Məhkəmə qərarları › İş №1(101)-711/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-711/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-711/2025 08.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X16 (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X20, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 1989-cu ildə Kəlbəcər rayonu, Almalıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 6,081 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “101” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 iyul 2024-cü il tarixdə, saat 22:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada 16 iyul 2024-cü il tarixdə, saat 00:11-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 (bir) ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 6,081 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,081 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “101” restoranının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 15 iyul 2024-cü il tarixdə saat 22:15-də yuxarıda qeyd olunan ünvanda saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada 16 iyul 2024-cü il tarixdə saat 00:11-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 6,081 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Türkiyə Respublikasında yaşamış, orada Rusiya Federasiyasına meyvə-tərəvəz göndərilməsi ilə məşğul olmuş və 2022-ci ildə Azərbaycan Respublikasına qayıtmışdır. 2019-cu ildə hazırda Quba rayon polis şöbəsində əməliyyatçı işləyən “Fuad” adlı şəxslə ortaq dostu “gürcüstanlı” Anar vasitəsi ilə tanış olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Həmin ərəfədə Fuad Avropa dövlətlərindən maşın gətirib satmaqla məşğul olmuş, o, əvvəllər Fuaddan maşın almamış və onun haqqında ətraflı məlumatı olmamış, buna ehtiyac duymamışdır. Belə ki, dostu Anar Fuadı tanımışdır. O, Türkiyədə olarkən, 2019-cu ilin mart ayında Fuaddan maşın alacağı ilə bağlı razılaşmış, razılaşmaya əsasən Fuad Almaniyadan “Mercedes” gətirib, Gürcüstanda ona təhvil verməyi öhdəsinə götürmüş, buna görə o Fuada 18.700 manat pul vermişdir. Lakin maşın gəlmədiyinə görə o, Fuada verdiyi 18.700 manatı geri tələb etmişdir. Fuad ona iflas etdiyini, böyük borclarının olduğunu, şərikinin pulları götürüb xarici ölkəyə getdiyini demişdir. O, arada dostu Anar olduğuna və pulları az-az verdiyinə görə gözləmək məcburiyyətində olmuş və bir müddət sonra Fuad pulun bir hissəsini ona qaytarmış, Fuadın verdiyi pulları hesablayanda Fuadın ona 4.000 ABŞ dolları borcu qaldığını müəyyən etmişdir. Fuad onu aldatdığına görə aralarında psixoloji gərginlik yaranmış, o, Fuada zəng etdikdə Fuad cavab verməmiş, yaxud gec cavab vermiş, telefon danışığı zamanı isə o, Fuada “qardaş, sən polis işçisisən, buna görə, harasa şikayət etmək istəmirəm, gəl üzbəüz danışaq” demiş və pulunun qalan hissəsinin tələb etmiş, Fuad isə ona “artıq sənə borcum qalmayıb” demişdir. Həmin ərəfədə aralarında olan danışıqlar zamanı Fuad ona “məni başqalarıyla səhv salma, hər şeyi özün bilirsən” deyərək bir neçə dəfə təhdid etmişdir. Bununla bağlı Fuadla görüşüb məsələni həll etmək üçün tez-tez getdiyi “101” restoranda Fuad və onunla gələn dostları ilə görüşmüş, oturub məsələyə aydınlıq gətirdikdə hətta Fuadla gələn dostları da Fuadın ona borcunun qaldığını təsdiqləmişlər. Səhəri günü Fuad ona dostu vasitəsi ilə 1.000 ABŞ dolları pul göndərmiş və borcundan çıxmasını deyib qalan pulu da verəcəyini bildirmişdir. Təxminən on gün sonra, saat 22:00 radələrində “101” restoranından çıxarkən, kənarda dayanmış dörd nəfər şəxslərdən biri qəfil ona yaxınlaşıb onu saxlamışdır. O, həmin şəxslərdən birini tanıyaraq onların BMCMİ-nin əməkdaşları olduqlarını bilmiş və tanıdığı şəxsə hətta başı ilə salam da vermişdir. Həmin şəxslər onu maşına əyləşdirib üzərinə baxa-baxa idarəyə aparmışlar. Həmin zaman üzərində yalınız özünə məxsus mobil telefon və avtomobilin açarından başqa heç nə aşkar edilməmişdir. Yolda ona “sən hədə-qorxu ilə polisdən pul tələb etmisən” demişlər və idarəyə çatana qədər nə baş verdiyini başa düşmüş və idarəyə çatdıqda ona narkotiklə rəsmiləşdirmə aparılacağını demişlər. O isə razılaşmadığını bildirdikdə ona “bu bir bükümü götürməsən səni 20 bükümlə sənədləşdirəcəyik, ya da yaşadığın evə gedib daha çox narkotik çıxaraçağıq” demişlər. Polislərin bu sözündən sonra o ehtiyat etmiş və onlarla razılaşmağa məcbur olmuşdur. İdarədə bir şəxs ona yaxınlaşıb narkotik vasitəni ona verib “ başa düşdün də bu sənindir” demiş, o isə “mənə hər şey aydındır” deyə cavab vermişdir. Bundan sonra tanımadığı bir nəfər ona bir büküm verərək cibinə qoymağı və çəkiliş zamanı təqdim edərək həmin gün səhər 10-11 radələrində Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 130 manat aldığını deməli olduğunu bildirmişdir. Hətta videoçəkilişdən əvvəl ona 10 manat pul da verərək cibinə qoymağı demişlər. Ona İdarədə ona qarşı heç bir fiziki zorakılıq tətbiq olunmamış, psixoloji təsir nəticəsində polislərin onun üzərinə qoyduğu narkotik vasitəni videoçəkiliş zamanı özü çıxarıb təqdim etmiş və ona deyilənləri təkrar etmişdir. O, heç bir narkotik vasitədən istifadə etməmiş, narkotik vasitə almamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu və ya ədavəti yoxdur. 15 iyul 2024-cü il tarixdə Abşeron rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi idarənin əməkdaşları X6 və X8 daxil edilmişlər. 15 iyul 2024-cü il tarixdə, saat 22-23 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ərazisində olması müəyyən edilmiş və həmin yerə getmişlər. Təxminən saat 22:15-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “101” restoranının qarşısında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə həmin İdarəyə gəlmiş, idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təhqiqatçı Cavanşir Mansirov tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının ciblərindən bir ədəd sellofan bükümü, bir ədəd mobil telefonu və pul vəsaitlərini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan büküm açıldıqda bükümün içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan psixotrop maddə metamfetamini Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 130 manata aldığını və psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, mobil telefon götürülmüş, pul vəsaiti isə Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamış, həmçinin saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs da onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin əməliyyat müvəkkili X6 və X7 da Şahid ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X14 tərəfindən tərtib olunmuş, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid, X6, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin kiçik inspektoru X8, şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X21 tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqındqa” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 15 iyul 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 22:15-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “101” restoranının yaxınlığında olan zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 15 iyul 2024cü il tarixli qərara əsasən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında, xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində 16 iyul 2024-cü il tarixdə, saat 00:11-də şəxsi axtarış və götürmə prosesi aparılmışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Tural Soltanov əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sol yan cibindən 01 ədəd içərisində olan mobil nömrəni əzbərə bilmədiyi “İphone” markalı mobil telefonu və 10 manat pulu masanın üzərinə qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs həmin bükümün içərisindəki maddəni “metamfetamin” kimi tanıdığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə keçirilən baxış zamanı içərisində ağ rəngli, kristal formalı, xüsusi spesifik iyə malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən digər əşya və predmetlər aşkar edilmədi. Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü, 10 manat pul isə heç bir cinayət yolu ilə əldə olunmadığını və özünə aid olduğunu bildirdiyi üçün özünə geri qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddəni 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 130 manat pul müqabilində aldığını, həmin maddəni satmaq, hədiyyə etmək niyyətinin olmadığını, həmin maddənin onda olmasından heç kimin məlumatının olmadığını, əvvəllər psixotrop maddə metamfetamindən istifadə etdiyini bildirdi. Şəxsi axtarış və götürmə gecə vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 16 iyul 2024-cü il tarixdə saat 00:28-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Protokolun tərtibatı saat 00:32 dəqiqədə başlandı, saat 01:03-də qurtardı (cild 1, i/v 27-29). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3653 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 6,081 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. Metamfetaminin təmiz çəkisi 6,081 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 5,981 qram (cild 1, i/v 42-45). -“Maddi sübut hesab edilməsi haqqında“ xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülən ekspertiza tədqiqatına sırf edildikdən sonra qalıq çəkisi 5,981 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 95-96). - “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” 02 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 01 fevral 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatlara baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, məlumatlar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 17612 nömrəli məktubuna əlavə edilmiş bir ədəd CD diskdə təqdim olunmuşdur. Həmin disk «Lenovo» markalı kompyuterin qurğusuna daxil edilməklə baxış keçirilərkən müəyyən edildi ki, diskdə ***-***- **-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara aid bir ədəd faylın içərisində 04 ədəd qovluq vardır. Telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə sübut əhəmiyyətinə malik olan heç bir məlumat aşkar edilmədi (cild 1, i/v 159-160). - Məhkəmə baxışı zamanı "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 17612 nömrəli məktubuna əlavə edilmiş CD diskə baxış keçirilmiş və baxış zamanı 02 sentyabr 2024-cü il tarixli protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X12” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 2433/K nömrəli məhkəmə-kimyəvi rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabinoid” aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəməlri və salisilatlar aşkar edilmədi (cild 1, i/v 171-173). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X27 X23 X13 xx.xx.2024-cü il tarixli, 4848 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların və kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 136-137). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 xx.xx.2024-cü il tarixli, 1/2838 nömrəli məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməyib (cild 1, i/v 132). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 9460 nömrəli məkubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Kəlbəcər rayonu, Almalıq kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə adıçəkilən xəstəxanada müalicədə olmayıb (cild 1, i/v 135). -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12 publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 392/MEŞ nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 15-xx.xx.2024-cü il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş sağ saidin çapığı müayinədən təxminən 1-1,5 ildən artıq müddətə əmələ gəlmişdir, atrifiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduğu üçün onun əmələ gəlmə mexanizmi, xarakteri və sağlamlığa zərər vurma dərəcəsi haqqında dəqiq fikir söyləmək mümkün deyildir. Belə ki, bu hallar fərdi xüsusiyyətlərə uyğun xüsusi əlamətlər kimi də qiymətləndirilə bilər (cild 1, i/177-179). - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan və həmin tarixli protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 930/2024 nömrəli məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə, saat 22:15-də şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v18,19, 30-34). - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur (cild 1, i/v 107-109). - Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İV 019376 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X10 olan X11 xx.xx.2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur (cild 1, i/v 175). - Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV 382301 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Təqsirləndirilən şəxs, anası X10 olan X15 xx.xx.2019-cu il tarixdə Türkiyə Respublikası, Muratpaşa ərazisində doğulmuşdur (cild 1, i/v 175). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarda, 2 qram olduqda külli miqdarda, 400 qram olduqda isə xüsusilə külli miqdarda psixotrop maddə hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. - 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin tərkibini yaradır. Həmin maddənin dispozisiyasında CM-nin 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsinin sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-nin 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir; - narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə saat 22:15-də Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində yerləşən “101” restoranının yaxınlığında saxlanılaraq ünvan 2aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilərək orada 16 iyul 2024-cü il tarixdə saat 00:11-00:28-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 6,081 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edərək üzərində saxlayaraq daşıması öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə - metamfetamini saxlamaqda məqsədinin məhz satış olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, təqsirkar şəxsin özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi, həmçinin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilib-edilməməsi halları da araşdırılmamışdır. Satılacaq psixotrop maddənin müqabilində Təqsirləndirilən şəxs hansı məbləğdə pul vəsaiti alması və həmin məbləği kimdən alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir. Halbuki bu hallar da təqsirləndirilən şəxsə elan olunmuş ittihamın sübuta yetirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni məhz satış məqsədilə əldə etməsini və bu məqsədlə üzərində daşıyaraq saxlaması, habelə təqsirləndirilən şəxsin ümumiyyətlə psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən heç bir mötəbər sübut əldə edilməmişdir. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan şərtlərdən yalnız iki şərt – psixotrop maddələrin dövriyyəsi ilə bağlı təqsirləndirilən şəxsin qanunsuz hərəkətlər etməsi (psixotrop maddənin qanunsuz olaraq əldə etməsi və üstündə daşıması) və bu vasitənin külli miqdarda olması mübahisəsiz sübuta yetirilir, Təqsirləndirilən şəxs istinad olunan əməlləri satış məqsədilə törətməsi isə araşdırılmış sübutlarla təsdiq olunmur. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X4rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirilən zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 15 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 130 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun həmin ifadələri verməyə məcbur edən halların mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs qeyd edilən psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübut olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə həmin psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol aça bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Beləliklə də iş üzrə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli olması deyil, sonuncunun külli miqdarda psixotrop maddəni məhz şəxsi istifadəsi üçün əldə edib saxlaması müəyyən olunur. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı verdiyi ifadəsinə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs hazırki məhkəmə araşdırılması zamanı verdiyi ifadəsində göstərdiyi hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə halda onun ifadəsi özünü müdafiə xarakteri daşımaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni çəkisi 6,081 qram olan psixotrop maddə metamfetamini satış məqsədi olmadan külli miqdarda əldə edib saxlayaraq daşıması özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. - 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. «Vinter və başqaları Birləşmiş Krallığa qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal olaraq qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 5,981 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş qalıq çəkisi 5,981 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Vüqar Quliyev Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar