Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-711/2022 13.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Müdafiəçi4, Bakı şəhəri 29 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs-mülki iddiaçının nümayəndəsi – Bakı şəhəri “Pro Bono” vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxx 1983-cü il tarixdə Quba rayonu, Əliməmmədoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Qazaxıstan Respublikası Kostanay Vilayəti Rudnensk Şəhər Məhkəməsinin 07 iyul 2009-cu il tarixli hökmü ilə Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 96.1, 324.2, 58.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 28 dekabr 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 7-(101)-56/12 saylı qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 120.1, 326.1, 66.3cü maddələrinə tövsif edilərək, 8 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 30 iyul 2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 7(007)-710/2016 saylı qərarı ilə 07 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 18 mart 2017-ci ildə cəzadan azad olaraq qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, işləməyən, Quba rayonu, Əliməmmədoba kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri. Kristal Abşeron 1 yaşayış kompleksi, bina 16, ev 177-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər aylıq qazancının 15 %-ni dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 07 ay 01 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 fevral 2018-ci ildə cəza müddəti qurtardığına görə azad edilmiş, məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1350x-da qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksi, bina 16, ev 92-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla külli miqdarda özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 tanışları olan Şahid1 və Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs yaşadığı yaşayış sahəsi hesab edilən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 79/2 ünvanında yerləşən 48 nömrəli mənzilin açarlarını əldə edərək, açarların surətini çıxartdırıb Təqsirləndirilən şəxs1 verərək, mənzilin yerini, mərtəbəsini, kodunu və digər məlumatlar barədə istiqamətləndirərək, sonuncu əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən 06 may 2021-ci il tarixdə saat 17 radələrində həmin mənzilə Təqsirləndirilən şəxs2 tərəfindən ona verilmiş açarla qapını açaraq qanunsuz daxil olub mənzilin yataq otağında olan şkafın içərisindəki qutulardan çəkisi 35 qram olan 6500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində balıq qulağı formalı kulonu olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 16,72 qram olan 2000 manat dəyərində, üzərində 5 ədəd hər biri təxminən 0,165 karat, 33 ədəd hər biri təxminən 0,040 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli briliyant qaşlarla bəzədilmiş 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğadan ibarət "Fantaziya” adlı dəsti, çəkisi 25 qram olan 4500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 5 ədəd brilyant qaşı olan 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 24 qram olan 3500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 8 ədəd brilyant qaşı olan gül formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 15 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində “Allah” sözü yazılmış kulonu, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağını, çəkisi 11 qram olan 1100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağını, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağını, çəkisi 9 qram olan 900 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, çəkisi 8 qram olan 750 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağını, çəkisi 20 qram olan 2100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tross formalı qolbağını, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış buğda formalı ayaq zincirini, çəkisi 20 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 2 ədəd kiçik və 1 ədəd böyük kvadrat formalı kulonu olan boyunbağını, çəkisi 7 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 1 karat brilyant qaşı olan üzüyü, çəkisi 6 qram olan 900 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində yaşıl rəngli brilyant qaşlarla bəzədilmiş üzüyü, çəkisi 25 qram olan 7500 manat dəyərində, ağ rəngli 750 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 cüt sırğa, üzük və boyunbağıdan ibarət olan dəsti, çəkisi 30 qram olan 2600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış tross formalı boyunbağını, çəkisi 8 qram olan 650 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış paxlava formalı üzüyü, çəkisi 10 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində ağ və qara rəngli brilyant qaşları olan üzük, çəkisi 18 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tor formalı boyunbağını, çəkisi 13 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 12 ədəd brilyant qaşı olan üzüyü, çəkisi 18 qram olan 3000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində brilyant qaşlı kulonu olan boyunbağını, çəkisi 10 qram olan 1000 manat dəyərində, 999 əyarlı qızıldan hazırlanmış 9 rəqəmi formalı kulonu, çəkisi 8 qram olan 1000 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş üzüyü, çəkisi 5 qram olan 450 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış sadə halqa formalı üzüyü, çəkisi 7 qram olan 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində “GOLDV” sözü yazılmış kulonu, çəkisi 4 qram olan 350 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzərində sadə qaşları olan üzüyü, çəkisi 3 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində 1 ədəd sadə qaşı olan üzüyü, çəkisi 24,22 qram olan 5 manat dəyərində, mis əsaslı ərintindən hazırlamış üzərində rəngsiz şəffaf qaşlar olan yarpaq formalı kulonu və çəkisi 8,66 qram olan 5 manat dəyərində, mis əsaslı ərintindən hazırlamış üzərində rəngsiz şəffaf qaşlar olan sırğa təkini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 55.010 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü qismən, yəni CM-nin 177.2-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2009-cu ildə Qazaxıstan Respublikasında qəsdən adam öldürmə cinayəti törətdiyi üçün məhkum olunmuşdur. Sonra cəzasını çəkmək üçün Azərbaycan Respublikasına ekstradisiya olunmuşdur. 2017-ci ildə azadlığa çıxmışdır. Təqsirləndirilən şəxs1 hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Rəşad onun yaşadığı Abşeron rayonıı, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksində yerləşən 16-cı binada ailəsi ilə birlikdə yaşayır. Şahid1 və Şahid2 isə təxminən 1 ilə yaxın imiş tanıyırmış. Onlarla təsadüf nəticəsində tanış olmuşdur. Tanışlıqdan sonra aralarında dostluq münasibəti yaranmışdır. O, onlarla tez-tez telefonla əlaqə saxlayıb danışırmış və hərdənbir də görüşürmüşlər. Görüşlərin birində Rəsmiyyə ona demişdir ki, bir nəfər Fəridə adlı qadından faizə pul götürmüşdür. Rəsmiyyə Fəridədən götürdüyü faiz pula görə özünə məxsus evin sənədlərini girova qoymuşdur. Rəsmiyyə ondan Fəridənin yaşadığı evdən Rəsmiyyəyə məxsus olan sənədləri hansısa yolla götürməyi üçün ona köməklik etməyini xahiş etmişdir. O, Rəsmiyyəyə həmin qadının yaşadığı evin giriş qapısının açarları ona verilsə, o, həmin evdən sənədləri götürə biləcəyini demişdir. Hadisədən təxminən 3-4 ay əvvəl Rəsmiyyə və Maral Fəridənin yaşadığı evə getmişlər. O da onlarla birlikdə Fəridənin yaşadığı binanın həyətinə getmişdir. Rəsmiyyə və Maral ona bildirmişlər ki, binanın həyətində gözləsin, birazdan evin açarlarını ona gətirib verəcəklər. Elə həmin vaxt da onlar ona Fəridənin yaşadığı binanın girişini göstərib, mənzilin 7-ci mərtəbədə liftdən sağda 48ci mənzilin olduğunu bildirmişlər. Binanın giriş qapısının Fəridənin yaşadığı evə məxsus kodunu da bildirmişlər. Onlar ona Fəridənin sənədi giriş qapısından soldan 2-ci otaqdakı divara yerləşdirilmiş paltar şkafında saxladığını demişlər. Rəsmiyyə və Maral Fəridənin evinə qalxmışlar. O, isə aşağıda gözləmişdir. Təxminən 1 saata yaxın vaxt keçdikdən sonra Maral ona halqaya keçirilmiş 3 ədəd açar vermişdir. O, açarları götürüb Nərimanov rayonu ərazisində yerləşən hazırda xatırlamadığı açar hazırlanan yerdə həmin açarların surətini çıxarıb, yenidən Fəridənin yaşadığı binanın qarşına gəlmiş və açarları yenidən Marala qaytarmış və çıxıb getmişdir. Bundan sonra, o, bir neçə dəfə Fəridənin yaşadığı binaya getmişdir. Lakin binanın ətrafında kameralar olduğu üçün evə daxil olmaq fikrindən yayınmışdır. 2021-ci ilin may ayının əvvələrində Rəşad onunla olarkən, o, Rəşada bir nəfər faizə pul verən qadının Rəsiyyəyə faizə pul verdiyini, Rəsmiyyənin də həmin pula görə evinin sənədlərini həmin qadına girov kimi verdyini bildirmiş və Rəsmiyyəyə məxsus olan evin sənədlərini həmin evdən götürmək lazım olduğunu, bu işdə ona kömək edə biləcəyini soruşduqda, Rəşad da buna razılıq vermişdir. O, Rəşada yalnız sənədlərin götürülməsini bildirmiş, Rəşada qızıl-zinət əşyalarının oğurlamasını deməmişdir. Bundan bir müddət keçəndən sonra Rəşadla birlikdə Fəridənin yaşadığı binanın yanına getmişlər. O, Rəşada Fəridənin yaşadığı binanın girişini göstərmiş və evin həmin binanın 7-ci mərtəbəsində yerləşdiyini, binanın giriş qapısında mənzilin kodunu da bildirmişdir. Rəşad həmin evə girməsindən bir gün əvvəl Telman adlı tanışının taksisi ilə onlar Fəridənin yaşadığı binaya getmişlər. Lakin həmin gün Rəşad evə girməmişdir. 06.05.2021-ci il tarixdə Rəşadla yenidən görüşmüşlər və Fəridənin yaşadığı evin yanına gəlmişlər. O, Rəşada 2 ədəd açar vermiş və bu açarlardan 2-nin evin giriş qapısının açarları olduğunu bildirmişdir. Rəşada binanın girişində mənzilin kodunu və 48 nömrəli mənzilin olduğunu bildirmişdir. Rəşad mənzilə girəndən sonra, o, oradan “Heydər Əliyev" Mərkəzinin yanına getmiş və Rəşadı gözləməyə başlamışdır. Təxminən 1 saat keçməsinə baxmayaraq Rəşad gəlmədiyindən, o, Xırdalan şəhərinə qayıtmış və fikirləşmişdir ki, Rəşad onsuzda evə gələcək. O, yaşadığı binanın yaxınlığında olarkən Rəşadın arvadının binadan çıxdığını görmüşdür. Fikirləşmişdir ki, yəqin Rəşadın arvadı Rəşadla haradasa görüşəcək və bu səbəbdən Rəşadın arvadının arxası ilə getməyə başlamış və tanışı taksi sürücüsü Telmana zəng vurub, Telmanı olduğu yerə çağırmışdır. Təxminən 5-10 dəqiqə sonra Telman avtomobillə onun olduğu yerə gəlmişdir. Rəşadın arvadı 136 saylı marşrut avtobusuna mindikdən sonra, o, Telmandan həmin avtobusun arxası ilə sürməyi xahiş etmişdir. Rəşadın arvadı "20 Yanvar" metrostansiyasının yanında avtobusdan düşmüşdür. Bundan sonra o, piyada Rəşadın arvadının arxası ilə getməyə başlamışdır. Rəşadın arvadı binalardan birinin girişinə qalxmışdır. Sonra o, çöldə dayanmış, təxminən 1 saat sonra Rəşad ora gəlmişdir. O, Rəşadla birlikdə Telmanın idarə etdiyi avtomobilə əyələşmişlər. Rəşad cibindən qızıllar çıxararaq ona vermişdir. O, həmin vaxt bilmişdir ki, Rəşad Fəridənin mənzilindən qızıl-zinət əşyaları oğurlamışdır. Bundan sonra, o, evə getmişdir. Axşam saat 23 radələrində Rəşad onun evinə gəlmişdir. Onlar birlikdə tərəzi ilə qızılları çəkmişlər, qızılların ümumi çəkisi 196 qram olmuşdur. O, Rəşada qızılları satıb 2000 manat Rəşada pul verəcəyini demişdir. Səhəri gün o, qızılları tanışı Əjdər adlı şəxsin köməkliyi ilə "Gənclik" metrostansiyasının çıxışında yerləşən qızıl satışı univermağında və "Moskva" Univermağmda 3 dəfəyə olmaqla 9500 manata satmışdır. Sonradan təqsirləndirilən şəxslə görüşmək imkanı olmadığından satılan qızılların pulundan Rəşada heç bir məbləğdə pul verə bilməmişdir. Qızılın qiyməti cəmi 9500 manat olmuş, qızılların dəyəri 55.000 manat olmamışdır. Ona görə özünü CM-nin 177.2-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilməmişdir. Qızılların hamısını Əjdər adlı şəxsə satması üçün vermişdir. Ona Əjdər cəmi 9500 manat pul vermişdir. Qızılların içərisində büjiteriyalar da olmuşdur. Açarları ona verəndən təxminən 2-3 ay sonra ona demişlər ki, açarları qaytar. Rəşad evə sənəd götüməyə getmiş, lakin sənədləri tapmayıb, evdən qızılları götürmüşdür. Onda olan qızılların qiymətində bu qədər fərq ola bilməzmiş. Neçə adda qızıl olmasını hazırda xatırlamır. Təxminən 20-25 ədəd olarmış. Xırda-xırda qızıllar imiş. Qızılların içərisində gümüş olanlar da var imiş. Evin açarlarını ona Maralla Rəsmiyyə vermişdir. Hadisədən sonra o, Maral və Rəsmiyyə ilə görüşməmişdir. Rəsmiyyə ona surətini çıxartdığı açarları ona qaytarmağını demiş, o da Rəsmiyyəyə açarları itirdiyini demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, cinayət işinin 3-cü cild 249-252-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: «... Daha sonra Rəsmiyyə mənə dedi ki, Fəridədən evin sənədlərini almışdır. Rəsmiyyə mənə surətini çıxardığım açarları ona qaytarmasını istədi. Mən isə Rəsmiyyəyə bildirdim ki, açarları itirmişəm. 2021-ci ilin may ayının əvvəllərində Rəşad bizdə olarkən mən Rəşada faizə pul verən bir qadının evinin giriş qapısının açarlarının məndə olduğunu, həmin qadının faizə pul verən olduğu üçün yaşadığı evdə pul və qızıl-zinət əşyaları ola biləcəyini bildirdim. Mən Rəşada həmin evdən oğurluq etmək istədiyimi bildirdim, lakin evin yerləşdiyi binanın həyətində kameralar olduğunu dedim və Rəşada əgər istəsə birlikdə həmin evdən oğurluq edə biləcəyimizi dedim. Rəşad mənə dedi ki, pula ehtiyacım var istəsən həmin evdən oğurluq edə bilərəm və oğurladığım pul və qızılları bölərik. Mən Rəşadın təklifi ilə razılaşdım. ...Həmçinin Rəşada qızıl və pulların giriş qapısından sağda yerləşən otaqda olan divara yerləşdirilmiş paltar şkafında ola biləcəyini dedim. Oğurluq edəcəyimiz mənzilin yerləşdiyi binanın yaxınlığına çatdıqda mən binanın girişində olan arkada dayandım. ...Rəşad cibindən qızılları çıxararaq mənə verdi və dedi ki, evdən ancaq bunlar çıxıb. ...Mən Rəşada dedim ki, qızılları satıb sənə 2000 manat pul verəcəm. ... . » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, ifadəni qismən təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 hadisədən təxminən 4-5 ay əvvəl tanımışdır. Hikmət onun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron 1 yaşayış kompleksində yerləşən 16-cı binanın 12-ci mərtəbəsində tək yaşayır. Təxminən 2021-ci ilin may ayının 1-də Hikmətlə birlikdə olarkən Hikmət ona demişdir ki, onda Nərimanov rayonu ərazisində yaşayan faizə pul verən bir nəfər qadının yaşadığı evin giriş qapısının açarları var. Hikmət ona həmin qadının evində pul və qızılın ola biləcəyini bildirmiş və ona həmin evdən birlikdə oğurluq etməyi təklif etmişdir. O, Hikmətdən açarları haradan əldə eldiyini soruşduqda, Hikmət evin giriş qapısının açarlarını ona bir nəfər qadın tanışının verdiyini, həmin tanışı faizə pul verən qadından faizə pul götürmüş və bunun müqabilində özünə məxsus evin sənədlərini onda girov saxlamışdır. Qadın tanışı Hikmətdən faizə pul verən qadının evindən girov kimi qoyduğu mənzilin sənədlərini götürməyi xahiş etmiş və bu məqsədlə ona həmin qadının yaşadığı evin açarlarını vermişdir. O, isə açarların surətini çıxarmış, açarların əslini isə qaytarmışdır. Lakin faizə pul verən qadın onun sənədlərini qaytardığı üçün həmin evə girməmişdir. Onun pula ehtiyacı olduğu üçün Hikmətin oğurluqla bağlı təklifi ilə razılaşmışdır. Onlar belə qərara gəlmişlər ki, evə o, daxil olacaq, Hikmət isə onu çöldə gözləyəcəkmiş. Həmin günün səhəri Hikmətlə birlikdə Telman adlı şəxsin taksisi ilə Nərimanov rayonu, H.Əliyev prospektinə gəlmişlər. Hikmət ona oğurluq edəcəkləri binanın girişini göstərmiş və mənzilin həmin binanın 7-ci mərbəsində liftdən çıxanda sağda yerləşdiyini bildirmişdir. Bundan sonra onlar oranı tərk etmişlər və Hikmət ona nə vaxt evə girəcəyi barədə xəbər edəcəyini bildirmişdir. 05.05.2021-ci il tarixdə onlar yenidən həmin binanın həyətinə getmişlər. Həyətdə çoxlu adam olduğu üçün həmin gün oğurluq etməkdən daşınmışlar. 06.05.2021-ci il tarixdə Hikmətlə yenidən görüşmüşlər. Nərimanov rayonu ərazisində yerləşən girəcəkləri evə tərəf gəlmişlər. Yolda Hikmət ona 3 ədəd açar vermiş və bildirmişdir ki, açarlardan 2-si evin giriş qapısının açarlarıdır. Həmçinin, Hikmət ona binanın girişində mənzilin kodunu və 48 saylı mənzil olduğunu bildirmişdir. Onlar mənzilin yerləşdiyi binanın yaxınlığına çatdıqda, Hikmət binanın girişində olan arkada dayanmış və ona demişdir ki, o, gedib işini görsün, onu X20 yanında gözləyəcək. Saat təxminən 17 radələrində o, binanın giriş qapısına yaxınlaşmış və giriş qapısı üzərində Hikmətin ona dediyi kodu -0748 yığmışdır. Zəng çalınsa da, qapını açan olmamışdır. O, bir neçə dəfə eyni qaydada yığsa da, cavab verən olmamışdır. Təxminən 10 dəqiqə sonra binadan adam çıxdığı üçün qapı açılmış və o, binaya daxil olmuş və pilləkənlə 7-ci mərtəbəyə qalxmış və həmin mərtəbədə mənzili tapmışdır. Mənzilin giriş qapısı üzərində 48 yazılmışdır. Bundan sonra həmin mənzilin damafonu üzərində olan düyməni basmışdır. Lakin, yenə cavab verən olmadığından evdə heç kəsin olmadığına əmin olduqdan sonra Hikmətin ona verdiyi açarlarla mənzilin giriş qapısının hər iki qıfılını açıb, mənzilə daxil olmuşdur. Hikmət ona demişdir ki, pul və qızıllar giriş qapısından solda yerləşən 2 otaqdakı divara yerləşdirilmiş paltar şkafında olacaq. Mənzilin giriş qapısından solda 2 otaq var imiş. Həmin otaqlardan birinin qapısı açıq vəziyyətdə olsa da, digəri açarla bağlanmışdır. O, həmin qapının qıfıl hissəsinə təpiklə vurub qıfılı sındıraraq açmışdır. Qapının girişdən sağ çərçivəsi döşəmənin üzərinə düşmüşdür. O, giriş qapısında sağda olan paltar şkafını axtarmağa başlamışdır. Lakin, oradan pul tapa bilməmişdir. Həmin paltar şkafından 2 ədəd içərisində qızıllar olan qutu tapmışdır. Həmin qutulardan qızılları çıxararaq şalvarının ciblərinə yığıb mənzildən çıxmışdır. O, mənzildən çıxarkən mənzilin giriş qapısının aşağı qıfılını açarla bağlamış və yuxarını bağlamadan pilləkənlə aşağı düşüb binanı tərk etmişdir. Bundan sonra, o, X20 yanına getmişdir. Orada təxminən 5-10 dəqiqə gözləmişdir. Lakin, Hikmət gəlmədiyi üçün piyada Nərimanov parkına getmişdir. Üzərində telefon olmadığı üçün telefon aparatı vasitəsilə Hikmətə zəng vurmuş və Nərimanov parkında olduğunu bildirmişdir. Hikmətlə Nərimanov metrosunun çıxışında olan ‘Baku Electronics” mağazasının qarşısında görüşəcəklərini danışsalar da, yarım saat keçməsinə baxmayaraq Hikmət gəlməmişdir. Arvadı Leyla nənəsinin yaşadığı 3-cü mikrorayon ərazisində yerləşən evində qonaq olduğu üçün Hikmət gəlmədiyindən, o da avtobusla 3-cü mikrorayona getmişdir. O, piyada arvadının nənəsigilə gedərkən yolda Hikməti görmüşdür. Hikmət onu gördükdən sonra əvvəllər bir neçə dəfə gördüyü taksi sürücüsü Telman adlı şəxsə səslənərək avtomobilini yanlarına sürməyini istəmişdir. Onlar Telmanın idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə olan zaman o, oğurladığı qızılları Hikmətə vermişdir. Hikmət qızılları götürmüş və ona demişdir ki, axşam gələr danışarlar. Bundan sonra Hikmət çıxıb getmişdir. Axşam saatlarında o, Hikmətin yaşadığı evə qalxmışdır. Oğurladığı qızıllardan 1 ədəd sırğa və 1 ədəd üzük onun cibində qaldığından həmin qızılları da Hikmətə vermişdir. Hikmət adi tərəzi ilə qızılları çəkmiş və qızılların ümumi çəkisi 196 qram olmuşdur. Hikmət ona qızılları satacağını və ona 2000 manat pul verəcəyini demişdir. O, Hikmətlə razılaşmışdır. Həmin gündən sonra o, bir neçə dəfə Hikmətlə əlaqa saxlamış və qızılları satıb-satmadığını soruşmuşdur. Hikmət hələ ki, qızılları satmadığını bildirmişdir. Daha sonra isə Hikmətin mobil nömrəsinə zəng çatmamış və yaşadığı evə də gəlməmişdir. Arvadı Leylanın atası Rusiya Federasiyasında yaşadığı üçün onlar da ora gedərək daimi orada qalmaq qərarına gəlmişlər. Buna görə də 23.06.2021-ci il tarixdə o, arvadı Levla ilə birlikdə bilet alaraq Belarusiyaya getmək məqsədilə Bakı Beynəlxalq Hava Limanına getmişlər. Gömrük yoxlanışı zamanı müəyyən olmuşdur ki, onun ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən o, saxlanılaraq polisə təhvil verilmişdir. Onu da qed etmək istəyir ki, həmin qızılların ümumi çəkisi cəmi 196 qram olmuş, orada baha qiymətli əşyalar olmamışdır. Həmin qızılların dəyəri ən çoxu 3-5 min manat edərmiş. Zərərçəkmiş şəxs qızılların dəyərini bilərəkdən yüksək, yəni 55000 manat göstərmişdir. Bu qiymətlə o, razı deyil. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, dəymiş maddi ziyanı zərərçəkmiş şəxsə ödəməmişlər. Onun götürdüyü qızıllar cəmi bir ovuc olmuşdur. Bir mücrü və bir də balaca bir qabda olmuşdur. Hikmət qızılları satıb ona da pul verməli imiş, lakin, Hikmət ona heç bir məbləğdə pul verməmişdir. Qızıllar üzük, sırqa, boyunbağı, kulon və s. imiş. Cəmi neçə ədəd olmasını dəqiq deyə biməz, lakin 39 ədəd olmazmış. İttiham aktında göstərilən sayda olmamışdır. Qızılların içində bir ədədinin büjiteriya olduğu bilinirmiş. O, Maral və Rəsmiyyə adlı qadınları tanımamışdır. Açarları ona Hikmət vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülkli iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır. O, Rəsmiyyə və Maralı tanıyır, onlara həmişə əl tutmuşdur. Maral və Rəsmiyyəni çoxdan tanımışdır. Onların ona borcları vardır. Bu borcun girovu kimi Rəsmiyyə evinin sənədlərini ona vermişdir. Rəsmiyyə sənədləri ona görə vermişdir ki, borcunu qaytaranda, o da Rəsmiyyənin evinin sənədlərini Rəsmiyyəyə qaytaracaq. O, mənzilinin açarını Rəsmiyyəyə və ya kiməsə verməmişdir. Rəsmiyyəyə o, 7000 ABŞ dolları borca pul vermişdir. O, özü Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 70/2, mənzil 48-də tək yaşasa da, qardaşı oğlu X19 arvadı Fəridə tez-tez onun evinə gələrək qonaq qalırlar və ona evin bəzi işlərində köməklik edirlər. Buna görə də yaşadığı evin açarları Elvində də var. 06.05.2021-ci il tarixdə saat 15 radələrində şəxsi işləriylə əlaqədar evdən çıxmışdır. Həmin gün saat 18 radələrində Elvin ona zəng vuraraq ondan evə gəlib-gəlmədiyini soruşmuşdur. O, Elvinə evə gəlmədiyini bildirmişdir. Elvin bundan sonra ona yataq otağının qapısının sındırıldığını demişdir. O, yaşadığı evdən oğurluq olmasından şübhələnmiş və dərhal evə gəlmişdir. O, evə gəldikdən sonra yataq otağına baxarkən artıq oğurluq olduğuna əmin olmuşdur. Belə ki, yataq otağında divara yerləşdirilmiş paltar şkafında qutularda saxladığı qızılların yerində olmadığını, həmin qutuların boş olduğunu görmüşdür. O, gələnə kimi Elvin “102” Xidmətinə zəng vurmuşdur. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. O, ərizə yazmış və ərizəsində yaşadığı evdən 55000 manat dəyərində qızıl-zinət əşvalarının oğurlanması barədə məlumat vermişdir. O, yaşadığı evdən baş vermiş oğurluqdan heç kəsdən şübhələnməmişdir. Onda olan qeydlərdən istifadə edərək bildirir ki, oğurluq zamanı yaşadığı mənzildən çəkisi 35 qram olan 6500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində balıqqulağı formalı kulonu olan brilyant qaşlarla bəzədilmiş 1 ədəd boyunbağı və 1 cüt sırğadan ibarət olan dəst, çəkisi 17 qram olan 2000 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan "fantaziya'' adlı dəst, çəkisi 25 qram olan 4500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 5 ədəd brilyant qaşı olan 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəsti, çəkisi 24 qram olan 3500 manat dəyərində, 583 əyarlı qızıldan hazırlanmış hər birinin üzərində 8 ədəd brilyant qaşı olan gül formalı 1 ədəd üzük və 1 cüt sırğadan ibarət olan dəst, çəkisi 15 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində “Allah” sözü yazılmış kulon, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağı, çəkisi 11 qram olan 1100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağı, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış sünbül formalı qolbağı, çəkisi 9 qram olan 900 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağı, çəkisi 8 qram olan 750 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağı, çəkisi 12 qram olan 1200 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış şam ağacı formalı qolbağı, çəkisi 20 qram olan 2100 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tross formalı qolbağı, çəkisi 10 qram olan 1000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış buğda formalı ayaq zinciri, çəkisi 20 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 2 ədəd kiçik və 1 ədəd böyük kvadrat formalı kulonu olan boyunbağı, çəkisi 7 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 1 karat brilyant qaşı olan üzük, çəkisi 6 qram olan 900 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində yaşıl rəngli brilyant qaşlarla bəzədilmiş üzük, çəkisi 25 qram olan 7500 manat dəyərində, ağ rəngli 750 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş 1 cüt sırğa, üzük və boyunbağıdan ibarət olan dəst, çəkisi 30 qram olan 2600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış tross formalı boyunbağı, çəkisi 8 qram olan 650 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış paxlava formalı üzük, çəkisi 10 qram olan 1500 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində ağ və qara rəngli brilyant qaşları olan üzük, çəkisi 18 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış tor formalı boyunbağı, çəkisi 13 qram olan 2000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində 12 ədəd brilyant qaşı olan üzük, çəkisi 18 qram olan 3000 manat dəyərində, 750 əyarlı qızıldan hazırlanmış üzərində brilyant qaşlı kulonu olan boyunbağı, çəkisi 10 qram olan 1000 manat dəyərində, 999 əyarlı qızıldan hazırlanmış 9 rəqəmi formalı kulon, çəkisi 8 qram olan 1000 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzəri brilyant qaşlarla bəzədilmiş üzük, çəkisi 5 qram olan 450 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış sadə halqa formalı üzük, çəkisi 7 qram olan 600 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində “GOLDV” sözü yazılmış kulon, çəkisi 4 qram olan 350 manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış üzərində sadə qaşları olan üzük, çəkisi 3 qram olan 200 manat dəyərində, 585 əyarlı qızıldan hazırlanmış üzərində 1 ədəd sadə qaşı olan üzük oğurlanmışdır. Ümumilikdə onun mənzilindən 55000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Bundan başqa oğurlanmış qızılların içərisində hazırda qiyməti yadında qalmayan büjiteriya kimi istifadə etdiyi 1 ədəd üzük və 1 ədəd tək sırğa oğurlanmış və həmin büjiteriya ilə bağlı heç bir iddiası yoxdur. Ona dəymiş maddi ziyan 55.000 manatı təqsirləndirilən şəxslərdən tələb edir. Xahiş edir mülki iddiası təmin olunsun və ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslərdən alınıb ona qaytarılsın. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş-mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, qardaşı oğlu Elvin evə gələrkən qapının sındığını görüb, ona zəng edib bu barədə bildirmişdir. Qızılları o, özü almışdır. Qiymətlərini də bilir. Qızılzinət əşyalarını müxtəlif yerlərdən almışdır. O, toylara gedəndə də həmin qızılları taxmış, şəkilləri də var. Onun qızılları həmişə ortada olmuşdur. Hansı qızılın üzərində neçə ədəd brilyant qaş olmasını dəqiq deyə bilməz, lakin neçə ədəd birlyant daş qaşı olmasını bilir və onların qiymətlərini də bilmişdir. Onun qızılları cəmi 196 qram ola bilməz. Qızılları nə vaxt almağını dəqiq deyə bilməz, illəri və tarixləri xatırlamır. Hərdən bir Maral onlara gələndə mağazaya düşəndə evin açarını özü ilə götürürmüş ki, birdə Maral mağazadan qayıdanda kimsə durub qapını açmasın. Mağazadan gələndə qapını Maral özü açıb içəri girirmiş. Elə hal olmuşdur ki, Maral mağazaya gedib və 15-20 dəqiqəyə də qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri o, tanımamışdır. O, əvvəllər fərdi qaydada qızıl alqı satqısı və təmiri ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs2 07 may 2021-ci ildən tanıyır. Yəni, 07 may 2021-ci il tarixdə Hikmətlə ortaq tanışları ona zəng vuraraq bir nəfər tanışında qızılların olduğunu və onları satmaq istədiyini bildirmişdir. O, zəng edən həmin tanışına heç bir problem olmadığını bildirmiş və ona köməklik edə biləcəyini demişdir. Bundan sonra ortaq tanışları Hikmətə onun telefon nömrəsini vermişdir. Hikmət də ona zəng etmiş və onda qızıllar olduğunu, həmin qızılları satmaq istədiyini bildirmişdir. O, 07.05.2021-ci il tarixdə saat 15 radələrində Nərimanov rayonu, Atatürk prospektində Hikmətlə görüşmüşdür. Həmin vaxt o, ilk dəfə imiş ki, Hikməti görürmüş. Hikmət görüş zamanı qızılları ona göstərmişdir. O, qızıllara baxmış, həmin qızılların içərisində bir neçə büjiteriyalar var imiş. Həmin büjiteriyaları ayıraraq Hikmətə qaytarmışdır. O, Hikmətdən qızılların probleminin olub-olmadığını soruşduqda, Hikmət qızıllarda heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Hikmət qızıllardan bəzilərini seçərək satılması üçün ona vermişdir. Bundan sonra, o, Hikmətlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl univermağına getmişdir. Univermaqda əvvəllər tanıdığı Cəmillə gorüşmüş və Cəmilə satdıq qızılların olduğunu bildirmişdir. Cəmil qızıllara baxmış və daha sonra qızılları elektron tərəzidə çəkmişdir. Cəmil həmin qızıllara görə ona 5600 manat pul vermişdir. O da həmin pulları Hikmətə vermişdir. Hikmət həmin puldan ona 100 manat pul vermişdir. Bundan sonra Hikmət çıxıb getmişdir. Təxminən bir neçə gün sonra Hikmət yenidən ona zəng vurub onunla Nərimanov rayonu, Atatürk prospektində görüşmüşdür. Hikmət ona digər qızılları da satmaq istədiyini bildirmiş və qızılların içərisində bir cüt sırğa və bir ədəd üzük komplektini çıxardaraq ona vermişdir. Onlar həmin gün qızılları sata bilməmişlər. Sonra onlar həmin qızılları Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl univermağında işləyən Elbrusa 2300 manat satmışlar. O, həmin puldan 100 manat özünə götürmüş, qalan 2200 manatı Hikmətə vermişdir. Təxminən bir neçə gün sonra Hikmətlə yenidən görüşmüşlər. Görüş zamanı Hikmət qalan qızılları və digər qızılların üzərindən çıxmış brilyant qaşları satmaq istədiyini bildirmişdir. Onlar həmin qızılları Moskva Univermağında tanımadıqları şəxsə ümumilikdə 1600 manata satmışlar. Hikmət sonuncu satdığı qızılların pulundan ona heç bir məbləğdə pul verməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, Hikmət qızılların oğurluq olmasını ona deməmişdir. Təqsirləndirilən şəxs2 ondan başqa kiməsə qızıl satıb-satmamasını bilmir. O, 55000 manatlıq qızıl görməmişdir. Satdığı qızıllar ifadəsində göstərdiyi qədər olmuşdur. Qızılın qramı səhv etmirsə 52 manatdan satılmışdır. Ona verilən qızıllarda brilyant qaşlar olmamışdır. Zərgərlər qızılı satış qiymətinə deyil, lom kimi alırlar. Hikmətin ona təqdim etdiyi qızılların içərisində təxminən 4-5 ədəd büjiteriya var imiş, onları seçib özünə qaytarmışdır. O, qızılları zərgərlərə satmışdır. Cəmil və Elbrus adlı şəxslərə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri tanımamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl alışı-satışı univermağında qızılın alışı və satışı ilə məşğul olur. O, 30 ilə yaxındır ki, zərgərlik işi ilə məşğul olur. 2021-ci ilin may ayının əvvəllərində əvvəllər tanıdığı fərdi qaydada lom şəkildə qızılın satışı ilə məşğul olan Əjdər adlı şəxs işlədiyi yerə gələrək ona satdıq qızılların olduğunu bildirmişdir. O, Əjdərin gətirdiyi qızıllara baxmış və onları elektron tərəzidə çəkmişdir. Əjdərin gətirdiyi qızılların lom qiyməti ümumilikdə 5600 manat etmişdir. O, qeyd olunan məbləğdə pulu Əjdərə verərək qızılları almışdır. Həmin qızılları əridərək başqa növ qızıllar düzəldib satmışdır. Şahid3 Füzuli oğlu ona satdığı qızılların oğurluq yolu ilə əldə olunması barədə heç bir söz deməmişdir. O, həmin qızılların oğurluq yolu ilə əldə edilməsini bilsəymiş, həmin qızılları almazmış. Qızılı satan şəxsin şəxsiyyət vəsiqəsini tələb edirlər. Əjdəri o, uzun illərdir ki, tanımış, ona görə də onun şəxsiyyət vəsiqəsini tələb etməmişdir. Aldığı qızılların çəkisi dəqiq yadında deyil. Qızılların üzərində brilyant qaşlar olmamışdır. O, qızılları lom kimi almışdır. Qızılın qiymətləri gündəlik də dəyişə bilir. 36 qram 750 əyarlı brilyant boyunbağı və sırğa olmamışdır. Ona verilən qızıllar əriməyə yararlı olmuş, ona görə də əridib başqa növ qızıllar düzəldib satmışdır. Şahid3 Füzuli oğlunun ona satdığı qızılların əyarı 585 və 750 olmuşdur. Aldığı qızılların kitabda qeydləri olur. O, Əjdərdən aldığı qızılları da kitabda qeyd etmişdir. Əjdər əvvəllər də ona qızıl satmışdır. Əjdər qızıl satışı ilə həmişə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 2A ünvanında yerləşən qızıl alışı-satışı univermağında qızılın alışı və satışı ilə məşğul olur. 2021-ci ilin may ayının əvvəlləri tanıdığı fərdi qaydada lom şəkildə qızılın satışı ilə məşğul olan Əjdər adlı şəxs işlədiyi yerə gələrək ona satmaq üçün qızılların olduğunu bildirmişdir. O, Əjdərin gətirdiyi qızıllara baxmışdır. Həmin qızıl 1 ədəd üzük və 1 cüt sırğadan ibarət dəst olmuşdur. O, həmin qızılları elektron tərəzidə çəkmişdir. Həmin qızılın çəkisi 17 qram və əyarı 583 imiş. O, həmin dəsti Əjdərdən 2300 manata almışdır. 24.05.2021-ci il tarixdə Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları işlədiyi yerə gələrək onun Əjdərdən qızıl alıb-almamağı barədə soruşmuşlar. O, Əjdərdən qızıl aldığını etiraf etmiş və Nərimanov RPİ-nin 18-ci PŞ-də aldığı qızılı polis əməkdaşlarına təqdim etmişdir. Şahid3 Füzuli oğlu ona satdığı qızılların cinayət yolu ilə əldə olunması barədə məlumat verməmişdir. Həmin qızılların cinayət yolu ilə əldə edilməsini bilsəymiş, o, həmin qızılları almazmış. O, özü aldığı qızıllara görə ziyana düşmüşdür. Qızılları polisə təhvil vermişdir. Aldığı qızılın üzərində brilyant qaşlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 Şahid1 vasitəsi ilə tanımışdır. Şahid1 yaxın rəfiqəsidir. Təqsirləndirilən şəxs1 isə tanımamışdır. Təqsirləndirilən şəxs2la Rəsmiyyə sevgili olmuşlar. Bir müddət onlar görüşmüşlər. O, Zərərçəkmiş şəxs 10.000 manat pul borca almışdır. Həmin puldan Fəridə xanıma bir dəfə 2500 manat, sonra isə 300 manat qaytarmış, hal-hazırda ona 7200 manat borcu qalmışdır. Həmçinin Zərərçəkmiş şəxs Rəsmiyyəyə borca 10000 manatdan artıq pul vermiş, bunun müqabilində isə Rəsmiyyə etibarnamə əsasında özünə məxsus olan evin sənədlərini Fəridəyə girov kimi vermişdir. Lakin sonradan Rəsmiyyə həmin pulları verə bilməmişdir. Rəsmiyyə ilə görüşlərin birində Rəsmiyyə ona demişdir ki, Fəridənin evində olan özünə məxsus evin sənədlərini götürmək istəyir, lakin necə götürəcəyini bilmir. Hadisədən təxminən 4-5 ay əvvəl o, Rəsmiyyə ilə birlikdə Hikmətlə görüşmüşlər. Rəsmiyyə Fəridə ilə bağlı olan problemini Hikmətə demiş və evinin sənədlərinin Fəridənin evindən götürülməsini istəmişdir. Hikmət onlara demişdir ki, əgər Fəridənin yaşadığı evin giriş qapısının açarları ona verilsə Hikmət həmin evə girib evin sənədlərini götürə bilər. Rəsmiyyə Hikmətin təklifi ilə razılaşmış və Hikmətə Fəridənin evinin açarlarını evdən götürüb verə biləcəyini demişdir. Bundan sonra Rəsmiyyə ondan xahiş etmişdir ki, açarları o, Fəridənin evindən götürsün və bildirmişdir ki, Rəsmiyyə özü götürsə şübhə doğura bilər. Rəsmiyyə ilə uzun illərdir ki, rəfiqə olduqlarından, o, Rəsmiyyənin təklifinə etiraz etməmişdir. Bu söhbətdən bir neçə gün sonra o, Rəsmiyyə ilə birlikdə Fəridənin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən evinə getmişlər. Hikmət də onlarla birlikdə getmişdir. Hikmətin onlarla birlikdə getməkdə məqsədi Fəridənin yaşadığı binanın və mənzilin yerləşdiyi yeri bilmək imiş və imkan olsa elə həmin gün də Fəridənin evinin açarını Hikmətə verməli imişlər. Fəridənin yaşadığı binanın həyətində olarkən X15 yaşadığı binanın girişini, mənzilin 7-ci mərtəbədə yerləşməsini və evin giriş qapısının kodunu bildirmişdir. Bundan sonra, o, Rəsmiyyə ilə birlikdə Fəridənin yaşadığı mənzilə qalxmışlar. Təxminən 1 saat keçdikdən sonra o, qonaq otağındakı şkafın üzərində olan qabın içərisindən Fəridənin evinin giriş qapısının açarlarını götürmüş və həyətə düşüb qayıdacağını bildirmişdir. O, Fəridənin yaşadığı binanın həyətinə düşmüşdür. Əvvəlcədən danışıqlarına əsasən Hikmət orada onu gözləmişdir. O, halqaya keçirilmiş 3 ədəd açarı Hikmətə vermişdir. Hikmət açarları götürmüş və 10 dəqiqəyə qayıdacağını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Hikmət geri qayıdaraq açarları ona qaytarmış və açarların surətini çıxardığını bildirmişdir. Bundan sonra Hikmət çıxıb getmişdir. O, isə Fəridənin yaşadığı evə qalxmış və açarları götürdüyü yerə qoymuşdur. Lakin bir müddət keçməsinə baxmayaraq Hikmət evə girməmişdir. Bundan sonra Fəridə ilə Rəsmiyyə razılaşmışlar və Fəridə Rəsmiyyənin evinin sənədlərini Rəsmiyyənin özünə qaytarmış və onunla Rəsmiyə Hikmətə bildirmişlər ki, sənədləri Fəridə qaytarıb, ona görə də həmin sənədləri Fəridənin evindən gizli girib götürməyə ehtiyac yoxdur. Onlar həmçinin Hikmətə Fəridənin yaşadığı evin açarlarını geri qaytarmasını tələb etmişlər. Lakin Hikmət hər dəfə demişdir ki, yadından çıxıb, sonra qaytarar, sonra isə Hikmət bildirmişdir ki, yaşadığı evə oğru girmiş, evə girən oğru yaşadığı evdən ona məxsus pasportu, üzqırxan maşını və Fəridənin yaşadığı evin açarlarının surətini də oğurlamışdır. Bundan sonra bu baradə danışıqları olmamışdır. Anası Türkiyə Respublikasında yaşadığından və səhətində problemlər olduğundan o, 2021-ci ilin aprel ayının 16-sı Türkiyə Respublikasına getmişdir. Lakin anasının vəziyyəti ağırlaşdığından may ayının 13-ü rəhmətə getmişdir. Anası Türkiyə Respublikasında dəfn olunduqdan sonra o, 27.05.2021-ci il tarixdə Türkiyə Respublikasından Bakı şəhərinə qayıtmışdır. Lakin Bakı Beynəlxalq Hava Limanında pasportu yoxlanılarkən sərhəddə onun barəsində saxla qoyulması bildirilmiş, bundan sonra onu polisə aparmışlar və ona məlum olmuşdur ki, Fəridənin mənzilində oğurluq olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq etmək niyyətinin olması barədə məlumatı olmamışdır. Zərərçəkmiş şəxs ərinin işi ilə bağlı borca pul almışlar. Sonra ərindən ayrıldığı üçün onun borcunu qaytara bilməmişdir. Onun evi var, lakin evin sənədləri qaydasında olmadığından sata bilməmişdir. Açar yalnız Rəsmiyyənin evinin sənədlərinin götürülməsi məqsədi ilə götürülmüş, Təqsirləndirilən şəxs2 Fəridənin evindən oğlurluq etməsi barədə planının olmasını bilməmişlər. Açar Hikmətə veriləndən bir vaxt sonra Fəridə özü Rəsmiyyəyə zəng edib bildirmişdir ki, gəlib evin sənədlərini aparıb evini satsın. Rəsmiyyə də evin sənədlərini Fəridədən götürmüşdür. Rəsmiyyə evini satmışdır. Rəsmiyyə evini satandan sonra Fəridəyə olan borcunu gərək ki, verməmişdir. Rəsmiyyənin çox borcu olduğundan Fəridəyə olan borcunu verə bilməmişdir. O, Türkiyədə olanda Fəridə ilə telefonla danışmışdır. Fəridə evindən qızılların oğurlanmasını demişdir. O, Fəridəyə həmin vaxt Hikmətdə onun evinin açarının olmasını deməmiş, lakin Rəsmiyyəyə demişdir ki, Fəridəyə Hikmətdə onun evinin açarının olmasını desin. Lakin, Rəsmiyyə də deməmişdir. Rəsmiyyə Fəridədən pulu borca götürdüyünü ona demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şahid2 uzun müddətdir ki, tanıyır və yaxın rəfiqəsidir. Təqsirləndirilən şəxs1 tanımamış, Təqsirləndirilən şəxs2 hadisədən təxminən 2 il əvvəl tanımışdır. Belə ki, Maralla birlikdə Novxanı qəsəbəsində yerləşən restoranlardan birində olarkən təsadüf nəticəsində Hikmətlə tanış olmuşdur. Zərərçəkmiş şəxs ilə münasibətləri yaxşı olmuşdur. O, Fəridədən bir neçə dəfə borca pul götürmüşdür. Sonuncu dəfə o, Fəridədən 6000 manat borca pul götürmüşdür. Fəridə ondan aldığı pullara görə ondan evinin sənədlərini girov kimi götürmüşdür ki, pulunu qaytaranda evin sənədlərini verəcək. Bundan sonra, o, özünə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 3-də yerləşən 33 nömrəli mənzilin sənədlərini Fəridəyə vermişdir. Daha sonra həmin mənzili satmaq qərarına gəldiyi üçün Fəridədən evin sənədlərini istəmişdir. Lakin, Fəridə evin sənədlərinin surətini vermişdir. O da həmin sənədlə evi sata bilməmişdir. Fəridə ondan Fəridəyə olan borcunu tələb etmiş, əks halda evini Fəridənin adına sənədləşdirməyini tələb edirmiş. Bundan sonra, o, Maralla danışmışlar ki, Fəridənin evindən sənədləri götürmək lazımdır. Maral demişdir ki, Fəridənin mənzilinin açarlarının surətini çıxartdıracaq və bir nəfərin vasitəsilə evdən sənədləri götürtdürəcək. O, Maralla razılaşmışdır. Onlar, yəni, o, Maralla Fəridənin mənzilində olduqları müddət ərzində, Maral hansısa bəhanə edərək açarları Fəridədən götürüb və surətini sonradan bildiyi Hikmətin vasitəsilə çıxartdırmışdır. O, bunu sonradan bilmişdir ki, Maral açarları Hikmətə vermiş və Hikmət açarların surətini düzəltdirmişdir. Lakin, sonradan o, Fəridə ilə razılaşmış və Fəridədən yaşadığı evin sənədlərini geri götürmüşdür. Bu səbəbdən o, və Maral Hikmətdən evin açarlarının surətini geri istəmişlər. X22 verdiyi açarların oğurlandığını bildirmişdir. O, özü də dəfələrlə Hikmətin istifadəsində olan mobil telefona yığıb Hikmətdən açarları istəmişdir. Lakin, Hikmət açarların oğurlandığını bildirmişdir. Sonra Hikmətlə münasibətləri qurtarmış və Hikmətlə danışmamışdır. X5 Zərərçəkmiş şəxs yaşadığı ünvan 3, mənzil 48-ə Təqsirləndirilən şəxs2 verdiyi açarlarla daxil olub Zərərçəkmiş şəxs evindən oğurluq etməsi barədə məlumatı olmamışdır. Bunları sonradan eşitmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, o, Hikmətə Fəridənin mənzilinin mərtəbəsini, evin kodunu və s. deməmişdir. Sonra bilmişdir ki, Hikmət Fəridənin evinin açarını kiməsə verib, həmin adam da Fəridənin evindən qızıllarını götürmüşdür. Fəridə ona evin sənədlərini verəndən sonra, o, bildiyi halda ki, Hikmətdə açar olub, bu barədə Fəridəyə heç bir söz deməmişdir. Ona görə ki, Hikmət açarın itdiyini demişdir. Həmin vaxt onun Fəridəyə 3500 ABŞ dolları borcu qalmışdır. Satdığı ev kreditdə imiş. Evin kreditini vermiş, cəmi 19.000 manat pul qalmışdır. Hal-hazırda onun Fəridəyə 1700 ABŞ dolları borcu qalmışdır. Onu da hər ay ödəyir. Şahid1 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə prosesində verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadə elan olunmuş və ifadənin sonunda olan əlyazma ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 248-251-ci vərəqələrində olan ifadəsində Şahid1 aşağıdakıları göstərmişdir: «... Mən bundan sonra Fəridənin yaşadığı evdən həmin sənədləri götürmək qərarına gəldim. Təxminən 4-5 ay bundan əvvəl mən Maral və Hikmətlə birlikdə olarkən biz Hikmətə bu barədə məlumat verdik və bu işdə ondan köməklik istədim. Hikmət bizə dedi ki, Fəridənin evinin giriş qapısının açarlarını ona versək, o, evdən sənədləri götürə bilər. Təxminən 4-5 ay bundan əvvəl mən Maralla birlikdə Fəridənin evinə getdim. Hikmətdə bizimlə birlikdə Fəridənin yaşadığı binanın qarşısına getdi. X25 evinin binanın hansı girişində olduğunu, 7-ci mərtəbədən liftdən sağda yerləşdiyini, qapının üzərində 48 rəqəminin yazıldığını və evin girişdən qapı kodunun 0748 olduğunu bildirdik və bundan sonra Fəridənin yaşadığı evə qalxdıq. Fəridəgildə olan zaman Maral hazırda bilmədiyim üsulla Fəridənin evinin açarlarını götürüb binanın həyətinə düşdü. Həmin vaxt Hikmət Maralı binanın həyətində gözləyirdi. Maral binanın həyətində açarı Hikmətə vermiş, Hikmət isə həmin açarların surətlərini çıxardaraq Marala qaytarmışdır. …» Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, elan olunmuş ifadəsini qismən təsdiq edir. O, hazırda verdiyi ifadəsini təsdiq edir. Müstəntiq onu dindirəndə yazırmış, o, elə bilmişdir ki, onun dediklərini yazır, ona görə də o, ifadəyə oxumadan imza etmişdir. Əslində o, Maralın açarları Hikmətə verməsini sonra bilmişdir. Hikmətə Maralın evinin mərtəbəsini, kodunu deməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs-mülki iddiaçının və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq yaşadığı Nərimanov rayonu, Heydər Əliyev prospekti 79/2 ünvanında yerləşən 48 nömrəli mənzildən ona məxsus 55.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin məsul növbətçisi, polis polkovnik leytenantı Natiq Dəmirovun 06 may 2021-ci il tarixli raportundan görünür ki, 06.05.2021-ci il tarixdə saat 18:42 radələrində X19 DİN-nin 102 xidmətinə zəng edərək Nərimanov rayonu, H.Əliyev prospekti 79/2, mənzil 48-də bibisi X4 məxsus pəncərədən daxil olmaq yolu ilə oğurluq hadisəsi baş vermişdir. Cinayət işinin 1-ci cild 3-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 may 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 79/2-də yerləşən 48 nömrəli mənzildir. Mənzilə baxış zamanı yataq otağının giriş qapısının sındırılması müəyyən edilmişdir. Həmin otaqda olan rəfin üzərində qızıl-zinət əşyaları yığmaq üçün qab vardır, lakin, həmin qab boş vəziyyətdədir. Hadisə yerinə baxış zamanı giriş qapısının iki ədəd kilidi və hadisə yerindən 11 ədəd əl barmaq izi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 34-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17 may 2021-ci il tarixli, 011-4476-1221 saylı məktubdan görünür ki, Nərimanov rayonu, Heydər Əliyev prospekti 79/2 ünvanında yerləşən Zərərçəkmiş şəxs 48 nömrəli mənzildən götürülmüş əl izlərinin müayinəsi zamanı təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında olan əl izləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədinin Yasamal MSY-dən ADİS-in məlumat bankına daxil olmuş, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovucu ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 109-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Ərzumanov X7 RPİ-nin 18-ci PŞ-nə gətirilən zaman Zərərçəkmiş şəxs evindən oğurlanmış sarı rəngli metaldan hazırlanmış üzərində qaşları olan 1 ədəd kulonu və 1 ədəd sırğanı könüllü olaraq təqdim etmiş, həmin əşyalar götürülmüşdür. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş Şahid3 Füzuli oğlu Təqsirləndirilən şəxs2 ona verdiyi üzərində qəhvəyi rəngli qaşı olan 01 ədəd gümüş üzüyü könüllü olaraq təqdim etmiş, həmin üzük götürülmüşdür. Cinayət işinin 1-ci cild 111-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmiş X1 Əjdər Füzuli oğlunun ona satdığı üzərində qaşlar olan 1 ədəd qızıl üzüyü və 1 cüt qızıl sırğanı könüllü olaraq təqdim etmiş, həmin əşyalar götürülmüşdür. Cinayət işinin 1-ci cild 140-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 24 may 2021-ci il tarixli əşyaların zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, götürülmüş 02 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd kulon və 1 ədəd sırğa Zərərçəkmiş şəxs təqdim edilmiş, Zərərçəkmiş şəxs üzərində qəhvəyi rəngli qaşı olan üzüyün ona aid olmadığını, qalan premetlərin ona aid olduğunu, 1 ədəd kulon və 1 ədəd sırğa təki büjiteriya, digər 1 ədəd üzük və 1 cüt sırğa 2000 manata aldığı Fantaziya dəsti olduğunu, həmin predmetləri xarici görkəminə görə tanıdığını bildirmişdir. Cinayət işinin 2-ci cild 43-46-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyun 2021-ci il tarixli 3/899 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş iki ədəd silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində mexaniki təsir nəticəsində, o cümlədən, kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur. Həmin silindrik mexanizmlərin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, seçmə açarla və ya alət ilə o cümlədən, kənar predmetlə iz qoymadan açılması mümkündür. Cinayət işinin 2-ci cild 109-111-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 112-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 iyul 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, baş vermiş hadisəni əyani şəkildə göstərmişdir. Cinayət işinin 2-ci cild 190-198-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş cədvəllərdən görünür ki, "xxxx" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələrinin, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin sahibinin şəxsiyyəti, həmçinin qeyd olunan mobil nömrələrə 01.01.2021-ci il tarixdən 31.05.2021-ci il tarixədək olan müddətdə daxil olmuş, edilmiş və cavabsız zənglər, daxil olımış və göndərilmiş SMS-lərin mətnləri, qeyd olunan müddət ərzində həmin mobil nömrələrin hansı əhatə dairələrinə düşməsi ilə əlaqədar məlumatların əks olunduğu CD diskə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 20.03.2021-ci il tarixdə aktiv olduğu müəyyən edilmişdir. Həmin mobil nömrənin anten dairəsi 06.05.2021-ci il tarixdə saat 15:27-dən 18:17-dək Nərimanov rayonu ərazisində yerləşən Faiq Yusif küçəsinə, İsmayıl Hidayətzadə küçəsinə, Həsənoğlu küçəsinə, A.M.Cümə küçəsinə, Təbriz və Ə. Rəcəbli küçələrinin kəsişməsinə düşmüşdür. Bundan başqa cinayət hadisəsindən sonra Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə 07-05-2021-ci il tarixdə saat 20:44:18-də “Qaqash men evdeyem gelen kimi xeber ele srocnu goruwum seninle tecili iwim. Resad”, 07-05-2021-ci il tarixdə saat 21:56:56-da ’‘Ata bashina donum siqaretde alda yoxdu siqaret ureyim partdayir”, 07-05-2021-ci il tarixdə saat 23:23:09-da “Qaqash gelen kimi qardashimsan yigki meni gelim sohbetlewek daniwaq. Brat gunu gune satiram bir iwimi duzub qowa bilmirem. Qaqashnan goruwmeliydik saat 10 guya .geldin yig”, 09-05-2021-ci il tarixdə saat 17:55:24-də “Hikmet meni cixart corniy spisokdan sozum var sene”, 09-05-2021-ci il tarixdə saat 21:31:51-də “Hikmet demeli her şeyi goturub getdinki mene 1 qepiy vermiyesen? Srokada geden men olum qepiysiz qalanda men olum? Qaqash pulumu vermirsende he duz basha duwurem men?, 09-05-2021-ci il tarixdə saat 21:38:20-də "Ay brat cixda svyaza mennen.Niye itmisen niye zenglere smslara cavab vermirsen” kimi və sair məzmunlu smslər yazmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsi 11.05.2021-ci il tarixdən işləməmişdir. Cinayət işinin 3-cü cild 38-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 01 noyabr 2021-ci il tarixli, 21/621R nömrəli ekspert rəyindən görünür ki, 06.05.2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzil 48-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı 11 ədəd yapışqan lent kəsikləri vasitəsi ilə götürülmüş əl izlərindən 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. -Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin ovucun əksi ilə eynilik müəyyən edilmişdir. -Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 3-cü cild 105-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 06 yanvar 2022-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə 01 yanvar 2021-ci il tarixdən 01 iyun 2021-ci il tarixədək olan müddət ərzində daxil olan, çıxan zəng və sms məlumatlarına, həmin nömrələrin anten dairələrinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 113-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2021-ci il tarixli, 6/4984-9/8022 saylı kompleks məhkəməəmtəəşünaslıq və məhkəmə- kimyəvi ekspertizasının rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir; -Üzərində 1 ədəd qəhvəyi rəngli daş olan, gümüşü rəngli üzüyün halqasının iç tərəfində «925» damğası vardır. Üzüyün bəzi hissələrinin rəngi aşınıb. Metalı-gümüş, əyarı- 925, kütləsi-16,53 qram, qaşların növü - qiymətsiz, ümumi qiyməti -50,00 manatdır. -Üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı, sarı rəngli kulonun üzərində «EB» yazısı vardır. Kulonun rəngi aşınıb. Metalı-mis əsaslı ərinti, kütləsi - 24,42 qram, qaşların növıi-qiymətsiz, ümumi qiyməti - 5,00 manatdır. -Üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı, sarı rəngli sırğa tayının üzərində «EB» yazısı vardır. Sırğa tayının bəzi hissələrinin rəngi aşınıb və kilidi qırıq vəziyyətdədir (bir hissəsi yoxdıır). Metalı-mis əsaslı ərinti, kütləsi-8,66 qram, qaşların növü-qiymətsiz, ümumi qiyməti-2.00 manatdır. -Üzərlərində ümumilikdə 3 ədəd yaşıl rəngli və 38 ədəd rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli 1 dəst sırğa cütü-üzüyün elementlərinin üzərində «o», «B 583» və «77» damğaları vardır. Metalı-qızıl 583/585, kütləsi-16,72 qram, qaşların növü – Brilyant, 5 ədəd hər biri təxminən 0,165 karat, 33 ədəd hər biri təxminən 0,040 karat ölçüdə olmaqla ümumilikdə 3/3 keyfiyyətli, ümumi qiyməti - 2160 manatdır. Təqdim olunan məmulatların ümumi kütləsi 66,33 qramdır. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 17.08.2021-ci il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2217,00 manat müəyyən edilir. Cinayət işinin 1-ci cild 199-200-cü vərəqələrində olan 27 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 229-231-ci vərəqələrində olan Nərimanov rayon prokuroru vəzifəsini müvəqqəti icra edən, ədliyyə müşaviri Elgiz Qənizadənin 29 may 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Şahid2 həbsdə saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 232-233-cü vərəqəsində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rəşad Həsənovun qərarından görünür ki, Şahid2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 187-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 sentyabr 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zəng və sms məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 3-cü cild 188-215-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, X12 29 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında və cinayət işinin ayrılması qərarından görünür ki, cinayət işi üzrə; -Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasını sübuta yetirmək mümkün olmadığından onun barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş; -Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş; -Şahid2 və Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş; -X13 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaqı aparılan ********** nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrılaraq, istintaqı davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Xaçmaz RPŞ-nə göndərilmiş; -Şahid3 Füzuli oğlu, Şahid5, Şahid4 və naməlum şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin 3-cü cild 219-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, X9 01 ədəd kulon, 01 ədəd sırğa tayı, üzərində brilyant qaşları olan, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğanı məhkəmə baxışınadək saxlanılması üçün təhvil almışdır. Cinayət işinin 3-cü cild 220-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 29 yanvar 2022-ci il tarixli qəbzdən görünür ki, Əlizadə X11 RPİ-nin İŞ-nin baş müstəntiqi, X9 01 ədəd gümüş üzüyü təhvil almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Rəşada Fəridənin evindən qızılları oğurlamağını deməmiş, yalnız, Rəsmiyyəyə məxsus evin sənədləri götürməsini bildirmiş, həmçinin, evdən oğurlanmış qızılların yalnız 9500 manat dəyərində olduğunu bildirmiş, həmçinin, digər Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində evdən oğurladığı qızılların sadəcə 196 qram olduğunu, orada 55.000 manat dəyərində qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslərin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm istintaq, həm də məhkəmə dövründə qismən etirafları ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış və aşağıda şərh olunan mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Belə ki, iş üzrə dindirilmiş şahidlər Şahid2, həm də Şahid1 zərərçəkmiş şəxsin evinin açarlarını Hikmətə verdikdən sonra, ondan geri istədiklərini, lakin Hikmətin açarları itirdiyini bildirdiyini qeyd etmişlər. Həmçinin, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs verdiyi ifadələrində mənzilindən oğurlanmış qızılların dəyərinin 55.000 manat dəyərində olduğunu, həmin qızılların özünə məxsus olduğunu və aldığı qiymətləri xatırladığını, bundan başqa, həmin qızılları toylara gedərkən taxdığını və həmin qızıllarla şəkillərinin olduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib təqsirləndirilən şəxslərin bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs-mülki iddiaçının, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə tövsif olunmuş, onlar həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində qeyd edilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cı bəndində qeyd olunur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 21-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş 14 iyun 2021-ci il tarixli, 1/1106 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişlər. Cinayət işinin 2-ci cild 22-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 14 iyun 2021-ci il tarixli, 2046 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 BŞNM-də qeydiyyatda yoxdur. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rspublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş 18 iyun 2021-ci il tarixli, 19/51-6737 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin 2-ci cild 34-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Rspublika Psixitriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 24 iyun 2021-ci il tarixli, 5423 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 245-246-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət işinin 2-ci cild 26-33-cü vərəqələrində olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək hər aylıq qazancının 15 %-ni dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş; cinayət işinin 2-ci cild 36-41-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 07 ay 01 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 fevral 2018-ci ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 127-ci vərəqəsində olan Bakı şəhəri Səbail RİHB-nın Badmdar qəsəbəsi nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilir. Cinayət işinin 3-cü cild 119-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin 20 noyabr 2021-ci il tarixli, 2736 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədən zaman, yaxud ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 Məhəməməd oğlu ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, R.M. Novruzov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 3-cü cild 124-125-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 4578A nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 07 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, Ərzumanov X6 Respublikası Kostanay Vilayəti Rudnensk Şəhər Məhkəməsinin 07 iyul 2009-cu il tarixli hökmü ilə Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 96.1, 324.2, 58.3-cü maddələri ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; 28 dekabr 2012-ci ildə cinayət işinin 2-ci cild 209-211-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2012-ci il tarixli, 7-(101)-56/12 saylı qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 120.1, 326.1, 66.3-cü maddələrinə tövsif edilərək, 8 il azadlıqdan məhrumetmə cəzası saxlanılmış, 30 iyul 2016-cı ildə cinayət işinin 2-ci cild 203-205-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2016-cı il tarixli, 7(007)-710/2016 saylı qərarı ilə 07 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş, 18 mart 2017-ci ildə cəzadan azad olaraq qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir və cinayətin təhlükəli residivini yaradır. Cinayət işinin 2-ci cild 243-cü vərəqəsində olan Quba RİHB-nın Hacıhüseynli kənd İƏD üzrə nümayəndəliyindən daxil olmuş 18 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Cinayət işinin 3-cü cild 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 noyabr 2021-ci il tarixli 2737 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədən zaman, yaxud ondan əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sairi psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, M.Q.Ərzumanov törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət işinin 3-cü cild 126-127-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi narkoloji ekspertizasının 20 noyabr 2021-ci il tarixli 4579 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməli cinayətlərin təhlükəli residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə həmçinin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyaclarının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onlar barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Digər Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 23 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 55-56-cı vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin cinayət işinin 1-ci cild 94-98-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 4(005)-497/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 24 may 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 123-124-cü vərəqələrində olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 181-185-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 4(005)-502/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin Növbətçi Hissəsində saxlanılan hadisə yerindən götürülmüş iki ədəd silindrik mexanizm məhv edilməli, Təqsirləndirilən şəxs2 təqdim etdiyi mis əsaslı ərintidən hazırlanmış 01 ədəd kulon, 01 ədəd sırğa tayı, Şahid5 təqdim etdiyi üzərində brilyant qaşları olan, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 sol əlinin ovucun əksi ilə eynilik təşkil edən 01 ədəd ovuc iziinin və digər əl izlərinin, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə kollegiyası həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiaların əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 56-57-ci vərəqələrində olan Zərərçəkmiş şəxs Məhəmməd qızının 22 iyul 2021-ci il tarixli mülki iddiaçı qismində tanınma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair ərizəsindən görünür ki, sonuncu 55.000 manat dəyərində qızıl-zinət əşyalarının qaytarılması, olmadığı təqdirdə 55.000 manatın təqsirləndirilən şəxslərdən tutulmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında da istntaq zamanı verdiyi mülki iddiasını müdafiə edərək, mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs Məhəmməd qızına dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək araşdırılmış sübutlara, mülki iddia ilə bağlı halların qiymətləndirilməsini tənzimləyən qanunvericiliyin tələblərinə istinad edib hesab edir ki, verilmiş mülki iddia təmin olunmalı, zərərçəkmiş şəzs Zərərçəkmiş şəxs Məhəmməd qızına dəymiş maddi ziyan 55.000 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs Məhəmməd qızına ödənilməlidir. Cinayət işinin 2-ci cild 144-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş 30 avqust 2021-ci il tarixli, 016-100599-1221 saylı məktubdan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan idarəsinin komputer uçot bazasına görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adında və ya etibarnamə ilə istifadələrində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Cinayət işinin 2-ci cild 215-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş 08 sentyabr 2021-ci il tarixli, **********69 saylı məktubdan görünür ki, arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs2 ümumi birgə mülkiyyət hüququ ilə adına Quba rayonu, Əlməmmədoba kəndində yerləşən 1,20 ha kənd təsərrüfatı təyinatlı və 0,19 ha həyətyanı torpaq sahələri vardır. Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 23 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov RPİ-nin Növbətçi Hissəsində saxlanılan hadisə yerindən götürülmüş iki ədəd silindrik mexanizm məhv edilsin. Təqsirləndirilən şəxs2 təqdim etdiyi mis əsaslı ərintidən hazırlanmış 01 ədəd kulon, 01 ədəd sırğa tayı, Şahid5 təqdim etdiyi üzərində brilyant qaşları olan, 583/585 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük və 1 cüt sırğanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs saxlanılması üçün təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 sol əlinin ovucun əksi ilə eynilik təşkil edən 01 ədəd ovuc iziinin və digər əl izlərinin, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. 4.İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 214 (iki yüz on dörd) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. 5.Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası təmin olunsun. Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 55.000 manat pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Azad Məcidov
Hakimlər: Zeynal Ağayev
Səbuhi Hüseynov