Məhkəmə qərarları › İş №1(101)-711/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-711/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-711/2024 31.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Təqsirləndirilən şəxs2 Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 və onun etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Nümayəndə1, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs3 və onun etibarnamə üzrə nümayəndəsi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X19, müdafiəçilər (mülki cavabdehlərin vəkilləri) – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər və mülki cavabdehlər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə, xx xxxxxxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Zeynəddin kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikasının Babək rayonu Zeynəddin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə, 1 yanvar 1982-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 31 may 2024-cü il tarixdə, saat 16:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının hüdudlarından kənarda olan tanışı qeyrisi ilə 2023-cü ilin fevral-mart aylarında sonuncunun istifadə etdiyi +**********0 mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçirilmiş “WhatsApp” mobil tətbiqi vasitəsi ilə özünün istifadəsində olan +**********00 mobil telefon nömrəsi ilə əlaqə saxlayıb danışan zaman qeyrisinin qardaşının 2022-ci ilin oktyabr ayında X6 şəhərində öldürülməsi cinayətini törədənin Zərərçəkmiş şəxs1 olmasını və sonuncunun hazırda Bakı şəhərində yaşamasını bildirib, Zərərçəkmiş şəxs1 öldürməsini ona tapşırmış, eləcə də sonuncunu öldürəcəyi halda Təqsirləndirilən şəxs1 maddi dəstək olacağına, öz himayəsi altına alacağına, Təqsirləndirilən şəxs1 hadisədən sonra xarici ölkəyə qaçması üçün şərait yaradacağına dair, habelə xarici ölkələrin birində yaşamasını, işləməsini təmin edəcəyi vədini vermiş, Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmə ilə bağlı sifarişi qəbul edib razılaşmışdır. Əldə olunmuş cinayətkar sövdələşməyə əsasən qeyrisi sifariş verdiyi cinayətin törədilməsi üçün Təqsirləndirilən şəxs1 odlu silah, döyüş sursatı, avtomobil, yaşayış yeri və hadisəni törətdikdən sonra aviabilet alıb qaçması üçün müəyyən məbləğdə pulla təmin etməyi öhdəsinə götürməklə cinayət hadisəsinin törədilməsini təşkil edib ona rəhbərlik etməli olmuşdur. Eləcə də, qeyrisi mobil telefon vasitəsi ilə söhbət zamanı qeyd olunan cinayətin törədilməsini həmyerlisi Təqsirləndirilən şəxs3 da tapşırdığını, lakin qətl cinayətinin bir nəfər şəxs tərəfindən törədilməsinin çətinlik yaradacağını bildirib odlu silahla qəsdən adam öldürmə cinayətinin törədilməsində Təqsirləndirilən şəxs3la birlikdə hərəkət etməsini tapşırmışdır. Təqsirləndirilən şəxs1 6 mart 2023-cü il tarixdə J22256 nömrəli Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gəldikdən sonra dostluq münasibətində olduğu, habelə həmyerlisi olmaqla, Bakı şəhərində yaşadığı üçün ərazini yaxşı tanıyan Təqsirləndirilən şəxs2 ilə görüşüb sonuncunun idarə etdiyi “Hyundai Accent” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nərimanov rayonu ərazisinə, Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gəlmişdir. Təqsirləndirilən şəxs2 avtomobildə gözləsə də, o, avtomobildən enərək piyada hərəkət edib Təqsirləndirilən şəxs3 kənarda saxladığı **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə yaxınlaşıb sonuncu ilə görüşərək avtomobilə əyləşmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 yaşadığı, idmanla məşğul olduğu ünvanları, idarə etdiyi avtomobilin şəklini, nömrəsini, modelini, avtomobilin zirehli olmasını və digər zəruri məlumatları ona bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 içərisinə əyləşdikləri avtomobili qeyrisinin tapşırığı əsasında kirayə götürdüyünü, Zərərçəkmiş şəxs1 həmin avtomobillə izləyəcəklərini və “Ruger” markalı “SR9c” modelli tapançanı nümayiş etdirərək cinayətin məhz həmin silahdan istifadə edilməklə törədiləcəyini bildirməklə Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Təqsirləndirilən şəxs1 həmin görüşdən sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildən enmiş, sonuncu hərəkət edib oradan uzaqlaşdıqdan sonra özü onu yol kənarında gözləyən Təqsirləndirilən şəxs2 avtomobilinə əyləşmiş, Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi cinayətinin törədilməsi ilə bağlı qeyrisindən aldığı tapşırığı Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncunun qeyd edilən cinayətin törədilməsində birgə iştirak etməsinə dair razılığını aldıqdan sonra bu barədə qeyrisini məlumatlandırmışdır. Eləcə də, qeyrisi də Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs2 maddi xərclərdən qurtulması üçün köməklik edəcəyi, öz himayəsinə götürəcəyi, xarici ölkələrə getmək istədikdə isə orada normal həyat şəraiti ilə təmin edəcəyini bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 razılığı əsasında Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olduğu qrupa daxil etmişdir. Həmçinin, qeyrisi məlum olmayan şəxslər vasitəsilə ilkin olaraq Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********412237 nömrəli bank kartı, Təqsirləndirilən şəxs2 isə "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli bank kartları vasitəsi ilə Təqsirləndirilən şəxs1 qətlin icrası üçün 4 mart - 10 mart 2023-cü il tarixlərində ilkin mərhələdə xərclərin (qalma, avtomobil kirayələmə, qidalanma və sair) qarşılanması məqsədilə ümumilikdə 950 manat pulun göndərilməsini təmin etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə Təqsirləndirilən şəxs3 çevik hərəkət etmələri məqsədilə 6 mart 2023-cü il tarixdə, təxminən saat 21 radələrində Bakı şəhəri, Novxanı qəsəbəsi ərazisində görüşməklə **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili təhvil almış və Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsinə gəlmiş, qeyrisinin tapşırığına əsasən avtomobili küçədə saxlayaraq qapıları bağlayıb açarı avtomobilin sağ qabaq təkəri üzərinə yerləşdirməklə otaq kirayələdikləri Bakı şəhəri, Xətai prospekti 39 ünvanında yerləşən “Gorgud” adlı hotelə gedib gecələmiş, sabahısı gün, yəni 7 mart 2023-cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs1 izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə yaxınlaşarkən qeyrisi onunla mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq qabaqcadan əlbir olduqları məlum olmayan şəxslər tərəfindən tapançanın avtomobilin yük yerinə yerləşdirildiyini bildirmiş, o və Təqsirləndirilən şəxs2 birlikdə avtomobilin yük yerinə baxdıqda həqiqətən də nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın, çoxlu sayda döyüş sursatı sayılan 9 mm kalibrli patronların və 2 ədəd odlu silahın komplekt hissəsi olan sandığın olduğunu görmüşlər. Bundan sonra 8 mart 2023-cü il tarixdə, saat 02:22-də Təqsirləndirilən şəxs2lə birlikdə **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə hərəkət edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində Böyükşor şossesi ilə paralel 250 metr hava məsafəsi uzaqlığında “40°26′5.47″ şm. e. 50°1′11.19″ ş. u” koordinata çatdıqdan sonra ətrafda yaşayış yerlərinin, eləcə də kənar şəxslərin olmamasına əmin olub özləri ilə daşıyaraq gətirdikləri 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın atəşə yararlı olub olmamasını yoxlamaq məqsədilə avtomobildən enmədən Təqsirləndirilən şəxs1 qabaq pəncərəni endirib havaya bir dəfə atəş açmaqla tapançanın atəşə yararlı olduğuna əmin olmuşdur. Plana və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun istifadəsində olan “Hyundai Accent” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs3 kirayələdiyi **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə sonuncunun və qeyrisinin verdiyi məlumatlar əsasında, yəni Zərərçəkmiş şəxs1 yaşadığı ev və idmanla məşğul olduğu ünvanları müəyyən edib 6 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək Zərərçəkmiş şəxs1 izləmiş, bu barədə məlum olmayan üsulla bir-birlərini məlumatlandırmış və Zərərçəkmiş şəxs1 öldürməyə əlverişli şəraitin yaranmasını gözləmişlər. Qeyrisi tərəfindən tərtib edilmiş və daimi olaraq nəzarət etdiyi planın davamı olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə və Təbriz küçələri istiqamətində **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə gedib sonuncunun yaşadığı evdən çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxıb “X92” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək ünvan 3 ünvanında yerləşən “Vurgun Residence” adlı binada fəaliyyət göstərən “1st Fitness&SPA” adlı idman zalına gəlmiş, onlar isə Zərərçəkmiş şəxs1 izləyərək sonuncunun arxasınca gəlib “Vurgun Residence” adlı bina ilə həmin küçədə yerləşən “Görüş” kafesinin arasında olan keçiddə dayanmaqla özlərinə əlverişli yer seçib Zərərçəkmiş şəxs1 idman zalından çıxmasını gözləmişlər. Həmin gün saat 14:24-də Zərərçəkmiş şəxs1 tək idman zalından çıxıb yol kənarında saxladığı avtomobilinə yaxınlaşarkən, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bir qədər qarşıya keçib qara rəngli gödəkçəsinin altında döyüşə hazır vəziyyətdə saxladığı 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli tapançanı çıxarıb sağ əlində tutmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq, lakin təşkilatçı olan qeyrisinin, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və qrupun digər üzvlərinin ümumi niyyətlərindən kənara çıxaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində kənar şəxslərin intensiv hərəkət etdiyi küçədə təxminən 10-15 metr məsafədən hücum edərək ümumi təhlükəli üsulla 3-4 dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs1 istiqamətində qəsdən atəşlər açmış, Zərərçəkmiş şəxs1 atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdığından onlar öz iradələrindən asılı olmayan səbəblərdən qəsdən adam öldürmədə ifadə olunan əməllərini başa çatdıra bilməmiş, kütləyə şüurlu şəkildə, yəni kənar şəxsləri öldürmək niyyətləri olmasa da, onlara hər hansı dərəcədə xəsarətlərin yetirilməsini arzu edib odlu silahdan qəsdən açdıqları atəşlər nəticəsində həmin küçə ilə, “Vurgun Residence” adlı binanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs3 sol sağrı nahiyəsində giriş dəliyi və sağ xayalıqda çıxış dəliyi olan yara kanalı boyunca sağ xayanın yaralanması ilə müşayiət olunan odlu silah güllə yarası, sağ baldırın orta üçdə birinin arxa səthində giriş dəliyi və sağ baldırın orta üçdə birinin ön səthində çıxış dəliyi olan odlu silah güllə yarası ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və yolun əks istiqamətində “Hundai Elantra” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 dəyməsi nəticəsində ona sol baldırın aşağı üçdə birinin bayır səthinin odlu silah güllə yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmasa da ümumi təhlükəli üsulla sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə yaxalanmamaları məqsədilə hadisə yerindən **-VX- *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə uzaqlaşıb Bakı şəhəri Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatdıqda izi itirmək, şəhərdə təhlükəsizlik kameralarının görüntülərinə düşməmək və ölkəni çevik olaraq tərk etmək məqsədilə avtomobili yolun sol hərəkət hissəsində saxlayıb “Hyundai GETS” markalı, **- FS-*** dövlət nömrə nişanlı taksi ilə Bakı şəhəri Nərimanov rayonu “Çanaqqala” restoranının qarşısına, oradan Təqsirləndirilən şəxs2 istifadəsində olan “Hyundai Accent” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 4 ünvanınadək, oradan isə “Honda İNSİGHT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı taksi ilə hava limanı istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 qeyrisi ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 sifarişə əsasən qəsdən öldürdüklərini, ölkəni tərk etmək üçün aviabilet almaq məqsədilə bank kartına pul göndərməsini xahiş etmiş, qeyrisi dərhal Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli leobank kart hesabına məlum olmayan şəxslər vasitəsilə 10 mart 2023-cü il tarixdə, saat 14:45-də 2550 manat pulun göndərilməsini təmin etmiş, onlar Heydər Əliyev adına X57 çatıb Bakı-İstanbul reysinə iki ədəd bilet alıb ölkəni tərk etmək istəyərkən keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı saxlanılmışlar. Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olduğu qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığını qeyrisindən öyrənib Bakı şəhəri Novxanı qəsəbəsi istiqamətində qaçmaqla, sonuncunun tapşırığına uyğun olaraq gizlənməyə nail olmuşdur.

2. Təqsirləndirilən şəxs2 6 mart 2023-cü il tarixdə J22256 nömrəli Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gələn dostluq münasibətində olduğu və həmyerlisi olan Təqsirləndirilən şəxs1 qarşılayıb, onu idarə etdiyi “Hyundai Accent” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Bakı şəhəri Nərimanov rayonu ərazisinə, Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığına gətirmişdir. O, avtomobildə gözləsə də, Təqsirləndirilən şəxs1 avtomobildən enərək piyada hərəkət edib Təqsirləndirilən şəxs3 kənarda saxladığı **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə yaxınlaşıb sonuncu ilə görüşərək avtomobilə əyləşib söhbət etmişdir. Təqsirləndirilən şəxs1 həmin görüşdən sonra Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobildən enmiş, sonuncu hərəkət edib oradan uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs1 gələrək onun idarə etdiyi avtomobilə əyləşmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının hüdudlarından kənarda olan tanışı qeyrisinin 2023-cü ilin fevral-mart aylarında sonuncunun istifadə etdiyi +**********0 mobil telefon nömrəsi üzərindən qeydiyyatdan keçirilmiş “WhatsApp” mobil tətbiqi vasitəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********00 mobil telefon nömrəsi ilə əlaqə saxlayıb danışdığını, həmin danışıq zamanı qeyrisinin qardaşının 2022-ci ilin oktyabr ayında X6 şəhərində öldürülməsi cinayətini törədənin Zərərçəkmiş şəxs1 olmasını və sonuncunun hazırda Bakı şəhərində yaşamasını bildirmiş, eləcə də qeyrisi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürməsini, bu əsasla da icraçılardan sayılan Təqsirləndirilən şəxs3la görüşməsini demişdir. Eləcə də Təqsirləndirilən şəxs1 tapşırıq əsasında Zərərçəkmiş şəxs1 öldürəcəkləri halda Təqsirləndirilən şəxs1 və sonuncu vasitəsilə ona maddi dəstək olacağına, öz himayəsi altına alacağına, hadisədən sonra xarici ölkəyə qaçmaları üçün şərait yaradacağına dair, habelə xarici ölkələrin birində yaşamaları, işlə təmin edəcəyi ilə bağlı vədini verdiyini qeyd etmişdir. Həmçinin də, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayətin törədilməsində qeyrisinin tapşırığı ilə Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşdiklərini bildirərək qrupa onun da daxil olması ilə bağlı təklif etmiş, Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 qabaqcadan əlbirliklə bağlı təklifini qəbul etmişdir. Əldə olunmuş cinayətkar sövdələşməyə əsasən qeyrisi sifariş verdiyi cinayətin törədilməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 odlu silah, döyüş sursatı, avtomobil, yaşayış yeri və hadisəni törətdikdən sonra aviabilet alıb qaçmaları üçün müəyyən məbləğdə pulla təmin etməyi öhdəsinə götürməklə cinayət hadisəsinin törədilməsini təşkil edib ona rəhbərlik etmişdir. Eləcə də qeyrisi mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs1la söhbət zamanı qeyd olunan cinayətin törədilməsini həmyerlisi Təqsirləndirilən şəxs3 da tapşırdığını, lakin qətl cinayətinin bir nəfər şəxs tərəfindən törədilməsinin çətinlik yaradacağını bildirib odlu silahla qəsdən adam öldürmə cinayətinin törədilməsində Təqsirləndirilən şəxs3la birlikdə hərəkət etmələrini tapşırmışdır. Təqsirləndirilən şəxs1 həmçinin Təqsirləndirilən şəxs3la görüşdüyü zaman sonuncu Zərərçəkmiş şəxs1 yaşadığı, idmanla məşğul olduğu ünvanları, idarə etdiyi avtomobilin şəklini, nömrəsini, modelini, avtomobilin zirehli olmasını və digər zəruri məlumatları ona bildirməsini, habelə Təqsirləndirilən şəxs3 içərisinə əyləşdikləri **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili qeyrisinin tapşırığı əsasında kirayə götürməsi, Zərərçəkmiş şəxs1 həmin avtomobillə izləyəcəklərini və “Ruger” markalı “SR9c” modelli tapançanı nümayiş etdirərək cinayətin məhz həmin silahdan istifadə edilməklə törədiləcəyi barədə məlumat verməsini bildirmişdir. Həmçinin, qeyrisi məlum olmayan şəxslər vasitəsilə ilkin olaraq Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********412237 nömrəli bank kartı, Təqsirləndirilən şəxs2 isə "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli bank kartları vasitəsi ilə Təqsirləndirilən şəxs1 qətlin icrası üçün 4 mart - 10 mart 2023-cü il tarixlərində ilkin mərhələdə xərclərin (qalma, avtomobil kirayələmə, qidalanma və sair) qarşılanması məqsədilə ümumilikdə 950 manat pulun göndərilməsini təmin etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Təqsirləndirilən şəxs3 çevik hərəkət etmələri məqsədilə 6 mart 2023-cü il tarixdə, təxminən saat 21 radələrində Bakı şəhəri, Novxanı qəsəbəsi ərazisində görüşməklə **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili təhvil almış və Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsinə gəlmiş, qeyrisinin tapşırığına əsasən Təqsirləndirilən şəxs1la birlikdə avtomobili küçədə saxlayaraq qapıları bağlayıb açarı avtomobilin sağ qabaq təkəri üzərinə yerləşdirməklə otaq kirayələdikləri Bakı şəhəri, Xətai prospekti 39 ünvanında yerləşən “Gorgud” adlı hotelə gedib gecələmiş, sabahısı gün, yəni 7 mart 2023-cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs1 izləmək üçün **- VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə yaxınlaşarkən qeyrisi onlarla mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq qabaqcadan əlbir olduqları məlum olmayan şəxslər tərəfindən tapançanın avtomobilin yük yerinə yerləşdirildiyini bildirmiş, o və Təqsirləndirilən şəxs1 birlikdə avtomobilin yük yerinə baxdıqda həqiqətən də nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın, çoxlu sayda döyüş sursatı sayılan 9 mm kalibrli patronların və 2 ədəd odlu silahın komplekt hissəsi olan sandığın olduğunu görmüşlər. Bundan sonra, 8 mart 2023-cü il tarixdə, saat 02:22-də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə hərəkət edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində Böyükşor şossesi ilə paralel 250 metr hava məsafəsi uzaqlığında “40°26′5.47″ şm. e. 50°1′11.19″ ş. u” koordinata çatdıqdan sonra ətrafda yaşayış yerlərinin, eləcə də kənar şəxslərin olmamasına əmin olub özləri ilə daşıyaraq gətirdikləri 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın atəşə yararlı olub olmamasını yoxlamaq məqsədilə avtomobildən enmədən Təqsirləndirilən şəxs1 qabaq pəncərəni endirib havaya bir dəfə atəş açmaqla tapançanın atəşə yararlı olduğuna əmin olmuşlar. Plana və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə istifadəsində olan “Hyundai Accent” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs3 kirayələdiyi **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə sonuncunun və qeyrisinin verdiyi məlumatlar əsasında, yəni Zərərçəkmiş şəxs1 yaşadığı ev və idmanla məşğul olduğu ünvanları müəyyən edib 6 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək Zərərçəkmiş şəxs1 izləmiş, bu barədə məlum olmayan üsulla birbirlərini məlumatlandırmış və Zərərçəkmiş şəxs1 öldürməyə əlverişli şəraitin yaranmasını gözləmişlər. Qeyrisi tərəfindən tərtib edilmiş və daimi olaraq nəzarət etdiyi planın davamı olaraq Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə və Təbriz küçələri istiqamətində **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə gedib sonuncunun yaşadığı evdən çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxıb “X92” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək ünvan 3 ünvanında yerləşən “Vurgun Residence” adlı binada fəaliyyət göstərən “1st Fitness&SPA” adlı idman zalına gəlmiş, onlar isə Zərərçəkmiş şəxs1 izləyərək sonuncunun arxasınca gəlib “Vurgun Residence” adlı bina ilə həmin küçədə yerləşən “Görüş” kafesinin arasında olan keçiddə dayanmaqla özlərinə əlverişli yer seçib Zərərçəkmiş şəxs1 idman zalından çıxmasını gözləmişlər. Həmin gün saat 14:24-də Zərərçəkmiş şəxs1 tək idman zalından çıxıb yol kənarında saxladığı avtomobilinə yaxınlaşarkən, qrup üzvü Təqsirləndirilən şəxs1 aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 bir qədər qarşıya keçib qara rəngli gödəkçəsinin altında döyüşə hazır vəziyyətdə saxladığı 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli tapançanı çıxarıb sağ əlində tutmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq, lakin təşkilatçı olan qeyrisi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və qrupun digər üzvlərinin ümumi niyyətlərindən kənara çıxaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində kənar şəxslərin intensiv hərəkət etdiyi küçədə təxminən 10-15 metr məsafədən hücum edərək ümumi təhlükəli üsulla 3-4 dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs1 istiqamətində qəsdən atəşlər açmış, Zərərçəkmiş şəxs1 atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdığından onlar öz iradələrindən asılı olmayan səbəblərdən qəsdən adam öldürmədə ifadə olunan əməllərini başa çatdıra bilməmiş, kütləyə şüurlu şəkildə, yəni kənar şəxsləri öldürmək niyyətləri olmasa da, onlara hər hansı dərəcədə xəsarətlərin yetirilməsini arzu edib odlu silahdan qəsdən açdıqları atəşlər nəticəsində həmin küçə ilə, “Vurgun Residence” adlı binanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs3 sol sağrı nahiyəsində giriş dəliyi və sağ xayalıqda çıxış dəliyi olan yara kanalı boyunca sağ xayanın yaralanması ilə müşayiət olunan odlu silah güllə yarası, sağ baldırın orta üçdə birinin arxa səthində giriş dəliyi və sağ baldırın orta üçdə birinin ön səthində çıxış dəliyi olan odlu silah güllə yarası ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və yolun əks istiqamətində “Hundai Elantra” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 dəyməsi nəticəsində ona sol baldırın aşağı üçdə birinin bayır səthinin odlu silah güllə yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmasa da ümumi təhlükəli üsulla sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə yaxalanmamaları məqsədilə hadisə yerindən **-VX- *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə uzaqlaşıb Bakı şəhəri Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatdıqda izi itirmək, şəhərdə təhlükəsizlik kameralarının görüntülərinə düşməmək və ölkəni çevik olaraq tərk etmək məqsədilə avtomobili yolun sol hərəkət hissəsində saxlayıb “Hyundai GETS” markalı, **- FS-*** dövlət nömrə nişanlı taksi ilə Bakı şəhəri, Nərimanov rayonu “Çanaqqala” restoranının qarşısına, oradan Təqsirləndirilən şəxs2 istifadəsində olan “Hyundai Accent” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanınadək, oradan isə “Honda İNSİGHT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı taksi ilə hava limanı istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 qeyrisi ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 sifarişə əsasən qəsdən öldürdüklərini, ölkəni tərk etmək üçün aviabilet almaq məqsədilə bank kartına pul göndərməsini xahiş etmiş, qeyrisi dərhal Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli leobank kart hesabına məlum olmayan şəxslər vasitəsilə 10 mart 2023-cü il tarixdə, saat 15:24-də 2550 manat pulun göndərilməsini təmin etmiş, onlar Heydər Əliyev adına X57 çatıb Bakı-İstanbul reysinə iki ədəd bilet alıb ölkəni tərk etmək istəyərkən keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı saxlanılmışlar. Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olduğu qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığını qeyrisindən öyrənib Bakı şəhəri Novxanı qəsəbəsi istiqamətində qaçmaqla, sonuncunun tapşırığına uyğun olaraq gizlənməyə nail olmuşdur.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının hüdudlarından kənarda, Fransa Respublikasının ərazisində olan tanışı və həmyerlisi qeyrisi ilə 2023-cü ilin fevralmart aylarında özünün istifadəsində olan +**********60 mobil telefon nömrəsi ilə qeydiyyatdan keçmiş “WhatsApp tətbiqi” vasitəsi ilə qeyrisinin istifadəsində olan +**********0 mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən sonuncu ona 2022-ci ilin oktyabr ayında X6 şəhərində qardaşının Zərərçəkmiş şəxs1 tərəfindən öldürüldüyünü və sonuncunun hazırda Bakı şəhərində yaşadığını bildirmiş, buna görə də Zərərçəkmiş şəxs1 olduğu dəqiq yerin müəyyən edilərək qısas niyyəti ilə qəsdən öldürülməsini tapşırmışdır. Eləcə də, qeyrisi qeyd olunan cinayət əməlini Təqsirləndirilən şəxs3 törədəcəyi halda sonuncunu öz himayəsi altına alacağını, bununla da maddi xərclərdən yaxa qurtaracağını, xarici ölkəyə qaçması üçün şərait yaradacağını, xarici ölkələrin birində yaşamasını, işləməsini təmin edəcəyini vəd etmişdir. Təqsirləndirilən şəxs3 qeyrisindən aldığı tapşırığı icra edə biləcəyini vəd edərək sonuncu ilə cinayətkar sövdələşməyə girmiş, hadisəni törətdikdən sonra hadisə yerindən dərhal uzaqlaşmaq məqsədilə 2 mart 2023-cü il tarixdə qeyrisinin təlimatı əsasında Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 6 ünvanında yerləşən "xxxx"a yaxınlaşıb oradan öz adına **-SG-*** dövlət qeydiyyat nişanlı “KİA CERATO” markalı avtomobili 188 nömrəli zaminlik müqaviləsi əsasında kirayələmiş, habelə qeyrisinin tapşırığı ilə 4 mart 2023-cü il tarixdə məlum olmayan yerdən və şəxsdən nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah olan tapançanı, onun komplekt hissəsi sayılan 2 ədəd sandığı və çoxlu sayda döyüş sursatı olan 9 mm kalibrli patronları əldə edib saxlayıb, daşımaqla üzərində, habelə həmin avtomobildə gəzdirməklə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanına gedərək onu qəsdən sifarişlə öldürmək məqsədilə 6 mart 2023-cü il tarixədək izləmiş, lakin qətl hadisəsinin törədilməsini həyata keçirmək üçün əlverişli şərait yaranmadığından icra edə bilməmiş, yəni iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməmişdir. Bundan sonra, vahid niyyətlə 6 mart 2023-cü il tarixdə qeyrisi ilə “WhatsApp tətbiqi” yolu ilə növbəti dəfə əlaqə saxlayarkən sonuncu ona tapşırığın bir nəfər şəxs tərəfindən törədilməsinin çətinlik yaradacağını bildirdikdən sonra, qeyrisi tanışı Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamasını və odlu silahla qəsdən adam öldürmə cinayətinin törədilməsində Təqsirləndirilən şəxs1la birlikdə hərəkət etməsini tapşırmışdır. Təqsirləndirilən şəxs3 ona tapşırılan sifarişi icra etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərindən 6 mart 2023-cü il tarixdə J22256 nömrəli Naxçıvan-Bakı aviareysi ilə Bakı şəhərinə gələn Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında görüşüb sonuncunun yaşadığı, idmanla məşğul olduğu ünvanları, idarə etdiyi avtomobilin şəklini, nömrəsini, modelini, avtomobilin zirehli olmasını və digər zəruri məlumatları ona bildirmiş, Zərərçəkmiş şəxs1 izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili kirayələdiyini qeyd etməklə, həmin görüşləri zamanı avtomobildə olan nömrəsi silinmiş “Ruger” markalı “SR9c” modelli tapançanı Təqsirləndirilən şəxs1 nümayiş etdirmiş, cinayətin məhz bu silahdan istifadə edilməklə törədiləcəyini bildirməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi cinayətinin törədilməsi ilə bağlı qeyrisindən aldığı tapşırığı dostluq münasibətində olduğu, habelə həmyerlisi olmaqla, Bakı şəhərində yaşadığı üçün ərazini yaxşı tanıyan Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncunun qeyd edilən cinayətin törədilməsində birgə iştirak etməsinə dair razılığını aldıqdan sonra bu barədə qeyrisini məlumatlandırmış, habelə qeyrisi də Təqsirləndirilən şəxs1 vasitəsi ilə Təqsirləndirilən şəxs2 maddi köməklik edəcəyi, öz himayəsinə götürəcəyi, xarici ölkələrə getmək istədikdə isə orada normal həyat şəraiti ilə təmin edəcəyini bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 razılığı əsasında Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olduğu qrupa daxil etmişdir. Qeyrisi məlum olmayan şəxslər vasitəsilə ilkin olaraq Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********412237 nömrəli bank kartı, Təqsirləndirilən şəxs2 isə "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli bank kartları vasitəsi ilə Təqsirləndirilən şəxs1 qətlin icrası üçün 4 mart - 10 mart 2023-cü il tarixlərində ilkin mərhələdə xərclərin (qalma, avtomobil kirayələmə, qidalanma və sair) qarşılanması məqsədilə ümumilikdə 950 manat pulun göndərilməsini təmin etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hadisədən sonra çevik hərəkət etmələri məqsədilə 6 mart 2023cü il tarixdə, təxminən saat 21 radələrində Bakı şəhəri, Novxanı qəsəbəsi ərazisində görüşməklə kirayə götürdüyü **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili Təqsirləndirilən şəxs1 təhvil vermişdir. Təqsirləndirilən şəxs1 isə ərazini öyrənmək məqsədilə Təqsirləndirilən şəxs2lə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsinə gəlmiş, sonra isə qeyrisinin tapşırığına əsasən avtomobili küçədə saxlayaraq qapıları bağlayıb açarı avtomobilin sağ qabaq təkəri üzərinə yerləşdirməklə otaq kirayələdikləri Bakı şəhəri, Xətai prospekti 39 ünvanında yerləşən “Gorgud” adlı hotelə gedib gecələmiş, sabahısı gün, yəni 7 mart 2023cü il tarixdə, səhər saatlarında Zərərçəkmiş şəxs1 izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilə yaxınlaşarkən qeyrisi qrupun üzvü Təqsirləndirilən şəxs1la mobil telefonun “WhatsApp” tətbiqi vasitəsi ilə əlaqə saxlayaraq qabaqcadan əlbir olduqları məlum olmayan şəxslər tərəfindən tapançanın avtomobilin yük yerinə yerləşdirildiyini bildirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə avtomobilin yük yerinə baxdıqda həqiqətən də nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın, çoxlu sayda döyüş sursatı sayılan 9 mm kalibrli patronların və 2 ədəd odlu silahın komplekt hissəsi olan sandığın olduğunu görmüşlər. Bundan sonra, 8 mart 2023-cü il tarixdə, saat 02:22-də qrupun üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə hərəkət edib Bakı şəhəri, Sabunçu rayonu ərazisində Böyükşor şossesi ilə paralel 250 metr hava məsafəsi uzaqlığında “40°26′5.47″ şm. e. 50°1′11.19″ ş. u” koordinata çatdıqdan sonra ətrafda yaşayış yerlərinin, eləcə də kənar şəxslərin olmamasına əmin olub özləri ilə daşıyaraq gətirdikləri nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın atəşə yararlı olub olmamasını yoxlamaq məqsədilə avtomobildən enmədən Təqsirləndirilən şəxs1 qabaq pəncərəni endirib havaya bir dəfə atəş açmaqla tapançanın atəşə yararlı olduğuna əmin olmuşdur. Plana və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun istifadəsində olan “Hyundai Accent” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs3 kirayələdiyi **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə sonuncunun və qeyrisinin verdiyi məlumatlar əsasında, yəni Zərərçəkmiş şəxs1 yaşadığı ev və idmanla məşğul olduğu ünvanları müəyyən edib 6 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək Zərərçəkmiş şəxs1 izləmiş, bu barədə “Whatsapp” tətbiqi vasitəsi ilə və məlum olmayan digər üsulla bir-birlərini məlumatlandırmış və Zərərçəkmiş şəxs1 öldürməyə əlverişli şəraitin yaranmasını gözləmişlər. Qeyrisi tərəfindən hazırlanmış və daimi nəzarət etdiyi, habelə Təqsirləndirilən şəxs3 ümumi cinayətkar niyyəti ilə əhatə olunan planın davamı olaraq, qrupun üzvlərindən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə və Təbriz küçələri istiqamətində **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə gedib sonuncunun yaşadığı evdən çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs1 yaşadığı evdən çıxıb “X92” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək ünvan 3 ünvanında yerləşən “Vurgun Residence” adlı binada fəaliyyət göstərən “1st Fitness&SPA” adlı idman zalına gəlmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 izləyərək sonuncunun arxasınca gəlib “Vurgun Residence” adlı bina ilə həmin küçədə yerləşən “Görüş” kafesinin arasında olan keçiddə dayanmaqla özlərinə əlverişli yer seçib Zərərçəkmiş şəxs1 idman zalından çıxmasını gözləmişlər. Həmin gün saat 14:24-də Zərərçəkmiş şəxs1 tək idman zalından çıxıb yol kənarında saxladığı avtomobilinə yaxınlaşarkən, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bir qədər qarşıya keçib qara rəngli gödəkçəsinin altında döyüşə hazır vəziyyətdə saxladığı nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli tapançanı çıxarıb sağ əlində tutmaqla Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ümumi cinayətkar niyyətə uyğun olaraq, lakin təşkilatçı olan qeyrisi, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs3 və qrupun digər üzvlərinin ümumi niyyətlərindən kənara çıxaraq, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində kənar şəxslərin intensiv hərəkət etdiyi küçədə təxminən 10-15 metr məsafədən hücum edərək ümumi təhlükəli üsulla 3-4 dəfə ardıcıl olaraq Zərərçəkmiş şəxs1 istiqamətində qəsdən atəşlər açmış, Zərərçəkmiş şəxs1 atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdığından onlar öz iradələrindən asılı olmayan səbəblərdən qəsdən adam öldürmədə ifadə olunan əməllərini başa çatdıra bilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə ümumi təhlükəli üsulla kütləyə şüurlu şəkildə, yəni kənar şəxsləri öldürmək niyyətləri olmasa da, onlara hər hansı dərəcədə xəsarətlərin yetirilməsini arzu edib odlu silahdan qəsdən açdıqları atəşlər nəticəsində həmin küçə ilə, “Vurgun Residence” adlı binanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs3 sol sağrı nahiyəsində giriş dəliyi və sağ xayalıqda çıxış dəliyi olan yara kanalı boyunca sağ xayanın yaralanması ilə müşayiət olunan odlu silah güllə yarası, sağ baldırın orta üçdə birinin arxa səthində giriş dəliyi və sağ baldırın orta üçdə birinin ön səthində çıxış dəliyi olan odlu silah güllə yarası ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və yolun əks istiqamətində “Hundai Elantra” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 dəyməsi nəticəsində ona sol baldırın aşağı üçdə birinin bayır səthinin odlu silah güllə yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmasa da ümumi təhlükəli üsulla sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Bundan sonra qrupun üzvləri Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə yaxalanmamaları məqsədilə hadisə yerindən **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobillə uzaqlaşıb Bakı şəhəri Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə çatdıqda izi itirmək, şəhərdə təhlükəsizlik kameralarının görüntülərinə düşməmək və ölkəni çevik olaraq tərk etmək məqsədilə avtomobili yolun sol hərəkət hissəsində saxlayıb “Hyundai GETS” markalı, **- FS-*** dövlət nömrə nişanlı taksi ilə Bakı şəhəri, Nərimanov rayonu “Çanaqqala” restoranının qarşısına, oradan Təqsirləndirilən şəxs2 istifadəsində olan “Hyundai Accent” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanınadək, oradan isə “Honda İNSİGHT” markalı **-FK-*** dövlət qeydiyyat nişanlı taksi ilə hava limanı istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin ərəfədə Təqsirləndirilən şəxs1 məlum olmayan üsulla qeyrisi ilə əlaqə saxlayıb Zərərçəkmiş şəxs1 sifarişə əsasən qəsdən öldürdüklərini, ölkəni tərk etmək üçün aviabilet almaq məqsədilə bank kartına pul göndərməsini xahiş etmiş, qeyrisi dərhal Təqsirləndirilən şəxs2 adına "xxxx" ASC-də qeydiyyatdan keçirilmiş **********075959 nömrəli leobank kart hesabına məlum olmayn şəxslər vasitəsilə 10 mart 2023-cü il tarixdə, saat 15:24-də 2550 manat pulun göndərilməsini təmin etmiş, onlar Heydər Əliyev adına X57 çatıb Bakı-İstanbul reysinə iki ədəd bilet alıb ölkəni tərk etmək istəyərkən keçirilmiş istintaq-əməliyyat tədbirləri zamanı saxlanılmışlar. Təqsirləndirilən şəxs3 isə qabaqcadan əlbir olduğu qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığını qeyrisindən öyrənib Bakı şəhəri Novxanı qəsəbəsi istiqamətində qaçmaqla, sonuncunun tapşırığına uyğun olaraq gizlənməyə nail olmuşdur.

4. Bundan başqa, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan məlum olmayan mənbədən və məlum olmayan vaxtda qanunsuz olaraq 9,335 qram və 9,958 qram olmaqla ümumi təmiz çəkisi 19,293 qram olan şəxsi istehlak miqdarından artıq, yəni külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edib ünvan 8 ünvanına daşımaqla üzərində saxlamış və daxil olmuş əməliyyat məlumatı əsasında 5 may 2023-cü il tarixdə, saat 19 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanında saxlanılaraq polis idarəsinə gətirilib, üzərinə saat 21:20-dən etibarən videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zaman 9,335 qram və 9,958 qram olmaqla ümumi təmiz çəkisi 19,293 qram külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamin əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür.

İşin halları və dəlilləri:

5. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun uşaqlıq dostudur. Təqsirləndirilən şəxs3 isə hadisədən əvvəl tanımamışdır. Zərərçəkmiş şəxs1 qiyabi olaraq tanıyır. Digər zərərçəkmiş şəxsləri isə hadisədən əvvəl tanımamış, onlarla hər hansı ədavət və ya düşmənçiliyi yoxdur. Onun hər hansı şəxsi öldürmək niyyəti olmamışdır. Kimisə öldürmək istəsə, buna imkanı olmuşdur. Tapançadan atəş açanda Nicatın adını çəkərək sonuncunu çağırmış, Nicat ona tərəf baxdıqdan sonra sonuncuya atəş açmış və daha sonra silahı yerə atmışdır. Nicat onun kirvəsi ilə dost olmuşdur. İctimaiyyətdə gedən söz-söhbətlərdən Elnur Qasımovun ölümündə Zərərçəkmiş şəxs1 rolunun olduğunu bildiyi üçün sonuncunu qorxutmaq istəmişdir. Belə ki, sosial şəbəkələrdə yayılmış söz söhbətlərdən bildiyinə görə Zərərçəkmiş şəxs1 Elnur Qasımovu şəxsən öldürməsə də sonuncunun yerinin bildirilməsində iştirak etmişdir. O da Zərərçəkmiş şəxs1 ailəsindən və yaxınlarından uzaq saxlamaqdan ötrü qorxutmaq məqsədilə atəş açmışdır. Hadisə baş verənədək o, Ukrayna, Rusiya və Türkiyədə yaşamış, hadisədən əvvəl isə Naxçıvanda yaşamışdır. Naxçıvan X47 fövqəladə hallar üzrə növbə rəisi işləmiş, aylıq əmək haqqı 800 manat olmuş, həmçinin üç aydan bir əmək haqqının 3 mislini, yəni 2400 manatı mükafat olaraq almışdır. Bakı şəhərinə 2023-cü ilin mart ayının 6-da məlum hadisəni törətmək üçün gəlmişdir. Hava limanında olarkən dostu Vüqara zəng edib onu qarşılamasını istəmiş, sonuncu da onu qarşılayaraq hotelə gətirmişdir. Vüqar Bakı şəhərində yaşamışdır. Vüqardan qalmağa yer tapmasını xahiş etməmişdir. O, Emin Qasımovla istifadəsində olan Ukraynaya aid mobil telefon nömrəsi ilə danışmış, sonuncunun Fransada həbsxanada olduğunu eşitmişdir. Eminlə danışıq zamanı ona tək hərəkət edə bilməsi üçün avtomobil lazım olduğunu demişdir. Emin də Ramalın nömrəsini ona göndərək sonuncunun ona avtomobil təşkil edəcəyini bildirmişdir. O, Ramalla əlaqə saxlayıb Bakı şəhərində görüşmüş, Ramal işi olduğu üçün ona avtomobil verə bilməmişdir. Ramalla görüşərkən Vüqar həmin vaxt kənarda yolun qırağında öz avtomobilinin içərisində gözləmişdir. Ramalla danışıq zamanı atası xəstə olduğundan avtomobilə ehtiyacı olduğunu demişdir. Belə ki, Ramala axşam saat 20-21 radələrində atasının şəklini göndərmiş və daha sonra zəng edərək avtomobil lazım olduğunu bildirmişdir. Daha sonra Vüqarla birlikdə Novxanıya gedərək Ramaldan avtomobili götürmüşdür. Vüqar həmin vaxt da kənarda dayanmış və Ramalı görməmişdir. Sonra qalacaqları hotelin yaxınlığına gələrək avtomobili orada saxlayıb hoteldə gecələmişlər. Avtomobilin açarını isə təkərin üstünə qoymuşdur. Belə ki, həm açarı üstündə gəzdirməmək, həm də kimsə silahı gətirib avtomobilə qoyacağı üçün açarı təkərin üstünə qoyüb hotelə getmişdir. Vüqarın avtomobili nasaz olduğundan düzəldilməsi üçün ustaya aparılmalı olmuşdur. Martın 8-də idman etmək üçün salon axtarmış, idman zalına getmək istəmiş, Bakı şəhərini yaxşı tanımadığı üçün Vüqarı qiymətləri öyrənməsi üçün göndərmişdir. Vüqar avtomobildən düşərək idman etmək istədikləri zalın qiymətləri ilə maraqlanıb geri qayıtmış, daha sonra o, idman etmək istədiyi zalla maraqlanmaq üçün həmin yerə gedib onu maraqlandıran məsələləri dəqiqləşdirib geri qayıtmışdır. İdman etmək üçün nəzərdə tutduğu idman zalı hadisənin olduğu ünvanda yerləşmişdir. Zərərçəkmiş şəxs1 həmin idman zalına getməsindən məlumatı olmuşdur. Hadisə yerinə Vüqarla birlikdə Ramalın ona verdiyi avtomobili ilə getmişdir. Vüqarın hadisədən məlumatı olmamış, ona pul alacağını demişdir. Vüqar yalnız o, silahdan atəş açanda məsələni bilmişdir. Vüqarı kənarlaşdırmaq istəmiş, lakin o, Bakı şəhərini tanımadığı üçün Vüqar təkidlə onunla birlikdə gələrək binanın yanında dayanmışdır. O, Nicatın hoteldən çıxdığını görəndə Vüqara qayıdacağını deyərək gözlməsini istəmiş, sonuncu onun üzərində silah olduğunu bilməmişdir. O, Nicata doğru yaxınlaşmış, həmin vaxt qarşısında tanımadığı qızla oğlan olmuş, yan tərəfdə də dayanacağa baxan şəxs olmuşdur. Həmin şəxslərin keçməsini gözləmiş, Nicat avtomobilinin qapısını açanda onu adı ilə çağırıb ayağının altına üç dəfə atəş açaraq oradan qaçaraq uzaqlaşmışdır. Hadisəni törətdiyi tapança hadisə yerindən uzaqlaşarkən qəfil tormoz verərkən sürüşüb oturacağın altına düşmüş və sonradan həmin tapançanı götürə bilmədiyindən avtomobildə qalmışdır. Hadisə yerindən uzaqlaşmaqda istifadə etdikləri avtomobil orada olan binanın arxasında olmuş, hadisədən sonra həmin avtomobili idarə edərək oradan təxminən 1 kilometr uzaqlaşmış, daha sonra avtomobildən düşüb taksiyə əyləşərək hava limanına doğru getmişlər. Hava limanında qeydiyyatdan keçib bilet almış, təyyarəyə minmək istəyərkən tutulmuşlar. Emin Qasımova hadisəni törədəcəyi barədə məlumat vermiş, lakin Emin ona hadisəni törətmək üçün pul göndərməmişdir. Bank kartına Emin adlı şəxs tərəfindən göndərilən pul Emin Qasımov tərəfindən göndərilməmişdir. Pulu ona hava limanından Türkiyəyə getmək üçün Emin Məmmədov göndərmişdir. Belə ki, Vüqara dostunun pul göndərəcəyini demiş, kartı üzərində olmadığı üçün 1500 manat məbləğində pul Vüqarın kartına göndərilmişdir. Pulu hadisədən əvvəl istəmişdir.

6. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 sosial şəbəkələrdən tanımış, onu öldürmək niyyəti heç vaxt olmamış, lakin dəfələrlə onu öldürmək üçün imkanı olmuşdur. Atəş açmamışdan əvvəl Nicatın güllədən yayınaraq qaçması üçün onun adını ucadan çağıraraq səsləmiş, yalnız bundan sonra atəş açmışdır. Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, ondan yalnız avtomobil götürmüşdür. Ramaldan avtomobil götürməyinə səbəb sürücülük vəsiqəsinin bitməsinə az vaxt qaldığından ona icarəyə avtomobil verilməməsi olmuşdur. İbtidai araşdırma zamanı ona fiziki təzyiqlər olmuş, polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalmışdır. Belə ki, o, Zərərçəkmiş şəxs1 öldürmək istəmədiyini dediyindən onu döyməklə təzyiq edərək öldürmək üçün atəş açdığını etiraf etməsi tələb edilmişdir. O, silahı Təqsirləndirilən şəxs3 aldığı avtomobildən götürmüşdür. Belə ki, avtomobilin açarını təkərin üstünə qoyaraq uzaqlaşmış, sonradan tapança avtomobilə bilmədiyi şəxs tərəfindən qoyulmuşdur. O, Eminlə danışmamışdır. Emin Qasımov həbsdə olduğundan, ona hansısa hoteli göstərməsi mümkün deyil. İbtidai istintaq dövründə təzyiq və təsir altında olduğundan videoçəkiliş zamanı düzgün olmayan ifadələr vermişdir. Onun Zərərçəkmiş şəxs1 öldürmək məqsədi olmamış, sonuncuya doğru atəş açmaqda məqsədi onu qorxutmaqla ailəsindən uzaqlaşdırmaq olmuşdur. Hadisəni törətməzdən iki gün əvvəl işindən ayrılmış, Zərərçəkmiş şəxs1 qarşı hər hansı cinayət hadisəsini törətmək üçün hər hansı şəxs tərəfindən hədələnməmiş və ya ona təzyiq edilməmişdir. O öz istəyi ilə hadisəni törətmişdir. Ramaldan yalnız avtmobil almış, ondan silah almamışdır. Ramalla yalnız avtomobil almaq məqsədi ilə görüşüb danışmışdır. O, pula görə Bakı şəhərinə gəlməmiş, maddi imkanı yaxşı olduğundan pula ehtiyacı olmamışdır. Ramalın onun Nicatı qorxutmaq üçün sonuncuya atəş açmaq istədiyindən əvvəlcədən məlumatı olmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 xəsarət yetirdiyini qəbul etməklə onlara dəymiş ziyanı ödəməyə hazır olsa da, Zərərçəkmiş şəxs3 60000 manat məbləğində pul vəsaitinin ödənilməsinə hazırda həbsdə olduqlarından maddi imkanı yoxdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 əzizlərini qorumaq üçün hadisədən iki gün qabaq işdən çıxaraq hadisəni törətmək üçün Bakı şəhərinə gəldiyini, Emin Naxçıvanski tərəfindən hadisəni törətmək üçün ona hədə qorxu gəlinmədiyini, “Qardaşoğlu” ləqəbli şəxsin ölümündə Zərərçəkmiş şəxs1 adının çəkildiyini, 2022-ci ilin oktyabr ayında vəfat etmiş Elnur Qasımovın onun kirvəsi olduğunu, sevdiklərini qorumaq üçün öz təşəbbüsü ilə hadisəni törətmək qərarına gəldiyini, Zərərçəkmiş şəxs1 Elnur Qasımovun ölümündə rolunun olmasını sosial şəbəkələr və başqa platformalarda yayılmış məlumatlardan öyrəndiyini, dostlar arasında olan söz-söhbətlərdən Zərərçəkmiş şəxs1 Elnurun ölümündə rolunun olduğunu eşitdiyini, Nicatı qorxudaraq ailəsindən uzaqlaşdırmaq üçün hadisəni törətdiyini, maddi imkanı yaxşı olduğundan pula ehtiyacı olmadığını, törətdiyi hadisənin cəmiyyətdə geniş əks-səda doğurmasını başa düşdüyünü, hadisə nəticəsində zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hər hansı xəsarət yetirmək məqsədinin olmadığını bildirərək məhkəmədən cavan olmasını, əvvəllər məhkumluğunun olmamasını, hər hansı kriminal qruplaşmanın üzvü olmamasını və ailədə yeganə qazanc gətirən şəxsin özünün olmasının nəzərə alınaraq ona özünü təqsirli bildiyi əməllərə görə aşağı həddə cəza təyin edilməsini xahiş etdi.

7. Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə, habelə videoçəkilişlə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 həmin ifadələrdə göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Zeynəddin kəndində yaşamışdır. Atası Şahid14 üzünü təxminən bir il əvvəl “laqonda” kəsmiş, başında tromb əmələ gəlmişdir. Anası Şahid13 isə sağ ayağının diz sümüyü sındığı üçün yeriməkdə çətinlik çəkir. Atası Şahid14 heyvandarlıqla məşğul olsa da, anası, bacısı və arvadı heç yerdə işləmir. 2013-cü ildə Babək rayonu Zeynəddin kənd tam orta məktəbini bitirmiş, həmin ildə Ukrayna Respublikası Xarkov X12 daxil olmuş, 2018-ci ildə akademiyanı bitirib Azərbaycan Respublikasına qayıtmışdır. 2018-ci ilin iyul ayında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsində bir il müddətli həqiqi hərbi xidmət keçmiş, 2019-cu ilin iyul ayında hərbi xidməti başa vurduqdan sonra Naxçıvan X47 fövqəladə hallar üzrə növbə rəisi işləməyə başlamış və Babək rayonu Zeynəddin kəndində ailə üzvləri ilə birlikdə yaşamağa davam etmişdir. 2022-ci ilin mart ayında Günay Məmmədova ilə ailə qurmuşdur. Hadisədən təxminən 2-3 həftə əvvəl öz ərizəsi əsasında işdən azad olunmuş, əməkhaqqı almaq üçün istifadə etdiyi plastik bank kart hesabı 6 mart 2023-cü il tarixdə bloklanmışdır. Həmin vaxtdan heç bir işlə məşğul olmamış, yaşadıqları kəndin yaxınlığında yerləşən atasına məxsus fermaya gedib-gəlmişdir. X22 “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur 2022-ci ilin oktyabr ayının sonlarında Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığı binanın qarşısında iki nəfər şəxs tərəfindən öldürülmüşdür. Elnurun “Emin Naxçıvanski” ləqəbi ilə tanınan qardaşı X69 hadisədən təxminən 8-9 ay əvvəl törətdiyi, ona məlum olmayan cinayət əməllərinə görə Türkiyə Respublikasında, sonra isə Fransa Respublikasında həbs edilmiş və artıq 10 aydır barəsində olan cinayət işinin ibtidai istintaqı davam etdirilir. O, 2013-cü ildə Ukrayna Respublikasının Xarkov şəhərində yaşadığı dövrdə həmin şəhərə gələn Eminlə yaxın dostluq münasibəti yaratmışdır. 2014-cü ildə Emin Xarkov şəhərini tərk etmiş və bir daha Emini görməmişdir. Lakin arabir “İnstagram” sosial şəbəkəsində açdığı, özünə məxsus “sahmar_011” adlı profili vasitəsilə Eminə məxsus “emin__nv_” və hazırda xatırlamadığı digər hesablarla yazışmaqla əlaqə saxlamışdır. Son günlərədək onun Emin ilə heç bir əlaqəsi olmamışdır. İşdən azad olunduqdan sonra Türkiyə Respublikası İstanbul şəhərində yaşayan, əslən naxçıvanlı olan, Naxçıvan şəhəri X99 Məktəbində güləş idman növü ilə məşğul olduğu vaxtdan tanıdığı və təxminən 2-3 il daimi əlaqədə olduğu 30-31 yaşlarında olan tanışı Rafət Quliyev “Whatsapp” sosial şəbəkəsi vasitəsilə onunla əlaqə yaradıb hal-əhval tutmuş, Emini zəngə qoşmağı təklif etmişdir. O, razılıq verdikdən sonra işdən çıxdığı günün ertəsi Rafət ilə növbəti dəfə danışarkən zəngə Emin də əlavə olunmuş, sonuncu ilə “Necəsən?...”, “Nətərsən...” və digər bu məzmunda söhbətlər aparmaqla bir-birilərinin haləhvalını soruşmuşlar. Həmin zəng zamanı Emin onun mobil telefon nömrəsini qeyd etməklə əlaqə saxlayacağına söz vermişdir. Bundan təxminən iki gün sonra Emin Rusiya Federasiyasının mobil operatorlarından birinə məxsus xatırlamadığı mobil telefon nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib yenidən hal-əhval tutmuş, həmin zəngdən 3 gün sonra yenidən həmin sosial şəbəkə vasitəsilə zəng edib ondan əhvalının necə olduğunu və harada işlədiyini soruşmuşdur. O, Eminə işdən çıxdığını və heç bir yerdə işləmədiyini demiş, Emin isə “Yaxşı olar” sözlərindən başqa heç nə deməmişdir. Hadisədən təxminən 1 həftə əvvəl Emin yenidən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona zəng edib “Qardaşoğlu”nun qatillərindən birinin Bakı şəhərində olduğunu, həmin şəxsi öldürmək lazım olduğunu demiş və ondan bunu edə bilib-bilməyəcəyini soruşmuşdur. O, valideynlərinin xəstə olduqlarını, onları təkbaşlarına qoyub heç yerə gedə bilməyəcəyini demiş, Emin cavabında narahat olmamasını, hər şeyin yaxşı olacağını, onun valideynlərinə özünün baxacağını bildirmişdir. Həmçinin Emin əlavə etmişdir ki, “Hadisəni törətdikdən sonra tutula da bilərsən, alınsa, bilet alarıq. Ən tez uçuş hansı ölkəyə olarsa, oraya gedərsən”. O, düşünüb cavab verəcəyini demiş, valideynlərinin xəstə olduqlarını nəzərə alıb Elnurun qatilini özü öldürməyə qərar vermişdir. Cinayəti törətdikdən sonra Eminin onun valideynlərini müalicə etdirəcəyini düşünmüş, başqa ölkəyə qaça bilsə, ona şərait quracağını, maddi vəziyyəti düzəlməklə normal həyat yaşayacağını düşünmüşdür. Emin özü əlaqə saxlayacağını dediyi üçün heç kimə zəng etmədən növbəti zəngi gözləmişdir. Hadisədən təxminən 5-6 gün əvvəl, yəni 2023-cü ilin mart ayının əvvəllərində Emin yenidən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona zəng etmiş, həmin telefon danışığı zamanı Elnurun qatilini öldürməyə razılıq verdiyini bildirmişdir. Bundan sonra Emin mümkün qədər tez reyslə Bakı şəhərinə getməsini istəmiş və çatdıqdan sonra zəng edib digər məsələləri izah edəcəyini bildirmiş, əlavə olaraq bilet almasına pul göndərmək üçün plastik bank kartının fotoşəklini göndərməsini istəmişdir. Həmin vaxt əməkhaqqı kartını işdən çıxması ilə əlaqədar hesablaşma aparılmalı olduğu üçün hələ ki özündə saxladığından "xxxx" ASC-yə aid, nömrəsini xatırlamadığı plastik bank kartının fotoşəklini çəkib “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Eminə göndərmişdir. Bundan təxminən 2-3 saat sonra, yəni saat 21:00-22:00 radələrində Emin zəng vurub kartın hesabına 300 manat pul köçürdüyünü demişdir. 5 mart 2023-cü il tarixdə aviabilet tapa bilməmiş, 6 mart 2023-cü il tarixdə Bakı şəhərinə uçmalı ikinci aviareysə Eminin köçürdüyü pul ilə 60 manata bilet almışdır. 6 mart 2023-cü il saat 10:00-11:00 radələrində pal-paltarını qara rəngli çantaya yığaraq valideynlərinə Bakı şəhərində fəaliyyət göstərən restoranların birində işləmək üçün gedəcəyini deyib evdən çıxmışdır. Həmin vaxtadək valideynlərinə heç nə deməmiş, onlar məsələlərdən xəbərsiz olmuşlar. Saat 14:00 radələrində Naxçıvan-Bakı aviareysi ilə paytaxta uçmuş, təyyarə havaya qalxan kimi birlikdə boya-başa çatdığı, Bakı şəhərində tələbə olan uşaqlıq dostu Təqsirləndirilən şəxs2 sonu “22-02” rəqəmləri ilə bitən mobil telefon nömrəsinə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ismarıc yazıb Bakı şəhərinə gələcəyini demiş və onu qarşılamasını istəmişdir. Həmin vaxt Vüqarın boz rəngli, “Hyundai Accent” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili ilə Bakıda taksi fəaliyyəti ilə məşğul olduğunu bilmişdir. 6 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Bakı şəhərinə çatanda Vüqarla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb harada olduğunu soruşmuş, Vüqar onu qarşılamış, həmin vaxt Vüqarı aldadıb işləmək məqsədilə Bakı şəhərinə gəldiyini demişdir. Vüqar qaldığı evdə yer olmadığını bildirdiyinə görə onlar hotel axtarmağa başlamışlar. Vüqarın təklifi ilə tanımadığı yerdə yerləşən hotelin fotoşəkillərinə baxmış, lakin bəyənmədiyi üçün başqa hotellər axtarmışdır. Yolda olarkən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Eminə zəng edib Bakı şəhərinə çatması barədə məlumat vermiş və qalmağa yer təşkil etməsini istəmişdir. Emin ona “Gorgud Hotel”də qalmasını təklif edib başqa heç nə deməmişdir. O, naviqasiya proqramına hotelin adını daxil edib Vüqarla birlikdə saat 21:00 radələrində “Yaşıl bazar” deyilən yerin yaxınlığında yerləşən “Gorgud Hotel”ə getmişdir. Emin yenidən ona zəng edib Ramal adlı şəxslə görüşməli olduğunu, Ramalın yanında olarkən zəng etməsini bildirmiş, daha sonra Ramalın xatırlamadığı mobil telefon nömrəsini ona göndərmişdir. “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Ramal adlı şəxsə zəng etmiş və sonuncu olduğu məkanı göndərdikdən sonra Vüqarla birlikdə “Yaşıl bazar”ın ətrafında olan yerə yollanmışlar. Orada Vüqardan onu avtomobildə gözləməsini xahiş etmiş, tanışlarından biri ilə görüşüb gələcəyini demişdir. Vüqar avtomobili kənarda saxlayıb gözləməyə başladıqdan sonra avtomobildən düşərək piyada təxminən 300-400 metr irəliləmişdir. Bu zaman Ramal adlı şəxsin boz (metallik) rəngli, “Hyundai Elantra” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobili yolun kənarında saxlayaraq qarşısında dayanıb gözlədiyini görmüşdür. Həmin vaxt Ramal adlı şəxsi ilk dəfə görmüş, sonuncunun təklifi ilə avtomobilə əyləşmişdir. Ramal ondan Eminə zəng etməsini istəmiş, bir neçə dəfə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zəng edib Eminlə əlaqə saxlamağa cəhd etməsinə baxmayaraq, buna nail ola bilməmişdir. Ramal ona hər şey - avtomobil, silah və lazım olan digər şeylərin artıq hazır olduğunu bildirmişdir. Bundan sonra Ramala Eminlə danışdıqdan sonra zəng edəcəyini deyib avtomobilindən düşərək Vüqarın avtomobilinə qayıtmışdır. Daha sonra Vüqarla birlikdə yolun kənarında, ünvanını dəqiq xatırlamadığı kafelərin birində yemək yemişlər. Həmin vaxt Emin ona zəng eləmiş, telefon danışığı zamanı Eminə Ramal ilə birlikdə iş görmək, yəni Zərərçəkmiş şəxs1 adlı şəxsi öldürmək istəmədiyini söyləmişdir. Emin ondan bunun səbəbini soruşduqda Ramaldan əmin olmadığını, Nicatı öldürməklə bağlı planı həyata keçirən zaman hər hansı problemlə qarşılaşacağı təqdirdə Ramalın onu təkbaşına qoyub qaçmayacağına əmin olmadığını demişdir. Bundan sonra Emin ondan Nicatı tək və ya digər şəxslə birgə öldürmək istədiyini soruşmuş, Eminə Vüqar adlı yaxın dostu ilə birgə Nicatı öldürəcəyini, Vüqardan tam arxayın olduğunu demişdir. Emin onunla razılaşıb nə lazım olsa, təşkil edəcəyini qeyd etmişdir. Daha sonra Vüqara görəcəyi iş barədə danışmaqla Nicat adlı şəxsi öldürmək istəməsi barədə məlumat vermiş və ona kömək etməsini istəmişdir. Vüqar onunla razılaşıb kömək edəcəyinə söz vermişdir. Bundan sonra Vüqarla məsləhətləşərək avtomobili öz adına qeydə alındığı üçün gələcəkdə ifşa oluna biləcəklərindən ehtiyatlanmış, həmin avtomobilin diqqət çəkməməsi üçün Ramala zəng edərək yeni avtomobil lazım olduğunu bildirmiş və Ramalın razılığı ilə həmin gün Abşeron rayonu Novxanı qəsəbəsinə – sonuncunun evinin yaxınlığına gedib 6 mart 2023-cü il tarixdə, axşam saatlarında “Hyundai Elantra” markalı avtomobili Ramaldan təhvil almış və Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Bu zaman Vüqar öz avtomobilini, o isə “Hyundai Elantra” markalı avtomobili idarə etmişdir. 6 mart 2023-cü il tarixdən 7 mart 2023-cü il tarixə keçən gecə Bakı şəhəri ərazisində “Hyundai Elantra” markalı avtomobili adını bilmədiyi, ancaq Nicatın yaşadığı ünvanın yaxınlığında yerləşən ərazidə olmasını bildiyi yerdə saxladıqdan sonra Vüqarın avtomobilinə minib “Gorgud Hotel”ə getmiş və ikinəfərlik nömrədə gecələmişlər. Ertəsi gün, yəni 7 mart 2023-cü il tarixdə, saat 11:00 radələrində hoteldən çıxaraq Vüqarın avtomobili ilə Ramalın əvvəlcədən ona bildirdiyi Nicatın yaşadığı ünvanın yaxınlığına getmiş, Vüqar avtomobili saxladıqdan sonra Nicatı müşahidə etməyə başlamış, həmin şəxsin saat neçədə evdən çıxdığını, hansı ünvanlara getdiyini, saat neçədə evə qayıtdığını izləmişlər. Həmin gün Emin də yenidən əlaqə yaratdıqda Emin ona Nicatın “X92” markalı Az 99 və ya **-XZ-*** dövlət qeydiyyat nişanlı zirehli avtomobili idarə etməsi barədə məlumat vermişdir. Gün ərzində yalnız Nicatı izləməklə məşğul olsalar da, Nicat saat 16:00 radələrinədək evdən çıxmamış, yalnız həmin radələrdə qeyd olunan avtomobillə yaşadığı ünvandan çıxıb dəqiq harada yerləşməsini bilmədiyi idman zalına getmiş, 2 saat sonra zaldan çıxıb avtomobilinə minərək hərəkətə başlamış, onlar Nicatın bütün bu hərəkətlərini müşahidə etmişlər. Daha sonra tıxacda Nicatın avtomobilini itirmiş, bundan sonra Nicatın yaşadığı ünvana qayıtmış, lakin həmin gün nə Nicatı, nə də idarə etdiyi avtomobili bir daha görməmişlər. 7 mart 2023-cü il tarixdən 8 mart 2023-cü il tarixə keçən gecə Vüqarla birlikdə Nicatı öldürməsi üçün onlara verilmiş və üzərində saxladığı tapançanın necə işləməsini yoxlamaq üçün heç kimin olmadığı yerə getmək qərarına gəlmişlər. Bu məqsədlə Vüqar avtomobilinə əyləşib təxminən 20-30 dəqiqə yol gedərək onları tam qaranlıq, sakit bir yerə aparmışdır. Ancaq o, Bakı şəhərini tanımadığından həmin yerin hara olduğunu bilməmişdir. Daha sonra avtomobildə əyləşmiş vəziyyətdə silahın sazlığını yoxlamaq məqsədilə 1 dəfə havaya atəş açmışdır. Həmin vaxt ətrafda yaşayış evi və Vüqardan başqa hər hansı şəxs olmamış, tapançadan atəş açmasını heç kim eşitməmişdir. Bundan sonra silahın saz vəziyyətdə olduğuna əmin olub Vüqarla birlikdə “Gorgud Hotel”ə qayıtmışdır. Ertəsi gün, yəni 8 mart 2023-cü il tarixdə, saat 12:00 radələrində hoteldən çıxıb Nicatın yaşadığı evin yaxınlığına getmişlər. Həmin gün saat 16:00 radələrində Nicat öz evindən çıxaraq bir müddət ərzində şəhərdə dəqiq bilmədiyi küçələrdə avtomobilini idarə etmiş və idman zalına getmişdir. Bundan sonra Vüqar avtomobilini yolun kənarında saxlamış, o, avtomobildən düşərək binanın birinci mərtəbəsində qoyulmuş divanda əyləşərək Nicatın idman zalından çıxmasını gözləməyə başlamışdır. Bu müddətdə Nicatın binanın üçüncü mərtəbəsində yerləşən zalda məşq etdiyini, oradan aşağı mərtəbəyə liftlə endiyini müəyyən etmişdir. Liftin qarşısında əyləşərək Nicatı gözləməyə davam etmiş, lift gəldikdə oradan çoxsaylı insanlar çıxdığına görə həmin vaxt Nicatı vura bilməmiş, məcbur olub arxasınca getmişdir. Nicat çölə çıxıb avtomobili istiqamətində getmiş, o isə Nicatın arxasınca hərəkət edib cinayəti həyata keçirmək üçün əlverişli vaxtın yaranmasını gözləmişdir. Ancaq idman zalından çıxdıqdan sonra Nicatın ardınca tanımadıqları qadın getmiş, qadın onun qarşısını kəsdiyindən Nicatı vura bilməmişdir. Avtomobilə çatan zaman tapançanı hazır vəziyyətə gətirib Nicatı vurmaq istədikdə həmin qadın yenə də qarşısına çıxmış və Nicat artıq avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Bu səbəbdən Nicatın ardınca getməyi çatdırmamış, həmin gün bir daha Nicatı izləməmişlər. 9 mart 2023-cü il tarixdə, saat 11:00-12:00 radələrində yuxudan oyanıb, əvvəlcə, “Hacı Şahinin məscidi” kimi tanınan məscidə gedib namaz qılmış və saat 15:00 radələrində Nicatın evinin qarşısına çatıb dayanmışlar. Həmin gün saat 19:00 radələrində Nicat yenə də öz avtomobili ilə evdən çıxaraq ünvanını dəqiq bilmədiyi restorana getmiş, avtomobilini restoranın qarşısında saxlayaraq restorana daxil olmuşdur. Saat 00:10-dək Nicatın çıxmasını gözləsələr də, Nicatın çıxmadığını görüb yenidən hotelə qayıtmışlar. 10 mart 2023-cü il tarixdə, saat 10:00 radələrində yuxudan oyanıb hoteldən çıxmış və Nicatın yaşadığı evin yaxınlığına gedərək Nicatın çıxmasını gözləməyə başlamışlar. Saat 11:00 və ya 11:20 radələrində Nicat yaşadığı evdən çıxaraq avtomobili ilə idman zalı istiqamətində getmiş, onlar isə Nicatı təqib etmişlər. Nicat avtomobilini idman zalının qarşısında saxlayıb avtomobildən düşərək idman zalına getmiş, Nicatın sürücüsü isə avtomobildə qalmışdır. Onlar bir qədər irəlidə – yolun kənarında yerləşən məscidi ötüb keçdikdən sonra sağa dönüb saxlamışlar. O, Vüqar ilə birlikdə avtomobildən düşərək tapançanı hazır vəziyyətə gətirib çiynində olan qara rəngli çantanın içərisində yerləşdirmiş və Vüqarla birlikdə idman zalının qarşısına doğru addımlamışdır. O, Vüqarla idman zalının kənarında dayanıb Nicatın çıxmasını gözləmiş, təxminən 1 saat 30 dəqiqə və ya 2 saat sonra Nicat idman zalından çıxaraq avtomobili istiqamətində getməyə başlamışdır. Nicata yaxınlaşıb tapançanı çiynindəki çantadan çıxararaq binanın qarşısında dayanmış Nicata tuşlamış və təxminən 10-15 metr məsafədən 3 və ya 4 dəfə atəş açmışdır. Daha sonra Vüqarla birlikdə öz avtomobillərinə doğru qaçaraq əyləşib hadisə yerindən uzaqlaşmışlar. Vüqar avtomobili əsas yola doğru idarə edib bir qədər irəli hərəkət etmiş, daha sonra işıqfordan sağ tərəfə döndərmiş və növbəti işıqforu ötüb keçən kimi yolun kənarında saxlamışdır. Avtomobildən çıxdıqdan sonra həmin yerin yaxınlığında olan dayanacağın yanında taksi avtomobilinin dayandığını görmüş və həmin avtomobilin sürücüsündən onları H.Əliyev adına X57 aparmasını xahiş etmişlər. Həmin vaxt taksi avtomobilinin içərisində tanımadıqları başqa sərnişin də olmuşdur. Taksi sürücüsü onlarla razılaşıb avtomobilə əyləşmələrinə icazə vermiş, hava limanına doğru yolda olan zaman avtomobili saxlatdırıb düşmək istədiklərini bildirmişlər. O, taksi sürücüsünə xatırlamadığı məbləğdə pul verib Vüqarla birlikdə avtomobildən düşmüşdür. Daha sonra dəqiq xatırlamadığı mobil telefon vasitəsilə Nicatı vurmaları barədə Eminə məlumat vermiş, eyni zamanda Vüqara məxsus plastik bank kartının fotoşəklini göndərərək pul köçürməsini istəmişdir. Emin Vüqarın kartının hesabına 2500 manat pul köçürmüş və Vüqarla əvvəlcədən razılaşdıqları kimi hava limanına gedib Türkiyə Respublikasının İstanbul şəhərinə 2 ədəd aviabilet almağı qərarlaşdırmışlar. Vüqar dayandıqları yerdən başqa taksi avtomobili sifariş etmiş və həmin avtomobillə hava limanına getmişlər. Hava limanında Vüqarla birlikdə 2 ədəd aviabilet alıb sərhədi keçməklə təyyarəyə əyləşmiş, lakin təyyarə qalxmazdan əvvəl polis əməkdaşları içəri daxil olub onları saxlayaraq polis idarəsinə aparmışlar. Zərərçəkmiş şəxs1 öldürülməsinə dair sifarişi birbaşa Emin Qasımovdan almışdır. Hadisə törətdiyi zaman əynində qara rəngli idman (beyzbol) papağı, ağ rəngli qısaqol köynəyi, qara rəngli jaket, qara rəngli gödəkçə və boz rəngli şalvar olmuşdur. İdman papağı istisna olmaqla digər geyim əşyalarının hamısını özü ilə Naxçıvan Muxtar Respublikasından gələndə gətirmişdir. Yalnız idman papağını Bakı şəhərində ünvanını xatırlamadığı dükandan almışdır. Papağı alan zaman dükanda təsadüfən Eminin qardaşı Elvinlə rastlaşmış, Elvin ondan Bakı şəhərində nə işlə məşğul olmasını soruşmuş, o isə istirahət məqsədilə gəldiyini bildirmişdir. Elvin birlikdə gedib çay içməyi təklif etsə də, bundan imtina etmişdir. Emin ona sadəcə Nicatı öldürməsini istəmişdir. Lakin Nicatı hansı qaydada və hansı şəraitdə öldürəcəyini özü qərar vermiş, bununla bağlı ancaq Vüqarla məsləhətləşmiş, başqa heç kimə məlumat verməmişdir. Nicatın evinin ünvanı ona Ramal tərəfindən, avtomobilinin fotoşəkli isə Emin tərəfindən “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərilmişdir. Hadisəni törətdiyi tapança əvvəlcədən Ramaldan təhvil aldıqları “Hyundai Elantra” markalı avtomobilin yük yerində qutuda yerləşdirilmiş, Emin ona silahın avtomobilin yük yerində olduğunu bildirmişdir. Ramal da eyni ilə hər şeyin avtomobildə olması barədə məlumat vermişdir. Silah ona Nicatı öldürmək üçün verilmişdir. Ramalı əvvəllər tanımamış, həmin şəxsi ilk dəfə 6 mart 2023-cü il tarixdə Bakı şəhərinə gəldikdən sonra Eminin göstərişi ilə görüşən zaman bilmişdir. Həm Emin, həm də Ramalla ***-***-**- ** mobil telefon nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. 7 mart 2023-cü il tarixdə Emin ona Rusiya Federasiyasının mobil operatorlarından telefon nömrəsini vermiş və o da həmin nömrə ilə “Whatsapp” sosial şəbəkəsində qeydiyyatdan keçərək Eminlə mütəmadi əlaqə saxlamış, hadisədən sonra isə sosial şəbəkənin proqramını mobil telefonundan silmişdir. Hadisədən sonra Ramalla ümumiyyətlə, əlaqə saxlamamış, sadəcə Eminə zəng edib Nicatı vurduğunu demişdir. Nicatı öldürmələrinin qarşılığı olaraq Emin ona və onun vasitəsilə Vüqara hər şeyin yaxşı olacağına dair vədlər vermiş, valideynlərinin səhhəti ilə əlaqədar xərcləri ödəməyi üzərinə götürəcəyinə, habelə xarici ölkələrdə yaşamaq və işləmək üçün hər cür şərait yaradacağına dair vədlər vermişdir. Həmçinin Emin hadisənin törədilməsi üçün tələb olunan bütün xərcləri qarşılamaqla Bakı şəhərinə gəlməsi üçün onun özünə məxsus əməkhaqqı kartının hesabına 150 manat, atasına məxsus bank kartının hesabına 300 manat, Vüqara məxsus bank kartının hesabına 150 manat və 300 manat, hadisəni törətdikdən sonra isə yenidən Vüqara məxsus bank kartının hesabına Azərbaycan Respublikasını tərk etmələri üçün 2500 manat pul köçürmüşdür. Həmin pulları gündəlik xərclərini qarşılamaq üçün xərcləmiş, 2500 manat pulu isə Azərbaycan Respublikasını tərk etmək üçün aviabilet almağa sərf etmişlər. Hadisə zamanı heç bir xəsarət almamış və məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. “Gorgud Hotel”ə Eminin tapşırığı əsasında getmiş, Eminin dediyinə görə orada qiymətlər ucuz olmuş və Nicatın evinə yaxın yerləşmişdir. Bakı şəhərində olduğu günlərdə yalnız Vüqar və Ramalla görüşmüş, Elvinlə isə bir dəfə təsadüfən qarşılaşmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəni təsdiq etməklə əlavə ifadəsində göstərmişdir ki, 6 mart 2023-cü il tarixdə Naxçıvan şəhərindən Bakı şəhərinə arvadı Günay ilə birlikdə gəlmişdir. Nicatı öldürdükdən sonra Azərbaycan Respublikasını tərk etməli olduğundan arvadı tək qalmasın deyə Bakı şəhərinə gətirib qayınanasının evinə aparmışdır. Arvadının onun planları barədə heç bir məlumatı olmamış və Nicatı öldürmək istəməsi barədə danışmamışdır. Arvadını qayınanasının evinə aparan zaman isə işləmək məqsədilə Türkiyə Respublikasına gedəcəyini bildirmişdir. Hadisə yerindən götürülmüş videomüşahidə kameralarının görüntüləri ilə tanış olmuş və videogörüntülərdə özü və dostu Vüqarı tanımışdır. Videogörüntülərdə onun idman zalına daxil olması və idmana yazılmaq istəməsi əksini tapmış, həmin görüntüdə olan şəxs özüdür, dəqiqdir və buna heç bir şübhəsi yoxdur. Videogörüntülərə əsasən 10 mart 2023-cü il tarixdə dostu Vüqarla birlikdə hadisə yerinə gəlmiş və binanın tinində dayanıb Nicatın çölə çıxmasını gözləmişlər. Həmin videogörüntüdə əynində qara rəngli gödəkçə, tünd boz rəngli şalvar və başında qara rəngli idman (beyzbol) papağı olan şəxs onun özü, əynində tünd rəngli şalvar, ağ rəngli papaqlı gödəkçə və sonradan belində idman çantası saxlayan şəxs isə Vüqardır. Həmçinin videogörüntüdə binanın qarşısında olan pilləkənlərin yanındakı iki sütunun arasında görünən əl və həmin əldə olan silah ona məxsusdur. Görünən əl onun əlidir, həmin an atəşi onun özü açmışdır. Həmin silah (tapança) Abşeron rayonu Novxanı qəsəbəsində Ramaldan təhvil aldığı “Hyundai Elantra” markalı avtomobilin yük yerində olmuşdur. Silahı avtomobilin yük yerindən götürüb oturacağın altında saxlamış, avtomobili təhvil aldığı andan silah da avtomobildə olmuşdur. Ramalın Nicatı öldürəcəkləri barədə heç bir məlumatı olmamış, Ramala guya “işin” təxirə salındığını demiş, Ramal hadisəni birlikdə törədəcəklərini gözləmişdir. Eminlə danışıqlarının birində Nicatı izləyib öldürən zaman avtomobillərinin tanınmaması üçün başqa avtomobilə ehtiyacları olduğunu demişdir. Emin ona “rent a car”ların birindən avtomobil icarəyə götürməsini tapşırmışdır. Bir neçə “rent a car” şirkəti ilə əlaqə saxlamasına baxmayaraq, nə ona, nə də Vüqara avtomobil verilməmişdir. Daha sonra bu barədə Eminə məlumat verib Ramalda olan avtomobili alıb onlara verməsi ilə bağlı göstəriş verməsini xahiş etmişdir. Eminlə Ramala ailəsini yerbəyer etmək istəməsi, habelə atasının yıxılması, atasını xəstəxanaya aparmaq lazım olması barədə məlumat vermələri ilə bağlı razılığa gəlmiş, bunun inandırıcı olması üçün Ramala atasının fotoşəklini də göndərmişdir. Daha sonra Ramaldan avtomobili təhvil alıb Eminin göstərişi ilə Nicatın evinin yaxınlığına aparmış, qapılarını bağlamış, açarlarını isə Eminin göstərişi ilə təkərin üzərinə qoyaraq oradan uzaqlaşmışdır. Bir müddət sonra yenidən Eminlə əlaqə saxladıqda Emin ondan hər an hazır olmalarını istəmişdir. Emindən silahın harada olduğunu soruşduqda sonuncu bu barədə məlumat verəcəyini demiş, “Hyundai Elantra” markalı avtomobilin olduğu yerə qayıtdıqda Emin ona silahın avtomobilin yük yerindəki ayaqqabı qutusunda olduğunu demişdir. Yük yerini açdıqda silahı görmüş, ancaq silahın dəqiq nə vaxt və kim tərəfindən oraya qoyulduğunu bilməmişdir. Həmin silahı ilk görüşlərində Ramal ona nümayiş etdirmiş, silahı məhz həmin vaxt görmüş, hətta əlinə götürüb baxmış və yenidən Ramala qaytarmışdır. Avtomobili Ramaldan təhvil alan zaman yük yerinə baxmamış, sonradan silahın yük yerində olması barədə məlumatı ona Emin vermişdir. Həmin vaxt avtomobilə kiminsə yaxınlaşıb-yaxınlaşmadığını, hadisəni törətdiyi silahın avtomobilin yük yerinə kim tərəfindən yerləşdirildiyini bilməmişdir. Emindən silahın avtomobilin yük yerinə kimin yerləşdirməsi barədə heç nə soruşmamışdır. Emin hadisədən əvvəl ona zəng edib “Qardaşoğlu”nun qatillərindən birinin Bakı şəhərində yaşadığını, həmin şəxsi öldürmək lazım olduğunu bildirmiş, bunu onun edə bilib-bilməyəcəyini soruşmuş, ondan razılıq aldıqdan sonra həmin şəxsin Zərərçəkmiş şəxs1 olması, Elnurun ölümündə Nicatın rolunun olması barədə danışmış, sonuncunun şəxsiyyəti, idarə etdiyi zirehli avtomobil və digər xüsusatlar barədə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə məlumat vermiş, o isə Bakı şəhərini tərk etmək istəyən zaman apardığı bütün yazışmaların və zəng siyahılarının olduğu həmin mobil tətbiq proqramını mobil telefonundan silmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 148-157; Cild 2, 159- 170; Cild 6, 31-34; Cild 7, 256-266;)

8. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 və iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış şəxsləri tanımır. Təqsirləndirilən şəxs1 isə onun uşaqlıq dostudur. 2023-cü ilin mart ayının dörd-beşi ərəfələrində Şahmar onunla mobil telefonla danışan zaman Bakı şəhərinə gələcəyini bildirmişdir. O həmin vaxt kollecdə təhsil almış, dərsdən kənar vaxtlarda isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahmara martın 6-dan sonra gəlməsini demiş, sonuncu da martın 6-da Bakı şəhərinə gəlmişdir. O, Şahmarı hava limanında qarşılamış, söhbət zamanı ondan hansı məqsədlə gəldiyini soruşmuş, Şahmar isə obyekt götürüb işlətmək üçün gəldiyini demişdir. Onun kirayə qaldığı evdə qohumları da qaldığı və evdə şərait olmadığından internetdə axtarış edib uyğun qiymətə “Qorqud” adlı hoteli tapmış və birlikdə qalmaq üçün həmin hotelə getmişlər. Sonra Şahmar bir nəfər tanışı ilə görüşəcəyini demiş, Şahmarla həmin şəxslə görüşməyə getmiş, o həmin vaxt kənarda gözləmiş, Şahmar isə görüşəcəyi şəxslə görüşüb geri qayıtmışdır. 1-2 gün onun avtomobil ilə hərəkət etmiş, lakin avtomobilinin nasaz olduğunu görüb Şahmarın təklifi ilə Novxanıya getmiş, orada Şahmar icarəyə avtomobil götürmüşdür. Gecəni hoteldə qaldıqdan sonra, martın 8-də Şahmarla idman zalının qabağına gəlmişlər. Şahmar ona idman etmək istədiyini deyərək qiymətlərlə maraqlanmağı xahiş etmiş, o da hotelə daxil olaraq qeydiyyatda olan qızlardan qiymətlərlə maraqlanmışdır. Geri qayıdıb Şahmara idman etmək üçün zalın qiymətinin çox baha olduğunu demişdir. Şahmar daha sonra özü də qiymətlərlə maraqlanmaq üçün hotelə getmiş, təxminən yarım saat sonra geri qayıtmış və birlikdə qaldıqları hotelə qayıtmışlar. Martın 10-da Şahmar bir nəfərdən tək pul almağa gedəcəyini deyərək ondan avtomobili idarə etməyə ehtiyac olmadığını demiş, lakin o, Şahmarla birlikdə getməyə təkid etdiyi üçün sonuncu ona razılıq vermiş və birlikdə gedərək bir binanın tinində dayanmışdır. Hava soyuq olduğu üçün üzünə maska taxıb gödəkçəsinin papağını başına keçirmişdir. Bir müddət Şahmarla həmin binanın tinində dayanıb söhbət etmiş, sonuncu gedib adamla söhbət edib qayıdacağını deyərək oradan uzaqlamış, o isə həmin yerdə dayanmışdır. Şahmar ondan uzaqlaşıb sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 adlı şəxsə atəş açmışdır. Şahmarın əlindəki silahı bir gün əvvəl görmüşdür. Belə ki, Şahmar ona hava limanına doğru getmək lazım olduğunu demiş, həmin istiqamətdə avtomobili idarə etmiş, yolda Şahmar çantasından tapança çıxarmış, həmin silahın nə üçün olduğunu soruşduqda, silahı kiməsə verəcəyini demişdir. O, həvəslənib silahla şəkil çəkmək istəmiş, Şahmar etiraz etmədiyindən tapançanı ondan götürüb şəkil çəkdirmişdir. Şahmar həmin silahı aparıb kiməsə verəcəyini demişdir. Hadisədən əvvəlki günlər avtomobili nasaz olduğu üçün Ramaldan götürdüyü avtomobillə hərəkət etmişlər. Ramaldan götürdükləri avtomobili 7 martdan 9 marta qədər o, idarə etmişdir. Belə ki, Şahmar Bakı şəhərində avtomobili idarə edə bilməmişdir. Onun mart ayının doqquzunadək törədiləcək hadisədən məlumatı olmamış, lakin martın 9-da Şahmarın hərəkətlərindən şübhələndiyi üçün sonuncudan nə etmək istədiyini soruşmuşdur. Şahmar isə ona cavab verməmişdir. Şahmar martın 9-da bir restorana gedərək kimdənsə pul alacağını demiş, o isə restoranda pul almağın uyğun olmadığını dedikdə, Şahmar narahat olmamağını bildirmişdir. Şahmar martın 10-da da bir nəfərdən pul alacağını dediyindən onun təkidi ilə birlikdə getmişlər. Hadisədən sonra isə Şahmarın niyə belə etdiyini başa düşmüş, ona tələbə olduğunu və həmin hadisənin onun həyatına təsir edəcəyini bildirmişdir. Şahmar isə Nicatı öldürmək məqsədinin olmadığını, uzağı 2-3 aya ölkədə vəziyyət sakitləşdikdən sonra geri qayıdacaqlarını demişdir. Lakin ölkədən çıxa bilməmişlər. İbtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və təsir edilmiş, döyülərək Emin Qasımovun sifarişi ilə adam öldürməyə çalışdığını etiraf etməsi tələb edilmişdir. Bu səbəbdən ibtidai araşdırma zamanı verdiyi ifadələri həqiqəti əks etdirmir. Həmçinin onun videoçəkişlə ifadəsi alınarkən videoyazı yarımçıq kəsilmiş, onun dedikləri ifadəsində düzgün yazılmamışdır. O, səhər saat 5 radələrində dindirilərkən müdafiəçi yatmaq istədiyini bildirərək ondan necə tələb edilirsə elə deməsini demişdir. İstintaq zamanı verdiyi bütün ifadələri təzyiq altında vermişdir. Hadisə yerində Təqsirləndirilən şəxs1la birgə olmasının səbəbi sonuncunun Bakı şəhərini yaxşı tanımaması olmuşdur. Belə ki, Şahmar Bakı şəhərini tanımadığı üçün daim onunla birlikdə olmuşdur. Şahmarın Zərərçəkmiş şəxs1 qarşı atəş açacağından əvvəlcədən məlumatı olmamış, lakin Şahmarın hadisədən əvvəlki son iki gün ərzində hərəkətlərindən şübhələnmişdir. Şahmarla bu barədə danışdıqda ona kimdəsə pul borcu olduğunu, həmin borcunu almaq istədiyini demişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamış, Şahmar hadisə günü dostu ilə görüşməyə getdiyini bildirdiyi üçün onunla birlikdə getmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 istəmədən olsa da, ziyan vurmuşdur. Lakin həmin ziyanın vurulmasında onun iştirakı olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 özünü yalnız dostu Təqsirləndirilən şəxs1 silahın olmasını bilib deməməkdə təqsirli bildiyini, hər hansı şəxsi öldürmək və sair cinayət əməllərini törətmək üçün hər hansı şəxslə əlbir olmadığını, Emin Qasımov və Təqsirləndirilən şəxs3 ümumiyyətlə tanımadığını, hadisə nəticəsində zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hər hansı xəsarət yetirməkdə iştirakının olmadığını bildirərək məhkəmədən cavan olmasını, ailədə tək oğlan övlad olduğunu, əvvəllər məhkumluğunun olmaması və hər hansı kriminal qruplaşmanın üzvü olmamasının nəzərə alınaraq özünü təqsirli bildiyi əmələ münasibətdə ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi.

9. Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə, habelə videoçəkilişlə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 həmin ifadələrdə göstərmişdir ki, həbs edilənədək ailə üzvləri ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Zeynəddin kəndində yaşamış, təhsili ilə əlaqədar müəyyən vaxtlarda Bakı şəhərinə gəlib-getmişdir. Atası Şahid15 Babək rayonunda yerləşən bazarda alverlə məşğul olur, anası Elnurə Quliyeva isə evdar qadındır. 2016-cı ildə Bakı Neft və X42-qaz emalı fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, həmin il təhsilini dayandıraraq həqiqi hərbi xidmətə yollanmışdır. 2018-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra kollecdə təhsil almağa davam etmişdir. Qiyabi formada təhsil aldığı üçün təxminən 3 ay Babək rayonunda yerləşən evdə, dərsləri başladıqda isə Bakı şəhərinə gələrək Binəqədi rayonu Biləcəri qəsəbəsi avtovağzal dairəsinin yaxınlığında yerləşən fərdi yaşayış evində dayısıoğlu X1 evdə yaşamışdır. Hadisədən əvvəlki son 3-4 ay ərzində maddi ehtiyaclarını qarşılamaq üçün özünə məxsus “Hyundai Accent” markalı Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamış, məhkumluq həyatı yaşamamışdır. Heç vaxt barəsində hüquq mühafizə orqanlarında cinayət təqibi aparılmamış, təqsirləndirici material olmamışdır. Uşaqlıqdan dostluq etdiyi, aralarında çox yaxın münasibət olan həmkəndlisi Təqsirləndirilən şəxs1 uzun illərdir çox qoçaq, dostluğa sadiq biri kimi tanıyır. Şahmar həmişə Babək rayonunda yaşamış, Naxçıvan Muxtar Respublikasında yaşadığı vaxtlarda aralarında sıx əlaqələr olmuşdur. 2023-cü ilin mart ayının əvvəllərində Şahmar mobil telefon vasitəsilə ona zəng edərək Bakı şəhərinə gələcəyini xəbər vermiş və şəhəri tanımadığı üçün köməklik göstərməsini xahiş etmişdir. Şahmardan hansı tarixdə gələcəyini soruşduqda Şahmar 6 mart 2023-cü il tarixə bilet aldığını bildirmiş və müvafiq saatda H.Əliyev adına X23rşılanmasını istəmişdir. Şahmarın qeyd etdiyi tarixdə və saatda özünə məxsus avtomobillə təkbaşına hava limanına gedib Şahmarı qarşılayaraq Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən evə aparmaq istəmişdir. Şahmar ona özü üçün hoteldə otaq ayrıldığını deyib telefonuna quraşdırdığı “Waze” mobil tətbiqetməsi vasitəsilə avtomobili qeyd etdiyi ünvana sürməsini xahiş etmişdir. Şahmarın nömrə sifariş etdiyi hotel “Yaşıl bazar” adlanan yerin yaxınlığında fəaliyyət göstərən “Gorgud Hotel” olmuşdur. Yolda olarkən Şahmarla hal-əhval tutub Bakı şəhərinə gəlməsinin səbəbini soruşmuşdur. Şahmar ona Bakı şəhərində bir-iki obyekt icarəyə götürüb işlətməyi planladığını, məhz bu məqsədlə gəldiyini demişdir. Həmçinin Şahmar işlətmək üçün obyekt tapdıqdan sonra onu da işlə təmin edəcəyini, maddi sıxıntılarını aradan qaldırmağa köməklik göstərəcəyini vəd etmişdir. Şahmarı “Gorgud Hotel”ə yerləşdirdikdən sonra sonuncu ondan Bakı şəhərini yaxşı tanımadığından telefonunda olan “Waze” tətbiqetməsini aktivləşdirərək avtomobili qeyd edilən ünvana sürməsini istəmişdir. Qeyd edilən ünvana çatmamış, Şahmar avtomobili yolun kənarında saxlamasını və yolun qalan hissəsini piyada gedəcəyini bildirmişdir. O, avtomobili saxladıqdan sonra Şahmar avtomobildən düşüb piyada irəliləyərək oradan uzaqlaşmış, bir neçə dəqiqə sonra avtomobilə qayıdaraq gedib kafelərdən birində birlikdə yemək yeməyi təklif etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahmar avtomobildən düşüb getdikdən sonra Ramal adlı şəxslə görüşmüşdür. Həmin gün Şahmar özünə məxsus plastik bank kartı üzərində olmadığı üçün ona məxsus “Leobank” mobil bankına aid qara rəngli plastik kartın fotoşəklini çəkib öz mobil telefonuna quraşdırılmış “Whatsapp” mobil tətbiqi vasitəsilə tanımadığı şəxsə göndərmiş və bundan sonra kartının hesabına 400 manat pul köçürülmüşdür. Şahmar həmin pulu şəxsi ehtiyaclarına sərf edəcəyini bildirmiş və onlar Bakı şəhərində qaldıqları müddətdə həmin puldan istifadə etmişlər. Ünvanını və adını dəqiq xatırlamadığı, yol kənarında yerləşən kafelərdən birində müştəri kimi əyləşib yemək yedikləri vaxt Şahmar ona əslində başqa bir işlə bağlı Bakı şəhərinə gəlməsi barədə danışmışdır. Şahmarın danışdıqlarından o da məlum olmuşdur ki, kriminal aləmdə “Qardaşoğlu” ləqəbi ilə tanınan, əslən Naxçıvan Muxtar Respublikasından olan X62 bir neçə ay əvvəl Türkiyə Respublikası İstanbul şəhərində öldürülmüş, Şahmar “Qardaşoğlu”nun qardaşı Eminlə yaxın münasibətdə olduğundan sonuncu Şahmarla əlaqə yaradıb qardaşının ölümündə günahkar hesab etdiyi, Bakı şəhərində yaşayan “Brilyant” ləqəbli Nicat adlı şəxsi öldürməklə bağlı sifariş vermişdir. Şahmar həmin cinayət əməlini bir qədər əvvəl görüşdüyü Ramal adlı şəxslə birgə törətməli olsa da, həmin şəxslə “iş görmək” istəməmiş və ona sifarişi birlikdə yerinə yetirməyi, yəni Nicat adlı şəxsi birlikdə öldürməyi təklif etmişdir. Həmçinin Şahmar ona Nicatın öldürülməsini sifariş edən Eminin onları bütün lazımi vasitələrlə təmin edəcəyini, cinayəti törətdikdən sonra xarici ölkələrdən birinə getmələrini təşkil edəcəyini, gələcək həyatlarının təminatı ilə bağlı bütün məsələlərin həllini öz üzərinə götürəcəyini bildirmişdir. Şahmarın təklifi ilə razılaşdıqdan sonra Şahmar “Whatsapp” mobil tətbiqi vasitəsilə Eminlə əlaqə yaradıb cinayəti Ramal ilə birgə törətmək istəmədiyini, bundan sonrakı hərəkətlərini onunla birlikdə edəcəyini demişdir. Emin telefon danışığı zamanı onun işi görməyə razı olub-olmadığını Şahmardan soruşaraq aydınlaşdırmış, Şahmar onun razı olduğunu dedikdə Emin onun Şahmar ilə birgə Nicatı öldürmək tapşırığının icrasında iştirakına razılıq vermişdir. 6 mart 2023-cü il tarixdə, axşam saatlarında onlar Nicatı güdmək və öldürmək məqsədilə Ramal üçün təşkil edilmiş avtomobili təhvil almaq qərarına gəlmişlər. Şahmar Ramal ilə əlaqə yaradıb bu barədə məlumat verdikdən sonra onlar Ramalın bildirdiyi Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən ünvana yollanmışlar. Həmin ünvana çatdıqda o, avtomobili bir qədər kənarda saxlamış, Şahmar avtomobildən düşüb Ramal ilə görüşmüş və Ramaldan boz rəngli, “Hyundai Elantra” markalı avtomobili təhvil almışdır. Daha sonra o öz avtomobili, Şahmar isə Ramaldan təhvil aldığı avtomobillə Bakı şəhəri istiqamətində hərəkət etmişlər. Şəhərə çatıb “Hyundai Elantra” markalı avtomobili Nicatın evinin yaxınlığında yerləşən küçələrdən birində saxladıqdan sonra Şahmar onun avtomobilinə əyləşmiş və onlar birlikdə hotelə gedib orada gecələmişlər. Ertəsi gün, yəni 7 mart 2023-cü il tarixdə, saat 11:00 radələrində o, Şahmarla birlikdə hoteldən çıxaraq ona məxsus “Hyundai Accent” markalı avtomobilə əyləşib Ramal tərəfindən Şahmara bildirilən Nicatın yaşadığı evin yaxınlığına getmiş, avtomobili saxlayıb Nicatın saat neçədə evdən çıxdığını, hansı ünvanlara getdiyini, saat neçədə evə qayıtdığını izləməyə başlamışlar. Həmin gün Şahmar yenidən Eminlə əlaqə yaratmış və ona Nicatın “X92” markalı Az **-XZ-*** və ya Az **-XZ-*** dövlət qeydiyyat nişanlı zirehli avtomobili idarə etdiyini bildirmişdir. Gün ərzində ancaq Nicatı izləmiş, saat 16:00 radələrində Nicatın qeyd olunan avtomobillə evdən çıxaraq idman zalına getdiyini, təxminən 2 saat sonra həmin idman zalından çıxdığını müşahidə etmişlər. Daha sonra tıxacda Nicatın avtomobilini itirmişlər. Ardınca Nicatın yaşadığı ünvanın yaxınlığına qayıtmış, ancaq həmin gün bir daha nə Nicatı, nə də avtomobilini görə bilməmişlər. 7 mart 2023-cü il tarixdən 8 mart 2023-cü il tarixə keçən gecə Şahmarla birlikdə Nicatı öldürmək üçün onlara verilmiş və üzərilərində saxladıqları tapançanın necə işləməsini və necə atmasını yoxlamaq üçün heç kimin olmadığı yerə getməyi qərara almışlar. Bu məqsədlə onun avtomobili ilə təxminən 20-30 dəqiqə yol qət edərək Qaraçuxur qəsəbəsi istiqamətində hərəkət etmişlər. Ünvanını dəqiq bilmədiyi, lakin əyani formada göstərdiyi tam qaranlıq, sakit bir yerə gəldikdən sonra Şahmar silahı çıxarıb hazır vəziyyətə gətirməyə çalışmış, o isə Şahmarın hərəkətlərini mobil telefon vasitəsilə videoya çəkmişdir. Şahmar bir neçə dəfə silahı hazır vəziyyətə gətirmək istəsə də, həmin vaxt buna nail ola bilməmiş, lakin sonda silahı hazır vəziyyətə gətirməyi bacararaq avtomobildə əyləşmiş vəziyyətdə silahın sazlığını yoxlamaq məqsədilə 1 dəfə havaya atəş açmışdır. Şahmarın həmin hərəkətini mobil telefonun videokamerası vasitəsilə qeydə almışdır. Həmin vaxt ətrafda yaşayış evi və Şahmardan başqa hər hansı şəxs olmamış, tapançadan atəş açılmasını heç kim eşitməmişdir. Bundan sonra o və Şahmar silahın saz vəziyyətdə olduğuna əmin olub birlikdə “Gorgud Hotel”ə qayıtmışlar. 8 mart 2023-cü il tarixdə, saat 12:00 radələrində hoteldən çıxıb onun avtomobili ilə deyil, “Hyundai Elantra” markalı Az **- VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etməyi qərarlaşdırmış, bunun üçün Nicatın yaşadığı ünvanın yaxınlığına getmişlər. Həmin gün saat 15:00-16:00 radələrində Şahmarla birlikdə qeyd olunan avtomobilə əyləşərək öz avtomobili ilə evdən çıxan Nicatın ardınca yollanmışlar. Yolda olarkən tıxaca düşüb bir qədər Nicatın avtomobilindən ayrılmış, sonuncunun idman zalına gedəcəyini zənn edib həmin yerə getmişlər. İdarə etdiyi avtomobillə idman zalı ilə üzbəüz istiqamətdə olan yolda hərəkət edərkən Nicatın avtomobilinin idman zalının qarşısında dayandığını görmüşlər. O, avtomobili əks istiqamətdə saxladıqdan sonra Şahmar avtomobildən düşərək piyada yolun əks istiqamətinə, yəni idman zalının yerləşdiyi küçəyə keçmiş və Nicatın arxasınca getməyə başlamışdır. O, diqqət cəlb etməmək üçün avtomobili binadan bir qədər kənarda saxlamış və özü də avtomobildən düşüb S.Vurğun küçəsində yerləşən idman zalının fəaliyyət göstərdiyi binanın ətrafını dolanmaqla Şahmarı gözləmişdir. Həmin gün oraya getməkdə məqsədləri Nicatı vurub öldürmək və bu işi elə həmin tarixdə bitirmək olmuşdur. Bir neçə saat gözlədikdən sonra Nicat idman zalından çıxıb yola doğru getməyə başlamış, bu zaman həm özü, həm də Şahmar həmin şəxsi real həyatda ilk dəfə görmüşlər. Bundan əvvəl Nicatı yalnız Şahmarın mobil telefonunda saxladığı fotoşəkildə və internetdə axtarış aparan zaman qarşısına çıxan fotoşəkillərdə görmüşdür. Nicat S.Vurğun küçəsindən keçən yola doğru gedərkən Şahmar hazır vəziyyətdə idman zalının çıxışında gözləmiş, özü isə Şahmardan təxminən 5-10 metr kənarda dayanıb baxmışdır. Nicatla eyni vaxtda bir neçə qadın da idman zalından çıxdığı üçün Şahmar atəş açmamış, beləcə, Nicatı öldürməklə bağlı ilk cəhdləri uğursuzluqla nəticələnmişdir. Bundan sonra Şahmarla birlikdə şəhərin mərkəzinə gedib bir qədər gəzmiş və axşam saatlarında “Gorgud Hotel”ə qayıtmışlar. Şahmar əvvəllər silahı çantasında gəzdirməsinə baxmayaraq, sonradan əynindəki şalvarın belindəki kəmərin altında daşımışdır. Nicat həftənin “cüt günləri”, yəni ya çərşənbə axşamı, ya cümə axşamı, ya da şənbə günü idman zalına getdiyi üçün hadisəni törətmək üçün 10 mart 2023-cü il tarixinin gəlməsini gözləmiş, həmin tarixədək Şahmar mütəmadi olaraq Eminlə telefon əlaqəsi saxlamış, ona Eminin Fransa Respublikasında həbsdə saxlanıldığını, Eminin həmin ölkədəki həbsxanadan zəng etdiyini demişdir. Onun cinayətin törədilməsində iştirak etməsinin əsas səbəbi Şahmarın ona xarici ölkədə bahalı həyat yaşayacağı və maddi sıxıntılardan birdəfəlik yaxa qurtaracağı ilə bağlı verdiyi vədlər olmuşdur. Şahmarın əlaqə yaratdığı şəxslərin nüfuzlu insanlar olduqlarına inansa da, onlardan yalnız Emin Qasımovun adını bilmişdir. 9 mart 2023-cü il tarixdə, saat 11:00-12:00 radələrində yuxudan oyanaraq ilk öncə “Hacı Şahinin məscidi” kimi tanınan məscidə gedib namaz qılmış, saat 15:00 radələrində Nicatın yaşadığı ünvanın qarşısına gedib gözləməyə başlamışlar. Saat 19:00 radələrində Nicat öz avtomobili ilə evdən çıxıb ünvanını dəqiq bilmədiyi restorana gedərək avtomobili restoranın qarşısında saxlamış və içəri daxil olmuşdur. Həmin gecə saat 00:10-dək Nicatın restorandan çıxmasını gözləmiş, amma Nicatın çıxmadığını görüb hotelə getmişlər. 10 mart 2023-cü il tarixdə, saat 11:00 radələrində Nicatın yaşadığı Bakı şəhəri Nərimanov rayonu “Çapayev” küçəsi kimi tanınan küçə istiqamətində, “Şərq bazarı”nın yaxınlığında yerləşən binaya yaxınlaşaraq “Hyundai Elantra” markalı avtomobilin içərisində gözləməyə başlamışlar. Nicatın yaşadığı ünvan Ramal tərəfindən əvvəlcədən Şahmara bildirilmişdir. Nicatı gözlədikləri vaxt avtomobilin içərisində ikisindən başqa heç kim olmamış, bu barədə heç kimə məlumat verməmişdir. Binanın qarşısında təxminən 1 saat gözlədikdən sonra Nicat binadan çıxıb “X92” markalı avtomobilinə əyləşərək hərəkətə başlamışdır. Nicatı öldürmək üçün münasib vaxt və yer axtarsalar da, ətrafda insanlar olduğundan gözləməyi dayandırmağı qərara alıb icarəyə götürdükləri avtomobillə Nicatı izləmişlər. Hər zaman olduğu kimi avtomobili onun özü idarə etmiş, Şahmar isə sağ qabaq oturacaqda əyləşmişdir. Bir qədər hərəkət etdikdən sonra Nicatın avtomobilinin yenidən S.Vurğun küçəsində dayandığını görmüş, bir qədər ləngidikləri üçün Nicatı görə bilməmişlər. Bu səbəbdən Nicatın avtomobilini saxlayaraq idman zalına daxil olub məşq etməyə başladığını düşünmüşlər. O, avtomobili idman zalının arxa tərəfində saxladıqdan sonra Şahmarla birlikdə binanın tininə gedib bina ilə “Görüş” kafesinin arasındakı yolda gözləmiş, saat 14:00-15:00 radələrində Nicat idman zalından çıxaraq S.Vurğun küçəsindən keçən yola doğru addımlamağa başlamışdır. Həmin müddət ərzində idman zalının fəaliyyət göstərdiyi binanın qarşısında dayanıb ətrafdan polis əməkdaşlarının keçib-keçmədiklərini müşahidə etmiş, Nicatı öldürmək üçün tam təhlükəsiz şəraitin yaranmasını gözləmişlər. Nicatın idman zalına daxil olduğu binanın ətrafı ictimai yer olduğundan oradan xeyli sayda insanlar keçib getmişdir. Lakin artıq törədəcəkləri cinayəti təxirə salmaq istəmədikləri üçün tam hazır vəziyyətdə Nicatın gəlməsini gözləmişlər. Onlar binanın tinindən və pəncərədən baxıb Nicatın çıxmasını güdmüş, Nicatın binadan çıxıb getməsini görən kimi Şahmar sağ yan cibində saxladığı silahı hazır vəziyyətə gətirərək Nicata doğru getmişdir. Nicat idman zalından çıxıb səkinin üzəri ilə adi yerişlə piyada hərəkət edərək yolun kənarında saxladığı avtomobilinə tərəf irəliləyərkən yanında kəl, iri bədən quruluşlu, sürücüsü işləyən şəxs olmuşdur. Avtomobilə yaxınlaşanda Nicat və Şahmar arasında təxminən 10 metr məsafə olmuş, o isə Şahmardan təxminən 20 metr aralıda – yolun kənarındakı kafenin qarşısında dayanmaqla baş verənləri izləmişdir. Nicat avtomobilinə yaxınlaşan zaman Şahmar üzərindəki, əsas hissəsi bozumtul-metal, tutacağı isə qara rəngli tapança ilə Nicata doğru ya 3, ya da 4 dəfə atəş açmışdır. Nicat yerə uzandığından atılan güllələrdən hər hansının Nicata dəyibdəymədiyini görə bilməmişdir. Bundan sonra cəld şəkildə hadisənin baş verdiyi yerdən bir qədər kənarda saxladıqları “Hyundai Elantra” markalı avtomobilə tərəf qaçmış, avtomobilə əyləşib idarə edərək hadisə yerindən uzaqlaşmışlar. Həmin avtomobili “28 May” küçəsində yolun kənarında saxlayıb tanımadıqları taksi avtomobilinə əl ilə işarə edib saxlatmış, markası və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə əyləşərək “Çanaqqala” restoranının yaxınlığına getmişlər. Orada özünə məxsus “Hyundai Accent” markalı avtomobilə əyləşməzdən əvvəl Şahmar mobil telefon vasitəsilə Eminlə əlaqə yaradıb Nicatı vurduğunu demiş, bir qədər sonra mobil telefonuna quraşdırdığı “Leobank” mobil bankına aid tətbiqetməyə plastik bank kartının hesabına 2500 manat pul köçürülməsi ilə bağlı bildiriş gəlmişdir. Onun avtomobili ilə “Çanaqqala” restoranının yaxınlığından “Razin” adlanan yerə yollanaraq avtomobili orada dayandırmış və yoldan ötüb keçən taksi avtomobillərindən birini saxladaraq H.Əliyev adına X57 getmişlər. Əvvəlcədən həmin tarixdə, saat 19:00 radələrində uçacaq təyyarəyə bilet alsalar da, ölkədən çıxışları gec olduğu üçün yenidən bilet almaq qərarına gəlmişlər. Hava limanında olarkən Bakı-İstanbul aviareysi ilə uçacaq təyyarənin saat 17:50-də havaya qalxacağını öyrənib həmin reyslə İstanbul şəhərinə getmək üçün bilet almışlar. Şahmarın mobil telefonu söndüyündən Emin onun mobil telefonuna zəng edərək hava limanına getməmələrini, gedəcəkləri halda saxlanılacaqlarını bildirmiş, ancaq artıq bilet aldıqlarına görə Eminə bu barədə heç nə deməmişdir. Təyyarəyə əyləşdikdən sonra ikinci dəfə Eminlə danışmış və Eminə təyyarənin içərisində olduqlarını, təyyarənin artıq hərəkətə başladığını və daha narahat olmamasını bildirmişdir. Təyyarə hərəkət etməyə başlayan ərəfədə hüquq mühafizə orqanları tərəfindən təyyarənin hərəkəti dayandırılmış və onlar saxlanılmışlar. Nicatı öldürmək cinayətini Eminin tapşırığından sonra onunla Şahmar birlikdə planlaşdırmış və icrasını həyata keçirmiş, bundan digər hər hansı şəxsin məlumatı olmamışdır. Emini real həyatda heç vaxt görməmiş, yalnız hadisə baş verən gün Eminlə telefonla danışmışdır. Hadisədən əvvəl və hadisə vaxtı hadisənin törədildiyi tapança yalnız Şahmarda olmuş, Şahmarın üzərində başqa hər hansı növ silah olduğunu görməmişdir. Onun üzərində isə ümumiyyətlə, silah olmamışdır. Hadisə zamanı əynində ağ rəngli, “kapşonlu” idman üslublu köynək və qara rəngli şalvar olmuşdur. 10 mart 2023-cü il tarixdə Nicatı öldürmək üçün getdikləri vaxt üzünü tanıyan olmasın deyə tibbi maska ilə bağlamışdır. Emin tərəfindən ona məxsus “Leobank” mobil bankına aid plastik kartın hesabına 2 dəfə – hadisədən əvvəl 400 manat, hadisədən sonra isə 2500 manat pul köçürülmüş, həmin pulları Şahmarla birlikdə xərcləmişlər. Bilet alarkən isə təxminən 730 manat pul ödəmiş, pulun qalan hissəsini isə Şahmarla aralarında bölüşdürmüşlər. Bundan başqa Təqsirləndirilən şəxs2 11 mart 2023-cü il tarixdə ərizə ilə müraciət edərək əlavə dindirilməsini xahiş etmişdir. Buna səbəb əvvəlki ifadəsində hadisəyə dair xüsusatlardan birini bildirməyi unutması olmuşdur. Belə ki, hadisəni törətdikdən sonra Şahmarla birlikdə H.Əliyev adına X57 doğru yolda olarkən özləri ilə apardıqları çantanın içərisində içərisi güllələrlə dolu olan, Şahmarın hadisənin törədilməsində istifadə etdiyi və üzərində gəzdirdiyi 1 ədəd tapançaya məxsus darağın olduğunu xatırlamışdır. Hava limanının əməkdaşları tərəfindən yoxlanılarkən həmin darağın aşkar ediləcəyini bilmiş, buna görə də taksi avtomobilindən düşdükdən sonra Şahmarla birlikdə piyada şəkildə hava limanına doğru hərəkət edib hava limanı ilə üzbəüz istiqamətdə dayandıqda sol tərəfdə – hasarın kənarında ağaclıq sahə olduğunu görmüşdür. Həmin sahəyə yaxınlaşıb darağı çantadan çıxararaq ağaclardan birinin dibinə tullamışdır. Bundan sonra Şahmarla birlikdə hava limanının inzibati binasına daxil olmuşdur (Cild 1, i.v. 191-197; 219-220; Cild 2, i.v. 210- 219; Cild 5, i.v. 27-36; Cild 7, i.v. 231-240;).

10. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli hesab etmədiyini, həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə özünü qismən təqsirli bildiyini bildirərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 hadisədən qısa müddət əvvəl bir nəfər dostunun ona yönləndirməsi nəticəsində tanımışdır. Belə ki, Şahmar ona atasının şəklini göndərək ona avtomobil lazım olduğunu bildirmiş, dostu Emin Qasımov da ona Bakı şəhərinə gəlmiş tanışı Şahmara avtomobil təşkil etməyə köməklik etməsini xahiş etmiş, Şahmarla görüşüb bu barədə danışmış və ona avtomobil təşkil edə biləcəyini bildirmişdir. Avtomobili verdikdən sonra isə baş verən hadisələrdən hər hansı məlumatı olmamışdır. O, 10 mart 2023-cü ildə baş vermiş hadisədən təxminən iki ay sonra tutulmuşdur. Belə ki, o, saxlanıldıqdan sonra əvvəlcə Bakı şəhər Baş Polis İdarəsinə aparılmış, gecə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilərək müvəqqəti saxlama yerinə təhvil verilmiş, sonradan yenidən Bakı şəhər Baş Polis İdarəsinə, daha sonra isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Orada üzərinə psixotrop maddə qoyularaq videoçəkilişlə guya üzərindən çıxması kimi sənədləşdirilmişdir. Üzərindən aşkar edilmiş kimi sənədləşdirilən psixotrop maddə ona məxsus olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. O, Təqsirləndirilən şəxs1 hər hansı silah verməmiş, sonuncu ilə görüşəndən sonra Novxanıda yaşadığı evinə getmişdir. İbtidai istintaq zamanı fiziki təzyiq edildiyindən həmin ifadələri təsdiq etmir. Şahmar “Whatsap” vasitəsilə atasının şəklini ona göndərərək xəstə olduğunu və həkimə aparmalı olduğunu bildirib avtomobil istəmişdir. O da Şahmara avtomobil təşkil etmişdir. O, Naxçıvandan başqa məqsədlər üçün Bakı şəhərinə gəlmiş, xəstəsi olduğu üçün avtomobil icarəyə götürmüşdür. Şahmarla əvvəllər tanışlığı olmamış, birinci dəfə Şahmar ona zəng vurub danışmışdır. Şahmar ortaq dostları vasitəsilə onunla əlaqə saxlamışdır. Emin Qasımov qardaşının ölümündə Nicatı təqsirkar bildiyi üçün ona Zərərçəkmiş şəxs1 öldürmək sifarişi vermiş, lakin o, araşdırdıqda Nicatın Elnurun ölümündə hər hansı roulunun olmadığını, Elnur öldürüləndə Nicatın Dubay şəhərində olduğunu müəyyən etdiyindən sonuncunu öldürməkdən imtina etmişdir. Belə ki, o, Türkiyədə olan çoxsaylı dostları vasitəsi ilə Zərərçəkmiş şəxs1 Elnur Qasımovun ölümündə iştirakının olmadığını dəqiqləşdirmişdir. O, silahı zibil qabından götürdükdən sonra Emin Qasımovla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 Elnur Qasımovun ölümündə iştirakının olmadığını dəqiqləşdirdiyini bildirdikdə sonuncu ona “İş sənlik deyil, apar silahı yerinə qoy” demiş, bu səbəbdən götürdüyü silahı aparıb yerinə qoymuşdur. Şahmarın cinayət hadisəsi törədəcəyindən məlumatı olmamışdır. Hadisə vaxtı və hadisədən sonra Eminlə hər hansı danışığı olmamışdır. İstifadə elədiyi mobil telefon həmişə işlək vəziyyətdə olmuş, o, axtarışda olduğunu bilməmiş, Sumqayıt şəhərində və Novxanıda olmuşdur. Yaşadığı evin həyətində mobil telefonla danışarkən üç nəfər polis əməkdaşı onu saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinə aparmışdır. Axşam orada saxlamış, sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə təhvil vermişlər. Müstəntiq onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirmişdir. O, müstəntiqə və prokurora da narkotiklə əlaqəsi olmadığını, lakin əvvəllər narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Psixotrop maddə metemfetaminin 1 qramı 50 manat olduğu halda polis əməkdaşları çəkiliş zamanı ona 19 qram metamfetamini 50 manata almasını deməsini tələb etmişlər. Emin Məmmədovla 4 may tarixində mesajlaşarkən ona axtarışda olduğunu bildirmişdir. Belə ki, sonradan axtarışda olduğunu öyrənmiş, lakin onu polis orqanına heç kim çağırmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3 özünü yalnız qanunsuz olaraq silahın əldə edilərək üzərində daşımaqla gəzdirilməsində təqsirli bildiyini, Zərərçəkmiş şəxs1 öldürülməsindən könüllü olaraq imtina etdiyini, bununla bağlı hər hansı hərəkət etmədiyini, hər hansı şəxsi öldürmək və sair cinayət əməllərini törətmək üçün hər hansı şəxslə əlbir olmadığını, himayəsində iki azyaşlı uşağının olmasını bildirərək ailədə ondan başqa gəlir gətirən şəxsin olmaması və hər hansı kriminal qruplaşmanın üzvü olmaması nəzərə alınaraq məhkəmədən özünü təqsirli bildiyi əmələ münasibətdə ona aşağı həddə cəza təyin edilməsini xahiş etdi.

11. Təqsirləndirilən şəxs3 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 həmin ifadələrdə göstərmişdir ki, həbs edilənədək ailə üzvləri olan anası X53, arvadı X14 və iki azyaşlı uşağı ilə birlikdə yaşamışdır. X21 təxminən 2 il əvvəl xəstəlikdən vəfat etmişdir. Orta təhsilini Naxçıvan Muxtar Respublikası Şərur rayonu Düdəngə kənd tam orta məktəbində almış, təxminən 2000-ci ildə orta məktəbi bitirdikdən sonra Culfa rayonunda həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra ticarətlə məşğul olmuşdur. Kriminal aləmdə “Qardaşoğlu” ləqəbi ilə tanınan mərhum X62 ilə uşaqlıqdan dostluq münasibəti saxlamış, birlikdə boya-başa çatmışlar. Belə ki, 1990-cı illərinin sonlarında Şərur rayonunda yerləşən “Zavodun həyəti” adlanan ərazidə Elnurla kikboksinq idman növü ilə məşğul olmuşlar. 2002-ci ildə Bakı şəhərinə gəldikdən sonra törətdiyi cinayətə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasını 13 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. 11 noyabr 2005-ci il tarixdə azadlığa çıxdıqdan sonra Şərur rayonunda ticarətlə məşğul olmağa davam etmişdir. Həmin dövrdə İran İslam Respublikası və Türkiyə Respublikasına gedib müxtəlif növ qida məhsullarını ölkəyə gətirərək satışını təşkil etmişdir. Qeyd olunan müddətdə daim Elnurla münasibət saxlamış, sonuncunun vasitəsilə qardaşları Emin, Elvin, Seymur və Əfqanı tanımışdır. 2016-cı ildə növbəti dəfə Türkiyə Respublikası İstanbul şəhərinə getdikdə Elnurun qardaşı Eminlə görüşmüş, aralarında dostluq münasibəti yaranmışdır. Həmin vaxtdan da Eminlə daimi əlaqədə olmuş, müxtəlif vaxtlarda görüşmüşlər. 2022-ci ilin sonlarında Türkiyə Respublikası İğdır şəhəri ərazisində olduğu vaxt Elnurun İstanbul şəhəri Ataşəhər rayonunda öldürülməsi barədə xəbərlər yayılmış, Elnurun yas mərasimində iştirak etmişdir. 4 mart 2023-cü il tarixdə Emin Fransa Respublikasının mobil operatorlarından birinə məxsus olan, hazırda xatırlamadığı mobil nömrədən “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək “Qardaşoğlu”nun öldürülməsini sifariş etmiş Nicat adlı şəxsin Bakı şəhərində olması barədə məlumat vermiş və həmin şəxsi qisas məqsədilə öldürmək lazım olduğunu bildirmişdir. Elnurun dostu kimi bu işi görə biləcəyini bildirdikdən sonra Emin ondan Bakı şəhərinə getməsini istəmiş və bunun üçün ona məxsus "xxxx" ASC-yə aid plastik bank kartının hesabına 300 manat pul köçürmüşdür. Həmin kartın fotoşəklini Eminə “Whatsapp” mobil tətbiqi vasitəsilə göndərmiş, 4 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhərinə çatdıqdan sonra həmin mobil tətbiq vasitəsilə Eminə məlumat vermişdir. Emin sürücülük vəsiqəsinin fotoşəklini göndərməsini deyərək Nicatı izləmək üçün avtomobil təşkil edəcəyini demişdir. Həmin gün Emin yenidən onunla əlaqə yaradıb xatırlamadığı mobil telefon nömrəsini bildirmiş və həmin mobil nömrə ilə əlaqə yaradaraq Bakı şəhəri Yasamal rayonu ərazisində fəaliyyət göstərən “rent a car”dan avtomobil icarəyə götürməsini tapşırmışdır. Öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən Eminin ona bildirdiyi mobil telefon nömrəsinə zəng edib danışmış, bundan sonra Yasamal rayonu ərazisinə gedib adını bilmədiyi şəxsdən “Kia Cerato” markalı avtomobili təhvil almışdır. Bundan sonra Emin “Whatsapp” mobil tətbiqi vasitəsilə onun istifadəsində olan və Türkiyə Respublikasının mobil operatorlarından birinə məxsus, sonu “76-85” ilə bitən mobil nömrəyə Nicatın idarə etdiyi qara rəngli avtomobilin fotoşəklini, yaşadığı binanın videogörüntüsünü göndərmiş və avtomobilin zirehli olması barədə məlumat vermişdir. Həmin gün icarəyə götürdüyü “Kia Cerato” markalı avtomobili Nicatın yaşadığı evin yaxınlığındakı küçələrdən birinə sürüb avtomobildə gecələmişdir. Ertəsi gün, yəni 5 mart 2023-cü il tarixdə günün ilk yarısında Eminlə əlaqə yaradıb cinayəti törətmək üçün silahı haradan götürəcəyini soruşmuşdur. Emin ona Nərimanov rayonu ərazisində yerləşən yeni tikilmiş binalardan birinə getməsini bildirmiş, avtomobillə ona bildirilən ünvana getdikdən sonra Eminə videozəng edib əlaqə yaratmış, sonuncu ona qardaşı Elvinin yaşadığı binaya daxil olmasını, binanın ya səkkizinci, ya da doqquzuncu mərtəbəsinə qalxmasını istəmişdir. O həmin mərtəbəyə qalxıb zibil qablarının yanında ayaqqabı qutusunun içərisinə qoyulmuş 1 ədəd qara rəngli plastmas qutuda olan qara rəngli tapançanı götürmüş, həmin vaxt Emin onu videozəng vasitəsilə izləmişdir. Bundan sonra Nicatı izləməyə başlayaraq evdən nə vaxt çıxdığını və hansı ünvanlara getdiyini öyrənməyə başlamışdır. Lakin həmin günlərdə Nicatı öldürmək üçün münasib şərait yaranmamışdır. Buna görə də Eminlə əlaqə yaradıb həmin gün Nicatı öldürmək üçün əlverişli şərait yaranmadığını bildirmiş və silahı üzərində gəzdirmək istəmədiyi üçün haraya qoyacağını soruşmuşdur. Emin ona silahı haradan götürübsə, oraya qoymasını demiş, o isə Elvinin yaşadığı binanın dəhlizinə gedərək tapançanı zibil qutularının yanında yerləşdirmiş və Eminə bu barədə məlumat vermişdir. Ardınca Abşeron rayonu Novxanı qəsəbəsinə gedib bir qədər avtomobillə gəzmiş və yenidən Bakı şəhərinə qayıtmışdır. 5 mart 2023-cü il tarixdən 6 mart 2023-cü il tarixə keçən gecə Nicatın evinin yaxınlığında yerləşən, adını dəqiq xatırlamadığı hoteldə gecələmişdir. Ertəsi günün birinci yarısında avtomobili icarəyə götürdüyü “rent a car”ı işlədən şəxslə əlaqə yaradıb avtomobilin onu qane etmədiyini və “Kia Cerato” markalı avtomobili başqa avtomobillə əvəzləmək istədiyini demişdir. Əlaqə saxladığı şəxs onunla razılaşaraq Yasamal rayonu ərazisinə gəlməsini istəmişdir. Yasamal rayonuna gedib “Kia Cerato” markalı avtomobili qaytarmaqla əvəzində boz rəngli “Hyundai Elantra” markalı avtomobil götürmüş və Eminin tapşırığına uyğun olaraq Elvinin yaşadığı binaya silahı eyni qablaşdırmada əvvəl götürdüyü yerdən götürərək Nicatın yaşadığı ev istiqamətində hərəkətə başlamışdır. Həmin gün Nicatın yaşadığı evin qarşısında cinayəti həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmiş, lakin həmin gün Nicatı öldürmək üçün əlverişli şərait yaranmamışdır. 6 mart 2023-cü il tarixdə axşam saatlarında Emin onunla əlaqə saxlayıb Naxçıvan şəhərindən Şahmar adlı şəxsin gələcəyi barədə məlumat vermiş və görüşüb söhbət etmələrini istəmişdir. Həmçinin Emin ona Nicatı Şahmarla birlikdə öldürəcəyini demiş, plana uyğun olaraq ya o, avtomobili sürərkən Şahmar tapança ilə Nicatı öldürməli, ya da əksinə Şahmar avtomobil sürərkən onun özü Nicatı öldürməli olmuş, bu barədə Emin özlərinin aralarında razılaşmasını demişdir. Həmin gün axşam saatlarında ona “Whatsapp” mobil tətbiqi vasitəsilə tanımadığı mobil nömrədən zəng edilmiş və özünü Şahmar kimi təqdim edən şəxs görüşmək istədiyini bildirmişdir. Bu zaman o, Nicatın evinin yaxınlığında olduğundan olduğu yerin məkanını Şahmarla paylaşaraq həmin yerə gəlməsini istəmişdir. Şahmar gəldikdən sonra onlar görüşüb avtomobilin içərisində əyləşmiş və Şahmardan Eminə zəng etməsini istəmişdir. Lakin həmin vaxt Eminlə əlaqə saxlamaq mümkün olmamışdır. Daha sonra Şahmar ondan Nicatı hansı silahla öldürəcəklərini soruşmuşdur. O, avtomobilin arxa oturacağının üzərindəki ayaqqabı qutusunda olan qara rəngli tapançanı və içərisi patronlarla dolu olan 2 ədəd darağı göstərmişdir. Şahmar tapançanı əlinə götürüb baxmış və yenidən qutuya yerləşdirmişdir. Daha sonra Şahmar ona gedib çantasını götürüb qayıdacağını bildirmiş və avtomobildən düşərək uzaqlaşmışdır. Bir müddət sonra Emin onunla əlaqə yaradaraq Şahmar ilə danışdığını, Şahmarın ailəsini yerbəyer etdikdən sonra işi görəcəklərini demişdir. Bundan başqa Emin ona Nicatın öldürülməsi işinin 3 gün müddətə təxirə salındığı barədə məlumat vermişdir. Həmin vaxt Emindən silahı nə edəcəyini soruşmuş, Emin ona silahı yenə də götürdüyü yerə qoymasını bildirmişdir. Eminin dediyini etdikdən sonra Novxanı qəsəbəsində yaşayan bacısı Türanənin evinə getmişdir. Evə yenicə çatmışdır ki, Şahmar mobil telefon vasitəsilə ona zəng edib atasının çənəsinin zədələndiyini, buna görə də avtomobilə ehtiyacı olduğunu demiş və “Hyundai Elantra” markalı avtomobili verməsini istəmişdir. O, bu barədə Eminə məlumat verdikdə Emin ona avtomobili Şahmara verməsini tapşırmış, buna görə də “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Şahmarla əlaqə saxlayıb olduğu yeri bildirmişdir. Bir müddət sonra Şahmar əvvəllər tanımadığı, ancaq sonradan adının Vüqar olmasını bildiyi şəxsin idarə etdiyi tünd boz rəngli avtomobillə Novxanı qəsəbəsində onun olduğu yerə gəlmiş, Vüqar adlı şəxs avtomobilini onun dayandığı yerdən bir qədər kənarda saxlamış, Şahmar yaxınlaşıb avtomobilin açarlarını ondan götürdükdən sonra “Hyundai Elantra” markalı avtomobilin sükanı arxasına keçib idarə edərək oradan uzaqlaşmışdır. 10 mart 2023-cü il tarixədək bacısının evində yaşamış, Eminlə arabir əlaqə saxlasa da, Nicatın öldürülməsi barədə söhbət aparılmamışdır. Nicatı öldürməklə bağlı söhbət açmamasının səbəbi Eminin “işi” 3 gün müddətinə təxirə salmaqla bağlı tapşırıq verməsi olmuşdur. 10 mart 2023-cü il tarixdə Novxanı qəsəbəsində olarkən Emin “Whatsapp” vasitəsilə ona zəng edib Şahmarın tapança ilə Nicatı vurduğunu, lakin öldürə bilmədiyini bildirmiş, ondan İran İslam Respublikasına getməsi məqsədilə bilet almaq üçün pasportunun fotoşəklini göndərməsini və təcili H.Əliyev adına X57 getməsini istəmişdir. Evdən çıxıb hava limanına doğru yolda olarkən Emin yenidən onunla əlaqə yaradıb təcili geri qayıtmasını istəmiş və hava limanında tutulacağını bildirmişdir. Emin onun cinayət məsuliyyətinə cəlb olunmaması üçün hüquq mühafizə orqanları ilə danışıqlar aparacağını bildirmiş, həmin vaxta kimi çalışıb ələ keçməməsini tapşırmışdır. Novruz bayramından sonra Emin bir də onunla əlaqə yaratmamış, telefon zənglərini cavablandırmamışdır. Bu barədə maraqlandıqda Eminin Fransa Respublikasında həbsdə saxlanıldığı müəssisədə mobil telefondan istifadə etdiyi üçün cəzalandırıldığını eşitmişdir. Bundan sonra yalnız Abşeron rayonu Novxanı qəsəbəsində yaşamış və 5 may 2023-cü il tarixdə isə polis əməkdaşları tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs1 öldürülməsinə dair sifarişi birbaşa Emin Qasımovdan almışdır. Emin “Whatsapp” vasitəsilə ona zəng edərək Nicatı qardaşının qisasını almaq məqsədilə öldürməyə dair sifariş vermişdir. Emin ondan yalnız Nicatı öldürməsini istəmiş, qətli hansı qaydada və hansı şəraitdə törədəcəyinə özü qərar verməli olsa da, bununla bağlı heç kimlə məsləhətləşmə aparmamışdır. Nicatın yaşadığı ünvanın videogörüntüsü və idarə etdiyi avtomobilin fotoşəkli ona məhz Emin tərəfindən göndərilmişdir. Cinayətin törədiləcəyi silahı Eminin göstərişi ilə iki dəfə Elvinin yaşadığı binanın dəhzilindən götürüb Nicatı öldürmək üçün üzərində gəzdirmiş, sonuncu dəfə 6 mart 2023-cü il tarixdə silahı yerinə qoymuş və bir daha görməmişdir. Şahmarla ilk görüşü zamanı tapançanı göstərsə də, avtomobili Şahmara təhvil verərkən tapança artıq avtomobildə olmamışdır. Şahmarla ikinci görüşdən əvvəl tapança Eminin göstərişinə uyğun olaraq Elvinin yaşadığı binanın dəhlizində zibil qabının yanına qoyulmuşdur. Nicatı öldürməyə görə ona heç bir vəd verilməmiş, cinayəti qisas almaq məqsədilə törətməyə hazırlaşmışdır. Emin əvvəllər ona maddi köməklik göstərmiş, xırda məbləğlərdə pula ehtiyacı yarandıqda Eminə məlumat vermiş, sonuncu da ona məxsus bank kartının hesabına pul köçürmüşdür. Nicatın öldürülməsi hadisəsi ilə əlaqədar Emin ona yalnız gündəlik xərclərini qarşılamaq üçün pul göndərmişdir. Belə ki, Emin ona məxsus "xxxx" ASC-yə aid plastik bank kartının hesabına Bakı şəhərinə gəlməsi üçün 300 manat, avtomobilin icarə haqqını ödəməsi üçün 150 manat, uşağını müalicə etdirməsi üçün isə 140 manat pul köçürmüş, Emindən başqa hər hansı məbləğdə pul vəsaiti qəbul etməmişdir. Bakı şəhərində olduğu müddətdə ancaq Şahmarla görüşmüşdür. Eminlə Türkiyə Respublikasının mobil operatorlarından birinə məxsus, sonu “76-85” ilə bitən mobil nömrə ilə “Whatsapp” mobil tətbiqində qeydiyyatdan keçməklə əlaqə yaratmış, həmin vaxt Emin +796-2927-22-60 mobil nömrəsindən istifadə etmişdir. Nə Emin, nə də Şahmarla adi qaydada telefonla danışmamış, yalnız “Whatsapp” vasitəsilə danışmışlar. Şahmarın istifadəsində Rusiya Federasiyasının mobil operatorlarından birinə məxsus mobil nömrə olmuşdur. Nicatın “Qardaşoğlu”nun öldürülməsində günahkar olmasını ona Emin demiş, lakin səbəbini bilməmişdir. Türkiyə Respublikasında gedən söz-söhbətlərdən belə məlum olmuşdur ki, Elnuru məhz Nicat öldürtmüşdür. Elnur ilə kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov arasında narazılığın olmasını eşitsə də, bunun səbəbini bilməmiş, əlavə olaraq Elnur və qardaşı Emin kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Caniyevin öldürülməsində Nicatın da günahının olması danışıldığından, qardaşlarla Nicat arasında narazılığın yarandığını eşitmişdir. Eşitdiyinə görə Elnur Türkiyə Respublikasında yaşadığı müddətdə Naxçıvan Muxtar Respublikasında doğulmuş, milliyyətcə azərbaycanlı olan Paşa adlı şəxsin ******* ABŞ dollarına yaxın pulunu ələ keçirmiş, bildiyinə görə həmin pulu aparan sürücü tərəfindən pul Elnurgilə verilmiş, sonradan pulun Paşa adlı şəxsə deyil, Naxçıvan Muxtar Respublikasında doğulmuş Bayram adlı şəxsə məxsus olduğunu, hətta Elnur tərəfindən pulların çox hissəsinin geri qaytarıldığını eşitmişdir. Bundan başqa ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla razı deyil. Belə ki, o, satış məqsədilə narkotik vasitə əldə etməmiş, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddəni tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə almış, metamfetamini təkbaşına istifadə etməyi planlaşdırmışdır. Axtarışda olduğu dövrdə hər dəfə psixotrop maddə ala bilməyəcəyi, çox adamla ünsiyyətdə olacağı təqdirdə tutula biləcəyindən ehtiyatlandığı üçün, eyni zamanda psixotrop maddənin daimi istifadəçisi olduğuna görə hər dəfə az miqdarlarda almaq yerinə, birdəfəyə çox miqdarda psixotrop maddə əldə edib üzərində saxlamış və gələcəkdə təkbaşına istifadə etməyi planlaşdırmışdır. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar axtarışda olduğunu bildiyi üçün psixotrop maddəni məhz tanımadığı şəxsdən almışdır ki, həmin şəxs də onu tanımasın. Buna baxmayaraq psixotrop maddəni aldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Tutulanadək daim psixotrop maddədən istifadə etmiş, üzərindən aşkar edilmiş psixotrop maddəni aldığı şəxsi tanımamışdır. Əvvəllər hər hansı xəstəlikdən, o cümlədən psixi xəstəlikdən əziyyət çəkməmişdir, hazırda da əziyyət çəkmir (Cild 5, i.v. 164-178; 178-181; 229-235; Cild 7, 283-290;)

12. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

13. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

14. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsləri və digər zərərçəkmiş şəxsləri əvvəllər tanımamışdır. O, Azərbaycan Tibb Universitetinin Hərbi həkim işi fakültəsinin dördüncü kursunda təhsil almaqla yanaşı Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsində yerləşən “Darçın” aptekdə əczaçı işləmişdir. Hər gün saat 08:20-dən 16:00-dək universitetdə dərsdə, dərsdən sonra isə saat 20:00-dan 08:00-dək aptekdə işdə olmuşdur. 10 mart 2023-cü il tarixdə, saat 14:00 radələrində təhsil aldığı universitetin yaxınlığında tanışı Şahid3 ilə görüşüb piyada “28 May” metro stansiyasına doğru getmişlər. Fidanla birlikdə ünvan 10 ünvanının yaxınlığı ilə hərəkət edib həmin küçədə yerləşən “Bravo” adlı marketə daxil olmuş, marketdən çıxıb təxminən 10-15 metr irəlilədikləri vaxt arxa tərəfdən atəş səslərinin gəldiyini eşitmişdir. Hər şey anidən baş vermiş, avtomobillər olan tərəfə, yəni öz hərəkət istiqamətində sağ tərəfə doğru qaçmış, ancaq bədənində ağrılar yarandığından çox gedə bilməyib yerə yıxılmışdır. Yıxılarkən ayaqlarının arasında qanın istiliyini hiss etdiyindən xəsarət aldığı məlum olmuşdur. Ardıcıl 3 dəfə atəş açıldığını eşitsə də, atəş açan şəxs onun arxa tərəfindən atəş açdığından həmin şəxsi görməmişdir. Həmin vaxt panikaya qapıldığından ətrafdakı heç nəyə diqqət yetirə bilməmişdir. Daha sonra oraya tanımadığı şəxslər toplaşmış və təcili tibbi yardım avtomobili çağırılmışdır. Xəstəxanaya aparıldıqdan sonra biri sağ ayağının dizdən aşağı hissəsindən, digəri isə cinsiyyət orqanından olmaqla bədəninin iki nahiyəsindən xəsarət aldığını bilmişdir. Hadisə baş verənədək heç kimlə arasında ədavət və ya düşmənçilik olmamış, yanında olan Şahid3 hadisə nəticəsində heç bir xəsarət almamışdır. Hadisədən sonra sağ xayasından aldığı xəsarətdən dolayı sağ xayası cərrahi əməliyyatla xaric olunmuşdur. Uzun sürən müalicələr nəticəsində ona mənəvi və maddi olaraq böyük ziyan dəymişdir. Arzusunda olduğu iş və yaşayış tərzindən məhrum olmuş, bir kişi cinsli şəxs kimi bu hal onun şərəf və ləyaqətinə, gələcək həyatına mənfi təsir göstərmişdir. Bu səbəbdən məhkəmədə təqsirləndirilən şəxslərdən müştərək qaydada 60000 manat məbləğində pulun mənəvi ziyan kimi tutularaq ona verilməsinə dair mülki iddia vermişdir. Həqiqətdə ona vurulmuş ziyanı maddi rəqəmlərlə ifadə etmək mümkün deyildir. Lakin o, mülki iddiası təmin edilməklə həmin pulun ona ödənildiyi təqdirdə gələcəkdə reproduktiv sağlamlığının qismən də olsa bərpa edilməsinə sərf etməklə az da olsa müsbət nəticə əldə edəcəyini ümid edir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs3 məhkəmədən ona vurulmuş və hazırda da vurulmaqda davam edən mənəvi ziyanın bir hissəsi kimi mülki iddiasının tam təmin edilməsini bildirərək təqsirləndirilən şəxslərlə arasında barışıq əldə edilmədiyini nəzərə alaraq onlara qanunvericiliyə uyğun olaraq cəza təyin edilməsini xahiş etdi.

15. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, fərdi qaydada vasitəçilik (maklerlik) fəaliyyəti ilə məşğul olmuşdur. Mülkiyyətində tünd boz metallik rəngli “Hyundai Elantra” markalı Az **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş, 10 mart 2023-cü il tarixdə, saat 14:10 radələrində yaşadığı evdən çıxıb həmin “Hyundai Elantra” markalı avtomobili idarə edərək S.Vurğun küçəsi ilə Respublika Sarayı istiqamətində hərəkət etmişdir. Həmin vaxt arvadının bacısıoğlu – 2000-ci il təvəllüdlü Şahid4 qabaq sağ oturacaqda əyləşmişdir. İşləri ilə əlaqədar adını xatırlamadığı şəxs ilə görüşməli olduğundan orta məhkəbdə təhsil alan qızlarını məktəbdən Elgün qarşılayıb evə aparmalı olmuşdur. Avtomobili S.Vurğun küçəsində yerləşən “Vurğun Residence” adlı binanın qarşısından keçən yolun əks hərəkət zolağı ilə idarə edən zaman qəflətən fasiləsiz 3-4 dəfə atəş səsi eşitmişdir. Hərəkətini dayandırmadan atəş səslərinin gəldiyi istiqəmətə, yəni sol tərəfə baxmış, bu zaman ağ rəngli idman geyimində olan bir nəfər oğlanın sürətli yeridiyini görmüşdür. Bu zaman sol ayağının topuq nahiyəsinin bir qədər yuxarı hissəsində ağrı hiss etmiş, aşağıya baxdıqda avtomobilinin sol qapısında bir ədəd dəlik açıldığını görmüşdür. Avtomobili saxladıqdan sonra Elgünlə birlikdə avtomobildən düşmüş və ayağından qan axdığını görmüşdür. Ətrafa baxdıqda ondan təqribən 8 metr məsafədə ağ rəngli idman geyimində olan həmin oğlanın asfaltın üzərində uzanaraq qışqırdığını eşitmişdir. Nə baş verdiyini bilmək üçün avtomobilinə minib idarə edərək yolu fırlanmaqla digər tərəfə keçmiş, bu zaman Elgün də yanında olmuşdur. Həmin şəxsin uzandığı yerə çatmalarına təqribən 6-7 metr qalmış avtomobili saxlayıb Elgünlə birlikdə yerə düşmüş, şəxsin ətrafına çoxlu sayda insanlar toplaşmışdır. İstifadə etdiyi 55-883-00-38 mobil telefon nömrəsindən təcili tibbi yardım stansiyasına zəng edib həmin yerə çağırmışdır. Təxminən 5 dəqiqə sonra təcili tibbi yardım avtomobili oraya gəlmiş və oğlanın xəsarəti daha ciddi olduğundan yardım göstərib xəstəxanaya aparmışlar. Həkimlər ona tibbi yardım göstərmək istəsələr də, xəsarət almış digər şəxsin vəziyyəti daha ağır olduğundan ona tibbi yardım göstərilməsinə icazə verməmişdir. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilə uzandırıb 1 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Ona tibbi yardım göstərildikdən sonra vəziyyəti yaxşılaşmış, avtomobilinə isə qeyd etdiyi zədədən başqa zədə yetirilməmişdir. Hadisədən əvvəl heç kimlə ədavət və ya düşmənçiliyi olmamış, hadisə zamanı özündən başqa bir nəfər şəxsin xəsarət aldığını görmüş, lakin əlində silah olan heç kimi görməmişdir. Hadisə zamanı kimin, haradan atəş açdığını görməmişdir. Avtomobilinə dəymiş ziyan və müalicəsinə xərclədiyi vəsaitlərə görə ona maddi ziyan dəymişdir. İfadəsinin sonunda ona dəymiş maddi ziyana görə məhkəməyə mülki iddia verdiyini, təqsirləndirilən şəxslərlə aralarında barışıq əldə edilmədiyini bildirərək mülki iddiasının təmin edilməsini və təqsirləndirilən şəxslərə qanunvericiliyə uyğun olaraq cəza təyin edilməsini xahiş etdi.

16. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, əslən Lənkəran rayonundandır. Biznes fəaliyyəti ilə məşğul olduğundan tez-tez Türkiyə Respublikasına gedib-gəlmiş, həmin ölkədə yerləşən Antalya şəhərindən meyvətərəvəzləri Rusiya Federasiyasının Moskva şəhərinə daşıyaraq ticarətlə məşğul olmuşdur. 2007-ci ildə boks üzrə Azərbaycan çempionu olmuş, həmin il dünya kuboku uğrunda yarışlarda qələbə qazanmış, eləcə də Asiya çempionu olmuşdur. Bundan başqa 2008-ci ildə Ukrayna Respublikasında təşkil olunan beynəlxalq turnirlərin qalibi olmuşdur. “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan mərhum kriminal avtoritet Rövşən Canıyev ilə aralarında yaxın dostluq münasibəti və əlaqələri olmuşdur. Lakin hər hansı cinayətin törədilməsində bu və ya digər formada iştirak etməmiş, yalnız 2009-cu ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X44 və qardaşı X54 20 ildən çox müddətdə tanımasına baxmayaraq, həmin şəxslərlə yaxın münasibəti və əlaqəsi, o cümlədən aralarında düşmənçilik və ya ədavət olmamış, onları həmyerli kimi digər ölkələrdə gördüyü zaman “salam-sağ ol” münasibəti saxlamışdır. Həmçinin həmin şəxslərlə bağlı hər hansı hadisənin törədilməsində yaxından və uzaqdan əlaqəsi olmamışdır. Təxminən 2021-ci ilin Ramazan ayı ərəfəsində İstanbul şəhərində yerləşən “Oazis” restoranına daxil olarkən Elnurun sərxoş vəziyyətdə olduğunu görüb oturduğu masaya yaxınlaşmamış, bu zaman Elnur ondan nə üçün görüşmədiyini soruşmuşdur. O, Elnura sərxoş olduğu üçün heç nə deməmiş, sadəcə görmədiyini bildirmişdir. Həmin vaxt Elnurun əyləşdiyi masada qardaşı Emin və tanımadığı başqa bir neçə nəfər şəxs olmuşdur. Bir neçə dəqiqə ərzində Elnurla ayaqüstü mədəni şəkildə danışıb söhbəti yekunlaşdırdıqdan sonra orucunu açmaq üçün digər masaya keçib əyləşmiş, həmin vaxt yanında heç kim olmamışdır. Elnurla aralarındakı anlaşılmazlığı həll etmiş, heç bir mübahisə, yaxud münaqişə baş verməmişdir. Həmin vaxtdan Elnur və Emin qardaşlarını görməmiş, onlarla telefon əlaqəsi saxlamamış, kimsə tərəfindən ona hədə-qorxu gəlinməmişdir. 15 oktyabr 2022-ci il tarixdə ailəsi ilə birlikdə 1 ay müddətinə X16 Dubay şəhərində olmuş, həmin ayın sonlarında Elnurun İstanbul şəhərində öldürüldüyünü eşidib çox heyfslənmişdir. Elnur ilə heç bir əlaqəsi olmasa da, bir azərbaycanlı kimi Elnurun ölümü ona pis təsir etmişdir. Ancaq Elnurun kim tərəfindən və hansı səbəbdən öldürülməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Bildiyi qədəri ilə Elnurun ölümündə rolu olan şəxslər Türkiyə Respublikasının hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişlər. 2 yanvar 2023-cü il tarixdə daimi olaraq Bakı şəhərində yaşamağa başlasa da, əvvəllər Azərbaycan Respublikasına arabir gəlibgetmişdir. 10 mart 2023-cü il tarixdə, saat 11:00 radələrində sürücüsü Seymurun idarə etdiyi, özünə məxsus “X92” markalı Az **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu “Çapayev” deyilən ərazi istiqamətində evindən çıxmış və “Vurğun Residence” adlı binada yerləşən “1ST Fitness&SPA” adlı idman zalına gedib təxminən 2 saat idmanla məşğul olmuşdur. İdman məşqi bitdikdən sonra sürücüsü Seymurla birlikdə “Vurğun Residence” adlı binadan çıxıb həmin binanın qarşısındakı parklama yerində saxlanılan avtomobilinə doğru getmiş, bu zaman ondan təxminən 6-7 metr aralıda dayanmış 20-30 yaşlarında, başında papaq olan, üzünü tam şəkildə görə bilmədiyi bir nəfər şəxsin əlində olan tapançanı ona tuşladığını görmüşdür. Dərhal avtomobilinin arxa tərəfinə keçib əyilmiş, həmin şəxs təxminən 4-5 dəfə atəş açıb onu vurmağa cəhd etmişdir. Atılan güllələrdən yayınmağı bacardığı üçün xəsarət almamış, atəş açan şəxsi görsə də, üzünü dəqiq xatırlamamışdır. Hadisə vaxtı digər hər hansı şübhəli məqam xatirində qalmamışdır. Atəş açan şəxsi ilk dəfə görmüş, əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamışdır. Heç kimlə ədavəti olmadığından kiminsə onu öldürtmək istəyəcəyini düşünməmişdir. İndiyədək təqibə məruz qalması, kimsə tərəfindən hədələnməsi kimi hallar yaşanmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsləri tanımadığını, onlardan hər hansı şikayət və tələbinin olmadığını, onlarla barışdığını bildirərək onlara hər hansı cəza verilməməsini məhkməədən xahiş etdi.

17. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Zərərçəkmiş şəxs3 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi.

18. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən “Bravo” adlı marketdə mühafizə xidmətinin rəisi işləyir. Kriminal aləmdə “Brilyant Nicat” və “Nicat Lənkəranski” ləqəbləri ilə tanınan Lənkəran rayonu Girdəni kənd sakini Zərərçəkmiş şəxs1 uşaqlıqdan onun yaxın dostudur. Nicat X16 Dubay şəhərində yaşamışdır. 3 yanvar 2023-cü il tarixdə Nicat arvadının müalicəsi və pasport yenilənməsi işləri ilə bağlı Bakı şəhərinə gəlmiş, həmin vaxtdan dost kimi Nicatı özünə məxsus olan qara rəngli, zirehli, “X92” markalı Az **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində istədiyi ünvanlara aparmışdır. Nicatla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Bakı şəhərinə gəldikdən sonra Nicat Nərimanov rayonunda yerləşən "xxxx" MMC-yə aid binanın 1-ci blokundakı 22 nömrəli mənzildə yaşamışdır. 10 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində Nicat istifadəsində olan X17 mobil operatorlarından birinə aid, xatırlamadığı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə “Whatsapp” vasitəsilə zəng edib Nəsimi rayonunda yerləşən “Vurğun Residence” adlı binanın içərisindəki idman zalının yaxınlığına gəlməsini bildirmiş, birlikdə avtomobili ilə gedib İqbal adlı dostu ilə görüşməyi təklif etmişdir. Nicatın təklifi ilə razılaşıb qısa zaman ərzində oraya gələcəyini bildirmişdir. Nicat ona zəng edəndə yaxınlıqdakı “Göy məscid”də cümə namazı qılmış, məsciddən çıxdıqdan sonra idman zalının yerləşdiyi binanın qarşısındakı parklama yerinə gedib Nicata məxsus “X92” markalı avtomobilin sükanı arxasında əyləşərək Nicatı gözləməyə başlamışdır. Həmin avtomobilin açarlarından biri hər zaman onun üzərində olmuş, Bakı şəhərini yaxşı tanımadığı üçün Nicatı ailəsi ilə birgə istədiyi ünvanlara özü aparmışdır. Saat 14:00 radələrində Nicat idman zalından çıxıb özünə məxsus avtomobilə doğru addımlamağa başlamış, özü isə Nicatın əlində olan geyim çantasını almaq məqsədilə avtomobilin arxa tərəfində Nicatı gözləmişdir. Avtomobilin qarşısına çatdıqda Nicat anidən başını sol tərəfə çevirib küçəyə doğru baxmış və qəflətən həmin istiqamətdə binanın altından üzünü görmədiyi bir nəfər şəxs tapança ilə fasiləsiz şəkildə təxminən 4-5 dəfə atəş açmışdır. Buna baxmayaraq o, atəşin konkret kimə açıldığını görməmişdir. Bundan sonra atəş açan şəxs naməlum istiqamətdə “yoxa çıxaraq” hadisə yerindən uzaqlaşmışdır. Həmin şəxsin yanında kiminsə olduğunu görməmiş, hadisə anidən baş vermiş və təxminən 5-10 saniyə davam etmişdir. Avtomobildən düşdükdən sonra ətrafdakı insanların qaçdıqlarını görmüş, həmin vaxt Nicat güllələrdən yayınmaq üçün hadisə yerindən qaçaraq uzaqlaşsa da, Nicatın hansı istiqamətdə qaçdığını görə bilməmişdir. Bir neçə saniyə sonra o, yaxınlıqda yoldan keçən təxminən 20-22 yaşlarında bir nəfər tanımadığı şəxsin ayağından güllə yarası aldığını görmüşdür. Ətrafa toplaşmış insanlara təcili tibbi yardım avtomobili çağırmalarını bildirmiş, bir neçə dəqiqə sonra Nicatın yolun digər tərəfindən onu səslədiyini eşidib yaralandığını düşünmüşdür. Daha sonra “X92” markalı avtomobilə əyləşib təxminən 30-40 metr hərəkət etmiş, bu zaman yolun digər tərəfindən avtomobilə doğru qaçmaqda olan Nicatı görmüşdür. Nicat arxa qapını açıb cəld avtomobilə əyləşmiş, Nicatdan güllə yarası alıb-almadığını və atəş açanın kimliyini soruşmuşdur. Nicat yaralanmadığını, hər şeyin yaxşı olduğunu, atəş açan şəxsin cavan, saqqallı, arıq bədən quruluşlu bir nəfər şəxs olduğunu bildirmişdir. Bir qədər irəlilədikdən sonra Nicat ondan avtomobili Nərimanov rayonunda yerləşən “Kort” idman zalının yaxınlığında saxlamasını istəmişdir. Avtomobili həmin yerdə saxladıqdan sonra Nicat avtomobildən düşərək mobil telefonda kiminləsə danışmağa və yola tərəf getməyə başlamış, həmçinin ona polis əməkdaşlarının oraya gələcəklərini deyib, hadisəni olduğu kimi danışmasını tapşırmışdır. Nicat oradan uzaqlaşdıqdan sonra avtomobilin yanında gözləmiş, bir neçə dəqiqə sonra polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər. Nicatın yaxın dostu kimi kriminal aləmdə nüfuz sahibi olduğunu bilsə də, konkret hansı şəxslərlə münasibətinin olmasını bilməmiş, eşitdiyinə görə Nicatla təxminən 1 ilə yaxındır kriminal aləmdə “Emin Naxçıvanski” ləqəbi ilə tanınan Emin Qasımov arasında ona məlum olmayan səbəbdən şəxsi ədavət və ya düşmənçilik yaranmışdır. Emin Qasımov 2022-ci ilin yay aylarında Türkiyə Respublikasında öldürülmüş qardaşı Elnur Qasımovun qətlinin sifarişçisinin Nicat olduğunu düşündüyü üçün, ola bilsin ki, qeyd edilən cinayətin sifarişçisi də məhz Emin Qasımov olmuşdur. Buna baxmayaraq Nicat heç bir halda Qasımov qardaşları ilə ədavət və ya düşmənçilik aparmaq fikrinə düşməmiş, Elnur Qasımovun öldürülməsində heç bir halda rolu olmamışdır. Nicatın digər hər hansı şəxslə arasında ədavət və ya düşmənçilik olmamışdır. Əvvəllər Nicatın digər şəxs və ya şəxslər tərəfindən öldürülməsinə cəhd edildiyini görməmiş və eşitməmişdir. X76 və adamlarından qorunmaq üçün zirehli avtomobildən istifadə etmişdir. Hadisə zamanı atəş açan şəxsi görməmiş, özü və ətrafdakı digər şəxslər atəş səsləri eşidən kimi qaçıb gizlənməyə çalışmışlar. 3 yanvar 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək olan müddət ərzində Nicatın hər hansı şəxs tərəfindən izləndiyini görməmiş, Nicat həyatının təhlükədə olması barədə ona heç nə danımamış, sadəcə Nicatın danışdıqlarından və internet portallarında paylaşılan ümumi xəbərlərdən Emin Qasımovun sadəcə Nicatdan xoşu gəlmədiyi üçün şəxsi ədavət apardığını öyrənmişdir.

19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid27 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, təxminən 7-8 ildir Bakı şəhəri Nəsimi rayonu 52 saylı Mənzil-Kommunal İstismar Sahəsində fəhlə işləyir. Onun vəzifəsi S.Vurğun küçəsinin təmizliyini təmin etməkdən ibarətdir. Həmin küçədə yerləşən “Vurğun Residence” yaşayış kompleksinin qarşısında dayanan avtomobillərin parklanma yerinə daxil olmalarına və çıxmalarına köməklik göstərir. 10 mart 2023-cü il tarixdə, saat 08:00 radələrində hər gün olduğu kimi işə başlamış, adı çəkilən küçənin təmizliyini təmin etdikdən sonra “Vurğun Residence”in qarşısına gələn avtomobillərin parklanma yerinə daxil olmaları və çıxmalarına köməklik göstərməyə başlamışdır. Nahar fasiləsindən sonra, yəni saat 14:00-15:00 radələrində binanın qarşısında yolun kənarındakı dayanacaqda dayanmış qara rəngli avtomobil çıxmağa hazırlaşmış, o həmin avtomobilin çıxmasına köməklik göstərmək istəmiş, eyni zamanda avtomobilin yerinə dəmir parçası qoymağı planlaşdırmışdır. Sürücü avtomobilin mühərrikini işə saldıqdan sonra dəmir parçasını götürüb yaxınlıqda yerləşən “Görüş kafesi” istiqamətində dayanmış “VAZ-21099” markalı avtomobilin yanından keçmiş, arxa tərəfdə duraraq qara rəngli avtomobilin çıxmasına köməklik göstərmək istədikdə təxminən 3-4 dəfə atəş açıldığını eşitmişdir. Həmin vaxt yanından tanımadığı kişi və qadın keçib getmiş, səsi eşidən kimi əlində olan dəmiri kənara ataraq yerə uzanmışdır. Atəş açan şəxsi görə bilməsə də, hadisədən sonra atəşin parklanma yerindən çıxmağa hazırlaşan qara rəngli avtomobilə doğru addımlamaqda olan, ağ rəngli qısaqol köynək geyinmiş şəxsə ünvanlandığını bilmişdir. Atəş səsləri kəsilən kimi ayağa qalxıb Türkiyə Respublikası səfirliyinin inzibati binası istiqamətində qaçmaqla hadisə yerindən təxminən 30-40 metr uzaqlaşmışdır. Qısa müddət sonra isə yenidən hadisə yerinə qayıtmış və yoldan keçən tələbələrdən birinə güllə dəydiyini eşitmişdir. Bundan sonra oraya çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişdir.

20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Arif oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2016-cı ilin avqust ayından “X49” MMC-də “Vurğun Residence” yaşayış kompleksinin mühafizə xidmətinin rəisi işləyir. Onun vəzifəsi ünvan 10 ünvanında yerləşən “Vurğun Residence” adlı binada quraşdırılmış məhdud məsuliyyətli cəmiyyətinin 4 postunda növbədə olan əməkdaşların fəaliyyətinə nəzarət etməkdən, növbə qrafikini tərtib etməkdən, kompleks sakinlərinin və kompleksə daxil olan müştərilərin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Şənbə və bazar günləri istisna olmaqla həftənin digər günlərində kompleksin ərazisində yerləşən iş yerində olur. Kompleks 4 blokdan və 17 mərtəbədən ibarətdir. Şərti olaraq “A”, “B”, “C” və “D” hərfləri ilə adlandırılmış bloklarda təxminən 300 nəfər sakin yaşayır. Bundan əlavə S.Vurğun küçəsi tərəfdən kompleksin ofislərin fəaliyyət göstərdiyi binasına da daxil olmaq mümkündür. Həmin bina 3 mərtəbədən ibarətdir. Həmin mərtəbələrdən ilk ikisi ayrı-ayrı özəl şirkətlərə, üçüncü mərtəbə isə “1ST Fitness&SPA” adlı idman mərkəzinə icarəyə verilmişdir. Kompleksin küçə tərəfdən bütün hissələrində, parklama meydançasında və ofislər binasının ilk iki mərtəbəsində müşahidə kameraları quraşdırılmışdır. Mühafizə xidmətinin əməkdaşları 24 saat ərzində həmin kameralara nəzarət edir, əgər şübhəli məqam aşkar etsələr, bu barədə dərhal ona məlumat verirlər. Kompleksin sakinləri yaşayan binalara kənar adam daxil olduqda onlar ofislər binasının birinci mərtəbəsindəki “Reception” bölməsinin əməkdaşlarına, əməkdaşlar isə mühafizə xidmətinə məlumat verir, onlar daxil olmuş kənar şəxsi kompleksdən kənarlaşdırmaq üçün tədbirlər görürlər. Ofislər binasında özəl şirkətlər və idman kompleksi fəaliyyət göstərdikləri üçün oraya daima kənar şəxslər və müştərilər gəlib-gedirlər. 10 mart 2023-cü il tarixdə, yəni həftənin cümə günü kompleksin parklama meydançasında müşahidə kameralarının izləndiyi otaqda olmuşdur. Həmin vaxt bir neçə dəfə atəş səslərinin gəldiyini eşidib dərhal küçəyə çıxmışdır. Bu zaman təxminən 40-50 nəfər şəxsin kompleksin ofislər binasının birinci mərtəbəsində fəaliyyət göstərən “Məhlə çay-çörək” restoranının qarşısına toplaşdığını və bir nəfər ağ paltar geyinmiş cavan oğlanın səki üzərində uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. Həmin yerə yaxınlaşdıqda ona məlum olmuşdur ki, naməlum şəxs tərəfindən açılan atəşlərdən biri həmin oğlana dəymişdir. Bundan sonra hadisə barəsində dərhal öz rəhbərliyinə məlumat vermiş, qısa müddət ərzində polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bir qədər sonra təcili tibbi yardım stansiyasının əməkdaşları gəlib xəsarət almış şəxsi xəstəxanaya aparmışlar. Polis əməkdaşları ona kompleksin müşahidə kameralarına baxmaq istədiklərini bildirdikdə o, rəhbərliyə məlumat verib polis əməkdaşlarını kameraların yerləşdiyi otağa aparıb hadisənin videogörüntülərini göstərmişdir. Bu zaman məlum olmuşdur ki, hadisə zamanı 2 nəfər cavan oğlan ofislər binasının kənarında dayanaraq “1ST Fitness&SPA” adlı idman mərkəzinin müştərisi Nicat adlı şəxsin kompleksdən çıxmasını gözləmiş, Nicat kompleksdən çıxıb avtomobilinə tərəf getdikdə isə həmin şəxslərdən biri yaxınlaşaraq Nicata tapançadan atəşlər açmış, sonuncu atəşlərdən yayınsa da, güllələrdən biri yolu keçən ağ paltarlı oğlana dəymişdir.

21. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, fərdi qaydada sahibkarlıqla məşğul olmaqla ailəsini dolandırır. 2015-ci il buraxılışlı, gümüşü (metallik) rəngli, “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 2021-ci ilin iyul ayında alaraq öz adına sənədləşdirmişdir. Daim avtomobil idarə etmədiyindən bibisinin nəvəsi Şahid11 həmin avtomobili etibarnamə əsasında etibar etməsini və özünə məxsus "xxxx" MMC vasitəsilə icarəyə verməyi təklif etmişdir. Turac ona avtomobili etibar edəcəyi təqdirdə hər ay 900 manat pul verəcəyinə dair vəd vermişdir. Nəticədə Turac ilə razılaşaraq “Hyundai Elantra” markalı avtomobili 13 avqust 2021-ci il tarixli ƏN-İ №880094 nömrəli etibarnamə əsasında Turacın təsisçisi olduğu MMC-yə etibar etmişdir. 2023-cü ilin mart ayında Turacdan avtomobilinin tanımadığı şəxsə icarəyə verildiyini, həmin şəxsin isə Bakı Dövlət Sirkinin yaxınlığında odlu silahdan atəş açmaqla cinayət törədən şəxslərin hadisə yerinə onun avtomobili ilə getdiklərini və oradan həmin avtomobillə uzaqlaşdıqlarını öyrənmişdir. Təqsirləndirilən şəxsləri və zərərçəkmiş şəxsləri əvvəllər tanımamış, 10 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 10 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın qarşısında baş vermiş hadisə barədə məlumatı olmamışdır.

22. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təxminən 8 ay əvvəl taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, hadisədən 3-4 ay əvvəl isə 2009-cu il buraxılışlı, boz rəngli, “Honda İnsight” markalı Az **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında “Carman” şirkətindən icarəyə götürməklə bu fəaliyyəti davam etdirmişdir. “Uber” taksi şirkətinin mobil tətbiqindən istifadə etməklə sifarişlər qəbul etmiş, göstərdiyi xidmət müqabilində aldığı pulun 30%-i özünə qalmışdır. 10 mart 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov qəsəbəsində tanımadığı qadın müştərini mənzilbaşına çatdırmasına təxminən 1-2 dəqiqə qalmış ona yeni sifariş daxil olmuşdur. Qadın müştərini saat 15:19-da ünvan 13 ünvanına çatdıran kimi yeni sifarişi qəbul etmişdir. Saat 15:20-də sifarişini qəbul etdiyi müştəri ***-***-**-** mobil nömrəsi vasitəsilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edib taksi sifariş etdiyini bildirmiş və ondan harada olduğunu soruşmuşdur. Bu zaman təxminən 50 metr irəlidə yolun kənarında 2 nəfər şəxsin dayandığını, onlardan birinin mobil telefonda kiminləsə danışdığını görmüşdür. Telefonda həmin şəxsə onları gördüyünü və yaxınlaşdığını söyləmişdir. Aralarında 9 saniyə davam edən telefon danışığı baş tutmuş, həmin şəxslərin dayandığı yerə yaxınlaşanda onları görsə də, gün ərzində idarə etdiyi avtomobilə çox sayda müştərilər əyləşdiyindən üzlərini yadında saxlamamış, geyimlərinin tünd rəngdə olması diqqətini cəlb etmişdir. Həmin şəxslərdən birinin əlində içərisi dolu görünən qara rəngli idman çantası olmuş, lakin çantanın içərisində nə olduğunu görməmişdir. Həmin şəxslərə yaxınlaşıb avtomobilin yük yerini açmış, bir nəfər şəxs idman çantasını yük yerinə qoymuşdur. Sifariş həmin yerdən H.Əliyev adına X57 verilmiş, mobil tətbiqdə gediş haqqı 6 manat 20 qəpik olaraq göstərilmişdir. Hava limanı istiqamətində hərəkət etməyə başlayanda şəxslərdən biri ondan alışqan istəmiş, o isə avtomobildə siqaret çəkməyə icazə vermədiyini bildirmişdir. Hər iki şəxsin danışıqlarından onların Naxçıvan Muxtar Respublikasından olduqlarını yəqinləşdirsə də, adlarını bilməmişdir. Yolda olarkən şəxslərdən biri ondan avtomobildə “Bluetooth” texnologiyasının olub-olmadığını, əgər varsa, mahnı qoşmaq istədiyini söyləmişdir. Avtomobildə adı çəkilən texnologiyanın olmadığını bildirəndə ona radionun səsini artırmasını demişlər. Müştəri gedişdən məmnun qalsın deyə radionun səsini artırmış, bundan sonra şəxslərin öz aralarında hərarətli danışdıqlarının şahidi olmuşdur. Ümumiyyətlə, həmin şəxslərin hər ikisi çox həyəcanlı, tələskən və stresli görünmüş, onlardan birinin mobil telefonda danışdığı şəxsə “Təzə gəlmişdim, təcili qayıdası oldum, kişinin çənəsi qırılıbdır” sözlərini dediyini eşitmişdir. Başqa telefon zəngi eşitməmiş, həmin şəxslər ondan avtomobili yüksək sürətlə sürməsini xahiş etmişlər. Onlardan biri bileti “oradan” alacaqlarını, aviareysə gecikdiklərini söyləmiş, ancaq o, sürət həddini aşmadan avtomobili idarə edib onları hava limanına çatdırmışdır. Hava limanına çatmağa az qalmış həmin şəxslər ondan avtomobili hava limanının Naxçıvan Muxtar Respublikasına uçuşların həyata keçirildiyi terminalına gedən hissəsində, yəni daxili uçuşlar olan hissədə saxlamasını istəmişlər. Həmin şəxslər avtomobildən düşəndə özü də sükan arxasından düşərək yük yerini açmış, şəxslərdən biri çantanı götürüb 7 manat ödəniş etdikdən sonra hər iki şəxs hava limanı istiqamətində irəliləmişdir. Müştəriləri ünvana çatdırdıqdan sonra birbaşa nahar etməyə getmiş, Baş Prokurorluğun İstintaq idarəsinə dəvət olunanadək həmin müştərilərin kimliyi barədə məlumatı olmamış, onları tanımamış, heç bir əlaqəsi olmamışdır. Baş vermiş hadisə barəsində heç bir məlumatı olmamış, taksi sürücüsü kimi həmin şəxsləri sifarişdə qeyd olunan ünvana aparmışdır.

23. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, əvvəllər plastik qapı-pəncərə sexi işlətmiş, 2016-cı ildə "xxxx" MMC-ni təsis etmişdir. Həmin cəmiyyətin fəaliyyəti avtomobillərin icarəyə verilməsini təşkil etməkdən ibarətdir. İcarəyə avtomobil götürmək istəyən müştəri müraciət etdikdə, əvvəlcə, sürücülük vəsiqəsinin olub-olmamasına, sürücü kimi stajına, habelə adına inzibati cərimələrin çox olub-olmamasına diqqət yetirmişlər. Bütün bunlar yoxlandıqdan sonra icarəyə avtomobil götürmək istəyən müştərinin sürücülük vəsiqəsinin kserosurətini çıxarmış, daha sonra həmin şəxslə zaminlik müqaviləsi bağlamışlar. Bundan sonra avtomobili icarəyə götürən müştərinin iştirakı ilə videoçəkiliş aparmaqla avtomobilə hərtərəfli baxış keçirib müştəriyə təqdim etmişlər. Həmçinin 1 nüsxədə olmaqla yol vərəqəsi tərtib edib icarəyə götürən müştəriyə vermişlər. Avtomobillər gündəlik və aylıq icarəyə verilmiş, icarə haqqları əvvəlcədən qəbul edilmişdir. Əgər avtomobillərin icarə müddəti uzadılarsa, icarəyə götürən şəxs icarə haqqını ona məxsus plastik bank kartının hesabına göndərir. 2015-ci il buraxılışlı, boz rəngli, “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid12 məxsus olmaqla etibarnamə əsasında 13 avqust 2021-ci il tarixdən onlara verilmişdir. 6 mart 2023-cü il tarixdə, saat 13:17-də Təqsirləndirilən şəxs3 ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlayıb “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili 3 günlük icarəyə götürmüşdür. Həmin şəxs əvvəllər də ona məxsus "xxxx" MMC-dən icarəyə avtomobil götürmüşdür. Bundan əvvəl Təqsirləndirilən şəxs3 2 mart 2023-cü il tarixdə, saat 18:30-da 2013-cü il buraxılışlı, qara rəngli, “Kia Cerato” markalı Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 3 gün müddətinə icarəyə götürmüşdür. Ramal 6 mart 2023-cü il tarixdə həmin “Kia Cerato” markalı avtomobili təhvil verdikdən sonra “Hyundai Elantra” markalı avtomobili yenidən icarəyə götürmüşdür. Hər iki avtomobil günlük 55 manata icarəyə verilmiş, “Hyundai Elantra” markalı avtomobil ilkin olaraq 3 günlük icarəyə götürülmüş, sonradan icarə müddəti 2 gün də uzadılmışdır. Onun mobil telefonuna yerləşdirilmiş xüsusi proqram vasitəsilə icarəyə verilən avtomobillərin günlük hansı ünvanlara getmələri, harada dayanmaları barədə bütün məlumatlar qeydə alınmışdır. Təqsirləndirilən şəxs3 əvvəllər yalnız iki dəfə görmüşdür. Hadisə barədə heç bir məlumatı olmamışdır. Hadisədən sonra polis əməkdaşları ona zəng edərək etibarnamə ilə icarəyə verdiyi “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin məlum hadisədə istifadə edildiyini və maşının polislər tərəfindən saxlanıldığını bildirmişlər.

24. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 4 avqust 2022-ci il tarixdən 25 aprel 2023-cü ilədək “Vurğun Residence” adlı binanın üçüncü mərtəbəsində fəaliyyət göstərən “1ST Fitness&SPA” adlı idman zalında qeydiyyatçı işləmişdir. İş vaxtı saat 15:00dan 23:00-dək olmuşdur. Əsas vəzifəsi idman zalına gələn şəxslərin qeydiyyat işlərini aparıb zala girişlərini təmin etməkdən ibarət olmuşdur. 10 mart 2023-cü il tarixdə baş vermiş hadisədən bir neçə gün əvvəl bəstəboy, dolu bədən quruluşlu şəxs ona yaxınlaşaraq idman zalında məşq etmək üçün qeydiyyata alınma prosedurunun izah edilməsini xahiş etmiş, həmin şəxsə bir ay müddətində məşq etmək üçün 250 manat ödəniş etməli olduğunu bildirdikdən sonra qeydiyyat üçün şəxsiyyət vəsiqəsinin tələb olunduğunu demişdir. Həmin şəxs vəsiqəsini evdə unutduğunu və vəsiqə olmadan qeydiyyatın mümkün olub-olmadığını soruşmuş, bunun mümkün olmadığını, ancaq şəxsiyyət vəsiqəsinin fotoşəkli varsa, qeydiyyata ala biləcəyini dedikdə, həmin şəxs vəsiqəsinin fotoşəklinin də üzərində olmadığını söyləmişdir. Bu halda qeydiyyatın mümkünsüz olduğunu izah etdikdən sonra həmin şəxs gözləmə zalında əyləşmiş və bir müddət sonra şəxsdən hər hansı əlavə məlumata ehtiyacı olub-olmadığını soruşmuşdur. Bu zaman həmin şəxs dostunu gözlədiyini və birlikdə qeydiyyatdan keçəcəklərini bildirmiş, təxminən yarım saat gözlədikdən sonra çıxıb getmişdir. Bu müddətdə həmin şəxsin yanına heç kəs gəlməmişdir. Bundan sonra həmin qeyd edilən şəxsi bir daha görməmişdir. 10 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində işə gələndə iş yoldaşlarından idman zalının yerləşdiyi binanın qarşısında silahlı insident baş verdiyini öyrənmişdir.

25. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı Az **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər plastik qapı-pəncərə sexində satış müdiri işləmişdir. Həmin dövrdə həmin sexi işlədən Turac ilə tanış olmuş, bir müddət sonra Turacla avtomobil icarəyə verməklə məşğul olmağa başlamışlar. Turac "xxxx" MMC-ni təsis etmiş, o da Turacla birlikdə işləmişdir. 05 mart 2023-cü il tarixədək təxminən 6-7 ay fasilə ilə Turacla birlikdə işləmiş, lakin hadisədən təxminən 1 ay əvvəl fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. 2023-cü ilin mart ayının əvvəllərində “Naxtel” mobil operatoruna aid, “060” seriyası ilə başlayan mobil nömrədən mobil telefonuna zəng edilmiş və özünü Ramal kimi təqdim edən şəxs avtomobil icarəyə götürmək istədiyini demişdir. Həmin şəxsə ofisə yaxınlaşmasını təklif etdikdə Ramal adlı şəxs Naxçıvan şəhərindən gəldiyini, Bakı şəhərini tanımadığını və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ofisin ünvanını ona göndərməsini istəmişdir. Ramal adlı şəxsə ofisin ünvanını göndərdikdən sonra həmin şəxs təkbaşına ofisə gəlib “Kia Cerato” markalı Az **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Ertəsi gün, yəni 5 mart 2023-cü il tarixdə Turacla aralarında narazılıq yarandığından təxminən 20 gün müddətinə ofisi tərk etmişdir. Buna görə də Ramal adlı şəxsin icarəyə götürdüyü avtomobili qaytarıbqaytarmaması, müsbət halda nə vaxt qaytarması və Turacla aralarında sonradan nə kimi münasibətlərin yaranması barədə heç bir məlumatı olmamışdır.

26. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, idarə etdiyi gümüşü (metallik) rəngli, “Hyundai Getz” markalı Az **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə “Uber” taksi şirkətinin mobil tətbiqinə qoşulub taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid6 uzun müddətdir tanımışdır. Müseyib onun qohumudur. Müseyib də onun kimi taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, “Uber” taksi şirkətinin qollarından biri olan “Yango” şirkətində sürücü kimi fəaliyyət göstərməyə başlamışdır. 10 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində Şahid6 ilə söhbət edərkən sonuncu ona “Samsung” markalı planşetə qoşulu vəziyyətdə olan “Uber” mobil tətbiqi işləmədiyini, donmuş vəziyyətdə qaldığı üçün “Uber” şirkətinin “Mərkəzi Park” deyilən ərazisinə gedəcəyini bildirmişdir. Müseyib ona birlikdə getməyi təklif etmiş, o da bununla razılaşıb Müseyibin avtomobilinin arxa oturacağında əyləşmişdir. Onlar birlikdə “Uber” şirkətinin “Mərkəzi Park” deyilən ərazisinə getmişlər. Taksi şirkətinin “Mərkəzi Park” deyilən ərazisi Bakı şəhəri Nəsimi rayonu Azadlıq pospekti ilə Bakıxanov küçəsinin kəsişməsindəki poçt məntəqəsinin yaxınlığında yerləşmişdir. Azadlıq prospektində yerləşən poçt məntəqəsinin həyətinə daxil olmaq istədikdə təngnəfəs və həyəcanlı halda olan iki nəfər cavan oğlan avtomobilin qapısını açmış və “Boşsunuzsa, bizi “Çanaqqala”ya tərəf düşürə bilərsiz?” sualını vermişlər. Onlar razılaşdıqdan sonra çiynində uzuntəhər idman çantası olan şəxs ön oturacaqda, digər şəxs isə arxa oturacaqda onun yanında əyləşmişdir. Onlar avtomobillərinin “Çanaqqala” restoranının yanında olan təmir sexində olduğunu bildirmişlər. Yol boyunca həmin şəxslər heç bir söhbət etməmiş, yalnız ön oturacaqda əyləşmiş şəxs siqaret çəkmişdir. Arxa oturacaqda əyləşmiş şəxs də siqaret çəkmək istədikdə onlara arxa oturacağı siqaretin külünün yandırmasından ehtiyatlanıb buna icazə verməmiş, eyni zamanda Müseyibin siqaret çəkmədiyini bildirmişlər. Həmin şəxsləri ilk dəfə görmüş, əvvəllər tanımamış, aralarında heç bir ünsiyyət olmamışdır. Müseyib təxminən 5-7 dəqiqə sonra avtomobili “Çanaqqala” restoranının yaxınlığında saxlamış, oğlanlar ona 4 manat pul uzadaraq sağollaşıb avtomobildən düşmüşlər. Bundan sonra həmin şəxsləri bir daha görməmiş, onların “Çanaqqala” restoranına tərəf gedib-getmədiklərini bilməmişdir. Həmin şəxslərin sonradan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir.

27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid17 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2021-ci ilin dekabr ayında Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə kirayədə yaşadıqdan sonra 2022-ci ilin oktyabr ayının sonunda ünvan 15 ünvanında yerləşən evi 400 manata kirayələmiş və brokerlik fəaliyyəti ilə məşğul olan Samiq adlı şəxslə orada yaşamağa başlamışdır. 2022-ci ilin noyabr ayında qohumu, yəni bibisi Elnarənin oğlu Vüqar Bakı şəhərinə köçüb onunla eyni evdə yaşamağa başlamışdır. Vüqarın Bakı şəhərinə köçməkdə məqsədi taksi fəaliyyəti ilə məşğul olmaq olmuş, “Uber” taksi şirkətindən “Toyota Prius” markalı avtomobil icarəyə götürməklə həmin avtomobillə taksi fəaliyyəti göstərmişdir. Həmin avtomobili Vüqar təxminən 1 ay idarə etdikdən sonra ona icarəyə götürülmüş avtomobillə taksi fəaliyyəti göstərməyin sərfəli olmadığını, həmin fəaliyyətlə məşğul olmaq üçün avtomobilin özünə məxsus olmalı olduğunu demişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Vüqar özünə avtomobil almaq məqsədilə bankdan kredit götürmək üçün Naxçıvan Muxtar Respublikası Babək rayonu Zeynəddin kəndinə qayıtmışdır. 2023-cü ilin fevral ayının əvvəllərində Vüqarla birlikdə “Əhmədli” metro stansiyasının yaxınlığına gedib orada “Hyundai Accent” markalı avtomobilə baxmış, avtomobili yoxlatdıqdan sonra pulunu verib almış, lakin avtomobili etibarnamə əsasında Vüqarın adına rəsmiləşdirmişlər. Həmin vaxtdan Vüqar “Uber” və “Bolt” taksi şirkətlərinin mobil tətbiqlərində qeydiyyatdan keçmiş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Eyni zamanda Vüqar texnikumda qiyabi təhsil almışdır. Vüqar hər gün saat 08:00-da evdən çıxıb saat 22:00 radələrində evə qayıtsa da, 6 mart 2023-cü il tarixdə evə gəlmədiyi üçün o, narahat olub Vüqarın istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə zəng edib harada olduğunu soruşmuşdur. Bu zaman Vüqar ona “X50 gəlib, ona ev axtarırıq, tapandan sonra gələcəyəm” demiş, o isə evə gəlməsini deyib telefon danışığını sonlandırmışdır. Növbəti gün də Vüqar evə gəlmədiyindən təkrar Vüqara zəng etmiş, bu zaman Vüqar “Şahmara ev tapmışıq, onun həmin evə yığışmasına köməklik edirəm, gələcəyəm” demişdir. 9 mart 2023-cü il tarixdə Vüqar ondan idarə etdiyi avtomobilə mühərrik yağı almasını xahiş etmiş, o da tanışları vasitəsilə həmin avtomobilə mühərrik yağı aldıqdan sonra Vüqarla əlaqə saxlayaraq bu barədə məlumat vermiş və aldığı yağı gəlib götürməsini demişdir. Vüqar həmin gün saat 16:00 radələrində onun icarəyə götürdüyü kafeyə gələrək mühərrik yağını götürüb dəyişməsi üçün ustaya aparmışdır. Bu zaman Vüqara “axşam gəl evə, Şahmarla qalma” demiş, Vüqar isə gələcəyini bildirmişdir. Həmin gün Vüqar evə gəlmədiyinə görə özlüyündə əsəbiləşmiş və bir daha zəng etməmişdir. Növbəti gün, yəni 10 mart 2023-cü il tarixdə, saat 11:00 radələrində Vüqara zəng edib yaşadıqları evin kirayə pulunun vaxtının çatdığını, 100 manat ödəməli olduğunu demiş, Vüqar ona “Kartını atarsan, axşama kartına göndərərəm” cavabını vermişdir. Həmin vaxt Vüqar evdə olması və yemək yeməsi barədə danışmış, lakin Vüqardan hansı evdə olduğunu soruşmamışdır. Həmin gün saat 18:00 radələrində Maildən kirayə pulunu ödəməsi üçün Vüqara zəng edib deməsini istəmiş, sonuncu Vüqara zəng etsə də, Vüqar zəngə cavab verməmiş, ardınca mobil telefonuna ismarıc göndərərək nə baş verdiyini soruşmuşdur. Mail cavab mesajı göndərib evin kirayə pulunu verməyi hansı səbəbdən gecikdirdiyini soruşduqda Vüqar axşam göndərəcəyini demişdir. Həmin gün saat 19:00 radələrində Mail yenidən Vüqara zəng etsə də, Vüqar zənglərə cavab verməmiş, həmin gün axşam saatlarında özü Vüqara zəng etmiş, ancaq Vüqarın mobil telefonuna zəng çatmamışdır. Vüqarın atası da bundan narahat olduğundan ona zəng edib Vüqarın harada olduğunu soruşmuş, lakin Vüqarın mobil telefonuna zəng çatmamışdır. Buna görə də həmin tarixdə saat 11:06-da istifadəsində olan mobil telefon ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə müraciət edib Vüqar barəsində məlumat vermiş və xəbər ala bilmədiklərini demişdir. Daha sonra məlum olmuşdur ki, Şahmar Vüqarın yanında Nicat adlı şəxsə odlu silahdan atəş açmış və onlar polis əməkdaşları tərəfindən saxlanılmışlar. Vüqarın cinayət törədə biləcəyinə inanmamış, Vüqarın dostu Şahmarı Babək rayonu Zeynəddin kənd sakini olduğuna görə tanımış və Şahmarın davranışlarının nümunəvi olmadığını hiss etmişdir. Buna görə dəfələrlə Vüqara irad tutub Şahmarla yoldaşlıq etməməsini bildirmişdir. Vüqarın kimdənsə silah alması barədə söhbətlər aparmasından və kriminal aləmin üzvləri ilə əlaqəsinin olmasından xəbəri olmamışdır.

28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun birinci ailəsindən olan qızı Günayın əridir. Onlar təxminən 1-2 il əvvəl ailə qurub Babək rayonunda yaşamağa başlamışlar. Şahmarı uşaq yaşlarından tanımışdır. Sonuncu dəfə hadisədən təxminən 6-7 ay əvvəl Şahmarla əlaqə saxlamış, Şahmar “Whatsapp” vasitəsilə ona ismarıc göndərərək kefini soruşmuşdur. 10 mart 2023-cü il tarixdə sosial şəbəkələrdə məlum hadisənin videogörüntüsünü görəndə və cinayəti törədənlər barədə məlumat alanda Şahmarın və dostu Vüqarın cinayət hadisəsini birlikdə törətdiklərini öyrənmişdir. Bundan sonra dərhal Şahmarın atası Qorxmaza zəng edib nə baş verdiyini soruşmuş, Qorxmaz ona 6 mart 2023-cü il tarixdə Şahmar və Günayın Babək rayonundan hansısa Şahmarın dostuna məxsus kafedə işləmək adı ilə Bakı şəhərinə getdiklərini, Nəsimi rayonu Bakıxanov qəsəbəsində Məhəbbətin yaşadığı evdə gecələdiklərini demişdir. Həmçinin Qorxmaz ona xəstə olduğuna görə Bakı şəhərinə gedə bilmədiyini, arvadı Yeganə və qızı Fatmanı Bakı şəhərinə göndərdiyini demişdir. Elə həmin gün onları qarşılayıb Yasamal rayonunda yerləşən evinə aparıb orada yerləşdirmişdir. Şahmarın ailə üzvlərindən nə baş verdiyini xəbər aldıqda onlar Şahmarın 6 mart 2023-cü il tarixdə Günayı onun birinci arvadının evinə yerləşdirdiyini, özünün isə həmin evdə qalmadığını, yalnız yemək yemək və paltar götürmək məqsədilə arabir həmin evə gedib-gəldiyini, 10 mart 2023-cü il tarixdə isə məlum hadisəni törətdiyini bildirmişlər. Onun cinayətin hansı səbəbdən və hansı şəraitdə törədilməsi ilə bağlı heç bir məlumatı olmamışdır.

29. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etdi.

30. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun oğlu olmaqla həbs edilməzdən əvvəl son dövrlərdə Bakı şəhərində yaşamış, orta məktəbin səkkizinci sinfini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuş və həmin litseyi bitirmişdir. Daha sonra oğlu H.Əliyev adına Hərbi İnstituta daxil olmuş, lakin 1 il sonra müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti başa vurub qayıtdıqdan sonra Vüqar Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində Bakı Neft Energetika Kollecinə daxil olmuş, həmin kollecin beşinci kursunda təhsil almışdır. Vüqar bir neçə ay əvvəl Bakı şəhərinə gedib bankdan kredit götürməklə özünə “Hyundai Accent” markalı avtomobil almış və həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Vüqar sonuncu dəfə 2023-cü ilin fevral ayının təxminən 4-də Bakı şəhərinə getmiş və həmin vaxtdan Səid adlı qohumları ilə birlikdə yaşamaqla həm kollecdə təhsilini davam etdirmiş, həm də taksi fəaliyyəti ilə məşğul olmuşdur. Vüqarla sonuncu dəfə 10 mart 2023-cü il tarixdə telefon əlaqəsi saxlayaraq hal-əhval tutmuşdur. Vüqar ona işlərinin qaydasında olduğunu bildirmişdir. Həmin gün axşam saatlarında qonşuluqda yaşamış Təqsirləndirilən şəxs1 anası onların evinə gəlib internetdə paylaşılmış videogörüntülərdəki şəxslərin Vüqar və Şahmara oxşadıqlarını bildirmişdir. Daha sonra onlar oğullarının həbs edildiyini öyrənmişlər. Vüqarın törətmiş olduğu cinayət əməlləri barəsində nə özünün, nə də digər ailə üzvlərinin əvvəlcədən heç bir məlumatları olmamışdır. Həmçinin Vüqar və Şahmarın birlikdə hər hansı şəxsi öldürməyə cəhd edəcəkləri, habelə kiməsə ağır xəsarət yetirəcəkləri və digər cinayət əməlləri törədəcəklər barədə heç bir məlumatı olmamış, Şahmar Vüqarın dostu olmaqla onlarla eyni kənddə doğulmuş, ailəsi onlarla qonşuluqda yaşayır, Şahmarın hava limanında işlədiyini eşitməsinə baxmayaraq dəqiq nə işlə məşğul olmasını bilmir.

31. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsininin əməliyyat-müvəkkili Şahid25 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində (bundan sonra mətndə - BBPİ) əməliyyat müvəkkili vəzifəsində işləyir. 5 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (bundan sonra mətndə - BMCMİ) əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında Təqsirləndirilən şəxs3 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı köməklik göstərilməsi üçün BBPİ-yə məktubla müraciət edilmişdir. İmzalanmış əmrlə o və işlədiyi Baş İdarənin əməliyyat müvəkkili Şahid24 əməliyyat qrupuna daxil edilmişdir. Onlar istifadələrində olan “Hyundai” markalı maşınla Abşeron rayonu Novxanı qəsəbəsinə getmişlər. Novxanı qəsəbəsinə iki avtomobillə getmiş, digər avtomobili BMCMİ-nin əməkdaşları idarə etmişlər. Əməliyyat qrupunun üzvləri ilə birgə 5 may 2023-cü il tarixdə, saat 19:00 radələrində ünvan 16 ünvanının qarşısında Təqsirləndirilən şəxs3 yaxınlaşıb özlərini təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib şəxsi BMCMİyə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 buna etiraz etmədən onlarla birlikdə baş idarəyə getmişdir. Saxlanıldıqdan təxminən 40 dəqiqə sonra idarənin inzibati binasının xidməti otaqlarının birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Əvvəlcə, Təqsirləndirilən şəxs3 üzərində olması ehtimal olunan, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarın ciblərindən 2 ədəd şəffaf sellofan büküm, 1 ədəd mobil telefon və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs3 təqdim etdiyi sellofan bükümlərin içərilərindən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Daha sonra psixotrop maddə metamfetaminə oxşar kütlələr qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini saxlanıldığı gün Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində adını bilmədiyi şəxsdən aldığını, narkotik vasitələr və psixotrop maddələrdən əvvəllər də istifadə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs3 saxlanılarkən heç bir müqavimət göstərməmişdir.

32. Məhkəmədə şahid qismində dindirilmiş BBPİ-nin əməliyyat-müvəkkili Şahid24 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, Şahid25la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, verilmiş sullara cavab olaraq əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs3 barəsində əməliyyat məlumatı BMCMİ-yə daxil olmuş, onlar sadəcə kömək etmək məqsədilə əməliyyat qrupuna daxil edilmişlər. BBPİ-də Təqsirləndirilən şəxs3 barəsində axtarış işi olub-olmaması, onun barəsində axtarış elan edilməsindən məlumatı olmamışdır. Abşeron rayonu Novxanı qəsəbəsinə xidmət yoldaşları Elşənin avtomobili ilə getmişlər. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olmasına görə saxladıqdan sonra onun həmçinin başqa cinayətlər üzrə də axtarışda olmasını öyrənmişlər.

33. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin baş əməliyyat-müvəkkili Şahid26 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu, şahidlər Şahid25 və Şahid24la oxşar məzmunlu ifadə verərək sonuncuların ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və psixotrp maddələrin dövriyyəsi ilə məşğul olması bardə əməliyyat məlumatı ona daxil olmuş, o, raportla rəhbərliyə məruzə etmiş, BBPİ-nin iki nəfər əməkdaşı onlara kömək etmək üçün əməliyyat qrupuna cəlb edilmişdir. Həmin şəxslərlə birgə onun avtomobili ilə gedib Abşeron rayonu Novxanı qəsəbəsində Təqsirləndirilən şəxs3 saxlayaraq BMCMİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs3 saxlanıldığı Novxanı qəsəbəsindən birbaşa BMCMİ-yə gətirilmiş, saxlanıldığı vaxtdan təxminən 40 dəqiqə -1 saat sonra onun üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış onun tərəfindən “SONY” markalı videoçəkiliş aparatı ilə qeydə alınmışdır. Saxlanılarkən, baş idarəyə aparılarkən və orada olarkən Təqsirləndirilən şəxs3 hər hansı şəxs tərəfindən fiziki və ya psixi təsir göstərilməmiş, pis rəftara məruz qalmamışdır. Təqsirləndirilən şəxs3 başqa cinayətlərlə əlaqədar axtarışda olmasına diar onda əməliyyat tədbirindən əvvəl məlumat olmamışdır.

34. Məhkəmədə şahid qismində dindirilmiş Şahid21 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, qardaşı X63 ilə birlikdə ünvan 17 ünvanında yaşamışdır. X77 Respublikası İstanbul şəhərində yaşamış və işləmiş, 2022-ci ilin oktyabr ayında həmin şəhərin Ataşehir vilayətində öldürülmüşdür. Qardaşının ölümü ilə bağlı cinayət işinin ibtidai istintaqı “gizli” statusu ilə aparıldığından hadisənin hansı səbəbdən törədilməsi barədə rəsmi dövlət orqanlarından məlumat ala bilməmişlər. Özü yalnız bir dəfə – 2022-ci ilin dekabr ayında İstanbul şəhərində olmuş, həmin vaxt ailələrini təmsil edən Rövşən adlı vəkillə görüşərək işin istintaqını aparan “savcı”nın qəbuluna getmişdir. Ancaq ona cinayəti törətmiş şəxslər, cinayətin törədilmə səbəbi barədə məlumat verməmişlər. O, ümumi gəzən söz-söhbətlərdən qardaşı Elnurla tanışı Zərərçəkmiş şəxs1 arasında problem olduğunu bilmiş, buna baxmayaraq Elnurun kim tərəfindən qətlə yetirilməsi barədə dəqiq məlumatı olmamışdır. Kiçik qardaşı Emin də təxminən 3-4 il əvvəl Türkiyə Respublikasında yaşamağa başlamış, Eminin nə işlə məşğul olmasından məlumatsız olmuşdur. Bildiyi qədəri ilə Emin rəsmi heç bir iş görməmiş, 2022ci ilin əvvəllərində Fransa Respublikasında bir nəfər şəxsi bıçaqla vurduğu üçün həbs edilmiş, hal-hazırda Fransa Respublikasında həbsdədir. 2014-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil almış, təhsilini başa vurduqdan sonra uzun müddət Şərur rayonunda yaşamışdır. Təxminən 2-3 il əvvəl Bakı şəhərinə gəlib qardaşı Əfqana işlərində kömək etmişdir. 8 yaxud 9 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda valideynləri yaşayan evdə “qara bayram” mərasimi keçirdikləri üçün Əfqan oraya yollanmışdır. 10 mart 2023-cü il tarixdə H.Əliyev adına X57 getmək üçün “Bolt” taksi şirkətinin mobil tətbiq etməsi vasitəsilə taksi sifariş etmiş, hava limanına gedərək bilet alıb təyyarəyə minərək Naxçıvan Muxtar Respublikasına getmişdir. Naxçıvan X47 təyyarədən enən zaman polis əməkdaşları onu saxlamışlar. Oradan hava limanının polis idarəsinə dəvət edilmiş, polis idarəsində ona əslən naxçıvanlı olan şəxslərin Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etdiklərini demiş, bu barədə məlumatı olubolmadığını soruşmuş, hətta cinayəti törətməkdə şübhəli şəxslərin fotoşəkilləri və hadisənin videogörüntüsü ona göstərilərək həmin şəxsləri tanıyıb-tanımadığını soruşmuşlar. O isə həmin şəxsləri tanımadığını, ümumiyyətlə, hadisədən məlumatsız olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamış, onlarla heç vaxt ünsiyyətdə olmamış, onların hər hansı şəxsi öldürməyə cəhd etmələri, xəsarət yetirmələri barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs3 onun yaşadığı binanın blokuna silah qoyması, habelə silahın kim tərəfindən, nə vaxt və hansı məqsədlə verilməsi barədə heç bir məlumatı olmamışdır. X72 Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə Təqsirləndirilən şəxs1 sifariş göndərdiyindən xəbəri olmamışdır. X78 son dəfə 5 il əvvəl görmüş, sonuncu dəfə hadisədən 7-8 ay əvvəl telefonla danışmışdır.

35. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisədən təxminən 3 ay əvvəl idarə etdiyi ağ rəngli, “Khazar” markalı Az **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “Yango” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərməyə başlamışdır. 10 mart 2023-cü il tarixdə, saat 16:00 radələrində istifadəsində olan “Samsung” markalı planşetə qoşulu vəziyyətdə olan “Uber” mobil tətbiqi işləməmiş, donmuş vəziyyətdə qaldığı üçün “Uber” şirkətinin “Mərkəzi Park” deyilən ərazisinə getmişdir. Həmin vaxt avtomobilində onun kimi “Uber” taksi şirkətində sürücü işləyən tanışı Ruslan Usuboğlu da olmuşdur. Ruslan arxa oturacaqda əyləşmiş və onun da mobil cihazında “Uber” tətbiqi donmuş vəziyyətdə qaldığı üçün proqramı təmir etdirməyə gəlmişdir. Taksi şirkətinin “Mərkəzi Park” deyilən ərazisi Bakı şəhəri Nəsimi rayonu Azadlıq pospekti ilə Bakıxanov küçəsinin kəsişməsindəki poçt məntəqəsinin yaxınlığında yerləşmişdir. Azadlıq prospektində yerləşən poçt məntəqəsinin həyətinə daxil olmaq istədikdə təngnəfəs və həyəcanlı halda olan iki nəfər şəxs ona yaxınlaşmış və onları Çanaqqala restoranının yanında yerləşən təmir sexinə aparmasını xahiş etmişlər. Onlardan biri avtomobilin ön oturacağında əyləşmiş, digəri isə arxa oturacaqda əyləşmişdir. Bu zaman onun tanışı Ruslan da avtomobildə olmuş, onlar cavan oğlanları tanımadıqları üçün heç bir söhbət aparmamışlar. Ön oturacaqda əyləşən oğlan arxa oturacaqda əyləşən oğlana siqaret verdikdən sonra hər ikisi avtomobilin salonunda siqaret çəkmək istəmiş, bu zaman onlara “Mən siqaret çəkən deyiləm, mümkünsə, bir-bir çəkin” sözlərini demişdir. Yol boyunca arxa oturacaqda oturan oğlan mobil telefonla kiməsə zəng edib “Kartın şəklini göndərirəm, karta pul at” deyə bildirmişdir. Təxminən 5-7 dəqiqə sonra o, avtomobili “Çanaqqala” restoranının yaxınlığında saxlamış, oğlanlar ona 4 manat pul uzadaraq sağollaşıb avtomobildən düşmüşlər. Bundan sonra həmin şəxsləri bir daha görməmişdir.

36. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid22 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, 2019-cu ildən 2022-ci ilin mart ayınadək Bakı şəhəri Nərimanov rayonu Ə.Əlizadə, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində yerləşən 5 blokdan ibarət "xxxx" MTK-da nəzarətçi işləmişdir. Bu səbəbdən həmin MTK-da yaşamış sakinlərin əksəriyyətini tanıyır. Kompleksin bloklarından 10 mərtəbədən ibarət 1-ci blok “A”, 12 mərtəbədən ibarət 2-ci blok “B”, 9 mərtəbədən ibarət 3-cü blok “C”, 14 mərtəbədən ibarət 4-cü blok “D” və 10 mərtəbədən ibarət 5-ci blok “E” hərfləri ilə şərti şəkildə adlandırılmışdır. “A” blokunun ünvanı Ə.Əlizadə küçəsi 112, “B” blokunun ünvanı Ə.Əlizadə küçəsi 114, “C” blokunun ünvanı Ə.Əlizadə küçəsi 116, “D” blokunun ünvanı Ə.Əlizadə küçəsi 118, “E” blokunun ünvanı isə Ə.Əlizadə küçəsi 120 olaraq qeyd edilmişdir. Buna baxmayaraq sonuncu blok əslində Qarabağ küçəsində yerləşir. 10 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 18 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın qarşısında baş vermiş cinayət hadisəsi barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs1, X54, mərhum X44, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər tanımamışdır. Şahid21 isə üzdən tanıyır. Belə ki, Şahid21 əvvəllər onun işlədiyi yaşayış kompleksinin “E” blokunun doqquzuncu mərtəbəsində yerləşən “4” nömrəli mənzildə yaşamışdır. Ancaq Elvinin həmin mənzildə kimlərlə birlikdə yaşadığını bilməmişdir. Bundan başqa həmin blokun səkkizinci mərtəbəsində yerləşən “4” nömrəli mənzil də Şahid21 qardaşı X35 qayınanası kimi tanıdığı X36 məxsus olmuşdur. Şahid21 adını bilməsinin səbəbi həmin şəxsin “narahat” sakinlərdən biri olması, daim ustalara və işçilərə narazılıq bildirməsi, kobud davranışlar sərgiləməsi olmuşdur (Cild 7, i.v.106-109;).

37. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid23 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və onun Şahid22 ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 7, i.v. 110-113;).

38. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, Dialoq və Əməkdaşlıq uğrunda X66 Forumu Avrasiya üzrə Regional Mərkəzində sürücü işləyir, etibarnamə ilə həmin mərkəzə məxsus olan ağ rəngli, “Hyundai Santa-Fe” markalı 059-D-004 dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 10 mart 2023-cü il tarixdə, saat 15:00 radələrində ünvan 10 ünvanında yerləşən “Vurğun Residence” yaşayış kompleksinin qarşısındakı yolun digər əks tərəfi ilə hərəkət edərək həmin yaşayış kompleksi ilə üzbəüz istiqamətdə yerləşən “Bolmart” adlı marketin yaxınlığında avtomobili saxlamış və marketə daxil olub su aldıqdan dərhal sonra avtomobilə yaxınlaşmışdır. Elə həmin vaxt “Vurğun Residence”in qarşısından silah səsləri eşitmiş və orada olan insanların hərəsi bir tərəfə qaçmağa başlamışdır. Nə baş verdiyini anlaya bilməmiş, dərhal avtomobilə minərək mühərriki işə salıb həmin yerdən uzaqlaşmaq istəmişdir. Təqribən 10 metr məsafə qət edən zaman yolda olan şəxslər ona işarə edərək, avtomobilin altından motor yağı axmasını işarə etmişlər. Avtomobili yolun kənarında saxlayıb yerə düşəndə avtomobilin altından motor yağı axmasını görmüşdür. Avtomobili yerindən tərpətməmiş, təxminən 5 dəqiqə sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Onlarla birlikdə avtomobilə baxdıqda avtomobilin sol qabaq buferində dəlik açılması ona məlum olmuşdur. Belə ki, bir qədər əvvəl qarşı yolda baş vermiş hadisə zamanı açılan güllələrdən biri onun idarə etdiyi avtomobilə dəymiş, buferi deşib motorxanaya daxil olmuş, motorxananı zədələdiyinə görə motorun yağı axmışdır. Polis əməkdaşları onun hərəkət istiqamətində olan yoldan güllə də tapmış, ancaq o, güllənin haradan tapıldığını bilməmişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilə faktiki olaraq maddi ziyan dəymişdir. Hadisə zamanı yalnız atəş səsləri eşitmiş, bundan sonra yaşayış kompleksinin qarşı tərəfində olan insanlar qaçmağa başlamış, o, atəş açan və xəsarət alan şəxsləri görməmiş, başqa hansı avtomobilə və ya digər əmlaka zədə yetirildiyini bilməmişdir (Cild 3, i.v. 239-241;).

39. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 atası Şahid14 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, arvadı Şahid13, qızı Fatma İmayılova, oğlu Təqsirləndirilən şəxs1 və gəlini Günay Məmmədova ilə birlikdə Naxçıvan Muxtar Respublikası Babək rayonu Zeynəddin kəndində yaşamışdır. X96 şəhərində fəaliyyət göstərən sement zavodunda işləyir. Oğlu 10 mart 2023-cü il tarixdə Bakı şəhərində törətdiyi cinayət hadisəsi ilə əlaqədar həbsdədir. Gəlini Günay isə 2023-cü ilin mart ayının əvvəllərindən atası Natiqin Bakı şəhərində yerləşən evində yaşayır. Bundan başqa qızı Samirə İsmayılova təxminən 5 il əvvəl Hafiz İsmayılov ilə ailə qurmuşdur və hazırda Naxçıvan şəhərində dəqiq bilmədiyi ünvanda yaşamaqdadır. Əvvəllər insult keçirmiş, 2022-ci ilin sonlarında yaşadığı evin həyətində qurumuş ağacları kəsərkən laqonda ilə ehtiyatsız davranaraq üzünü kəsmişdir. 2023-cü ilin mart ayında mədə xəstəliyindən əziyyət çəkməsi ilə əlaqədar əməliyyat olunmuşdur. Şahmar əvvəllər Naxçıvan X47 fövqəladə hallar üzrə növbə rəisi vəzifəsində işləmiş, 6 mart 2023-cü il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. 5 mart 2023-cü il tarixdə oğlu və gəlini birlikdə əşyalarını toplayaraq Bakı şəhərinə gedəcəklərini bildirmişlər. Şahmardan haraya gedəcəklərini soruşduqda Şahmar arvadı Günay ilə birlikdə adlarını demədiyi dostlarının təklifi ilə Bakı şəhərinə köçüb kafe işlədəcəyini, bir həftə ərzində işləri yolunda getməsə, yenidən Naxçıvan şəhərinə qayıdacaqlarını, ilk günlərdə Günayın atasının evində yaşayacaqlarını, sonrakı günlərdə isə ev kirayələyəcəklərini bildirmişdir. Ertəsi gün Şahmar və Günay evdən çıxıb günorta saatlarına olan aviareyslə Bakı şəhərinə getmişlər. Onun Bakı şəhərində Şahmarı kimin qarşılayacağı barədə heç bir məlumatı olmamışdır. Şahmar Bakı şəhərinə getdikdən sonra bir neçə dəfə oğlu ilə əlaqə yaradaraq hal-əhval tutmuş, Şahmar ona işlərinin qaydasında olduğunu və kafe işlətdiyini demiş, lakin kafenin harada yerləşməsi barədə məlumat verməmişdir. Sonuncu dəfə Şahmarla 9 mart 2023-cü il tarixdə axşam saatlarında əlaqə saxlamış, xəstəliyi ilə bağlı yıxıldığını demiş, Şahmar isə onun səhhətini soruşduqdan sonra öz işlərinin qaydasında olduğunu, həmin vaxt da kafedə olduğunu söyləmişdir. 10 mart 2023-cü il tarixdə Şahmarla əlaqə saxlamamış, sonradan Şahmarın Vüqar adlı dostu ilə birlikdə tapança ilə bir nəfər şəxsi öldürməyə cəhd etməklə cinayət hadisəsi törətdiklərini eşitmişdir. Ancaq Şahmarın cinayət hadisəsi törədəcəyi, habelə həmin hadisəni planlaması, hazırlaşması və digər hərəkətləri barədə əvvəlcədən heç bir məlumatı olmamışdır. X3 dostu olmuş, Vüqarın Bakı şəhərində yaşadığını eşitsə də, nə vaxt Bakı şəhərinə köçməsi və nə işlə məşğul olması barədə məlumatı olmamışdır. X69, Şahid21, X55, X56 və 26 oktyabr 2022-ci il tarixdə Türkiyə Respublikası İstanbul şəhərində öldürülmüş X62 ilə aralarında heç bir tanışlıq münasibəti, o cümlədən ədavət və ya düşmənçilik olmamışdır. X37 oğlu Şahmarla kirvə kimi qohumluğu olmamışdır. Ola bilsin ki, Şahmar Ukrayna Respublikası Xarkov şəhərində təhsil aldığı dövrdə Eminlə tanış olmuş, ancaq bu barədə dəqiq məlumatı olmamışdır (Cild 6, i.v. 216-219;).

40. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və onun Şahid14la ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 3, i.v. 229-232;).

41. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid18 Maarif oğlunun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, Naxçıvan Muxtar Respublikası Babək rayonu Qahab kəndində anadan olmuşdur. 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə köçüb dayısı Həmzənin icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı Beynəlxalq Avtovağzalında yerləşən “Naxçıvan” adlı kafedə adminstrator işləməyə başlamışdır. Hal-hazırda həmin kafedə işləməklə gündəlik 20 manat əməkhaqqı alır. Təqsirləndirilən şəxs2 Elşən oğlu onun xalası Elnurənin oğludur. Vüqar Babək rayonu Zeynəddin kəndində anadan olmuş və ailə üzvləri ilə birlikdə 2022-ci ilin yay aylarınadək həmin kənddə yaşamışdır. Bakı şəhərinə köçdükdən sonra Binəqədi rayonu Biləcəri qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən evdə xalasıoğlu Vüqar, dayısıoğlu Səid və Səidin dostu Samiqlə birlikdə kirayə yaşamışdır. Kirayə pulunu hər biri ayda 100 manat olmaqla Əli adlı ev sahibinə ödəmişlər. Vüqar Bakı şəhərinə köçdükdən sonra “Uber” taksi şirkətində sürücü işləməyə başlamış, 2023-cü ilin fevral ayınadək şirkət tərəfindən etibar edilmiş boz rəngli, “Toyota Prius” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə taksi fəaliyyəti göstərmiş, təxminən 1 ay əvvəl isə Naxçıvan Muxtar Respublikasında yerləşən adını bilmədiyi bankdan 10000-12000 manat kredit götürüb Bakı şəhərinə qayıdaraq boz rəngli, “Hyundai Accent” markalı avtomobil alıb taksi fəaliyyəti göstərməyə davam etmişdir. Təqsirləndirilən şəxs2 hər gün saat 09:00-10:00 radələrində evdən çıxmış, saat 00:00-01:00 radələrində qayıdıb gəlmişdir. Deməsinə görə, Vüqar aylıq taksi fəaliyyətindən 1000 manat pul qazanmışdır. Birlikdə yaşadıqları müddətdə Vüqarla münasibətləri həmişə yaxşı olmuş, Vüqar sakit təbiətli və mehriban insan olmuşdur. Vüqarın hər hansı şəxs və ya şəxslərlə şəxsi ədavəti və düşmənçiliyi olmamış, təxminən 5-6 gün əvvəl mobil telefon vasitəsilə onun dayısıoğlu Səidə zəng edib “Mənim həmkəndlim Şahmar gəlib. Ev tutmuşuq, onunla qalacam. Naxçıvana qayıdanda mən də qayıdacam, evin kirayəsini verə bilməsəm, evdən çıxacam” sözlərini demişdir. Həmin vaxt Səid nə baş verdiyini və hansı səbəbdən bu şəkildə danışdığını Vüqardan soruşmuş, Vüqar isə “İşdəyəm, işlər çoxdu, başım qarışıqdı. Danışarıq” cavabını vermişdir. Vüqarın istifadəsində ***-***-**-**, Səidin istifadəsində isə ***-***-**-** mobil nömrələri olmuş, sonuncu dəfə Vüqarı hadisədən təxminən 2 gün əvvəl işlədiyi kafedə görmüşdür. Həmin vaxt Vüqar kafeyə gələrək avtomobili üçün aldığı motor yağını götürüb əvəzində 35 manat pul vermişdir. Həmin vaxt Vüqardan nə üçün evə gəlmədiyini soruşmuşdur. Vüqar bir daha başının qarışıq olduğunu, işlədiyini, Naxçıvan Muxtar Respublikasından gəlmiş dostu ilə birlikdə qaldığını, dostu getdikdən sonra evə qayıdacağını bildirmişdir. Daha sonra Vüqar onunla sağollaşaraq kafedən ayrılmışdır. Sonuncu dəfə Vüqarla 10 mart 2023-cü il tarixdə, saat 16:00-17:00 radələrində əlaqə saxlamışdır. Belə ki, “Whatsapp” vasitəsilə Vüqara zəng etmiş, ancaq Vüqar zəngi cavablandırmadığından “Səid deyir, ev yiyəsi zəng eliyib kira puluna görə pulu deyir atsın” məzmununda ismarıclar yazmışdır. Vüqar isə cavab olaraq ona “Denən yaxşı atacaq” ismarıcını göndərmişdir. Daha sonra o, pulu 1 saat ərzində ev sahibinə çatdırmalı olduğunu və təcili göndərməsini bildirmiş, Vüqar “Yaxşı” ismarıcını yazsa da, bir neçə dəqiqə sonra mobil telefonuna zəng çatmamışdır. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, heç vaxt görməmiş və ünsiyyəti olmamışdır. Bildiyinə görə Səidin də Şahmarla heç bir münasibəti və əlaqəsi olmamışdır. Vüqarın deməsinə görə Şahmarla həmkəndli olmuşlar. Vüqar hadisədən əvvəlki son 5-6 gün ərzində yaşadıqları evə gəlməmiş və onlarla əlaqəni kəsmişdir. O, Emin Qasımov, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 da tanımamış, həmin şəxslər haqqında heç bir məlumatı olmamışdır. Baş vermiş hadisə barədə yalnız internet portallarında və televiziya kanallarında paylaşılan xəbərlərdən məlumat almış, Vüqarın əvvəlcədən Şahmarın hansı səbəbdən Bakı şəhərinə gəlməsi və birlikdə hansı işlərlə məşğul olacaqları barədə ona heç nə danışmamışdır. Bildiyinə görə Vüqarın heç bir cinayətkar qruplaşma ilə əlaqəsi olmamışdır. Vüqar kriminal aləmə meyilli biri olmamış, zəhmətkeş, sakit təbiətli və mehriban insan olmuşdur. Buna görə də Vüqarın hansı səbəbdən 10 mart 2023-cü il tarixdə Nicat adlı şəxsin öldürülməyə cəhd edilməsi cinayətində iştirak etdiyini bilməmişdir. Vüqarın Emin, Şahmar və Nicat adlı şəxslərlə hansı əlaqələrinin olması barədə də heç bir məlumatı olmamışdır. Vüqarın Bakı şəhərində onlardan başqa yaxın dostu və qohumu olmamış, əvvəllər cinayət törətməmiş və cinayət məsuliyətinə əlb edilməmişdir (Cild 3, i.v. 21-24;).

42. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, əvvəllər uzun müddət boks idman növü ilə məşğul olmuş, 2014-cü ildə isə trenajor üzrə məşqçi kimi fəaliyyət göstərməyə başlamışdır. ünvan 18 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın içərisində fəaliyyət göstərən “1ST Fitness&SPA” adlı idman zalında məşqçi işləyir. Həftənin üç gününü: bazar ertəsi, çərşənbə və cümə günləri əksər vaxt günün ikinci yarısı idman zalında olur. Təxminən 2023-cü ilin fevral ayında eşitdiyinə görə əvvəllər boksla məşğul omuş Nicat adlı şəxsin idman zalına gəlib-getdiyini görmüşdür. Özü də əvvəllər həmin idman növü ilə məşğul olduğu üçün Nicatla aralarında normal münasibət yaranmış, bir neçə dəfə birlikdə məşq etmişlər. Ancaq Nicat adətən idman zalına günün birinci yarısı gəldiyi üçün mütəmadi görüşə bilməmişlər. Bundan sonra Nicat ondan günün birinci yarısı məşq keçən məşqçilərin mobil nömrəsini istəmiş, o da Nicata Mərdan adlı məşqçinin mobil nömrəsini vermişdir. 10 mart 2023-cü il tarixdə səhhətində yaranmış problemlə əlaqədar saat 14:00- 14:30-dək yaşadığı evdə olmuş, saat 15:00 radələrində idman zalına getmişdir. Bu zaman “Vurğun Residence”in qarşısında çoxlu sayda polis əməkdaşlarının olduğunu görmüşdür. Binanın qarşısında dayanan avtomobillərə nəzarət edən, adını bilmədiyi şəxsdən nə baş verdiyini soruşmuş, nəzarətçi ona bir qədər əvvəl orada atışma olması barədə məlumat vermişdir. İdman zalına daxil olduqdan sonra eşitdiyi söhbətlərdən başa düşmüşdür ki, kimsə Nicat adlı şəxsi tapançadan atəş açmaqla öldürmək istəmişdir. Lakin Nicatın hadisə nəticəsində xəsarət alıb-almadığını, cinayəti törədən şəxslərin kim olduqlarını bilməmişdir. Ünsiyyətdə olduğu vaxtlarda Nicat ona çox sakit və mədəni insan təsiri bağışlamış, Nicat daim ətrafı müşahidə etmiş və idman zalına gələn bəzi şəxslərin kim olmaları ilə maraqlanmışdır. O, həmin şəxsləri tanıdığını və idman zalının daimi müştəriləri olduqlarını dedikdə, həmin şəxslər artıq sanki Nicatın maraq dairəsindən çıxmış və həmin şəxslərin şəxsiyyətləri ilə bir daha maraqlanmamışdır. Bununla belə o, Nicatın ətrafındakı şəxslərə diqqət yetirməsinin səbəbini başa düşə bilməmişdir. X69, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid21 və X44 tanımamış, həmin şəxslərlə arasında heç bir münasibət olmamışdır. Nicatın idman zalında məşq etdiyi günlərdə hər hansı şəxslə mübahisə və ya dava-dalaş etdiyini görməmiş, kiminləsə Nicat arasında ədavət və ya düşmənçilik olmasından məlumatı olmamışdır. İdman zalında Nicat haqqında hamı müsbət fikirdə olmuş, ünsiyyətdə olduğu şəxslər Nicatın şəxsiyyəti barəsində müsbət fikirdə olmuşlar (Cild 5, i.v. 63-66;).

43. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid20 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, əvvəllər uzun müddət cüdo idman növü ilə məşğul olmuş, 2015-2016-cı illərdə isə məşqçi kimi fəaliyyət göstərməyə başlamışdır. ünvan 18 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın içərisində fəaliyyət göstərən “1ST Fitness&SPA” adlı idman zalında məşqçi işləyir. Həftənin üç gününü, yəni bazar ertəsi, çərşənbə və cümə günləri əksər vaxt günün birinci yarısı idman zalında olur. 2023-cü ilin fevral ayında eşitdiyinə görə əvvəllər boksla məşğul omuş Nicat adlı şəxsin idman zalına gəlib-getdiyini görmüşdür. Özü də əvvəllər həmin idman növü ilə məşğul olduğu üçün Nicatla aralarında normal münasibət yaranmış, bir neçə dəfə birlikdə məşq etmişlər. İdman zalında işləyən digər məşqçi İlham onu Nicata məşqçi kimi məsləhət görmüşdür. 10 mart 2023-cü il tarixdə, saat 14:00 radələrinədək idman zalında olmuş, Nicat gəldikdən sonra idman zalının fəaliyyət göstərdiyi binadan çıxıb öz işləri ilə məşğul olmaq üçün avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Yolda olarkən kim olmasını xatırlamadığı şəxslərdən biri mobil telefonuna zəng edib naməlum şəxsin idman zalında məşq edən Nicatı öldürməyə cəhd etdiyini bildirmişdir. Bir neçə dəqiqə sonra artıq internet resurslarında və sosial şəbəkələrdə iki nəfər şəxsin Nicatı öldürməyə cəhd etmələri və tapançadan atəş açılması nəticəsində küçədən keçən başqa şəxslərə xəsarət yetirmələri barədə məlumatlar və videoçarxlar paylaşılmışdır. Lakin hadisə nəticəsində Nicatın xəsarət alıb-almadığını, habelə Nicatı öldürmək istəyən şəxslərin kim olduqlarını bilməmişdir. Ünsiyyətdə olduğu vaxtlarda Nicat ona çox sakit və mədəni insan təsiri bağışlamış, söhbətləri yalnız idman haqqında olmuşdur. X69, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Şahid21 və X44 tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Nicatın idman zalında məşq etdiyi günlərdə hər hansı şəxslə mübahisə və ya dava-dalaş etdiyini görməmiş, kiminləsə Nicat arasında ədavət və ya düşmənçilik olmasından məlumatı olmamışdır. İdman zalında Nicat haqqında hamı müsbət fikirdə olmuş, ünsiyyətdə olduğu şəxslər Nicatın mədəniyyəti barəsində müsbət fikirdə olmuşlar (Cild 5, i.v. 67-70;).

44. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və çoxsaylı şahidlərin, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

45. “Cinayət işinin başlanması haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, ünvan 3 ünvanında naməlum şəxslər tərəfindən “Ruger” markalı odlu silahdan atəş açılmaqla Nicat adlı şəxsi öldürmək istəyərkən atılmış güllərin həmin ərazidən keçən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən Bakı şəhəri Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhəri Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.4 və 228.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, istintaqın aparılması həmin prokurorluğun müstəntiqi, İİ dərəcəli hüquqşünas Yusif Mehdizadəyə həvalə edilmişdir (Cild 1, i.v.1;).

46. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 10 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın qarşısıdır. Həmin ünvanda avtomobilləri parklamaq üçün nəzərdə tutulmuş yerlə səkinin kənar daşının kəsişdiyi yerdən 1 (bir) ədəd, səki ilə torpaq sahəni ayıran daşın kənarından 1 (bir) ədəd, “Məhlə çay-çörək” yazısının altındakı birinci pilləkənin kənarından 1 (bir) ədəd giliz olmaqla “Məhlə çay-çörək” yazılmış lövhənin altındakı pilləkənlərin qarşısından 3 (üç) ədəd giliz aşkar olunmuş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilləri parklamaq üçün nəzərdə tutulmuş yerdə “Vurğun Residence” istiqamətində “Məhlə çay-çörək” yazısının qarşısında dayanmış “VAZ- 21099” markalı Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin örtüyünün ön hissəsində öndən arxaya doğru 1 (bir) ədəd dəlik vardır. Həmin dəliyin kənarlarında olan boya qırıntılarından nümunə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilin motorxanasının örtüyü açıldıqda ön dəmir hissədə həmin istiqamətdə 1 (bir) ədəd dəlik vardır. Avtomobilin tavanında – ön şüşəyə yaxın yerdə avtomobil boyası qopmuşdur. Həmin yerdən qopmuş boya qırıntılarından nümunə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilin ön aşağı hissəsində – motorxananın altından 3 (üç) ədəd kiçik ölçülü metal qırıntıları aşkar olunmuş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobildən təqribən 8-10 metr məsafədə Bakı Dövlət Sirki istiqamətində hərəkət etdikdə səki üzərində topa şəklində qanabənzər ləkələr aşkar olunmuş və həmin ləkələrdən 3 (üç) ədəd nümunə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobildən təqribən 30-35 metr məsafədə Bakı Dövlət Sirki istiqamətində hərəkət etdikdə yolun hərəkət hissəsinin sağ tərəfində “Vurğun Residence” istiqamətində “Hyundai Elantra” markalı Az **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı müəyyən edilmişdir. Avtomobilin qarşısında yolun hərəkət hissəsindən üzərində qanabənzər ləkə olan 1 (bir) ədəd ağ rəngli salfet aşkar olunmuş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Avtomobilin arxa təkərləri havasızdır və ön sol qapısının aşağı hissəsində 1 (bir) ədəd dəlik vardır. Həmin dəliyin yanında – avtomobilin ön sol tərəfində rezin ayaqaltı üzərində yerdən qanabənzər ləkələr aşkar olunmuş və həmin ləkələrdən 3 (üç) ədəd nümunə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Rezin ayaqaltının sol tərəfində 1 (bir) ədəd deformasiyaya uğramış güllə aşkar olunmuş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Yolun digər hərəkət hissəsində əks hərəkət istiqamətində – hadisə yerindən təqribən 45-50 məsafədə yerləşən “Bolmart” adlı supermarketin qarşısında “Hyundai Santa-Fe” markalı Az 059-D-004 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı müəyyən edilmişdir. Avtomobilin ön sol buferinin aşağısında – plastmas materialdan olan hissədə 1 (bir) ədəd dəlik vardır və avtomobilin ön alt tərəfindən asfalt örtük üzərinə şəffaf maye axmışdır. Avtomobilin ön alt hissəsində asfalt üzərində 1 (bir) ədəd deformasiyaya uğramış güllə aşkar olunmuş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı Bakı şəhəri Nəsimi rayon polis idarəsinin əməliyyat qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxslərin hadisə yerindən uzaqlaşdıqları “Hyundai Elantra” markalı avtomobili Bakı şəhəri Nəsimi rayonu A.Bakıxanov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yolun hərəkət hissəsində tərk edərək qaçdıqları bildirilmiş və baxışı davam etdirmək məqsədilə iştirakçılarla birgə həmin ünvana gedilmişdir. Həmin yerə çatdıqda A.Bakıxanov küçəsində yolun hərəkət hissəsinin sol zolağında – Azadlıq prospekti ilə kəsişmədə “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı müəyyən edilmişdir. Avtomobilin açarları açar yuvasındadır, ön qapılarının şüşələri enmiş vəziyyətdədir, sol arxa bufer və sol qapıları üzərində zədələr vardır. Avtomobilin yanında olan binanın girişində – avtomobildən 3 metr məsafədə yerdən 1 (bir) ədəd qara rəngli papaq və 1 (bir) ədəd qara rəngli mayka, avtomobilin sol arxa oturacağından 1 (bir) ədəd qara rəngli, üzərində “Atatürk” imzası olan köynək, sağ arxa oturacaqdan 1 (bir) ədəd göy rəngli cins şalvar, sağ arxa ayaqaltı hissədən 1 (bir) cüt “Kinetix” markalı idman ayaqqabısı, 1 (bir) ədəd “Bizon” markalı enerji içkisinin boş dəmir qabı, 1 (bir) ədəd bənövşəyi rəngli alışqan və 1 (bir) ədəd “Ruger” markalı, üzərində böyük hərflərlə “SR9C” yazılmış 9x19 mm kalibrli tapança aşkar olunmuş və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. “Ruger” markalı tapançanın içərisində – patron yuvasından 1 (bir) ədəd atılmamış patron və 1 (bir) ədəd boş patron darağı aşkar olunmuşdur. Avtomobilin sol arxa ayaqaltı hissəsində sellofanın içərisində olan sellofanın içərisində 1 (bir) ədəd karton qutu, həmin qutunu açdıqda üzərində böyük hərflərlə “Ruger” yazılmış, içərisi boş olan tapança çantası vardır. “Ruger” markalı tapança, içərisində olan patron darağı, patron və tapança qutusu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi üçün həmin idarənin əməkdaşına təhvil verilmişdir. Avtomobilin sol oturacağının qarşısından – yerdən 1 (bir) ədəd, sağ oturacağın qarşısındakı saxlanc yerindən isə 1 (bir) ədəd "xxxx" MMC-yə aid yol vərəqələri aşkar edilərək götürülmüşdür. Bundan sonra baxışın ətraflı şəkildə davam etdirilməsi və əl-barmaq izlərinin götürülməsi məqsədilə avtomobil evakuator vasitəsilə Bakı şəhəri Nəsimi rayon polis idarəsinin inzibati binasının həyətinə aparılmışdır. İştirakçılarla birlikdə baxışın davam etdirilməsi üçün qeyd olunan ünvana gedilmiş və baxış zamanı avtomobilin sol ön oturacağının altından 1 (bir) ədəd ağ rəngli tibbi maska və 1 (bir) cüt qara rəngli corab aşkar edilərək götürülmüşdür. Daha sonra avtomobilin sağ arxa tərəfindən 2 (iki) ədəd, sol ön hissədəki saxlanc yerindən aşkar edilmiş diskin üzərindən 2 (iki) ədəd, yük yerindən 1 (bir) ədəd, sol qabaq qapının üzərindən 1 (bir) ədəd, sol arxa qapının üzərindən 2 (iki) ədəd, sol qabaq qapının tutacağından 1 (bir) ədəd, tapançanın patron darağının üzərindən 2 (iki) ədəd, tapançanın üzərindən 2 (iki) ədəd, “Bizon” markalı enerji içkisinin dəmir qabının üzərindən 4 (dörd) ədəd əl-barmaq izləri müvafiq qaydada qablaşdırılıb götürülmüş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsi üçün həmin idarənin əməkdaşına təhvil verilmişdir. Bundan başqa avtomobilin oturacaqları üzərində olan çexollar baş, bel və oturacaq hissələri olmaqla hər biri ayrı-ayrılıqda 10 (on) ədəd bağlama şəklində müvafiq qaydada götürülüb qablaşdırılmışdır. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir (Cild 1, 3-36;).

47. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi müstəntiq Yusif Mehdizadə tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v.37;).

48. “Cinayət işini icraata qəbul etmək haqqında” və “Birgə istintaq qrupunun yaradılması haqqında” qərarlardan görünür ki, 10 mart 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun qərarı ilə birgə istintaq qrupu yaradılmış, cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinə göndərilməklə yaradılmış birgə istintaq qrupuna rəhbərlik həmin idarənin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri X38 həvalə edilmiş və həmin tarixdə cinayət işi sonuncu tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v.38-43;).

49. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixli ərizəsi əsasında o, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri ona izah edilmişdir (Cild 1, i.v.46-51).

50. “Götürmə aparılması haqqında” 10 mart 2023-cü il tarixli qərar və bu barədə tərtib edilmiş müvafiq protokol, habelə fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa ərizə ilə müraciət edərək könüllü surətdə təqdim etdiyi hadisə baş verən zaman əynində olmuş 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) ədəd qara rəngli idman köynəyi istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (Cild 1, i.v.58-67;).

51. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 həmin tarixli ərizəsi əsasında o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri ona izah edilmişdir (Cild 1, i.v.71-77;).

52. “Əşyaya baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 hadisə baş verən zaman əynində olmuş 1 (bir) ədəd “Bershka” markalı ağ rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd “Brooklyn” markalı krem rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd “Quik-Max” markalı ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd “Margo” markalı qara-boz rəngli tuman, 1 (bir) ədəd “BDG” markalı ağ-xaki rəngli şalvar, 1 (bir) ədəd “Massimo Dutti” markalı şabalıdı rəngli bel kəməri, 1 (bir) ədəd “Hermes” markalı qara rəngli bel kəməri, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt “Berska” markalı ağ-qara rəngli idman ayaqqabısına baxış keçirilmiş, baxış zamanı geyim əşyalarının üzərilərində zədə və qanabənzər ləkələr olması müəyyən edildiyinə görə iş üçün kəsb etdiyindən həmin əşyalar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (Cild 1, i.v.82-94;).

53. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 10 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixli ərizəsi əsasında iş üzrə zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri ona izah edilmişdir (Cild 1, i.v.98-105).

54. “Əşyaya baxış keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə baş verən zaman əynində olmuş 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol jaket, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) ədəd qara rəngli bel kəmərinə baxış keçirilmiş, baxış zamanı geyim əşyalarının üzərilərində zədə və qanabənzər ləkələr olması müəyyən edildiyinə görə iş üçün əhəmiyyət kəsb etdiyindən həmin əşyalar müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (Cild 1, i.v.111-119;).

55. “Şübhəli şəxs qismində tutma haqqında” protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7 və 228.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri onlara ətraflı şəkildə izah edilmişdir (Cild 1, i.v.137-138; 176-177;).

56. “Götürmə aparılması haqqında” 11 mart 2023-cü il tarixli protokollar və həmin protokollara əalvə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən zaman əynində olmuş 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə və Təqsirləndirilən şəxs2 hadisə baş verən zaman əynində olmuş 1 (bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd ağ rəngli idman köynəyi iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (Cild 1, i.v.211-217; 223-230;).

57. “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 11 mart 2023-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin ağız boşluğundan 1 (bir) ədəd pambıqlı çubuq vasitəsilə epitel hüceyrə nümunələri müvafiq qaydada götürülməklə qablaşdırılmışdır (Cild 1, i.v.231-245;).

58. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 11 mart 2023-cü il tarixli əlavə ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə videoçəkiliş aparılmaqla şübhəli şəxsin özünün iştirakı ilə H.Əliyev adına X57 doğru hərəkət edilmiş, hava limanının qarşısına çatdıqda Təqsirləndirilən şəxs2 əlavə ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə hadisəni törətdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə hava limanına doğru yolda olarkən üzərilərindəki çantada içərisində güllələr olan, Təqsirləndirilən şəxs1 hadisənin törədilməsində istifadə etdiyi tapançaya aid darağın olmasını xatırladığını, hava limanının əməkdaşları tərəfindən yoxlanılan zaman darağın aşkar ediləcəyini bildiyi üçün hava limanına getdikləri taksi avtomobilindən düşdükdən sonra Təqsirləndirilən şəxs1la birlikdə piyada hava limanına doğru hərəkət etdiklərini, üzbəüz istiqamətdə dayandıqda sol tərəfdə – maneənin kənarında ağaclıq sahə olduğunu gördüyünü, oraya yaxınlaşıb darağı çantanın içərisindən çıxararaq ağaclardan birinin dibinə tulladıqlarını, daha sonra Təqsirləndirilən şəxs1la birlikdə hava limanının inzibati binasına daxil olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 göstərdiyi yerə baxış keçirilən zaman oradan 1 (bir) ədəd patron darağı götürülmüş, darağa baxış keçirilən zaman içərisində olan 11 (on bir) ədəd patron ardıcıllıqla çıxarılıb sayılmış və müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin videogörüntüləri 1 ədəd “CD”yə köçürülərək protokola əlavə edilmişdir (Cild 2, i.v.11-12;).

59. “Götürmə aparılması haqqında” 11 mart 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində verdiyi əlavə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı H.Əliyev adına X51 yaxınlığında içərisində 11 (on bir) ədəd patron olan 1 (bir) ədəd patron darağı müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür (Cild 2, i.v.13-16;).

60. “Zaminlik” 6 mart 2023-cü il tarixli 188 nömrəli müqavilədən görünür ki, direktor X45 şəxsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “İcarəyə verən” qismində bir tərəfdən və Təqsirləndirilən şəxs3 “Zamin” qismində digər tərəfdən bağladıqları həmin müqaviləyə əsasən icarəyə götürülmüş “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 6 mart 2023-cü il tarixdən 12 mart 2023-cü il tarixədək müddətli satışı üzrə götürülmüş öhdəliklərlə qeyd olunan avtomobil icarəyə götürülmüşdür (Cild 2, i.v.42-45;).

61. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2023-cü il tarixli, 4(001)- 233/2023 saylı və 4(001)-234/2023 saylı qərarları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etdikləri əməldən peşman olduqlarını bildirmişlər (Cild 2, i.v.192-198; 241-247;).

62. “Gorgud Plaza”nın direktoru X64 tərəfindən verilmiş 11 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsini təqdim edib qeydiyyatdan keçərək mehmanxananın 420 nömrəli otağında 7 mart 2023-cü il tarixdə, saat 02:29-dan 11:58-dək, 505 nömrəli otağında 8 mart 2023-cü il tarixdə, saat 02:59-dan 12:38-dək, 420 nömrəli otağında 9 mart 2023-cü il tarixdə, saat 00:34-dən 11:51-dək, 225 nömrəli otağında 10 mart 2023-cü il tarixdə, saat 01:54-dən 13:09-dək qalmışdır. Təqsirləndirilən şəxs2 sonra müxtəlif qonaqlara 420 nömrəli otaq iki dəfə, 505 nömrəli otaq bir dəfə satılmış, 225 nömrəli otaq isə heç kimə satılmamış, bununla bağlı sənədlər qoşma şəklində məktuba əlavə edilmişdir (Cild 2, i.v. 248-254;).

63. “Mobil telefona baxış keçirilməsi” haqqında 12 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, mobil telefonun modeli “2201117TY”-dir. Mobil telefonun “İMEİ” nömrələri **********66586 və **********66594-dür. Telefonun ekranındakı “Şifrə” bölməsində “5858” şifrəsini yığdıqda ekran açılır. Telefonda olan vaxt və tarix real vaxt və tarixə uyğundur. Telefonun nömrə və mikrokart yuvaları boşdur. İlk öncə mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqi proqramına daxil olunub baxış keçirilərək müəyyən olunmuşdur ki, “şahmar” adı və +7***-***-**-** mobil nömrəsi ilə daxil olunmuşdur. Hesabın profil şəklində “X59, Ölüm bizim üçün son deyil” sözləri yazılmışdır. Proqramın “Mesajlar” bölməsində yalnız 1 mesaj vardır. Belə ki, “Rovsen Emin” adı ilə qeyd olunmuş +90-***-***-**-** mobil nömrəsinin “Whatsapp” hesabından Təqsirləndirilən şəxs1 məxsus hesaba 10 mart 2023-cü il tarixdə, saat 16:46da “Ucduz” məzmunlu mesaj yazılmış, lakin oxunmamışdır. Proqramın zəng tarixçəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan +7***- ***-**-** mobil telefon nömrəsi ilə istifadə edilən “Whatsapp” sosial şəbəkəsindəki hesabdan ilk dəfə 3 sentyabr 2022-ci il tarixdə istifadə edilmiş və saat 23:16-da “vuqar mosqva” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil telefon nömrəsinə həmin sosial şəbəkə vasitəsilə zəng edilmişdir. Həmin sosial şəbəkədə “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus hesaba ilk dəfə 24 fevral 2023-cü il tarixdə, saat 01:08-də zəng edilmiş, ancaq zəngə cavab verilməmişdir. 25 fevral 2023-cü il tarixdə, saat 00:53-də Təqsirləndirilən şəxs1 “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** və “Rovsen Emin” adı ilə qeyd olunmuş +90-***-***-**-** mobil nömrəsi arasında 45 dəqiqə 31 saniyə videozəng vasitəsilə danışıq aparılmışdır. Bundan sonra “Rovsen Emin” adlı hesabdan Təqsirləndirilən şəxs1 27 fevral 2023-cü il tarixdə, saat 13:38-də zəng edilərək 02 dəqiqə 09 saniyə danışıq aparılmış, 28 fevral 2023-cü il tarixdə yenidən zəng edilərək 12 dəqiqə 04 saniyə danışıq aparılmışdır. 2 mart 2023-cü il tarixdə “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 zəng edilsə də, zəngə cavab verilməmişdir. 4 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsi arasında 5 dəfə danışıq aparılmış, 1 dəfə isə zəngə cavab verilməmişdir. 4 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, “Vuqar” adı ilə qeyd olunmuş ***-***-**-** və “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrələri arasında saat 18:30-da 3 dəqiqə 45 saniyə danışıq, yenidən həmin tarixdə saat 18:34-də isə 32 dəqiqə 36 saniyə videozənglə danışıq aparılmışdır. Qeyd olunan sonuncu danışıqdan sonra 5 mart 2023-cü il tarixdə, saat 17:30-dək olan müddətdə Təqsirləndirilən şəxs1 ilə “.vuqarrrrrrrrrrrr” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi arasında 14 danışıq (2 zəngə cavab verilməmiş), “Vuqar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi arasında isə 6 danışıq aparılmış, digər şəxslə hər hansı danışıq aparılmamışdır. 5 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1, “Vuqar” adı ilə qeyd olunmuş ***-***-**-** saylı və “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** saylı mobil nömrə arasında saat 23:46-da 17 dəqiqə 14 saniyə konfrans danışıq aparılmış, sonuncu zəngədək olan müddətdə isə Təqsirləndirilən şəxs1 yalnız “Emin Naxcvan”, “Vuqar” və “.vuqarrrrrrrrrrrr” adlı hesablarla danışmışdır. 6 mart 2023-cü il tarixdə, saat 00:29-dan 8 mart 2023-cü il tarixdə saat 15:57-dək olan müddətdə Təqsirləndirilən şəxs1la “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***- **-** saylı mobil nömrə arasında 46 dəfə danışıq olmuş, 8 dəfə isə zənglərə cavab verilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1la +7***-***-**-** mobil nömrəsi arasında 7 mart 2023-cü il tarixdə, saat 12:10-dan 8 mart 2023-cü il tarixdə, saat 15:45-dək olan müddətdə 29 dəfə danışıq olmuş, 3 dəfə isə zənglərə cavab verilməmişdir. Habelə 8 mart 2023-cü il tarixdə, saat 02:41-də Təqsirləndirilən şəxs1, “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsi və +7***-***-**-** mobil nömrəsi arasında 30 dəqiqə 26 saniyə videozənglə danışıq aparılmışdır. 8 mart 2023-cü il tarixdə, saat 15:57-də Təqsirləndirilən şəxs1 “Emin Naxcvan” adlı hesabla danışdıqdan sonra “Whatsapp” sosial şəbəkəsində sonuncu zəng yalnız 10 mart 2023-cü il tarixdə, saat 20:56 və 20:58-də ***-***-**-** mobil nömrəsindən zəng olunmuş, zənglərə cavab verilməmişdir. Beləliklə, baxış zamanı müəyyən olunmuşdur ki, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs1la “Emin Naxcvan” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsi arasında 24 fevral 2023-cü il tarixdən 8 mart 2023-cü il tarixədək olan müddət ərzində təklikdə 58 dəfə, konfrans formasında isə 5 dəfə danışıq aparılmışdır. Bundan sonra mobil telefonun “Mesajlar” bölməsinə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin bölmədə yalnız telefonda şəbəkə olmayarkən müxtəlif şəxslərdən zəng daxil olmasına dair mesajlar vardır. Mobil telefonun qalareyasına baxış keçirildikdə 30 oktyabr 2022-ci il tarixdə, saat 15:31-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə üzərində “Qardaşoğlu” yazılmış və fotoşəkli əks olunmuş şəxsin qəbrinin yanında şəkil çəkdirdikləri müəyyənləşdirilmişdir. Bundan əlavə 24 fevral 2023-cü il tarixdə, saat 18:50-də və 6 mart 2023-cü il tarixdə, saat 21:56-da baxış keçirilən mobil telefonla Şahid14 məxsus "xxxx" ASC-yə aid “5103 0714 0147 4941” nömrəli bank kartının fotoşəkli çəkilmişdir. Bundan başqa Şahid14 məxsus "xxxx" ASC-yə aid “5103 0714 6141 2237” nömrəli bank kartının 5 mart 2023-cü il tarixdə, saat 17:41-də fotoşəkli çəkilərək “Whatsapp” sosial şəbəkəsi vasitəsilə kiməsə göndərilmişdir. 5 mart 2023-cü il tarixdə, saat 19:59-da “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərilmiş fotoşəkildən görünür ki, həmin tarixdə saat 19:57-də “416974******1780” nömrəli bank kartının hesabından “510307******2237” nömrəli bank kartının hesabına 300 manat pul köçürülmüşdür. 5 mart 2023-cü il tarixli “İMG-20230305-WA0007.jpg” adlı faylda “Whatsapp” sosial şəbəkəsi vasitəsilə +7***-***-**-** mobil nömrəsi ilə aparılmış yazışma əks olunmuşdur, +7***-***-**-** mobil nömrəsinin istifadəçisi saat 20:54-də “Sende silah var. Onu goturecekler” məzmunlu mesaj yazmış, digər şəxs isə “Sen kimsen, bu ne sozdu, birde meni yigma” məzmunlu cavab yazmışdır. 8 mart 2023-cü il tarixdə, saat 15:15-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus xarici pasportların onlara dair məlumatların əks olunduğu səhifəsinin fotoşəkli çəkilmişdir. 10 mart 2023-cü il tarixdə, saat 14:36-da çəkilmiş fotoşəkildə “4098 5844 6407 5959” nömrəli bank kartı əks olunmuşdur. Bundan başqa 8 mart 2023-cü il tarixdə, saat 02:20 radələrində qaranlıq ərazidə aparılmış 6 videogörüntüdən görünür ki, 2 kişi cinsli şəxs arasında silahdan atəş açılması ilə bağlı söhbət aparılmış, şəxslərdən biri adam və avtomobil gəldiyini bildirmişdir. Həmin tarixdə saat 02:22-də 35 saniyədən ibarət sonuncu videoçəkilişdən görünür ki, kişi cinsinə mənsub şəxs digər şəxdən “Atım?” deyə soruşmuş, digər şəxs “at” dedikdən sonra həmin şəxs silahdan 1 dəfə atəş açmış, lakin görüntü qaranlıq olduğundan hansı istiqamətdə və harada atəş açılmasını müəyyən etmək mümkün olmamışdır. Həmin 6 videogörüntü “DVD”-yə köçülürülərək protokola əlavə olunmuşdur. Bundan başqa mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, telefonda “Azeplus” adlı digər “Whatsapp” sosial şəbəkəsinin proqramı olmuş, sonradan silinmişdir. Mobil telefonda nömrə və internet şəbəkəsinə çıxış olmadığından “İnstagram” sosial şəbəkəsinin proqramına daxil olub baxış keçirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi” markalı mobil telefona baxış zamanı istintaq üçün kəsb edəcək başqa heç bir xüsusat müəyyən olunmamışdır. İstintaq üçün kəsb etdiyindən mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinin proqramından ekran görüntüləri (skrinşotlar) çəkilərək protokola əlavə edilmişdir (Cild 3, i.v.66-71;)

64. “Mobil telefona baxış keçirilməsi” haqqında 12 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A33 5G” markalı mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, mobil telefonun qoruyucusunun içərisində Təqsirləndirilən şəxs2 məxsus 10 mart 2023-cü il tarixdə, saat 16:10-da “J29105” aviareysi ilə Bakı şəhərindən Türkiyə Respublikası İstanbul şəhərinə uçuşla bağlı aviabilet talonu vardır. Mobil telefonun “İMEİ” nömrələri 3522xx/xx/720940/4 və 3534xx/xx/720940/4-dür. Telefonun ekranındakı şifrə hissəsində barmağı ekrana toxundurmaqla ardıcıllıqla “4”, “5”, “6”, “8” və “9” rəqəmlərinin üzərində sürüşdürdükdən sonra ekran açılır. Telefonda olan vaxt və tarix real vaxt və tarixə uyğundur. Telefona ***- ***-**-** mobil nömrəsi istifadə olunur. Zəng tarixçəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 10 mart 2023-cü il tarixdə, saat 10:40-da “Sahmar” adı ilə qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edilsə də, zəngə cavab verilməmiş, həmin tarixdə saat 11:29-da yenidən zəng edilərək 29 saniyə danışıq aparılmış, saat 11:38-də ***-***-**- ** mobil nömrəsi zəng etmiş və aralarında 22 saniyə danışıq aparılmışdır. Bundan başqa 10 mart 2023-cü il tarixdə, saat 11:41-də “Seid Nar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsindən zəng gəlmiş və aralarında 02 dəqiqə 25 saniyə danışıq aparılmış, daha sonra saat 15:20-də ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 09 saniyə danışıq aparılmışdır. 10 mart 2023-cü il tarixdə qeyd olunanlardan əlavə danışıq aparılmamışdır. 9 mart 2023-cü il tarixdə, saat 09:22-də “Seid Nar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsindən zəng olunsa da, zəngə cavab verilməmişdir. Həmin tarixdə saat 17:38-də “Komek” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 49 saniyə danışıq aparılmış, həmin tarixdə əlavə danışıq aparılmamışdır. 8 mart 2023-cü il tarixdə “Sahmar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsindən saat 00:23-də zəng vurulsa da zəngə cavab verilməmiş, saat 00:24-də həmin nömrəyə zəng edilmiş, 1 dəqiqə 28 saniyə danışıq aparılmış, həmin tarixdə, saat 12:35-də həmin nömrədən edilmiş zəngə yenidən cavab verilməmişdir. 8 mart 2023-cü il tarixdə, saat 11:38-də ***-***-**-** mobil nömrəsinə zəng edilərək 41 saniyə danışıq aparılmışdır. 8 mart 2023-cü il tarixdə, saat 11:39-da və 11:53-də ***-***-**-** mobil nömrəsinə zəng edilmiş, müvafiq olaraq 01 dəqiqə 11 saniyə və 34 saniyə danışıq aparılmışdır. ***-***-**-** mobil nömrəsindən həmin tarixdə, saat 12:00-də, 12:19-da və 12:24-də zəng edilmiş və müvafiq olaraq 44 saniyə, 29 saniyə və 10 saniyə danışıq aparılmışdır. 8 mart 2023-cü il tarixdə, saat 11:46-da ***-***-**-** mobil nömrəsinə zəng edilsə də, zəngə cavab verilməmişdir. 6 mart 2023-cü il tarixdə “Sahmar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsi ilə baxış keçirilən telefona quraşdırılmış mobil nömrə arasında saat 15:17-dən həmin tarixə saat 18:41-dək olan müddət ərzində 14 dəfə danışıq aparılmışdır. Bundan başqa 6 mart 2023-cü il tarixdə, saat 19:59-da “rentakar masnnn” adı qeyd olunmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş və aralarında 1 dəqiqə 17 saniyə danışıq aparılmışdır. Mobil telefonun “Mesajlar” bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bölmədə iş üçün əhəmiyyət kəsb edən hər hansı mesaj yoxdur. Mobil telefona “Whatsapp” və “Whatsapp Business” sosial şəbəkələrinin proqramları quraşdırılmışdır. İlk öncə “Whatsapp” sosial şəbəkəsinin proqramına daxil olunub baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin sosial şəbəkənin proqramına ***-***-**-** mobil nömrəsi ilə daxil olunmuşdur. Proqramda “Elis Keko” adı ilə qeyd olunmuş +38***-***-**-** mobil nömrəsinə 9 mart 2023-cü il tarixdə saat 23:04-də “başım qarışıb işə gücə, yığaram danışarıq, səsim, sorağım çıxacaq, qaydasına qoyum” məzmunlu audioyazı göndərilmişdir. Bundan başqa “Təranə” adı ilə qeyd olunmuş ***-***- **-** mobil nömrəsi tərəfindən 9 mart 2023-cü il tarixdə saat 23:15-də yazılmış “Sabah səni görmək istəyirəm” məzmunlu mesaja Təqsirləndirilən şəxs2 tərəfindən “insAllah televizorda gorersen)” deyə cavab verilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən saat 23:16-da isə “Deyirem menim yaxsiligim ucun dua etki saba burda olmuyum az-dan basqa hara olur olsu)” məzmunlu mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə, saat 10:34-də “Təranə” adlı hesaba “Sadece sen dua etki bizim ucun her sey yaxsi olsun islerim isdediyim kimi getsin” məzmunlu mesaj göndərmişdir. “Sahmar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs2 məxsus hesaba 6 mart 2023-cü il tarixdə, saat 19:20-də “Rentrr” (***-***-**-**) adlı kontakt, saat 19:35-də isə “ramin renta elvin dostu” (***-***-**-**), “firdosu renta” (+7***-***-**-**) və “inci keleki rentakar” (***-***-**-**) adlı 3 mobil kontakt yöndərilmə üsulu ilə göndərilmişdir. Həmin kontaktları eyni vaxtda “Saxmar” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsi də göndərmişdir. Bundan sonra “Saxmar” adı ilə qeyd olunmuş “+7***-***-**-** mobil nömrəsi ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə aparılan yazışmalara baxış keçirilərək müəyyən edilmişdir ki, “Saxmar” adlı hesab 5 mart 2023-cü il tarixdə, saat 20:00 radələrində “atdi mene pul, 300 manat” məzmunlu mesaj göndərilmişdir. Bundan əlavə “Saxmar” adlı hesabdan Təqsirləndirilən şəxs2 6 mart 2023-cü il tarixdə, saat 08:47-də “indi oyanmışam, yoldayam, Vətəni götürürəm gedirəm ora, 9-da açılır, gedirəm işin dalınca qardaşım, görək neynirik, nə iş görürük, dünən gecə səndən sonra yenə danışdıq, deyir brat görüntüyü zadı başa düşdün” məzmunlu, saat 08:48-də “deyir bir dənə də uşaq var, onu da deyəsən qoşacaqlar bizə, oturub söhbət edəcəyik, baxacayıq da, Emin deyir 2-3 dəfə o da bu işlərlə məşğul olub, işləri aşırdıb, görüb də bu işi, bir də deyir heç kim bilməsin də bu məsələləri, deyirəm olmaz axı, sən maşında otur, mən onunla düşüm yerə tam dəqiqliklə işimizi aşırdaq da brat, bu mənə deyir ki, sən otur rola, Vüqar otursun yanınızda, o da o işi görəndi, deyir sizə özüm qədər arxayınam, siz mənim özümsüz, Vüqar ürəkli uşaqdı, görürəm ki, heç kimə heçnə vermək istəmir, prosto istəyirəm iş dəqiq olsun” məzmunlu audioyazı göndərilmişdir. Daha sonra “Saxmar” adlı hesab ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış yazışmalar zamanı saat 13:50-yə aviabilet alması, hava limanına gəlməsi ilə bağlı audioyazıar göndərilmişdir. “Saxmar” adlı hesabla Təqsirləndirilən şəxs2 arasında aparılan yazışmalar zamanı göndərilmiş mesaj və audioyazılardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 təyyarə ilə Bakı şəhərinə Günay adlı şəxslə birlikdə gəlmiş, həmin tarixdə saat 14:23-də göndərilmiş audioyazıda Günay adlı şəxs Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təhvil verəcəyini bildirmişdir. “Saxmar” adlı hesab “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Təqsirləndirilən şəxs2 6 mart 2023-cü il tarixdə, saat 17:48-də “Şərq bazarı”nın yaxınlığındakı “40°23'19.6"N, 49°51'20.3"E” koordinatını, saat 22:49-da Abşeron rayonu Novxanı qəsəbəsi ərazisindəki “40°31'35.1"N, 49°46'59.8"E” koordinatını, 7 mart 2023-cü il tarixdə saat 00:27-də Bakı şəhəri Binəqədi rayonu S.Bəhlulzadə küçəsində yerləşən “Premium Dental” klinikasının koordinatını, saat 11:42-də və 19:19-da “Şərq bazarı”nın yaxınlığındakı Ə.Əlizadə küçəsində olan “40°23'22.5"N”, “49°51'20.7"E” koordinatını yönləndirmə üsulu ilə göndərmişdir. “Whatsapp” sosial şəbəkəsinin zəng tarixçəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə saat 00:14-də, 01:21-də və 10:40-da olmaqla, 3 dəfə “Saxmar” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsinə zəng etmiş, müvafiq olaraq 02 dəqiqə 57 saniyə, 05 dəqiqə 35 saniyə danışıq aparılmış, sonuncu zəngə isə cavab verilməmişdir. “Saxmar” adlı hesabdan həmin tarixdə saat 02:23-də zəng edilmiş, “Saxmar”, Təqsirləndirilən şəxs2 və +7***-***-**-** mobil nömrəsi arasında 17 saniyə konfrans danışıq aparılmışdır. “Saxmar” adlı hesab yenidən həmin tarixdə saat 12:03-də Təqsirləndirilən şəxs2 zəng edib 12 dəqiqə 48 saniyə danışıq aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus mobil telefona quraşdırılmış “Whatsapp Business” sosial şəbəkəsinin proqramına daxil olunub baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin proqrama ***-***-**-** mobil nömrəsi ilə daxil olunmuşdur. Proqramda ***-***-**-** mobil nömrəsi 10 mart 2023-cü il tarixdə saat 18:21də “Noldu seid deyir tez elesin” məzmunlu mesaj göndərildiyi qeyd olunmuşdur, digər mesajlar iş üçün əhəmiyyət kəsb etmir. “Whatsapp Business” sosial şəbəkəsinin zəng tarixçəsinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, +7928-051-7-76 saylı mobil nömrə hesabı ilə Təqsirləndirilən şəxs2 arasında 10 mart 2023-cü il saat 10:08-dən saat 14:22dək olan müddət ərzində 7 dəfə danışıq aparılmış, 1 zəngə isə cavab verilməmişdir. Bundan əlavə “Saxmar” adlı hesabdan həmin tarixdə saat 13:42-də zəng daxil olmuş və 7 saniyə danışıq aparılmışdır. Bundan başqa +7***-***-**-** mobil nömrəsi ilə istifadə olunan hesabla Təqsirləndirilən şəxs2 arasında 10 mart 2023-cü il tarixdə saat 15:14-dən saat 16:40-dək olan müddətdə 4 dəfə danışıq aparılmış, 3 dəfə zənglərə cavab verilməmiş, saat 16:22-də isə +7***-***-**-**, +90***-***-**-** və Təqsirləndirilən şəxs2 arasında konfrans danışıq aparılmışdır. 10 mart 2023-cü il, saat 16:50-də +90***-***-**-** tərəfindən daxil olmuş zəngə cavab verilməmişdir. Bundan sonra telefonun qalareyasına baxış keçirilərkən müəyyən edilmişdir ki, 07 mart 2023-cü il tarixdə saat 01:04-də çəkilmiş 01 dəqiqə 07 saniyədən ibarət “20230307_010349.mp4” adlı videogörüntüdə avtomobil hərəkətdə olarkən Emin Naxçivanski haqqında yazılmış mahnıya qulaq asılmışdır. 09 mart 2023-cü il tarixdə saat 20:16-da “Ay işığı” şadlıq sarayının qarşısında dayanacaqda olan avtomobilin içərisindən 26 saniyədən ibarət “VİD-20230309-WA0002.mp4” adlı videogörüntü çəkilmişdir. Həmin videogörüntüdə bir şəxs (Təqsirləndirilən şəxs2 olması ehtimal olunur) mobil telefonun videokamerası vasitəsilə video çəkərək restoranın qapısı ilə avtomobil arasında az məsafə olduğunu, ərazidə avtomobillərin çox olduğunu, bir avtomobil ön və arxaya doğru hərəkət edildiyi halda “bu”na heç nə edə bilməyəcəklərini bildirmişdir. Həmin tarixdə saat 20:17-də çəkilmiş videogörüntüdə eyni şəxs “Ay işığı” şadlıq sarayının qarşısındakı dayanacaqda yenidən video çəkərək ətrafı göstərmiş və ətrafda avtomobillərin çox olduğunu, çıxmaq ehtimalı olmadığını bildirmiş, həmin videogörüntüdə başqa bir kişi cinsli şəxsin səsi eşidilmiş, ancaq səs aydın olmadığından nə danışdığını müəyyən etmək mümkün olmamışdır. Həmin 3 ədəd videogörüntü diskə əlavə olunmaqla protokola əlavə edilmişdir. Bundan sonra telefona quraşdırılmış “Uber” tədbiqinə daxil olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə saat 15:20-də M.Əmirov küçəsi 106 ünvanına taksi sifariş etmiş, “Honda İnsight” markalı Az **-FK-*** dövlət qeydiyyat nişanlı taksi sifariş edərək Bakı Hava Limanının 1-ci terminalına getmişdir. Mobil telefonun internet şəbəkəsinə çıxışı olmadığından “TikTok” sosial şəbəkəsinin proqramına daxil olunub baxış keçirmək mümkün olmamış, digər sosial şəbəkələr üzrə isə hesablar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Sansung Galaxy A33 5G” markalı mobil telefona baxış zamanı istintaq üçün kəsb edəcək başqa heç bir xüsusat müəyyən olunmamışdır. İstintaq üçün kəsb etdiyindən mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinin proqramından ekran görüntüləri (skrinşotlar) çəkilərək protokola əlavə edilmişdir (Cild 3, i.v 76-82;).

65. “Götürmə aparılması haqqında” 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə ünvan 10 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın yan tərəfinə gedib sonuncunun həmin binanın birinci kompleksdən çıxarkən cinayət hadisəsini törətmələri, eləcə də 8 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 eyni məqsədlə yaşayış kompleksinin üçüncü mərtəbəsində yerləşən “1ST Fitness&SPA” adlı idman mərkəzinə getməsinə dair idman mərkəzinin videomüşahidə kameraları tərəfindən 8 mart 2023-cü il və 10 mart 2023-cü il tarixlərdə qeydə alınmış videogörüntülər götürülmüşdür. Belə ki, 8 mart 2023-cü il tarixdə kompleksin sol tin divarında avtomobil yolu istiqamətində quraşdırılmış 71 nömrəli kameranın saat 15:34:20-dən saat 23:39:46dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_71_00” və “cam_71_01” adlı 2 faylda, kompleksin sağ tin divarında səki və avtomobil yolu istiqamətində quraşdırılmış 77 nömrəli kameranın saat 16:24:42-dən saat 19:03:59-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_77_00” və “cam_77_01” adlı 2 faylda, kompleksin sağ tin divarında avtomobil yolu istiqamətində quraşdırılmış 83 nömrəli kameranın saat 15:30:43-dən saat 18:51:46-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_83_00”, “cam_83_01” və “cam_83_02” adlı 3 faylda, kompleksə giriş-çıxış qapısının üzərində binanın qarşısı və avtomobil yolu istiqamətində quraşdırılmış 85 nömrəli kameranın saat 15:03:17-dən saat 20:49:13-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_85_00”, “cam_85_01” və “cam_85_02” adlı 3 faylda, kompleksin birinci mərtəbəsində “Reception” bölməsinin üzərində kompleksin içərisi istiqamətində quraşdırılmış 86 nömrəli kameranın saat 08:23:04-dən 09 mart 2023-cü il tarixə saat 00:12:05-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_86_00” və “cam_86_01” adlı 2 faylda, kompleksin birinci mərtəbəsində içəridə giriş-çıxış qapısının üzərində kompleksin içərisi istiqamətində quraşdırılmış 87 nömrəli kameranın saat 15:29:32-dən saat 22:15:14-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_87_00” adlı 1 faylda, kompleksin birinci mərtəbəsində liftin üzərində liftin qarşısı və gözləmə yeri istiqamətində quraşdırılmış 92 nömrəli kameranın saat 13:11:35-dən 23:05:10-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_92_00” adlı 1 faylda, kompleksin birinci mərtəbəsində turniketlərin üzərində turniketlər istiqamətində quraşdırılmış 96 nömrəli kameranın saat 15:34:32-dən 09 mart 2023-cü il saat 06:54:28-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_96_00” adlı 1 faylda, kompleksin birinci mərtəbəsində gözləmə yerinin üzərində “Reception” bölməsi istiqamətində quraşdırılmış 99 nömrəli kameranın saat 09:41:28-dən 09 mart 2023-cü il tarixə saat 07:18:48-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_99_00” və “cam_99_01” adlı 2 faylda, kompleksin sağ tərəfində avtomobil yolu istiqamətində quraşdırılmış 32 nömrəli kameranın saat 18:24:42-dən saat 18:25:37-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_32_00” adlı 1 faylda, 08 mart 2023-cü il tarixdə kompleksin üçüncü mərtəbəsində fəaliyyət göstərən “1ST Fitness&SPA” adlı idman mərkəzinin liftinin üzərində lift istiqamətində quraşdırılmış “Lift 1 mertebe” adlı kameranın saat 16:36:58-dən saat 17:17:58-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Lİft 1 mertebe-8 Mart-16_37-17_17” adlı 1 faylda, “1ST Fitness&SPA” adlı idman mərkəzinin “Reception” bölməsinin üzərində turniketlər istiqamətində quraşdırılmış “Reception 1” adlı kameranın saat 16:36:56-dan saat 17:17:55-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Reseption 1-8 Mart-16_37-17_172 adlı 1 faylda, 10 mart 2023-cü il tarixdə kompleksin sol tin divarından arxası tərəfə istiqamətində quraşdırılmış “İP 20” nömrəli kamerada saat 12:26:28-dən saat 15:41:44-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_20_00” adlı 1 faylda, kompleksin arxa tərəfində yerləşən “D” blokununun giriş-çıxış qapısının üzərində səki və yol istiqamətində quraşdırılmış “İP 22” nömrəli kameranın saat 12:03:55-dən saat 17:46:09-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_22_00” və “cam_22_01” adlı 2 faylda, kompleksin sol divarı tərəfdən avtomobil yolu istiqamətində quraşdırılmış “İP 23” nömrəli kameranın saat 12:38:06-dan saat 17:25:27-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_23_00” və “cam_23_01” adlı 2 faylda, kompleksin sol divarından binanın qarşısı tərəfdə birinci mərtəbədə yerləşən ictimai iaşə obyektləri istiqamətində quraşdırılmış “İP 34” nömrəli kameranın saat 13:04:41-dən saat 18:07:51-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_34_00” və “cam_34_01” adlı 2 faylda, kompleksin arxa tərəfində yerləşən “B” blokunun giriş-çıxış qapısının üzərində səki və yol istiqamətində quraşdırılmış 60 nömrəli kameranın saat 14:15:39-dan saat 16:32:17-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_60_00” adlı 1 faylda, kompleksin sol tin divarından S.Vurğun küçəsi istiqamətində quraşdırılmış 71 nömrəli kameranın saat 12:52:42-dən saat 16:51:20-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_71_00”, “cam_71_01” və “cam_71_02” adlı 3 faylda, kompleksin arxa tərəfində yerləşən “B” və “D” bloklarının ortasında generator və yol istiqamətində quraşdırılmış 74 nömrəli kameranın saat 11:06:34-dən saat 17:53:50dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_74_00” və “cam_71_01” adlı 2 faylda, kompleksin sağ tin divarında səki və avtomobil yolu istiqamətində quraşdırılmış 77 nömrəli kameranın saat 13:54:11-dən saat 15:55:30-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_77_00”, “cam_77_01” və “cam_77_02” adlı 3 faylda, kompleksin arxa tərəfində yerləşən “B” blokunun tinindən binanın aşağı hissəsində yerləşən avtomobil dayanacağı istiqamətində quraşdırılmış 82 nömrəli kameranın saat 10:51:36-dan saat 17:59:48-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_82_00” və “cam_82_01” adlı 2 faylda, kompleksə giriş-çıxış qapısının üzərində binanın qarşısı və avtomobil yolu istiqamətində quraşdırılmış 85 nömrəli kameranın saat 10:54:59-dan saat 16:29:20-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_85_00”, “cam_85_01”, “cam_85_02” və “cam_85_03” adlı 4 faylda, kompleksin birinci mərtəbəsində “Reception” bölməsinin üzərində kompleksin içərisi istiqamətində quraşdırılmış 86 nömrəli kameranın saat 11:51:42-dən saat 15:56:34-dək olan müddətdə qeydə aldığı videogörüntülər “cam_86_00” adlı 1 faylda, 10 mart 2023-cü il tarixdə kompleksin üçüncü mərtəbəsində yerləşən “1ST Fitness&SPA” adlı idman mərkəzinin kardio zalının giriş-çıxış qapısının üzərində quraşdırılmış “Cardio 1” adlı kameranın saat 12:39:58-dən saat 14:05:58-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Cardio - 1” adlı 1 faylda, idman mərkəzinin fitnes zalının giriş-çıxış qapısının üzərində quraşdırılmış “Fitness 13” adlı kameranın saat 12:33:00-dan saat 12:36:57-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Fitness 13- 1” adlı 1 faylda, idman mərkəzinin fitnes zalının giriş-çıxış qapısının üzərində quraşdırılmış “Fitness 13” adlı kameranın saat 14:02:57-dən saat 14:03:04-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Fitness 13-2” adlı 1 faylda, idman mərkəzinin fitnes zalının girişçıxış qapısının üzərində quraşdırılmış “Fitness 13” adlı kameranın saat 14:15:59-dan saat 14:16:16-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Fitness 13-3” adlı 1 faylda, idman mərkəzinin kafesinin içərisində quraşdırılmış “Kafe 1” adlı kameranın saat 12:33:00dan saat 12:35:06-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Kafe 1” adlı 1 faylda, idman mərkəzinin liftinin üzərində quraşdırılmış “Lift 1 mertebe” adlı kameranın saat 14:16:57-dən saat 14:20:58-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Lift 1 mertebe-1” adlı 1 faylda, idman mərkəzinin soyunub-geyinmə otağının içərisində quraşdırılmış “Men rooms” adlı kameranın saat 12:34:57-dən saat 12:40:59-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Men rooms-1” adlı 1 faylda, idman mərkəzinin soyunub geyinmə otağının içərisində quraşdırılmış “Men romms” adlı kameranın saat 12:34:57-dən saat 12:40:59-a dək olan müddətdə qeydə alınmış videogörüntülər “Men rooms-1” adlı 1 faylda, idman mərkəzinin soyunub-geyinmə otağının içərisində quraşdırılmış “Men rooms” adlı kameranın saat 14:04:57-dən saat 12:21:01-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Men rooms-2” adlı 1 faylda, idman mərkəzinin “Reception” bölməsinin üzərində quraşdırılmış “Reseption 1” adlı kameranın saat 12:29:59-dan saat 12:33:00-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Reseption- 1” adlı 1 faylda, idman mərkəzinin turniketlərinin üzərində quraşdırılmış “Reseption turniket” adlı kameranın saat 14:16:57-dən saat 14:20:58-dək olan müddətdə qeydə aldığı videogörüntülər “Reseption turniket-1” adlı 1 faylda götürülüb 1 ədəd diskdə cinayət işi materiallarına əlavə edilmişdir (Cild 3, i.v.102-106;).

66. ““Vurğun residence” yaşayış kompleksinin müşahidə kameraları görüntülərinə baxış keçirilməsi haqqında” protokollardan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hadisə baş verən gün, yəni 10 mart 2023cü il tarixdə, saat 14:07:55 saniyədə “Vurğun Residence” yaşayış kompelskinin yan tərəfində yerləşən yol ilə binanın qarşısına doğru hərəkət etmiş, bu zaman Təqsirləndirilən şəxs2 əynində ağ papaqlı gödəkçə, üzündə isə maska olmuş, Təqsirləndirilən şəxs1n başında papaq, çiynində belində idman çantası olmuş, onlar 14:07-dən 14:24:32-ə qədər binanın küncündə dayanmış, çantanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 vermiş, 14:24:46-da Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ayrılaraq binadan çıxmaqda olan Zərərçəkmiş şəxs1 doğru hərəkət etmiş, 14:24:47-də Təqsirləndirilən şəxs1 əlində olan silahla Zərərçəkmiş şəxs1 doğru atəş açmağa başlamış, 14:24:51-də geri qayıdaraq Təqsirləndirilən şəxs2lə birgə binanın yan tərəfində olan yol ilə (hadisə yerinə gəldikləri yol) qaçaraq oradan uzaqlaşmışlar (Cild 3, i.v 111-180;).

67. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13-14 mart 2023cü il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 11 mart 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxsin özünün və müdafiəçisinin iştirakı ilə Bakı şəhəri Nəsimi rayonu S.Vurğun prospekti 70 ünvanında yerləşən “Vurğun Residence” adlı binanın qarşısında yerləşən hadisə yerinə, həmçinin təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi yerlərə gedilmiş, ifadəsində göstərdiyi xüsusatlar təqsirləndirilən şəxsin özünün iştirakı ilə yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs2 törətdiyi hadisəni mümkün qədər əyani şəkildə təsvir etmişdir. İstintaq hərəkətinin videogörüntüləri 1 ədəd “CD”yə köçürülərək protokola əlavə edilmişdir (Cild 3, i.v.192-198;).

68. “Mobil telefona baxış keçirilməsi haqqında” 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilərkən müəyyən olunmuşdur ki, mobil telefonun qoruyucusunun içərisində “Leobank” mobil bankına aid “4098 5844 6407 5959” nömrəli plastik bank kartı vardır. Mobil telefonun “İMEİ” nömrələri **********09638/00 və **********09646/00-dır. Telefonun ekranındakı “Şifrə” bölməsində “6606” şifrəsini yığdıqda ekran açılır. Telefonda olan vaxt və tarix real vaxt və tarixə uyğundur. İlk öncə telefonun zəng tarixçəsinə baxış keçirilərək müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 mobil telefonuna quraşdırılmış, istintaqa dəqiq məlum olmayan mobil nömrə ilə “Sahmar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrə arasında 6 mart 2023-cü il tarixdə, saat 15:17-dən saat 18:42-dək olan müddətdə 7 dəfə danışıq aparılmış, saat 18:41-də olan zəngə isə cavab verilməmişdir. 6 mart 2023-cü il tarixdə, saat 19:59-da “rentakar masnnn” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə zəng edilərək 1 dəqiqə 17 saniyə danışıq aparılmışdır. 7 mart 2023-cü il tarixdə, saat 19:53-dən saat 20:56-dək olan müddətdə ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 arasında 4 dəfə danışıq aparılmış, 3 zəngə isə cavab verilməmişdir. 7 mart 2023-cü il tarixdə, saat 14:03-də Təqsirləndirilən şəxs2 tərəfindən ***-***-**-** mobil nömrəsinə zəng edilmiş və 49 saniyə danışıq aparılmışdır. Təqsirləndirilən şəxs2 “Seid Nar” adı ilə qeyd olunmuş ***-***- **-** mobil nömrəsinə 7 mart 2023-cü il tarixdə, saat 15:43-də zəng edərək 52 saniyə danışıq aparmış, həmin tarixdə saat 17:10-da, 18:13-də və 18:14-də zənglərə cavab verilməmişdir. Həmçinin həmin tarixdə saat 18:14-də daxil olmuş zəng zamanı 1 dəqiqə 27 saniyə danışıq aparılmışdır. 8 mart 2023-cü il tarixdə saat 17:26-da aralarında 53 saniyə, 09 mart 2023-cü il tarixdə saat 09:24-də 2 dəfə olmaqla, 07 saniyə və 02 dəqiqə 06 saniyə danışıq aparılmışdır. “Sahmar” adı ilə qeyd olunmuş ***-***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs2 tərəfindən 8 mart 2023-cü il tarixdə saat 00:24-də zəng edilərək 01 dəqiqə 28 saniyə danışıq aparılmış, həmin tarixdə saat 12:35-də, 16:14-də və 16:17-də “Sahmar” tərəfindən edilmiş zənglərə cavab verilməmişdir. 9 mart 2023-cü il tarixdə saat 22:42-də “Sahmar” tərəfindən edilmiş zəng zamanı 08 saniyə danışıq aparılmışdır. ***-***- **-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 arasında 06 mart 2023-cü il tarixdə saat 17:56-da 50 saniyə, 08 mart 2023-cü il tarixdə saat 20:24-də 01 dəqiqə 36 saniyə, həmin tarixdə saat 21:32-də 07 saniyə danışıq aparılmışdır. Mobil telefonun “Mesajlar” bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bölmədə iş üçün əhəmiyyət kəsb edən hər hansı mesaj yoxdur. Mobil telefonun qalereyasına baxış keçirilərkən müəyyən olunmuşdur ki, 30 oktyabr 2023-cü il tarixli fotoşəkildə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində “Qardaşoğlu” yazılmış və fotoşəkil əks olunmuş şəxsin qəbrinin yanında şəkil çəkdirmişlər. Bundan sonra mobil telefona quraşdırılmış “İnstagram” sosial şəbəkəsinin proqramına daxil olunub baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 mobil tədbiqə “_vugar_075” və “qpdie____” adlı hesablarla daxil olmuşdur. Hər iki hesabın “Mesaj” bölməsinə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Redmi” markalı mobil telefona baxış zamanı istintaq üçün kəsb edəcək başqa heç bir xüsusat müəyyən olunmamışdır. İstintaq üçün kəsb etdiyindən mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinin proqramından ekran görüntüləri (skrinşotlar) çəkilərək protokola əlavə edilmişdir (Cild 3, i.v. 226-227;).

69. “Avtomobilə baxış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, “Hyundai Elantra” markalı Az **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, avtomobilin ön sol hissədə sol qabaq qapının aşağı kənarından 130 millimetr yuxarıda, ön son kənarından 3,65 santimetr arxada 1 ədəd 18x15 millimetr ölçüdə dəlib keçən zədə vardır. Həmin zədənin davamı olaraq qapının içəri tərəfində plastmas materialdan hazırlanmış örtüyün üzərində 1 ədəd 19x8 millimetr ölçüdə dəlib keçən zədə vardır. Həmin zədənin davamı olaraq avtomobilin ön sol qapısının plastmas materialdan hazırlanmış örtüyünün aşağı son kənarından 10 millimetr yuxarıda 1 ədəd 20x7 millimetr ölçüdə dəlib keçən zədə vardır. Həmin zədənin davamı olaraq plastmas materialdan hazırlanmış hissənin aşağı son kənarından 50 millimetr yuxarıda 1 ədəd 19x10 millimetr ölçüdə dəlib keçən zədə vardır (Cild 3, i.v 255-258;).

70. “Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı, “2201117TY” model, “İMEİ” nömrələri “**********66586” və “**********66594” olan mobil telefona əlavə baxış keçirilməsi haqqında” 5 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin mobil telefonun yaddaşında olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, qaranlıq şəraitdə avtomobilin içərisində musiqi fonunda çəkildiyi anlaşılan 35 saniyə müddətində davam edən həmin videogörüntüdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında aşağıdakı məzmunda dialoq baş tutmuşdur: Təqsirləndirilən şəxs1: Atım? Təqsirləndirilən şəxs2: Bax o üzə, eşiyə bax. At. Ya Allah. Təqsirləndirilən şəxs1: Atmır, brat. Təqsirləndirilən şəxs2: At. Təqsirləndirilən şəxs1: Tətiyi sıxıram, bax. Təqsirləndirilən şəxs2: Onda ötür. Gözlə. Dart. Ay sağ ol, ötür. Dart, ötür. Təqsirləndirilən şəxs1: Düşdü ora. Təqsirləndirilən şəxs2: Ötür. Yerə düşdü? Təqsirləndirilən şəxs1: Əlimdədir. Təqsirləndirilən şəxs2: Qəşəng “zarejat” elə də, bratan. Ötür. Təqsirləndirilən şəxs1: (Fonda silahın qaytarma yayının çəkilməklə atəşə hazır vəziyyətə gətirilməsinin səsi eşidilir) Bir dənəsini ötürdüm, deyəsən, yerinə. Üç dənə mərmi çıxdı. Təqsirləndirilən şəxs2: Üç dənə mərmi çıxdı. Dayan bir dənə. Yerə, ora bax gör mərmidir o? Təqsirləndirilən şəxs1: Yox, yox, yox. Təqsirləndirilən şəxs2: Yoxdur, heç nə? Gözlə. (Bu zaman odlu silahdan bir dəfə atəş açılmasının səsi eşidilir) Təqsirləndirilən şəxs1: Getdik, brat. (Cild 4, i.v 94-95)

71. “Baxış keçirilməsi haqqında” 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, 10 aprel 2023-cü il tarixdə Baş Prokurorluğunun İstintaq idarəsinə daxil olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 5 aprel 2023cü il tarixli 3-13-3/2-53571/2023 nömrəli məktubla göndərilmiş bir ədəd diskə baxış keçilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” sisteminin videoqeydiyyat vasitələri tərəfindən qeydə alınmış AZ** HH ***, AZ ** PC ***, AZ ** SG *** və AZ ** VX *** dövlət qeydiyyat nişanlı avtomobillərin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan hərəkətləri barədə məlumatlar təqdim edilmişdir. Cinayət işinin materiallrından göründüyü kimi, Şahid6 “Khazar” markalı ağ rəngli **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə, taksi sürücüsü kimi fəaliyyət göstərir və xx.xx.2023-cü il tarixdə tənginəfəs və həyəcanlı halda ona yaxınlaşmış iki nəfər şəxsi Bakı şəhəri, X11 restoranının yaxınlığına aparmışdır. **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdə hərəkətlərinə dair cədvəldən görünür ki, həmin avtomobil xx.xx.2023-cü il tarixdə, saat 14:41-də Bakı şəhəri X101 parkı yaxınlığında Vaqif prospektivə “Gənclik” metrostansiyası istiqamətində yerləşdirilmiş “NTS6” adlı qara kamerası vasitəsilə, həmin gün saat 14:46-da isə Bakı şəhəri Təbriz küçəsi ilə F.Məmmədov küçəsinin kəsişməsində, “28 MAY” metrostansiyası istiqamətində quraşdırılmış “QİS6” adlı kamera vasitəsilə fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, “Hyundai Elantra” markalı boz rəngi **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs3 tərəfindən xx.xx.2023-cü il tarixdə “RENT A CAR 85” adlı şirkətdən icarəyə götürülmüş, həmin avtomobillə ilk öncə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 izlənilmiş. Daha sonra isə həmin avtomobil Təqsirləndirilən şəxs3 tərəfindən Novxanı qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təhvil verilmiş və sonuncular həmin avtomobillə Zərərçəkmiş şəxs1 istifadəsində olan **-XZ-*** dovlət qeydiyyat nişanlı avtomobili izləmiş, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 18 ünvanında yerləşən “Vurğun Residens” adlı binanın yaxınlığına gələrək, Zərərçəkmiş şəxs1 həmin gün saat 14:24-də öldürməyə cəhd etmiş, daha sonra isə həmin avtomobillə hadisə yerindən uzaqlaşmışlar. Baxış zamanı həmin halların öz təsdiqini tapdığı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hərəkətlərinə dair cədvəl çap edilərək protokola əlavə edilmişdir. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil, sonuncu və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 istifadəsində olmuş **- XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili izləmişdir (həmin tarixdə saat 12:20-də Bakı şəhəri H.Hacıbəyli küçəsi ilə Təbriz küçəsinin kəsişməsində, “28 May” metrostansiyası istiqamətində gedən zaman qeyd edilən avtomobilin foto şəkili çəkilmişdir). Həmin hal Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 ilə birlikdə “Hyundai Elantra” markalı boz rəngi **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş “X92” markalı qara rəngli **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobili izləmələri bir daha təsdiq edir. Həmçinin müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı boz rəngi **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil 6 mart 2023-cü il tarixdə, saat 21:30-dan sonra Novxanı qəsəbəsi istiqamətində hərəkət edir, daha sonra isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixə keçən gecə, xx.xx.2023-cü il tarixdə saat 00:01-də Abşeron rayonu Saray qəsəbəsi Yeni Yol 4-cü kilometrində Xırdalan şəhəri istiqamətində quraşdırılmış kameranın əhatəsinə, saat 00:14-də Bakı-Quba yolunun 15-ci kilometrində Bakı şəhəri istiqamətində quraşdırılmış kamera əhatəsinə və saat 00:19-da Bakı-Quba yolu 8-ci kilometrində Bakı şəhəri istiqamətində quraşdırılmış kamera əhatəsinə düşərək, Bakı şəhəri istiqamətində hərəkət edir. Bundan başqa, “Hyundai Elantra” markalı boz rəngi **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı evinin yaxınlığında ünvan 22 ünvanlarda quraşdırılmış kameraların, habelə sonuncunun idman etmək üçün getdiyi ünvan 18 ünvanında yerləşən “Vurğun Residens” adlı binanın yaxınlığında S.Vurğun küçəsində və digər ünvanlarda quraşdırılmış kameraların əhatəsinə düşmüşdür. Bu da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 idarə etdikləri “Hyundai Elantra” markalı boz rəngi **-VX- *** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxsin yaşadığı və idman etdiyi binaların ətrafında hərəkət etməklə, onu izləmələrini bir daha təsdiq edir. Bundan əlavə, cinayət işinin materiallrından göründüyü kimi, “Hyundai Accent” markalı tünd boz rəngi **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs2 sahibliyi və istifadəsində olmuşdur. Təqsirləndirilən şəxs2 həmin avtomobillə xx.xx.2023-cü il tarixdə “Heydər Əliyev adına X57” gedərək, orada Bakı şəhərinə gəlmiş Təqsirləndirilən şəxs1 qarşılamış, daha sonra onu Bakı şəhəri Nərimanov rayonu ərazisinə, yəni sonuncunun Təqsirləndirilən şəxs3 ilə görüşəcəkləri yerə aparmış, sonra Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 həmin avtomobillə Novxanı qəsəbəsinə gedərək, orada Təqsirləndirilən şəxs3 “Hyundai Elantra” markalı boz rəngi **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobili və silahı qəbul edib, yenidən Bakı şəhərinə qayıtmışdırlar. Həmçinin Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 “Hyundai Accent” markalı tünd boz rəngi **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək, “Qaraçuxur” deyilən ərazi istiqamətində gedərək, orada əldə etdkləri silahın sazlığını yoxlamışdırlar. Daha sonra da qeyd olunan avtomobillə Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında hərəkət edib, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etdikdən sonra Bakı şəhərini tər etməkdən ötrü “Heydər Əliyev adına X57” getmək üçün istifadə edib, həmi avtomobili Bakı şəhəri Sabunçu rayonu “Bakıxanov” ərazisində yolun kənarında saxlamışlar. Baxış zamanı **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində hərəkət trayektoriyasından qeyd edilən hallar öz təsdiqini tapmışdır. Eyni zamanda baxış zamanı “Hyundai Accent” markalı tünd boz rəngi **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı evinin yaxınlığında ünvan 22 ünvanlarda quraşdırıldmış kameraların, habelə sonuncunun idman etmək üçün getdiyi ünvan 18 ünvanında yerləşən “Vurğun Residens” adlı binanın yaxınlığında S.Vurğun küçəsində və digər ünvanlarda quraşdırılmış kameraların əhatəsinə düşməsi müəyyən edilmişdir ki, həmin faktlar da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkət etdikləri, Təqsirləndirilən şəxs2 sahibliyi və istifadəsində olmuş “Hyundai Accent” markalı tünd boz rəngi **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə zərərçəkmiş şəxsin yaşadığı və idman etdiyi binaların ətrafında hərəkət etməklə, onu izləmələrini bir daha təsdiq edir. Bundan əlavə, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş “KİA Cerato” markalı qara rəngli **- SG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı evinin yaxınlığında ünvan 22 ünvanlarda quraşdırılmış kameraların əhatəsinə düşmüşdür. Bu da Təqsirləndirilən şəxs3 həmin avtomobillə zərərçəkmiş şəxsin yaşadığı binaların ətrafında hərəkət etməklə, onu izləməsini bir daha təsdiq edir. Bundan əlavə hər üç avtomobil, yəni “KİA Cerato” markalı qara rəngli **-SG-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Accent” markalı tünd boz rəngi **-HH-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Elantra” markalı boz rəngi **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillər 04 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri Nərimanov rayonu ərazisində, Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında eyni ünvanlarda kameraların əhatə dairəsində olmuşlar (Cild 4, i.v 122-142;).

72. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş “Məhkəmə-daktiloskopik ekspertizası” üzrə 6 aprel 2023-cü il tarixli 23/262R nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş Şahid21, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 daktiloskopik xəritələrinin surətləri tədqiqat üçün yararlıdır. 10 mart 2023-cü il tarixdə ünvan 23 ünvanında vətəndaş Zərərçəkmiş şəxs1 öldürməyə cəhd faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 18 ədəd yapışqanlı lent kəsikləri üzərilərində olan 3 ədəd əl-barmaq və 1 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 1 ədədi xx xxxxxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs3 sağ əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən ümumilikdə 2 ədəd əl-barmaq və 1 ədəd ovuc izi Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin ADİSin məlumat bankında olan şəxslərin, o cümlədən təqdim edilmiş Şahid21, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əl-barmaq və ovuc izi ilə eynilik müəyyən edilməmişdir (Cild 4, i.v 160-171)

73. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş “Məhkəmə-genetik ekspertizası üzrə” 13 aprel 2023-cü il tarixli 23/289R nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerinə baxış zamanı “VAZ- 21099” markalı Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildən 8-10 metr məsafədə səki üzərindən qanabənzər maddələr hopdurulmuş 3 ədəd tampon, “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfində rezin ayaqaltı üzərindən qanabənzər maddələr hopdurulmuş 3 ədəd tampon, avtomobilin qarşısından götürülmüş üzərində qanabənzər ləkələr olan 1 ədəd salfet, avtomobilin sağ arxa oturacağından götürülmüş 1 ədəd göy rəngli cins şalvarın sol cibinin içərisində qanabənzər ləkələr, Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd “Modagen” markalı bej rəngli puloverin arxa ətək hissəsi, 1 ədəd “Bershka” markalı ağ rəngli gödəkçənin cib hissəsi, sağ qolunun bilək hissəsi, arxa ətək hissəsi və sol arxa kürək hissəsi, 1 ədəd “Quik-Max” markalı ağ rəngli köynəyin sol qolu, 1 ədəd qara-boz rəngli tuman, 1 ədəd ağxaki rəngli şalvarın bel hissəsi, ön hissəsi, sağ ayaq hissəsi və sol ayaq hissəsi, 1 cüt “Bershka” markalı ayaqqabının sağ və sol tayı, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd qara rəngli gödəkçənin sol aşağı bayır cibinin yan hissəsi, 1 ədəd göy rəngli cins şalvarın sol ayağının aşağı hissəsi, sol ayağının diz hissəsi və sol ayağının arxa hissəsi, 1 cüt qara rəngli corab üzərində olan qanabənzər ləkələr insan qanıdır. “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş 1 ədəd “Bizon” markalı metal içki qabının içərisində olan 1 ədəd kustar üsulla hazırlanmış, üzərinə “Arqo” siqaret kağızı yapışdırılmış siqaret tipli büküm üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsusdur. “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığından götürülmüş 1 ədəd qara rəngli mayka, avtomobildən götürülmüş 1 ədəd “Bizon” markalı metal içki qabı, içki qabının içərisində olan 1 ədəd “Winston” markalı siqaret kötüyü, avtomobilin sol ön oturacağının altından götürülmüş 1 ədəd tibbi maska və hadisə zamanı Təqsirləndirilən şəxs2 əynində olmuş 1 ədəd qara rəngli cins şalvarın cib hissəsində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 məxsusdur. “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığından götürülmüş 1 ədəd qara rəngli papaq, avtomobilin sağ arxa oturacağından götürülmüş 1 ədəd göy rəngli cins şalvarın cib hissəsi, avtomobilin sağ arxa ayaqaltı hissəsindən götürülmüş 1 cüt “Kinetix” markalı qara rəngli idman ayaqqabısı, hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd qara rəngli gödəkçənin boyun və cib hissələrində olan bioloji mənşəli materiallar və avtomobilin sağ arxa oturacağından götürülmüş 1 ədəd göy rəngli cins şalvarın sol cibinin içərisində olan qan ləkələri Təqsirləndirilən şəxs1 məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd ağ rəngli qısaqol köynəyin boyun hissəsi, 1 ədəd göy rəngli cins şalvarın cib hissəsi və 1 ədəd qara rəngli idman jiletinin boyun və bilək hissələrində olan bioloji mənşəli materiallar Zərərçəkmiş şəxs1 məxsusdur. Hadisə zaanı Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd “Modagen” markalı bej rəngli puloverin boyun və bilək hissəsi, 1 ədəd “Bershka” markalı ağ rəngli gödəkçənin cib hissəsi, 1 ədəd ağ rəngli mayka, 1 ədəd qaraboz rəngli tuman, 1 ədəd ağ-xaki rəngli şalvar, 1 cüt qara rəngli corab və 1 cüt “Bershka” markalı ayaqqabı üzərində olan bioloji mənşəli materiallar, həmçinin 1 ədəd “Modagen” markalı bej rəngli puloverin arxa ətək hissəsində olan qan ləkələri, sol arxa kürək hissəsində olan qan ləkələri, 1 ədəd “Quik-Max” markalı ağ rəngli köynəyin sol qolunda olan qan ləkələri, 1 ədəd qara-boz rəngli tuman üzərində olan qan ləkələri, 1 ədəd ağ-xaki rəngli şalvarın bel hissəsində olan qan ləkələri, ön hissəsində olan qan ləkələri, sağ ayaq hissəsində olan qan ləkələri, sol ayaq hissəsində olan qan ləkələri, 1 cüt “Bershka” markalı ayaqqabı üzərində olan qan ləkələri Zərərçəkmiş şəxs3 məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd qara rəngli gödəkçənin boyun və cib hissəsi, 1 ədəd göy rəngli cins şalvarın cib hissəsi, 1 ədəd qara rəngli kəmər, 1 cüt qara rəngli corab, 1 ədəd qara rəngli “Gerace” markalı uzunqol jaketin boyun və bilək hissəsində olan bioloji mənşəli materiallar, həmçinin “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısından götürülmüş 1 ədəd salfet üzərində olan qan ləkələri, hadisə zamanı Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd qara rəngli gödəkçənin sol aşağı bayır cibinin yan hissəsində olan qan ləkələri, 1 ədəd göy rəngli cins şalvarın sol ayağının aşağı hissəsində olan qan ləkələri, sol ayağının diz hissəsində olan qan ləkələri, sol ayağının arxa hissəsində olan qan ləkələri və 1 cüt qara rəngli corab üzərində olan qan ləkələri kişi cinsindən olan eyni naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin çexoluna yapışmış, burun ifrazatına bənzəyən qəhvəyi rəngli maddədə olan bioloji mənşəli materiallar kişi cinsindən olan digər naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön oturacağının altından götürülmüş 1 cüt qara rəngli corab, avtomobilin 1 ədəd ön sol oturacağının baş hissəsinin çexolu, 1 ədəd ön sol oturacağının bel hissəsinin çexolu, 1 ədəd ön sol oturacağının çexolu, 1 ədəd ön sağ oturacağının baş hissəsinin çexolu, 1 ədəd ön sağ oturacağının bel hissəsinin çexolu, 1 ədəd ön sağ oturacağının çexolu, 1 ədəd arxa oturacağının bel hissəsinin çexolu, 1 ədəd arxa oturacağının çexolu, hadisə zamanı Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd “Quik-Max” markalı ağ rəngli köynəyin boyun hissəsi və 1 ədəd “Hermes” markalı qara rəngli kəmər üzərində olan bioloji mənşəli materiallar qarışıq tiplidir və müqayisəli DNT tədqiqatının keçirilməsi üçün yararlı deyildir. “VAZ-21099” markalı Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında səki üzərindən götürülmüş 3 ədəd tamponda qan nümunələri, “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol tərəfində rezin ayaqaltı üzərindən götürülmüş 3 ədəd tamponda qan nümunələri, avtomobilin sol arxa oturacağından götürülmüş 1 ədəd qara rəngli qısaqol köynək, avtomobilin sağ arxa ayaqaltı hissəsindən götürülmüş 1 cüt “Kinetix” markalı qara rəngli idman ayaqqabısının içərisində olan 1 ədəd alışqan, avtomobilin 1 ədəd arxa oturacağının sağ baş hissəsinin çexolu, 1 ədəd arxa oturacağının sol baş hissəsinin çexolu, hadisə zamanı Zərərçəkmiş şəxs3 əynində olmuş 1 ədəd “Massimo Dutti” markalı şabalıdı rəngli kəmər, hadisə zamanı Təqsirləndirilən şəxs2 əynində olmuş 1 ədəd “Nike” markalı ağ rəngli kapişonlu idman gödəkçəsinin boyun və cib hissələri, hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş 1 ədəd tibbi maska üzərində və Zərərçəkmiş şəxs2 götürülmüş “yanaq epiteli qaşıntısı” nümunəsində kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır (Cild 4, i.v. 174-191;).

74. “Baxış keçirilməsi haqqında” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahmar İmayılovun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonun hərəkət trayektoriyası ilə oxşarlıq təşkil etməklə, eyni saatlarda eyni istiqamətlərdə hərəkət etməsi görünür. Baxış zamanı Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinin xx.xx.2023-cü il tarixdə saat 12:38-dən saat 14:26-dək olan müddət ərzində “Baki sheh. Nesimi ray. Semed Vurgun kuchesi 104. Gorush kafesi” adlı anten dairəsində olmaqla həmin anten dairəsinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istiadəsində olmuş mobil telefon nömrələrinin olduğu anten dairələri ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrələri ilə xx.xx.2023-cü il tarixən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində dəfələrlə “Baki sheh. Nesimi ray. Semed Vurgun kuchesi

104. Gorush kafesi”, “Baki sheh. Nerimanov ray. elizade elieshref kuchesi 42/9. men. 50. PERFORMANCE TYRES Dukani” və “Baki sheh. Nerimanov ray. Qarabag kuchesi 22. Firuze shadliq Evi.” adlı anten dairələrində olmuşlar (Cild 4,i.v. 226-233;).

75. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 8 may 2023-cü i ltarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilməklə sonuncu nömrə altında istintaqı davam etdirilmişdir (Cild 5,i.v.95-98;).

76. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 5 may 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid26 tərəfindən Təqsirləndirilən şəxs3 qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və daşıması, həmçinin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi, polis general-mayoru Ənülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid26 rəhbərliyi ilə həmin idarənin əməliyyat müvəkkili, polis baş-leytenantı X20 ibarət əməliyyat qrupu təşkil edilmiş, qərarın icrasını təmin etməklə bağlı BBPİ-nin rəisi, polis general mayoru Əkbər İsmayılov tərəfindən BBPİ-nin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid24 və polis baş leytenantı Şahid25 ibarət əlavə əməliyyat qrupu yaradılmışdır (Cild 5, i.v. 103-116;).

77. “Şübhəli şəxsin tutulması haqqında” 5 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 16 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə BMCMİ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X39 tərəfindən həmin tarixdə, saat 20:50-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Protokola əsasən Təqsirləndirilən şəxs3 azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 5 may 2023-cü il tarixdə, saat 19:00-dan tutulmuş hesab edilmişdir (Cild 5, i.v. 117-132;).

78. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 5 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs3 elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 21:20-dən 21:32-dək BMCMİnin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis baş leytenantı X39 tərəfindən həmin İdarənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid26, BBPİ-nin Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkilləri polis kapitanı Şahid24 və Şahid25 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) büküm, əynində olan şalvarın sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş iki ədəd sellofan bükümdə baxış keçirildikdə içərisində ayrı-ayrılıqda çəkiləri 9,335 qram və 9,958 qram olmaqla ümumi çəkisi 19,293 qram olan külli miqdarda psixotrop maddə metamfetamin oğlduğu müəyyən edilmişdir. Aşkar edilmiş psixatrop maddə metamfetamin qablaşdırılmaqla götürülmüşdür. Şəxsi axtarış və götürmə BMCMİ-də yerləşən xidməti iş otaqlarından birində, süni işıqlandırma şəraitində keçirilmişdir. İstintaq hərəkəti zamanı “Sony” markalı videokameradan istifadə edilməklə videoyazı aparılması və videoyazının “DVD” diskə köçürülərək protokala əlavə edilməsi qeyd edilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə həmin tarixdə, saat 21:35-dən saat 22:05-dək protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, sonuncular tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla iştirakçılar tərəfindən təsdiq edilmişdir (Cild 5 i.v. 134-137;).

79. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 5 may 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq bir ədəd müddəti 12 dəqiqə 36 saniyə olan həmin videogörüntülərin əks olunduğu diskə müstəntiq R.Ş.Yusifov tərəfindən baxış keçirilməsinə dair 8 may 2023-cü il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs3 xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 5, i.v. 219-220).

80. “Məhkəmə fiziki-kimyəvi” ekspertizasının 6 may 2023-cü il tarixli, 6/2638 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 9,335 qram, 9,958 qram olmaqla ümumi təmiz çəkisi 19,293 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin ümumi təmiz çəkisi – 19.293 qram, tədqiqata sərf edildi – 0.100 qram, qalıq – 19.193 qram. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat manat olması müəyyən edilmişdir (Cild 5, i.v. 149-153).

81. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7 may 2023-cü il tarixli, 4(005)- 651/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində əvvəli 5 may 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 5, i.v.194- 198;).

82. “Cinayət işinin aidiyyatı üzrə göndərilməsi haqqında” 8 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.5 və 228.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq aparıldığından onun barəsində həmin məcəllənin 234.4.3-cü maddəsi ilə toplanılmış cinayət işi üzrə material istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilmişdir (Cild 5, i.v.211-213;).

83. “Mobil telefona baxış keçirilməsi haqqında” 15 mart 2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “i-Phone 7” markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, mobil telefonun “İMEİ” nömrəsi **********54182-dir. Telefonun ekranındakı “Şifrə” bölməsində “2580” şifrəsini yığdıqda ekran açılır. Telefonda olan vaxt və tarix real vaxt və tarixə uyğundur. İlk öncə telefonun parametrlərinə baxış keçirilərək müəyyən olunmuşdur ki, həmin telefon “mailto:binebazarı7@gmail.comElektron ünvan ” adlı elektron poçt ünvanı vasitəsilə aktiv edilmişdir. Telefonun “Kontaktlar” bölməsində hər hansı mobil nömrə qeyd olunmamış, “Ev” adı ilə qeyd olunmuş hissədə “mailto:binebazarı7@gmail.comElektron ünvan ” elektron poçt ünvanı, “Kız kardeş” adı ilə qeyd olunmuş hissədə isə “Ramal Memmedov” sözləri yazılmışdır. Həmin bölməyə baxış keçirilərkən ümumilikdə 1172 şəxsin mobil telefon nömrəsinin qeydə alındığı aşkar edilmişdir. Daha sonra “emin” adı axtarışa verilmiş və aşağıdakı kontaktların qeydə alındığı müəyyənləşdirilmişdir: “emin” (+7***-***-**-**), “Emin” (+7***-***-**-**), “emin 6” (+6***-***-**-**), “emin qaqam” (+90***-***-**-**), “emin qaqam” (+6***-***-**-**), “emin qaqam3 (+628***-***-**-**), “Emin qaqaş” (+7***-***-**-**), “emin2” (+7***-***-**-**), “emin5” (+7***-***-**-**”). Mobil telefonun “Zənglər” bölməsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, zənglərin əksəriyyəti “Whatsapp” sosial şəbəkəsi vasitəsilə 3 may 2023-cü il tarixdə, saat 15:26-dan “qoşqar” adı ilə qeyd olunmuş +99***- ***-**-** mobil nömrəsi başlayıb sonuncu danışığı 5 may 2023-cü il tarixdə, saat 18:16-da “Elcan Naxcivanni” adı ilə qeyd olunmuş +90***-***-**-** mobil nömrəsi ilə 02 dəqiqə davam etmiş, saat 18:16-dan sonra həmin mobil nömrədən “Whatsapp” sosial şəbəkəsi vasitəsilə zənglər edilsə də, danışıqlar qeydə alınmamışdır. Bundan başqa mobil telefonda “Whatsapp” və “Whatsapp Business” sosial şəbəkələrinin quraşdırılmışdığı məlum olmuşdur. “Whatsapp Business” sosial şəbəkəsinin proqramına daxil olunub baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin sosial şəbəkə +99***-***-**-** mobil nömrəsi ilə aktivləşdirilmişdir və zənglər 19 mart 2023-cü il tarixdən “anar rayon qaqam” adı ilə qeyd olunmuş +99***-***-**-** mobil nömrəsi ilə aparılan yazışmadan başlamışdır. “emin5” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsi ilə aparılan danışığa baxış keçirilərkən həmin mobil nömrə ilə istifadə edilən hesabına profil fotosu kimi “EY İMAN EDENLER! ÖLDÜRÜLÜNLER HAKKİNDA SİZE KİSAS FARZ KİLİNDİ. Bakara suresi 178” sözləri yazılmış fotoşəklin yerləşdirildiyi və 24 aprel 2023-cü il tarixdə, saat 18:11-də Təqsirləndirilən şəxs3 tərəfindən “neynirsen qaqam” məzmunlu mesajın göndərildiyi müəyyən edilmişdir. “emin qaqam 3” adı ilə qeyd olunmuş +628***-***-**-** mobil nömrəsi ilə aparılan danışığa baxış keçirilərkən həmin mobil nömrə ilə istifadə edilən hesabın profil fotosunda “emin5” adı ilə qeyd olunmuş hesabın profil fotosunda olan eyni fotoşəklin yerləşdirildiyi müəyyən edilmişdir. 22 aprel 2023-cü il tarixdə, saat 18:02-də Təqsirləndirilən şəxs3 tərəfindən göndərilmiş “salamalekum emin qaqam necesen” məzmunlu mesajın göndərildiyi müəyyən edilmişdir. Bundan başqa “vusal” adı ilə qeyd olunmuş hesabla aparılan danışığa baxış keçirilərkən 19 mart 2023-cü il tarixdə saat 13:11-də Təqsirləndirilən şəxs3 tərəfindən göndərilmiş səsli mesajda sonuncu “Whatsapp” sosial şəbəkəsində yeni hesab açması, ancaq qeyd olunan mobil nömrənin özünə aid olmaması və zəng etmək istədiklə ancaq “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamağı xahiş etmiş, həmçinin mobil nömrənin sahibinin həmin mobil nömrədən istifadə etməklə “Whatsapp” sosial şəbəkəsində hesab açmasını bilmədiyini qeyd etmişdir. “Elcan Naxcivanni” adı ilə qeyd olunmuş +905***-***-**-** mobil nömrə ilə aparılan danışıqlara baxış keçirilərkən həmin hesabın sahibi tərəfindən 21 mart 2023-cü il tarixdə saat 20:39 Təqsirləndirilən şəxs3 “slm” və “??” məzmunlu mesajların göndərildiyi, Təqsirləndirilən şəxs3 həmin şəxsdən maddi cəhətdən köməklik göstərməsini xahiş etdiyi, həmin şəxsdən Emin adlı şəxslə danışıb-danışmadığını aydınlaşdırmağa çalışdığı, 04 may 2023-cü il tarixdə həmin hesaba mesajlar yazaraq 100 manat pul tapmasını xahiş etdiyi və həmin tarixdə saat 23:57-də “axtarış olmasaydı ozum cıxıb dvijeni eliyerdim” və “cıxsam ortalıqa tutacaxlar” məzmunlu mesajlar göndərməklə axtarışda olması barədə məlumat verdiyi, aparılan danışıqlardan əlaqə saxlanılan şəxsin xarici ölkə ərazisində yaşadığı müəyyən edilmişdir. Bundan başqa +99***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlar zamanı müəyyən edilmişdir ki, həmin mobil nömrə ilə istifadə edilən hesabın istifadəçisi 20 aprel 2023-cü il tarixdə, saat 17:07-də Təqsirləndirilən şəxs3 “Hecne ata evde oturmuwam”, “Derman yox ramal”, “Dermansiz qalmiwam mende” məzmunlu mesajlar yazmış, Təqsirləndirilən şəxs3 isə saat 17.08-də cavab olaraq “mene 3 dene olsa polnu besdi” sözləri ilə cavab verir. Hesabın istifadəçisi saat 19:08-də “Nujenli tapa bilmirsen metadon o ter,de”məzmunlu mesaj yazır və Təqsirləndirilən şəxs3 cavab olaraq saat 19:27-də “tapa bilmirem”, saat 19:28-də isə “birezde prablemim var cox adamnan sivyaza cıxmıram” məzmunlu mesajlar göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 21:46-da “pis”, saat 21:47-də isə “nece olacm”, “lomkadan olurem”, “ne kola tapa bilmirem nede derman” məzmunlu mesajlar yazır, hesabın istifadəçisi isə ona saat 21:57-də “Senol hecneyim yoxdur ata Allah haqqi hecneyim”, “Dermansizam mende” məzmunlu cavablar göndərmişdir. Daha sonra mobil telefonda “Whatsapp” sosial şəbəkəsinin proqramına daxil olunub baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin sosial şəbəkə +7***-***-**-** mobil nömrəsi ilə aktivləşdirilmiş və istifadəçi kimi “TTT” yazılmışdır. Proqram vasitəsilə ilk danışıq 18 mart 2023-cü il tarixdə “mahir n” adı ilə qeyd olunmuş +**********51 mobil nömrəsi ilə aparılmış, 18 mart 2023-cü il tarixdə saat 14:45-də Təqsirləndirilən şəxs3 “noldu” mesajını göndərmiş, sonuncu danışıq isə “ev” adı ilə qeyd olunmuş +99***-***-**-** mobil nömrəsi ilə aparılmış, 05 may 2023-cü il tarixdə saat 22:23-də həmin mobil nömrənin sahibi Təqsirləndirilən şəxs3 “Ramal hardasan”, saat 22:45-də isə “Niyə cavab vermirsən” məzmunlu mesaj göndərilmişdir. “seymur sumqayıt” adı ilə qeyd olunmuş +7***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara baxış keçirilərkən müəyyən edilmişdir ki, 16 mart 2023-cü il tarixdə saat 23:00-da Təqsirləndirilən şəxs3 “qaqam bu nomrede olacam” məzmunlu mesaj göndərmiş, həmin mobil nömrənin sahibi ilə aparılan danışıqlarda maddi vəziyyətinin çətin olduğunu və yaşadığı evinin kirayəhaqqını ödəyə bilmədiyini bildirmiş, “seymur sumqayıt” adı ilə qeyd olunmuş şəxsin danışıqlarından məlum olmuşdur ki, sonuncu Rusiya Federasiyası Moskva şəhərində yaşamış, tanışları Emin Qasımovla əlaqədə olmuş, Fuad adlı şəxslə əlaqə saxlayarkən Emin Qasımovun “karsda” saxlanıldığını öyrənmişdir. “semurpusyan aqdaş” adı ilə qeyd olunmuş +90***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara baxış keçirilərkən müəyyən edilmişdir ki, 23 mart 2023-cü il tarixdə, saat 00:25-də Təqsirləndirilən şəxs3 tərəfindən göndərilmiş səsli mesajda Seymur adlı şəxslə salamlaşmış, daha sonra həmin tarixdə, saat 00:20-də “axdarışdayam bakıdayam”, saat 00:30-da “10 bakıda olan sirkin yanındakı atışmaqnan baqlı hec yerde cıxa bilmire mene 20 30 manat siqaret pulu gondere bilersen kart atsam” və “qaqam” məzmunlu mesajlar, həmin tarixdə saat 14:32-də özünə məxsus "xxxx" ASC-yə aid “**********974534” nömrəli plastik bank kartının fotoşəklini göndərmiş, “semurpusyan aqdaş” adı ilə qeyd olunmuş şəxs maddi köməklik göstərməkdən imtina etdikdə 03 aprel 2023-cü il tarixdə saat 23:34-də Təqsirləndirilən şəxs3 “ayda ilde bir işim duışdu sene elemedin axdarışda olmasaydım senol hec aqız acmazdım Allah komeyin olsyn” məzmunlu mesaj göndərmişdir. “emin5” adı ilə qeyd olunmuş +7962 ***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin mobil nömrənin istifadə etdiyi hesabın profil fotosuna “EY İMAN EDENLER! ÖLDÜRÜLÜNLER HAKKİNDA SİZE KİSAS FARZ KİLİNDİ. Bakara suresi 178” sözləri yazılmış fotoşəklin yerləşdirildiyi, 24 mart 2023-cü il tarixdə saat 14:27-də Təqsirləndirilən şəxs3 tərəfindən “salamalekum” məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir. Bundan başqa “emin6” adı qeyd olunmuş +6***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara baxış keçirilərkən müəyyən edilmişdir ki, istifadəçinin profil fotosu olmasa da, istifadəçi adı kimi “~vitali” qeyd olunmuşdur. “emin6” adlı abonent Təqsirləndirilən şəxs3 17 mart 2023-cü il tarixdə saat 00:06-da “Salam qaga tamam ozuvu qoru” və saat 00:07-də “Allahın nezerı ustunde olsun” məzmunlu mesajlar göndərir. 18 mart 2023-cü il tarixdə saat 19:35-də Təqsirləndirilən şəxs3 cavab olaraq “axşamın xeyir qaqam” məzmunlu və “emin6” adlı abonent ona cavab olaraq saat 19:36-da “Salam qaqa her vaxtın xeyır” məzmunlu mesaj göndərir. 21 mart 2023-cü il tarixdə saat 21:59-da Təqsirləndirilən şəxs3 “axşamın xeyir qaqam” məzmunlu mesaj göndərir. “emin6” adlı abonent isə ona cavab olaraq saat 22:06da “Qaqa” məzmunlu mesaj göndərir. Daha sonra “emin6” adlı abonent saat 22:03-də Təqsirləndirilən şəxs3 zəng edir, lakin sonuncu həmin zəngə cavab vermir. Ondan sonra Təqsirləndirilən şəxs3 21 mart 2023-cü il tarixdə saat 22:21-də “emin6” adlı abonentə “qaqam kime deyek biraz pul atsınnar saba isan hekime gonderecem 1 manatım yoxdu siqaret uşaxlar alır mene” və “qadan alaram” məzmunlu mesajlar göndərir. “emin6” adlı abonent saat 22:26-da “Ele mende ona gıre yıqırdım” və “Mene bır kart at” məzmunlu mesajlarla cavab vermişdir. Daha sonra Təqsirləndirilən şəxs3 saat 22:59-da öz adına rəsmiləşdirilmiş **********974534 nömrəli “KapitalBank” bank kartını, habelə saat 23:00-da “başıva donerem” və saat 23:01-də “Allah tezliklk azatlıq qismet elesin inşallah” məzmunlu mesajlar göndərir. “emin6” adlı abonent saat 23:31-də “Seher usaq atacaq qagam” məzmunlu mesajla cavab verir. 22 mart 2023-cü il tarixdə, saat 11:18-də Təqsirləndirilən şəxs3 “saban xeyir qaqam” məzmunlu mesaj göndərir və “emin6” adlı abonent saat 13:10da “Her vaxtın xeyir qaga”, “Yarım saata kartda olacaq” məzmunlu mesajlarla cavab verir. Həmin gün saat 15:51-də Təqsirləndirilən şəxs3 “neynirsen qaqam” məzmunlu mesaj və saat 15:58-də 03 saniyə davam edən səsli mesaj göndərməklə, karta pulun yüklənməməsini bildirir. “emin6” adlı abonent saat 16:35-də “qaq kartdan atiram bele aparat iwlemir ki”, “bawka adama atiram o da atsin o karta” və saat 16:53-də “Atıblar” məzmunlu mesajlar göndərir. Təqsirləndirilən şəxs3 həmin gün saat 19:24-də, 20:49-da və 20:51-də səsli mesajlar göndərməklə 140 manat pulun atılmasını təsdiq edir və həmin pulun 126 manatını müayinə olunması üçün xərcləndiyini və növbəti gün analizlərin cavabları çıxdıqdan sonra müalicə üçün hansı məbləğdə pulun tələb olunduğunu bilmədiyini qeyd etməklə, pulu göndərməyə görə təşəkkür edir. “emin6” adlı abonent saat 21:36-da cavab olaraq səsli mesaj göndərməklə, Ramazan ayının gəldiyini, yaxşı olacağını qeyd etməklə, “.....Elvin tutuldu deyə...Elvin yenə ora bura qaçırdı nə deyirdim eləyirdi elə bil əlim qolum kəsildi bidənə pulum olsun şey eliyəcəm” sözlərini deyir. Təqsirləndirilən şəxs3 isə saat 22:20-də “Allah razı olsun qaqam” məzmunlu mesajla cavab verir. 23 mart 2023-cü il tarixdə saat 14:37-də “qaqam neynirsen”, “necesen”, saat 18:56-da “qaqam sen başıva doner qardaşın sabah seher sat 9 da hekimin yanında olmalıdırlar axşam ya seher sat 9 za duzelseydi yaxşı olardı maliceye başdıyardı isa”, “qurban olar qardaşın ele pis aciz qalmışamki” və saat 18:57-də “kasıpcılıqın uzu qara olsun” məzmunlu mesajlar göndərmişdir. “emin6” adlı abonent saat 19:05-də “Qaga usaqa demisem pul gozdurem atacam bu gun”, saat 19:06-da “Narahat olma qaqa” və saat 20:15-də “2 saata usaq atacaq” məzmunlu mesajlar göndərmişdir. 25 mart 2023-cü il tarixdə, saat 21:22-də Təqsirləndirilən şəxs3 “emin6” adlı abonentə “axşamın xeyir qaqam” məzmunlu mesaj göndərsə də, həmin mesaj sonuncuya çatmır. Bundan sonra mobil telefonda instagram sosial şəbəkəsində olan “rmemmedov” adlı Təqsirləndirilən şəxs3 hesabına, “TikTok” sosail şəbəkəsində “@ramalmammadov22” adlı hesaba, “Telegram” sosial şəbəkəsində +**********60 saylı mobil telefon nömrəsi ilə qeydiyyata alınmış “r” adlı hesaba, “Odnoklasnik” sosial şəbəkəsində “RAMAL Memmedov” adlı hesaba, “Facebook” və “Messenger” adlı sosial şəbəkələrində “Ramal Memmedov” adlı hesablara və digər tətbiqlərə baxış keçirilmiş, həmin tətbiqlər vasitəsilə aparılmış yazışmalar, edlmiş zənglər və göndərilmiş fayıllarda iş üçün əhəmiyyət kəsb edən, yəni Zərərçəkmiş şəxs1 öldürməyə cəhd olunması ilə bağlı və ya Təqsirləndirilən şəxs3 psixotrop və ya narkotik maddələrin istifadə etməsi və ya satışı ilə məşğul olmasına dair hallar aşkar edilməmişdir. Daha sonra mobil telefonun “Fotoğraflar” bölməsinə baxış keçirildi və müəyyən edildi ki, həmin bölmədə ümümilikdə 213 ədəd foto və video fayıllar vardır. Həmin fayllardan iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı fayıllar aşkar edildi. Belə ki, həmin bölmədə 06 mart 2023-cü il tarixdə saat 13:22-də bir ədəd 51 saniyə davam edən video fayl aşkar edildi. Həmin fideo faylda “Hyundai Elantra” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin görüntüləri vardır. Daha sonra tətbiqdə 14 mart 2023-cü il tarixdə saat 07:30-da, 15 mart 2023-cü il tarixdə saat 01:22-də, 28 mart 2023-cü il tarixdə saat 05:06-da mobil telefona yüklənmiş və sosial şəbəkələrdə yayılmaqla xx.xx.2023-cü il tarixdə baş vermiş hadisəni özündə əks etdirən videofayllar vardır. Həmçinin bir ədəd Zərərçəkmiş şəxs1 fotoşəklini özündə əks etdirməklə, üzərində onun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunması barədə yazılar vardır (Cild 5, i.v. 269-276;).

84. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan 11 may 2023-cü il tarixdə onların arasında müdafiəçilərinin iştirakı ilə üzləşdirmə isitntaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı Təqsirləndirilən şəxs3 onun üzünə qarşı verdiyi ifadədə göstərilən xüsusatları təsdiq etməklə verdiyi ifadədə 6 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 ilə ilk dəfə görüşdüyünü, sonuncunun avtomobilində əyləşib əlindəki silaha baxdıqdan sonra geri qaytardığını, bundan sonra xatırladığı qədəri ilə ya həmin gün, ya da ertəsi gün, çox güman ki, elə həmin gün gecə saatlarında Abşeron rayonu Novxanı qəsəbəsinə gedib Təqsirləndirilən şəxs3 avtomobil təhvil aldığını, həmin vaxt silahı görmədiyini, avtomobili Zərərçəkmiş şəxs1 yaşadığı ünvanın yaxınlığında saxlayıb Emin Qasımovun göstərişinə uyğun olaraq açarları təkərin üzərinə qoyduqdan sonra avtomobildən uzaqlaşdığını, bir müddət sonra yenidən Emin Qasımovun göstərişi ilə avtomobilə yaxınlaşıb götürən zaman silahın avtomobilin yük yerində olan ayaqqabı qutusunun içərisinə qoyulduğunun ona məlum olduğunu, ancaq silahın kim tərəfindən qutunun içərisinə yerləşdirilməsini bilmədiyini, daha sonra silahı götürüb avtomobilin içərisinə qoyduğunu və 10 mart 2023-cü il tarixdə həmin silahdan atəşlər açmaqla Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etdiyini göstərmişdir (Cild 6, 35-38;).

85. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 5(005)- 860/2023 saylı qərarından görünür ki, BMCMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid26 tərəfindən qəbul edilmiş və həmin baş idarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 5 may 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmaqla qanuna uyğun hesab edilmişdir (Cild 6, i.v. 61;).

86. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 13 may 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 8 may 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatların düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədilə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxsin özünün və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobili saxlayıb Zərərçəkmiş şəxs1 izlədiyi ünvan 24 ünvanına, 5 mart 2023-cü il tarixdən 6 mart 2023-cü il tarixə keçən gecə gecələdiyi Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən və təsadüfən rastlaşıb nömrə sifariş etdiyi “Gorgud Hotel”ə, X46 göstərişinə uyğun olaraq odlu silahı (tapançanı) götürdüyü ünvan 25 ünvanında yerləşən yaşayış binasının səkkizinci mərtəbəsindəki 3 nömrəli mənzilin qarşısında olan yanğınsöndürmə lövhəsinin altına qoyulmuş zibil qabının yaxınlığına, 6 mart 2023-cü il tarixdə “Hyundai Elantra” markalı avtomobili Təqsirləndirilən şəxs1 təhvil verdiyi Bakı şəhəri Binəqədi rayonu Novxanı qəsəbəsinə gedilmiş, ifadəsində göstərdiyi xüsusatlar təqsirləndirilən şəxsin özünün iştirakı ilə yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs3 törətdiyi hadisəni mümkün qədər əyani şəkildə təsvir etmişdir. İstintaq hərəkətinin videogörüntüləri 1 ədəd “DVD”yə köçürülərək protokola əlavə edilmişdir (Cild 6, i.v. 62-67;).

87. “Baxış keçirilməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan (Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakı ilə) görünür ki, 13 mart 2023-cü il tarixdə götürülərək bir ədəd yaddaş qurğusuna yazılmış - Təqsirləndirilən şəxs1 08 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə ünvan 10 ünvanında yerləşən “Vurğun Residence” yaşayış kompleksinin 3-cü mərtəbəsindəki “1 st Fitness” idman mərkəzinə gəlməsi anına dair kompleks və idman mərkəzinin müşahidə kameralarında 08 mart 2023cü il tarixdə qeydə alınmış, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə kompleksin yan tərəfinə gəlib sonuncu kompleksdən çıxarkən cinayət hadisəsini törətmələri anına dair yaşayış kompleksi və idman mərkəzinin müşahidə kameralarında 10 mart 2023-cü il tarixdə qeydə alınmış videogörüntülərə Təqsirləndirilən şəxs1 və müdafiəçisi Faiq Hüseynovun iştirakları ilə Baş Prokurorluğunun İstintaq idarəsində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, 08 mart 2023-cü il tarixdə, saat 15:45:19-da Zərərçəkmiş şəxs1 “Land Cruiser” markalı **-XZ-*** dövlət nömrə nişanlı avtomobil ilə “Vurğun Residence” yaşayış kompleksinin qarşısına gəlir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 həmin görüntülərdə Zərərçəkmiş şəxs1 avtomobilini tanıyır və bildirir ki, həmin vaxt, yəni 08 mart 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs2 ilə birlikdə icarəyə götürməklə Təqsirləndirilən şəxs3 qəbul etdikləri “Hyundai Elantra” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi “X92” markalı **-XZ-*** markalı avtomobili sonuncunun Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşadığı evdən izləmiş, lakin tıxac olduğu üçün, yolda onu itirmişlər. Zərərçəkmiş şəxs1 idman zalına gedəcəyini bilib, həmin yerə, yəni Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsinə gəlmiş, lakin avtomobillərini yolun əks tərəfindən, Vurğun Reesidens adlı yaşayış kompleksi ilə üzbəüz saxlamışlar. Orada olan zaman Zərərçəkmiş şəxs1 qeyd olunan ünvana, idman zalına gəldiyini görüb, sonuncunun idman zalına daxil olmasını gözləmişlər. Zərərçəkmiş şəxs1 avtomobili yaşayış kompleksinin qarşısında saxlayıb saat 15:48:17-də avtomobildən enərək kompleksin girişi istiqamətində hərəkət edir. Saat 15:49:23-də Zərərçəkmiş şəxs1 kompleksin 1-ci mərtəbəsində yerləşən “Reception” bölməsinin qarşısından keçərək turniketlər istiqamətində hərəkət edir. Saat 15:49:29-da Zərərçəkmiş şəxs1 turniketlərdən keçib lift istiqamətində hərəkət edir və liftə daxil olur. Saat 16:38:48-də Təqsirləndirilən şəxs1 əks hərəkət istiqamətindən yolu yaşayış kompleksinin binası istiqamətində keçir və binanın girişi istiqamətində hərəkət edir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs1 idman zalına daxil olduqdan sonra, onu orada tapanca ilə öldürmək məqsədilə Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsinin əks istiqamətində, yolun üzü “Təzə Bazar” istiqamətində olan hissəsində Təqsirləndirilən şəxs2 idarə etməklə saxladığı “Hyundai Elantra” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək “Vurğun Residens” yaşayış kompleksinin giriş qapısı istiqamətində hərəkət etmişdir. Saat 16:39:50də Təqsirləndirilən şəxs1 səkidən yaşayış kompleksinin binasına dönür. Saat 16:40:14-də Təqsirləndirilən şəxs1 kompleksin giriş qapısından daxil olur. Saat 16:40:42-də Təqsirləndirilən şəxs1 kompleksin 1-ci mərtəbəsində yerləşən “Reception” bölməsinə yaxınlaşır və bölmənin əməkdaşı ilə danışır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, binanın giriş qapısından içəri daxil olduqdan sonra, idman zalının harada yerləşdiyini dəqiqləşdirmək məqsədilə “Reseption” bölməsinə yaxınlaşmış və idman zalının yerini müəyyən edib, Nicat Əkbəroovun orada öldürə bilib-bilməməsini dəqiqləşdirmək üçün həmin yerə getmişdir. Saat 16:41:03-də Təqsirləndirilən şəxs1 kompleksin 1-ci mərtəbəsində yerləşən turniketlər istiqamətində hərəkət edir. Saat 16:41-də Təqsirləndirilən şəxs1 turniketləri keçib lift istiqamətində hərəkət edir və liftə daxil olur. Saat 16:42:16-da Təqsirləndirilən şəxs1 3-cü mərtəbədə liftdən çıxıb “1 st Fitness” idman mərkəzinin “Reception” bölməsi istiqamətində hərəkət edir. (görüntüdəki vaxtdan 04 dəqiqə fərqlə). Saat 16:42:38-də Təqsirləndirilən şəxs1 “1 st Fitness” idman mərkəzinin “Reception” bölməsi istiqamətində hərəkət edir və bölmənin əməkdaşı ilə danışdıqdan sonra gözləmə skamyasında əyləşir. (görüntüdəki vaxtdan 04 dəqiqə fərqlə). Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, danışıq aparmasının səbəbi, guya idman zalına yazılmaq istəməsi ilə əlaqədar olmuşdur. O, idman zalına yazılmaqla bağlı maraqlanır, daha sonra isə diqqət çəkməmək üçün, dostunu gözləyəcəyini deyib, kənara keçərək, gözləmə zalında əyləşmişdir. Təqsirləndirilən şəxs1 gözləmə skamyasında əyləşdiyi müddət ərzində bir neçə dəfə telefonla danışır və turniketlərdən daxil olan və çıxan şəxsləri müşahidə edir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 “gözlədiyi müddət ərzində kimlərlə telefonla danışması barədə nə göstərə bilərsiniz?” sualına cavab olaraq bildirdi ki, hər hansı bir şəxslə telefon əlaqəsində olmamış, telefonla danışması görüntüsünü yaratmışdır ki, guya idman zalına yazılmaq üçün dostunu gözləyir və dostu ilə əlaqə saxlayaraq, harada olması ilə maraqlanır. Qeyd olunan hərəkətləri onun orada olması şübhə yaratması üçün etmişdir. Saat 17:18:56-da Təqsirləndirilən şəxs1 gözləmə skamyasından qalxır və lift istiqamətində hərəkət edir. (görüntüdəki vaxtdan 04 dəqiqə fərqlə). Saat 17:19:05-də Təqsirləndirilən şəxs1 mobil telefonla danışaraq liftə yaxınlaşır və daxil olur. (görüntüdəki vaxtdan 04 dəqiqə fərqlə). Saat 17:19:53-də Təqsirləndirilən şəxs1 1-ci mərtəbədə liftdən çıxır və gözləmə yerində olan oturacaqlar istiqamətində hərəkət edir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, lift istiqamətində gedən zaman və liftən çıxarkən hər hansı bir şəxslə telefonla danışmamışdır. Qeyd olunan hərəkətləri, yəni telefonla guya telefonla danışdığını görüntüsünü qəsdlə yaratmışdır ki, ətrafdakılar onun yerini dəyişməsindən şübhələnməsinlər. Saat 17:20:18-də Təqsirləndirilən şəxs1 gözləmə yerində olan oturacaqlardan birində əyləşir. Saat 17:23:41də Təqsirləndirilən şəxs1 qalxıb, turniketlərdən keçərək “Reception” bölməsinə yaxınlaşır. Saat 17:24:02-də Təqsirləndirilən şəxs1 “Reception” bölməsinin əməkdaşı ilə danışıb aşağı mərtəbəyə tərəf hərəkət edir. Saat 17:24:20-də Təqsirləndirilən şəxs1 pilləkənlərdən aşağıya enir və sanitar qovşağa tərəf hərəkət edir. Saat 17:27:02-də Təqsirləndirilən şəxs1 sanitar qovşağından çıxır, pilləkənlərdən qalxır və “Reception” bölməsinin yanındakı gözləmə yeri istiqamətində hərəkət edir. Saat 17:27:27-də Təqsirləndirilən şəxs1 gözləmə yerində olan oturacaqlardan birində əyləşir və mobil telefonla danışır. Saat 17:28:48-də Təqsirləndirilən şəxs1 ayağa qalxır, digər oturacaqda oturur və telefonla danışmağa davam edir. Saat 18:23:56-ya qədər Təqsirləndirilən şəxs1 həmin oturacaqda oturur və telefonla danışmağa davam edir. Saat 18:23:34-də Zərərçəkmiş şəxs1 liftdən çıxır və turniketlər istiqamətində hərəkət edir. Saat 18:23:46-da Zərərçəkmiş şəxs1 turniketlərdən keçir və çıxış istiqamətində hərəkət edir. Saat 18:23:56-da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 çıxış istiqamətində hərəkət etdiyini görüb ayağa qalxır və özü də çıxış istiqamətində hərəkət edir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin vaxt Zərərçəkmiş şəxs1 gördükdə onu öldürmək məqsədilə onun ardınca hərəkət etmişdir. Lakin qarşısına insanlar, yəni onunla Zərərçəkmiş şəxs1 arasında bir qadın ilə uşaq keçdiyindən həmin vaxt Zərərçəkmiş şəxs1 tapanca ilə vurub öldürə bilməmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bidirdi ki, qeyd etdiyi qadın və uşaq protokola əlavə edilmiş fotoşəkildə əks olunur. Saat 18:24:02-də Zərərçəkmiş şəxs1 qapıdan çıxıb avtomobili istiqamətində hərəkət edir. Saat 18:24:20-də Zərərçəkmiş şəxs1 avtomobilə yaxınlaşır, arxa sərnişin oturacağına əyləşir, avtomobil hərəkət edir, həmin vaxt ərzində Təqsirləndirilən şəxs1 da yolda dayanan “Hyundai” markalı avtomobilin qabaq sağ sərnişin oturacağına minir və həmin avtomobil də hərəkət edir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, 08 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 tapanca ilə vurmaq istəsə də, həmin vaxt onun qarşısına bir qadın ilə uşaq çıxmış və bu səbəbdən o, Zərərçəkmiş şəxs1 bir qədər aralıda qalmışdır. Daha sonra isə Zərərçəkmiş şəxs1 öz avtomobilinə əyləşmişdir. Zərərçəkmiş şəxs1 tapanca ilə vura bilmədiyi üçün, Təqsirləndirilən şəxs2 aralıda saxlamaqla onu gözlədiyi avtomobil istiqamətində gedir, həmin avtomobilə əyləşir və oradan uzaqlaşır. Daha sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 öldürmək məqsədilə kompleksin yan tərəfinə gəlib sonuncu kompleksdən çıxarkən cinayət hadisəsini törətmələri anına dair kompleks və idman mərkəzinin müşahidə kameralarında 10 mart 2023-cü il tarixdə qeydə alınmış videogörüntülərə baxış keçirilmişdir.10 mart 2023-cü il tarixdə qeydə alınmış videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyən edildi: Saat 12:34:40-da Zərərçəkmiş şəxs1 “Land Cruiser” markalı **-XZ-*** dövlət nömrə nişanlı avtomobil ilə “Vurğun Residence” yaşayış kompleksinin qarşısına gəlir, Zərərçəkmiş şəxs1 avtomobilin arxa sağ sərnişin oturacağından enir və kompleksə daxil olur. Saat 12:34:40da Zərərçəkmiş şəxs1 “Reception” bölməsinin qarşısındakı turniketlərdən keçərək liftə daxil olur və kompleksin 3-cü mərtəbəsindəki “1 st Fitness” idman mərkəzinə gedir. Saat 12:36:09-da Zərərçəkmiş şəxs1 kompleksin 3-cü mərtəbəsindəki “1 st Fitness” idman mərkəzinin liftindən çıxır və “Reception” bölməsinin qarşısındakı turniketlərdən keçir. (“1 st Fitness” idman mərkəzinin kameralarındakı saat 4 dəqiqə geri qalır.).Saat 12:36:31-də Zərərçəkmiş şəxs1 kompleksin idman mərkəzinin kafesinə daxil olur, kafenin işçilərinə yaxınlaşır, su sifariş etdikdən sonra mərkəzin idman zalı istiqamətində gedir. (“1 st Fitness” idman mərkəzinin kameralarındakı saat 4 dəqiqə geri qalır.). Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, videoda əks olunmuş şəxsi tanıyır, həmin şəxs Zərərçəkmiş şəxs1dur. Həmin şəxsi dəqiq tanıyır və heç bir şübhəsi yoxdur. Saat 12:38:51-də Zərərçəkmiş şəxs1 idman zalından keçərək soyunub-geyinmə otağına daxil olur. (“1 st Fitness” idman mərkəzinin kameralarındakı saat 4 dəqiqə geri qalır.). Saat 12:43:10-da Zərərçəkmiş şəxs1 soyunub-geyinmə otağından çıxıb idman zalı istiqamətində gedir, oradan mərkəzin kardio zalına keçir və müxtəlif idman alətlərində məşq edir. (“1 st Fitness” idman mərkəzinin kameralarındakı saat 4 dəqiqə geri qalır.). Saat 14:06:47-də Zərərçəkmiş şəxs1 kardio zalında məşqini bitirib soyunub-geyinmə otağı istiqamətində hərəkət edir və paltarlarını dəyişir. (“1 st Fitness” idman mərkəzinin kameralarındakı saat 4 dəqiqə geri qalır.). Saat 14:07:18-də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Vurğun Residence yaşayış kompleksinin arxası tərəfdən binanın yan tərəfinə gəlib orada dayanıb Zərərçəkmiş şəxs1 komleksdən çıxmasını gözləyirlər. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, əks olunan şəxsi, yəni əynində tünd rəngli şalvarı, ağ rəngli köynəyi və ağ rəngli papaqlı gödəkçəsi olan, habelə üzünə tibbi maska ilə örtən şəxsi tanıyır, həmin şəxs dostu Təqsirləndirilən şəxs2dur. Özü də həmin vaxt Təqsirləndirilən şəxs2 ilə birlikdə, onun ardınca hərəkət edir. Yəni, Təqsirləndirilən şəxs2 ardınca hərəkət edən, əynində qara rəngli gödəkçəsi, tünd rəngli şalvar, başında qara rəngli idman papağı və çiynində idman çantası olan şəxs məhz özüdür. Özünü və Təqsirləndirilən şəxs2 dəqiq tanıyır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs2 ilə birlikdə, sonuncunun idarə etdiyi Hyundai Elantra markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 evdən çıxdıqdan sonra sonuncunu izləmiş, onun Bakı şəhəri Nəsimi rayonu S.Vurğun küçəsindəki idman zalına daxil olduqdan sonra, idarə etdikləri avtomobili idman zalından sonrarı döngələrin birindən sağa dönərək, idman zalının binasının arxasında yerləşən yolda avtomobili saxlamış və birlikdə piyada idman zalının binasının yan tərəfinə gəlmişlər. Binanın tininə çatdıqdan sonra isə, orada dayanıb, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 çıxmasını gözləmişdirlər. Qeyd olunan yerdə dayanmaqlarının səbəbi isə diqqət çəkməmək olmuşdur. Saat 14:16:54-də Təqsirləndirilən şəxs1 çiyninə keçirtdiyi idman çantasını saxlaması üçün Təqsirləndirilən şəxs2 verir və onlar Zərərçəkmiş şəxs1 gözləməyə davam edirlər. Saat 14:21:10-da Zərərçəkmiş şəxs1 paltarlarını dəyişib soyunub-geyinmə otağını tərk edir, idman zalından keçərək mərkəzin “Reception” bölməsi istiqamətində hərəkət edir və turniketlərdən keçərək liftə daxil olur (“1 st Fitness” idman mərkəzinin kameralarındakı saat 4 dəqiqə geri qalır.) Saat 14:24:42-də Zərərçəkmiş şəxs1 kompleksin 1-ci mərtəbəsində liftən çıxıb turniketlərdən keçərək kompleksin giriş-çıxış qapısı istiqamətində hərəkət edir. Saat 14:24:16-də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 kompleksin qarşısındakı səki ilə hərəkət edir. Saat 14:24:23-də Zərərçəkmiş şəxs1 kompleksin giriş qapısından çıxır, “Land Cruiser” markalı **-XZ-*** dövlət nömrə nişanlı avtomobilə tərəf hərəkət edir. Saat 14:24:28-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 görür, Təqsirləndirilən şəxs1 kurtkasının sağ cibindən silahı çıxarır, Zərərçəkmiş şəxs1 yaxınlaşmaq üçün binanın qarşısına keçir, həmin an Zərərçəkmiş şəxs1 avtomobilə tərəf hərəkətini davam etdirir. Həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 hərəkətə başlamazdan əvvəl Təqsirləndirilən şəxs2 əli ilə Təqsirləndirilən şəxs1 bir qədər Zərərçəkmiş şəxs1 istiqamətində itələmişdir. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs1 binadan çıxışını binanın tinindən pəncərənin arxasından görüb, dərhal əynində olmuş qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı “Ruger” markalı tapancanı hazır vəziyyətə gətirərək, mümkün qədər gizli şəkildə Zərərçəkmiş şəxs1 yaxınlaşmış və atəş açmaq üçün əlverişli şərait və məsafəyə çatan kimi, tapancanı çıxarıb, Zərərçəkmiş şəxs1 istiqamətində onu öldürmək məqsədilə üç və ya dörd atəş açmışdır. Təqsirləndirilən şəxs2 isə onu həmin vaxt binanın tinində gözləmişdir. Saat 14:24:39-da Təqsirləndirilən şəxs1 dayanıb, Zərərçəkmiş şəxs1 atəş açmaq üçün əlvərişli məqamı gözləyir, qısa vaxtdan sonra bir qədər də irəliləyib Zərərçəkmiş şəxs1 istiqamətində çoxsaylı atəşlər açır, Zərərçəkmiş şəxs1 atəşlərdən yayınır və həmin an güllələrdən biri Zərərçəkmiş şəxs3 dəyir. Saat 14:24:51-də Təqsirləndirilən şəxs1 atəşləri başa çatdırıb, qaçaraq yenidən binanın yan tərəfinə keçir və oradan Vuqar Quliyev ilə birlikdə qaçaraq hadisə yerindən uzaqlaşırlar. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, Zərərçəkmiş şəxs1 istiqamətində onu öldürmək məqsədilə bir neçə atəş açtıqdan sonra, yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə dayandığı yerə, oradan isə hadisə yerindən yayınmaq məqsədilə artıq Təqsirləndirilən şəxs2 ilə birlikdə idarə etdikləri “Hyundai Elantra” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində qaçmışdır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 bildirdi ki, ona təqdim edilməklə, onun və müdafiəçisi Fiq Hüseynovun iştirakı ilə baxış keçirilmiş 08 mart 2023-cü il tarixdə və 10 mart 2023-cü il tarixdə ünvan 18 ünvanında qeydə alınmış videogörüntülərdə, özünü və Təqsirləndirilən şəxs2, habelə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəqiq tanıyır, buna heç bir şübhəsi yoxdur. Bundan başqa baxış zamanı müəyyən edildi ki, “1 st Fitness” idman mərkəzində quraşdırılmış kameralarda göstərilən vaxt “Vurğun Residence” yaşayış kompleksində quraşdırılmış kameralardakı vaxtdan və real vaxt rejimindən 04 dəqiqə geri qalır. Saat 18:24:13-də Təqsirləndirilən şəxs1 da qapıdan çıxır, Zərərçəkmiş şəxs1 görür, lakin sonuncuya əks istiqamətdə hərəkət edir, həmin an Zərərçəkmiş şəxs1 arxaya baxır (Cild 6, 92-138;).

88. “Baxış keçirilməsi haqqında” 30 may 2023-cü il tarixli protokoldan (Təqsirləndirilən şəxs2 və onun müdafəçisinin iştirakı ilə) və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 təqdim edilməklə onun iştirakı ilə baxış keçirilmiş videogörüntüləri digər Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu şərhlər verməklə, orada özünü və Təqsirləndirilən şəxs1 tanıdığını bildirmişdir (Cild 6, 138-182;).

89. Babək rayonu Zeynəddin kənd və Şərur rayonu Düdəngə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndliklərdən verilmiş 31 may 2023-cü il tarixli xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar (Cild 6, 184;186).

90. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş 27 may 2023-cü il tarixli 3-13/2-41444/2023 nömrəli məktubda göstərilmişdir ki, araşdırma zamanı 23 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 kiminlə Azərbaycan Respublikasının ərazisindən çıxması, 03 yanvar 2023-cü il tarixdə qayıtması, Türkiyə Respublikasında olduğu müddət ərzində hansı fəaliyyətlə məşğul olması və başqa cinayətlərdə iştirak edib-etməməsi haqqında məlumat əldə etmək mümkün olmasa da, Fransa Respublikasında cəza çəkən X46 2020-ci ilin iyun ayında qardaşı X2 aləmdə “Quli” ləqəbi ilə tanınmış Nadir Səlifovun bacısı oğlu Məhəmməd Qurbanovu bıçaqlaması, həmçinin 2022-ci ilin iyul ayında İstanbul şəhərində onun digər qardaşı X40 öldürülməsi faktları ilə bağlı Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarında cinayət işlərinin başlanılması və hazırda istintaqın aparılması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərkibində Daxili İşlər Nazirliyinin nümayəndəliyindən daxil olmuş məktubda qeyd olunan faktlarla bağlı başlanılmış cinayət işləri üzrə məlumatların əldə edilməsi məqsədilə aidiyyəti orqanlara sorğuların verilməsinə və onların nümayəndələri ilə görüşməsinə baxmayaraq, məhkəmə tərəfindən məhdudlaşdırma qərarının verilməsi səbəbindən zəruri məlumatların və sənədlərin əldə edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Bundan başqa Fransa Respublikasının Paris şəhərində “İnterpol”un Milli Mərkəzi Bürosundan daxil olmuş məktubda 01 fevral 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq), 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə məhkum olunmuş X46 yaratdığı mütəşəkkil dəstənin üzvləri - 01 fevral 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.5-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi ilə məhkum olunmuş X8, 14 sentyabr 1985-ci il tarixdə Qazax rayonunda anadan olmuş, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluq), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə məhkum olunmuş X26 və 25 avqust 1984-cü il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə məhkum olunmuş X9 iştirakı ilə 14 mart 2021-ci il tarixdə Fransa Respublikasının qərbindəki Nant şəhərində başqa bir nəfər şəxsə bıçaqla ağır xəsarətlər yetirməklə hadisə yerindən qaçmaları, daha sonra hədəfi yenidən izləmək və qətlə yetirmək məqsədilə 2022-ci ilin mart ayında 17 oktyabr 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq), 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə məhkum olunmuş X27 və 06 may 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.1-ci maddəsi ilə (rəisə qarşı zorakı hərəkətlər) məhkum olunmuş X28 Fransa Respublikasına gəlmələri, Emin Qasımovun 24 aprel 1992-ci il təvəllüdlü “Topal Andrey” adlı şəxsə məxsus “AB 1629528” nömrəli saxta Moldova Respublikası vətəndaşı pasportundan istifadə etməsi, kriminal aləmdə “Rövşən Lənkaranski” ləqəbi ilə tanınmış Rövşən Caniyevin tərəfdarları olması qeyd olunmuşdur. Bununla yanaşı, Fransa Respublikasının hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Emin Qasımov 12 iyun 2022-ci il tarixdə həbs edilərək həmin ölkənin “Brest” həbsxanasında saxlanılması, Mehrac Zərbəliyev isə 13 oktyabr 2022-ci il tarixdə Polşa Respublikasında həbs edilərək 11 noyabr 2022-ci il tarixdə Fransaya ekstradisiya olunması və hazırda “Fleury-Merogis” həbsxanasında saxlanılması, Rövşən Qocayev və Tural Məmmədli barəsində Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən axtarış elan olunmaları, barələrində Qırmızı Bülletenlərin nəşr olunması, cinayətkar dəstə tərəfindən qəsdən adam öldürməyə cəhd və qətl cinayətinin hazırlanmasında ittiham olunmaları müəyyən edilmişdir (Cild 6, 191-192;)

91. "xxxx" ASC-dən daxil olmuş 2 ədəd diskə “Baxış keçirilməsi haqqında” 3 iyun 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş ******************** nömrəli bank hesabına və həmin hesabla istifadə olunan “510307******2237” nömrəli plastik bank kartının hesabına mədaxil olunan və həmin kartın hesabından məxaric olunan pul vəsaitlərinin siyahısına baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin kartın hesabına 06 mart 2023-cü il tarixdə saat 19:56-da 300 manat pul vəsaiti köçürülmüş, həmin vəsait 06 mart 2023-cü il tarixdə saat 21:59-da “NAXCHİVAN SHEH. E.ELİYEV KUCH.20 CAHAN TİCARET MERKEZİ” adlı bankomat vasitəsilə nağdlaşdırılmışdır. Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmiş kartın hesabına mədaxil olunan və həmin kartın hesabından məxaric olunan pul vəsaitlərinin siyahısında istintaq üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilmiş ******************** nömrəli bank hesabına və həmin hesabla istifadə olunan “416973******4534” nömrəli plastik bank kartının hesabına mədaxil olunan və həmin kartın hesabından məxaric olunan pul vəsaitlərinin siyahısına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin kartın hesabına 02 mart 2023-cü il tarixdə saat 06:19-da 400 manat, 03 mart 2023-cü il tarixdə saat 18:01-də 200 manat olmaqla, ümumilikdə 600 manat pul köçürülmüş, həmin vəsaitini köçürmüş şəxs barəsində “terminaldan mədaxil” sözlərindən başqa hər hansı məlumat aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 adına rəsmiləşdirilmiş kartına mədaxil olunan və həmin kartdan məxaric edilən pulların siyahısında siyahısında istintaq üçün əhəmiyyət kəsb edən digər hal aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 bank kartının hesabına köçürülmüş pulları 02 mart 2023-cü il və 03 mart 2023-cü il tarixlərdə nağdlaşdıran zaman bankomata quraşdırılmış xüsusi kamera vasitəsilə çəkilmiş fotoşəkilləri protokola əlavə edilmişdir (Cild 6, i.v. 195-196;).

92. "xxxx" ASC-dən daxil olmuş 1 ədəd diskə “Baxış keçirilməsi haqqında” 9 iyun 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 adına olan “**********075959” nömrəli plastik bank kartının hesabına 07 mart 2023-cü il tarixdə, saat 00:26-da 400 manat, həmin tarixdə saat 12:04-də 250 manat, 10 mart 2023-cü il tarixdə saat 14:45-də isə 2550 manat pul köçürülmüşdür. Həmin pul vəsaitlərinin hansı nömrəli hesabdan köçürülməsinə dair məlumatlar yoxdur. Təqsirləndirilən şəxs2 tərəfindən özünə məxsus kartın hesabına köçürülmüş 400 manat pul vəsaitini 07 mart 2023-cü il tarixdə saat 00:53də ünvan 26 ünvanında yerləşən “ATM NARİMANOV BRANCH 2” adlı bankomat vasitəsilə, 2500 manat pul vəsaitini isə 10 mart 2023-cü il tarixdə saat 15:10-da ünvan 27 ünvanında yeləşən “ATM BAKİXANOV BRANCH 2” adlı bankomat vasitəsilə nağdlaşdırmışdır. Bundan başqa diskin içərisində olan “Bakihanov_BKX- 20(056)_main_**********0953_@10”adlı fotoya və “Bakihanov_ch20_**********0946_**********1037 adlı 52 saniyə müddətində davam edən videogörüntüyə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə saat 15:10-da 2500 manat pulu nağdlaşdırması müəyyən olunmuşdur. “Narimanov_NAR- 24(074)_main_**********5332_@57” adlı fotoya baxış keçirilərkən Təqsirləndirilən şəxs2 07 mart 2023-cü il tarixdə saat 00:53-də 400 manat məbləğində pulu, “Narimanov_ch24_**********5305_**********5405” adlı fotoda və “Narimanov_ch25_2023030 7005304_**********5405” videogörüntüdə Təqsirləndirilən şəxs2 07 mart 2023-cü il tarixdə saat 00:56-da 400 manat məbləğində pulu nağdlaşdırması müəyyən olunmuşdur (Cild 6, i.v. 223.-226;).

93. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş “Məhkəmə-ballistik ekspertizası üzrə” 10 aprel 2023-cü il tarixli 23/274R nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd nömrəsi silinmiş silah, ABŞ dövlətində zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli “RUGER-9SR9c” modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tapançanın hissələri və mexanizmləri üzərində heç bir kustar üsulla əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim olunmuş 2 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, 9x19 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuşdur, həmin kalibrli “RUGER-9SR9c” modelli tapançaların komplekt hissəsidir-daraqlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim olunmuş ümumi sayı 12 ədəd olan patronlar zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli olmaqla “Parabellum” konstruksiyalı və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim olunmuş 3 ədəd gilizlər, zavod üsulu ilə istehsal olunmuşdur, həmin kalibrli “Parabellum” konstruksiyalı və həmin kalibrli digər silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 9x19 mm kalibrli patronların bir hissəsidir – atılmış gilizləridir. Həmin gilizlər tədqiqata təqdim edilmiş nömrəsi silinmiş 9 mm kalibrli “RUGER- 9SR9c” modelli tapançadan atılmışdır. Təqdim edilmiş nömrəsi silinmiş 9 mm kalibrli “RUGER-9SR9c” modelli tapançadan eksperimental qaydada atılmış güllə-gilizlər və tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş 3 ədəd giliz bir-biri ilə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə “ARSENAL” avtomatlaşdırılmış ballistik identifikasiya sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş 2 ədəd deformasiyaya uğramış güllələr, zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum konstruksiyalı və həmin kalibrli digər modelli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş patronların bir hissəsidir – atılmış gülləsidir. Yuxarıda göstərilən səbəbdən müqayisəli tədqiqat üçün yararsızdır. Tədqiqata təqdim olunmuş 4 ədəd metal qırıntılar, atılmış güllənin bir neçə hissəyə parçalanmış ürəkciyidir və müqayisəli tədqiqat üçün yararsızdır. Bu səbəbdən də həmin ürəkciyin qırıntıları hansı kalibrli və hansı modelli odlu silahdan atılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsində xüsusi lazımi avadanlıqlar olmadığından və “oğurlanmış və itirilmiş” silahların qeydiyyatı aparılmadığından bununla bağlı ekspertiza təyin edilməsi haqqında qərarda qeyd olunan suallara cavab verilməmişdir. Təqdim edilmiş 12 ədəd 9x19 mm kalibrli patronlardan 4 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur (Cild 6, i.v. 255-267;).

94. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X68 daxil olmuş 5 iyun 2023-cü il tarixli 1553 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməldən sonrakı dövrdə hər hansı psixi pozuntudan əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməli törətməsini əvvəlcədən planlaşdırmış, həmin vaxt emosional sferasında iş üçün əhəmiyyət kəbs edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Qeyd edilən əməli törədərkən Təqsirləndirilən şəxs1 maraq və məqsədi onun davranışlarını istiqamətləndirmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (Cild 6, i.v. 270-272;).

95. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X68 daxil olmuş 5 iyun 2023-cü il tarixli 1554 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməldən sonrakı dövrdə hər hansı psixi pozuntudan əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 törətdiyi hadisə vaxtı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəbs edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (Cild 6, i.v.273-275;).

96. “Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X68 daxil olmuş 8 iyun 2023-cü il tarixli 1585 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 törətdiyi əməldən sonrakı dövrdə hər hansı psixi pozuntudan əziyyət çəkməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs3 psixi-emosional sferasında iş üçün əhəmiyyət kəbs edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır (Cild 7, i.v. 1-4;).

97. “Məhkəmə-narkoloji ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X68 daxil olmuş 8 iyun 2023-cü il tarixli 3565 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild 7, i.v. 6-7;).

98. “Məhkəmə-tibbi ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X43” X68 daxil olmuş 17 may 2023-cü il tarixli 649 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibbi müayinə zamanı sol sağrı nahiyəsində giriş dəliyi olan və sağ xayalıqda çıxış dəliyi olan, yara kanalı boyunca sağ xayanın yaralanması ilə müşayiət olunan odlu silah – güllə yarası aşkar edilmişdir, tibbi sənədlərdə qeyd olunanlara əsasən yara kanalının istiqaməti soldan sağa, arxadan önə və yuxarıdan aşağıya doğrudur; sağ baldırın orta 1/3-nin arxa səthində giriş dəliyi olan və sağ baldırın orta 1/3-nin ön səthində çıxış dəliyi olan odlu silah – güllə yarası aşkar edilmişdir, tibbi sənədlərdə qeyd olunanlara əsasən yara kanalının istiqaməti soldan sağa, arxadan önə və yuxarıdan aşağıya doğrudur. Qeyd olunan odlu silah – güllə yaraları əl odlu silahından açılan atəşlər nəticəsində güllənin təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti 10 mart 2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs3 almış olduğu xəsarətlərin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, onun bədəninin arxa səthi hücum edən şəxslə qarşılıqlı vəziyyətdə olmuşdur (Cild 7, i.v. 9-36;).

99. “Məhkəmə-tibbi ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X43” X68 daxil olmuş 4 may 2023-cü il tarixli 578 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinə zamanı sol baldırın aşağı 1/3-nin bayır səthinin odlu silah – güllə yarası aşkar edilmişdir. Qeyd olunan odlu silah – güllə yaraları əl odlu silahından açılan atəşlər nəticəsində güllənin təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti 10 mart 2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətin lokalizasiyasını, xarakterini və əmələgəlmə mexanizmini nəzərə alaraq demək olar ki, onun bədəninin sol yan səthi hücum edən şəxslə qarşılıqlı vəziyyətdə olmuşdur(Cild 7, i.v. 39-53;).

100. “Məhkəmə ballistik və trasoloji ekspertizası üzrə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 18 may 2023-cü il tarixli 3/506, 3/516 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs3 əynində olmuş geyim əşyalarının, Zərərçəkmiş şəxs2 əynində olmuş geyim əşyalarının, Zərərçəkmiş şəxs1 oğlunun əynində olmuş geyim əşyalarının, “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanından götürülmüş 1 ədəd qara rəngli papağın, 1 ədəd qara rəngli maykanın, həmin avtomobildən götürülmüş 1 ədəd qara rəngli qısaqol köynəyin, 1 ədəd göy rəngli cins şalvarın, 1 cüt “Kinetix” markalı qara rəngli idman ayaqqabısının, 1 cüt qara rəngli corabın, Təqsirləndirilən şəxs1 əynində olmuş geyim əşyalarının, Təqsirləndirilən şəxs2 əynində olmuş geyim əşyasının üzərində trasoloji zədə yoxdur. Aparılmış tədqiqatın dəyərinin 128 manat olması müəyyən edilmişdir (Cild 7, i.v. 56-64;).

101. “Məhkəmə-tibbi ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X43” X68 daxil olmuş 13 may 2023-cü il tarixli 627 nömrəli rəydən görünür ki, 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 7, i.v. 66-72;).

102. “Məhkəmə ballistik, atəş izləri və əmtəəşunaslıq ekspertizası üzrə” Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 17 may 2023-cü il tarixli 3/507 və 9/2009 nömrəli rəydən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı “Hyundai Elantra” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən 730,0 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 250(iki yüz əlli) müəyyən edilmişdir (Cild 7, i.v. 74-81;).

103. Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları İdarəsinin 24 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (Cild 7, i.v.47-67)

104. Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və İnformasiya texnologiyaları İdarəsinin 24 iyun 2023-cü il tarixli məktubundan, müvafiq hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 13 iyun 2003-cü il tarixli, A-0553/2003 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin 10 sentyabr 2003-cü il tarixli, 2 ci- 881 saylı qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş beş il müddətə azadlıqdan məhrum etmə cəzası iki il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmişdir (Cild 6, i.v. 231-252; Cild 7, i.v. 47-67;).

105. “Məhkəmə-tibbi ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X43” X68 daxil olmuş 11 mart 2023-cü il tarixli 274 nömrəli rəydən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 7, i.v. 82-85;).

106. “Məhkəmə-tibbi ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X43” X68 daxil olmuş 11 mart 2023-cü il tarixli 273 nömrəli rəydən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 7, i.v. 87-92;).

107. “Məhkəmə-tibbi ekspertizası üzrə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X43” X68 daxil olmuş 13 mart 2023-cü il tarixli 284 nömrəli rəydən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 7, i.v. 92-95).

108. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi və əməllərin cinayət məcəlləsinin digər maddələrinə tövsif edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, “Məhlə çay-çörək” yazılmış lövhənin altındakı pilləkənlərin qarşısından götürülmüş 3 (üç) ədəd atılmış giliz, “VAZ-21099” markalı Az **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilin örtüyünün ön hissəsindəki dəliyin kənarlarından və tavanının ön şüşəyə yaxın yerindən götürülmüş boya qırıntıları, həmin avtomobilin motorxanasının altından götürülmüş metal qırıntıları, həmin avtomobilin yaxınlığındakı qanabənzər ləkələrdən götürülmüş 3 (üç) ədəd nümunə, “Hyundai Elantra” markalı Az **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfində yerdən götürülmüş üzərində qan ləkələri olan 1 (bir) ədəd ağ rəngli salfet, həmin avtomobilin yaxınlığında yerdən götürülmüş 1 (bir) ədəd qara rəngli papaq və 1 (bir) ədəd qara rəngli mayka, həmin avtomobilin ön sol tərəfində rezin ayaqaltı üzərindəki və yerdəki qanabənzər ləkələrdən götürülmüş 3 (üç) ədəd nümunə, həmin avtomobilin rezin ayaqaltısının sol tərəfindən götürülmüş 1 (bir) ədəd deformasiya olunmuş atılmış güllə, “X102” markalı 059-D-004 dövlət qeydiyyat nişanlı avtomobilin ön alt hissəsində asfalt üzərindən aşkar edilmiş 1 (bir) ədəd deformasiya olunmuş atılmış güllə, “Hyundai Elantra” markalı Az **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa oturacağından götürülmüş 1 (bir) ədəd qara rəngli köynək, həmin avtomobilin sağ arxa oturacağından götürülmüş 1 (bir) ədəd göy rəngli cins şalvar, həmin avtomobilin sağ arxa ayaqaltı hissəsindən götürülmüş 1 (bir) cüt “Kinetix” markalı idman ayaqqabısı, 1 (bir) ədəd “Bizon” markalı enerji içkisinin dəmir qabı, 1 (bir) ədəd bənövşəyi rəngli alışqan və 1 (bir) ədəd “RUGER-SR9c” markalı tapança, tapançanın içərisindən götürülmüş 1 (bir) ədəd atılmamış patron və 1 (bir) ədəd patron darağı, həmin avtomobilin sol arxa ayaqaltı hissəsindən götürülmüş 1 (bir) ədəd karton tapança qutusu, həmin avtomobilin sol ön oturacağının altından götürülmüş 1 (bir) ədəd ağ rəngli tibbi maska və 1 (bir) cüt qara rəngli corab, həmin avtomobilin oturacaqları üzərindən götürülmüş çexolların olduğu 10 (on) ədəd bağlama, həmin avtomobilin sağ arxa tərəfindən götürülmüş 1 (bir) ədəd əl-barmaq izi, sol ön hissəsindəki saxlanc yerindən aşkar edilmiş diskin üzərindən götürülmüş 1 (bir) ədəd əl-barmaq izi, sol qabaq qapısının üzərindən götürülmüş 1 (bir) ədəd ovuc izi, tapançanın üzərindən götürülmüş 1 (bir) ədəd əl-barmaq izi, H.Əliyev adına X51 yaxınlığından götürülmüş 1 (bir) ədəd patron darağı və 11 (on bir) ədəd patron, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) ədəd qara rəngli idman köynəyi, Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd “Bershka” markalı ağ rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd “Brooklyn” markalı krem rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd “Quik-Max” markalı ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd “Margo” markalı qara-boz rəngli tuman, 1 (bir) ədəd “BDG” markalı ağ-xaki rəngli şalvar, 1 (bir) ədəd “Massimo Dutti” markalı şabalıdı rəngli bel kəməri, 1 (bir) ədəd “Hermes” markalı qara rəngli bel kəməri, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt “Berska” markalı ağ-qara rəngli idman ayaqqabısı, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol jaket, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) ədəd qara rəngli bel kəməri, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd ağ rəngli idman köynəyi, Zərərçəkmiş şəxs1 məxsus DNT nümunəsi olan 1 (bir) ədəd pambıqlı çubuq, Zərərçəkmiş şəxs3 məxsus DNT nümunəsi olan 1 (bir) ədəd pambıqlı çubuq, Zərərçəkmiş şəxs2 məxsus DNT nümunəsi olan 1 (bir) ədəd pambıqlı çubuq, Təqsirləndirilən şəxs1 məxsus DNT nümunəsi olan 1 (bir) ədəd pambıqlı çubuq, Təqsirləndirilən şəxs2 məxsus DNT nümunəsi olan 1 (bir) ədəd pambıqlı çubuq, hadisə ilə bağlı videogörüntüləri özündə əks etdirən 1 (bir) ədəd xarici yaddaş qurğusu (“HDD”), Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “i-Phone” markalı mobil telefon, “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk (“DVD”) öz xüsusiyyətlərinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına, üzərilərində hadisənin izlərini saxladıgına görə cinayət təqibi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (Cild 7, i.v. 116-196;).

109. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə ittiham elan edilmişdir (Cild 7, i.v. 216-221;241-246; 267-273;).

110. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.Ş.Yusifov tərəfindən 15 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 19 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 9, i.v.1-223;).

111. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 “Cinayət əməli nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair” 27 oktyabr 2023-cü il tarixli mülki iddia ərizəsi və ona əlavə sənədlərdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 özünün mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə mülki cavabdehlər qismində tanınmasını, sonuncuların birlikdə törətmiş olduqları cinayət əməli nəticəsində 10746 (on min yeddi yüz qırx altı) manat məbləğdə maddi ziyanın və ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğdə dövlət rüsumunun mülki cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs2 oğlu mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə mülki cavabdehlər kimi tanınmaqla onlara müvafiq olaraq hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində ona vurulmuş maddi ziyanla bağlı 10746 manat məbləğində pul və ödənilmiş 123 manat dövlət rüsumu onun xeyrinə tutulmalıdır (Cild 10;).

112. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 “Cinayət nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair” 6 dekabr 2023-cü il tarixli mülki iddia ərizəsi və ona əlavə edilmiş dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 özünün mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə mülki cavabdeh qismində tanınmasını, sonuncuların birlikdə törətmiş olduqları cinayət əməli nəticəsində 60.000 (altmış min) manat məbləğdə mənəvi ziyanın və ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğdə dövlət rüsumunun mülki cavabdehlərdən tutularaq ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən Zərərçəkmiş şəxs3 oğlu mülki iddiaçı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə mülki cavabdeh kimi tanınmaqla onlara müvafiq olaraq hüquq və vəzifələri izah edilmişdir. Zərərçəkmiş şəxs3 mülki iddiasını onunla əsaslandırmış ki, silahlı insident nəticəsində ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almış, aldığı xəsarətlərlə bağlı, yəni sağ xayanın total rezeksiyası, yara yerlərinin təftişi, işlənməsi (sağ xayanın götürülməsi), sağ baldırın aşağı üçdə bir hissəsinin odlu silahla zədələnməsi, sol sarğı nahiyəsində güllənin giriş dəliyi, sağ xayadan çıxış dəliyi, cinsiyyət orqanlarının açıq yarası kimi xəsarətləri ilə bağlı çoxsaylı müalicə və müayinə tədbirləri görülmüşdür. Təqsirləndirilən şəxslərin törədikləri cinayət əməli nəticəsində 21 yaşında bir gənc kimi gələcək həyatı, arzuları məhv edilmiş, cəmiyyətdə, qohum-əqrəba, dost-tanış arasında birmənalı qarşılanmayan, milli mentalitetdən qaynaqlanan “kişilik qüruru” itirilmiş və o, son nəticədə reproduktiv sağlamlığını itirməklə çox acınacaqlı vəziyyətə düşmüşdür. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri nəticəsində ona vurulmuş mənəvi ziyanla bağlı 60000 manat məbləğində pul və ödənilmiş 270 manat dövlət rüsumu onun xeyrinə tutulmalıdır (Cild 10;).

113. Zərərçəkmiş şəxs1 etibarnamə üzrə nümayəndəsi ilə birgə verdiyi 27 oktyabr 2023 və 27 mart 2024-cü il tarixli ərizələrində göstərmişdir ki, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə olmayacaqdır. Məhkəmənin növbəti iclaslarında iştirak etmək istəmir. Təqsirləndirilən şəxslərə cəza təyin olunmasını məhkəmənin mülahizəsinə buraxır(Cild 10;).

114. BMCMİ-nin rəisi Əbülfət Rzayevin 6 aprel 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, BMCMİ-nin inzibati binasına quraşdırılmış videomüşahidə kameralarının yaddaş qurğusu olmadığı üçün videogörüntülərin təqdim edilməsi mümkün olmamışdır(Cild 10;).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

115. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

116. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsinatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

117. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

118. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

119. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməlləri isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir.

120. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.

121. Belə ki, CM-in 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

122. CM-in 120.2.1, 120.2.4 və 120.2.5-ci maddələrində qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, ümumi təhlükəli üsulla tamah məqsədi ilə və ya sifarişlə adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilmiş və həmin maddələrin sanskiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuşdur.

123. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn, başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir (bax qərarın 2-ci bəndi).

124. Əgər şəxsin əməlində qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibi olarsa, onda onun əməlini əlavə olaraq faktiki baş vermiş hər hansı nəticəni nəzərdə tutan maddə ilə tövsif etmək tələb olunmur. Ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə (CM-in 120.2-ci maddəsi) cinayəti digər qətl cinayətləri ilə müqayisədə daha ictimai təhlükəlidir. Qətl cinayətinin ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə əməli kimi tövsif edilməsi üçün təqsirkarın hərəkətlərində CM-in 120.2-ci maddəsində nəzərdə tutulan əlamətlərdən hər hansı birinin (bir neçəsinin) olması müəyyən olunmalıdır.

125. Hökmün 123-cü bəndində qeyd edilən qərarın 5-ci bəndində göstərilir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayətlərdə qabaqcadan əlbir olan cinayətin icraçısı (icraçıları) ilə birlikdə digər iştirakçılar cinayətin təşkilatçıları, təhrikçiləri və köməkçiləri qismində çıxış edə bilərlər. Belə şəxslərin əməlləri cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olmaqla CM-in 32-ci maddəsinə istinad edilməklə 120.2.1-ci maddəsi ilə tövsif edilməlidir.

126. Göründüyü kimi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə cinayətin törədilməsi barədə əvvəlcədən (cinayət törədilənə qədər) razılığa gələn iki və ya daha çox şəxsin iştirakı ilə heyata keçirilir. Bu halda qrupun hər bir üzvü cinayətin icraçısı qismində çıxış edir. Rolların bölüşdürülməsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə hallarında cinayətin təşkilatçıları, təhrikçilərı və köməkçiləri cınayətin icraçısı ilə birlikdə zərərçəkmiş şəxsin heyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak etmədikdə (cinayətin obyektiv cəhətini icra etmədikdə) və ona fiziki zorakılıq göstərmədikdə, lakin adam öldürmə cinayətinə sair şəkildə köməklik göstərdikdə, həmin şəxslərin əməlləri CM-in 120.2.1-ci maddəsi ilə deyil, 32-ci maddəsinin müvafiq hissələri və 120.1-ci və ya 120.2-ci maddələri ilə tövsif ediləcəkdir. Qeyd edilməlidir ki, bir qrup şəxs tərəfindən törədilmiş qətlin əsas əlaməti cinayətin obyektiv tərəfinin icra olunduğu, yəni zərərçəkmiş şəxsin bədən xəsarətinin yetirilməsi vaxtı deyil, cinayəti törədən şəxslərin qətlə razılıq verdikləri vaxtdır.

127. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, qeyrisi Zərərçəkmiş şəxs1 öldürülməsi ilə bağlı olan sifarişi birinci Təqsirləndirilən şəxs3 vermiş, sonuncu da həmin sifarişi icra etməyə razılıq verdikdən sonra, Zərərçəkmiş şəxs1 güdmək və çevik hərəkət etmək üçün “Kia Cerato”, sonra isə “Hyundai Elantra” markalı avtomobilini, həmçinin sonuncunu öldürmək üçün nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah olan tapançanı, onun komplekt hissəsi sayılan 2 ədəd sandığı və çoxlu sayda döyüş sursatı olan 9 mm kalibrli patronları əldə edib saxlayıb, daşımaqla üzərində, habelə həmin avtomobillərdə gəzdirməklə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanına gedərək onu qəsdən sifarişlə öldürmək məqsədilə 6 mart 2023-cü il tarixədək izləmiş, lakin qətl hadisəsinin törədilməsini həyata keçirmək üçün əlverişli şərait yaranmadığından icra edə bilməmiş, yəni iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 öldürməkdən könüllü olaraq imtina etməsini bildirməsi isə işin faktiki halları ilə tam təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la ilk dəfə 6 mart 2023cü il tarixdə avtomobildə görüşdüyünü bildirmiş, Təqsirləndirilən şəxs3 da bunu təkzib etməmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs1 atasının müalicəsi üçün avtomobil icarəyə götürmək istəməsi üçün Təqsirləndirilən şəxs3la görüşməyə getdiyini bildirsə də, cinayət işində olan “üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3la üzləşdiyi zaman 6 mart 2023-cü il tarixdə avtomobildə görüşərkən Təqsirləndirilən şəxs3la birgə silaha baxdığını, sonra silahı Təqsirləndirilən şəxs3 geri qaytardığını bildirmişdir. Təqsirləndirilən şəxs3 da həmin istintaq hərəkətində 6 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1la görüşərkən Emin Qasımovun sifarişinə əsasən Təqsirləndirilən şəxs1la görüşərkən “Hyundai” markalı avtomobilə minib avtomobilin içərisində sonuncuya Zərərçəkmiş şəxs1 öldürəcəkləri silahı göstərmişdir (Cild 6, i.v.35-38).

128. Yuxarıda göstərilənlərdən görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmədə cinayəti törətməkdən könüllü imtina etdiyini bildirməsi sadəcə onun törətdiyi az ağır, ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşıyır. Qeyd edilənlərdən görünür ki, o, Emin Qasımovdan aldığı sifariş əsasında Zərərçəkmiş şəxs1 təkbaşına öldürə biləcəyinə əmin olmamış, buna görə də öz əməlini törətmək üçün başqa şəxslərlə sövdələşmişdir. Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 6 mart 2023-cü il tarixədək izləməsinə baxmayaraq, sonuncunu öldürmək üçün hərəkət etməməsi onun cinayət əməlini törətməkdən könüllü imtina etdiyi üçün deyil, qətl hadisəsinin törədilməsini həyata keçirmək üçün əlverişli şərait yaranmadığından icra edə bilməməsi, yəni iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməməsi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs3 daha sonra vahid niyyətlə sifariş olunan qətlin törədilməsi üçün Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlamış və Zərərçəkmiş şəxs1 yaşadığı, idmanla məşğul olduğu ünvanları, idarə etdiyi avtomobilin şəklini, nömrəsini, modelini, avtomobilin zirehli olmasını və digər zəruri məlumatları ona bildirmiş, sonuncunu izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili kirayələdiyini qeyd etməklə, həmin görüşləri zamanı avtomobildə olan nömrəsi silinmiş “Ruger” markalı “SR9c” modelli tapançanı Təqsirləndirilən şəxs1 nümayiş etdirmiş, cinayətin məhz bu silahdan istifadə edilməklə törədiləcəyini bildirməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Təqsirləndirilən şəxs1 isə öz növbəsində sifarişçi Emin Qasımovla əldə edilmiş razılıq əsasında Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olduğu qrupa daxil etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Emin Qsımovu tanımadığını, cinayət əməlinin törədilməsindən xəbəri olmadığını bildirsə də, onun həmin ifadələri iş materialları tam inkar edilir. Belə ki, ibtidai istintaq dövründə verdiyi ifadəsində Təqsirləndirilən şəxs2 hadisəni törətdikdən sonra hava limanına getdiklərini, bu zaman Təqsirləndirilən şəxs1 telefonu sönülü olduğundan Emin Qasımovun istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxladığını, təyyarəyə mindiklərini və Bakıdan uzaqlaşacaqlarını bildirdiyini demişdir. Bundan başqa məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan sübutlarla da Təqsirləndirilən şəxs3 planlanmış cinayət əməlinin törədilməsində iştirakı öz əksini tapmışdır.

129. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edildi ki, silahdan atəş açılması və onun yararlı vəziyyətdə olmasının yoxlanılması üçün Təqsirləndirilən şəxs2lə Təqsirləndirilən şəxs1 hava limanı istiqamətində getmiş, boş bir ərazidə silahdan atəş açmaqla silahın saz vəziyyətdə olmasını dəqiqləşdirmişlər. Həmçinin Təqsirləndirilən şəxs2 mobil telefonunda “Təranə” adı ilə qeyd olunmuş ***-***-**-** mobil telefon nömrəsi tərəfindən 09 mart 2023-cü il tarixdə, saat 23:15-də yazılmış “Sabah səni görmək istəyirəm” məzmunlu mesaja Təqsirləndirilən şəxs2 tərəfindən “insAllah televizorda gorersen)” deyə cavab verilmiş, Təqsirləndirilən şəxs2 tərəfindən saat 23:16-da isə “Deyirem menim yaxsiligim ucun dua etki saba burda olmuyum az-dan basqa hara olur olsu)” məzmunlu mesaj göndərilmişdir. Bundan əlavə “Saxmar” adlı hesabdan Təqsirləndirilən şəxs2 06 mart 2023-cü il tarixdə, saat 08:47-də “indi oyanmışam, yoldayam, Vətəni götürürəm gedirəm ora, 9-da açılır, gedirəm işin dalınca qardaşım, görək neynirik, nə iş görürük, dünən gecə səndən sonra yenə danışdıq, deyir brat görüntüyü zadı başa düşdün” məzmunlu, saat 08:48-də “deyir bir dənə də uşaq var, onu da deyəsən qoşacaqlar bizə, oturub söhbət edəcəyik, baxacayıq da, Emin deyir 2-3 dəfə o da bu işlərlə məşğul olub, işləri aşırdıb, görüb də bu işi, bir də deyir heç kim bilməsin də bu məsələləri, deyirəm olmaz axı, sən maşında otur, mən onunla düşüm yerə tam dəqiqliklə işimizi aşırdaq da brat, bu mənə deyir ki, sən otur rola, Vüqar otursun yanınızda, o da o işi görəndi, deyir sizə özüm qədər arxayınam, siz mənim özümsüz, Vüqar ürəkli uşaqdı, görürəm ki, heç kimə heçnə vermək istəmir, prosto istəyirəm iş dəqiq olsun” məzmunlu audioyazı göndərilmişdir. Daha sonra “Saxmar” adlı hesab ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış yazışmalar zamanı saat 13:50-yə aviabilet alması, hava limanına gəlməsi ilə bağlı audioyazıar göndərilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan çoxsaylı sübutlarla Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə qəsdən adam öldürmək üçün birləşdiklərini, cinayətkar plana uyğun olaraq hər birinin üzərinə düşən vəzifələrini yerinə yetirmələri müəyyən edilir.

130. Həmçinin məhkəmə istintaqı müəyyən edildi ki, 4 mart 2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək olan müddət ərzində qrup üzvlərinin etdiyi bütün hərəkətlər sifarişçi olan qeyrisinin nəzarəti, əvvəlcədən əldə edilmiş razılığa və plana uyğun olaraq aparılmış, həmçinin qrupun bütün üzvlərinin hərəkətləri Zərərçəkmiş şəxs1 həyatdan məhrum etməyə yönəlmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi ilə bağlı növbəti plan və tapşırıqları almağa davam etmiş, planın öz üzərinə düşən konkret tapşırıqlarını icra etmişdir. Eləcə də Təqsirləndirilən şəxs3 zahirən köməkçilikdə ifadə olunan davranışı, əslində qabaqcadan hazırlanmış planın icrası zamanı müəyyən rolu icra etməyə hazır olan qabaqcadan əlbir olan bir qrup şəxs qismində iştirak etməsini göstərir. Bundan başqa, 10 mart 2023-cü il tarixdə sifariş icra olunduqdan sonra əldə olunmuş razılığa uyğun olaraq həm Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2, həm də qrupun digər üzvü Təqsirləndirilən şəxs3 Azərbacan Respublikasını tərk etməyə cəhd etmiş, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində tutulub istintaqa təqdim edilsə də, Təqsirləndirilən şəxs3 həmin vaxt sifarişçinin köməyi ilə tutulmaqdan boyun qaçırmağa nail olmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməllərini dərk etməsi və hadisədən sonra ayrı-ayrı şəxslərlə mobil telefonun “WhatsApp” tətbiqi vasitəsilə apardığı danışıqlarda 10 sentyabr 2023-cü il tarixdə ünvan 28 ünvanında yerləşən “Bakı Dövlət Sirki”nin yaxınlığında baş vermiş cinayət hadisəsi ilə əlaqədar axtarışda olmasını bilməsi öz təsdiqini tapmışdır. Qeyd edilən hallar Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmasını bir daha təsdiq edir.

131. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 aprel 1999-cu il tarixli qərarında göstərilmişdir ki, CM-də cinayətkar qrupların bir neçə növü nəzərdə tutulur: "bir qrup şəxs", "əvvəlcədən əlbir olan bir qrup şəxs" və "mütəşəkkil dəstə". Cinayətin iki və ya daha çox şəxs tərəfindən törədilməsi cinayətkar qrupların bütün növlərinə məxsus olan ümumi əlamətdir. Bununla belə həmin qruplar özünə xas olan əlamətlərinə görə biri digərindən fərqlənir. Həmin əlamətlər cinayətin törədilməsində iştirakçılığın bu formalarını cinayət məsuliyyətini ağırlaşdiran hal kimi və ya bir neçə cinayətlərin tövsifedici əlaməti kimi istifadə etmək uçün imkan yaradır. Əvvəlcədən əlbir olan bir qrup şəxs cinayətkar qrupun növü kimi bir qrup şəxs və mütəşəkkil dəstə arasında yer tutmaqla yanaşı, sadə və daha mürəkkəb qruplara xas olan bəzi əlamətləri də özündə əks etdirir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər.

132. Hökmün 131-ci bəndində qeyd edilən qərarda göstərilənlərlə bağlı qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı da müəyyən edildi ki, sifarişçi olan qeyrisi ilk növbədə Zərərçəkmiş şəxs1 öldürməyə dair sifarişi Təqsirləndirilən şəxs3 vermiş, daha sonra sifarişçi əlavə olaraq Təqsirləndirilən şəxs1 da həmin cinayəti törətməyə tapşırmış və sonuncu Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir ola bir qrupda birləşmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3la əlbir olduğu qrupa sərbəst şəkildə Təqsirləndirilən şəxs2 də əlavə etmişdir. Bu da onu göstərir ki, yaranmış həmin qrupun tərkibi sərbəst şəkildə dəyişmiş və qrup üzvlərinin sayı qısa bir müddət ərzində artırılmışdır.

133. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzun muddətli və çoxepizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mutəşəkkil dəstəyə, həmçinin özünəməxsus xüsusi psixoloji durum mənsubdur. Belə ki, adi bir qrup şəxsdən fərqli olaraq, əvvəlcəden əlbir olan bir qrup şəxsdə daha çox təşkilatlanma, habelə fəal və nüfuzlu iştirakcıların asanlıqla ayrılmasi mümkündür. Belə cinayətkar qrupda ictimai mənafelərə zidd qruplaşma və şəxsi münasibətlərlə yanaşı, cinayətlərin birlikdə törədilməsi üçün iştirakçılar arasında işgüzar münasibətlərin yaradılması aydın görünür. Cinayətkar qrupun daha mürəkkəb növü kimi mütəşəkkil dəstəyə isə digər cəhətlərlə yanaşı aşagıdakı xüsusiyyətlər aiddir: cinayət törədilməsində rolların bölüşdürülməsi; təşkilatçı və ya başçının irəli sürülməsi; qrupda ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; eyni dəyərlərə söykənən oxşar davranış istiqamətlərinin müəyyənləşdirilməsi; şəxsi münasibətlərin cinayətin birlikdə törədilməsinə əsaslanan işgüzar münasibətlərlə əvəz edilməsi; cinayətin törədilmə planının işlənib hazırlanması; cinayətin törədilməsi üçün mükəmməl hazırlıq görülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyənləşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uygün olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət qazanclarının qrupun strukturlarında tutulan mövqelərə uyğun bölüşdürülməsi və bir sıra hallarda xüsusi pul fondunun da yaradılması.

134. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 9-cu bəndinə əsasən cinayətin icraçısının maddi və ya digər mükafat alması ilə şərtləndirilən qəsdən adam öldürmə sifarişlə adam öldürmə kimi tövsif edilməlidir. Əməlin sifarişlə qəsdən adam öldürmə kimi tövsif edilməsində qətli sifariş edənin və cinayətin icraçısının rəhbər tutduqları motivin hər hansı rolu yoxdur.

135. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, sifarişçi olan qeyrisi Zərərçəkmiş şəxs1 öldürülməsi ilə bağlı sifarişi Təqsirləndirilən şəxs3, daha sonra isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verən zaman, sonuncular həmin cinayəti törədəcəkləri halda onları öz himayəsi altına alacağını, bununla da maddi xərclərdən yaxa qurtaracaqlarını, xarici ölkəyə qaçmaları üçün şərait yaradacağını, xarici ölkələrin birində yaşamalarını, işləmələrini təmin edəcəyini vəd etmişdir. Həmin vədlərin real olması da, sifarişçi olan qeyrisi tərəfindən istər Təqsirləndirilən şəxs3, istərsə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri ərazisində hərəkət etmələri, avtomobil kirayələmək, hotellərdə otaq kirayələmək və Azərbaycan Respublikasını tərk etmək üçün aviabiletlərin alınmasından ötrü onların bank kartlarına müəyyən məbləğlərdə pulların köçürülməsi təmin edilmişdir.

136. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

137. Belə ki, məhkəmə istintaqı zamanı da müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 4 mart 2023-cü il tarixdən 6 mart 2023-cü il tarixədək tək halda, daha sonra isə 6 mart 2023cü il tarixdən 10 mart 2023-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etməklə, 10 mart 2023-cü il tarixdə saat 14:24-də ünvan 3 ünvanında ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçəkmiş şəxs1 atəşlər açılsa da, sonuncu atəşlərdən yayınmaqla hadisə yerindən uzaqlaşdığından onlar öz iradələrindən asılı olmayan səbəblərdən qəsdən adam öldürmədə ifadə olunan əməllərini başa çatdıra bilməmişlər.

138. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 8-ci bəndinə əsasən ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə onun əməli CM-in 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-in müvafiq maddəsi ilə də tövsif edilməlidir.

139. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 mart 2023-cü il tarixdə saat 14:24-də ünvan 3 ünvanında yerləşən “Vurğun Residens” adlı binanın qarşısında kənar şəxslərin intensiv hərəkət etdiyi küçədə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə üzərində gətirdikləri nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli atəş üçün yararlı odlu silah olan tapançadan ona 3-4 dəfə atəş açmaqla, sonuncu, yəni Zərərçəkmiş şəxs1 qəsdən öldürməyə cəhd etmişlər. Başqa sözlə, bu hissədə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əməllərində əlavə olaraq CM-in 29,120.2.4-cü maddəsinin tərkib əlamətləri vardır. Digər tərəfdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qətlə yetirmək üçün ictimai yer sayılan binanın qarşısını seçmişlər. Həmin hal Təqsirləndirilən şəxs3 və ya qeyrisi tərəfindən plana daxil edilməmişdir. Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 isə CM-in 35-ci maddəsinə əsasən icraçının ekstsessi vəziyyətində, birgə niyyətdən kənara çıxmaqla ümumi təhlükəli üsulu seçmişlər. Həmçinin də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ümumi təhlükəli üsulu isə məqsədli deyil, Zərərçəkmiş şəxs1 qətlə yetrimək üçün seçmişlər. Yəni Zərərçəkmiş şəxs1 izləyib, onunla birlikdə binadan kənara çıxarkən isə artıq zamanı yetişdiyini, qətlin baş verməsi üçün münbit şəraitin yarandığını düşünərək kənarda hərəkət edən şəxslərin həyatları düşünülmədən və əhəmiyyət kəsb etmədən ardıcıl atəşlər açmışlar.

140. CM-in 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma cinayət məsuliyyətinə səbəb olur.

141. CM-in 127.2.3-cü maddəsinə əsasən eyni əməllər, yəni 127.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlləri ümumi təhlükəli üsulla törədildikdə cinayət məsuliyyətinə səbəb olur və həmin maddənin sanskiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulmuşdur.

142. CM-nin 128-ci maddəsi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya görə cinayət məsuliyyətini müəyyən edir və həmin maddənin sanskiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdur.

143. Təqsirkarın əməli o halda ümumi təhlükəli üsulla qəsdən sağlamlığa az ağır zərər vurma kimi tövsif olunur ki, tətbiq edilən üsul nəinki zərərçəkmiş şəxsin, həm də başqa şəxsin və ya şəxslərin də həyatı və sağlamlığı üçün təhlükəli olsun.

144. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup halında kənar şəxsləri öldürmək niyyətləri olmasa da, onlara hər hansı dərəcədə xəsarətlərin yetirilməsini və əmlak ziyanının vurulmasını dərk edərək və bunu arzu edib odlu silahdan qəsdən açdıqları atəşlər nəticəsində həmin küçə ilə, ünvan 3 ünvanında yerləşən “Vurgun Residence” adlı binanın qarşısında piyada hərəkət edən Zərərçəkmiş şəxs3 sol sağrı nahiyyəsində giriş dəliyi və sağ xayalıqda çıxış dəliyi olan yara kanalı boyunca sağ xayanın yaralanması ilə müşayiət olunan odlu silah güllə yarası, sağ baldırın orta üçdə birinin arxa səthində giriş dəliyi və sağ baldırın orta üçdə birinin ön səthində çıxış dəliyi olan odlu silah güllə yarası ilə müşayiət olunan ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və yolun əks istiqamətində “Hundai Elantra” markalı ** TF *** dövlət qeydiyyat nişanlı avtomobildə sükan arxasında əyləşmiş Zərərçəkmiş şəxs2 dəyməsi nəticəsində isə sonuncuya sol baldırın aşağı üçdə birinin bayır səthinin odlu silah güllə yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətləri yetirməklə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 həyatı üçün təhlükəli olmayan və CM-in 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmasa da ümumi təhlükəli üsulla sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır, Zərərçəkmiş şəxs2 isə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir.

145. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli 2 saylı Qərarına əsasən CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmetlərini qanunsuz saxlama dedikdə onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülür. CM-in 228.1-ci maddəsində qeyd olunan predmetlərin qanunsuz daşıma dedikdə onların yerinin dəyişdirilməsi məqsədilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Nəzərdən keçirilən cinayət əməli subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları əldə etdiyini, başqasına verdiyini, satdığını, saxladığını, daşıdığını və ya gəzdirdiyini dərk edir və bunu arzu edir.

146. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur.

147. CM-in 228.2.1-ci maddəsi qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

148. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs3 qeyrisinin tapşırığı ilə 4 mart 2023-cü il tarixdə məlum olmayan yerdən və şəxsdən nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah olan tapançanı, onun komplekt hissəsi sayılan 2 ədəd sandığı və çoxlu sayda döyüş sursatı olan 9 mm kalibrli patronları əldə edib saxlayıb, daşımaqla üzərində, habelə idarə etdiyi avtomobildə gəzdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 ona tapşırılan sifarişi icra etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərindən 6 mart 2023-cü il tarixdə J22256 nömrəli Naxçıvan- Bakı aviareysi ilə Bakı şəhərinə gələn Təqsirləndirilən şəxs1la Bakı şəhəri Nərimanov rayonu ərazisində Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında görüşüb Zərərçəkmiş şəxs1 yaşadığı, idmanla məşğul olduğu ünvanları, idarə etdiyi avtomobilin şəklini, nömrəsini, modelini, avtomobilin zirehli olmasını və digər zəruri məlumatları ona bildirmiş, sonuncunu izləmək üçün **-VX-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili kirayələdiyini qeyd etməklə, həmin görüşləri zamanı avtomobildə olan nömrəsi silinmiş “Ruger” markalı “SR9c” modelli tapançanı Təqsirləndirilən şəxs1 nümayiş etdirmiş, cinayətin məhz bu silahdan istifadə edilməklə törədiləcəyini bildirməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 qətlə yetirilməsi cinayətinin törədilməsi ilə bağlı qeyrisindən aldığı tapşırığı dostluq münasibətində olduğu, habelə həmyerlisi olmaqla, Bakı şəhərində yaşadığı üçün ərazini yaxşı tanıyan Təqsirləndirilən şəxs2 bildirmiş, sonuncunun qeyd edilən cinayətin törədilməsində birgə iştirak etməsinə dair razılığını aldıqdan sonra bu barədə qeyrisini məlumatlandırmış və Təqsirləndirilən şəxs2 razılığı əsasında Təqsirləndirilən şəxs3la qabaqcadan əlbir olduğu qrupa daxil etmişdir. Sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da eyni silahı, onun komplekt hissəsi sayılan 2 ədəd sandığı və çoxlu sayda döyüş sursatı olan 9 mm kalibrli patronları əldə edib saxlayıb, daşımaqla üzərində, habelə idarə etdikləri avtomobildə gəzdirməklə, 8 mart 2023-cü il tarixdə saat 02:22-də nömrəsi silinmiş 9 mm çaplı “Ruger” markalı “SR9c” modelli odlu silah sayılan tapançanın atəşə yararlı olub olmamasını yoxlamaq məqsədilə 1 dəfə havaya atəş açmaqla tapançanın atəşə yararlı olduğuna əmin olmuşlar.

149. Hökmün 93-cü bəndində göstərilən rəylə də təqsirləndirilən şəxslərin qanunsuz olaraq əldə edərək saxlayıb, daşıyaraq başqasına verməklə gəzdirdikləri predmetlərin CMin 228.2.1-ci maddəsində qeyd edilmiş predmetlərə uyğun olması müəyyən edilir.

150. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

151. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

152. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

153. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

154. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

155. Məhkəmə, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalması ilə əlaqədar ilkin ifadələrində həqiqəti göstərməməsinə dair göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

156. Belə ki, hökmün 78-79-cu bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs3 üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən o, üzərindən aşkar edilmiş psixotrop maddə ilə bağlı hər hansı etiraz bildirməmiş, əksinə onun fiziki və ya psixi təsirə məruz qalması müəyyən edilməmişdir.

157. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs3 qanunsuz olaraq tutularaq üzərinə psixotrop maddə qoyularaq təzyiq nəticəsində CM-in 234.1-1-ci maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.

158. Halbuki, hökmün 76-79; 81; 85 və 101-ci bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs3 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.

159. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı təzyiqlərə məruz qalmasına görə etiraf etməsi və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, habelə barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmasını göstərməmişdir.

160. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

161. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

162. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X18 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X10rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

163. Halbuki, təqsirləndirilən şəxslərə qarşı fiziki və və ya psixi zorakılıq tətbiq edilməsi barədə məhkəmədə ifadələrində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onların saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya onlara qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir (bax hökmün 78-79; 101; 105-106-cı bəndləri).

164. Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, qəsdən adam öldürməyə münasibətdə cəhd mərhələsində, digər hissələrdə isə başa çatmış cinayət olmaqla, təsnifata görə CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.5-ci maddələri xüsusilə ağır, CM-in 234.1-1-ci maddəsi ağır, CM-in 127.2.3 və və 228.2.1-c maddələri az ağır və CM-in 128-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyalarına aid edilir.

165. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

166. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

167. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, habelə dindirilmiş və ifadələri elan edilməklə tədqiq edilmiş çoxsaylı şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri, Təqsirləndirilən şəxs3 əməllərinin isə CM-in 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də təqsirləndirilən şəxslər həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

168. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

169. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

170. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

171. Məhkəmə CM-in 59.1.12-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 münasibətdə onunla barışıq əldə etmələrini, sonuncunun təqsirləndirilən şəxslərdən hər hansı şikayət və ya tələbinin olmamasını onların hər birinə münasibətdə CM-in 29,120.2.1, 29,120.2.4 və 29,120.2.5-ci maddələri ilə bağlı olan ittihamlar üzrə cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır.

172. Məhkəmə həmçinin CM-in 59.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamaqla məhkumluqlarının olmamasını, onların cavan olmaqla daimi yaşayış yerlərində müsbət xarakterizə olunmaları, özlərini təqsirli bildikləri əməllərə münasibətdə peşman olmalarını bildirmələrini onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır.

173. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

174. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 127.2.3 və 128-ci maddələrində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi, eyni zamanda CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməlin odlu silahdan istifadə etməklə törədilməsi onların cəzalarını ağırlaşdıran hallardır.

175. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

176. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

177. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

178. CM-nin 63-cü maddəsində başa çatmayan cinayətlərə görə cəza təyin edilməsinin əsaslarını müəyyən edir. Həmin maddənin dispozisiyasında göstərilir ki, başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

179. “İnsan hüquqlarının və X34 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

180. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2023cü il tarixli 4(001)-233/2023 nömrəli qərarı ilə həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 23 iyun 2023-cü il tarixli 4(001)-654/2023 nömrəli və 28 iyul 2023-cü il tarixli 4(001)-782/2023 nömrəli qərarları ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 10 noyabr 2023-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı da barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

181. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 10 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 11 mart 2023cü il tarixli 4(001)-234/2023 nömrəli qərarı ilə həbs etmənin əvvəli 10 mart 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 23 iyun 2023-cü il tarixli 4(001)-655/2023 nömrəli və 28 iyul 2023-cü il tarixli 4(001)-781/2023 nömrəli qərarları ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 10 noyabr 2023-cü il tarixədək uzadılmış, məhkəmə icraatı zamanı da barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

182. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 5 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 7 may 2023cü il tarixli 4(005)-651/2023 nömrəli qərarı ilə həbs etmənin əvvəli 5 may 2023-cü il tarixdən hesablanmaqla, 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı da barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

183. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 10 mart 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı 5 may 2023-cü il tarixdən hesablanmalıdır.

184. Məhkəmə hökmün 97-ci bəndində qeyd edilən ekspertiza rəyini və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

185. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

186. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1 və 408.3-cü maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” və “İ.Zeynalov və digərlərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyun 2022-ci il tarixli və R.Axundovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun müvafiq olaraq 24 fevral 2022 və 20 fevral 2023-cü il tarixli qərarlarında göstərilmişdir ki, əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutan xüsusi müsadirə cinayət-hüquqi tədbiri Cinayət Məcəlləsinin 99-1-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur.

187. CPM-nin 346.1.19-cu maddəsinə görə, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır).

188. CPM-nin 353.4.11-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində isə maddi sübutların həlli, xüsusi müsadirə edilən əmlakın siyahısının göstərilməsi müəyyən edilmişdir.

189. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarlarında izah etmişdir ki, CPM-in 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir.

190. Xüsusi müsadirə ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, cinayət prosesində cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi cəmiyyətin ümumi mənafeyinə cavab verməklə cinayət fəaliyyətinə qarşı mübarizənin zəruri və səmərəli vasitəsidir (Raymondo İtaliyaya qarşı iş üzrə 1994-cü il 22 fevral tarixli Qərar, § 30). Bu kontekstdə müsadirə həmçinin “Cinayətdən əldə edilən gəlirlərin yuyulması (leqallaşdırılması), axtarışı və müsadirəsi haqqında” X7 məqsədlərinə uyğundur və bu Konvensiya iştirakçı dövlətlərdən ağır cinayətlərlə əlaqədar istifadə edilən alətlərin və cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsinin tətbiqini tələb edir. Beləliklə, cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında qərar ümumi maraqlara xidmət edir, cinayət fəaliyyəti ilə məşğul olmaq niyyətli şəxsləri bundan çəkindirir, cinayətkar fəaliyyət vasitəsilə zənginləşmənin qarşısının alınmasına təminat verir (Denisova və Moiseyeva Rusiyaya qarşı iş üzrə 2010-cu il 1 aprel tarixli § 58, X15rşı iş üzrə 2001-ci il 5 iyul tarixli § 52 Qərarlar). Bununla belə, Məhkəmə müsadirənin tətbiq edilməsinin “İnsan hüquqlarının və X34 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğunluğunu qiymətləndirərkən güdülən qanuni məqsədlə mülkiyyət hüququ arasında ədalətli tarazlığın əldə edilib-edilmədiyini və kifayət qədər prosessual təminatların olub-olmadığını nəzərdən keçirir (Rummi Estoniyaya qarşı iş üzrə 2015-ci il 15 yanvar tarixli Qərar). X15rşı iş üzrə 2001-ci il 5 iyul tarixli, Silickiene Litvaya qarşı iş üzrə 2012-ci il 10 aprel tarixli, Geerings Niderlanda qarşı iş üzrə 2007-ci il 1 mart tarixli Qərarlarda Avropa Məhkəməsi qeyd etmişdir ki, müsadirə olunan əmlak və aktivlərin məhz cinayət yolu ilə əldə olunması cinayət işi üzrə sübut olunmalıdır.

191. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 5(001)-1411/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmaqla Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 15 saylı mühafizə olunan duracaqda saxlanılan Təqsirləndirilən şəxs2 məxsus və cinayət törədilərkən istifadə edilmiş 2005-ci il buraxılışlı, tünd boz metalik rəngli, KMHCN46C96U006559 ban nömrəli, “Hyundai Accent” markalı Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət törədilərkən istifadə edilən alət və vasitə kimi xüsusi müsadirə edilərək mülki iddiaların ödənilməsinə yönəldilməlidir.

192. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 3 (üç) ədəd giliz, 2 (iki) ədəd deformasiya olunmuş atılmış güllə və tədqiqatlardan sonra qalıq çəkisi 19,193 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 1 (bir) ədəd “RUGER-SR9c” markalı tapança, tapançanın içərisindən götürülmüş 1 (bir) ədəd atılmamış patron və 1 (bir) ədəd patron darağı, 1 (bir) ədəd karton tapança qutusu, 1 (bir) ədəd patron darağı və 11 (on bir) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilməli, Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan boya qırıntıları, metal qırıntıları, 6 (altı) ədəd qanabənzər ləkələrdən götürülmüş nümunə, üzərində qan ləkələri olan 1 (bir) ədəd ağ rəngli salfet, 1 (bir) ədəd qara rəngli papaq, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) cüt “Kinetix” markalı idman ayaqqabısı, 1 (bir) ədəd “Bizon” markalı enerji içkisinin dəmir qabı, 1 (bir) ədəd bənövşəyi rəngli alışqan, 1 (bir) ədəd ağ rəngli tibbi maska, 1 (bir) cüt qara rəngli corab, avtomobil çexollarının olduğu 10 (on) ədəd bağlama, 3 (üç) ədəd əl-barmaq izi, 1 (bir) ədəd ovuc izi, üzərində DNT nümunəsi olan 5 (beş) ədəd pambıqlı çubuq məhv edilməli, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) ədəd qara rəngli idman köynəyi, Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd “Bershka” markalı ağ rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd “Brooklyn” markalı krem rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd “Quik-Max” markalı ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd “Margo” markalı qara-boz rəngli tuman, 1 (bir) ədəd “BDG” markalı ağ-xaki rəngli şalvar, 1 (bir) ədəd “Massimo Dutti” markalı şabalıdı rəngli bel kəməri, 1 (bir) ədəd “Hermes” markalı qara rəngli bel kəməri, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt “Bershka” markalı ağ-qara rəngli idman ayaqqabısı, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol jaket, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) ədəd qara rəngli bel kəməri, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd ağ rəngli idman köynəyi sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “i-Phone” markalı mobil telefonlar təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, 1 (bir) ədəd xarici yaddaş qurğusu və 17 (on yeddi) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

193. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

194. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 459 (dörd yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

195. İş üzrə verilmiş mülki iddiaları müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən mülki iddia verilmişdir. Zərərçəkmiş şəxs2 mülki iddiasını onunla əsaslandırmışdır ki, baş vermiş hadisə nəticəsində o, yüngül bədən xəsarəti almış, qazana biləcəyi pul təminatından məhrum olmuşdur. Buna görə də ona dərmanlara, insulinə, otoplazmaya, hadisə nəticəsində zədələnmiş olan avtomobilinin qapısının təmirinə əynindəki paltarları, taksi ilə gediş gəlişə və digər xərclərə görə ona ümumilikdə 10746 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 isə hadisə nəticəsində ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında hərbi tibb fakultəsində təhsil aldığını, lakin gələcəkdə aldığı xəsarətə görə oxuduğu ixtisas üzrə işləyə bilməyəcəyini, həmçinin ailə həyatında uğursuzluğa düçar olacağını, nəsiltörətmə qabiliyyətinin ciddi şəkildə itirilməsi nəticəsində gələcəkdə övlad sahibi ola bilməkdə ciddi problemləri olacağını bildirərək mülki iddiasını əsaslandırmaqla təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı onlara qarşı zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddiaları qəbul etsələr də, lakin davam edən məhkəmə iclaslarında mülki iddiaçıların iddialarında göstərdikləri məbləğləri ödəyə bilməyəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs3 isə ona qarşı verilmiş mülki iddialara etiraz edərək qəbul etmədiyini bildirmişdir.

196. Məhkəmə mənəvi zərərin ödənilməsinə dair qərar qəbu edərkən həmçinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Pelunumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarını rəhbər tutut. Həmin qərarın 1-ci bəndində göstərilir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmçinin həmin qərarın 2, 3, 6-8-ci bəndlərində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X34 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Məhkəmələr cinayət mühakimə icraatı qaydasında mənəvi zərərin ödənilməsi barədə iddialara baxdıqda CPM-in 189-191-ci maddələrində müəyyən olunmuş qaydaları nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

197. Məhkəmə yuxarıda göstərilən plenum qərarında müəyyən edilmiş halları nəzərə alaraq qeyd edir ki, baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 aldığı xəsarət nəticəsində müəyyən qazanclarından, normal yaşayış tərzindən mərhum olmuşdur. Bu da onun subyektiv olaraq təqsirləndirilən şəxslərə qarşı mülki iddia qaldırmaq və dəymiş ziyanın ödənilməsi hüququnu istisna etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri hadisə nəticəsində ona ziyan vurduqlarını, əmlakını zədələdiklərini və özünə xəsarət yetirdiklərini qəbul etmişlər. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 hadisə nəticəsində sağ xayasından aldığı xəsarət nəticəsində insan fərdinin normal yaşayış tərzinə malik olması, ailə qurması, uşaq sahibi olması kimi arzu və istəklərində ciddi şəkildə problemlərin yaranmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, bu hal Zərərçəkmiş şəxs3 törədilmiş hadisə nəticəsində uzun müddət reabilitasiya prosesinə cəlb olunmasına zərurət vardır. Bu halın özü isə onda fiziki iztirab və mənəvi sarsıntılara, özünün məhkəmədə ifadə etdiyi kimi “bir kişi cinsinə mənsub olan bir şəxs kimi şərəf və ləyaqətinin alçaldılmasına” səbəb olmuşdur. Və bu hal məhkəmə tərəfindən onun tərəfindən verilmiş mülki iddianın qismən təmin edilməsi qənaətinə gəlməyə imkan verir.

198. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1.3-cü bəndinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

199. Məhkəmə cinayət işi materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, mülki iddialar qismən təmin edilməlidir. Belə ki, hadisə zamanı hər iki şəxsə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayət əməlləri nəticəsində zərər dəymişdir. Eyni zamanda, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla mülki iddiaçılara vurulmuş ziyanla Təqsirləndirilən şəxs3 əməlləri arasında səbəbli əlaqənin olması müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mülki iddialar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə qismən (mülki iddiaçı Zərərçəkmiş şəxs2 münasibətdə 10746 manat maddi ziyanın ödənilməsi ilə bağlı hissədə və mülki iddiaçı Zərərçəkmiş şəxs3 münasibətdə 50000 manat məbləğində mənəvi ziyanın ödənilməsi bağlı hissədə) təmin edilməli, Təqsirləndirilən şəxs3 mülki cavabdeh qismində iştirakına xitam verilməlidir.

200. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

201. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 27 may 2005-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X18 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

202. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4 və 29,120.2.5-ci maddələri ilə 11 (on bir) il 3 (üç) müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 128-ci maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.5, 228.2.1, 127.2.3 və 128-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 CM-nin 29,120.2.1, 29,120.2.4 və 29,120.2.5-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 128-ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 10 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 228.2.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.1 və 29, 120.2.5-ci maddələri ilə 11 (on bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 5 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 iddiası qismən təmin edilsin, 10746 (on min yeddi yüz qırx altı) manat məbləğində pul vəsaiti cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin, 50.000 (əlli min) manat məbləğində pul vəsaiti cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan 3 (üç) ədəd giliz, 2 (iki) ədəd deformasiya olunmuş atılmış güllə və tədqiqatlardan sonra qalıq çəkisi 19,193 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd “RUGER-SR9c” markalı tapança, tapançanın içərisindən götürülmüş 1 (bir) ədəd atılmamış patron və 1 (bir) ədəd patron darağı, 1 (bir) ədəd karton tapança qutusu, 1 (bir) ədəd patron darağı və 11 (on bir) ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə təhvil verilsin, Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan boya qırıntıları, metal qırıntıları, 6 (altı) ədəd qanabənzər ləkələrdən götürülmüş nümunə, üzərində qan ləkələri olan 1 (bir) ədəd ağ rəngli salfet, 1 (bir) ədəd qara rəngli papaq, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd qara rəngli köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) cüt “Kinetix” markalı idman ayaqqabısı, 1 (bir) ədəd “Bizon” markalı enerji içkisinin dəmir qabı, 1 (bir) ədəd bənövşəyi rəngli alışqan, 1 (bir) ədəd ağ rəngli tibbi maska, 1 (bir) cüt qara rəngli corab, avtomobil çexollarının olduğu 10 (on) ədəd bağlama, 3 (üç) ədəd əl-barmaq izi, 1 (bir) ədəd ovuc izi, üzərində DNT nümunəsi olan 5 (beş) ədəd pambıqlı çubuq məhv edilsin, Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədəd ağ rəngli qısaqol köynək, 1 (bir) ədəd göy rəngli cins şalvar və 1 (bir) ədəd qara rəngli idman köynəyi, Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) ədəd “Bershka” markalı ağ rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd “Brooklyn” markalı krem rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd “Quik-Max” markalı ağ rəngli uzunqol köynək, 1 (bir) ədəd “Margo” markalı qara-boz rəngli tuman, 1 (bir) ədəd “BDG” markalı ağ-xaki rəngli şalvar, 1 (bir) ədəd “Massimo Dutti” markalı şabalıdı rəngli bel kəməri, 1 (bir) ədəd “Hermes” markalı qara rəngli bel kəməri, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt “Bershka” markalı ağ-qara rəngli idman ayaqqabısı, Zərərçəkmiş şəxs2 məxsus 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli uzunqol jaket, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) ədəd qara rəngli bel kəməri, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd qara rəngli cins şalvar və 1 (bir) ədəd ağ rəngli idman köynəyi sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Redmi” markalı, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Redmi” və 1 (bir) ədəd “Samsung” markalı, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “i- Phone” markalı mobil telefonlar təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 1 (bir) ədəd xarici yaddaş qurğusu və 17 (on yeddi) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 459 (dörd yüz əlli doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 5(001)- 1411/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmaqla Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 15 saylı mühafizə olunan duracağında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus və cinayət törədilərkən istifadə edilmiş 2005-ci il buraxılışlı, tünd boz metalik rəngli, KMHCN46C96U006559 ban nömrəli, “Hyundai Accent” markalı Az **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməklə mülki iddiaların ödənilməsinə yönəldilsin. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar