aya hazır edəcəyinə vəd vermişdir. Bundan sonra, təxminən 2022-ci ilin iyun ayının sonlarında atası ona Mətləb adlı şəxsə məxsus 0,11 ha torpaq sahəsini özəlləşdirməklə çıxarışını almaq istədiyini və köməklik etməyi xahiş etmişdir. O, həmin yerin sənədini Nigara göndərmiş və Nigar, həmin yerin sənədləşməsi üçün 3.000 manat pul istəmişdir. O, həmin məbləği atasına bildirmiş, atası da ona təxminən 2022-ci ilin iyun ayının sonunda həmin məbləği və sənədləri çatdırmışdır. Bundan sonra təxminən 2022-ci iiin iyul ayının əvvəlində atası ona Cabil adlı şəxsin, yəni Cümşüd və Səfanın tanışları olduğunu və həmin şəxsin Babək prospektində yerləşən 0,6 ha torpaq sahəsini özəlləşdirmək istədiyini və köməklik etməyini xahiş etmişdir. O, da bu məsələ ilə bağlı Həsən vasitəsi ilə Nigardan Babək prospektində yerləşən 0,6 ha torpaq sahəsini özəlləşdirmək üçün hansı məbləğin tələb edildiyini maraqlanmağı tapşırmışdır. Bundan bir neçə gün sonra Həsənlə birlikdə Nigarla Xutor qəsəbəsində “Bazarstore” marketin qarşısında görüşdükləri zaman Nigar, həmin ərazinin sənədləşməsini 19.000 manat pul müqabilində düzəldə biləcəyini bildirmişdir. O, da həmin məbləği atasına bildirmişdir. Səhəri gün atası Cabil adlı şəxsin torpağının sənədləşdirilməsi üçün ona 19.000 manat məbləğində pulu vermişdir. Bundan bir neçə gün sonra dəqiq tarixi xatırlamadığı zaman atası ona Cümşüdlə Səfaya məxsus təxminən 1,92 ha torpaq sahəsinin özəlləşdirilməsini də danışıb həll etməyi xahiş etmişdir. O da, Nigardan həmin yerin sənədləşməsi üçün hansı məbləğin tələb edildiyini maraqlandıqda Nigar, ona 20.000 manat çıxacağını lakin, ona ümumi məbləğ deyəcəyini bildirmişdir. O da, atasına həmin ərazinin böyük olduğu üçün əlavə 50.000 manat pul tələb olunduğunu bildirmişdir. O, 2022-ci ilin iyul ayının əvvəlində atası ilə birlikdə Gənclik metrostansiyasının yaxınlığında Cümşüd və Səfa ilə görüşdükləri zaman Səfa atasına paketin içərisində 50.000 manat pul vermiş və həmin məbləği atası sənədləşmə üçün ona vermişdir. Eiə həmin ərəfədə atası ona təkrar olaraq Cümşüdün müraciəti əsasında Nardaran qəsəbəsində 0,32 ha torpaq sahəsinin də çıxarışının alınmasının lazım olduğunu bildirdiyi üçün həmin yer barədə Nigarla dəqiqləşdirmiş, Nigar da ona həmin yerin sənədləşməsi üçün təxminən 15.000 manat xərci çıxacağını bildirərək ümumilikdə razılığa gəlindiyi zaman sənədləşmə daha ucuz başa gələcəyini və həmin yerlərin sənədləşməsi üçün hansı məbləğin tələb edildiyini maraqlandıqda Nigar, ona ümumilikdə müraciəti əsasında torpaqların sənədləşməsi üçün rüsumlar da daxil olmaqla təxminən 50.000 manat xərci çıxa biləcəyini bildirmişdir. Təxminən 2022-ci iiin avqust ayının ortalarında isə 0,35 ha torpaq sahəsinin sənədləşməsi üçün Maştağa qəsəbəsində atası, o, Cümşüd və Səfa ilə yolun kənarında adını xatırlamadığı kafedə görüşdükdən sonra kafedən çıxmışlar və atası Cümşüdgildən aldığı puldan 15.000 manat pulu ona vermişdir. Həmin vaxt atasının hansı məbləğdə pul aldığını xatırlamamışdır. Bununla da, atasının ona verdiyi məbləğ ümumilikdə 90.000 manat təşkil etmişdir. O da həmin ərəfələrdə etibarnamə əsasında Cümşüdün ona verdiyi 0,12 ha torpaq sahəsinə məxsus sənədləri Əmlak Xidmətinin “Məkan Xidməti”nə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Oradan həmin müraciət əsasında ona qəbz verilmiş, həmin sənəd xx.xx.2022-ci il tarixdə hazırlanmalı olmuşdur. O da həmin qəbzin fotoşəklini istifadəsində olan mobil telefon vasitəsi ilə Cümşüdün torpağının sənədləşməsi istiqamətində işləri gördüyü üçün sonuncuya göndərmişdir. Daha sonra Həsənlə söhbət əsasında Həsən, Nigarın torpaqların sənədləşməsini həll edə bilməyəcəyindən, şübhələndiyi üçün Nigara hər hansı bir məbləğdə pulu verməməyi təklif edərək başqa bir şəxs tapıb başqa bir şəxsin vasitəsi ilə həll etməyi təklif etmişdir. Həmin ərəfədə Əmlak Xidmətinin “Məkan Xidməti”ndən zəng gəlmiş, müraciəti əsasında yaxınlaşmağı tələb olunmuşdur. O da Cümşüdün ona verdiyi etibarnamə əsasında həmin idarəyə yaxınlaşmış və Cümşüdün torpaq sənədləri özəlləşdirməyə yaramadığından imtina verilmişdir. O da imtina verilməsi ilə bağlı nə atasına, nə də ki, Cümşüdə məlumat verməmişdir. Bundan sonra Həsən Nigara verdiyi pulu geri alacağını bildirmişdir. O, Həsənə bir hüquqşünas tapıb hüquqşünasdan maraqlanmağı təklif etdiyi üçün Həsən, təxminən 2022-ci ilin avqust ayının ortalarında ona qonşusu Ramizin hüquqşünas tanışı olduğunu həmin şəxslə zəngləşib görüşməyi təklif etmişdir. Həmin şəxsin Şahid1 olduğunu və sonuncunun qeyd olunan məsələlərə köməklik göstərə biləcəyini bildirmişdir. Həmin ərəfələrdə atası ona teztez sənədləşmənin gecikməsi ilə bağlı suallar verdiyi üçün o, bir qədər vaxt qazanmaq üçün babası Qurbanov Qurbanəlinin adına olan torpaq sahəsinin çıxarışının elektron variantı onda yaddaş kartında qaldığından əvvəllər evdə olan köhnə kompüterdə gecə vaxtı atasından gizli olaraq həmin çıxarışın üzərində Zərərçəkmiş şəxs3 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəs. 6626 saylı bağ sahəsi, 0,1182 ha reyestr nömrəsi **********87 qeydiyyat tarixi xx.xx.2022-ci il qeyd etməklə “Torpaq sahəsinin planı və ölçüsü” barədə sənədin üzərində də, babasının adı olan yerlərdə Zərərçəkmiş şəxs3 adını və torpaq sahələrini yazmaqla çap edib saxta sənəd hazırlamışdır. Səhəri gün atasına sənədlərin hazır olduğunu və gedib götürə biləcəklərini bildirmişdir. Atası ilə birlikdə atasını inandırmaq üçün Ulduz metrostansiyasının yaxınlığında yerləşən Əmlak xidmətinin “Məkan Xidməti”nə getmişlər. O, inzibati binaya girmiş və hazırladığı Zərərçəkmiş şəxs3 adına “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Xidmətinin “Çıxarışı” və “Torpaq sahəsinin planı və ölçüsü”nün surətlərini cibindən çıxarıb bayıra çıxmış və atasına təqdim edərək guya Cümşüdün sənədini Cümşüdə çatdırsın deyə atasına vermişdir. İstifadə etdiyi kompüter dəsti istifadəsiz olduğundan internet vasitəsi ilə xatırlamadığı bir nəfərə satmışdır. Həmin şəxsi və mobil nömrəsini xatırlamamışdır. Fiyaşkanı da itirmişdir. Bundan sonra o, Həsən ilə birlikdə Azadlıq prospektində Şahid1 yaşadığı evin yaxınlığında görüşmüşlər. Görüş zamanı Kənan ona Prezident Administrasiyasında tanışlarının olduğunu və həmin şəxslərin köməkliyi ilə torpaq sahələrinə çıxarışlar verilməsinə köməklik göstərə biləcəyini bildirmişdir. O da atasının ona verdiyi torpaq sahəsinə aid sənədləri Kənana təqdim etmiş sonuncu isə sənədlərə baxdıqdan sonra ona cavab verə biləcəyini bildirmişdir. Bir neçə gün sonra Kənan ona zəng edərək torpaq sahələrinin özəlləşdirilməsinə köməklik göstərə biləcəyini bildirərək torpaq sahələrinin sənədləşdirilməsi üçün 90.000 manat pul tələb etmişdir. O, bu barədə atasına məlumat verdikdən sonra 90.000 manatı hissə-hissə olmaqla 2-3 dəfəyə Azadlıq prospektində Şahid1 yaşadığı evin yaxınlığında Şahid1 vermişdir. Kənan pulu aldıqdan sonra yaxın günlərdə çıxarışların veriləcəyini bildirmişdir. Bundan əlavə Kənan onunla xidmət göstərmək üçün müqavilə bağlamış və ondan 1.500 manat xidmət haqqı almış, lakin ona 1.000 manat alması barədə qəbz vermişdir. Kənanla birlikdə iki dəfə Nardarana gedib həmin torpaqları Kənana göstərmişdir. Lakin, ona hər hansı bir torpaq sənədi həll etməmişdir. Kənana verdiyi pulu da qaytarmamışdır. Atası Təqsirləndirilən şəxs1 Cümşüddən, Mətləbdən, Cabildən və Səfadan aldığı məbləğin ümumilikdə 146.000 manat olduğunu araşdırma zamanı öyrənmiş, həmin məbləğin 90.000 manatı ona verilmiş o, da həmin məbləği Şahid1 vermişdir. Şahid1 yalan danışır, o, Kənana ümumilikdə 90.000 manat pul vermiş, Kənanla müqavilə bağlayanda 1.500 manat pulu sonuncuya vermiş, Kənan, isə ona guya müqavilə ilə bağlı 1,000 manat xidmət haqqı ödəməyi ilə bağlı qəbz vermiş, Kənanla iyul ayının ortalarında tanış olmuş, pulu Kənana təklikdə evinin yaxınlığında “Brut Kofe” kafesində vermiş, Kənandan hər hansı bir məbləğdə borc almamış, Kənan, ona rüsum ödəmə adı ilə 84 və 52 manat pulu sonuncunun kartına göndərməyi tələb etdiyi üçün Kənana ümumilikdə 140 manat pul göndərmişdir. xx.xx.2022ci il tarixdə isə Kənana yazdığı SMS-də Kənana verdiyi rüsum üçün 140 manatı və müqavilə üçün 1.500 manatı geri qaytarmağını bildirmişdir. O, Kənan barədə hər hansı bir quruma şikayət etməmişdir. Şahid1 verdiyi 90.000 manat pulu hazıradək Kənanla hər hansı bir görüşləri və ya Kənanın ailə üzvləri ilə görüşüb pulun geri qaytarılmasını tələb etməsi halları olmamışdır. Kənan ona aralarında olan rəsmi məbləği qaytarmağa razı olduğunu bildirdiyi üçün o, həmin məbləği yazmışdır. Lakin Kənan, həmin məbləği qaytarmamışdır. O da Kənandan tələb etməmişdir. İstifadəsində olan “Samsunq” markalı mobil telefona baxış keçirilən zaman foto-qaleri bölməsində kağız parçasının üzərində rum rəqəmləri ilə “V-may 3.000, Vİ-30.i, 3.000, Vİİ-5.i 19.000, Vİİİ-10i 50.000, Vİİİ-22İ 15.000” ümumilikdə 90.000 və Bu tarixlərdə pul vermişəm sənəd üçün sözləri yazılan kağız parçası atası Təqsirləndirilən şəxs1 tərəfindən ona sənəd üçün verilən məbləğlər yazılıb ona verilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Şahid1 Həsən adlı şəxs vasitəsilə tanımışdır, Şahid1 həmin torpaq sahələrinə çıxarış verilməsi üçün ondan 90.000 manat pul almışdır. Şahid1 etibarnamə vermişdir. Şahid1 pul vəsaitini Altes Plazada və yaşadığı evin yaxınlığında vermişdir. Şahid1 özünü vəkil kimi təqdim etmişdir. Şahid1 ona Whatsapp vasitəsilə mesaj yazaraq Nardaranda olan torpaq sahəsinin təmizlətdirməyi bildirmişdir. Dağıstan Respublikasında təhsil alsa da, həmin diplom Təhsil Nazirliyi tərəfindən təsdiq olunmamışdır. Hal-hazırda işsizdir. Hadisə baş verən vaxtı “Altes” Plazada ofis icarəyə götürmüşdür, həmin ofisdə hüquqi xidmət göstərib ərizə yazmaqla məşğul olmuşdur. Qeyd edilən torpaq sahələri Cümşüd və Səfa adlı şəxslərin torpaq sahələri olmaqla icra hakimiyyətindən çıxarışdan başqa heç hüquqi sənədi yox idi, həmin sənədlərin əldə olunması üçün 90.000 manat Şahid1 vermişdir. Həsən adlı şəxs Şahid1 əvvəl həmin məsələni həll etmək üçün başqa şəxs dəvət etmişdir, həmin şəxs də öz növbəsində müəyyən miqdar pul vəsaitini mənimsəmişdir. Şahid1 nə torpaq sahəsi üzrə çıxarışları təqdim etmiş, nə də 90 000 manatı qaytarmışdır. O, Şahid1lə belə razılaşmışdır ki, 1000 manat müqavilə üçün rəsmi qaydada verəcək, 1500 manat isə müqavilədən kənar verəcəkdir. Şahid1 ona verdiyi nə 1000 manatı, nə də 90 000 manatı qaytarmamışdır. Zərərçəkmiş şəxslərin ona verdiyi 90 000 manatı Şahid1 vermişdir. Zərərçəkmiş şəxslər Şahid1 tanımamışlar. Əvvəllər Həsənin təqdim etdiyi Kənandan əvvəlki şəxs zərərçəkmiş şəxslərlə görüşmüşdür, həmin şəxs onun pulunu mənimsədiyindən Kənanı torpaq çıxarışını təqdim edəndə zərərçəkmişlərlə görüşdürməyi düşünmüşdür. Şahid1 torpaq sahəsinin başqa şəxslərə məxsus olduğunu demiş və bununla bağlı ona sənədlər təqdim etmişdir. Şahid1 etibarnamə vermişdir. Şahid1lə bağlı şikayət vermişdir. Whastapp vasitəsilə mesaj yazıb Şahid1 90 000 manat qaytarmasını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Sirac oğlu ifadəsində göstərmişdir ki, o, bağ evi tikmək üçün əvvəllər ev alqı-satqısı ilə məşğul olan Natiq adlı şəxsin köməkliyi ilə Nardaran qəsəbəsi ərazisində 2022-ci ilin iyun ayında icra nümayəndəliyi tərəfindən ayrılmış 0,11 ha torpaq sahəsini 18.000 manat müqabilində notarial qaydada, İbrahim adlı şəxsdən etibarnamə əsasında almışdır. Həmin torpaq sahəsi özəlləşdirilmədiyi üçün ucuz qiymətə almışdır. Daha sonra həmin torpaq sahəsinin özəlləşdirilməsində köməklik edə biləcək adam axtarmış, həmçinin Natiqdən də köməklik edə biləcək bir şəxs tapmağı xahiş etmişdir. Bundan sonra, Natiq ona Cümşüd adlı şəxsin ona məxsus eyni sənədlə olan öz torpaq sahəsini Maştağa qəsəbəsindən olan Natiq adlı şəxsin vasitəsi ilə özəlləşdirmək üçün sənədlərini təqdim etdiyini və onun da yerinin sənədləşdirilməsinin mümkün olduğunu bildirmişdir. O, Natiqə torpağın özəlləşdirilməsində köməklik göstərməsini xahiş edərək xərcini öyrənib deməyini tapşırmışdır. Zərərçəkmiş şəxs3la da bu barədə danışdıqda o, Natiq adlı şəxsin bu məsələni həll edəciyini bildirmişdir. Bir neçə gün sonra Natiq ona zəng edərək torpağın özəlləşdirilməsinin 12.000 manat pula başa gələcəyini bildirdi. O, Natiqə həmin məbləği verməyi razılıq vermiş və həmin şəxslərlə görüşmək istədiyini bildirmişdir. Bundan sonra o, 30 iyun 2022-ci il tarixdə saat 11 radələrində Binəqədi rayonu ərazisində yerləşən Tennis Akademiyasının yaxınlığında olan adını xatırlamadığı kafedə tanışı Natiqlə birlikdə, Cümşüd və Natiq adlı şəxslərlə görüşmüşdür. Orada Natiq torpağın yerləşmə yeri barədə məlumatlı olduğunu və ilkin sənədlərə baxdıqdan sonra həmin ərazini özəlləşdirilməklə çıxarış verilməsi müqabilində 12.000 manat pul istəmişdir. O, torpağın sənədinin əslini, torpağı yoldaşının adına aldığı etibarnamənin də əslini və 12.000 manat pulu sayıb Natiqə vermişdir. Natiq ona təxminən 2 ay ərzində özəlləşdirmə aparılmaqla çıxarışı çatdıracağına dair vəd vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 Sirac oğlu məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Cümşüdü hadisədən əvvəl tanımış, lakin Səfanı hadisə ilə əlaqədar tanımışdır. Zərərçəkmiş şəxs3 ona məxsus torpaq sahəsinin qanuni yolla özəlləşdiriləcəyini bildirmişdir. Natiq özünü ciddi iş görən şəxs kimi tanıtdığından onun torpaq sahəsini özəlləşdirə biləcəyinə inanmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan 1.92 ha boş torpaq sahəsini dostu Zərərçəkmiş şəxs4la şərikli almışdır. Həmin sahəni özəlləşdirməklə çıxarış əldə etmək istəyib, lakin, torpağın özəlləşdirilməsi qaydasını tam olaraq bilmədiyindən və bu işlərin görülməsinə bir o qədər gedib gəlməyə vaxtı olmadığından, qeyd olunan işləri yaxşı bilən və bu sahədə əlaqələri geniş olan şəxs axtarmağa başlamışdır. Təxminən 2022-ci ilin may ayının əvvəlində tanışı X22 adlı şəxsin vasitəsi ilə sonuncunun qonşusu olan Təqsirləndirilən şəxs1 adlı bir şəxslə tanış olmuşdur. Natiq Maştağa qəsəbə sakini olduğu üçün Nardaran və Ləhiş bağlarının ərazilərini yaxşı tanıdığını və torpaq sahələrinin özəlləşdirilməklə çıxarış əldə edilməsi məsələsində əlaqələrinin geniş olduğunu və bu kimi işlərin həll edilməsini təşkil edən bir şəxs kimi özünü təqdim etmişdir. Bu səbəbdən də həmin ərəfələrdə Natiqlə zəngləşib Azadlıq metrostansiyasının yaxınlığında görüşmüşlər. Görüş zamanı Natiq ondan torpaq sahəsinin yeri barədə maraqlanıb və sonuncunu həmin yerə apararaq torpağı göstərmişdir. Natiq ona torpağa baxdıqdan sonra köməklik göstərə biləcəyini bildirmişdir. Lakin o, əvvəlcədən inanmadığı üçün ilkin olaraq həmin ərazinin 0,12 ha sahəsini özəlləşdirmək istədiyini bildirib və Natiq onunla razılaşaraq ilkin olaraq 3.000 manat pul verməli olduğunu bildirmişdir. O, Natiqə inanıb 0,12 ha torpaq sahəsinin özəlləşdirilməklə çıxarışının təqdim edilməsi müqabilində 3.000 manat pulu Natiqə vermişdir. Natiq həmin sənədin təxminən 2022-ci ilin avqust ayının əvvəlində hazır olacağını və bu barədə çıxarışı ona təqdim edəcəyinə dair vəd vermişdir. Elə avqust ayının əvvəlində Natiq onunla zəngləşmiş və görüş zamanı Cümşüdün adına 0,1182 ha ölçüdə, Bakı şəhər, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6626 saylı bağ sahəsinin xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin «çıxarışı»-nı və həmin tarixli «torpaq sahəsinin planı və ölçüsü» barədə sənədlərini təqdim etmişdir. Həmin sənədin imza möhürlə təsdiq olunduğunu görüb qanuni olduğuna inanmışdır. Bundan sonra, o, təxminən 2022-ci ilin iyun ayının ortalarında ev alqı-satqısı ilə məşğul olan Natiq adlı şəxslə söhbətləşdiyi zaman, sonuncuya Nardaran qəsəbəsində ona məxsus 0,12 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs1 adlı şəxsin vasitəsi ilə özəlləşdirməklə çıxarışını aldığını bildirmişdir. Bu zaman Natiq ona tanışı Mətləb adlı şəxsin də, həmin qəsəbə ərazisində 0,11 ha torpaq sahəsinin olduğunu və həmin topağın sənədləşməsində köməklik etməyini xahiş etmişdir. O da razılıq verdiyi üçün Natiqə zəng edərək Nardaran qəsəbəsində 0,11 ha torpaq sahəsinin sənədləşməsinin neçəyə başa gələcəyini soruşduqda sonuncu ona 12.000 manat müqabilində həll edə biləcəyini bildirdiyi üçün o, həmin məbləği Natiqə bildirmişdir. Natiq Mətləblə telefonla danışıb məlumat verib, sonuncu həmin məbləğ müqabilində sənədləşmənin aparılmasına razılıq verərək görüşmək istədiyini bildirmişdir. Mətləbin nömrəsini alıb zəngləşdi və Natiqlə birlikdə 30 iyun 2022-ci il tarixdə təxminən saat 12 radələrində Binəqədi rayonu ərazisində yerləşən Tenis Akademiyasının yaxınlığında olan kafedə Mətləb və ev alqı satqısı ilə məşğul olan Natiqlə görüşmüşlər. X23 torpağın yerləşmə yeri barədə məlumat verdiyi üçün Natiq həmin ərazini tanıyıb, ondan ilkin sənədlərə baxdıqdan sonra həmin ərazini özəlləşdirilməklə çıxarış verilməsi müqabilində 12.000 manat pul istəmişdir. Mətləb də, inanaraq həmin məbləği sayıb vermişdir. Natiq ona həmin yerin qısa müddətə sənədləşdirəcəyinə dair vəd verib çıxıb getmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs4 Cabil adlı tanışının Bakı şəhəri, Babək prospektində yerləşən ona məxsus 6 sot torpaq sahəsinin özəlləşdirilməklə çıxarışın əldə olunmasını xahiş etdiyi üçün həmin yeri Təqsirləndirilən şəxs1 vasitəsi ilə özəlləşdirməyin mümkün olub-olmamasını ondan öyrənməsini xahiş etmişdir. O da bu barədə Natiqlə zəngləşib danışmış, sonuncu ona razılıq verdiyi üçün əvvəlcə oğlu Kənan gedib yerə baxmış, daha sonra Natiq həmin yeri sənədləşdirmək müqabilində 46.000 manat pul tələb olunduğunu bildirmişdir. Səfa da bu barədə Cabil adlı tanışına xəbər vermiş və Cabil adlı şəxs razılıq verdiyi üçün Cümşüd 5 iyul 2022-ci il tarixdə təxminən saat 15 radələrində Səfa, Natiq və oğlu Kənan ilə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində «Şəki» restoranının dairəsi deyilən yerdə görüşmüş və onlar Cabilin ofisinə yaxınlaşaraq sonuncu ilə Natiqi tanış etmişdir. Natiq Cabilə 46.000 manat müqabilində sənədləşmənin aparılacağını bildirdiyi üçün Cabil həmin məbləği Natiqə onların yanında sayıb təqdim etmişdir. Natiq də həmin məbləği götürüb çıxıb getmişdir. Bundan sonra onun Natiqə inamı yarandığı üçün bütün ərazini özəlləşdirmək üçün Natiqə təkrar müraciət etmiş, sonuncu ona məxsus 1.80 ha torpaq sahəsini özəlləşdirməklə çıxarışının əldə olunması üçün ümumilikdə ondan 110.000 manat xərcinin çıxacağını bildirmişdir. O da dostu Səfanı bu barədə xəbərdar etmişdir. Səfa ona razılıq verdiyi üçün o da həmin məbləğ müqabilində sənədləşmənin aparılmasına razılıq vermişdir. Natiq sənədləşmənin başlanması üçün ondan 50.000 manat pul istəmişdir. O da razılıq verdi və Səfa ilə birlikdə həmin məbləği toplayıb 10 iyul 2022-ci il tarixdə Gənclik metrostansiyasının çıxışında, Natiqlə zəngləşib görüşmüşlər. Natiq həmin vaxt oğlu Təqsirləndirilən şəxs2la gəlmişdir. O, Natiqin tələb etdiyi məbləği Səfanın yanında Natiqə vermişdir. Natiq də həmin məbləği saymaq üçün oğluna vermişdir. Oğlu Kənan həmin məbləği idarə etdiyi nömrəsini xatırlamadığı, ağ rəngli «Pajero» markalı avtomobilə əyləşərək sayıb atasına pulun düz olduğunu bildirmişdir. Bundan sonra Natiq sənədləşmə işlərinin başlanacağını və ona işin gedişatı barədə məlumat verəcəyini bildirmişdir. Bundan başqa onun İbrahim adlı tanışının ona 16.500 manat borcu var idi. Həmin məbləği İbrahimdən geri qaytarmasını bildirdiyi zaman sonuncu ona Nardaran qəsəbəsində 0,32 ha torpaq sahəsi olduğunu, həmin ərazini satıb borcunu qaytarmaq istədiyini bildirsə də, torpağın çıxarışı olmadığından sata bilmədiyini bildirmişdir. O, tanışı Natiq adlı şəxs tərəfindən ona məxsus torpaq sahələrini özəlləşdirməklə çıxarışın təhvil verilməsini razılaşdığını və verəcəyi olduğu üçün borcunu istəmişdir. İbrahim sənədləşməyə belə imkanı olmadığını bildirdiyi üçün o, torpağının sənədləşməsinin xərcini çəkəcəyini və nəticədə torpağı satdıqdan sonra sənədləşməyə çəkəcəyi xərci və ona olan borcunu ödəməyi təklif etmişdir. İbrahim ona razılıq verdiyi üçün Natiqlə zəngləşib görüşüb və həmin 0,32 ha torpaq sahəsini göstərərək həmin ərazini də tez bir zamanda özəlləşdirmək lazım olduğunu bildirmişdir. Natiq ondan həmin əraziyə aid hər hansı bir sənədi tələb etmədən 35.000 manat pul tələb etmişdir. Natiq ona xəbər edəcəyini bildirmişdir. Həmin ərəfələr onun əlində pul olmadığı üçün Səfaya zəng edərək qeyd etdiyi məsələni sonuncuya danışıb və 35.000 manat borc verməsini xahiş etmişdir. Səfa ona köməklik üçün həmin məbləği bir neçə günə toplayıb gətirdiyi üçün 22 avqust 2022-ci il tarixdə saat 18:00 radələrində Səfa ilə birlikdə Natiqlə zəngləşib Maştağa qəsəbəsində yerləşən Kirov dairəsi deyilən əraziyə çatmamış yolun kənarında, adını xatırlamadığı kafedə görüşüb oğlu Təqsirləndirilən şəxs2 iştirakı ilə həmin məbləği Natiqə vermişdir. Natiq 0,32 ha torpaq sahəsinin sənədləşmə işlərini tez bir zamanda həll edəcəyinə dair vəd vermişdir. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində Natiqin ona 0,12 ha ərazi üçün təqdim etdiyi çıxarışın üzərində olan qalaqramı mobil telefonla oxutdurduğu zaman həmin çıxarışın başqa bir şəxsin adına olmasını aşkar etmiş və Natiqin ona təqdim etdiyi sənədin də saxta olmasını və sonuncu tərəfindən aldanıldığını başa düşüb bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Natiqi “Ləhiş” bağlarında yaşayan “Hacı Rafiq” vasitəsilə tanımışdır. Natiq ona torpaq sahəsi ilə bağlı dövlət reyestrindən çıxarışı təqdim edərkən həmin sənədin saxta olduğunu bilmirmişdir. Natiqin əvvəllər torpaq sahəsi özəlləşdirdiyinə şahid olmamışdır. 1-ci dəfə o, Natiq və Kənanla görüşdükdə onlar bu işin həll olunmasında hər ikisinin öz funksiyası olduğunu bildirmişdir. Natiq torpaq sahəsi ilə bağlı dövlət reyestrindən çıxarışı əldə etmək üçün “Ağsaqqal” adlı şəxslə danışdığı bildirmişdir. O, torpaq sahəsini Səfa ilə birlikdə aldığını demişdir. O, Səfanın iştirakı ilə torpaq sahəsinin özəlləşdirməsi ilə bağlı Kənan və Natiqə 50 000 manat pul vermişdir. Onun torpaq sahəsi 12 sot olsa da, həmin sənəddə 23 sot torpaq sahə yazılmışdır, bundan əlavə sənədin hüquqi əsası yox idi. O, arada zamin olduğu üçün torpağını satıb Cabilə 46 min manat vermişdir. Natiq ona sənədi verəndə həmin sənədin saxta olduğunu bilmirmiş və həmin sənədin saxta olub-olmadığını yoxlatmamışdır. İbtidai istinaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində bələdiyyə mülkiyyəti olan 1.92 ha boş torpaq sahəsini dostu Zərərçəkmiş şəxs3la şərikli almışdır. Həmin sahəni özəlləşdirməklə çıxarış əldə etmək istəmişdir. Lakin, torpağın özəlləşdirilməsi qaydasını tam olaraq bilmədiyindən, bu işlərin görülməsini Zərərçəkmiş şəxs3 xahiş etmişdir. Təxminən 2022-ci ilin may ayının əvvəlində Cümşüd ona zəng edərək Natiq adlı bir şəxslə tanış olduğunu, sonuncunun Nardaran və Ləhiş bağlarının ərazilərini yaxşı tanıdığını və torpaq sahələrinin özəlləşdirməklə çıxarış əldə edilməsi məsələsində əlaqələrinin geniş olduğunu və onun vasitəsi ilə torpağın özəlləşdirilməsi məsələsini həll edəcəyini bildirmişdir. O da buna etiraz etməmişdir. Cümşüd bir neçə gün sonra ümumi sahənin 0,12 ha torpaq sahəsini 3.000 manat müqabilində razılaşaraq həmin məbləği çatdırdığını bildirərək həmin şəxs tərəfindən təxminən 40-45 gün ərzində sənədi əldə edəcəyini bildirmişdir. Bundan başqa, O, təxminən 2022-ci ilin iyun ayının sonunda Cabil adlı qohumuyla görüşəndə zaman Cabil ondan Cümşüdlə şərikli olduğu Nardaran qəsəbəsində yerləşən torpaq sahəsini sənədləşdirə bilib-bilmədiyini soruşduqda Cabilə Cümşüdün torpağın sənədləşməsi ilə məşğul olan Natiq adlı tanışı vasitəsi ilə özəlləşdirilərək çıxarış alacağını bildirmişdir. Bu zaman Cabil ona Babək prospektində tikdiyi qeyri-yaşayış sahəsinin 0,6 ha torpağını özəlləşdirmək istədiyini və Cümşüddən həmin torpağın da özəlləşdirilməsində köməklik göstərməsini xahiş etmişdir. O, Cabilə Cümşüdlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Cümşüdlə görüşdüyü zaman, Cabilin Babək prospektində tikdiyi qeyri yaşayış sahəsinin yerləşdiyi 0,6 ha torpağını özəlləşdirmək istədiyini və ona tanışı Natiqin vasitəsi ilə köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Cümşüd Natiqlə danışıb xəbər edəcəyini demişdir. Səhəri gün həmin yerin mobil tətbiq vasitəsi ilə yerləşmə nöqtəsinin göndərilməsini və yerə aid sənədlərin surətini ondan istəmişdir. O da Cabilə bu barədə məlumat verib, Cabil də öz növbəsində yerin sənədlərinin surətini və yerləşmə nöqtəsini Cümşüdə göndərmişdir. Elə həmin ərəfələrdə Cümşüd onu Natiq və oğlu ilə görüşdürmüşdür. Görüş zaman, Natiqə qohumu Cabilin məsələsinə diqqətlə yanaşmasını və gələcəkdə hər hansı bir problemlə üzləşməməyi xahiş etmişdir. Natiq ona narahat olmamasını və bu işi həll edəcəyini bildirərək onu inandırmışdır. Təxminən bir neçə gün sonra Cümşüd ona zəng edərək Natiqlə danışdığını və həmin yerin sənədləşməsinin mümkün olduğunu, həmin ərazinin 46.000 manat müqabilində özəlləşdirməklə çıxarışının verilməsinin həll etməsinə söz verdiyini bildirərək Cabili xəbərdar etməsini və razı olubolmamasını dəqiqləşdirməyi tapşırmışdır. O da Cabilə bu barədə məlumat verdi, sonuncu da ona və Cümşüdə etibar etməklə inandığı üçün öz razılığını verərək onları sənədləşmə işini aparan şəxslə birlikdə ofisə dəvət etmişdir. Elə həmin tarixdə də, təxminən saat 15 radələrində o, Cümşüd və Natiqlə Bakı şəhəri, Əhməd Rəcəbli küçəsində “Şəki” restoranının dairəsi deyilən yerdə görüşdü və birlikdə Cabilin ofisinə yaxınlaşaraq sonuncu ilə Natiqi tanış etmişdir. Natiq Cabilə 46.000 manat müqabilində sənədləşmənin aparılacağını bildirdiyi üçün Cabil həmin məbləği Natiqə onların yanında sayıb təqdim etmişdir. Natiq də həmin məbləği götürüb və sənədləşmə işinin 3 ay müddətində həll olunacağını bildirərək çıxıb getmişdir. Təxminən 2022-ci ilin avqust ayının əvvəlində Cümşüd zəng edərək, Natiqin 0,12 ha torpaq sahəsinin çıxarışını verdiyini bildirərək 1.80 ha torpaq sahəsini özəlləşdirməklə çıxarışının əldə olunmasını da, Natiqlə danışıb həll etməyi təklif etmişdir. O da Cümşüdə razılıq vermişdir. Cümşüd Natiqlə qiymətini dəqiqləşdirib xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Cümşüd onunla görüşərək Natiqlə danışdığını və torpağın tam şəkildə özəlləşdirilməsi üçün 110.000 manat pul istədiyini və həmin məbləğin 90.000 manatının sənədləşmənin aparılması üçün ödəniləcəyini, 20.000 manat pulu isə özünə əziyyət çəkdiyi üçün istədiyini bildirmişdir. O, Cümşüddən Natiqin kimlə bu işləri gördüyünü dəqiqləşdirdiyi zaman o, Natiqin deməsinə görə, oğlu Kənan və adını çəkmədiyi yüksək vəzifədə işləyən şəxsin vasitəsi ilə bu işləri gördüyünü bildirmişdir. Cümşüd Natiqə həddindən çox inanıb etibar etdiyi üçün o da razılıq vermişdir. Bununla bağlı Cümşüd Natiqlə danışıb ilkin olaraq məbləğin bir hissəsini düzəldib verməyi, digər qismini isə bir neçə gün sonra verməyi razılaşdıracağını bildirmişdir. Daha sonra Cümşüd ona zəng edib görüşərək, Natiqlə danışdığını və ilkin olaraq işin başlanması üçün 50.000 manat pul verməli olduqlarını bildirərək pulu olmadığını və həmin məbləği tapmağı xahiş etmişdir. O da həmin məbləği dost tanışından borc alaraq toplamışdır. Bundan sonra Cümşüdlə birlikdə Natiqlə zəngləşib görüşmüşlər. Natiq həmin vaxt oğlu Kənanla görüşə gəlmişdir. O, Natiqin tələb etdiyi məbləği Cümşüdə verdi və sonuncu həmin məbləği Natiqə vermişdir. Natiq də həmin məbləği saymaq üçün oğluna vermişdir. Oğlu Kənan həmin məbləği idarə etdiyi avtomobilə əyləşərək saydı və atasına pulun düz olduğunu bildirmişdir. Natiq də oğluna həmin məbləği işi düzəldən adama çatdırmağı tapşırmışdır. Cümşüd isə yerdə qalan 60.000 manatı özü tapıb qısa müddət ərzində Natiqə çatdıracağına dair söz vermişdir. Natiq Cümşüdə pulu gecikdirməməyi tapşıraraq sənədləşmə işlərinin başlanacağını və bizə işin gedişatı barədə məlumat verəcəyini, elə işi gördüyü şəxslə görüşə gedəcəyini bildirib oğlu ilə çıxıb getmişdir. Bundan başqa Cümşüd görüşəndə İbrahim adlı tanışının ona 16.500 manat borcu olduğu üçün, həmin məbləği geri qaytarmasını tələb etdiyi zaman İbrahim Nardaran qəsəbəsində 0,32 ha torpaq sahəsi olduğunu, həmin ərazini satıb borcunu qaytarmaq istədiyini bildirsə də, torpağın çıxarışı olmadığından sata bilmədiyini, ondan həmin yerin sənədləşməsini həll etməklə yanaşı xərcini çəkməsini və satıldıqdan sonra sənədə çəkilən xərclə birlikdə borcunu geri qaytarmasını bildirdiyini demiş, lakin Cümşüd əlində pul olmadığını və həmin yerin sənədləşməsinin həlli üçün onun əvəzinə həmin pulu Natiqə tapıb verməyi xahiş etmişdir. O, Cümşüdə köməklik göstərməyə razılıq vermişdir. Cümşüd həmin yerin sənədləşməsi üçün Natiqə müraciət edəcəyini bildirmişdir. Bir müddət sonra Cümşüd ona Natiqlə danışdığını və sonuncunun 35.000 manat müqabilində özəlləşdirməyi təşkil edəcəyini razılaşdırmışdır. O, həmin vaxt Cümşüdə çox baha qiymət olduğunu dediyi zaman, Cümşüd həmin torpağın əvvəllər sənədləşməsinə guya 60.000 manat pul tələb olunduğunu, lakin Natiqin verdiyi təklifin çox yaxşı olduğunu bildirdiyindən üçün o da bir-iki tanışından borc alıb köməklik edəcəyini bildirmişdir. O, həmin məbləği toplayıb Cümşüdə zəng edərək tapdığını bildirmişdir. Cümşüd ondan Natiqlə görüşmək üçün Maştağa qəsəbəsinə gəlməyi xahiş etmişdir. O da Cümşüdlə zəngləşib həmin tarixdə Maştağa qəsəbəsində yerləşən Kirov dairəsi deyilən əraziyə çatmamış yolun kənarında, adını xatırlamadığı kafedə görüşmüşlər. Bir qədər sonra Natiqlə oğlu Kənan da həmin kafeyə gəlmişlər. Onlar söhbət edərkən Natiq onlara 0,32 ha torpaq sahəsinin sənədləşmə işlərini tez bir zamanda həll edəcəyinə dair vəd vermişdir. Onlar kafeni tərk edib çöldə dayanarkən o, maşından 35.000 manat pulu götürüb Natiqə vermişdir. Natiq Cümşüdlə birlikdə sonuncunun maşınına əyləşib getmişlər. Kənan da öz maşını ilə ordan uzaqlaşmışdır. Təxminən 2022-ci ilin sentyabr ayının əvvəlində Cümşüd ona zəng edərək təcili görüşməyi xahiş etmişdir. O, Cümşüdlə birlikdə evlərinin yaxınlığında görüşmüşdür. Həmin vaxt Cümşüd ona Natiqin 0,12 ha ərazi üçün təqdim etdiyi çıxarışın üzərində olan qalaqramı mobil telefonla oxutdurduğu zaman həmin çıxarışın başqa bir şəxsin adına olmasını aşkar etdiyini, Natiqin təqdim etdiyi sənədin saxta olmasını və sonuncu tərəfindən aldanıldığını bildirib onları şikayət etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumilikdə 88.000 manat pul vermişdir, həmin məbləğin 30.000 manatını onlar tərəfindən geri qaytarılmış, 58.000 manat ziyan isə hələ də ödənilməmişdir. Cinayət prosesi iştirakçılarının suallarını Zərərçəkmiş şəxs4 cavablandırmışdır. Onun dediklərinə görə Cümşüd Natiqin “əmlak” komitəsində çalışan şəxs vasitəsilə torpaq sahələrini özəlləşdirəcəyini bildirmişdir. Nardaranda olan torpaq sahəsi barəsində məhkəmə qətnaməsi və icra hakimiyyətindən sənədlər olsa da, torpaq sahəsinin çıxarışı yox idi. Ona şəxsən ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs1 20.000 manat və 10.000 manat vermişdir. Natiq Əmlak komitəsində çalışan tanışı vasitəsilə torpağın özəlləşdirəcəyini bildirmişdir. Səfa torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı pul vəsaitlərini Natiqə versə də, həmin pulların kimə çatacağını bilməmişdir. Natiqə verdiyi pul vəsaitinin rüsum və ya digər ödəniş olub-olmadığını bilmir. Natiq ona geri qaytardığı 30.000 manatı oğlu Kənan tərəfindən göndərildiyini bildirmişdir. İbtidai istinaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Yerdə qalan 58 000 manat pulun təqsirləndirilən şəxslər tərəfindən ödənilməsini tələb etmişdir. Torpaq sahəsi onun tərəfindən hasarlansa da, hələ də həmin torpaq sahəsi üzrə çıxarış əldə edə bilməmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, həmyerlisi Zərərçəkmiş şəxs4 təxminən 3 il əvvəl Nardaran qəsəbəsi ərazisində 1.92 ha boş torpaq sahəsini dostu Cümşüdlə şərikli aldığını eşitmiş, onunla 2022-ci ilin yay aylarında görüşdüyü zaman Səfa həmin torpaq sahəsini dostu Cümşüdün tanışı vasitəsi ilə özəlləşdirməyə adam tapdığını bildirmişdir. Elə aralarında olan söhbət zamanı ona Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən 0,6 ha torpaq sahəsi olduğunu və həmin torpaq sahəsində inşa edilmiş tikiliyə çıxarış alsa da, torpağını özəlləşdirmək istədiyini bildirib, dostu Cümşüdlə danışıb sonuncunun tanışı vasitəsi ilə onun da torpağını özəlləşdirilməsində köməklik etməsini xahiş etmişdir. Səfa da, Cümşüdlə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Səfa ona zəng edərək Cümşüdün tanışlarının gedib həmin torpağa baxmaq istədikləri üçün ünvanı dəqiqləşdirmiş, o, ona torpağın yerləşdiyi yerin ünvanını, sənədlərinin surətini göndərmişdir. Bir neçə gün sonra Səfa ona zəng edərək Cümşüdün tanışının həmin torpaq sahəsini sənədləşməsinin mümkün olduğunu bildirdiyini və həmin ərazinin 46.000 manat müqabilində özəlləşdirilməklə çıxarışının verilməsinin həll ediləcəyini bildirərək fikri olduğu, zaman görüşdürə biləcəyini ona təklif etmişdir. O, da səhhətində olan xəstəliklə bağlı müvafiq qurumlara gedib növbələrdə qalacağını düşündüyü və Səfanın dediyi torpağın özəlləşdirilməsi müqabilində verilməli olan məbləğ onu qane etdiyindən, Səfaya və Cümşüdə etibar etdiyi üçün Səfaya zəng edərək razılığını bildirmiş və onları xx.xx.2022-ci il tarixdə sənədləşmə işini aparan şəxslə birlikdə Bakı şəhəri Nərimanov rayonunda Əhməd Rəcəbli küçəsində «Şəki» restoranı dairəsinin yaxınlığında yerləşən ofisinə dəvət etmişdir. Həmin tarixdə də, təxminən saat 15 radələrində Səfa, Cümşüd və Natiq adlı şəxs onun ofisinə gəlmişlər. Görüş zamanı Cümşüd Natiqlə onu tanış etmiş və torpağın sənədləşmə işlərini Natiqin tanışı vasitəsi ilə həll olunacağını bildirmişdir. O, Natiqdən hansı qaydada və müddətdə sənədləşmə işlərinin tamamlanacağını maraqlandıqda, Natiq ona 3 ay müddətində sənədləşmə işlərinin həll olunacağını bildirərək onu əmin etmişdir. O, da Natiqin ciddi şəxs olduğunu və sənədləşmə işlərindən anlayışı olduğunu gördükdə tələb olunan məbləği yəni, 46.000 manat pulu sayıb masanın üzərinə qoymuş və Cümşüdlə Səfaya onları tanıdıqları üçün etibar edib həmin məbləği Natiqə verdiyini bildirmişdir. Natiq həmin məbləği götürüb Cümşüdlə birlikdə ofisi tərk etmişlər. Səfa isə onunla biraz ofisdə qalıb söhbətləşmiş, söhbət zamanı da, onu və Cümşüdü tanıdığı üçün həmin məbləği Natiqə verdiyini və gələcəkdə hər hansı bir problemlə üzləşmək istəmədiyini ona bildirmişdir. Lakin bir neçə ay sonra ona məlum olmuşdur ki, Natiq və onun oğlu Kənan adlı şəxs Cümşüdün vasitəsi ilə tanış olduğu şəxslərdən o cümlədən ondan və Səfadan müəyyən məbləğdə pul vəsaitlərini torpaq sənədləşməsi adı ilə aldadaraq ələ keçirmişdirlər. O, əvvəllər Natiqi və oğlunu tanımamış, Natiqin torpağın sənədləşməsini kimin vasitəsi ilə həll edəcəyini bilməmişdir. Natiq ondan aldığı 46.000 manat pulu alıb qaytarmamışdır (cild 1, iş vərəqi 223-226). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin avqust ayının axırlarında tanışı Ramiz adlı şəxs onunla görüşərək Həsən adlı tanışının olduğunu və tanışının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində boş torpaq sahəsi olduğunu və həmin torpağı özəlləşdirmək üçün hüquqi məsləhət almaq istədiyini bildirmişdir. Bundan sonra o, Ramizə Həsənə onun nömrəsini verməsini və əlaqə saxlamasını bildirmişdir. Bundan sonra o, Həsən ilə Kənanın yaşadığı evin yaxınlığında görüşmüşlər. Həsən görüşə gələn zaman yanında Kənan adlı şəxs də olmuşdur. Onlar orada söhbət aparan zaman Kənan ona Nardaran qəsəbəsi ərazisində tanışına məxsus olan torpaq sahələrinə məxsus sənədləri ona göstərərək oranı özəlləşdirmək üçün ondan məsləhətlər almışdır. Kənana onunla müqavilə bağlamasını yalnız bundan sonra müvafiq sorğular verərək hüquqi yardım göstərə biləcəyini bildirmişdir. Bundan sonra o, 24 mart 2022-ci il tarixdə Kənan ilə xidməti müqavilə bağlayaraq sonuncudan 1.000 manat xidmət haqqı almış və bundan sonra bu barədə Lyudmila xanıma məlumat vermişdir. Lakin ona heç bir ödəniş etmədiyi və etibarnamə vermədiyi üçün heç bir quruma həmin sənədlərin arxivdə qeydiyyatının olub-olmaması barədə sorğu göndərməmiş, təxminən 2022-ci ilin sentyabr ayının ortalarında o, Kənan və Həsənlə Nərimanov heykəlinin yaxınlığında görüşmüşdür. Görüş zamanı Kənan ona ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin olduğunu və orada təmir işləri aparılacağını özünün orada görüləcək işləri həyata keçirəcəyini və buna görə də, sifarişçi ilə müqavilə bağlayacağını bildirərək ondan həmin müqaviləni hazırlamağı xahiş etmişdir. O, həmin müqaviləni hazırlayaraq verdiyi e-mail adresinə göndərmiş və Kənan müqavilə baş tutacağı təqdirdə 2.000 manat verəcəyini bildirmişdir, lakin heç bir pul vəsaiti verməmişdir. O, 19 sentyabr 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırılmışdır. O, orada bilmişdir ki, Kənan atası ilə birlikdə Cümşüd adlı şəxsdən torpaq özəlləşdirməsi adı ilə pul alıb, guya həmin pulun 90.000 manatını ona verdiyini bildirmişdir. Onun dediyinə görə Kənan tam yalan danışır. O, Kənandan xidmət göstərilməsi müqabilində qanuni olaraq qəbz əsasında 1.000 manat pul aldığını bildirmişdir. Başqa bir məbləğ almadığını demişdir. Şahid1 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 1000 manat pulu müvafiq sorğular verərək hüquqi yardım göstərmək üçün almışdır. Təqsirləndirilən şəxs2 ona etibarnamə vermədiyindən müvafiq sorğuları göndərə bilməmişdir. Torpaq sahəsinə isə baxış keçirib-keçirmədiyini xatırlamır. Torpaq sahəsi ilə bağlı sənədlərin həqiqiliyini müəyyən etmək üçün sorğu verməli olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2021-ci ilin oktyabr ayında Vüqar adlı alqı-satqı işi ilə məşğul olan tanışı ona zəng edərək torpaq sahəsi satıldığı barədə məlumat vermişdir. O, Vüqara torpağın sənədinin foto şəklini göndərməyini və həmin yeri ona göstərməyi bildirmişdir. Vüqar ona «WhatsApp» mobil tədbiqi vasitəsi ilə X2 adına Ləhiş bağlarında 0,25 ha ölçüdə 3620 №-li Bağlar idarəsinin müqaviləsini göndərmişdir. O, sənədin şəklinə baxdıqdan sonra birlikdə həmin torpağa baxmışdır. Torpağa aid olan sənədlər köhnə olduğundan o, Vüqara həmin torpağa çıxarış alınacağı təqdirdə ala biləcəyini bildirmişdir. Vüqar torpağı satan şəxslə danışıb xəbər edəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə Vüqar ona «WhatsApp» mobil tətbiqi vasitəsi ilə zəng edərək torpaq sahibinin razı olduğunu bildirərək həmin sahədə görüşmüşlər. Torpağı satan şəxs Təqsirləndirilən şəxs2la tanış olmuşdur. Kənan həmin torpağın babasının olduğunu bildirmişdir. Belə bir razılaşmaya gəlmişlər ki, Kənan həmin torpağa çıxarış aldıqdan sonra o, sonuncudan torpağı alacaq. Həmin torpağa çıxarış aldıqdan sonra qiymət barədə söhbət aparılacağını razılaşmışlar. Artıq 2022-ci ilin yanvar ayının əvvəlində Vüqar ona zəng edərək Kənan tərəfindən çıxarışın əldə olunduğunu və torpağı satmaq istədiyini bildirmişdir. O da razılıq verdiyi üçün torpaq sahəsində birlikdə görüşüb qiyməti razılaşdırmağı təklif etmişdir. Elə yanvar ayının əvvəli o, Kənanla təkrar görüşmüş, sonuncu ona sənədləri göstərmiş və sənədlərin qanuni olmasını görüb almağa razılıq vermiş, Kənan ona təcili pul lazım olduğunu bildirdiyi üçün o, Kənana 2.000 manat beh vermişdir. Daha sonra həmin torpağı ucuz alacağını lakin, Kənana verəcəyi puldan Vüqara da hörmət etməli olduğunu və torpağın alqı-satqı xərclərinin biraz çox çıxacağını düşünmüşdür. Əvvəllər Cavid adlı tanışı ona həmin ərazilərdə yenə torpaq almaq istədiyini bildirdiyi üçün həmin torpağı ona satmaqla qazanc əldə etməyi düşünmüşdür. Bu məqsədlə Cavidlə əlaqə saxlayıb Cavidə 19.000 manata belə bir torpaq satıldığını bildirmişdir. Cavid həmin ərəfələrdə Almaniyada olduğu üçün almaq istədiyini və bununla bağlı qardaşı Hüseynlə əlaqə saxlayaraq gedib torpağa baxmağı tapşırmışdır. Bir neçə gün sonra Hüseyn ona zəng etmiş və görüşüb həmin torpağı göstərmişdir. Hüseyn həmin torpağı almağa razı oiduğu üçün o, Kənanın istifadəsində olan ********** mobil nömrəsinə zəng edərək yanvar ayının 10- 12 arası (tarixi dəqiq xatırlamıram) alqı-satqıya getməyi təklif etmişdir. Kənan onunla razılaşdığı üçün o, Hüseyn və Kənan Əmiak məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət kadastr və reyestri publik hüququ şəxsin «Əmlak xidmətləri məkan» adlanan idarəsinə getmişlər və orada fəaliyyət göstərən notarit kontorunda Hüseynlə Kənan torpağın alqı satqısını həyata keçirmişlər və Hüseyn həmin torpağın müqabilində Kənana bank vasitəsi ilə 19.000 manat məbləğində pulu ödəmiş və alqı-satqı müqaviləsi əsasında torpağın öz adma keçirilməsi ilə bağlı «Əmlak xidmətləri məkan» idarəsinə müraciət etmiş və həmin sənədin ayın axırında hazırlanacağını bildirmişlər. Hüseyn getdikdən sonra Kənan hesabında olan məbləğdən torpağın satılmasına dair vergi və alqısatqı xərcləri tutularaq təxminən 17.000 manat pulu əldə etmiş, 2.000 manat beh verdiyi həmin məbləğdən 10.000 manat məbləğini özünə götürmüş, digər 7.000 manatı isə ona vermiş və turizmlə bağlı işi olduğu zaman ona müraciət edəcəyini bildirib getmişdir. O da həmin məbləğdən hörmət olaraq (məbləği xatırlamır) Vüqara vermişdir. Digər məbləği isə özü üçün qazanc əldə etmişdir.. Kənan ona zəng edərək İstanbula və Milana getmək istədiyini deyib bir dəfə bilet almaq istədiyini bildirərək öz pasportu ilə Samirə Manafova adlı bir xanımın pasportunu ona «WhatsApp» mobil tətbiqi vasitəsi göndərmişdir ki, bilet yazdırsın, lakin, biletin pulunun öncədən ödənilməsini və daha sonra bilet yaza biləcəyini bildirdiyi üçün Kənan ondan bilet almamışdır. O, Zərərçəkmiş şəxs3 tanımamış, Təqsirləndirilən şəxs2 ona hər hansı sənəd təqdim etməsindən məlumatı olmamışdır (cild 1, iş vərəqi 232-236). Məhkəmədə tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər optik eynəklərin ölkəyə idxalı və satışı ilə məşğul olan "xxxx" MMC-də müdir müavini işləmişdir. Təqsirləndirilən şəxs2 MMC-də işlədiyi müddətdən tanımışdır. Təqsirləndirilən şəxs2 həmin MMC-də menecer vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 təxminən 2021-ci ildə işdən ayrılmışdır. Bir qədər sonra o da işdən çıxmışdır. Həmin müddətdən sonra Kənanla ara bir zəngləşib görüşmüşdür. Təxminən 2022-ci ilin iyul ayının sonlarında Kənan atasının tanışlarına məxsus Nardaran qəsəbəsində yerləşən torpaq sahələrinin özəiləşdirilərək çıxarışının alınmasını həll edə biləcək şəxs tapmağı və iş alındığı təqdirdə ona hörmət edəcəyini bildirmişdir. Onun da həmin ərəfələrdə maddi imkanı olmadığından, pula ehtiyacı olmuşdur. Həmçinin həmin ərəfələrdə Kənanın ona təxminən 7.000 manata yaxın borcu olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 mağazadan onun adına kreditlə iki ədəd «İphone» markalı mobil telefon götürmüş, lakin, kreditini ödəmədiyi üçün həmin kreditin bir qismini o, ödəmişdir. X17 əvvəllər Əmlak komitəsində işlədiyini düşündüyü üçün Nigar Əhmədovaya belə bir torpaq sənədləşməsi olduğunu və onun tanışına köməklik göstərməyi xahiş etmişdir. Nigar həmin komitədə işləmədiyini lakin, sənədlərə baxdığı zaman sənədləşmə işləri ilə bağlı prosedur qaydasını öyrənib ona deyəcəyini bildirmişdir. Bundan sonra o, Nigarın istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək Kənanla birlikdə Xutor qəsəbəsində görüşmüşlər. Kənan özü ilə təxminən 16-17 torpaq sahəsinə məxsus sənədlərin surətlərini Nigara göstərmişdir. Nigar həmin sənədlərə baxdığı zaman maraqlanıb, onlara xəbər deyəcəyini bildirmişdir. Bundan sonra Nigar ondan 1.000 manat borca pul istəmiş, onun həmin ərəfədə pulu olmadığından Kənana ona olan borcundan Nigara 1.000 manat pul verməyi tapşırmışdır. Kənan da Nigarla zəngləşib Nigarın kartına həmin pulu göndərmişdir. Bir müddət sonra Nigar Kənanın göstərdiyi sənədlərin özəlləşdirməyə yaramadığını bildirdiyi üçün Nigarla bir daha görüşməmişlər. Nigara da torpaq sənədləşməsi ilə bağlı hər hansı məbləğdə pul verilməmişdir. Bundan sonra Kənan ona torpağın sənədləşməsi ilə bağlı şəxslərdən müəyyən məbləğdə pul aldığını və həmin sənədləşməni həll etmək üçün bir hüquqşünas tapmağı ona tapşırmışdır. O da Kənana qonşusu Ramizin hüquqşünas tanışı olduğunu və sonuncuya müraciət edə biləcəyini Kənana bildirmişdir. Bununla bağlı Ramizə müraciət etmiş və Ramizin vasitəsi ilə Şahid1 adlı şəxslə zəngləşib görüşmüşlər. S.Vurğun küçəsində yerləşən «Brut Kofe» kafesində xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs2la birlikdə Şahid1lə görüşmüşlər. Təqsirləndirilən şəxs2la Şahid1 tanış etdikdən sonra K.Təqsirləndirilən şəxs2 Tağıyevə tanışlarının Nardaran qəsəbəsi ərazisində torpaq sahələrini sənədləşdirmək istədiyini bildirmiş və həmin torpaqlara aid sənədləri Şahid1 təqdim edərək həmin sənədlər əsasında torpaq sahələrini özəlləşdirməklə çıxarış almağın mümkün olub-olmamasını və Şahid1 həmin sənədləri hüquqi cəhətdən yoxlamağı xahiş etmişdir. Şahid1 Təqsirləndirilən şəxs2 müqavilə bağlamasını, etibarnamə əsasında müvafiq sorğular verərək sonuncuya hüquqi yardım göstərə biləcəyini, xidməti müqavilə bağlayaraq 1.000 manat xidmət haqqı alacağını bildirmişdir. K.Təqsirləndirilən şəxs2 Tağıyevlə razılaşdığı üçün elə orada razılıq və sair sənədlər aralarında, imzalansa da, Təqsirləndirilən şəxs2 həmin vaxt Şahid1 ödəniş etməmiş və bir neçə gün sonra ödəniş edəcəyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs2 razılıq verdiyi üçün Təqsirləndirilən şəxs2 xatırlamadığı təxminən 17 ədəd müxtəlif şəxslərə aid torpaq sənədlərini və 1 ədəd İcra hakimiyyətinin sərəncamının surətlərini Şahid1 vermişdir. Şahid1 ödəməni aldığı zaman etibarnamə alıb həmin sənədlərlə bağlı müxtəlif sorğular verəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək Şahid1lə görüşüb Şahid1 xidmət haqqı üçün pulu aparıb verməyi xahiş etdiyi üçün Təqsirləndirilən şəxs2la birlikdə «Brut Kofe» kafesinin qarşısında Şahid1lə zəngləşib görüşüb 1.000 manat pulu sonuncuya ödəmiş, Şahid1 də Təqsirləndirilən şəxs2 ödənişlə bağlı qəbz yazıb vermiş və onlar həmin tarpaqlara baxmağa getmişlər. Təqsirləndirilən şəxs2 Nardaran qəsəbəsində nənəsinə aid torpaq sahəsi olduğunu və oranı da, özəlləşdirmək istədiyini lakin, sənədi olmadığını Şahid1 bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs2 həmin ərazinin arxiv sənədi olmadığı üçün oranı özəlləşdirməkdə köməklik edə bilməyəcəyini bildirmişdir. Daha sonra bir və iki torpaq sahələrini də Şahid1 göstərmiş, həmin sahələrin biri çox böyük olmuşdur. Torpaqlara baxdıqdan sonra Şahid1 torpaqlara aid sənədlərlə bağlı sorğular verib mümkün olduğu qədər hüquqi cəhətdən köməklik edəcəyini bildirmiş və onlar şəhərə qayıtmışlar. Təqsirləndirilən şəxs2 ona və Şahid1 həmin torpaqların sahiblərindən həmin torpaqlarının özəlləşdirilməsi müqabilində pul aldığını da bildirmişdir. Lakin məbləği dəqiq xatırlamamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə Şahid1 ona zəng edərək Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla mübarizə Baş idarəsinə çağırıldığını, Təqsirləndirilən şəxs2 və sonuncunun atası tərəfindən şərləndiyini, guya torpaq özəlləşdirməsi adı ilə ona 90.000 manat pul verdiklərini dediklərini bildirmişdir. O, bu xəbəri eşidəndə çox üzülmüşdür. Təqsirləndirilən şəxs2 yalan olaraq məlumat verdiyinə əmin olmuşdur. K.Təqsirləndirilən şəxs2Tağıyevlə aralarında bağlanmış müqavilənin xidmət haqqısını belə onun iştirakı ilə ödəyən adam olmuşdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 atasının tanışlarından torpaqların özəlləşdirilməsi müqabilində pulları 2022-ci ilin may-avqust aylarında aldıqlarını, iakin. Şahid1 avqustun axırı tanıdıqlarını, sentyabr ayında isə torpaqları göstərdiklərini bildirmişlər. O, Təqsirləndirilən şəxs2 və atası Təqsirləndirilən şəxs1 səmimi ifadə vermələrinə inanmamışdır. Təqsirləndirilən şəxs2la birlikdə K.Tağıvevlə tanış olub görüşdükləri zaman Şahid1, hər hansı bir torpaq sahəsinə çıxarış veriiməsi üçün köməklik göstərməsi müqabilində kimlərəsə rüşvət verilməsi üçün pul istəməmiş və ya hər hansı bir vəzifəli şəxslərlə əlaqələrinin olmasını və həmin şəxslərin vasitəsi ilə pul müqabilində köməklik göstərməsinə dair vəd vermişdir. Şahid1 müqavilə əsasında müxtəlif qurumlara yəni, arxivə, torpaq şöbəsinə sorğular verib sənədlərin qanuni olub-olmamasını dəqiqləşdirməli olmuşdur. Lakin, K.Təqsirləndirilən şəxs2 Tağıyevə etibarnamə vermədiyindən Şahid1, sorğular göndərməmişdir. Elə həmin ərəfələrdə də, Şahid1 şikayət olunduğu üçün həmin sənədləri araşdırmaya təqdim etmişdir (cild 1, iş vərəqi 177-180). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları, yəni torpaq sahələrinin sənədləşdirilməsi üçün Təqsirləndirilən şəxs1 ümumilikdə 146.000 manat pul verildiyini, onunla hər hansı bir məbləğdə pul bölüşdürmədiyini Təqsirləndirilən şəxs1 üzünə deməklə sonuncunu ifşa etmişdir (cild 1, iş vərəqi 247-256). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, yəni onu və oğlu Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayının sonlarında tanımasını, ondan və oğlu Təqsirləndirilən şəxs2 90.000 manat pul almamasını Təqsirləndirilən şəxs1 üzünə deməklə sonuncunu ifşa etmişdir (cild 1, iş vərəqi 257-260). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları, onu və atası Təqsirləndirilən şəxs1 2022-ci ilin avqust ayının sonlarında, tanımasını, ondan və atasından 90.000 manat pul almamasını Təqsirləndirilən şəxs2 üzünə deməklə sonuncunu ifşa etmişdir (cild 2, iş vərəqi 158-164). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı X12 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı Nigar Əhmədova ifadəsində göstərdiyi xüsusatları yəni onu Şahid2 vasitəsilə tanımasını, ondan hər hansı bir torpaq sənədləşməsi müqabilində pul istəməməsi və almamasını Təqsirləndirilən şəxs2 üzünə deməklə sonuncunu ifşa etmişdir (cild 2, iş vərəqi 165-169). Cinayət işinin materiallarında olan üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları, yəni onu Şahid1lə və Nigar Əhmədova ilə tanış etsə də Təqsirləndirilən şəxs2 tərəfindən onlara torpaq sənədləşməsi üçün 90.000 manat pul verilməməsini Təqsirləndirilən şəxs2 üzünə deməklə sonuncunu ifşa etmişdir (cild 2, iş vərəqi 170-175) Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və sonuncunun oğlu Təqsirləndirilən şəxs2 ilə görüşləri zaman aralarında aparılmış danışıqların audio yazısı olan 1 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzərində yazısı olmayan ağ rəngli diskə daxil olarkən müəyyən edildi ki, içərisində 1 ədəd AUD-2O22O918-WAO0O0 audio fayl aşkar edildi. Həmin fayla daxil olduqda, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aralarında danışıqların aparılması müəyyən edilmişdir. Aparılmış danışıqlar zamanı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 restoranda əyləşib yemək sifariş veririər, aralarında aparılmış danışıqlar zamanı Zərərçəkmiş şəxs4 borcu olduğunu, tezliklə torpağın sənədləşməsini həll edib daha sonra həmin torpaqları satıb borcunu ödəməyi düşündüyünü bildirərək bu məsələnin uzandığından narazı olduğunu bildirdiyi zaman, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 sənədləşmə aparılması üçün yaxın günlərdə pulu ödəyəcəyinə dair söz verir, Natiq ona 40.000 yox 50.000 manat pul verməli olduğunu xatırladaraq, Zərərçəkmiş şəxs3 həmin məbləği gecikdirdiyini və işin uzandığını bildirərək iradını bildirir, Zərərçəkmiş şəxs3 isə ona bu qədər pul vermişik hər-hansı bir problem yaşanmadığını bildirir. Təqsirləndirilən şəxs1 isə ona pulu elə belə xərcləmək üçün almadığını, həmin pulu işin həlli üçün aldığını, işinin düzəlmədiyi təqdirdə ondan səbəbini tələb etmək hüququnun olduğunu bildirərək “sən məni adamımnan elədin” sözlərini deyərək sənədlərin onda olduğunu və Cümşüdə həmin işin həlli üçün pulu vaxtında çatdırmadığı üçün həmin adamın onun zənglərinə cavab vermədiyini, iş gördüyü adamın yuxarı vəzifəli şəxs olduğunu və bir başa zənglə işi həll etdiyini, sənədin arxivinin olub-olmamasının ona maraqlı olmadığını, onun göstərişinin dərhal icra olunduğunu, ona hər zaman zəng edə bilmədiyini, heç onun belə hər zaman, telefona cavab vermədiyini, hərdən bir nömrədən ona zəng edərək ona hər dəqiqə zəng etməməsini tapşırdığını bildirir. Zərərçəkmiş şəxs4 ondan həmin sənədi hansı yolla həll etdiyini soruşduqda, Təqsirləndirilən şəxs1 ona sizin məsələ həll olunduqdan sonra ona danışacağını bildirir. Təqsirləndirilən şəxs1 5-10 min manat pul qazanmaq istədiyini, onlardan alınmış puldan ona bir şey qalmadığını, onun da problemi olduğunu, evinin hansı şəraitdə olduğunu gördüyünü Cümşüdə deyir. Bundan başqa həmin məbləği vaxtında verməli olduğunu, nahaq yerə ləngitdiyini, sonuncu dəfə alınmış 35.000 manatın üstünü düzəldib 50.000 manat edib versəydi bu problemlərin olmadığını Cümşüdə bildirir. Cümşüd isə torpağını satıb ona üçüncü günə kimi pulu verəcəyini bildirir. Bu zaman Təqsirləndirilən şəxs2 onların yanına gəlir, Natiqin ona bir neçə dəfə zəng etdiyini, Damla restoranına gəldiklərini xəbər vermək istədiyini bildirir. Daha sonra Kənan torpağa gedib baxdıqlarını atasından soruşur, sabah gəlib yeri çəkəcəklərini, yerin təmiz olmasının şərt olduğunu bildirir. Cümşüd isə ona əvvəllər ona aid torpaqda qamış olduğu halda gəlib yeri çəkdiklərini və hər-hansı bir problem olmadığını bildirir. Natiq Cümşüdə bir traktor çağıtdırıb yeri təmizlətməsini və yerin normal vəziyyətə gətirildiyi zaman yerin ölçülərinin aparılmasını həll ediləcəyini bildirir. Cümşüd torpağın ölçüsünün aparılması üçün müzakirələr aparır, Kənan Cümşüddən torpağın sabaha təmizlənməsini həll edibetməyəcəyini soruşduğu zaman Cümşüd çalışıb həll edəcəyini bildirir. Natiq isə ona məsləhət verərək bir-iki fəhləni çağırıb həll edilə biləcəyi bildirir. Kənan isə təmizləndiyi zaman ora gedib yerində baxıb məsləhətləşməyi təklif edir və adını çəkmədiyi şəxsin yerin kənarında olan hasarın üç daş qaldırılmasının tələb oluna biləcəyini bildirir. Bu zaman Səfa Cümşüdə yeməklərini yeyib qurtardıqdan sonra gedib topağı təmizlətməyi və bu sənədləşmə işini bitirməyi təklif edir. Cümşüd isə həmin yeri birinci günə hazır etməyə çalışacağını bildirir (cild 1, iş vərəqi 77-79). Cinayət işinin materiallarında olan Şahid3 təqdim etdiyi mobil telefonuna Təqsirləndirilən şəxs2 tərəfindən “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərdiyi Bağlar idarəsinin müqaviləsinə, çıxarışa, torpağın texniki pasportuna və etibarnamələrinin fotoşəkillərinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısı aparatının Bağlar Təsərrüfatının inkişafı və X10 ərazisində 3620 №-li bağın istifadəyə verilməsi haqqında 15586 saylı müqaviləsi üzrə xx.xx.2007-ci il tarixdə Sabunçu rayonunun Ləhiş ərazisində 0,25 hektar torpaq sahəsi Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 28 mən 1-də yaşayan X4 ayrılmış, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli etibarnamələrdən görünür ki, X6 və onun arvadı X1 tərəfindən Təqsirləndirilən şəxs2 etibarnamə verilmiş, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın **********87 reyestr nömrəli «Çıxarış”ın və həmin tarixli «torpaq sahəsinin planı və ölçüsü” barədə sənədlərin surətlərindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3620 saylı 0,1182 ha ölçüdə torpaq sahəsi X2 mülkiyyətindədir. Həmin çıxarışın «QR” kodu oxunduğu zaman, X8 ilə aiqı satqı aparıldığı üçün həmin torpaq sahəsinin sonuncunun mülkiyyətində olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 237-245). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 tərəfindən atası vasitəsi ilə Zərərçəkmiş şəxs3 təqdim olunmuş ********** qeydiyyat №-ii, ********** reyestr №-li, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş «çıxarış” və həmin tarixli «torpaq sahəsinin planı və ölçüsü” barədə sənədə baxış keçirilməsi haqqında xx.xx.2022ci il tarixli protokoldan görünür ki, həmin sənədlər Zərərçəkmiş şəxs3 adına hazırlanmış, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 6626 saylı bağ sahəsinə aid xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş «çıxarış” və həmin tarixli «torpaq sahəsinin planı və ölçüsü” barədə məlumatlar vardır (cild 1, iş vərəqi 80). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs1 tərəfindən ona “WhatsApp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin qəbzinin mobil telefonundan çəkilmiş fotoşəkilinə baxış keçirilməsi haqqında 04 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Natiq Heci” tərəfindən 21 iyul tarixdə saat 01:07də “Whatsapp” mobil tətbiqi vasitəsi ilə göndərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin ağ rəngli, düz bucaqii kağızdan olan qəbzin fotoşəkili vardır, həmin qəbzin üzərində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəiəiəri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 sayiı Bakı Ərazi İdarəsi, sənədin № **********, qeydiyyat tarixi: xx.xx.2022, son icra tarixi; xx.xx.2022, Hazır sənədin yalnız həmin şəxsin özünə və ya etibarnamə üzrə nümayəndəsinə təqdim edilə bilər, 193 rəqəmləri və sözləri qeydə alınmışdır (cild 1, iş vərəqi 301-302). Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 22324 nömrəli məktubla daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd CD-R diskə baxış keçirilmə haqqında 29 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan məlumatlara baxış keçirilən zaman Şahid1 məxsus (050) ***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** mobil nömrəsi arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək çoxsaylı telefon danışıqları olmuşdur. Bundan başqa Şahid1 məxsus (050) ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 digər (051) ***-**-** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 16:42:57-də 323 saniyə, xx.xx.2022-ci il tarixdə saat 16:56:33-də 180 saniyə müddətlərinə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon nömrəsi ilə Şahid1 məxsus (051) ***-**-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 21:43:52-də 292 saniyə, xx.xx.2022-ci il tarixdə saat 11:09:59-da 85 saniyə müddətlərinə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon nömrəsi ilə Şahid3 məxsus (055) ***-**-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə 14:49:39-da 58 saniyə, xx.xx.2022-ci il tarixdə saat 21:15:20-də 145 saniyə, xx.xx.2022-ci il tarixdə saat 13:40:01-də 455 saniyə, saat 14:05:38-də 133 saniyə müddətlərinə telefon danışıqları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon nömrəsi ilə Nigar Əhmədovaya məxsus (070) ***-**-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 10:58:45-də 76 saniyə, saat 11:01:18-də 25 saniyə, saat 11:40:45-də 162 saniyə, saat 11:48:20-də 73 saniyə, saat 11:51:54-də 590 saniyə, saat 12:03:31-də 312 saniyə, saat 20:12:25-də 456 saniyə, xx.xx.2022-ci il tarixdə saat 10:17:36-da 662 saniyə, saat 11:07:16-da 135 saniyə, xx.xx.2022-ci il tarixdə saat 22:23:31-də 422 saniyə, xx.xx.2022-ci il tarixdə saat 15:37:54-də 167 saniyə, saat 18:44:57-də 128 saniyə telefon danışığı olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** telefon nömrəsi, Şahid2 məxsus (050) ***-**- ** və (050) ***-**-** telefon nömrələri arasında uzun müddətli danışıqlar aparılmışdır. Bundan başqa Şahid1 məxsus (050) ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 20:52:52-də “Salam uyğun vaxtada elaqe saxlayarsan” məzmunlu, saat 20:53:07-də “Yaxshi məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 17:00:08-də “Ehmed recebli 16 metre nin 8.50 metreye." məzmunlu, xx.xx.2022-ci ü tarixdə saat 16:35:52-də **********560823 “84azn ve 52azn.” məzmunlu, xx.xx.2022- ci il tarixdə saat 13:38:49-da “Salam kanan men 1 saata ofisde olacam gelersen” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 12:30:30-da “Salam temizlediler nardaranı konkret desinler” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 09:32:48-də “**********50353 - leo bank” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 18:52:38-də “Sabah saat 09:30-da korrupsiyada ol gozleyirler” məzmunlu sms yazışmaları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 məxsus (050) ***-**-** nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 02:47:55-də “papa kenan catib.sene 202 AZN gonderib” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 19:03:12-də “21min dedi 6 sota” məzmunlu, xx.xx.2022- ci il tarixdə saat 11:21:16-da “eyse ele uwaqliq, sonra menden incime” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 11:57:05-də “İstanbuldayam dushdum her wey ela!” məzmunlu sms yazışmaları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon, nömrəsi ilə Şahid2 məxsus (050) ***- **-** telefon nömrəsi arasında xx.xx.2022-ci il tarixdə saat 12:45:31-də “Vüqardan ya torpaqdan xeber yoxdu?” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 17:06:52-də “Samsung Galaxy S22 Ultra (SM-S908B) - Green” məzmunlu, xx.xx.2022-ci il tarixdə saat 15:55:34də “Bir shey alinir sende?” məzmunlu sms yazışmaları olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 məxsus (051) ***-**-** telefon nömrəsinə Nigar Əhmədovaya məxsus (070) ***-**-** telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 23:06:13-də “KENAN SALAM. BİR SOZ DE.” məzmunlu sms göndərilmişdir (cild 1, iş vərəqi 126-137). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 istifadəsində olan “Samsung” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, mobil telefonun foto-qaleri bölməsinə baxış keçirilən zaman kağız parçasının üzərində rum rəqəmləri ilə «V-may 3.000, Vİ-30.İ, 3.000, Vİİ-5.İ 19.000, Vİİİ-10İ 50.000, Vİİİ-22İ 15.000” ümumilikdə 90.000 və “Bu tarixlərdə pul vermişəm sənəd üçün” sözləri yazılan kağız parçasının fotoşəkli aşkar edilmişdir (cild 2, iş vərəqi 138-139). Cinayət işinin materiallarında olan Şahid1 təqdim etdiyi adına olan "xxxx" ASC-yə məxsus 416973********0823 nömrəli bank kartından edilmiş çıxarışa baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin kart hesabına xx.xx.2022-ci il tarixdə 140 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir (cild 2, iş vərəqi 178-182). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döviət Xidmətinin xx.xx.2023-cü il tarixil 3-21-3-02/1-2329/2023 №-li məktubundan və ona əlavələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 etibarnamə üzrə nümayəndəsi olaraq xx.xx.2022-ci İl tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə “Daşınmaz Əmlakın Döviət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müraciətə xx.xx.2022-ci il tarixli, **********48 №li məktubla Zərərçəkmiş şəxs3 adına Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd idarənin arxivində aşkar edilməməsi barədə cavab verilmişdir (cild 2, iş vərəqi 43-44). Cinayət işinin materiallarında olan 24 may 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli, 22324 nömrəli məktubla daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd CD-R disk, üzərində «V-may 3.000, Vİ-30.İ, 3.000, Vİİ-5.İ 19.000, Vİİİ-10İ 50.000, Vİİİ-22İ 15.000” ümumilikdə 90.000 və Bu tarixlərdə pul vermişəm sənəd üçün sözləri yazılan kağız parçasının fotoşəkili, Təqsirləndirilən şəxs2 tərəfindən atası vasitəsi ilə Zərərçəkmiş şəxs3 təqdim olunmuş ********** qeydiyyat №-li, ********** reyestr №-li, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş “çıxarış” və həmin tarixli “torpaq sahəsinin planı və ölçüsü” barədə sənəd və Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və onun oğlu Təqsirləndirilən şəxs2 ilə görüşləri zaman aralarında aparılmış danışıqların audio yazısı olan 1 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 189-219). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İca Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-/8-5/2-3195/2023 və 5-/8-5/2-3196/2023 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatda olmaqla Təqsirləndirilən şəxs1 oğlu və Təqsirləndirilən şəxs2 qardaşı X13 ilə birgə yaşayırlar (cild 1, iş vərəqi 184-185). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-/8-5/2-3108/2023 və 5-/8-5/2-3108/2023 nömrəli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar (cild 2, iş vərəqi 186-187). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli **********54 №-li məktubundan görünür ki, işə əlavə olunmuş Zərərçəkmiş şəxs3 adına olan “çıxarış” və “torpaq sahəsinin planı və ölçü” sənədi Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilməmişdir (cild 2, iş vərəqi 5-6). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Qurbanəli oğlu əvvəllər məhkum olunmamışlar (cild 1, iş vərəqi 108 və cild 2, iş vərəqi 130). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 Sirac oğlunun ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı şikayəti və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur (cild 3). Cinayət işinin materiallarında olan 25 may 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 252-253). Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 aprel 2023-cü il tarixdə tutulmuşdur (cild 2, iş vərəqi 60-61). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 100-105). Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir (cild 3). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin cinayət əməlini törətməkdə təqsirlidir, onların əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərək nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 29,178.3.2-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin maddədə nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdikləri gündən həmin Məcəllənin 75.1.1-ci maddəsində göstərilmiş iki il müddət keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən onlara həmin maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı yüngülləşdirən halları - zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, məhkəmədə dindirilərkən etirafedici ifadələr verib əməllərindən səmimi peşman olmalarını, Təqsirləndirilən şəxs1 yaşlı olmasını, törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, onların təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarını çəkmədən də islah olunmaları mümkündür, onların barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilən azadlıqdan məhrum etmə cəzaları şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə onların üzərlərinə müəyyən vəzifələr qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışları üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onların davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərclərinin olmadığı nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar: -cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən xx.xx.2022- ci il tarixli, 22324 nömrəli məktubla daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd CD-R disk, üzərində «V-may 3.000, Vİ-30.İ, 3.000, Vİİ-5.İ 19.000, V1İİ-10İ 50.000, Vİİİ-22İ 15.000» ümumilikdə 90.000 və Bu tarixlərdə pul vermişəm sənəd üçün sözləri yazılan kağız parçasının fotoşəkili, Təqsirləndirilən şəxs2 tərəfindən atası vasitəsi ilə Zərərçəkmiş şəxs3 təqdim olunmuş ********** qeydiyyat №-li, ********** reyestr №-li, xx.xx.2022- ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş «çıxarış» və həmin tarixli «torpaq sahəsinin planı və ölçüsü» barədə sənəd və Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və onun oğlu Təqsirləndirilən şəxs2 ilə görüşləri zaman aralarında aparılmış danışıqların audio yazısı olan 1 ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci madəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanların çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.3.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci madəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanların çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: -cinayət işinə əlavə edilmiş "xxxx" MMC-dən xx.xx.2022- ci il tarixli, 22324 nömrəli məktubla daxil olmuş telefon danışıqları ilə bağlı 1 (bir) ədəd CD-R disk, üzərində “V-may 3.000, Vİ-30.İ, 3.000, Vİİ-5.İ 19.000, V1İİ-10İ 50.000, Vİİİ-22İ 15.000” ümumilikdə 90.000 və Bu tarixlərdə pul vermişəm sənəd üçün sözləri yazılan kağız parçasının fotoşəkili, Təqsirləndirilən şəxs2 tərəfindən atası vasitəsi ilə Zərərçəkmiş şəxs3 təqdim olunmuş ********** qeydiyyat №-li, ********** reyestr №-li, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş “çıxarış” və həmin tarixli “torpaq sahəsinin planı və ölçüsü” barədə sənəd və Zərərçəkmiş şəxs3 təqdim etdiyi, Təqsirləndirilən şəxs1 və onun oğlu Təqsirləndirilən şəxs2 ilə görüşləri zaman aralarında aparılmış danışıqların audio yazısı olan 1 ədəd CD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Səbuhi Hüseynov
Hakimlər Cavid Hüseynov
Eldar İsmayılov