Məhkəmə qərarları › İş №1(101)-710/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-710/2020

09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-710/2020 09.06.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 1(101) – 710/2020 CİNAYƏT İŞİNİN MƏHKƏMƏ AİDİYYƏTİ ÜZRƏ GÖNDƏRİLMƏSİ BARƏDƏ MƏHKƏMƏ HAZİRLİQ İCLASİNİN QƏRARİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ 09 iyun 2020-ci il Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri HacıyevƏfqanNiyətullaoğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxanoğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi: x1, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhər 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilir. Məhkəmə, cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Bakı Ağır Cinayətlər məhkəməsinə aid deyil və cinayət işi aidiyyatı üzrə göndərilməlidir. Belə ki, CPM-nin 29-cu maddəsinəəsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Həmin Məcəllənin 74-cü maddəsinin tələbinəəsasən isə cinayət işinə cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. CPM-in 69.2-ci maddəsinin tələbinə görə ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 01 may 2020-ci il tarixli Qanununa 1.48.1-ci bəndinə əsasən CM-nin 222.3-cü maddənin sanksiyasında “on” sözü “yeddi” sözü ilə əvəz edilmişdir. Azərbaycan Resbuplikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə isə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-nin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasından çıxarılaraq az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikasının CM-nin 10.1-ci maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Hazırda təqsirləndirilən şəxsin ittiham olunduğu əməl az ağır cinayətlər kateqoriyasına aiddir və buna görə də həmin işə müvafiq olaraq ərazi aidiyyatı üzrə birinci instasiya məhkəməsi baxmalıdır. İttiham aktından görünür ki, təqsirləndirilən şəxsə istinad olunan cinayət hadisəsi Bakı Şəhəri, Nəsimi Rayonu ərazisində baş vermişdir. Azərbaycan Respublikasının CPM-nin 67.2-ci maddəsinə əsasən də, rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar. CPM-nin 75-ci maddəsinəəsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onun məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının CPM-nin 300.1.4-cü maddəsinin tələbinə görə, məhkəmə hazırlıq iclası zamanı qəbul edilən qərarlardan biri də cinayət işininməhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75, 298-300 və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyatı üzrə baxılması üçün Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Fikrət Qəribov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar