Məhkəmə qərarları › İş №1(101)-710/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-710/2022

01.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-710/2022 01.07.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 10:38 Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx xxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Fuad Xeybər oğlu Təqsirləndirilən şəxs qəsdən aldatma yolu ilə Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin noyabr ayının əvvəllərində işləmədiyi halda sonuncuya özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib müddətli həqiqi hərbi xidmətdə olan oğlu Fərid Allahverdiyevi hərbi xidmətdən tərxis olunduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul etdirəcəyinə inandıraraq, bunun müqabilində ondan 2020-ci ilin noyabr ayından 2021 -ci ilin mart ayınadək hissə-hissə olmaqla, hər dəfə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 58 saylı binanın qarşısında görüşüb ümumilikdə vahid qəsdlə Zərərçəkmiş şəxs2 20.000 manat məbləğində pul vəsaitini adlatma yolu ilə ələ keçirərək xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qəsdən aldatma yolu ilə Zərərçəkmiş şəxs1 külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində işləmədiyi halda özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib sonuncunun qardaşı Şahid barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə cinayət məsuliyyətindən azad ediləcəyini təmin edəcəyinə inandıraraq, bunun müqabilində ondan 15 sentyabr 2021 -ci il tarixdə Bakı Metropoliteninin “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən kafedə 60.000 manat, bir neçə gün sonra yaşadığı ünvan 2 ünvanının yaxınlığında Zərərçəkmiş şəxs2 vasitəsilə 17.000 manat ekvivalentində 10.000 ABŞ dolları və 13.000 manat, sentyabr ayının sonlarında isə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 7 saylı X2 yaxınlığında 10.000 manat, ümumilikdə vahid qəsdlə Zərərçəkmiş şəxs1 100.000 manat məbləğində pui vəsaitini adlatma yolu ilə ələ keçirərək külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid tutulmamışdan bir il əvvəl, sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 isə təxminən bir ay tutulmamışdan bir ay əvvəl tanımışdır. Şahidla onu digər tanışı uzun illər qonşuluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 tanış etmişdir. Zərərçəkmiş şəxs2 onu tanıdığı illər ərzində onun işsiz olduğunu bilmişdir. 2021-ci ilin təxminən sentyabr ayının 10-da yaşadığı ərazidə yerləşən çayxanaların birində Şahidla görüşləri zamanı Şahid barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işində köməklik göstərməyini ondan xahiş etmiş, o da həmin məsələ ilə bağlı dostlarının vasitəsilə ona köməklik göstərə biləcəyini demiş və xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra yenidən Şahidla görüşləri olmuş, söhbət zamanı Şahid cinayət işində köməklik göstərilməsi üçün Baş Prokurorluğun rəhbərliyinin ilkin olaraq 150.000 manat məbləğində pul vəsaiti tələb etdiyini, daha sonra isə 120.000 manat pul veriləcəyi təqdirdə işinin həll olunması barədə razılığa gəldiklərini bildirmiş, ilkin olaraq 100.000 manat verməli olduğunu, işin sonuna yaxın isə yerdə qalan 20.000 manat pulu verməli olduğunu Şahid demişdir. Şahid da onunla razılaşaraq deyilən pulu hissə-hissə də olsa, tez bir müddətdə çatdıracağını bildirmişdir. 15 sentyabr 2021-ci il tarixdə Şahid və qardaşı Zərərçəkmiş şəxs1 onunla Bakı şəhəri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşüb ilk əvvəl ona 60.000 manat məbləğində pul vəsaiti verərək yerdə qalan pulu da tez bir müddətdə çatdıracaqlarını bildirmişlər. Bir neçə gün sonra Şahid onunla əlaqə saxlayaraq Cəlilabad rayonuna gedəcəyini bildirib pulun bir hissəsini Zərərçəkmiş şəxs2lə göndərəcəyini bildirmiş, həmin gün də Zərərçəkmiş şəxs2 onunla yaşadığı evin yanında görüşərək 10.000 ABŞ dolları və 13.000 manat məbləğində pul vəsaitini ona vermişdir. Yerdə qalan 10.000 manat məbləğində pul vəsaitini isə Şahid onunla Xətai rayonunda yerləşən 7 saylı təcili yardım xəstəxanasının yanındakı 9 mərtəbəli binanın həyətində görüşərək vermişdir. Onlardan ümumilikdə aldığı 100.000 manat məbləğində pul vəsaiti ilə o, borclarını ödəmiş, öz xərclərinə sərf etmiş, həmin məbləğdən təxminən 15.000 manat və 1400 ABŞ dollarını isə idarə etdiyi avtomobildə saxlamışdır. Daha sonra Şahid onunla dəfələrlə əlaqə saxlamış və işin nə yerdə olması barədə maraqlanmış, söhbətləri zamanı o, Şahid 100.000 manat pulun Baş Prokurora çatdırıldığını bildirmişdir. Şahid ona verdiyi ümumilikdə 100.000 manat məbləğində pul vəsaitini hazırki dövrədək ondan istəməmişdir. Həmin pul vəsitini ancaq öz xərclərinə sərf etmişdir. Belə ki, sentyabr ayının ortalarında həmin puldan 7450 ABŞ dolları və 485 manat məbləğində pul vəsaitini Koreyadan “Kia Sportage” markalı avtomobilin sifarişi ilə əlaqədar ödəniş etmiş, daha sonra 2022-ci ilin sentyabr ayında 23.900 manat məbləğində lizinq şərtləri ilə aldığı “Kia Optima” markalı avtomobilin yerdə qalan 14.505 manat məbləğində kredit borcunu ödəmiş, həmin avtomobilin üzərində olar **-SS-*** dövlət qeydiyyat nömrəsini isə 1300 manat alıb avtomobilin rəsmiləşdirilməsi işlərinə xərcləmişdir. Daha sonra Astara şəhəri, Əhəd Muxtar küçəsində yerləşən evinin təmiri üçün isə təxminən 37.000 manat məbləğində mal-material alıb həmin evin qarajına qoymuş, həmin mal-materialın oğurlanmaması üçün 800 manat pul vəsaiti verərək evə kamera sistemi quraşdırmış, 2500 manat isə həmin evin layihələndirmə işlərinə xərcləmişdir. Bundan başqa 1000 manat bir tanışına, 5740 manat isə digər bir tanışına borc vermişdir. Yerdə qalan təxminən 6-7 min manat pulu isə özü gündəlik xərclərinə sərf etmişdir. Bundan başqa bildirmişdir ki, iş üzrə digər zərərçəkmiş şəxs Mahir Abdullayevlə uzun illərdir, ailəvi dostluq münasibətləri olmuş və onların dəfələrlə aralarında pul haqqhesabı olmuşdur. Belə ki, o ev almış və həmin evə görə borcu yaranmış, bundan əlavə də evi təmir etməyə pulu olmadığından növbəti dəfə Mahirdən 20.000 manat pul borca istəmişdir. Mahirələ aralarında ondan borca götürdüyü pulu 1 il müddətinə ya borcunu qaytaracağı ya da ki, oğlu Fərid Abdullayevi hətbi xidmətdən tərxs olunduqdan sonra onu polis orqanlarına tanışlarının vasitəısilə işə qəbul etdirəcəyi barədə danışıqları olmuşdur. Zərərçəkmiş şəxs2 ona bir neçə ay ərzində ümumilikdə 20.000 manat pul vermişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəni qismən təsdiq edir. Belə ki, o Mahir və Zərərçəkmiş şəxs1lara Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olunduğunu, Xidmət rəisinin adyutantı vazifəsinə təyin olunduğunu bildirməmişdir. Onlar onun həmin ərəfələrdə işləmədiyini bilmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi hazırki ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 20 oktyabr 2021ci il tarixdə şübhəli şəxs qismində, həmçinin 22 oktyabr 2021-ci il, 22 noyabr 2021-ci il, 10 yanvar 2022-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Şahid təxminən bir il, sonuncunun qardaşı Zərərçəkmiş şəxs1 isə təxminən bir ay müddətdir, tanımış, Şahidla onu digər tanışı - uzun illər qonşuluq münasibətində olduğu Zərərçəkmiş şəxs2 tanış etmişdir. Zərərçəkmiş şəxs2 onu tanıdığı illər ərzində onun işsiz olduğunu bilmiş, lakin son bir ildə Zərərçəkmiş şəxs2 Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul olunduğunu, Xidmət rəisinin adyutantı vəzifəsinə təyin olunduğunu söyləmiş, həmçinin o, Yaşar və Zərərçəkmiş şəxs1lara da özünü Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin adyutantı kimi təqdim etmişdir. 2021-ci ilin təxminən sentyabr ayının 10-da yaşadığı ərazidə yerləşən çayxanaların birində Şahidla görüşləri zamanı Şahid onu DTX əməkdaşı kimi tanıdığından barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işində köməklik göstərməyini ondan xahiş etmiş, o da həmin məsələ ilə bağlı köməklik göstərə biləcəyini demiş və xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra yenidən Şahidla görüşləri olmuş, söhbət zamanı Şahid cinayət işində köməklik göstərilməsi üçün Baş Prokurorluğun rəhbərliyinin ilkin olaraq 150.000 manat məbləğində pul vəsaiti tələb etdiyini, daha sonra isə 120.000 manat pul veriləcəyi təqdirdə işinin həll olunması barədə razılığa gəldiklərini bildirmiş, ilkin olaraq 100.000 manat verməli olduğunu, işin sonuna yaxın isə yerdə qalan 20.000 manat pulu verməli olduğunu Şahid demişdir. Şahid da onunla razılaşaraq deyilən pulu hissə-hissə də olsa, tez bir müddətdə çatdıracağını bildirmişdir. 15 sentyabr 2021-ci il tarixdə Şahid və qardaşı Zərərçəkmiş şəxs1 onunla Bakı şəhəri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində görüşüb ilk əvvəl ona 60.000 manat məbləğində pul vəsaiti verərək yerdə qalan pulu da tez bir müddətdə çatdıracaqlarını bildirmişlər. Bir neçə gün sonra Şahid onunla əlaqə saxlayaraq Cəlilabad rayonuna gedəcəyini bildirib pulun bir hissəsini Zərərçəkmiş şəxs2lə göndərəcəyini bildirmiş, həmin gün də Zərərçəkmiş şəxs2 onunla yaşadığı evin yanında görüşərək 10.000 ABŞ dolları və 13.000 manat məbləğində pul vəsaitini ona vermişdir. Yerdə qalan 10.000 manat məbləğində pul vəsaitini isə Şahid onunla Xətai rayonunda yerləşən 7 saylı təcili yardım xəstəxanasının yanındakı 9 mərtəbəli binanın həyətində görüşərək vermişdir. Onlardan ümumilikdə aldığı 100.000 manat məbləğində pul vəsaiti ilə o, borclarını ödəmiş, öz xərclərinə sərf etmiş, həmin məbləğdən təxminən 15.000 manat və 1400 ABŞ dollarını isə idarə etdiyi avtomobildə saxlamışdır. Daha sonra Şahid onunla dəfələrlə əlaqə saxlamış və işin nə yerdə olması barədə maraqlanmış, söhbətləri zamanı o, Şahid 100.000 manat pulun Baş Prokurora çatdırıldığını bildirmişdir. Öz işləri ilə bağlı rayonda olduğu vaxtlarda da Şahid onunla telefon əlaqəsi saxladıqda sonuncuya işlə bağlı rayonlarda, eləcə də sonuncu dəfə DTX rəhbərliyi ilə birlikdə xarici ölkələrdə ezamiyyətdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 oğlu Fərid Allahverdiyevi hərbi xidmətdən tərxis olunduqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul etdirmək adı ilə 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayinədək hissə-hissə olmaqla ümumilikdə 20.000 manat məbləğində pul vəsaiti istəyərək alması barədə ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 20.000 manat məbləğində pul vəsaitini borc kimi almış, həmin pul müqabilində isə Zərərçəkmiş şəxs2 oğlu Fərid Allahverdiyev hərbi xidmətdən tərxis olunduqdan sonra ya polis orqanlarına, ya da bir yol tapa biləcəyi təqdirdə DTX-yə işə qəbul etdirə biləcəyini demiş, işə qəbul etdirə bilməyəcəyi təqdirdə isə Zərərçəkmiş şəxs2 aldığı 20.000 manat pul vəsaitini qaytaracağını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qardaşı Şahid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmış, 2018-2019-cu illərdə həmin Xidmətin Sabunçu rayon idarəsində baş vermiş qanunsuzluqlarla bağlı aparılan araşdırmanın yekununda 2021-ci ilin avqust ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış, həmin cinayət işi üzrə də Şahid 14 avqust 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 311, 313 və 341 -ci maddələri İlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 20 oktyabr 2021-ci il tarixdə isə barəsindəki qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənmişdir. Şahid Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin əməkdaşı Zərərçəkmiş şəxs2 ilə yaxın münasibətləri olduğundan onun da Mahirlə tanışlıq və dostluq münasibətləri yaranmış, Təqsirləndirilən şəxs ilə isə Zərərçəkmiş şəxs2 vasitəsilə hadisədən təxminən bir ay əvvəl tanış olmuşdur. Tanışlıqları zamanı Təqsirləndirilən şəxs özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində qardaşı Şahidla söhbətləri zamanı Təqsirləndirilən şəxs onu Azərbaycan Respublikası Baş Prokurorluğuna işə qəbul etdirə biləcəyini, eləcə də barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işində Şahid məsuliyyətdən azad etdirə biləcəyini dediyini bildirib bunun müqabilində ilk əvvəl 100.000 manat, işin sonunda isə daha 20.000 manat məbləğində pul vəsaiti istənildiyini bildirmişdir. Həmin vaxt onun işindən daha vacib məsələ qardaşı Şahid cinayət məsuliyyətindən azad olunması məsələsi olduğundan ilk əvvəl Yaşarın işinin həll olunmasını məqsədəmüvafiq hesab etmişlər. Həmin məqsədlə o Şahidla birlikdə Bakı şəhəri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmiş, elə həmin görüş zamanı da Təqsirləndirilən şəxs ilk əvvəl 60.000 manat məbləğində pul vəsaiti verərək yerdə qalan pulu da tez bir müddətdə çatdıracaqlarını bildirmişlər. Bir neçə gün sonra, təxminən sentyabr ayının ortalarında isə o, tikinti işləri ilə bağlı Şuşa şəhərinə yollanmış, həmin vaxt da Yaşar hüzrlə bağlı Cəlilabad rayonuna yetməli olduğundan 10.000 ABŞ dolları və 13.000 manat məbləğində pul vəsaitini Yaşar Təqsirləndirilən şəxs çatdırmasından ötrü Zərərçəkmiş şəxs2 vermiş, sonuncu da öz növbəsində qeyd edilən pul vəsaitlərini Təqsirləndirilən şəxs çatdırmışdır. Yerdə qalan 10.000 manat məbləğində pul vəsaitini isə sentyabr ayının sonlarında o, qardaşı Yaşarla birlikdə yaşadığı Xətai rayonunda yerləşən 7 saylı X2 yanında Təqsirləndirilən şəxs vermiş, bununla da ona məxsus ümumilikdə 100.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişlər. Son günlər Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxladıqları zaman da sonuncu müxtəlif bəhanələr gətirərək, yəni işlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə birgə Türkiyə Respublikasında səfərlərdə, eləcə də rayonlarda tədbirlərdə olduğunu bildirərək ümumi söhbətlərdən yayınmış, hər dəfəsində isə Şahid Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə məsuliyyətdən azad edilməsi üçün həll olunması müqabilində tərəfindən verilmiş ümumilikdə 100.000 manat pul vəsaitini Baş Prokurorluğunun rəhbərliyinə çatdırdığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 50.000 manatını ödəmişdir. Təqsirləndirilən şəxs avtomaşınından aşkar edilərək götürülnmüş 14.630 manat və 1400 ABŞ dolları məbləğində pulun ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə illər əvvəl qonşuluq münasibətləri yaranandan tanımış, Təqsirləndirilən şəxs 2013-2016-cı illərdə polis orqanlarında xidmət etmiş, daha sonra bilmədiyi səbəblərdən xidmətdən azad olunmuşdur. Hadisədən bir il əvvəl görüşləri zamanı Təqsirləndirilən şəxs ona Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müşaviri vəzifəsinə təyin olunduğunu bildirmişdir, Təqsirləndirilən şəxs Bakı şəhərində olmadığı müddətlərdə sonuncu ilə əlaqə saxladıqda isə işlə bağlı rayonlarda ezamiyyətlərdə, eləcə də DTX rəhbərliyi ilə xarici ölkələrdə səfərlərdə olduğunu söyləmişdir. Şahid ilə həm eyni xidmətdə qulluq etdiklərindən iş yoldaşı kimi, həm də qonşuluqda yaşadıqlarından dost kimi münasibətləri yaranmışdır. Şahid barəsində 2021-ci ilin avqust ayında Azərbaydan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsində çalışdığı dövrlərdə baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanmış, Şahid da həmin cinayət işi çərçivəsində təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Şahid atası 25 avqust 2021-ci il tarixdə vəfat etmiş, o da Təqsirləndirilən şəxs ilə birlikdə yas mərasimində iştirak etmək üçün Cəlilabad rayonuna getmişlər. Şahid Təqsirləndirilən şəxs ilə onun vasitəsilə tanış olmuş, təxminən bir ildən artıqdır aralarında tanışlıq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs özünü Şahid Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müşaviri kimi təqdim etmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Şahid Təqsirləndirilən şəxs ilə görüşərək barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işində ona köməklik göstərə bilib- bilməyəcəyi barədə maraqlanmış, Təqsirləndirilən şəxs da öz növbəsində Baş Prokurorluğun rəhbərliyi ilə görüşərək dəqiq xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra isə Təqsirləndirilən şəxs ilə söhbətləri zamanı Fuad ona Baş Prokurorluğun rəhbərliyinin Şahid məsələsinin həll edilməsi üçün ilk əvvəl 150.000 manat istədiyini, daha sonra isə ilkin 100.000 manat, işin sonunda isə daha 20.000 manat verməklə ümumilikdə 120.000 manata razılaşdıqlarını bildirmiş və bu barədə Şahid da məlumat verdiyini demişdir. Daha sonra Şahid sentyabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə görüşərək ona ilkin olaraq 60.000 manat pul vəsaiti vermişdir. 22 sentyabr 2021-ci il tarixdə Şahid onunla əlaqə saxlayaraq pul vəsaitinin bir hissəsini də hazır etdiyini, lakin hüzrlə bağlı rayona gedəcəyini bildirərək ondan verəcəyi pul vəsaitini Təqsirləndirilən şəxs çatdırmağı xahiş etmiş, o da Şahidla yaşadığı binanın qarşısında görüşmüş, Şahid ona 10.000 ABŞ dolları və 13.000 manat məbləğində pul vəsaiti verərək Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, həmin gün axşamı yaşadığı binanın həyətində Təqsirləndirilən şəxs ilə görüşərək Şahid ona verdiyi 10.000 ABŞ dolları və 13.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Həmin hadisədən bir neçə gün sonra isə Şahid yerdə qalan 10.000 manat pulu özü şəxsən Təqsirləndirilən şəxs ilə görüşərək sonuncuya vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onu da aldadaraq 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək təxminən beş ay ərzində hissə-hissə olmaqla 20.000 manat məbləğində pul vəsaiti ondan almışdır. Belə ki, orta təhsilli oğlu Fərid Allahverdiyev 2020-ci ilin oktyabr ayında hərbi xidmətə yollanmış, Lənkəran şəhərində N saylı hərbi hissədə xidmət etmişdir. Fərid Allahverdiyev hərbi xidmətə yollandıqdan sonra Təqsirləndirilən şəxs ilə görüşləri zamanı Fuad ona oğlu Fəridin “himayəçilik” altında yoxlanılaraq əsgərliyi bitirdikdən sonra Dövlət Təhlükəsizliyi Xidmətinə işə qəbul etdirə biləcəyini bilmiş, o Fuaddan “himayəçililiyin” nə olduğunu soruşduqda isə, oğlu Fəridin hərbi xidmətdə olduğu dövrdə bütün hərəkətləri Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən nəzarətdə saxlanılmaqla sonda işə qəbul olunacağı kimi izah etmişdir. Həmin işin müqabilində isə Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar baş idarəsinin rəhbərliyinə 20.000 manat pul çatmalı olduğunu bildirdikdə o, qısa müddət ərzində hissə-hissə olmaqla bütün pulu ödəyə biləcəyini demişdir. Həmin məqsədlə də o, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək beş ay ərzində hissəhissə olmaqla ümumilikdə 20.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs ilə hər dəfəsində yaşadığı binanın həyətində görüşərək sonuncuya vermişdir. Hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, iş fəaliyyətinə 2004-cü ildə başlamış, ilk əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis köməkçisi, həmin qurumun Cəlilabad rayon şöbəsində zabit, baş zabit, 2013-cü ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin zabiti, 2019-cu ildən həmin qurumun Bakı şəhər Xətai rayon idarəsində Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi, 15 aprel 2021-ci il tarixdən isə Xəzər rayon idarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifədə çalışmışdır. 14 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2018- 2019-cu illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsində baş vermiş qanunsuzluqlarla bağlı aparılan araşdırma ilə əlaqədar cinayət işi başlanış, o, ibtidai istintaqı aparılan cinayət işi çərçivəsində 14 avqust 2021-ci il tarixdə Cinayət Məcəlləsinin 341.2.1, 341.2.3, 311.3.1, 311.3.2 və 313-cü maddələri İlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində ilk əvvəl polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, 20 oktyabr 2021-ci il tarixdə isə barəsindəki qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənmişdir. Onun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin əməkdaşı Zərərçəkmiş şəxs2 ilə yaxın dostluq münasibətləri olmuş, sonuncunun vasitəsilə də Təqsirləndirilən şəxs ilə tanış otmuşdur. Tanışlıqları zamanı Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olduğunu bildirmiş, onun atası Ağahüseyn Hüseynov vəfat etdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə birlikdə 25 avqust 2021-ci il tarixdə yas mərasimində iştirak etmək üçün Cəlilabad rayonuna gəlmişlər. 2021-ci ilin sentyabr ayının əvvəllərində isə Təqsirləndirilən şəxs ilə görüşlərində sonuncu ona cinayət işində məsuliyyətdən azad olunmağı ilə bağlı ilk əvvəl 100.000 manat, işin sonunda isə daha 20.000 manat məbləğində pul vəsaiti istənildiyini bildirmişdir. O da həmin məsələ ilə bağlı qardaşı Zərərçəkmiş şəxs1la məsləhətləşərək istənilən pul vəsaitini vermək qərarına gəlmişlər. Həmin məqsədlə o qardaşı Zərərçəkmiş şəxs1la birlikdə Bakı şəhəri “Həzi Aslanov” metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində Təqsirləndirilən şəxs ilə görüşüb söhbət etmiş, elə həmin görüş zamanı da Təqsirləndirilən şəxs ilk əvvəl 60.000 manat məbləğində pul vəsaiti verərək yerdə qalan pulu da tez bir müddətdə çatdıracaqlarını bildirmişlər. Bir neçə gün sonra, təxminən sentyabr ayının ortalarında isə Zərərçəkmiş şəxs1 tikinti işləri ilə bağlı Şuşa şəhərinə yollanmış, həmin vaxt da o, hüzrlə bağlı Cəlilabad rayonuna getməli olduğundan, həmin puldan 10.000 ABŞ dolları və 13.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs çatdırmasından ötrü Zərərçəkmiş şəxs2 vermiş, sonuncu da öz növbəsində qeyd edilən pul vəsaitlərini Təqsirləndirilən şəxs çatdırmışdır. Yerdə qalan 10.000 manat məbləğində pul vəsaitini isə sentyabr ayının sonlarında o, qardaşı Tahirlə birlikdə yaşadığı Xətai rayonunda yerləşən 7 saylı X2 yanında Təqsirləndirilən şəxs vermiş, bununla da onlar Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 100.000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişlər. Son günlər Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə əlaqə saxladıqları zaman sonuncu müxtəlif bəhanələr gətirərək, yəni işlə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi ilə birgə Türkiyə Respublikasında səfərlərdə, eləcə də rayonlarda tədbirlərdə olduğunu bildirərək ümumi söhbətlərdən yayınmış, hər dəfəsində isə onun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə məsuliyyətdən azad edilməsi üçün həll olunması müqabilində tərəfindən verilmiş ümumilikdə 100.000 manat pul vəsaitini Baş Prokurorluğunun rəhbərliyinə çatdırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan Şahid istintaqa təqdim etdiyi “Zəng@**********30(**********3070)_**********2655” adlı 7 dəqiqə 59 saniyədən ibarət səs yazısına keçirilmiş 03 dekabr 2021-ci il tarixli baxış protokolu görünür ki, həmin danışıq Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında baş tutmuş, danışıqlar zamanı isə Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs verilmiş 100.000 manat məbləğində pul vəsaitinin aqibəti barədə söhbətlər getmiş, Təqsirləndirilən şəxs isə öz növbəsində Şahid Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə məsuliyyətdən azad edilməsi müqabilində Zərərçəkmiş şəxs1 verdiyi pul vəsaitini rəhbər şəxslərə çatdırdığını bildirmişdir. Həmin səs yazısı ilə bağlı ibtidai istintaq zamanı 08 dekabr 2021-ci il tarixdə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, həmin danışıq onunla Yaşar və Zərərçəkmiş şəxs1 qardaşları arasında 03 oktyabr 2021 -ci il tarixdə aparılmışdır. İlk əvvəl Şahid istifadəsində olan mobil telefon nömrəsindən onun istifadəsində olan mobil nömrəsinə zəng etmiş, əvvəl Şahidla qısa danışıqlarından sonra sonuncu onunla danışması üçün telefonu qardaşı Zərərçəkmiş şəxs1 vermişdir. O, 2021-ci ilin sentyabr ayı ərzində Tahir və Şahid qardaşlarından sonuncu barəsində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan cinayət işi üzrə Şahid məsuliyyətdən azad etdirəcəyini vəd verib onlardan hissə hissə olmaqla ümumilikdə 100.000 manat məbləğində pul vəsaitini aldadaraq almış, Zərərçəkmiş şəxs1la da aralarında olan danışıqdan göründüyü kimi sonuncu ona verdiyi 100.000 manat məbləğində pul vəsaitini nə etdiyi barədə soruşmuş, o da yuxarı rəhbər şəxslərə çatdırdığını bildirmişdir. Danışıqda o, həmin rəhbər şəxslərin adını çəkməkdə məqsədinin Yaşar və Zərərçəkmiş şəxs1ları aldatdığını başa düşməmələri olduğunu bildirmiş, adlarını çəkdiyi rəhbər şəxslərlə heç bir tanışlığı və ünsiyyəti olmadığını söyləmişdir. Həmin səs yazısı ilə bağlı ibtidai istintaq zamanı 08 yanvar 2022-ci il tarixdə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, həmin səs yazısındakı səs ona məxsus olmuş, Şahid istifadəsində olan mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci il tarixdə zəng etmiş, ilk əvvəl Yaşar Təqsirləndirilən şəxs ilə hal-əhval tutduqdan sonra telefonu danışması üçün ona vermiş, o da Təqsirləndirilən şəxs Şahid Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə baş idarəsində istintaq olunan cinayət işi üzrə məsuliyyətdən azad etdirəcəyinə dair verdiyi vədə görə ona təqdim etdiyi 100.000 manatın aqibəti barədə maraqlanmış, Təqsirləndirilən şəxs da həmin pul vəsaitini Baş Prokurorluğun rəhbərliyinə çatdırdığını bildirmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-nin 13 yanvar 2022-ci il tarixli 7-71 tarixli cabab məktubundandan və məktuba əlavə edilmiş X1 adına rəsmiləşdirilmiş "Kia Optima” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə edilmiş ödəniş cədvəlindən görünür ki, qeyd edilən avtomobil üçün 7000 manat məbləğində ilkin ödəniş edilmiş, 15 sentyabr 2021-ci il tarixdə isə 14.505 manat məbləğində pul vəsaiti ödənilərək kredit borcları bağlanmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 22 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, idarə etdiyi “Kia Optima” markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili 01 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində yerləşən "xxxx" MMC-dən daxili kredit ilə Ramin Hüseynovun adına sənədləşdirilməklə alqısatqısını həyata keçirmişlər. Həmin vaxt öz adına alqı-satqıını həyata keçirməməyinin səbəbi isə adına verilmiş şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi olmuşdur. Bu səbəbdən də həmin avtomobilin alqı-satqısını qohumu Ramin Hüseynovun adına həyata keçirmişdir. Avtomobili alarkən ilk əvvəl dəyərinin 30% miqdarını, yəni 25.500 manatın 7700 manatı ödəmiş, qalan məbləği isə 36 ay müddətində hər ay 836 manat pul vəsaiti ödəməklə həyata keçirmişdir. Avtomobilin üzərində isə ilk əvvəl **-PL-*** dövlət qeydiyyat nömrəsi olmuşdur. Alqı-satqı Ramin Hüseynovun adına rəsmiləşdirildiyindən şirkətə həmin avtomobilin idarə etmə hüququ ona verilməsindən ötrü ərizə də yazmışdır. O da hər ay ödənişi etdikdən sonra həmin şirkət tərəfindən ona nəqliyyat vasitəsini idarə etməyi üçün etibarnamə verilmişdir. 2021-ci ilin sentyabr ayının 1 aylıq ödənişini də etdikdən sonra 14.505 manat borcu qalmışdır. Şahid sentyabr ayı ərzində dələduzluq yolu ilə aldığı 100.000 manat puldan 14.505 manatı 17 sentyabr 2021-ci il tarixdə ödəniş edərək avtomobilə görə şirkətə olan borcunu tam şəkildə ödəmişdir. Şirkətə olan borcu tam ödədikdən sonra isə həmin avtomobil Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli BB137290 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X1 adına rəsmiləşdirilmiş və avtomobilə **-SS-*** dövlət qeydiyyat nömrəsi quraşdırılmışdır. Bundan başqa bildirmişdir ki, avtomobilin onun adına sənədləşdirilməməsinin səbəbi həmin vaxt banklara kredit borcunun olması olmuşdur. Cinayət işinin materiallarında olan 21 oktyabr 2021-ciil tarixli axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima" markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilində axtarış zamanı oradan Şahid barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə müstəntiq tərəfindən qəbul edilmiş 14 avqust 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 19 yanvar 2022-ci il tarixli cinayət işinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid barəsində olan ********* nömrəli cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasının xidməti otağında baxış keçirilmiş və cinayət işinin İİİ cildindən Şahid 14 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə qərarının surəti çıxarılaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan 21 yanvar 2022-ci il tarixli sənədlərə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilərək götürülmüş qərarın Şahid 14 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə qərarı ilə eynilik təşkil edib-etməsinin müəyyən edilməsi məqsədilə hər iki qərara baxış keçirilmiş və baxış nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş Şahid təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında 14 avqust 2021-ci il tarixli qərarla Bakı Hərbi Məhkəməsində ********* nömrəli cinayət işinə keçirilmiş baxış zamanı qeyd edilən cinayət işinin İİİ cildindən aşkar edilərək surəti götürülmüş eyni adlı qərarın eynilik təşkil etdiyi məlum olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin 15 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş və həmin Məhkəmənin 27 avqust 2020-ci il tarixli qərarı ilə 01 may 2020-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun tətbiq edilərək təyin edilmiş cərimə cəzasını çəkməkdən azad edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-15 avqust 2012-ci il təvəllüdlü X6 və 03 avqust 2010-cu il təvəllüdlü X7 vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs2 30 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş ziyanın tamamilə, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın qismən ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə uyğun olaraq himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hall müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 –ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 100.000 manat vurması və Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobildə 21 oktyabr 2021-ci il tarixdə aparılmış axtarış zamanı oradan aşkar olunaraq götürülmüş 14.630 manat və 1.400 ABŞ dolları məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə əldə etdiyi 100.000 manat məbləğində pul vəsaitinin qalığı olduğu öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan 14.630 manat və 1.400 ABŞ dolları məbləğində pul vəsaiti müsadirə edilməklə cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Şahid arasında olan telefon danışığının yazıldığı bir ədəd CD disk əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Madditexniki təminat idarəsində saxlanılan ağ mirvari rəngli, buraxılış ili 2011-ci il, Ban nömrəsi KNAGH411BBA175696, Az **-SS-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobil mülkiyyətçisi X5 qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində saxlanılan 14.630 manat və 1.400 ABŞ dolları məbləğində pul vəsaiti müsadirə edilməklə cinayət nəticəsində Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsinə yönəldilsin. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maddi-texniki təminat idarəsində saxlanılan ağ mirvari rəngli, buraxılış ili 2011-ci il, Ban nömrəsi KNAGH411BBA175696, Az **-SS-*** dövlət qeydiyyat nişanlı “Kia Optima” markalı avtomobil mülkiyyətçisi X5 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Şahid arasında olan telefon danışığının yazıldığı bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar