Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-710/2025 04.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - atası Akhmedov Eitibarın, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1987-ci il tarixdə Ağcabədi rayonu, Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş, Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, habelə xuliqaniıq niyyəti ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi həyatdan məhrum etmişdir. Belə ki, o, 28 iyun 2024-cü il tarixdə gecə saat 1 radələrində ünvan 1 ünvanında yerləşən Dəmiryol vağzalının qarşısında, ictimai yerdə dayanıb tanışları ilə söhbət edərkən əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs ona yaxınlaşıb əl uzadaraq salam verməsinə baxmayaraq sonuncuya qarşılıqlı salam vermədiyi üçün aralarında yaranmış mübahisə və dava-dalaş zamanı ətrafda çoxsaylı adamların olmasına baxmayaraq sonuncunun üzərinə hücum edərək ətrafdakı insanların diqqətini cəlb edərək onların hadisə yerinə toplaşmasına səbəb olub özünü ictimai yerdə, yəni, küçədə həmin yerə toplaşmış şəxslərin fövqündə qoyaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış və birgə yaşayış qaydalarına zidd olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, ictimai qaydalara və hamı tərəfindən qəbul edilmiş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, xuliqanlıq niyyəti ilə, istintaqa məlum olmayan mənbədən və tarixdə əldə edərək üzərində saxladığı, silah qismində istifadə etdiyi ucu iti vintaçandan istifadə etməklə qəsdən öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs bədəninə qəsdən iki zərbə vurub onun - döş qəfəsinin sol yan aşağı səthinin qarın boşluğuna nüfuz edərək bağırsaq arteriya və müsariqələrinin, mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsinə səbəb olan 1 (bir) ədəd, qarının sol yan səthinin qarın boşluğuna nüfuz edərək sol böyrəkətrafı yumşaq toxumaların zədələnməsinə səbəb olan 1 (bir) ədəd olmaqla cəmi iki ədəd deşilmişkəsilmiş yaraları kimi ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə, sağlamlığa ağır zərərvurmaya aid, daxili üzvlərin zədələnməsi ilə bağlı baş vermiş kəskin qanitirmə nəticəsində ölümü ilə birbaşa səbəbli əlaqəli olan xəsarətlər yetirərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş və Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 iyun 2024-cü il tarixdə saat gecə 12-1 radələrində iş yeri olan Sabunçu bazarından çıxıb evə getmişdir. Yolda Dəmiryol vağzalının yanında olan “AL” marketin qabağında mərhum Rasim ilə rastlaşmışdır. Həmin vaxt hər ikisi içkili olmuşdur. Rasimin yanında Şamil adlı tanıdığı bir nəfər də olmuşdur. Rasimlə heç bir səbəb olmadan mübahisə etməyə başlamışlar. Bundan sonra bir-birlərini təhqir etməyə başlamış, Rasim onun gözünün altından yumruq zərbəsi vurmuş, o da qarşılıq vermişdir. Rasimi cəzalandırmaq məqsədi ilə çantasında olan vintaçan ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əvvəllər narkotik vasitə əldə etdiyinə görə məhkum olunmuş, işə Hacıqabul rayon məhkəməsində baxılmış, 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2021-ci ilin dekabrında azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra və hadisə günü narkotik vasitə istifadə etməmişdir. Hadisə vaxtı o tək olmuş, Rasimin yanında yalnız Şamil adlı oğlan olmuşdur. O, marketdən çıxarkən Rasimgillə rastlaşmış, bu vaxt Rasimin yanında olan Şamil salam vermiş, o da salam vermiş, Rasim ondan: ”Vüqar nəyə görə mənə qarşı kinli davranırsan” deyə soruşmuş, bundan sonra mübahisə başlamışdır. Hadisə baş verdiyi vaxt heç kəs onları ayırmamışdır. Hadisə baş verən gün mebel yığmaq üçün Binə qəsəbəsinə getmiş və ona görə də hadisə vaxtı əlində olan paketdə vintaçan olmuşdur. Hadisə vaxtı ətrafda taksi sürücüləri və yoldan keçən adamlar da var idi. Mebel yığmağa getdiyi evdə içki içmiş, buna baxmayaraq ayıq olmuşdur. Rasim ona salam verən vaxt salamı gec almışdır. Hadisə vaxtı mebel yığmağa getdiyi üçün əlində direl, vintaçan və digər alətlər olan paket olmuşdur. Vintaçanı paketdən götürmüşdür. Əvvəlcə hadisə baş verən yerdə Şamil ilə söhbət etmiş, sonradan isə Rasim gəlmişdir. Baş verənləri mütəntiqə olduğu kimi bildirmişdir. İbtidai istintaq zamanı adından yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci ildən Sabunçu qəsəbəsi ərazisində yerləşən gündəlik kirayə verilən evlərdə yaşamağa başlamışdır. Həmin vaxtdan etibarən Sabunçu bazarında fəhlə işləmişdir. Zərərçəkmiş şəxs ilk dəfə Bakı şəhərinin Şüvəlan qəsəbəsində yerləşən istintaq təcridxanasında olarkən tanımışdır. Çünki, Rasim də həmin istintaq təcridxanasında olmuşdur. Lakin, Rasimlə münasibəti olmamışdır. Çünki, Rasim təcridxanada olarkən məhkumlar arasında qeyri ciddi və hörmətsiz məhkum kimi tanınmışdır. Ona görə də, Rasimlə münasibət saxlamamışdır. Cəzasını çəkib azadlığa çıxdıqdan sonra yaşadığı Sabunçu qəsəbəsi ərazisində olarkən Rasimi dəfələrlə qəsəbə ərazisində görmüş, sonuncu da onu görmüşdür, lakin, onlar görüşməmiş, daha doğrusu Rasim cəzaçəkmə müəssisəsində məhkumlar arasında qeyri ciddi və hörmətsiz məhkum kimi tanındıdığı üçün ona salam verməmişdir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 27 mart 2024-cü il tarixdə bazarda işləməyə getməmişdir. Təxminən saat 14 radələrində yaşadığı evin yaxınlığında küçəyə çıxıb həmin ətrafda yaşayan tanışlarla kafedə oturub çay içmiş, nərd oynamışdır. Saat 23 radələrində yemək yemək üçün çay içdiyi çayxananın böyründə yerləşən kafeyə keçib orada şam yeməyi yemiş, biraz da spirtli içki olan viski içmişdir. Gecə saat 00:30 radələrində kafedən küçəyə, Sabunçu qəsəbəsində yerləşən avtovağzalın qarşısına çıxmışdır. Orada həmin ərazidə yaşayan Şamil və adlarını xatırlamadığı digər tanışları ilə söhbət etməyə başlamışdır. Adlarını qeyd etdiyi tanışları ilə söhbət edərkən küçədə Zərərçəkmiş şəxs tanımadığı iki nəfərlə birlikdə onlara tərəf gəlmişdir. Rasim onlara yaxınlaşıb salam vermək üçün əl uzatmışdır. Özü və yanında olan digər yoldaşlar ona əl uzatmamışdır. Rasim üzünü ona tutub demişdir ki, “q***ə niyə salamımı almırsan”. Rasimə demişdir ki, “yeri get səni pis günə qoymayım”. Rasim də ona demişdir ki, “qoymayanın bacısını s***m”. Bədənini azca qabağa edib Rasimin üstünə getmək istəyəndə yanında olan tanışları onu tutub mane olmuşular. Həmin vaxt Rasim ona bildirmişdir ki, “nə oldu, gəlmiyənin anasını, bacısını s***m”. Rasimin üz nahiyəsindən bir kəllə zərbəsi vurmuş, həmin vaxt Rasim də yumruqla onun üzündən zərbə vurmuşdur. Daha sonra ətrafda olan tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra Rasim ona yenidən söyüş söymüşdür. Bu zaman şalvarının bel hissəsində saxladığı vintaçanı çıxarıb Rasimin üstünə getmiş və əlində olan vintaçanla onun sol böyür hissəsinə iki zərbə vurmuş və Rasim xəsarət almışdır. Rasimi vurduqdan sonra sonuncu 5-10 saniyə ayaq üstə qalmış və yerə yıxılmışdır. Hadisə yerindən uzaqlaşıb bir neçə dəqiqə keçdikdən sonra 12-ci polis şöbəsinə getmiş və orada hadisə törətdiyini bildirmişdir. Hadisə 28 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Dəmiryol vağzalının qarşısında baş vermişdir. Cinayəti törətdiyi vintaçanı istintaqa təqdim edə bilməmişdir, belə ki, həmin vintaçanı hadisəni törətdiyi yerdə yerə atmışdır. Rasimi vintaçanla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Rasim ona söyüş söydüyü üçün onu cəzalandırmaq məqsədi ilə vurmuşdur. Rasimi vintaçanla neçə dəfə vurduğunu dəqiq xatırlamamışdır. Cinayəti törətməkdə ona heç kəs kömək etməmişdir. Hadisə baş verən zaman ətrafda adamlar olsa da hadisəni tək törətmişdir (cild 1, iş vərəqi 41-43 ). Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Akhmedov Eitibar ifadəsində göstərmişdir ki, hadisə baş verən gün evə gəlmiş, bu vaxt balaca oğlu onu çölə çağırmışdır. Çölə çıxan vaxt Sabunçu Dəmiryolu vağzalı yaxınlığında duran taksi sürücüsü Arifin qapıda olduğunu görmüşdür. Arif oğlu Rasimin xəstəxanaya aparıldığını bildirmiş, o, Arifə gözləməsini, paltarını dəyişib gələcəyini bildirmişdir. Arif ilə xəstəxanaya gedən vaxt yolda Sabunçu RPİ-nin 12-ci polis bölməsindən zəng gəlmiş və oğlunun vəfat etdiyini bildirmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi Akhmedov Eitibar məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, oğlu əvvəllər soyğunçuluğa görə məhkum olunmuşdur. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin məsul növbətçisi vəzifəsində işləyir. Hadisə baş verən gün DİN-in 102 xidmətindən Sabunçu bazarı yaxınlığında adam bıçaqlanması ilə bağlı bölməyə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat qrupu yaradılmış və hadisə yerinə göndərilmişdir. Bundan yarım saat sonra Vüqar adlı şəxs bölməyə gəlib təslim olaraq hadisənin onun tərəfindən törədilməsini bildirmişdir. Hadisəni törətdiyi vintaçan həmin vaxt onun üzərində olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin 12-ci PŞ-nin təhqiqatçısı vəzifəsində işləyir. Polis bölməsinə vətəndaş yaxınlaşıb, Sabunçu bazarı ərazisində adam bıçaqlandığını bildirmiş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. O da təhqiqatçı kimi hadisə yerinə getmişdir. Orada bıçaqlanan şəxsin yerdə uzanıqlı olduğunu görmüşlər. X5 çağırsalar da, yardımın gec gəldiyini görüb həmin şəxsi özləri xəstəxanaya aparmışlar. Xəstəxanada şəxsin öldüyü bildirilmişdir. Şahid2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, bölməyə şəxsin bıçaqlanması ilə bağlı məlumat verilmişdir. Hadisə baş verən yerdə adamlar yığılmış, oradakı şəxslərdən hadisəni görən olmamışdır. Həmin vaxt orada X3mamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünə məxsus olan “Hyundai” markalı **-CX-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Adətən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən Dəmiryolu vağzalının qarşısında dayanır və oradan müştəri götürüb taksi fəaliyyəti ilə məşğul olur. 28 iyun 2024cü il tarixdə təxminən saat 00:15 radələrində idarə etdiyi avtomobillə Ramana qəsəbəsi istiqamətindən gəlib Zabrat yolu istiqamətinə gedərkən Dəmiryol vağzalında 55, 40 saylı marşrut xətlərinin dayanacağında bir neçə adamın toplaşdığını görmüşdür. Həmin vaxt avtomobildə müştəri olduğundan orada dayanmamış və müştərini Zabrat yolu adlanan ərazidə düşürüb Dəmiryolu vağzalına qayıtmışdır. Vağzalın qarşısına çatdıqda həmin yerdə 2-3 nəfər adamın olmasını görmüşdür. Avtomaşınını saxlayıb burada nə baş verdiyini soruşanda həmin şəxslər bildirmişlər ki, “Etibarın oğlunu kimsə bıçaqlayıb xəsarət alıb, onu xəstəxanaya aparıblar”. Hansı Etibar olduğunu soruşduqda ona bildirmişlər ki, “taksi sürücüsü Etibarın oğlu Rasim bıçaqlanıb”. Ona məlumat verən şəxsləri tanımamış, güman etmişdir ki, həmin şəxslər vağzal yaxınlığında yaşayan adamlardır. Rasimin bıçaqla vurulmasını eşidəndə Etibarın nömrəsini bilmədiyi üçün birbaşa Etibar yaşayan ünvana getmişdir. Qapını döyüb sonuncunu çağırmışdır. Etibar qapını açdıqda onunla salamlaşıb, vağzalın qarşısında bıçaqlanma olduğunu, oğlun Rasimin də orada olduğunu, sonuncuya zəng edib, harada olması ilə maraqlanmasını bildirmişdir. Etibara oğlunun bıçaqlanmasını birbaşa deməmişdir ki, pis xəbəri eşidib halı pisləşməsin. Bundan sonra Etibar oğluna birinci dəfə zəng vuranda telefona cavab verən olmamış, ikinci dəfə təkrar zəng edəndə telefonu polis əməkdaşı açaraq Etibara bildirmişdir ki, oğlu Rasim Sabunçu xəstəxanasındadır. Buna görə birlikdə xəstəxanaya getmişlər. Xəstəxanada onlara məlum olmuşdur ki, Etibarın oğlu Zərərçəkmiş şəxs Dəmiryolu vağzalının qarşısında aldığı bıçaq xəsarətlərindən xəstəxanaya çatdırılarkən yolda ölmüşdür (cild 1, iş vərəqi 107-110). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 28 iyun 2024-cü il tarixli, 133 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edildi: Döş qəfəsinin sol yan aşağı səthinin qarın boşluğuna nüfuz edərək bağırsaq arteriya və müsariqələrinin, mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsinə səbəb olan 1 (bir) ədəd; qarının sol yan səthinin qarın boşluğuna nüfuz edərək sol böyrəkətrafı yumşaq toxumaların zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları (cəmi 2 (iki) ədəd). Sol əlin İİİ və İV barmaqlarının sıyrıqları. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən - Döş qəfəsinin sol yan aşağı səthinin qarın boşluğuna nüfuz edərək bağırsaq arteriya və müsariqələrinin, mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsinə səbəb olan 1 (bir) ədəd; qarının sol yan səthinin qarın boşluğuna nüfuz edərək sol böyrəkətrafı yumşaq toxumaların zədələnməsinə səbəb olan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaralan (cəmi 2 (iki) ədəd) küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alət (alətlər) təsirindən törənmişdir. Ekspertizaya maddi sübut (vintaçan) təqdim edilmədiyindən həmin xəsarətlərin vintaçanla yetiirilib-yetirilməməsi barədə konkret fikir söyləmək mümkün deyil. Dərəcəsinə görə qeyd olunan deşilmiş-kəsilmiş yaralar ümumilikdə və hər biri ayrı-ayrılıqda canlı şəxslərdə, sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir,- Sol əlin İİİ və İV barmaqlarının sıyrıqları isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olmaqla ölümlə səbəbli əlaqəsi yoxdur. 2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb deşilmiş-kəsilmiş yaralarla əlaqədar daxili üzvlərin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. 3. Mərhum Zərərçəkmiş şəxs xəsarətləri alarkən bədənin müxtəlif duruş vəziyyətlərində ola bilərdi. 4. Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığım müəyyən etmək mümkün deyil. 5. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tirvək arupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 117-125). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 2184 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosiönal halında fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə əlaqədar hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (cild 1, iş vərəqi 138-143). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi kriminalistik ekspertizasının 337/2024-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarsının aşağı hissəsində və maykanın ön səthinin sol yarısının orta hissəsində 2 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus şalvar, kəmər, tuman, bir cüt corab və bir cüt ayaqqabıların üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmamışdır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynək və maykanın üzərində aşkar olunmuş zədələrin ucu itilənmiş vintaçan alətlə yetirilibyetirilməsi barədə fikir söyləmək qeyri-mümkündür “Həmin zədələr ucu itilənmiş vintaçanla yetirilə bilərdimi?” sualının dəqiq cavablandırılması üçün vintaçan alət ekspertiza tədqiqatına təqdim olunmalıdır (cild 1, iş vərəqi 127-131). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 466/2024- MTBŞ saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu:AB/İV/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, mayka, cins şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda A və B antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim Zərərçəkmiş şəxs məxsus bir cüt ayaqqabı və kəmər üzərində qan, ona məxsus trusik və bir cüt corab üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır (cild 1, iş vərəqi 132-137). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Əliyev X2 Rayon Məhkəməsinin 7 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad olunmuşdur (cild 1, iş vərəqi 93-95). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə tutulmuşdur (cild 1, iş vərəqi 29). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqi 49-51). Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin əynində olmuş 1 ədəd köynək və 1 ədəd mayka iş üzrə maddi sübut hesab edilərək Sabunçu rayon prokurorluğuna təhvil verilmişdir (cild 1, iş vərəqi 159-168). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir təsir və təzyiq olmadan 28 iyun 2024-cü il tarixdə hadisədən dərhal sonra polis bölməsinə gedərək təslim olub törətdiyi cinayət əməlini etiraf etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hadisədən dərhal sonra polis bölməsinə gedərək təslim olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində nəzərdə tutulmuş qayda tətbiq edilmədən cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edib nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələbinə görə “xüsusilə ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 28 iyun 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan zərərçəkmiş şəxsin əynində olmuş 1 ədəd köynək və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu rayon prokurorluğunda saxlanılan zərərçəkmiş şəxsin əynində olmuş 1 ədəd köynək və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-710/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-710/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver